Məhkəmə qərarları › İş №1(101)-1145/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1145/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1145/2024 07.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxx 1966-cı ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Birinci Qarabağ müharibəsinin iştirakçısı, xərçəng xəstəliyindən 2-ci dərəcəli əlil, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımış və qanunsuz olaraq təkrarən satmışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 5,512 qram narkotik vasitə heroini əldə edib xırda bükümlərə ayrı-ayrılıqda qablaşdırıb üzərində saxlamaqla daşımış, 15 may 2023-cü il tarixdə axşam saatlarında ünvan 2 ünvanında yaşadığı evin yaxınlığında narkotik vasitə heroinin bir ədəd şəffaf sellofan bükümündə 0,903 qram çəkidə olan hissəsini 10 manat pul müqabilində Şahid1 qanunsuz olaraq satmış, habelə həmin gün bir qədər sonra eyni ünvanın yaxınlığında heroinin bir ədəd şəffaf sellofan bükümündə 0,935 qram çəkidə olan hissəsini 10 manat pul müqabilində Şahid2 qanunsuz olaraq təkrarən satmış, həmçinin həmin gün bir qədər sonra eyni ünvanın yaxınlığında heroinin bir ədəd şəffaf sellofan bükümündə 0,975 qram çəkidə olan hissəsini 10 manat pul müqabilində Şahid3 qanunsuz olaraq təkrarən satmış, 15 may 2023-cü il tarixdə Şahid1, Şahid2 və Şahid3 Xəzər rayonu, Binə qəsəbəsi ərazisində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirildikdən sonra onların ətrafında keçirilmiş əməliyyat tədbiri nəticəsində əldə edilmiş məlumat əsasında həmin tarixdə saat 22:55 dəqiqədə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, F.Aynulov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, orada video çəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən üç ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,086 qram, 0,663 qram və 0,950 qram, ümumi təmiz çəkisi 2,699 qram külli miqdarda, Şahid1, Şahid2 və Şahid3 satdığı narkotik vasitə heroinlərlə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin şalvarın sol yan cibindən üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 3 ədəd bükümlərdə ümumi təmiz çəkisi 0,752 qram narkotik vasitə-heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 17:40-də Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı orta məktəbin qarşısında Xəzər RPİ-nin 3-ci PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə aparılmış, şöbədə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman əynindəki açıq göy rəngli şalvarın sağ yan cibidən 1 ədəd qabının içərisində 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,295 qram, 0,273 qarm, 0,184 qram, ümumi təmiz çəkisi 0,752 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlaəmtlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,751 qram narkotik vasitə heroini istintaqa məlum olmayan vaxta və mənbədən əldə edib üzərində saxlamqla daşımış, 12 iyun 2023-cü il tarixdə saat 18:00-da Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsində Xəzər RPİ-nin 3cü PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılarıq Xəzər RPİ-nin 3-cü PŞ-nə aparılmış, şöbədə vidoeçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,751 qram tünd qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,611 qram narkotik vasitə-heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 15:55-də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi F.Aynulov küçəsində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Xəzər RPİnin 3-cü PŞ-nə aparılmış, şöbədə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,611 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o və həyat yoldaşı xərçəng xəstəsidirlər, ağrıları olduğu üçün kakos, yəni heroin istifadə edirdi. Kakosu Nazim adlı şəxsdən əldə edirdi. Onun həyət evi var, həyətyanı sahədə tərəvəz əkib-becərir, bu işdə ona qonşuları olan Elşən və Şahid2 qardaşları kömək etmiş, digər tanışı Əli isə evində hamamda kafel işini görürdü. Qeyd etmək istəyir ki, Elşən, Eynulla və Əli narkotik istifadəçiləridir. Lakin bu şəxslərə o heç vaxt narkotik vasitə satmamışdır. xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində yaşadığı ünvan 2-də olduğu zaman iki nəfər mülki geyimdə olan polis əməkdaşları gəlib Əlini saxlamışlar. O, Əliyə görə polis əməkdaşları ilə mübahisə etdiyinə görə polislər onu da özləri ilə 3-cü PŞ-nə aparmışlar. Orada polis əməkdaşları Əlinin üzərinə bir büküm narkotik qoyaraq ondan tələb etmişlər ki, guya həmin bükümü Əli ondan almasını boynuna alsın. Bu səbəbdən də Əli polislərin dediyi kimi etmişdir. Polislər onun da üzərinə 3 büküm heroin qoyaraq həmin bükümlərin ondan aşkar edilməsinə dair protokola imza etdirmişlər. Müstəntiq onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət versə də Xəzər rayon prokuroru onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina etmişdir. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bununla belə o, 2 gün polis şöbəsində saxlanılmışdır. 1-ci dəfə buraxıldıqdan sonra artıq dərmanı olduğu üçün kakosdan istifadə etməmişdir. Növbəti dəfə onu 24 may 2023-cü il tarixdə saat 17 radələrində Binə qəsəbəsində saxlayıb yenidən 3-cü PŞ-nə aparmışlar. Onun üzərində narkotik vasitə olmamışdır. Lakin üzərində olan pulu polis əməkdaşları götürdükləri üçün o, onları söymüş və aralarında düşmənçilik yaranmışdır. Ona görə də onun üzərinə 3 büküm heroin qoyaraq üzərinə baxış zamanı həmin bükümləri təqdim etməyi tələb etmişlər, o da razı olmuş və baxış zamanı həmin bükümləri təqdim etmişdir. Bu dəfə də onun barəsində həbs qətimkan tədbiri seçilməmişdir. Bundan sonra 12 iyun 2023-cü il tarixdə saat 18 radələrində mağazaya siqaret almağa gedən zaman polis əməkdaşları onu yenə saxlayaraq 3-cü PŞ-nə aparıb guya ondan bir qrama yaxın heroin aşkar edilməsini sənədləşdirmişlər. Bu dəfə Xəzər rayon məhkəməsi onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçmiş və onun üzərində nəzarət edici cihaz quraşdırılmış, bu səbəbdən o, yalnız evində və həyətində ola bilərdi. Oradan kənarlaşdığı təqdirdə probasiya orqanı onun axtarışına başlayırdı. Bundan başqa o, yaşadığı qəsəbədə xx.xx.2023-cü il tarixdə günorta saatlarında Samir adlı tanışı su çəni almaq istədiyini, həmin çənə onun da mütəxəssis kimi baxmasını xahiş etdiyi üçün o, Samirlə birlikdə gedib çənə baxmış, lakin orada polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, qaynaqçıdır, Samir də onu qaynaqçı kimi çənə baxmağa aparmışdır. Bu dəfə də onun üzərində heç bir qanunsuz əşya olmamışdır. Buna baxmayaraq Xəzər RPİ-nin 3-cü PŞ-də guya onun üzərində bir qramdan az çəkidə heroin olması rəsmiləşdirilmiş, barəsində bundan əvvəl seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilməmiş, lakin xx.xx.2023-cü il tarixdə həmin qətimkan tədbiri başqa yerə getməmək haqqında qətimkan tədbiri ilə əvəz edilmişdir.Qeyd etmək istəyir ki, yaşadığı məhəllədə qonşular onu “Məzahir” adı ilə tanıyırdılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır. Belə ki, 12 iyun 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsində barəsində əməliyyat məlumatı olan Təqsirləndirilən şəxs şöbənin digər əməkdaşı Şahid5lə birlikdə saxlayaraq şöbəyə dəvət etmiş, şöbədə təhqiqatçının keçirdiyi baxış nəticəsində Təqsirləndirilən şəxs bir büküm heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, 15 may 2023-cü il tarixdə axşam saatlarında əməliyyat məlumatı əsasında narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanın yaxınlığında saxlayıb şöbəyə dəvət etmişlər və orada onun üzərindən xatırladığı qədər bir neçə büküm heroin aşkar edilmişdir. Onu da xatırlayır ki, Təqsirləndirilən şəxs saxlayan zaman tək olmamış, onunla saxlanılan digər şəxslərin adı Elşən və Əli olmuşdur. Bundan savayı 12 iyun 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsində barəsində əməliyyat məlumatı olan Təqsirləndirilən şəxs şöbənin digər əməkdaşı Rafayıl Rəcəbovla birlikdə saxlayaraq şöbəyə dəvət etmiş, şöbədə təhqiqatçının keçirdiyi baxış nəticəsində Təqsirləndirilən şəxs bir büküm heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 21 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə rəisi, polis kapitanı Şahid7 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazəsində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi F.Aynulov küçəsində görüb zahirən narkotik vasitələrdən istifadə edən şəxslərə bənzədiyi üçün Şahid2 saxlayaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə aparmışlar. Şöbədə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçirəcəyi bildirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Şahid2 üzərində qanunla qadağan olunmuş maddə olub-olmaması soruşduqda o, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik maddə heroin olan bükümü masanın üzərinə qoymuşdur. Büküm açıldıqda içərisində narkotik maddəyə bənzər maddə olması müəyyən olunmuş, sorğu zamanı Şahid2 bükümün içərisində olan maddənin heroin olduğunu, onu özü istifadə etmək üçün Binə qəsəbəsindən “Məzahir” adlı şəxsdən 10 manata, özü isitifadə etmək üçün aldığını bildirmişdir. Məzahir adlı şəxsin ətrafında işlədikdə məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Tədbirin davamı olaraq Təqsirləndirilən şəxs 15 may 2023-cü il tarixdə axşam saatlarında yaşadığı ünvan 3 ünvanın yaxınlığında saxlayıb şöbəyə dəvət etmişlər və orada onun üzərindən xatırladığı qədər bir neçə büküm heroin aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin baş əməliyyat müvəkkili Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir əlavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 17 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə rəisi, polis kapitanı Şahid9 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazəsində baş vermiş oğurluq hadisələri ilə əlaqədar araşdırmalar apararkən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 117 saylı orta məktəbin yaxınlığında görüb zahirən narkotik vasitələrdən istifadə edən şəxslərə bənzədiyi üçün ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrnin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu və ərazidə baş vermiş oğurluq hadisələri ilə əlaqədar yoxlanılması üçün onlarla birlikdə Xəzər RPİ-nin 3-cü PŞ-nə getməsini demişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə şöbəyə getmiş, orada təhqiqatçı müdafiəçi dəvət etdikdən sonra onu şübhəli şəxs qismində tutmuş və üzərinə videoçəkiliş aparılmaqla baxış keçirmişdir. Baxış zamanı təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan açıq göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf qabda içərisində narkotik maddə heroin olan 3 ədəd bükümü masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs bükümlərdə olan maddələrin heroin olduğunu, onu onkoloji xəstə olduğu üçün ağrıkəsici kimi istifadə etmək üçün Suraxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manata aldığını bildirmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, bu barədə tərtib edilmiş protokol və zərfin üzəri iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şahid8 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs şahidin ifadəsini təsdiq etmiş, ona qarşı heç bir təzyiq olmadığını, həqiqətən də üzərində 3 büküm heroin olduğunu, onu onkoloji xəstə olduğu üçün əldə edib üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Məhəmməd oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, hal-hazırda narkotik vasitələrin dövriyyəsinə görə 7 saylı CÇM-də cəza çəkir. Bildirmək istəyir ki, Təqsirləndirilən şəxsla eyni, Binə qəsəbəsində yaşayır və onu qonşu kimi tanıyır. xx.xx.2023-cü il tarixdə Firudinin həyətində usta kimi işlər gördüyü zaman ora gələn 2 nəfər polis işçsi tərəfindən saxlanılmış, polis əməkdaşları ona narkotik maddələrin qanunsuz dövriyyəsi, istifadəsi və daşınmasında şübhəli olduğunu bildirib onu Xəzər RPİ-nin 3-cü PŞ-nə aparmışlar. Orada psixoloji təzyiq altında olduğu üçün etiraf etmişdir ki, üzərində olan bir büküm heroini Təqsirləndirilən şəxs 10 manata əldə etmişdir. Şahid3 Məhəmməd oğlunun verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid3 narkotik istifadəçisi kimi tanımış, sonuncu ibtidai araşdırma zamanı istifadə etdiyi narkotik vasitə olan heroini ondan əldə etdiyini demiş, lakin o, Şahid3 narkotik satmamış, sonuncu onun evində sadəcə təmir işləri görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, vəzifəsində xidmət aparı, polis baş leytenantıdır. Mahiyyəti üzrə bildirirmişdir ki, 21 avqust 2023-cü il tarixdə həmin şöbənin əməliyyat müvəkkili Şahid10 ilə birlikdə Xəzər RPİ-nin 3-cü PŞ-nin inzibati ərazisində baş vermiş oğurluq cinayətlərinin qarşısının alınması məqsədi ilə xidmət apararkən həmin gün saat 15 radələrində Binə qəsəbəsi F.Aynulov küçəsində kənardan bir nəfər şəxsin, yəni adı şöbədə onlara məlum olan Təqsirləndirilən şəxs zahirən narkotik vasitə istifadə edənlərə oxşadığını görüb onu saxlayıb Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirmişlər. Orada təhqiqatçı müdafiəçi dəvət edərək onu şübhəli şəxs qismində tutmuş və bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə şəxsi axtarış həyata keçirmişdir. Təhqiqatçının təklifindən sonra o, özü könüllü olaraq əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində narkotik maddə olduğunu, onu Suraxanı qəsəbəsindən tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün aldığını və sonra istifadə etməsi üçün üzərində saxladığını demişdir. Həmin 01 ədəd büküm qablaşdırılmış, keçirilmiş tədbirlərin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Xəzər RPİ-nin 3-cü PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs 15 may 2023-cü il tarixli epizod üzrə sübutlar: Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis mayoru Rafayıl Rəcəbovun 15 may 2023-cü il tarixli raportundan müəyyən olunur ki, həmin tarixdə saat 19:45 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru polis kapitanı Şahid5 ilə birlikdə inzibati ərazidə xidmətdə olduqları zaman Binə qəsəbəsi “Gold Palace” şadlıq evinin arxa tərəfində olan F.Aynulov küçəsində bir nəfər şəxsin özünü şübhəli apardığı və zahirən narkotik vasitə istifadəçilərinə oxşadığını görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsin ərazidə baş vermiş oğurluq hadisələrində iştirakı olub-olmamasını yoxlamaq üçün və narkotik maddələri qanunsuz əldə etmə, saxlama və daşımasında şübhəli olduğu üçün ona polis şöbəsinə getməsini bildirmişlər. Polis şöbəsində məlum oldu ki, həmin şəxs Şahid1dur. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” 15 may 2023-cü il tarixli protokoldan və eyni tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan müəyyən olunur ki, Şahid1 CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş və vəkilin iştirakı ilə üzərinə baxış keçirilən zaman o, özü könüllü olaraq əynindəki boz rəngli cins şalvarın sağ yan cibində olan bir bükümü təqdim etmiş, bükümdə kakos olduğunu, onu 15 may 2023-cü il tarixdə Binə qəsəbəsində Məzahir adlı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 16 may 2023cü il tarixli 6/2823 saylı ekspertiza rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası zərflər üçün № 244” dairəsib möhür əksi olan “şübhəli şəxs (imza) Şahid1” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01(bir) ədəd bükümdə təmiz çəkisi 0,903 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq – 0,853 qramdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6 15 may 2023-cü il tarixli raportundan müəyyən olunur ki, həmin tarixdə saat 20:50 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə rəisi, polis kapitanı Şahid7 ilə birlikdə Xəzər RPİ-nin 3-cü PŞ-nin inzibati ərazisində xidmətdə olduqları zaman Binə qəsəbəsi F.Aynulov küçəsində bir nəfər şəxsin özünü şübhəli apardığı və zahirən narkotik vasitə istifadəçilərinə oxşadığını görüb ona yaxınlaşıb özlərini təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. Orada məlum olmuşdur ki, həmin şəxs Şahid2dur. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” 15 may 2023-cü il tarixli protokoldan və eyni tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan müəyyən olunur ki, Şahid2 CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş və vəkilin iştirakı ilə üzərinə baxış keçirilən zaman o, özü könüllü olaraq əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibində olan 01 ədəd büküm təqdim edərək bükümdə kakos olduğunu, onu 15 may 2023-cü il tarixdə Binə qəsəbəsində Məzahir adlı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Məhkmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 16 may 2023cü il tarixli 6/2826 saylı ekspertiza rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası zərflər üçün № 244” dairəsib möhür əksi olan “şübhəli şəxs (imza) Şahid2...” yazı və imzalar olan zərfdə 01(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,935 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq – 0,885 qramdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Namiq Binnətovun xx.xx.2023-cü il tarixli 3-13-45-5/2-5225 saylı əməliyyat tapşırığından müəyyən olunur ki, şübhəli şəxslər Şahid1 və Şahid2 narkotik maddəni Binə qəsəbəsində yaşayan Firudin adlı şəxs satmış, həmin şəxsin müəyyən edilərək təhqiqata təqdim olunması üçün Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı Şahid5 15 may 2023-cü il tarixli raportundan müəyyən olunur ki, 15 may 2023-cü il tarixdə saat 22:00 radələrində həmin şöbənin sahə rəisi Şahid5 ilə birlikdə inzibati ərazidə xidmətdə olduğu zaman Binə qəsəbəsi F.Aynulov küçəsində bir nəfər şəxsin özünü şübhəli apardığı və zahirən narkotik vasitə istifadəçilərinə oxşadığını görüb ona yaxınlaşıb özlərini təqdim edib onu şöbəyə dəvət etmişlər. Şöbədə məlum olmuşdur ki, bu şəxs Şahid3dur. Məhkəmədə elan edilib araşdırılmış 15 may 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və həmin tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan müəyyən olunur ki, Şahid3 CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş və vəkilin iştirakı ilə üzərinə baxış keçirilən zaman o, özü könüllü olaraq əynindəki tünd rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim edərək içində heroin olduğunu və onu xx.xx.2023-cü il tarixdə axşam saatlarında Xəzər rayonu, Binə qəsəbəsində yaşayan Firudin adlı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Məhkmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 16 may 2023cü il tarixli 6/2822 saylı ekspertiza rəyindən müəyyən olunur ki, şübhəli şəxs Şahid3 götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,975 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq – 0,925 qramdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, poli baş leytenantı Şahid6 15 may 2023-cü il tarixli raportundan müəyyən olunur ki, şöbənin baş təhqiqatçısı Namiq Binnətovun əməliyyat tapşırığının icrası ilə əlaqədar Xəzər RPİ-nin 3-cü PŞ-nin polis sahə rəisi, polis mayoru Şahid7 ilə birlikdə həmin gün axşam saatlarında Binə qəsəbəsi, F.Aynulov küçəsində Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmış və şöbəyə gətirilərək təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 15 may 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və eyni tarixli “şəxsi axtarış, baxış və götürmə aparılması ahqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərədə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş və vəkilin iştirakı ilə üzərinə baxış keçirilən zaman o, özü şalvarın sağ yan cibindən üç ədəd şəffaf selofan bükümü tədqim etmiş, sol yan cibindən isə bir ədəd tərəzini təqdim etmiş, bükümlərdə heroin olduğunu, onu əvvəllər onunla birlikdə həbsdə olan İİR vətəndaşı Abbas adlı şəxsdən “Vhatsapp” vasitəsi ilə verdiyi bank kartına 100 manat köçürməklə Abbasın dediyi ünvandan, yəni ünvan 4anında şam ağacının dibindən götürmüş, daha sonra aldığı narkotik maddədən Əli, Elşən və Eynulla adlı şəxslərin hər birinə ayrı-ayrılıqda 10 manata 03 büküm satmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 16 may 2023cü il tarixli 6/2827 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş 03 ədəd sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1.086 qr, 0,663 qr və 0,950 qr olmaqla, ümumi çəkisi 2,699 qram olan qəhvəyi rəngli toşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilimiş Təqsirləndirilən şəxs götürülmüş bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin tərəzidə iz şəkilində olduğundan onların çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddə, Şahid3, Şahid1 və Şahid2 aşkar olunaraq götürülmüş heroinlər xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqsirləndirilən şəxs aşkar olunmuş heroinin ümumi çəkisi 2,699 qr, tədqiqata sərf edildi-0,15qr., qalıq-2,549 qram. Şahid3 təqdim etdiyi heroinin çəkisi 0,925 qr, - bu ekspertiza tədqiqatından sərf edilib -0,05 qr., qalıq -0,875 qram. Şahid1 təqdim etdiyi heroinin çəkisi 0,853 qr, - bu ekspertiza tədqiqatından sərf edilib -0,05 qr., qalıq -0,803 qram. Şahid2 təqdim etdiyi heroinin çəkisi 0,885 qr, - bu ekspertiza tədqiqatından sərf edilib -0,05 qr., qalıq -0,835 qram. Beləliklə bu heroinlərin ümumi qalıq çəkisi -5,062 qramdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi 16 may 2023-cü il tarixli və 17 may 2023-cü il tarixli ifadələrindən müəyyən olunur ki, o 1994-cü ildən narkotik qəbul edir, əvvəllər buna görə məhkum olunmuş və cəza çəkdiyi müəssisədə Abbas adlı iranlı məhbusla tanış olmuş, cəzadan azad olunduqdan sonra həmin Abbasla əlaqələrini davam etmiş, belə ki, Abbas narkotik vasitələrin satışı ilə məşğul olmuş və o da ondan özü üçün narkotik maddələrdən əldə edirdi. O xərçəng xəstəliyindən əzab çəkir, ağrılarını kəsmək üçün narkotik qəbul edirdi. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Abbasın bildirdiyi yedən- Bakı şəhəri, Nərimanov rayonu 200 nömrəli orta məktəbin yanında, şam ağacının altından narkotik vasitə götürüb özündə saxlamış, bu narkotikə görə kartdan karta iranlı Abbasa 100 manat pul köçürtmüşdür. O narkotikdən həm özü istifadə etmiş, həm də xx.xx.2023-cü il tarixdə öz evində tanışları Elşən, Eynulla və Əliyə satmış, hərəsindən 10 manat pul almışdır. Elə həmin gün polis əməkdaşları tərəfindən saxlanılmış və şöbədə üzərinə baxış keçirilən zaman əynindəki paltarında olan 3 büküm heroini təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 16:25-dən saat 16:30-dək müstəntiq, polis mayoru Ülvi Novruzov tərəfindən Təqsirləndirilən şəxs üzərinə 15 may 2023-cü il tarixdə keçirilmiş baxışın videogörüntülərinə baxılmış, həmin görüntülərdən müəyyən olunur ki, baxış müdafiəçinin iştirakı ilə aparılmaqla Təqsirləndirilən şəxs özü, könüllü olaraq əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edir, digər sol yan cibindən isə bir ədəd elektron tərəzini çıxarıb təqdim edir.Təqsirləndirilən şəxs bükümlərdə heroin olduğunu, onu Abbas adlı iranlının bildirdiyi yerdən 200 nömrəli orta məktəbin yanından əldə etdiyini, elektron tərəzini isə narkotikləri çəkib bükümlərə ayrımaq üçün istifadə etdiyini, həmin narkotik vasitələrdən Şahid1, Şahid2 və Şahid3 də satdığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış 17 may 2023-cü il tarixli “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Bakı şəhəri Xəzər rayon prokurorun qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və müstəntiqin 17 may 2023cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam alma” qətimkan tədibir seçilmişdir. Təqsirləndirilən şəxs 24 may 2023-cü il tarixli epizodu üzrə sübutlar: Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının 25 may 2023-cü il tarixli “cinayət işinin bir icraata birləşdirilməsi haqqında” qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 15 may 2023-cü il tarixli epizodu üzrə istintaq edilən ********* nömrəli cinayət işinin icraatı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 3 ədəd bükümlərdə ümumi təmiz çəkisi 0,752 qram narkotik vasitə-heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, 24 may 2023-cü il tarixdə saat 17:40 – da Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı orta məktəbin qarşısında Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nə aparılmış, şöbədə video çəkiliş aparılmaqla şəxsi axtarış aparılan zaman əynindəki açıq göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd qabın içərisində 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,295 qram, 0,273 qram, 0,184 qram, ümumi təmiz çəkisi 0,752 qram qəhvəyi rəngli tozşəkilli maddələr xairici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bu epizod üzrə CM-nin 234.2-ci maddəsilə başlanılmış ********** saylı cinayət işi ilə 15 may 2023-cü il tarixli epizod üzrə istintaqı aparılan ********* saylı cinayət işi bir icraata birləşdirilərək ********* nömrə altında istintaq davam etdirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin polis sahə rəisi, polis kapitanı Şahid9 və CA üzər baş əməliyyat müvəkkili polis kapitanı Şahid8 24 may 2023-cü il tarixli raportundan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat 17:40da onlar ikisi birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 117 saylı orta məktəbin qarşısında xidmət apararkən bir nəfər şəxsə, Binə qəsəbəsində baş vermiş oğurluq hadisələri ilə əlaqədar yaxınlaşaraq onu polis şöbəsinə dəvət etdilər. Şöbədə məlum oldu ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Məhkəmədə elan edilib araşdırılmış 24 may 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında protokoldan” və 24 may 2023-cü il tarixli “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan müəyyən olunur ki, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsində şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində həmin tarixdə saat 19:10-dan saat 19:30-dək şəxsi axtarış, baxış və götürmə aparılmış, həmin istintaq hərəkəti video çəkiliş aparılmaqla müdafiəçinin iştirakı ikə keçirilmiş, Təqsirləndirilən şəxs özü, könüllü olaraq əynində olan açıq göy rəngli şalvarın sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümü təqdim etmiş, bükümlərin içində heroin olduğunu, onları xx.xx.2023cü il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manata aldığını bildirmişdir. O həmçinin üzərində olduğu “Leo Bank” və “Unibank”-a məxsus bank kartları təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış 25 may 2023-cü il tarixli 6-3011 saylı məhkəməkimyəvi ekspertizasının rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs təqdim etdiyi üç ədəd bükümlərdə olan təmiz çəkiləri – 0,295 qram, -0,273 qram, - 0,184 qram, ümumi təmiz çəkisi – 0,752 qram qəhvəyi təngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata cəmi sərf edildi -0,06 qram, (hər bir bükümdə 0,02 qram), qalıq – 0,692 qram olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Bakı şəhəri Xəzər RPİ-nin müstəntiqi Ülvi Novruzov xidməti otağında Təqsirləndirilən şəxs şəxsi axtarış, baxış və götürmə keçirilməsi zamanı sonuncu özü, könüllü üzərində olan 03 bükümü təqdim etmiş, içində heroin olduğunu, onu 24 may 2023-cü il tarixdə səhər saatlarında Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 40 manat ödəməklə şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə 24 may 2023-cü il tarixdə şübhəli şəxs qismində və 26 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, özünü təqsirli bilir, 1994-cü ildən narkotik vasitələrdən qəbul edir, xərçəng xəstəliyindən əzab çəkir və ağrıları olduğu üçün narkotik istifadə edir. Üzərindən aşkar olunmuş heroini əvvəllər cəza çəkdiyi müəssisədə birlikdə cəza çəkdiyi Abbas adlı İİR-nın vətəndaşından əldə etmişdir. Abbas sonuncu dəfə xx.xx.2023-cü il tarixdə onun telefonuna narkotiki qoyduğu yerin şəklini göndərmiş, o da Abbasın pulunu kartdan karta köçürmə etməklə 100 manat göndərmiş, o həmin narkotiki Bakı şəhəri, Nərimanov rayon, 200 saylı orta məktəbin yanında şam ağacının altından götürmüş, 15 may 2023-cü il tarixdə həmin narkotikdən tanışları Elşən, Eynulla və Əliyə satmış, bu hərəkətləri ilə bağlı saxlanılmış üzərində olan 3 büküm narkotik vasitəni polisə təqdim etmişdir. Onun barəsində başqa yerə getməmək haqqında iltizam alma qətimkan tədbiri seçilmişdir. Bundan başqa, yenə ağrıları artdığı üçün xx.xx.2023-cü il tarixdə səhər saatlarında Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 40 manat ödəyərək 3 büküm heroin əldə etmişdir ki, özü istifadə etsin. Həmin gün saat 17 radələrində polis əməkdaşları tərəfindən saxlanılmış və Xəzər RPİ-nin 3-cü PŞ-də üzərinə baxış zamanı həmin bükümləri təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər rayon prokurorunun 26 may 2023-cü il tarixli qərarından müəyyən olunur ki, müstəntiqin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətinin müdafiəsindən imtina edilmişdir.Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam alma” qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs 12 iyun 2023-cü il tarixli epizod üzrı sübutlar: Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin başlanılması barədə” xx.xx.2023cü il tarixli qərardan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsində piyada hərəkət edən zaman saxlanılmış, üzərinə baxış keçirilən zaman bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda 0,751 qram olan narkotik vasitə heroin götürülmüş, bu səbəbə görə Bakı şəhəri Xəzər RPİ-nin 3cü PŞ-nin təhqiqatçısı Vüsal Nəsirzadə tərəfindən CM-nin 234.1-ci maddəsilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid4 12 iyun 2023-cü il tarixli raportundan müəyyən olunur ki, həmin tarixdə saat 18:00-da şöbənin sahə inspektoru, polis kapitanı Şahid5 ilə birlikdə, şöbənin inzibati ərazisi olan Binə qəsəbəsi, N.Abbasov küçəsində bir nəfər şəxs özünü şübhəli apardığı üçün onu saxlayıb şöbəyə gətirmiş, şöbədə məlum olmuşdur ki, bu şəxs Təqsirləndirilən şəxsdur. Məhkəmədə elan edilib araşdırılmış “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü il tarixli protokoldan və eyni tarixli “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdən Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli bilinərək tutulmuş və üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılmış baxış zamanı Təqsirləndirilən şəxs özü könüllü olaraq əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü təqdim edərək içində heroin olduğunu, onu xx.xx.2023-cü il tarixdə Suraxanı rayonu ərazisindən şəxsi istifadəsi üçün 20 manata əldə etdiyini bildirmişdir.Həmin büküm qablaşdırılaraq möhürlənmiş və imzalarla təsdiq edilmişdir.Həmçinin müvafiq bu baxışla bağlı tərtib olunmuş protokolda heç bir qeyd olunmamaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/3325 saylı ekspertiza rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə təmiz çəkisi 0,751 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroindən tətdiqata sərf olunub 0,05 qram, qalıq qalmış – 0,701 qramdır. Məhkəmədə elan edilib araşdırılmış “diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən video yazı CD diskinə baxış keçirilmiş, həmin video görüntüdən müəyyən olunur ki, polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü təqdim edir, bükümdə heroin olduğunu, onu Suraxanı qəsəbəsindən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə “şübhəli şəxs qismində” və xx.xx.2023-cü il tarixdə “təqsiriləndirilən şəxs qismində” verdiyi ifadələrdən müəyyən olunur ki, o CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinir və o 1994-cü ildən narkotik vasitə heroindən istifadə edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 01 ədəd gümüşü siqaret kağızına bükülmüş bükümdə narkotik vasitə heroini 20 manata əldə etmiş və şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Polis şöbəsində həmin bükümü təqdim etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində o polis əməkdaşları tərəfindən Binə qəsəbəsi N.Abbasov küçəsində saxlanılaraq 3-cü PŞ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər rayonu məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş, o dərhal məhkəmə zalında həbsdən azad olunmuş, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixli epizodu üzrə sübutlar: Məhkəmədə elan edilib araşdırılmış 22 avqust 2023-cü il tarixli Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X5 qərarından müəyyən olunu ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhər Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən Xəzər rayonu, Binə qəsəbəsi, F.Aynulov küçəsində saxlanılıb şöbəyə dəvət olunan Təqsirləndirilən şəxs üzırinə baxış keçirilərkən sonuncudan, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir büküm şəffaf selofanda ümumi çəkisi 0,611 qram olan heroini Təqsirləndirilən şəxs təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları Şahid10 və Şahid11 21 avqust 2023-cü il tarixli raportundan müəyyən olunur ki, həmin tarixdə saat 15:55-də Binə qəsəbəsi, F.Aynulov küçəsində qəsəbədə baş vermiş oğurluq hadisələri ilə əlaqədar zahirən narkotik vasitə istifadəçisinə oxşadığı üçün bir nəfər şəxsi saxlayıb şöbəyə gətirmiş, şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 21 avqust 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və eyni tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan müəyyən olunur ki, 21 avqust 2023-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılan Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla əynində olan göy rəngli şalvarın sağ yan cibində olan bir büküm şəffaf selofan təqdim edərək içində kakos, yəni heroin olduğunu bildirmiş və həmin heroini 21 avqust 2023-cü il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 22 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4485 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə təmiz çəkisi 0,611 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqata sərf edildi- 0,05 qram, qalıq- 0,561 qramdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi xx.xx.2023-cü il tarixli “şübhəli şəxs qismində” və xx.xx.202023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində” ifadələrindən müəyyən olunur ki, o ünvan 3-də tək yaşayır. 21 avqust 2023-cü tarixdə Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata bir büküm heroin şəxsi istifadəsi üçün əldə etmiş, üzərində gəzdirməklə saxlamış və həmin gün saat 15:55-də öz küçəsində 2 nəfər mülki geyimli polis əməkdaşı tərəfindən saxlanılmış və Xəzər RPİ-nin 3-cü PŞ-nə aparılmışdır. Orada üzərinə baxış keçirilən zaman özü cins şalvarın sağ yan cibində olan bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış 23 avqust 2023-cü il tarixli “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərardan müəyyən olunur ki, Bakı şəhəri Xəzər rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmiş, barəsində Bakı şəhər Xəzər rayon məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə 03 ay müddətində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri nəzərə alınmış və Təqsirləndirilən şəxs həbsdən azad edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji tibbi yoxlamanın xx.xx.2023cü il tarixli 3772 saylı rəyindən müəyyən olunur ki, o xərçəng xəstəliyindən İİ qrup əlildir. Onda Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindiromu ( narkomaniya xəstəliyi) aşkar olunur, lakin İİ qrup əlil olduğu üçün ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir.Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış “Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı” qətimkan tədbirinin uzadılmasından imtina edilməsi və “təqsirləndirilən şəxs barəsində başqa qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə Bakı şəhəri Xəzər rayonu prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin uzadılmasından imtina edilmiş, barəsində həbslə bağlı olmayan qətimakan tədbirinin seçilməsi müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam alma” qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, 24 may 2023-cü il tarixdən 26 may 2023-cü il tarixədək həbsdə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqdığında – yəni 03 ay müddətində həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığındla saxlanıldığı müddət – 03 ay ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaıdır. Məhkəmədə elan edilib araşdırılmış ambulator məcburi-narkoloji tibbi yoxlama barədə xx.xx.2023-cü il tarixli 6187 saylı rəydən müəyyən olunur ki, Şahid3 Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o Bakı şəhəri Sabunçu rayon xalq məhkəməsinin xx.xx.1996cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-cı maddənin 1-ci hissəsilə 02 müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Əzizbəyov rayon xalq məhkəməsinin qərarı ilə CM-nin 50-2-ci maddəsinə əsasən 01 il 03 ay 19 gün şərti azad edilmiş, xx.xx.1998-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, bundan başqa Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən vaxtından əvvəl şərti azad edilmiş, Bakı şəhər Xəzər rayonu İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli arayışına əsasən qeydiyyatdan çıxarılmışdır. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs əvvəlki xx.xx.1996-cı il tarixli hökmü ilə məhkum olduğu CM-nin (köhnə, xx.xx.2000-ci ilədək olan redaksiyada) 226-cı maddənin 1ci hissəsinin sanksiyası ( satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri hazırlama, əldə etmə, saxlama, daşıma, göndərmə və ya qanunsuz olaraq satma) 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutmaqla istər bu Məcəllənin 7-1-ci maddəsinə, istərsə də xx.xx.2000-ci ildən sonra qüvvədə olan Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər hesab olunur, Təqsirləndirilən şəxs CM-nin xx.xx.2000-ci ilədək qüvvədə olan CM-nin 53 m. 1-ci hissəsinin 4-cü bəndinə əsasən, eyni zamanda qüvvədə olan CM-nin 83.3.4-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab olunur. Eyni zamanda Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə ona CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasından Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunduqdan sonra xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsindən qeydiyyatdan çıxarıldığı üçün o CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab olunur. Məhkəmədə elan edilib araşdırılmış tibbi sənədlərdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu, xx.xx.2023-cü il tarixli məlumatına əsasən X6 xərçəng xəstəliyindən ikinci dərəcəli əlildir, bu xəstəlik ümumi xəstəlik kateqoriyasına aid edilməklə Təqsirləndirilən şəxs fiziki güc və çox hərəkətlilik tələb olunmayan peşələr üzər işləyə bilər və Təqsirləndirilən şəxs Tibbi-Sosial Ekpert Komissiyasından növbəti keçmə tarixi – xx.xx.2025-ci il tarixidir. Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, onun ailəsi həyat yoldaşı, 1991 və 1988-ci il təvəllüdlü yetkinlik yaşına çatmış övladlarından ibarətdir və o yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərinə hüquqi qiymət verərək nəzərə alır ki, 2023-cü ildə may-avqust aylarında 4 dəfə narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar barəsində cinayət işləri başlanılmış, üç iş üzrə barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə müsətntiqin vasətətləri prokuror tərəfindən bir iş üzrə isə məhkəmə tərəfindən prokurorun eyni məzmunlu təqdimatı təmin edilməmiş, buna baxmayaraq o hər dəfə həbsdən azadlığa buraxıldıqda yeni cinayət əməli törətmiş, iki halda narkotiki orta məktəblərə yaxın yerlərdən əldə etmiş, bu hallar isə onun cəmiyyətdən təcrid olunmadan islah olunmamasına dəlalət edir. Məhkəmədə tədqiq olunmuş sübutlarla əlaqədar məhkəmənin gəldiyi hüquqi nəticələr: Məhkəmə tədqiq edilmiş sübutları: Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə iclasında verdiyi ifadələri, şahidlərin məhkəmədə verdiyi ifadələri, Təqsirləndirilən şəxs üzərinə baxış və götürmə protokolları və bu baxışları əks etdirən CD disklərə baxış protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertiza rəyləri, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirlərinə dair qərarları və cinayət işinin digər materiallarını qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 15 may 2023-cü il tarixli CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş əməli; 24 may 2023-cü il tarixli CM-nin 234.4.2 və 234.4.3-cü maddəsilə tövsif edilmiş əməli; 12 iyun 2023-cü il tarixli və 21 avqust 2023-cü il tarixli CM-nin 234.1-ci maddəsilə tövsif edilmiş əməli üzrə təqsirliliyi tam sübuta yetirilmiş və ona bu maddələrlə ittiham hökmü çıxarılmaqla cəza təyin edilə bilər. Cəza təyin edildikdə nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs barəsində rayon prokuroru və rayon məhkəməsi tərəfindən ümumən dörd dəfə həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətlərin təmin edilməməsinə baxmayaraq cinayət əməllərini ardıcıl olaraq davam etdirmiş, iki halda o narkotik vasitələrini orta məktəbin yanından əldə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs xərçəng xəstəsi olmaqla İİ dərəcəli əlil olmasını və onun birinci Qarabağ müharibəsinin iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanılması müddətləri məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini 07 may 2024-cü il tarixdən hesablamalıdır. Onun məhkəməyədək icraat zamanı həbsdə və ev dustaqlığında olan müddət hesaba alınmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs təqdim eidiyi maddi sübut olan və Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 4,503 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilməli, Elşən və Şahid2lər, həmçinin Şahid3 aşkar olunmuş, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış, müvafiq olaraq 0,803 qram, -0,835 qram, 0,875 qram narkotik vasitə olan heroinlərin bu şəxslərin barəsində olan cinayət işlərinə aid olması nəzərə alınmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş baxış istintaq hərəkətlərini əks etdirən 05 ədəd CD disklər cinayət cinayət işi materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 405 (dörd yüz beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «Pro Bono» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X7 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi X7 üçün isə 420 AZN (dörd yüz iyirmi manat) pul «Pro Bono» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə, CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 il (beş) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığındla saxlanıldığı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə, 24 may 2023-cü il tarixdən 26 may 2023-cü il tarixədə həbsdə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqdığında olduğu – 03 ay müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 4,503 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərzi məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 05 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Şahid3, Elşən və Şahid2lərdən aşkar olunmuş narkotik vasitə olan herloin onların barəsində olan cinayət işlərinə aid olması nəzərə alınsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 405 (dörd yüz beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X7 üçün 420 AZN (dörd yüz iyirmi manat) pul «Pro Bono» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar