Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1144/2020 02.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X6, “xxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X7, müdafiəçi Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, « 02 » noyabr 2020-ci il Bakı şəhərində xx xxxx 1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli,himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə massivi, ev 15, mənzil 25-də qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi, ev 24B-də yerləşən 1914 saylı mənzildə yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs X13 Məhkəməsinin xx xxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən və qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülmədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmə barədə İran İslam Respublikasının vətəndaşları «Hüseyn», «Əsgər» adlı şəxslərlə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmişdir. Bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Hüseyn», «Əsgər» adlı şəxslərin və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək Azərbaycan Respublikası ərazisinə satış məqsədi ilə qanunsuz olaraq daşıyıb gətirdiyi külli miqdarda «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən təmiz çəkisi 36,675 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib idarə etdiyi BMW markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərinə daşıyaraq müvəqqəti kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi, ev 24B-də yerləşən 1914 saylı mənzildə saxlamışdır. Bundan başqa o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmə barədə İran İslam Respublikasının vətəndaşları «Hüseyn», «Əsgər» adlı şəxslərlə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Hüseyn», «Əsgər» adlı şəxslərin və qeyrilərinin naməlum vaxtda və şəraitdə təkrarən Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək Azərbavcan Respublikası ərazisinə satış məqsədi ilə qanunsuz olaraq daşıyıb gətirdiyi külli miqdarda «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən ümumilikdə təmiz çəkisi 43195.396 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 500 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, təmiz çəkisi 1600 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən təmiz çəkisi 2001,386 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə edib idarə etdiyi BMW markalı **-PD- *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlayaraq daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə, keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 00:05-də Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Bərdə-Yevlax av tomobil yolunun 20-ci km-də saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə dəvət edilmiş və orada Təqsirləndirilən şəxs idarə etdiyi BMW markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən bir ədəd narıncı rəngli kisədə on yeddi ədəd bağlamada ayrı ayrılıqda təmiz çəkiləri 12095 qram, 8321 qram, 460 qram, 213,964 qram, 244,988 qram, 1 130 qram, 203,944 qram, 750 qram, 984 qram, 310.260 qram, 1256 qram, 530 qram, 138,240 qram, 1637 qram, 1205 qram, 2849 qram və 10867 qram olmaqla ümumilikdə təmiz çəkisi 43195,396 qram narkotik vasitə heroin, bir ədəd bağlamada təmiz çəkisi 500 qram narkotik vasitə tiryək, bir ədəd polietilen torbada təmiz çəkisi 1600 qram narkotik vasitə qurudulmuş marixuana və dörd ədəd bağlamada təmiz çəkiləri 455 qram, 675 qram, 665 qram, 206,386 qram olmaqla ümumilikdə təmiz çəkisi 2001,386 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, xx xxxx 2020-ci il tarixdə kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi, ev 24B-də yerləşən 1914 saylı mənzilə baxış keçirilərkən mətbəxdəki şkafdan bir ədəd polietilen torbada təmiz çəkisi 36,675 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir il əvvəl tanımadığı «Əsgər» adlı İran İslam Respublikası vətəndaşı istifadəsində olan ***-***-**-** nömrənin «Whatsap»ına zəng edərək nömrəsini çəzaçəkmə müəssəsindən tanıdığı «Hüseyn» adlı İran İslam Respublikası vətəndaşından aldığını, onun barəsində məlumatı olduğunu, etibarlı şəxs kimi tanıdığını bildirmişdir. Həmin şəxs onun barəsində olan məlumatları bildirəndə o. həqiqətən də həmin şəxsin barəsində yaxşı məlumatlı olduğunu görmüşdür. Daha sonra «Əsgər» adlı şəxs ondan Bakı şəhərində narkotik vasitə olan heroin qoydurduğunu bildirib onu həmin yerdən götürüb başqa bir yerə qoymaq lazım olduğunu və heroinin sahibinin gəlib oradan heroini götürəcəyini və bunun müqabilində ona pul verəcəyini bildirmişdir. O da etiraz etməmiş və «Əsgər»in tapşırığına əsasən Gəncə şəhərindən Bakı şəhərinə gəlib «Gənclik» metro stansiyasının yaxınlığındakı ağacın dibində qoyulmuş sellofan kisədəki heroini götürüb Əhmədlidəki 7 saylı poliklinikanın giriş qapısnm yan tərəfindən divarın dibinə atmışdır. Həm götürülən yeri, həm də heroinin qoyulduğu yeri «Əsgər» «Whatsap»la ona bildirmişdir. Bundan sonra o, «Əsgər»lə eyni qaydada işləməyə başlamış və «Əsgər»in tapşırıqlarına əsasən sonuncunun dediyi yerlərdən narkotik vasitə və ya psixotrop maddələri götürüb dediyi yerlərə aparıb qoymuşdur. Bir müddətdən sonra «Əsgər»in şəriyi «Hüseyn» adlı şəxs də onunla əlaqə saxlamağa başlamışdır. «Əsgər»lə «Hüseyn» Azərbaycana göndərilən narkotik vasitə və ya psixotrop maddələri şərikli olaraq göndərirmişlər. Təxminən 2020-ci ilin fevral ayının ortalarında «Əsgər» və «Hüseyn» onunla əlaqə saxlayıb Bəhramtəpə yolunda. Bəhrəmtəpə qəsəbəsinə keçəndən sonra, İmişli rayon ərazisi olan Daşburun kəndinin yaxınlığında, asfalt yolun kənarında 8 kq heroin, 3 kq qurudulmuş marixuana, 1,5 kq tiryək və 250 qram metamfetamin olduğunu bildirib həmin maddələri oradan götürməsini və ona deyiləcək şəxslərə çatdırılmalı olduğunu bildirmişlər. O da idarə etdiyi BMW X5 markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedib Bəhramtəpə avtomobil yolunda, yaşayış olmayan ərazidə, yol kənarında qoyulmuş yuxarıda qeyd etdiyi narkotik vasitə və psixotrop maddələri götürüb idarə etdiyi avtomobilin yük yerində Bakı şəhərinə gətirmiş və həmin maddələri Bakı şəhəri. Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki «xxxxx» MTK-nın binasındakı kirayə yaşadığı mənzildə saxlamışdır. Bundan sonra «Əsgər» və «Hüseyn»dən gələcək göstərişləri gözləmiş və onların tapşırığına əsasən İ 5 gün ərzində həmin narkotik vasitə və psixotrop maddələri ayrı-ayrı yerlərdə yerləşdirmişdir. Bundan sonra «Əsgər» və «Hüseyn» tanımadığı bir nəfər şəxsin vasitəsi ilə bu xidmətinə görə, yəni narkotik vasitənin və psixotrop maddələrin daşınması və yerləşdirməsinə görə ona 2300 ABŞ dolları pul vermişdir. Həmin narkotik vasitə və psixotrop maddələri mənzilində saxlayarkən bağlamanın biri cırılmış və orada olan narkotik vasitə heroin dağılmışdır. O da heroinin dağılan hissəsini sonradan özü qəbul etmək məqsədi ilə bir ədəd sellofan torbaya yığıb mətbəxdəki şkafın gözündə saxlamışdır.xx xxxx 2020-ci il tarixdə, saat 18:30 radələrində «Əsgər»lə «Hüseyn» yenidən onunla əlaqə saxlayıb Bəhrəmtəpə yolunda 43 kq heroin, 500 qram tiryək, kiloyarım qurudulmuş marixuana və 2 kq metamfetamin olduğunu və onu oradan götürməsini və Bakı şəhərinə aparmasını tapşırmışlar. O da yenə idarə etdiyi BMW X5 markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə tək Bəhramtəpəvə getmiş və saat 22:00 radələrində yol kənarında qoyulmuş narıncı kisədə olan yuxarıda adları qeyd edilən narkotik vasitə və psixotrop maddəni götürüb avtomobilinin yük yerində gizlətmiş və Bakıya yola düşmüşdür. Bəhramtəpədən Bakıya birbaşa yol olsa da o. izlənmədiyindən əmin olmaq üçün avtomobili Bərdə istiqamətində idarə etmiş və planı oradan Yevlaxa çıxıb, oradan da Bakıya gəlmək olmuşdur. Bərdə-Yevlax avtomobil yoluna çıxanda idarə etdiyi avtomobil Baş X1 əməkdaşları tərəfindən saxlanılmış və onun qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə daşıması barədə məlumata malik olduqlarını bildirmişlər. O da artıq ifşa oldunduğunu gördükdən sonra avtomobili ilə narkotik vasitə və psixotrop maddə daşıdığını etiraf etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Bərdə Rayon Polis Şöbəsinə getmiş, orada üzərində axtarış aparılıb heç nə aşkar edilməsə də idarə etdiyi BMW markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən bir ədəd narıncı rəngli kisədə on yeddi ədəd bağlamada heroin, bir ədəd bağlamada tirsək, bir ədəd torbada qurudulmuş marixuana və dörd ədəd bağlamada psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib edilmiş və o, protokolla tanış olduqdan sonra protokolda qeyd edilənlərin düz olduğunu görüb protokolu imzası ilə təsdiq etmişdir. Bundan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində barəsində cinayət işi başlanıb istintaq aparılarkən o, səmimi olaraq bildiklərini söyləmiş və kirayə yaşadığı Bakı şəhəri. Yasamal ravonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi, ev 24B-də yerləşən 1914-cü mənzildə heroin saxladığını etiraf etmiş, həmin mənzilə baxış keçirilməsinə özü razılıq vermiş, onun, həmçinin müdafiəçisinin iştirakı ilə mənzilə baxış keçirilərkən mətbəxdəki şkafdan heroini təqdim etmişdir. Narkotikləri daşımaq üçün idarə etdiyi BMW markalı **-PD-*** dövlət qeydiyyat nömrəli avtomobili Sumqayıt şəhərində avtosalonda Fuad Mehdiyevə 10000 manat verib avtomobili idarə etməyə etibarnamə almışdır. Fuad ona söz vermişdir ki, mart ayının axırlarında alqı-satqı ilə maşını onun adına rəsmiləşdirəcək. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən də olsa etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər sakini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkum edilmiş Təqsirləndirilən şəxs eyni əməllərini davam etdirməsi və külli miqdarda narkotik vasitə, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatlar əldə edilmişdir. xx xxxx 2020-ci il tarixdə mötəbər mənbədən daxil olmuş məlumata görə Təqsirləndirilən şəxs həmin gün idarə etdiyi BMW markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu istiqamətində gedib sərhədə yaxın ərazidən İran İslam Respublikasından qaçaqmalçılıqla göndərilən külli miqdarda narkotik vasitə və psixotrop maddələri götürüb Bakı şəhərinə daşıyacağı barədə konkret məlumat daxil olmuş, həmin məlumat əldə edildikdən dərhal sonra tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və İdarənin əməkdaşları Şahid3 və Şahid2 ibarət əməliyyat-axtarış qrupu yaradılaraq əməliyyat tədbirlərinə başlanmışdır. Həmin gün Təqsirləndirilən şəxs idarə etdiyi BMW markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bəhrəmtəpə-Ağcabədi-Bərdə istiqamətində hərəkət etdiyini öyrənilmiş və onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanmışdır. Martın 16-dan 17-nə keçən gecə, saat 00:05 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi BMW markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Bərdə-Yevlax avtomobil yolunun 20-ci km-dəki «MM» yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılmış, Təqsirləndirilən şəxs saxlanılmasının əsaslan izah edib Bərdə Rayon Polis Şöbəsinə getməsi təklif edilmiş, artıq yaxalandığım başa düşən Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Bərdə Rayon Polis Şöbəsinə getmişdir. BMW markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili Bərdə Rayon Polis Şöbəsinin inzibati binasının həyətində saxlayandan sonra avtomobilin açarları Təqsirləndirilən şəxs təhvil verilmiş və bundan sonra araşdırmanın aparılması X4 təhqiqatçısı Vüsal Həsənquliyevə həvalə edilmişdir. Təhqiqatçı tərəfindən dəvət edilmiş müdafiəçinin iştirakı ilə ilk olaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin narkotik vasitə, psixotrop maddə və ya başqa cinayət xarakterli əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi BMW markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı avtomobilin yük yerindəki narıncı rəngli kisədə ayrı- ayrı qablaşdırılmış narkotik vasitə və psixotrop maddələr aşkar edilmişdir. Narkotik vasitə və psixotrop maddələrin qablaşdırılması, üzərlərində şifrələnmiş adların yazılmasına görə həmin narkotik vasitə və psixotrop maddələrin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbayena keçirilməsinə əsaslı şübhələr yaratmışdır. Baxış zamanı şifahi suala cavabında Təqsirləndirilən şəxs kisədəki narkotik vasitə və psixotrop maddələri həmin gün sərhədə yaxın ərazidən, «Az Petrol» YDM-ni keçən kimi adını xatırlamadığı kəndin yaxınlığından, yolun kənarından «Əsgər» və «Hüseyn» adlı İran İslam Respublikası vətəndaşlarının göstərişi ilə götürdüyünü və sonradan onların dediyi yerlərə qoyacağını, bunun müqabilində ona 200-500 ABŞ dolları pul veriləcəyini bildirmişdir. Daha sonra aşkar edilmiş bükümlər narıncı rəngli kisədə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bundan sonra toplanmış material istintaq aidiyyəti üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verilmiş və istintaq zamanı Təqsirləndirilən şəxs bundan əlavə olaraq narkotik vasitə heroiıı əldə edərək kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi. Əsəd Əhmədov küçəsi, ev 24B-də yerləşən 1914-cü mənzildə saxlaması müəyyən edilmiş və xx xxxx 2020-ci il tarixdə qeyd edilən mənzilə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə baxış keçirilərkən Təqsirləndirilən şəxs özü mənzildəki mətbəx mebelinin yuxarı gözlərini bir-bir açıb yuxarı 3-cü gözdə olan bir ədəd sellofanı çıxarıb təqdim etmiş və həmin sellofanda narkotik vasitə olan heroin («kakos») olduğunu bildirmişdir. Həmin sellofan özünün və müdafiəçisinin iştirakı ilə açıldıqda sellofanda qəhvəyi rəngli, tozşəkilli, tünd iyə malik maddə aşkar olunmuşdur. Bundan sonra aşkar olunmuş maddə sellofan bağlamada bir ədəd kağız zərfdə qablaşdırılmaqla «DİN-in Zərflər üçün № 6» möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmə iclasında “xxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X10 göstərmişdir ki, cinayət işini aparan müstəntiq Ramil Məhərrəmli tərəfindən “xxxxxxxxxxxxx” MMC-yə BMW markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaytarılması barədə heç bir rəsmi müraciət olmamışdır. “xxxxxxxxxxxxx” MMC tərəfindən X11 Qocayevə həmin avtomobili idarə etmək üçün müraciət etmiş və etibarnamə verilmişdir. O, həmin dövrdə “xxxxxxxxxxxxx” MMC-də işləməmiş, lakin əməkdaşları tərəfindən aldığı rəsmi məlumata görə tərəflər arasında şifahi razılıq olduğunu bilmişdir. “xxxxxxxxxxxxx” MMC Təqsirləndirilən şəxs avtomobili yalnız idarə etmək üçün vermişdir. Həmin avtomobilin sahibi faktiki olaraq Mehtiyev Fuad olduğu üçün bütün məsuliyyət də onun üzərində olmuşdur. Təqsirləndirilən şəxs həmin avtomobilə görə ödədiyi məbləğ kassaya mədaxil edilməmişdir. X9 avtomobil alqı-satqısı ilə məşğuldur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs “xxxxxxxxxxxxx” MMC tərəfindən BMW markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilli idarə etmək üçün verilən etibarnamənin müddəti xx xxxx 2020-ci il tarixdə bitdiyi üçün avtomobilin faktiki sahibi olan “xxxxxxxxxxxxx” MMC-nin şifahi müraciəti əsasında qaytarmışdır. Həmin etibarnamə Qocayevə avtomobili idarə etmək üçün verilmişdir.“xxxxxxxxxxxxx” MMC tərəfindən BMW markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili onlara qaytarmağı barədə rəsmi müraciəti olmamışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/218 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs idarə etdiyi BMW markalı **-PD-*** qeydiyyat nişanlı avtomobilin yük baqajından aşkar edilərək götürülmüş» əl yazıları olan narıncı rəngli kisədəki 17 ədəd bağlamada ümumilikdə təmiz çəkisi 43195,396 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bağlamada təmiz çəkisi 500 qram qəhvəyi rəngli qətranabənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, 04 ədəd bağlamada ümumi təmiz çəkisi 2001,386 qram ağ rəngli, kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Tədqiqatdan sonrakı heroinin qalığı 43195,19 qram, tiryəkin qalığı 499,65 qram, metamfentaminin qalığı 2001,186 qram təşkil edir. Məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 7/73 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs» yazıları və imzalar olan narıncı rəngli sintetik torbadakı yaşıl rəngli polietilen bağlamada təmiz çəkisi 1600 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatdan sonrakı qurudulmuş marixuananın qalığı 1599,8 qram təşkil edir. Məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/857 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş» və s. qeydlər olan xərfdəki bir ədəd bükümdə təmiz təmiz çəkisi 36,675 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonrakı heroinin qalığı 36,575 qram təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2077 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, X13 məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib ona 6 il 6 ay müddətinə il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2018-ci ildə Binəqədi rayon məhkəməsinin qərarı ilə 1 il 4 ay 10 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixli qərar ilə cəza çəkməkdən azad olunsa da, cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan 6 il müddət xx.xx.2024-cü il tarixində başa çatacağından onun barəsində məhkumluq götürülməmiş hesab edilməlidir. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkumluğu götürülmədiyi üçün Təqsirləndirilən şəxs törətdiyi əməl cinayətin təhlükəli resdivi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivini yaradır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayətləri törədərkən vasitə kimi BMW markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki,həmin avtomobil “xxxxxxxxxxxxx” MMC-yə məxsus olmuş, X5 etibarnamə əsasında verilmiş, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs F.Mehdiyevə 10000 manat verdikdən sonra “xxxxxxxxxxxxx” MMC tərəfindən həmin avtomobilin idarə edilməsi üçün etibarnamə verilmiş, lakin 10000 manat MMC-nin hesabına mədaxil edilməmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan halların yoxlanılması məqsədi ilə bu barədə prokurorluğa məlumat verilməlidir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyərək, cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş, ona görə də o, həmin maddələr ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və o, cəzalandırılmalıdır. Məhkəmə belə nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli, 2 №-li qərarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, 10 nömrəli qərarını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətin təhlükəli residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. İş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan 43195,19 qram narkotik vasitə heroin, 499,65 qram narkotik vasitə tiryək, 2001,186 qram psixotrop maddə metamfetamin, 1599,8 qram narkotik vasitə qurudulmuş marixuana və 36,575 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd «XİAOMİ» markalı mobil telefon aparatı cinayət törədilərkən istifadə olunan vasitə olduğuna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə olunmalıdır. İş üzrə ekspertiza xərcləri 292 manat 28 qəpik Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaqla qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunsun. Maddi sübutlar- Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan 43195,19 qram narkotik vasitə heroin, 499,65 qram narkotik vasitə tiryək, 2001,186 qram psixotrop maddə metamfetamin, 1599,8 qram narkotik vasitə qurudulmuş marixuana və 36,575 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd «XİAOMİ» markalı mobil telefon aparatı cinayət törədilərkən istifadə olunan vasitə olduğuna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə olunsun. Ekspertiza xərcləri 292 manat 28 qəpik Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV
Məhkəmə qərarları › İş №1(101)-1144/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1144/2020
02.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver