Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1140/2025 14.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X3 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi3, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)-1140/2025 nömrəli cinayət işi daxil olmuşdur. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, cinayət işinin məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan hallar mövcuddur, bu səbəbdən qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, qeyd olunan cinayət işi üzrə 14 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı vəsatət verərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X5 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətində qeyd etmişdir ki, məhkəmənin hazırlıq iclasınadək cinayət işi tərəfindən öyrənilərkən müəyyən olunmuşdur ki, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsi ilə müəyyən edilmiş kobud pozuntulara yol verilmişdir. Belə ki, məhkəmənin bildirşinə əlavə edilmiş ittiham aktının surətindən göründüyü kimi, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham elan olunmuşdur ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları X4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat 23 radələrində müvəqqəti yaşadıqları evin yaxınlığında yerləşməklə Zərərçəkmiş şəxs məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Turac Baxçılıq Cəmiyyəti” 14 saylı sahədə yerləşən 4 bir tərəfi mişar daşı ilə hörülüb hasarlanmış və dəmir materialdan olan giriş qapısı qoyulub bağlanmış saxlanc yeri olan həyətyanı sahəsinə əvvəlcədən razılaşdıqları kimi hasardan aşmaq yolu ilə daxil olaraq 15 oktyabr 2024-cü il tarixdən 27 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində gecə saatlarında həyətindən 1 metrəsi 12 manat olmaqla 4800 manat dəyərində 100 ədəd 4 metrlik 32 mmlik dəmir boru, 4 ədəd birinin qiyməti 200 manat olmaqla 800 manat dəyərində 1.5 metr x 2 metr ölçülü dəmir barmaqlıqlı evin saxlanc yeri olan həyətdəki anbarından 1 komplektinin qiyməti 55 manat olmaqla Ukrayna istehsalı olan 16500 manat dəyərində 300 ədəd çay serviz dəsti, 1 ədədinin qiyməti 1 manat olan Ukrayna istehsalı 18000 manat dəyərində 18000 ədəd nəlbəki, 1 ədədinin qiyməti 100 manat olan 5 ədəd 500 manat dəyərində olan İran istehsalı 3 lampalı lüstra, 1 ədədinin qiyməti 130 manat olan 5 ədəd 650 manat dəyərində olan İran istehsalı 5 lampalı lüstra, 1 ədədinin qiyməti 20 manat olan 1400 manat dəyərində 70 ədəd Rusiya istehsalı azbest dam örtükləri, 1 komplektinin (kompletə aiddir 1 ədəd qrafin və 6 ədəd bokal) qiyməti 35 manat olan 2450 manat dəyərində İran istehsalı olan 70 komplekt, 1 ədədinin qiyməti 6 manat olan 24000 manat dəyərində 4000 ədəd Ukrayna istehsalı olan yemək boşqabı, 1 ədədinin qiyməti 15 manat olan 450 manat dəyərində 30 ədəd İran istehsalı olan tərəvəz doğrayan, 1 ədədinin qiyməti 4 manat 50 qəpik olan 81000 manat dəyərində fincan dəsti, 1 kavdrat metri 26 manat olmaqla 780 manat dəyərində 30 kavdratmetr vitrik şüşələri, 1 ədədinin qiyməti 30 manat olmaqla 60 manat dəyərində 2 ədəd tikinti arabası, 1 ədədinin qiyməti 55 manat olan 17600 manat dəyərinə 320 ədəd Belarus istehsalı olan elektiriklə işləyən ət çəkən maşın, 1 metrinin qiyməti 18 manat olan ümumi dəyəri 2700 manat olmaqla 150 metr uzunluğunda yüksək gərginlikliyə davamlı aliminium tərkibli 4 damarlı elektirik naqilləri, 1 dəstinin qiyməti (1 dəstə aiddir 1 ədəd masa və 2 ədəd skamya) 550 manat olmaqla 4400 manat dəyərində 8 dəst masa, 1 ədədinin qiyməti 100 manat olan 2000 manat dəyərində 20 ədəd 4 metr x 8 metrə olan palaz, evin 3-cü mərtəbəsindən 1 ədədinin qiyməti 1000 manat olan 8000 manat dəyərində 8 ədəd 19-cu əsrə aid olan Şuşa şəhərində toxunmuş antik xalçalar, 1 ədədinin qiyməti 70 manat olan 1050 manat dəyərində 15 ədəd ədyal, 1 ədədinin qiyməti 70 manat olan 1400 manat dəyərində 20 ədəd yun yorğan, 1 ədədinin qiyməti 100 manat olan 2000 manat dəyərində yun döşək, 1 ədədinin qiyməti 50 manat olan 1250 manat dəyərində 25 ədəd balınc, 1 ədədinin qiyməti 10 manat olmaqla 1440 manat dəyərində 144 ədəd Çin istehsalı olan şamdanlar, ümumi dəyəri 500 manat olan çoxlu sayda təmir tikinti alətləri, 1 ədədinin qiyməti 700 manat olan 1400 manat dəyərində 2 ədəd 7 litrlik odun samovarı, 1 ədədinin qiyməti 100 manat olan aliminium tərkibli 20 litr həcmli 400 manat dəyərində 4 ədəd bidon, 1 ədəd 200 manat dəyərində olan taxta konstruksiyalı çarpayı, 1 ədəd 1200 manat dəyərində 102 düyüm ölçülü LG markalı televizor, 1 ədəd 700 manat dəyərində 82 düyüm ölçülü LG markalı televizor, 1 adad Zinger markalı 60 manat dəyərində olan tikiş maşını, 1 ədədinin qiyməti 110 manat olmaqla 220 manat dəyərində 2 ədəd su nasosu, 1 ədədinin qiyməti 400 manat olan 1 ədəd su nasosu, 1 ədədinin qiyməti 35 manat olmaqla 700 manat dəyərində 20 ədəd İran istehsalı olan meyvə qabı, evin yaşayış sahəsinə qanunsuz daxil olub 1 ədədinin qiyməti 15 manat olan ümumi dəyəri 1080 manat olan 72 ədəd Çin istehsalı olan şirniyyat qabı, çoxlu sayda ümumi dəyəri 1000 manat olan müxtəlif geyim əşyaları, 1 ədədinin qiyməti 200 manat olmaqla 1400 manat dəyərində 7 ədəd 3 metr x 3.5 metr ölçülü pərdələr, 1 ədədinin qiyməti 50 manat olan ümumi dəyəri 100 manat olan 2 ədəd 50 litr həcmli qaz balonu, 1 ədədinin qiyməti 25 manat olmaqla ümumi dəyəri 25 manat olan 1 ədəd 30 litr həcmli qaz balonu, 1 ədədinin qiyməti 70 manat olan ümumi dəyəri 1 ədəd qaz sobası, çoxlu sayda ümumi dəyərləri 1000 manat olan gündəlik istifadə edilən qablar, 1 ədədinin qiyməti 50 manat olmaqla 1750 manat dəyərində 35 ədəd süfrə, 1 ədədinin qiyməti 50 manat olmaqla 3000 manat dəyərində 60 ədəd yorğan, döşək və balınc üzlükləri, 1 ədədnin qiyməti 1000 manat dəyərində 0.75sm x 1.5 m ölçülü xalça, 1 ədəd 150 manat dəyərində olan 3 litr həcmində elektirik samovarı, 1 ədədi 800 manat olan stolüstü oyun nərd, 1 ədəd dəyəri 2000 manat olan Çexiya istehsalı olan lüstra, çoxlu sayda ümumi dəyəri 1000 manat olan mətbəx avadanlıqları, ümumi dəyəri külli miqdarda 209 min manat 115 manat dəyərində özgənin əmlakını Əsgǝrov Ülvi Zellabdin oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb, Ülvi Əsgərov tərəfindən istintaqla müəyyən edilməmiş avtomobilə yığıb hissə-hissə daşıyaraq aparmaqla satıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 209 min 115 manat məbləğində külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3, X4, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə, tamah niyyəti ilə, 25 oktyabr 2024-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs məxsus “Turac Baxçılıq Cəmiyyəti” 14 saylı sahədə 12 ha torpaq sahəsində yaşayış sahəsi olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən evin həyətinə hasardan aşmaqla, saxlanc yeri olan evdən 1 ədədinin qiyməti 1000 manat dəyərində 0.75sm x 1.5 m ölçülü xalça, 1 ədəd 150 manat dəyərində olan 3 litr həcmində elektirik samovarı, 1 ədədi 800 manat olan stolüstü oyun nərd, 1 ədəd dəyəri 2000 manat olan Çexiya istehsalı olan lüstra, çoxlu sayda ümumi dəyəri 1000 manat olan mətbəx avadanlıqları, ümumi dəyəri külli miqdarda 209 min manat 115 manat dəyərində özgənin əmlakını Əsgǝrov Ülvi Zellabdin oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb, Ülvi Əsgərov tərəfindən istintaqla müəyyən edilməmiş avtomobilə yığıb hissə-hissə daşıyaraq aparmaqla satıb Zərərçəkmiş şəxs ümumilikdə 4960 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham elan olunmuşdur ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları X4, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat 23 radələrində müvəqqəti yaşadıqları evin yaxınlığında yerləşməklə Zərərçəkmiş şəxs məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Turac Baxçılıq Cəmiyyəti” 14 saylı sahədə yerləşən 4 bir tərəfi mişar daşı ilə hörülüb hasarlanmış və dəmir materialdan olan giriş qapısı qoyulub bağlanmış saxlanc yeri olan həyatyanı sahəsinə əvvəlcədən razılaşdıqları kimi hasardan aşmaq yolu ilə daxil olaraq 15 oktyabr 2024-cü il tarixdən 27 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində gecə saatlarında həyətindən 1 metrəsi 12 manat olmaqla 4800 manat dəyərində 100 ədəd 4 metrlik 32 mmlik dəmir boru, 4 ədəd birinin qiyməti 200 manat olmaqla 800 manat dəyərində 1.5 metr x 2 metr ölçülü dəmir barmaqlıqlı evin saxlanc yeri olan həyətdəki anbarından 1 komplektinin qiyməti 55 manat olmaqla Ukrayna istehsalı olan 16500 manat dəyərində 300 ədəd çay serviz dəsti, 1 ədədinin qiyməti 1 manat olan Ukrayna istehsalı 18000 manat dəyərində 18000 ədəd nəlbəki, 1 ədədinin qiyməti 100 manat olan 5 ədəd 500 manat dəyərində olan İran istehsalı 3 lampalı lüstra, 1 ədədinin qiyməti 130 manat olan 5 ədəd 650 manat dəyərində olan İran istehsalı 5 lampalı lüstra, 1 ədədinin qiyməti 20 manat olan 1400 manat dəyərində 70 ədəd Rusiya istehsalı azbest dam örtükləri, 1 komplektinin (kompletə aiddir 1 ədəd qrafin və 6 ədəd bokal) qiyməti 35 manat olan 2450 manat dəyərində İran istehsalı olan 70 komplekt, 1 ədədinin qiyməti 6 manat olan 24000 manat dəyərində 4000 ədəd Ukrayna istehsalı olan yemək boşqabı, 1 ədədinin qiyməti 15 manat olan 450 manat dəyərində 30 ədəd İran istehsalı olan tərəvəz doğrayan, 1 ədədinin qiyməti 4 manat 50 qəpik olan 81000 manat dəyərində fincan dəsti, 1 kavdrat metri 26 manat olmaqla 780 manat dəyərində 30 kavdratmetr vitrik şüşələri, 1 ədədinin qiyməti 30 manat olmaqla 60 manat dəyərində 2 ədəd tikinti arabası, 1 ədədinin qiyməti 55 manat olan 17600 manat dəyərinə 320 ədəd Belarus istehsalı olan elektiriklə işləyən ətçəkən maşın, 1 metrinin qiyməti 18 manat olan ümumi dəyəri 2700 manat olmaqla 150 metr uzunluğunda yüksək gərginlikliyə davamlı aliminium tərkibli 4 damarlı elektirik naqilləri, 1 dəstinin qiyməti (1 dəstə aiddir 1 ədəd masa və 2 ədəd skamya) 550 manat olmaqla 4400 manat dəyərində 8 dəst masa, 1 ədədinin qiyməti 100 manat olan 2000 manat dəyərində 20 ədəd 4 metr x 8 metrə olan palaz, evin 3-cü mərtəbəsindən 1 ədədinin qiyməti 1000 manat olan 8000 manat dəyərində 8 ədəd 19-cu əsrə aid olan Şuşa şəhərində toxunmuş antik xalçalar, 1 ədədinin qiyməti 70 manat olan 1050 manat dəyərində 15 ədəd ədyal, 1 ədədinin qiyməti 70 manat olan 1400 manat dəyərində 20 ədəd yun yorğan, 1 ədədinin qiyməti 100 manat olan 2000 manat dəyərində yun döşək, 1 ədədinin qiyməti 50 manat olan 1250 manat dəyərində 25 ədəd balınc, 1 ədədinin qiyməti 10 manat olmaqla 1440 manat dəyərində 144 ədəd Çin istehsalı olan şamdanlar, ümumi dəyəri 500 manat olan çoxlu sayda təmir tikinti alətləri, 1 ədədinin qiyməti 700 manat olan 1400 manat dəyərində 2 ədəd 7 litrlik odun samovarı, 1 ədədinin qiyməti 100 manat olan aliminium tərkibli 20 litr həcmli 400 manat dəyərində 4 ədəd bidon, 1 ədəd 200 manat dəyərində olan taxta konstruksiyalı çarpayı, 1 ədəd 1200 manat dəyərində 102 düyüm ölçülü LG markalı televizor, 1 ədəd 700 manat dəyərində 82 düyüm ölçülü LG markalı televizor, 1 adad Zinger markalı 60 manat dəyərində olan tikiş maşını, 1 ədədinin qiyməti 110 manat olmaqla 220 manat dəyərində 2 ədəd su nasosu, 1 ədədinin qiyməti 400 manat olan 1 ədəd su nasosu, 1 ədədinin qiyməti 35 manat olmaqla 700 manat dəyərində 20 ədəd İran istehsalı olan meyvə qabı, evin yaşayış sahəsinə qanunsuz daxil olub 1 ədədinin qiyməti 15 manat olan ümumi dəyəri 1080 manat olan 72 ədəd Çin istehsalı olan şirniyyat qabı, çoxlu sayda ümumi dəyəri 1000 manat olan müxtəlif geyim əşyaları, 1 ədədinin qiyməti 200 manat olmaqla 1400 manat dəyərində 7 ədəd 3 metr x 3.5 metr ölçülü pərdələr, 1 ədədinin qiyməti 50 manat olan ümumi dəyəri 100 manat olan 2 ədəd 50 litr həcmli qaz balonu, 1 ədədinin qiyməti 25 manat olmaqla ümumi dəyəri 25 manat olan 1 ədəd 30 litr həcmli qaz balonu, 1 ədədinin qiyməti 70 manat olan ümumi dəyəri 1 ədəd qaz sobası, çoxlu sayda ümumi dəyərləri 1000 manat olan gündəlik istifadə edilən qablar, 1 ədədinin qiyməti 50 manat olmaqla 1750 manat dəyərində 35 ədəd süfrə, 1 ədədinin qiyməti 50 manat olmaqla 3000 manat dəyərində 60 ədəd yorğan, döşək və balınc üzlükləri, 1 ədədnin qiyməti 1000 manat dəyərində 0.75sm x 1.5 m ölçülü xalça, 1 ədəd 150 manat dəyərində olan 3 litr həcmində elektirik samovarı, 1 ədədi 800 manat olan stolüstü oyun nərd, 1 ədəd dəyəri 2000 manat olan Çexiya istehsalı olan lüstra, çoxlu sayda ümumi dəyəri 1000 manat olan mətbəx avadanlıqları, ümumi dəyəri külli miqdarda 209 min manat 115 manat dəyərində özgənin əmlakını Əsgǝrov Ülvi Zellabdin oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb, Ülvi Əsgərov tərəfindən istintaqla müəyyən edilməmiş avtomobilə yığıb hissə-hissə daşıyaraq aparmaqla satıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 209 min 115 manat məbləğində külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3, X4, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə, tamah niyəti ilə, 25 oktyabr 2024-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs məxsus “Turac Baxçılıq Cəmiyyəti” 14 saylı sahədə 12 ha torpaq sahəsində yaşayış sahəsi olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən evin həyətinə hasardan aşmaqla, saxlanc yeri olan evdən 1 ədədinin qiyməti 1000 manat dəyərində 0.75sm x 1.5 m ölçülü xalça, 1 ədəd 150 manat dəyərində olan 3 litr həcmində elektirik samovarı, 1 ədədi 800 manat olan stolüstü oyun nərd, 1 ədəd dəyəri 2000 manat olan Çexiya istehsalı olan lüstra, çoxlu sayda ümumi dəyəri 1000 manat olan mətbəx avadanlıqları, ümumi dəyəri külli miqdarda 209 min manat 115 manat dəyərində özgənin əmlakını Əsgǝrov Ülvi Zellabdin oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb, Ülvi Əsgərov tərəfindən istintaqla müəyyən edilməmiş avtomobilə yığıb hissə-hissə daşıyaraq aparmaqla satıb Zərərçəkmiş şəxs ümumilikdə 4960 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.22.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur ona görə ki, tanışı X4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə, tamah niyəti ilə, 25 oktyabr 2024-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs məxsus “Turac Baxçılıq Cəmiyyəti” 14 saylı sahədə 12 ha torpaq sahəsində yaşayış sahəsi olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən evin həyətinə hasardan aşmaqla, saxlanc yeri olan evdən 1 ədədinin qiyməti 1000 manat dəyərində 0.75sm x 1.5 m ölçülü xalça, 1 ədəd 150 manat dəyərində olan 3 litr həcmində elektirik samovarı, 1 ədədi 800 manat olan stolüstü oyun nərd, 1 ədəd dəyəri 2000 manat olan Çexiya istehsalı olan lüstra, çoxlu sayda ümumi dəyəri 1000 manat olan mətbəx avadanlıqları, ümumi dəyəri külli miqdarda 209 min manat 115 manat dəyərində özgənin əmlakını Əsgǝrov Ülvi Zellabdin oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb, Ülvi Əsgərov tərəfindən istintaqla müəyyən edilməmiş avtomobilə yığıb hissə-hissə daşıyaraq aparmaqla satıb Zərərçəkmiş şəxs ümumilikdə 4960 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs3 yalnız Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Ülvi Zülfüqarovla qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla və 4960 manat ziyan vurmaqla xx.xx.2024-cü il tarixdə törədilmiş oğurluqda iştirak etməsinə baxmayaraq ittiham aktında Təqsirləndirilən şəxs1 ittihamındakı Təqsirləndirilən şəxs2 və Ülvi Əsgərovla qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilmiş oğurluq epizodunda da onun iştirak etməsi səhvən qeyd edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxslərin üçünün da ittihamında ikinci epizod üzrə ittihamın məzmununun əvvələrində onların dördünün (barəsində cinayət işi ayrılmış Ülvi Əsgərov da daxil olmaqla) qabaqcadan əlbir olan bir qrup şəxs halında “209 min manat 115 manat dəyərində özgənin əmlakını Əsgǝrov Ülvi Zellabdin oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb... hissəhissə daşıyaraq aparmaqla satıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 4960 manat məbləğində ziyan vurmaqla oğurluq etməsi” qeyd edilmişdir. Cinayət işinin materiallarında olan ittiham aktında isə müəyyən düzəlişlər müşahidə olunsa da belə, Təqsirləndirilən şəxs1 birinci epizodla bağlı ittihamında onun Təqsirləndirilən şəxs2 və Ülvi Əsgərovla qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilmiş oğurluq epizodunda yenə də Təqsirləndirilən şəxs3 iştirak etməsi səhvən qeyd edilmiş, hər üç təqsirləndirilən şəxsin ittihamın məzmununda onların dördünün (barəsində cinayət işi ayrılmış Ülvi Əsgərov da daxil olmaqla) qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etməsi qeyd edilsə də, nəticədə “Əsgǝrov Ülvi Zellabdin oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb... hissə-hissə daşıyaraq aparmaqla satıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 4960 manat məbləğində ziyan vurmaqla oğurluq etməsi” qeyd edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223.3 və 223.3.2-ci maddəsinin tələblərinə əsasən, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti əz əksinin tapmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.3.1-ci maddəsinə əsasən, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə vaxtı, üsulları, nəticələri və digər mühüm hallar, həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddənin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. İttihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın “faktiki tərəfi” və “hüquqi tövsifi”)” təqsirləndirilən şəxsin hüququdur. Yuxarıda göstərilənlər bilavasitə ittihamın mahiyyətini əks etdirdiyindən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həmçinin ittiham aktının düzgün tərtib edilməməsi məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntular hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddələrinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı həmin Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 307.2-ci maddəsinə əsasən məhkəmənin xüsusi qərarında onun hansı cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə və kim tərəfindən çıxarıldığı qeyd edilməli, işin mahiyyəti, dəqiq olaraq həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulardan hansı pozuntu və kimin tərəfindən yol verildiyi ətraflı göstərilməlidir. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işinin məhkəmədə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan tələblərinin kobud pozuntularına yol vermiş Bakı şəhəri Xəzər rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X5 barəsində xüsusi qərar çıxarılmalıdır. Məhkəmə cinayət işi üzrə tərəflərin fikirlərini dinləyərək, dövlət ittihamçısının vəsatətində qeyd olunan halları nəzərə alıb, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsinə əsasən, Dövlət ittihamçısı vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)-1140/2025 (2********) nömrəli cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər rayon polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X2 barəsində xüsusi qərar çıxarılmalı və xüsusi qərar müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə göndərilməlidir. Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi1 vəsatətlə məhkəməyə müraciət edərək, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesi iştirakçılarının verilmiş vəsatətlərlə bağlı fikirlərini dinləyib, vəsatətlərdə qeyd edilən halları nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 159.10-cu maddəsinə əsasən həmin Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 159.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş «həbs» qətimkan tədbiri 01 (bir) ay müddətinə - 14 may 2025-ci il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 159, 298-300, 303.3.6, 306 və 307.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)- 1140/2025 (2********) nömrəli cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokurorluğuna qaytarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş «həbs» qətimkan tədbiri 01 (bir) ay müddətinə - 14 may 2025-ci il tarixədək uzadılsın. Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatət təmin edilməsin. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X2 barəsində xüsusi qərar çıxarılsın. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev