Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1141/2021 12.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Eldar Əli oğlu Mikayılov və Siyavuş Həbib oğlu Hacıyevdən ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçi: Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 27 avqust 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 19 fevral 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən ümumi təmiz çəkisi - 3,287 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 1,571 qram qəhvəyi rəngli tozşəkilli maddə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq 130 manat müqabilində əldə edib, əynindəki göy rəngli idman gödəkçəsinin sağ yan cibində saxlayaraq daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 20 fevral 2021-ci il tarixdə saat 10 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılıb Əmircan qəsəbəsi Balandin küçəsi 42 saylı ünvanda yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilib üzərinə video çəkilişlə şəxsi axtarış və götürmə keçirilən zaman, əynindəki göy rəngli idman gödəkçəsinin sağ yan cibindən göy rəngli üzərində «Rothmans» yazısı olan siqaret qutusunun içərisindən 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,567 qram, 0,802 qram, 0,090 qram və 0,112 qram olmaqla ümumi təmiz çəkisi 1,571 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,287 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən bir ildir ki, narkotik maddə olan heroin və şüşədən istifadə edir. Narkotik maddələri kart vasitəsilə onlayn şəklində İran İslam Respublikasının vətəndaşı adı, soyadı və ünvanını bilmədiyi şəxsdən əldə edir. 19 fevral 2021-cİ il tarixdə səhər həmin İran vətəndaşının bildirdiyi kart hesabına 130 manat pul köçürdükdən sonra sonuncu, ona narkotik maddənin yerini demiş və o, axşam saat 22 radələrində gedib Binəqədi rayonu ərazisində sifariş verdiyi narkotik maddələri götürmüşdür. Narkotik maddələr «Rothmans» siqaret qutusunun içərisində 5 ədəd bükümdə olmuşdur. Həmin narkotik maddələrdən bir qədərini götürüb istifadə etmişdir. 20 fevral 2021-ci il tarixdə səhər təxminən saat 10 radələrində Suraxanı rayonu Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində dayandığı zaman ona mülki geyimdə bir neçə nəfər polis əməkdaşı yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona narkotik maddələri saxlamaq və gəzdirməkdə şübhəli olduğunu bildirib, üzərində şəxsi axtarış aparılması üçün onu Suraxanı RPİ-nə dəvət etmişlər. Sonuncularla razılaşıb birlikdə Suraxanı RPİ-nə getmişdir. Orada xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmadığı soruşulmuş və bu zaman o, əynində olan göy rəngli idman gödəkçəsinin sağ yan cibindən mavi rəngli «Rothman» markalı siqaret qutusunun içərisindəki 5 ədəd bükümü çıxarıb təqdim edib, içərisində narkotik maddə olduğunu, həmin maddələri bir gün əvvəl İran İslam Respublikasının vətəndaşı olan adını və ünvanını bilmədiyi şəxsdən onun verdiyi kart hesabına onlayn qaydasında 130 manat ödəniş etməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş narkotik maddələr polis əməkdaşları tərəfindən götürüldükdən sonra zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmişdir. Həmin protokolu və qablaşdırılmış zərfin üzərinə imza etmişdir. Həmin narkotik vasitələri tərəzidə çəkməmiş, onu xırda bağlamalara bükməmişdir. İttiham aktında həmin narkotik onun tərəfindən satmaq məqsədi ilə əldə edildiyi və bu məqsədlə narkotik maddənin onun tərəfindən ayrı-ayrı bükümlərə böldüyü barədə yazılanlarla razı deyildir. İbtidai istintaq zamanı bu məzmunda ifadə verməmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Suraxanı Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin əməliyyat müvəkilli vəzifəsində çalışır. Suraxanı RPİ-nə əməliyyat yolu ilə ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin saxlanması, istifadə edilməsi və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə raportla Suraxanı PRİ-nin rəhbərliyinə məruzə etmişdir. Müvafiq sənədləşmə işləri aparıldıqdan sonra əməliyyat tədbirləri həyata keçirilmiş və 20 fevral 2021-ci il tarixdə saat 10-45-də Xəlilov X1 rayonu Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi 10 nömrəli ünvanın qarşısında saxlanılaraq RPİ-nə gətirilmişdir. Bu barədə idarə rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində toplanmış material aidiyyəti üzrə Suraxanı RPİ-nin təhqiqat şöbəsinə göndərilmiş və təhqiqatçı Suad Həmzəyev tərəfindən araşdırma aparılmışdır. Bundani sonra Təqsirləndirilən şəxs şübhəli şəxs kimi hüquq və vəzifələri izah edildikdən sonra dəvət edilmiş müdafiəçinin iştirakı video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Tədbirə başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində, paltarlarında və bədənində olması ehtimal edilən narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşya və ya sənədlərin olduğu halda könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindən mavi rəngli üzərində «Rothmans» yazılı siqaret qutusunun içərisində olan 4 ədəd şəfaf sellefona bükülmüş qəhvəyi rəngli heroinə bənzər maddə və 1 ədəd şəfaf sellefona bükülmüş ağ rəngli narkotik vasitə metafetaminə bənzər maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Sonuncu həmin bükümün içərisində narkotik vasitə heron və metamfetamin olduğunu, tanımadığı şəxsdən, özünün şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin narkotik maddələr zərfə qoyularaq qablaşdırılmış və bu barədə müvafiq protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar ifadə verdi. İşin 26 və 28-30-cu vərəqlərindəki 20 fevral 2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» qərar və protokoldan görünür ki, şübhə edilən şəxs Təqsirləndirilən şəxs müvafiq qərarla tanış edildikdən sonra ona paltarları, əşyaları və ya bədənində olması ehtimal edilən narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənəd varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman sonuncu əynində olan göy rəngli idman gödəkçəsinin sağ yan cibindən mavi rəngli üzərində «Rothmans» yazısı olan siqaret qutusunda olan 4 ədəd şəfaf sellefona bükülmüş qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə və 1 ədəd şəfaf sellefona bükülmüş ağ rəngli narkotik vasitə metafetaminə bənzər maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümləri onlayn şəklində adını bilmədiyi İİR vətəndaşından 130 manat pul müqabilində şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı video çəkiliş aparılmış, çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. Məhkəmə-kimyəvi ekspertizanın 20 fevral 2021-ci il tarixli 6/760 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…» yazısı olan paketdəki, üzərində «Rothmans» yazısı olan siqaret qutuda 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,567 qr, 0,802 qr, 0,090 qr, 0,112 qr, ümumi təmiz çəkisi 1,571 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici ələmətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,287 qram ağ rəngli kristaldan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siuyahılarına əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına daxildirlər. Ambulator Məcburi-Narkoloji tibbi yoxlama ekspertizasının 18 mart 2021-ci il tarixli 844 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşin 105-111-ci vərəqlərindəki qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş sonuncuya məxsus dövriyyəsi qadağan edilən ekspertiza təhqiqatından sonra qalıq qalımş təmiz çəkisi 1,371 qram narkotik vasitə heroin və təmiz çəkisi 3,187 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin məsul saxlancına təhvil verilmişdir. İşin 103-104-cü vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İşin 19-cu vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 55-56-cı vərəqələrindəki 22 fevral 2012-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İşin 72-75-ci vərəqələrindəki Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 22 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 fevral 2021-ci il tarixdən hesablanmışdır. İşin 97-ci vərəqəsindəki 19 mart 2021-ci il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində təqsirləndirmilən şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. İşin 100-cü vərəqəsindəki doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 20 avqust 2018-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihama əsasən o, 19 fevral 2021ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən ümumi təmiz çəkisi - 3,287 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 1,571 qram qəhvəyi rəngli tozşəkilli maddə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq 130 manat müqabilində əldə edib ayrı-ayrı bükümlərə bölüb əynindəki göy rəngli idman gödəkçəsinin sağ yan cibində saxlayaraq daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin NMBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 20 fevral 2021-ci il tarixdə saat 10 radələrində ünvan 5 ünvanın qarşısında saxlanılıb Əmircan qəsəbəsi Balandin küçəsi 42 saylı ünvanda yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilib üzərinə video çəkilişlə şəxsi axtarış və götürmə keçirilən zaman, əynindəki göy rəngli idman gödəkçəsinin sağ yan cibindən göy rəngli üzərində «Rothmans» yazısı olan siqaret qutusunun içərisindən 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,567 qram, 0,802 qram, 0,090 qram və 0,112 qram olmaqla ümumi təmiz çəkisi 1,571 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,287 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs və şahid ifadələrindən, maddi sübutlar, ekspertiza rəyləri və protokollardan bir mənalı şəkildə məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,567 qram, 0,802 qram, 0,090 qram və 0,112 qram olmaqla ümumi təmiz çəkisi 1,571 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,287 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetami satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək, daşıyıb üstündə saxlamışdır. Buna baxmayaraq istintaq orqanı yalnız aşkar olunmuş narkotik vasitənin külli miqdar təşkil etməsini əsas götürərək, heç bir mötəbər sübuta əsaslanmadan Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamı irəli sürmüş, eyni zamanda məhkəmə istintaqı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən bir dənə də olsun belə, mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi istintaq orqanının gəldiyi nəticə mülahizə xarakteri daşıyır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd olunur ki, «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə əlaqədar istehlakçı ilə hər hansı razılığa gəlməsi, narkotik vasitəni satmaq məqsədi ilə xırda bağlamalara bükməsi, bu məqsədlə hər hansı avadanlıq əldə etməsi, o cümlədən narkotik vasitəni satmağa cəhd etməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsi qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələbinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,567 qram, 0,802 qram, 0,090 qram və 0,112 qram olmaqla ümumi təmiz çəkisi 1,571 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 3,287 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetami satış məqsədi ilə əldə etməsi sübuta yetmədi. Təqsirləndirilən şəxs verilmiş ittihamda onun əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə edib ayrı-ayrı bükümlərə bölməsi göstərilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs narkotik vasitə heroin və psixotrop maddə metamfetamini 5 ədəd bükümlərə bölünmüş vəziyyətdə əldə etdiyini bildirmiş, eyni zamanda onun qeyd edilən maddələri bükümlərə bölməsini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs verilmiş ittihamdan “ayrı-ayrı bükümlərə bölüb” müddəası xaric edilməlidir. Müəyyən olundu ki, Təqsirləndirilən şəxs 19 fevral 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən ümumi təmiz çəkisi- 3,287 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 1,571 qram qəhvəyi rəngli tozşəkilli maddə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq 130 manat müqabilində əldə edib əynindəki göy rəngli idman gödəkçəsinin sağ yan cibində saxlayaraq daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 20 fevral 2021-ci il tarixdə saat 10 radələrində ünvan 5 ünvanın qarşısında saxlanılıb Əmircan qəsəbəsi Balandin küçəsi 42 saylı ünvanda yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilib üzərinə video çəkilişlə şəxsi axtarış və götürmə keçirilən zaman, əynindəki göy rəngli idman gödəkçəsinin sağ yan cibindən göy rəngli üzərində «Rothmans» yazısı olan siqaret qutusunun içərisindən 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,567 qram, 0,802 qram, 0,090 qram və 0,112 qram olmaqla ümumi təmiz çəkisi 1,571 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,287 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Ona görə Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 20 fevral 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Suraxanı RPİ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təhqiqatdan sonra qalıq qalımş təmiz çəkisi 1,371 qram narkotik vasitə heroin və təhqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 3,187 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video görüntülərin köçürüldüyü bir ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təhqiqatdan sonra qalıq qalımş təmiz çəkisi 1,371 qram narkotik vasitə heroin və təhqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 3,187 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Video görüntülərin köçürüldüyü bir ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1141/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1141/2021
12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver