Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1142/2025 19.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 (sədrlik edən), X11 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi İmanlı Aytən Məhəmməd qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Verdiktum Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 05 iyul 2023-cü il tarixdə cəza müddəti başa çatmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, 03 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)- 675/2024 saylı, 05 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 03 sentyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhər, Binəqədi Rayon Məhkəməsinin 26 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri 15% və 1363,13 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.8 və 2.11-ci bəndinə əsasən cəzadan azad edilmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 03 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-677/2024 saylı, 05 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 03 sentyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 03 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-676/2024 saylı, 05 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 03 sentyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışlar. İşin faktiki halları: Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və istintaqla şəxsiyyəti araşdırılan şəxs (şəxslər) ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni xeyli miqdarda əldə edib sataraq qazanc əldə etmək məqsədilə istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,113 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və xeyli miqdarda təmiz çəkisi 146,829 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib bükümlərə ayırıb saxlamaqla üzərində daşımış, 03 sentyabr 2024cü il tarixdə, saat 15:20-də Binəqədi rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi dəniz kənarı sahədə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə olarkən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində özlərini şübhəli aparmaları səbəbindən saxlanılaraq aidiyyəti üzrə ünvan 7 ünvanında yerləşən Binəqədi rayon Polis İdarəsinin inzibati binasına gətirilib raportla təqdim olunmuş, həmin tarixdə saat 16:50-də onun üzərində aparılan şəxsi axtarış və götürmə zamanı belindən asdığı tünd sarı rəngli çantanın içində olan qapaqlı plastik qabda 53 ədəd müxtəlif rəngli kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkisi 0,230 qram, 0,295 qram, 0,252 qram, 0,310 qram, 0,328 qram, 0,407 qram, 0,403 qram, 0,346 qram, 0,356 qram, 0,357 qram, 0,385 qram, 0,373 qram, 0,399 qram, 0,355 qram, 0,466 qram, 0,440 qram, 0,346 qram, 0,275 qram, 0,345 qram, 0,152 qram, 0,197 qram, 0.317 qram, 0,222 qram, 0,410 qram, 0,209 qram, 0,334 qram 0,280 qram, 0,218 qram, 0,525 qram, 0,283 qram, 0,317 qram, 0,366 qram, 0,256 qram, 0,205 qram, 0,336 qram, 0,216 qram, 0,248 qram, 0,117 qram, 0,315 qram, 0,245 qram, 0,243 qram, 0,300 qram, 0,243 qram, 0,410 qram, 0,344 qram, 0,308 qram, 0,419 qram, 0,274 qram, 0,314 qram, 0,337 qram, 0,323 qram, 0,275 qram və 0,343 qram olmaqla ümumi təmiz çəkisi xeyli miqdarda, 16,569 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tarixdə saat 17:00-da eyni ünvanda qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üzərində aparılan şəxsi axtarış və götürmə zamanı sağ əlində olan qara rəngli əl çantasından qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı 25 ədəd qara rəngli və 9 ədəd şəffaf rəngli sellofanda, ayrı-ayrılıqda təmiz çəkisi 24,40 qram, 4,67 qram, 2,38 qram, 2,20 qram, 2,33 qram, 4,72 qram, 2,14 qram, 4,62 qram, 4,75 qram, 4,71 qram, 4,71 qram, 4,66 qram, 4,73 qram, 2,13 qram, 2,24 qram, 4,73 qram, 4,70 qram, 2,20 qram, 4,58 qram, 4,86 qram, 2,16 qram, 2,24 qram, 4,59 qram, 2,11 qram, 2,18 qram, 4,66 qram, 2,29 qram, 2,16 qram, 2,13 qram, 2,20 qram, 2,10 qram, 2,22 qram, 2,11 qram və 0,65 qram olmaqla ümumi təmiz çəkisi xeyli miqdarda, 130,26 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd şəffaf rəngli sellofanın içində 07 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,022 qram, 0,095 qram, 0,188 qram, 0,164 qram, 0,043 qram, 0,120 qram, 0,481 qram olmaqla ümumi təmiz çəkisi xeyli miqdarda 1,113 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və istintaqla şəxsiyyəti araşdırılan şəxs (şəxslər) ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni xeyli miqdarda əldə edib sataraq qazanc əldə etmək məqsədilə istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,113 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və xeyli miqdarda təmiz çəkisi 146,829 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib bükümlərə ayırıb saxlamaqla üzərində daşımış, 03 sentyabr 2024cü il tarixdə, saat 15:20-də Binəqədi rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi dəniz kənarı sahədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə olarkən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində özlərini şübhəli aparmaları səbəbindən saxlanılaraq aidiyyəti üzrə ünvan 7 ünvanında yerləşən Binəqədi rayon Polis İdarəsinin inzibati binasına gətirilib raportla təqdim olunmuş, həmin tarixdə saat 17:00-da onun üzərində aparılan şəxsi axtarış və götürmə zamanı sağ əlində olan qara rəngli əl çantasında saxlamaqla üzərində daşıdığı 25 ədəd qara rəngli və 9 ədəd şəffaf rəngli sellofanda, ayrı-ayrılıqda təmiz çəkisi 24,40 qram, 4,67 qram, 2,38 qram, 2,20 qram, 2,33 qram, 4,72 qram, 2,14 qram, 4,62 qram, 4,75 qram, 4,71 qram, 4,71 qram, 4,66 qram, 4,73 qram, 2,13 qram, 2,24 qram, 4,73 qram, 4,70 qram, 2,20 qram, 4,58 qram, 4,86 qram, 2,16 qram, 2,24 qram, 4,59 qram, 2,11 qram, 2,18 qram, 4,66 qram, 2,29 qram, 2,16 qram, 2,13 qram, 2,20 qram, 2,10 qram, 2,22 qram, 2,11 qram və 0,65 qram olmaqla ümumi təmiz çəkisi xeyli miqdarda, 130,26 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd şəffaf rəngli sellofanın içində 07 ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,022 qram, 0,095 qram, 0,188 qram, 0,164 qram, 0,043 qram, 0,120 qram, 0,481 qram olmaqla ümumi təmiz çəkisi xeyli miqdarda 1,113 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, həmin tarixdə saat 16:50-də eyni ünvanda qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üzərində aparılan şəxsi axtarış və götürmə zamanı belindən asdığı tünd sarı rəngli çantanın içində olan qapaqlı plastik qabdan qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı 53 ədəd müxtəlif rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,230 qram, 0,295 qram, 0,252 qram, 0,310 qram, 0,328 qram, 0,407 qram, 0,403 qram, 0,346 qram, 0,356 qram, 0,357 qram, 0,385 qram, 0,373 qram, 0,399 qram, 0,355 qram, 0,466 qram, 0,440 qram, 0,346 qram, 0,275 qram, 0,345 qram, 0,152 qram, 0,197 qram, 0.317 qram, 0,222 qram, 0,410 qram, 0,209 qram, 0,334 qram 0,280 qram, 0,218 qram, 0,525 qram, 0,283 qram, 0,317 qram, 0,366 qram, 0,256 qram, 0,205 qram, 0,336 qram, 0,216 qram, 0,248 qram, 0,117 qram, 0,315 qram, 0,245 qram, 0,243 qram, 0,300 qram, 0,243 qram, 0,410 qram, 0,344 qram, 0,308 qram, 0,419 qram, 0,274 qram, 0,314 qram, 0,337 qram, 0,323 qram, 0,275 qram və 0,343 qram olmaqla ümumi təmiz çəkisi xeyli miqdarda, 16,569 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və istintaqla şəxsiyyəti araşdırılan şəxs (şəxslər) ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni xeyli miqdarda əldə edib sataraq qazanc əldə etmək məqsədilə istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,113 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və xeyli miqdarda təmiz çəkisi 146,829 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşıyaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə bükümlərə ayırıb Təqsirləndirilən şəxs2 verdiyi 53 ədəd bükümü onunla birlikdə istifadə etmələri üçün Təqsirləndirilən şəxs1 alıb üzərində saxlamaqla daşımış, 03 sentyabr 2024-cü il tarixdə, saat 15:20-də Binəqədi rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi dəniz kənarı sahədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə olarkən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində özlərini şübhəli aparmaları səbəbindən saxlanılaraq aidiyyəti üzrə ünvan 7 ünvanında yerləşən Binəqədi rayon Polis İdarəsinin inzibati binasına gətirilib raportla təqdim olunmuş, həmin tarixdə saat 16:50-də Təqsirləndirilən şəxs1nm üzərində aparılan şəxsi axtarış və götürmə zamanı belindən asdığı tünd sarı rəngli çantanın içində olan qapaqlı plastik qabda 53 ədəd müxtəlif rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,230 qram, 0,295 qram, 0,252 qram, 0,310 qram, 0,328 qram, 0,407 qram, 0,403 qram, 0,346 qram, 0,356 qram, 0,357 qram, 0,385 qram, 0,373 qram, 0,399 qram, 0,355 qram, 0,466 qram, 0,440 qram, 0,346 qram, 0,275 qram, 0,345 qram, 0,152 qram, 0,197 qram, 0.317 qram, 0,222 qram, 0,410 qram, 0,209 qram, 0,334 qram, 0,280 qram, 0,218 qram, 0,525 qram, 0,283 qram, 0,317 qram, 0,366 qram, 0,256 qram, 0,205 qram, 0,336 qram, 0,216 qram, 0,248 qram, 0,117 qram, 0,315 qram, 0,245 qram, 0,243 qram, 0,300 qram, 0,243 qram, 0,410 qram, 0,344 qram, 0,308 qram, 0,419 qram, 0,274 qram, 0,314 qram, 0,337 qram, 0,323 qram, 0,275 qram və 0,343 qram olmaqla ümumi təmiz çəkisi xeyli miqdarda, 16,569 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tarixdə saat 17:00-da eyni ünvanda qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üzərində aparılan şəxsi axtarış və götürmə zamanı sağ əlində olan qara rəngli əl çantasından qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı 25 ədəd qara rəngli və 9 ədəd şəffaf rəngli sellofanda, ayrı-ayrılıqda təmiz çəkisi 24,40 qram, 4,67 qram, qram, 2,20 qram, 2,33 qram, 4,72 qram, 2,14 qram, 4,62 qram, 4,75 qram, 4,71 qram, 4,71 qram, 4,66 qram, 4,73 qram, 2,13 qram, 2,24 qram, 4,73 qram, 4,70 qram, 2,20 qram, 4,58 qram, 4,86 qram, 2,16 qram, 2,24 qram, 4,59 qram, 2,11 qram, 2,18 qram, 4,66 qram, 2,29 qram, 2,16 qram, 2,13 qram, 2,20 qram, 2,10 qram, 2,22 qram, 2,11 qram və 0,65 qram olmaqla ümumi təmiz çəkisi xeyli miqdarda, 130,26 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd şəffaf rəngli sellofanın içində 07 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,022 qram, 0,095 qram, 0,188 qram, 0,164 qram, 0,043 qram, 0,120 qram, 0,481 qram olmaqla ümumi təmiz çəkisi xeyli miqdarda 1,113 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar: Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin PPXB-nin polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, hadisə gününü tam dəqiq xatırlamır artıq uzun müddət keçib. O, polis nəfərləri Şahid2, Şahid1 və Şahid4 ilə birlikdə Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin ərazisində, 22 saylı marşrut üzrə xidmətdə olarkən Goradil qəsəbəsində dəniz kənarında “Toyota Prius” markalı avtomobilin dayandığını gördük. Həmin avtomobilin yanından keçərkən bir nəfər qadının və bir nəfər kişinin avtomobilin kənarında dayandığını müşahidə etmişlər. Onlar polis əməkdaşlarını görən kimi özlərini şübhəli apararaq avtomobilin içində olan şəxsə nəsə dedilər. Bu hal şübhə yaratdığı üçün həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər və onlardan da özlərini təqdim etmələrini tələb etmişlər. Verilən suallara adekvat cavab verə bilmədiklərini və olduqları yerdən yayınmağa çalışdıqlarını gördüyündən onların daha da şübhəli olmaları diqqətini cəlb etdi. Buna görə də həmin şəxsləri nəqliyyat vasitəsi ilə birlikdə Binəqədi rayon polis idarəsinə dəvət etmişlər. Hadisədən uzun müddət keçdiyi üçün xatırladığı qədər keçirilən şəxsi axtarışda onların üzərində ola biləcək narkotik vasitələri, psixotrop maddələri və ya iş üzrə sübut əhəmiyyətinə malik əşyaları könüllü təqdim etmələri təklif edildi. Bu təklifdən sonra üzərlərində olan narkotik vasitəni könüllü təqdim etdilər. Hadisə gününü tam xatırlamadığı üçün ilkin ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, şəxslərin üzərinə baxışın polis bölməsində aparıldığını, maşını kimin sürdüyünü xatırlamadığını, xanımın üzərində əl çantası olduğunu, təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki və psixi təzyiq olmadığını, Gülsümün maşının içərisində olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin PPXB-nin polis nəfəri Şahid4 Şahid3 ilə anoloji məzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin PPXB-nin polis nəfərləri, Şahid1 və Şahid2 məhkəmə iclasında elan edilmiş ifadələrindən görünür ki, sonuncular Şahid3 ilə anoloji məzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 03 sentyabr 2024-cü il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd Redmi markalı mobil telefonu çıxardaraq, masanın üzərinə qoydu. Həmin Redmi markalı mobil telefonun şəffaf örtüyünün içində bir ədəd ABŞ dollar əskinası var idi. Şalvarın arxa sol cibindən isə 3 ədəd 10 manatlıq əskinas, bir ədəd bir manatlıq əskinas, 1 ədəd 50 qəpiklik, 3 ədəd 20 qəpik və üzərində “dirol” yazısı olan saqqız qutusu və içində 3 ədəd qara rəngli saqqızı masanın üzərinə qoymuşdur. Şəxsin üzərinə şəxsi axtarış aparıldı, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs1 belindən asdığı tünd sarı rəngli çantanı ön hissəsində olan zamoqla bağlanmış çantanın cibliyində bir ədəd günəşdən qorunmaq üçün eynək, üç ədəd biri sarı-qırmızı və mavi rəngində olan alışqan aşkar edildi. Çantanın arxa cibliyinin zamoqu açdıqda, ciblikdən bir ədəd qulaq təmizləyən aşkar edildi. Çantanın əsas orta cibliyin zamoqunu açdıqda, ciblikdə olan bir ədəd çəhrayı rəngində qapağı olan plastik detaldan hazırlanmış, eyni zamanda içərisində müxtəlif rəgli kağıza bükülmüş bükümlər olan qab çıxarılıdı, sonra isə həmin ciblikdə olan bir ədəd qatlanan güzgü, bir ədəd “LD” markalı siqaret qutusunun içindən bir ədəd viniston markalı siqaret və iki ədəd diş çöpü, bir ədəd ağ rəngli adaptor başlığı, bir ədəd ictimai nəqliyyat vasitəsində istifadə olunması üçün plastik kart, bir ədəd dırnaq kəsən, iki ədəd bez, bir ədəd qara rəngli eynək təmizləm üçün nəzərdə tutulmuş parça çıxarılmışdır. Bütün bunlardan sonra X9 çantanısının içərisindən çıxarılan əşyaların adlarını qeyd edən zaman bildirmişdir ki, çəhrayı rəngində qapağı olan plastik detaldan hazırlanmış qabın içində olan bükümlərdə narkotik maddə olan marixuana olduğunu bildirmişdir. Həmin qapağı çəhrayı rəngində olan şəffaf qabı açdıqda içərindən ümumi sayı 53 ədəd müxtəlif rəngilərdə olan büküm aşkar edildi. Həmin 53 ədəd bükümləri açdıqda, hər biri bükümün içərisində bitki mənşəyi olan vasitə var idi. Daha sonra Təqsirləndirilən şəxs1 çantasında aşkar edilmiş 53 ədəd bükümləri elektron tərəzidə çəkilmiş, ümumi sayı 53 ədəd olan bükümlərin çəkisi 26 qram olmuşdur. Təqsirləndirilən şəxs1 çantasından aşkar edilmiş 53 ədəd bükümlərin içərisində narkotik maddə marixuanaya bənzər maddənin çəkisi 26 qram olmuş, DİN-nin 172 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs və iştirakçıları tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 03 sentyabr 2024-cü il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 sağ əlində olan qara rəngli əl çantasını açaraq masanın üzərinə qoydu. Əl çantasının içərisində 25 ədəd qara rəngli selofanä bükülmüş büküm, 09 ədəd şəfaf selofana bükülmüş büküm, 01 ədəd şəfafa selofanın içərisində 07 ədəd bükümlər olmuşdur. Bundan əlavə olaraq Təqsirləndirilən şəxs2 əl çantasında gümüşü rəngli tərəzi də olmuşdur. Vətəndaş Təqsirləndirilən şəxs2 Məmmədhəsən oğlundan üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildi, həmin şəxs boz rəngli cins şalvarının sağ yan cibində Samsung markalı mobil telefon, sol yan cibində isə Kapital banka məxsus birbank kartı olmasını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs2 Məmmədhəsən oğlunun üzərində axtarış aparılmağa başlanıldı. İlk öncə onun geyindiyi paltarların ciblərinə baxıldı, lakin hər hansı bir əşya aşkar edilmədi. Təqsirləndirilən şəxs2 Məmmədhəsən oğluna üst-başını səliqəyə salması tələb edildi. Sonra isə vətəndaş Təqsirləndirilən şəxs2 Məmmədhəsən oğlunun üzərindən aşkar edilmiş əşyanın bir-bir adlarını deməklə təqdim etməsi təklif olundu. O, “25” ədəd qara selofana və “09” ədəd şəfaf selofana bükülmüş iri həcmli bükümlərin içərisində “marixuana” deyilən narkotik maddə olduğunu, digər “07” ədəd bükülmüş kiçik həcmli bükümlərin içərisində “metamfetamin” olduğunu bildirdi, ondan həmin bükümləri haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə, o narkotik vasitə istifadə etməsini və narkotik vasitələrin satışı ilə məşğul olduğunu, həmin 34 ədəd bükümləri xx.xx.2024-cü il tarixdə İran islam Respublikasının vətəndaşı, tanışı Təqsirləndirilən şəxs1 mobil telefonuna vatsap vasitəsi ilə göndərdiyi xəritə üzrə ünvandan yəni Masazır Saray qəsəbəsindən götürərək üzərində gəzdirdiyini, digər “07” ədəd kiçik həcmli bükümləri isə tanışı Təqsirləndirilən şəxs1 ona hədiyyə kimi verdiyini bildirdi. Təqsirləndirilən şəxs2 Məmmədhəsən oğlunun üzərindən aşkar edilmiş bükümlər elektron tərəzidə çəkildikdən sonra 34 ədəd bükümün çəkisi 146 qr, 07 ədəd kiçik metmafetaminin çəkisi isə 2 qram müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 03 sentyabr 2024-cü il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 əynində olan açıq qəhvəyi rəngli şalvarının sağ yan cibində olan “Tayota Prius” markalı avtomobilə aid 01 ədəd qara rəngli pult açarı və 01 ədəd “İphone 6S ” markalı içərisində olan ***-***-**-** saylı mobil telefon nömrəsini açıq qəhvəyi rəngli şalvarının sol cibindən çıxardaraq masanın üzərinə qoydu. Vətəndaş Təqsirləndirilən şəxs3 üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildi, bundan başqa üzərində hər-hansı bir əşyanın olmamasını qeyd etdi. Baxış zamanı Təqsirləndirilən şəxs3 üzərində başaqa hər hansı bir əşya və ya iş üçün əhəmiyyət kəsb edən predmet aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs3 sual edilərək dəniz kənarına hansı səbəbə görə getməsini bildirdikdə, Təqsirləndirilən şəxs3 tanışı Soltanla narkotik vasitə istifadə etmək məqsədilə getməsini bildirmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 03 sentyabr 2024-cü il tarixli «avtomobilə baxış və götürmə aparılması haqqında» protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin sağ ön saxlanc yerində 2 ədəd göz eynəkləri, 01 ədəd pul kisəsi, uşaq oyuncağı ilə birlikdə olan 04 ədəd ev açarları, 01 ədəd “Nivea” markalı dezodarant, 01 ədəd daraq, 01 ədəd Teymurov pastası, 01 ədəd əl kremi, 01 ədəd naftizin, 01 ədəd atvyorka, 01 ədəd yaya papağı, 01 ədəd ailə şəkilləri ilə birlikdə olan albom olduğu müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs3 idarə etdiyi “Toyota Prius” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobildə başqa hər hansı bir əşya və iş üçün əhəmiyyət kəsb edən predmet aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs3 sual edilərək dəniz kənarına hansı səbəbə görə getməsini bildirdikdə, Təqsirləndirilən şəxs3 tanışı Soltanla narkotik vasitə istifadə etmək məqsədilə idarə etdiyi “Toyota Prius” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə getməsini bildirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2024-cü il tarixli, 3-16-16/1-6/4416 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 ...” yazısı və imzalar olan zərfdəki 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,22 qr, 0,095 qr, (sarımtıl-ağ rəngli) 0,188 qr., 0,164 qr., 0,043 qr., 0,120 qr., 0,481 qr., (ağ rəngli kristallikhissəciklərdən ibarət maddələr) ümumi təmiz çəkisi 1,113 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 2 ədəd bükümdəki psixotrop maddə metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə digər 5 bükümdəki psixotrop maddə metamfetaminlərdən fərqlidirlər. 2 nömrəli zərfdəki bir ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığmdan bu barədə qoyulmuş sual cavablandırılmadı. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2024-cü il tarixli, 7/1476 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....4 imza Təqsirləndirilən şəxs2......” sözləri yazılmış paketdə 34 (otuz dörd) ədəd sellofan bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 24,40 qr, 4,67 qr, 2,38 qr, 2,20 qr, 2,33 qr, 4,72 qr, 2,14 qr, 4,62 qr, 4,75 qr, 4,71 qr, 4,71 qr, 4,66 qr, 4,73 qr, 2,13, 2,24 qr, 4,73 qr, 4,70 qr, 2,20 qr, 4,58 qr, 4,86 qr, 2,16 qr, 2,24 qr, 4,59 qr, 2,11 qr, 2,18 qr, 4,66 qr, 2,29 qr, 2,16 qr, 2,13 qr, 2,20 qr, 2,10 qr, 2,22 qr və 0,65 qram olmaqla ümumi çəkisi 130,26 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-7/1475 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....şübhəli şəxs: imza Təqsirləndirilən şəxs1....” sözləri yazılmış kağız paketdə 01 (bir) ədəd şəffaf rəngli qırmızı qapaqlı plastik qabda 53 ədəd kağız kəsikləri bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,230 qram, 0,295 qram, 0,252 qram, 0,310 qram, 0,328 qram, 0,407 qram, 0,403 qram,0,346 qram, 0,356 qram, 0,357 qram, 0,385 qram, 0,373 qram, 0,399 qram, 0,355 qram, 0,466 qram, 0,440 qram, 0,346 qram,0,275 qram, 0,345 qram, 0,152 qram, 0,197 qram, 0.317 qram, 0,222 qram, 0,410 qram, 0,209 qram, 0,334 qram 0,280 qram, 0,218 qram, 0,252 qram, 0,283 qram, 0,317 qram, 0,366 qram, 0,256 qram, 0,205 qram, 0,336 qram, 0,216 qram, 0,248 qram, 0,117 qram, 0,315 qram, 0,245 qram, 0,243 qram, 0,300 qram, 0,243 qram, 0,410 qram, 0,344 qram, 0,308 qram, 0,419 qram, 0,274 qram, 0,314 qram, 0,337 qram, 0,323 qram, 0,275 qram və 0,343 qram olmaqla ümumi təmiz çəkisi xeyli miqdarda, 16,569 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə, (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan 04 sentyabr 2024-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, istintaq zamanı ifadələrində mövcud olan ziddiyyətləri aradan qaldırmaq üçün təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı onlar ifadələrində göstərdiklərini bir-birinin üzünə qarşı bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında olan 03 oktyabr 2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, bir ədəd “Redmi” markalı mobil telefonun “Whatsapp” mobil tətbiqində Təqsirləndirilən şəxs1 polis tərəfindən saxlanılmazdan əvvəlki tarixlərdə çəkilmiş fotolar və göndərilmiş sms mətnləri aşkar edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 “Rizvan” adı ilə qeyd etdiyi xarici mobil şəbəkəyə aid +**********01 saylı mobil nömrə ilə Whatsapp sosial şəbəkəsində qurudulmuş marixuanaya bənzər narkotik vasitənin elektron tərəzi vasitəsi ilə çəkilməsinə dair fotolar, həmçinin müxtəlif yerin fotolarını və məkanlarının fotolarını göndərmişdir. Eyni zamanda narkotik vasitənin oxlarla işarələnərək yerinin bildirilməsinə dair şəkillər göndərərək narkotik vasitələri həmin yerlərə qoyduğunu izah etmişdir. Cinayət işinin materiallarında olan 03 oktyabr 2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, bir ədəd “Samsung” markalı mobil telefonun “Whatsapp” mobil tətbiqində Təqsirləndirilən şəxs2 polis tərəfindən saxlanılmazdan əvvəlki tarixlərdə narkotik vasitələrin satışı ilə məşğul olması barədə sms mətnləri aşkar edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 “Böyükağa” adı ilə qeyd etdiyi ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələr ilə Whatsapp sosial şəbəkəsində narkotik vasitə satışı ilə bağlı yazışmalar aşkar edilmişdir. Cinayət işinin materiallarında olan 03 oktyabr 2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, bir ədəd “Samsung” markalı mobil telefonun “Whatsapp” mobil tətbiqində Təqsirləndirilən şəxs3 polis tərəfindən saxlanılmazdan əvvəlki tarixlərdə narkotik vasitələrin satışı ilə məşğul olması barədə sms mətnləri aşkar edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 “Həkim” adı ilə qeyd etdiyi ***-***-**-** saylı mobil nömrə, “Ceyhun moyka” adı ilə qeyd etdiyi ***-***-**-** saylı mobil nömrə və “Xalamoğlu” adı ilə qeyd etdiyi 055-700-45 saylı mobil nömrələr ilə Whatsapp sosial şəbəkəsində narkotik vasitə satışı ilə bağlı yazışmalar aşkar edilmişdir. Cinayət işinin materiallarında olan 01 noyabr 2024-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, 53 büküm narkotik vasitə olan qurudulmuş marixuananın Soltana məxsus olduğunu, təhqiqatçının video çəkilişdən öncə narkotik vasitəni ona verdiyini, İİR vətəndaşı olan Rizvan adlı şəxs ilə Soltanın danışdığını bildirmiş və M.Soltan ilə M.Kamran İ.Gülsümün vermiş olduğu ifadəni təsdiq etmişlər. Cinayət işinin materiallarında olan 06 sentyabr 2024-cü il tarixli, 1941 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində xəsarət aşkar olunmadı. Cinayət işinin materiallarında olan 06 sentyabr 2024-cü il tarixli, 1943 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthində xəsarət aşkar olunmadı. Cinayət işinin materiallarında olan 06 sentyabr 2024-cü il tarixli, 1942 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 bədən səthində aşkar olunmuş xəsarətlər – sol almacıq nahiyyəsinin, sol yanaq nahiyyəsinin, sağ əlin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən, sol said nahiyyəsinin çapıqları isə kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdirlər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Qeyd olunan xəsarətlərdən almacıq nahiyyəsinin, sol yanaq nahiyyəsinin sıyrıqları müayinədən 1-2 gün əvvəl, sağ əlin sıyrıqları isə müayinədən 5-7 gün əvvəl əmələ gələ bilərdilər. Sağ əlin sıyrığının divara sürtünmə nəticəsində əmələ gələ bilməsi istisna olunmur. Təqsirləndirilən şəxs3 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən insan bədəninin hissələrinin (əl barmaqlarının dırnaqları və.s) təsirindən əmələ gələ bilərdilər. Təqsirləndirilən şəxs3 bədən səthində aşkar olunmuş sol said nahiyyəsinin çapıqları müayinədən 1,5 il əvvəl əmələ gələ bilərdilər. Cinayət işinin materiallarında olan 30 noyabr 2024-cü il tarixli, “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***- ***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı, daxil olan və göndərilmiş mesajların məzmunu və anten dairəsi barədə məlumatlarla əlaqədar mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı və anten dairəsinin qeyd olunduğu müəyyən edilmiş, baxış zamanı istintaqa sübut kəsb edəcək xx.xx.2024 16:25:42 xx.xx.2024 16:25:42 1.1.**********20 1.1.**********98 “gör dünən götürüb cubux wekli atırsan onda gərək məndə indiyə kimi çəkilən tonla weyin weklini çəkib atım sene başa duwesenki mən cindir qəhbe deyildim prosta heyif nə bilim” smslər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan 18 dekabr 2024-cü il tarixli, “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***- ***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı, daxil olan və göndərilmiş mesajların məzmunu və anten dairəsi barədə məlumatlarla əlaqədar mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı və anten dairəsinin qeyd olunduğu müəyyən edilmiş, baxış zamanı istintaqa sübut kəsb edəcək xx.xx.2024 03:29:53 **********26 1 **********31 “Cavid cindir pul atmisg yoxa cixip yene seyimde yoxdu draznitcilydi imkan olsa menebidene sey otrerdin pulda vererem oyuna vurarsan 10 azn”: xx.xx.2024 23:36:49 1.1.**********61 1.1.**********31 “Ewidirsen hec harda bu qiymete goturmurem dediz atdim eslinde menim payimda olmalidi” xx.xx.2024 00:26:21 xx.xx.2024 00:26:21 1.1.**********61 1.1.**********31 “Bunu beyenmediler hardasizca men dedi tema DELİVERED” xx.xx.2024 00:26:21 1.1.**********61 1.1.**********31 “Bunu beyenmediler hardasizca men dedi tema” xx.xx.2024 00:29:18 1.1.**********61 1.1.**********31 “Hardasiz getirib qaytarim” smslər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 04 noyabr 2024-cü il tarixli, 7161 №-li rəyindən məlum olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 Kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 04 noyabr 2024-cü il tarixli, 7169 №-li rəyindən məlum olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 04 noyabr 2024-cü il tarixli, 7159 №-li rəyindən məlum olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Kannabinoidlərin və psixostimulyatorlarm qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 18 noyabr 2024-cü il tarixli, 3294 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 ona ittiham elan olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir və məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 18 noyabr 2024-cü il tarixli, 3295 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 ona ittiham elan olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir və məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 18 noyabr 2024-cü il tarixli, 3297 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 ona ittiham elan olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs3 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir və məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə göndərilmiş ilkin tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs3 təcridxanaya daxil olarkən, həbs olunmadan əvvəl zədə almadığını bildirmişdir. Baxış zamanı sol saidin ön səthində və sol qasıqda köhnə çapıqlar aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilərək Bakı şəhər Nərimanov rayon məhkəməsinin 29 noyabr 2022-ci il tarixli hökmü ilə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və 05 iyul 2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilərək Bakı şəhər Binəqədi rayon məhkəməsinin 26 fevral 2018-ci il tarixli hökmü ilə 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri 15% və 1366,13 manat cərimə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.8 və 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün irəli sürdüyü sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olurdu. Hadisə günü Gülsüm xanım zəng edərək dəniz qırağına getmək istədiyini bildirdi. O, ilk öncə Gülsüm xanımı, daha sonra isə Soltanı götürmüş və dəniz qırağına getmişlər. Orada marixuanadan istifadə etmişlər. Narkotik vasitədən istifadə etdikdən bir qədər sonra yuxuya getmişlər. Polis əməkdaşları sonradan onlara yaxınlaşmışlar. Polis əməkdaşları onu döymüşlər. Eyni zamanda qeyd etmək istəyir ki, onun orada olan izahatdan xəbəri yoxdur, sadəcə imza atmışdır, izahat verməmişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, marixuanadan istifadə etdiyini, Gülsüm və Soltandan narkotik vasitə almadığını, Soltandan narkotik vasitə götürəndə buna görə hər hansı ödəniş etmədiyini, saxlanıldıqları gün narkotik vasitəni Soltanın gətirdiyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmədiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Kamranla sevgili münasibətində olmuşlar. Saxlanıldıqları gün özünü pis hiss etdiyi üçün səhər satlarında Kamrana zəng etmiş və onunla görüşmək istədiyini bildirmişdir. Səhər saat 10 radələrində Kamran əvvəlcə onu daha sonra isə Soltanı da yaşadığı evdən götürmüş və onlar birlikdə Goradilə, dəniz qırağına getmişlər. Orada olduqları müddətdə hər üçü marixuanadan istifadə etmiş və maşında yuxuya getmişlər. Dəniz qırağında olduqları zaman Binəqədi Rayon Polis İdarəsinin post patrul əməkdaşları yanlarından keçəndə istər-istəməz həyəcanlanmışdır. Bundan sonra polis əməkdaşları hər üçünü Binəqədi Rayon Polis İdarəsinə aparmışlar. Orada ona dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. Hüquq və vəzifələri elan edildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı üzərindən heç bir narkotik vasitə tapılmamışdır, aşkar edilən narkotik vasitə Soltana məxsus olmuşdur. Lakin video çəkiliş başlamazdan əvvəl polis əməkdaşı həmin narkotik vasitəni Soltandan alıb ona vermiş və demişdir ki, guya narkotik vasitə ona məxsusdur. İlkin ifadəsində isə narkotik vasitənin təsiri altında olduğu üçün Rizvanı tanıdığını demişdir. O, heç bir yerdən narkotik vasitə götürməmişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, 2-3 ildir ki, marixuanadan istifadə etdiyini, Soltan və Kamran ilə birlikdə narkotik vasitədən istifadə etdiyini, Soltanda mütəmadi narkotik vasitə olduğunu, narkotik vasitəni satan şəxs ilə qız səsi lazım olanda danışdığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, fizik təzyiqə məruz qalmasa da təhqiqatçının ona təzyiq göstərdiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, "xxxx" MMC–də boya şirkətində çalışmışdır. Hadisə günü səhər saatlarında Kamranla Gülsüm onu yaşadığı evdən götürmüş və dəniz qırağına getmişlər. Saxlanıldıqları gün onda 130 qram marixuana olub, onu da evdən yerini dəyişmək üçün özü ilə götürmüşdür. Narkotik vasitəni iki gün öncə əldə etmişdir. Dəniz qırağında olduqları vaxt hər üçü marixuanadan istifadə etmiş və maşında yuxuya getmişlər. Onu da qeyd edir ki, onun telefonu sadə olduğundan, Gülsüm xanımın telefonu ilə narkotik vasitə barədə aparılan yazışmalar ona məxsusdur. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, saxlanıldığı gün üzərində 1 qr “patı” və bir büküm, 130 qr marixuana olmuş və onu Rizvan adlı şəxsdən almış, narkotik vasitəni 80-100 manat aralığında aldığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman onlara heç bir sənəd təqdim edilmədiyini, səhər saatlarında saxlanıldıqlarını, vəkilin video çəkiliş aparılandan sonra gəldiyini, video çəkilişin 2-3 dəfə aparıldığını, Gülsümün mobil telefonundan İİR vətəndaşına onun sms yazdığını, Kamran və Gülsümün onda “patı” olmasından xəbərsiz olduqlarını, 130 qram narkotik vasitənin ona aid olduğunu bildirmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə külli miqdarda və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 3 - Yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Maddə 8.1 - Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.2 - Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 58.3 - Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Maddə 56.1.2 - Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 69.3 - Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 44.1 - Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124 - İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 145 - Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 125.8 - Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 158.2 - Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6 - Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 132 - Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1 - Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən psixotrop maddə metamfetaminin çəkisi 0,15 qramdan artıq xeyli miqdar, 2 qramdan artıq külli miqdar 400 qramdan artıq olduqda xüsusilə külli miqdar və narkotik vasitə qurudulmuş marixuananın çəkisi 5 qramdan artıq xeyli miqdar, 500 qramdan artıq külli miqdar, 50000 qramdan artıq olduqda xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8 - Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9 - Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10 - Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.11 - Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 2 №-li qərarı Qərarın 9-cu bəndi - Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas) - Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi - Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Konvensiyası və Avropa Məhkəməsinin president hüququ: "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərdən aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olması, çoxlu sayda bükümlərdə olması və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Təqsirləndirilən şəxslərdən aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən xeyli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxslərin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. Məhkəmə hesab edir ki, polis əməkdaşları tərəfindən döyülməsi, bunun nəticəsi olaraq ona qarşı irəli sürülmüş ittihamı qəbul etməyə məcbur olması barədə Təqsirləndirilən şəxs3 ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, məhkəmə iclasında vermiş olduğu ifadəsində polis əməkdaşları tərəfindən döyüldüyünü desə də, cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə göndərilmiş ilkin tibbi kitabçanın surətindən görünür ki, sonuncu həbs olunmadan əvvəl zədə almadığını bildirmişdir. Baxış zamanı sol saidin ön səthində və sol qasıqda köhnə çapıqlar aşkar olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs3 04 sentyabr 2024-cü il tarixdə və 05 sentyabr 2024-cü il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman polis əməkdaşları tərəfindən fiziki və ya psixi təzyiqə məruz qalması barədə heç bir ifadə verməmişdir. Həmçinin 05 sentyabr 2024-cü il tarixdə barəsində qətimkan tədbiri seçilməsi məsələsinə Bakı şəhər Binəqədi Rayon Məhkəməsində baxılan zaman vermiş olduğu ifadəsində Soltanla birlikdə narkotik vasitə olan marixuana götürməyə getdiyini, həmin marixuananı öz şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş mobil telefona baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş foto şəkillərdən də müəyyən olunduğu kimi müxtəlif şəxslərin Təqsirləndirilən şəxs3 “Whatsapp” mobil tətbiqi vasitəsi ilə narkotik vasitələri istəmələri və sonuncunun da həmin narkotik vasitələri istəyən şəxslərə verə biləcəyi barədə yazılmış smsləri Təqsirləndirilən şəxs3 narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edir. Bundan başqa Təqsirləndirilən şəxs1 üzərində aparılan şəxsi axtarış və götürmə zamanı belindən asdığı tünd sarı rəngli çantanın içində olan qapaqlı plastik qabda 53 ədəd müxtəlif rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,230 qram, 0,295 qram, 0,252 qram, 0,310 qram, 0,328 qram, 0,407 qram, 0,403 qram, 0,346 qram, 0,356 qram, 0,357 qram, 0,385 qram, 0,373 qram, 0,399 qram, 0,355 qram, 0,466 qram, 0,440 qram, 0,346 qram, 0,275 qram, 0,345 qram, 0,152 qram, 0,197 qram, 0.317 qram, 0,222 qram, 0,410 qram, 0,209 qram, 0,334 qram 0,280 qram, 0,218 qram, 0,525 qram, 0,283 qram, 0,317 qram, 0,366 qram, 0,256 qram, 0,205 qram, 0,336 qram, 0,216 qram, 0,248 qram, 0,117 qram, 0,315 qram, 0,245 qram, 0,243 qram, 0,300 qram, 0,243 qram, 0,410 qram, 0,344 qram, 0,308 qram, 0,419 qram, 0,274 qram, 0,314 qram, 0,337 qram, 0,323 qram, 0,275 qram və 0,343 qram olmaqla ümumi təmiz çəkisi xeyli miqdarda, 16,569 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 axtarış zamanı üzərindən heç bir narkotik vasitənin tapılmaması, ittihamda qeyd edilən və onun üzərindən aşkar edilmiş kimi göstərilən narkotik vasitənin Soltana məxsus olması, video çəkiliş başlamazdan əvvəl polis əməkdaşı tərəfindən həmin narkotik vasitənin Soltandan alınıb ona verilməsi, narkotik vasitənin təsiri altında olduğu üçün Rizvanı tanıdığını deməsi, ibtidai istintaq zamanı təhqiqatçının ona təzyiq göstərdiyi kimi vermiş olduğu ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitənin 53 ədəd bükümdə olması sonuncunun narkotik vasitəni məhz satış niyyəti ilə üzərində gəzdirməsinə dəlalət edir. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş mobil telefona baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş foto şəkillərdən də müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Rizvan adlı İİR vətəndaşı ilə əvvəlcədən razılıq əldə etmiş, mobil telefon vasitəsi ilə danışmış, sonuncunun göndərdiyi narkotik vasitənin olduğu məkana getmiş və həmin narkotik vasitəni götürmüşdür. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Meybullayev X1 gün üzərində 1 qr “patı” və bir büküm, 130 qr marixuana olması kimi vermiş olduğu ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, sonuncunun üzərindən aşkar olunmuş narkotik vasitələrin bükümlərdə olması, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş mobil telefona baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş foto şəkillərdən də müəyyən olunduğu kimi müxtəlif şəxslərin Təqsirləndirilən şəxs2 “Whatsapp” mobil tətbiqi vasitəsi ilə narkotik vasitələri istəmələri və sonuncunun da həmin narkotik vasitələri istəyən şəxslərə verə biləcəyi barədə yazılmış smsləri bir daha Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitələri məhz satış məqsədilə üzərində gəzdirməsinə dəlalət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onlar tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində onlar təqsirlidirlər. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlini qəsdən törətmişlər. Onların əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə onlara təyin edilmiş cəzanın əvvəli 03 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Sonuncuların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Maddi sübutlarla bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 13,919 qram və 128,56 qram olan narkotik vasitə - qurudulmuş marixuana, 1,013 qram olan psixotrop maddə - metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarında olan istintaq vaxtı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 03 (üç) ədəd və Azərfondan daxil olmuş 02 (iki) ədəd “DVD” disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus 01 (bir) ədəd “Redmi” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs1 və ya hökm qanuni qüvvəyə mindikdən sonra özünün razılığı ilə ailə üzvlərinə, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs2 məxsus 01 (bir) ədəd “Samsung” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs2 və ya hökm qanuni qüvvəyə mindikdən sonra özünün razılığı ilə ailə üzvlərinə, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs3 məxsus 01 (bir) ədəd “İphone” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs3 və ya hökm qanuni qüvvəyə mindikdən sonra özünün razılığı ilə ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, 221 (iki yüz iyirmi bir) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qüvvədə olan “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qərarın 1-ci hissəsində dəyişiklik edilərək, “6 manat” sözləri “11 manat” sözləri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qanuni qüvvəyə (29 aprel 2025-ci tarixədək) minənədək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında pulsuz hüquqi yardım göstərmiş «Kredo» Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 göstərdikləri hüquqi yardıma görə hüquqi xidmət haqqı hər saatı 06 manatdan, həmin qərar qanuni qüvvəyə mindikdən sonra (29 aprel 2025-ci tarixdən sonra) hər saatı 11 manat olmaqla hesablanmalıdır. Buna görə də Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı 06 (altı) manatdan hesablanmaqla 72 (yetmiş iki) manat, 27 (iyirmi yeddi) iş saatı 11 (on bir) manatdan hesablanmaqla 297 (iki yüz doxsan yeddi) manat, ümumilikdə 39 (otuz doqquz) iş saatı üçün 369 (üç yüz altmış doqquz) manat məbləğində vəsait «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı 06 (altı) manatdan hesablanmaqla 72 (yetmiş iki) manat, 27 (iyirmi yeddi) iş saatı 11 (on bir) manatdan hesablanmaqla 297 (iki yüz doxsan yeddi) manat, ümumilikdə 39 (otuz doqquz) iş saatı üçün 369 (üç yüz altmış doqquz) manat məbləğində vəsait «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Kredo» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 03 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 03 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 03 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 13,919 qram və 128,56 qram olan narkotik vasitə - qurudulmuş marixuana, 1,013 qram olan psixotrop maddə - metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 05 (beş) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhər Binəqədi Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs3 məxsus 01 (bir) ədəd “İphone” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs3 və ya hökm qanuni qüvvəyə mindikdən sonra özünün razılığı ilə ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhər Binəqədi Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus 01 (bir) ədəd “Redmi” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs1 və ya hökm qanuni qüvvəyə mindikdən sonra özünün razılığı ilə ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhər Binəqədi Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs2 məxsus 01 (bir) ədəd “Samsung” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs2 və ya hökm qanuni qüvvəyə mindikdən sonra özünün razılığı ilə ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 221 (iki yüz iyirmi bir) manat məbləğində ekspertiza xərci müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı 06 (altı) manatdan hesablanmaqla 72 (yetmiş iki) manat, 27 (iyirmi yeddi) iş saatı 11 (on bir) manatdan hesablanmaqla 297 (iki yüz doxsan yeddi) manat, ümumilikdə 39 (otuz doqquz) iş saatı üçün 369 (üç yüz altmış doqquz) manat məbləğində vəsait «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı 06 (altı) manatdan hesablanmaqla 72 (yetmiş iki) manat, 27 (iyirmi yeddi) iş saatı 11 (on bir) manatdan hesablanmaqla 297 (iki yüz doxsan yeddi) manat, ümumilikdə 39 (otuz doqquz) iş saatı üçün 369 (üç yüz altmış doqquz) manat məbləğində vəsait «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Kredo» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(101)-1142/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1142/2025
19.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver