Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1142/2022 20.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxx 1995-ci ildə Lənkəran rayonu, Port-İliç şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvllər məhkum olunmuş, Lənkəran rayonu, Liman şəhəri, R.Rza küçəsi, ev 127 də qeydiyyatda olan və ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğu 11 noyabr 2021-ci il tarixdə saat 16 radələrində ictimai yer olan ünvan 2 ünvanın yaxınlığında tanışı Zərərçəkmiş şəxs ondan 100 manat borcunu tələb etməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan mübahisə edərək, özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək qərəzli hərəkətlər edib, orada olan digər şəxslərin narahatçılığına səbəb olmaqla şəxslərin gözü önündə Zərərçəkmiş şəxs zor tətbiq edərək üzərində olan məişət təyinatlı mətbəx bıçağını silah qismində istifadə edərək, həmin bıçaqla Zərərçəkmiş şəxs bədən nahiyələrindən qəsdən vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası və sol budun aşağı 1\3-nin bayır səthinin deşilmiş –kəsilmiş yarasından ibarət xəsarətlər yetirərək xuliqanlıq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda təmiz çəkisi 2.613 qram narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla, daşımış və həmin tarixdə saat 15:10 radələrində Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirməsi faktı ilə əlaqədar keçirilən əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanda yerləşən evin qarşısında şübhəli şəxs qismində saxlanılıb, Bakı şəhəri,Nizami rayonu, Qara Qarayev prospekti 81 B ünvanda yerləşən Nizmai RPİ-nin 24-cü PŞ-nin inzibati binasına gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əyində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 2.613 qram külli miqdarda maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda qeydiyyatdadır, lakin ünvan 5da ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs 8-ci kilometr qəsəbəsində Əli adlı dostunun vasitəsi ilə tanımışdır. O, Zərərçəkmiş şəxs borca 100 manat almış və müəyyən müddətə qaytaracağına söz vermişdir. Lakin həmin müddət bitmədən, 11 noyabr 2021-ci il tarixdə saat 16 radələrində Adil ona zəng edib görüşmək istədiyini bildirmiş və o, onunla yaşadığı evin yanında görüşmüşdür. Adil kobud şəkildə pulunu geri istəmiş, o isə hal-hazırda pulunun olmadığını, lakin razılaşdığı müddət bitənədək pulunu qaytaracağını bildirmişdir. Bu zaman Adil əlini onun şalvarının cibinə salaraq mobil telefonunu çıxarmışdır. Bu zaman Adilin yanında biri rus olmaqla 2 nəfər şəxs olmuşdur. Lakin onlar onunla Adilin söhbətinə müdaxilə etməmişlər. Adilin özbaşına onun cibindən telefonunu çıxarması onu qəzəbləndirmiş və o, iti addımlarla evinə gedərək mətbəxdən adi mətbəx bıçağı götürüb belinə qoyaraq həmin yerə qayıtmışdır. Görmüşdür ki, Adil yanındakı şəxslərlə birlikdə avtobus dayanacağına çatmışdır. O da onların arxasınca dayanacağa çataraq Adildən telefonunu geri istəmişdir. Adil telefonu vermədikdə nömrə kartını verməsini tələb etmişdir. Adil kartı vermədikdən sonra isə belindəki bıçağı çıxararaq Adilin ayağından və sinəsindən vurub oradan uzaqlaşmışdır. Növbəti gün, yəni xx.xx.2021-ci il tarixdə saat 15 radələrində yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onun üzərində heç bir narkotik vasitə olmamışdır. Düzdür, o, heroin istifadə edir, lakin tutulan zaman üzərində heç bir narkotik vasitə olmamış, özü də ayıq olmuşdur. Bununla belə, Adilə xəsarət yetirdiyi bıçaq üzərində olmuş, onu da polislərə təqdim etmişdir. Polis idarəsində cibinə narkotik vasitə qoyaraq bildirmişlər ki, onu istifadəçisi kimi məsuliyyətə cəlb edəcəklər. O da razılaşaraq videoçəkilişlə aparılan baxışda həmin narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Həmin ifadəsi həqiqətə uyğun deyil, bu gün məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğundur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-in 24-cü PŞ-nin sahə müvəkkili polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xidməti ərazisində kirayəşin kimi yaşayan sakin kimi tanımışdır. Qeyd etmək istəyir ki, Peymanı narkotik istifadəçisi kimi tanımış, hətta Peymanın anası da bu məsələ ilə bağlı oğluna təsir etməyi ondan xahiş etmişdir. Peymanın tutulduğu tarixdən təxminən bir ay əvvəl X5 əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs bölməyə narkotik sərxoşluğu vəziyyətində gətirilmiş, onu narkoloji müayinəyə göndərmişlər, qanından analiz götürməklə narkotik aşkar etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs məcburi müalicəyə göndərmişlər. Lakin Təqsirləndirilən şəxs müalicədən yayınmışdır. Təqsirləndirilən şəxs bir şəxsi bıçaqladığına görə onun saxlanılıb müstəntiqə təhvil verilməsində iştirak etmişdir. Peymanı yaşadığı ünvan 1 ünvanda saxlamışlar. Həmçinin cinayət aləti olan bıçağı da Peyman təhvil vermişdir. Onun arxasınca narkotik vasitələrin dövriyyəsi ilə bağlı getməmişlər. Peymanı istintaqa təqdim etdikdə üzərinə baxış keçirilən zaman o özü gödəkçəsinin sağ yan cibindən içərisində tünd qəhvəyi rəngli maddə olan bir ədəd sellofan bükümü təqdim edərək həmin bükümün içərisində “Kokos” olduğunu bildirmişdir. Bu təqdim etmə Təqsirləndirilən şəxs tərəfindən tam sərbəst və könüllü olmuşdur. Hal-hazırda Peymanın məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun deyil, heç kəs onun üzərinə narkotik vasitə qoymamışdır. Peyman narkotik istifadəçisidir, bunu özü də, anası da yaxşı bilir. Hətta o, Peymanı müalicə etdirmək istəmiş, lakin Peyman özü müalicədən yayınmışdır. O, şəxsən Peymanın üzərinə baxışda iştirak etmiş və təsdiq edir ki, Peymanın özü narkotik vasitəni təqdim etmişdir. Hətta Peymanın telefonuna müstəntiq baxış keçirən zaman həmin telefonda Peymanın digər şəxslərlə narkotik vasitələrin alqı-satqısı ilə bağlı çox saylı SMS-lər aşkar olunmuşdur. Peymanın başqa şəxsə xəsarət yetirməsi ilə bağlı onu bilir ki, Peyman kiminləsə mübahisə edərək dalaşmış və ona bıçaqla xəsarət yetirmişdir. Peymanı saxlayan zaman həmin bıçaq şalvarındakı kəmərin altında idi. Şahid2 ifadəsi ilə əlaqədar olaraq əlavə ifadə vermiş Təqsirləndirilən şəxs ifadə verərək göstərmişdir ki, o, özünü yalnız CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilir, CM-nin 234.4.3-cü maddəsi ilə isə özünü təqsirli bilmir. Narkotik vasitə ona məxsus olmamış, telefondakı SMS-ləri o yazmamışdır. Ona təzyiq göstərilmiş, Taleh adlı polis əməkdaşı barmaqlarını qapının arasına qoymuşdur. Bundan sonra xatırlamadığı şəxs ona bir büküm verib demişdir ki, üzərinə baxış zamanı həmin bükümü təqdim etsin, buna görə ona güzəşt olunacaq, o yalnız CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacaqdır. Ona aydındır ki, onun CM-nin 221.3-cü maddəsi ilə törətdiyi əməl və cinayət aləti açıq-aşkar idi. Onun əlavə olaraq narkotik vasitələrin dövriyyəsi ilə məsuliyyətə cəlb olunmasını o da anlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs vasitəsi ilə tanımışdır. Belə ki, 11 noyabr 2021-ci il tarixdə Adil ona zəng edərək demişdir ki, Peymana tezliklə qaytarmaq şərti ilə 100 manat borc pul vermiş, lakin Peyman pulu qaytarmır. Həmin pulu geri almaq məqsədi ilə Adil Peymana görüş təyin etmişdir. Adil ondan və digər tanışı Denisdən onunla birlikdə Təqsirləndirilən şəxsla görüşə getməyi təklif etmişdir. Hiss olunurdu ki, Adil Peymandan çəkinirdi. Bundan sonra üçü birlikdə “Azərsu” tikinti xəstəxanasının yanına Peymanla görüşə getmişlər. Orada evlərin birinin qarşısında Adil Peymanla görüşmüş, Peymandan 100 manat pulunu geri istəmiş, Peyman pulu olmadığı üçün Adil Peymandan telefonunu istəmiş, sonuncu da özünə məxsus “Samsung” markalı mobil telefonu heç bir etiraz etmədən Adilə vermiş və bildirmişdir ki, “əgər pulu olmadığına inanmırsansa telefonum səndə qalsın”. Sonra onlar Peymanın təklifi əsasında onun yaşadığı evin yanına getmişlər ki, Peyman evindən pul götürüb gətirəcək əvəzində öz telefonunu geri alacaqdır. Peyman evinə gedib birazdan geri qayıtmış , lakin Adilə pul verməmiş, Adildə Peymana telefonu qaytarmamışdır. Belə olan halda Peyman telefonun üzərində olan nömrəni istəmişdir. Adil də mobil nömrəni çıxardıb Peymana vermişdir. Onlar dördü də piyada avtobus dayanacağının yanına çatmış, Adil avtobusa minmək istədikdə Peyman mətbəx bıçağına bənzər bıçağı çıxardıb bir dəfə Adilin sol bud nahiyəsindən, sonra isə ikinci dəfə döş nahiyəsindən vurub bıçaq əlində qaçaraq oradan uzaqlaşmışdır. O, Denislə birlikdə Adili taksiyə əyləşdirib evinə aparmış, orada təcili tibbi yardım çağırmış və Adil həkimlər tərəfindən xəstəxanaya aparılmışdır.Səhv etmirsə elə həmin gün Təqsirləndirilən şəxs yaşadığı evə getmişdir ki, Peymana bildirsin ki, Adilin müalicəsi üçün maddi yardım lazımdır, lakin evin yanına çatdıqda görmüşdür ki, polislər Peymanı saxlayıb özləri ilə aparırlar. Polisə o da getmişdir. Orada Peyman ayrı xidməti otağda törətdiyi əməl ilə bağlı sorğu-sual edilmiş, lakin o həmin otaqda olmadığı üçün nə baş verdiyini bilməmişdir. Bu iş üzrə müstəntiq tərəfindən şahid qismində dindirilmiş, hal-hazırda CM-nın 228-ci maddəsi ilə, qanunsuz odlu silah olan tapança gəzdirdiyinə görə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəzanı çəkir. Zərərçəkmiş Zərərçəkmiş şəxs yerini bilmir. Denisin tutulmasını bilsədə səbəbini bilmir Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-in 24-cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvvəkili Şahid1 ifadəsində göstərmişdir ki, 11 noyabr 2021-ci il tarixdə saat 19:30 dəqiqədə Sabunçu rayonu ərazisində yerləşən şəhər 3 saylı klinik xəstəxanasında həkim Zərbəliyeva məlumat verərək bildirmişdir ki, xx.xx.1985-ci il təvvəlüdlü Qusar rayonu, Şahid1 küçəsi ev 45 ünavnında qeydiyyatda olan Zərərçəkmiş şəxs “Azərsu tikinti” xəstəxanasının yanında döş qəfəsi və sol bud nahiyəsinin bıçaq xəsarətləri ilə müraciət etmişdir. Xəstəxanaya yollanaraq Zərərçəkmiş şəxs ilkin izahat alaraq müəyyən etmişlər ki, o tanışı Təqsirləndirilən şəxs tərəfindən 11 noyabr 2021-ci il tarixdə ünvan 6 ünvanında aralarında yaranmış mübahisə zamanı sonuncu üzərində gəzdirdiyi bıçaqla döş qəfəsinə və sol bud nahiyəsinə qəsdən vuraraq ona bədən xəsarətləri yetirmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs ünvan 7 ünvanında kirayə yaşadığı evin qarşısında saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən bir ədəd dəstəyi taxtadan olan bıçaq götürülmüş və sonuncu Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurmasının səbəbini izah edərək bildirmişdir ki, onların aralarında pulla bağlı mübahisə olmuşdur. Bundan sonra 24-cü PŞ-nin təhqiqatçısı polis kapitanı Fərid Həmzəyev tərəfindən video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs təqdim etdiyi bıçaq götürülmüş, sonuncunun üzərinə baxış keçirildikdə isə şalvarının sağ yan cibindən bir ədəd mobil telefon, gödəkçəsinin sağ yan cibindən isə bir ədəd sellofan büküm aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümdəki “kokos”, yəni heroindir. Bu bükümü şəxsi istifadəsi üçün 20 manata Gənclik metrostansiyasının yaxınlığında bir şəxsdən almışdır.Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı heç bir fiziki zor tətbiq edilməmiş, cibinə narkotik vasitə qoyulmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Şahid4 tanıyır. Belə ki, Novruz ona 11 noyabr 2021-ci il tarixdə bildirmişdir ki, tanışı Zərərçəkmiş şəxs Peyman adlı birisi 100 manat borcludur, lakin borcunu qaytarmır. Təklif etmişdir ki, o onunla və Adillə birlikdə Peymanla görüşə gedərək pulu tələb etsinlər. Bundan sonra üçü birlikdə “Azərsu” tikinti xəstəxanasının yanına Peymanla görüşə getmişlər. Orada evlərin birinin qarşısında Adil Peymanla görüşmüş, Peymandan 100 manat pulunu geri istəmiş, Peyman pulu olmadığı üçün Adil Peymandan telefonunu istəmiş, sonuncu da özünə məxsus “Samsung” markalı mobil telefonu heç bir etiraz etmədən Adilə vermiş və bildirmişdir ki, “əgər pulu olmadığına inanmırsansa telefonum səndə qalsın”. Sonra onlar Peymanın təklifi əsasında onun yaşadığı evin yanına getmişlər ki, Peyman evindən pul götürüb gətirəcək, əvəzində öz telefonunu geri alacaqdır. Peyman evinə gedib birazdan geri qayıtmış , lakin Adilə pul verməmiş, Adildə Peymana telefonu qaytarmamışdır. Belə olan halda Peyman telefonun üzərində olan nömrəni istəmişdir. Adil də mobil nömrəni çıxardıb Peymana vermişdir. Onlar dördü də piyada avtobus dayanacağının yanına çatmış, Adil avtobusa minmək istədikdə Peyman gözlənilmədən mətbəx bıçağına bənzər bıçağı çıxardıb bir dəfə Adilin sol bud nahiyəsindən, sonra isə ikinci dəfə döş nahiyəsindən vurub bıçaq əlində qaçaraq oradan uzaqlaşmışdır. O, Novruzla birlikdə Adili taksiyə əyləşdirib evinə aparmış, orada təcili tibbi yardım çağırmış və Adil həkimlər tərəfindən xəstəxanaya aparılmışdır.O hal-hazırda istintaq təcridxanasındadır, narkotik vasitələrin dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, Şahid5, Şahid4 onun tanışlarıdır. Onların heç biri ilə düşmənçiliyi və ədavəti olmamışdır. Peymanın ona 100 manat pul borcu olmuş, lakin Peyman vəd etdiyi vaxtda pulunu qaytarmamışdır. Peymandan borcunu almaq məqsədi ilə 11 noyabr 2021-ci il tarixdə tanışları Novruz və Denislə görüşərək ünvan 7 ünvana gedərək orada Peymanla görüşmüşlər. Peymanla söhbət edərək piyada “Azərsu tikinti” xəstəxanası istiqamətində hərəkət etmişlər. Peyman xəstəxananı keçdikdən sonra “Medical Paza” klinikası istiqamətində yolun sağ tərəfində yerləşən göy rəngli darvazalı evə daxil olan zaman Peymana vermiş olduğu 100 manat borcunu geri verməsini xahiş etmişdir. Lakin Peyman 100 manat borcunu verməmişdir. Peyman “Samsung” markalı telefonunu verib pulunu verənədək saxlamağını bildirmiş və üzərində olan nömrəni çıxarmağını istəmişdir. Lakin, o oradan uzaqlaşmış və arxasınca gələn Peyman əynində olan gödəkçəsinin altından bıçağı çıxardıb iki dəfə bədən nahiyəsinə vurub xəsarət yetirmişdir. Bundan sonra Peyman qaçıb getmişdir. Dostları Denis və Novruz köməklik edərək Denisin evinə aparmışlar. Orada ona təcili tibbi yardım çağrılmış və o 3 saylı klinik xəstəxanasına aparılmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması özünün, ibtidai istintaq zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nizami RPİ-nin 24-cü PB-nin rəisinə ünvanlanan xx.xx.2021-ci il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə saat 19:30-da Zərərçəkmiş şəxs Azərsutikinti xəstəxanasının yanında döş qəfəsi və sol bud nahiyyəsinin bıçaq xəsarətləri ilə 3 saylı Sabunçu xəstəxanasına müraciət etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri ünvan 2 ünvanda yerləşir. Hadisə baş verən yolun sağ və sol tərəfləri yaşayş və iaşə obyektləri ilə əhatə olunmuşdur. Hadisənin şahidləri Şahid4 və Şahid5 xx.xx.2021-ci il tarixdə tanışları Zərərçəkmiş şəxs ilə birlikdə Təqsirləndirilən şəxs ilə görüşmüş və həmin görüşdə Peyman bıçaqla Adilin bədən nahiyyəsindən bıçaqla vurduğunu bildirmişdir. Hadisə yerində iş üçün əhəmiyyət kəsb ediləcək heç bir maddi sübut aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nizami RPİ-nin 24-cü PB-nin rəisinə ünvanlanan xx.xx.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 12 noyabr 2021-ci il tarixdə saat 15:10 radələrində ünvan 2 saylı evin qarşısında saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 15:10 dəqiqədə ünvan 2 ünvanda yerləşən evin qarşısında saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd “LD” markalı siqaret, şalvarının sağ yan cibindən “İphone 5” markalı mobil telefon, gödəkçəsinin sağ yan cibindən içərisində bir ədəd sellofan bükümü təqdim edərək həmin bükümdə narkotik vasitə “kakos” olmasını, şəxsi istifadəsi üçün üzərində gəzdirməsini və 20 manat pul müqabilində Bakı Metropolitenin “Gənclik” stansiyası yaxınlığında tanımadığı şəxsdən almasını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 221.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 noyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «ifadənin yerində yoxlanılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılması zamanı 11 noyabr 2021-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs iki dəfə bıçaqla onu vuraraq xəsarət yetirməsini deyərək hadisə yerini göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 13 noyabr 2021ci il tarixli, 6/5023 saylı rəydən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində ARDİN “Zərflər üçün №154” möhür əksi, “Təqsirləndirilən şəxs...” və s. sözləri, soyad və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,613 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 17 noyabr 2021-ci il tarixli, 1003 saylı rəydən müəyyən olunur ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, sol budun aşağı 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarətlər deşici-kəsici əşyanın (əşyaların), ola bilsin ki, bıçağın (bıçaqların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2021-ci il tarixdə yarana bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Lokalizasiyasına və xarakterlərinə əsasən demək olar ki, xəsarətin şəxsin öz boyu hündürlüyündən yıxılması və eləcə də özü tərəfindən özünə yetirməsi nəticəsində yaranması inandırıcı deyil. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 20 noyabr 2021-ci il tarixli, 4588 saylı rəydən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin qəbulu nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi bioloji ekspertizasının 21 yanvar 2022-ci il tarixli, 939/2021-MTBŞ saylı rəydən müəyyən olunurki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O/İ//Təqdim olunan şəxsiyyəti təsdiq edən sənədlər üzrə portal axtarış vərəqəsinin kserosurətinə əsasən/Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus pulover və cins şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda yalnız O-alfa, beta/İ/ qrupunun əsasını təşkil edən H antigeni alındı. Beləliklə, bu qan ləkələri O-alfa,beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər.Təqim edilən Zərərçəkmiş şəxs məxsus gödəkcə və jilet üzərində qana şübhli hr hansı bir ləkə aşkar olunmadı. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi kriminalistik və məhkəməkriminalistik 28 yanvar 2022-ci il tarixli, 811-MTKŞ saylı rəydən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarın (gödəkçə, puoluver, qolsuz jilet) ön səthində solda bir ədəd və şalvarın sol ayaq hissəsinin ön səthində bir ədəd deşilmişkəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gələ bilərdi.Zərərçəkmiş şəxs məxsus paltarın (gödəkçə, poluver, qolsuz jilet) ön səthində solda olan bir ədəd deşilmiş-kəsilmiş zədə onun döş qəfəsinin sol yarısının ön səthində olan bir ədəd və şalvarın sol ayaq hissəsinin ön səthində olan bir ədəd deşilmiş-kəsilmiş zədə onun sol budun aşağı 1/3 bayır səthində olan bir ədəd deşilmiş-kəsilmiş xarakterli xəsarətlərlə yerləşməsinə görə nisbi olaraq uyğun gəlir. Zərərçəkmiş şəxs məxsus paltarlarda aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin və onun bədəni üzəində aşkar edilmiş eyni xarakterli xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçağğın tiyəsi və ya eyni xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur.Zərərçəkmiş şəxs məxsus gödəkçənin sağ qol-sağ yan tikişində sökülmə vardır. Bu sökülmə küt qüvvənin təsiri ilə gödəkçənin müvafiq nahiyəsinin gəlirilib-dartılması nəticəsində əmələ gəlmişdir.Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir.Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış «CD diskə baxış keçirilməsi haqqında» xx.xx.2021ci il tarixli protokoldan müəyyən olunur ki, “Azərcell” və "xxxx" MMC-lərdən CD disklərdə olan sms tarixçəsinə baxış zamanı Təqsirləndirilən şəxs adına olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrəsinə narkotik vasitələrin dövriyəsi ilə bağlı müxtəlif məzmunlu smslər daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “Respublika Psixiatriya Xəstəxanası” X6 xx.xx.2021-ci il tarixli, 1481 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən göstərilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd qara rəngli qısa qol jaket, 1 ədəd qara rəngli jaket, 1 ədəd qara rəngli şalvar və 1 ədəd bıçaq, tədqiqatdan sonra qalıq qalmış 2,563 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin MSSK-nə təhvil verilmiş, bir ədəd DVD, iki ədəd CD disklər cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 315.1-ci maddəsi ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzası 09 aya endirilmiş, Salyan rayon məhkəməsinin 12.01.217-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 03 ay 18 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2017-ci ildə cəza müddəti başa çatmışdır. Bundan əlavə Yusifli X3 rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin xx.xx.2022-ci il tarixli, xx/xx-1188 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan Təqsirləndirilən şəxs əməlində residiv olmaqla məhkumluğu ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Eyvaz Azərbaycan Respublikası CM-nin 221.3 və 234.4.3-cü maddələrində nəzərdə tutduğu əməli 11 noyabr 2021-ci il tarixdə, yəni məhkumluğu bitməyən dövrdə törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs məhkumlluğu ödənilməmiş, yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmədə elan edilib araşdırılmış məhkəmənin sorğusuna əasən Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş 593-c-22 saylı, xx.xx.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami PRİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən fiziki zor tətbiqinə məruz qalması barədə xüsusatlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CM-nin 39.1.1-ci maddəsiə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən olaraq özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən heroin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs üstündən götürülmüş narkotik vasitənin təmiz çəkisi 2.613 qram olmaqla istehlak miqdarından çoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində aslılıq sindromu-narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olması Azərbaycan Respublikası CMnin 61.1.1-ci maddəsinə uyğun olaraq, onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 12 noyabr 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Nizmai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd qara rəngli qısa qol jaket, 1 ədəd qara rəngli jaket, 1 ədəd qara rəngli şalvar və 1 ədəd bıçaq, tədqiqatdan sonra qalıq qalmış 2,563 qram narkotik vasitə heroin mhv edilməli, cinayət işinin mater iallarına əlavə edilmiş DVD və CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 109,90 (yüz doxsan doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 300 AZN (üç yüz manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə, CM-nin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nizmai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd qara rəngli qısa qol jaket, 1 ədəd qara rəngli jaket, 1 ədəd qara rəngli şalvar və 1 ədəd bıçaq, tədqiqatdan sonra qalıq qalmış 2,563 qram narkotik vasitə heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş DVD və CD disklər cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 300 AZN (üç yüz manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1142/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1142/2022
20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver