Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1147/2022 30.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi–«Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1999-cu il tarixdə Zəngilan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki Bakı şəhəri, Qaradağ rayonu, «Qobu park» yaşayış kompleksi, ev 19, mənzil 44-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və halhazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 17 yanvar 2022- ci il tarixdə istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni 02 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 4,269 qram və 0,641 qram olmaqla, ümumi təmiz çəkisi 4,910 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 ədəd bükümdə təmiz çəkisi 3,372 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alıb əldə edərək, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 yanvar 2022-ci il tarixdə saat 13:00 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,269 qram və 0,641 qram olmaqla, ümumi təmiz çəkisi 4,910 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 3,372 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. Heroin və metamfetamindən istifadə edir. 17 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Camal” adlı şəxsdən öz şəxsi istifadəsi üçün 170 manata 02 ədəd bükümdə olan narkotik vasitə heroini və 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini almış və üzərində saxlamışdır. Bundan sonra taksiyə minmiş və avtomobildə başqa bir müştəri də olmuşdur. Taksi sürücüsü ona bildirmişdir ki, müştərini ünvanına çatdırdıqdan sonra onu gedəcəyi yerə aparacaqdır. Belə ki, müştərini ünvanına çatdırdıqdan sonra o, avtomobildən düşərək evindən 4 manat pul gətirmək üçün getmişdir. Bu zaman polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmədən onun çantasına baxış keçirmişlər. Oradan qanunsuz hər hansı maddə aşkar etmədikdən sonra maşında olan çantasının içindəkiləri yerə tökmüşlər və oradan narkotik vasitə çıxmışdır. Bundan sonra onu Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə aparmışlar. Orada bir gün qaldıqdan sonra növbəti gün müdafiəçi gəlmiş və bildirmişlər ki, videoçəkiliş zamanı onu hal-hazırda tutduqlarını bildirsin. Ancaq polis əməkdaşları onu gecə saat 02 radələrində saxlamışlar. Daha sonra yaşadığı mənzilə baxış keçirilmiş, lakin oradan qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Onun üzərimdə 03 qram heroin, 04 qram isə metamfetamin olmuşdur. Özü narkoloji dispanserdə qeydiyyatdadır və heç zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş şahidin ifadəsi, ekspertiza rəyi və digər sübutlarala tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 18 yanvar 2022-ci il tarixdə «Bəhrəm» adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə olunduqdan sonra «Bəhrəm» adlı şəxsin ifşa olunması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün ondan və bölmənin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 ibarət 18 yanvar 2022-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 13:00 radələrində ünvan 5 ünvanının yaxınlığında əlamətləri ona bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və ondan da özünü təqdim etməsini tələb etmişlər. Bundan sonra onun Təqsirləndirilən şəxs olduğu onlara məlum olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Böməsinə dəvət etmişlər. Orada üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, əynindəki gödəkçənin cibindən 03 ədəd bükümdə olan maddələri çıxarıb könüllü şəkildə təqdim etmişdir. Sorğu zamanı 02 ədəd bükümdə narkotik vasitə heroinin, 01 ədəd bükümdə isə psixotrop maddə metamfetaminin olduğunu, onları 17 yanvar 2022-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı olan «Camal» adlı şəxsdən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində öz şəxsi istifadəsi üçün 170 manata əldə edərək üzərində saxlamaqla daşıdığını bildirmişdir. Həmin maddə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı ünvan 6 ünvana baxış keçirilmiş, lakin oradan qanunsuz hər hansı əşya aşkar edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. 18 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,269 qram və 0,641 qram olmaqla, ümumi təmiz çəkisi 4,910 qram olan qəhvəyi rəngli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 3,372 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 19 yanvar 2022-ci il tarixli 6/326 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,269 qram, 0,641 qram, ümumi təmiz çəkisi 4,910 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 3,372 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroinin təmiz çəkisi 4,910 qram, tədqiqata 0,100 qram sərf edildi, qalıq 4,810 qram təşkil edir. Metamfetaminin təmiz çəkisi 3,372 qram, 0,050 qram tədqiqata sərf edildi, qalıq 3,322 qram təşkil edir. xx.xx.2022-ci il tarixdə saat 13:00-da Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış apanlarkən «İPHONE 7» markalı mobil telefonla videoçəkiliş aparılmış, çəkiliş 01 ədəd «DVD» diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,269 qram və 0,641 qram olmaqla, ümumi təmiz çəkisi 4,910 qram olan, tədqiqata 0,100 qram sərf edildikdən sonra qalığı 4,810 qram təşkil edən qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 3,372 qram olan, tədqiqata 0,050 qram sərf edildikdən sonra qalığı 3,322 qram təşkil edən ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin xx.xx.2022-ci il tarixdə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş və məhkəmənin hökmünə qədər saxlanılmasından ötrü Suraxanı rayon Polis İdarəsinin Maddi sübutların saxlanc ambarına təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş «Respublika Narkoloji Mərkəzi» X4 ambulator məcburi-narkoloji tibbi yoxlamanın 25 fevral 2022-ci il tarixli, 965 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarin qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə iclasında tədqiq olunmuş «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X4 ambulator məhkəmə psixiatrik ekspertizanın xx.xx.2022-ci il tarixli, 469 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Bəhram Mehdizadədə xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ona istintaq edilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Bəham Mehdizadə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Bəhram Mehdizadə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla razı olmadığını, əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkib əlamətlərinin olduğunu, 18 yanvar 2022-ci il tarixdə üzərindən aşkar edilərək götürülmüş 02 ədəd bükümdə olan narkotik vasitə hesab edilən heroini və 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini satış məqsədi ilə yox, özünün şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamaqla daşımasını bildirməkdə, o, yalnız məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, baxış keçirilməsi barədə protokoldan, videogörüntülərə baxış keçirilməsi barədə protokol, özünün qismən etirafedici ifadələri və ekspertiza rəyi ilə tam təsdiqini tapmışdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən əldə edilən məlumatlardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcələsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, əməlini qismən etiraf edərək səmimi ifadə verməsi onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 18 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Suraxanı rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 4,810 qram təşkil edən narkotik vasitə heroin və 01 ədəd bükümdə qalıq çəkisi 3,322 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərinin həyata keçirilməsi prossesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət işinin materialları ilə tanış olma, məhkəmə hazırlıq və məhkəmə baxışı müddətində 15 saat vaxt sərf etdiyindən ona 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Suraxanı rayon Polis İdarəsində saxlanılan 02 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,810 qram olan narkotik vasitə heroin və 01 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,322 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə prosesini özündə əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1147/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1147/2022
30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver