Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1145/2021 06.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, Dövlət ittihamçıları – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları Dövlət ittihamçısı və X1, Müdafiəçi – Bakı şəhəri 05 saylı Vəkil bürosunun vəkili X2, Zərərçəkmiş şəxslərin hüquqi varisi X3 iştirakları ilə, xx xxxxxxx 1974-cü ildə Xaçmaz rayonu, Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 29, 120.2.4, 29,120.2.7, 228.1 və 229.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs nikahdan kənar qeyri-rəsmi arvadı Şahid1 onu tərk edib atasının evinə getməsi ilə əlaqədar qayınatası Zərərçəkmiş şəxs1, qayınanası Zərərçəkmiş şəxs2 və qaynı Zərərçəkmiş şəxs3 günahkar bilərək, sonuncuların onun ailə daxili işlərinə müdaxilə edərək arvadı Şahid1 ondan ayırıb öz evlərinə apardıqları üçün qisas almaq niyyəti ilə qayınatası Zərərçəkmiş şəxs1, qayınanası Zərərçəkmiş şəxs2 və qaynı Zərərçəkmiş şəxs3 qəsdən öldürmək qərarına gələrək bu məqsədlə 2020-ci ilin avqust ayında yaşadığı Xaçmaz rayonu, Seyidlikəndyeri kəndindəki fərdi evin həyətində mərhum atası X4 qalmış xüsusi icazə sənədi olmayan 16 kalibrli, “İJ 58” modelli, patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı, keçmiş SSRİ-də “İjevsk mexaniki zavodun”da zavod üsulu ilə istehsal edilmiş, qəlibinin və lüləaltı qarmağın üzərində zavod işarələri silinmiş, lüləaltı yastığı E 02691 nömrəli, yivsiz qoşalüləli ov tüfənginin lüləsini kustar üsulla kəsib ilkin təyinatını dəyişdirməklə qanunsuz olaraq odlu silah hazırlamış, qanunsuz olaraq həmin odlu silahı yaşadığı evdə saxlamış, 18.09.2020-ci il tarixdə, saat 06 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu halında Xaçmaz rayonu, Ləcət kəndində yerləşən qayınatası Zərərçəkmiş şəxs1 məxsus evə gedərək özü ilə odlu silah hesab edilən həmin tüfəng kəsiyini götürüb çantanın içərisində daşımaqla gəzdirmiş, orada qayınatası Zərərçəkmiş şəxs1 və qayınanası Zərərçəkmiş şəxs2 arvadı Şahid1 ondan ayrılaraq ata evinə qayıtması ilə əlaqədar öz iradını bildirmiş, sonra da Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 öldürmək məqsədi ilə sonuncuların övladı X5 gözləri qarşısında müstəsna qəddarlıq nümayiş etdirib üzərində gəzdirdiyi tüfəng kəsiyi ilə əvvəlcə qayınatası Zərərçəkmiş şəxs1 yaxın məsafədən bir dəfə atəş açaraq onun ölümünə səbəb olan kəskin qanitirmə ilə nəticələnmiş döş qəfəsinin sağ-ön səthində giriş dəliyi yerləşən, döş qəfəsinin sağ-arxa səthində isə çıxış dəliyi olan sağ ağ ciyəri zədələyən 01 ədəd dəlib-keçən odlu silahdan atılmış güllə yarası kimi sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmiş, bunun ardınca qayınanası Zərərçəkmiş şəxs2 da yaxın məsafədən bir dəfə atəş açmaqla sonuncunun ölümünə səbəb olan kəskin qanitirmə ilə nəticələnmiş sağ süd vəzisində 07 ədəd giriş dəlikləri yerləşən, döş qəfəsinin arxa səthində isə 05 ədəd çıxış dəlikləri olan odlu silahdan atılmış qırma yaraları kimi sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə onlara xüsusi ağrılar yetirdiyini, həmçinin xüsusi əzab və iztirab verdiyini dərk edib, bunları arzulayaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni iki şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmiş, daha sonra vahid niyyətini başa çatdırmaq məqsədilə yaxınlıqda yaşayan qaynı Zərərçəkmiş şəxs3 evinə gedərək evin içərisinə daxil olmaq istəmiş, evin giriş qapısı bağlı olduğundan fiziki güc tədbiq edərək qapını zorla açmağa çalışmış, lakin qapını aça bilməyərək həmin evin qarşısına keçərək Zərərçəkmiş şəxs3 öldürmək məqsədi ilə uzaq məsafədən tüfəng kəsiyi ilə evin pəncərəsini nişan alaraq həmin evdə Zərərçəkmiş şəxs3 başqa sonuncunun arvadı Şahid2 və digər ailə üzvlərinin də yaşadığını bildiyi halda onların gözləri qarşısında müstəsna qəddarlıq nümayiş edərək, onlara xüsusi əzab və iztirab verdiyini, həmçinin öz hərəkətlərinin onların da həyatı üçün təhlükəli ola biləcəyini şüurlu surətdə dərk edib, bunu arzulayaraq, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla evin pəncərəsinə iki dəfə atəş açmış, lakin atəş nəticəsində tüfəng kəsiyindən çıxan qırmaların Zərərçəkmiş şəxs3 dəyməməsi, həmçinin həmin evin giriş qapısının arxa tərəfdən kilidli olduğu üçün evə daxil ola bilməməsi səbəbindən bilavasitə sonuncunu qəsdən öldürməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs3 xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən öldürməyə, yəni iki və daha çox şəxsi xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, bununla da o, qanunsuz olaraq odlu silah hazırlamış, qanunsuz olaraq odlu silahı saxlamış, daşımaqla gəzdirmiş, iki şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmiş, habelə iki və daha çox şəxsi xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1999-cu ildə Xaçmaz rayonu, Ləcət kənd sakini Şahid1 ilə evlənmiş, aralarında rəsmi nikah olmamış, qeyri-rəsmi ər-arvad münasibətində birlikdə yaşamışlar və həmin evlilikdən bir qız övladları olmuş, o da evli olmaqla ər evində yaşamışdır. 23.08.2020-ci il tarixdə evdə olmadığı vaxt qayınanası Zərərçəkmiş şəxs2 və qaynı Zərərçəkmiş şəxs3 onun evinə gəlib arvadı Könülü ondan xəbərsiz öz evlərinə aparmışlar. Bundan sonra böyük qaynı Cavidə zəng etmiş, lakin Cavid onun zənginə cavab verməyərək onu bloka atmışdır. Bir neçə gün arvadı Könülün evə qayıtmasını gözləmiş, lakin Könül geri qayıtmamışdır. Buna görə də bu məsələyə bir dəfəlik son qoymaq qərarına gəlmiş, bu məsələdə əsas günahkar qayınatası Bəykəs, qayınanası Sona və qaynı Cavid olmuş, çünki həmin şəxslər daim onun ailə daxili işlərinə müdaxilə edərək onun ailəsini dağıtmaq istəmişlər. 2020-ci ilin avqust ayında yaşadığı evin həyətində mərhum atası X4 qalmış qoşa lüləli ov tüfəngini götürüb laqunda ilə lüləsinin yarısını kəsib tüfəngi qısaltmış, tüfəngin lüləlisini kəsməkdə məqsədi onu çantada rahat daşımaq və yaxın məsafədən rahat atəş açmaq olmuşdur. Həmin tüfəngdən istifadə etmək üçün heç bir icazə sənədi yoxdur, 18.09.2020-ci il tarixdə, saat 3 radələrində içkili vəziyətdə həmin tüfəngi və evində olan 08 ədəd patronu “SPORT” yazılı, qara rəngli idman çantasına qoyaraq qayınatası Zərərçəkmiş şəxs1 yaşadığı Xaçmaz rayonu, Ləcət kəndindəki evinin qarşısına getmişdir. Həmin evin qarşısında tüfəngi və patronları idman çantasının içərisindən çıxarmış, çantanı isə evin arxa girişində olan kolların üzərinə qoymuşdur. Bir neçə saat həyətdəki talvarın altında oturub onların yuxudan oyanmasını gözləmiş, saat 6:00-da onların evdə oyandığını görüb əvvəlcə qayınatasının yaşadığı evin ikinci mərtəbəsinə həyət tərəfdən olan pilləkanla qalxaraq kiçik qaynı Firuzun qaldığı otağa getmiş, Firuzu yuxudan oyadıb ondan arvadı Könülün harada olmasını soruşmuş, Firuz Könülün evdə olmadığını demiş, Firuzdan siqaret götürüb həyətə çıxmış, həyətdə siqaret çəkən zaman birinci mərtəbənin qapısının açıldığını görmüş, Könülü axtarmaq üçün həmin qapıdan içəriyə daxil olmuş, orada qayınatası Bəykəs və qayınanası Sona ilə rastlaşmış, onlardan Könülün harada olmasını soruşduqda, onlar Könülün evdə olmadığını, başqa yerdə olduğunu deyib arvadı Könül ilə görüşməyə mane olmaq istəmişlər. Könülün ata evinə qayıtması ilə bağlı onları günahkar bilərək bu barədə onlara öz iradını bildirmiş, sonra da öldürmək məqsədilə evin içərisində əvvəlcə qayınatası Bəykəsin sinəsinə yaxın məsafədən tüfənglə güllə patronu ilə bir dəfə atəş açmış, ardınca da onun yanında dayanan qayınanası Sonanın da sinə nahiyəsindən yaxın məsafədən korteç patronuyla bir dəfə atəş açmışdır. Onlar hər ikisi yan-yana yerə yıxılmışlar, döşəmənin üzərinə çoxlu qan axmışdır. Həmin vaxt həyat yoldaşı Könül onun yanında dayanmışdır. Könülün gözləri qarşısında valideynlərini öldürmüş, qaynı Firuz da sonradan oraya gəlmiş, onlar qorxudan ona heç nə etməmişlər. Bundan sonra Firuz Könülə “qaç get burdan” deyib Könülü oradan uzaqlaşdırmışdır. Bundan sonra özü də evdən çıxıb Könülün arxasınca gedərək həmin evdən təxminən 60 metr aralıda yerləşən böyük qaynı Cavidin yaşadığı evə tərəf getmiş, arvadı Könül qaçaraq həmin evə girmiş və qapını arxadan kilidləmişdir. O, həmin evə daxil olmaq üçün qapının tutacağını əli ilə özünə tərəf dartmış lakin qapı arxadan bərk bağlandığı üçün qapını aça bilməmişdir. Qapının tutacağını özünə tərəf dartaraq xeyli güc tədbiq edib qapını zorla açmaq istəmiş, tutacaq əyilmiş, lakin qapını aça bilməmişdir. Qapını aça bilmədiyi üçün evin pəncərəsinə tərəf getmiş, lakin pəncərə hündürdə yerləşdiyindən pəncərədən evə daxil ola bilməmiş, ona görə də tüfənglə evin pəncərəsinə iki dəfə korteç patronları ilə atəş açmışdır. Patronları tək-tək atmış, qoşa patron atmamışdır. Həmin vaxt evdə Cavidin özü, arvadı, uşaqları və onun arvadı Könülün də olduğunu bilmiş, pəncərədən Cavidin evinə atəş açarkən heç nə gözünə görsənməmişdir. Kiçik qaynı Firuz və arvadı Könülü də istəsəydi öldürə bilərdi, lakin öldürməmiş, çünki onları öldürmək niyyəti olmamışdır. Pəncərəyə atəş açdıqdan sonra hadisə yerindən çıxıb getmişdir, Ləcət kəndindəki dəmiryol stansiyasına gedib orada olan polis əməkdaşlarına özünü təqdim edərək törətdiyi hadisə barəsində onlara məlumat vermiş, sonra silahı və özündə qalmış 4 ədəd patronu onlara təhvil vermişdir. Çox keçmədən polis əməkdaşları oraya gəlib onu polis şöbəsinə aparmışlar. Əvvəllər meşəbəyi işlədiyi üçün və ovçuluq ilə məşğul olduğundan ov silahı ilə davranmağı, atəş açmağı bacarır. Bundan başqa bildirmişdir ki, niyyəti qayınatası, qayınanası və qaynını öldürmək deyil, qorxutmaq olmuşdur. Əməlindən peşmandır. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, öldürülmüş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun valideynləridir, təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs isə onun yeznəsidir. Valideynləri sağlığında onunla birlikdə iki mərtəbəli həyət evində qalmışlar, evin ikinci mərtəbəsində özü qalır, birinci mərtəbədə isə valideynləri və uşaqları qalmışlar. Bacısı Şahid1 20 ilə yaxındır Təqsirləndirilən şəxs ilə evlidir, onların Turanə adlı bir qız övladı var, Turanə hazırda ərdə olmaqla qonşu kənddə ayrı yaşayır. Rəhman son illər spirtli içki düşkünü olduğu üçün Könül ilə aralarında ailə daxili söz-söhbətləri yaranmışdır. Rəhman mütəmadi olaraq spirtli içki içərək səbəbsiz yerə Könül ilə mübahisə etmiş, bu səbəbdən Könül bir neçə dəfə ər evindən çıxıb ata evinə gəlmişdir. Lakin ailə üzvləri araya girib onları barışdırmaqla Könülü öz evinə yola salmışlar, Rəhman özü də guya peşman olub onlara gələrək üzrxahlıq edib Könülü evinə aparmışdır. 2020-ci ilin sentyabr ayının əvvəlləri Könül anası Sonaya zəng edərək Rəhmanın onu incitdiyini, vəziyyətinin artıq dözülməz olduğunu, belə gedişnən özünə qəsd edəcəyini deyib onu öz evlərinə gətirməsini xahiş etmişdir. Anası Sona bu barədə qardaşı Cavidə dedikdən sonra onlar Rəhmanın yaşadığı Xaçmaz rayonu, Seyidli kəndinə gedib Könülü öz istəyi ilə ata evinə gətirmişlər. Könül onların qaldığı ata evində ikinci mərtəbədə qalmağa başlamışdır. 18.09.2020-ci il tarixdə, səhər saat 6 radələrində yaşadığı evdə yatan zaman yeznəsi Rəhman qaldığı otağa daxil olaraq onu yuxudan oyatmış, otaq qaranlıq olduğundan əlində balaca işıq olmuş, o, ancaq Rəhmanın üzünü görə bilmiş, Rəhman ondan Könülün harada olmasını soruşmuş, Könülün Rəhmanı görmək istəmədiyini bildiyi üçün Rəhmana yalandan Könülün evdə olmadığını demişdir, Rəhman ondan siqaret alıb çölə çıxmış, çox keçmədən çöldən hayküy səsləri eşitmiş, nə baş verdiyini aydınlaşdırmaq üçün aşağı düşüb evin birinci mərtəbəsinə daxil olduqda görmüşdür ki, Rəhman əlində tüfənglə atası Bəykəsə atəş açmış, anası Rəhmanın üstünə qışqırdıqda, Rəhman anası Sonanı da tüfənglə vurmuşdur. Bu mənzərədən şoka düşmüş, hər şey yuxu kimi olmuş, nə edəcəyini bilməmiş, dərhal Rəhmana yaxınlaşıb tüfəngi əlindən almaq istəmiş, lakin Rəhman tüfəngi kənara çəkib “yaxınlaşma yoxsa səni də vuraram” demiş, həmin vaxtı Könül də evin içərisinə daxil olmuş, evdəki dəhşətli mənzərəni görüb qorxaraq yaxınlıqda yaşayan qardaşı Cavidin evinə qaçıb getmiş, Rəhman da Könülün arxasınca getmişdir. Atası Bəykəs və anası Sona yan-yana yerdə qan içində uzanmışlar, hər ikisi ölümcül vəziyyətdə olmuş, nə edəcəyini bilməmiş, çölə qaçıb qabağına çıxan kənd adamlarından təcili tibbi yardıma zəng etmələrini xahiş etmişdir. Həmin vaxt onların evindən təxminən 60-70 metr aralıda yerləşən qardaşı Cavidin evinin yaxınlığında iki dəfə atəş səsi eşitmiş, dərhal oraya getmiş, lakin həmin evə yaxınlaşdıqda orada heç kəs olmamış, evin pəncərəsinin şüşəsi qırılmış vəziyyətdə olmuş, qapı isə bağlı olmuşdur. Sonradan bilmişdir ki, Rəhman çöl tərəfdən evin pəncərəsinə tüfənglə atəş açıb getmişdir. Sonra isə Cavidin evinin qapısını döyərək çölə çıxmalarını bildirmiş, onlar Rəhmanın orada olmasından qorxub qapını açmaq istəməmişlər, lakin onlara Rəhmanın orada olmadığını, çıxıb getdiyini dedikdən sonra qapını açmışlar. Cavid çölə çıxmış, Cavidə Rəhmanın onların valideynlərini tüfənglə vurduğunu, vəziyyətlərinin ölümcül olduğunu demiş və o, Cavid ilə birlikdə ata evinə qayıtmışlar. Arxasınca Cavidin arvadı Təranə və bacısı Könül də gəlmişdir. Yerdə qaç içində uzanmış atası Bəykəs və anası Sonanın nəbzini yoxlamışlar, anasının nəbzi olmamış, artıq ölmüşdür, lakin atası Bəykəs sağ olmuş, ancaq çox qan itirmişdir. Çox keçmədən təcili tibbi yardım maşını gəldikdən sonra atası Bəykəsi Xaçmaz rayon mərkəzi xəstəxanasına aparmışlar, lakin xəstəxanada həkimlər onun həyatını xilas edə bilməmişlər. Bundan sonra valideynlərinin meyitləri tibbi ekspertizadan keçirilərək onlara təhvil verilmiş, həmin gün onların meyitini Xaçmaz rayonu, Ləcət qəbirstanlığında dəfn etmişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, öldürülmüş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun valideynləridir, təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs isə onun yeznəsi, yəni bacısı Şahid1 əridir. Bacısı Şahid1 20 ildir Təqsirləndirilən şəxs ilə evlidir. Rəhman son illər spirtli içki düşkünü olduğu üçün Könül ilə aralarında ailə daxili söz-söhbətləri yaranmışdır. Rəhman mütəmadi olaraq spirtli içki içərək səbəbsiz yerə Könül ilə mübahisə etmiş, bu səbəbdən Könül bir neçə dəfə ər evindən çıxıb ata evinə gəlmişdir. Lakin ailə üzvləri araya girib onları barışdırmaqla Könülü öz evinə yola salmışlar, Rəhman özü də guya peşman olub onlara gələrək üzrxahlıq edib Könülü evinə aparmışdır. 2020-ci ilin sentyabr ayının əvvəlləri Könül anası Sonaya zəng edərək Rəhmanın onu incitdiyini, vəziyyətin artıq dözülməz olduğunu, belə gedişnən özünə qəsd edəcəyini deyib onu gəlib ata evinə aparmalarını xahiş etmişdir. Anası Sona bu barədə ona dedikdən sonra sonuncu ilə birlikdə Rəhmanın yaşadığı Xaçmaz rayonu, Seyidli kəndinə getmişlər, həmin vaxtı Rəhman evdə olmamış, Könül isə artıq öz əşyalarını yığıb onların gəlişini gözləmişdir. Könülü öz istəyi ilə ata evinə gətirmişlər. Heç vaxt Rəhman ilə münasibəti olmadığından, onun telefon nömrəsini bloka atmış, onunla danışmamışdır. Ümumiyyətlə Könül ilə Rəhman arasında olan söz-söhbətə heç vaxt qarışmamış, Könülü gedib ata evinə gətirməsinə səbəb onun ailəsini dağıtmaq olmamış, sadəcə olaraq Könülün çıxılmaz vəziyyətdə qaldığını və həyatdan bezdiyini görüb, özünə qəsd edə biləcəyindən ehtiyyat edib Könülü ata evinə gətirmişlər. 18.09.2020-ci il tarixdə, səhər saat 6 radələrində yaşadığı evdə yatan zaman evdə qışqırıq səsləri eşitmiş, yuxudan oyanıb qonaq otağına daxil olduqda bacısı Könülün onların evində olduğunu və onun ağladığını görmüş, sonuncudan nə baş verdiyini soruşduqda, Könül ona “Rəhman atamı vurub, polisə zəng et” demişdir. Bu vaxt çöldən Rəhmanın səsini eşitmiş, Rəhman ucadan onu səsləyərək çölə çıxmasını tələb etmiş, həm də evin çöl qapısının dəstəyini dartaraq qapını zorla açmaq istəmiş, qapı isə arxadan açarla bağlanmışdır, özü də çölə çıxmaq istəmiş, lakin ailə üzvləri açarı gizlətmişlər. Sonra DİN-nin 102 xidmətinə zəng edərək Rəhman barəsində şikayət etmiş, bu vaxt qonaq otağının pəncərəsinə iki dəfə atəş açıldığını eşitmişdir. Rəhmanın əlində tüfəng olduğunu bilməmiş, atəş səsini eşitdikdən sonra başa düşmüşdür ki, Rəhman tüfənglə evinə gəlmişdir. Həmin atəşin təsirindən pəncərənin şüşələri qırılmış və atılmış korteçlər qonaq otağının hər bir tərəfinə yayılmış, korteçlər əsasən otağın tavanına və divarlarına dəymişdir. Xoşbəxtlikdən həmin otaqda heç kəs olmamış və korteçlər heç kəsə dəyməmişdir. Daha sonra Rəhmanın səsi kəsilmiş, çox keçmədən qapı arxadan döyülmüş və Rəhmanın getdiyini demişlər. Sonra onlar qapını açıb çölə çıxmış, yaşadığı evdən 60 metr aralıda yerləşən ata evinə getmiş, evin birinci mərtəbəsinə daxil olduqda, atası Bəykəs və anası Sonanın yana-yana döşəmənin üzərində uzanmış halda üstü-başı qan içində olduqlarını görmüşdür. Valideynlərinin nəbzini yoxlamış, anası Sonanın artıq öldüyünü bilmiş, lakin atası Beykəs sağ olmuşdur ancaq çox qan itirmişdir. Çox keçmədən təcili tibbi yardım maşını gəlib atası Beykəsi Xaçmaz rayon mərkəzi xəstəxanasına aparmışlar, lakin xəstəxanada həkimlər onun həyatını xilas edə bilməmişlər, atası aldığı xəsarətlərdən orada ölmüşdür. Bundan sonra valideynlərinin meyitləri tibbi ekspertizadan keçirilərək onlara təhvil verilmiş, həmin gün onları Xaçmaz rayonu, Ləcət qəbirstanlığında dəfn etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, öldürülmüş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun valideynləridir, Təqsirləndirilən şəxs isə onun əridir. 1999-cu ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, rəsmi nikahları olmamış, nikahdan kənar ər-arvad münasibətində olmuşlar, həmin evlilikdən bir qızı var, qızı hazırda ərdə olmaqla qonşu kənddə ər evində ayrı yaşayır. Rəhman son illər spirtli içki düşkünü olmuş, mütəmadi olaraq spirtli içki qəbul etmiş, sərxoş vəziyyətə düşdükdə aqressiv olmuş və buna görə evlərində həmişə söz-söhbət yaranmışdır. Rəhman gecə saatlarında sərxoş vəziyyətdə evə gələrək onunla səbəbsiz yerə mübahisə etmişdir. Bu səbəbdən bir neçə dəfə Rəhmandan ayrılıb ata evinə getmiş, lakin hər dəfəsində Rəhman guya əməlindən peşman olub onlara gələrək üzrxahlıq edib onu yenidən evinə aparmışdır. 2020-ci ilin sentyabr ayının əvvəlləri evdə ailə-məişət zəminində mübahisə baş vermiş, Rəhmanın ona qarşı etdikləri haqsızlıqlar və zülmlərə tab gətirə bilməyib bir dəfəlik Rəhmandan ayrılmaq qərarına gəlmişdir. Telefonla anası Sonaya zəng edərək həyatından bezdiyini, belə gedişlə özünə qəsd edəcəyini deyib onu gəlib ata evinə aparmalarını xahiş etmişdir. Onlar gələnə kimi öz əşyalarını hazırlamış, həmin vaxtı Rəhman evdə olmamışdır. Bir müddət sonra anası Sona və qardaşı Cavid taksi maşını ilə onun qaldığı evin qarşısına gəlmişlər və həmin maşına əyləşib ata evinə getmişdir. Ata evində ikinci mərtəbədə qalmağa başlamış, ikinci mərtəbədə ondan başqa qardaşı Firuz da qalmışdır. Evin birinci mərtəbəsində isə valideynləri qalmışdır. 18.09.2020-ci il tarixdə, səhər saat 6 radələrində ata evində yatan zaman çöldə hay-küy səsləri eşitmiş, nə baş verdiyini anlamamış, yerindən qalxıb aşağı düşərkən evin birinci mərtəbəsində iki dəfə atəş səsləri eşitmiş, aşağı düşüb birinci mərtəbəyə daxil olduqda Rəhmanın əlində tüfənglə dayandığını, atası Bəykəsin isə yerdə qan içində uzandığını görmüşdür. Həmin vaxtı orada qardaşı Firuz da olmuşdur, Rəhman ona baxaraq tüfəngə patron doldurmağa başlamışdır. Bundan qorxub 50-60 metr aralıda yerləşən qardaşı Cavidin evinə qaçmış, qapını Cavidin qızı Xanımağa açmış, ağlayaraq evə daxil olmuş və ona Rəhmanın atasını vurduğunu demişdir. Bu vaxt səsə Cavidin arvadı Təranə oyanmış, Təranə nə baş verdiyini soruşduqda, cavabında Rəhmanın onun atasını vurduğunu deyib polis çağırmalarını bildirmişdir. Təranə evin qapısına çıxaraq Rəhmanın əlində tüfənglə gəldiyini görüb dərhal qapını arxadan açarla kilidləmişdir. Sonra isə səsə Cavid oyanmış, Cavid qapıya yaxınlaşmış, bu vaxt çöldən Rəhmanın səsi gəlmiş, Rəhman ucadan Cavidi səsləyərək çölə çıxmasını tələb etmiş, həm də evin çöl qapısının dəstəyini dartaraq qapını zorla açmağa cəhd göstərmiş, qapı isə arxadan açarla kilidlənmişdir, Cavid də çölə çıxmaq istəmiş, lakin Təranə açarı gizlədərək onun çölə çıxmasına imkan verməmişdir. Bundan sonra Cavid polisə məlumat vermiş, bu vaxt qonaq otağının pəncərəsinə iki dəfə atəş açıldığını eşitmişdir. Həmin atəşin təsirindən pəncərənin şüşələri qırılmış və atılmış qırmalar qonaq otağının hər bir tərəfinə yayılmışdır. Daha sonra Rəhmanın səsi kəsilmiş, çox keçmədən Firuz qapını döyərək Rəhmanın getdiyini demiş, sonra onlar qapını açıb çölə çıxıb ata evinə getmişlər, evin birinci mərtəbəsinə daxil olduqda atası Bəykəs və anası Sonanı yana-yana döşəmənin üzərində uzanmış halda görmüş, onların üstü-başı qan içində olmuşdur. Valideynlərinin nəbzini yoxlamışlar, anasının nəbzi olmamış, artıq ölmüşdür, lakin atası Bəykəs sağ olmuş, ancaq çox qan itirmişdir. Çox keçmədən təcili tibbi yardım maşını gəlib atası Bəykəsi Xaçmaz rayon mərkəzi xəstəxanasına aparmışlar, lakin xəstəxanada həkimlər onun həyatını xilas edə bilməmişlər və Bəykəs aldığı xəsarətlərdən orada ölmüşdür. Elə həmin günü onları Xaçmaz rayonu, Ləcət qəbirstanlığında dəfn etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, öldürülmüş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun əri Zərərçəkmiş şəxs3 valideynləridir, Təqsirləndirilən şəxs isə ərinin yeznəsidir. Baldızı Şahid1 20 ilə yaxındır Təqsirləndirilən şəxs ilə evlidir. Rəhman son illər spirtli içki düşkünü olduğu üçün Könül ilə aralarında ailə daxili söz-söhbətləri yaranmışdır. Rəhman mütəmadi olaraq spirtli içki içərək Könül ilə mübahisə etmiş, bu səbəbdən Könül bir neçə dəfə ər evindən çıxıb ata evinə gəlmişdir. Lakin böyüklər araya girib onları barışdırmaqla Könülü öz evinə yola salmışlar, Rəhman özü də guya peşman olub üzrxahlıq edib Könülü evinə aparmışdır. 2020-ci ilin sentyabr ayının əvvəlləri Könül öz anası Sonaya zəng edərək Rəhmanın onu incitdiyini, vəziyyətin artıq dözülməz olduğunu deyib onu öz evlərinə gətirmələrini xahiş etmişdir. Qayınanası Sona isə bu barədə ona və Cavidə demiş, bundan sonra Cavid və qayınanası Sona Rəhmanın yaşadığı Xaçmaz rayonu, Seyidli kəndinə gedib Könülü özləri ilə ata evinə gətirmişlər. 18.09.2020-ci il tarixdə, səhər saat 6 radələrində yaşadığı evdə yatan zaman evdə qışqırıq səsləri eşitmiş, yuxudan oyanıb qonaq otağına daxil olduqda Könülün onların evində olduğunu və onun ağladığını görmüş, Könüldən nə baş verdiyini soruşduqda, Könül ona “Rəhman atamı vurub öldürdü” demişdir. Qayınatası Bəykəsin yaşadığı ev onlardan təxminən 50-60 metr aralıda yerləşir. Dərhal qapıdan çölə çıxıb qayınatasının evinə tərəf baxıb görmüşdür ki, Rəhman qayınatasının evindən onların evinin həyətinə girmiş və sağ əlində tüfəng saxlayaraq evə tərəf gələrək “qıracam sizi hara qaçırsız” sözləri işlətmişdir. Tez evə girib qapını arxadan açarla kilidləmişdir. Bu vaxt Cavid yuxudan oyanıb qapıya yaxınlaşmış, Rəhman ucadan Cavidi səsləyərək onun çölə çıxmasını tələb etmiş, onu öldürəcəyi ilə hədələmiş, həm də evin çöl qapısının dəstəyini dartaraq qapını zorla açmaq istəmişdir. Cavid də çölə çıxmaq istəmiş, lakin açarı götürüb özündə gizlədərək Cavidin çölə çıxmasına mane olmuşdur. Daha sonra Cavid DİN-nin 102 xidmətinə və təcili tibbi yardıma zəng edərək hadisə barəsində məlumat vermiş, bu vaxt qonaq otağının pəncərəsinə iki dəfə atəş açıldığını eşitmişdir. Həmin atəşin təsirindən pəncərənin şüşələri qırılmış və atılmış qırmalar qonaq otağının hər bir tərəfinə yayılmışdır. Daha sonra Rəhmanın səsi kəsilmiş, çox keçmədən qaynı Firuz qapını arxadan döyüb Rəhmanın getdiyini demiş, sonra onlar qapını açıb çölə çıxmış və qayınatası Bəykəsin evinə getmişlər. Evin birinci mərtəbəsinə daxil olduqda qayınatası Bəykəsi və qayınanası Sonanı yana-yana döşəmənin üzərində uzanmış halda görmüş, onların üstü-başı qan içində olmuşdur. Cavid onların nəbzini yoxlamış, qayınanası Sona artıq ölmüş, lakin qayınatası sağ olmuş, ancaq çox qan itirmişdir. Çox keçmədən təcili tibbi yardım maşını gəlib qayınatası Bəykəsi Xaçmaz rayon mərkəzi xəstəxanasına aparmışlar, lakin xəstəxanada həkimlər onun həyatını xilas edə bilməmişlər, Bəykəs aldığı xəsarətlərdən orada ölmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilən Şahid4 bildirmişdir ki, 2005-ci ildən hal-hazıradək Xaçmaz stansiyası Xətt polis şöbəsinin Yalama stansiyası Xətt polis bölməsinin polis nəfəri vəzifəsində işləyir, polis serjantı rütbəsi daşıyır. 18.09.2020-ci il tarixdə, saat 6:00 radələrində xidmətdə olan zaman Ləcət dəmir yolu stansiyası ərazisində adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşaraq qayınatası və qayınanasını tüfənglə vurduğunu deyib əlində saxladığı tüfəngi və 04 ədəd patronu ona təqdim etmişdir. O da öz növbəsində Təqsirləndirilən şəxs ona təqdim etdiyi tüfəngi və patronları götürmüş, tüfəng qoşa lüləli olmaqla lüləsi yarıdan kəsilmiş vəziyyətdə olmuş, patronlar isə dolu olmuşdur. Bundan sonra dərhal bu barədə Yalama stansiyası polis bölməsinə məlumat vermiş, çox keçmədən əməliyyat qrupu gəlib Təqsirləndirilən şəxs, 01 ədəd tüfəngi və 04 ədəd patronu ondan təhvil alıb polis bölməsinə aparmışlar. Sonradan bildiyinə görə Təqsirləndirilən şəxs aidiyyəti üzrə Xaçmaz RPŞ-nin Yalama polis bölməsinə təhvil verilmişdir. Həmin hadisənin nəcə cür və hansı səbəbdən baş verməsi barədə məlumatı olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı keçirilmiş və cinayət işinə əlavə edilmiş məhkəmətibbi ekspertizasının 04.10.2020-ci il tarixli, 51 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: sağ süd vəzisində 7 ədəd giriş dəlikləri yerləşən, döş qəfəsinin arxa səthində isə 5 ədəd çıxış dəlikləri olan odlu silahdan atılmış qırma yaraları. Göstərilən xəsarət həyatı olub, ölümündən az əvvəl odlu silahdan atılmış qırmaların təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 18.09.2020-ci il tarixdə yetirilə bilər, dərəcəsinə görə, ölümə səbəb olmuş sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs2 ölümünə səbəb almış olduğu xəsarət nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 5-6 saat əvvələ uyğun gəlir. Yaranın xüsusiyyətlərini nəzərə alıb göstərmək olarki, atəş yaxın məsafədən atılmışdır. Zərərçəkmiş şəxs2 hamiləlik aşkar edilməmişdir. Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Zərərçəkmiş şəxs2 bədənində olan yaranın yerləşmə yeri və istiqamətinə görə demək olar ki, atəş açılan zaman Zərərçəkmiş şəxs2 bədəninin ön səthi atəş açılan istiqamətə olmuşdur. Məhkəməyədək icraat zamanı keçirilmiş və cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 04.10.2020-ci il tarixli, 52 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 adına təqdim olunmuş tibbi sənədə əsasən, o, 18.09.2020-ci il tarixdə saat 07:45-də Xaçmaz rayon mərkəzi xəstəxanasına daxil olmuş, orada almış olduğu odlu silah yaralanması ilə əlaqədar cərrahi əməliyyat aparılmış, lakin vəziyyəti ağır olduğundan 18.09.2020-ci il tarixdə saat 08:40-da ölüm baş vermişdir. Zərərçəkmiş şəxs1 meyiti müayinə olunarkən onun döş qəfəsinin sağ-ön səthində giriş dəliyi yerləşən və döş qəfəsinin sağ-arxa səthində isə çıxış dəliyi yerləşən sağ ağ ciyəri zədələyən bir ədəd dəlibkeçən odlu silah yarası aşkar olunmuşdur. Qeyd olunan xəsarət ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Göstərilən yara odlu silahdan atılmış güllə təsirindən törənə bilərdi, yara kanalının istiqaməti öndən-arxaya, bir qədər soldan-sağadır, atəş yaxın məsafədən atılmışdır (atəşin əlavə faktorları təsiri sahəsindən). Zərərçəkmiş şəxs1 ölümünə səbəb almış olduğu xəsarət nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Ölüm 18.09.2020-ci il tarixdə xəstəxanada baş vermişdir. Bu da meyitin müayinəsi ilə inkar olunmur. Zərərçəkmiş şəxs1 meyitindən alkoqola görə qanın məhkəmə-kimyəvi təhqiqatı aparılmamışdır. Beləki, müalicə məqsədi ilə zərərçəkənə vurulmuş dərman preparatlarının bəzilərində etil spirti olmuşdur. Zərərçəkmiş şəxs1 bədənində olan yaraların yerləşmə yeri və istiqamətlərinə görə demək olar ki atəş açılan zaman Zərərçəkmiş şəxs1 bədəninin ön səthi açılan istiqamətə olmuşdur. Məhkəməyədək icraat zamanı keçirilmiş və cinayət işinə əlavə edilmiş kompleks məhkəmə-ballistik, daktiloskopik və trasoloji ekspertizasının 30.11.2020-ci il tarixli, 3/1689;3/1690;3/1691 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “İJ 58” modelli, qoşalülə tüfəng kəsiyinin səthində əl-barmaq və papilyar naxış izləri yoxdur. Tədqiqata təqdim edilmiş tüfəngin lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmişdir, bu da onu göstərir ki, təqdim edilmiş silahdan atəş (atəşlər) açılmışdır. Lakin müvafiq elmi metodika olmadığından atəşin vaxtını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 məxsus geyim əşyaları üzərində odlu silahdan açılan atəş nəticəsində mərmilərinqırmaların təsirindən yaranmağa xarakterik zədə (lər) aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 məxsus geyim əşyalarının səthindən atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəcikləri aşkar edilmişdir. Həmin hissəciklər odlu silahdan açılan atəş zamanı paltarlar üzərində qala bilər, lakin müvafiq elmi metodika olmadığından onların düşmə vaxtını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah 16 kalibrli olmaqla “İJ 58” modelli patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı, keçmiş SSRİ-də “İjevsk mexaniki zavodun”da zavod üsulu ilə istehsal edilmiş, qəlibinin və lüləaltı qarmağın üzərində zavod işarələri silinmiş, lüləaltı yastığı E 02691 nömrəli, hamar (yivsiz) qoşalüləli odlu ov tüfəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, saz vəziyyətdədir, hər iki lüləsindən atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 4 (dörd) ədəd patron 16 kalibrli olmaqla, həmin kalibrə malik hamarlüləli (yivsiz) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardırlar. Həmin patronlar zavod üsulu ilə istehsal edilmişlər, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar. Tədqiqata təqdim edilmiş 5 (beş) ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissələridir - gilizləridir. Onlardan 4 (dörd) ədədi şərti olaraq “1-4” rəqəmləri ilə işarələnmiş gilizlər “İJ 58” modelli, qəlibinin və lüləatı qarmağın üzərində zavod işarələri silinmiş, lüləaltı yastığı E 02691 №-li tüfəng kəsiyinin sağ lüləsindən, 1 (bir) ədədi isə “5” rəqəmi ilə şərti olaraq işarələnmiş giliz “İJ 58” modelli, qəlibinin və lüləatı qarmağın üzərində zavod işarələri silinmiş, lüləaltı yastığı E 02691 №-li tüfəng kəsiyinin sol lüləsindən atılmışdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd metal predmet 16 kalibrli, yivsiz, odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, atəş komponentinin atəşlə ayrılmış hissəsidir - “Brenneke” tipli güllədir (tıxacla birlikdə). Təyinatına uyğun olaraq, həmin güllənin digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış 16 kalibrli patrondan, o cümlədən tədqiqata təqdim edilmiş 5 (beş) ədəd gilizlərdən istifadə olunmaqla təqdim edilmiş “İJ 58” modelli, qəlibinin və lüləatı qarmağın üzərində zavod işarələri silinmiş, lüləaltı yastığı E 02691 №-li ov tüfəngin kəsiyindən də atəş açılması mümkündür, lakin güllənin üzərində atəşədək doldurulduqları gilizin daxili divarlarından və atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri, karteçin hədəfə dəyməsi prosesində əmələ gəlmiş çoxsaylı, müxtəlif istiqamətli və formalı batıqlar, çıxıntılar, xaotik quruluşlu sıyrıqlarla qarışdığına, öz ilkin forma və ölçülərini nisbətən itirdiyiinə, habelə az və zəif əks edildiyinə görə, eyniləşmə tədqiqatı üçün yararsız olduğu üçün, onun təqdim edilmiş 5 (beş) ədəd 16 kalibrli gilizlərdən istifadə edilməklə, “İJ 58” modelli, qəlibinin və lüləatı qarmağın üzərində zavod işarələri silinmiş, lüləaltı yastığı E 02691 №-li ov tüfəngin kəsiyindən, habelə başqa hansısa konkret bir silahdan atılıbatılmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş 4 (dörd) ədəd metal predmet müxtəlif kalibrli, yivsiz, odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, atəş komponentinin atəşlə ayrılmış hissəsidir - karteçdirlər. Təyinatına uyğun olaraq, həmin karteçin digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış 16 kalibrli patrondan, o cümlədən tədqiqata təqdim edilmiş 5 (beş) ədəd gilizlərdən istifadə olunmaqla təqdim edilmiş “İJ 58” modelli, qəlibinin və lüləatı qarmağın üzərində zavod işarələri silinmiş, lüləaltı yastığı E 02691 №-li ov tüfəngin kəsiyindən də atəş açılması mümkündür, lakin karteçin üzərində atəşədək doldurulduqları gilizin daxili divarlarından və atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri, karteçin hədəfə dəyməsi prosesində əmələ gəlmiş çoxsaylı, müxtəlif istiqamətli və formalı batıqlar, çıxıntılar, xaotik quruluşlu sıyrıqlarla qarışdığına, öz ilkin forma və ölçülərini itirdiklərinə, habelə az və zəif əks edildiklərinə görə, eyniləşmə tədqiqatı üçün yararsız olduqları üçün, onun təqdim edilmiş 05 (beş) ədəd 16 kalibrli gilizlərdən istifadə edilməklə, “İJ 58” modelli, qəlibinin və lüləatı qarmağın üzərində zavod işarələri silinmiş, lüləaltı yastığı E 02691 №-li ov tüfəngin kəsiyindən, habelə başqa hansısa konkret bir silahdan atılıb-atılmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 məxsus geyim əşyalarının üzərində hər hansı trasoloji zədə (lər) aşkar edilməmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 28.12.2020-ci il tarixli, 960/2020-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H/(İİ). Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: AB /H/(İV). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A/(İİ) (şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus bir ədəd kişi trusiki, idman şalvarı, mayka, R.O. Osmanova məxsus bir ədəd qısaqol köynək, 05 ədəd pambıq nümunəsi üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə A, B və H antigenləri alındı. Belə olan halda bu qan ləkələri AB/H/(İV) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Ləkələrdə qanın qarışıq olduğu halında isə həmçinin Abeta(H)/İİ/ qruplu Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs qarışıq qanlarının olması da inkar olunmur (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa və qanında müşayiətçi H antigeni varsa) Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir cüt kişi ayaqqabısı üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və cinayət işinə əlavə edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 24.11.2020-ci il tarixli, 2327 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən hər hansı psixi (ruhi) xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini idarə etmək və onları qiymətləndirmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində aqressivlik yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiiyyətin psixopatik cizgiləri ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinə əlavə edilmiş əşyanın tanınmaya təqdim edilməsi haqqında 19.09.2020-ci il tarixli protokoldan görünür ki, 01 ədəd üzərində “Sport” sözü yazılmış qara rəngli idman çantası 2 nömrə altında eyni növdən olan digər 2 ədəd çanta ilə birlikdə Təqsirləndirilən şəxs tanınmaya təqdim olunmuş, tanıyan şəxs Təqsirləndirilən şəxs təqdim edilən çantaları nəzərdən keçirib 2 nömrəli çantanı göstərərək bildirmişdir ki, ifadəsində qeyd olunduğu kimi 18.09.2020-ci il tarixdə törətdiyi cinayət hadisəsi zamanı cinayətin aləti olmuş tüfəng kəsiyini yaşadığı evdən götürüb məhz həmin çantanın içərisində daşımış, həmin çantanı məhz üzərindəki “Sport” yazısından və qara rəngindən tanımışdır. Cinayət işinə əlavə edilmiş baxış keçirilməsi haqqında 18.09.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi və Xaçmaz RPŞ-nin Yalama polis bölməsinin 18.09.2020-ci il tarixli, 162-3/183-1220 saylı məktubuna əlavə edilmiş tüfəngə və 04 ədəd patrona baxış keçirilən zaman müəyyən edilmişdir ki, Xaçmaz RPŞ-nin Yalama polis bölməsindən göndərilmiş 01 ədəd bağlamanın içərisində 01 ədəd “İJ” markalı, 16 çaplı, qoşa hamar lüləli, E02691 nömrəli ov tüfəngi, 02 ədəd üzərilərində “FİOCCHİ -16-İTALY” sözləri yazılmış göy rəngli korteç patronu və 02 ədəd üzərilərində “NOBEL-16-SPORT” sözləri yazılmış göy rəngli güllə patronu vardır. Tüfəngin hər iki lüləsi kustar üsulla yarıdan kəsilmiş vəziyyətdədir. Cinayət işinə əlavə edilmiş “Şəxsin könüllü təqsirini boynuna alması və maddi sübutu təqdim etməsi barədə” 18.09.2020-ci il tarixli protokoldan görünür ki, 18.09.2020-ci il tarixdə, saat 06:00-da Təqsirləndirilən şəxs könüllü gəlib tüfənglə adam öldürməsi barədə polisə məlumat vermiş və cinayətin aləti olan 01 ədəd “İJ 58” modelli, E 02691 nömrəli, lüləsi kəsilmiş ov tüfəngini və 04 ədəd patronu da könüllü olaraq təqdim etmişdir. Cinayət işinə əlavə edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 18.09.2020-ci il tarixli, 71 saylı protokoldan görünür ki, 18.09.2020-ci il tarixdə, saat 09:35də Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 16.11.2020-ci il tarixli, 1071 №-li cavab məktubunda göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 18.09.2020-ci il tarixdə, saat 07:45-də “Döş qəfəsinin dəlib keçən güllə yaralanmsı, hemopnevmatoroks, travmatik şok, aqonal vəziyyət, əl odlu silahdan atəş” diaqnozu ilə Xaçmaz RMX PHŞ-in cərrahiyə şöbəsinə daxil olmuşdur. Göstərilən tibbi yardım və reanimasion tədbirlərə baxmayaraq xəstə 18.09.2020-ci il tarixdə, saat 08:40-da ölmüşdür. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 29.10.2020-ci il tarixli, 012-22368-1220 saylı cavab məktubundan görünür ki, “İJ” markalı, 16 kalibrli, E02691 nömrəli ov silahı barədə mərkəzləşdirilmiş axtarış uçotlarında məlumat yoxdur. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03.11.2020-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 29, 120.2.4, 29,120.2.7, 228.1 və 229.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən törətdiyi cinayəti könüllü gəlib təqsirini boynuna almasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 8-ci bəndində qeyd olunmuşdur ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Bundan başqa həmin qərarın 21-ci bəndində qeyd olunmuşdur ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzasının təqsirləndirilən şəxsin islah ounmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 29, 120.2.4, 29,120.2.7, 228.1 və 229.1-ci maddələri ilə ayrı-ayrılıqda müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalı, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 18 senyabr 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən cəzasının ilk 05 ilini həbsxanada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökm qanuni qüvvəyə minənə qədər barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi Xaçmaz rayon polis şöbəsinin silah anbarında saxlanılan 01 ədəd “İJ 58” modelli, E 02691 nömrəli tüfəng kəsiyi, 02 ədəd patron, 05 ədəd boş giliz, 01 ədəd atılmış güllə və 04 ədəd atılmış korteç məhv edilməlidir. Məhkəmə həmçinin maraqlı şəxslərin vəsatətlərinin olmamasını nəzərə alıb belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Xaçmaz rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan üzərində “SPORT” sözü yazılmış 01 ədəd qara rəngli idman çantası, 05 ədəd tədqiqat üçün pambıqla götürülmüş qan nümunələri, ölmüş şəxs Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd yaşıl rəngli mayka, 01 ədəd qara rəngli idman şalvarı, 01 ədəd boz rəngli alt tumanı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd yaşıl rəngli qısaqol köynək və 01 cüt qara rəngli ayaqqabı məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 306 (üç yüz altı) manat 46 (qırx altı) qəpik məbləğində pul məhkəmə xərci kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-352, 353-354-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 29,120.2.4, 29,120.2.7, 228.1 və 229.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 29,120.2.4, 29,120.2.7-ci maddələri ilə 20 (iyirmi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 229.1-cu maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 20 ( iyirmi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəzanın ilk 05 ili həbsxanada, qalan hissəsi isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Xaçmaz rayon polis şöbəsinin silah anbarında saxlanılan 01 ədəd “İJ 58” modelli, E 02691 nömrəli tüfəng kəsiyi, 02 ədəd patron, 05 ədəd boş giliz, 01 ədəd atılmış güllə, 04 ədəd atılmış korteç və Xaçmaz rayon prokurorluğunun maddi sübatları saxlama otağında saxlanılan üzərində “SPORT” sözü yazılmış 01 ədəd qara rəngli idman çantası, 05 ədəd tədqiqat üçün pambıqla götürülmüş qan nümunələri, ölmüş şəxs Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd yaşıl rəngli mayka, 01 ədəd qara rəngli idman şalvarı, 01 ədəd boz rəngli alt tumanı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd yaşıl rəngli qısaqol köynək və 01 cüt qara rəngli ayaqqabı məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 306 (üç yüz altı) manat 46 (qırx altı) qəpik məbləğində pul məhkəmə xərci kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1145/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1145/2021
06.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver