Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1145/2022 10.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X2 və Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Hafiz” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək, istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri Qaradağ rayonu Salyan şossesinin 25-ci kilometrliyində yerləşən “Bakı Gəmiqayırma Zavodu” yaxınlığında yolun Bakı şəhəri istiqamətində gedən hərəkət hissəsinin kənarında quraşdırılmış məlumatverici-göstərici yol nişanının altında yerləşdirdiyi bir ədəd sellofan torbada olmaqla bir ədəd bükümdə təmiz çəkisi 1592,07 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini və bir ədəd bükümdə təmiz çəkisi 380,345 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini 2022-ci ilin yanvar ayının əvvəlində həmin yerdən götürüb sonradan «Hafiz» adlı şəxsin tapşırığına əsasən satılacaq həmin psixotrop maddənin və ya narkotik vasitələrin hər kiloqramına görə 1000 manat ödəniləcəyi şərti ilə onun deyəcəyi şəxslərə çatdırmaq üçün qanunsuz olaraq satış məqsədi ilə daşıyaraq, yaşadığı ünvan 2 ünvanına gətirib orada olan qonaq otağında yerləşən divanın alt hissəsində qara rəngli üzərində “Nike” yazısı olan idman çantasında saxlamış, 19 yanvar 2022-ci il tarixdə saat 21 radələrində «Hafiz» adlı şəxsin deyəcəyi istintaqa məlum olmayan şəxslərə satmaq niyyəti ilə həmin narkotik vasitə olan heroindən təmiz çəkisi 30,003 qram olan hissəsini bir bükümdə və psixotrop maddə olan metamfetamindən təmiz çəkisi 4,455 qram olan hissəsini bir bükümdə ayırıb əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibinə qoyaraq özü ilə daşımış, həmin gün saat 21:18 dəqiqədə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 11D ünvanının qarşısında saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 30,003 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin və bir ədəd bükümdə təmiz çəkisi 4,455 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin aşkar olunaraq götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 19 yanvar 2022-ci il tarixdə saat 23:30 dəqiqədə yaşadığı ünvana baxış keçirilərkən mənzilin qonaq otağında yerləşən divanın alt hissəsində qara rəngli üzərində “Nike” yazısı olan idman çantasında saxladığı dörd ədəd bağlamada ümumi təmiz çəkisi 1562,067 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin, iki ədəd bağlamada ümumi təmiz çəkisi 375,89 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin və iki ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, qadın alt geyimlərinin satışı ilə məşğul olmuşdur. 2020-ci il 8 mart tarixində yeganə övladı olan oğlu 17 yaşında ürək tutmasından vəfat etmiş və onun ölümündən sonra tənha qalmışdır. Narkotik vasitədən istifadə etməyə başlamışdır. Saxlanılmazdan əvvəl 7-10 gün idi ki, narkotik vasitə satışı ilə məşğul olmağa başlamışdır. 19 yanvar 2022-ci il tarixdə avtomobilini park edəndə polis əməkdaşları onu şübhəli şəxs kimi saxlamışlar. Həmin vaxt pul qabında 1 qram patı var imiş. Onlar onu avtomobilə əyləşdirmişlər və yaşadığı məhəlləyə getmişlər. Orada polis əməkdaşları qolundan tutaraq səssiz olmağını istəmiş və evinə baxış keçirəcəklərini bildirmişlər. Evə baxış keçirilmişdir. Evdə miqdarını dəqiq xatırlamasa da 700 qram olmasını ehtimal etdiyi miqdarda narkotik vasitə, 30 qram miqdarda xırda bükümlərdə narkotik vasitə və 3 ədəd Alyse həbi var imiş. Bundan sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Orada üzərində olan 1 qram patıdan əlavə evində aşkar edilmiş 30 qram miqdarda narkotik vasitəni də üzərinə yerləşdirmişlər və üzərinə şəxsi axtarış keçirmişlər. Bundan sonra yenidən yaşadığı evə gəlmişlər və evinə yenidən videoçəkilişdən istifadə olunmaqla baxış keçirilmişdir. Onda 1 ədəd elektron tərəzi var imiş, İranlı şəxs ona nə qədər miqdarda narkotik vasitənin lazım olduğunu deyirmiş, o da həmin tərəzi vasitəsilə narkotik vasitəni ölçüb ona deyilən yerə aparıb yerləşdirirmiş. Bundan əlavə polis əməkdaşları evində mətbəxdə istifadə etdiyi tərəzini də götürmüşlər. Evdə aşkar edilən bağlamada nə qədər miqdarda narkotik vasitə olduğunu dəqiq bilmir, təqribən 700 qram olduğunu ehtimal edir, lakin ittiham aktında göstərilən miqdarda deyildir, evdə aşkar edilən narkotik vasitənin miqdarı artırılmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 yanvar 2022-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında piyada hərəkət edən zaman tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı əməliyyat tədbiri keçirilərkən, o və digər əməkdaş Şahid2 iştirak edirdi. Təqsirləndirilən şəxs saxladıqdan sonra, onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etdilər. Təqsirləndirilən şəxs də getməyə etiraz etmədi. Bundan sonra birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına getdilər. Orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar edildi. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda da narkotik vasitə olduğunu bildirdi. Bununla bağlı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvana getdilər və mənzilə videoçəkilişdən istifadə olunmaqla baxış keçirildi və xatırlamadığı miqdarda narkotik vasitə aşkar edildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evində aşkar olunan narkotik vasitənin ittiham aktında qeyd olunmuş miqdardan az olmasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 19 yanvar 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan şəxsi axtarış və götürmə zamanı DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat qrupunun təhqiqatçısı polis kapitanı Nizami Omarov tərəfindən tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni və 1 (bir) bükümdə, ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoydu. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirildi və əynində olan gödəkçənin sol yan cibindən 1 (bir) ədəd açar, 1 (bir) ədəd içərisində ***-***-**-** və ***- ***-**-** mobil nömrələr olan “Red Mi” markalı mobil telefon, 40 (qırx) manat pul, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və **********026126 nömrəli plastik bank kartı aşkar edilərək götürüldü. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkildi və çəkisi qablaşdırma ilə birlikdə 30 (otuz) qram, metamfetaminə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 4(dörd) qram oldu. Sonra aşkar olunmuş həmin kütlələr tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfimdən imzalandı. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Red Mi” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və **********026126 nömrəli plastik bank kartı bu barədə sonuncuya izah verildikdən sonra götürüldü, 1 (bir) ədəd açar və 40(qırx) manat pul isə şübhəli şəxsə geri qaytarıldı. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri 10 gün bundan əvvəl İran İslam Respublikası vətəndaşı olan “Hafiz” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində yerləşən polis postunun yaxınlığından deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında “Hafiz” adh şəxsin ona hər kiloqrama görə 1000 (min) manat pul verəcəyini, həmçinin yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzildə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, yaşadığı evdə qiymətli qızıl-zinət əşyalarının və pulların olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Cinayət işində olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı polis kapitanı Nizami Omarov tərəfindən tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs mənzilə girişdən üzbəüz yerləşən qonaq otağına daxil olaraq orada yerləşən divanın alt hissəsindən üzərində “Nike” yazısı olan idman çantasını təqdim edərək, içərisində narkotik maddələr olduğunu bildirdi. Həmin idman çantasının içərisinə baxış zamanı içərisindən 4(dörd) bağlamada açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 2 (iki) bağlamada, ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 2 ədəd elektron tərəzi aşkar olundu. Sonra həmin kütlələr elektron tərəzidə çəkildi və heroinə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 1 (bir) kq 597(beş yüz doxsan yeddi) qram, metamfetaminə bənzər kütlələrin çəkisi isə qablaşdırma ilə birlikdə 382 (üç yüz səksən iki) qram oldu. Daha sonra həmin kütlələr və 2 ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli, kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi və üzəri şübhəli şəxs, müdafiəçi və tərəfimdən imzalandı. Sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirildi və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmədi. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri 10 gün bundan əvvəl İran İslam Respublikası vətəndaşı olan “Hafiz” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində yerləşən polis postunun yaxınlığından deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında “Hafiz” adlı şəxsin ona hər kiloqrama görə 1000 (min) manat pul verəcəyini, özünün narkotik vasitə aludəçisi olduğunu və metamfetamindən istifadə etdiyini, əvvəllər məhkum olunmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. İş üzrə qeyd olunan şəxsi axtarış və götürmə, eləcə də baxış keçirilməsi hərəkətləri DİN-in BNMİ-nin əməkdaşları tərəfindən video yazı vasitəsi ilə qeydə alınaraq 02 ədəd diskə köçürülmüşdür. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/380 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazısı və imzalar olan kağız paketdəki 1(bir) bükümdə təmiz çəkisi 30,003 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1(bir) ədəd bükümdə təmiz çəkisi 4,455 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi...” yazısı və imzalar olan paketdəki, 4(dörd) ədəd bağlamada ümumi təmiz çəkisi 1562,067 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 2(iki) ədəd bağlamada ümumi təmiz çəkisi 375,89 qram ağ rəngli kristallardan ibarət maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2(iki) ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəkilində olduğu üçün, heroinin təmiz çəkisini və bükümdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1592,07 qram (1kq 592,07 qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 380,345 qram təşkil edir və həmin metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildirlər. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 30,003 qram olan narkotik vasitə heroindən ekspert tədqiqatı zamanı 0,1 qram heroin sərf edilməklə 29,903 qram heroin qalıq qalmış, bir ədəd bükümdə təmiz çəkisi 4,455 qram olan psixotrop maddə metamfetamindən ekspert tədqiqatı zamanı 0,1 qram metamfetamin sərf edilməklə 4,355 qram metamfetamin qalıq qalmış, dörd ədəd bağlamada təmiz çəkisi 1562,067 qram olan narkotik vasitə heroindən ekspert tədqiqatı zamanı 0,24 qram heroin sərf edilməklə 1561,827 qram heroin qalıq qalmış və iki ədəd bağlamada təmiz çəkisi 375,89 qram olan psixotrop maddə metamfetamindən ekspert tədqiqatı zamanı 0,2 qram metamfetamin sərf edilməklə 375,69 qram metamfetamin qalıq qalmışdır. (ekspertiza tədqiqatın dəyəri 114 (yüz on dörd) manat) Cinayət işində olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 663 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs psixi (ruhi) xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1008 saylı rəyindən görünür kİ, Təqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan məhkəmə-kompüter texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 5/289 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş “X7 8” markalı “M1908C3JG” modellİ “**********32629, **********32637” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş “X7 8” markalı “M1908C3JG” modelli mobil smartfonun yaddaşından toplanmış hal-hazırda mövcud olan və pozulmuş məlumatlar müəyyən olundu. (ekspertiza tədqiqatın dəyəri 75 (yetmiş beş) manat) Cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “X7 8” markalı “M1908C3JG” modelli **********32629 və **********32637 saylı İMEİ kodları altında istifadə olunan mobil telefonun yaddaşındakı məlumatların iş üzrə keçirilmiş məhkəmə-kompüter texniki ekspertizası zamanı köçürüldüyü 1 ədəd yaddaş daşıyıcısına baxış keçirilimiş və baxış zamanı müəyyən edilmişdir ki, ekspertiza tərəfindən təqdim edilmiş yaddaş daşıyıcısında “2022-03-29, 19-54-31” bir ədəd qovluq var. Həmin qovluğun içərisində olan “Detected Model_RedMi Note 8” adlanan qovluğun daxilində isə mobil telefonun yaddaşında olan audio, video və digər fayllarm olduğu ayrıayrı qovluqların olduğu görünür. “Audio” adlanan qovluqdakı səsyazmaların arasında Təqsirləndirilən şəxs ünvanlanmış, narkotik vasitə və psixotrop maddələrin müxtəlif şəxslər tərəfindən sonuncudan əldə edilməsi ilə bağlı səs mesajlarının olması görünür. Həmin səs fayllarmm sayı çox olduğundan və faylın adı mürəkkəb olduğundan texniki cəhətdən protokola qeyd etmək mümkün olmamışdır. Qovluqda olan “images” qovluğundakı foto fayllarından narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələrin müxtəlif bükümlərə bölünməsi, bükümlərin üzərində həmin maddələrinin çəkilərinə işarə edən yazıların yazılması, eləcə də bükümlərin müxtəlif yerlərə qoyulması görünür. Yaddaşda olan “Whatsapp Business” adlanan qovluqdan görünür ki, orada “X8 2”, “Mehdi”, “Riza Nargile”, “Tural İloş 3”, “Toqa” və “X9’adlanan qovluqlar var. Həmin qovluqlara baxış keçirilərkən görünür ki, qovluqlarda müxtəlif videofayllar mövcuddur. Həmin videofayllarda narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələrin müxtəlif bükümlərə bölünməsi, bükümlərin üzərində həmin maddələrinin çəkilərinə işarə edən yazıların yazılması, eləcə də bükümlərin müxtəlif yerlərə qoyulması görünür. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “X7 8” markalı “M1908C3JG” modelli **********32629 və **********32637 saylı İMEİ kodları altında istifadə olunan mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, həmin mobil telefon aparatında “Whatsapp Business” adlanan mobil tətbiq yüklənmiş və həmin mobil tətbiq ***-***-**-** saylı mobil nömrə altında istifadə edilir. Həmin mobil tətbiqə baxış keçirilərkən Təqsirləndirilən şəxs bildirdi ki, tətbiqdə olan “Chatı” adlanan bölümdə “X10 2” adlı mobil abunəçi ona 2021-ci ilin yanvar ayında narkotik vasitələr olan heroini, eləcə də psixotrop maddə olan metamfetamini satmış şəxdir. Həmin “X10 2” adlı mobil abunəçinin +98 935 *** **** saylı mobil nömrədən istifadə etdiyi görünür. Həmin abunəçi ilə Təqsirləndirilən şəxs arasında olmuş yazışmalara baxış keçirilərkən müəyyən edildi ki, onların arasında yazışmalar 17 yanvar 2022-ci il tarixdən başlayır. Lakin Təqsirləndirilən şəxs sözlərinə görə, sonuncu ilə yazışmalar daha əvvəl başlanmış, lakin yazışmanın əvvəlki hissəsi silinmişdir. Onların arasındakı yazışmaların mətnlərindən, səs mesajlarından və eləcə də göndərilmiş videoyazılardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs “Hafiz” adlı şəxsin sözlərinə əsasən Bakı şəhərinin müxtəlif yerlərində gizlədilmiş narkotik vasitə və psixotrop maddələr götürür, həmçinin evində saxladığı külli miqdarda narkotik vasitə və psixotrop maddələri bükümlərə bölərək elektron tərəzidə çəkir və sonradan həmin bükümləri Bakı şəhərinin müxtəlif yerlərində gizlədərək həmin yerlərin şəkillərini, xəritəsini və dislokasiyalarmı “Hafiz” adlı şəxsə göndərir. Təqsirləndirilən şəxs sözlərinə görə, həmin şəkilləri, xəritələri və dislokasiyaları “Hafiz” adlı şəxs sonuncudan narkotik vasitə və psixotrop maddələri əldə edən digər şəxslərə ötürürmüş. Bundan başqa həmin tətbiqdə olan yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2022-ci il tarixdən istifadəsində +98 914 *** **** saylı mobil nömrə olan Mehdi adlı abunəçi ilə yazışmağa başlamışdır. Hafiz adlı şəxs ilə yazışmalarda olduğu kimi, Mehdi ilə yazışma zamanı Təqsirləndirilən şəxs evində saxladığı külli miqdarda narkotik vasitə və psixotrop maddələri bükümlərə bölərək elektron tərəzidə çəkir və sonradan həmin bükümləri Bakı şəhərinin müxtəlif yerlərində gizlədərək həmin yerlərin şəkillərini, xəritəsini və dislokasiyalarını Mehdi adlı şəxsə göndərir. Bundan başqa baxış zamanı müəyyən edildi ki, 18 yanvar 2022-ci il tarixdən Təqsirləndirilən şəxs ilə “Riza Nargile” adlı ***-***-**-** saylı abunəçi arasında yazışmalar başlanmışdır, həmin yazışmalar zamanı sonuncu Təqsirləndirilən şəxs ona “bir dənəsini bütöv” saxlamasını xahiş etmişdir, bunun müqabilində ona pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin şəxsin adı Rzadır və sonuncu ondan mütəmadi olaraq psixotrop maddə olan metamfetamin əldə edirdi və yazışma zamanı “bir dənəsini bütöv” deməklə metamfetamini nəzərdə tuturdu. 055- ***-**-** saylı mobil nömrə istifadəçisi olan “Tural İloş 3” adh şəxs ilə yazışmadan görünür ki, sonuncu ona bir neçə dəfə aptekdən əldə etdiyi dərman təklif edərək “daş qaş” dediyi maddə ilə dəyişmiş, eləcə də Təqsirləndirilən şəxs onun bank kartına göndərdiyi pula sonuncuya aptekdən həmin dərmandan əldə etmişdir. ***-***-**-** saylı mobil nömrə istifadəçisi olan “Toqa” adh şəxs ilə yazışmadan görünür ki, Təqsirləndirilən şəxs ilə o, mütəmadi olaraq biri birinə şəkil və videogörüntülər göndərməklə narkotik vasitə və psixotrop maddələri gizlətdiyi yerləri işarə edirlər. Təqsirləndirilən şəxs sözlərinə görə, həmin şələri müxtəlif yerlərdə gizlədirdi ki, onları istifadə üçün əldə edən şəxslər gedib həmin yerlərdən götürsünlər. 070-988-24- 22 saylı mobil nömrə istifadəçisi “X11” adh şəxs ilə yazışmadan görünür ki, sonuncu Təqsirləndirilən şəxs bir neçə dəfə psixotrop maddə metamfetamin əldə etmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli AZF/LGL-5174/22 nömrəli məktub ilə daxil olmuş, yaddaşında Təqsirləndirilən şəxs istifadəsində olan “708555223” saylı mobil nömrəyə dair anten məlumatlar, sms mətnləri və telefon zəngləri əks edilmiş 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin CD diskdə “708555223” saylı mobil nömrəyə dair xx.xx.2021 -ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan zəng və sms məlumatları əks edilmişdir. Həmin mobil nömrəyə dair sms tarixçəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə həmin mobil nömrədən **********22 saylı mobil nömrəyə “Şahin mene 15 azn kola lazimdi tecili göme ele” mətnli sms göndərilmişdir. xx.xx.2021-ci il tarixdə həmin mobil nömrədən **********22 saylı mobil nömrəyə “Şahin qurban sene 5 elede onu” mətnli sms göndərilmişdir. xx.xx.2021-ci il tarixdə həmin mobil nömrədən **********40 saylı mobil nömrəyə “Alisya xala geldi” mətnli sms göndərilmişdir. xx.xx.2021-ci il tarixdə həmin mobil nömrədən **********99 saylı mobil nömrəyə “Emin senin fikrin nedi meni tuturmaq istiyirsen, Gönderdim getdi qaqaş qaytardi cix ged burdan mene prablem yaşadirsan, Yoxdu mende hecne gönderdim apardi qaydirdi yiyesine, Senin qulaqin işide eşide cindir qonşu dedi polise yiqacam, yiqdida, hemin günü ucaskovu mene ve o söbeten sonra sen qalxib qapini döyürsen hamida eşidir indi ucaskovu zenk yox pramoy gelecey cox saqol” mətnli sms göndərilmişdir. xx.xx.2022-ci il tarixdə həmin mobil nömrədən **********40 saylı mobil nömrəyə “Gülsin götürsün, 3 azn vur karta” mətnli sms göndərilmişdir. Məxsusluq tarixçəsindən göründüyü kimi, **********22 saylı mobil nömrə X3 məxsusdur. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli BKC/LGL-3543/22 nömrəli məktub ilə daxil olmuş, yaddaşında Təqsirləndirilən şəxs istifadəsində olan “554433394” saylı mobil nömrəyə dair anten məlumatlar, sms mətnləri və telefon zəngləri əks edilmiş 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin CD diskdə “554433394” saylı mobil nömrəyə dair xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan zəng və sms məlumatları əks edilmişdir. Həmin mobil nömrəyə dair sms tarixçəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə **********40 saylı mobil nömrədən həmin mobil nömrəyə “Alisya var” mətnli sms göndərilmişdir. xx.xx.2021-ci il tarixdə **********56 saylı mobil nömrədən həmin mobil nömrəyə “kartu skinda mne” mətnli sms göndərilmişdir. xx.xx.2021-ci il tarixdə **********40 saylı mobil nömrədən həmin mobil nömrəyə “2 dene alisa pulujnan.Getir” mətnli sms göndərilmişdir. xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “meti isdirem goturum ozume İdene eger alinsa 2dene gorum ne qeder pul vercekler evden. dunen dediylerivi fikirlesdim doğurdan uje uçur” mətnli mesaj göndərilmişdir. xx.xx.2022-ci il tarixdə **********02 saylı mobil nömrədən həmin mobil nömrəyə “Bu ne oyundu acirsuz bashimae taxiynen gelmisem beyaz marketin qabagina bele hormetsizdiy elemezderde, Kimese deyerinnen cox deyer verende bele olur.Dedin gel geldim telfonu acmadin hemin adamnan 40 deg gozlediy biyabr oldum.Qaynagivin pulunu alisyaynan cixartmisan hec olmasa unutma” mətnli sms göndərilmişdir.xx.xx.2022-ci il tarixdə **********20 saylı mobil nömrədən həmin mobil nömrəyə “atdm ikisinide 16 4 qalxan kimi balaca agacin dibine 20 20 kamazin deşiyinə gorunmeyen terefden” mətnli sms göndərilmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixdə həmin mobil nömrədən **********40 sayh mobil nömrəyə “10 cu mertebeye qalx qurban sene plekanardan qapi terefe gecme qonşu bu gün Aqil ucaskovuya yiqib qehbenin balasi qapimi güdür, 5404 0852 3802 6126 karta vur 21azn xayiş edirem” mətnli sms göndərilmişdir. xx.xx.2021-ci il tarixdə həmin mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Cibindedi gördüm cibine qoyanda” mətnli sms göndərilmişdir. xx.xx.2021-ci il tarixdə həmin mobil nömrədən **********51 sayh mobil nömrəyə “Polis var cixa bilmirem seher gözdüyürem” mətnli sms göndərilmişdir. Məxsusluq tarixçəsindən göründüyü kimi, **********40 saylı mobil nömrə Cəfər Məmmədov adlı şəxsə, **********56 sayh mobil nömrə X6 adlı şəxsə, **********02 sayh mobil nömrə isə Tural Məmmədxanov adlı şəxsə məxsusdur. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Təqsirləndirilən şəxs adına olan 5404-0852-3802- 6126 saylı plastik kart üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qərarı əsasında "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixli 157000/2-1191 nömrəli məktub ilə daxil olmuş bank hesabından çıxarışlara baxış keçirirlərkən müəyyən olunmuşdur ki, həmin bank hesabından çıxarışlar ümumilikdə 09 vərəqdən ibarətdir. Çıxarışlardan görünür ki, qeyd edilən plastik kart hesabına və həmin kartın hesabından digər kartların hesabına "xxxx" ASC-nin “birbank” mobil tətbiqi vasitəsi ilə, eləcə də ödəniş terminalı vasitəsi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək müddət ərzində müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pul vəsaitləri göndərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 19 yanvar 2022-ci tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, qadın olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Yasamal rayon Polis İdarəsinin saxlanma anbarında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “X7 8” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılmalı, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi qalıq 29,903 qram heroin, 4,355 qram metamfetamin, dörd ədəd bağlamada təmiz çəkisi qalıq qalmış 1561,827 qram heroin, iki ədəd bağlamada təmiz çəkisi qalıq qalmış 375,69 qram metamfetamin, 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ümumi ekspertiza xərci təşkil edən 189 ( yüz səksən doqquz) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 02 ədəd DVD disk, "xxxx" MMC-dən və "xxxx" MMC-dən əldə edilmiş 02 ədəd yaddaşında anten məlumatlar olan CD disklər, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “X7 8” markalı olan mobil telefonun yaddaşından məhkəmə-kompüter texniki ekspertizası zamanı götürülmüş məlumatların köçürüldüyü 01 ədəd yaddaş daşıyıcısı və Təqsirləndirilən şəxs adına olan 01 ədəd "xxxx" ASC-nin 5404-0852-3802-6126 saylı plastik kart cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 19 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci 189 ( yüz səksən doqquz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Yasamal rayon Polis İdarəsinin saxlanma anbarında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “X7 8” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılsın, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi qalıq 29,903 qram heroin, 4,355 qram metamfetamin, dörd ədəd bağlamada təmiz çəkisi qalıq qalmış 1561,827 qram heroin, iki ədəd bağlamada təmiz çəkisi qalıq qalmış 375,69 qram metamfetamin, 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 02 ədəd DVD disk, "xxxx" MMC-dən və "xxxx" MMC-dən əldə edilmiş 02 ədəd yaddaşında anten məlumatlar olan CD disklər, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “X7 8” markalı olan mobil telefonun yaddaşından məhkəmə-kompüter texniki ekspertizası zamanı götürülmüş məlumatların köçürüldüyü 01 ədəd yaddaş daşıyıcısı və Təqsirləndirilən şəxs adma olan 01 ədəd "xxxx" ASC-nin 5404-0852-3802-6126 saylı plastik kart cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1145/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1145/2022
10.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver