Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1144/2022 23.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X10 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi- X7, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və Bakı şəhəri 9 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X3 iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunun Sədərək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Sədərək kəndində qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 16 yanvar 2022-ci il tarixdə səhər saatlarında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 100 manat ödəməklə 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,776 qram, 11,430 qram, 0,391 qram və 0,424 qram olmaqla, ümumi təmiz çəkisi 14,021 qram, yəni külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 2,030 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 16 yanvar 2022-ci il tarixdə saat 14:30-da Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tərbirləri nəticəsində ünvan 1 ünvanda yerləşən yaşadığı evin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ cibindən 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,776 qram, 11,430 qram, 0,391 qram və 0,424 qram olmaqla, ümumi təmiz çəkisi 14,021 qram qəhvəyi rəngli maddə, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 2,030 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan “AOSAİ” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəli olmaqla, himayəsində 3 azyaşlı övladı var. Cavan yaşlarında başından aldığı travmaya görə ona 2-ci dərəcəli əlillik təyin edilmiş və həmin vaxtdan o, hər ay 270 manat əlillik müavinəti almışdır. Başında olan ağrılara görə artıq bir neçə ildir ki, narkotik vasitə olan heroindən, istifadə edir. Narkotik vasitələri ayrı-ayrı vaxtlarda Neftçilər metrostansiyasının yaxınlığında tanımadığı şəxslərdən almışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini hal-hazırda təsdiq etmir. Belə ki, ibtidai istinraq zamanı o, polis əməkdaşlarını təziqi altında fərqli məzmunda ifadə vermişdir. 16 yanvar 2022-ci il tarixdə səhər saatlarında Neftçilər metrostansiyasının yaxınlığında olan zaman tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq ona narkotik vasitə heroin olduğunu bildirmiş, o da şəxsi istifadəsi üçün narkotik vasitə heroin alaraq yaşadığı evə getmişdir. Həmin gün təxminən saat 14:30 radələrində yaşadığı evdə olduğu zaman pəncərədən evə daxil olmuş polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparılması üçün onu Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparmışlar. Həmin vaxt o, polis əməkdaşları ilə razılaşmış və onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis bölməsində o, polis əməkdaşları tərəfindən döyülmüş və həmin vaxt üzərində olmuş 1 qram narkotik vasitə olan heroindən əlavə miqdarda və növdə narkotik vasitənin ona məxsus olmasını deməyə məcbur edilmişdir. Daha sonra üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirildiyi zaman o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 05 ədəd bükümü və əynindəki olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd elektron tərəzini çıxararaq təqdim etmişdir. Şifahi sorğu zamanı o, təqdim etdiyi narkotik vasitələrin ona məxsus olmaqla, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin vaxt o, polis əməkdaşları tərəfindən təziqə məruz qalmadığını bildirsə də, barəsində Suraxanı Rayon Məhkəməsində həbs qətiman təbdirinin seçilməsinə dair təqdimata baxıldığı zaman o, polis bölməsində əməkdaşlar tərəfindən döyüldüyü barədə məhkəməyə bildirmişdir. Hazırki ittihamla razı deyil. O heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən tutulduğu zaman üzərində cəmi 1 qram narkotik vasitə olan heroin olmuş, qalan narkotik vasitələr ona məxsus deyil. O, üzərindən aşkar olunmuş elektron tərəzini şəxsi istifadə üçün aldığı narkotik vasitələrin qəbulu zamanı artıq dozada qəbul etməmək üçün istifadə etmişdir. Son olaraq özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd edib, əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməsi və himayəsində 3 azyaşlı övladının olmasını və 2-ci dərəcəli əlil olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi, hadisələrin baş vermə yeri, mexanizmi və ardıcıllığı ilə bağlı halları xırda detalları ilə təsvir etməklə iş materialları ilə uzlaşan ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən bir ildir ki, heroin və tiryək kimi tanıdığı narkotik maddələrdən istifadə edir. Narkotik maddələri Bakı şəhərində müxtəlif yerlərdə tanımadığı şəxslərdən öz istifadəsi üçün alıb əldə edir. Mahiyyəti üzrə bildirirəm ki, 16 yanvar 2022-ci il tarixdə səhər saatlarında Neftçilər metrostansiyasının yaxınlığında olan zaman tanımadığı bir nəfər şəxs ona yaxınlaşmış özündə narkotik vasitə heroin və tiryək olduğunu bildirmişdir. O, öz şəxsi istifadəsi üçün 100 manat verib həmin şəxsdən 05 ədəd bükümdə narkotik vasitə heroin və tiryək almış və sonra istifadə etmədiyi üçün üzərində saxlamışdır. 16 yanvar 2022-ci il tarixdə təxminən saat 14:30 radələrində yaşadığı evin yaxınlığında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmış özlərini təqdim etmiş polis əməkdaşı olduqlarını bildirmişlər və ondanda özünü təqdim etməyini istəmişlər. O, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparılması üçün onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. O razılaşmış və polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 30-cu PŞ-nə gəlmişdir. 30-cu PŞ-də ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil təyin olunmuşdur. Vəkilimlə görüşdükdən sonra videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və ya maddə varsa təqdim etməyi təklif olunmuşdur. Bu zaman o əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 05 ədəd bükümü və əynindəki olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd elektron tərəzini çıxararaq təqdim etmiş. Polis əməkdaşları həmin 05 ədəd bükümləri açıb içərisinə baxmış və ondan həmin bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməyi barədə soruşmuşlar. O, həmin bükümlərin içərisində heroin və tiryək kimi tanıdığı narkotik maddələr olmasını, həmin narkotik maddələri 16 yanvar 2022-ci il tarixdə səhər saatlarında Neftçilər metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün cəmi 100 manata aldığını bir ədəd elektron tərəzini isə istifadə etdiyi narkotik vasitənin dəqiq ölçüsünü bilmək üçün üzərində saxladığını bildirmiş. Ondan aşkar edilmiş həmin 05 ədəd büküm və bir ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyulmuş qablaşdırılmış və möhürlənmişdir. Sonra isə polis əməkdaşları tərəfindən üzərinə baxılmış və hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Axırda isə üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxundu və qablaşdırılmış zərflə birlikdə protokol o və iştirakçılar tərəfindən imzalanmışdır (cild 01, iş vər. 57-58, 70-72). Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsini əks etdirən videogörüntülər, ekspertiza rəyləri və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirindən əvvəl tanımamışdır. 16 yanvar 2022-ci il tarixdə Ramil adlı şəxsin narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə əməkdaşı olduğu polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması və şəxsinifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar rəhbərlik tərəfindən təsdiq edilmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılaraq polis bölməsinin əməliyyat müvəkkili Şahid2 qrupun tərkibinə daxil olmuşdur. Həmin gün təxminən saat 14:30 radələrində onlar Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində həmin şəxsi əlamətlərinə görə tanıyıb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini ona təqdim etdikdən sonra həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü onlara təqdim edərək adı və soyadının Təqsirləndirilən şəxs olduğunu bildirmiş və bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər, həmin şəxs də heç bir etiraz etməyərək onlarla birlikdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin könüllü surətdə təqdim olunması təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ cibində saxladığı beş ədəd bükümü təqdim edərək bildirmişdir ki, təqdim etdiyi dörd ədəd büküm narkotik vasitə olan heroin, bir büküm isə narkotik vasitə tiryəkdir və özü istifadə etmək məqsədildə 16 yanvar 2022-ci il tarixdə Neftçilər metrostansiyasının yaxınlığından tanımadığı şəxsdən 100 manata almışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd elektron tərəzini təqdim edərək onu istifadə etdiyi narkotik vasitənin dəqiq ölçüsünü bilmək üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən narkotik və psixotrop maddəyə oxşar kütlə və qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “şübhəli şəxsin tutulması haqqında” 16 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 17). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 yanvar 2022-ci il tarixli protokol və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli gödəkcənin sağ cibindən aşkar olunmuş 01 ədəd psixotrop maddə olan boz rəngli cins şalvarın sağ cibindən 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,776 qram, 11,430 qram, 0,391 qram və 0,424 qram olmaqla, ümumi təmiz çəkisi 14,021 qram qəhvəyi rəngli maddə, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 2,030 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan “AOSAİ” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür (cild 01, iş vər.26-27, 73). Məhkəmə-kimyəvi ekspertizası üzrə 17 yanvar 2022-ci il tarixli, 6/294 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək tədqiqata təqdim edilmiş zərfdəki 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,776 qram, 11,430 qram, 0,391 qram, 0,424 qram ümumi təmiz çəkisi 14,021 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd sellofan bükümdə təmiz çəkisi 2,030 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- tiryəkdir. Kağız paketdə olan bir ədəd «AOSAİ» markalı elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkilində olduğu üçün çəkisini müəyyən etmək və digər bükümlərdə olan heroinlər ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Tədqiqata təqdim edilmiş ümumilikdə 4 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir (cild 01, iş vər.42-47). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 18 yanvar 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 01, iş vər. 61-62). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-31/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 yanvar 2022-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 87-89). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 103). Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin Sədərək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənd ərazisində yaşadığı müddət ərzində Sədərək Rayon İcra Hakimiyyətinin Sədərək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 01, iş vərəqə 123). Ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 hüquqi şəxsin verdiyi 343 saylı 11 fevral 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi xəstəliyin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi xəstəliyin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli hazırda Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşməmişdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 01, iş vər. 126-129). Cinayət işinin materiallarına əlavə olunmuş X6, X11 və X2 məxsus doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı övladı vardır (cild 01, iş vər. 138-141). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin Ambulator X1 Komissiyasının verdiyi xx.xx.2022-ci il tarixli, 1978 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs «opioidlərin» qəbulu nəticəsində yaranan asilliq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniydan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 142- 143). İşdə olan “cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini və tiryəki əldə etdiyi mənbəni müəyyən etmək məqsədilə hazırda istintaqı aparılan ********* saylı cinayət işindən ayrıca icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır (cild 01, iş vər. 152-153). Məhkəmə iclasında nümayiş etdirilməklə cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 yanvar 2022-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında tiryəkin 0,5 qramdan yuxarı olması şəxsi istehlak miqdarından artıq miqdar, narkotik vasitə heroinin xalis çəkisi 2 qramdan yuxarı aşkar olunması külli miqdar hesab edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək ış materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübut və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri öz məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün işin faktiki hallarına uyğun olan ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarlarındakı mövqeyini, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, Təqsirləndirilən şəxs üzərindən aşkarlanıb götürülmüş narkotik vasitə heroinin 14,021 qram və bir ədəd büküm təmiz çəkisi 2,030 qram tiryəkin külli miqdarda olmaqla, xırda bükümlərə qablaşdırılması əlamətlərini, həmçinin məhkəmə iclasında da nümayiş etdirilməklə tədqiq edilmiş 01 ədəd «DVD» diskdə olan videgörüntüyə, “şəxsi axtarış və götürmə aparılması haqqında” 16 yanvar 2022-ci il tarixli protokol məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması ilə yanaşı, həmin video görüntülərdən Təqsirləndirilən şəxs narkotik maddəni təqdim etməsindən sonra, ona verilən suallara cavab olaraq, əynində olan boz rəngli cins şalvarın sağ cibində saxladığı beş ədəd bükümün içərisində olan vasitənin heroin, digər bükümdə olan vasitənin tiryək olmasını, həmin narkotik vasitəni 16 yanvar 2022-ci il tarixdə Neftçilər metrostansiyasının yaxınlığından tanımadığı şəxsdən 100 manat müqabilində şəxsi istifadəsi üçün aldığını deməsinin müəyyən edilməsi kimi obyektiv olaraq təsdiq olunan xüsusatları və digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməlinin törədilməsinə, eləcə də polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin iddia etdiyi qanunsuz hərəkətlərin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz, verilmiş ittihamı təkzib edə biləcək sübutlar müdafiə tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin göstərilən hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndinə əsasən cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən təzyiq olunması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, ibtidai istintaq zamanı dövlət hesabına təyin edilmiş vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs, istər onun vəkili ibtidai istintaq dövründə hüquqlarının müdafiəsi üçün belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda Təqsirləndirilən şəxs özü bu halı hər hansı bir dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış ibtidai istintaqın sonrakı mərhələlərində polis əməkdaşları tərəfindən saxlanıldığı zaman qanunsuz hərəkətlərə məruz qalması barədə məsələni məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırmamışdır. Məhkəmə yuxarıda qeyd edilən faktiki halların nəzərə alıb Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifı məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf edib peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və himayəsində 3 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət əməlini törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli faktiki olaraq azadlığının məhdudlaşdırıldığı 16 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsinin növbətçi hissəsinin saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 13,821 qram narkotik vasitə heroin və 1,980 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs oğlunun üzərinə xx.xx.2022-ci il tarixdə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan bir ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 (altı) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 16 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsinin növbətçi hissəsinin saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 13,821 qram narkotik vasitə heroin və 1,980 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs oğlunun üzərinə xx.xx.2022-ci il tarixdə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan bir ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1144/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1144/2022
23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver