Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-114/2022 22.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X17 Ağalarovun sədrliyi ilə, hakimlər Siyavuş Həbib oğlu Hacıyev və Rahib Vaqif oğlu Salmanovdan ibarət tərkibdə, məsləhətçi X18 və Arifə Arif qızı Bağırovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X19, X20, müdafiəçilər: Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və «Verdiktum» Vəkil Brosunun vəkili Müdafiəçi3 iştirakı ilə xx xxx 1988-ci ildə Ağdam rayonunun Boyəhmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Ağdam rayonu Boyəhmədli kəndində qeydiyyatda olub, Mingəçevir şəhəri H.Əliyev prospekti ev 7, mənzil 39-da yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkət və bilə-bilə qanunsuz hərəkətin müqabilində özü vasitəsilə birbaşa yolla maddi neməti vahid niyyətlə rüşvət qismində verməyə qeyrisini təkrarən təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin may ayının ortalarında övladı X12 işə düzəlməsində köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət etmiş sonuncunun anası Şahid8 özünün geniş əlaqələrə malik olduğunu, həmin əlaqələrindən istifadə edərək Aysel Rəşidlini «Kürdəmir Asan Xidmət Mərkəzi»nə işə düzəldəcəyini yalandan bildirib, bununla əlaqədar tanışı olan vəzifəli şəxsin Aysel Rəşidlinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 7.000 manat məbləğində pulu rüşvət qismində verilməsi müqabilində həmin məsələni 20 gün ərzində müsbət həll edəcəyini, yəni Aysel Rəşidlini həmin tarixədək «Kürdəmir Asan Xidmət Mərkəzi»ndə işə düzəldəcəyini Şahid8 Mingəçevir şəhəri Heydər Əliyev prospekti 4 saylı binanın həyətində aldatmaqla yalandan vəd edərək istədiyi 7.000 manat pulun 6.000 manatını əvvəlcə, qalan 1.000 manatı isə Aysel Rəhimlinin işə qəbul əmri verildikdən sonra verməli olduğunu bildirib, Şahid8 razılığını almaqla sövdələşib, həmin adla 28 may 2020-ci il tarixdə Mingəçevir şəhəri Heydər Əliyev prospekti ev 4, mənzil 41 ünvanda sonuncudan 6.000 manat məbləğində pulu alıb, eyni niyyətlə, 16 iyul 2020-ci il tarixdə Şahid8 zəng edərək güya işin həll olunduğunu, təcili olaraq qalan 1.000 manat pulu cinayətdən xəbərsiz X13 adına olan bank hesabına göndərməsini bildirərək "xxxx" ASC-yə məxsus olmaqla özündə olan 4****2867 nömrəli plastik kartının fotoşəkilini «WhatsApp» ani mesajlaşma və internet telefonu ilə mobil tətbiqi vasitəsilə öz istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Şahid8 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə göndərərək sövdələşib sonuncu tərəfindən həmin tarixdə 1.000 manat pulun həmin karta Mingəçevir şəhəri Heydər Əliyev prospektində yerləşən «İlkin market»dən göndərməsinə nail olub, həmin pulu "xxxx" ASCnin Bakı şəhərində «Xalqlar dostluğu» metrostansiyasının yaxınlığında yerləşən filialının bankomatından çıxarmaqla, əldə etdiyi həmin pulu şəxsi ehtiyaclarına sərf edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid8 məxsus cəmi 7.000 (yeddi min) manat məbləğində pulu ələ keçirib sonuncuya vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Aysel Rəşidlinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid8 vahid niyyətlə təhrik etmişdir. Bundan başqa o, eyni niyyətlə, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz tanışı Şahid4 vasitəsi ilə X4 həbsdən azad edilməsində köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət etmiş sonuncunun atası Şahid1 2020-ci ilin sentyabr ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə Astara rayonunun Siyakü kəndində Şahid1 cinayətdən xəbərsiz olan qaynı Şahid6 evində görüşləri zamanı özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək səlahiyyətli şəxsi kimi təqdim edərək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yüksək vəzifədə işləyən yaxın tanışının olduğunu yalandan bildirib, həmin tanış vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Elşən Nəzərovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 25.000 manat məbləğində pulun rüşvət qismində verilməsi müqabilində həmin məsələni 30 oktyabr 2020-ci il tarixədək müsbət həll edəcəyini, yəni Elşən Nəzərovu həmin tarixədək həbsdən azad etdirəcəyini Şahid1 yalandan vəd edərək, istədiyi 25.000 manat pulun əvvəlcə 10.000 manatını, bir neçə gün sonra isə qalan hissəsini verməli olduğunu bildirib, görəcəyi işdə özünə inam yaradıb, bununla da alınacaq pulun müqabilində həmin məsələnin həll ediləcəyini yalandan deyib yaranmış etibardan sui-istifadə edib aldadaraq Şahid1la sövdələşib, həmin görüşləri zamanı tələb etdiyi məbləğdən 9.000 manat pulu sonuncudan alıb, eyni niyyətlə, 2020-ci ilin sentyabr ayının ortalarına yaxın istintaqla müəyyən edilməyən gündə Şahid1 zəng edərək qalan 16.000 manat pulu da Bakı şəhərinə aparıb ona verməli olduğunu bildirərək aldadıb, Şahid1la razılaşmaqla sövdələşərək, 16 sentyabr 2020-ci il tarixdə həmin adla Bakı şəhəri «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığındakı parkda Şahid1 digər oğlu Şahid2la görüşüb sonuncudan 13.600 manat pulu eyni niyyətlə, 2020-ci ilin sentyabr ayının ortalarında Şahid1 zəng edərək işlərin güya mürəkkəbləşdiyini, danışdıqları vəsaitə məsələnin alınmadığını aldatmaqla bildirib əlavə olaraq yenidən 10.000 manat pulu eyni niyyətlə istəyib, qalan pulu ona cinayətdən xəbərsiz olan atası X6 adına olan bank hesabına göndərməyini bildirərək, atasının "xxxx" ASC-yə məxsus olmaqla özündə olan 4169 74** **** **89 nömrəli plastik kartının fotoşəkilini «Whatsapp» ani mesajlaşma və internet telefoniya mobil tətbiqi vasitəsilə öz istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Şahid2 istifadəsində olmuş ***- ***-**-** mobil telefon nömrəsinə göndərərək sövdələşib Şahid1 tərəfindən 16 sentyabr 2020-ci il tarixdə 2.500 manat, 6 oktyabr 2020-ci il tarixdə 5.000 manat və 10 oktyabr 2020-ci il tarixdə 4.200 manat olmaqla, ümumilikdə 11.700 manat pulu həmin karta Astara rayonunun Pensər kəndindən göndərməsinə nail olub, həmin pulu "xxxx" ASC-nin Bakı şəhərində yerləşən ayrı-ayrı bankomatlarından çıxarmaqla, əldə etdiyi həmin pulu şəxsi ehtiyaclarına sərf edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus cəmi 34.300 (otuz dörd min üç yüz) manat məbləğində pulu ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə xüsusi xidmət orqanı qismində Dövlət Təhlükəsizliyi Xidmətini əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Elşən Nəzərovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid1 vahid niyyətlə təkrarən təhrik etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, daimi iş yeri olmamışdır. Pandemiya dövründən əvvəl Bakı şəhərində restoran icarəyə götürüb işlətmişdir. 2008-ci il tarixdə rəsmi qaydada ailə qurmuşdur. Həmin nikahdan 2 övladı dünyaya gəlmişdir. 2016cı ildə rəsmi qaydada ərindən boşanmışdır. Şahid1 və onun ailə üzvlərini əvvəldən tanımamışdır. Təxminən 2020-ci ilin iyul ayında tanışı Rəna adlı xanım ona zəng edərək nəvəsi Nadirin dostu üçün vəkil lazım olduğunu, sonuncunun özünün ona zəng edib, bu barədə ətraflı məlumat verəcəyini bildirib, onlara kömək etməyini xahiş etmişdir. Bir qədər sonra Şahid4 ona zəng edərək dostu Elşən Nəzərov adlı şəxsin narkotik vasitələrin qaçaqmalıçılıq yolu ilə Azərbaycan Respublikasına keçirən zaman Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq həbs olunduğunu, onun həbsdən azad edilməsi üçün köməklik göstərməyini xahiş etmişdir. Bundan sonra, tanışı Füzuli adlı şəxslə məsləhətləşərək Nadirin dostu Elşən Nəzərova necə köməklik edə biləcəyini dedikdə, Füzuli Pərviz adlı vəkil tanışının olduğunu deyib, sonuncuya zəng edib, bu barədə ona məlumat verdikdən sonra Pərvizi oturduqları restorana dəvət etmişdir. Həmin vaxt onlar Bakı şəhərində Çobanzadə küçəsində yerləşən «Cənnət» adlı restoranda əyləşmişlər. Pərviz həmin restorana gəlmiş və onlar yemək yeyib söhbət etmişlər. X16 işi barədə məlumat verib, sonuncunun buraxılması ilə bağlı vəkil lazım olduğunu demişdir. Pərviz onların təklifi razılaşmış və bu işin görülməsi üçün 2.000 manat pul istəmişdir. Bundan sonra Elşənin atası Mirzəcana zəng edib vəkilin 2.000 manat istədiyini demiş və sonuncu razılaşmışdır. Bundan sonra Şahid1 zəng edib Bakı şəhərinə gəlib vəkillə müqavilə bağlamaq lazım olduğunun demiş və səhəri gün Elcan Bakı şəhərinə gəlmişdir. Sonuncu ilə birlikdə Pərvizin iş yeri olan «Niel» şadlıq sarayının qarşısında yerləşən, adını və nömrəsini bilmədiyi Vəkil Bürosuna gəlmişlər. Elcandan pulu almış və birlikdə vəkil bürosuna keçmişlər. Pərvizin otağının qarşısında Elcan qapıda gözləmişdir. Özü içəri keçib 2.000 manat pulu stolun üzərinə qoyub, Elcanın qapıda dayandığını bildirmişdir. Pərviz Elcanın da içəri keçməsini demişdir. Elcan içəri keçib Pərvizlə tanış olmuş və onlar aralarında müqavilə bağlamışlar. Təxminən 3-4 gün sonra Pərviz ona zəng edib Elşənin işini aparan müstəntiqin Elşənin barəsində olan cinayət işindən iki maddəni götürəcəyini və işini yüngülləşdirib Astara Rayon Məhkəməsinə göndərəcəyini, orada da hörmət etdikdən sonra yüngül maddənin götürülüb Elşənin azad edilə biləcəyini bildirmişdir. Pərviz müstəntiqin Elşənin cinayət işindən iki maddəni götürməsi üçün 35.000 manat pul istədiyini, ilkin olaraq 15.000 manat verilməli olduğunu demişdir. Odur ki, Mirzəcana zəng edib bu barədə məlumat vermişdir. Sonuncu razılaşıb ondan vəkilin nömrəsini alıb özü də onunla danışmışdır. Bundan sonra Mingəçevir şəhərinə gedərkən Rəna xanımla danışmışdır. Danışıq zamanı sonuncu hal-əhval edib anasını soruşduqda o, anasının ayağında yara olduğunu demişdir. Rəna xanım da Mingəçevirə getməzdən əvvəl Astaraya dönməyini, onlarda olan limondan hazırlanmış dərman məhlulunu götürüb anasına aparmağını bildirmişdir. Odur ki, ilk olaraq Astaraya getmişdir. Orada Rəna xanım ona dərmanı verib, Astaraya gəlmişkən Mirzəcangilə getməyini, onlarla tanış olmağını, Mirzəcanın da onu qonaq etmək istədiyini bildirmişdir. X2yınının evinə getmişdir. Həmin vaxt Mirzəcangil qaynının evində olmuşlar. Orada vəkilin sözünü onlara çatdırıb Elşənin cəzasının yüngülləşdirilməsi üçün 35.000 manat pul lazım olduğunu, ilkin olaraq isə 15.000 manat verilməli olduğunu demişdir. Mirzəcan kişi ona orada 6.500 manat pul vermişdir. Pulu verən zaman otaqda onunla Mirzəcandan başqa Nadir, Elcan və adını bilmədiyi evin sahibi, yəni Elşənin dayısı olmuşdur. Pulu götürüb sağollaşıb çıxmış, sonra Mingəçevirə gedib Bakıya qayıdıb, Pərvizlə görüşmüşdür. Pulu ona vermək istədikdə sonuncu pulun hələ onda qalmağını, 15.000 düzəldikdən sonra pulu götürəcəyini bildirmişdir. Təxminən 2 gün sonra Mirzəcangil ona zəng edib əlavə də pul göndərmək istədiklərini demişdir. Odur ki, atasının adına olan "xxxx" ASC-yə məxsus plastik bank kartının şəklini çəkib ona atmışdır. Mirzəcangil 3 dəfəyə olmaq şərtilə «MilliÖn» elektron ödəmə sistemi vasitəsilə ona əlavə 11.700 manat pul göndərmişdir. X26 adına olan həmin bank kartı həmişə onun istifadəsində olmuşdur. Həmin pulları "xxxx" ASC-nin Bakı şəhərində yerləşən müxtəlif bankomatlarından çıxarıb götürmüşdür. Onda ümumi 18.200 manat pul olmuşdur. Bundan sonra Pərvizə zəng edib pulu götürməyini dedikdə Pərviz Ucar rayonunda məhkəmədə olduğunu, pulun onda qalmasını bildirib sonra götürəcəyini demişdir. Bundan sonra Zəminə adlı rəfiqəsinə 12.000 manat pul lazım olduğundan, Pərvizə zəng edib pulu ondan nə vaxt götürəcəyini soruşmuşdur. Pərviz təxminən 20 gün sonra pulu götürəcəyini dedikdən sonra, 12.000 manat pulu Zəminəyə vermişdir. Bundan başqa Mingəçevirdə yaşadığı evinin sənədini banka qoyub pul götürmüş, evinin sənədini geri götürmək üçün və həmdə 20 gün vaxtı olduğundan həmin puldan 6.200 manatı banka qoyub evinin sənədlərin götürmüşdür ki, evi satıb pulu yerinə qoysun. Təxminən 2 gün sonra müstəntiq ona zəng edib ondan pulu istədikdə, vəkil Pərvizin hələ 20 gün pulun lazım olmayacağını, ona görə pulu istifadə etdiyini bildirmişdir. Bundan sonra Pərvizə zəng edib bu buradə dedikdə sonuncu ikisi bir yerdə olduqda, pulu verəcəklərini müstəntiqə deməyini ona bildirmişdir. Pərvizə pulun hələ yerində olmadığını, 20 gün müddətində pulun lazım olmayacağını dediyi üçün, həmin puldan istifadə etdiyini bildirmişdir. Bu barədə Mirzəcan kişi eşidib, zəng edib pulunu tələb etmişdir. Sonuncuya pulu şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. Mirzəcan kişi ondan pulu qaytarmağını tələb etmiş, onun cavabını gözləmədən barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və digər orqanlara çoxsaylı şikayətlər etməyə başlamışdır. Rəfiqəsi Zəminə ondan aldığı 12.000 manatı qaytarmamışdır. Özü də evinin sənədi üçün 6.200 manatı banka ödəsə də, əlavə 1.500 manat da ödəməli olduğuna görə evin sənədini götürə bilməmiş və evi sata bilməmişdir. Bu səbəbdən Mirzəcan kişinin pulunu verə bilməmişdir. Sonradan işlətdiyi restoranın hazır biznesini satıb 16 dekabr 2020-ci il tarixdə Mirzəcan kişinin özünün deməsindən sonra qohumunun kartına 5.000 manat köçürmüşdür. 26 dekabr 2020-ci il tarixdə "xxxx" ASC-də Şahid1 adına 7.000 manat pul qoymuşdur. Bundan başqa həmin puldan 2.000 manatını Elşənin cinayət işi üzrə vəkili Pərvizə vermişdir. 2020-ci ilin dekabr ayı ərəfəsində əlavə olaraq Şahid1 qohumunun kartına 1.000 manat da köçürmüşdür. X23 maddələrinin azaldılaraq işinin yüngülləşdirilməsi üçün sonuncunun ailə üzvlərindən aldığı 18.200 manat puldan onlara 3.200 manat qaytaracağı pulu qalmışdır. Rəna yaşlı bir qadın olmuş, onu təxminən 2-3 il əvvəl tanımış, Rənanın digər bir Natiq adlı nəvəsi onun işlətdiyi restoranda ofisiant işləmiş, Rəna xanım restorana gəlibgedərkən onu görüb tanımış və şəxsi münasibətləri yaranmışdır. Sonuncu 2020-ci ilin yaypayız ayları ərəfəsində Covid-19 virusundan dünyasını dəyişmişdir. İlk izahatında fikirlərini tam şəkildə ifadə edə bilməmiş, ola bilsin ona görə Pərvizin ona zəng edərək müstəntiqin işin görülməsi üçün 35.000 deyil 15.000 manat pul istədiyini bildirmiş və həmçinin həmin vaxt tam səmimi izahat vermədiyindən rəfiqəsi Zəminənin mebel alışı-satışı ilə məşğul olduğunu, ona pul lazım olduğundan ondan 15.000 manat borc aldığını, işləri pis getdiyinə görə qaytara bilmədiyini qeyd etmişdir. Heç vaxt dövlət orqanlarında işləməmiş və heç kimə də Dövlət Təhlükəsizliyi Xidmətində çalışdığını deməmişdir. Heç kəsdən 25.000 manat pul istəməmiş, ilkin olaraq 10.000 manat pul verilməli olduğunu bildirməmiş, ona Siyaku kəndində 9.000 manat deyil, 6.500 manat pul verilmişdir. Həmin vaxt evdə Mirzəcan, Elcan, anası Gülbahar, Elcangilin adını bilmədiyi bir nəfər dayısı olmuşdur. Elcanla parkda görüşüb ondan 13.600 manat pul almamış, onlardan əlavə olaraq 10.000 manat pul istəməmişdir. Sonunculardan ümumiyyətlə 34.300 manat pul almamışdır. Onlardan cəmi 18.200 manat pul almışdır. Həmin məbləğin 15.000 manatını qaytarmış və hazırda 3.200 manat borcu qalmışdır. Həmin ərəfədə pulu olmadığına görə 1.000 manat özü Elcandan borc almış, 200 manat da müvafiq işə görə gəlib-getdiyi üçün taksilərə vermişdir. Nadirə heç vaxt heç bir məbləğdə pul verməmişdir. Elşənin tamamilə azad etdirəcəyi barədə heç kəsə vəd verməmişdir. Vəkilin və müstəntiqin demələrinə əsasən Elşənin işinin yüngülləşdirilməsi üçün pul istəmişdir. Mirzəcangildən 18.200 pul alıb vaxtında qaytara bilmədiyinə görə, sonuncular ondan 2 qat pul tələb etməyə başlamışlar. Şahid8 lap əvvəldən, hələ məcburi köçkün olmamışdan əvvəl Ağdam rayonunun Boyəhmədli kəndindən qonşuları olmuşdur. Sonuncu ilə münasibətləri çox yaxşı olmuşdur. 2020-ci ilin iyul-avqust aylarında ehtiyacı olduğu üçün Dilşadın bacısının əri Xudayətdən borca 5.000 manat pul istəmişdir. Sonuncu ona 3.500 manat pul vermişdir. Bir müddət sonra yenidən pula ehtiyacı olduğu üçün Xudayətdən əlavə də 1.000 manatda pul almış və qısa zamanda qaytaracağını söz versə də, pulu qaytara bilməmişdir. Borcuna və digər xərclərə görə Mingəçevir şəhərində olan evini satışa qoymuş, lakin, ev satılmadığına görə Xudayət kişinin pulunu qaytara bilməmişdir. Qeyd etdiklərindən başqa heç bir borcu yoxdur. Şahid8 heç vaxt borca pul almamışdır. Ayseli işə düzəltməyinə söz verməmiş və bununla bağlı heç kəsdən pul almamışdır. Ona «Milliön» vasitəsilə 100 manat pul gəlmişdir. Xudayət dayının mobil telefonunda «WhatsApp» proqramı olmadığı üçün plastik kartın şəklini çəkib Şahid8 mobil nömrəsinə atmışdır. "xxxx" ASC-yə aid olan həmin plastik kartın sahibini tanımır. «Xalqlar dostluğu» metro stansiyasının yaxınlığında parkın yanında yerləşən "xxxx" ASC-yə aid olan filialın qarşısında olarkən tanımadığı şəxsdən kartını ona verməsini, pul köçürüləcəyini, pulu çıxarıb kartını qaytaracağını xahiş etmiş və onunla razılaşıb kartını ona vermişdir. Bundan sonra Xudayət dayıya həmin karta pul vurmasını demişdir. Dilşad xalaya Dövlət Gömrük Komitəsində işlədiyini deməmişdir. Baş verənlərə görə təəsüflənir. Özünü ancaq dələduzluq cinayəti törədilməsində təqsirli bilir. Qalan ittihamlarla razı deyildir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, fərdi əməklə məşğul olub ailəsini dolandırır. X33 2020-ci ilin iyun ayının 30-da narkotik vasitələrinin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirən zaman Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq həbs olunmuşdur. Elşənin həbs olunması barədə qohumları və tanışları məlumatlı olmuşdur. 2020-ci ilin təxminən iyul ayının ortalarından qohum və tanışları ondan Elşənin işini soruşmağa başlamışlar. Ailəlikcə oğlunun azad olmasını, övladlarına və ailəsinə qovuşmasının istəmişdir. Odur ki, bu sahəni bilən savadlı bir şəxslə görüşüb məsləhət almaq istəmişdir. Həmkəndliləri və oğlu Elcanın sinif yoldaşı Şahid4 Rəna adlı qohumunun hüquq-mühafizə orqanında çalışdığını bilib, ondan məsləhət almaq istəmişlər. Bu niyyətlə Elcan Nadirə zəng edib onlara gəlməyini xahiş etmişdir. Təxminən 2020-ci ilin avqust ayının 28-29 tarixlərində Nadir onlara gəlmişdir. Məsələni ona danışıb oğlunun işində köməklik göstərilməsi üçün Rəna xanımdan məsləhət almaq istədiklərini bildirib, Rəna xanımla danışmasını xahiş etmişlər. 2020-ci ilin sentyabr ayının əvvəlində Nadir onlara gəlib Rəna xanımla danışdığını, onun Elnarə adlı bir tanışının olduğunu, sonuncunun Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində məsul vəzifədə işlədiyini, mayor rütbəsi daşıdığını deyib, yanlarından Elnarənəyə zəng etmişdir. Danışıq zamanı Elnarə məsələni həll edə biləcəyini, bunun üçün 25.000 manat pul lazım olduğunu, ilkin olaraq ona 10.000 manat pul vermələrini demişdir. Sonra onlar Elnarədən harada işlədiyini bir daha soruşduqda sonuncu, məxfi işdə çalışdığını bildirmişdir. Həmin vaxt telefon səs ucaldanda olduğuna görə Nadirlə yanaşı özü də Elnarə ilə danışmış və ailə üzvləri Elşənin azadlığa çıxması üçün deyilən məbləğlə razılaşmışdır. Təxminən sentyabr ayının ilk on günlüyündə Nadir Elnarəni rayona gətirmişdir. Elnarənin vəzifəli şəxs olduğunu düşündükləri üçün evi köhnə olduğundan onu qaynı Həmidin evində, yəni Siyaku kəndində qonaq kimi qəbul etmişlər. Elnarə Nadirlə birlikdə qaynı evinə gəlmiş, həmin vaxt evdə oğlu Şahid2, arvadı Şahid3, qayınları Şahid6, Şahid5, habelə qohumu, Elşənin qaynatası Vidadi Həsənov olmuşdur. Danışıq zamanı Təqsirləndirilən şəxs onlara DTX-də yüksək vəzifədə işlədiyini, Prezident Aparatında adamı olduğunu, heç narahat olmamalarının, 25.000 manat müqabilində oğlu Elşən Nəzərovu 2020-ci ilin 30 oktyabr tarixinədək həbsdən azad etdirəcəyini, bunun üçün ilkin olaraq ona 10.000 manat pul vermələrini bildirmişdir. Təklifi ilə razılaşaraq qeyd edilən şəxslərini iştirakı ilə ilkin olaraq ona 9.000 manat pul vermişdir. Pulu verməzdən əvvəl otaqda topa halda pulun şəklini də çəkmiş və ilkin araşdırma dövründə həmin şəkilləri araşdırmaya təqdim edib izahatına əlavə etmişdir. Elnarə pulu sayıb qəbul edib çantasına qoymuş və pulun qalan hissəsini də düzəltmələrini, bir neçə gün sonra yenidən zəngləşəcəklərini, Bakıya da Nadirlə birlikdə gəlmələrini, özünün bu işi həll edəcəyini, bu işə görə elə-belə deyil, 2.000 manatlıq vəkil tutacağını bildirəndən sonra, sağollaşıb Nadirlə birlikdə getmişdir. Bundan sonra təxminən sentyabr ayının ortalarına yaxın Elnarə ona zəng edərək qalan 16.000 manat pulu Nadirlə birlikdə Bakı şəhərinə gətirməsini demişdir. Onlar isə 13.600 manat pul düzəldə bilmiş və elə səhəri günü, 16 sentyabr 2020-ci il tarixdə oğlu Elcan 13.600 manat pulu götürüb Şahid4 ilə birlikdə Bakı şəhərinə getmişdir. Sonradan oğlu Elcanın deməsindən ona məlum olmuşdur ki, onlar taksi ilə Bakı şəhərinə gedib orada «Xalqlar dostluğu» metrostansiyası yaxınlığındakı parkda Elnarə ilə görüşmüş, görüş zamanı oğlu Elnarəyə 13.600 manat pulu vermiş, Elnarənin məsləhətindən sonra vəkil ilə müqavilə bağlamaq üçün birlikdə vəkil bürosuna getmişlər. Elnarə oğlu Elşən Nəzərovun hüquqlarını müdafiəsi üçün vəkil lazım olduğunu, vəkilə 2.000 manat veriləcəyini, ona verdikləri puldan 2.000 manatı verəcəyini bildirmişdir. Bakı şəhərində yerləşən nömrəsini bilmədiyi Vəkil Bürosuna gedib orada Pərviz adlı vəkil ilə müqavilə bağlamışlar. Vəkil oğlu Elcana bu işlərin görülməsi üçün 2.000 manat pul alacağını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs özü həmin pulu oğlunun yanında vəkilə vermişdir. Bundan sonra onlar sağollaşıb ayrılmışlar və oğlu Elcan Nadir ilə bərabər həmin taksi ilə rayona qayıtmışdır. Təxminən 2020-ci ilin sentyabr ayının ortalarında Təqsirləndirilən şəxs ona zəng edərək işlərin qarışdığını, danışdıqları vəsaitə məsələnin alınmadığını bildirərək, əlavə olaraq yenidən onlardan 10.000 manat pul istəmişdir. Çarəsiz qaldıqlarından Elnarə ilə razılaşmışlar. Elnarə qalan pulu ona atasının bank hesabına göndərmələrini bildirərək atasının "xxxx" ASC-yə məxsus plastik kartının fotoşəkilini «WhatsApp» vasitəsi ilə özünün ***-***-**-** mobil telefon nömrəsindən Elcanın ***-***-**-** mobil telefon nömrəsinə göndərmişdir. Elnarənin tələb etdiyi əlavə 10.000 manat pulu və əvvəlki puldan qalıq qalmış 2.400 manatı hissə-hissə olmaqla 16 sentyabr 2020-ci ildə 2.500 manat, 6 oktyabr 2020-ci il tarixdə 5.000 manat və 10 oktyabr 2020-ci il tarixdə 4.200 manat olmaqla, ümumilikdə 11.700 manat pulu rayonun Pensər kəndində inşaat materialları mağazasında yerləşən «Milliön» aparatı vasitəsilə onun verdiyi hesaba göndərmişdir. Bundan sonra ümumi olaraq Elnarəyə 34.300 manat pul vermişlər. Danışıqlarına əsasən verəcəkləri puldan 700 manat pul qalmışdır. Elnarə oğlu Elşən həbs yerindən çıxdıqdan sonra, evlərində yaxşı bir məclis təşkil etməyini, həmin vaxtı özünün də onlara gələcəyini, onlardan sağollaşıb çıxdıqda sonuncu 700 manatı verəcəklərini bildirmişdir. 34.300 manat pulu Elnarəyə verdikdən sonra işləri ilə bağlı Təqsirləndirilən şəxs tez-tez zəng edərək maraqlandıqda sonuncu narahat olmamalarını, yaxın günlərdə işin həll olunacağı barədə yalan vədlər vermişdir. Bir gün oğlu Elcan vəkil Pərvizə zəng edərək iş ilə maraqlandıqda, sonuncu oğlu Elşənin narkotik ilə tutulduğundan həbsdən azad olunmayacağını, əgər oğlunun həbsdən azad olunmasına köməklik göstərilməsi üçün kiməsə pul vermişlərsə, həmin şəxsin onları aldadaraq onlardan pul aldığını bildirmişdir. Təqsirləndirilən şəxs isə hər dəfə onlara bu işin görülməsi üçün pul vermələri barədə heç kəsə bildirməmələrini tapşırdığından oğlu Elcan ilk olaraq vəkilə bu iş üçün heç kəsə pul vermədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs onlara vəd verdiyi 30 oktyabr 2020-ci il tarixi bitdiyinə və aradan xeyli müddət keçdiyinə baxmayaraq Elnarə işi həll etməmiş, bundan sonra artıq vəkil Pərvizin dediyi sözlər onları oyatmışdır. Elnarədən işi düzəltməsini, ya da ki, verdikləri 34.300 manat pulu qaytarmasını tələb etmişlər. Aldanıldıqlarını başa düşdükdən sonra dəfələrlə özbaşına özünü vəzifəli şəxs kimi təqdim edən Təqsirləndirilən şəxs aldatma yolu ilə onlardan aldığı ümumilikdə 34.300 manat pulu qaytarmasını tələb etsələr də, sonuncu müxtəlif bəhanələr gətirərək yaxın günlərdə pulu qaytaracağı barədə yalan vədlər vermiş, lakin sonradan isə pulu qaytarmayacağını, heç kəsdən qorxmadığını, hara və kimə istəyirlərsə şikayət etmələrini bildirmişdir. Ona barəsində Prokurorluq orqanlarına şikayət edəcəyi barədə bildirdikdə Elnarə nalayiq sözlər işlədərək nə istəyirsə etməyini bildirmiş və telefon nömrələrini söndürüb onlarla əlaqədən qaçmışdır. Bundan sonra onlar Nadirdən də haqlarını tələb etməyə başlamış, sonuncuya Elnarəni onunla tanış etdiyini, indi isə Elnarənin onlardan qaçdığını, sonuncunu tapa bilmədiklərini dedikdə Nadir özünün də Elnarə barədə məlumatı olmadığını, nə bilirlərsə etmələrini demişdir. Eyni zamanda onlar Təqsirləndirilən şəxs pullarını tələb etməyə başladıqdan sonra Elnarə ona verdikləri pul vəsaitindən 3.000 manatını onları tanış edən Şahid4 verdiyini bildirmişdir. Elnarə özünü vəzifəli şəxs kimi təqdim edərək onları aldadıb 34.300 manat pulunu qanunsuz olaraq ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 atası Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək əlavə olaraq göstərdi ki, 16 sentyabr 2020-ci il tarixdə 13.600 manat pulu götürüb Şahid4la birlikdə Bakı şəhərinə gedib «Xalqlar dostluğu» metrostansiyasının yaxınlığındakı parkda Elnarə ilə görüşmüşlər. Bundan sonra Elnarənin həmin yelə gəldiyi dövlət nömrə nişanını xatırlamadığı ağ rəngli «VAZ 2107» markalı avtomobilə əyləşib vəkil bürosuna getmişlər. Avtomobilə əyləşən zaman Elnarəyə 13.600 manat pulu verib, həmin məbləğdə pul düzəldə bildiklərini demiş və sonuncu etiraz etməyib pulu sayıb götürmüşdür. Elnarə ona həmin məbləğdən vəkilə 2.000 manat pul verəcəyini bildirmişdir. Vəkil Bürosuna çatıb Elnarə ilə birlikdə Büroya daxil olmuşdur. Elnarə içəri daxil olub bir nəfər şəxsə yaxınlaşıb özünün təqdim etmiş, həmin şəxs də adının Pərviz olduğunu demişdir. Vəkil qardaşının işi ilə bağlı 2.000 manat pul istəmiş və Elnarə ona verdiyi puldan 2.000 manat pulu çıxarıb vəkilə vermişdir. Bununla da onunla Pərviz arasında müqavilə bağlanmışdır. Bundan sonra, Astaradan gəldikləri taksini olduğu vəkil bürosunun yanına çağırmış, həmin taksi ilə Elnarəni aparıb «Xalqlar dostluğu» metrostansiyasının yanında düşürmüşdür. Həmin vaxt Nadir taksidə olmamışdır. Sonuncu qohumugilə getmişdir. Elnarə ilə sağollaşıb ayrıldıqdan sonra həmin taksi ilə gəlib «Şamaxinka» deyilən ərazidən Nadiri götürüb bir yerdə həmin taksi ilə rayona qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şahid1 həmkəndlisi kimi tanıyır. Münasibətləri normaldır. Təqsirləndirilən şəxs isə Rəna vasitəsilə tanımışdır. Şahid1 oğlu Elcan həm də onun sinif yoldaşıdır. Sonuncunun qardaşı Elşən Nəzərov 2020-ci ilin iyun ayında narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirən zaman Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq həbs olunmuş və bununla bağlı Dövlət Sərhəd Xidmətində cinayət işi başlanmışdır. Bütün kənd camaatı kimi onun da bu məsələdən xəbəri olmuşdur. Ailəsinin çox yaxın münasibətdə olduğu və özünün nənə kimi müraciət etdiyi Rəna adlı xanımı Şahid1 onlarda görüb tanımışdır. Elşənin həbsindən sonra Mirzəcan kişi özü Rəna xanıma müraciət edib, oğlunun həbsdən azad olunması üçün ondan köməklik istəmişdir. Bununla bağlı sonradan özü də Rəna xanıma zəng edib, Mirzəcan kişiyə köməklik göstərməsini xahiş etmiş, lakin, sonuncu belə işlərlə məşğul olmadığını, bu barədə onlara Elnarə adlı xanımın köməklik göstərə biləcəyini bildirərək, sonuncunun mobil telefon nömrəsini ona vermişdir. Elnarə xanıma zəng edib Elşən Nəzərovun tutulması barədə ona məlumat vermiş və sonuncu 25.000 manat pul müqabilində ona köməklik göstərə biləcəyini demişdir. Həmin vaxt Şahid1 da onun yanında olmuş və sonuncu Elnarənin təklifini eşidib, onunla razılaşmışdır. Mirzəcan kişiyə Elnarəni rayona dəvət etməyi, onunla öz evlərində görüşməyi, özlərinin bir-biri ilə danışmalarını məsləhət bilmişdir. Mirzəcan kişi onunla razılaşıb Elnarəni rayona dəvət etmişdir. Təxminən 2020-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs Astara rayonuna gəlmiş, onu Pensər kəndində qarşılayıb «Ümid» kafesində əyləşib Elcanın işdən gəlməsini gözləmişlər. Elcan işdən çıxdıqdan sonra onunla əlaqə saxlayıb birlikdə Elcanın dayısının Siyaku kəndində yerləşən evinə getmişlər. Həmin vaxt orada Elcanın atası Mirzəcan, anası Gülbahar, qardaşı arvadının atası və dayıları Azad və Həmid olmuşdur. Yenədə iş barəsində ətraflı danışıq olmuş, həmin vaxt Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətində, yoxsa ki, Dövlət Gömrük Komitəsində işlədiyini bildirmişdir. Danışıq zamanı Təqsirləndirilən şəxs 25.000 manat pul müqabilində Elşən Nəzərovu həbsdən azad etdirə biləcəyinə dair onun ailə üzvlərinə söz verərək, ilkin olaraq onlardan 9.000 manat pul almışdır. Söhbət zamanı Elnarə özünü kişi kimi bir qadın olduğunu, verdiyi sözü tutuduğunu dedikdə, Mirzəcan özləri Elnarə ilə vədələşib bir neçə günə pulun qalanını da çatdıracaqlarını demişlər. Elnarə pulun qalan hisəsini Bakı şəhərinə gətirmələrini bildirmişdir. Bu söhbətdən bir neçə gün sonra, 2020-ci ilin təxminən sentyabr ayının ortalarında Şahid2 ona birlikdə Bakı şəhərinə, Elnarə ilə görüşməyə getmələrini bildirmişdir. Təxminən 16-17 sentyabr 2020-ci il tarixində dövlət nömrə nişanının sonu 915 olan, tünd rəngli «Mercedes» taksi avtomobili ilə Bakı şəhərinə gələn zaman Elcan yolda ona bildirmişdir ki, Elnarəyə, 13.000 manat pul verəcəkdir. Bakı şəhərində «Xalqlar dostluğu» metrostansiyası yaxınlığında parkda Elnarə ilə görüşmüşlər. Elnarə ona həmin yerdə onları gözləməyini, özünün Elcanla birlikdə vəkillə müqavilə bağlamaq üçün Vəkil Bürosuna gedəcəklərini demiş və o, razılaşmışdır. Bundan sonra Elnarə Elcanla dövlət nömrə nişanına fikir vermədiyi avtomobilə əyləşib getmişlər. Az sonra rayondan gəldikləri taksi ilə 3-cü mikrorayon dairəsi adlanan yerə gəlib, oradan qaynanası evinə getmişdir. Bir neçə saat sonra Şahid2 ona zəng etmiş və onlar «Şamaxinka» deyilən ərazidə görüşərək Astara rayonuna qayıtmışlar. Yolda olan zaman Şahid2 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində olan 13.000 manat pulun hamısını vermiş vıə vəkil ilə də görüşüb müqavilə bağlamışlar. Sonradan Şahid2 ona dediyinə əsasən onlar Elşənin həbsdən azad olunması üçün Təqsirləndirilən şəxs ilə 25.000 manata sövdələşməklərinə baxmayaraq, Elnarə sonradan onlardan əlavə olaraq 10.000 manat da pul tələb etmişdir. Elnarəyə 34.000, ya da 35.000 manat civarında pul vermişlər. Həmin pulun verilməsində onun heç bir maddi marağı olmamışdır. Sadəcə bu işdə tanışlarına köməklik göstərmək istəmişdir. Onları birbiri ilə tanış etdikdən sonra bu işlərə qarışmamış, onların arasında başqa nələrin baş verməsindən xəbəri olmamışdır. X10 aldadıb pullarını aldığını, Elşənin işinə heç bir köməklik etmədiyini, buna görə də, Mirzəcan kişinin Elnarə barədə bir çox orqanlara şikayət etdiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Gülbahar onun bacısı, X14 isə sonuncunun oğludur. 2020-ci ilin iyun ayının 30-da Elşən narkotik vasitələrini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirən zaman Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq həbs olunmuş və bununla bağlı Dövlət Sərhəd Xidmətində cinayət işi başlanılaraq istintaq aparılmışdır. Təxminən 2020-ci ilin sentyabr ayının əvvəllərində bacısı Gülbahar qardaşı Həmidə zəng edib Elşənin həbsdən azad edilməsi üçün Elcanın sinif yoldaşı Nadirin Elnarə adlı tanışı olduğunu, onun Elşənin azad edilməsinə kömək edəcəyini, X3 Xidmətində yüksək vəzifədə işlədiyini, Elşənin azad edilməsi müqabilində 25.000 manat pul istədiyini, Elnarənin görüşmək üçün onlara gələcəyini, onlarda ev şəraiti yaxşı olmadığını, ona görə Həmidin evində Elnarə ilə görüşmək istədiklərini demiş, qardaşı Həmid də etiraz etməmişdir. Bu barədə bacısıgil ona da məlumat verib onu da görüşə dəvət etmişlər. Onlar hamısı qardaşı Həmidin evinə yığışmış və bacısıgil Elşənin qaynatası Vidadini də görüşə dəvət etmişlər. Nadirlə Elnarə qardaşı evinə gəlmiş və danışıq zamanı Təqsirləndirilən şəxs bir daha onlara Dövlət Təhlükəsizliyi Xidmətində yüksək vəzifədə çalışdığını, Prezident Aparatında adamı olduğunu, heç narahat olmamalarını, 25.000 manat pul müqabilində Elşəni 2020-ci ilin 30 oktyabr tarixinədək həbsdən azad edə biləcəyini, bunun üçün ilkin olaraq ona 10.000 manat pul vermələrini bildirmişdir. Bacısıgil də ilk olaraq 9.000 manat pul düzəldə bilmiş və Mirzəcan Həmidin evində onların hamısının yanında 9.000 manat pulu Elnarəyə vermişdir. Elnarədə pulu qəbul edib, sayaraq çantasına qoymuşdur. Sonra Elnarə pulun qalan hissəsini də düzəltməyi, bir neçə gün sonra yenidən zəngləşəcəyini, sözləri olarsa Nadirlə əlaqə saxlamağı və Bakıya da Nadirlə birlikdə gəlməyi, özünün bu işi həll edəcəyini, bu işə görə 2.000 manatlıq vəkil tutacağını bildirəndən sonra sağollaşaraq Nadirlə birlikdə çıxıb getmişdir. Onlar getməmişdən əvvəl özü Elnarədən birdən iş alınmasa pulun axırı necə olacaq deyə soruşduqda, Elnarə ləqəbinin kişi olduğunu demişdir. Daha sonra Nadirə Elnarəni onlara tanıtdığını, əgər burda yalan bir iş olarsa evini satmalı belə olsa, onların pulunu qaytaracağını dedikdə, Elnarə müdaxilə edib söz verdiyini, oktyabr ayının sonunda Elşənin evdə olacağını bildirmişdir. Sonradan bacısıgildən Elnarənin əlavə də 10.000 manat istədiyini bilmiş və ümumilikdə Elnarə Elşənin azad edilməsi üçün 35.000 manat pul istəmişdir. İlk olaraq 9.000 manatdan sonra Elnarəyə Elcanın ikinci dəfə Bakı şəhərində 13.600 manat pul verdiyini, daha sonra Elnarə 10.000 manat istədikdə isə ona kart vasitəsilə 3 dəfə ardıcıl olaraq pul göndərildiyini bilmişdir. Üçüncü dəfə nə qədər pul göndərildiyini dəqiq bilməsə də, ümumi olaraq Elnarəyə 34.300 manat pul verdiklərini bilmişdir. Təqsirləndirilən şəxs vəd verdiyi tarix, yəni 30 oktyabr 2020-ci il tarixi bitdiyinə və aradan xeyli müddət keçdiyinə baxmayaraq Elnarə işi həll etməmişdir. Bundan sonra bacısıgillə danışdıqda Elnarənin onları aldatdığını öyrənmişdir. Bundan sonra özünü yalandan vəzifəli şəxs kimi təqdim edən Təqsirləndirilən şəxs aldatma yolu ilə bacısıgildən aldığı pullarını qaytarmasını tələb etsələr də, Elnarə müxtəlif bəhanələr gətirərək yalan vədlər verib pullarını qaytarmamış və buna görə də, Mirzəcan məcbur qalıb Elnarə barəsində şikayət vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 və X11 Şahid5 ifadəsinə uyğun ifadələr verdilər. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid7 ifadəsindən görünür ki, 2018-ci ilin iyun ayından vəkillik fəaliyyəti ilə məşğul olur. Füzuli Ələkbərov onun dostudur. Təqsirləndirilən şəxs və Şahid1 isə əvvəldən tanımamışdır. 2020-ci ilin sentyabr ayının 15-i axşam saatlarında Füzuli ona zəng edərək bildirmişdir ki, bir nəfər xanımının qohumunu tutublar, ona vəkillik edə bilərsənmi? O da etiraz etməmiş, həmin şəxsin yanına gəlməyini və məsələni ona danışmağını bildirmişdir. 16 sentyabr 2020-ci ildə Təqsirləndirilən şəxs onun mobil nömrəsinə zəng vurub, işlədiyi 18 saylı Vəkil Bürosuna gəlmişdir. Sonuncu qohumu Elşən Nəzərovun narkotikə görə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən tutulduğunu, günahsız olduğunu bildirib ona vəkillik etməyini xahiş etmişdir. Elnarəyə bildirmişdir ki, Elşənin günahının olub-olmadığı istintaq zamanı müəyyən olunacaq, vəkil kimi işə qoşulmadan heç nə deyə bilməz. Onlar razılaşmış və o, yalnız Elşənin yaxın ailə üzvlərindən biri ilə müqavilə bağlayacağını, müqavilənin rəsmiləşdirilməsi və digər xərclər üçün 2.000 manat pul alacağını bildirmişdir. Hər zaman işində, arada vasitəçilik edən şəxsin dələduzluq etməməsi üçün bilavasitə təqsirli şəxsin yaxın ailə üzvləri ilə müqavilə bağlayır və bu işdə də həmin prisipinə görə Elnarə ilə müqavilə bağlamamışdır. Elnarə getmiş və səhəri gün, yəni 17 sentyabr 2020-ci il tarixdə Elşənin qardaşı Elcan ilə birlikdə səhər saatlarında onun işlədiyi büroya gəlmişdir. Bir daha Elşənin doğma qardaşı Elcan ilə ətraflı danışıb ona, qardaşı Elşənə hüquqi xidmət göstərmək üçün 2.000 manat alacağını bildirmişdir. Elcan razılaşmış və onlar pulu ödədikdən sonra Elcanla müqavilə bağlamışdır. Bundan təxminən 10 gün sonra Elcangil ona zəng edib Elşənin işinin nə yerdə olduğunu soruşmuş və telefon danışığı zamanı Elşənin atası Şahid1 oğlunun niyə azadlığa çıxmadığını soruşduqda o, sonuncuya istintaq getdiyini, oğlunun buraxılıb-buraxılmayacağının istintaqın nəticəsində müəyyən olunacağını bildirmişdir. Bu zaman Mirzəcan: «necə yəni, mən Elnarəyə pul vermişəm, mənim oğlum niyə buraxılmır?»-deyə narazılıq etmişdir. Sonuncunun sözünə cavab olaraq özünün vəkil olduğunu, öz işini gördüyünü, bu işlə bağlı kiməsə pul veribsə, onun öz işi olduğunu və həmin adamın da dələduzluq etdiyini bildirmişdir. Bundan sonra Elnarəyə zəng edib bu barədə soruşduqda sonuncu heç kəsdən pul almadığını bildirmişdir. Bir müddət sonra Mirzəcangil Bakıya gəlib oğlunun işi ilə bağlı onunla görüşmüşlər. Görüş zamanı bir daha onlardan kiməsə pul verdiklərini soruşduqda, onlar danıb heç kəsə pul vermədiklərini, telefon danışığı zamanı isə səhv dediklərini bildirmişlər və o isə öz növbəsində işini apardığını, istintaqın davam etdiyini bildirmişdir. Ondan sonra təxminən 2020-ci ilin noyabr ayında Elşənin dayısı Azad ona zəng edib Elşənin işi ilə bağlı Mirzəcangilin Elnarəyə pul verdiklərini, pulun bir qismini 2020-ci ilin sentyabr ayının 9-da onun yanında verdiklərini, yerdə qalan məbləği isə kart vasitəsilə Elnarəyə göndərdiklərini, sonuncunun onları aldadıb işi həll etmədiyini və bu barədə heç kəsə bildirməmələrini Mirzəcangilə möhkəm tapşırdığı üçün Mirzəcanın ona yalan danışaraq Elnarəyə pul vermədikləri barədə bildirdiklərini demişdir. Danışıq zamanı Azada bununla bağlı aidiyyəti orqanlara şikayət etmələrini bildirmişdir. Bundan sonra bir daha Elnarə ilə danışmış və sonuncu pulu aldığını etiraf edib, bir neçə dəfəyə pulu qaytaracağına söz vermiş, Mirzəcangili Astaradan Bakıya gətirsə də, pulu verməmişdir. Axırıncı dəfə Elnarə ilə danışıq zamanı sonuncu ona: «vəkilsən, get vəkilliyini elə, öz işinlə məşğul ol, bu işə qarışma, Mirzəcan bilər, mən bilərəm» dedikdə, ona Elşənin vəkili olduğunu, buna görə Mirzəcanın onu yığıdığını, Mirzəcangillə bu işlə bağlı onu onun tanış etdiyini bildirib ona görə onu yığdığını demiş və həmin sözdən sonra bir daha Elnarəni yığmamışdır. Şahid1 da Elnarənin dələduzluq edib onları aldatması ilə bağlı aidiyyəti orqanlara şikayətlər etmişdir. Sonradan Elnarənin özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edərək Mirzəcangildən ümumi 34.300 manat pul aldığını və pul müqabilində oğlu Elşəni həbsdən azad etdirəcəyinə dair söz verdiyini bilmişdir. İşinə davam edib Elşənin hüquqlarını istintaqın yekununadək müdafiə etmiş, 15 aprel 2021-ci il tarixdə də cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Mingəçevir şəhərində yerləşən Ağdam rayon Boyəhmədli həkim məntəqəsində həkimterapevt işləyir. Təqsirləndirilən şəxs körpə vaxtından tanıyır. Belə ki, onun ata evi ilə Elnarənin ata-babasının evi Ağdam rayonunun Boyəhmədli kəndində hasar qonşusu olmuşdur. Birinci Qarabağ müharibəsindən sonra məcburi köçkün kimi Mingəçevir şəhərində məskunlaşmışlar. Elnarəgil də məcburi köçkün kimi Mingəçevirdə məskunlaşmışlar. Ailə qurduqdan sonra Mingəçevirdən çıxmış, əvvəl Bərdədə, sonra isə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində ailəsi ilə birlikdə yaşamış, lakin atası, qardaşı, bacısıgil Mingəçevirdə qalmışlar. Daha sonra dövlət tərəfindən Mingəçevir şəhərində məcburi köçkünlər üçün yaşayış binaları tikilərək təhvil verilmişdir. Həmin binalarda Elnarənin atası, bibisigil, onun qardaşları və bacısı qonşu yaşamışlar. Özü də Mingəçevir şəhərində işlədiyindən demək olar ki, həftənin əksər günləri Mingəçevirdə bacısının evində qalmışdır. 2020-ci ilin may ayının təxminən ortalarında günorta vaxtı Mingəçevirdə işdən çıxıb bacısı evinə gələrkən binanın həyətində Elnarə ilə qarşılaşmışdır. Söhbət əsnasında Elnarəyə Kürdəmir rayonunda yaşayan qızı Ayselin işsiz olduğunu bildirib, onu işə düzəltmək istədiyi barədə danışmışdır. Elnarə ona geniş əlaqələrinin olduğunu, Ayseli Kürdəmir rayonunda yerləşən «ASAN» xidmətə işə düzəldə biləcəyini deyib, bunun müqabilində ondan pul istəmişdir. Əvvəldən Elnarənin bacarıqlı olduğunu, bir neçə şəxsi işə düzəltdiyini eşitdiyi üçün ona inanmış, həm də aralarında olan əlaqələrə görə ona etibar etmiş, sonuncunun onu aldadacağını düşünməmişdir. Elnarə qızını «ASAN» xidmətə işə düzəldəcəyini desə də, konkret olaraq hansı işə düzəldəcəyini, qızının vəzifəsinin nə olacağını ona bildirməmişdir. O da, qızının işə düzəlməsini istədiyi üçün konkret olaraq Elnarədən bu barədə soruşmamışdır. Elnarə qızının işə düzəltmək müqabilində ondan 7.000 manat pul istəmiş və o, razılaşmışdır. Elnarəyə ilk olaraq 6.000 manat pul verəcəyini, işə düzəldikdən sonra əlavə 1.000 manatı da çatdıracağını bildirmiş və Elnarə onunla razılaşmışdır. Onlar bir-birindən mobil nömrələrini götürüb sağollaşıb ayrılmış və bu barədə heç kəsə bir söz deməmişdir. Bunu qızına hədiyyə etmək istəmiş və ona görə qabaqcadan qızına da bildirməmişdir. 28 may 2020-ci il tarixdə Elnarə ünvan 1 ünvanda yaşayan bacısı Şərafətin evinə gəlmişdir. Həmin vaxt evdə ondan başqa heç kəs olmamışdır. Evdə Elnarəyə 6.000 manat pul vermişdir. Elnarə pulu götürdükdən sonra işin 20 günə həll olunacağını bildirmişdir. Şərtləşdikləri 20 gün müddət keçdikdən sonra Elnarəyə zəng edib məsələnin nə yerdə olduğunu soruşmuşdur. Sonuncu ona səbrli olmağını, işin düzələcəyini demiş, lakin, yenə də zaman keçməsinə baxmayaraq Elnarədən heç bir xəbər çıxmamışdır. Elnarəyə ilk pulu verdiyindən təxminən 1 ay yarım sonra, 2020-ci ilin iyul ayının 16-da Elnarə ona zəng edib işin demək olar ki, həll olunduğunu, qalan 1.000 manat pulu da təcili ona göndərməyini demişdir. Elnarə çox israrla təkid etdiyi üçün yenə ona inanıb razılıq vermişdir. Elnarə Tofiq adlı şəxsə məxsus "xxxx" ASC-yə aid plastik kartın fotoşəkilini «whatsApp» vasitəsi ilə özünün ***-***-**-** mobil telefon nömrəsindən onun ***-***-**-** mobil telefon nömrəsinə göndərərək pulu həmin karta göndərməyini bildirmişdir. Həmin vaxt bacısıgilin evinin yaxınlığında yerləşən «İlkin» marketin içərisində olan «Milliön» aparatı vasitəsi ilə 1.000 manat pulu həmin karta göndərmişdir. Bundan sonra da Elnarə işi həll etməmişdir. Sonuncudan hər dəfə işin nə yerdə olduğunu soruşduqda o, işin düzələcəyini deyib, səbrli olmağını bildirmişdir. Elnarənin işi düzəltmədiyini görüb, ondan harada işlədiyini, nə ilə dolandığını soruşduqda sonuncu ona Dövlət Gömrük Komitəsində işlədiyini bildirmiş, lakin, vəzifəsini deməmişdir. 2021-ci ilin artıq mart ayında işin düzəlmədiyini görüb Elnarədən pulunu istəməyə başlamışdır. Elnarə yenə də işin düzələcəyini bildirmişdir. Bundan sonra Elnarənin valideynlərinə müraciət edib, bu barədə bildirmişdir. Elnarənin valideynləri ondan üzrxahlıq edərək pulları olmadığını, Elnarənin nə iş gördüyünü, həmin pulları hara verdiyini bilmədiklərini demişdir. Sonuncu dəfə 2021-ci ilin aprel ayında Elnarə ilə əlaqə saxlayıb, ona üç gün ərzində ya pulunu qaytarmağını, ya da qızının işini düzəltməyini bildirmiş, lakin, sonuncu nə onun pulu qaytarmamış, nə də qızının işini düzəltməmişdir. Odur ki, məcbur qalıb əməlləri barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin «161» qaynat-xətt əlaqə mərkəzinə zəng edərək məlumat vermişdir. Müraciət etdikdən iki ay sonra Elnarə onun pulunu qaytarmışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş şahid X7 ifadəsindən görünür ki, məcburi köçkün kimi Mingəçevir şəhərində məskunlaşmışdır. Təqsirləndirilən şəxs əvvəldən tanımamışdır. Elnarənin valideynlərini ailə həyatı qurduqdan sonra tanımışdır. Belə ki, onun qaynatasıgillə Elnarənin valideynləri Ağdam rayonunun Boyəhmədli kəndində hasar qonşusu olmuşlar. Mingəçevir şəhərində sonradan məcburi köçkünlər üçün şəhərcik salınmış və Ağdam rayonundan olan məcburi köçkünlər həmin şəhərcikdə məskunlaşmışlar. Elnarənin valideynləri də həmin şəhərcikdə məskunlaşmışlar. Elnarənin bibisi Nüşabə onun yaşadığı binanın üst mərtəbəsində məskunlaşmışdır. Həmin şəhərcikdə məskunlaşdıqdan sonra Elnarəni qiyabi olaraq valideynlərinə görə tanımışdır. 2020-ci ilin yay aylarında axşama yaxın binanın həyətində kişilərlə söhbət edən zaman baldızı Dilşadın yaşadıqları şəhərciyə yaxın yerləşən «İlkin» marketə getdiyini görüb, arxasınca gedib ondan nə lazım olduğunu soruşmuşdur. Sonuncu əlində olan pulu göstərib telefonunda yazılan karta göndərməli olduğunu demişdir. Dilşada kömək edib marketdə olan «MilliÖn» aparatı vasitəsi ilə pulu karta göndərməyə kömək etmişdir. Dilşaddan pulu kimə göndərəcəyini soruşmamışdır. Yalnız əskinasları aparata qoyan zaman pulun 1.000 olduğunu bilmişdir. Dilşad heç nə demədiyi üçün sonuncuya əlavə sual verməmişdir. Dilşadın Elnarə barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etdiyini sonradan bilmişdir. Dilşadın deməsindən Elnarənin ondan 7.000 manat pul alıb qızı Ayseli işə düzəldəcəyinə söz verdiyini, lakin işini həll etmədiyini bilmişdir. Elnarəyə heç vaxt hər hansı bir məbləğdə pul verməmişdir. Onun kimsəyə 3.000- 4.000 manat borc pul verməyə maddi imkanı olmamışdır. İşin 2-ci cildinin 63-64-cü vərəqlərindəki Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş 18 may 2021-ci il tarixli xx/xx-1285 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətində həqiqi hərbi xidmət keçənlərin (işləyənlərin) və təxris olunanların (işdən azad olunanların) siyahılarında keçmir. İşin 1-ci cildinin 17-20, 2-ci cildinin 56-cı vərəqlərindəki Şahid1 tərəfindən istintaqa təqdim edilmiş 100 manatlıq əskinasların əks olunduğu foto şəkildən görünür ki, süfrə üzərində, topa və səpələnmiş halda 100 manatlıq əskinaslar vardır. Şahid1 izahat və ifadəsində həmin əskinasların Təqsirləndirilən şəxs ilk dəfə Astara rayonunun Siyaku kəndində qaynı Şahid6 evində verdiyi 9.000 manat pul əskinasları olduğunu, pulları Təqsirləndirilən şəxs verməzdən əvvəl müvafiq evin digər otağında çəkdiyini bildirmişdir. Həmçinin Şahid1 tərəfindən istintaqa təqdim edilmiş nağd pul ödənişi qəbzlərinin foto şəklindən görünür ki, 16 sentyabr 2020-ci il tarixdə, saat 08:59:55-də Astara rayonunun Pensər kəndində İnşaat malları mağazasında yerləşən «MilliÖn» elektron ödəmə sistemi, 00660 nömrəli Terminal vasitəsilə X5 adına olan "xxxx" ASC-yə məxsus 4****3789 nömrəli plastik kartına və ******************** hesab nömrəsinə 2.500 manat, 6 oktyabr 2020-ci il tarixdə, saat 08:56:52-də Astara rayonunun Pensər kəndində İnşaat malları mağazasında yerləşən «MilliÖn» elektron ödəmə sistemi, 00660 nömrəli Terminal vasitəsilə X6 adına olan "xxxx" ASC-yə məxsus 4****3789 nömrəli plastik kartına və ******************** hesab nömrəsinə 5.000 manat və 10 oktyabr 2020-ci il tarixdə saat 14:08:52-də Astara rayonunun Pensər kəndində İnşaat malları mağazasında yerləşən «MilliÖn» elektron ödəmə sistemi, 00660 nömrəli Terminal vasitəsilə X6 adına olan "xxxx" ASC-yə məxsus 4****3789 nömrəli plastik kartına və ******************** hesab nömrəsinə 4.200 manat olmaqla ümumilikdə 11.700 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan başqa Şahid1 tərəfindən istintaqa təqdim edilmiş plastik bank kartının foto şəklindən görünür ki, həmin plastik kart "xxxx" ASC-yə məxsus olmaqla kart nömrəsi 4****3789-dur və +99***- ***-**-** saylı mobil nömrənin «Whatsapp» ani mesajlaşma və internet telefonu ilə mobil tətbiqi vasitəsilə göndərilmişdir. İstintaq zamanı 4****3789 nömrəli plastik kartın Təqsirləndirilən şəxs atası X6 adına olduğu və +99***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs məxsus olmaqla onun istifadəsində olduğu müəyyən edilmişdir. Şahid8 tərəfindən istintaqa təqdim edilmiş nağd pul ödənişi qəbzinin foto şəklindən görünür ki, 16 iyul 2020-ci il tarixdə, saat 17:37:05-də Mingəçevir şəhəri H.Əliyev prospekti «İlkin» marketdə yerləşən «MilliÖn» elektron ödəmə sistemi, 01104 nömrəli Terminal vasitəsilə X13 adına olan "xxxx" ASC-yə məxsus 4****2867 nömrəli plastik karta və ******************** hesab nömrəsinə 1.000 manat məbləğində pul köçürülmüşdür. İşin 1-ci cildinin 238-248-ci vərəqlərindəki Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən daxil olmuş 3 may 2021-ci il tarixli 16/2537 saylı məktubdan görünür ki, 1 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası vətəndaşı X1 rayonunun Şahağacı kəndi ərazisində DSX əməkdaşları tərəfindən saxlanılmış, 7 iyul 2020-ci il tarixdə o, İstintaq və Təhqiqat İdarəsinə təhvil verilmiş, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 7 iyul 2020-ci il tarixdə Şahid2 Azərbaycan Respublikası Cm-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmiş və barəsində Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 6 aprel 2021-ci il tarixdə X8 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş və 12 aprel 2021-ci il tarixdə cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İşin 2-ci cildinin 98-131-ci vərəqələrindəki 22 may 2021-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi materiallarında olan Şahid1 Təqsirləndirilən şəxs ilk dəfə Astara rayonunun Siyaku kəndində qaynı Şahid6 evində verdiyi 9.000 manat pul vəsaitinin fotoşəkili, 16 sentyabr 2020-ci il tarixdə 2.500 manat, 6 oktyabr 2020-ci il tarixdə 5.000 manat və 10 oktyabr 2020-ci il tarixdə 4.200 manat pul vəsaitlərin çeklərinin, Təqsirləndirilən şəxs ona göndərdiyi Vaqif Behbudovun adına olan "xxxx" ASC-yə məxsus plastik kartın fotoşəkilləri, həmçinin Şahid8 köçürülmə yolu ilə 16 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs göndərdiyi 1.000 manat pul vəsaitin çeki maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. İşin 1-ci cildinin 159-cu vərəqəsindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan edilmişdir. İşdəki Bakı istintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 5 noyabr 2021-ci il tarixdə tutmuşdur. Şahid1 məhkəməyə təqdim etdiyi notariat qaylasında təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam həcmdə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Şahid8 məhkəməyə təqdim etdiyi notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Hazırda həmin şəxsə qarşı hər hansı bir iddiası və şikayəti yoxdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək Şahid1 ümumilikdə 34.300 deyil, 18.200 manat məbləğində pul aldığını, bunun müqabilində Elşən Nəzərovun həbsdən azad ediləcəyinə deyil, işinin yüngülləşdirilməsinə köməklik ediləcəyinə söz verdiyini, özünü Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etmədiyini, həmçinin Şahid8 pul almadığını, ona özünün əlaqələri olduğu və qızı X22 «Asan» Xidmət Mərkəzində işə düzəldəcəyi barədə söz vermədiyini, Şahid8 deyil, sonuncunun bacısının əri Xudayət Bayramovdan 4.500 manat borc pul aldığını bildirdi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı sənədlər və işin digər faktiki halları ilə təkzib edildiyindən, məhkəmə ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birinə uyğun gələn sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələrsi ilə tövsif edilməklə, o, həmin maddələrlə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.2-ci maddəsinə əsasən o, cəzasının ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 5 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübutlar: Şahid1 Təqsirləndirilən şəxs ilk dəfə Astara rayonunun Siyaku kəndində qaynı Şahid6 evində verdiyi 9.000 manat pul vəsaitinin fotoşəkili, 16 sentyabr 2020-ci il tarixdə 2.500 manat, 6 oktyabr 2020-ci il tarixdə 5.000 manat və 10 oktyabr 2020-ci il tarixdə 4.200 manat pul vəsaitlərin çeklərinin, Təqsirləndirilən şəxs ona göndərdiyi Vaqif Behbudovun adına olan "xxxx" ASC-yə məxsus plastik kartın fotoşəkilləri, həmçinin Şahid8 köçürülmə yolu ilə 16 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs göndərdiyi 1.000 manat pul vəsaitin çekinin cinayət işi materiallarına əlavə edildiyi nəzərə alınmalıdır. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 310-cu maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, 32.4, 312-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 5 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar: Şahid1 Təqsirləndirilən şəxs ilk dəfə Astara rayonunun Siyaku kəndində qaynı Şahid6 evində verdiyi 9.000 manat pul vəsaitinin fotoşəkili, 16 sentyabr 2020-ci il tarixdə 2.500 manat, 6 oktyabr 2020-ci il tarixdə 5.000 manat və 10 oktyabr 2020-ci il tarixdə 4.200 manat pul çeklərinin, Təqsirləndirilən şəxs ona göndərdiyi Vaqif Behbudovun adına olan "xxxx" ASC-yə məxsus plastik kartın fotoşəkillərinın, həmçinin Şahid8 köçürülmə yolu ilə 16 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs göndərdiyi 1.000 manat pul çeki cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-114/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-114/2022
22.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver