Məhkəmə qərarları › İş №1(101)-1140/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1140/2023

08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1140/2023 08.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X13, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında 11 noyabr 1981-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, himayəsində 2005 və 2010-cu il təvəllüdlü uşaqları olan, əvvəllər Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 maddələri ilə dəfələrlə məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsi, döngə 12-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, X5 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: X8 təqsirləndirilir ondan ötrü ki, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1 özünü Bakı Apellyasiya Məhkəməsinin hakimi Ziya Şirinovun tanışı kimi təqdim edərək sonuncunun vasitəsilə Zərərçəkmiş şəxs1 ilə X10 arasında mülki mübahisə ilə əlaqədar iddianın məhkəmədə Zərərçəkmiş şəxs1 xeyrinə həll etdirəcəyinə dair yalan vəd verib bunun müqabilində vəzifəli şəxs olan Bakı Apellyasiya Məhkəməsinin hakimi Ziya Şirinova rüşvət qismində 1700 manat məbləğində pul verməli olduğunu bildirməklə Zərərçəkmiş şəxs1 aldadıb etibarından-sui istifadə etməklə bu adla Zərərçəkmiş şəxs1 tərəfindən onun əvvəlcədən bildirdiyi, cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid5 məxsus "xxxx"ın 5213 6751 0294 9980 nömrəli kart hesabına xx.xx.2022-ci il tarixdə saat 15:18 radələrində ünvan 3 ünvanında yerləşən «Elit» marketdə olan “MilliÖn” ödəmə terminalı vasitəsilə köçürülmüş 300 (üç yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 14:39 radələrində Zərərçəkmiş şəxs1 tərəfindən onun əvvəlcədən bildirdiyi, cinayətkar niyyətindən xəbərsiz olan anası Şahid2 məxsus "xxxx"ın 416974******1132 nömrəli kart hesabına ünvan 4 ünvanında yerləşən «Neptun» supermarketdə olan “E-Manat” ödəmə terminalı vasitəsilə köçürülmüş 200 (iki yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 15:53 radələrində Zərərçəkmiş şəxs1 tərəfindən onun əvvəlcədən bildirdiyi, cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid3 məxsus "xxxx"ın 4169 7413 9201 0938 nömrəli kart hesabına ünvan 3 ünvanında yerləşən «Elit» market olan “MilliÖn” ödəmə terminalı vasitəsilə köçürülmüş 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 20:25 radələrində Zərərçəkmiş şəxs1 tərəfindən onun əvvəlcədən bildirdiyi, cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid4 məxsus "xxxx"ın 4169 7332 1447 6868 nömrəli kart hesabına ünvan 4 ünvanında yerləşən «Neptun» supermarketdə olan “E-Manat” ödəmə terminalı vasitəsilə köçürülmüş 50 (əlli) manat, xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində Zərərçəkmiş şəxs1 tərəfindən onun əvvəlcədən bildirdiyi, cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid3 məxsus "xxxx"ın 4169 7413 9201 0938 nömrəli kart hesabına ünvan 3 ünvanında yerləşən «Elit» marketdə olan “MilliÖn” ödəmə terminalı vasitəsilə köçürülmüş 500 (beş yüz) manat, həmin tarixdə saat 15:57 radələrində Zərərçəkmiş şəxs1 qardaşı Şahid1 vasitəsi ilə sonuncuya məxsus "xxxx"ın 5213 6751 9164 9830 nömrəli kart hesabından onun əvvəlcədən bildirdiyi, cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid3 məxsus "xxxx"ın 4169 7413 9201 0938 nömrəli kart hesabına ünvan 4 ünvanda yerləşən «Neptun» supermarketin qarşısında telefon proqramı vasitəsi ilə köçürülmüş 150 (yüz əlli) manat, ümumilikdə Zərərçəkmiş şəxs1 1700 (min yeddi yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2022-ci ilin iyul ayında Zərərçəkmiş şəxs2 özünü Memarlıq və İnşaat Universitetinin prorektoru X11 tanışı kimi təqdim edərək sonuncunun vasitəsilə Zərərçəkmiş şəxs2 övladı Şahid10 Memarlıq və İnşaat Universitetinin dizaynerlik fakültəsinə qəbul üzrə qabiliyyət imtahanından keçirəcəyinə dair yalan vəd verib abituriyentlərin universitetə qabiliyyət imtahanının keçirilməsi yalnız X14 səlahiyyətində olduğu halda guya bunun müqabilində vəzifəli şəxs olan universitetin prorektoru Şahid8 rüşvət qismində 2000 (iki min) manat məbləğində pul verilməli olduğunu bildirib Zərərçəkmiş şəxs2 aldadaraq etibarından sui-istifadə etməklə bu adla xx.xx.2022-ci il tarixdə saat 15:10 radələrində Zərərçəkmiş şəxs2 qardaşı Şahid7 vasitəsilə sonuncuya məxsus “LeoBank”ın 4098 5844 6055 9923 nömrəli kart hesabından onun əvvəlcədən bildirdiyi, cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid6 məxsus "xxxx" ASC-nin 4169 7385 7037 6255 nömrəli kart hesabına Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən «Laçın» ticarət mərkəzinin 3-cü mərtəbəsindəki ofisdə telefon proqramı vasitəsilə köçürülmüş 600 (altı yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 13:05 radələrində isə Zərərçəkmiş şəxs2 qardaşı Şahid7 tanışı Şahid9 vasitəsilə sonuncuya məxsus "xxxx" ASC-nin 4169 7385 5697 1731 nömrəli kart hesabından onun əvvəlcədən bildirdiyi, cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid6 məxsus "xxxx" ASC-nin 4169 7385 7037 6255 nömrəli kart hesabına Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən «Laçın» ticarət mərkəzinin qarşısında mobil telefon proqramı vasitəsilə köçürülmüş 1400 (min dörd yüz) manat, ümumilikdə Zərərçəkmiş şəxs2 2000 (iki min) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 sonuncunun qardaşı Şahid1 vasitəsi ilə sosial şəbəkələrdən tanımışdır. Yəni bu şəxsləri bir başa görməmişdir. Sosial şəbəkələrdə Şahid1la ünsiyyət saxlayan zaman sonuncu qardaşı Zərərçəkmiş şəxs1 kiminləsə mülki məhkəmə mübahisəsi olduğunu, həmin mübahisənin Bakı Apellyasiya məhkəməsində hakim Ziya Şirinov tərəfindən baxıldığını bildirmişdir. Pula ehtiyacı olduğu üçün Rəşad və Zərərçəkmiş şəxs1ları aldadaraq pul almaq qərarına gəlmiş və yalandan Şahid1 Ziya Şirinovu yaxından tanıdığını, özünün hüquqşünas olduğunu, bu məsələləri Ziya Şirinov vasitəsi ilə həll edəcəyini demişdir. Bundan sonra Şahid1 ayrı-ayrı şəxslərin Bank kartlarının fotoşəkillərini göndərməklə həmin kartlara cəmi 1.700 manat pulun köçürülməsinə nail olmuşdur. Kart sahiblərindən bir neçəsinə pul borcu olduğu üçün borcunun müqabilində pul vəsaitlərini köçürmüşdür. Həmin vəsaitdən zərərçəkmiş Zərərçəkmiş şəxs1 hər hansı məbləğ ödəməmişdir. Lakin çalışacaq ki, yaxın müddətdə həmin ziyanı ödəsin. Digər Zərərçəkmiş şəxs2 10 ilə yaxındır tanıyır. Rafiq onun qardaşı X7 tələbə yoldaşı olmuşdur. Qardaşı vasitəsi ilə Zərərçəkmiş şəxs2la münasibəti yaranmışdır. 2022ci ilin iyul ayında Zərərçəkmiş şəxs2 ona oğlu Şahid10 universitetlərə qəbulla bağlı 5-ci ixtisas qrupu üzrə imtahan verdiyini və 119 bal topladığını demiş, ona Memarlıq və İnşaat universitetinə qabiliyyət imtahanıın verməsinə köməklik göstərməsini xahiş etmişdir. Belə ki, o Zərərçəkmiş şəxs2 əvvəllər Memarlıq və İnşaat universitetində müəllim işlədiyini, oranın prorektoru Orxan Nağdıyevlə guya yaxın münasibətləri olduğunu bildirərək bu məsələni həll edə biləcəyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 ayrı-ayrı şəxslərin bank kartlarının fotoşəkillərini göndərməklə həmin kartlara 2.000 manat pulun köçürülməsinə nail olmuşdur. Bu pulları da şəxsi məqsədləri üçün xərcləmişdir. Zərərçəkmiş şəxs2 vurduğu ziyanı tamamilə ödəmiş, pulun ödənilməsinə dair qəbzi istintaq orqanına təqdim etmişdir. Etdiyi əməldən peşmandır. Həyat yoldaşından boşanmış, birgə nigahlarından olan 2005 və 2010-cu il təvəllüdlü övladlarını tək başına böyütməsini məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Rəşadın vasitəsi ilə tanımışdır. Rəşadın özü isə Ülviyyəni sosial şəbəkələrdən hüquqşünas kimi tanımışdır. Həmin ərəfədə onun torpaqla bağlı məhkəmə mübahisəsi olmuş, həmin mübahisə Bakı Apellyasiya məhkəməsində hakim Ziya Şirinov tərəfindən baxılmalı idi. Bu məsələni Rəşad Təqsirləndirilən şəxs bildirdikdə sonuncu Ziya Şirinovla tanış olduğunu, məsələni onun xeyrinə həll edə biləcəyini vəd etmişdir. Lakin bunun müqabilində Ziya Şirinova 2.000 manat pul ödənilməlidir. Həmin qiyməti 1.700 manata endirib göstərilən məbləği Ülviyyənin göndərdiyi bank kartlarının hesablarına hissə-hissə köçürmüşdür. Lakin məhkəməyə mübahisə ilə əlaqədər gedən zaman müəyyən etmişdir ki, məhkəmə tərəfindən onun xeyrinə heç bir qərar qəbul edilməmişdir. Bundan sonra hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Ona vurulmuş ziyan bu günədək ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onun qardaşı ilə birlikdə universitetdə oxumuş və münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs Memarlıq və İnşaat Universitetində işlədiyini bilmişdir. Oğlu Şahid10 2022-ci ilin iyul ayında universitetlərə qəbulla bağlı 5-ci ixtisas qrupu üzrə imtahan vermiş, həmin imtahandan oğlu Səid 119 bal toplamış, Səidin topladığı bal Memarlıq və İnşaat Universitetinin dizaynerlik fakültəsinə çatmış, lakin qaydalara görə, oğlu Səid qabiliyyət imtahanı da verməli idi. Məhz bu məqsədlə Təqsirləndirilən şəxs ilə əlaqə yaradaraq ondan kömək istəmişdir. Təqsirləndirilən şəxs əvvəllər Memarlıq və İnşaat Universitetində işlədiyini demiş, bu universitetin prorektoru Orxan Naqdyevlə yaxın münasibətdə olduğunu, bu məsələni həll edə biləcəyini demişdir. Lakin Ülviyyə ona bunun qarşılığında 2000 manat pul verməli olduğunu demiş,o da qardaşı Rafailin vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Ülviyyənin bank kartına 600 (altı yüz) manat göndərmiş, sonra xx.xx.2022-ci il tarixdə qardaşı Şahid7 Ülviyyəyə daha 1400 manat göndərmiş, bunu Murad adlı tanışının kartı vasitəsi ilə həyata keçirmişdir. Bunlara baxmayaraq Ülviyyə söz verdiyi köməyi etməmmiş, nəticədə oğlu 2022-ci ildə həmin universitetə qəbul olmamışdır. hətta o, Memarlıq və İnşaat Universitetinin prorektoru Orxan müəllimin nömrəsini tapıb onunla əlaqə saxlamış və Orxan müəllimin məsələdən ümumiyyətlə, xəbərdar olmadığını və Təqsirləndirilən şəxs adlı qadını heç tanımadığını öyrənmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ondan götürdüyü 2.000 manat pulu qaytarmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 onun doğma qardaşıdır, Təqsirləndirilən şəxs isə 2022-ci ilin əvvəllərində sosial şəbəkələrdən hüquqşünas kimi tanımışdır. Bu ərəfədə qardaşı Xəqaninin Bakı Apellyasiya məhkəməsində hakim Ziya Şirinovda mülki torpaq məsələsi olmuşdur. Bununla bağlı Təqsirləndirilən şəxs ilə məsləhətləşdikdə sonuncu Ziya Şirinovu yaxından tanıdığını, bu məsələni pul müqabilində özü həll edə biləcəyini demişdir. İlk olaraq Təqsirləndirilən şəxs ondan 2.000 manat pul istəmiş, lakin bu məbləğə imkanları çatmadığı üçün məsələnin həlli üçün 1.700 manat ödəmələrinə razılaşmışlar. Bundan sonra Ülviyyə onun telefonuna ayrı-ayrı şəxslərin bank kartlarının fotoşəkillərini göndərmiş, o da öz növbəsində həmin şəkilləri qardaşına yönəltmişdir. Qardaşı Xəqani həmin kartlara ümumən 1700 manat ödəməsinə baxmayaraq mülki məsələsi öz həllini tapmamışdır. Bu səbəbdən qardaşı Ülviyyədən hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. İkisi birlikdə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “S studio” gözəllik salonunun müştəriləri olmuş və aralarında rəfiqəlik münasibətləri yaranmışdır. 2021-ci ilin təxminən dekabr ayında Təqsirləndirilən şəxs ondan 5000 manat pul istəmiş, o isə 5000 manatının olmadığını deyərək ona 3000 manat pul borc kimi vermişdir. Həmin borcunu Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayında hissə-hissə bank kartına ayrı-ayrı məbləğlər köçürməklə almışdır. Lakin köçürmələr Ülviyyənin adından deyil, digər şəxslərin adından olmuşdur. Elə başa düşmüşdür ki, ola bilsin ki, Ülviyyənin bank kartı olmadığı üçün tanışlarının bank kartı vasitəsilə ona pullarını göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. O, Sədərək ticarət mərkəzində qadın geyimləri satışı mağazasında işləyir. Qonşu mağazada işləyən Şahid4 xx.xx.2022-ci il tarixdə ona yaxınlaşaraq ondan kartının olub-olmamasını soruşmuş, o da Arzuya kartının olduğunu demiş, soruşmasının səbəbi ilə maraqlandıqda Arzu ona müştərisinin mağazasına olan borcunun bağlanması üçün bank kartına ehtiyacı olduğunu demişdir. O da Arzuya “whatsapp” vasitəsilə istifadəsində olan "xxxx"a məxsus bank kartının şəklini atmışdır. Həmin gün günortadan sonra kartına 300 manat pul yatırdılmışdır. Həmin pulu kartından çıxarıb Şahid4 vermişdir. Şahid4 sadəcə olaraq həmin pulun müştərisi tərəfindən göndərildiyini demiş, lakin həmin müştərinin kim olmasını deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, o, 2009-cu ilin sentyabr ayından Memarlıq və İnşaat Universitetinə işə qəbul olunmuş, öyrəndiyi qədər Təqsirləndirilən şəxs həmin vaxtdan universitetdən işdən çıxmışdır. O, xx.xx.2022-ci il tarixdən həmin universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsində çalışır. 2022-ci ilin iyul ayında Türkiyədə olarkən tanımadığı nömrədən istifadəsində olan nömrəsinə zəng gəlmişdir. Zəng edən şəxs özünü Zərərçəkmiş şəxs2 kimi təqdim edərək ondan Təqsirləndirilən şəxs adlı şəxsi tanıyıb-tanımadığını soruşmuşdur. O isə belə bir adamı tanımadığını bildirmişdir. Bununla da onunla Zərərçəkmiş şəxs2 arasında olan telefon danışığı başa çatmışdır. Onun Təqsirləndirilən şəxs törətdiyi cinayətdən yalnız müstəntiqə ifadə verən zaman məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, zərərçəkmiş şəxsi isə tanımır. Sədərək Ticarət mərkəzində “Hukqa” qadın geyim mağazası vardır. Təqsirləndirilən şəxs onun geyim mağazasına gəlib qadın geyimləri almış, həmin geyimlərin dəyərinin bir hissəsini nağd ödəmiş, bir hissəsinə görə ümumilikdə 890 manat borcu qalmışdır. 2022-ci ilin yanvar ayının ortalarında Ülviyyəyə zəng edərək borcu ödəməsini istəmiş, Ülviyyə də bank kartının fotoşəklini ona göndərməsini xahiş edərək borcunu kartına köçürəcəyini demişdir. O da kartının vaxtı bitdiyi üçün qonşu dükanda olan satıcı Şahid5 bank kartın fotoşəklini Təqsirləndirilən şəxs göndərmişdir. xx.xx.2022-ci il tarixdə Mehribanın kartına 300 manat pul köçürülmüşdür. Şahid5 300 manat pulu nağd şəkildə hamısını gətirib ona vermişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs onun dediyi başqa bir bank kartına daha 50 manat pul göndərmişdir. Beləliklə, Təqsirləndirilən şəxs kart vasitəsi ilə ona olan borcunu tam ödəyib qurtarmışdır. Ona qarşı heç bir tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, zərərçəkmiş şəxslərdən isə Zərərçəkmiş şəxs2 sonuncunun qardaşı Rəfail Turabovun vasitəsi ilə tanımışdır. Belə ki, o, 2022-ci ilin yay aylarında «Laçın» ticarət mərkəzində “Centlmen” ayaqqabı salonunda satıcı vəzifəsində işləmişdir. Şahid7 isə həmin ticarət mərkəzində qızıl satıcısı işləmişdir. xx.xx.2022-ci il tarixdə Şahid7 ona 1400 manat pulu verərək "xxxx"a aid hesab kartına göndərməyini xahiş etmişdir. O, Şahid7 xahişinə əsasən sonuncunun ona verdiyi 1400 manat pul vəsaitini həmin Kapital banka məxsus karta göndərmişdir. Həmin kartın kimə məxsus olmasını xatırlamır. Rəfail Turabov həmin pulun nə pulu olduğunu ona bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Ülfiyyə Abasovanı tanıyır, onu əvvəllər görmüşdür. Zərərçəkmiş şəxs2 isə onun qardaşıdır. Qardaşı Zərərçəkmiş şəxs2 oğlu Səid 2022-ci ilin iyul ayında universitetə qəbulla bağlı imtahan vermiş, imtahandan 119 bal toplamış, Səidin topladığı bal Memarlıq və İnşaat universitetin dizaynerlik fakültəsinin keçid balına çatmış, lakin Səid dövlət imtahanından başqa Memarlıq və İnşaat universitetinin daxilində qabiliyyət imtahanı da verməli idi. X20biliyyət imtahanından keçirmək üçün ona köməklik edə biləcək tanış axtarmış və tələbə yoldaşı və ailə dostu olan Azad Mustafayevin bacısı X6 ilə əlaqə saxlayaraq Səidin qabiliyyət imtahanından keçməsi üçün kömək istəmişdir. Belə ki, Ülviyyə Rafiqə heç bir problem olmadığını və məsələni həll edə biləcəyini demiş, Ülviyyə özünü Memarlıq və İnşaat universitetində işləyən biri kimi təqdim edərək həmin universitetdə işlədiyi üçün bu məsələni rahatlıqla həll edə biləcəyini, Memarlıq və İnşaat universitetində işləyən prorektor Orxan müəllimlə yaxın əlaqələri olduğunu bildirmişdir. Ülviyyə məsələni həll etmək üçün qardaşı Rafiqdən şirinlik olaraq 2000 manat istəmiş, Rafiq də ona həmin pulu vermişdir. Belə ki, həmin pulu qardaşı onun vasitəsilə Ülviyyənin bildirdiyi bank kartına göndərtmişdir. Həmin məbləği o, hissə-hissə olmaqla Ülviyyəyə 2 dəfəyə göndərtmişdir. O da öz növbəsində tanışı Muradın kartı vasitəsilə 1400 manat göndərmiş, ondan əvvəl isə öz kartı ilə Təqsirləndirilən şəxs 600 manat pul göndərmişdir. Bir müddət sonra qardaşı Rafiq Ülviyyədən xəbər çıxmadığı üçün işin nə yerdə olduğunu soruşmuş, Ülviyyə ona hər şeyin qaydasında olduğunu, Orxan müəllimlə danışdığını, bir az səbrli olmalarını bildirmişdir. Ülviyyə ilə əlaqəni Rafiq saxlamış, ona görə hadisəni Rafiqin sözlərindən bilir. Ülviyyə onları aldadaraq Səidin məsələsini həll etməmişdir. Buna baxmayaraq Ülviyyə onlara vurduğu 2.000 manat zərəri tam ödəmişdir, ona qarşı heç bir tələbləri yoxdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid şəxs qismində dindirilmiş Şahid2 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qızıdır. Əmək haqqını "xxxx" ASC-yə məxsus bank kartı ilə alırdı. Həmin kartın 16 rəqəmli nömrəsini dəqiq xatırlamır, çünki kartın etibarlılıq müddəti 2022-ci ilin noyabr ayında bitdiyi üçün həmin ayda "xxxx"-a məxsus maaş kartını təzələmişdir. Köhnə maaş kartının 416974******1132 olmasını xatırlayır, lakin orta rəqəmlərini unutmuşdur. 2022-ci ilin fevral aylarında ağır xəstələnmişdir. Həmin vaxtlar evdə müalicə alır, vəziyyəti yaxşı olmamışdır. Təqsirləndirilən şəxs da onunla bir yerdə yaşayırdı və onun "xxxx"-a məxsus kartı da evdə idi. Qızı Ülviyyə ona maaş kartının ona lazım olmasını bildirmiş, o da nə üçün lazım olduğunu soruşduqda, qızı ona dostunun pul atacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 14:39 radələrində həmin maaş kartına 200 manat pul göndərildi. O, Təqsirləndirilən şəxs kartına pul köçdüyünü demiş və qızı Ülviyyə də kartı ondan götürmüş və daha sonra həmin pulla neynədiyi haqda məlumatı yoxdur. Qızı Ülviyyə ondan kartını istəyəndə o, ağır xəstə olmuşdur. Qızı Ülviyyə sadəcə olaraq ona demişdir ki, dostu 200 manat pul göndərəcək və başqa heç nə deməmişdir. Qızının onun maaş kartına hansı məqsədlə pul atdırdığı haqda məlumatı yoxdur. O, qızından həmin 200 manat pulun hansı məqsədlə atılmasını soruşmamışdır. Ona görə ki, həmin vaxt ağır xəstə olmuş, həm də ağır xəstə olmasaydı belə, Ülviyyə onun qızı olduğu üçün ondan belə bir sual soruşmağa ehtiyac duymamışdır. Qızı Təqsirləndirilən şəxs sadəcə olaraq dostunun pul atacağını demişdir. Qızı ona dostunun kim olduğunu deməmiş, o da Ülviyyədən pulıu göndərənin kim olduğunu soruşmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsi elan edilərək müəyyən edilmişdir ki, 2022-ci ilin yay aylarında Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “S studio” gözəllik salonunda qaş ustası kimi çalışmışdır. Hal-hazırda isə işsizdir. “S studio”da işlədiyi dövrdə orada daimi müştəri olan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Onların yaxın münasibətimiz olmamış, gündəlik salam-sağol edirdilər. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs ona yaxınlaşaraq xalasının ona pul göndərməli olduğunu və bunun üçün kart lazım olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs həmin pulu nə üçün göndərmək istədiyini bildirdikdə, sonuncu ona həyat yoldaşı üçün təcili olaraq pul lazım olduğunu demişdir. O, Təqsirləndirilən şəxs xahişini yerə salmamış və özünə məxsus Birkart Umico 4169 7385 7037 6255 nömrəli hesab kartını ona vermiş, Təqsirləndirilən şəxs isə kartımın şəklini çəkib ona qaytarmışdır. Ülviyyə kartının şəklini çəkdikdən bir az sonra onun kartına 600 (altı yüz) manat pul vəsaiti “LeoBank”a məxsus kart hesabından köçürülmüşdür. Həmin pul vəsaiti kartına köçdükdən sonra bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş sonuncu ondan həmin pulu dərhal nağdlaşdırmasını xahiş etmiş, o da Bakı şəhəri, Binəqədi rayonu, Tural aptekin yanında yerləşən "xxxx"a məxsus ATM-dən 600 (altı yüz) manat pulu nağdlaşdırmış və gətirib bütün pulu Ülviyyəyə vermişdir. Pulu Ülviyyəyə verdikdən sonra Ülviyyə çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs yenidən ona yaxınlaşaraq eyni sözləri, yəni xalasının təcili olaraq ona pul göndərməli olduğunu və həmin pulun həyat yoldaşı üçün lazım olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs xahişini qəbul etmiş və bir az sonra kartına 1400 (min dörd yüz) manat pul vəsaiti "xxxx"a aid kart hesabından göndərilmişdir. Bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş, sonuncu da ondan həmin 1400 (min dörd yüz) manat pul vəsaitini nağdlaşdırmasını xahiş etmişdir. O, həmin gün Bakı şəhəri, Binəqədi rayonu, Tural aptekin yanında yerləşən "xxxx"a məxsus ATM-dən 1400 (min dörd yüz) manat pulu nağdlaşdırmış və gətirib bütün pulu Ülviyyəyə vermişdir. Təqsirləndirilən şəxs ona 600 (altı yüz) və 1400 (min dörd yüz) manat pul vəsaitlərinin xalası tərəfindən göndərildiyini, təcili olduğunu, həmin pulun yoldaşı üçün lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona həmin pul vəsaitləri barədə yalnız həyat yoldaşına təcili lazım olduğunu demiş, bundan başqa heç bir şey deməmişdir. O, xx.xx.2022-ci il tarixdə 600 (altı yüz) manat və xx.xx.2022-ci il tarixdə 1400 (min dörd yüz) manat pul vəsaitlərinin hamısını son məbləğə kimi Təqsirləndirilən şəxs şəxsən vermişdir. Həmin pullardan heç bir xeyir güdməmiş və heç bir xeyri də olmamışdır. O, Təqsirləndirilən şəxs 2022-ci ilin yay aylarında işlədiyi Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “S Studio” gözəllik salonundan tanımışdır. O, həmin salonda qaş ustası kimi işləmiş və Təqsirləndirilən şəxs da onların salonun daimi müştərisi olmuş, bütün günü orada olmuş. Təqsirləndirilən şəxs ilə yaxın münasibəti olmamış, yalnız gündəlik salam-sağol etmişlər. Təqsirləndirilən şəxs özünü ona universitet müəlliməsi kimi təqdim etmişdir. Hal- hazırda isə Təqsirləndirilən şəxsyla heç bir münasibəti qalmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, 2022-ci ilin iyul ayında universitetlərə qəbulla bağlı 5-ci ixtisasa qrupu üzrə imtahan verərək 119 bal toplamış, onun topladığı bal Memarlıq və İnşaat Universitetinin dizaynerlik fakültəsinə çatmış, həmin universitetin dizaynerlik fakültəsinin keçid balı 118 olmuş və o da 119 bal toplamış, topladığı bal kifayət etsə də, o, qabiliyyət imtahanları da verməli olmuş, qabiliyyət imtahanları universitetə qəbul imtahanından fərqli bir imtahan olmaqla həmin imtahanlarda o, şəkil çəkməli və ona uyğun imtahanlardan keçib-keçməyəcəyini öyrənəcəkdi. Ümumilikdə 2 qabiliyyət imtahanı verməli olmuş və hər imtahan maksimum 4 bal olmaqla ümumilikdə 6 bal keçid balı olmuşdur. 2022-ci ilin iyul ayının əvvəlində ilk qabiliyyət imtahanında iştirak edən zaman qarşıısna heykəl qoyulmuşdur ki, onun şəklini çəksin və o da şəkli yaxşı çəkə bilməmiş və hələ nəticələr elan olunmamış kəsiləcəyini hiss etmişdir. Bundan təxminən 1 həftə sonra nəticələr elan olunmuş, keçid balı 4 olmuş və o da 1 bal toplamışdır. Buna görə də müvəffəqiyyət əldə edə bilməmiş və imtahandan kəsilmişdir. O Təqsirləndirilən şəxs adlı qaını tanımır və bu barədə eşitməmişdir. O, atasının Təqsirləndirilən şəxs adlı biriylə danışmasının şahidi olmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli olması özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs2 Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Ülviyyə adlı şəxs oğlu Şahid10 imtahan balını artırmaq adı ilə onu aldadaraq 2000 manat pulunu ələ keçirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Ülviyyə adlı vəkil onun mülki məsələsini həll edəcəyi barədə onunla danışıb, Bakı Apellyasiya Məhkəməsində baxılan işin onun xeyrinə həll etdirəcəyinə dair yalan vəd verib 1700 manat pul vəsaitini ələ keçirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsinə dair” 04 fevral 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, baxış keçirilən yer ünvan 6 ünvanında yerləşən “Laçın” ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən 30 nömrəli otaqdır. Şahid7 baxış zamanı Təqsirləndirilən şəxs göndərmiş olduğu "xxxx"a aid 4169 7385 7037 6255 nömrəli hesab kartına 600 manat pulu göndərdiyi yeri göstərərək bildirmişdir ki, həmin pul vəsaitini xx.xx.2022-ci il tarixdə saat 15:10 radələrində özünə məxsus “Leo Bank”a aid 4098 5844 6055 9923 nömrəli hesab kartı vasitəsilə Ülviyyə Abbasovaya göndərmişdir. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs göndərmiş olduğu həmin karta 1400 manatı Ülviyyəyə göndərilməsi üçün pulu Murad adlı şəxsə vermişdir. Məhkəmədə elan edilib araşdırılmış «hadisə yerinə baxış keçirilməsinə dair» 11 mart 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Şahid1 baxış zamanı 06 fevral 2022ci il tarixdə ünvan 8 ünvanda yerləşən «Neptun» marketdə olan «E-Manat» ödəmə terminalı vasitəsi ilə Ülviyyə Abasvoanın göndərdiyi bank kartı hesabına 200 manat, 21 fevral 2022-ci il tarixdə 50 manat, 15 mart 2022-ci il tarixdə isə istifadəsində olan mobil telefonun proqramı vasitəsi ilə 150 manat pul göndərmişdir. Məhkəmədə elan edilib araşdırılmış «hadisə yerinə baxış keçirilməsi haqqında» 17 sentyabr 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, baxış keçirilən yer ünvan 9 ünvanında yerləşən “Elit” supermarketdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs göndərmiş olduğu müxtəlif bank kartlarına ümumilikdə 1300 manat göndərdiyi “MilliÖn” ödəmə terminalını göstərərək bildirmişdir ki, həmin pulları Təqsirləndirilən şəxs “whatsapp” vasitəsilə göndərdiyini Gülnarə Bədəlova ilə aralarında keçmişdə olmuş məhkəmə mübahisəsinin həll olunması üçün göndərdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «götürmə aparılması barədə» 13 mart 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Şahid5 adına olan "xxxx" ASC-nin bank hesabına dair bank hesabı çıxarışında 31 yanvar 2022-ci il tarixdə saat 15:18-də Şahid5 qeyd edilən bankda olan **********949980 nömrəli hesabına 300 manat pul vəsaiti «MilliÖn» ödəmə terminalından göndərilməsi qeyd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «götürmə aparılması barədə» 13 mart 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Şahid3 adına olan "xxxx" ASC-nin ödəniş bank hesabı çıxarışında 15 fevral 2022-ci il, 15 mart 2022-ci il, 17 mart 2022-ci il tarixlərdə **********010938 nömrəli hesabına müvafiq olaraq 500, 500 və 150 manat məbləğlərində pul vəsaitlərinin göndərilməsi göstərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «götürmə aparılması barədə» 15 mart 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Şahid1 adına olan "xxxx" ASC-nin bank hesabı çıxarışında 15 mart 2022-ci il tarixdə Şahid1 bankda olan 521367******9830 nömrəli hesabından 150 manat pul vəsaiti köçürülməsi göstərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «götürmə aparılması barədə» 15 mart 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Şahid2 adına olan "xxxx" ASC-nin bank hesabı çıxarışında 06 fevral 2022-ci il tarixdə Şahid2 qeyd edilən bankda olan hesabına 200 manat pul vəsaitinin göndərilməsi göstərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «götürmə aparılması barədə» 15 mart 2023-cü il tarixli protokoldan müəyyən ki, şahid X2 adına olan "xxxx" ASC-nin bank hesabı çıxarışında 21 fevral 2023-cü il tarixdə Şahid4 qeyd edilən bankda olan **********476868 nömrəli hesabına 50 manat pul vəsaiti köçürülməsi göstərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış "baxış keçirilməsinə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi CD-R diskdə olan səs yazıları Orxan adlı şəxslə danışıb pul müqabilində sonuncunun vasitəsi ilə oğlu Səyidin qabiliyyət imtahanı balının artırılması məzmununda qadın səsli mesajlarının yazılarıdır. Zərərçəkmiş şəxs2 həmin səs yazılarının ona Təqsirləndirilən şəxs tərəfindən “whatsapp” proqramı vasitəsilə göndərdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs mobil telefonun «whatsapp» proqramı vasitəsi ilə göndərmiş olduğu yazılı mesaja görünür ki, “**********949980” və “Daniwdim Allahimiz and olsun zorla razilawdirdim dedi onda qalan mebleqin yarisini Sabah axwama qeder İnwallah duzeltsin cunikii 18den isteyirler mehkemeni etsinler” mesajları vardır Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 həmin mesajları Təqsirləndirilən şəxs ona “whatsapp” proqramı vasitəsilə göndərdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 “**********949980” mesajının "xxxx"a məxsus kartın rəqəmləri olduğunu və həmin mesajın karta pul göndərmək üçün olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «baxış keçirilməsi haqqında» 06 mart 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 müxtəlif vaxtlarda «MilliÖn» və «E-manat» ödəmə sistemindən müxtəlif vaxilarda və məbləğlərdə pul vəsaitlərinin köçürülməsi öz əksini tapmışdır. Məhkəmədə elan edilib araşdırılmış «baxış keçirilməsi haqqında» 07 mart 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 tərəfindən 02 iyul 2022-ci il tarixdə saat 15:10-da "xxxx" KB ASC-nin «Leobank»a məxsus 409858******9923 nömrəli kart hesabından "xxxx" ASC-yə məxsus 416973******6255 nömrəli hesaba 600 manat, 05 iyul 2022-ci il tarixdə saat 13:05-də "xxxx" ASC-nin 416973******1731 nömrəli kart hesabından həmin banka məxsus 416973******6255 nömrəli kart hesabına 1400 manat pul vəsaitləri köçürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" ASC-nin 09 dekabr 2022-ci il tarixli, 157000/2-5779 saylı məktubdan müəyyən olunur ki, Şahid6 məxsus 4169 73** **** 6255 nömrəli plastik kartla aparılan əməliyyatlara dair məlumatlardan xx.xx.2022-ci il tarixdə 1400 manat pul vəsaiti sonuncuya məxsus 4169 73** **** 6255 nömrəli plastik karta mədaxil olunması göstərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-fonoskopik ekspertizasının 20 fevral 2023-cü il tarixli, 4/198 saylı rəyindən müəyyən olunur ki, ekspertiyaza təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Məhkəmədə elan edilib araşdırılmış «qətimkan tədbirinin seçilməsinə dair» 07 dekabr 2022-ci il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon məhkəməsinin 23 noyabr 2018-ci il tarixli 1(011)-378/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılışdr. Bundan savayı Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 1(001) -188/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin Azərbaycan Respublikasının Milli Məclisin xx.xx.2021-ci il tarixli “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2022-ci il tarixli qərarına əsasən 1 il azaldılmışdır. Bakı şəhər Probasiya İdarəsinin 21-1/3-11703 saylı, xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs cəzası başa çatdığı üçün xx.xx.2023-cü il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 3-13-12-1/2A-1400xx/xx/2023 saylı xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan espublikası CM-nin 178.2.2, 178.2.4, 69.3-cü maddələrinə əsasən 02 il 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsimim 13 sentyabr 2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Binəqədi rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarına əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 mart 2021-ci il tarixli qərarı ilə 13 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilərək cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-ci maddələri ilə təqsirli bilinərək 10 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. 17 mart 2023-cü ildə cəza müddəti başa çatmışdır. Məhkəmədə elan edilib araşdırılmış təqsirlədirilən şəxsi xarakterizə edən Bakı şəhəri Binəqədi RİH Başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndiliyinin 22 noyabr 2022-ci il tarixli arayışından və xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs subaydır, himayəsində 2005 və 2010-cu il təvəllüdlü uşaqları var, barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında X22 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi Dairəsindən daxil olmuş **********87 saylı xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X5 barədə mövcud arxiv məlumatlarında məlumat aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının Daxili X23 yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından X5 xx.xx.2010-cu ildən ünvan 10 ünvanında qeydiyyatda olduğu müəyyən olunmuşdur. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs1 Şirvan şəhəri 1 saylı notariat ofisi vasitəsilə təsdiq etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir iddia, şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin Əhmədli Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbzdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs dövlət nəfinə 925 (doqquz yüz iyirmi beş) manat pul ödəmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək Təqsirləndirilən şəxs CM-nin 32.4, 312.2-ci maddəsi ilə olan ittihamından imtina etmiş, bu maddəni təqsirləndirilən şəxsin ittihamından xaric edilməsini xahiş etmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli qərarlarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli qərardadında təsbit edilmiş hüquqi yanaşmaya görə, psevdo vasitəçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər dələduzluğun üsuludur və yalançı vasitəçinin əməli korrupsiya cinayətinin obyektinə zərər vurmur, yəni belə vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, əmlak münasibətlərinə zərər vurmağa yönəlir və əməli dələduzluq cinayəti ilə tam əhatə olunur. Bu baxımdan yalançı vasitəçinin əməli yalnız dələduzluq kimi qiymətləndirilməlidir. Təqsirləndiriləın şəxs Təqsirləndirilən şəxs zərərçəkmişlərdən aldığı pulu aldatma yolu ilə əldə etmiş, onun zərərçəkmişlərin xeyinə hər hansı hərəkət etmək, onlara kömək etmək niyyəti olmamış, rüşvət vermədə yalançı vasitəçilik etməklə əməlləri korrupsiya cinayətinin obyektinə - dövlət qulluğunun mənafeyinə deyil, yalnız əmlak münasibətlərinə zərər vurmağa yönəlmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndində də təsbit edilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 yanvar 2023-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə ümumilikdə 2 epizod üzrə vurmuş olduğu 3700 manat maddi ziyanın zərərçəkmiş şəxslərə tam ödənilməsinə dair ərizə təqdim etmiş və həminin ziyanın 25% hissəsinin dövlət büdcəsinə ödənilməsinə dair məhkəməyə qəbz təqdim etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs elan edilmiş ittihamından Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi xaric edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə cinayət təqibinə CPM-in 43.1.2-ci maddəsinə əsasən xitam verilməli və o, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarında olan 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxs X8 barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən X8 cinayət məsuliyyətindən azad edilərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, cinayət təqibinə xitam verildiyindən, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün isə 324 (üç yüz iyirmi dörd) manat pul Bakı şəhər 19 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə ekspertiza xərci 176 (yüz yetmiş altı) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.1.1, 344-347, 348.4 və 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Təqsirləndirilən şəxs elan edilmiş ittihamından Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutların və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 176 (yüz yetmiş altı) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdjiyi hüquqi yardımla bağlı isə Müdafiəçi üçün 324 (üç yüz iyirmi dörd) manat pul Bakı şəhəri 19 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar