Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1147/2021 02.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3nın, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçilər: Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Məmmədov Cavanşir Yusif oğlu, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Zeynalov Emin Mayıl oğlu və Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Kazımov Əbülfəz Xəlil oğlunun iştirakı ilə açıq məhkəmə iclasında 07.09.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Zülfüqarov Yusif Namiq oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Zülfüqarov Yusif Namiq oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki, Zülfüqarov Yusif Namiq oğlu 13 oktyabr 2020-ci il tarixdə saat 21 radələrində qanunsuz olaraq satış məqsədi ilə 02 (iki) büküm olmaqla kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən bir bükümdə təmiz çəkisi 49,246 qram və ikinci bükümdə təmiz çəkisi 156,021 qram olmaqla, cəmi təmiz çəkisi 205,267 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini Abşeron rayonu Xırdalan şəhəri “Dairəvi yol” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan “Davud” adlı İran İslam Respublikası vətəndaşından istintaqla müəyyən olunmayan şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 22:30 dəqiqədə Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti ilə piyada hərəkətdə olan zaman ölkə ərazisində elan edilmiş komendant saatə rejimi ilə əlaqədar Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054 nömrəli ünvanda quraşdırılmış 2 saylı stasionar postda xidmət aparan Azərbaycan Respublikası DİN-nin Əlahiddə Çevik Polis Alayının 6-cı patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq qadağan olunmuş vaxtda hərəkətinə icazə olub-olmaması ilə bağlı yoxlama aparan zamanı özünü şübhəli aparması səbəbindən saxlanılaraq Fiat Doblo markalı ** AP *** dövlət qeydiyyat nişanlı post patrul avtomobili ilə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin inzibati binasına gətirilərkən məsuliyyətdən yaxa qurtarmaq üçün satış məqsədi ilə əldə edərək üzərində saxlamaqla daşıdığı 02 (iki) bükümdə psixotrop maddə metamfetamindən 01 (bir) bükümdə təmiz çəkisi 156,021 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini həmin avtomobilin arxa sağ oturacağının arxasında gizlətmiş, şöbənin inzibati binasına gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman satış məqsədi ilə əldə edərək üzərində saxlamaqla daşıdığı həmin 02 (iki) bükümdə psixotrop maddə metamfetamindən 01 (bir) bükümdə təmiz çəkisi 49,246 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüş, bundan sonra onun məlumatı əsasında 16 oktyabr 2020-ci il tarixdə saat 13:30 dəqiqədə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin inzibati binasının həyətində həyətində Fiat Doblo markalı ** AP *** dövlət qeydiyyat nişanlı post patrul avtomobilinə keçirilən baxış zaman digər 01 (bir) bükümdə təmiz çəkisi 156,021 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin həmin avtomobilin arxa sağ oturacağının arxa hissəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Zülfüqarov Yusif Namiq oğlu elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Nardaran qəsəbəsi sakinidir, orada Bağlar Massivi, Kosmos dalanında atası Zülfüqarov Namiq Yusif oğlu və anası Zülfüqarova Kəmalə Əlibala qızı ilə birlikdə yaşamışdır. Özü subaydır, orta məktəbi bitirdikdən sonra xronoloji bronxit və vərəm xəstəliyi ilə bağlı olaraq həqiqi hərbi xidmətə getməmiş, heç bir yerdə işləməmiş, lakin dörd ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, narkotik vasitələrdən əsasən metamfetamin və heroindən istifadə etmişdir. Əvvəllər narkotik vasitəni Maştağa qəsəbəsindən tanımadığı şəxslərdən almış, lakin 2020-ci ilin avqust ayında internetdə Davud adlı İran vətəndaşı ilə tanış olmuş, ondan şəxsi istifadəsi üçün metafetamin və heroin almağa başlamışdır. Davud yerləşdirtdiyi narkotik vasitənin olduğu yerin fotoşəklini onun telefonuna göndərir, çəkisi və dəyərini bildirir, o isə narkotik vasitənin qoyulduğu yerə gedərək tələb olunan pulu həmin yerə qoyub narkotik vasitəni götürüb istifadə edirdi. 13 oktyabr 2020-ci il tarixdə istifadə etdiyi narkotik vasitə qurtardığından telefon vasitəsi ilə Davudla danışmış və ondan metamfetamin istəmişdir. Davud ona Xırdalan şəhəri “Dairəvi yolunda” 2-ci işıqforun yanında yerləşən Unibankın Xırdalan şəhər filialnın yaxınlığına getməyini bildirmiş, o da həmin yerə getmək üçün bir taksi maşını saxlatdıraraq həmin maşınla Xırdalan şəhəri, Dairəvi yol istiqamətində hərəkət etmişdir. Həmin tarixlərdə pandemiya ilə əlaqədar hərəkət məhdudiyyəti qoyulmuş, onun isə sərbəst hərəkət etmək üçün icazə sənədi olmamışdır. Taksi sürücüsünü tanımır, təsadüfi bir maşın idi. Həmin maşınla saat 21 radələrində yaşadığı Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Bağlar Massivindən Xırdalan şəhərində yerləşən Unibankın Xırdalan şəhər filalının yaxınlığına gəlmiş, orada taksidən düşərək Davudla telefon vasitəsilə danışan zaman o, ona bildirmişdir ki, iki büküm metamfetamini qaz paylaşdıran sayğacın alt hissəsinə qoyulmuş, həmin yerə 280 manat qoyub metamfetamini götürə bilər. O da belə də etmişdir. Qeyd olunan yerə 280 manat pul qoyub orada olan bir bükümü şəffaf polietilen sellofonda və digər bükümü üzəri yaşıl yapışqanlı lentlə bağlı olan şəffaf polietilen sellofonda olan cəmi iki büküm metamfetamini götürərək şübhə çəkməmək üçün dərhal oradan uzaqlaşmışdır. İçərisində metamfetamin olan iki büküm narkotik vasitəni qara rəngli şalvarının sol və sağ cibinə qoymuş, daha sonra Xırdalan şəhərindən bir taksi ilə Bakı şəhəri Yasamal rayonu 20 Yanvar metrostansiyasının yaxınlığına gələrək avtomaşından düşüb piyada hərəkət etmişdir. Bakı şəhəri Yasamal rayonu Tbilisi prospektində olan “İST” Yanacaqdoldurma məntəqəsinin yaxınlığında qurulmuş polis postunda ondan şəxsiyyət vəsiqəsini və SMS icazəsinin olub-olmamasını soruşmuşlar. Bu narkotik vasitələri olan sellofan torba və büküm onun özündə idi. İcazəsi olmadığı üçün polis əməkdaşları onu xidməti maşınlarına mindirib Yasamal RPİ-nin 29-cu polis şöbəsinə aparmışlar. Maşında polis əməkdaşları ondan üstündə qeyri-qanuni silah, narkotik vasitə olub-olmamasını soruşmuş, o, da polislərdən gizlətməyin mümkün olmadığını düşünüb cibində narkotik vasitə olduğunu bildirmişdir. Avtomobildə onu arxa sağ oturacaqda əyləşdirmişlər, özləri isə ön və orta oturacaqda əyləşmişlər. Sürücü avtomobili hərəkətə gətirib 29-cu Polis şöbəsinə yola düşmüşlər. Yolda o, cibində olan iki büküm metamfetamindən bir bükümünü gizlətmək qərarına gəlmiş, sol cibində olan və üzəri yaşıl rəngli yapışqan lentlə sarınmış içərisində psixotrop maddə metamfetamin olan ikinci bükümü Fiat Doblo markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşdiyi arxa sağ oturacağın söykənəcək yerin alt hissəsinin arxasında gizlətmiş, ikinci büküm narkotik isə sağ sibində saxlamışdır. Polislər onu Yasamal RPİ-nin 29-cu polis şöbəsinə gətirib təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı onun şəxsiyyətini müəyyən etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək şübhəli şəxs qismində saxlandığını, ona şübhəli şəxsin hüquq və vəzifələrini izah edərək üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Təhqiqatçının təklifinə əsasən o, özü könüllü olaraq əynində olan qara rəngli şalvarının sol yan cibindən içərisində metamfetamin olan şəffaf sellofon bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təhqiqatçı ondan təqdim etmiş olduğu maddənin haradan və kimdən aldığını soruşmuş, o da bağlamada olan metamfetamini iranlı Davud adlı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Almağının da səbəbi o olmuşdur ki, Davud metamfetaminin qramını ucuz, yəni 8 manata təklif etdiyi üçün o, həmin metamfetamini almışdır. Belə isə bu maddənin bazar qiyməti 50-60 manatadır. Ondan aşkar edilmiş metamfetamin bükülüsü təhqiqatçı tərəfindən zərfə qoyaraq qablaşdırılıb üzəri möhürlənmiş, baxışla əlaqədar protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Üzərinə baxış videoçəkilişlə keçirilmişdir. 16 oktyabr 2020-ci il tarixdə əldə etdiyi 2-ci bükümdə olan narkotik vasitə olam metamfetamini polis avtomobilində gizlətməsi haqqında Yasamal RPİ-nə ərizə ilə müraciət etmiş, bundan sonra Yasamal RPİnin 29-cu polis şöbəsinin inzibati binasının həyətində 13 oktyabr 2020-ci il tarixdə gizlətdiyi narkotiki Fiat Doblo markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomobildən baxış keçirilməklə aşkar edilib götürülmüşdür. Həmin vaxt videoçəkiliş aparılmışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Rzayev Elçin Cahangir oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır. Belə ki, o,13 oktyabr 2020-ci il tarixdə həmkarı Tural Əlizadə ilə pandemiya ilə əlaqədar tətbiq olunmuş komendant rejimi ilə əlaqədar Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054 nömrəli ünvanda təşkil olunmuş stasionar posta xidmətdə olmuşdur. Stasionar postda xidmət edərkən saat 22:30da Yusif Zülfüqarovun piyada hərəkət edərək postdan kənara yayınmaq istəməsini və özünü şübhəli apardığını müşahidə etdikləri üçün həmin şəxsi saxlayıb özlərini təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənədini və komendat saatında gəzməsi, hərəkət etməsi üçün icazəsi olub olmaması ilə maraqlanmışlar. Yusif Zülfüqarov komendat saatında hərəkət etmək üçün icazəsi olmadığını bildirmiş, lakin həddindən artıq həyəcanlı olmuş, onun buraxılması üçün yalvarış etmiş, bu səbəbdən ondan şübhələnərək üstündə qanunsuz hər hansı bir əşya olub-olmadığını soruşmuşlar. Yusif Zülfüqarov isə cibində narkotik vasitə olduğunu bildirmişdir. Bunadan sonra Yusif Zülfüqarovu Yasamal RPİ-nin 29-cu PŞ-nə məxsus Fiat Doblo markalı 99AP696 dövlət qeydiyyat nişanlı avtomobillə polis şöbəsinə aparıb təhvil vermişlər. Bölmə rəisi tərəfindən Yusif Zülfüqarovun barəsində zəruru təhqiqat hərəkətlərinin həyata keçirilməsi təhqiqatçı polis kapitanı Tural Abdullayevə həvalə olunmuşdur. O, digər əməkdaşlar kimi Yusif Zülfüqarovun üzərinə, ondan metamfetamin aşkar olunmasında iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Əlahiddə Çevik Alayının 6-cı Polis Bölüyünün polis nəfəri Əlizadə Tural Rizvan oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Yusif Zülfüqarovu hadisə ilə əlaqədar tanımışdır. Belə ki, o,13 oktyabr 2020-ci il tarixdə həmkarı Elçin Rzayevlə pandemiya ilə əlaqədar tətbiq olunmuş komendant rejimi ilə əlaqədar Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054 nömrəli ünvanda təşkil olunmuş stasionar posta xidmətdə olmuşdur. Stasionar postda xidmət edərkən saat 22:30-da Yusif Zülfüqarovun piyada hərəkət edərək postdan kənara yayınmaq istəməsini və özünü şübhəli apardığını müşahidə etdikləri üçün həmin şəxsi saxlayıb özlərini təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənədini və komendat saatında gəzməsi, hərəkət etməsi üçün icazəsi olub olmaması ilə maraqlanmışlar. Yusif Zülfüqarov komendat saatında hərəkət etmək üçün icazəsi olmadığını bildirmiş, lakin həddindən artıq həyəcanlı olduğu üçün ondan şübhələnərək üstündə qanunsuz hər hansı bir əşya olub-olmadığını soruşmuşlar. Yusif Zülfüqarov isə cibində «şüşə» olduğunu bildirmişdir. Bunadan sonra Yusif Zülfüqarovu Yasamal RPİ-nin 29-cu PŞ-nə məxsus Fiat Doblo markalı 99AP696 dövlət qeydiyyat nişanlı avtomobillə polis şöbəsinə aparıb təhvil vermişlər. Bölmə rəisi tərəfindən Yusif Zülfüqarovun barəsində zəruru təhqiqat hərəkətlərinin həyata keçirilməsi təhqiqatçı polis kapitanı Tural Abdullayevə həvalə olunmuşdur. O, digər əməkdaşlar kimi Yusif Zülfüqarovun üzərinə, ondan metamfetamin aşkar olunmasında iştirak etmişdir. Yusif Zülfüqarova qarşı istər saxlanılan zaman, istərsə də bölmədə heç bir fiziki zor və ya təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səfərov Atabəy Cəmişid oğlu ifadəsində göstərmişdir ki, Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Zülfüqarov Yusif Namiq oğlunu əvvəllər tanımamış, onunla heç ədavəti və düşmənçiliyi olmamışdır. 13 oktyabr 2020-ci ildə saat 22:30 radələrində karantin qaydalarını pozduğu üçün Yusif Zülfüqarov saxlanılaraq tədbir görülməsi üçün Yasamal RPİ-nin 29-cu Polis şöbəsinə polisin Fiat Doblo markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomobillə gətirilmiş, onun üzərinə şəxsi axtarış və götürmə aparılan zaman metamfetamin aşkar edilərək götürülmüş, bundan 2-3 gün sonra Yusif Zülfüqarov istintaqa ondan aşkar edilmiş bir bükümdə olan metamfetamindən başqa, digər 2-ci bükümdə olan narkotik vasitə olan metamfetamini 13 oktyabr 2020-ci il tarixdə 29-cu Polis Şöbəsinə gətirildiyi zaman Fiat Doblo markalı avtomobilin arxa sağ oturacağının altında gizlətdiyini bildirmişdir. Bundan sonra həmin tarixdə Yasamal RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Yusif Zülfüqarovun, müdafiəçisinin, onun və şöbənin növbətçi hissənin sürücüsü, polis serjantı Tağızadə Ağadadaş Cavid oğlunun iştirakları ilə şöbənin inzibati binasının həyətində Fiat Doblo markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxışda iştirak etmiş Yusif Zülfüqarov Fiat Doblo markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa qapısını açaraq nəqliyyat vasitəsinin arxa sağ tərəfində otracağın altında bir şəffaf polietilen sellofon torbanı təqdim edərək həmin torbanın içərisində narkotik vasitəsi olan metamfetamini İran vətəndaşı Davud adlı çəxsdən aldığını bildirmişdir. Avtomobilə baxış keçirilərkən videoçəkiliş aparılmış, baxışın nəticələrinə dair protokol tərtib olunmuş və həmin protokolu baxışda iştirak edən bütün şəxslər, o cümlədən Yusif Zülfüqarov imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Tağızadə Ağadadaş Cavid oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Zülfüqarov Yusif Namiq oğlunu hadisə ilə əlaqədar tanımışdır. Belə ki, o, Bakı şəhəri Yasamal rayon Polis idarəsinin 29-cu Polis Şöbəsinin polis nəfəri olmaqla PPX-nin xidməti avtomaşınının sürücüsüdür. 13 oktyabr 2020-ci ildə saat 22:30 radələrində ratsiya ilə ona göstəriş gəlmişdir ki, karantin qaydalarını pozduğundan Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054 nömrəli ünvanda təşkil olunmuş stasionar postda xidmət aparan Əlahiddə Çevik Polis Alayının 6-cı patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq qanunvericiliyə uyğun olaraq tədbir görülməsi üçün Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə gətirilməsi üçün Zülfüqarov Yusif Namiq oğlunu gəlib aparsın. O da idarə etdiyi “Fiat Doblo” markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomobillə qurulmuş posta getmiş və polis əməkdaşlarının müşahidəsi ilə Zülfüqarov Yusif Namiq oğlu onun idarə etdiyi maşınla 29-cu Polis Şöbəsinə gətirilmişdir. Orada digər polis əməkdaşları Zülfüqarov Yusif Namiq oğlunu şöbənin binasına aparmış, o isə maşında qalmışdır. Zülfüqarov Yusif Namiq oğlunun üzərinə baxışda iştirak etməmiş, lakin 13 oktyabr 2020-ci il tarixdə 29-cu Polis Şöbəsinə gətirildiyi zaman Zülfüqarov Yusif Namiq oğlu avtomobilin arxa sağ oturacağının altında gizlətdiyi narkotik vasitəni təqdim etmişdir. Zülfüqarov Yusif Namiq oğlu maşında oturacağın altında gizlətdiyi bükümü təqdim edərkən orada iştirak etmiş, bu proses videoçəkilişlə aparılmış, tərtib olunmuş protokolu o da imzalamışdır. Bu iş üzrə xatırladığı budur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abbasov Ədalət Elxan oğlunun ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, Yasamal rayon Polis idarəsinin 29-cu Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Zülfüqarov Yusif Namiq oğlunu əvvəllər tanımamış, onunla heç bir şəxsi tanışlığı, qohumluğu, ədavəti və ziddiyyəti olmamışdır. Yusif Zülfüqarov 13 oktyabr 2020-ci ildə saat 22:30 radələrində karantin qaydalarını pozduğundan Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054 nömrəli ünvanda təşkil olunmuş stasionar postda xidmət aparan Əlahiddə Çevik Polis Alayının 6-cı patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq qanunvericiliyə uyğun olaraq tədbir görülməsi üçün Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə məxsus olan Fiat Doblo markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomobillə polis şöbəsinə gətirilmiş, onun üzərinə şəxsi axtarış və götürmə aparılan zaman 49,246 qram təmiz çəkidə psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra Yusif Zülfüqarov istintaqa ondan aşkar edilmiş bir bükümdə olan 49,246 qram çəkidə narkotik vasitə metamfetamindən başqa, əldə etdiyi digər 2-ci bükümdə olan narkotik vasitə olan metamfetamini 13 oktyabr 2020-ci il tarixdə 29-cu Polis Şöbəsinə gətirildiyi zaman Fiat Doblo markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ oturacağının altında gizlətdiyini göstərərək narkotik vasitəni təqdim etmək istədiyini bildirmişdir. 16 oktyabr 2020-ci il tarixdə saat 13:30 radələrində Yasamal RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Yusif Zülfüqarovun, müdafiəçisinin və Yasamal RPİ-nin 29-cu polis Şöbəsinin əməliyyat müvəkkili Səfərov Atabəy Cəmişid oğlunun və həmin şöbənin növbətçi hissənin sürücüsü, polis serjantı Tağızadə Ağadadaş Cavid oğlunun iştirakları ilə Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasının həyətində Fiat Doblo markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl təqsirləndirilən şəxs Yusif Zülfüqarova təqsirləndirilən şəxsin hüquq və vəzifələri izah edilmiş, həmçinin baxış keçirilərkən “Samsunq A51” markalı mobil telefonla videoçəkiliş aparılacağı barədə bildirilmişdir. Bundan sonra təqsirləndirilən şəxs Yusif Zülfüqarov Fiat Doblo markalı 99AP696 dövlət qeydiyyat nişanlı avtomobilin arxa qapısını açaraq nəqliyyat vasitəsinin arxa sağ tərəfində otracağına söykənəcək hissəsi ilə avtomobilin dəmir örtüyü arasından bir bükümdə üzərində yaşıl rəngli yapışqan lentlə sarınmış şəffaf polietilen sellofonda olan narkotiki təqdim edərək İran vətəndaşı Davud adlı çəxsdən alıb əldə etdiyi həmin narkotiki 13 oktyabr 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə avtomobillə gətirilərkən bir bükümdə olan metamfetamini avtomobilin salonunda gizlətməsini və üzərində saxladığı ikinci büküm narkotiki isə 29-cu Polis Şöbəsində polis əməkdaşları tərəfindən həmin gün şəxsi axtarış və götürmə aparılarkən polislərə təqdim etməsini bildirmişdir. Yusif Zülfüqarov ondan aşkar edilmiş hər iki bükümdə olan narkotik vasitə olan metamfetamini özünün istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən narkotik vasitə ehtimal olunan olan metamfetamin götürülməsi haqqında müvafiq protokol tərtib edilmiş və narkotik vasitə metamfetamin zərfə qoyularaq möhürlənib götürülərək zərfin üzəri polis əməkdaşları, Yusif Zülfüqarov və müdafiəçisi tərəfindən imzalamışlar. Yusif Zülfüqarovun üzərində şəxsi axtarış və götürmə aparılarkən videoyazan texniki vasitə olan “Samsunq A51” markalı telefonla çəkilmiş görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamnı şahid qismində dindirilmiş Zülfüqarov Namik Yusuf oğlunun ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivi, Kosmos dalan nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. 1998-ci il təvəllüdlü Yusif Zülfüqarov oğludur. Oğlu Yusif xəstəliyi ilə bağlı olaraq həqiqi hərbi xidmətə yararasız hesab edilmiş və hərbi xidmətdən azad olunmuşdur. Oğlu əvvəllər rəqs müəllimi işləmiş, daha sonra isə həmin peşə ilə məşğul olmamışdır. 13 oktyabr 2020-ci il tarixdə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsindən təhqiqatçısı Tural Abdullayev ona mobil telefonla zəng edərək Yusifin qanunsuz olaraq narkotik vasitə saxlamağa və daşımağa görə şübhəli şəxs qismində polis şöbəsində saxlanıldığını xəbər vermişdir.Oğlu Yusifin narkotik istifadəçisi və aludəçisi olamasınından xəbəri olmamaş, oğlu yaşadığı evdə, yardımçı binada narkotik vasitə, onların prekursorlarını psixotrop maddə saxlamamışdır. Məhkəmə iclasında ibtidai istintaq amanı şahid qismində dindirilmiş Zülfüqarova Kəmalə Əlibala qızının ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivi, Kosmos dalanında nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evimdə ailə üzvləri: əri Namik Zülfüqarov, oğlu 1998-ci il təvəllüdlü Yusif və 1999-cu il təvəllüdlü qızı Sevinc ilə birlikdə yaşamışdır. Yusif xəstəliyi ilə bağlı olaraq həqiqi hərbi xidmətə yararasız hesab edilmiş və hərbi xidmətdən azad olunmuşdur. Yusif 2015-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Biznes inistituta qəbul olunmuş və inistitutun 3-cü kursuna kimi oxumuş, sonradan oxumağını davam etdirməmişdir. Lakin bununla belə o, rəqs müəllimi işləmiş, daha sonra Yusif sosial şəbəkədə reklam işləri görmüşdür. Oğlu Yusifin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşgul olduğuna görə şübhəli şəxs qismində tutulması xəbərini 14 oktyabr 2020-ci il tarixdə saat 11 radələrində Yasamal RPİ-nin polis əməkdaşları tərəfindən ona xəbər verilmişdir. Yusifin narkotik qəbul etməsini 2020-ci ilin iyul ayının 25-də bilmiş, belə ki, oğlu hərbi xidmətə çağrılmış və xəstəliyi ilə bağlı olaraq ona möhlət hüququ verilmişdir. Yusifin halı həmin gün pisləşmiş və analiz verildikdə məlum ollmuşdur ki, narkotik xəstəliyindən əziyyət çəkmişdir.Yusifi ev şəraitində müalicə etsələr də o, tam sağalmamış, gizlin narkotik qəbul etmişdir. Oğlu yaşadığı evə heç vaxt narkotik vasitə gətirməmişdir. Təqsirləndirilən şəxs Zülfüqarov Yusif Namiq oğlunun ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin rəisinə ünvanlanan 14.10.2020-ci il tarixli raportdan müəyyən olunur ki, Zülfüqarov Yusif Namiq oğlunun 13 oktyabr 2020-ci il tarixdə, saat 22-30-da Azərbaycan Respublikası ərazisində elan olunmuş hərbi vəziyyətlə əlaqədar komendat saatının tətbiq olunması ilə bağlı Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054 nömrəli ünvanda təşkil olunmuş stasionar postda xidmət aparan Azərbaycan Respublikası DİN-nin Əlahiddə Çevik Polis Alayının 6cı patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq qanunvericiliyə uyğun olaraq tədbir görülməsi üçün Bakı şəhər Yasamal RPİ-nin 29-cu Polis şöbəsinə gətirilmiş, Yusif Zülfüqarovun üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf polietilen bükümdə olmaqla içərisində 49,246 qram təmiz çəkidə psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 13 oktyabr 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, şübhəli şəxs Zülfüqarov Yusif Namiq oğlunun üzərinə şəxsi axtarış və götürmə aparılarkən, o, əynində olan qara rəngli şalvarının sol yan cibindən ağ rəngli, üzəri şəffaf yapışdırıcı ilə sarınmış polietilen bükümdə olan narkotik vasitə olan metamfetamini təqdim etmiş, narkotik maddəni Xırdalan şəhərində İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Davud adlı şəxsdən özü qəbul etmək məqsədi ilə əldə etməsini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “avtomobilə baxış keçirmə və götürmə aparılması haqqında” 16 oktyabr 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, avtomobilə baxış zamanı təqsirləndirilən şəxs Zülfüqarov Yusif Namiq oğlu qeyd edilən avtomobilin arxa sağ oturacağının söykənəcək hissəsi ilə avtomobilin dəmir örtüyü arasından bir ədəd üzəri yaşıl rəngli şəffaf sellofana bir bükümdə olan narkotik vasitə olan metamfetamini təqdim edərək bükümdə olan maddənin metamfetamin olduğunu, 13 oktyabr 2020-ci il tarixdə polis əməkdaşları ondan şübhələnib avtomobillə Yasamal RPİnin 29-cu polis şöbəsinə gətirərkən avtomobilni arxa sağ oturacağının altında gizlətməsini, həmin narkotik maddəni Xırdalan şəhərində İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Davud adlı şəxsdən özü qəbul etmək məqsədi ilə əldə etməsini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» 13.10.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Zülfüqarov Yusif Namiq oğlu tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş Bakı şəhəri Yasamal rayon məhkəməsinin 15.10.2020ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Zülfüqarov Yusif Namiq oğlunun barəsində həbsetmənin əvvəli 13 oktyabr 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 14.10.2020-ci il tarixli, 20 /1407 a saylı arayışından müəyyən olunur ki, Zülfüqarov Yusif Namiq oğlunun üzərindən götürülmüş bir ədəd sellofon bükümündə təmiz çəkisi 49,246 qr.olan maddə amfetaminlər qrupuna daxil olan “metamfetamin”dir, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrə aid edilir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 04 noyabr 2020-ci il tarixli, 6/2219 saylı rəyindən müəyyən olunur ki, üzərində “Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsi Obyektiv Tədqiqatı №27” dördkünc ştamp əksi ilə möhürlənmiş zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 49,043 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №42” dairəvi möhür əksi ilə möhürlənmiş və “..Zülfüqarov Yusif Namiq oğlunun təqdim etdiyi narkotik vasitə” yazısı və imzaları olan zərfdəki , 1(bir) ədəd bağlamada təmiz çəkisi 156,021 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş 2 (iki) ədəd zərfdəki metamfetaminin ümumi təmiz çəkisi 205,064 qramdır və həmin metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahıya əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Rəyin qeyd hissəsində metamfetaminin ayrı ayrılıqda təmiz çəkiləri 49,043qr və 156,021 qr sərf edildi:hər maddədən 0,1 qr, qalıqlar:48,943 qr və 155,921 qr. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 18.01.2021-ci il tarixli, 133 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Zülfüqarov Yusif Namiq oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq cindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizasının 02.03.2021-ci il tarixli, 460 saylı rəyindən müəyyən olunur ki, Zülfüqarov Yusif Namiq oğlunda hal hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zülfüqarov Yusif Namiq oğlunda törətdiyi əməl dövründə də hər hansı xroniki psixi xəstəliyin, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Zülfüqarov Yusif Namiq oğlu törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Zülfüqarov Yusif Namiq oğlu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Zülfüqarov Yusif Namiq oğlunun əməli Azərbaycan Respublikas CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında” 14 oktyabr 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Zülfüqarov Yusif Namiq oğlu təqdim etdiyi bükümdə olan maddənin metamfetamin kimi tanıdığı narkotik maddə olduğunu, narkotik maddəni 13 oktyabr 2020-ci il tarixdə saat 21 radələrində Xırdalan şəhərində İran İslam Respublikasının vətəndaçı kimi tanıdığı Davud adlı şəxsdən aldığını, sonradan istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını və polis əməkdaşları tərəfindən Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054 ünvanda, İST Petrol yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılmasını göstərmişdir. Həmin büküm zərfə qoyularaq möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçisi və protokol iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmədə elan edilib araşdırılmış “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında” 16 oktyabr 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, ** AP *** dövlət qeydiyyat nömrə nişanlı “Fiat Dobla” markalı mobil telefona baxış keçirilən zaman Yusif Zülfüqarov avtomobilin arxa oturacağının söykənəcək hissəsi ilə ilə dəmir örtüyü arasında bir ədəd bükümü çıxarıb təqdim edərək içərisində metamfetamin olmasını bildirib haradan əldə etməsi barədə izah vermişdir. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 13.04.2021-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq çəkisi 48,943 qr və 155,921 qr, ümumi təmiz çəkisi 204,864 qram çəkidə psixotrop maddə olan metamfetamin saxlanc üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş, “Azercell” Telekom MM-dən və "xxxx" MMC-dən daxil olmuş özündə telefon məlumatlarını əks etdirən 2 ədəd disk, şəxsi axtarış və götürmə və avtomobilə baxış zamanı video çəkiliş aparılaraq köçürülmüş 02 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxs Zülfüqarov Yusif Namiq oğlunun məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o, əvvələr məhkum edilməmişdir Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Zülfüqarov Yusif Namiq oğlu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununun İ siyahısına görə narkotik vasitə olan qurudulmuş marixuana-kannabisin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 500 qram müəyyən edilmişdir. Həmçinin həmin qanunun İİ siyahısına əsasən metafetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0,15 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 2 qram kimi müəyyən edilmişdir. Zülfüqarov Yusif Namiq oğlunun üzərindən və avtomobilindən aşkar edilmiş psixotrop maddənin ümumi təmiz çəkisi 204,864 qram təşkil etməklə külli miqdarın yuxarı həddindən dəfələrlə çoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. Zülfüqarov Yusif Namiq oğlundan götürülmüş psixotrop maddə şəxsi istehlak miqdarından və külli miqdardan dəfələrlə artıqdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Zülfüqarov Yusif Namiq oğlunda tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Yusif Zülfüqarova narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxs Zülfüqarov Yusif Namiq oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Zülfüqarov Yusif Namiq oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Yusif Zülfüqarova azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 13 oktyabr 2020-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən AZülfüqarov Yusif Namiq oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş 1 ədəd kağız paketin içərisində olan 02 ədəd zərfdə olan 48,943 qr və 155,921 qr, ümumi təmiz çəkisi 204,864 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 114 (yüz on dörd) manat məbləğində pul təqsirləndirilən şəxs Zülfüqarov Yusif Namiq oğlundan tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs Zülfüqarov Yusif Namiq oğlunun hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Şahmarov Məzahir Turab oğlu (c.2, i/v191), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Zeynalov Emin Mayil oğlu müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi Şahmarov Məzahir Turab oğlu üçün Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun nəfinə 840 AZN (səkkiz yüz qırx) manat, müdafəçi Zeynalov Emin Mayil oğlu üçün isə 360 AZN (üç yüz altmış manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Zülfüqarov Yusif Namiq oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 oktyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Zülfüqarov Yusif Namiq oğlunun barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş 1 ədəd kağız paketin içərisində olan 02 ədəd zərfdə olan 48,943 qr və 155,921 qr, ümumi təmiz çəkisi 204,864 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş CD disklər cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat məbləğində pul Zülfüqarov Yusif Namiq oğlundan tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi Şahmarov Məzahir Turab oğlu üçün 840 AZN (səkkiz yüz qırx) manat pul Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdjiyi hüquqi yardımla bağlı isə müdafiəçi Zeynalov Emin Mayil oğlu üçün 360 AZN (üç yüz altmış manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Zülfüqarov Yusif Namiq oğluna verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-1147/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1147/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver