Məhkəmə qərarları › İş №1(101)-1140/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1140/2021

02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1140/2021 02.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və “Verdiktum” Vəkil bürosunun vəkili X11 iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşaq olan, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1. və 234.4.3-cü maddələri ilə, 19 sentyabr 1986-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1. və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, şəxsiyyəti istintaqa məlum olmayan “Kera” adlı İran İslam Respublikası vətəndaşına 28 oktyabr 2020-ci il tarixdə saat 15:17-də onlayn qaydada ödəmə terminalı vasitəsi ilə 1000 manat ödəniş etdikdən sonra sonuncunun istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Qaradağ rayonu Bakı- Ələt-Qazax yolunun 13-cü kilometrliyində yerləşən “SOCAR” Qaz İxracı İdarəsinə aid məlumat lövhəsinin altına yerləşdirdiyi iki ədəd şəffaf polietilenə bükülü vəziyyətdə, külli miqdarda cəmi çəkisi 89,707 qr. təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 28 oktyabr 2020-ci il tarixdə saat 16:50 dəqiqədə həmin ünvandan Təqsirləndirilən şəxs2la birlikdə qanunsuz olaraq əldə etdikdən sonra aralarında əldə olunmuş ümumi niyyətə uyğun olaraq əvvəldən razılaşdıqları kimi həmin narkotik vasitə olan heroindən 1,293 qram təmiz çəkidə olan hissəsini bir bükümə ayırıb satış məqsədi ilə saxlaması üçün sonuncuya vermiş, qalan iki bükümdə 88,414 qram hissəsini satış məqsədilə üzərində saxlayaraq daşımış, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 28 oktyabr 2020-ci il tarixdə saat 19:30 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, ev 26/76 ünvanının qarşısında saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 28-ci Polis bölməsinə gətirilmiş, bölmənin inzibati binasında üzərlərinə keçirilən şəxsi axtarış zamanı satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri cəmi çəkisi 89,707 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli narkotik vasitə hesab edilən heroindən iki bükümdə olmaqla, bir bükümdə təmiz çəkisi 58,360 qram, ikinci bükümdə isə təmiz çəkisi 30,054 qram olan, cəmi təmiz çəkisi 88,414 qram təşkil edən hissəsi onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən, heroinin qalan təmiz çəkisi 1,293 qram təşkil edən hissəsi isə Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqa məlum olmayan “Kera” adlı İran İslam Respublikası vətəndaşına 28 oktyabr 2020-ci il tarixdə saat 15:17-də onlayn qaydada ödəmə terminalı vasitəsi ilə 1000 manat ödəniş etdikdən sonra sonuncunun istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Qaradağ rayonu Bakı-Ələt-Qazax yolunun 13-cü kilometrliyində yerləşən “SOCAR” Qaz İxracı İdarəsinə aid məlumat lövhəsinin altına yerləşdirdiyi iki ədəd şəffaf polietilenə bükülü vəziyyətdə, külli miqdarda cəmi çəkisi 89,707 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 28 oktyabr 2020-ci il tarixdə saat 16:50 dəqiqədə həmin ünvandan Təqsirləndirilən şəxs1lə birlikdə qanunsuz olaraq əldə etdikdən sonra aralarında əldə olunmuş ümumi niyyətə uyğun olaraq əvvəldən razılaşdıqları kimi sonuncu həmin narkotik vasitə olan heroindən 1,293 qram təmiz çəkidə olan hissəsini bir bükümə ayırıb satış məqsədi ilə saxlaması üçün ona vermiş, qalan iki bükümdə 88,414 qram hissəsini Təqsirləndirilən şəxs1 satış məqsədilə üzərində saxlayaraq daşımış, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 28 oktyabr 2020-ci il tarixdə saat 19:30 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, ev 26/76 ünvanının qarşısında saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 28-ci Polis bölməsinə gətirilmiş, bölmənin inzibati binasında üzərlərinə keçirilən şəxsi axtarış zamanı satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri cəmi çəkisi 89,707 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli narkotik vasitə hesab edilən heroindən iki bükümdə olmaqla, bir bükümdə təmiz çəkisi 58,360 qram, ikinci bükümdə isə təmiz çəkisi 30,054 qram olan, cəmi təmiz çəkisi 88,414 qram təşkil edən hissəsi Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən, heroinin qalan təmiz çəkisi 1,293 qram təşkil edən hissəsi isə onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1. və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisidir, lakin satışı ilə məşğul olmur. Təxminən 4-5 ay olar ki, narkotik vasitə olan heroindən istifadə edir. O, narkotik vasitələri “Kera” adlı şəxsdən əldə etmişdir. 28 oktyabr 2020-ci il tarixdə “Kera” ona narkotik vasitəni Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “SOCAR” yazılan lövhənin altına qoyacağını bildirmişdir. Bunun üçün də o, “Kera”nın bank hesabına 1000 manat pul ödənişi etmişdir. 1000 manat pul qarşılığında o, 50 qram heroin və 30 qram metamfetamin alacaqdı. Lakin metamfetamin olmadığı üçün “Kera” narkotik vasitənin hamısını heroin qoymuşdur. “Kera” ona narkotik vasitənin olduğu yerin şəklini göndərmişdir. Narkotik vasitəni götürmədən əvvəl o, dostu Məqsəd ilə görüşmüş və birlikdə yemək yemişlər. Daha sonra onun avtomobili nasaz olduğu üçün taksiyə minib narkotik vasitənin olduğu yerə getmiş və ona narkotik satmış həmin şəxsin dediyi lövhəni tapmışdır. O, narkotik vasitəni götürərkən Məqsəd onun yanında olmamışdır. Daha sonra Məqsədlə görüşüb həmin narkotik vasitədən Məqsədə vermişdir ki, istədiyi kimi istifadə etsin. O, Məqsədə bir kiçik bükümdə narkotik vasitə vermişdir. Daha sonra Məqsədlə o, müxtəlif istiqamətlərdə hərəkət etmişlər. O, “Asan Xidmət” ilə üzbəüz məhəllədə olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etmişlər. Bundan sonra həmin polis əməkdaşları onun üzərində narkotik vasitə heroin olduğunu bildirmişlər. O, elə orada özü üçün aldığı həmin narkotik vasitə olan heroini çıxarıb polis əməkdaşlarına vermiş və həmin şəxslər onu avtomobilə mindirib Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada məlum olmuşdur ki, Məqsəd də həmin əməkdaşlar tərəfindən tutulmuşdur. Əvvəlcə videoçəkiliş ilə üzərlərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, onlara üzərlərində qanunsuz nə varsa çıxarıb təqdim etmələri təklif olunmuşdur. O da əynində olan cins şalvarın cibində saxladığı 2 ədəd sellofan bükümdə olan narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoymuşdur. Məqsəd də əynində olan cins şalvarın cibində saxladığı 1 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra həmin əməkdaşlar tərəfindən üzərlərində axtarış aparılmışdır. Əynində olan şalvarın sol yan cibindən 1 ədəd “İphone” markalı mobil telefon, 1 ədəd “Samsung” markalı mobil telefon və 20 manat nağd pul aşkar edilərək götürülmüşdür. Bundan sonra təqdim etdikləri həmin sellofan bükümlər açılaraq onlara baxış keçirilmiş, bükümlərdə nə olduğu soruşulanda onlar bildirmişlər ki, həmin bükümlərdə olan maddələr narkotik vasitə olan heroindir. Bundan sonra həmin sellofan bükümlərdə olan narkotik vasitələr qablaşdırılmış, zərfin üzərinə o, Məqsəd və digər iştirakçılar imza etmişlər. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 bildirdi ki, “Kera”ya 1000 manatın hamısını o, ödəmişdir. Onun “Kera”ya 1000 manat ödəməsi, narkotik vasitələri götürdüyü yer barədə Məqsədin məlumatı olmamışdır. Məqsədə narkotik vasitədən istifadə etməsi üçün vermiş, verdiyi narkotik vasitə üçün pul almamışdır. Üzərinə baxış keçirilən zaman üzərindən iki bükümdə heroin aşkar olunmuşdur. O, 1997-1998-ci ildən bu yana narkotik vasitədən istifadə edir, gün ərzində 7- 8 qram narkotik vasitə istifadə edir. “Kera”dan aldığı sonuncu narkotik vasitəni 10 gün ərzində istifadə edəcəkdi. Onun narkotik vasitəni satmaq niyyəti olmamışdır. O, əvvəllər də başqa şəxslərə təmənnasız narkotik vasitə vermişdir. O, narkotik vasitənin 1 qramı üçün 10 manat ödəmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1. və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, son 2-3 il müddət ərzində narkotik vasitə olan heroindən istifadə edir. 28 oktyabr 2020-ci il tarixdə günorta saatlarında o, Yasamal rayonu, Şərifzadə küçəsində dostu Təqsirləndirilən şəxs1lə görüşmüş və kafeyə getmişlər. Orada Kəmran ona Qaradağ rayonu, Lökbatan qəsəbəsinə getməli olduğunu bildirmiş, o da Kəmranla getmək qərarına gəlmiş və birlikdə taksiyə əyləşərək qeyd edilən yerə getmişlər. Həmin yerdə Kəmran işinin olduğunu bildirib ondan uzaqlaşmış, lakin sonra onlar yenidən görüşmüşlər. Kəmran ona ağ sellofanda adını bilmədiyi maddə vermişdir. O, da ağ sellofanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra onlar taksiyə əyləşib Yasamal rayonuna qayıtmışlar. Orada onlar Nazim Hikmət küçəsində taksidən düşüb piyada yol gedərkən onlara 3 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etmişlər. Onlardan kim olduğuqlarını soruşmuşlar və onlar da özlərini polis əməkdaşlarına təqdim etmişlər. Bundan sonra həmin polis əməkdaşları Kəmranın narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, araşdırma aparılması üçün onu və Kəmranı 28-ci Polis bölməsinə dəvət etmişlər. Onlara üzərlərində qanunsuz nə varsa çıxarıb təqdim etməklərini bildirmişlər. O, şalvarının sağ yan cibində olan 1 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərlərində axtarış aparılmış, əynində olan şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan sonra təqdim etdiyi həmin sellofan büküm açılaraq onlara baxış keçirilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 bildirdi ki, Kəmran ona narkotik vasitəni hədiyyə kimi vermiş və bunun müqabilində heç nə almamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlləri ilə bağlı qismən etiraflarını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. O və DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməliyyat müvəkkilləri Şahid2, Şahid3 ilə birlikdə 28 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayon sakini Təqsirləndirilən şəxs1 mütəmadi olaraq həmin rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədilə yaradılmış qrupun tərkibində ünvan 4 ünvanı qarşısında olduqları zaman, saat 19:30-da xarici görünüşcə Təqsirləndirilən şəxs1 oxşar bir nəfər şəxs müəyyən edilmişdir. Onlar həmin şəxsə yaxınlaşdıqları zaman həmin şəxsin yanında digər bir şəxs də olmuşdur. Onlar həmin şəxslərə özlərini təqdim edərək, həmin şəxslərdən kim olduqlarını soruşduqda həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu bildirmişlər. Bundan sonra Kamran Əliyevə bildirilmişdir ki, o, Yasamal rayonu ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəlidir və tərəflərindən 28-ci Polis bölməsinə dəvət edilmiş, Kəmran da polis bölməsinə getməyə etiraz etməmişdir. Həmin vaxt onun yanında olan Təqsirləndirilən şəxs2 Kamran Əliyevin tanışı olduğunu demiş və özünü şübhəli apardığından tərəflərindən həmin polis bölməsinə dəvət edilmiş, o da etiraz etməyərək onlarla getməyə razılaşmışdır. Bundan sonra onlar birlikdə 28-ci Polis bölməsinə getmişlər. Orada onlara şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq hüquqlarının olduğunu bildirmişlər. Bundan sonra isə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində qeyriqanuni nə varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd sellofan bükümdə kütləni masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş və onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “İphone” markalı, 1 ədəd “Samsung” markalı mobil telefonlar və 1 ədəd 20 manatlıq əskinas aşkar edilərək götürülmüşdür. Daha sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 bildirilmişdir ki, üzərində şəxsi axtarış keçiriləcəkdir və üzərində qeyri-qanuni nə varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş və onun əynində olan qara rəngli cins şalvarın sol yan çibindən 1 ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi iki ədəd sellofan bükümdə olan kütlələr narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs1 dediyinə görə o, narkotik vasitələri İran İslam Respublikası vətəndaşından alıb və istifadə etməsi üçün Təqsirləndirilən şəxs2 da vermişdir. Daha sonra təhqiqatçı tərəfindən həmin sellofan bükümlər açılmış, bükümlərin içərisindən açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi iki ədəd bükümlər elektron tərəzidə çəkilmiş və çəkilərinin ümumilikdə 100 qrama yaxın olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd büküm də elektron tərəzidə çəkilmiş və çəkisinin 1 qrama yaxın olduğu müəyyən edilmişdir. Daha sonra bükümlər içərilərində olan kütlələrin tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, onlarda Təqsirləndirilən şəxs1 narkotik vasitələri İran İslam Respublikası vətəndaşından əldə etməsi barədə məlumat olmuşdur. Saxlanılandan sonra sorğu zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitələri İran İslam Respublikası vətəndaşından əldə etdiyini və narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 isə narkotik vasitələri Təqsirləndirilən şəxs1 aldığını və öz istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 verdiyi narkotik vasitə müqabilində ondan heç nə almamışdır. Təqsirləndirilən şəxs1 yanında elektron tərəzi aşkar olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisinin müavini vəzifəsində çalışır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkilli Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədilə əməliyyat qrupu yaradılmışdır. Onlar Təqsirləndirilən şəxs1 hazırda xatırlamadığı vaxtda və yerdə saxlanılmış və Kəmranın üzərindən 80-90 qram narkotik vasitə olan heroin aşkar etmişlər. Təqsirləndirilən şəxs2 üzərində də heroin aşkar etmişlər, lakin miqdarını xatırlamır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28.10.2020-ci il tarixli, 008- 5255-1220 saylı raportdan görünür ki, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 mütəmadi olaraq Yasamal rayonu ərazisində külli miqdarda narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 28.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 müəyyən eilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild , iş vərəqi 6-7). İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası daxili İşlər Nazirliyinin Baş Narkotikləelə Mübarizə İdarəsinin əməliyyat müvəkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 28.10.2020-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 320). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28.10.2020-ci il tarixli, 008- 5258-1220 saylı raportdan görünür ki, Yasamal rayonu ərazisində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, ev 26/76 ünvanında piyada hərəkət edən zaman saxlanılaraq Yasamal RPİ-nin 28-ci Polis bölməsinə gətirilmişlər (cild 1, iş vərəqi 10). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə barədə 28.10.2020-ci il tarixli protokoldan görünür ki, X24 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 2 (iki) ədəd sellofan bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd "İphone" markalı, 1 ədəd "Samsung" markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə, açıq qəhvəyi rəngli spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd "Samsung" markalı mobil telefon edilərək götürülmüşdür. X2 təqdim etdiyi həmin 2 ədəd sellofan bükümlər elektron tərəzidə çəkilmiş və çəkilərinin 67 (altmış yeddi) qram və 33 (otuz üç) qram olmaları müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 1 (bir) qram olması müəyyən edilmişdir. X15 və Təqsirləndirilən şəxs2 təqdim etdiyi həmin selllofan bükümlər və içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd "İphone" markalı, 2 ədəd "Samsung" markalı mobil telefon bu barədə sonunculara izah verildikdən sonra götürülmüşdür (cild 1, iş vərəqi 44-47). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29 oktyabr 2020-ci il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, videogörüntü 28 oktyabr 2020-ci ildə saat 21:18-də qeydə alınır. Videogörüntüdən müəyyən edilir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupundan təhqiqatçısı polis kapitanı Nizami Omarov tərəfindən Yasamal RPİ-nin 28-ci PB-də şübhəli şəxs qismində saxlanılmış X24 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilir. Həmin hərəkətlər başlamazdan əvvəl iştirakçılar özlərini təqdim edirlər. Şübhəli şəxslərdən başqa videogörüntüdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1, həmin idarənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X25 və X20 da olduğu görünür. Bundan sonra şübhəli şəxslərə hüquqları izah olunur, sonradan isə Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə varsa təqdim edilməsi bildirilir. Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofandan olan büküm çıxarıb masanın üzərinə qoyur və həmin bükümlərdə olan maddələrin narkotik vasitə heroin olduğunu bildirir. Bundan sonra təhqiqatçı tərəfindən həmin bükümlər açılaraq baxış keçirilir, bükümlərdə toz şəkilli, qəhvəyi rəngli maddələrin olduğu görünür. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilir, əynində olan həmin şalvarın sol yan cibindən 1 ədəd "İphone" markalı və 1 ədəd "Samsung" markalı mobil telefonlar, eləcə də 20 manat nağd pul aşkar edilərək götürülür. Həmin narkotik vasitələrin haradan əldə edildiyi soruşulduqda Təqsirləndirilən şəxs1 bildirir ki, həmin narkotik vasitələri o, tanımadığı şəxsə onlayn ödəniş etməklə Qaradağ rayonu, Lökbatan ərazisində reklam lövhəsinin altından götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə varsa təqdim edilməsi bildirilir. Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofandan olan bükümü çıxarıb masanın üzərinə qoyur və həmin bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu bildirir. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm açılaraq baxış keçirilir. Bükümdə toz şəkilli, qəhvəyi rəngli maddənin olduğu görünür. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilir, əynində olan həmin şalvarın sol yan cibindən 1 ədəd "Samsung" markalı mobil telefon aşkar edilərək götürülür. Həmin narkotik vasitənin haradan əldə edildiyi soruşulduqda Təqsirləndirilən şəxs2 bildirir ki, həmin narkotiki ona tanışı X24 vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş sellofan bükümlərdə olan maddələr elektron tərəzidə çəkildi. sonra isə ağ rəngli zərfə qablaşdırılaraq DİN-in 7 saylı möhürü ilə möhürlənir, həmin zərfin üzərində bütün iştirakçılar tərəfindən imzalar edilir, təhqiqatçı N.Omarov şəxsi axtarış keçirilməsinin başa çatdığını bildirir və iştirakçılar tərəfindən heç bir şikayət və ya etiraz daxil olmur (cild 1, iş vərəqi 77-78). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 30 oktyabr 2020-ci il tarixli mobil telefon aparatında olan məlumatlara baxış keçirilməsi barədə protokoldan və fotocədvəllərdən görünür ki, həmin mobil telefon aparatinda "Whatsapp" adlanan mobil tətbiq yüklənmiş və həmin mobil tətbiq ***-***-**-** saylı mobil nömrə altında istifadə edilir. Həmin mobil tətbiqə baxış keçirilərkən iştirakçı Təqsirləndirilən şəxs1 bildirdi ki, tətbiqdə olan rus dilində yazılmış "Çatı" adlanan bölümdə "Kera" adli mobil abunəçi ona 28.10.2020-ci il tarixdə narkotik vasitə olan heroini satmış şəxsdir. Həmin "Kera" adlı mobil abunəçinin +98 914 357 3076 saylı mobil nömrədən istifadə etdiyi görünür. Həmin abunəçi ilə Təqsirləndirilən şəxs1 arasında olmuş yazışmalara baxış keçirilərkən müəyyən edildi ki, onların arasında yazışmalar 21 oktyabr 2020-ci il tarixdən başlayır. Həmin tarixdə saat 18:38-da "Kera" adlı abunəçi tərəfindən Təqsirləndirilən şəxs1 "salam mene zeng ele" mətnli mesaj göndərilmişdir. 22.10.2020-ci il tarixdə saat 13:59-da "Kera" adlı abunəçi tərəfindən Təqsirləndirilən şəxs1 3 saniyə davam edən səs yazısı göndərilmiş, həmin səs yazısı açıldıqda orada danışılanları aydın şəkildə eşitmək mümkün olmamışdır. Bundan sonra həmin vaxt Təqsirləndirilən şəxs1 tərəfindən həmin şəxsə cavab olaraq səs yazısı göndərilmiş, həmin səs yazısı 12 saniyə davam etmiş və səs yazısında Təqsirləndirilən şəxs1 bildirir ki, "buradayam, bankın qabağında dayanmışıq, oçered gözləyirik, qoy oçered qurtarsın pulu çıxardıb yükləyəcəm, sən kartı at pulu yükləyəcəm, bir az da uşaqlardan pul götürmüşəm, onları da üstünə qoyub karta yükləyəcəm". Bundan sonra həmin tarixdə saat 14:02-də "Kera" adlı abunəçi Təqsirləndirilən şəxs1 “4173-5815-7912-0363 X28 bank" mətnli mesaj göndərmiş, sonra isə səs yazısı göndərərək həmin yazıda "bu karta göndərərsən" sözlərini deyir. Həmin tarixdə saat 14:27-də "Kera" adlı abunəçi Təqsirləndirilən şəxs1 "əmi", "ninedun", "əmi valaha cux be vaqta qalmişuk" və "biraz tez ele ki iş kurmeluk" mətnləri ilə olan mesajlar göndərmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs1 "Kera" adlı abunəçiyə "Milliön" ödəmə terminalından çıxarılmış qəbzin şəkilini göndərmiş, həmin qəbzdə qeyd edilmişdir ki, ödəniş 22.10.2020-ci il tarixdə saat 15:17-də ünvan 8 ünvanında. X32" adlı şəxsin adına. "4****0363" nömrəli karta. ********************" olan hesab nömrəsinə, "211537873" nömrəli əməliyyat ilə 1000 manat məbləğində həyata keçirilmişdir. Həmin tarixdə saat 15:21-də "Kera" adlı abunəçi Təqsirləndirilən şəxs1 4 saniyə davam edən səs yazısı göndərmiş və orada bildirir ki, "hemin bu çekdir haa?". Bundan sonra həmin tarixdə saat 20:19-da "Kera" adlı abunəçi tərəfindən Təqsirləndirilən şəxs1 şəkil göndərilmiş, həmin şəklin naməlum məkanda, avtomobilin qabaq sərnişin oturacağından çəkildiyi, şəkildə qaranlıq vaxtı, avtomobil yolunun kənarı və reklam lövhəsinin olduğu görünür, şəklin üzərində mobil telefonun proqramı vasitəsi ilə dəyişilik edilərək həmin reklam lövhəsinin altına göy rəngli oxla isarə edilir. Həmin şəkildən sonra "Kera" adlı abunəçi "uzu elete sari Qaradaq market yolun sağında market sözü znakın yanı bardiyornan market znakin arasında" mətnli mesaj əlavə edir. Həmçinin həmin tarixdə və saatda "Kera" adlı abunəçi Təqsirləndirilən şəxs1 yenidən bir şəkil göndərmiş, həmin şəkildə sarımtıl rəngli karton kağızdan olan büküm olduğu görünür. Təqsirləndirilən şəxs1 bildirdi ki, həmin bükümün içərisində narkotik vasitə olan heroin var. Bundan sonra həmin tarixdə saat 20:21-də Təqsirləndirilən şəxs1 "Kera" adlı abunəçiyə 9 saniyə davam edən səs yazısı göndərmiş, orada Təqsirləndirilən şəxs1 "əmi bidana soruş gör azpetroldan sonradı ora? Çox gəlmişik elə bil" sözlərini ifadə edir. Bundan sonra, 23.10.2020-ci il tarixdə saat 21:43-də "Kera" adlı abunəçi Təqsirləndirilən şəxs1 "Milliön" ödəmə terminalından çıxarılmış qəbzin şəklini göndərmiş, həmin qəbzdə qeyd edilmişdir ki, ödəniş 18.10.2020-ci il tarixdə saat 16:22-də ünvan 9 ünvanında yerləşən "Sevimli Dad" mağazasında, "X35" adlı şəxsin adına, 4****1991" nömrəli karta. "********************" olan hesab nömrəsinə, "182313591" nömrəli əməliyyat ilə 360 manat məbləğində həyata keçirilmişdir. Əlavə olaraq həmin saatda "Kera" adlı abunəçi Təqsirləndirilən şəxs1 "Kapital Bank” tərəfindən verilmiş 4169-7332-1307-1991 nömrəli, Aslan Agabayov adlı şəxsin adına olan bank kartının şəklini göndərmiş, bunun ardınca səs yazısı göndərərək bildirir ki, "qadan alım bir dənə buna bax gör, dostun Aslandan soruş gör o yalan deyir ya düz deyir, deyir kartıma 360 manat pul vurub, deyirəm 4 gün bundan qabaq vurmusan bəs indi niyə ortaya çıxarırsan bunu? Bundan sonra 24.10.2020-ci il tarixdə saat 17:41-də "Kera" adlı abunəçi Təqsirləndirilən şəxs1 səs yazısı göndərərək bildirir ki, "salam əmi nə var nə yox, səndən xəbər çıxmadı bəs?". Bundan sonra 25.10.2020-ci il tarixdə saat 13:22-də "Kera" adlı abunəçi Təqsirləndirilən şəxs1 "salam", "qardaş" va "mene cavab verin" mətnli mesajlar göndərmişdir. 27.10.2020-ci il tarixdə saat 18:10-da "Kera" adlı abunəçi Təqsirləndirilən şəxs1 səs yazısı göndərmiş, orada o "salam qardaş, necəsən? Deyirəm ki, mən zəng eləməsəm mənə heç kim zəng vurmur daa" sözlərini bildirir. 28.10.2020-ci il tarixdə saat 12:09-da Təqsirləndirilən şəxs1 "Kera" adlı abunəçiyə "salam", "emisi" və "necesen" mətnli mesajlar göndərimişdir. Həmin tarixdə saat 12:10-da "Kera" adlı abunəçi Təqsirləndirilən şəxs1 səs yazısı ilə cavab verərək bildirir ki, "salam əmisi, mən yaxşıyam çox sağol, sən necəsən? Yaxşısan?". Bundan sonra həmin vaxt Təqsirləndirilən şəxs1 "Kera" adlı abunəçiyə "indi oyandım" "ses gelmire", "mene", "açılmır" va "yaz" mətnli mesajlarla cavab yazmışdır. Bundan sonra saat 12:11-də Təqsirləndirilən şəxs1 "Kera" adlı abunəçiyə "bu gün olar ikisinnəndə", "başıva dönərəm, sən yaxşı ol, brat, mənə 1000% cavab de emisi. "çünki mende bir adam var ona demeliyem"" mətnli mesaj yazmış. "Kera" adlı abunəçi isə cavabinda "Kera" adlı abunəçiyə "heri, prosta resimlerini köçürd" mətnli mesaj 12:13-də "kart atım" mətnli mesaj ilə cavab yazmışdır. Təqsirləndirilən şəxs1 isə bunun cavabında “Kera” adlı abunəçiyə “heri, prosta resimlerini köçürd” mətnli mesaj yazmışdır. Saat 12:14-də "Kera" adlı abunəçi Təqsirləndirilən şəxs1 "nə qədər pul var səndə" mətnli mesaj yazmış, bunun cavabında Təqsirləndirilən şəxs1 "yaz atda, cəmləşdirim deyirəm sənə, o da versin qoy bir yerdə vurum" mətnli mesajlar yazmışdır. Bundan sonra həmin vaxt “Kera" adlı abunəçi Təqsirləndirilən şəxs1 “**********056918". Kapital bankdi", "nə qədər pul ata bilərsən" mətnli mesajlar yazmış, saat 16:19-da isə Təqsirləndirilən şəxs1 şəkil göndərmiş, həmin şəklin naməlum məkanda, şəkildə gündüz vaxtı, avtomobil yolunun kənarı və "Socar qaz ixrac idarəsi” yazısı olan məlumat lövhəsinin olduğu görünür. Şəklin üzərində mobil telefonun proqramı vasitəsi ilə dəyişilik edilərək həmin məlumat lövhəsinin altına çəhrayı rəngli oxla işarə edilir. Şəkildən sonra saat 16:38-da "Kera” adlı abunəçi Təqsirləndirilən şəxs1 "bine ticaret merkezinin qabaginnan uzu lokbatana gedende sag terefde bazar store-nin giriş qapısında socar plakati var onun altındadı" mətnli mesaj yazmışdır. Həmin tarixdə saat 16:50-da Təqsirləndirilən şəxs1 "Kera" adlı abunəçiyə 3 dəfə 5-6 saniyə davam edən səs yazıları göndərərək orada bildirmişdir ki, "əmi yoxduye burda", "ami tapdım, ami", "əmisi, bu iki dənə bükümdü?". Həmin vaxt "Kera" adlı abunəçi Təqsirləndirilən şəxs1 6 saniyə davam edən cavab səs yazısında bildirir ki, "əmi biri yuz dənə torpaqdı, o biri 20 dənə daşdı". Bunun cavabında Təqsirləndirilən şəxs1 "Kera" adlı abunəçiyə 15 saniyə davam edən cavab səs yazısı göndərərək bildirir ki, "ay əmi burda iki dənə büküm var, ancaq torpaqdı, daş görümürəm burda. Soruş gör iki bükümdu?" Həmin vaxt Kera adlı abunəçi Təqsirləndirilən şəxs1 səs yazısı göndərərək bildirir ki, "dayan qoy bir dəqiqə soruşum deyirəm". Bundan sonra onların arasında yazışma başa çatır. Həmçinin həmın tarixdə saat 16:56-dan 20:51-dək olan müddət ərzində "Kera" adlı abunəçi Təqsirləndirilən şəxs1 "Whatsapp" mobil tətbiqi vasitəsi ilə 5 dəfə zəng etmiş, lakin zənglər cavabsız qalmışdır. Bundan əlavə, həmin mobil tətbiqdə olan yazışmalar arasında ***-***-**-** saylı mobil nömrə ilə istifadə olunan "Aslan Yy" adlı abunəçinin kim olduğu Təqsirləndirilən şəxs1 soruşuldu, o isə bildirdi ki, həmin abunəçi onun dostu Aslandır, narkotik vasitələr və psixotrop maddələr qəbul edir. Həmin abunəçi ilə Təqsirləndirilən şəxs1 arasında olan yazışmadan görünür ki, "Aslan Yy" adlı abunəçi Təqsirləndirilən şəxs1 20.10.2020-ci il, 21.10.2020-ci il və 28.10.2020-ci il tarixlərdə müxtəlf səs yazıları göndərmiş, 28.10.2020 ci il tarixdə saat 18:48-da göndərilmiş səs yazısında "Aslan Yy" adlı abunəçi "Kamran salam, necəsən qaqa, hardasız? Mne patik nujen, prosto tezbazar nujen. Seyidə də zəng çatmır, gah axtarır, gah da yoxa çıxır" sözlərini bildirir. Baxış zamanı Təqsirləndirilən şəxs1 bildirdi ki, həmin səs yazısında "mne patik nujen" sozləri ilə Aslan ondan metamfetamin istəmişdir. O aradabir Aslana sonuncunun maddi imkanı olmadıqda metamfetamin alıb verir. Seyid adlı şəxsin isə onların ortaq tanışı olduğunu bildirdi. Həmin mobil tətbiqdə ***-***-**-** nömrəsi ilə istifadə olunan "Seyid Nar" adlanan abunəçi ilə yazışmadan görünür ki, sonuncu ilə Təqsirləndirilən şəxs1 arasında 23.10.2020-ci il tarixdən etibarən yazışma davam edir. Həmin yazışmada 25.10.2020-ci il tarixdə saat 02:56-da həmin Seyid adlı şəxs Təqsirləndirilən şəxs1 "mənə pat ver" mətnli mesaj yazmış, bunun cavabında həmin tarixdə saat 11:37-da səs yazısı göndərmiş və həmin yazıda "hardasan" sözünü ifadə etmişdir. Bunun cavabında həmin tarixdə saat 14:16-da Seyid adlı abunəçi Təqsirləndirilən şəxs1 "Salam brat", "Alatavadan çıxıram gelirem yasamala" mətnli mesajlar yazmışdır. Təqsirləndirilən şəxs1 baxış zamanı bildirdi ki, "mənə pat ver" mesajı ilə Seyid adlı şəxs ondan metamfetamin istəmişdir. O, aradabir sonuncuya həmin psixotrop maddədən vermişdir. Bundan başqa, həmin mobil tətbiqdə və mobil telefon aparatında digər hər hansı bir şübhə doğuran yazışma aşkar edilmədi (cild 1, iş vərəqi 103-117). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04 dekabr 2020-ci il tarixli CD disk məlumatlara baxış keçirilməsi barədə protokoldan, cədvəllərdən və diskin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəyə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən 27.11.2020-ci il tarixli BKC/LGL-22705/20 nömrəli məktub ilə daxil olmuş 01 ədəd CD diskin yaddaşında əks edilmiş 01.10.2020-ci il tarixdən 28.10.2020-ci il tarixinədək olan anten məlumatlara, sms mətnləri və telefon zənglərinə baxış keçirilmişdir. Həmin mobil nömrəyə göndərilmiş sms mətnlərindən görünür ki, 04.10.2020-ci il tarixdə saat 14:08-də həmin mobil nömrəyə X5 istifadəsində olan “99***-***-**-**” saylı mobil nömrədən “yetim kayf tutursan gözlətməkdən düş ver gedim də gözdüyən var axı məni” mətnli sms daxil olmuşdur. Bundan başqa, 04.10.2020-ci il tarixdə saat 20:11-də həmin mobil nömrəyə Təqsirləndirilən şəxs1 istifadəsində olan “99***-***-**-**” saylı mobil nömrədən “Bayaqları götürdüyünündə pulundan ver ki mən sabahları ala bilim” mətnli sms daxil olmuşdur. Bundan başqa, 12.10.2020-ci il tarixdə saat 10:59-da həmin mobil nömrəyə X12 istifadəsində olan “99***-***-**-**” saylı mobil nömrədən “Pati yarıda düzəlmir?” mətnli sms daxil olmuşdur. Bundan başqa, həmin mobil nömrədən digər nömrələrə göndərilmiş sms mətnlərindən görünür ki, 02.10.2020-ci il tarixdə saat 19:20-də həmin nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan “99***-***-**-**” saylı mobil nömrəyə “Qaqa elə eliyək ki mən qarantin saatında qalmayım da nolar pulda əlimdədi” mətnli sms daxil olmuşdur. Bundan başqa, 03.10.2020-ci il tarixdə saat 01:44-də həmin nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan “99***-***-**-**” saylı mobil nömrəyə “Kamran qaqaş niyə açmırsan ki vacib işim var sənlə mən gəlirəm ki sənin kefin zor olsun sən teli açmırsan niyə bilmirəm” mətnli sms daxil olmuşdur. Bundan başqa, 04.10.2020-ci il tarixdə saat 15:13-də həmin nömrədən X7 istifadəsində olan “99***-***-**-**” saylı mobil nömrəyə “Səxavət mənlə görüşməyənin varyoxun ... (ədəbsiz söyüş) sənin ... (ədəbsiz söyüş) gətir 200 manatıda çatdır qəhbə yığını məndə sənin üçün kola götürmüşəm qaçırsan gəl görüşək” mətnli sms daxil olmuşdur. Bundan başqa, 04.10.2020-ci il tarixdə saat 20:07-də həmin mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan “99***-***- **-**” saylı mobil nömrəyə “Qaqa denən gətirsində brat bura nolarki maşın xarabdı da kimə deyim bəs mən eeee” mətnli sms daxil olmuşdur. Bundan başqa, 04.10.2020-ci il tarixdə saat 21:58-də həmin mobil nömrədən X1 istifadəsində olan “99***-***-**-**” saylı mobil nömrəyə “Belədəki özün davay busanda 1 litir suyu gətirmədin amma Ramildi kimdi onun üçün 3 dənə patını tez gətirərsən özün bil sən nədənsə oldun mən yox davay” mətnli sms daxil olmuşdur. Bundan başqa, 08.10.2020-ci il tarixdə saat 14:43-də həmin nömrədən X8 istifadəsində olan “99***-***-**-**” saylı mobil nömrəyə “Seyid salam Kamran dedi ki Seyiddə kola var 2 dənə 50 manat ver Seyidə al ona görə sənə zəng edirəm hardasan qaqa gəlim 50 manatı verim alım” mətnli sms daxil olmuşdur. Bundan başqa, 08.10.2020ci il tarixdə saat 16:34-də həmin mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan “99***-***-**-**” saylı mobil nömrəyə “Ay brat yanımda adam var sikim bunun için tay mənə itin sözün deyillər belə şey olaar qaqaş bir kəlmə kişi kimi söz deyə bilmirsən ki” mətnli sms daxil olmuşdur. Bundan başqa, 10.10.2020-ci il tarixdə saat 18:10-da həmin mobil nömrədən X8 istifadəsində olan “99***-***-**-**” saylı mobil nömrəyə “Seyid tərəzini də gətir qaqa amanat var onu çəkəcəm” mətnli sms daxil olmuşdur. Bundan başqa, 14.10.2020-ci il tarixdə saat 18:31-də həmin mobil nömrədən X13 istifadəsində olan “99***-***-**-**” saylı mobil nömrəyə “Salam Məhəmməd mənəm Məqsəd məhlədəyəm imkan varsa mənə 3 dənə tema ver də mümkünsə” mətnli sms daxil olmuşdur. Bununla bağlı tərəfimdən protokol tərtib edilərək diskdən çıxarılmış cədvəllərlə birlikdə cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 300-317). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08 yanvar 2021-ci il tarixli CD disk məlumatlara baxış keçirilməsi barədə protokoldan, cədvəllərdən və diskin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 077-761- 00-03 və ***-***-**-** saylı mobil telefon nömrələrinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən 28.12.2020-ci il tarixli AZF/LGL-17661/20 nömrəli məktub ilə daxil olmuş 01 ədəd CD diskin yaddaşında əks edilmiş 01.10.2020-ci il tarixdən 28.10.2020-ci il tarixinədək olan anten məlumatlara, sms mətnləri və telefon zənglərinə baxış keçirilmişdir. ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş sms mətnlərindən görünür ki, 02.10.2020-ci il tarixdə saat 13:11-də həmin mobil nömrəyə X8 istifadəsində olan “99***-***-**-**” saylı mobil nömrədən “Qaqa 5 kola 1 daş isdəyən var nə deyim? Rüsdəm isdəyir” həmin tarixdə saat 16:26-da “Qaqaş hardasan? Hara gəlim mən” həmin tarixdə saat 16:59-da “Qaqa Yasamala gəl evdəkiləri Yasamala düşürdürəm” həmin tarixdə saat 17:35-də “Binanın girəcəyindəyəm bacı gilin yolun qırağında zaryatka azdı” və 03.10.2020-ci il tarixdə saat 16:47-də həmin mobil nömrəyə “Qaqaş pulu verəndə ehtiyatlı olun ata güdərlər birdən ehdiyatlı olun” mətnli sms daxil olmuşdur. Bundan başqa, 03.10.2020-ci il tarixdə saat 17:41-də həmin mobil nömrəyə X10 istifadəsində olan “99***- ***-**-**” saylı mobil nömrədən “Qaqaş salam как ti, qaqaş hardasan bidənə napişi set qatıqlıyır düşəndədə eşitməy olmur, gəlim tez bazar 1 qr patı, nujen, meti varsa metidə, tolko tez de vremya malo” mətnli sms daxil olmuşdur. Bundan başqa, 13.10.2020-ci il tarixdə saat 11:28-də həmin mobil nömrəyə X16 istifadəsində olan “99***-***-**-**” saylı mobil nömrədən “Ay uy paket 3 qram tema 1 dənə patı o ayfon planşet senindi gətirəcəm bax xoşun gələr götür gəlməsə yox?” mətnli sms daxil olmuşdur. Bundan başqa, 14.10.2020-ci il tarixdə saat 13:54-də həmin mobil nömrəyə X17 oğlunun istifadəsində olan “***-***-**-**” saylı mobil nömrədən “10 dənə kola lazımdı 2 dənə patı pulu verim gətir vacibdi” mətnli sms daxil olmuşdur. Bundan başqa, 15.10.2020-ci il tarixdə saat 19:22-də həmin mobil nömrəyə X6 istifadəsində olan “99***-***-**-**” saylı mobil nömrədən “Qaqaş 30 manat varımdır qardaşımsan yarı kola, 10 manatda patı ötürdə mənə. Evdə təkəm bəlkə keçəsən biz tərəf həm də oturaq biraz söhbət dərdləşərik” mətnli sms daxil olmuşdur. Bundan başqa, 15.10.2020-ci il tarixdə saat 19:50-də həmin mobil nömrəyə X16 istifadəsində olan “99***-***-**-**” saylı mobil nömrədən “Qaqa 5 dənə kola da addelni ayır mənə nağdı pulun verəcəm” mətnli sms daxil olmuşdur. Bundan başqa, 19.10.2020-ci il tarixdə saat 18:46-da həmin mobil nömrəyə X10 istifadəsində olan “99***-***-**-**” saylı mobil nömrədən “Qaqaş 2 qrama koli nujno puli götürüm, kakain toje moqu vzyat cetami dayut, kola yest brat tez de ki bilim pulu götürüm ya yox” mətnli sms daxil olmuşdur. Bundan başqa, 22.10.2020-ci il tarixdə saat 10:13-də həmin mobil nömrəyə X3 istifadəsində olan “99***-***-**-**” saylı mobil nömrədən “Salam necəsən başına dönüm nəyinsə var ölürəm ağrıdan Mahirlə də dalaşmışam neçə gündü lap çətinlik çəkirəm yenə danışanda onla nəsə alıb verirdi indi pis gündəyəm” mətnli sms daxil olmuşdur. Bundan başqa, 22.10.2020-ci il tarixdə saat 16:43-də həmin mobil nömrəyə X4 istifadəsində olan “99***-***-**-**” saylı mobil nömrədən “Get evə gəlirəmdə qızla” mətnli sms daxil olmuşdur. Bundan başqa, 27.10.2020-ci il tarixdə saat 20:50-də həmin mobil nömrəyə X18 istifadəsində olan “99***-***-**-**” saylı mobil nömrədən “Canik neyniyim anası yapışıb ki getməyin səndə gəl həyat evidi hamıya yer var buda burda olur ona steklo kurit çıxmaq istəyir deyirəm məndə yoxdu ovirina” mətnli və həmin tarixdə saat 20:53-də “S ее mamoy problem netu ona sama valikovaya prosta Sabinaya deyir ayıbdı amin oğludu sonra qohumlar vedrə bağlıyacaq. Naisə ti utrom zaediş za nami?” mətnli smslər daxil olmuşdur. ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olmuş hər hansı bir şübhəli sms mətni aşkar edilməmişdir (cild 1, iş vərəqi 334-381). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 03 mart 2021-ci il tarixli bank məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, "xxxx" ASC-dən 23.02.2021-ci il tarixli 157000/2-817 saylı məkubla daxil olmuş, **********056918 saylı plastik kart üzrə aparılmış əməliyyatları əks etdirən məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, X21 adına olan həmin plastik kart vasitəsi ilə əməliyyatlar 25.07.2020-ci il saat 00:15-dən başlayır və 28.10.2020-ci il saat 18:25-dək davam edir. Əməliyyatlardan görünür ki, həmin müddət ərzində müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə terminal vasitəsilə, "xxxx"ın “Birbank” mobil tətbiqi vasitəsilə və eləcə də digər kartlardan **********056918 saylı plastik karta vəsaitlər köçürülmüşdür, həmçinin həmin plastik kartdan digər kartlara və mobil telefon nömrələrinə mobil tətbiq vasitəsilə vəsaitlər köçürülmüşdür. 28.10.2020-ci il tarixdə saat 14:10-da **********056918 saylı plastik karta terminal vasitəsi ilə 1500 manat, saat 15:17-də isə 1000 manat məbləğində pul vəsaitləri köçürülmüşdür. Həmin tarixdə saat 15:09-da **********056918 saylı plastik kartdan "xxxx"ın Yasamal filialında olan bankomat vasitəsi ilə 1000 manat, saat 15:10-da 450 manat, saat 18:24-də 500 manat və saat 18:25-də 490 manat məbləğində pul vəsaitləri məxaric edilmişdir (cild 2, iş vərəqi 43-63,100-102). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 29.10.2020-ci il tarixli, 6/2318 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 2 büküm heroinə bənzər kütlə və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 1 büküm heroinə bənzər kütlə” yazısı olan paketdəki, - Təqsirləndirilən şəxs1 götürülmüş 2 (iki) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 58,360 qram və 30,054 qram, ümumi təmiz çəkisi 88,414 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; - Təqsirləndirilən şəxs2 götürülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,293 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; - Təqsirləndirilən şəxs1 götürülmüş 2 (iki) ədəd bükümdəki heroinlər, Təqsirləndirilən şəxs2 götürülmüş 1 (bir) ədəd bükümdəki heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Ekspert tədqiqatı zamanı Təqsirləndirilən şəxs1 götürülmüş ümumi təmiz çəkisi 88,414 qram olan heroindən 0,2 qram çəkidə heroin tədqiqata sərf edilmiş, tədqiqatdan sonra 88,214 qram heroin qalıq qalmışdır. Ekspert tədqiqatı zamanı Təqsirləndirilən şəxs2 götürülmüş 1,293 qram olan heroindən 0,05 qram çəkidə heroin tədqiqata sərf edilmiş, tədqiqatdan sonra 1,243 qram heroin qalıq qalmışdır. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 61-66). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 28.12.2020-ci il tarixli 3556 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 134-135). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 28.12.2020-ci il tarixli, 3569 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 136-137). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 17.11.2020-ci il tarixli, 2276 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 128-129). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 17.11.2020-ci il tarixli, 2277 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 emosional davamsız tip şəxsiyyət pozuntusu aşkar edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırkı psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yeniyetmə dövründən xasiyyətcə əsəbi olması, ailə üzvləri ilə yola getməməsi, əsəbi gərginlik keçirdiyi zaman kəsmələrlə özünə xəsarətlər yetirməsi, hərbi çağırış zamanı psixiatrik müayinə edildikdən sonra hərbi xidmətdən azad edilməsi, törətdiyi cinayət əməlləri ilə əlaqədar məhkəmə psixiatrik ekspertizasına təqdim edərək onda “Şəxsiyyətin emosional davamsız pozuntusu, natamam kompensasiya” diaqnozu müəyyən edilərək məcburi müalicələrdə olması, həmçinin anlaqlı hesab edildiyi üçün cəzaçəkmə müəssisəsinə göndərilməsi, hazırkı müayinə zamanı onda müəyyən edilən əsəbilik, emosional qeyri-sabitlik, əhvalının dəyişkənliyi və s.) sübut edir. Cinayət işi materiallarının və hazırki psixiatrik müayinənin nəticələrinin hərtərəfli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yoxlanılan şəxsdə müəyyən edilən emosional davamsız tip şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 131- 133). İşdə olan maddi sübut kimi tanınması haqqında 30 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd sellofan bükümdə olan 58,360 qram çəkidə və bir ədəd sellofan bükümdə olan 30,054 qram çəkidə - ümumi çəkisi 88,414 qram (qalıq 88,214 qram) təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd sellofan bükümdə olan 1,293 qram (qalıq 1,243 qram) çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin iş üzrə maddi sübut hesab edilmiş va saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin saxlanc kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 140, 229). İşdə olan sübutların qiymətləndirilməsi barədə 03 may 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə şəxsi axtarış və götürmə keçirilərkən qeyd alınmış videogörüntü köçürülmüş 01 ədəd DVD-R disk, "xxxx" MMC-dən və "xxxx" MMC-dən əldə edilmiş 02 ədəd yaddaşında anten məlumatlar olan CD disklər iş üzrə maddi sübut qismində tanınmış və iş materiallarına əlavə olunmuşdur. X14 götürülmüş 01 ədəd "Samsung Galaxy J3" markalı, **********52568 və **********52560 saylı İMEİ kodları olan mobil telefon iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (cild 2, iş vərəqi 159-180). İşdə olan 03 may 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroini əldə etdiyi "Kera" adlı şəxs və Məcid Yusifi barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 2, iş vərəqi 183-186). İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 31.08.2012-ci il təvəllüdlü X41 adlı azyaşlı uşağı vardır (cild 1, iş vərəqi 82). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şakir oğlunun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir-biri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girməmələri, üzərlərindən aşkar edilmiş narkotik vasitələri satış məqsədilə deyil, şəxsi istifadə məqsədilə əldə etmələri barədə məhkəmədə verdiyi ifadələrinə isə məhkəmə tənqidi yanaşır və hesab edir ki, onların bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və öz ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şakir oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımaları kifayət qədər sübuta yetirilir, onlar təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.03.2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 oğlu həmin hökmlə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29,177.2.1, 29, 177.2.2-cı maddələri ilə təqsirli bilinib 3 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə ümumi tipli psixatriya stasionarlarında məcburi müalicə təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 20 may 2013-cü il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.03.2013-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarından və 17 saylı Cəzaçəkmə Müəssisəsinin məktubundan görünür ki, Xəzər Rayon Məhkəməsinin 22.09.2015-ci il tarixli qərarı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.03.2013-cü il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) ay 13 (on üç) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqi 242-243, 248, 249-257, 258- 272, 273-274). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 oğlunun cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi vaxtdan 2 (iki) ildən çox vaxt keçdiyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11.08.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Şakir oğlu həmin hökmlə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 12.11.2020-ci il tarixli qərarı ilə həmin hökm cəza təyin edilməsi hissəsində azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzasına dəyişdirilmiş, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 12 noyabr 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqi 239-240, 275-281). Göründüyü kimi, Təqsirləndirilən şəxs2 hazırda məhkumluğu olsa da, hazırkı iş üzrə ittiham edildiyi cinayəti 28 oktyabr 2020-ci il tarixdə, yəni Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11.08.2020-ci il tarixli hökmü qanuni qüvvəyə minməmiş törətdiyindən o, həmin vaxta məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza həddi və növünü təyin edərkən onların törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şakir oğluna təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şakir oğlunun ittiham olunduqları Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şakir oğlunun törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şakir oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalar ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 28.10.2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən barəsində 30.10.2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 oktyabr 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 19, 138; cild 2, iş vərəqi 96-97). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 28 oktyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 28.10.2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən barəsində 22.08.2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28.10.2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 35, 139; cild 2, iş vərəqi 98-99). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı Apelyasiya Məhkəməsinin 12.11.2020-ci il tarixli qərarı ilə ona təyin edilmiş 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı hökm üzrə təyin olunacaq cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 28 oktyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs1 götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalan 88,214 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalan 1,243 qram narkotik vasitə heroin məhv edilməli, təqsirləndirilən şəxslərin üzərinə keçirilmiş şəxsi axtarışın gedişatını əks etdirən 1 (bir) ədəd DVD-R disk, "xxxx" MMC-dən və "xxxx" MMC-dən əldə edilmiş yaddaşında anten məlumatlar olan 2 (iki) ədəd CD disk iş materiallarında saxlanılmalı, X14 götürülmüş 1 (bir) ədəd "Samsung Galaxy J3" markalı, **********52568 və **********52560 saylı İMEİ kodları olan mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəylərinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər şəkildə tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırkı hökm üzrə təyin edilmiş cəzaya Bakı Apelyasiya Məhkəməsinin 12.11.2020-ci il tarixli qərarı ilə təyin edilmiş 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs2 qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan: - Təqsirləndirilən şəxs1 götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalan 88,214 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalan 1,243 qram narkotik vasitə heroin məhv edilsin; - X14 götürülmüş 1 (bir) ədəd "Samsung Galaxy J3" markalı, **********52568 və **********52560 saylı İMEİ kodları olan mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. Təqsirləndirilən şəxslərin üzərinə keçirilmiş şəxsi axtarışın gedişatını əks etdirən 1 (bir) ədəd DVD-R disk, "xxxx" MMC-dən və "xxxx" MMC-dən əldə edilmiş yaddaşında anten məlumatlar olan 2 (iki) ədəd CD disk iş materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər şəkildə tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar