Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1143/2021 29.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X12 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 nümayəndəsi olmaqla Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Nümayəndə müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1986-cı il avqustun 27-də Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, kafedə fərdi qaydada xadimə işləmiş, Xaçmaz şəhəri, Köhnə Xaçmaz kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1.-ci, 144-1.2.2.-ci, 144-1.2.3.-cü, 144-1.2.4-1.-ci, 144-1.2.5.ci və 144-3.4.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qadınları aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə, həmçinin hədə-qorxu məcburetmə vəsitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edərək sonuncuların pasportunu götürüb saxlamaqla təkrarən tamah niyyəti ilə iki və daha çox şəxs, eləcə də yetkinlik yaşına çatmayan şəxs barəsində insan alveri, habelə insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər cinayətlərini törətmişdir. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2015-ci il fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs5 yaşadığı ünvan 1 ünvanında olarkən sonuncunu Türkiyə Respublikasının İstanbul şəhərində restoranda xidmətçi kimi işə düzəldəcəyi ilə aldadıb cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, razılığını alaraq bütün yol xərclərini ödəyib 2015-ci il fevralın 16-da saat 21:18-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İstanbul şəhərinə aparmış, şəxsiyyəti istintaqla araşdırılan Murad adlı şəxs onları qarşılayaraq İstanbul şəhərində kirayələdikləri mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs5 pasportunu götürüb saxlamaqla sənədlərlə qanunsuz hərəkətlər etmiş, sonuncunu şəxsiyyəti istintaqla araşdırılan Murad adlı şəxs ilə birlikdə 2015-ci il fevralın 20-dən 2015-ci il martın 10-dək olan müddət ərzində İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərə cinsi əlaqədə olması üçün təqdim edərək cinsi istismar etməklə tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bacısı X14 və şəxsiyyəti istintaqla araşdırılan Murad adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aralarında olan cinayətkar razılaşmaya əsasən Xaçmaz şəhərində olarkən mobil telefon vasitəsilə əlaqə saxladığı, ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 Türkiyə Respublikasının İstanbul şəhərində yüksək məvacibli işə düzəldəcəyi ilə aldadaraq cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, razılığını alaraq bütün yol xərclərini ödəyib sonuncunu 2015-ci il avqustun 19-da saat 21:02-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İstanbul şəhərinə aparmış, X14 şəxsiyyəti istintaqla araşdırlan Murad adlı şəxs ilə bərabər onları qarşılayaraq İstanbul şəhərinin İkitelli bölgəsində yerləşən, kirayələdikləri mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs4 pasportunu götürüb saxlamaqla sənədlərlə qanunsuz hərəkətlər etmiş, sonuncunu Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqla araşdırılan Murad adlı şəxs ilə birlikdə 2015-ci il avqustun 21-dən 2015-ci il sentyabrın 15-dək olan müddət ərzində İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərə cinsi əlaqədə olması üçün təqdim edərək cinsi istismar etməklə tamah niyyəti ilə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bacısı X14 və şəxsiyyəti istintaqla araşdırılan Murad adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aralarında olan cinayətkar razılaşmaya əsasən X14 2015-ci il oktyabr ayının əvvəllərində mobil telefon vasitəsilə əlaqə saxladığı tanışı Zərərçəkmiş şəxs4 ilə Türkiyə Respublikasının İstanbul şəhərindən sonuncunu 2015-ci avqustun 21-dən 2015-ci il sentyabrın 15-dək olan müddət ərzində Türkiyə Respublikasında nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohumları və tanışları arasında yaymaqla rüsvay edəcəyi ilə hədələyib hədə-qorxu məcburetmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, razılığını alaraq bütün yol xərclərini ödəyib Maya Fikrət qızı X5 Əlimuradova ilə bərabər 2015-ci il oktyabrın 06-da saat 19:59-da Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İstanbul şəhərinə aparmış, orada kirayələdikləri mənzildə yerləşdirərək Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqla araşdırılan Murad adlı şəxs ilə birlikdə 2015-ci il oktyabrın 08-dən 2015-ci il oktyabrın 29-dək olan müddət ərzində İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında cinsi əlaqədə olması üçün kişi müştərilərə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bacısı X14 və şəxsiyyəti istintaqla araşdırılan Murad adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aralarında olan cinayətkar razılaşmaya əsasən ünvan 3 ünvanında yaşayan yetkinlik yaşına çatmayan tanışı 1999-cu il 20 yanvar təvəllüdlü Zərərçəkmiş şəxs3 Türkiyə Respublikasının İstanbul şəhərindəki kafedə xidmətçi işləməklə yüksək məvacibli işə düzəldəcəyi ilə aldatmaqla cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, razılığını alaraq bütün yol xərclərini ödəyib sonuncunu 2016-cı il mayın 25-də saat 21:45-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikası İstanbul şəhərinin Halkalı bölgəsinə aparmış, X14 şəxsiyyəti istintaqla araşdırılan Murad adlı şəxs ilə bərabər onları qarşılayaraq İstanbul şəhərinin Halkalı bölgəsində yerləşən kirayələdikləri mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 pasportunu götürüb saxlamaqla sənədlərlə qanunsuz hərəkətlər etmiş, sonuncunu Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqla araşdırılan Murad adlı şəxs ilə birlikdə 2016-cı il mayın 30-dan 2016-cı il iyunun 11-dək olan müddət ərzində İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərə cinsi əlaqədə olması üçün təqdim edərək cinsi istismar etməklə tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkrarən, eləcə də yetkinlik yaşına çatmayan şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bacısı X14 və şəxsiyyəti istintaqla araşdırılan Murad adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aralarında olan cinayətkar razılaşmaya əsasən yaşadığı, Xaçmaz şəhəri, Leyla Bədirbəyli küçəsində yerləşən fərdi yaşayış evində tanışı Zərərçəkmiş şəxs1 Türkiyə Respublikasının İstanbul şəhərində yüksək məvacibli işə düzəldəcəyi ilə aldatmaqla cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, razılığını alaraq bütün yol xərclərini ödəyib sonuncunu 2016-cı il avqustun 30-da saat 19:35-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İstanbul şəhərinə aparmış, X14 şəxsiyyəti istintaqla araşdırılan Murad adlı şəxs ilə bərabər onları qarşılayaraq İstanbul şəhərində kirayələdikləri mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 pasportunu götürüb saxlamaqla sənədlərlə qanunsuz hərəkətlər etmiş, sonuncunu Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqla araşdırılan Murad adlı şəxs ilə birlikdə 2016-cı il sentyabrın 02-dən 2016-cı il sentyabrın 28-dək olan müddət ərzində İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərə cinsi əlaqədə olması üçün təqdim edərək cinsi istismar etməklə tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bacısı X14 və şəxsiyyəti istintaqla araşdırılan Murad adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aralarında olan cinayətkar razılaşmaya əsasən yaşadığı, Xaçmaz şəhəri, Leyla Bədirbəyli küçəsində yerləşən fərdi yaşayış evində tanışı Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasının İstanbul şəhərində yüksək məvacibli işə düzəldəcəyi ilə aldatmaqla cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, razılığını alaraq bütün yol xərclərini ödəyib sonuncunu 2016-cı il avqustun 30-da saat 19:36-da Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İstanbul şəhərinə aparmış, X14 şəxsiyyəti istintaqla araşdırılan Murad adlı şəxs ilə bərabər onları qarşılayaraq İstanbul şəhərində kirayələdikləri mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 pasportunu götürüb saxlamaqla sənədlərlə qanunsuz hərəkətlər etmiş, sonuncunu Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqla araşdırılan Murad adlı şəxs ilə birlikdə 2016-cı il sentyabrın 02-dən 2016-cı il sentyabrın 28-dək olan müddət ərzində İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərə cinsi əlaqədə olması üçün təqdim edərək cinsi istismar etməklə tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bacısı X14 və şəxsiyyəti istintaqla araşdırılan Murad adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aralarında olan cinayətkar razılaşmaya əsasən 2017-ci il mayın 19-da ünvan 3 ünvanında yerləşən evdə yaşayan, mobil telefon əlaqəsi saxladığı tanışı Zərərçəkmiş şəxs3 2016-cı il mayın 30-dan 2016-cı il iyunun 11-dək olan müddət ərzində Türkiyə Respublikasında nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohumları və tanışları arasında yaymaqla rüsvay edəcəyi ilə hədələyib hədə-qorxu məcburetmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, razılığını alaraq bütün yol xərclərini ödəyib Zərərçəkmiş şəxs3 2017-cı il mayın 20-də saat 18:01-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İstanbul şəhərinə aparmış, X14 şəxsiyyəti istintaqla araşdırılan Murad adlı şəxs ilə bərabər onları qarşılayıb İstanbul şəhərində kirayələdikləri mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 pasportunu götürüb saxlamaqla sənədlərlə qanunsuz hərəkətlər etmiş, sonuncunu Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqla araşdırılan Murad adlı şəxs ilə birlikdə 2017-ci il mayın 22-dən 2017-ci il mayın 28-dək olan müddət ərzində İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında cinsi əlaqədə olması üçün kişi müştərilərə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bacısı X14 və şəxsiyyəti istintaqla araşdırılan Murad adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aralarında olan cinayətkar razılaşmaya əsasən 2017-ci il sentyabr ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən evdə yaşayan, mobil telefon əlaqəsi saxladığı tanışı Zərərçəkmiş şəxs3 2017-cı il mayın 22-dən 2017-cı il mayın 28-dək olan müddət ərzində Türkiyə Respublikasında nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohumları və tanışları arasında yaymaqla rüsvay edəcəyi ilə hədələyib hədə-qorxu məcburetmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, razılığını alaraq bütün yol xərclərini ödəyib Zərərçəkmiş şəxs3 2017-cı il sentyabrın 15-də saat 19:30-da Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İstanbul şəhərinə aparmış, X14 şəxsiyyəti istintaqla araşdırılan Murad adlı şəxs ilə bərabər onları qarşılayıb İstanbul şəhərində kirayələdikləri mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 pasportunu götürüb saxlamaqla sənədlərlə qanunsuz hərəkətlər etmiş, Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqla araşdırılan Murad adlı şəxs ilə birlikdə 2017-ci il sentyabrın 17-dən 2017-ci il sentyabrın 26-dək olan müddət ərzində İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında cinsi əlaqədə olması üçün kişi müştərilərə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 144-1.2.1.-ci, 144-1.2.2.-ci, 144-1.2.3.-cü, 144-1.2.4-1.-ci, 144- 1.2.5.-ci və 144-3.4.-cü maddələri ilə ona elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2013-cü ildə Türkiyə Respublikasında qalma müddətini pozduğuna görə deportasiya edildikdən sonra bacısı X8 ilə bir-birilərinə oxşadıqları üçün sonuncunun pasportu ilə oraya yollanmışdır. Bu zaman tanış olduğu Kadir adlı türk vətəndaşı ilə yaxın münasibəti yaranmaqla sonuncunu görmək üçün İstanbul şəhərinə gedib-gəlmiş və ticarətlə məşğul olmuşdur. Kadir adlı şəxsdən ayrılandan sonra məcbur olub pul qarşılığında cinsi əlaqədə olmuşdur. Xaçmaz şəhərindən tanıdığı Zərərçəkmiş şəxs4 ilə sadəcə olaraq yol yoldaşı olmuş, sonuncu İstanbul şəhərində yaşayan basısı X6 evində qalmış, həmçinin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ondan Nuridənin yanına getmək üçün kömək istədikdə qızlara bacısının nömrəsini vermiş, Türkiyədə nə işlə məşğul olduqlarını bilməmiş, Zərərçəkmiş şəxs3 anası xəstə olduğundan sonuncularla birlikdə Nuridəgilə gəlmiş, Zərərçəkmiş şəxs5 ilə 2016-ci il fevralın 16-da Ankara şəhərində üç gün müddətində fahişəliklə məşğul olduqdan sonra aralarında mübahisə yarandığından o, İstanbul şəhərində Uğur adlı tanışının yanına getmiş, 2016-cı il martın 12-də tək özü Azərbaycana qayıtmışdır. O, heç kimi cinsi istismar etməmiş və insan alveri cinayətini törətməmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, 2014-cü ildə Türkiyə Respublikasına gedərkən tanış olduğu, özünü Günay kimi təqdim edən, adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi qadın 2015-ci il fevral ayının əvvəllərində onun yaşadığı ünvan 1 ünvanında qonaq kimi dəvət olunduğu zaman İstanbul şəhərində restoranda xidmətçi kimi işə düzəldəcəyini deməklə aldadıb bütün yol xərclərini ödəyərək onu 2015-ci il fevralın 16-da İstanbul şəhərinə aparmış, orada onları Murad adlı şəxs qarşılayıb İstanbul şəhərində sonuncunun və Nurəsdənin kirayələdikləri mənzilə yerləşdirdikdən sonra pasportunu götürərək saxlamışdır. Adları çəkilən şəxslər 2015-ci il fevralın 20-dən 2015-ci il martın 10-dək olan müddət ərzində onu İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərə cinsi əlaqədə olması üçün təqdim edib cinsi istismar etmişlər. Hazırda barışdığından təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yaşayır, Təqsirləndirilən şəxs Günay adı ilə sonuncunun bacısı X6 vasitəsi ilə tanımış, Nurəsdə Xaçmaz şəhərində olarkən mobil telefon vasitəsilə onunla əlaqə saxlayaraq Türkiyə Respublikasının İstanbul şəhərində yüksək məvacibli işə düzəldəcəyini vəd etməklə aldadıb bütün yol xərclərini ödəyərək onu 2015-ci il avqustun 19-da İstanbul şəhərinə aparmışdır. Orada onları Nuridə və Murad adlı şəxs qarşılayıb İstanbul şəhərinin İkitelli bölgəsində yerləşən, kirayələdikləri mənzilə yerləşdirdikdən sonra Nuridə onun pasportunu götürərək saxlamış, həmin üç nəfər şəxs onu 2015-ci il avqustun 21-dən 2015-ci il sentyabrın 15-dək olan müddət ərzində İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərə cinsi əlaqədə olması üçün təqdim edib cinsi istismar etmişdir. Bununla yanaşı Nuridə və Nurəsdə onu kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohumları və tanışları arasında yaymaqla rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu gəlib 2015-ci il oktyabrın 06-da İstanbul şəhərinə aparmış, orada kirayələdikləri mənzildə yerləşdirdikdən sonra Murad adlı şəxs ilə birlikdə 2015-ci il oktyabrın 08-dən 2015-ci il oktyabrın 29-dək olan müddət ərzində İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında cinsi əlaqədə olması üçün kişi müştərilərə təqdim edib cinsi istismar etmişlər. Hazırda barışdığından təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanında yaşayır. 2016-cı ilin yay aylarında Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Leyla Bədirbəyli küçəsində yerləşən fərdi yaşayış evinə tanışı Zərərçəkmiş şəxs1 ilə dəvət edərkən sonuncu Türkiyə Respublikasının İstanbul şəhərində olan yüksək məvacibli işə düzəldəcəyi vədi ilə aldadıb bütün yol xərclərini ödəyərək onu 2016-cı il avqustun 30-da İstanbul şəhərinə aparmış, orada onları X14 Murad adlı şəxs ilə bərabər qarşılayıb İstanbul şəhərində kirayələdikləri mənzilə yerləşdirdikdən sonra onun pasportunu götürüb saxlamış, Nurəsdə və Murad adlı şəxs ilə birlikdə 2016-cı il sentyabrın 02-dən 2016-cı il sentyabrın 28-dək olan müddət ərzində İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərə cinsi əlaqədə olması üçün təqdim edərək cinsi istismar etmişdir. Hazırda barışdığından təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ünvan 5 ünvanında yaşayır. Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanıdığı Təqsirləndirilən şəxs Türkiyə Respublikasının İstanbul şəhərində yüksək məvacibli işə düzəldəcəyi vədi ilə aldatmaqla bütün yol xərclərini ödəyərək onu 2016-cı il avqustun 30-da İstanbul şəhərinə aparmış, orada onları X14 və Murad adlı şəxs qarşılamışlar, İstanbul şəhərində kirayələdikləri mənzilə yerləşdirdikdən sonra Nuridə onun pasportunu götürüb saxlamış, Nurəsdə və Murad adlı şəxs ilə birlikdə 2016-cı il sentyabrın 02-dən 2016-cı il sentyabrın 28-dək olan müddət ərzində İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərə cinsi əlaqədə olması üçün təqdim edərək cinsi istismar etmişdir. Hazırda barışdığından təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs3 ibtidai araşdırma vaxtı zərər çəkmiş şəxs qismində dindirilərkən ifadəsində 2015-ci ildən tanıdığı Təqsirləndirilən şəxs ilə normal münasibəti olduğunu, 2016-cı il may ayının əvvəllərində sonuncuya maddi sıxıntılarının olduğundan anasının müalicəsini qarşılaya bilmədiyini danışdıqda Nurəsdənin ona Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan bacısı X2 işləyib yaxşı qazanc əldə etdiyini dediyini, onun da Nurəsdənin vədlərinə inanaraq sonuncu ilə İstanbul şəhərinə getdiyini, orada onları Nuridə ilə Murad adlı şəxsin qarşılayıb yaşadıqları Halkalı bölgəsindəki evlərinə apardıqlarını, Nuridənin pasportunu ondan aldadaraq aldığını, bundan sonra 2016-cı il mayın 30-dan 2016-cı il iyunun 11-dək Nuridənin, Murad adlı şəxsin və Nurəsdənin onu məcburi şəkildə kişi müştərilərlə pul müqabilində görüşdürdüklərini, 2017-ci il mayın 19-da Nurəsdə zəng edib onu kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohumları və tanışları arasında yaymaqla rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu gəldiyindən Nuridənin, Murad adlı şəxsin və Nurəsdənin nəzarəti altında 2017-ci il mayın 22-dən 2017-ci il mayın 28-dək və 2017-ci il sentyabrın 17-dən 2017-ci il sentyabrın 26-dək olan müddət ərzində cinsi istismara məruz qaldığını göstərmişdir (1-ci cild, iş vərəqi 259-264). İş materiallarındakı X25 Mübarizə Baş İdarəsinin X25 İstintaq və Təhqiqat Şöbəsinin 2020-ci il yanvarın 15-də tərtib etdiyi raportların, 2020-ci il 03 fevral tarixli şifahi ərizə protokolunun, habelə eyni tarixli ərizənin kserosurətlərindən görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 2016-cı il avqustun 30-da insan alveri məqsədi ilə Türkiyə Respublikasının İstanbul şəhərinə aparılmaları ehtimalı müəyyən olunmuş, sonuncular həmin tarixdə İstanbul şəhərində olarkən X14 tərəfindən cinsi istismara məruz qaldıqlarını bildirmişlər (1-ci cild, iş vərəqi 26, 32, 37 və 44). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2020-ci il martın 16-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (1-ci cild, iş vərəqi 71). İş materiallarındakı X25 Mübarizə Baş İdarəsinin X25 İstintaq və Təhqiqat Şöbəsinin tərtib etdiyi 2020-ci il 08 sentyabr tarixli arayışın kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs3, X21, Zərərçəkmiş şəxs4 və Samirə Nəbi qızı X13 Əlimuradova ilə əlaqələrinin olması müəyyən edilməklə Zərərçəkmiş şəxs3, X21, Zərərçəkmiş şəxs4 və Samirə Nəbi qızı X1 tərəfindən cinsi istismara məruz qalmaları ehtimal edilir (1-ci cild, iş vərəqi 130). İş materiallarında olan X25 Mübarizə Baş İdarəsinin 2020-ci il 24 sentyabr tarixli 017- 2641-1220 №-li məktubunun kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs5 müəyyən edilib istintaqa təqdim olunmaqla Murad adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır (1-ci cild, iş vərəqi 153). İş materiallarındakı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 11 yanvar tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülən sərhəd keçidinə dair sənədlərə baxış zamanı X6 2015-ci il martın 09-da saat 20:41-də C00215463 nömrəli sənəddən istifadə edib dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətində tərk etməsi, 2019-cu il noyabrın 19-da saat 18:07-də AA0184042 nömrəli sənəddən istifadə edib dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətindən ölkəyə daxil olması; Təqsirləndirilən şəxs 2013-cü il yanvarın 23-də saat 21:45-də P3350738 nömrəli sənəddən istifadə edib dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətində tərk etməsi, saat 21:59-da dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətindən ölkəyə daxil olması, C01762644 sənəddən istifadə edib 2018-ci il fevralın 13-də saat 23:47-də dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətində tərk etməsi, saat 23:47-də dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətindən ölkəyə daxil olması; X3 2015-ci il avqustun 19-da saat 21:05-də P3473390 nömrəli sənəddən istifadə edib dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətində tərk etməsi, 2015-ci il sentyabrın 17-də saat 02:20-də dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətindən ölkəyə daxil olması, 2015-ci il oktyabrın 06-da saat 20:14-də dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətində tərk etməsi, 2015-ci noyabrın 05-də saat 00:46-da dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətindən ölkəyə daxil olması, 2016-cı il mayın 25-də saat 21:46-da dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətində tərk etməsi,2016-cı il iyunun 13-də saat 01:07-də dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətindən ölkəyə daxil olması, 2016-cı il sentyabrın 05-də saat 18:45-də dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətində tərk etməsi, 2016-cı il oktyabrın 04-də saat 23:14-də dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətindən ölkəyə daxil olması, 2017-ci il mayın 20-də saat 17:46-da dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətində tərk etməsi, 2017-ci il mayın 30-da saat 22:09-da dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətindən ölkəyə daxil olması; Zərərçəkmiş şəxs1 2016-cı il avqustun 30-da 19:35-də C00639563 nömrəli sənəddən istifadə edib dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətində tərk etməsi, 2016-cı il sentyabrın 30-da saat 00:51-də dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətindən ölkəyə daxil olması, 2016-cı il oktyabrın 03-də saat 19:00-da dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətində tərk etməsi, 2016-cı il noyabrın 03-də saat 01:26-da dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətindən ölkəyə daxil olması, 2016-cı il noyabrın 11-də saat 20:36-da dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətində tərk etməsi, 2016-cı il dekabrın 11-də saat 00:41-də dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətindən ölkəyə daxil olması; Zərərçəkmiş şəxs2 2016-cı il avqustun 30-da saat 19:36-da C01064883 nömrəli sənəddən istifadə edib dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətində tərk etməsi, 2016-cı il sentyabrın 09-da saat 00:51-də dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətindən ölkəyə daxil olması, 2016-cı il oktyabrın 03-də saat 19:00-da dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətində tərk etməsi, 2016-cı il noyabrın 02-də saat 00:40-da dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətindən ölkəyə daxil olması; Zərərçəkmiş şəxs4 2015-ci il avqustun 19-da saat 21:02-də C00681145 nömrəli sənəddən istifadə edib dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətində tərk etməsi, 2015-ci il sentyabrın 17-də saat 02:20-də dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətindən ölkəyə daxil olması, 2015-ci il oktyabrın 06-da saat 19:59-da dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətində tərk etməsi, 2015-ci il noyabrın 01-də saat 22:22-də dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətindən ölkəyə daxil olması; Zərərçəkmiş şəxs3 2016-cı il mayın 25-də saat 21:45-də C00018341 nömrəli sənəddən istifadə edib dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətində tərk etməsi, 2016-cı il iyunun 13-də saat 01:07-də dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətindən ölkəyə daxil olması, 2017-ci il mayın 20-də saat 18:01-də dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətində tərk etməsi, 2017-ci il mayın 30-da saat 22:11-də dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətindən ölkəyə daxil olması, 2017-ci il sentyabrın 15-də saat 19:30-da dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətində tərk etməsi, 2017-ci il sentyabrın 29-da saat 03:28-də dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətindən ölkəyə daxil olması, 2017-ci il oktyabrın 30-da saat 17:39-da dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətində tərk etməsi, 2017-ci il noyabrın 10-da saat 00:46-da dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətindən ölkəyə daxil olması; X3 2015-ci il fevralın 16-da saat 21:17-də P3473390 nömrəli sənəddən istifadə edib dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətində tərk etməsi, 2015-ci il martın 12-də saat 00:04-də dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətindən ölkəyə daxil olması; Zərərçəkmiş şəxs5 2015-cı il fevralın 16-da saat 21:18-də P4130784 nömrəli sənəddən istifadə edib dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətində tərk etməsi, 2015-ci il martın 12-də saat 22:02-də dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətindən ölkəyə daxil olması müəyyən edilmişdir (2-ci cild, iş vərəqi 43). İş materiallarındakı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 01 mart və 2021-ci il 03 mart tarixli protokollardan görünür ki, iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 şahid Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən zərər çəkmiş şəxslər ifadələrini təsdiqləyib Təqsirləndirilən şəxs tərəfindən aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiklərini bildirmişlər, sonuncu onların göstərdikləri ilə razılaşmayaraq X9 Türkanla Əzizənin İstanbul şəhərinə gəlib orada işləmək istədiklərini bildirdiyini, Türkan və Əzizəyə fahişəliklə bağlı heç nə demədiyini, adları çəkilən qadınların İstanbul şəhərində fahişəliklə məşğul olmaları barədə məlumatı olmadığını, Günel və sonuncunun anası ilə birlikdə İstanbul şəhərinə müalicə olunmaq üçün getdiklərini, Maya ilə birgə İstanbul şəhərinə gəldikdən sonra özünün başqa yerdə qalmaqla sonuncunun nə işlə məşğul olduğunu bilmədiyini, Samirə ilə bərabər 2016-cı il fevralın 16-da Ankara şəhərinə gedib orada üç gün müddətində fahişəliklə məşğul olduqlarını, daha sonra aralarında mübahisə yarandığından onun Uğur adlı tanışının yanına gəldiyini və 2016-cı il martın 12-də tək ölkəyə qayıtdığını, Samirəni cinsi istismar etmədiyini bildirmişdir (2-ci cild, iş vərəqi 144- 160 və 163-171). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 30 mart tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 144-1.1.-ci maddəsindən həmin Məcəllənin 144-1.2.1.-ci, 144-1.2.2.-ci, 144-1.2.3.-cü, 144-1.2.4-1.-ci, 144-1.2.5.-ci və 144- 3.4.-cü maddələrinə tövsif edilməklə Təqsirləndirilən şəxs qeyd olunan maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (2-ci cild, iş vərəqi 174-177 və 179-183). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 2021-ci il 30 mart tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin144- 1.2.1.-ci, 144-1.2.2.-ci, 144-1.2.3.-cü, 144-1.2.4-1.-ci, 144-1.2.5.-ci və 144-3.4.-cü maddələri ilə elan edilən ittiham qüvvəsində saxlanılmış; sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 318-ci və 320-ci maddələri ilə cinayət təqibinin başlanması rədd olunmuş, cinayət işinin materiallarından Murad adlı şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 144-1.1.-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır (2-ci cild, iş vərəqi 205-228 və 230-236). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində «Dövlət Sosial Müdafiə Fondu» publik hüquqi şəxsinin Xaçmaz Rayon Xidmət Nümayəndəliyinin 2021-ci il 06 aprel tarixli **********6 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs anası X16 yaşa görə 259,78 manat əmək pensiyası alır. Məhkəməyə təqdim olunan AZE seriyalı 18270019 №-li şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, X6 2013-cü il 30 noyabr təvəllüdlü Əmirşah adlı övladı var. Məhkəməyə təqdim olunan AZE seriyalı 11843639 №-li şəxsiyyət vəsiqəsinin və 2017-ci il 06 sentyabr tarixli AZ-İV seriyalı 003969 №-li doğum haqqında şəhadətnamənin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2017-ci il 25 avqust təvəllüdlü Məhəmməd adlı övladı var. Məhkəməyə təqdim olunan Xaçmaz Rayonu İcra Hakimiyyəti başçısının Müşkür Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2021-ci il 08 iyun tarixli 726 nömrəli arayışdan və 2021-ci il 20 sentyabr tarixli 35 №-li xasiyyətnamədən görünür ki, Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yaşayan Təqsirləndirilən şəxs ailəsi 1957-ci il təvəllüdlü anası X10, 2017-ci il təvəllüdlü övladı X4 və 2013-cü il təvəllüdlü bacısı oğlu X17 ibarətdir, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəməyə təqdim olunan notariat qaydasında təsdiq edilmiş 2021-ci il 16 iyun, 2021-ci il 17 iyun və 2021-ci il 06 iyul tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs ilə barışmışlar, sonuncuya qarşı heç bir tələbləri yoxdur, gələcəkdə ona qarşı heç bir iddiaları və şikayətləri olmayacaqdır. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1.-ci, 144-1.2.2.-ci, 144-1.2.3.-cü, 144-1.2.4-1.-ci, 144-1.2.5.-ci və 144-3.4.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1.-ci, 144-1.2.2.-ci, 144-1.2.3.-cü, 144-1.2.4-1.-ci, 144-1.2.5.-ci və 144-3.4.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikasının CM-nin 144- 1.2.1.-ci, 144-1.2.2.-ci, 144-1.2.3.-cü, 144-1.2.4-1.-ci, 144-1.2.5.-ci və 144-3.4.-cü maddələrinin dispozisiyalarında ehtiva olunmayan tamah niyyəti kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətindədir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə, yəni heç kimi cinsi istismar etməməsi və insan alveri cinayətini törətməməsi barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, zərər çəkmiş şəxslərin ifadələri, üzləşdirmə protokolları, eləcə də iş üzrə digər mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasının, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, ailə vəziyyətini, barəsində qeydiyyatda olduğu yer üzrə şikayət daxil olmadığını, qadınlığını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8.-ci, 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ciil 2 aprel tarixli Qərarının 3-cü maddəsi Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində qeyd olunan «bu Məcəllənin 59.1.9 və 59.1.10cu maddələrində» müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsinə uyğun olaraq, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə iş üzrə cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar hesab edərək haqqında Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilən Təqsirləndirilən şəxs həmin Məcəllənin 144-1.2.1.-ci, 144-1.2.2.-ci, 144-1.2.3.-cü, 144- 1.2.4-1.-ci və 144-1.2.5.-ci maddələrinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin olunmaqla onların islah edilməsini və sosial ədalətin bərpasına nail olunmasını mümkün sayır. Azərbaycan Respublikasının CM-nin 79.1.-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair» 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsində qeyd olunan şəxslərin cəzalarının çəkilməsinin təxirə salınması məsələsi həm hökm çıxarılarkən, həm də onlar cəzaçəkmə müəssisələrində cəza çəkərkən həll edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzası sonuncunun 2017-ci il 25 avqust təvəllüdlü övladı X11 14 yaşına çatanadək, yəni 2031-ci il avqustun 25-dək təxirə salınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini həll edərkən habelə «İnsan alverinə və fahişəliyin üçüncü şəxslər tərəfindən istismarına qarşı mübarizə haqqında» Birləşmiş Millətlər Təşkilatının 1950-ci il 21 mart tarixli Konvensiyasının, «X25 mübarizə haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun, «Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyanı tamamlayan, insan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında» Birləşmiş Millətlər Təşkilatının 2000-ci il 15 noyabr tarixli Protokolunun (Azərbaycan Respublikası 2003-cü il 13 may tarixli Qanunla qeyd edilən Protokola qoşulmuşdur), «X25 mübarizə haqqında» Avropa Şurasının 2005-ci il 16 may tarixli Konvensiyasının və həmin X20, «X23 iştirakçısı olan dövlətlər arasında insan alverinə, insan orqanları və toxumalarının qanunsuz ticarətinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında» 2005-ci il 25 noyabr tarixli Sazişin müddəalarını nəzərə alır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədıyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 64 iş saatı həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 384 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin sonuncunun 2017-ci il 25 avqust təvəllüdlü övladı X7 14 yaşına çatanadək təxirə salınacağını nəzərə alaraq hesab edir ki, cəzaçəkmənin başlanğıcı hökmün faktiki icra olunacağı vaxtdan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 144-1.2.1.-ci, 144-1.2.2.ci, 144-1.2.3.-cü, 144-1.2.4-1.-ci və 144-1.2.5.-ci maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunaraq 04 (dörd) il 06 (altı) ay, Azərbaycan Respublikasının CM-nin 144-3.4.-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1.-ci maddəsi tətbiq edilməklə 2017-ci il 25 avqust təvəllüdlü övladı X11 14 yaşına çatanadək hökmün icrası təxirə salınsın. Təqsirləndirilən şəxs övladı X11 14 yaşına çatanadək davranışına nəzarət Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Cəzaçəkmə müddətinin başlanğıcı hökmün faktiki icra olunacağı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 384 manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-1143/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1143/2021
29.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver