Məhkəmə qərarları › İş №1(101)-1144/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1144/2021

27.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1144/2021 27.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatında olan, ünvan 2vanında yaşayan, barəsində « həbs » qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Pənah oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Milad” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrim üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsində yerləşdirdiyi sellofan torbanın içərisində olan 01 ədəd plasitik qabda təmiz çəkisi 1500,0 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda heroini və 01 ədəd plastik qabda təmiz çəkisi 460.0 qram təşkil edən ağ rəngli kristallm formada kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan külli miqdarda metamfetamini 30 yanvar 2021-ci il tarixdə axşam saatlarında həmin yerdən götürüb sonradan «Milad» adlı şəxsin tapşırığına əsasən əvəzində həmin narkotik vasitədən öz istifadəsi üçün 1 qram heroin götürəcəyi şərti ilə onun deyəcəyi şəxsə çatdırmaq üçün satış məqsədilə üzərində saxlamaqla daşımış, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Dövlət Sərhəd Xidmətinin X2 Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 30 yanvar 2021-ci il tarixdə saat 19:18 dəqiqədə ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nə gətirilmiş, bölmənin inzibati binasında əlində olan qırmızı rəngli sellofan torbaya keçirilmiş baxış zamanı həmin torbanın içərisindən qanunsuz olaraq satış məqsədilə əldə edib saxlamaqla daşıdığı bir ədəd plastik qabda təmiz çəkisi 1500.0 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda heroin, 01 ədəd plastik qabda təmiz çəkisi 460.0 qram təşkil edən ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan külli miqdarda metamfetamin və bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1 ilə yaxındır ki, öz istifadəsi üçün narkotik vasitə aldığı İİR-nın vətəndaşı «Milad» adlı şəxslə tanış olmuşdur. Narkotik vasitəyə ehtiyacı olduğu zaman «Milad» adlı şəxslə əlaqə saxlayaraq istədiyi narkotik vasitəni sifariş edərək «Milad» adlı şəxsin ona göndərdiyi karta pul yüklədikdən sonra «Milad» adlı şəxs ona narkotik vasitənin olduğu yeri demiş və o, həmin ünvana gedərək həmin narkotik vasitəni ordan götürmüşdür. Sonuncu dəfə tutulmamışdan bir neçə saat qabaq Milad ilə telefon əlaqəsi saxladığı zaman bildirmişdir ki, Yasamal rayonu ərazisində yerləşən «Bank of Baku» bankının yanındakı evin blokundan sellofan torbanı götürüb 6 saylı kolonda cəza çəkən qardaşına aparsın. Zəhmət haqqı olaraq sellotan torbaya onun istifadə etməsi üçün 1 qram heroin qoyacağını bildirmişdir. O da razılaşaraq Miladın göstərdiyi yerdən sellotan torbanı götürmüşdür. Həmin torbanın içərisində Miladın məhkum olunan qardaşı üçün yığılmış çay, qənd, makarondan ibarət sovqat və onun üçün qoyulmuş 1 qram heroin olmuşdur. O, əvvəlcədən həmin yerə gələndə özü ilə ona veriləcək heroinin miqdarını ölçmək üçün elektron tərəzi aparmışdır. Torbanın içərisindən həmin heroini götürüb tərəzi ilə çəkisini ölçdükdən sonra torbaya qoymuş və Miladın göstərdiyi 6-cı kolona doğru hərəkət etdiyi zaman 30 yanvar 2021-ci il tarixdə saat 19:20 radələrində ona yaxınlaşan mülki geyimli şəxslər özlərini polis əməkdaşları kimi təqdim edərək onu saxlayaraq Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmişdirlər. PB-də ona müdafiəçi təqdim edildikdən sonra üzərinə şəxsi axtarış keçirilmiş və o, əlində saxladığı həmin torbanı polis əməkdaşlarına təqdim etmişdir. Həmin zaman heç bir vidoçəkiliş aparılmamışdır. Video çəkiliş aparılan zaman torbanın içərisindən 02 ədəd plastik qabda narkotik vasitə heroin və metamfetamin aşkar edilsə də o, bildirmişdir ki, həmin narkotik vasitələr ona məxsus deyil, həmin torbanın içərisində məhkum üçün qoyulmuş sovqatdan başqa 1 qram heroin olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində polis kapitanı xüsusi rütbəsi ilə xidmət edir. 30 yanvar 2021-ci il tarixdə ünvan 6 ünvanında pasport qeydiyyatında olan və ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib üzərində saxlaması, gəzdirməsi və Bakı şəhəri Yasamal rayonu ərazisində dövriyyəsini təşkil etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat BNMİ-nin rəhbərliyinə raport şəklində məruzə edildikdən sonra, müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün onun, Dövlət Sərhəd Xidmətinin X2 Regional Şöbəsinin əməliyyat müvəkkili baş leytenantı Şahid2 və Dövlət Sərhəd Xidmətinin X2 Regional Şöbəsinin əməliyyat müvəkkili baş leytenantı Şahid3 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Müvafiq əmrə əsasən qrupun rəhbəri o, üzvləri isə Şahid2 və Şahid3 oğla təyin edilmişdir. Bundan sonra onun tərəfindən əməliyyat - axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 30 yanvar 2021-ci il tarixdə saat 19:20 dəqiqədə ünvan 8 ünvanın yaxınlığında piyada hərəkət edən zaman əvvəlcədən kimini məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncuya narkotik vasitələrin və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına aparmışlar. Bundan sonra Yasamal RPİ-nin 28-ci PB-də müvafiq araşdırmanın aparılması təhqiqat qrupunun təhqiqatçısı polis kapitanı Vüsal Həsənquliyevə həvalə edilmişdir. Təhqiqatçı tərəfindən müvafiq sənədləşmə aparılmış və prosessual qanunvericiliyə müvafiq olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri ona izah edilmiş, onun öz istəyinə uyğun hüquqlarının dövlət tərəfindən vəkillə müdafiəsi təmin edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış və götürmə aparılmış, həmçinin həmin prosessual hərəkət video çəkilişlə müşahidə edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmış yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təkliidən sonra Təqsirləndirilən şəxs İR növbədə əlində saxladığı sellofan torbanı, sonra əynindəki qış gödəkçəsinin sol iç cibindən elektron tərəzi, sol yan cibindən ona məxsus mobil telefonu və şalvarının sağ yan cibindən ' manat pulu çıxardaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq hər hansı əşya və predmet aşkar olunmamışdır. Sonuncuya məxsus 5 manat pul özünə qaytarılsa da, l(bir) ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bu barədə sonuncuya izah verilməklə götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbaya baxış keçirilən zaman içərisində 01ədəd sellofan bağlama aşkar edilmişdir. Həmin sellofan bağlamada bir-birinə bərkidilmiş 2 ədəd şəffaf rəngli plastik qab aşkar edilmişdir. Həmin qablardan birinin içərisində ağ rəngli kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə, digər qabda isə qəhvəyi rəngli kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin plastk qablarda olan kütlələrin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmişdir. Birinci plastik qabda olan ağ rəngli kristall şəkili psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisinin 484 qram (dörd yüz səksən dörd qram), ikinci plastik qabdakı, qəhvəyi rəngli kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlənin çəkisinin isə 1657 qram (min altı yüz əlli yeddi qram) olması müəyyən edilmişdir. İki ədəd plastik qabda olan kütlələr və 1 ədəd elektron tərəzi içərisi boş olan sellofan torbaya qoyularaq qablaşdırılmış, üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbadan aşkar edilmiş maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni ona İran İslam Respublikasının vətəndaşı olan “Milad” adlı şəxs vasitəsilə əldə etdiyini, həmin maddəni “Milad” adlı şəxsin deyəcəyi yerlərə qoyması müqabilində narkotik maddə əldə edəcəyini, mobil nömrəsinin öz telefonunda qeyd etdiyini, özünün uzun müddətdir ki, narkotik vasitə heroinin istifadəçisi olduğunu, başqa heç bir yerdə narkotik maddə saxlamadığını, üzərindən aşkar edilmiş elektron tərəzini isə özünə çatmalı olan narkotik maddəni ölçmək üçün gəzdirdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini, cavablarında səmimi olduğunu qeyd etmişdir. Şəxsi axtarış və götürmə gecə vaxtı, Yasamal RPİ-nin 28-ci PB-də yerləşən xidməti iş otağında süni işıqlandırma şəraitində keçirilmiş, şəxsi axtarış və götürmə zamanı «Sony» markalı video aparatla videoçəkmə funksiyasından istifadə etməklə Dövlət Sərhəd Xidmətinin X2 Regional Şöbəsinin əməliyyat müvəkkili, baş leytenant Şahid3 tərəfindən video çəkilişi aparılmış, aparılan videoçəkiliş 01(bir) ədəd DVD diskə yazılaraq protokola əlavə olunmuşdur. Protokol iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış 30 yanvar 2021ci il tarixdə saat 20:33-də yekunlaşmışdır. Həmçinin ilkin əməliyyat məlumatından da göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olsa da, Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədi ilə tərəfimizdən əməliyyat-axtarış tədbirləri qısa müddət ərzində keçirildiyindən Təqsirləndirilən şəxs narkotik vasitələri satmış olduğu şəxslərin müəyyən edərək saxlanılması və həmin şəxslər ətrafında əməliyyat-axtarış tədbirlərin davam etdirilməsi mümkün olmamışdır. Şahidlər Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri və məhkəmədə tədqiq edilən ifadələrində Şahid1 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinin 38-43-cü vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 31 yanvar 2021-ci il tarixli, 6/430 saylı rəyindən görünür ki, təhqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri və imzalar qeyd edilmiş 1 ədəd sellofan torbanın içərisində 1 ədəd plastik qabda olan bir ədəd sellofan bağlamada təmiz çəkisi 1500,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -Digər bir ədəd plastik qabda olan bir ədəd sellofan bağlamada təmiz çəkisi 460,0 qram ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin və Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik və psixotrop maddələr ”in (Siyahı İ) daxildir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin toz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 127-128-ci vərəqlərində olan məhkəmə ambulator-narkoloji ekspertizasının 26.04.2021-ci il tarixli, 1241 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq sindromu (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 124-126-cı vərəqlərində olan ambulator-psixiatrik ekspertizasının 16 fevral 2021-ci il tarixli, 357 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməyib. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci madəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 29-31-ci vərəqlərində olan 30 yanvar 2021-ci il tarixli, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, həmin gün saat 21:10-da Yasamal RPİnin 28-ci PB-də xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən o, ilk öncə əlində saxladığı qırmızı rəngli sellofan torbanı, əynində olan tünd göy rəngli qalın qış gödəkcəsinin sol iç cibindən 1 ədəd gümüşü rəngli elektron tərəzini, həmin gödəkcənin sol yan cibindən 1 ədəd “Samsung” mobil telefonu, əynindəki göy rəngli şalvarının sağ yan cibindən 5 manat pulu çıxaradıb təqdim edərək, içərisində 1 ədəd sellofan bağlama aşkar edilmişdir. Həmin sellofan bağlamada bir-birinə bərkidilmiş 2 ədəd şəffaf rəngli plastik qab aşkar edilmişdir. Həmin qablardan birinin içərisində ağ rəngə kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə, digər qabda isə qəhvəyi rəngli kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Cinayət işinin 51-52-ci vərəqlərində olan Təqsirləndirilən şəxsu barəsində aparılan şəx axtarış və götürmə zamanı Yasamal RPİ-nin 28-ci PB-də video çəkiliş olan videogörüntüləri özündə əks etdirən bır ədəd «ZYKLEN» markalı "xxxx" 4 Ol) texniki göstəricili diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ılə ona təklif edildikdən sonra ilk öncə əlində saxladığı qırmızı rəngli sellofan torbanı, əynində olan tund göy rəngli qalın qış gödəkcəsinin sol iç cibindən 1 ədəd gümüşü rəngli elektron tərəzini, həmin gödəkcənin sol yan cibindən 1 ədəd “Samsung” mobil telefonu, əynindəki göy rəngli şalvarının sağ yan cibindən S manat pulu çıxaradıb təqdim edərək, içərisində 1 ədəd sellofan bağlama aşkar edilmişdir. Həmin sellofan bağlamada bir-birinə bərkidilmiş 2 ədəd şəffaf rəngli plastik qab aşkar edilmişdir. Həmin qablardan birinin içərisində ağ rəngli kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə, digər qabda isə qəhvəyi rəngli kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbadan aşkar edilmiş maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni ona İran İslam Respublikasının vətəndaşı olan “Milad” adlı şəxs vasitəsilə əldə etdiyini, həmin maddəni “Milad” adlı şəxsin deyəcəyi yerlərə qoyması müqabilində narkotik maddə əldə edəcəyini, mobil nömrəsinin öz telefonunda qeyd etdiyini, özünün uzun müddətdir ki, narkotik vasitə heroinin istifadəçisi olduğunu, başqa heç bir yerdə narkotik maddə saxlamadığını, üzərindən aşkar edilmiş elektron tərəzini isə özünə çatmalı olan narkotik maddəni ölçmək üçün gəzdirdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini, cavablarında səmimi olduğunu qeyd etmişdir. Cinayət işinin100-cü vərəqində olan əməliyyat tapşırığına verilmiş 10.03.2021-ci il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi iiçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satmış şəxsi müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 129-137-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertiza tədqiqatının keçirilməsindən sonra qalıq çəkiləri ümumilikdə 1499,95 (min dörd yüz doqsan doqquz tam yüzdə doxsan beş) qram təşkil edən narkotik vasitə olan heroinin və 459,95 (dörd yüz əlli doqquz yüz doxsan beş) qram psixotrop maddə olan metamfetamin öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə, vaxta və elektron tərəzi üzərilərində hadisənin izlərini saxladığına görə iş üzrə maddi sübut əhəmiyyətli olduğundan maddi sübut əhəmiyyətli olduğundan və həmçinin 1 ədəd «ZYKEEN» markalı "xxxx" 4,7 GB texniki göstərici və 1 ədəd Azərfon MMC-nin təqdim etdiyi «CD» disk maddi sübut kimi tanınmışdır. Cinayət işinin 129-137-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qalması ilə bağlı Yasamal rayon prokurorluğunda aparılmış araşdırma zamanı toplanılmış materialda cinayət hadisəsinin baş verməsi müəyyən edilmədiyindən 12.03.2021-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bildiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsini, həmçinin saxlanılan zaman polis əməkdaşları tərəfindən fıziki və psixi təsirə məruz qalmasını göstərsə də, həmin xüsusatlar digər sübutlarla təkzib olunduğundan məsuliyyətdən yaxa qurtarmaq üçün cəhd etməsi kimi qiymətləndirilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 19-20 və 78-80-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 86-cı vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 30 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 26.04.2021-ci il tarixli, 1241 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- ekspertiza tədqiqatından sonra qalıq çəkiləri ümumilikdə 1499,95 (min dörd yüz doxsan doqquz tam yüzdə doxsan beş) qram təşkil edən narkotik vasitə olan heroinin və 459,95 (dörd yüz əlli doqquz tam yüz doxsan beş) qram psixotrop maddə olan metamfetamin və elektron tərəzi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. 1 ədəd «ZYKEEN» markalı "xxxx" 4,7 GB texniki göstərici və 1 ədəd Azərfon MMC-nin təqdim etdiyi «CD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhər Mərkəz Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 30 yanvar 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- ekspertiza tədqiqatından sonra qalıq çəkiləri ümumilikdə 1499,95 (min dörd yüz doxsan doqquz tam yüzdə doxsan beş) qram təşkil edən narkotik vasitə olan heroinin və 459,95 (dörd yüz əlli doqquz tam yüz doxsan beş) qram psixotrop maddə olan metamfetamin və elektron tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. 1 ədəd «ZYKEEN» markalı "xxxx" 4,7 GB texniki göstərici və 1 ədəd Azərfon MMC-nin təqdim etdiyi «CD» disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Təqsirləndirilən şəxs üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhər Mərkəz Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar