Məhkəmə qərarları › İş №1(101)-1143/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1143/2024

19.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1143/2024 19.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi – Bakl şəhəri “Kamandar Nəsirov və Partnyorları” Vəkil Bürosunun vəkili Əliyev Vüqar Həsən oğlunun və 06 saylı Vəkil Bürosunun vəkili Məmişov Anar Mövsüm oğlunun iştirakı ilə 26 avqust 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmayan, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı Təcridxanasında saxlanılan Şahid1 Mübariz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: təqsirləndirilən şəxs Şahid1 Mübariz oğlu satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkmək, yetişdirmək və onları (onların hissələrini) toplamaqla kultivasiya etmək, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana hazırlamaq, saxlamaq və satmaq üçün naməlum mənbədən istintaqa məlum olmayan vaxtda və şəraitdə əldə etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin aprel ayında özünə məxsus olan yaşadığı ünvan 3 ünvanda yerləşən ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində 137 ədəd dibçəkdə süni işıqlandırma şəraitində əkib onların cücərməsinə nail olduqdan sonra 22 may 2023-cü il tarixədək olan müddət ərzində külli miqdarda 137 ədəd “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər”-in İİİ siyahısına daxil olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qulluq göstərməklə onları yetişdirərək və hissələrini toplayaraq kultivasiya etmiş, kultivasiya etdiyi tərkibində narkotik vasitələr olan həmin çətənə (kannabis) bitki kollarından toplayıb kustar üsulla hazırladığı külli miqdarda 01 kq 232,2 qram təmiz çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə yaşadığı ünvan 3 ünvanında qanunsuz saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ruslan Məmmədov 22 may 2023-cü il tarixdə saat 19:45-də yaşadığı ünvan 3 ünvanının qarşısında saxlanılaraq, öz razılığı və iştirakı ilə həmin tarixdə saat 19:45-dən etibarən qeyd edilən ünvana baxış keçirilərkən fərdi yaşayış evinin birinci mərtəbəsində 137 ədəd dibçəkdə süni işaqlandırılma şəraitində əkilmiş və aqrotexniki qaydada qulluq göstərilmiş külli miqdarda ümumi sayı 137 ədəd olan yaş vəziyyətdə ümumi çəkisi 495 qram bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və həmin növ bitkidən hazırlanan və kannabinoidli komponentləri eyni olan Ruslan Məmmədovun satış məqsədi ilə qanunsuz olaraq hazırlamaqla saxladığı külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 75 qram, 20 qram, 125 qram, 40 qram, 40 qram, 35 qram, 35 qram, 45 qram, 20 qram, 25 qram, 80 qram, 35 qram, 10 qram, 25 qram, 30 qram, 20 qram, 40 qram, 15 qram və 25 qram olmaqla 19 ədəd sellofan paketdə, ayrı-ayrılıqda təmiz çəkiləri 8,71 qram, 9,10 qram, 9,83 qram, 9,30 qram, 9,68 qram, 9,69 qram, 7,34 qram, 9,79 qram, 7,73 qram, 8,24 qram, 8,98 qram, 9,56 qram, 8,82 qram, 6,79 qram, 7,38 qram, 6,84 qram, 8,81 qram, 8,49 qram, 9,86 qram, 9,02 qram, 6,49 qram, 7,85 qram, 7,21 qram, 9,12 qram, 9,70 qram, 6,88 qram, 9,16 qram, 8,92 qram, 9,06 qram, 9,15 qram, 9,39 qram, 6,81 qram və 8,78 qram olmaqla 33 ədəd kibrit qutusunda və ayrı-ayrılıqda təmiz çəkiləri 41,09 qram, 34,70 qram, 43,85 qram və 90,08 qram olmaqla 04 ədəd şüşə bankada ümumilikdə 1 kq 232,2 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən otağın döşəməsinin üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Şahid1 Mübariz oğlu Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 22 may 2023-cü il tarixdə evinin təmiri üçün Sədərək Ticarət Mərkəzindən müxtəlif əşyalar alıb təmir etdirdiyi ünvan 3 nömrəli həyət evinə gəlmiş, dincəlmək üçün evdə gözlədikdə təxminən günorta saat 14:00 radələrində həyətdən səs gəldiyini eşitmiş, baxanda görmüşdür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2 nəfər əməkdaşı arxa qonşusu olan Hakim adlı şəxsin həyətinin divarından onun həyətinə keçmişlər. Pəncərədən baxdıqda bir nəfər ağ köynəkli şəxsin də həyətin ön tərəfindəki divardan həyətə daxil olduğunu görmüşdür. Onlar bir müddət həyətdə dayanmış, sonra yuxarı 2-ci mərtəbəyə qalxmışlar. Polis əməkdaşlarından biri – Orxan adlı şəxs odlu silah çıxardaraq, ona tərəf doğrultmuş və hədə-qorxu gəlməyə başlamış, onların tələblərini qəbul etməyəcəyi təqdirdə polisə müqavimət göstərməsi adı ilə onu güllələyəcəklərini bildirmişdir. Təxminən 2-3 saat sonra həmin Orxan adlı polis əməkdaşı özləri ilə gətirdiyi 2 ədəd torbada narkotik vasitələri evin ikinci mərtəbəsinin zal hissəsinə qoymuş, sonra arxa otağa aparmışlar. Polis əməkdaşları ona çəkiliş qrupunun gələcəyini və videoçəkiliş aparılacağını bildirmişlər. Polis əməkdaşlarının gətirdiyi narkotik vasitələri boynuna götürməyəcəyini bildirdikdə ona ağır işgəncələr verməyə başlamışlar. O da ağır işgəncələrə dözməyərək, məcburi şəkildə polis əməkdaşlarının tələbləri ilə razılaşmalı olmuşdur. Təxminən saat 19:45 radələrində çəkiliş qrupu gəlmiş, çəkiliş aparılmış daha sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. İdarədə onu 4 gün saxlamışlar. İdarədə olduğu 4 günün 2 günü ərzində ona ağır işgəncələr vermişlər. İşgəncə faktının araşdırılması Baş Prokurorluğun əməkdaşı ora gəlmiş, bundan sonra ona tibbi yardım göstərilmiş və işgəncələr dayandırılmışdır. Onda cəmi 12 ədəd dibçəkdə 40-50 santimetrlik narkotik vasitə olmuş, həmin narkotik vasitələri öz şəxsi istifadəsi üçün becərmişdir. Videoda aşkar edilmiş digər dibçəklərdəki narkotik vasitələri isə polis əməkdaşarı özləri gətirərək o formada yığmışlar. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs Şahid1 Mübariz oğlu ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində Azərbaycan Respublikası 234.4.3 və 237.2.3-cü maddələri ilə özünü təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə olan marixuana istifadəçisi olduğu üçün bir neçə müddət əvvəl qərara gəlmişdir ki, özü yaşadığı Xocəsən qəsəbəsində çətənə bitkisinin toxumlarını əkib becərsin. Onda çətənə bitkisinin toxumaları əvvəldən olmuşdur ki, bir dəfə adını xatırlamadığı tanışlarından biri neçə il əvvəl toxumları ona pay vermişdir. O, bir neçə müddət imiş ki, özü internetdən baxıb öyrəndiyi formada çətənə bitkisinin toxumalarını dibçəklərdə əkib onları süni işıqlandırma şəraitində becərib böyüyənlərini çıxardıb qurudub saxlamışdır. Qurutduğu marixuanaları paketlərə və sair qablara yığıb saxlamışdır. 22 may 2023-cü il tarixdə təxminən 19:40 radələrində yaşadığı ünvanın həyətində olduğu zaman həyətin qapısı döyülmüşdür. O, qapını açarkən bir neçə mülki geyimdə olan şəxs xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını söyləmişlər. O, da özünü təqdim etmişlərdən sonra onu barəsində daxil omuş məlumat əsasında qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər. Daha sonra yaşadığı evdə narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olub-olmamasım və yaşadığı mənzilə baxış aparmasına etiraz edib-etmədini soruşmuşlar. O, polislərə bildirmişdir ki, narkotik vasitələrdən istifadə edir və yaşadığı evə baxış keçirilməsinə etiraz etmir. Sonra o, bu barədə ərizə vermiş, polislər yaşadığı evin həyətinə daxil olub video çəkilişdən istifadə etməklə baxış aparmağa başlamışlar. Polis əməkdaşları onun dəvəti ilə evin birinci mərtəbəsində sol tərəfdə yerləşən sonuncu otağa keçmişlər və baxış aparılan zaman oradakı 137 ədəd süni işqlandırma şəraitində əkib-becərdiyi nəşə kollarını aşkar etmişlər. Bildirmişdir ki, aşkar edilmiş kollar nəşə kollarıdır və kollan öz istifadəsi üçün bir ay əvvəl əkib qulluq etmişdir. Yaşadığı ünvanda 137 ədəd dibçəkdə əkdiyi narkotik tərkibli çətənə bitkisi torpaqdan çıxarılıb sayılmış və tam yığılıb qurtardıqdan sonra aşkar olunmuş bitkilərin ümumi sayının 137 ədəd olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş çətənə tərkibli bitkilər polis əməkdaşı tərəfindən 01 ədəd ağ rəngli sellofan torbada qablaşdırılmış və üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Ona bundan başqa yaşadığı ünvanda narkotik vasitələr və psixotrop maddələr gizlədib saxladığı təqdirdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, iştirakçıları yaşadığı ünvanın ikinci mərtəbəsində olan otağa dəvət edib otaqda döşəmənin üzərində olan sellofan paketləri və 04 ədəd şüşə bankanı təqdim edib içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin sellofan paketlərə baxış keçirilərkən 12 ədəd şəffaf sellofan paketin içərisində narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd göy sellofan torbada olan 07 ədəd şəffaf rəngli sellofan paketin içərisindən narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd şəffaf sellofan paketdə olan 33 ədəd kibrit qutusunun içərisindən narkotik vasitə qurudulmuş marixuana, 04 ədəd şüşə bankada narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Bundan sonra yaşadığı ünvandan baxış zamanı aşkar olunmuş ümumilikdə 19 ədəd sellofan paketdə, 33 ədəd kibrit qutusunda və 04 ədəd şüşə bankada olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi polis əməkdaşı tərəfindən 01 ədəd göy rəngli sellofan torbada qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra baxış davam etdirilərkən yaşadığı ünvan 3 ünvanından qanunsuz digər əşya və predmetlər aşkar edilməmişdir. O, yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı evdə əkdiyi narkotik tərkibli çətənə bitkilərindən yetişmiş olanlarını yığıb qurudaraq əldə etdiyini, aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri şəxsi istifadəsi məqsədi ilə yaşadığı evdə gizlədib saxladığını bildirmişdir. Bundan sonra o, Baş İdarəyə dəvət edilmişdir. O, təklifə etiraz etməyib Baş İdarəyə getməyə razı olduğunu bildirmişdir. Baş İdarəyə gəldikdən sonra hüquqlarının müdafiə edilməsi üçün vəkillərin siyahısı təqdim edilmiş, o siyahıda adları qeyd edilən hər hansı vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığım bildirmişdir. Bundan sonra vəkil dəvət olunub ona təqdim olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış və götürmə prosesi keçirilmiş, üzərindən qanunsuz hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə prosesi başa çatdıqdan sonra yaşadığı ünvan 3 ünvanına baxış keçirilməsinin nəticələrinə dair protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, şəxsi axtarış və baxış keçirilərkən ona heç bir fiziki və ya psixi zor göstərilmədiyini, bundan başqa heç bir cinayət törətmədiyini, narkoloji və psixo-nevroloji dispanserdə qeydiyyatda olmadığını bildirmişdir (cild 1, iş vərəqi 80-82). Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Mustafayev Orxan Murad oğlu ifadəsində göstərmişdir ki, 22 may 2023-cü il tarixdə Şahid1 Mübariz oğlunun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı ünvanda narkotik vasitələri əkib-becərməsi ilə bağlı məlumat daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış, qrupa o, Yusifov Camo İlham oğlu və Fərhadlı Ülvi Elman oğlu daxil edilmiş, qrupa rəhbərlik ona həvalə edilmişdir, bundan sonra Ruslan Məmmədovun yaşadığı Binəqədi rayonu, Xocəsən qəsəbəsindəki evə yollanmışlar, həmin ünvana o, iki əməliyyat müvəkkili, mütəxəssis və təhqiqatçı getmişlər, giriş qapısını döydükdə giriş qapısında Ruslan Məmmədova oxşar şəxsin olduğunu görmüşlər, sonuncudan anket məlumatlarını təqdim etməsini tələb etdikdə, həmin şəxs anket məlumatlarını təqdim etdikdən sonra həmin şəxsin Ruslan Məmmədov olduğunu dəqiqləşdirmişlər, daha sonra Ruslan Məmmədova narkotik vasitələrin qanunsuz dövriyfəsi ilə məşğul olması barədə məlumatlarının olması bildirilmiş, Ruslan Məmmədov təsdiq etmişdir ki, həqiqətən də evində narkotik tərkibli bitkilərin əkib-bbecərməsiy ilə məşğul olur, bundan sonra evə daxil olmuşlar, evin birinci mərtəbəsindəki təmirsiz otaqda Ruslan Məmmədovun süni işıqlandırma şəraitində bitkilər əkib-becərdiyini görmüşlər, mütəxəssis bitkilərə baxdıqdan sonra çətənə bitkiləri olduğunu bildirmiş, bundan sonra Ruslan məmmədov evin ikinci mərtəbəsində narkotik vasitə marixuana olduğunu bildirmiş, evin ikinci mərtəbəsinə baxış keçirərkən isə həqiqətən də çox sayda narkotik vasitə marixuana olduğunu aşkar etmişlər. Ruslan Məmmədova istər saxlanılan zaman istərsə də polis idarəsində heç bir fiziki, psixi təsir və ya təzyiq edilməmişdir. Şahid Mustafayev Orxan Murad oğlu ibtidai isintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Şahid1 Mübariz oğlunun külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib saxlayaraq daşıması, eləcə də yaşadığı ünvanda satış məqəsdi ilə külli miqdarda qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərlə bağlı məlumat daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə edilmişdir. 22 may 2023-cü il tarixdə, təqribən saat 19:45 radələrində Şahid1 Mübariz oğlunun yaşadığı ünvan 3 ünvanının qarşısına gəlmiş, həmin ünvanın həyətinə olan giriş qapısını döymüş, Ruslan adlı şəxs qapını açdıqda onlar həmin şəxsə özlərini təqdim edib, sonuncunun qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr əldə edərək saxlaması və daşıması, həmçinin yaşadığı evdə tərkibində narkotik maddələr olan bitkiləri əkib becərməklə kultivasiya etməkdə şübhəli olduğu bildirmişlər. Ruslan Məmmədov yaşadığı ünvanda narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini və həmin bitkiləri göstərə biləcəyini, eyni zamanda yaşadığı ünvanda narkotik vasitə qurudulmuş marixuana gizlədib saxladığını və həmin narkotik vasitəni də təqdim edə biləcəyini bildirərək yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını qeyd etmişdir. O, yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazaraq təqdim etmişdir. Bundan sonra videokamera vasitəsilə çəkliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Həyətdə iki mərtəbəli yaşayış evinin olması müşahidə edilmiş, evin birinci mərtəbəsində içərisində süni işqlandırma altında olan 137 ədəd dibçəkdə 10-15 sm ölçülü bitkilər əkildiyi məlum olmuşdur. Baxışda iştirak üçün mütəxəssis dəvət olunmuş, mütəxəssisin iştirakı ilə narkotik vasitələrin olduğu dibçəklər sayılmışdır. Ruslan Məmmədov ikinci mərtəbədə olan otağa dəvət edib otaqda döşəmənin üzərində olan sellofan paketləri və 04 ədəd şüşə bankanı təqdim edib içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin sellofan paketlərə baxış keçirilərkən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Ruslan Məmmədova istər saxlanılan zaman istərsə də polis idarəsində heç bir fiziki, psixi təsir və ya təzyiq edilməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşları əməliyyat qrupunun üzvləri Yusifov Camo İlham oğlu və Fərhadlı Ülvi Elman oğlu əməliyyat qrupunun rəhbəri şahid Mustafayev Orxan Murad oğlunun ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, şübhəli şəxsin tutulması haqqında 22 may 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 Mübariz oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 23). Nərimanov Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli il tarixli qərarından görünür ki, Şahid1 Mübariz oğlunun barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 99-104). Baxış və götürmə aparılması barədə 22 may 2023-cü il tarixli protokoldan görünür ki, 22 may 2023-cü il tarixdə saat 19:45-dəqiqədən 20:37 dəqiqəyədək Ruslan Məmmədovun yaşadığı ünvan 3 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinə baxış keçirilməklə evin birinci mərtəbəsindən 137 ədəd dibçəkdə narkotik tərkibli çətənə bitkiləri, evin ikinci mərtəbəsindən isə 19 ədəd sellofan paketdə və 04 ədəd şüşə bankada narkotik vasitə qurudulmuş marixuana, eləcə də 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 37-42). Alim-aqronom Tağıyev Mərdan Mərhəmət oğlu tərəfindən Şahid1 Mübariz oğluna məxsus yaşayış evinə keçirilmiş baxışa dair 22 may 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, həmin tarixdə polis əməkdaşlarının iştirakı ilə vətəndaş Şahid1 Mübariz oğluna məxsus ünvan 3 ünvanında baxış keçirilmiş; baxış zamanı yaşayış evinin təmir olunmamış 1-ci mərtəbəsinin sol otağında xüsusi avadanlıqlardan istifadə edilməklə (işıq, havalandırma) plastik dibçəklərdə, qidalı torpaqda əkini qadağan olunmuş çətənə bitkilərinin becərilməsi aşkar olunmuş; çətənə (kannabis) bitkilərinə aqrotexniki qulluq göstərilmiş, kultivasiya tədbirləri yerinə yetirilmiş;. çətənə bitkilərinin ümumi sayı 137 ədəd olmuş, bundan 57 ədədi ştil, 80 ədədi normal inkişaf fazasında olmuşd; bitkilərin boyu 10- 15 sm qeydə alınmış; narkotik tərkibli çətənə bitkiləri kökü ilə birlikdə dibçəklərdən götürülmüş və qablaşdırılmışdır (cild 1, iş vərəqi 43). 15 iyun 2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid1 Mübariz oğlunun oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirməsi, eləcə də satışı ilə məşğul olması, eləcə narkotik vasitə olan marixuananı yaşadığı Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsində yerləşən evində əkib becərdiyi narkotik tərkibli çətənə bitkilərini qurudub toplamaqla əldə etməsi ilə müəyyən edilmişdir (cild 1, iş vərəqi 122). Məhkəmə-bioloji ekspertizası üzrə 23 may 2023-cü il tarixli 7/757 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Şahid1 Mübariz oğlunun yaşadığı ünvandan...” yazı və imzalar olan göy rəngli polietilen bağlamadakı 19(on doqquz) ədəd sellofan paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 75 qram, 20 qram, 125 qram, 40 qram, 40 qram, 35 qram, 35 qram, 45 qram, 20 qram, 25 qram, 80 qram, 35 qram, 10 qram, 25 qram, 30 qram, 20 qram, 40 qram, 15 qram və 25 qram 33 (otuz üç) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 8,71 qram, 9,10 qram, 9,83 qram, 9,30qram, 9,68 qram, 9,69 qram, 7,34 qram, 9,79 qram, 7,73 qram, 8,24 qram, 8,98 qram, 9,56 qram, 8,82 qram, 6,79 qram, 7,38 qram, 6,84 qram, 8,81 qram, 8,49 qram, 9,86 qram, 9,02 qram, 6,49 qram, 7,85 qram, 7,21 qram, 9,12 qram, 9,70 qram, 6,88 qram, 9,16 qram, 8,92 qram, 9,06 qram, 9,15 qram, 9,39 qram, 6,81 qram və 8,78 qram, 04 (dörd) ədəd şüşə bankada ayrı-ayrılıqda təmiz çəkiləri 41,09 qram, 34,70 qram, 43,85 qram və 90,08 olan bitki mənşəli kütlələr eyni olub tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır; ümumi çəkisi-1232,2 qramdır; həmin göy rəngli polietilen bağlamada olan 01 (bir) ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur, buna görə də müqayisəli tədqiqat aparılmadı; tədqiqata təqdim edilmiş üzərində “Şahid1 Mübariz oğlunun yaşadığı ünvandan aşkar edilmiş 137 ədəd ....bitkilər” yazı və imzalar olan ağ rəngli polietilen bağlamadakı 137 (yüz otuz yeddi) ədəd yaş vəziyyətdə ümumi çəkisi - 495 qram olan bitki nümunələri eyni olub əklib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləridir; çətənə (kannabis) bitkisində olan və həmin növ bitkidən hazırlanan marixuanada kannabinoidli komponentlər eynidirlər (cild 1, iş vərəqi 56-61). Məhkəmə-narkoloji ekspertizası üzrə 21 iyul 2023-cü il tarixli 5348 nömrəli ekspert rəyindən görünür ki, Şahid1 Mübariz oğlunda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur; hal-hazırda müayinə zamanı Şahid1 Mübariz oğlu narkomaniya xəstəliyindən əzab çəkmir; narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur; ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür; Ruslan Məmmədov müayinə zamanı arabir düşəndə narkotik vasitə olan marixuanadan istifadə etdiyini bildirmişdir (cild 1, iş vərəqi 162-163). Binəqədi Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 22 may 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanuni və əsaslı hesab edilmişdir (cild 1, iş vərəqi 116-121). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Şahid1 Mübariz oğlu əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 115). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs Ruslan Məmmədov 22 may 2023-cü il tarixdə təxminən günorta saat 14:00 radələrində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 3 nəfər əməkdaşının qanunsuz olaraq onun həyətinə daxil olmaları, daha sonra polis əməkdaşlarının evə qalxaraq ona hədə-qorxu gəlmələrini, onların tələblərini qəbul etməyəcəyi təqdirdə polisə müqavimət göstərməsi adı ilə onu güllələyəcəklərini bildirməsini, təxminən 2-3 saat sonra polis əməkdaşlarının özləri ilə 2 ədəd torbada narkotik vasitə gətirdiklərini və gətirdiyi narkotik vasitələri boynuna götürməyəcəyini bildirdikdə ona ağır işgəncələr vermələrini, o da ağır işgəncələrə dözməyərək məcbur olaraq polis əməkdaşlarının tələbləri ilə razılaşmalı olduğunu, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onu 4 gün saxladıqlarını, idarədə olduğu 4 günün iki günü ərzində ona ağır işgəncələr verdiklərini, yaşadığı mənzildə cəmi 12 ədəd dibçəkdə 40-50 santimetrlik çətənə kolları olmasını, həmin bitkiləri öz şəxsi istifadəsi üçün becərməsini, videoda aşkar edilmiş digər dibçəklərdəki bitkiləri isə polis əməkdaşarı özləri gətirərək o formada yığmaları, onda qurudulmuş halda narkotik vasitə marixuana olmaması, 12 ədəd dibçəkdəki çətənə bitkilərini 1 ay ərizində becərmiş olması, polis əməkdaşlarının təsiri və təzyiqi ilə əvvəlcədən evinə qoyulmuş narkotik vasitəni videoçəkiliş aparılarkən təqdim etməsi və polis əməkdaşlarının təzyiqi nəticəsində etirafedici ifadələr verməsi barədə göstərdikləri məhkəmə zamanı təsdiqini tapmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Təqsirləndirilən şəxs Ruslan Məmmədov ilkin izahat və ifadələrində, o cümlədən yaşadığı mənzilə baxış və götürmə aparılarkən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmasını etiraf etmişdir. Həmin protokolun məzmunundan görünür ki, təqsirləndirilən şəxs Ruslan Məmmədovun polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qalması, yaşadığı ünvan 3 ünvanında sadəcə 12 dibçəkdə narkotik vasitə marixuana olması, polis əməkdaşları tərəfindən narkotik vasitələr gətirilərək evə qoyulması, polis əməkdaşlərı tərəflərindən hədə qorxulara, psixi təsirlərə məruz qalması, işgəncələr verilməsi barədə qeydi olmamış, iş üzrə dindirilmiş şahidlərin iştirakı ilə həmin istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən təqsirləndirilən şəxs Ruslan Məmmədovun sərbəst şəkildə yaşadığı evdəki aşkar edilən qanunsuz əşya və predmetləri polis əməkdaşlarına könüllü təqdim etməsi öz əksini tapmışdır. Bundan başqa, təqsirləndirilən şəxsin tutulmasında, yaşadığı mənzilə baxış və götümə aparılarkən bilavasitə iştirak etmiş şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olan Yusifov Camo İlham oğlu, Fərhadlı Ülvi Elman oğlu və Mustafayev Orxan Murad oğlu məhkəmədə dindirilərkən təqsirləndirilən şəxs Şahid1 Mübariz oğlunun ifadəsində göstərdiyi xüsusatların həqiqətə uyğun olmadığını, Ruslan Məmmədovun yaşadığı evə 22 may 2023-cü il tarixdə axşam saatlarında ittihamda qeyd edildiyi vaxtda gəldiklərini, Ruslan Məmmədovun bildirdiyi kimi əvvəlcədən günorta saatlarında hər hansı polis əməkdaşının Ruslan Məmmədovun yaşadığı ünvana gəlməməsini, sonuncuya qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də idarədə heç bir fiziki və ya psixi təsir edilmədiyini bildirmişlər. İstintaq sənədlərindən görünür ki, Şahid1 Mübariz oğlunun polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı Bakı şəhəri Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı polis əməkdaşlarının təqsirləndirilən şəxs Ruslan Məmmədova zor tətbiq etmələri, döymələri sübuta yetirilməmiş; məhkəmə-tibbi ekspertizası üzrə xx.xx.2023-cü il tarixli ekspert rəyində Şahid1 Mübariz oğlunun bədən səthində xəsarətlərin aşkar edilməməsi, polis əməkdaşlarının ifadələri və araşdırmanın digər halları nəzərə alınaraq toplanmış material üzrə Azərbaycan Respublublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan başqa, müdafiə tərəfi Şahid1 Mübariz oğlunun yaşadığı evin yaxınlığında olan kamera görüntülərindən əldə edilmiş videogörüntülər və müxtəlif fotoşəkillər təqdim edərək polis əməkdaşlarının Şahid1 Mübariz oğlunun yaşadığı evə ittihamda qeyd edilən vaxtdan əvvəl gəldiklərini, özləri ilə göy sellofan paketdə narkotik vasitələr gətirdiklərini və Ruslan Məmmədovun evindən aşkar edilmiş narkotik vasitələrin də məhz həmin paketdəki narkotik vasitələr olmasına dair iddialar irəli sürmüşlər. Məhkəmədə həmin görüntülər iş üzrə dindirilmiş şahidlərin iştirakı ilə birlikdə tədqiq edilmiş və şahidlər (pols əməkdaşları) videogörüntülər və fotoşəkillərdə uzaq məsafədən görüntüsü olan şəxslərin onların olmadığını, Ruslan Məmmədovun yaşadığı evə ittihamda qeyd edilmiş vaxtda gəldiklərini, orada videoçəkiliş vasitəsi ilə baxış və götürmə apardıqlarını bildirmişlər. Məhkəmə hesab edir ki, həmin görüntülərdə uzaq məsafədən görüntüsü olan şəxslərin konkret olaraq kimliyi müəyyən olunmur, həmin şəxslərin müdafiə tərəfinin qeyd etdiyi kimi polis əməkdaşları olması təsdiq edilmir, eləcə də Ruslan Məmmədovun evindən aşkar edilmiş içərisində narkotik vasitə çətənə bitkisi (kannabis) olan 137 ədəd dibçəyin və yaxud digər narktok vasitələrin müdafiə tərəfinin qeyd etdiyi kimi 1 ədəd göy sellofan paketdə polis əməkdaşları tərəfindən oraya gətirilməsi müəyyən edilmir. Məhkəmə müdafiə tərəfinin Ruslan Məmmədovun təqsirsizliyini sübut etmək üçün qeyd etdiyi xüsusatları işin faktiki hallarına uyğun olmayan müdafiə məqsədilə gətirdiyi dəlillər kimi qiymətləndirir. Beləkilə cinayət işinin yuxarıda qeyd edilən tədqiq edilmiş materiallarını müqayisəli qaydada analiz edərkən, 22 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs Ruslan Məmmədovun yaşadığı ünvan 3 ünvanında videoçəkilişlə aparılan baxış və götürmə zamanı külli miqdarda ümumi sayı 137 ədəd olan yaş vəziyyətdə ümumi çəkisi 495 qram bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, 33 ədəd kibrit qutusunda və ayrı-ayrılıqda təmiz çəkiləri 41,09 qram, 34,70 qram, 43,85 qram və 90,08 qram olmaqla 04 ədəd şüşə bankada ümumilikdə 1 kq 232,2 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzinin aşkar edilməsini və həmin narkotik vasitələri satış məqsədi ilə əldə etməsini işin faktiki hallarına və elan edlmiş ittihama uyğun hesab edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən narkotik vasitə marixuananın qurudulmuş halda külli miqdarının aşağı həddi 500 qram, qurudulmayan halda isə külli miqdarının aşağı həddi 2500 qram müəyyən edilmişdir; Ruslan Məmmədovun yaşadığı evdən aşkar edilmiş əkib-becərməsi qadağan olunmuş 137 ədəd olan yaş vəziyyətdə ümumi çəkisi 495 qram çətənə (kannabis) bitkiləri şəxsi istehlak miqdarından artıq miqdar, ümumi təmiz çəkisi 1.232,2 qram bitki mənşəli kütlələr çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Ruslan Məmmədovun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkməsi, yetişdirməsi və onları (onların hissələrini) toplamaqla kultivasiya etməsi, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hazırlaması və saxlaması işin materialları ilə sübut olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, təqsirləndirilən şəxs Şahid1 Mübariz oğlunun Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 237.2.3-cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən CM-in 234.4.3 və 237.2.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Şahid1 Mübariz oğluna cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Şahid1 Mübariz oğlunun cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Şahid1 Mübariz oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Şahid1 Mübariz oğlunun cəzasını yüngülləşdirən hallar olmadığından barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Beləliklə, məhkəmə kollegiyası Şahid1 Mübariz oğluna cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-in 66.3-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Şahid1 Mübariz oğluna qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, cəza çəkməsinin başlanğıcı 22 may 2023-cü il tarixdən hesablanmasını, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanunvericiliyin tələblərinə uyğun hesab edir. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-bioloji ekspertizası üzrə 23 may 2023-cü il tarixli 7/757 saylı ekspert rəylərinə əsasən Ruslan Məmmədovun yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitələr kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - DİN BMCMİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Şahid1 Mübariz oğlundan aşkar olunaraq götürülmüş 1.229,4 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 492,26 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri və 1 ədəd elektron tərəzi məhv edilməli, 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat Şahid1 Mübariz oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Cinayət işi üzrə mülki iddianın və müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə. . hökmetdi: Şahid1 Mübariz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 237.2.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Şahid1 Mübariz oğluna qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şahid1 Mübariz oğlu azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Şahid1 Mübariz oğluna təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 may 2023-cü il tarixdən hesablansın. Şahid1 Mübariz oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – DİN BMCMİ-nin maddi sübutların saxlana kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 1.229,4 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 492,26 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri və 1 ədəd elektron tərəzi məhv edilsin, 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatların dəyəri 78 (yetmiş səkkiz) manat Şahid1 Mübariz oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxs Şahid1 Mübariz oğluna isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar