Məhkəmə qərarları › İş №1(101)-114/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-114/2024

19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-114/2024 19.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2, X4, X1 və X7, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X5, X9 və Dövlət ittihamçısı, müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 01 avqust 1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclas zalında saat 09:20-də açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda, narkotik vasitə olan təmiz çəkisi 2,654 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış heroini əldə edib üzərində saxlayaraq daşımış, 14 may 2022-ci il tarixdə, saat 17:00-da Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi "Şuşa Şəhərçiyi” yaşayış massivində nömrəsiz fərdi yaşayış evinin qarşısında özünü şübhəli apardığına görə saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilib, onun üzərinə inzibati binada şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükümün içərisində külli miqdarda təmiz çəkisi 2,654 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, 13 may 2022-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşadığı nömrəsiz evdə yatdığı zaman kiminsə ayağından sirkələyərək oyatmağa çalışdığını hiss etmiş, gözünü açdıqda bir nəfər şəxsin başına silah dayadığını görmüş, sonradan həmin şəxsin əməliyyat müvəkkili Şahid1 olduğunu bilmişdir. O, nə baş verdiyini soruşduqda Şahid1 ona sakit dayanmasını deyib ayağa qaldıraraq əllərini qandalladıqdan sonra həyətdə üstünü axtarmışlar. Cibində 3-4 manatdan başqa heç nə olmamışdır. Bundan sonra onu avtomobillərinə əyləşdirib Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə aparmış, həmin polis şöbəsində ona quldurluq etdiyinə görə saxlanıldığını bildirsələr də, bu öz təsdiqini tapmamışdır. Qanunsuz olaraq 1 gün həmin polis şöbəsində saxlanıldıqdan sonra növbəti gün otağa çağırılıb qarşısına ərizə qoyulmuş, əlləri qandallı ola-ola quldurluq cinayəti törətməsini boynuna alması üçün üzünə sillələr vurulmuş, o isə razılaşmayacağını söyləmişdir. Bundan sonra o, polis şöbəsinin rəis müavininin yanına aparılmış, sonuncu ondan çoxlu sayda şikayət olduğunu, bu səbəbdən də üzərində 0,2 qram narkotik vasitə olması ilə razılaşıb Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlı ittiham veriləcəyini təklif etdikdə etiraz etməmiş, bədənində narkotik vasitənin ağrılarının olduğunu, cəza çəkdiyi təqdirdə narkotik maddənin təsirinin bədənindən təmizlənəcəyini düşünüb razılaşmışdır. Bundan sonra təhqiqatçının yanına aparılmış, cibinə bir büküm narkotik vasitə heroin, digər cibinə də mobil telefon qoyulmuş, videoçəkilişlə üzərinə baxış keçirilmişdir. O, videoçəkiliş zamanı cibindən mobil telefon və narkotik vasitəni çıxardıqda bükümün həcminin böyük olduğunu görmüş, vəkili də onun yanında olmamışdır. Videoçəkiliş bitib müvəqqəti saxlama yerinə aparıldıqdan sonra yanına yaşlı bir vəkil gəlmiş, vəkil ondan təzyiq olunub-olunmamasını soruşduqda orada olan polis işçisinin işarə ilə inkar etməsini tələb etdiyinə görə etiraf etməyə qorxub təzyiq olunmadığını bildirmişdir. Növbəti gün müstəntiq ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni külli miqdarda narkotik vasitənin satışı ilə təqsirləndirildiyini söylədikdə, o, inanmamış, daha sonra həbslə bağlı vəsatətə baxılması ilə əlaqədar Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində olarkən baş verənləri olduğu kimi danışdığından, məhkəmə iclas zalından azad olunmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs 1 il əvvəl narkotik vasitə istifadə etməyə başladığını, sonuncu dəfə tutulmazdan 2-3 gün əvvəl narkotik vasitədən istifadə etdiyini, narkotik vasitəni tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün aldığını, heç kimə narkotik vasitə satmadığını, özündə narkotik vasitə olanda dostcasına istifadə etmək üçün tanışları ilə bölüşdüyünü, “***-***-**-**” saylı mobil nömrəsi ilə narkotik vasitə əldə etməklə bağlı barədə “sms” yazışmalarının olduğunu, bədənində ağrılar olduğuna görə narkotik vasitə satan şəxslərdən narkotik vasitə istədiyini, ona əməliyyat müvəkkili Şahid1 tərəfindən fiziki zor tətbiq edildiyini, Şahid1 qeyri-qanuni hərəkətlərindən şikayət etmədiyini, onu 2 nəfər, yəni Məhəmməd və Əli adlı polis əməkdaşlarının saxladığını, polis şöbəsində inanıb təqdim olunan sənədləri oxumadan imzaladığını, ona edilmiş fiziki zorakılıq nəticəsində bədəni üzərində xəsarət yaranmadığını, işgəncə faktı ilə bağlı heç bir yerə müraciət etmədiyini bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirmişdir ki, təxminən 1 ildir ki, “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin qəbul edir. xx.xx.2022-ci il tarixdə yenidən narkotik vasitə olan “kakos”-a ehtiyacı yarandığına görə o, narkotik vasitənin alqı-satqısı ilə məşğul olan üzdən tanıdığı adını bilmədiyi şəxsdən narkotik vasitə almaq üçün Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyinə gəlib həmin şəxsdən 20 manat müqabilində bir büküm narkotik vasitə olan “kakos” alaraq cibinə qoyub saxlamış və yaşadığı evə gəlmişdir. O, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində piyada hərəkət edərkən iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərərək şəxsiyyətini təsdiq edən sənədi istəmiş, üzərində heç bir sənəd olmadığından və ifşa olunmaqdan qorxaraq yayınmağa çalışdıqda şübhələnib onu 12-ci Polis Şöbəsinə dəvət etmişlər. Həmin polis şöbəsində inzibati otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış və baxış keçirilməsi bildirildikdə, o, etiraz etməmiş, müdafiəçinin iştirakını istəməmişdir. Baxışdan əvvəl üzərində dövriyyəsi qadağan edilmiş hər hansı maddə və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif olunduqda, o, göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində narkotik vasitə olan “kakos”-u, yəni heroini, həmin şalvarının sol yan cibindən isə bir ədəd “Samsung” markalı mobil telefonu təqdim etmiş, üzərindən aşkar edilən narkotik vasitə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Tərtib edilmiş protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. O, həmin maddəni şəxsi istifadəsi üçün üzərində saxlamış, narkotik vasitə satmamış, bəzən tanışlarına pay kimi vermişdir. Ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc tətbiq olunmamışdır. Mobil nömrəsinə daxil olan “sms” mətnləri ilə bağlı müraciət edən şəxslərə pay kimi heroin verdiyini, pul almadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 14 may 2022-ci il tarixdə saat 17 radələrində polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ilə birgə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa” şəhərciyində xidmət apararkən Təqsirləndirilən şəxs şübhəli davranışlarını görüb yaxınlaşdıqda sonuncu yayınmaq istədiyindən şübhələnib 12-cu Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və baxış istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs könüllü şəkildə şalvarının cibindən narkotik vasitə olan heroinə bənzər maddəni çıxardıb stola qoyaraq təqdim etmiş, həmin narkotik tərkibli maddə qablaşdırıb ekspertiza göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının daxil olmadığını, özünü şübhəli apardığına görə polis şöbəsinə dəvət edildiyini, Təqsirləndirilən şəxs saxlanılarkən müqavimət göstərmədiyini, o və digər polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki və ya psixi zorakılıq edilmədiyini, başqa cinayət törətməsi ilə əlaqədar saxlanılmadığını, silah tətbiq edilib hədələnmədiyini, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən dərhal sonra üzərinə şəxsi axtarış aparıldığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 14 may 2022-ci il tarixdə saat 17 radələrində əməliyyat müvəkkili Şahid1 ilə birgə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa” şəhərciyində xidmətdə olarkən Təqsirləndirilən şəxs özünü şübhəli apardığına görə yaxınlaşıb özlərini təqdim etdikdən sonra 12-ci Polis Şöbəsinə dəvət etmiş, orada videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və baxış keçirilən zaman Təqsirləndirilən şəxs narkotik vasitə heroin təqdim etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs saxlanılmasında Əli adlı əməliyyat müvəkkilinin iştirak etmədiyini, Təqsirləndirilən şəxs küçədə yaxınlaşdıqlarını, Şahid1 Təqsirləndirilən şəxs başına silah dayamadığını, silah tətbiq edilmədiyini, Təqsirləndirilən şəxs nümayiş etdirməsi üçün narkotik vasitə olan heroinin təqdim olunmadığını, Təqsirləndirilən şəxs dediklərinin müdafiə xarakterli olduğunu, Təqsirləndirilən şəxs qarşı o və ya digər polis əməkdaşı tərəfindən fiziki və ya psixi zorakılıq edilmədiyini bildirdi. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş şahid X12 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, aralarında ədavət və ya düşmənçilik yoxdur. 13 may 2022-ci il tarixdə saat təxminən 10-11 radələrində qardaşı Rəşad çöldə işlədiyinə görə yorğun olduğu üçün evə yatmağa getmiş, həmin vaxt Məhəmməd, Anar və adını bilmədiyi digər polis əməkdaşı evə gələrək qardaşının əlini qandallayıb avtomobilə əyləşdirmişlər. Qardaşı Təqsirləndirilən şəxs polis əməkdaşları apardıqdan sonra anasının vəziyyəti pisləşdiyinə görə diqqəti anasına yönəlmiş, 3-4 gün sonra qardaşı geri qayıtmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Ziya Əliyev ifadəsində qardaşı Təqsirləndirilən şəxslə eyni evdə yaşadığını, polis əməkdaşları hansı səbəbə gəldikləri barədə məlumat vermədiyini, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edib-etmədiyindən bixəbər olduğunu, polis əməkdaşları gələrkən yaxınlıqdakı yerdə fəhlə kimi işlədiyini, polis əməkdaşlarının evə daxil olub qardaşını təhqir edərək əllərini qandallayıb evdən çıxardıqlarını bildirdi. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi nömrəsiz fərdi evin qarşısında özünü şübhəli apardığına görə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin polis şöbəsinə dəvət edilmişdir. (Cild 1, iş vərəqə 4) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 6; 22) xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan, xx.xx.2022-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofana bükülmüş içərisində tünd-qəhvəyi rəngli maddəni, həmin şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək, həmin bükümün içərisində “kakos” olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata alaraq istifadəsi üçün üzərində saxladığını, narkotik vasitədən bir ilə yaxın müddətdə istifadə etdiyini bildirmiş, aşkarlanan həmin maddə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (Cild 1, iş vərəqə 26; 28- 30; 96-97) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-cü il tarixli, 6/2789 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №159” dairəvi möhür əksi olan “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyadı və imzalar qeyd edilmiş bir ədəd zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,654 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 2,654 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 2,604 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 36-39) xx.xx.2022-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 49-50) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” və “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müstəntiqin müvafiq vəsatətindən imtina edilərək o, müvəqqəti saxlama yerindən azad edilməklə barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 64-67; 68-70) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsi və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 03 il müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə, 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə əsas cəzadan azad olunmuşdur. (Cild 1, iş vərəqə 77) xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı götürülmüş 01 ədəd qara rəngli “Samsung Galaxy A31” markalı mobil telefonun daxili yaddaşında, sosial tətbiq proqramları və mesajlaşma fayllarında iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 79) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X11 xx.xx.2022-ci il tarixli, 5430 nömrəli Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 111-112) xx.xx.2022-ci il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 179) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində yenidən cəlb etmə haqqında“ qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 159-160) xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2,654 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,604 qram narkotik vasitə heroin Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, Şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk, “Azerfon MMC”-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL- 14872/22 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd disk maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə edilmiş, narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən olunması üçün cinayət işindən başqa cinayət işi ayrılmış, təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları sübut növü kimi qəbul olunmuşdur. (Cild 1, iş vərəqə 181-185) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 21-1/3-2708 saylı məktubundan görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-144/2015 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəza xx.xx.2023-cü il tarixdə başa çatdığı üçün məhkum qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 49/2-25965 nömrəli məktubundan görünür ki, Əliyev X6 Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə daxil olarkən bədəni üzərində hər hansı xəsarət aşkarlanmamış, bununla bağlı akt tərtib edilməklə Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bakı şəhəri Sabunçu rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli, 2828-xid-5965 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qeyriqanuni hərəkətlərə və işgəncələrə məruz qalması ilə bağlı rayon prokurorluğunda hər hansı araşdırma aparılmamışdır. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində saxlanılarkən ona polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edildiyinə görə ibtidai istintaq zamanı etirafedici məzmunda ifadə verdiyini demişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ibtidai istintaq zamanı təzyiq altında ifadə verdiyini, polis əməkdaşları tərəfindən ona fiziki zorakılıq edildiyini desə də, şahidlər Şahid1 və Şahid2 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir fiziki və psixi zorakılıq edilmədiyini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların araşdırılması üçün Bakı şəhəri Sabunçu rayon prokurorluğuna və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə müraciət edilmiş, cavabları alınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 49/2-25965 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə daxil olarkən onun bədəni üzərində xəsarət aşkarlanmamış, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli, 2828-xid-5965 nömrəli məktubuna əsasən isə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı zorakılıq edilməsi ilə bağlı araşdırma aparılmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində saxlanıldığı tarix və yeri mübahisələndirərək xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olarkən polis əməkdaşlarının onun başına silah dayayıb zor tətbiq etməklə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə apardıqlarını, orada quldurluq cinayəti ilə bağlı məsuliyyətə cəlb edə bilmədiklərinə görə narkotik vasitə olan heroini özününkü kimi videoçəkilişdə təqdim etməyə məcbur edildiyini, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmadığını, Məhəmməd və Əli adlı polis əməkdaşları tərəfindən saxlanıldığını desə də, şahidlər Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən fərdi evin qarşısında saxladıqlarını, həmin vaxt başqa polis əməkdaşının iştirak etmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə cibindəki narkotik vasitə olan heroini təqdim etdiyini bildirmişlər. Cinayət işinin materiallarının 1-ci cildinin 4-cü vərəqəsində olan raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən fərdi evin qarşısında saxlanılmışdır. Habelə, cinayət işinin materiallarında başqa polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs saxlanılması barədə məlumat yoxdur, bu hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə bir halı qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünə məxsus olduğunu və istifadə etdiyini bildirdiyi ***-***-**-** saylı mobil nömrəyə dair "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL-14872/22 nömrəli məktubuna əlavə edilmiş diskdə olan “Zenglerin_Detallasmasi__**********3952___775353037” adlı fayla daxil olduqda həmin mobil nömrədən danışıq və məlumatların xx.xx.2022-ci il tarixədək mövcud olduğu müəyyən edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həmin mobil nömrəni daimi istifadə etməsi nəzərə alınmaqla, cinayət işinin materiallarına əsasən, sonuncunun xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulub qanunsuz saxlanılmasını bildirməsi öz təsdiqini tapmır. Bundan başqa, cinayət işinin materiallarının 1-ci cildinin 28-30-cu vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” və xx.xx.2022-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokollardan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş diskə baxışdan müəyyən edilir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin inzibati binasında aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə olan heroini təqdim etmiş, aşkarlananlar kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Həmin protokollardan görünür ki, zərf “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/2789 nömrəli ekspert rəyinin təsviri hissəsində tədqiqata təqdim olunmuş “Vət.Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin tamlığının pozulması ilə bağlı hər hansı qeyd aparılmamış, təqdim olunanlar əsasında keçirilmiş ekspertizanın nəticəsində 01 ədəd bükümdə 2,654 qram çəkidə narkotik vasitə heroinin təqdim edildiyi müəyyənləşmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ifadələrini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ifadələrini, şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni satış məqsədi ilə əldə etdiyi külli miqdarda narkotik vasitə olan heroini saxlayıb daşımasına görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü madddəsinə görə, satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri külli miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, istehsal etdikdə, emal etdikdə, daşıdıqda, göndərdikdə, yaxud qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satdıqda müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə olan heroin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki narkotik vasitə olan heroinin təmiz çəkisi 2,654 qram təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən, şəxsi istehlak miqdarında narkotik vasitə olan heroinin istifadəsi təmiz halda ən çoxu 0,15 qram qeyd edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərində aşkarlanmış heroinin təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan təxminən 17,6 dəfə çoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, Cinayət işinin materiallarında olan "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli, AZF/LGL-14872/22 nömrəli məktubuna əlavə edilmiş diskdəki məlumatlara görə, Təqsirləndirilən şəxs istifadəsində olan “+994-77-535-30-37” saylı mobil nömrəyə “+994-55-643-24-04” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 17:12:32də “Yarı lazımdı” məzmununda, “+994-77-318-24-18” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 22:22:57-də “Yakazal zdelay 05” və saat 22:23:19-da “Bir az falgaya at c” məzmununda, “+994-70-388-11-51” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 09:57:07-də “P...r tеlеfon elinden alıb narkotik veribsen Tofiqə ayı 5 xeste” məzmununda, “+994-70-388-11-51” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 09:57:11-də “xаnаyа sen de zindana gedeceksen” məzmununda, “+994-70-500-00-91” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 15:35:15-də “Kola var saxla 1.2” məzmununda mətnlərin, “+994- 77-535-30-37” saylı mobil nömrədən “+994-70-403-80-84” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 20:57:02-də “Yetim salam hardasan görüşək vacib işimm varr pulduu temaa tapm.” məzmununda, “+994-70-403-80-84” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 20:57:03-də “ışam ama bidənə köməyin lazımdı.” məzmununda, “+994-51- 586-89-09” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 22:33:54-də “Vəlii bu gələnəkimi 5 6 tüsdü falgada verr gələndə alım sənə v” məzmununda, “+994-51-586-89-09” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 22:33:55-də “ererəm brat pisdi vezyetim sözüm birsənki sözdüü” məzmununda, “+994-77-318-24-18” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 22:23:17-də “Biraz falgaya at cəkək blokdazadda” məzmununda, “+994-70-500-00-91” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 15:35:10-də “Kola var saxla 1.2. Gram alan varr gələm götürrr” məzmununda mətnlərin, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, BKC/LGL-15638/23 nömrəli məktubuna əlavə edilmiş diskdəki məlumatlara görə, “+994-55-889-19-64” saylı mobil nömrəyə “+994-55- 877-73-48” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 04:47:32-də “Leyla. bagwda. nayrahat. edirem. senda. pulunan. torpax.olarmi.” məzmunda, “+994-55-847-67-32” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 00:19:32-də “Sen. soxursanmi. yoxsa. cakirsenmi. bir. cet. mal. var. patiynan.soxmax.olar.” məzmunda, “+994-55-847-67-32” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 23:38:48-də “Leyla.imkan.varsa.biraz.kola.birazda.pati.duzelde.bilarsan.pulunan” məzmunda, “+994-55- 847-67-32” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 02:14:23-də “Kolа xаrда tаp” məzmunda, “+994-77-312-78-35” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 07:43:57-də “sabaxin xeyir manda 3-qram pati var. ya, bawa-baw, kolayla yada man” məzmunda, “+994-77-312-78-35” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 07:44:01-də “im kanalim acildi 25-man, kola alsin” məzmunda, “+994-70-721-51-01” saylı mobil nömrədən xx-xx-2022-ci il tarixdə saat 03:11:30-də “Teze kanal var daş bir 25 torpaq bir 25” məzmunda, məzmunda, “+994-55-889-19-64” saylı mobil nömrədən “+994-77- 300-26-80” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 01:49:58-də “Tеmа аxtаrirаm sеbirli ol gеlеcеm zаrаtkа nol gеtmе mеni gozdе tеlе” məzmunda, “+994-70-387-26-10” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 02:14:19-də “Kolа xаrда tаpаx sеn ol olurеm” məzmunda, “+994-70-652-24-25” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 02:41:36-də “Sаlаm urеy nеcеsеn kolа xаrdаn tаpmаh olаr indi 10 mаnаt vаr” məzmunda, “+994-55-208-74-44” saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 03:43:44-də “Kolа xаrdаn tаpmаh olаr indi” məzmunda, “+994-70-721-51-01” saylı mobil nömrəyə xx-xx-2022ci il tarixdə saat 03:32:49-də “Pаti vаr nеcеdi” məzmunda mesaj vasitəsilə yazışmaları müəyyən edilir. Həmin mesajların mətnindən də görünür ki, müxtəlif şəxslər Təqsirləndirilən şəxs fərqli tarixlərdə narkotik vasitə və ya psixotrop maddələr istəmiş, istədikləri narkotik vasitə və ya psixotrop maddənin çəkisini və sayını yazmışlar. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, hazırki iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş üzrə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə-heroinin çəkisinin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, müxtəlif şəxslərin ondan narkotik vasitə və ya psixotrop maddə istəmələrini göstərən “sms” yazışmalarının olmasına əsasən, habelə təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş, təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, sonradan həmin qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə dəyişdirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 03 (üç) gün müddətə şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə də, məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 03 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 19 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki nəhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,604 qram təşkil edən heroin məhv edilməli, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk, “Azerfon MMC”-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL-14872/22 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X11 xx.xx.2022-ci il tarixli, 5430 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 03 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılaraq 04 (dörd) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 fevral 2024-cü il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,604 qram təşkil edən heroin məhv edilsin, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk, “Azerfon MMC”-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL-14872/22 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar