Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1140/2024 19.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X20 və X14, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli, AR-İİİ 077635 nömrəli etibarnamə üzrə nümayəndəsi, “Pro Bono” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi- Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 01 (bir) azyaşlı və 01 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 29,178.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 dekabr 2024-cü il tarixdə, saat 11:40-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İttiham aktına görə, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını xeyli və külli miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda özgə əmlakını vahid niyyətlə dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə, 2022-ci ilin iyun ayında övladı Şahid2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü və 32.4,312.2-ci maddələri ilə elan olunmuş ittihamın yüngülləşdirilməsinə və barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə köməklik göstərilməsi üçün tanışı cinayətdən xəbərsiz Şahid4 vasitəsilə özünə müraciət etmiş Zərərçəkmiş şəxs2 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özü barədə yaratdığı inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizliyi Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin yüksək vəzifədə işləyən səlahiyyətli tanışları vasitəsilə Şahid2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü və 32.4,312.2-ci maddələri ilə elan olunmuş ittihamın yüngülləşdirilməsi və barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi imkanına malik olduğunu 2022-ci ilin iyun ayında cinayətdən xəbərsiz qohumu Şahid3 vasitəsilə sonuncuya yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncuya Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü və 32.4,312.2-ci maddələri ilə elan olunmuş ittihamın yüngülləşdirilməsi və barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə görə birbaşa yolla özü vasitəsilə 60000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirərək Zərərçəkmiş şəxs2 ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə, 2022-ci ilin iyul ayının əvvəllərində Şahid2 arvadı cinayətdən xəbərsiz Şahid1 Şahid4 arvadı cinayətdən xəbərsiz X7 Abşeron rayonu, Fatmayı qəsəbəsində nağd şəkildə verdiyi 35000 manat və Bakı şəhəri, Binəqədi qəsəbəsi ərazisində nağd şəkildə verdiyi 10000 manat olmaqla cəmi 45000 manat məbləğində pul vəsaitini sonuncudan Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, 18-ci korpus ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında nağd şəkildə alaraq ələ keçirib, şəxsi ehtiyaclarına sərf etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 45000 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Zərərçəkmiş şəxs2 oğlu Şahid2 elan edilmiş ittihamın yüngülləşdirilməsi üçün və sonuncunun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi üçün tələb edilən 60000 manat puldan qalan 15000 manat pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, qalan pul vəsaitini ondan ala bilməyib, etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 60000 manat məbləğində pul vəsaitini külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə, 2022-ci ilin oktyabr ayında tanışı cinayətdən xəbərsiz Şahid2 vasitəsilə ona Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən 0,07 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair çıxarışın və həmin torpaq sahəsi üzərində tikinti işlərinin aparılmasına dair müvafiq icazənin alınmasına köməklik göstərilməsi üçün müraciət etmiş Zərərçəkmiş şəxs1 cinayətdən xəbərsiz Şahid2 vasitəsilə özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özü barədə yaratdığı inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin yüksək vəzifədə işləyən səlahiyyətli tanışları vasitəsilə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən 0,07 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair çıxarışın və həmin torpaq sahəsi üzərində tikinti işlərinin aparılmasına dair müvafiq icazənin alınması imkanına malik olduğunu 2022-ci ilin oktyabr ayında Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən sonuncunun istifadəsində olan torpaq sahəsində görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair çıxarışın və həmin torpaq sahəsi üzərində tikinti işlərinin aparılmasına dair müvafiq icazənin alınmasına görə birbaşa yolla özü vasitəsilə 75000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirərək Zərərçəkmiş şəxs1 ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə, sonuncudan 2022-ci ilin oktyabr ayında Bakı şəhəri Nəsimi rayonu ərazisində həmin dövrün rəsmi məzənnəsi ilə 51000 manat təşkil edən 30000 ABŞ dolları məbləğində pul vəsaitini nağd şəkildə aldıqdan sonra, Zərərçəkmiş şəxs1 etibarını qazanmaq və daha çox məbləğdə pul vəsaitini ələ keçirmək məqsədilə həmin məsələnin qeyd edilən məbləğdə pul vəsaitinə müsbət həll edilməyəcəyini bildirib 2022-ci ilin noyabr ayında həmin pul vəsaitini qeyd edilən ünvanda sonuncuya qaytarıb, cinayətkar niyyətinin icrasını davamı olaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 əlavə pul vəsaitlərini ələ keçirməkdən ötrü, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında olmasına əminlik yaratmaq və özünə olan inamı möhkəmləndirmək məqsədilə, 2023-cü ilin aprel ayında Bakı şəhəri Nəsimi rayonu ərazisində görüşləri zamanı Zərərçəkmiş şəxs1 Əmlak Məsələləri Dövlət Xidmətində yüksək vəzifədə işləyən etibar etdiyi bir nəfər səlahiyyətli tanışının olmasını, həmin yüksək vəzifədə işləyən vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən 0,07 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair çıxarışın və həmin torpaq sahəsi üzərində tikinti işlərinin aparılmasına dair müvafiq icazənin alınmasına görə birbaşa yolla özü vasitəsilə 101000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirərək Zərərçəkmiş şəxs1 ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə, sonuncudan 2023-cü ilin aprel ayında Bakı şəhəri, Nəsimi rayonu ərazisində 61000 manat və 2023-cü ilin may ayında Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 istifadəsində olan torpaq sahəsində 40000 manat olmaqla, sonuncudan ümumilikdə 101000 manat məbləğində pul vəsaitini nağd şəkildə alaraq, Zərərçəkmiş şəxs1 məxsus külli miqdarda pul vəsaitlərinin ələ keçirilməsinə nail olub, həmin pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 101000 (bir yüz bir min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 178.3.2-ci və 29, 178.3.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. Tanışı Şahid2 Cinayət Məcəlləsinin 312-ci maddəsi ilə, yəni rüşvət vermə ilə ittiham olunduğundan və barəsində həbs qətimkan tədbiri seçildiyindən, barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirdə biləcəyini sonuncunun anasına bildirib bunun qarşılığında Şahid2 anası Zərərçəkmiş şəxs2 45000 manat pul almışdır. Bundan başqa, Şahid2 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən özünə məxsus, bələdiyyə sənədli 7 sot torpaq sahəsində tikinti aparmaq istədiyindən və bunun üçün müvafiq icazələrin alınması lazım olduğundan, sonuncuya həmin torpaq sahəsində tikinti aparmaq üçün müvafiq icazəni ala biləcəyini bildirib bunun müqabilində 60000 manat və 41000 manat olmaqla, ümumilikdə 101000 manat pulu 2023-cü ilin may ayında Zərərçəkmiş şəxs1 almış, lakin müvafiq icazələri əldə edə bilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs Şahid2la həbsdə olan dostu Şahid4 yanına görüşə gedərkən tanış olduğunu, Şahid2la sonuncunun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə söhbət etdiklərini, bunun müqabilində Şahid2 anasından 60000 manat pul istəyib 45000 manat pulu ələ keçirdiyini, 15000 manat pulu isə götürə bilmədiyini, Şahid2 həbsdən azad etmək kimi səlahiyyətinin olmadığını, Şahid2 həbsdən azad etmək barədə ona heç kimin söz vermədiyini, Şahid2 həbsdən azad olunması müqabilində aldığı 45000 manat puldan zərərçəkmiş şəxsə hər hansı məbləğdə pulu geri qaytarmadığını, habelə hazıradək hər hansısa torpaq sahəsinin sənədləşməsinə vasitəçilik etmədiyini, Zərərçəkmiş şəxs1 101000 manat pulu ələ keçirməkdə məqsədinin digər borclarını qaytarmaq olduğunu, Zərərçəkmiş şəxs1 ələ keçirdiyi 101000 manat puldan 65000 manat pulu geri qaytardığını, zərərçəkmiş şəxslərə vurduğu ziyanı yaxın günlərdə satacağı torpağın pulu hesabına ödəmək fikrinin olduğunu bildirdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. O, Şahid2 vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. 2023-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxsla görüşmüş, Təqsirləndirilən şəxs ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 7 sot torpaq sahəsinin sənədlərinə baxaraq, həmin torpaq sahəsində tikintiyə icazə ala biləcəyini bildirmişdir. Həmin icazənin alınması üçün 75000 manat pul verməsi ilə bağlı Təqsirləndirilən şəxsla razılaşdığından, o, sonuncuya 30000 ABŞ dolları, yəni 51000 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs həmin pulu 1 ay sonra ona geri qaytarıb sənədləşmə işinin alınmadığını bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs ona 110000 manat qarşılığında həmin torpaq sahəsində tikintiyə icazə ala biləcəyini dediyindən, o, Təqsirləndirilən şəxs 61000 manat və 40000 manat olmaqla, ümumilikdə 101000 manat pul vermiş, qalan 9000 manat pulu isə sənədləşmə yekunlaşdıqdan sonra verməyə razılaşmışlar. Lakin bir neçə ay keçsə də, hər hansı sənədləşmə aparılmamışdır. Təqsirləndirilən şəxs ondan aldığı 101000 manat pulun qarşılığında 65000 manat dəyərində olan evini onun adına keçirdiyindən, o, ibtidai istintaq dövründə həmin məbləğdə pulun ona qaytarıldığına dair ərizə təqdim etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 Şahid2 ona Təqsirləndirilən şəxs əvvəllər müxtəlif vəzifələrdə işlədiyini, sonuncunun müvafiq işləri görmək üçün əlaqələrinin olduğunu söylədiyini, Təqsirləndirilən şəxs torpaqla bağlı sənədləşmə işini həll edə biləcəyinə inanıb sonuncuya qeyd olunan məbləği verdiyini, ona vurulmuş ziyandan 65000 manat pulun ödənildiyini, geri qalan məbləğin ödənilməsindən başqa tələbinin olmadığını, 51000 manat pulu qaytardıqdan bir neçə müddət sonra Təqsirləndirilən şəxs ona başqa bir şəxs tapdığını, lakin həmin şəxsin 110000 manat qarşılığında müvafiq icazəni ala biləcəyini bildirdiyindən sonuncu ilə razılaşdığını, 110000 manatın 100000 manatını dövlət rüsumu, 10000 manatı isə Təqsirləndirilən şəxs zəhmət haqqı kimi nəzərdə tutulduğunu, əvvəllər hər hansısa başqa şəxslərə analoji qaydada köməklik göstərilməsi barədə müraciət etmədiyini, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən özünə məxsus 7 sot torpaq sahəsinin sənədinin bələdiyyə sənədi olduğunu, həmin torpaq sahəsinə çıxarış almaq istədiyini, ətrafda olan qonşulardan müvafiq sənədləri alanların olduğunu, özünün həmin sənədi almaq üçün cəhd etmədiyini, birbaşa Təqsirləndirilən şəxs müraciət etdiyini bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. O, 2022-ci ilin may-iyun aylarında oğlu Şahid2 həbsdən azad edilməsinə köməklik etməsi məqsədilə Təqsirləndirilən şəxs ilə razılaşmış, Təqsirləndirilən şəxs öz əlaqələri vasitəsilə oğlu Şahid2 barəsində seçilmiş həbs qətimkan tədbirini 60000 manat pul müqabilində dəyişdirə biləcəyini söylədiyindən, o, bir neçə əmlakını satmış, borc alıb ümumilikdə 45000 manat pulu qızının yoldaşı Şahid3 vasitəsilə Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 ona ümumilikdə 45000 manat məbləğində zərər vurulduğunu, pulu verməyinə səbəb Təqsirləndirilən şəxs əlaqələri vasitəsilə oğlu Şahid2 həbsdən azad edəcəyi barədə vəd verməsi olduğunu, xəstəliyi ilə əlaqədar müalicə aldığını, ona dəymiş ziyanın ödənilməsindən başqa tələbinin olmadığını, hal-hazırda maddi vəziyyətinin çox pis olduğunu, oğlu Şahid2 qanunauyğun şəkildə həbsdən azad edildiyini, ibtidai istintaq vaxtı verdiyi ifadəsini təsdiqlədiyini bildirdi. Məhkəmədə Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. O, 22 fevral 2022-ci il tarixdə “Araz” adlı şəxsə 700 manat məbləğində rüşvət verdiyinə görə barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. Onun sağlamlığında yaranmış problemlərlə əlaqədar Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə aparılmış, orada dostu Şahid4 vasitəsilə Təqsirləndirilən şəxsla tanış olduqdan sonra sonuncu əlaqələri vasitəsilə onu həbsdən azad edə biləcəyini dediyindən, bu barədə ailə üzvlərini məlumatlandırmış, anası isə Təqsirləndirilən şəxs ittihamda göstərilən pulları vermişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid2 barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldığını, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə Təqsirləndirilən şəxs hər hansısa təsirinin olmadığını, ibtidai istintaq vaxtı verdiyi ifadəsini təsdiqlədiyini bildirdi. Məhkəmədə Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. O, qaynı Şahid2 barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssəsində saxlanılarkən yanına getdikdə orada Şahid4 ilə tanış olmuşdur. O, ilk dəfə Təqsirləndirilən şəxs həmin müəssisədə görmüş, görüş zamanı Təqsirləndirilən şəxs Şahid2 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi və əməlinin daha yüngül cəza nəzərdə tutan maddəyə tövsif olunmasına Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan tanışı vasitəsilə nail ola biləcəyini, bunun baş tuta bilməsi üçün həmin Baş İdarənin vəzifəli şəxslərinə 60000 manat məbləğində pul verməli olduğunu söyləmişdir. O, Şahid2 xahişi ilə sonuncunun anası Zərərçəkmiş şəxs2 ilə danışdıqda razılaşmış, həmin pulu Zərərçəkmiş şəxs2 Şahid2 arvadı Şahid1 ilə Şahid4 arvadı Lalə Baxşəliyeva götürüb Təqsirləndirilən şəxs vermişlər. Daha sonra Təqsirləndirilən şəxsla Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qarşısında görüşdükdə sonuncu həmin Baş İdarədə olan tanışı Fərhad adlı şəxslə görüşdükdən sonra hər şeyin hazır olduğunu, Şahid2 2 gün sonra ev dustaqlığına buraxılacağını demişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 ifadəsində Təqsirləndirilən şəxs pul vermədiyini, Təqsirləndirilən şəxs ona Şahin adlı müstəntiqin mobil nömrəsi yazılan kağızı verdiyini, Fərhad adlı tanışının hansı problem yarandığı təqdirdə, həmin nömrə ilə əlaqə saxlaya biləcəyini söylədiyini, Təqsirləndirilən şəxs keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi işlədiyindən, ətrafında yaxın münasibətdə olduğu rəhbər vəzifəli şəxslərin olduğunu, ibtidai istintaqda verdiyi ifadəsini təsdiqlədiyini bildirdi. Məhkəmədə Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. O, həm Təqsirləndirilən şəxs, həm də Şahid2 onun dostu olmuşdur. O, Müalicə Müəssisəsində saxlanılarkən Təqsirləndirilən şəxs tez-tez onun yanına gəlmiş, görüşlərin birində Şahid2la yeznəsi Şahid3 də orada olmuşdur. Həmin vaxt Şahid2 Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi olduğundan, sonuncu Təqsirləndirilən şəxs tanışları vasitəsilə köməklik etməsini xahiş etdiyinə görə, Təqsirləndirilən şəxs danışıb xəbər edəcəyini söyləmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs Şahid2 ev dustaqlığına buraxılması üçün 45000 manat pul tələb edildiyini söylədiyindən, həmin məbləğdə pul Təqsirləndirilən şəxs verilmiş, 10-15 gün sonra Şahid2 ev dustaqlığına buraxılmışdır. Onun barəsində həbs qətimkan tədbiri seçildiyindən, başqa məsələlərdən məlumatı olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq şahid Etiram X1 arvadı olduğunu, Şahid2la ailəvi görüşdükləri vaxt sonuncu ondan pulu Təqsirləndirilən şəxs verilməsini xahiş etdiyini, Təqsirləndirilən şəxs verilmiş 45000 manatdan hansısa miqdarda pulun Şahid2 qaytarılması barədə xəbəri olmadığını, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş şahid X11 həmin ifadəsində göstərmişdir ki, 2022-ci ilin yay aylarında Müalicə Müəssisəsində müalicə alan əri Etiramın görüşünə gedərkən, orada ərinin tanışı Nurlan da arvadı Nailə ilə görüşdə olmuşdur. Onlar bir yerdə oturub söhbət etmişlər. Şahid2 ondan xahiş etmişdir ki, görüşdən çıxanda arvadı Nailəni də evlərinə aparsın və onların evlərindən 35000 manat məbləğində pulu götürüb tanışları Təqsirləndirilən şəxs versin. Elnuru təxminən 4-5 il əvvəl Etiramın dostu kimi tanımışdır. Həmin vaxt idarə etdiyi “Mitsubishi Pajero io” markalı avtomobillə Nailəni Abşeron rayonu, Fatmayı qəsəbəsindəki evlərinə aparmış, oradan 35000 manat pulu götürüb, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən evinin qarşısında Elnura vermişdir. Qısa müddət sonra X3 zəng edərək, Nailə ilə görüşməli olduğunu, ondan pul götürmək lazım olduğunu demişdir. Bundan sonra, Nailə ilə əlaqə saxlayıb, Bakı şəhəri, Binəqədi qəsəbəsinin mərkəzində görüşmüşlər. Nailə qohumu Samiqlə gəlmiş, sonuncunun maşınından enib, onun maşınına əyləşmişdir. Həmin vaxt Nailədən aldığı 10000 manat pulu qeyd edilən gün evlərinin qarşısında Elnura nağd olaraq vermişdir. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş Şahid1 Zərərçəkmiş şəxs2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə elan edilməklə tədqiq edilmiş ifadələrlə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlllərində etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda özgə əmlakını təkrarən ələ keçirmə cinayətinin törədilməsi faktı üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. (Cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış ərizədən görünür ki, Şahid2 həmin tarixli ərizəsində özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan cinayət işi ilə əlaqədar xeyrinə qərar qəbul edilməsi müqabilində Baş İdarənin vəzifəli şəxslərinə veriləcəyi adı altında 2022-ci ilin may ayında ondan 45000 manat məbləğində pul alaraq qeyd edilən məbləği dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs ona olan etibarından istifadə edərək tanışı Zərərçəkmiş şəxs1 və digərlərindən də müxtəlif bəhanələrlə pul vəsaitlərini alaraq həmin pulları ələ keçirmişdir. (Cild 1, iş vərəqə 10) xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixli ərizəsində özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs ona məxsus olan Ramana qəsəbəsi ərazisində yerləşən 0,7 hektar torpaq sahəsinə dair çıxarışın alınması və həmin torpaq sahəsində tikinti aparılmasına müvafiq icazə alınması müqabilində 2023-cü ilin aprel-may ayları ərzində ondan hissə-hissə olmaqla, ümumilikdə 101000 manat məbləğində pul alaraq qeyd edilən məbləği dələduzluq yolu ilə ələ keçirmişdir. (Cild 1, iş vərəqə 12) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X24 xx.xx.2023-cü il tarixli, 11389 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs, Şahid2 və Zərərçəkmiş şəxs1 həmin xəstəxanada müalicədə olmamışlar. (Cild 1, iş vərəqə 84) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, baxış keçirilən “İphone 13 pro” markalı mobil telefonun içərisində “+994-50-211-60-46” saylı mobil nömrə vardır və o, həmin mobil nömrə ilə “Whatsapp” tətbiqində qeydiyyatdan keçirilmişdir. Həmin tətbiqdə adı “555”-lə qeyd edilmişdir. Mobil telefonda kiril və latın əlifbaları olsa da, Azərbaycan əlifbasının latın qrafikasından istifadə olunmur. Telefonun kontakt bölməsində axtarış zamanı “ferdi”, “farid” sözləri nəticə verməmişdir. Həmin bölmədə iş üzrə əhəmiyyət kəsb edən “idris general” (***-***-**-**), “Lale et” (***-***-**-**), “Nurlan” (***-***-**-**), “Nurlan tikinti” (***-***-**-**), “Teymur Elcin”, “Teymur Mahmudov”, “teymur mekan”, “Sahib sim” (***-***-**-**), “Hacı Sahib”, “Natiq sahib”, “sahib emioğlu”, “sahib nax”, “X38”, “shahin nax sahib”, “Xeyrulla sahib” kontaktları müşahidə edilmişdir. Həmçinin mobil telefonun “Whatsapp” tətbiqinə baxış zamanı Nurlan adlı şəxslə 2023-cü ilin iyul və avqust aylarında mütəmadi olaraq əlaqə saxlamaları müəyyən olunmuş və 2022-ci ilə aid hər hansı zəng müşahidə edilməmişdir. Qeyd edilən mesajlar “ekran qeydə alınması” funksiyası vasitəsilə mobil telefonun yaddaş kartına şəkil formatında köçürülüb kağız üzərində rəngli formada çıxarılmaqla protokola əlavə edilmişdir. Mobil telefon saz vəziyyətdə Təqsirləndirilən şəxs qaytarılmışdır. (Cild 1, iş vərəqə 123-130) Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin xx.xx.2023-cü il tarixli, 2-2-02/04/3-006890/23 nömrəli əməliyyat məlumatından görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs adına hər hansı əmlakın rəsmiləşdirilmədiyi, sonuncunun arvadı X4 adına ünvan 4 ünvanında yerləşən 7 saylı mənzilin rəsmiləşdirildiyi müəyyən edilmiş, Təqsirləndirilən şəxs digər şəxslərin adlarına rəsmiləşdirilməklə daşınar və daşınmaz əmlaklar əldə etməsi, pul vəsaitləri köçürməsi barədə məlumatları əldə etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqə 146) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X39 İdarəsinin xx.xx.2023cü il tarixli, 2-126672/2023 nömrəli məktubundan görünür ki, Baş idarənin Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. X2 məxsus olan “X33” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2026-cı il tarixədək Təqsirləndirilən şəxsov oğlunun istifadəsinə verilməsi barədə Baş X39 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. (Cild 1, iş vərəqə 158-159) xx.xx.2023-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, CD diskdə 26 saniyə ərzində davam edən “AUDİO-2023-07-26-19-12-33 (1)” adlı “m4a” formatlı faylda “Özü də mən kiminsə adını çəkmişəm neyləmişəm. Mən yalandan ad çəkməmişəm. Mən yalandan kiminsə adına şər atmamışam ki, mən yalandan kiminsə adından istifadə etməmişəm. Mən o adamla o işi görmüşəm deyənə, o işin adını çəkmişəm. Getsinlər soruşsunlar da o adam əlçatmazdır?!, möhtərəmdir?! padşahdır?! Getsinlər soruşsunlar da, Elnur bu işi səninlə görüb ya görməyib” məzmunda, habelə 1 dəqiqə 21 saniyə ərzində davam edən “AUDİO-2023-07- 26-19-12-33 (2)” adlı “m4a” formatlı faylda “Qaqaş, neynirsən nə var nə yox?!, vəziyyət nətərdi?!, ə bu Nurlanın məsələsi, o bir məsələm var idi, toy gəlirdi bu gün, 25000 də bir yerdən alacağım var, o ... balası bu gün məni nətəhər arxayın etdisə pul gələcək, mən Nurlana 10000 verməli idim, o pul var idi, aramızda haqq hesab var idi...O da alınmadı, utandığımdan telefonunu götürəmmədim, qardaşdı Nurlan bilirsən, xətrini çox istəyirəm. Hirsimdən partlayıram, əsas istəyirdim onun pulunu verim...O biri məsələsi də Allah haqqı bilirsən də, İdrisə demişəm, işini həll edirdi də, ... nə qaynatdı, neynədi bilmirəm, aparıb görüşdürəcəm, görsün qardaş, bunlar narazıdır, qaytaraq pulunu verək də, yazıqdı da, 3 uşağı var, getsin işini həll eləsin, canını bu şeydən qurtarsın” məzmunda, 1 dəqiqə 04 saniyə ərzində davam edən “Şahid4 səs yazısı” adlı “m4a” formatlı faylda “Ölürəm öləmmirəm, saqqalım ağarıb, neçə gündü başım xarab olub, and olsun Allaha, deyirəm qardaş indi mənim yanımda olub da söhbət, bunun statyası dəyişiləcəkdi, yaxşı da İdris xahiş edib, deyib, deyəcəm ki, ay Nurlan ordan İdris ağız açıb, 10000 sil, qalan pulu qaytar, denən hə, görüşsün İdris desin ki, mənə görə bu hörməti ediblər, deyək yaxşı burdan 10000 götür halal xoşun olsun, ta biz sənə bu pulu vermişdik ki, statyası 1-ə çevrilsin də qardaş. Mənim yanımda olub, mən də şahidəm, Allah da şahiddir, sən də şahidsən, belə danışılıb da qardaş, kimsə xahiş edib, nə hörmət olunubsa, deyək hə, ağsaqqal deyib, halal xoşun olsun, da qalan pulu ver də” məzmununda səs yazılarının olması müəyyən edilmişdir. Bundan başqa, CD diskdə 1 dəqiqə 38 saniyə davam edən “VİDEO-2023-07- 26-12-14- 53” adlı “mp4” formatlı faylda videoyazıda “iphone” markalı mobil telefonun ekranında “+**********46” saylı mobil nömrə qeyd edilməklə kişi cinsindən olan iki nəfər arasında aşağıdakı məzmunda telefon danışığı aparılması müşahidə edilir: K1: “Bu gün o işin nöqtəsi vurulacaq, zəngimi gözlə, ya o yanlıq olsun, ya bu yanlıq” K2: “Nə vaxta kimi gözləyim e mən ?!” K1: “Axşama kimi, saat hardasa maksimum 9-a kimi” K2: “Bu sözü sən hər gün deyirsən e Elnur, hər gün bu sözü deyirsən” K1: “Yox e, özüm də yoruldum, Allaha and olsun” K2: “Sən o pulu kimə vermisən, Elnur ?!” K1: “Ə o gjc****** var vermişəm ona” K2: “Kimə vermisən ?!” K1: “Sahibin tulası yoxdu ?! Ona” K2: “Bu söhbəti qurtar, Sahib kimdi ?!” K1: “Sahib bu şeyin dayısıdı da, Anarın” K2: “Elə adam yoxdur, səni fırlayırlar” K1: “Bəs kənd sovetinə getdim, başçı ilə danışdırdı, bu boyda fırıldaq olar?!, “Elə olsa anasını ağlar qoyacam!” K2: “Bu gün mən ya 100.000-imi alıram, ya da ki mənim sənədimi verirsiz gedib işimi görürəm” K1: “Saat 9-a kimi səbrli ol qardaş” K2: “Yaxşı, 9-a kimi gözləyirəm”. Həmin qovluqda +**********46 saylı nömrənin “Whatsapp” tətbiqində olan hesabına göndərilmiş və qəbul edilən ismarıclərin və fotoşəkillərin olması müşahidə edilmişdir. Həmin şəkillərdə olan ismarıc və məlumatlardan görünür ki, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə ***-***-**-** saylı mobil nömrədən cavabsız zəng daxil olmuş, həmin nömrənin hesabına xx.xx.2023-cü il tarixdə bir obyektin təsviri göndərilmişdir. Bundan sonra aşağıdakı ismarıclar qeydə alınmışdır: ***-***-**-**: ok, lahiyeni catdir mene. Digər: Salam hardasınız. Hara gətirim. ***-***-**-**: salam mkrda. Digər: konum. ***-***-**- **: “səs yazısı göndərmişdir”. Digər: ok. Qeyd edilən nömrənin hesabı ilə xx.xx.2022-ci il tarixə aşağıdakı ismarıclar qeydə alınmışdır: ***-***-**-**: salam qardas sabah ora zeng olunacaq narahat olma. Digər: “məkan göndərilmişdir”. ***-***-**-**: ok. xx.xx.2023-cü il tarixdə həmin nömrənin hesabına sənədlər göndərilmiş, qeyd olunan nömrənin hesabından isə “ok.iki mertebe? nece kv? yadimdan cixib” məzmunda ismarıc yazılmış, digər nömrədən “120 cemi” məzmunda ismarıc göndərilmişdir. xx.xx.2023-cü il tarixdə həmin nömrənin hesabına torpaq sahəsinin və sənədin şəkli göndərilmişdir. (Cild 1, iş vərəqə 163-168) xx.xx.2023-cü il tarixli “SMS və telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ******* saylı mobil nömrə ilə Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdən, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdən etibarən danışıqlar aparılmışdır. (Cild 1, iş vərəqə 173) Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X24 xx.xx.2023-cü il tarixli, 3-21- 3-02/2-11874/2023 nömrəli məktubundan görünür ki, arxiv məlumatlarına əsasən Təqsirləndirilən şəxs adına olan və ya özgəninkiləşdirilən qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 191) Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 2-2/2-015306/2023 nömrəli “Məhdudiyyətin tətbiq edilməsi barədə” məktubundan görünür ki, Xidmətin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Reyestri X24 ərazi idarələrində Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmiş daşınmaz əmlak barədə məlumat aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 193) xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilməsi haqqında protokola və həmin protokola əlavə edilmiş fotocədvələ əsasən, kontaktında olan nömrələr “EPİS” və “getcontact” proqramları vasitəsilə yoxlanılaraq “Teymur Mahmudov” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrə “EPİS” proqramının nömrələr bölməsində aşkar olunmasa da, həmin nömrənin “getcontact” proqramında “X13”, “Teymur Sərmayələr İdarəsi”, “Teymur Socar”, “X27 Sərmayələr İdarəsi Rəis Müavini”, “X37 Direktor Müavini”, “Teymur dayı”, “Teymur m.”, “X28”, “Teymur bəy Pagoda”, “Teymur Mahmudov”, “Teymur 99xk199” və digər oxşar adlarla qeydə alınması müşahidə edildi. “Teymur Elcin” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrə “EPİS” proqramının nömrələr bölməsində aşkar olunmasa da, həmin nömrənin “getcontact” proqramında “Teymur Mahmudov ARDNŞ Sərmayələr İdarəsinin rəis müavini”, “Teymur Mahmudov AzNeft Kadr Rəis”, “Teymur Mahmudov AzNeft Puş Rəisi” və digər oxşar adlarla qeydə alınması müşahidə edildi. “Teymur mekan” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrə “EPİS” proqramının nömrələr bölməsində aşkar olunmasa da, həmin nömrənin “getcontact” proqramında “X25 Novxanı”, “X29 Maştağa", “X18”, “X40 11 mkr”, “Məkan Kafe”, “X30”, “Teymur Elcin muel”, “Teymur Ağsu” və digər oxşar adlarla qeydə alınması müşahidə edildi. Sahib sim” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrənin “getcontact” proqramında “Elsahib”, “Elisahib”, “X17 Makleri”, “X15”, “Sahib Şerur”, “X19 Masennik Qardasi”, “X41 Bin”, “X35”, Sahib Mahmudkənd 2”, “Sahib Mehdabat” və digər oxşar adlarla qeydə alınması müşahidə edildi. “Sahib nax” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrə “EPİS” proqramının nömrələr bölməsində aşkar olunmasa da, həmin nömrənin “getcontact” proqramında “Sahib Sahin”, “Sahib Naxçıvan”, “Sahib Mustafa”, ib”, “Elsahib”, “Sahib Mahmudkend”, “Elnur Cabrayilov”, “Sahib enver pasayev şofer”, “Sahib maşinik İlqarın Dosdu” və digər oxşar adlarla qeydə alınması müşahidə edildi. “shahin nax sahib” adı ilə qeyd edilmiş ***- ***-**-** saylı mobil nömrə proqramının nömrələr bölməsində aşkar olunmasa da, həmin nömrənin “getcontact” proqramında “Sahin Nasirov” və digər adlarla qeydə alınması müşahidə edildi. “Xeyrulla sahib” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrənin “getcontact” proqramında “Xeyrulla” adı ilə qeydə alınması müşahidə edildi. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr proqramında aşkar olunmadı. (Cild 1, iş vərəqə 199-206) Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Birliyinin 60 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 46 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı şikayət daxil olmamışdır. (Cild 1, iş vərəqə 210) xx.xx.2023-cü il tarixli “SMS və telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında bir dəfə danışığın aparılması müəyyən edilmiş, Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə saat 16:10-da zəng edib Təqsirləndirilən şəxsla danışıq aparmışdır. Bundan başqa, X5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında yoxlanılan dövr üzrə olan ilk zəng xx.xx.2022-ci il tarixdə, saat 18:48-də edilmiş və aralarında 311 saniyə ərzində danışıq aparılmış, bundan sonra, o cümlədən 2022-ci ilin iyun, iyul və avqust aylarında həmin nömrələr arasında mütəmadi olaraq danışıqların aparılması müəyyən edilmişdir. Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasındakı ilk danışıq sonuncunun xx.xx.2022-ci il tarixdə zəng etməsi ilə aparılmış, 32 saniyə ərzində davam etmişdir. Həmin ay ərzində mütəmadi olaraq aralarında danışıqlar aparılmışdır. (Cild 1, iş vərəqə 214-215) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 0102859№-li çıxarışından görünür ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,086 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2012-ci il tarixdə X8 adına rəsmiləşdirilmişdir. (Cild 1, iş vərəqə 218-219) xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.3.2-ci və 29, 178.3.2-ci maddələrinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 220-222) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci və 29, 178.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, həmin maddələrlə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 223-226) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 255505 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-13/18 saylı, xx.xx.2018-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay 17 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və həmin cəza şərti hesab edilərək ona 1 il sınaq müddəti təyin olunmuşdur. Təqsirləndirilən şəxs təyin edilmiş cəza müddəti başa çatdığından, o, xx.xx.2019-cu il tarixdə Yasamal rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. (Cild 1, iş vərəqə 230) xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs1 yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ələ keçirdiyi cəmi 101000 manat pulun 65000 manat hissəsini həmin tarixdə nağd olaraq Zərərçəkmiş şəxs1 ödəmiş, qalan məbləği isə tez bir zamanda ödəyəcəyinə söz vermişdir. (Cild 1, iş vərəqə 232) AZ-İİ 952943 və AZ-İİİ 608293 nömrəli Doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü və xx.xx.2015-ci il təvəllüdlü övladları vardır. (Cild 1, iş vərəqə 259-260) xx.xx.2023-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (Cild 2, iş vərəqə 1-2) xx.xx.2023-cü il tarixli “SMS və telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrədə olan məlumatlara baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumatlar müəyyən edilməmişdir. (Cild 2, iş vərəqə 7) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 2, iş vərəqə 12) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 Siyafər oğlu ifadəsində göstərdiklərini həmin tarixdə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 2, iş vərəqə 34-36) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Şahid2 ifadəsində göstərdiklərini həmin tarixdə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 2, iş vərəqə 37-39) xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, həmin cinayət işi üzrə https://www.cbar.az/currency internet ünvanına daxil olub 2022-ci il sentyabr və oktyabr ayına olan valyuta məzənnələri həmin dövrdə 1 ABŞ dolları 1,7 Azərbaycan manatı təşkil etmişdir. (Cild 2, iş vərəqə 40-42) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 2, iş vərəqə 45) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Şahid3 ifadəsində göstərdiklərini həmin tarixdə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 2, iş vərəqə 199-201) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarda görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, təqsirləndirilən şəxsin, şahidlərin və zərərçəkmiş şəxslərin ifadələri, üzləşdirmə, baxış protokolları və digər istintaq sənədləri sübut növü hesab olunmaqla cinayət işinin materiallarında saxlanılmış, ibtidai araşdırma materiallarına əlavə edilmiş bir ədəd CD disk, ibtidai istintaq zamanı "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli BKC/LGL-14922/23 saylı, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli AZF/LGL-6753/23 saylı və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 20806 saylı məktublarına əlavə edilmiş SMS və telefon danışıqlarına dair məlumatların əks olunduğu cəmi 3 ədəd CD disk və Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0,7 hektar torpaq sahəsi üzrə torpaq vergisinin qeydiyyatına alınması barədə xx.xx.2015-ci il tarixli sərəncamı, həmin torpaq sahəsinin yerləşmə sxemi, xx.xx.2022-ci il tarixli etibarnamə, yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiiki şəxslərin uçota alınması haqqında xx.xx.2022-ci il tarixli 8551 №-li şəhadətnamə kimi sənədləri aurətləri cinayət işi üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 2, iş ərəqə 207-231) xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixdə ərizə ilə məhkəməyə müraciət edib Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ümumilikdə 101000 manat məbləğində ziyan 65000 manat dəyərində ev və 36000 manat olmaqla ödənildiyini, Təqsirləndirilən şəxsla barışdığını, hər hansı şikayət, tələb və iddiasının olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə məhkəməyə müraciət edib Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ümumilikdə 45000 manat məbləğində ziyanın tam şəkildə ödənildiyini, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla barışdığını, hər hansı şikayət, tələb və iddiasının olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə şərti maliyyə vahidinin 500 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona təyin edilmiş 04 il sınaq müddəti tətbiq olunmaqla, 06 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilmişdir. Bundan savayı, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ona təyin edilmiş 01 il sınaq müddəti tətbiq olunmaqla, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilmişdir. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 143-145.1-ci maddələrinin tələblərinə əsasən, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə yekun qərar çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair”, 17 mart 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” qərarlarını rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarı və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının müddəalarını da nəzərə alır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci və 29,178.3.2-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkibi həmin Məcəllənin 178.1-178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə yaranır. Həmin əməl ağır cinayət hesab edilməklə, maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə görə, həmin Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun qərarının 1-ci bəndinə əsasən, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə şahidlərin ifadələrini, üzləşdirmə və digər istintaq hərəkəti protokollarını, əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini sərbəst şəkildə etiraf etməklə yanaşı, həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, şahidlər Şahid2, Şahid3 və Şahid4 dindirilmişlər. İttiham tərəfinin digər şahidləri, yəni X11 və Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, onların iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclasları bir neçə dəfə təxirə salınmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə iradə ifadəsini bildirərək məhkəməyə müraciət edib şahidlər X11 və Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələrlə razı olduğunu, həmin şəxslərin məhkəmə iclasında iştiraklarına zərurət olmadığını bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 337.2-ci maddəsinə əsasən, müdafiə tərəfi cinayət işini başlamış şəxs tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş və ya təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, qanuni nümayəndəsinin, habelə mülki cavabdehin və ya onun nümayəndəsinin vəsatəti əsasında məhkəməyə təqdim edilmiş, lakin məhkəmədə hələ ki baxılmamış sübutların tədqiq edilməsindən imtina etmək hüququndan istifadə etdiyindən və belə imtina hər bir halda məhkəmə tərəfindən qəbul olunmalı olduğundan, şahidlər X11 və Şahid1 məhkəmə iclasında dindirilmələrindən imtina məhkəmə tərəfindən qəbul edilmişdir. “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 10-cu bəndinə əsasən, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Sözügedən Plenum qərarının 12-ci bəndinə əsasən, şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsi ilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-in 327, 329-cu maddələri ilə yanaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacibdir. Məhkəmə qeyd edir ki, şahidlər X11 və Şahid1 məhkəmə iclasında iştiraklarının təmin olunması məqsədilə kifayət qədər səy göstərməsinə baxmayaq həmin şəxslər məhkəmə iclasında iştirak etməmişlər. İttihamın yalnız və həlledici şəkildə məhkəmədə dindirilməyən şahidlər X11 və Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələrinə əsaslanmamaqla, məhkəmənin yekun qərar verməsi üçün kifayət edən sübutların mövcudluğu nəzərə alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün tarazlaşdırıcı tədbirlər görmüş və Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə məhkəmə iclasında sərbəst şəkildə öz iradə ifadəsini söyləyib şahidlər X11 və Şahid1 məhkəmə iclasına gəlmələrinə zərurət olmadığını və həmin şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələri ilə razılaşdığını bildirmişdir. Odur ki, məhkəmə X11 və Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələrini məhkəmə iclasında elan etmiş və digər sübutlarla birgə tədqiq etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldadaraq həmin şəxslərin etibarını qazanmış və nəticədə həmin şəxslər özlərinə məxsus pulları könüllü surətdə Təqsirləndirilən şəxs vermişlər. Zərərçəkmiş şəxslərdən qeyd olunan məbləğdə pulları ələ keçirərkən Təqsirləndirilən şəxs niyyəti hər hansı öhdəliyin yerinə yetirilməsi deyil, öz şəxsi işlərinə xərcləmək olmuşdur. Məhkəmə qeyd edir ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun qərarının 33-cü bəndinə əsasən, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla bağlı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müstəqil epizod kimi zərərçəkmiş şəxs X9 vurulmuş ziyanla bağlı 60000 manat pul vəsaitini külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməyə və xeyli miqdarda, yəni 45000 manat ziyan vurmaqla ələ keçirib dələduzluq etməyə görə ittiham irəli sürülmüşdür. Göründüyü kimi, həmin ittiham üzrə Təqsirləndirilən şəxs niyyəti külli miqdarda əmlakın ələ keçirilməsinə yönəlsə də, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədiyindən, Təqsirləndirilən şəxs əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, həmin epizod üzrə ibtidai istintaq orqanı tərəfindən onun əməli Cinayət Məcəlləsinin 29,178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.3.2-ci və 29,178.3.2-ci maddələri ilə tövsif edilmiş, onun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci və 29,178.3.2-ci maddələri olan cinayət əməlini törətməsini tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 178.3.2-ci və 29,178.3.2-ci maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci və 29,178.3.2-ci maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun müvafiq qərarına əsasən, Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qanunun bu tələbi baxımından, şəxs Cinayət Məcəlləsinin eyni maddəsi ilə nəzərdə tutulmuş həm başa çatmış, həm də başa çatmamış dələduzluq cinayətləri törətdikdə o, həmin əməllərə görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinir və ona cinayətlərin məcmusu üzrə deyil, başa çatmış cinayətə görə vahid cəza təyin edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 178.3.2-ci və 29,178.3.2ci maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci və 29,178.3.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və ona başa çatmış cinayətə görə vahid cəza təyin edilməlidir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Dələduzluq cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 04 il sınaq müddəti tətbiq olunmaqla, 06 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 01 il sınaq müddəti tətbiq olunmaqla, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmişdir. Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində olan əvvəlki hökmlərlə əsas cəza, yəni azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və hər iki hökmə münasibətdə sınaq müddəti başa çatmışdır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməsi nəzərə alınmalıdır. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində 01 (bir) azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, habelə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını və səmimi peşmanlığını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini qeyd edir. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci və 29,178.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayətlər kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 19 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, ibtidai araşdırma materiallarına əlavə edilmiş bir ədəd CD disk, ibtidai istintaq zamanı "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli BKC/LGL-14922/23 saylı, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli AZF/LGL-6753/23 saylı və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 20806 saylı məktublarına əlavə edilmiş SMS və telefon danışıqlarına dair məlumatların əks olunduğu cəmi 03 ədəd CD disk və Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0,7 hektar torpaq sahəsi üzrə torpaq vergisinin qeydiyyatına alınması barədə xx.xx.2015-ci il tarixli sərəncamı, həmin torpaq sahəsinin yerləşmə sxemi, xx.xx.2022-ci il tarixli etibarnamə, yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxslərin uçota alınması haqqında xx.xx.2022-ci il tarixli 8551 №-li şəhadətnamə kimi sənədlərin surəti hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən hazırki iş üzrə məhkəmə məsrəfi yoxdur. Habelə üzərinə həbs qoyulası əmlak yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 29,178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 19 dekabr 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olmaqla xx.xx.2023-cü il tarixli qərarla ibtidai araşdırma materiallarına əlavə edilmiş bir ədəd CD disk, ibtidai istintaq zamanı "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli BKC/LGL-14922/23 saylı, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli AZF/LGL-6753/23 saylı və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 20806 saylı məktublarına əlavə edilmiş SMS və telefon danışıqlarına dair məlumatların əks olunduğu cəmi 03 ədəd CD disk və Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0,7 hektar torpaq sahəsi üzrə torpaq vergisinin qeydiyyatına alınması barədə xx.xx.2015-ci il tarixli sərəncamı, həmin torpaq sahəsinin yerləşmə sxemi, xx.xx.2022-ci il tarixli etibarnamə, yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxslərin uçota alınması haqqında xx.xx.2022-ci il tarixli 8551 №-li şəhadətnamə kimi sənədlərin surəti hazırkı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmalı və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1140/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1140/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver