Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1140/2022 04.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 17:25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibləri X4 və X1, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq üzərinə “Elnur” yazısı yazılmış aptek torbasının içərisindəki şəffaf rəngli sellofan bükümdə külli miqdarda ümumi təmiz çəkisi 510 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib, daşıyaraq üzərində saxlamış, 19 yanvar 2022-ci il tarixdə, saat 14:23-də özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən “Görüş” kafesinin yaxınlığında saxlanılaraq, 14-cü PB-nə gətirilib üzərində həmin Polis Bölməsinin inzibati binasında şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli dəri gödəkcənin iç sol yan cibindən üzərinə “Elnur” yazısı yazılmış aptek torbasının içərisindəki şəffaf rəngli sellofan bükümdə külli miqdarda ümumi təmiz çəkisi 510 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilməyərək göstərmişdir ki, 19 yanvar 2022-ci il tarixdə saat 10-11 radələrində yaşadığı evdə olarkən 2 nəfər mülki və 3 nəfər isə polis geyim formasında olan 14-cü polis bölməsinin əməkdaşları yaşadığı ünvana gəlmişlər. Həmin polis əməkdaşları yatdığı otaqdakı şkafın çəkməcəsinə qoyduğu narkotik vasitə olan heroini və iynələri tapmışlar. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitə qəbul etməyini əsas gətirib polis bölməsinə aparmışlar. 14-cü polis bölməsində həmin polis əməkdaşlarından biri, adını bilmədiyi şəxs bildirmişdir ki, üzərinə videoçəkilişlə baxış keçiriləcəkdir. Həmin polis əməkdaşı ona təklif etmişdir ki, onun cibinə qoyacaqları narkotik vasitənin özünə məxsus olmasını və İran İslam Respublikası vətəndaşından almağını desin, əks halda isə onu döyəcəklərini demişlər. Onun da ürəyi xəstə olduğundan qorxmuş və polis əməkdaşları ilə razılaşmışdır. Sonra müdafiəçi olmadan üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və əvvəlcədən polis əməkdaşları tərəfindən cibinə qoyulmuş torbadakı narkotik vasitəni təqdim etmiş, polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra evinə baxış keçirilmiş, lakin evindən hər hansı başqa narkotik vasitə və qanunsuz əşya aşkar olunmamışdır. Sonradan isə o, üzərindən aşkar edilən narkotik vasitənin çəkisinin 510 qram oduğunu bilmişdir. O, həmin narkotik vasitənin çəkisi ilə razı deyil, çünki onun üzərində yalnız 1 qram narkotik vasitə olan “kakos” kimi tanıdığı heroin olmuşdur. O, narkotik vasitəni öz istifadəsi üçün əldə etmişdir. Orada ona həmin narkotik vasitəni torpaq sahəsini sataraq aldığını deməsi tapşırılmışdır. Polis əməkdaşları onu ikinci dəfə saxlayan zaman döymüşlər. Bundan başqa, məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisi Vüqar Əhmədovun iştirakı ilə həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ona hər hansı fiziki güc tətbiq olunmadığını, ancaq fiziki güc tətbiq ediləcəyi ilə hədələndiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi satış məqsədilə narkotik vasitə əldə etməməsi, evində yalnız bir qram heroinin olması və polis işçiləri tərəfindən ona qarşı təzyiq göstərilməsinə dair xüsusatları özünümüdafiə xarakterli olmaqla ağır ittihamdan yayınmağa cəhd kimi qiymətləndirməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sabunçu rayon polis idarəsinin 14cü Polis bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 19 yanvar 2022-ci il tarixdə, saat 14:00 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə xidmətdə olarkən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən “Görüş” kafesinin yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsin şəxsiyyətini dəqiqləşdirmək məqsədilə ona suallar vermişlər. Bu zaman həmin şəxs həyacanlanaraq onlara dağınıq cavablar verməyə başlamış və onlardan yayınıb qaçmaq istəmişdir. Onlar da həmin şəxsi 14-cü PB-nə dəvət etmişlər və həmin şəxs də onlarla birlikdə 14-cü PB-nə gəlmişdir. Polis Bölməsində həmin şəxsin xx.xx.1990-cı il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur.. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, müdafiə hüquqları izah edilərək müdafiəçi dəvət edilmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi izah olunmuş və ona qərar elan edilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədikdən sonra videoçəkiliş ilə üzərində müdafiəçisinin iştirakı olmadan şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı qanunsuz əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin iç sol yan cibindən ağ rəngli üzərində “Elnur” sözləri yazılmış aptek torbasını təqdim etmiş və həmin torbanın içərisində “heroin” olduğunu, bu narkotik vasitəni 13 yanvar 2022-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində metorunun “Neftçilər” stansiyasının yaxınlığında üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmadığı İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Bundan sonra həmin torba açıldıqda içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş və həmin kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən zərfə qoyulub möhürlənmiş və imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərində tərəfindən şəxsi axtarış keçirilmiş, lakin başqa onun üzərindən hər hansı narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. Bu barədə tərtib olunmuş protokolu Təqsirləndirilən şəxs və onlar imza edib doğruluğunu təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana onun ərizəsi əsasında baxış keçirilmiş, lakin evindən hər hansı narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi təsir və təzyiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu rayon polis idarəsinin 14-cü Polis bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 19 yanvar 2022-ci il tarixli 6/354 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübut” yazısı və imzalar qeyd edilmiş bir ədəd paketdəki “Elnur Aptek” yazısı olan ağ rəngli polietilen torbada bir ədəd bükümdə təmiz çəkisi 510 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 510 qram, cəmi tədqiqata sərf edildi -0,2 qram, qalıq - 509,8 qram. Cinayət işinə əlavə olunmuş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 09 mart 2022-ci il tarixli 1177 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinə əlavə olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 31 mart 2022-ci il tarixli, 765 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəsatəlik qeyd edilmir. Lakin xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. A.R. Axundzadə əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müəlicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs emosional-iradi sferasında hövsələsizlik, xarici qıcıqlara qarşı həssaslıq, emosional qeyri-sabirlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxslunun sensor-perseptiv proseslərinin düzgün qavraya bilir. Təqsirləndirilən şəxs başqalannıntəsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs sözügedən əməli törədən anda affekt vəziyyətində olmamışdır. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 21 yanvar 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deməklə ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 21 yanvar 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deməklə ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş 19 yanvar 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs 14-cü Polis Bölməsinin inzibati binasının otaqlarının birində hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulduqdan sonra Ağacamal Axunzadə əynində olan qara rəngli dəri gödəkçənin iç sol yan cibindən ağ rəngli üzərinə “Elnur” sözləri yazılmış aptek torbasını içərisindəki bükümlə birlikdə təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu və 13 yanvar 2022-ci il tarixdə metronun “Neftçilər” stansiyasının yaxınlığında üzdən tanıdığı İran İslam Respublikası vətəndaşından 1500 manata şəxsi istifadəsi üçün almasını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı sübut əhəmiyyət kəsb edəcək əşya, narkotik vasitə, psixotrop maddə aşkar olunmamışdır. Ağacamal Axunzadənin təqdim etdiyi maddələr təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan başqa cinayət işinə əlavə olunmuş Bakı şəhər Sabunçu rayon prokurorunun böyük köməkçisi İsmayıl Rövşənovun 20 sentyabr 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında tibbi müayinədən keçirilərkən üzərində xəsarətlər aşkar olunması barədə Bakı İstintaq Təcridxanasından daxil olmuş məlumat əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı izahatı alınmış Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, 19 iyul 2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən evinin yaxınlığında Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada ona məxsus olmayan narkotik maddəni döyərək boynuna qoymuşlar. O, da dözməyərək həmin cinayəti etiraf etmişdir. Həmin polis əməkdaşlarını tanımır, lakin birinin adı Anar olmuşdur. Şikayəti istintaqın düzgün aparılmamasındandır. Araşdırma zamanı Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 14- cü PB-nin əməkdaşları tərəfindən fiziki güc tətbiq edilərək döyülməsi faktı təsdiqini tapmadığından və toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 03 il 09 aya endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 03 il 06 ay müddətinə müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs cəzadan azad edildiyi tarixdən 2 ildən artıq vaxt keçmişdir, yəni məhkumluğu ödənilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 20 iyul 2022-ci il tarixdən hesablanmalı, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdən 13 may 2022-ci il tarixədək həbsdə olduğu 03 (üç) ay 24 (iyirmi dörd) gün ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 509,8 qram təşkil edən narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd “CD” disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 300 (üç yüz) manat pul onun vəkil işlədiyi 33 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdən 13 may 2022-ci il tarixədək həbsdə olduğu 03 (üç) ay 24 (iyirmi dörd) gün ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 08 (səkkiz) il 08 (səkkiz) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 iyul 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 509,8 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd “CD” disk sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 300 (üç yüz) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Əhməd Quliyev Rasim Sadıxov
Məhkəmə qərarları › İş №1(101)-1140/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1140/2022
04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver