Məhkəmə qərarları › İş №1(101)-1141/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1141/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1141/2023 12.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı, Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyası 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1981-ci il tarixdə Şamux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 29 yanvar 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09 noyabr 2009-cu ildə Suraxanı Rayon Məhkəməsinin 20 oktyabr 2009-cu il tarixli qərarı ilə 11 ay vaxtından əvvəl şərti azad olunmuş; Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 03 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 06 dekabr 2021-ci ildə cəza müddəti başa çatmış, Gəncə şəhəri, Atatürk prospekti 237, ev 1, mənzil 103-də qeydiyyatda olmaqla həmin üanvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensair Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1987-ci il tarixdə Gürcüstan Respublikası, Rustavi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 29 yanvar 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 24 sentyabr 2010-cu ildə cəzasının sonu ilə azad edilmiş; Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 06 iyun 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 01 avqust 2015-ci ildə cəzasının sonu ilə azad olunmuş; Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 7(003)-1409/2022 nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs2 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş 06 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 il 07 ay 16 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, DOS 6, ev 75, mənzil 4-də qeydiyyatda olamqla həmin üanvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliy Penitensair Xəidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərlərində daşıyaraq saxlamışlar. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti naməlum İran İslam Respublikasının vətəndaşı «Cəmil» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 27 noyabr 2022-ci il tarixdən 28 noyabr 2022-ci il tarixə keçən gecə aralarında əvvəlcədən olan razılaşmaya əsasən, Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində məişət tullantılarının yaxınlığında gizlədilmiş, 35,487 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərlərində saxlayaraq daşımış, 28 noyabr 2022-ci il tarixdə saat 03:30-da Bakı şəhəri, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin inzibati ərazisində xidmət aparan Binəqədi RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə Bakı Beynəlxalq Avtovağzalında şübhəli şəxs qismində saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilərək üzərlərində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli gödəkçənin sol qol astarının içərisindən bir dəfəlik istifadə üçün nəzərdə tutulan kapron stəkanın içərisindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 35,487 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin və əynindəki qara rəngli şalvarın sağ yan cibindən içərisində heroin izləri olan 1 (bir) ədəd 1 ml-lik şpris, Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli idman köynəyinin sağ yan cibindən üzərində heroin izləri olan bir ədəd “valerianı ekstrat” şüşə flakondakı 3 (üç) ədəd qəhvəyi rəngli pambıq qalıqlarının üzərində aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. O, narkotik vasitəni damara vurmaq yolu ilə istifadə edir. O, Gəncə şəhəri, DOS 6, ev 75, mənzil 4-də qeydiyyatda olmaqla orada yaşayır, bir neçə dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkum olunmuşdur. Bir nəçə ildir ki, “kakos” kimi tanıdığı narkotik vasitə olan heroini damara vurmaqla inyeksiya yolu ilə qəbul edir, narkotik vasitə alüdəçisidir, əsasən “kakos” kimi tanıdığı narkotik vasitə olan heroindən istifadə edir. Bundan başqa o, 27 noyabr 2022-ci il tarixdə səhər saatlarında özünə iş axtarmaq məqsədilə Bakı şəhərinə gəlmiş, eyni zamanda Q.Qarayev prospektində yaşayan xalası Mətanətgillə görüşüb iş tapmaq problem olduğundan Gəncəyə qayıtmaq qərarına gəlmişdir. Bu məqsədlə 28 noyabr 2022ci il tarixdə saat təxminən 01 radələrində Bakı şəhər Beynəlxalq Avtovağzalına gəlmiş, həmin vaxt orada təsadüfən əvvəllər tanıdığı, Gəncə şəhərində yaşayan Təqsirləndirilən şəxs1 görmüş, onunla bir az söhbət etmiş və o, Elməddinlə avtovağzalın sanitar qovşağında onda olan 1 qram narkotik vasitə heroin istifadə etmiş və onun üzərində narkotik vasitə qalmamışdır. Sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. 3 nəfər polis əməkdaşı yaxınlaşıb ad, soyadını soruşmuşlar. Daha sonra portaldan əvvəllər məhkumluğu olduğunu görüb onu şübhəli şəxs qismində saxlamış və 40-cı Polis Bölməsinə aparmışlar. Lakin onun üzərində narkotik vasitə olan heroin olmamışdır. Onda 1 qram narkotik vasitə heroin olmuş və o tutulan zaman artıq həmin heroini çəkmişdir. Belə ki, o, avtovağzalın sanitar qovşağında həmin narkotik vasitədən istifadə etmiş və tutulan zaman şpris üzərində olmuşdur. Polis Bölməsində ona təzyiqlər olmuş, döyülmüşdür. Hətta güya onu ekspertiziya aparmışlar və ekspertiza rəyinə görə də o tutulmazdan 5 gün, 1 həftə qabaq onda xəsarətlər olubmuş. Lakin o, polis bölməsində döyülmüş və xəsarətləri Polis Bölməsində yaranmışdır. Onun üzərində 35,487 qram narkotik vasitə heroin olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, istintaq zamanı ifadə vermişdir, lakin ifadəsi yadında deyil. Aldığı xəsarətlərdən özündə olmamışdır. O, istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Onun üzrəində ittihamda qeyd olunan miqdarda narkotik vasitə olmamışdır. Onda 1 qram narkotik vasitə olmuş və onu da tutulmazdan əvvəl istifadə etmişdir. Belə ki, o, avtovağzalın sanitar qovşağında həmin narkotik vasitədən istifadə etmiş və tutulan zaman şpris üzərində olmuşdur. Polis Bölməsində şprisi qarşısına qoyaraq ondan ifadə almışlar. Faktiki olaraq onun üzərində narkotik vasitə olmamışdır. O, avtovağzalda saxlanılmışdır. O, həmin gün Gəncə şəhərinə getmək məqsədilə avtovağzalda imiş. 40-cı Polis Bölməsində axtarış zamanı üzərindən insulin çıxmışdır. Şəxsi axtarış və götürmə zamanı vəkil iştirak etməmişdir. Ona vəkil təyin olanda artıq üzərinə narkotik vasitə qoyulmuşdur. Sonradan videoçəkiliş aparılmaqla vəkil təyin olunmuşdur. Şpris şalvarının sağ cibindən aşkar olunmuşdur. Onu 3 nəfər polis əməkdaşı döymüşdür. Elan olunmuş cinayət işinin 27-29-cu vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında protokola və protokolda olan imzaya əsasən təqsirləndirilən şəxs Məməmədov İsmayıl bildirmişdir ki, elan olunmuş protokolu təsdiq etmir. İmza onun imzasıdır. O, protokolu təzyiq altında imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 39-40 və 105-108-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: … «... bir neçə dəfə narkotik vasitələrin qanunsuz dövriyysi ilə məşğul olduğuna görə məhkum olunmuş, bir nəçə ildir “kakos” kimi tanıdığı narkotik vasitə olan heroini damarına vurmaqla ineksiya yolu ilə qəbul edir, narkotik vasitə alüdəçisidir, əsasən “kakos” kimi tanıdığı narkotik vasitə olan heroindən istifadə edir. O, göstərmişdir ki, 27 noyabr 2022-ci il tarixdə səhər saatlarında özünə münasib iş axtarmaq məqsədilə Bakı şəhərinə gəlmiş, eyni zamanda Q.Qarayev prospektində yaşayan xalası Mətanətgillə görüşmüş, iş tapmaq problem olduğundan Gəncəyə qayıtmaq qərarına gəlmiş, bu məqsədlə 28 noyabr 2022-ci il tarixdə saat təxminən 01 radələrində Bakı şəhər Beynəlxalq Avtovağzalına gəlmiş, həmin vaxt orada təsadüfən əvvəllər tanıdığı, Gəncə şəhərində yaşayan Təqsirləndirilən şəxs1 görmüş, onunla bir az söhbət etmiş, həmin vaxt Elməddin interneti olmadığı üçün mobil telefonundan istifadə etmək üçün istəmiş, buna görə istifadəsində olan «İphone» markalı mobil telefonu Elməddinə vermiş, həmin telefonda ***-***-**-** mobil nömrə olmuş, bundan başqa onun “Samsung Galaxy J6” markalı, üzərində ***-***-**-** mobil nömrə də olan telefonu olmuş, həmin vaxt ona “Samsung Galaxy J6” markalı mobil telefonunu vermiş, lakin onun kiminlə yazışmasına əhəmiyyət verməmiş, sonra tanışı Elməddin onunla birlikdə Xocasən qəsəbəsinə gedib gəlməyi xahiş etmiş, onun hansı məqsədlə ora getməsi ilə maraqlanmamış, sonra Elməddinlə birlikdə taksiyə minib Xocasən dairəsinə getmiş, həmin vaxt alışveriş etmək üçün yolun kənarında olan marketə girmiş, Elməddin isə çıxıb getmiş və təxminən 10 dəqiqədən sonra geri qayıtmış, sonra onunla birlikdə yenidən avtovağzala qayıtmış, orada Gəncə şəhərinə işləyən metallik rəngli «Mercedes» markalı taksiyə əyləşmiş, həmin vaxt hər ikisi əyinlərində olan gödəkçəni çıxardaraq avtomaşının arxa şüşəsinin qarşısına qoymuş, az sonra mobil nömrəsinə danışıq dəqiqələri vurması üçün getmək istəmiş, bu zaman qaranlıq olduğundan çaşaraq Elməddinə məxsus göy rəngli parçadan olan gödəkçəni geyinib maşından düşmüş və avtomaşından təxminən 15 metr kənarlaşdıqdan sonra Elməddin ona yaxınlaşıb «aparat işləmir, gəl qayıdaq» demiş və onunla birlikdə taksiyə minmək üçün geri qayıdarkən polis əməkdaşları onları saxlayıb Binəqədi RPİ-nin 40-cı polis bölməsinə aparmış, orada hər ikisini ayrı-ayrı otaqlarda otuzdurmuş, sonra Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilmiş, bu zaman əynində olan tanışı Təqsirləndirilən şəxs1 məxsus göy rəngli parçadan olan gödəkçənin sol qol iç astarının içərisindən bir ədəd kartondan olan bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş stəkan içərisində şəffaf sellofana bükülmüş 01 ədəd büküm, qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd 01 qramlıq şpris və şalvarının sol yan cibindən bir ədəd «İphone» markalı, bir ədəd «Samsung» markalı mobil telefonlar aşkar edilərək götürülmüş, sonra üzərindən aşkar olunmuş “heroin” adlanan narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuşdur. Daha sonra o, göstərmişdir ki, tanışı Elməddinə məxsus olan gödəkçədə narkotik vasitə heroin olmasından məlumatı olmamış, mobil telefonunda 0020 kodu olan “Leo” kart olmuş, Elməddin həmin karta 820 manat pul köçürmüş və həmin pulu da kiminsə kart hesabına köçürmüş, heroini tanımadığı şəxslərdən alıb istifadə etmiş, Gəncədən gələrkən özü ilə heroin gətirmiş, onu da avtovağzala gəlməmişdən əvvəl vurmuş və şprisi cibinə qoymuş, tanışı Elməddinin mobil telefonundan apardığı danışıqlardan, kimə pul köçürməsindən məlumatı olmamış, narkotik vasitinin satışı ilə məşğul olmamış, üzərinə baxış keçirilən zaman ona qarşı heç bir zor tətbiq edilməmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş protokolları təsdiq etmir, ifadələri oxumadan imza etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittihamda özümü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. O, əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2-ci maddələri ilə məhkumluq həyatı yaşamış, bir nəçə ildir “kakos” kimi tanıdığı narkotik vasitə olan heroini damara vurmaqla ineksiya yolu ilə qəbul etməyə başlamış, təxminən bir aya yaxındır “İnstagram” sosial şəbəkəsində özünü Cəmil kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, sonra ona narkotik vasitə alüdəçisi olduğunu bildirmiş və ona münasib qiymətə narkotik vasitə olan heroin təşkil etməsini xahiş etmişdir. Cəmil adlı şəxsin təklifi ilə razılaşaraq 27 noyabr 2022-ci il tarixdə Gəncə-Bakı marşrutu üzrə işləyən taksi ilə Bakı şəhərinə gəlmişdir. Artıq 28 noyabr 2022-ci il tarixdə gecə saat 03 radələrində Bakı Beynəlxalq Avtovağzalına çatmışdır. Bakı Beynəlxalq Avtovağzalında təsadüfən Gəncə şəhərində uşaqlıqdan tanıdığı Təqsirləndirilən şəxs2la rastlaşmışdır. O, İran İslam Respublikası vətəndaşından 1 qram heroin almış və üzərində daşımışdır. Həmin heroinin bir hissəsindən İsmayılla birlikdə Bakı Beynəlxalq Avtovağzalında ayaqyolunda istifadə etmişdir. Qalığını isə həmin şüşədə saxlamışdır. Lakin çıxışda polis əməkdaşları yaxınlaşmışlar. Polis əməkdaşları ona yaxınlaşaraq ad, soyadını soruşmuşlar. Polis əməkdaşları portalda məhkumluğu olduğunu görüb onu şübhəli şəxs qismində 40-cı Polis Bölməsinə dəvət etmişlər. 40-cı Polis Bölməsində onun üzərindən ona aid olmayan Türkiyə Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi çıxmışdır. Əvvəlcə o və İsmayılın üzərini eyni otaqda yoxlamışlar. Üzərlərinə baxış zamanı onlarda narkotik vasitə aşkar olunmamışdır. Daha sonra onlar başqa otaqlara aparılmışlar və videoçəkiliş aparılmaqla üzərlərinə yenidən axtarış keçirilmişdir. Videoçəkilişlə şəxsi axtarış keçirilərkən onun müdafiəçisi olmamışdır. Belə ki, ona müdafiəçi təyin olunsa da, müdafiəçisi videoçəkilişdə iştirak etmədən sadəcə sənədlərə imza çəkmişdir. Onun tutulmamışdan qabaq üzərində sadəcə 1 qram insulin iynəsi və biziop olmuşdur. Çünki o tutulmazdan əvvəl artıq narkotik vasitəni istifadə etmişdir. Yəni o, tutulan zaman onun üzərində narkotik vasitə olmamışdır. Onda 35 qram heroin olmamışdır. Onun üzərindən çıxan qramda narkotik vasitəni İsmayıla da ittiham vermişlər. O, videoçəkiliş zamanı həmin narkotiki öz üzərinə götürmüşdür ki, İsmayılı buraxsınlar. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, istintaqda ifadə verərkən latın qrafikalı Azərbaycan əlifbasını bilmir, yalnızca kiril əlifbası ilə yazma-oxuma bildiyini demişdir. O, şifahi verdiyi ifadənin vərəqə hansı formada yazıldığını bilmədiyindən ifadəni təsdiq etmir. Şəxsi axtarış zamanı mütəxəssis və vəkil dəvət olunsa da iştirak etməmişlər. Onun üzərində heroini damarına vurduqda isifadə etməyi üçün limon duzu olmuşdur. Onun üzərində sadəcə 1 qram insulin iynəsi olmuşdur. Çünki, o, tutulmazdan əvvəl artıq narkotik vasitəni istifadə etmişdir. Yəni, o, tutulan zaman onun üzərində narkotik vasitə olmamışdır. O, narkotik vasitənin satışı ilə məşğul deyil, sadəcə şəxsi istifadəsi üçün əldə etmişdir. 40-cı Polis Bölməsində ona qarşı təzyiq və işgəncə olmamışdır. O, İsmayılla tutulmazdan əvvəl avtovağzalın sanitar qovşağında narkotik vasitədən istifadə etmişdir. Narkotok vasitəni hardan aldıqlarını bilmir. X2 üzərinə baxış keçirilmiş, könüllü olaraq hər şeyi masanın üzərinə qoymuşdur. Sonra onları ayrı-ayrı otaqlara dəvət etmişlər. Onun üzərinə baxış zamanı iki videoçəkiliş aparılmışdır. O, axşam tutulmuş, müdafiəçini isə səhər görmüşdür. Elan olunmuş cinayət işinin 69-71-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, protokolu oxumadan imza etmişdir, onda narkotik vasitə heroin olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 118-122-ci vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: … « bir nəçə ildir “kakos” kimi tanıdığı narkotik vasitə olan heroini damarına vurmaqla ineksiya yolu ilə qəbul etməyə başlamış, təxminən bir aya yaxındır “İnstagram” sosial şəbəkəsində özünü Cəmil kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, sonra ona narkotik vasitə alüdəçisi olduğunu bildirmiş və ona münasib qiymətə narkotik vasitə olan heroin təşkil etməsini xahiş etmiş, hətta imkan olsa narkotik vasitənin satışını da təşikil edə biləcəyini demiş, Cəmil adlı şəxs də onunla razılaşmış və onunla əlaqə saxlamaq üçün özünə məxsus +998- 58-20-21 mobil nömrəsini vermiş, sonra bir-biri ilə “WhatsApp” vasitəsilə əlaqə saxlamaları üçün özünə məxsus ***-***-**-** və ***-***-**-** mobil nömrələrini ona demiş, danışıq zamanı Cəmil ona heroinin bir qramını 23 manata satdığını demiş, ondan 40 qram kakos yəni heroin istəmiş və Cəmil heroini ona ancaq Bakı şəhərində verdirə biləcəyini, malın da pulunu verəcəyi bank kartına köçürməli olduğunu bildirmiş, Cəmil adlı şəxsin təklifi ilə razılaşmış, 27 noyabr 2022-ci il tarixdə Gəncə-Bakı marşrutu üzrə işləyən taksi ilə Bakı şəhərinə gəlmiş, artıq 28 noyabr 2022-ci il tarixdə gecə saat 03 radələrində Bakı Beynəlxalq Avtovağzalına çatmış, Bakı Beynəlxalq Avtovağzalında təsadüfən Gəncə şəhərindən uşaqlıqdan tanıdığı İsmayılla rastlaşmış, həmin vaxt İsmayıl özünə iş axtarmaq üçün Bakı şəhərinə gəldiyini, lakin münasib iş tapmadığından Gəncə şəhərinə qayıtdığını bildirmiş, söhbət zamanı İsmayıla Bakıda bir az işi olduğunu, onu həll edib birlikdə Gəncəyə qayıtmalarını demiş, sonra telefonunda interneti olmadığı üçün İsmayıldan bir nəfərlə əlaqə saxlaması üçün telefonunu istəmiş, həmin vaxt İsmayılın telefonu ilə “WhatsApp” proqramı vasitəsilə İran İslam Respublikası vətəndaşı olan Cəmillə əlaqə saxlamış, həmin vaxt Cəmil ona əvvəlcə heroinin pulunu köçürməsini, sonra isə heroini qoydurduğu yerin şəkilini ona göndərəcəyini bildirmiş, buna görə “Milli Ön” ödəmə terminalı vasitəsilə İsmayılın telefonunda olan “Leobank” kartına 820 manat pul köçürtmüş, ordan da həmin pulu Cəmilin göndərdiyi karta göndərmiş, pul Cəmilin kartına köçəndən sonra heroini qoyduğu yerin şəklini çəkib ona göndərmiş, həmin yer Xocasən dairəsi yaxınlığında olmuş, bundan sonra İsmayılla birlikdə taksi tutub Binəqədi rayonu Xocasən dairəsi yaxınlığında məişət tullantıları atılan yeşiklərin arxasından bir büküm heroni götürüb əynində olan göy rəngli gödəkcəsinin sol qolunun iç tərəfindən astarı cıraraq orada gizlətmiş, sonra İsmayılla birlikdə Bakı Beynəlxalq avtovağzalına gəlmiş, orada Gəncə şəhərinə gedən taksilərin birində üzərində olan qış gödəkcələrini çıxarıb arxa şüşənin qarşısına qoymuş, sonra İsmayıl telefonuna kontur yükləmək üçün gedərkən səhvən onun gödəkcəsini geyinmiş, İsmayıl gec qayıtdığı üçün onun gödəkcəsini geyinərək arxası ilə getmiş, onunla birlikdə taksiyə minmək üçün qayıdarkən yolda Post Patrul Xidməti əməkdaşları onları saxlamış, onlardan şübhələndikləri üçün şəxsiyyət vəsiqələrini istəmiş, üzərində şəxsiyyət vəsiqəsi ilə yanaşı, Türkiyə Respublikası vətəndaşı X14 Respublikasının şəxsiyyət vəsiqəsi, X10 məxsus xarici pasport, X16 aid xarici pasport, X20 ilə X3 nigah haqqında şəhadətnaməsi də olmuş, sonra polis əməkdaşları onları Binəqədi RPİ-nin 40-cı PB-nə aparmış, orada onları ayrı-ayrı otaqlara salaraq üzərlərinə axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona hüquqları izah olunmuş, dövlət hesabına hüquqlarını müdafiə etməsi üçün vəkil siyahısı təqdim edilmiş, həmin vaxt siyahıda göstərilən hər-hansı bir vəkilin hüquqlarını müdafiə etməsinə etirazı olmadığını bildirmiş, bundan sonra üzərində şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilmiş, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə çıxarıb verməsi təklif edilmiş, bu təklifdən sonra sağ əlində saxladığı qara rəngli kiçik ölçülü dəridən olan əl çantasından özünə məxsus AZE ******** seriyalı şəxsiyyət vəsiqəsini, qara rəngli «Honor» markalı mobil telefonunu, Türkiyə Respublikası vətəndaşı Şahin Hacıyevin adına verilmiş **********4 seriyalı Türkiyə Respublikasının şəxsiyyət vəsiqəsini, X10 məxsus C00599739 seriyalı xarici pasportu, X16 aid P3431929 seriyalı xarici pasportu, X20 ilə X3 439655 seriyalı nigah haqqında şəhadətnaməni, əynində olan üzərində sarı xətləri olan tünd göy rəngli idman köynəyinin sağ yan cibindən içərisində narkotik maddəyə bənzər qəhvəyi rəngli maddə olan 01 ədəd “Valerian” şüşəsini, içərisində ağ rəngli duz kristallarından ibarət maddə olan şəffaf selofana bükülmüş bir ədəd bükümü, içərisində ağ rəngli duz kristallarına bənzər maddə olan şəkər kağızına bükülmüş bükülünü çıxarıb təqdim etmiş, şifahi sorğu zamanı üç ilə yaxındır ki, “kakos” kimi tanıdığı narkotik vasitə olan heroini iynə ilə damarına vurmaqla istifadə etməsini, əl çantasında olan bir ədəd nigah haqqında şəhadətnamənin, 01 ədəd şəxsiyyət vəsiqəsinin və 02 ədəd xarici pasportun Gəncə şəhərində kirayə qaldığı evin sahibi X10 aid olmasını, bir il əvvəl Şahinin Gəncə şəhərində narkotik maddə ilə tutulduqdan sonra həbsxanadan ona evindəki sənədləri götürüb özündə saxlamasını barədə xəbər göndərməsini, üzərindən aşkar edilən şəffaf sallofandakı və şəkər kağızına bükülmüş maddələrin isə limon duzu olmasını, heroini damarına vurduqda həmin limon duzundan İstifadə etməsi üçün üzərində saxlayıb gəzdirdiyini, “Valerian” şüşəsindəki maddənin heroin olmasını, İran İslam Respublikası vətəndaşından aldığı 40 qram heroindən götürüb Bakı Beynəlxalq Avtovağzalında ayaqyolunda istifadə etməsini, qalığını isə həmin şüşədə saxlamasını, İran İslam Respublikası vətəndaşı Cəmil adlı şəxsdən aldığı 40 qram heroinin onunla bir yerdə olan Təqsirləndirilən şəxs2 üzərində olmasını, səhvən bir-birinin gödəkcələrini geyindiklərinə görə həmin 40 qarm heroinin İsmayılın üzərində qalmasını bildirmiş, sonra üzərindən aşkar edilərək götürülmüş «Valerian» şüşəsinin içərisindəki qəhvəyi rəngli narkotik maddəyə bənzər maddə, şəffaf sellofanda olan narkotik maddəyə bənzər maddə, şəkər kağızına bükülmüş narkotik maddəyə bənzər maddə, bir ədəd «Honor» markalı telefon, özünə məxsus AZE ******** seriyalı şəxsiyyət vəsiqəsi və digər sənədlər polis əməkdaşları tərəfindən götürülərək bir ədəd kağız zərfdə qablaşdırmış və üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 234 saylı möhürü ilə möhürlənmiş, sonra bu barədə protokol tərtib edilmiş və imzalarla təsdiq olunmuşdur. Daha sonra o, göstərmişdir ki, narkotik vasitənin satışı ilə məşğul olmamış, Təqsirləndirilən şəxs2 İİR-nin vətəndaşı Cəmildən heroin almasından xəbəri olmamış, heroindən mütəmadi olaraq istifadə etdiyindən, İİR vətəndaşından bir dəfəlik külli miqdarda heroin almış, üzərinə baxış keçirilən zaman ona qarşı heç bir zor tətbiq edilməmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim olunmuş imzalar onun imzasıdır, protokolları təsdiq etmir, protokolları oxumadan imza etmişdir. O, İsymayıln azad olunması üçün 40 qram narkotik vasitəni öz boynuna götürmüş və videoçəkiliş zamanı bildirmişdir ki, narkotik vasitə ona məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin PPXB-də polis setjantı vəzifəsində işləyir. 27 noyabr 2022-ci il tarixdən 28 noyabr 2022-ci il tarixə keçən gecə Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində Binəqədi RPİ-nin PPXB-nin əməkdaşı Şahid3 ilə birlikdə xidmət aparırmışlar, həmin gecə saat 03:30-da Bakı Beynəlxalq Avtovağzal Kompleksinin çıxış qapısı istiqamətində iki nəfər şəxsin onları görüb iti addımlarla uzaqlaşmaq istədiklərini müşahidə etmişlər, həmin şəxslərin davranışı şübhə yaratdığından onlara yaxınlaşıb özlərini təqdim etmişlər, onlardan şəxsiyyətlərini təsdiq edən sənəd təqdim etmələrini xahiş etmişlər, sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 əlindəki çantadan şəxsiyyət vəsiqəsini çıxardıqda orada özünə aid olmayan şəxslərə məxsus pasport və digər sənədlər olmasını görmüşdür, onların davranışları şübhə yaratdığından onların ətrafında müvafiq araşdırma aparılmasından ötrü həmin şəxsləri əraziyə uyğun olaraq Binəqədi RPİ-nin 40-cı polis bölməsinə dəvət etmişlər. Polis bölməsində onların ətrafında araşdırma aparılmasından ötrü Binəqədi RPİ-nin 40-cı polis bölməsinin rəisinin adına raport yazmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənlərində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan onların üzərində şəxsi axtarış və götürmə aparılması zərurəti yaranmış, bu səbəbdən onların bir-biri ilə əlaqəsi olmaması üçün polis bölməsində hər ikisi ayrı-ayrı xidməti otaqlara keçirilmişdir. Birinci olaraq Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasından ötrü 40-cı PB-nin təhqiqatçısı, polis mayoru Məhərrəm Muxtarovun qərarı şübhəli şəxs Təqsirləndirilən şəxs2 elan edilərək qanunvericiliyin tələblərinə uyğun olaraq ona hüquq və vəzifələrini izah etdikdən sonra onların və Binəqədi RPİ-nin 40-cı polis bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə videoçəklişdən istifadə edilməklə saat 04:30-da üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmamışdan əvvəl təhqiqatçı M.Muxtarov tərəfindən Təqsirləndirilən şəxs2 üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli gödəkçənin sol qol astarının içərisindən bir dəfəlik istifadə etmək üçün nəzərdə tutulmuş karton stəkanı, həmçinin əynində olan şalvarın cibindən bir ədəd 02 qramlıq yeni halda olan şprisi, şalvarın sol cibindən mobil telefonları çıxardaraq masanın üzərinə qoymuşdur. Ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə üzərində başqa bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində axtarış aparılmış lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 01 ədəd bir dəfəlik istifadə etmək üçün nəzərdə tutulmuş karton stəkanın içərisində olan 01 ədəd şəffaf sellofana bükülmüş maddənin narkotik vasitə heroin olduğunu bildirmiş, ondan həmin bükülünü haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi soruşulduqda həmin narkotik vasitənin tanışı Təqsirləndirilən şəxs1 məxsus olduğunu, əynində olan gödəkçəni səhvən geyindiyini, gödəkçənin sol qolunun astarının içərisində narkotik vasitə olmasından məlumatı olmadığını bildirmişdir. Onun iştirakı ilə təhqiqatçı Məhərrəm Muxtarov tərəfindən protokol tərtib edilmiş və onlar protokolu imzalamışlar. Saat 05:15-də şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasından ötrü Binəqədi RPİ-nin 40-cı PB-nin baş təhqiqatçısı, polis mayoru İlkin Əsgərovun tərtib etdiyi qərar Təqsirləndirilən şəxs1 elan edilmiş, baş təhqiqatçı İlkin Əsgərov qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 hüquq və vəzifələrini izah etmiş, sonra onun iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs1 bu barədə təhqiqatçı tərəfindən qərarla tanış edilmiş və ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı qara rəngli kiçik dəri əl çantasından özünə məxsus qara rəngli «Honor» markalı telefonu, bir neçə pasportlarını, əynində olan köynəyinin içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddə olan 01 ədəd «Valerian» şüşəsini, bir ədəd bükülünü, şəkər kağızına bükülmüş bükülünü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üç ilə yaxındır «kakos» kimi tanıdığı narkotik vasitə olan heroini iynə ilə damarına vurmaqla istifadə etməsini, əl çantasında olan bir ədəd nigah haqqında şəhadətnamə, 01 ədəd şəxsiyyət vəsiqəsi və iki ədəd xarici pasportların Gəncə şəhərində kirayə qaldığı evin sahibinə aid olmasını, ev sahibinin bir il əvvəl narkotik maddə ilə Gəncə şəhərində tutulmasını və həbsxanadan ona xəbər göndərməsinə görə evindəki sənədləri götürüb özündə saxlamasını, üzərindən aşkar edilən şəffaf salofandakı və şəkər kağızına bükülmüş maddələrin limon duzu olmasını, heroini damarına vurduqda həmin limon duzundan istifadə etmək üçün üzərində gəzdirməsini, «Valerian» şüşəsindəki maddənin isə heroin olmasını, İran İslam Respublikası vətəndaşından aldığı 40 qram heroindən götürüb Bakı Beynəlxalq Avtovağzalında ayaqyolunda istifadə edərək qalığını həmin şüşədə saxlamasını, İran İslam Respublikası vətəndaşı «Cəmil» adlı şəxsdən aldığı 40 qram heroinin isə onunla bir yerdə olan Təqsirləndirilən şəxs2 üzərində olmasını, səhvən birbirinin gödəkcələrini geyindikləri üçün həmin 40 qarm heroinin İsmayılın üzərində qalmasını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş «Valerian» şüşəsinin içərisindəki qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, şəffaf sellofanda olan narkotik vasitəyə bənzər maddə, şəkər kağızına bükülmüş narkotik vasitəyə bənzər maddə, bir ədəd «Honor» markalı telefon, pasportlar təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid4 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 noyabr 2022-ci il tarixdə Şahid2 ilə birlikdə polis bölməsində xidmətdə olmuş, həmin gecə Binəqədi RPİ-nin PPXB-nin polis nəfəri Şahid3 və Əlizadə X8 RPİ-nin 40-cı PB-nin inzibati ərazisində xidmətdə olan zaman Bakı Beynəlxalq Avtovağzal Kompleksində özlərini şübhəli apardıqları üçün sonradan adları məlum olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxınlaşmış, Təqsirləndirilən şəxs1 əlində olan əl çantasından ayrı-ayrı şəxslərə məxsus bir neçə pasportlar aşkar edildiyi üçün şübhəli şəxs qismində Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmiş, onların paltarında, əşyalarında və ya bədənlərində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan onların üzərində şəxsi axtarış və götürmə aparılması zərurəti yaranmış, buna görə həmin şəxslərin bir-biri ilə əlaqəsi olmaması üçün onları polis bölməsində ayrı-ayrı xidməti otaqlara keçirmiş, digər hərəkətlərə yol verməməsi üçün Təqsirləndirilən şəxs1 olduğu otaqda yanında oturmuşdur.,Saat 05 radələrində Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasından ötrü Binəqədi RPİ-nin 40-cı PB-nin baş təhqiqatçısı, polis mayoru İlkin Əsgərovun tərtib etdiyi qərar Təqsirləndirilən şəxs1 elan edilmiş, sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs1 özü sağ əlində saxladığı qara rəngli kiçik ölçülü dəri əl çantasından özünə və digər xarici vətəndaşlara məxsus pasport və şəxsiyət vəsiqələri, əynində olan üzərində sarı xətləri olan tünd göy rəngli idman köynəyinin sağ yan cibindən içərisində narkotik maddəyə bənzər qəhvəyi rəngli maddə olan 01 ədəd “Valerian” şüşəsini, içərisində ağ rəngli duz kristallarından ibarət maddə olan şəffaf selofana bükülmüş bir ədəd bükümü, içərisində ağ rəngli duz kristallarına bənzər maddə olan şəkər kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs1 üç ilə yaxındır “kakos” kimi tanıdığı narkotik vasitə olan heroini iynə ilə damarına vurmaqla istifadə etdiyini, əl çantasında olan bir ədəd nigah haqqında şəhadətnamə, 01 ədəd şəxsiyyət vəsiqəsi və iki ədəd xarici pasportların Gəncə şəhərində kirayə qaldığı evin sahibinə aid olmasını bildirmiş, üzərindən aşkar edilən şəffaf salofandakı və şəkər kağızına bükülmüş maddələrin isə limon duzu olmasını, heroini damarına vurduqda həmin limon duzundan istifadə etməsi üçün üzərində gəzdirdiyini, “Valerian” şüşəsindəki maddənin isə heroin olmasını, İran İslam Respublikası vətəndaşından aldığı 40 qram heroindən götürüb Bakı Beynəlxalq Avtovağzalında ayaqyolunda istifadə edib qalığını isə həmin şüşədə saxladığını, İran İslam Respublikası vətəndaşı «Cəmil» adlı şəxsdən aldığı 40 qram heroinin onunla bir yerdə olan Təqsirləndirilən şəxs2 üzərində olduğunu, səhvən bir-birinin gödəkcələrini geyindikləri üçün həmin 40 qram heroinin İsmayılın üzərində qalmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-də işləyir. 28 noyabr 2022-ci il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-də əməliyyat qrupunda xidmətdə olarkən Binəqədi Rayon PPX-nin əməkdaşları tərəfindən saxlanılmış iki nəfər şəxsin üzərinə təhqiqatçının iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. O, 28 noyabr 2022-ci il tarixdə əməliyyat qrupunda olduğu üçün əməliyyat tədbirində iştirak etmişdir. Əməliyyat tədbirindən uzun müddət keçmiş və təqsirləndirilən şəxslər Binəqədi Rayon PPX-nin əməkdaşları tərəfindən saxlanılıb gətirilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində hansı narkotik vasitə olması və digər hallar yadında qalmamışdır. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, o, əməliyyat qrupunda iştirak etmişdir. Təqsirləndirilən şəxslərin saxlanılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxslər Binəqədi Rayon PPX-nin əməkdaşları tərəfindən Bakı Beynəlxalq Avtovağzal Kompleksində saxlanılmışlar. O, həmin zaman Polis Bölməsində imiş. Onun tərəfindən və digər polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərə təzyiq olmamışdır. O, 15-20 dəqiqə müddətində əməliyyat tədbirində iştirak etmişdir. Təqsirləndirilən şəxslərə Polis Bölməsində hüquqi yardım göstərilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkətindən əvvəl müdafiəçi ilə təmin olunmuşlar. Şəxsi axtarış və götürmə zamanı müdafiəçinin iştirak edib-etməməsi yadında deyil. Səhv etmirsə,saxlanılmaları külli miqdarda narkotik vasitə olması ilə bağlı imiş. Narkotik vasitəni kimdən almalarını müəyyən etmək mümkün olmamışdır. Əvvəllər Təqsirləndirilən şəxs1 tanımamışdır. Şahid2 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan sonuncunun ibtidai istintaq dövründə verdiyi cinayət işinin 27-29-cu vərəqələrində olan ifadəsi elan edilmiş və ifadənin sonunda olan imza şahidə təqdim edilmişdir. Elan olunmuş ifadəsinə əsasən proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, imza onun imzasıdır. Protokol səsləndiriləndən sonra yadına düşmüş və protokol elan olunduqdan sonra bildirmişdir ki, 28 noyabr 2022-ci il tarixdə polis bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə bölmədə xidmətdə olmuş, həmin tarixdə saat 03:30-da Binəqədi RPİ-nin PPXB-nin polis nəfəri polis baş serjantı Şahid3 və polis nəfəri polis serjantı Əlizadə X8 RPİ-nin 40-cı PB-nin inzibati ərazisində xidmətdə olan zaman Bakı Beynəlxalq Avtovağzal Kompleksində özlərini şübhəli apardıqları üçün sonradan adları məlum olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxınlaşmışlar, hər iki şəxs portal vasitəsilə yoxlanılan zaman bir neçə dəfə məhkum olunmalarından, həmçinin Təqsirləndirilən şəxs1 əlində olan əl çantasından ayrı-ayrı şəxslərə məxsus bir neçə pasportlar aşkar edildiyi üçün şübhəli şəxs qismində Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmişlər. Onların paltarında, əşyalarında və ya bədənlərində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan onların üzərində şəxsi axtarış və götürmə aparılması zərurəti yaranmış, onların bir-biri ilə əlaqəsi olmaması üçün polis bölməsində ayrı-ayrı xidməti otaqlara keçirilmiş, birinci olaraq Təqsirləndirilən şəxs2 üzərində videoçəklişdən istifadə edilməklə şəxsi axtarış aparılmasından ötrü 40-cı PB-nin təhqiqatçısı, polis mayoru Məhərrəm Muxtarovun qərarı Təqsirləndirilən şəxs2 elan edilərək qanunvericiliyin tələblərinə uyğun olaraq ona hüquq və vəzifələri izah edildikdən sonra onun və PPXB-nin əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə saat 04:30-da üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs2 üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli gödəkçənin sol qol astarının içərisindən birdəfəlik istifadə etmək üçün nəzərdə tutulmuş karton stəkanı, həmçinin əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd 2 qramlıq təzə tibbi şiprisi, şalvarın sol yan cibindən 01 ədəd qara rəngli «İphone» markalı, 01 ədəd «Samsung Galaxy J6» markalı mobil telefonları çıxardaraq masanın üzərinə qoymuş, ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə üzərində hər hansı bir əşya olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs2 üzərində axtarış aparılmış, lakin hər hansı bir əşya aşkar edilməmiş, Təqsirləndirilən şəxs2 üstbaşını səliqəyə salması tələb edilmişdir. Sonra isə ondan üzərindən aşkar edilmiş əşyanın bir-bir adlarını deməklə təqdim etməsi təklif olunmuş, sonra Təqsirləndirilən şəxs2 01 ədəd bir dəfəlik istifadə etmək üçün nəzərdə tutulmuş karton stəkanın içərisində 01 (bir) ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroin olduğunu bildirmiş, ondan həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini soruşduqda həmin narkotik vasitənin tanışı Təqsirləndirilən şəxs1 məxsus olduğunu, əynində olan gödəkçəni səhvən geyindiyini, gödəkçənin sol qolunun astarının içərisində narkotik vasitə olmasından məlumatı olmadığını, 28 noyabr 2022-ci il tarixdə saat təxminən 03:30-da Bakı Beynəlxalq Avtovağzal kompleksində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə olduğu zaman PPXB-nin polis nəfərlərinin onlara yaxınlaşaraq saxlayıb bölməyə gətirdiklərini bildirmişdir. Sonra onların iştirakı ilə təhqiqatçı Məhərrəm Muxtarov tərəfindən protokol tərtib edilmiş, iştirakçılara oxunmuş, sübut əhəmiyyəti kəsb etdiyindən Təqsirləndirilən şəxs2 götürülmüş narkotik vasitə heroinə bənzər maddə qablaşdırılaraq götürülmüş,möhürlənmiş zərf və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra o, göstərmişdir ki, tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində və etibarlı mənbədən eldə edilmiş məlumatlardan əvvəllər məhkum olunmuş Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq üçün şəxsiyyəti İstintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Cəmil» adlı şəxslə əlbir olub cinayət əlaqəsinə girərək sonuncudan aldıqları külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etmələri müəyyən edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin PPXB-nin polis nəfərləri Şahid3 və Şahid4 28 noyabr 2022ci il tarixli raportundan görünür ki, 40-cı PB-nin inzibati ərazisində xidmətdə olarkən 28 noyabr 2022-ci il tarixdə təxminin saat 03:30 radələrində 2 nəfər şəxsin hərəkərləri şübhə doğurduğundan həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərək, adlarını soruşmuşlar, həmin şəxslər özlərini şübhəli apardıqlarından, həmçinin, portalda dəfələrlə məhkum olunmalarını gördükdə həmin şəxsləri Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişlər. Cinayət işinin 25-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs2 28 noyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış və götürmə aparılmasına eiraz etməmişdir. Cinayət işinin 27-29-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən dövriyyəsi qadağan edilmiş, narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli gödəkçənin sol qol astarının içərisindən birdəfəlik istifadə etmək üçün nəzərdə tutulmuş karton stəkanı, həmçinin əynində olan qara rangli cins şalvarın sağ yan cibindən bir ədəd 2 qramlıq yeni halda olan şprisi, şalvarın sol yan cibindən 1 ədəd qara rəngli “İphone” və 1 ədəd “Samsung Galaxy J6” modelli mobil telefonları çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində axtarış aparılmağa başlanılmış, lakin, hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə vətəndaş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş əşyanın bir-bir adlarını deməklə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 1 ədəd birdəfəlik istifadə etmək üçün nəzərdə tutulmuş karton stəkanın içərisində olan 1 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə hesab edilan heroin olduğunu bildirmiş, ondan həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə gəzdirdiyini sual etdikdə həmin narkotik vasitənin tanışı Təqsirləndirilən şəxs1 Firaddin oğluna məxsus olduğunu, əynində olan gödəkçəni səhvən geyindiyini, gödəkçənin sol qolunun astarının içərisində narkotik vasitə olmasından məlumatı olmadığını bildirmişdir. Aşkar edilmiş büküm, şpris və mobil telefonlar qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı «Panasonic» markalı videoaparat vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 42-44-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 noyabr 2022-ci il tarixli, 6/6782 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün N243” dairəvi möhür əksi, vətəndaş Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş.... yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə çəkisi 35,487 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir və 1(bir) ədəd 1 ml-lik şprisin içərisində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in İ siyahısına daxildir. Cinayət işinin 67-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs1 28 noyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu müadifəçinin iştirakı olmadan üzərinə baxış keçirilməsinə heç bir etiraz etməmişdir. Cinayət işinin 69-71-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən dövriyyəsi qadağan edilmiş, narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı qara rəngli kiçik dəri əl çantasından özünə məxsus AZE ******** seriyalı şəxsiyyət vəsiqəsini, qara rəngli Honor markalı telefonu, Türkiyə Respublikası vətəndaşı Şahin Hacıyevin adına verilmiş **********4 seriyalı Türkiyə Respublikası şəxsiyyət vəsiqəsini, X10 məxsus C00599739 seriyalı xarici pasportu, X17 aid P3431929 seriyalı xarici pasportu, X20 ilə X15 qizinin 439655 seriyali nigah haqqında şəhadətnaməsini, əynində olan üzərində sarı xətləri olan tünd göy rəngli idman köynəyinin sağ yan cibindən içərisində narkotik maddəyə bənzər qəhvəyi rəngli maddə olan 1 ədəd Valerian şüşəsini, içərisində ağ rəngli duz kristallarından ibarət maddə olan şeffaf selofana bükülmüş bir ədəd bükümü, içərisində ağ rəngli duz kristallarına bənzər maddə olan şəkər kağızına bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 3 ilə yaxındır ki, el arasında “kakos” kimi tanınan narkotik vasitə hesab edilən heroini iynə ilə damara vurmaqla istifadə edir. Əl çantasında olan bir ədəd nigah haqqında şəhadətnamə, 1 ədəd şəxsiyyət vəsiqəsi və iki ədəd xarici pasportlar Gəncə şəhərində kirayədə qaldığı evin sahibi X10 aiddir. Bir il əvvəl Şahin narkotik maddə ilə Gəncə şəhərində tutulduqdan sonra həbsxanadan ona xəbər göndərmişdir ki, evindəki sənədləri götürüb özündə saxlasın ki, itməsin. O da bu məqsədlə həmin sənədləri özündə saxlamışdır. Üzərindən aşkar edilən şəffaf sellofandakı və şəkər kağızına bükülmüş maddələr isə limon duzudur. Heroini damarına vuranda həmin limon duzundan istifadə etmək üçün üzərində gəzdirmişdir. "Valerian” şüşəsindəki isə heroindir. İran İslam Respublikası vətəndaşından aldığı 40 qram heroindən götürüb Bakı Beynəlxalq Avtovağzalında ayaqyolunda istifadə edib qalığını isə həmin şüşədə saxlammışdır. İran İslam Respublikası vətəndaşı Cəmil adlı şəxsdən aldığı 40 qram heroin isə onunla bir yerdə olan Təqsirləndirilən şəxs2 üzərindədir, səhvən gödəkcələri səhv geyindikləri üçün həmin 40 qram heroin İsmayılın üzərində qalmışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş valerian şüşəsinin içərisindəki qəhvəyi rəngli narkotik maddəyə bənzər maddə, şəffaf sellofanda olan narkotik maddəyə bənzər maddə, şəkər kağızına bükülmüş narkotik maddəyə bənzər maddə, bir ədəd Honor markalı telefon, özünə məxsus AZE ******** seriyalı şəxsiyyət vəsiqəsi, Türkiyə Respublikası vətəndaşı Şahin Hacıyevin adına verilmiş **********4 seriyalı Türkiyə Respublikası şəxsiyyət vəsiqəsini, X10 məxsus C00599739 seriyalı xarici pasportu, X16 aid P3431929 seriyalı xarici pasportu, X20 ilə X3 439655 seriyalı nigah haqqında şəhadətnaməsi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı «Panasonic» markalı videoaparat vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 85-86-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 noyabr 2022-ci il tarixli, 6/6781 saylı ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün N243" dairəvi möhür əksi və imzalar olan zərfdə üzərində "Valeriani ekstrat" yazısı olan şüşə flakondakı 3 ədəd qəhvəyi rəngli pambıq qalıqlarının üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin təmiz çəkisini müəyyən etmək mümükün deyildir. Həmin zərfdə olan üzərində “şəkər” yazısı olan kağız bükümdə təmiz çəkisi 0,667 qram şəffaf kristalların və 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,766 qram rəngli xırda kristallardan ibarət maddənin tərkibində narkotik vasitələrin, psixotrop va güclü təsir edən maddələrin komponentləri yoxdur və həmin kütlələr narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in İ siyahısına daxildir. Cinayət işinin 227-228-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 yanvar 2023-cü il tarixli videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videogörüntünü özündə əks etdirən CD diskə baxış keçirilmiş, baxış zamanı sonuncuya üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı qara rəngli kiçik ölçülü dəri materialdan olan əl çantasından özünə məxsus şəxsiyyət vəsiqəsini, qara rangli «Honor» markalı mobil telefonu, Şahin Hacıyevin adına olan Türkiyə Respublikasının şəxsiyyət vəsiqəsini, X10 məxsus seriyalı xarici pasportu, X16 aid xarici pasportu, X20 ilə X3 nigah haqqında şəhadətnaməsini, əynində olan üzərində sarı xətlər olan tünd göy rəngli idman köynəyinin sağ yan cibindən içərisində narkotik maddəyə bənzər qəhvəyi rəngli maddə olan 01 ədəd “Valerian" şüşəsini, içərisində ağ rəngli duz kristallarından ibarət maddə olan şəffaf sellofona bükülmüş bir ədəd bükümü, içərisində ağ rəngli duz kristallarına bənzər maddə olan şəkər kağızına bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoyur. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üç ilə yaxındır el arasında “kakos” kimi tanınan narkotik vasitə hesab edilen heroindən damarına iynə ilə vurmaqla istifadə etməsini, əl çantasında olan sənədlərin Gəncə şəhərində kirayə yaşadığı evin sahibi X10 məxsus olmasını, bir il əvvəl Şahinin narkotik maddə ilə Gəncə şəhərində tutulduqdan sonra ona həbsxanadan xəbər göndərdiyinə görə həmin sənədləri evindən götürüb üzərində saxladığını, şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş şəffaf sellofondakı və şəkər kağızına bükülmüş maddələrin limon duzu olmasını, heroini damarına vurduqdan sonra limon duzundan istifadə etmək üçün üzərində saxlayıb gəzdirməsini, "Valerian" şüşəsindəki maddənin isə heroin olmasını, həmin heroini İran İslam Respublikası vətəndaşından aldığı 40 qramdan götürüb Bakı Beynəlxalq Avtovağzalında ayaqyolunda istifadə etməsini və qalığını həmin şüşədə saxlamasını, İİR vətəndaşı olan «Cəmil» adlı şəxsdən aldığı 40 qram heroinin onunla bir yerdə olan Təqsirləndirilən şəxs2 üzərində olduğunu, gödəkcələri səhv geyindikleri üçün həmin 40 qram heroinin İsmayılın üzərində qaldığını bildirmişdir. Aşkar edilərək götürülmüş «Valerian» şüşəsinin içərisindəki qəhvəyi rəngli narkotik maddəyə bənzər maddə, şəffaf sellofanda olan narkotik maddəyə bənzər maddə, şəkər kağızına bükülmüş narkotik maddəyə bənzər maddə, bir ədəd «Honor» markalı mobil telefon aparatı, sənədlər götürülərək qablaşdırılmışdır. Məhkəmə iclasında 10 yanvar 2023-cü il tarixli Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videogörüntünü özündə əks etdirən CD diskə baxış keçirilmiş, baxış zamanı sonuncuya üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli gödəkcənin sol qol astarının içərisindən birdəfəlik istifadə etmək üçün nəzərdə tutulmuş karton stəkanı, həmçinin əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd 2 qramlıq yeni halda olan şprisi, şalvarın sol yan cibindən 01 ədəd qara rəngli "İphone" ve 01 ədəd "Samsung Galaxy J6" markalı mobil telefonları çıxararaq masanın üzərinə qoyur və üzərində başqa bir əşya olmadığını bildirmişdir. Bundan sonra sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd birdəfəlik istifadə etmək üçün nəzərdə tutulmuş karton stəkanın içərisində olan 01 ədəd şəffaf sellofana bükülmüş maddənin narkotik vasitə hesab edilən heroin olmasını, həmin heroinin tanışı Təqsirləndirilən şəxs1 məxsus olduğunu, əynində olan gödəkcəni səhvən geyindiyini, gödəkcənin sol qolunun astarının içərisində narkotik vasitə olmasından məlumatı olmadığını, xx.xx.2022-ci il tarixdə saat 03:30-da Bakı Beynəlxalq Avtovağzalında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə olduğu zaman PPXB-nin polisləri tərəfindən saxlanılaraq bölməyə gətirilməsini bildimişdir. Aşkar olunaraq götürülmüş 01 ədəd birdəfəlik istifadə etmək üçün nəzərdə tutulmuş karton stəkanın içərisində olan 01 ədəd şəffaf sellofana bükülmüş maddə götürülərək kağız zərfə qoyularaq qablaşdırılmışdır. Cinayət işinin 230-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 yanvar 2023-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus «İphone» markalı mobil elefona keçirilmiş baxış zamanı iş üçün sübut əhəmiyyəti kəsb edəcək hər hansı bir məlumatın olmaması müəyyən edilmişdir. Cinayət işinin 231-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 yanvar 2023-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan şalvarın sol yan cibindən götürülmüş 01 ədəd qara rəngli "Samsung Galaxy J6" markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyəti kəsb edəcək hər hansı bir məlumatın olmaması müəyyən edilmişdir. Cinayət işinin 232-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 yanvar 2023-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd «Honor» markalı mobil elefona keçirilmiş baxış zamanı iş üçün sübut əhəmiyyəti kəsb edəcək hər hansı bir məlumatın olmaması müəyyən edilmişdir. Cinayət işinin 233-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 40-cı Polis Bölməsindən daxil olmuş 26 yanvar 2023-cü il tarixli, 064- 10397-1223 №-li məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı və etibarlı mənbədən əldə edilmiş məlumatlara əsasən əvvəllər məhkum olunmuş Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq üçün şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Cəmil» adlı şəxslə əlbir olub cinayət əlaqəsinə girərək sonuncudan aldıqları külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə olan heroini satmış İran İslam Respublikası vətəndaşı olan «Cəmil» adlı şəxsi müəyyən edib istintaqa təqdim etmək mümkün olmamışdır. Cinayət işinin 237-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 fevral 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan göünür ki, 12 ədəd fayllarda Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı və ***-***-**-** saylı «Bakcell» operator nömrələrinə, eləcə də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***- **-** saylı və ***-***-**-** saylı «Bakcell» operator nömrələrinə daxil olan və çıxan sms və zəng məlumatlarına keçirilmiş baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 273-275-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Həsənbəy Şərifovun 13 mart 2023-cü il tarixli cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işindən İİR vətəndaşı olan “Cəmil” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün ********* nömrəli ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, onda 35,487 qram narkotik vasitə heroin olmadığını, tutulmamışdan qabaq sadəcə 1 qram heroin olduğunu və onu istifadə etdiyini, polis bölməsində ona təzyiq göstərildiyi üçün fərqli ifadə verdiyini bildirmiş, digər Təqsirləndirilən şəxs1 isə ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, onda 35 qram heroin olmadığını, ona təzyiq göstərilmədiyini, tanışı Təqsirləndirilən şəxs2 tutulmaması üçün heroinin ona məxsus olmasını dediyini bildirmişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən tam fərqli, bir-birinə zidd ifadələr verib onlara elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştiraklarını inkar etmələrini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onların məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onların məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 35,487 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından 236,58 dəfə çox olmuşdur ki, qeyd olunan hal da onların narkotik maddəni məhz satış məqsədi ilə əldə etdiyinə dəlalət edən hallardan biridir. Həmçinin, məhkəməyədək istintaq zamanı Təqsirləndirilən şəxs1 aşkar edilmiş 35,487 qram narkotik vasitənin ona məxsus olduğunu, Təqsirləndirilən şəxs2 ona məxsus gödəkçəni geyindiyi üçün narkotik vasitənin ondan aşkar olunduğunu bildirmiş, digər təqsirləndirilən şəxs İsmyıl Məmmədov da verdiyi ifadələrində bu məqamı təsdiqləmişdir. Lakin, məhkəmə iclasında hər iki təqsirləndirilən şəxs həmin ifadələrinə zidd, tamamilə fərqli ifadələr vermişlər. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istintaq dövrünə qədər, uşaqlıqdan bir-birilərini tanıdıqlarından törətdikləri cinayət əməllərinin ağırlığını, ictimai təhlükəliliyini və məsuliyyətini dərk edərək, bir-birilərini müdafiə etmək, məsuliyyətlərini yüngülləşdirmək üçün istintaq və məhkəmə dövründə bir-birindən fərqli, ziddiyyətli ifadələr vermişlər. Həmçinin, istintaq dövründə verilmiş müvafiq ekspertiza rəylərindən göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər ikisi narkomaniya xəstəliyindən əziyyət çəkirlər. Məhkəmə iclasında dindirilən zaman Təqsirləndirilən şəxs2 tutulan zaman polis bölməsində təzyiqlərə məruz qaldığı üçün narkotik vasitənin ona aid olmasını etiraf etdiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası DİN-nin Binəqədi RPİ-nin 40-cı PB-nin polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıbqalmamasını müəyyən etməkdən ötrü cinayət işi üzrə müvafiq qərar çıxarılaraq icra olunması üçün Bakı şəhəri, Binəqədi rayon prokurorluğuna göndərilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Prokurorluğundan 28 aprel 2023-cü il tarixli, 723xid-23 nömrəli məktubla daxil olmuş, Binəqədi rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Vəli-zadə Əlövsət Qədim oğlunun 02 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Binəqədi RPİ-nin 40-cı PB-nin polis əməkdaşları tərəfindən döyülərək, işgəncəyə məruz qalması barədə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə tövsif olunmuş, onlar, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən onların törətmiş olduqları cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 179-181-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 17 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 29 yanvar 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 24 sentyabr 2010-cu ildə cəzasının sonu ilə azad edilmiş; Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 06 iyun 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 01 avqust 2015-ci ildə cəzasının sonu ilə azad olunmuş; cinayət işinin 182-195-ci vərəqələrində olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 7(003)-1409/2022 nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs2 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş 06 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 il 07 ay 16 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və cinayətlərin təhlükəli residivini yaradır. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti şərti olaraq vaxtından əvvəl azad edildiyi müddətdə törətdiyindən, onun Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 06 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 (bir) il 07 (yeddi) ay 16 (on altı) gün müddəti Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə müvafiq olaraq hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilərək ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" qərarında göstərilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmçinin, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə görə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz Cinayət işinin 245-246-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 fevral 2023-cü il tarixli 654 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 248-249-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 27 fevral 2023-cü il tarixli 537 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamtələri aşkar olunmur. Təqsirləndirilən şəxs2 xasiyyətin psixiopatik cizgiləri müəyyən olunur. Təqsirləndirilən şəxs2 hazırda iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqaməlumat vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. X4 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin təhlükəli residivini Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Cinayətin yenidən törədilməsinin daha təhlükəli növü kimi residiv çıxış edir. Cinayət işinin 196-197-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 17 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 29 yanvar 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09 noyabr 2009-cu ildə Suraxanı Rayon Məhkəməsinin 20 oktyabr 2009-cu il tarixli qərarı ilə 11 ay vaxtından əvvəl şərti azad olunmuş; cinayət işinin 198-214-cü vərəqələrində olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 03 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 06 dekabr 2021-ci ildə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrumetməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəznaı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə residiv nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 əməlləri cinayətin residivini yaratmır. Cinayət işinin 243-244-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 fevral 2023-cü il tarixli 653 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 251-253-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 06 mart 2023-cü il tarixli 639 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməllərini törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədən anda öz hərəkətlərini ölçüb-biçmək və cinayətləri törədən anda düzgün qavrayıb təsvir edə bilmək imkanı olmuşdur. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəlik aşkar edilmir, o ifadə vermək qabiliyyəti və baş verənləri düzgün qavrayıb təsvir edə bilmə imkanına malikdir. Təqsirləndirilən şəxs1 anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onların barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 28 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət 16-cı vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 28 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 129-133-cü vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 4(001)-1345/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 28 noyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 28 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 58-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 28 noyabr 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 140-145-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 4(001)-1344/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 28 noyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə ekspertiza xərci olan 228 (iki yüz iyirmi səkkiz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsinin Növbətçi Hisəssində saxlanılan təqsirləndirilən şəxslər X7 və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş bir dəfəlik istifadə üçün nəzərdə tutulan karton stəkan, bir ədəd 2 qramlıq istifadə olunmamış tibbi şpris, ağ rəngli duz kristallarından ibarət limon duzu, üzərində heroin izləri olan bir ədəd "valeriani ekstrat" şüşə flakondakı 3 (üç) ədəd qəhvəyi rəngli pambıq qalıqları məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, «Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i:

1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 06 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 (bir) il 07 (yeddi) ay 16 (on altı) gün müddəti hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 28 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. 2.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 28 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsinin Növbətçi Hisəssində saxlanılan təqsirləndirilən şəxslər X7 və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş bir dəfəlik istifadə üçün nəzərdə tutulan karton stəkan, bir ədəd 2 qramlıq istifadə olunmamış tibbi şpris, ağ rəngli duz kristallarından ibarət limon duzu, üzərində heroin izləri olan bir ədəd "valeriani ekstrat" şüşə flakondakı 3 (üç) ədəd qəhvəyi rəngli pambıq qalıqları məhv edilsin. İş üzrə ekspertiza xərci olan 228 (iki yüz iyirmi səkkiz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə

Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar