Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1141/2022 08.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 29 avqust 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, dalan 2, ev 1-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq naməlum mənbədən külli miqdarda səkkiz ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,687 qram, 1,712 qram, 2,935 qram, 0,793 qram, 3,070 qram, 1,008 qram, 0,795 qram, 0,035 qram ümumi təmiz çəkisi 12,035 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,723 qram, 0,741 qram, 0,124 qram, 1,00 qram, 0,143 qram, 0,023 qram ümumi təmiz çəksi 2,754 qram olan ağ rəngli kristallik formada maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd üzərində narkotik vasitə heroin izləri olan qara rəngli dəri korpusu olan elektron tərəzini əldə edərək üzərində və evində saxlamaqla daşımış, 18 yanvar 2022-ci il tarixdə saat 20:30-da Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “MİDA” sosial evlərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində 1,687 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, qara rəngli qış gödəkçəsinin iç cibində olan qara rəngli dəri korpusu olan elektron tərəzi aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə də yaşadığı ünvan 2 ünvanında yaşadığı evin qonaq otağında divanın yanında qoyduğu kiçik dolabın içərisində qara rəngli qutuda yerləşdirdiyi falqalara və sellofanlara bükülmüş bükümlərin içərisində 1,712 qram, 2,935 qram, 0,793 qram, 3,070 qram, 1,008 qram, 0,795 qram və 0,035 qram ümumi təmiz çəkisi 10,348 qram narkotik vasitə heroin və altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,723 qram, 0,741 qram, 0,124 qram, 1,00 qram, 0,143 qram, 0,023 qram ümumi təmiz çəksi 2,754 qram olan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. O, narkotik vasitənin istifadəçisidir, narkotik vasitəni həyətə gəlib-gedən bir nəfər adını Samir kimi bildiyi şəxsdən alıb istifadə edir. Samirin telefon nömrəsini və anket məlumatlarını bilmir. O, 18 yanvar 2022-ci il tarixdə saat 13-00 radələrində binanın qarşısında olarkən təxminən 13-14 nəfər şəxs əvvəl onu tutub evinə aparmışlar. Evi dağıtmışlar, lakin evdən heç nə tapmamışlar. Narkotik vasitəni özləri evinə qoymuşlar. Onu PŞ-nə gətirmişlər. Orada onu döymüşlər, bir nəfər tapançanın arxa hissəsi ilə alnından vurmuşdur. Alnından xəsarət almışdır. Bir nəfər müdafiəçi dəvət olunmuşdur. O, döyüldüyü üçün həmin müdafiəçi çıxıb getmişdir. Sonradan başqa bir müdafiəçi dəvət etmişlər. Onun üzərində cəmi 1,06 qram narkotik vasitə olmuşdur. Onda tərəzi olmamışdır. Eləcə də yaşadığı evdən 01 ədəd qırmızı rəngli falqaya, 01 ədəd qızılı rəngli falqaya, 01 ədəd göy rəngli falqaya, 01 ədəd gümüşü rəngli falqaya, 05 ədəd şəffaf rəngli sellofana, 04 ədəd yaşıl rəngli sellofana bükülmüş bükümlər olmamışdır. Nə də o, zaklatka yolu ilə narkotik vasitə olan heroin və metamfetamin sifariş etməmiş və həmin maddələri Buzovna qəsəbəsindən götürməmişdir və narkotik vasitə üçün 200 manat pul ödənişi etməmişdir. O, İran İslam Respublikası vətəndaşından zaklatka yolu ilə narkotik vasitə almamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onun heç kəslə heç bir ədavəti olmamışdır. Təxminən 1 il yarımdır ki, narkotik vasitədən istifadə edir. Binalarının qarşısına bir nəfər Samir adlı şəxs həftədə 2 dəfə gəlirmiş, o, bilirmiş ki, həmin şəxs narkotik vasitə satır. O da Samirdən hər dəfə özü istifadə etmək üçün narkotik vasitə alırmış. O, narkotik vasitəni özü istifadə etmək üçün alırmış, heç kimə narkotik vastə satmamışdır. Evdə yoldaşı onun narkotik vasitədən istifadə etməyini bilmirmiş. Elan olunmuş cinayət işinin 30-31-ci vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. O, protokolu oxumadan imza etmişdir. Elan olunmuş cinayət işinin 39-40-cı vərəqələrində olan evə baxış keçirilməsi barədə protokola və protokolda olan imzaya əsasən təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. Protokolu oxumadan imza etmişdir. Elan olunmuş cinayət işinin 78 və 79-cu vərəqələrində olan diskə baxış keçirilməsi barədə protokollara və protokollarda olan imzalara əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş protokolları təsdiq etmir, Oxumadan imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi izahat və ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan edilmiş və ifadələrinin və izahatın sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 32-ci vərəqəsində olan izahatında, 60-62 və 75-77-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «...təxminən 3 ildir ki, heroin və metamfetamin kimi tanıdığı narkotik maddədən inyeksiya yolu ilə istifadə edir. Həmin narkotik maddələri İran İslam Respublikası vətəndaşından zaklatka yolu ilə almışdır. Sonuncu dəfə 14.01.2022-ci il tarixdə səhər saatlarında zaklatka yolu ilə bir qədər narkotik vasitə olan heroin və metamfetamin sifariş etmiş və həmin maddələri Buzovna qəsəbəsindən götürmüşdür. Həmin narkotik vasitə üçün 200 manat pul ödənişi etmişdir. Həmin narkotik maddəni öz şəxsi istifadəsi üçün almış, bir qismini istifadə etmiş, qalıq hissəsini də sonra istifadə etməyi üçün üzərində saxlamaqla daşımışdır. 18.01.2022-ci il tarixdə təxminən saat 20:30 dəqiqədə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “MİDA” sosial evlərin yaxınlığında olduğu zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu yaxınlıqda olan PŞ-nə gətirərək təhvil vermişlər. ...Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O isə üzərində yəni əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamaqla daşıdığı 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə olan heroin kimi tanıdığı narkotik maddəni və qara rəngli qış gödəkçəsinin sol iç cibindən bir ədəd qara rəngli dəri korpusu olan tərəzini təqdim etmişdir. Bundan sonra təqdim edilmiş bükümə baxış keçirilərkən heroin kimi tanıdığı narkotik maddə aşkar edilmişdir. ...Bundan başqa elə həmin gün yaşadığı ünvan 3 ünvanında evin qonaq otağında divanın yanında qoyduğu kiçik dolabın içərisində qara rəngli qutuda yerləşdirdiyi 01 ədəd qırmızı rəngli falqaya, 01 ədəd qızılı rəngli falqaya, 01 ədəd göy rəngli falqaya, 01 ədəd gümüşü rəngli falqaya, 05 ədəd şəffaf rəngli sellofana, 04 ədəd yaşıl rəngli sellofana bükülmüş bükümləri təqdim edərək içərisində patı və kakos kimi tanıdığı maddələr olduğunu qeyd etmişdir. Polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmamışdır. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, izahatı və ifadələri oxumadan imza etmişdir. Ona təqdim olunmuş imzalar onun imzalarıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili işləyir. 18 yanvar 2022-ci il tarixdə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi zərurəti yarandığından Təqsirləndirilən şəxs, müdafiəçisinin, eləcə də, onun, Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 iştirakı ilə 18 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Hövsan qəsəbəsi, “MİDA” sosial yaşayış sahəsi, ev 5, mənzil 292 ünvanında yerləşən evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs yaşadığı həmin evin qonaq otağında divanın yanında qoyduğu kiçik dolabın içində qara rəngli qutuda bir ədəd qırmızı rəngli falqaya, bir ədəd qızılı rəngli falqaya, bir ədəd göy rəngli falqaya, bir ədəd gümüşü rəngli falqaya, beş ədəd şəffaf sellofana və dörd ədəd yaşıl sellofana bükülmüş cəmi 13 ədəd bükümləri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində nə olması barədə soruşulduqda, bükümlərin içində kokos və patı kimi tanıdığı narkotik maddələr olduğunu, həmin narkotik maddələri 15 yanvar 2022-ci il tarixdə İİR-nın vətəndaşından zaklatka yolu ilə 200 manata aldığını, Buzovna qəsəbəsində yolun kənarından götürdüyünü bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs yaşadığı evə baxış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı təzyiq və təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili işləyir. 18 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 20:30 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “MİDA” sosial evlərin yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini demişləe. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğu bildirilərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını bildirərək onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə 30-cu PŞ-nə gəlmişdir. Suraxanı RPİ-nin 30-cu PŞ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümü və əynində olan qış gödəkçəsinin iç cibindən bir ədəd qara rəngli dəri korpusu olan elektron tərəzini çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması soruşulduqda, Təqsirləndirilən şəxs kokos kimi tanıdığı narkotik maddə olduğunu və 15.01.2022-ci il tarixdə İİR-nın vətəndaşından zaklatka yolu ilə ümumilikdə 200 manata aldığını, Buzovna qəsəbəsində yolun kənarından götürdüyünü, həmin narkotik maddənin bir hissəsini istifadə etdiyini, bir hissəsini yaşadığı evdə saxladığını, bir ədəd bükümü isə üzərində öz istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm və 01 ədəd elektron tərəzi götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş, protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs evin qonaq otağında divanın yanında olan dolabın içində qara rəngli qutuda bir ədəd qırmızı rəngli falqaya, bir ədəd qızılı rəngli falqaya, bir ədəd göy rəngli falqaya, bir ədəd gümüşü rəngli falqaya beş ədəd şəffaf sellofana və dörd ədəd yaşıl sellofana bükülmüş cəmi 13 ədəd bükümləri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində nə olması barədə soruşulduqda o, bükümlərin içində kokos və patı kimi tanıdığı narkotik maddələr olduğunu, həmin narkotik maddələri 15 yanvar 2022-ci il tarixdə İİR-nın vətəndaşından zaklatka yolu ilə cəmi 200 manata aldığını, Buzovna qəsəbəsində yolun kənarından götürdüyünü bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs yaşadığı evə baxış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmş Şahid1 ifadəsindən görünür ki, sonuncu eyni məzmunlu ifadə verərək Şahid3 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 18 yanvar 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnik leytenantı Namiq Məmmədovun 18 yanvar 2022-ci il tarixli, Ə10-097-22 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və istifadəsi barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 18 yanvar 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və istifadəsi barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 18 yanvar 2022-ci il tarixli raportundan görünür ki, qanunsuz olaraq narkotik vasitə əldə edərək istifadə etməsi və üzərində saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmişdir. Cinayət işinin 27-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 18 yanvar 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu müdafiəçisinin iştirakı olmadan üzərinə şəxsi axtarış və götürmə aparılmasına etiraz etməmişdir. Cinayət işinin 30-31-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəx Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü və qara rəngli qış gödəkçəsində iç cibində olan qara rəngli dəri korpusu olan elektron tərəzini təqdim edərək, təqdim etdiyi bükümün içərisində narkotik maddə- kokos olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bu narkotik vasitəni 15.01.2022-ci il tarixdə İİR vətəndaşından zaklatka yolu ilə ümumilikdə 200 manat ödəməklə aldığını, Buzovna qəsəbəsi ünvanında yolun kənarından götürdüyünü, bir hissəsini istifadə etdiyini, bir qədərini yaşadığı evdə saxladığını, 01 ədəd büküm istifadə etmək üçün daşıdığını bildirmişdir. Aşkar edilmiş bir bükümdə narkotik vasitə və dəri korpusu olan elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 36-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 18 yanvar 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı ünvan 5 ünvanında baxış və axtarış aparılmasına etiraz etməmişdir. Cinayət işinin 39-40-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 yanvar 2022-ci il tarixli evə baxış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına keçirilmiş axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evin qonaq otağında divanın yanında qoyduğu kiçik dolabın içərisində qara rəngli qutuda yerləşdirdiyi 01 ədəd qırmızı rəngli falqaya, 01 ədəd qızılı rəngli falqaya, 01 ədəd göy rəngli falqaya, 01 ədəd gümüşü rəngli falqaya, 05 ədəd şəffaf rəngli sellofana, 04 ədəd yaşıl rəngli sellofana bükülmüş bükümləri təqdim edərək içərisində patı və kakos kimi tanıdığı maddələrin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri 15.01.2022-ci il tarixdə İİR vətəndaşından zaklatka yolu ilə ümumilikdə 200 manat ödəməklə aldığını, Buzovna qəsəbəsi ünvanında yolun kənarından götürdüyünü bildirmişdir. Aşkar edilmiş bükümlər qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 46-51-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2022-ci il tarixli, 6/343 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxli İşlər Nazirliyi Zərflər üçün №194” dairəvi möhür əksi olan üç ədəd kağız paketin içərisində olan: --üzrərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,687 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...evindən aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,712 qram, 2,935 qram, 0,793 qram, 3,070 qram, 1,008 qram, 0,795 qram və 0,035 qram, ümumi təmiz çəkisi 10,348 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Paketdəki altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,723 qram, 0,741 qram, 0,124 qram, 1,00 qram, 0,143 qram və 0,023 qram olmaqla, ümumi təmiz çəkisi 2,754 qram olan ağ rəngli kristallik formada maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş paketdəki bir ədəd qara rəngli dəri korpusu olan elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və digər bükümlərdə olan heroinlər ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Tədqiqata təqdim edilmiş ümumilikdə 8 ədəd bükümdə ümumi təmiz çəkisi 12,035 qram olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə birbiri ilə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə!ər”~in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 78-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 yanvar 2022-ci il tarixli diskə baxış keçirilməs haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əvvəlcə üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs isə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü və əynində olan qara rəngli qış gödəkçəsinin iç cibindən bir ədəd qara rəngli dəri korpusu olan elektron tərəzini çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümün içərisində nə olması soruşulduqda isə kokos kimi tanıdığı narkotik maddə olduğunu, onu 15.01.2022-ci il tarixdə İİR-nın vətəndaşından zaklatka yolu ilə ümumilikdə 200 manata aldığını, Buzovna qəsəbəsində yolun kənarından götürdüyünü, həmin narkotik maddənin bir hissəsini istifadə etdiyini, bir hissəsini yaşadığı evdə saxladığını, bir ədəd bükümü isə üzərində öz istifadəsi üçün saxladığını bildirmiş, həmin bir ədəd büküm və bir ədəd elektron tərəzi qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra götürülmüşdür. Cinayət işinin 79-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 yanvar 2022-ci il tarixli diskə baxış keçirilməs haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsi, əvvəlcə ondan yaşadığı evdə saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs isə yaşadığı həmin evin qonaq otağında divanın yanında qoyduğu kiçik dolabın içində qara rəngli qutuda bir ədəd qırmızı rəngli falqaya, bir ədəd qızılı rəngli falqaya, bir ədəd göy rəngli falqaya, bir ədəd gümüşü rəngli falqaya beş ədəd şəffaf sellofana və dörd ədəd yaşıl sellofana bükülmüş cəmi 13 ədəd bükümləri çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümlərin içərisində nə olması barədə soruşulduqda həmin bükümlərin içində kokos və patı kimi tanıdığı narkotik maddələr olduğunu, həmin narkotik maddələri 15 yanvar 2022-ci il tarixdə İİR-nın vətəndaşından zaklatka yolu ilə cəmi 200 manata aldığını, Buzovna qəsəbəsində yolun kənarından götürdüyünü bildirməsi, sonra isə Təqsirləndirilən şəxs yaşadığı evə baxış həyata keçirilməsi və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuşdur. Cinayət işinin 123-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən daxil olmuş 01 aprel 2022-ci il tarixli, BKC/LGL-1452/22 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına "xxxx" şəbəkəsində nömrə qeydiyyatdan keçmir. Cinayət işinin 124-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən daxil olmuş 02 aprel 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına "xxxx" şəbəkəsində nömrə qeydiyyatdan keçmir. Cinayət işinin 125-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən daxil olmuş 04 aprel 2022-ci il tarixli, AZF/LGL-1894/22 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına "xxxx" MMC-də nömrə qeydiyyatdan keçmir. Cinayət işinin 128-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 30-cu PŞ-dən daxil olmuş 21 aprel 2022-ci il tarixli, ********* nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 147-148-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X5 10 may 2022-ci il tarixli cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək üçün ********* nömrəli cinayət işindən ayrıca icraata Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, onda yalnız 1,06 qram narkotik vasitə olduğunu, onun evində narkotik vasitə olmadığını və üzərindən elektron tərəzi çıxmadığını, narkotik vasitənin satışı ilə məşğul olmadığını, istintaq zamanı ona işgəncə verdikləri üçün, təzyiq altında fərqli ifadələr verdiyini bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Belə ki, cinayət işinin 113-114-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Suraxanı raypn prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru X3 16 mart 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyülməsi və ona işgəncə verilməsi öz təsdiqini tapmadığından, 64-C-22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən narkotik vasirə heroinin və psixotrop maddə metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 111-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 15 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 129-130-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 aprel 2022-ci il tarixli, 1638 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 126-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 daxil olmuş 01 aprel 2022-ci il tarixli, 1/485 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs müalicə üçün həmin xəstəxanaya müraciət etməmişdir. Cinayət işinin 127-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 04 aprel 2022-ci il tarixli, 2720 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 18 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 20-ci vərəqəsində olan 18 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 94-100-cü vərəqələrində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 yanvar 2022-ci il tarixli, 4(010)-40/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 18 yanvar 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonrakı qalıq 11,875 qram narkotik vasitə heroin, 2,634 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməli, şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü və evə baxış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 02 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 28.06.2003-cü il tarixli, 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonrakı qalıq 11,875 qram narkotik vasitə heroin, 2,634 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin. Şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü və evə baxış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 02 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1141/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1141/2022
08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver