Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1146/2024 05.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12 : 50 - də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 09 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,116 qram, 0,142 qram, 0,115 qram, 0,100 qram, 0,110 qram, 0,498 qram, 0,438 qram, 0,519 qram, 0,523 qram olan ümumi təmiz çəkisi 2,561 qram külli miqdarda psixotrop maddə metamfetamin, 14 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,039 qram, 0,054 qram, 0,085 qram, 0,043 qram, 0,042 qram, 0,033 qram, 0,040 qram, 0,045 qram, 0,023 qram, 0,057 qram, 0, 084 qram, 0,019 qram, 0,044 qram, 0,035 qram olan ümumi təmiz çəkisi 0,643 qram olan narkotik vasitə heroin əldə edib Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozunda yerləşən "xxxx" ASC -nin yaxınlığına qədər saxlamaqla daşımış, əldə etdiyi psixotrop maddə metamfetamindən 0,438 qramını Şahid8, 0,519 qramını Şahid9, 0,523 qramını Şahid10 xx.xx.2023-cü il tarixdə gündüz saatlarında pay olaraq vermiş, 21 avqust 2023-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozunda yerləşən "xxxx" ASC -nin yaxınlığına Xəzər RPİ-nin 3cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 3-cü Polis Şöbəsinə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli qutuda 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,116 qram, 0,142 qram, 0,115 qram, 0,100 qram, 0,110 qram, 0,498 qram olan ümumi təmiz çəkisi 1,081 qram psixotrop maddə metamfetamin, 14 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,039 qram, 0,054 qram, 0,085 qram, 0,043 qram, 0,042 qram, 0,033 qram, 0,040 qram, 0,045 qram, 0,023 qram, 0,057 qram, 0, 084 qram, 0,019 qram, 0,044 qram, 0,035 qram olan ümumi təmiz çəkisi 0,643 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 21 avqust 2023cü il tarixdə, günorta saat təxminən 1-2 radələrində yaşadığı ünvan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu, “Azərsu”nun yaxınlığında bir tanışının evində qonaqlıqda olmuşdur. Həmin vaxt əməliyyatçılar qəfildən evə daxil olmuş, stolun üzərində 4 büküm narkotik maddə “heroin“ olmuşdur. Əməliyyatçılardan biri onun qolunu bağlayaraq ona fiziki təzyiq göstərməyə və döyməyə başlamış, bunun nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almışdır. O, nə üçün belə etdiklərini soruşduqda polislər ona “səni özümüzlə bölməyə aparacağıq“ cavabını verərək, polis bölməsinə aparıldıqdan sonra yenidən onu döyməyə başlamışlar. Onlar həmin evdə ümumilikdə 4 nəfər olmuş, polis əməkdaşları onu onların dedikləri ilə razılaşmağa məcbur edərək, əks halda digər dostlarını da bölməyə aparacaqlarını və qardaşının evinə də narkotik maddə yerləşdirəcəkləri ilə onu təhdid etmişlər. Onun döyülməyinə və işgəncəyə məruz qalmasına dair sübutlar olmuşdur. Həmin sübutlar həm Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, həm də Baş Prokurorluq tərəfindən aşkar olunmuşdur. Döyülmə nəticəsində qollarından, kürəyindən, qabırğasından və döş qəfəsindən xəsarətlər almışdır. “Metak“ boru və dubinka vasitəsilə döyülmüşdür. Ondan başqa digər dostları Fatimə, Nuranə və Tərlan olmuşdur. Onlar hamısı maşında olarkən, “Suraxanı” ərazisindən Elşən adlı tanımadıqları şəxs onlara yaxınlaşaraq narkotik maddəni onlara vermişdir. O, polis bölməsinə aparıldıqdan sonra digər dostlarının aqibətindən xəbəri olmamışdır. Ümumilikdə 0,2 qram “heroin“ və “metamfetamin“ əldə etmişlər. O, “metamfetamin” istifadəçisi deyil, “metamfetamin”i qızlar öz istifadələri üçün əldə etmişlər. O, Hüseyn, Zaur, Kənan, İntiqam və digər adlarını xatırlamadığı, ümumilikdə 10 nəfərə yaxın polis əməkdaşı tərəfindən döyülmüşdür. O, əvvəlcə evdə, daha sonra polis bölməsində döyülmüşdür. Ona qarşı polis əməkdaşlarının xüsusilə pis rəftarının səbəbini bilmir. Polislər ondan sadəcə bütün ələ keçirilən narkotik maddəni öz boynuna götürməyini tələb etmişlər. O, ibtidai istintaq zamanı olan ifadəsini təzyiq altında vermişdir. Onu əvvəlcə təhqiqatçı və müstəntiq tərəfindən məzmunu ona bəlli olmayan müxtəlif sənədlərə imza çəkməyə məcbur etmişlər, daha sonra bildirmişlər ki, hər biri AR CM 234.1-ci maddə ilə məhkum olunacaqlar. Xəzər rayon məhkəməsinin qərarından sonra məlum olmuşdur ki, dostları həqiqətən AR CM 234.1-ci maddə ilə məhkum olunmuş, ona isə AR CM 234.4.3-cü maddəsi ilə cinayət işi açılmışdır. O, döyülməyi ilə bağlı Baş Prokurorluğa şikayət etmiş, həmçinin Xəzər rayon məhkəməsində baş tutan prosesdə də bunu bildirmiş, lakin hakim buna əhəmiyyət verməmişdir. Müstəntiq tərəfindən isə ona hər hansı fiziki təzyiq olmamışdır. O, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu, “Azərsu”nun yaxınlığında yerləşən bir evdə saxlanılmışdır. Həmin ev həyət evi olmuşdur. Əvvəldən tanıdığı bir xanımın vasitəsilə həmin evi kirayələmişdir. Evini kirayələdiyi xanım narkotik vasitə istifadəçisi olmamışdır. Həmin xanım haqqında bildiyi yeganə məlumat “Naxçıvanlı” olması olmuşdur. Dostları da onun kimi fiziki təzyiqə məruz qalmışlar. Onlar narkotik maddəni 20 manat qarşılığında əldə etmişlər. Onlar narkotik maddəni saxlanıldıqları gün, avtomobil ilə gedərək, “Suraxanı“ ərazisindən Elşən adlı tanımadıqları şəxsdən əldə etmişlər. İbtidai istintaq zamanı ifadə verərkən ona müdafiəçi təyin olunmuş, lakin elə müdafiəçinin gözü qabağında onu polis əməkdaşları döymüşlər. Onu döyən polis əməkdaşlarından bəzilərini əvvəlcədən tanımış, lakin, aralarında heç bir münasibət olmamışdır. Onunla birlikdə saxlanılan dostları ilə təxminən 3-5 ay öncə tanış olmuşdur. Mobil telefonu əməliyyatçılar tərəfindən əlindən alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2023-cü ilin avqust ayının 21-də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Donuzçuluq” sovxozu, “Azərsu” deyilən ərazidə, saat 18:00-19:00 radələrində xidmət apararkən özlərini şübhəli apardıqları üçün şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxslər 2-si kişi, 2si isə qadın olmaqla 4 nəfər olmuşlar. Ondan başqa orada Şahid2, Şahid7, Şahid3, Şahid5 olmaqla 4-5 nəfər polis əməkdaşı olmuşdur. Onlar özlərini şübhəli apardıqları üçün həmin şəxslərə onlarla birlikdə Xəzər RPİ-nin 3-cü polis şöbəsinə getməli olduqlarını bildirmişlər. İdarədə inzibati otaqların birində təhqiqatçının və hər bir şübhəli şəxsin ayrı-ayrılıqda müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsilə şübhəli şəxslərin üzərində şəxsi axtarış və baxış istintaq hərəkətləri həyata keçirilmiş və bu zaman onların üzərlərindən qanunla dövriyyəsi qadağan olunmuş narkotik maddələr aşkar olunmuşdur. Şübhəli şəxslər ilkin ifadələrində Şahid8 ad günü münbasibətilə toplaşdıqlarını, bu zaman Təqsirləndirilən şəxs digər şəxslərə pay olaraq “metamfetamin” adlanan narkotik maddəni verdiyini bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, keçən il avqust ayında Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu deyilən yerdə, 4 nəfər şəxsin özünü şübhəli aparması müəyyən edilərək həmin şəxslər tərəflərindən saxlanılmış və polis bölməsinə gətirilmişlər. 3-cü polis şöbəsində şübhəli şəxsin üzərinə təhqiqatçının iştirakı ilə baxış keçirilmiş və onun üzərindən, şalvarının sağ cibindən qutu aşkar edilmişdir. Qutunun içərisindən 20-ə yaxın bükümdə narkotik maddə aşkar edilərək götürülmüşdür. Aşkar edilən narkotik maddələr zərfə qoyulmuş, möhürlənərək tərkibi tədqiq olunması üçün məhkəmə-kimyəvi ekspertizaya göndərilmişdir. Cavid ilə birgə saxlanılan digər şəxslər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşlar. Saxlanılan digər şəxslərin Cavid ilə əlaqəsi olmuş, birlikdə ad gününə getmişlər. Həmin vaxtı 4 nəfər şübhəli şəxs bir yerdə saxlanılmışlar. Onlar Təqsirləndirilən şəxs axşamüstü, saat təxminən 17:00 radələrində saxlamışlar. Cavid və digərlərini saxladıqları yer adətən narkotik vasitə istifadəçilərinin çox toplaşdığı bir ərazidir. O, yalnız Təqsirləndirilən şəxs saxlayan qrupda olmuşdur. Digər saxlanılan şəxslər barəsində məlumatı olmamış, ancaq Cavidin üzərindən 19-20 büküm narkotik maddə aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 21 avqust 2023-cü il tarixdə, xidmətdə olarkən Binə qəsəbəsi, "xxxx" deyilən ərazidə Təqsirləndirilən şəxs və digər 3 nəfər şübhəli şəxsi saxlamışlar. Daha sonra onlar həmin şəxsləri polis bölməsinə gətirmiş və saxladıqları şəxslərdən hər iki qadın ilkin ifadəsində narkotik maddəni Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Polis şöbəsində şübhəli şəxslərin üzərində şəxsi axtarış və baxış istintaq hərəkətləri həyata keçirilmiş və bu zaman onların üzərlərindən qanunla dövriyyəsi qadağan olunmuş narkotik maddələr aşkar olunmuşdur. Onlar Təqsirləndirilən şəxs saxlayarkən saat təxminən 18:00-19:00 radələri olmuşdur. Şübhəli şəxslər saxlanılan zaman ondan başqa polis əməkdaşları Şahid1 və Şahid7 də orada iştirak etmişdir. Onlar həmin zaman xidmətdə olmuşlar. Həmin ərazinin kriminal hadisələrin olduqca çox olduğu bir ərazi olması onların şübhəli şəxsləri saxlamalarına təkan vermişdir. Təqsirləndirilən şəxs davranışları kifayət qədər şübhəli olmuşdur. Onlar həmin zaman avtomobil ilə hərəkət etmişdir. Şahid1 avtomobildə telefon ilə danışmış, onlar isə piyada hərəkətdə olmuşdur. Onlar şübhəli şəxslərə yaxınlaşaraq suallar vermişlər, həmin zaman verilən sualları dolğun cavablandırmadıqları üçün şübhəli şəxsləri polis bölməsinə aparmışlar. Hadisənin üzərindən kifayət qədər çox vaxt keçdiyi üçün Təqsirləndirilən şəxs nə sual verdiyini hazırda xatırlamır. Onlar Təqsirləndirilən şəxs polis bölməsinə apararaq, orada təhqiqatçıya təhvil vermişlər. Hadisə zamanı hansı telefonu və hansı mobil nömrəni istifadə etdiyini xatırlamır. ********** və ********** mobil nömrələri ona məxsusdur. Təqsirləndirilən şəxs nə qədər müddət polis idarəsində qaldığını dəqiq bilmir. Videoçəkiliş bitəndən sonra onun işi də başa çatmışdır. Videoçəkilişdə ondan başqa kimlərin iştirak etdiklərini xatırlamır. Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 21 avqust 2023-cü il tarixdə, saat təxminən 18:00 radələrində, 3-cü polis şöbəsinin əməkdaşları ilə xidmətdə olarkən Binə qəsəbəsi, Donuzçuluq sovxozu deyilən yerdə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tərəflərindən saxlanılmışdır. O, 3-cü polis şöbəsinə gətirilərək üzərinə təhqiqatçının iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış, baxış və götürmə istintaq hərəkətləri keçirilmiş və Təqsirləndirilən şəxs şalvarının sağ cibindən qutu aşkar edilmişdir. Qutunun içərisindən narkotik maddəyə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Aşkar edilən narkotik maddələr qablaşdırılaraq zərfə qoyulmuş, tərkibi tədqiq olunması üçün məhkəmə-kimyəvi ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən hər hansı xəsarət yetirilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, daxil olmuş məlumat əsasında əraziyə çıxmışlar və şübhəli şəxs saxlanılaraq 3-cü polis şöbəsinə dəvət olunmuşdur. 3-cü polis şöbəsində onun üzərinə baxış keçirilən zaman qanunla dövriyyəsi qadağan olunmuş narkotik maddələri daşıması aşkar olunmuşdur. Baxış təhqiqatçının və müdafiəçinin iştirakı ilə keçirilmiş və aşkar edilən narkotik maddələr zərfə qoyulmuş, möhürlənərək tərkibi tədqiq olunması üçün məhkəmə-kimyəvi ekspertizaya göndərilmişdir. O, Təqsirləndirilən şəxs saxlanılmamışdan qabaq tanımamışdır. Onlara daxil olan məlumat əsasında Təqsirləndirilən şəxs saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs axtaran zaman onlara kənardan Cavidin həmin şəxs olduğunu göstərmişlər. Şübhəli şəxs saxlanılmamışdan 2-3 gün əvvəl nəzarətə götürülür, daha sonra saxlanılır. Əməliyyat məlumatı şifahi formada daxil olmuşdur. Təqsirləndirilən şəxs barəsində əməliyyat qeydiyyat işi açılmışdır. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs saxlanılmamışdan 3-4 gün əvvəl daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik maddələri kimdən əldən etməsi barədə əməliyyat axtarış tədbirləri davam etdirilmişdir. Onlar Təqsirləndirilən şəxs saxlayarkən narkotik maddə üzərində olmuşdur. Əməliyyatda o və Şahid6 iştirak etmişlər. Təqsirləndirilən şəxs saxlayıb 3-cü polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. Şübhəli şəxs təhqiqatçıya təhvil verilmişdir. Şübhəli şəxsin üzərinə baxış keçirilməsi zamanı o, Şahid6 və müdafiəçi iştirak etmişdir. Cavid ilə onun arasında üzləşdirmə olmamışdır. Axşam təxminən saat 5-6 radələrində şübhəli şəxsi saxlamışlar. Şübhəli şəxs saxlanıldıqdan təqribən 30 dəqiqə-1 saat sonra onun üzərinə baxış keçirilmişdir. Videoçəkilişin kim tərəfindən aparılmasını xatırlamır. Təqsirləndirilən şəxs üzərindən narkotik maddədən başqa nə aşkar olunduğunu xatırlamır. O, ***-***-**-** mobil nömrəsini istifadə edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Xəzər rayon 3cü X7 adlı şəxsin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə dərhal rəhbərliyə məruzə olunmuş və 21 avqust 2023-cü ildə, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu deyilən yerdə, şübhəli şəxs müəyyən edilərək tərəfimizdən saxlanılmış və polis bölməsinə gətirilmişdir. 3cü polis şöbəsində, inzibati otaqların birində, daha dəqiq, təhqiqatçının otağında şübhəli şəxsin üzərinə təhqiqatçının iştirakı ilə baxış keçirilmiş, şübhəli şəxsə üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı predmet varsa təqdim etməsi bildirilmiş, bu zaman onun üzərindən qara rəngli şalvarının sağ cibindən narkotik maddə aşkar edilərək götürülmüşdür. Aşkar edilən narkotik maddələr həm metamfetamin, həm də heroinə bənzər maddələr olmuşdur. Şübhəli şəxs həmin narkotik maddələri satış məqsədilə üzərində daşıdığını bildirmişdir. Aşkar edilən narkotik maddələr zərfə qoyulmuş, möhürlənərək tərkibi tədqiq olunması üçün məhkəmə-kimyəvi ekspertizaya göndərilmişdir. Onlar Təqsirləndirilən şəxs əməliyyat məlumatı əsasında müəyyən etmişlər. Onda Cavidin saxlanılmamışdan əvvəl izlənilməsi barədə məlumat olmamışdır. Əməliyyat məlumatı şifahi daxil olmuş, daha sonra raport ilə rəhbərliyə məruzə olunmuşdur. Əməliyyat məlumatı 21 avqust 2023-cü il, səhər saatlarında daxil olmuşdur. Şəxsin barəsində əməliyyat qeydiyyat işinin açılıb-açılmadığını bilmir. Videoçəkilişin kimin telefonu ilə aparıldığını xatırlamır. O, ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Əməliyyat tədbiri zamanı telefonu üzərində olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2023-cü ilin avqust ayında, ərazidə xidmət apararkən zahiri əlamətlərinə görə şübhələndikləri şəxslərə yaxınlaşaraq özlərini təqdim edərək onlardan da özlərini təqdim etmələrini tələb etmişlər. Həmin şəxslər 2 kişi, 2 qadın olmaqla 4 nəfər olmuşlar. Daha sonra sorğu sual zamanı xanımlardan biri üzərlərində narkotik maddə olduğunu bildirmiş və onlar bu zaman həmin şəxsləri Xəzər rayon 3-cü Polis Şöbəsinə dəvət etmişlər. İdarədə inzibati otaqların birində təhqiqatçının və hər bir şübhəli şəxsin ayrı-ayrılıqda müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsilə şübhəli şəxslərin üzərində şəxsi axtarış və baxış istintaq hərəkətləri həyata keçirilmiş, bu zaman onların üzərlərindən qanunla dövriyyəsi qadağan olunmuş narkotik maddələr aşkar olunmuşdur. Aşkar olunan narkotik maddələr zərfə qoyulmuş, möhürlənərək tərkibi tədqiq olunması üçün məhkəmə-kimyəvi ekspertizaya göndərilmişdir. Əməliyyatda ondan başqa Şahid1, Şahid2, Şahid4, Şahid6 iştirak etmişdir. Təqsirləndirilən şəxs Binə qəsəbəsi, "xxxx" deyilən ərazidə saxlanılmışdır. Şübhəli şəxslər Təqsirləndirilən şəxs, Şahid9 və digər 2 nəfər xanım olmuşlar. Onlar həmin qrupda olan bir nəfər xanımdan şübhələnərək şübhəli şəxslərə yaxınlaşmışlar. Çünki, həmin xanımın narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması onlara əvvəlcədən məlum olmuşdur. Onlar peşə bacarıqlarına və təcrübələrinə əsasən həmin şəxslərin üzərində narkotik maddə olması qənaətinə gəlmişlər. Şübhəli şəxslərin üzərinə saxlanıldıqları yerdə yox, polis idarəsində baxış keçirilmişdir. Şübhəli şəxsləri təqribən günorta saatlarında saxlamışlar. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, özü avtomobil ustasıdır. Təqsirləndirilən şəxs hadisədən qabaq cəmi bir dəfə görmüş, bu ikinci görüşləri olmuşdur. Cavid avtomobili xarab olması səbəbindən onu təmir üçün çağırmışdır. O, Binə qəsəbəsinə gələrək maşını təmir etmişdir. İşini bitirdikdən sonra onu evə çay içməyə dəvət etmişlər. Bu zaman əməliyyatçılar hasardan aşaraq evə daxil olmuş və dördünü də həbs edərək polis bölməsinə aparmışlar. Onlar saxlanıldıqdan sonra polis əməkdaşları əvvəlcə onlara əzab verməyə başlamışlar. Əvvəlcə evdə onları döymüşlər. Sonra polis idarəsində döyülmüşlər. Qızlar da daxil olmaqla hər birini ayrı-ayrılıqda döyüb işgəncələr vermişlər. Daha sonra polis idarəsindən onu Şüvəlana, istintaq təcridxanasına aparmışlar. O, Cavid ilə oturub çay içmiş, qızlar isə ayrı otaqda olmuşlar. Bu zaman əməliyyatçılar evə daxil olaraq onlara barmaqla “sus” işarəsi edərək, digər otaqda olan qızları da yaxalamışlar. Sonra yerdən taxta götürüb onları döyməyə başlamışlar. Cavid həmin zaman xəsarət almış, qızların da əlləri əzilmişdir. Daha sonra əllərini qandallayıb polis idarəsinə aparmışlar. Üzərlərinə baxış keçirilən zaman üzərində 0,5 qram “metamfetamin” olmuşdur. Sonra evdən bir ədəd qara rəngli qab tapılmış və polis idarəsinə aparılmışdır. Həmin qabın içərisində nə olduğunu bilməmişdir. Lakin polis idarəsində onlara qabın içərisində də narkotik maddə olduğu bildirilmişdir. Evdən saat və daha bir neçə əşya polislər tərəfindən götürülmüşdür. Polislər evə daxil olarkən günorta saatları olmuşdur. Cavid ona narkotik maddə verməmişdir. O, ümumiyyətlə Cavidin narkotik vasitə satışı ilə məşğul olması barədə eşitməmişdir. O, Cavid ilə ilk dəfə avtomobil təmir sexində tanış olmuşdur. O, Binə qəsəbəsində kimlərin narkotik vasitə satışı ilə məşğul olduğunu bilir. Cavid narkotik vasitə satsa, o, bunu bilərmiş. Cavidin nə işlə məşğul olduğunu bilmir. O, hadisə zamanı üzərində olan narkotik maddəni başqa bir şəxsdən almışdır. Mütəmadi olaraq narkotik vasitədən istifadə etməmişdir. 3-5 gündən bir narkotik istifadə etmişdir. O, qızları tanımamış, ilk dəfə görmüşdür. Həmin gün xanımlardan birinin ad günü olmuş, Cavidgilə də bu məqsədlə toplaşmışlar. Məhkəmənin hökmü ilə 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum edilmişdir. O, məhkəmədə döyülməyi barədə heç nə deməmişdir. O, öz məhkəmə prosesində narkotik vasitə aldığı mənbənin adını çəkməmişdir. Məhkəmədə Cavidin adını deməmişdir. Məhkəmə zamanı verdiyi ifadədə Cavidə məxsus narkotik maddə olduğunu, lakin onun Caviddən narkotik almadığını bildirmişdir. Məhkəmədə ona qarşı heç bir zor tətbiq olunmamışdır. O, verəcəyi ifadənin barəsində çıxarılacaq qərara heç bir təsiri olmayacağını düşündüyü üçün, məhkəmədə ifadə verən zaman saxlanılarkən ona işgəncə tətbiq olunması barədə heç nə deməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasına şahid qismində dəvət olunmuş Bakı şəhəri, Xəzər RPİ, 3-cü PB-də təhqiqatçısı X1 cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs daxil olmaqla 4 nəfər barədə sənədləşmə işlərini aparmış və digər təhqiqat hərəkətlərini həyata keçirmişdir. Təqsirləndirilən şəxslər narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli hesab olunduqları üçün saxlanılmışlar. 4 nəfər bir yerdə saxlanılmışdır. Təqsirləndirilən şəxslər Azərsunun yaxınlığında, “Köhnə donuzçuluq sovxozu” deyilən ərazidə küçədə saxlanılmışlar. Onların əməliyyat məlumatı əsasında, ya da şübhəli hesab olunub saxlanılmışlar. Bu hissəni dəqiq xatırlamır. Müdafiəçinin gəlməsini gözləmişdir. Hadisənin üzərindən 1 il vaxt keçdiyi üçün xatırlamır. Hər bir təqsirləndirilən şəxsə ayrıca müdafiəçi təmin olunmuşdur. Vəkil ordersiz gəlmiş, idarədə order tərtib olunmuş və daha sonra vəkil işə buraxılmışdır. Orderin nömrəsini o, tərtib etməmiş, müstəntiq tərəfindən tərtib edilmişdir. Vəkillər orderi səhəri gün onlara təqdim etmişlər. Şübhəli şəxsin üzərinə baxış istintaq hərəkətini onun özü həyata keçirmiş, protokolu tərtib etmişdir. Protokoldakı saatları və tarixləri o yazmışdır. Telefondakı saat ola bilsin ki səhv olmuşdur. Cinayət işi materialı vəkil və təqsirləndirilən şəxsin özü tərəfindən imzalanmışdır. Həm protokol, həm də diskdəki görüntülər düzgündür. Baxış ümumilikdə 15 dəqiqə davam etmişdir. Videoçəkilişdən sonra bütün iştirakçılar, həm müdafiəçilər, həm də şübhəli şəxslər baxış protokolunu imza etmişlər. Videoçəkiliş aparılan zaman iştirakçılar protokolu imza etməmişlər. Çəkilişi bitmiş hesab etdiyi üçün dayandırmış və bundan sonra iştirakçılar tərəfindən imzalanmışdır. O, şübhəli şəxsin gecə idarədə saxlanılacağı halda, səhər imza etməsi üçün tarixi əllə yazmışdır. Cinayət işi materialı istintaqa təhvil verilən zaman ekspert rəyi hazır olmuşdur. Cinayət işi materiallarına nömrə dəftərxanada qoyulur. Ümumi materialda 4 ədəd mobil telefon olmuşdur. Təqsirləndirilən şəxs üzərindən mobil telefon aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərinə o, şəxsən özü baxış keçirmişdir. Onun üzərindən qara rəngli qutuda narkotik maddə aşkar olunmuşdur. Mobil telefon aşkar olunmamışdır. Şübhəli şəxs onun yanına gətiriləndə üzərində heç bir xəsarət olmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasına şahid qismində dəvət olunmuş Bakı şəhəri, Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi vəzifəsində işləmiş, hazırda həmin İdarənin Uçot, Qeydiyyat və Statistika işləri qrupunun baş inspektoru vəzifəsində işləyən X2 cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs barəsində “cinayət işinin başlanması haqqında” bir qərar qəbul olunmuşdur. Qərarın əsli cinayət işinin materiallarındadır. Ola bilər ki, texniki səhv nəticəsində qətimkan tədbiri ilə bağlı məhkəməyə təqdim edilmiş qərarda fərq olmuşdur. Təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə bütün istintaq hərəkətlərində iştirak etmişdir. Şübhəli şəxs ifadə vermiş, o da yazmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” qərarını harada qəbul etdiyini xatırlamıram. Adətən cəlb qərarını şübhəli şəxsin yanında, müvəqqəti saxlama yerində qəbul etmişdir. Xəzər RPİ ilə Xəzər rayon məhkəməsi arasında məsafə təxminən 1 dəqiqəlik yoldur. Yəqin ki, zərurətə görə dindirmə aparmışdır. O hissədə yəqin ki, texniki səhv baş vermişdir. Çünki, şübhəli şəxs məhkəməyə aparılana qədər həmin sənədlər ilə tanış olmalıdır. Təqsirləndirilən şəxs məxsus telefona baxış keçirilmiş, daha sonra telefon Təqsirləndirilən şəxs valideynlərinə geri qaytarılmışdır. Onun səhvi nəticəsində telefon maddi sübut qismində tanınmamışdır. Mobil telefon polis bölməsində ona təqdim olunmuşdur. Telefonun Təqsirləndirilən şəxs məxsus olması ona bildirilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman telefonu hansısa polis əməkdaşına vermiş, buna görə də baxış zamanı onun üzərindən telefon aşkar olunmamışdır. Təqsirləndirilən şəxs digər şübhəli şəxslərlə birlikdə yol gedən zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs heç kim döyməmişdir. Müvəqqəti saxlama yerində heç kim döyülə bilməz. Təhqiqatçı şübhəli şəxsi “Ekspert rəyi” ilə tanış edərək, bu hərəkəti sənədləşdirmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/4479 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №244» dairəvi möhür əksi olan 4 ədəd zərfdə olan; -üzərində «saxlanılan şəxs Muradov» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfi açdıqda içərisindən bir ədəd qara rəngli qabda 14 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,039 qram, 0,054 qram, 0,085 qram, 0,043 qram, 0,042 qram, 0,033 qram, 0,040 qram, 0,045 qram, 0,023 qram, 0,057 qram, 0, 084 qram, 0,019 qram, 0,044 qram, 0,035 qram ümumi təmiz çəkisi 0,643 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,116 qram, 0,142 qram, 0,115 qram, 0,100 qram, 0,110 qram, 0,498 qram ümumi təmiz çəkisi 1,081 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. - üzərində «saxlanılan şəxs İmanova» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,438 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. - üzərində «saxlanılan şəxs Xudazarov» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,519 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. - üzərində «saxlanılan şəxs Həsənli» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,523 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. - tədqiqata təqdim edilmiş 9 ədəd bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublmkası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respubhkasmın qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin» siyahısına daxildir. (iş vərəqə: 77-82) İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 6525 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə: 229-230) İş materiallarında olan 21 avqust 2023-cü il tarixli “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən 01 ədəd qara rəngli qutu təqdim etmişdir. Qara rəngli qutu açıldıqda qutunun içərisində 19 büküm siqaretin gümüşü kağızına və 01 ədəd şəffaf sellofana bükülmüş ümumilikdə 20 ədəd bükümlər aşkar olunmuşdur. Cavid Məmmədov aşkar olunmuş bükümlərin 14 bükümünün heroin, 5 bükümünün metamfetamin və 01 ədəd şəffaf sellofanda olan bükümdə metamfetamin olduğunu bildirmişdir. 21 avqust 2023-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 70 manat ilkin olaraq ödəyərək götürdüyünü, 30 manat borclu qaldığını bildirmişdir. Aldığı narkotik vasitələrdən Şahid8 ad günündə iştirak edən Şahid9, Şahid10 və Şahid8 pay verdiyini bildirmişdir. Həmin bükümlər açıldıqda kristalşəkilli, ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə və qəhvəyi rəngli heroinə bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qara rəngli qutunun içərisində 19 büküm siqaretin gümüşü kağızına və 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə ümumilikdə 20 ədəd bükümlər zərfə qoyularaq möhürlənmiş və üzərində imza edilmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. (iş vərəqə 67-68) İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı, içərisində ***-***-**-** nömrəsi olan mobil telefona baxış keçirilməsinə dair xx.xx.2023-cü il tarixli protokoldan və əlavə edilmiş ekran görüntülərindən görünür ki, həmin nömrə ilə “***-***-**- **” nömrəsi arasında aşağıdakı yazışmalar olmuşdur: ***-***-**-** nömrəsi: Cavid, kola yarı var brat? Təqsirləndirilən şəxs: yoxx. ***-***-**-** nömrəsi: 20 manata 3 dənə verərsən? Təqsirləndirilən şəxs: tokulub ele 20 man 3 dene ***-***-**-** nömrəsi: nece dene bes Təqsirləndirilən şəxs: 25 men 3 dene alınar…2 kola 1 daş odaaa ***-***-**-** nömrəsi: kişi kimi donan maldı yoxsa normaldı? Təqsirləndirilən şəxs (şəkil göndərərək): gor donan maldı bu həə? ***-***-**-** nömrəsi: yaxşıdı? Şəkildə bilinmirde brat, hara gələcəm Təqsirləndirilən şəxs: nə qədər istəyirsən tez de görüm day… (iş vərəqə 152-183) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-913/2023 saylı hökmündən görünür ki, Şahid9 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd edilən hökmdə Şahid9 ifadəsində göstərmişdir ki, 21. 08.2023-cü il tarixdə bir büküm patını pulsuz olaraq şəxsi istifadə üçün Cavid adlı tanışından alıb əynində olan göy rəngli cins şalvarın sağ cibinə qoymuşdur. Həmin gün gündüz saatlarında Xəzər rayonu Binə qəsəbəsində yerləşən Azərsun ASC-nin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq PŞ-nə gətirilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-212/2023 saylı hökmündən görünür ki, Şahid10 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Qeyd edilən hökmdə Şahid10 ifadəsində bildirmişdir ki, Sonuncu dəfə, xx.xx.2023-cü il tarixdə bir büküm psixotrop maddə metamfetamini rəfiqəsi Fatmanın ad günü məclisində Cavid adlı şəxs ona vermişdir. Aldığı psixotrop maddəni əlində olan sarı rəngli əl çantasına qoymuşdur. xx.xx.2023-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq Sovxozunda yerləşən "xxxx" ASC-nin yaxınlığında Fatma, Cavid və Tərlan adlı şəxslər ilə birlikdə olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq PŞ-nə gətirilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-912/2023 saylı hökmündən görünür ki, Şahid8 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Qeyd edilən hökmdə Şahid8 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə bir büküm psixotrop maddə metamfetamini öz ad günü məclisində Cavid adlı şəxs ona vermişdir. Aldığı psixotrop maddəni əynində olan qırmızı rəngli cins şalvarın arxa sağ cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixində Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq Sovxozunda yerləşən "xxxx" ASC-nin yaxınlığında Nurgün, Cavid və Tərlan adlı şəxslər ilə birlikdə olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq PŞ-nə gətirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinə Bakı şəhər Xəzər rayon Polis İdarəsindən göndərilən xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş tibbi kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs bədəninə baxış zamanı sol bazunun arxa səthində, sol kürək və kürəkaltı nahiyədə, sağ qoltuqaltında bənövşəyi rəngli qançır izi aşkar edilmişdir. Bakı şəhəri Xəzər rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xəsarət alması faktı ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1119 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol bazunun, sol kürək nahiyəsinin, sol və sağ qoltuqaltı nahiyənin qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı İstintaq Təcridxanasının tibb məntəqəsinə müraciətindən və müayinəsindən 3-4 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatlar, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs (şəxslər) tərəfindən yetirilməsi istisna olunmur. Təqsirləndirilən şəxsin müdafiəçisinin şikayəti əsasında Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Xəzər rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, rədd materialı yenidən faktla bağlı araşdırılma aparılması üçün Bakı şəhəri Xəzər rayon Prokurorluğuna qaytarılmışdır. Bakı şəhəri Xəzər rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xəsarət alması ilə bağlı toplanmış materialda Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşlarının əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisinin şikayəti əsasında Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs təkrar izahatının alınmaması, polis əməkdaşları ilə üzləşdirilməməsi, işə aidiyyəti olan şəxs Şahid9 Məhəmmədəli oğlunun izahatının alınmaması, işin bütün hallarının araşdırılmaması səbəbindən Bakı şəhəri Xəzər rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, material əlavə istintaq aparılması üçün Xəzər rayon Prokurorluğuna göndərilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ********* saylı nömrənin Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarında göstərilən müddətdə Azercell şəbəkəsində istifadəsi qeydə alınmadığı üçün həmin nömrənin əhatə dairəsinə dair məlumatın təqdim olunması mümkün olmamışdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş məlumatdan görünür ki, “703811819” saylı nömrə xx.xx.2023-cü il tarixdə, saat 18:10:06-da ünvan 4 ünvanında istifadə edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, əməliyyatçılar qəfildən evə daxil olarkən, yalnız stolun üzərində 4 büküm narkotik maddə “heroin” olması, narkotik vasitələri satış məqsədi ilə əldə edib-saxlamamasına dair verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, həqiqəti əks etdirməməklə, məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Məhkəmə tərkibi həmçinin, Şahid9 hazırki iş üzrə şahid qismində ifadəsinə tənqidi yanaşaraq, həmin ifadəni təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyan ifadə kimi qəbul edir. Belə ki, preyudisial əhəmiyyət daşıyan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-913/2023 saylı qanuni qüvvəyə minmiş hökmündən görünür ki, Şahid9 ifadəsində xx.xx.2023-cü il tarixdə bir büküm “patı”nı pulsuz olaraq şəxsi istifadə üçün Cavid adlı tanışından aldığını bildirmişdir. Həmçinin, preyudisial əhəmiyyət daşıyan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-212/2023 saylı və xx.xx.2023-cü il tarixli, 1(003)-912/2023 saylı qanuni qüvvəyə minmiş hökmlərindən görünür ki, Şahid8 və Şahid10 da psixotrop maddə metamfetamini Cavid adlı şəxsin onlara verdiyini bildirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs təkrar izahatının alınmaması, polis əməkdaşları ilə üzləşdirilməməsi, işə aidiyyəti olan şəxs Şahid9 Məhəmmədəli oğlunun izahatının alınmaması, işin bütün hallarının araşdırılmaması səbəbindən Bakı şəhəri Xəzər rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, material əlavə istintaq aparılması üçün Xəzər rayon Prokurorluğuna göndərilmişdir. Lakin, məhkəmə tərkibi qeyd edir ki, həmin xüsusatlar hazırki məhkəmə baxışı zamanı araşdırılmış, Şahid9 Məhəmmədəli oğlu və iş üzrə bütün polis əməkdaşı şahidlər dindirilmiş, təqsirləndirilən şəxsin şahidlərə suallar verməsi üçün, eyni zamanda, müdafiəçinin təqsirləndirilən şəxsə və şahidlərə çarpaz suallar verməsi üçün şərait yaradılmışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təqribən 2 il yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Həmin narkotik vasitəni isə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yaşayan tanımadığı şəxsdən almışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə səhər saatlarında eyni şəxsdən 60 (atmış) manat nağd pul ödəyərək narkotik vasitə metanfetamin və heroin almışdır. Aldığı narkotik vasitəni özü ilə apardığı qara rəngli qutunun içərisinə yığmışdır. Narkotik vasitələri yığdığı qara rəngli qutunu əynində olan qara rəngli şalvarın sağ cibinə qoyaraq üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozunda yerləşən Azərsun ASC-nin yaxınlığında piyada hərəkət edən zaman polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər və onu yaxınlıqda olan PŞ-nə gətirərək təhvil vermişlər. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da üzərində saxladığı içərisində heroin və metanfetamin kimi tanıdığı narkotik vasitələr olan 1 ədəd qara rəngli qutunu təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş narkotik vasitələr heroin və metanfetamin kimi tanıdığı narkotik vasitələrdir. Aşkar edilmiş narkotik vasitələri xx.xx.2023-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı, qəsəbəsində tanımadığı şəxsdən 60 (altmış) manat nəğd pul ödəyərək öz şəxsi istifadəsi, həmdə tanışı Şahid8 ad gününə gələcək qonaqlara pay vermək üçün alıb əynindəki qara rəngli şalvarının sağ cibinə qoyaraq üzərində saxlamışdır. Bundan əlavə olaraq qeyd edir ki, aldığı narkotik vasitələrdən Şahid8 yaşadığı evdə onun ad gününə gəlmiş Şahid9, Şahid8 və Şahid10 pay vermişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozunda yerləşən Azərsun ASC-nin yaxınlığında piyada hərəkət edən zaman polis əməkdaşları tərəfindən saxlanılıb 3-cü PŞ-nə gətirilmişdir. Ondan aşkar edilmiş narkotik vasitələr polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 244 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf özü və iştirakçılar, tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Bundan əlavə qeyd etmək istəyir ki, keçirilən bütün proseslər video çəkilişlə qeydə alınmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı özünün, xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində etirafedici ifadələri, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/4479 saylı rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 6525 saylı rəyi, 21 avqust 2023-cü il tarixli “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokol, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı, içərisində ***-***-**-** nömrəsi olan mobil telefona baxış keçirilməsinə dair xx.xx.2023-cü il tarixli protokoldan və əlavə edilmiş ekran görüntüləri, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-913/2023 saylı, xx.xx.2024-cü il tarixli, 1(003)-212/2023 saylı, xx.xx.2023-cü il tarixli, 1(003)-912/2023 saylı hökmləri və digər mötəbər sübutlarla tam təsdiqini tapır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” iyun 2024-cü il tarixli qərarına əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X5 8-ci bəndində qeyd edilmişdir ki, şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, narkotik vasitələrin və psixotrop maddələrin ayrı-ayrı bükümlərdə olması, eləcə də, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini əks etdirən telefon yazışmaları Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamasına dəlalət edir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 225-226) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(003)-411/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 21 avqust 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 57, 135-140) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 6525 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat pulun Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)- 212/2024 saylı hökmü üzrə tutulması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Xəzər rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,643 qram narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,573 qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi 1,081 qram olan psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,901 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,493 qram, 0,489 qram, 0,408 qram metamfetaminin Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-212/2024 saylı, xx.xx.2023-cü il tarixli, 1(003)-913/2023 saylı və xx.xx.2023-cü il tarixli, 1(003)-913/2023 saylı hökmləri üzrə məhv edilmələri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılaraq, onun hüquqlarını müdafiə etmiş və təqsirləndirilən şəxsin digər müdafiəçi ilə müqavilə bağlaması səbəbindən hazırki cinayət işi üzrə iştirakına xitam verilmiş Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri Kredo Vəkil Bürosunun hesabına 240 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Xəzər rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,573 qram narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,901 qram psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,493 qram, 0,489 qram, 0,408 qram metamfetaminin Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)- 212/2024 saylı, xx.xx.2023-cü il tarixli, 1(003)-913/2023 saylı və xx.xx.2023-cü il tarixli, 1(003)-913/2023 saylı hökmləri üzrə məhv edilmələri nəzərə alınsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat pulun Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)- 212/2024 saylı hökmü üzrə tutulması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılaraq, onun hüquqlarını müdafiə etmiş və təqsirləndirilən şəxsin digər müdafiəçi ilə müqavilə bağlaması səbəbindən hazırki cinayət işi üzrə iştirakına xitam verilmiş Müdafiəçi1 təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri Kredo Vəkil Bürosunun hesabına 240 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1146/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1146/2024
05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver