Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1147/2023 18.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X28-Məmmədova tərkibdə, məhkəmə iclasının katibi X19, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş X6 Müdafiəsi üzrə İdarəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X20 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1986-cı il tarixdə Rusiya Federasiyasını Cirim kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olub ünvan 2 ünvanında nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırkı iş üzrə barəsində həbs qətimkan tədbiri seçilib 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 12.1, 149.2.1, 12.1, 149.2.3 (xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş), 12.1, 149.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 29 oktyabr 2003-cü il tarixdə saat 21:30-dan 22 radələrinədək olan müddətdə Rusiya Federasiyasının Ulyanovsk vilayəti, Mayinsk rayonu, Suxarevka kəndində aşkar surətdə yetkinlik yaşma çatmayan xx xxxxxx 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqədə olmaq məqsədilə Şahid1 ilə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında Zərərçəkmiş şəxs aldadıb Rusiya Federasiyasının Ulyanovsk vilayəti, Mayinsk rayonu, Suxarevka kəndində yerləşən X13 məxsus iki otaqlı evə aparmaqla orada Şahid1 ilə birlikdə alkoqol təsirindən sərxoş halda olduğu üçün köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs müqavimət göstərəcəyi və qışqıracağı halda öldürəcəkləri ilə hədələyərək, fiziki zor tətbiq etməklə mənzilin qonaq otağında olan çarpayıya yıxdıqdan sonra qrup üzvü Şahid1 Zərərçəkmiş şəxs müqavimətinin qarşısını almaq üçün əllərindən tutmuş, o, isə sonuncunun əynində olan qamaşın (ayaqqabının üstündən geyinən altsız corabını) və alt paltarını çıxararaq zor tətbiq edib əlləri ilə Zərərçəkmiş şəxs bud və baldır nahiyyələrindən tutub sıxmaqla müqavimətini qıraraq ayaqlarını aralayıb növbə ilə, ilkin olaraq o, Zərərçəkmiş şəxs iradəsi ziddinə onunla cinsi əlaqədə olub ehtirasını təmin etdikdən sonra, öz növbəsində Zərərçəkmiş şəxs əllərindən tutub müqavimətinin qarşısını almış, qrup üzvü X65 Sizovanın iradəsi ziddinə onun cinsi əlaqədə olub ehtirasını təmin etməklə Şahid1 ilə birlikdə Zərərçəkmiş şəxs sağ budun yuxarı və orta üçdə birinin xarici səthinin iki ədəd qançırı, sağ budun orta üçdə birinin arxa səthinin qançırı, sağ baldırın orta üçdə birinin arxa səthinin qançırı, sol çiynin aşağı üçdə birinin daxili səthinin qançırı, sol radiokarpal oynağın daxili səthinin sıyrığı, sol diz oynağının ön səthinin əzilmiş yarası, sağ diz oynağının ön səthinin sıyrığı və qançırı növündə sağlamlığa zərər vurmayan olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək bir qrup şəxs halında yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq etməklə, öldürmə hədəsi ilə köməksiz vəziyyətindən istifadə edərək cinsi əlaqədə olub zorlamışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutlan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, hadisə 2003-cü ilin oktyabr ayının 29-da olub. Həmin vaxt onun 16 yaşı olub. O, Qalina ilə cinsi əlaqədə olub. Qalina ilə o, cinsi əlaqədə olanda digər şəxslər olmayıb. O, Qalina ilə cinsi əlaqədə olandan sonra Qalinanı otaqda tək qoyub çıxandan sonra digər şəxslər otağa gəlib. Onlar da Qalina ilə cinsi əlaqədə olmuşlar. O, Qalinanı otaqda digərləri də zorlasın deyə tək qoymamışdır. Onlar özləri Qalina ilə cinsi əlaqədə olublar. Həmin vaxt həm onlar, həm də Qalina sərxoş olublar. Hadisə ilə bağlı başqa heç nə yadında deyil. O, Rusiya Federasiyasında tutulmuşdu. Özləri də buraxdılar, niyə buraxıldığını bilmir. Üç ay Rusiya Federasiyasında həbsdə qaldıqdan sonra buraxılmış və Azərbaycan Respublikasına gəlmişdir. Rusiyada tutulanda onun tam adı X50 olub. Sonradan o, Azərbaycana gələndə adını dəyişdirib. Dəyişdirməyinin səbəbini bilmir. Özünün axtarışda olmağını bilmişdir. O, Qalina ilə cinsi əlaqədə olmaqlarına Qalinanın razılığının olmamasını, onun yetkinlik yaşına çatmamasını bilməmişdir. Digər şəxslərin Qalinanı zorlamasınıda iştirak etməmişdir. O, Qalina ilə cinsi əlaqədə olanda onu nə o, nə də başqaları onun yanında Qalinanı öldürməklə hədələməyib, ona xəsarət yetirməyib. O, öz törətdiyi əməldən peşmandır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi 14 iyun 2021-ci il tarixli ifadələrində ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, valideynləri və iki bacısı ilə birlikdə Ulyanovsk vilayəti, Mayinsk rayonu, İskra qəsəbəsində yaşamışdır. Narkoloq, psixiatr və ftiziatr qeydiyyatında heç vaxt olmamış, heç vaxt kəllə-beyin travması almamışdır. 2003cü il oktyabrın ayının 29-da saat 20 radələrində Ulyanovsk vilayətinin Mayinsk rayonunun Suxarevka kəndində yerləşən, Aleksandr və Şahid3, eləcə də Şahid1 həmin vaxt olduğu kluba tanışı Şahid2 ilə birlikdə getmiş, həmin şəxslər orada spirtli içki qəbul etsələr də, o, içməmişdir. Saat 20:30 radələrində Zərərçəkmiş şəxs kluba gəlmiş, sonuncu kluba gələrkən sərxoş olmuş, hətta yeriyərkən müvazinətini saxlamaqda çətinlik çəkmişdir. Zərərçəkmiş şəxs kluba girdikdən sonra klubda olan Fyodor İsayevin yanında yıxıldığından, Fyodor İsayevlə birlikdə Qalinaya qalxmağa kömək etmiş, Zərərçəkmiş şəxs eyvana çıxdıqda isə yenidən yıxılmış, bu səfər də, Fyodor İsayev və o, Qalinanın ayağa qalxmasına kömək etmiş, bundan sonra sonuncu klubun arxasına keçərək klubun künc hissəsində yenidən yıxılmışdır. Onlar yenidən Qalinaya ayağa qalxmağa kömək etmiş və bu zaman Nikolay və Şahid4lər həmin yerə yaxınlaşmışlar. O və X62 kluba ötürüb, klubda olan kresloda otuzdurmuş, daha sonra Qalina həmin kresloda yatmışdır. Nikolay və Şahid4lər Karlinskoyeyə kəndinə getmiş, onlar isə klubda qalmışlar. Saat 21:30 radələrində Zərərçəkmiş şəxs sərxoşluğun təsirindən bir qədər ayılmış halda oyanmış, onlardan onu evə aparmaqlarını istəmişdir. O, Şahid1la birlikdə Zərərçəkmiş şəxs yola salmağa getmiş, yol ayrıcına çatdıqda isə Şahid1la, Aleksandr Asanovun evinə getmək istəmişlər. Bu zaman Zərərçəkmiş şəxs da spirtli içkinin təsirindən sərxoş olmasına görə bir qədər ayılmaq üçün onlarla birlikdə getməyi xahiş etmiş, onlar da Zərərçəkmiş şəxs ilə birlikdə Aleksandr Asanovun evinə getmiş, evə çatdıqda Qolyakovla pencəklərini çıxarmış, Qalina isə paltarı əynində salona keçmiş və divanda uzanıb ayılacağını, daha sonra evə gedəcəyini onlara bildirmişdir. O, Ramillə mətbəxə keçib təxminən iyirmi dəqiqə mətbəx otağında oturmuş, bir qədər sonra isə Zərərçəkmiş şəxs özünü necə hiss etdiyini yoxlamaq üçün salona keçdikdə Qalinanm pencəksiz vəziyyətdə divanda uzandığını görmüşdür. O, salona keçdikdə Qalina yatmış vəziyyətdə olmamış, sadəcə uzanmışdır. Qalina bir qədər kənara keçmiş və o, Qalinanm yanında oturmuşdur. Qalinadan klubda özünü pis hiss etdiyi üçün nəyə görə belə sərxoş olduğunu soruşmuş, Qalina isə cavab verməmişdir. Qalinanı onunla cinsi əlaqədə olmağa dəvət etmiş, Qalina isə onda qoruyucunun olub-olmadığını soruşmuşdur. Zərərçəkmiş şəxs onda qoruyucunun olduğunu bildirmiş, daha sonra Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmağa razılıq vermişdir. Həmin vaxtadək əvvəllər Qalina ilə heç vaxt cinsi əlaqədə olmamışdır. Qalina ona razılıq verdikdən sonra sonuncu çanağını qaldırmış, daha sonra paltarlarını aşağı salmışdır. O da Qalinaya paltarlarını çıxarmaqda köməklik göstərmişdir. Onun əynində tünd göy rəngli cins şalvar və ağ damalı üzgüçülük mayoları şəklində şort olmuş, qoruyucunu taxmış, Qalinanın üstünə uzanmış və cinsiyyət orqanını Qalinanın vaqinasına daxil etmişdir. Qalina müqavimət göstərməmiş, ağlamamış, köməyə kimisə çağırmamışdır. Cinsi əlaqə beş-altı dəqiqə davam etmiş, sonra cinsiyyət orqanına keçdirdiyi qoruyucunu çıxarıb cins şalvarının arxa cibinə qoyub mətbəx otağına keçmişdir. Şahid1 və Şahid2 da mətbəx otağında olmuşlar. Aleksey bayaqdan harada olduğunu ondan soruşmuş, o isə qonşu otaqda Zərərçəkmiş şəxs ilə sevişdiyini demişdir. Sonra Aleksey ayağa qalxıb Qalinanın o vaxt olduğu zala girmiş, o isə Qolyakovla mətbəxdə qalmışdır. Aleksey 4 dəqiqəyə yaxın zalda olub, sonra yenidən mətbəxə keçmiş, onlara Qalina ilə sevişdiyini demişdir. Bir qədər sonra Şahid1 zala keçib 6-7 dəqiqədən sonra geri qayıtmış, Aleksey Şahid1 və ona demişdir ki, Qalina ilə cinsi əlaqədə olmuşdur. Şahid1 zalı tərk edən zaman Nikolay və Şahid4lər gəlmiş, sonunculara Zərərçəkmiş şəxs ilə sevişdiklərini demişlər. Bundan sonra Şahid3 də zala keçmiş, təxminən 9 dəqiqə orada qalmışdır. Şahid3 gedəndən sonra Şahid4 zala girmiş, Aleksandr təxminən 5 dəqiqə zalda olmuşdur. Bundan sonra o, Şahid2 və Şahid4 öz evlərinə getmiş, Şahid1, Şahid3 və Zərərçəkmiş şəxs isə Aleksandr Asanovun evində qalmışlar. Sonradan baş verənlər isə ona məlum olmamışdır. Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olarkən, əynində yaşıl rəngli qısaqol köynək və yaşıl rəngli sviter olmuş, Şahid1 və Zərərçəkmiş şəxs ilə birlikdə klubdan çıxıb yol ayrıcına çatdıqda sonuncu sərxoş olduğuna görə anasının onu söyəcəyindən ehtiyyat edib evə getmək istəmədiyini onlara bildirmişdir. Zərərçəkmiş şəxsm heç kim zorlamaq fikrində olmamış, Aleksandr Asanovun evinə Zərərçəkmiş şəxsm iradəsinə zidd olaraq heç kim aparmamış, sonuncu özü qismən soyunmuş, bu zaman normal şüurda olmuş, klubdan özü çıxıb getmiş, normal nitqi olmuş və söhbət etmiş, müstəqil şəkildə qərar qəbul etmişdir. O, Zərərçəkmiş şəxsnm yetkinlik yaşma çatmadığını bilməmiş, çünki, Zərərçəkmiş şəxs yaşından böyük görünmüşdür. Suxarevkaya gəldiyindən iki il əvvəl Qalina artıq təhsil almadığından, ona görə də düşünmüşdür ki, Zərərçəkmiş şəxs məktəbi bitirmiş, normal cinsi həyat yaşamışdır. Buna görə də o, hesab etmişdir ki, Zərərçəkmiş şəxs ən azı 19 yaşı var. Zərərçəkmiş şəxs kluba gələndə, klubda Levanin Sergey, Levanin Nikolay, Sidorov Pavel olmuş, onlar hamısı görmüşlər ki, Qalina necə gəlmiş, harada və nə vaxt yıxılmış, yatmış və klubdan hansı vəziyyətdə getmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı digər ifadələrində ittiham olunduğu əməli etiraf edib, Zərərçəkmiş şəxs tanımasını, sonuncunu 29 oktyabr 2003-cü il tarixdə Rusiya Federasiyası, Ulyanovsk vilayəti, Mayinsk rayonunun Suxarevka kəndində yerləşən Aleksandr Asanova məxsus fərdi yaşayış evinə həmin kəndin sakini X47 ilə birlikdə aparmasını, evdə olarkən spirtli içkinin təsiri altında olan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmalarını, sonradan evə Şahid2, Şahid3, Şahid4 də gəlməsini göstərsə də, ona Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsinin «b», «v» və «d» bəndləri ilə elan edilmiş ittihamla anoloji qaydada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.1, 149.2.3 və 149.2.4-cü maddələri ilə ittiham elan edildikdən sonra ifadəsində ilkin ifadələrinin tam ziddinə olaraq göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmuş, ünvan 4 ünvanında oğlu X21, arvadı X14, xalası Şahid7 ilə birlikdə yaşamışdır. Binəqədi rayon məhkəməsinin 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş, təxminən 2 ay bundan əvvəl cəzasının icrasının başa çatması ilə əlaqədar azadlığa buraxılmışdır. xx.xx.1986-cı il tarixdə Rusiya Federasiyasının Krasnoyarskiy diyarının Cirim kəndində anadan olmuşdur. Həmin dövrdə Cirim kəndində atası X33, anası X16, qardaşı X22, qardaşı X38, qardaşı X67, bacısı X23, bacısı X24 ilə birlikdə yaşamış, 1993-cü ildə Krasnoyarski diyarı Ozyornoye kəndində orta məktəbə getmişdir. Belə ki, ailəsinin Cirim kəndindən Ozyornoye kəndinə köçməsinə görə o, məktəbə həmin kənddə getmişdir. Orta məktəbi tam başa vurmamış, təxminən 3-cü, 4-cü sinfədək oxusa da, sonradan yarımçıq qoymuşdur. Daha sonralar isə Ozyornoye kəndində olan fərdi yaşayış evlərinin həyətində mal-qara saxlamaqla məşğul olmuşdur. Ozyornoye kəndində ailəsi ilə birlikdə yaşadığı dövrdə xalası Şahid7 və sonuncunun əri X30 da adını hazırda dəqiq xatırlamadığı qonşu kənddə yaşamışlar. 2003-cü ilin noyabr ayınadək həmin Ozyornoye kəndində yaşamış, 2003-cü ilin noyabr ayında xalasının əri X30 ilə birlikdə Azərbaycan Respublikasına gəlmişdir. Ailəsi isə Rusiya Federasiyasında qalmışdır. Azərbaycan Respublikasına gəldikdən sonra xalasının əri X10 Bakı şəhəri, Binəqədi rayonunda Biləcəri qəsəbəsində hazırda dəqiq ünvanını xatırlamadığı, nənəsinin yaşadığı evə gətirmiş və o, nənəsi ilə birlikdə yaşamağa başlamışdır. Ana nənəsi Tamaşa Məmmədova o zamanlar qocalıqdan əziyyət çəkmiş, xəstə olmuşdur. Nənəsi ilə birlikdə Biləcəri qəsəbəsində yaşamışdır. Azərbaycan Respublikasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşadığı dövrdə fəhləliklə məşğul olub nənəsinə qulluq etmişdir. Azərbaycan Respublikasına gəldikdən sonra X25 ona özünə sənəd və Azərbaycan Respublikasım vətəndaşlığını almaqda köməklik göstərmişdir. Belə ki, o zamanlar X25 ilə birlikdə Qaradağ RPİ-yə getmişlər. Orada gedən prosesləri dəqiq xatırlamır. Amma ona şəxsiyyət vəsiqəsi verilmiş və o, Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. Qaradağ rayonu, Müşfıqabad qəsəbəsində qeydiyyata düşmüşdür. Elə həmin ildə Azərbacyan Respublikasının Ordu Sıralarına çağırılmış və hərbi xidmətə getmişdir. Hərbi xidmətini Zaqatala rayonunda yerləşən Daxili Qoşunlarda əsgər rütbəsində xidmət etmişdir. 2006-cı ildə isə ordu sıralarından tərxis olunub Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərinə qayıtdıqdan sonra nənəsi Tamaşa Məmmədova ilə əvvəllər birlikdə yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki evdə yaşamağa davam etmişdir. Lakin nənəsi hərbi xidmətdə olduğu dövrdə Gürcüstan Respublikasına getmişdir. 2011-ci ilin dekabr ayında isə o, Qaradağ rayonundan bilmədiyi səbəbdən qeydiyyatdan çıxarıldığı üçün xalasının əri Bəhlul Musayevlə danışmış və sonuncunun vasitəsilə Bakı şəhəri, Nizami rayonu ərazisində qeydiyyata düşmüşdür. Qeydiyyata düşəndə də ona sənədləşmə işlərində Bəhlul Musayev köməklik etmişdir. Çünki, o, sənədləşmə işlərini bilməmişdir. O, 2012-ci ildə Nizami rayonunda qeydiyyatdan çıxarılmışdır. 2011-ci ildə Rusiya Federasiyasının Arenburq vilayətinə getmiş, orada ailəsi ilə görüşmüşdür. Rusiya Federasiyasında 8 ay qaldıqdan sonra 2012-ci ildə yenidən Azərbaycana qayıdıb təkrar Rusiya Federasiyasına getmiş, 2013-cü ildə isə Rusiya Federiyasından nənəsi Tamaşa Məmmədovanın ölümü ilə əlaqədar Gürcüstan Respublikasına getmişdir. Həmin ildə də Azərbaycan Respublikasına qayıtmışdır. Azərbaycan Respublikasında qısa müddət qaldıqdan sonra yenə də Rusiya Federasiyasının Arenburq vilayətinə getmiş, orada bir müddət qalmış, 2014-cü ildə Azərbaycan Respublikasına geri qayıtmışdır. 2014-cü ildən sonra bir daha Rusiya Federasiyasına getməmiş və Azərbaycan Respublikasında qalmışdır. Azərbaycan Respublikasında xalası Şahid7 və öz ailəsi ilə birlikdə Binəqədi rayonunda qeyd etdiyi ünvanda yaşamışdır. 2022-ci ildə Azərbaycan Respublikasında Binəqədi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs olunmuş, cəza çəkmiş, daha əvvəl isə hər hansı hüquq-mühafizə orqanı tərəfindən həbs edilməmiş və ya məhkum olunmamışdır. Azərbaycan Respublikası vətəndaşlığı almasına xalasının əri X2 göstərmiş, 2004-cü ildə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almışdır. Bəhlul Musayevin bunu hansı qaydada etdiyini də bilmir. X30 keçən il vəfat etmişdir. 2003-cü ilin noyabr ayında ilk dəfə Azərbaycan Respublikasına X25 ilə gəlmiş, daha əvvəl isə Azərbaycan Respublikasına gəlməmişdir. Təqsirləndirilən şəxs İfadəsində əlavə olaraq göstərmişdir ki, Rusiya Federasiyasının Ulyanovsk vilayətinin Mayinsk rayon prokurorluğu tərəfindən keçirilmiş daktiloskopik ekspertizasinın rəyində onun əl barmaq izlərinin xx.xx.1986-cı il tarixdə Rusiya Federasiyasının Cirim şəhərində anadan olmuş X34 əl-barmaq izləri ilə tam eynilik təşkil etməsi ilə razı deyil, o, Təqsirləndirilən şəxsdur və X39 tanımır, X25 onun xalasının əri olmuş və vəfat etmiş, 2003-cü ildə Azərbaycan Respublikasına gələrkən nənəsi Tamaşa Məmmədova xəstə olduğundan sonuncuya qulluq etmək üçün gəlmiş və sonradan da Azərbaycanda qalmışdır. Rusiya Federasiyası Ulyanovsk vilayəti, Mayinsk rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikasına göndərilmiş 40700119 nömrəli cinayət işinin materiallarından Rusiya Federiyasında adının soyadının və ata adının X51 olması və xx.xx.2003-cü il tarixdə Rusiya Federasiyası Ulyanovsk vilayətinin Mayinsk rayonu, Suxarevka kəndində yerləşən Aleksandr Asanova məxsus evdə Şahid1 Kamil oğlu ilə qabaqcadan əlbir olaraq Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq etməklə sonuncu ilə cinsi əlaqədə olması və həmin cinayət işi üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi görünsə də, həmin hadisədən xəbəri olmamış, ad, soyadı Təqsirləndirilən şəxsdur, X51 deyil, cinayət hadisəsi onun tərəfindən törədilməmiş, Şahid1 Kamil oğlu və Zərərçəkmiş şəxs tanımır, ekspert rəyində hansı səbəbdən əl-barmaq izlərinin X51 ilə eynilik təşkil etməsi, hansı qaydada Rusiya Federasiyası Ulyanovsk vilayəti, Mayinsk rayon məhkəməsinin qərarı ilə həbs olunduqdan sonra həbsdən buraxılması barədə ona verilmiş suallara cavab verməkdən imtina edir, iş üzrə xalası Şahid7, xalasının əri Bəhlul Musayevin anket məlumatları əldə olunaraq cinayət işi materiallarına əlavə edilsə də, sonuncuların bununla bağlı ifadələri alınsa da, X35 atası kimi X1 vilayətinin Mayinsk rayon prokurorluğuna verdiyi ifadəsində Ulyanovsk vilayətində Mayinsk rayonunda yaşaması, 3 övladı olması, qız övladlarının adlarının isə Zahirə və Oksana olmasını göstərsə də, Zahirə və Oksana xalasının qızlarıdır, X25 isə xalasının əridir, sonuncu ilə birlikdə 2003-cü ilin noyabr ayında Azərbaycan Respublikasına gəlmiş, xalası Şahid7 2003-cü ildə qızları Zahirə və Oksanadan başqa övladı olmamış, hansı səbəbdən X11 ifadəsində X40 öz övladı kimi göstərməsini bilmir, X35 şəxsiyyəti barədə heç bir məlumatı olmamış, bu barədə başqa söz demək istəmir, Azərbaycan Respublikasına gələrək adını, soyadını, ata adını və doğum tarixini dəyişdirməmiş, lakin Rusiya Federasiyasında Təqsirləndirilən şəxs ad, soyad və ata adı ilə vətəndaşlığı da olmamamış, Şahid2, Şahid4, Şahid1 Kamil oğlu, Şahid3 tanımamış, X51 adından verilmiş ifadələri də təsdiq etmir. Təqsirləndirilən şəxs X51 olmadığını, ittiham edildiyi cinayət hadisəsindən heç bir məlumatı olmadığını, sonradan şəxsiyyətini dəyişmədiyini, Rusiya Federasiyasında yaşadığı dövrdə isə həbs olunmadığını, eyni zamanda iş üzrə Zərərçəkmiş şəxs və təqsirləndirilən digər şəxsləri tanımadığını göstərsə də, həmin ifadəsi və Rusiya Federasiyasında toplanmış istintaq materialları, ibtidai istintaqın davamında əldə edilmiş sübutlar, həmçinin digər iş materialları arasında yaranmış ziddiyətlərin aradan qadırılması üçün hansı səbəbdən öz xalası Şahid7 ilə normal münasibətləri olmasına baxmayaraq, sonuncunun, ifadəsində onun xx.xx.1986-cı il tarixdə X7 doğulmuş X51 olması, Zəkiyə Musayevanın övladı olmadığından bacısı Səkinə tərəfindən Şahid7 övladlığa verilməsi və bundan sonra Rusiya Federasiyasında Zəkiyə Musayevanın ailəsində yaşayıb böyüməsi, 29 oktyabr 2003-cü il tarixdə Zərərçəkmiş şəxs zorlanması hadisəsi ilə əlaqədar səhərisi gün Rusiya Federasiyası, Ulyanovsk vilayəti, Mayinsk rayon prokurorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb edilərək həbs olunması, lakin sonradan həbsdən buraxılması, daha sonra isə prokurorluq tərəfindən yenidən axtarıldığı üçün Zəkiyə Musayeva tərəfindən sonuncunun əri Bəhlul Musayevin vasitəsilə Azərbaycan Respublikasına göndərilməsi, Azərbaycan Respublikasında isə Bəhlul Musayevin onun ad, soyad və doğum tarixini xx xxxx 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs kimi dəyişdirməsi, Ötən illər ərzində də məhz həmin ad və soyadda yaşamasını bildirməsi, həmçinin iş üzrə Şahid7 ilə yanaşı ifadəsi alınmış qohumu Şahid8 da ifadəsində onun əsl adının X51 olmasını və sonradan ad, soyad və ata adının Təqsirləndirilən şəxs kimi dəyişdirilməsini bildirməsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar idarəsinin 09 fevral 2023-cü il tarixli məhkəmə-daktiloskopik ekspertizasının rəyində də onun X51 ilə eyni şəxs olmasının göstərilməsi və Rusiya Federasiyasının Ulyanovsk vilayətinin Mayinsk rayon prokurorluğuna verdiyi ifadələrində, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda X51 adından icra edilmiş imzaların ona məxsus olub- olmaması barədə verilmiş sualları cavablandırmaqdan imtina etmişdir. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs ona qarşı 5 nəfər ilə birlikdə fiziki zor tətbiq etməklə onunla cinsi əlaqədə olublar. Hadisə olan il 2003-cü il idi, lakin günü və ayı xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hadisənin baş verməsində əsas rol Təqsirləndirilən şəxs məxsus olub. Hadisənin törədilməsi niyyətinin kimə məxsus olmasını bilmir. Onun indiki dövrdə təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, lakin o, onunla barışmamışdır. Zərərçəkmiş şəxs məhkəmədə elan olunub araşdırılmış ibtidai istintaq zamanı verdiyi ifadələrində ifadələrində göstərmişdir ki, 29 oktyabr 2003-cü il tarixdə bütün gün ərzində evdə Ulyanovsk vilayəti, Mayinsk rayonunun Suxarevka kəndində olmuşdur. Saat 18:00 radələrində o, anası, bacısı Natalya və sonuncunun əri şam yeməyinə başlamışlar. Şam yeməyi vaxtı bacısı qırmızı çaxır içməyi təklif etmiş, o da bir qədər çaxır içmişdir. Şam yeməyindən sonra rəfiqəsi Oksana Çirkovanın yanına getmiş, bu zaman evdə Oksananın əri Aleksandr Çirkov da olmuşdur. Onlar şam yeməyinə hazırlaşmış, onunla birlikdə stola əyləşmişlər. Bu zaman Oksana Çirkova və əri araq içdiyindən, ona da içməyi təklif etdikdə, o, əvvəlcə razı olmasa da, əvvəllər heç vaxt araq içmədiyi üçün arağın dadına baxmaq qərarına gəlmiş və 3 qədəh araq içmişdir. Saat 20 radələrində evə getdikdə, Oksana ona ötürməyi təklif etsə də, o, özünü normal hiss etdiyini bildirib tək getmişdir. Küçəyə çıxdıqda, Yusif Abbasovdan videokasseti soruşmalı olduğu üçün kluba getmiş, kluba daxil olduqda isə Yusif Abbasov, Sergey Levanin, Fyodor İsayev, Şahid2 və Pavel Sidorov orada olmuşlar. Onlar klubun müdiri Pavel Sidorovun kabinetində olduqları üçün kabinetə daxil olub Yusif Abbasovdan ona videokasseti nə vaxt qaytaracağını soruşmuş, Yusif Abbasov isə ertəsi gün gəlməsini demişdir. Həmin vaxt başı fırlanmış, oturmaq istəmişdir. Daha sonra otağa soyadını dəqiq bilmədiyi əslən Maynadan olan, Suxarevka kəndinə nənəsi Zoyanın yanına gələn Starostin və ya Kuzin Aleksandr gəlmiş, Aleksandr həmin vaxt orduda olmalı olduğundan sonuncunun gəlişinə hamı təəccüblənmişdir. Aleksandr isə bildirmişdir ki, bir günlük bayramlara görə ordudan evə buraxılıbdır. Bu zaman o, özünü pis hiss etmiş, ayağa qalxmış və əyilmişdir. Otaqda siqaret qoxusu olmuş, pis qoxu gəlmişdir. Onun qarşısında oturan Sergey Levanin “Baxın, uşaqlar, onun halı pisdir” deyə onu göstərmişdir. Orada olanlardan onu evə aparmağı xahiş etmiş, bundan sonra huşunu itirmişdir. Elə zənn etmişdir ki, başından vurublar. Bir müddət sonra o, ayılmış, ayağa qalxmış, özünü pis hiss etdiyindən çıxışa doğru getmiş, klubda olan oğlanlardan da xahiş etmişdir ki, onu evinə ötürsünlər. Küçəyə çıxdıqda o, öz evi tərəfə getmiş, sonra yanında Afər Musayevi və Şahid1 görmüş, sonuncular onu evə qədər ötürəcəklərini demişlər. Bundan sonra o, yenidən huşunu itirmiş, özünə gəldikdə, tanımadığı evdə olduğunu görmüşdür. Bu zaman Şahid1 və Afər Musayev onun gödəkçəsini əynindən çıxarmış, Şahid1 və Afər Musayevdən onu haraya gətirdiklərini soruşmuş, sonuncular cavab verməmiş və demişlər ki, onlarla cinsi əlaqədə olmalıdır. O, imtina edərək onu evə aparmalarını Ramil və Afərdən xahiş etsə də, Afər Musayev və Şahid1 onlarla cinsi əlaqədə olduqdan sonra yalnız onu evə ötürəcəklərini, amma müqavimət göstərib qışqırsa, evində heç vaxt olmayacağım, çünki onu öldürəcəklərini demişlər. O, tanımadığı evdə olduğuna görə çox qorxmuşdur. X78 və Şahid1 onu otaqlardan birinə aparıb otaqda girişdən sağda olan çarpayıya yıxmışlar. O, müqavimət göstərmiş, bədənində hansısa bir ağırlıq hiss etmişdir. Şahid1 onun əllərindən tutmuş, Afər Musayev isə onun alt paltarını aşağı çəkmiş, sonra öz şalvarını aşağı salmış və onunla cinsi əlaqədə olmağa cəhd göstərmişdir. Lakin o, bu səfər ayaqlarını sıxmış, həmin vaxt Afər Musayev onun ayaqlarını güclə əlləri ilə aralamış və üstünə yıxılmış, cinsiyyət üzvünü isə onun uşaqlıq yoluna yeritmişdir. Bu zaman Şahid1 onun əllərindən tutmuş, Afər Musayev də onu təxminən 5 dəqiqə ərzində zorlamışdır. Bundan sonra onlar yerlərini dəyişmişlər. Afər Musayev onun əllərindən tutmuş, Şahid1 isə ayaqlarını əlləri ilə araladıqdan sonra onu 6-7 dəqiqə ərzində zorlamış, cinsi aktını isə onun üstündə bitirdiyini bilmir. Şahid1 da paltarını çıxarmamış, sadəcə şalvarını aşağı salmışdır. Bundan X78 və Şahid1 otaqdan çıxmışlar. O, çarpayıdan qalxmaq istəmiş, lakin bədənində bir ağırlıq hiss etmiş, buna görə də çarpayıda bir müddət uzanaraq qalmışdır. 10 dəqiqədən sonra otağa Şahid2 daxil olmuş, Şahid2 dərhal paltarını çıxarmış və ona yaxınlaşaraq ayaqlarını aralamağa cəhd göstərmiş, o, müqavimət göstərmiş, lakin Şahid2 ondan daha güclü olduğu üçün müqaviməti davam etdirə bilməmişdir. Şahid2 ayaqlarını aralayıb üstünə yıxılmış və cinsiyyət üzvünü onun uşaqlıq yoluna yeritmişdir. Əlləri ilə müqavimət göstərməyə çalışmış, lakin Şahid2 əllərini çarpayıya sıxmışdır. O, tanımadığı evdə olduğuna, həmçinin Afər Musayev və Şahid1 tərəfindən hədələndiyinə görə qışqırmağa qorxmuş, lakin daim Şahid2 onu zorlamamasım və buraxmasını xahiş etsə də, Şahid2 onu təxminən 10 dəqiqə ərzində zorlamışdır. Daha sonra Şahid2 paltarını geyinmiş və otaqdan çıxmışdır. O, çarpayıdan qalxmaq istəmiş, lakin bədənində bir ağırlıq hiss etmişdir. Təxminən 30 dəqiqə sonra otağa Afər Musayev daxil olmuşdur. O, ağlamış və Afər Musayevdən onu evə aparmağı xahiş etmişdir. Lakin, Afər Musayev ona yaxınlaşmış, paltarını soyunmağı təklif etmişdir. O, imtina etmiş, bu zaman Afər Musayev zorla onun sviter və maykasını çıxarmış və demişdir ki, qışqırsa onu öldürəcəkdir. X78 şalvarını aşağı salmış, ayaqlarını aralamış, onun üstünə yıxılmış və qoruyucu ilə cinsiyyət orqanını onun uşaqlıq yoluna yeritmiş və onu zorlamışdır. Cinsi akt zamanı Afər Musayev arxadan onun büstqalterini açmaq istəmişdir. Büstqalterini arxadan çıxarmaq və açmağı Afər Musayev bacarmamış, bu zaman ön tərəfdən cırmış və çıxarmış, o da sinə nahiyəsində ağrı hiss etmişdir. Qurtardıqdan təxminən 20 dəqiqə X78 otaqdan çıxmış, bir müddət sonra otağa Şahid3 daxil olmuş və ona yaxınlaşmış, şalvarını aşağı salmış, üstünə yıxılmış və onunla cinsi əlaqədə olmağa cəhd göstərmişdir. O, müqavimət göstərməyə başlamış, əl-ayaqları ilə müqavimət etmiş, qışqırmağa başlamışdır. Nikolay onun ağzını əli ilə tutmuş, bu zaman otağa Musayev və Qolyakov daxil olmuşlar. Musayev Nikolyakov demişdir ki, tələssin, çünki digərləri öz növbəsini gözləyir. O, kömək çağırmağa çalışmışdır. Bu zaman Şahid3 onun başının sag hissəsinə zərbə yetirmişdir. O, artıq müqavimət göstərməmişdir. Şahid3 cinsiyyət üzvünü uşaqlıq yoluna yeritmiş və onu zorlamışdır. Təxminən 20 dəqiqə ərzində onu zorlamış, sonra otaqdan çıxmışdır. O, çarpayıya oturmuş, döşəmədə səpələnmiş paltarlarını yığmağa başlamışdır. Bu zaman otağa Şahid4 daxil olmuşdur. Şahid4 sinəsindən onu itələmiş, bundan sonra o, çarpayıya yıxılmış və kürəyi çarpayının taxtasına dəymişdir. Daha sonra Şahid4 qoruyucu ilə onunla cinsi əlaqədə olmağa çalışmışdır. O, ayaqlarını sıxmış, Şahid4 güclə ayaqlarını aralamış, üstünə yıxılmış, cinsiyyət üzvünü uşaqlıq yoluna yeridib onu zorlamışdır. Sonra Şahid4 ayağa qalxmış, o isə çarpayıda oturmuş və büstqalterini geyinməyə çahşmışdır.Şahid4 büstqalteri cırıldığı üçün ona gülmüş, o, sonuncudan xahiş etmişdir ki, onu evə aparsınlar. Həmin vaxt Şahid4 onun boynundan əlləri ilə yapışıb demişdir ki, onu evə o zaman ötürəcək ki, sonuncunun cinsiyyət üzvünü ağzına alsın. Bu zaman Şahid4 güclə onun başını öz cinsiyyət üzvünə sürtmüşdür. O isə müqavimət göstərmişdir. Bu zaman otağa Afər Musayev daxil olmuş və Şahid4 demişdir ki, “ağzına verməsin”, çünki digərlərinə onunla sonra cinsi əlaqədə olmaq xoş olmayacaq. Bu zaman Şahid4 paltarını geyinib otaqdan çıxmışdır. Şahid4 onunla təxminən 30 dəqiqə olmuşdur. Sonra o, eşitmişdir ki, evdən bir neçə nəfər çıxmış, bu zaman da olduğu otağa Şahid3 və Şahid1 daxil olmuşdur. Onlardan xahiş etmişdir ki, onu evə ötürsünlər. Şahid3 demişdir ki, bir daha onunla cinsi əlaqədə olsa, onu evə ötürəcək. O, ağlamağa başlamışdır. Özünü çox pis hiss etmişdir. O, düşünmüşdür ki, onu artıq heç vaxt sərbəst buraxmayacaqlar. Nikolay əynindən paltarlarını çıxarmış, ona yaxmalaşmış, üstünə yıxılmış və cinsiyyət üzvünü uşaqlıq yoluna daxil etmişdir. O, müqavimət göstərməyə çalışmış, lakin bədənində bir ağırlıq hiss etmişdir. Ağlamışdır. Starostin əli ilə onun ağzını sıxmışdır. Starostin onu zorladıqdan sonra o, pəncərəni kiminsə döydüyünü eşitmiş və Şahid5nm səsi gəlmişdir. O, xahiş etmişdir ki, qapını açsınlar və onu buraxsınlar. Şahid4 və Şahid1 susmasını ona bildirmiş və onu küncə aparmışlar ki, Pavlova onu görməsin. Onlar qapını açmamışlar. Şahid4 geyinməyə başlamış, o da geyinmişdir. Bir müddət sonra o, İrinanm və əri Şahid6 səsini eşitmişdir. İrina qapını açmağı tələb etmiş, qapını açdıqda, evə İrina daxil olmuş, onu görüb Asanovun evində nə etdiyini ondan soruşmuşdur. O, Asanovun evində olduğunu bilmədiyini, əvvəllər heç vaxt orada olmadığını İrinaya demiş, daha sonra tez geyinib İrina ilə evdən çıxmış, İrina onu evə ötürmüş, evə gecə saat 1-ə yaxın gəlmiş, baş verənlər barədə anasına utandığına görə nəsə deməmiş, yolda Şahid5 nə etməli olduğunu soruşmuş, qorxmuşdur ki, baş verənlər barədə sevgilisi eşidib onu atar. Səhər ayılanda, alt paltarında qan aşkar etmişdir. Zərərçəkmiş şəxs ifadəsinə əlavə olaraq göstərmişdir ki, Şahid2, Aleksandr və Şahid3lər, Afər Musayev və Şahid1 onun yetkinlik yaşma çatmayan olduğunu bilmişlər. Belə ki, Şahid2 rəfiqəsi Levanina Nina ilə ötən il onun ad günündə olmuş, Şahid1 və Şahid3lə Karlinskoye kəndində eyni məktəbdə oxumuşlar. Şahid4 isə daim nənəsinin yanma qonaq gəlmiş, küçədə onunla rastlaşmış, Şahid1 və Şahid3la ünsiyyətdə olmuş buna görə də sonunculardan onun yaşını öyrənə bilərdi. Afər Musayev isə Suxarevka kəndində təxminən iki ildir ki, yaşayır, Şahid1 və Şahid3lə ünsiyyətdə olmuş və o da sonunculardan yetkinlik yaşma çatmadığını bilə bilərdi. Eyni zamanda, Afər Musayev öz bacısından da onun yetkinlik yaşma çatmayan olduğunu bilə-bilərdi, çünki sonuncunun bacısı ilə onun münasibəti olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ifadələrində göstərmişdir ki, 29 oktyabr 2003-cü il tarixdə axşam vaxtı küçədə gəzərkən, Aleksandr Asanovun mənzilində işıq yandığını görmüş və həmin evə getmişdir. Evdə Şahid1, Afər Musayev və Zərərçəkmiş şəxs olmuşdur. Evdə olarkən Afər Musayev zaldan çıxıb Zərərçəkmiş şəxs güclü alkoqollu sərxoşluq vəziyyətində olmasını və Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğunu demiş, ona da Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmağı təklif etmişdir. O, Afər Musayevlə razılaşıb zala daxil olmuş, Zərərçəkmiş şəxs çarpayıda uzanıqlı vəziyyətdə, bədəninin aşağı hissəsini çılpaq vəziyyətdə görmüş, sonuncu həmin vaxt anlaşılmayan sözlər sayaqlamışdır. Zərərçəkmiş şəxs görünüşündən ona aydın olmuşdur ki, sonuncu güclü alkoqollu sərxoşluq vəziyyətindədir. O, Sizovaya yaxınlaşmış, öz şalvarını aşağı çəkmiş və öz cinsiyyət orqanını sonuncunun uşaqlıq yoluna daxil etmişdir. Qalina ona müqavimət görtərməmişdir. İşini bitirəndən sonra küçəyə çıxmış, evə girəndə isə, Afər Musayevin mətbəxdə, Şahid1 isə zalda olduğunu görmüşdür. Şahid1 zaldan çıxandan sonra Nikolay və Şahid4lər evə gəlmişlər. Nikolay və Şahid4lər növbə ilə Zərərçəkmiş şəxs olduğu zala daxil olmuşlar. Saat 23 radələrində o, Afər Musayev və Şahid4 getmiş, Şahid3 və Şahid1 isə Aleksandr Asanovun mənzilində qalmışlar. Zərərçəkmiş şəxs onunla könüllü olaraq cinsi əlaqədə olmuş, belə ki, sonuncu tərəfindən ona müqavimət göstərilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs zorlamamış, belə ki, sonuncu tərəfindən cinsi əlaqədə olarkən ona müqavimət göstərilməmişdir. 29 oktyabr 2003-cü il tarixdə Şahid4 ilə birlikdə X31 kəndinə aparmışdır. Geri qayıdarkən Aleksandr Asanovun evinin yanından keçdikdə, pəncərədə işıq görmüş və sonuncunun evin açarını oğlanlardan kiməsə qoyduğunu düşünmüşlər. Evə daxil olduqda, Şahid2 və Şahid1 mətbəxdə olmuşdur. Söhbət zamanı o, anlamışdır ki, Afər Musayev zalda Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olur. Oğlanlardan kimsə onlara da Zərərçəkmiş şəxs Aleksandrovna ilə cinsi əlaqədə olmağı təklif etmişdir. Afər Musayev zaldan çıxanda, “növbəti kimdir” deyə soruşmuş, Zərərçəkmiş şəxs ilə cinsi əlaqəyə girmək istədiyinə görə, o, otağa keçmiş, orada Zərərçəkmiş şəxs çarpayıda uzanıqlı vəziyyətdə olmuşdur. O, şalvarını və alt paltarını aşağı çəkmiş və Qalina ilə cinsi əlaqədə olmuşdur. Qalina güclü alkoqollu sərxoşluq vəziyyətində olmuş və demək olar ki, ona reaksiya verməmişdir. O, cinsi əlaqədə olarkən, Zərərçəkmiş şəxs “Məni evə ötürün” sözlərini təkrar etmişdir. O, işini bitirib çıxdıqdan sonra zala Zərərçəkmiş şəxs yanına Şahid4 girmişdir. Şahid4 pivə içəndən sonra otağa daxil olmuş və televizoru qoşmuşdur. Şahid4 çıxanda, Şahid2 otağa daxil olmuşdur. Şahid4 otaqdan çıxdıqda Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğunu bildirmişdir. Şahid2 çıxanda, Afər Musayev otağa daxil olmuşdur. Afər Musayev otaqdan çıxanda, sonuncu, Şahid2 və Şahid4 çıxıb getmişdir. O isə Şahid1 ilə evdə qalmışdır. O, Zərərçəkmiş şəxs ilə yenidən cinsi əlaqədə olmaq istədiyinə görə, ikinci dəfə qızın yanına getmişdir. Əynindəki cins şalvarı aşağı çəkəndə, pəncərə döyülmüşdür. Şahid1 qapını açanda isə Şahid5 əri ilə birlikdə evə daxil olmuşdur. İrina dalaşmağa başlamış və onun üzünə bir dəfə sillə vurmuşdur. Zərərçəkmiş şəxs paltarını geyinib, onu evə ötürməyi Pavlovadan xahiş etmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 göstərmişdir ki, 29 oktyabr 2003-cü il tarixdə saat 23 radələrində Şahid3 ilə birlikdə Aleksandr Asanovun evinin yanından keçərkən pəncərədə işıq görmüş və həmin evə getmişlər. Evdə Şahid2 və Afər Musayevi görmüşdür. Aleksandr Asanovun evində nə etdiklərini soruşduqda, Şahid2 və X75 Sizovanın həmin mənzildə olduğunu və sonuncunun onlarla cinsi əlaqədə olmasını demişlər. Savinov və Musayev ona və Nikolaya da Sizova ilə cinsi əlaqədə olmağı təklif etmişdir. Bu zaman Şahid1 zaldan çıxaraq, Sizova ilə cinsi əlaqədə olduğunu bildirmiş və ona da cinsi əlaqədə olmağı təklif etmişdir. O, otağa keçmiş, bu vaxt Zərərçəkmiş şəxs Aleksandrovnanı otaqda tam çılpaq halda çarpayıda uzanıqlı vəziyyətdə görmüşdür. O, Zərərçəkmiş şəxs yaxınlaşıb soruşmuşdur ki, “onunla cinsi əlaqədə olmağa razıdır?”, sonuncu isə “razıyam” deyə cavab vermiş və başı ilə təsdiqləmişdir. O, şalvarını və alt paltarını aşağı çəkmiş, qoruyucu geyinərək, öz cinsiyyət orqanını sonuncunun uşaqlıq yoluna daxil etmişdir. Qalina özünü sakit aparmış, inildəməmiş, onu itələməmiş, heç bir hərəkətlər etməmiş, buna görə də o, anlamışdır ki, cinsi əlaqədə olmağın sonuncu üçün əhəmiyyəti yoxdur. Cinsi aktı başa çatdırmadan o, otaqdan çıxmış və yaxşı əməl etmədiyini dərk etmişdir. O, paltarını geyinmiş, Afər Musayev və Şahid2 ilə birlikdə oradan çıxıb getmişdir. Zərərçəkmiş şəxs yetkinlik yaşma çatmayan olduğu ona məlum olmamışdır. Qalinanın xarici görünüşünə görə sonuncunun yetkinlik yaşına çatmış olduğunu, hətta ondan böyük olduğunu düşünmüşdür. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 Kamiloviç göstərmişdir ki, 29 oktyabr 2003-cü il tarixdə Aleksandr Asanovun mənzilində Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur. Belə ki, həmin axşam birlikdə gəzintidə olan Zərərçəkmiş şəxs və Afər Musayev ilə küçədə qarşılaşmış, sonuncularla birlikdə Aleksandr Asanovun mənzilinə getmişdir. Zərərçəkmiş şəxs sərxoş halda olmuşdur. Onlar Zərərçəkmiş şəxs qonaq otağındakı çarpayıya uzatmış, özləri isə mətbəxdə olmuşdur. Bir qədər X78 zala daxil olmuş, zaldan çıxarkən isə Sizova ilə cinsi əlaqəyə daxil olduğunu ona bildirmişdir. Bundan sonra o, zala daxil olaraq Zərərçəkmiş şəxs razılığı ilə sonuncu ilə cinsi əlaqədə olmuşdur. X49 mənzilinə Şahid2, Nikolay və Şahid4lər gəlmiş və növbə ilə Sizova ilə cinsi əlaqədə olmuşlar. Afər Musayev, Nikolay və Şahid4lər getdikdən sonra, Şahid3 və o, Sizova ilə bir daha cinsi əlaqədə olmaq məqsədi ilə orada qalmışdır. Nikolay alt paltarını aşağı çəkmiş, Zərərçəkmiş şəxs üzərinə uzanmış və öz cinsiyyət orqanını sonuncunun uşaqlıq yoluna daxil etmişdir. Bu zaman Şahid5 pəncərəni döyərək, qapını açmaqlarını onlardan istəmişdir. Nikolay və Qalina çarpayıdan qalxaraq, geyinməyə başlamışlar. O, qapını açmış, Şahid5 görən Qalina isə ağlamışdır. Şahid5 Qalinanı evdən aparmış, o və Şahid3 isə motosikletlə çıxıb getmişlər. Cinsi əlaqədə olarkən Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan olduğu ona məlum olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid5 Alekseyvna göstərmişdir ki, 29 oktyabr 2003-cü il tarixdə saat 21:00 radələrində o, yatmışdır. Təxminən saat 23:40-da oyanmış, bu zaman qonşuları Aleksandr Asanovun evindən səslər eşitmişdir. Səs kişi səsi olmuş, ona görə də əhəmiyyət verməmiş, fikirləşmişdir ki, yəqin evin yiyəsi Aleksandr Asanovdur. Sonra yenidən yatmışdır. Saat 00:30 radələrində onu əri Şahid6 oyatmış və demişdir ki, Aleksandr Asanovun evindən azyaşlı Zərərçəkmiş şəxs səsi gəlir. O, geyinib Aleksandr Asanovgilə getmişdir. Aleksandr Asanovun evinin zal otağının pəncərəsinə yaxınlaşanda görmüşdür ki, Şahid1 zalda o baş, bu başa gedir, əynində də bir dənə alt tumanı var. Pəncərənin yanındakı çarpayıda isə Zərərçəkmiş şəxs və Şahid3 uzanmışdır. Şahid3 Qalinanın üstündə olmuş, hər ikisi paltarsız olmuşdur. Şahid3 Qalinanı zorlamış, Qalina isə bu zaman ağlamış və onu buraxmalarını xahiş etmişdir. Şahid3 əli ilə Zərərçəkmiş şəxs ağzını tutub susmağı tələb etmiş, o, pəncərəni döymüş və qapını açmalarını tələb etmişdir. Şahid1 qapıya gəlmiş, o, xahiş etmişdir ki, qapını açsm, amma Ramil Qalyakov qapını açmamışdır. Bu zaman yenə də pəncərəyə tərəf gedib pəncərəni döymüş və görmüşdür ki, Şahid3 paltarını geyinir. Bu vaxt Zərərçəkmiş şəxs çarpayıda əyləşib ağlamış, daha sonra Zərərçəkmiş şəxs Aleksandrovna ayağa durmuş və Şahid3 sonuncunu tutduracağını demişdir. Şahid3 isə fərqi olmadığını, Zərərçəkmiş şəxs Aleksandr Asanovun evinə gətirmədiyini demişdir. O, Qalina ağlayıb kömək istədiyinə görə qapını açmağı tələb etmiş, Şahid3 isə paltarını geyinəndən sonra qapını açacağını bildirmişdir. Bu zaman əri Nikolay özünü çatdırmış və nə baş verdiyini soruşmuş, o, əri Nikolaya Zərərçəkmiş şəxs X5 mənzilində olmasını, ağlamasını, amma Şahid1 və Şahid3 qapını açmadıqlarını demişdir. Daha sonra əri Nikolay pəncərəyə yaxınlaşaraq içəridəkilərdən qapının açılmasını tələb etmiş, Şahid1 Kamiloviç qapını açmış, bu zaman o, dərhal evə daxil olmuş, Qalina Aleksandrovna və Şahid3 həmin vaxt olduğu zala girmişdir. Şahid3 divanda, Qalinanın isə çarpayıda oturduğunu, sonuncunun palatarlarım geyindiyini görmüşdür. O, Şahid3 Qalinaya nə üçün belə etdiklərini soruşaraq Qalinanın baş verənləri hər kəsə deyə biləcəyini bildirmiş, Nikolay isə X37 mənzilinə onun gətirmədiyini demiş, Qalina isə Nikolaya sonuncunu tutduracağını söyləmişdir. Şahid3 Sizova X9 Asanovun evində olan hər kəs haqqında danışacağını söyləmişdir. Şahid1 isə Şahid3 baş verənlərə görə onlara daha çox cəza veriləcəyini və orduya almayacaqlarmı demişdir. Bu zaman o, Şahid3 və Şahid1 öz aralarında kimlərin barəsində danışdığını başa düşməmişdir. Zərərçəkmiş şəxs geyinəndən sonra sonuncunu evdən çıxarıb evinə qədər müşayiət etmiş, yolda gedərkən Zərərçəkmiş şəxs indi nə etməli olduğunu qışqırmışdır. O, Zərərçəkmiş şəxs sakitləşdirmiş və ağlamamasını söyləmişdir. Zərərçəkmiş şəxs evinə ötürüb öz evinə qayıtmışdır. Saat iki radələrində Şahid3 və başqa biri Aleksandr Asanovun mənzilinə qayıtmış, təxminən 40 dəqiqəyə yaxın Aleksandr Asanovun mənzilində olub, çıxıb getmişlər. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid6 göstərmişdir ki, o, həyat yoldaşı və iki azyaşlı uşağı ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs bir neçə ildir ki, tanıyır. Qalina haqqında deyəcək heç nəyi yoxdur. Zərərçəkmiş şəxs ləyaqətli, təvazökar qızdır. Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olmasını, spirtli içki içdiyini heç vaxt görməmiş və eşitməmişdir. Zərərçəkmiş şəxs ailəsi müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs hazırda yalnız bir oğlanla, yəni Sergey Orlyanski ilə münasibətdədir və bir-biri ilə cinsi əlaqədə olubolmadığını bilmir. Şahid3, Şahid2, Şahid1, Afər Musayevi çoxdan tanıyır. Afər Musayev, Şahid1 və Şahid2 haqqında pis bir şey deyə bilməz, amma Şahid3 mənfi tərəfdən xarakterizə edə bilər, çünki sonuncu spirtli içkilərdən çox istifadə edir və əvvəllər məhkum edilmişdir. İki otaqlı evdə yaşayır. Onlarla qonşu mənzildə Aleksandr Asanov yaşayır. Gənclər bəzən Aleksandr Asanovun evinə toplaşırlar. 29 oktyabr 2003-cü il tarixdə axşam saat 19 radələrində evə gəlmiş, saat 21 radələrində yatmış, saat 00:20 radələrində qonşu mənzildən, yəni Aleksandr Asanovun mənzilindən ağlayan qız səsini eşidib ayılmışdır. Evdə kişi və bir qadın səsi eşitmişdir. Qadının səsindən anlamışdır ki, bu Zərərçəkmiş şəxs səsidir. Zərərçəkmiş şəxs ağlamışdır. Başa düşmüşdür ki, evdə pis bir şey baş verir. Arvadını yuxudan oyatmış və eşitdiklərini arvadı Şahid5 danışmışdır. Həyat yoldaşı İrina geyinib küçəyə çıxmış, Asanovların evinin qapısı bağlı olduğundan pəncərələri döyməyə başlamışdır. Ancaq qapı açılmamışdır. O da çölə çıxmış, həyat yoldaşı ona Zərərçəkmiş şəxs evdə ağladığını demişdir. O, pəncərələri döymüş, qapını açmağı tələb etmişdir. Bir neçə dəqiqədən sonra qapı açılmışdır. Evə girmişlər. Bu zaman Şahid1 və Şahid3 dəhlizdə olmuşlar. Şahid3 onlara demişdir ki, “Biz ona zəng etməmişik, özü gəlmişdi.” O, başa düşmüşdür ki, onlar Qalinadan danışırlar. Bu sözlərdən sonra evə getmiş, arvadı qalıb Zərərçəkmiş şəxs evdə görmüşdür. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahid X41 ifadələrində göstərmişdir ki, o, həyat yoldaşı X26 və iki qızı Zahirə və Oksana ilə birlikdə Rusiya Federasiyası, Ulyanovsk vilayəti, Mayinsk rayonunda Suxarevka kəndində yaşamışdır. 30 oktyabr 2003-cü il tarixdə oğlu X42 polis və prokurorluq əməkdaşları aparmış, daha sonra sonuncu nəzarətə götürülmüşdür. 22 dekabr 2003-cü il tarixdə polis əməkdaşlarından öyrənmişdir ki, 2003- cü ilin noyabrında oğlu Afar, İnza şəhərindəki SİZO-3-dən həbsdən azad edilmişdir. Oğlunun həbsdən niyə azad edildiyi ona məlum olmamışdır. X76 harada olduğunu bilməmiş, sonuncu azadlığa çıxandan sonra evə gəlməmiş, zəng etməmiş, məktub yazmamamışdır. Əri oğlunu axtarmış, lakin tapmamışdır. O, hazırda Binəqədi rayonunda təndirçi işləyir. Təqsirləndirilən şəxs onun bacısının övladı olsa da, doğulduqdan sonra Təqsirləndirilən şəxs övladlığa götürmüşdür. Təqsirləndirilən şəxs əsl adı X43r. Belə ki, X52 xx.xx.1986-cı il tarixdə Rusiya Federasiyasının Cirim şəhərində bacısı Səkinədən doğulmuşdur. Həmin dövrdə o və əri X4 Federasiyasının Cirim şəhərində yaşamışlar. Eyni zamanda, bacısı Səkinə də ailəsi ilə birlikdə Cirim şəhərində yaşamışdır. Övladı olmadığından Səkinə ilə razılaşaraq Afəri o zamanlar saxlayıb böyütmək üçün Səkinəgil onlara vermişdir. Onlar Cirim şəhərində Səkinəgillə yaxın məsafələrdə yaşamış, beləliklə, Afər, yəni Natiq onlara verildikdən sonra onun və əri Bəhlulun himayəsində böyümüşdür. Onlar Rusiya Federasiyasında yaşadıqları müddət ərzində Rusiya Federasiyasının müxtəlif yerlərində qalmışlar. Təbii ki, Afər də onlarla birlikdə qalmışdır. Afər Krasnayarskiy krayda, Krasnodarda bir müddət məktəbə getmişdir. 2000-ci illərin əvvəllərində onlar Rusiya Federasiyasının Ulyanovsk vilayətinin Mayinsk rayonunda Suxarevka kəndində yaşamışlar. 2003-cü ilin oktyabr ayının 29-da Afər, yəni indiki adı ilə Təqsirləndirilən şəxs saat 20 radələrində yaşadıqları ünvanda olarkən ona dostları ilə görüşəcəyini bildirib evdən çıxmışdır. Həmin dövrdə Afərin 17 yaşı olmuşdur. O, Suxarevka kəndində rəqs etmək üçün klub olduğunu və Afərin də çox vaxt dostları ilə adətən həmin klubda görüşdüyünü bilmişdir. Afər Musayev evdən getmiş və bir neçə saatdan sonra geri qayıtmışdır. Evə qayıtdıqda Afər ona heç bir söz deməmiş, səhərisi gün evə gələn mülki geyimli polis əməkdaşı Afəri aparmaq üçün gədiyini bildirmiş, Afəri də götürüb Mayinsk rayon prokurorluğuna aparmışlar. Sonradan Afər 2003-cü ilin noyabr ayında həbs olunmuşdur. Afər həbs olunarkən, Afərin dostları ilə birlikdə Suxarevka kəndində qonşuları Aleksandr Asanovun evində elə həmin kəndin sakini, azyaşlı Zərərçəkmiş şəxs zorladıqlarmı öyrənmişdir. Lakin, o, Afərin həmin cinayəti törədib-törətməməsini dəqiq bilməmişdir. Afər bir müddət sonra həbsdən buraxılmış, lakin, həbsdən buraxılsa da, Afəri bir müdət sonra polis və prokurorluq orqanları yenidən axtarmağa başlamışdır. Bu vaxt o, Afərin yenidən tutulub cəza çəkə biləcəyini düşünərək sonuncunun qaçıb Azərbaycana getməsini təşkil etməsini əri Bəhlula demişdir. Bəhlul isə 2003-cü ilin noyabr ayında qısa müddət ərzində Afəri götürüb Rusiyadan çıxararaq Azərbaycana aparmışdır. Azərbaycanda Afərə Təqsirləndirilən şəxs adı ilə vətəndaşlıq verilmişdir. Həmin vaxtdan sonra bütün bu illər ərzində oğulluğu X52, Təqsirləndirilən şəxs adı ilə yaşamışdır. O, hər zaman düşünmüşdür ki, bir gün bunun üstü açılacaq və hər şey bilinəcək. Amma bütün bunları etməkdə onların pis məqsədi olmamış, sadəcə olaraq oğlu Afəri düşdüyü pis vəziyyətdən çıxarmaq istəmişlər. Təqsirləndirilən şəxs hansı yollarla Azərbaycan Respublikası vətəndaşlığı alması barədə məlumatsızdır, bütün bu işləri vəfat etmiş əri Bəhlulun etmiş, Təqsirləndirilən şəxs (X53) Zərərçəkmiş şəxs ilə əvvəllər sadəcə həmkəndli kimi bir-birlərini tanımış, Zərərçəkmiş şəxs zorlanması hadisəsi qonşuları Alesaksandr Asanovun evində baş vermiş, Asanov əhlikef bir insan olmuş, sonuncu o zamanlarda evində çoxlu spirtli içkilər saxlamış, Aleksandr Asanov evinin açarını hadisədən əvvəl dostları ilə əylənməsi üçün Afərə, yəni Təqsirləndirilən şəxs vermiş, lakin Aleksandr Asanovun bu işlərdən xəbəri olamamış, Təqsirləndirilən şəxs əsl adı X43r. Doğum tarixi isə xx.xx.1986-cı ildir. Doğulduğu yer isə Rusiya Federasiyasının Cirim şəhəridir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid8 göstərdi ki, X25 onun atasının əmisi nəvəsi olmuşdur. Bəhlul Musayev ilə sağlığında normal münasibətləri olmuşdur. Bəhlul Musayev də Gürcüstan Respublikasında doğulmuş, orada bir müddət yaşamış, daha sonra Şahid7 ilə evlənərək Rusiya Federasiyasına köçmüşdür. Rusiya Federasiyasının müxtəlif regionlarında yaşamışlar. Şahid7 bacısı X36 da ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşamış, yaşadıqları müddət ərzində də onların qohum kimi sıx əlaqələri olmuşdur. Şahid7 və Bəhlul Musayevin uzun müddət övladları olmamış, Səkinə Məmmədova isə çoxuşaqlı olmuşdur. Məhz bu səbəbdən Səkinə Məmmədova xx.xx.1986-cı il tarixdə Rusiya Federasiyasının Cirim şəhərində doğulmuş övladı X40 övladlıq olaraq saxlaması üçün Şahid7 vermişdir. Beləliklə, X8 Musayeva və onun əri, qohumu Bəhlul Musayevin himayəsində böyüyüb boya-başa çatmışdır. X46 Musayevi təxminən 2000-ci illərin əvvəllərində özü ilə birlikdə Azərbaycan Respublikasına gətirmiş, sonradan da Afər Musayev Azərbaycan Respublikasında yaşamışdır. Afər Musayev Azərbaycan Respublikasına gətirildikdə də, Bəhlul Afərin adını, soyadını, ata adını və doğum tarixini dəyişdirmişdir. O, beləliklə, Afar Musayevi elə Təqsirləndirilən şəxs kimi tanımışdır. Qohum olsalar da, Bəhluldan hansı səbəbdən Natiqi Azərbaycana gətirərkən anket məlumatlarını dəyişdirməsi barədə soruşmamışdır. Son zamanlarda Təqsirləndirilən şəxs tutularaq istintaqa cəlb olunduqdan sonra Şahid7 da ona bildirməsinə görə öyrənmişdir ki, Təqsirləndirilən şəxs 2003-cü ildə Rusiya Federasiyasının Ulyanovsk vilayətinin Mayinsk rayon prokurorluğu tərəfindən barəsində aparılan cinayət işinin istintaqından yayınaraq gizlənmək məqsədilə Bəhlul tərəfindən Azərbaycan Respublikasına gətirilmiş, adı, soyadı və ata adı, həmçinin doğum tarixi dəyişdirilərək Azərbaycan Respublikasında vətəndaşlıq alaraq yaşamışdır. Bəhlul bu yaxınlarda vəfat etmiş, Şahid7 isə bir neçə il bundan əvvəl Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələrək Natiqlə birlikdə yaşamışdır. Bütün bu illər ərzində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında Təqsirləndirilən şəxs kimi tanınmış, doğum tarixi isə xx.xx.1986-cı il kimi dəyişdirilmişdir. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş “Götürmə aparılması” haqqında 31 oktyabr 2003-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 29 oktyabr 2003-cü il tarixdə Zərərçəkmiş şəxs qarşı cinsi zorakılıq tətbiq edilərkən əynində olmuş 1 ədəd yaşıl rəngli köynək, 1 ədəd şort, 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd tünd qəhvəyi rəngli sviter Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq istintaqa təqdim edilərək götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış “Götürmə və baxış keçirilməsi” haqqında 21 fevral 2023-cü il tarixli protokoldan görünür ki, X3 Natiq Nağı oğluna məxsus, sonuncunun Rusiya Federasiyasında 19 noyabr 2003-cü il tarixdə istintaq təcridxanasından buraxılması haqqında təcridxanadan verilmiş 19 noyabr 2003-cü il tarixli arayışı könüllü olaraq istintaqa təqdim etdiyindən və həmin arayış iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış “Tədqiqat üçün nümunələrin götürülməsi” haqqında 30 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs X51 ilə eyni şəxs olmasının müəyyən edilməsi məqsədilə məhkəmə-daktiloskopik ekspertizanın keçirilməsindən ötrü Təqsirləndirilən şəxs sağ və sol əl-barmaq izi nümünələri götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Ulyanovsk vilayəti üzrə idarəsinin ekspertiza və kriminalistika mərkəzinin məhkəmədaktiloskopik ekspertizasının 17 dekabr 2021-ci il tarixli 1/1054 nömrəli rəyindən görünür ki, 15 yanvar 1986-cı il təvəllüdlü X35 adına olan daktiloskopik kartın surəti üzərindəki barmaq izlərinin təsvirləri xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs daktiloskopik kartın surəti üzərindəki barmaq izlərinin təsvirləri ilə eynidir, yəni eyni şəxsə aiddir. Məhkəmədə elan olunub araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar idarəsinin məhkəmə-daktiloskopik ekspertizasının 09 fevral 2023-cü il tarixli 23/114 nömrəli rəyindən görünür ki, xx.xx.1986-cı il tarixdə Rusiya Federasiyasında anadan olmuş X27 götürülmüş əl-barmaq əksləri müqayisəli tədqiqat üçün yararlı olmuş, xx.xx.1986-cı il tarixdə Rusiya Federasiyasında anadan olmuş X27 götürülmüş əl-barmaq əksləri ilə xx.xx.1986-cı il tarixdə Rusiya Federasiyasında anadan olmuş Təqsirləndirilən şəxs götürülmüş əl-barmaq əksləri eynilik təşkil edir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-tibbi ekspertizanın 19 noyabr 2003-cü il tarixli 6525 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxsnm bədənində boynun yumşaq toxumalarının əziyi, sağ budun yuxarı və orta üçdə birinin xarici səthinin iki ədəd qançırı, sağ budun orta üçdə birinin arxa səthinin qançırı, sağ baldırın orta üçdə birinin arxa səthinin qançırı, sol çiynin aşağı üçdə birinin daxili səthinin qançırı, sol radiokarpal oynağın daxili səthinin sıyrığı, sol süd vəzinin iki ədəd qançırı, sol kürəyin daxili küncünün yumşaq toxumalarının əziyi, sol diz oynağının ön səthinin əzilmiş yarası, sağ diz oynağının ön səthinin sıyrığı və qançırı, sağ gözaltı nahiyənin yumşaq toxumalarının əziyi növündə bədən xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər məhdud təsiredici səthə malik olan küt bərk əşyanın təsirindən əmələ gəlmiş və 2003-cü il oktyabr ayının 29-dan 30-na keçən gecə yarana bilərdi. Müayinə zamanı Zərərçəkmiş şəxs zorlanmasınm xüsusatlarını ekspertə danışmışdır. Məhkəmədə elan olunub araşdırılmış əlavə məhkəmə-tibbi ekspertizanın 17 mart 2004-cü il tarixli 1633 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ budun yuxarı və orta üçdə birinin xarici səthinin iki ədəd qançırı, sağ budun orta üçdə birinin arxa səthinin qançırı, sağ baldırın orta üçdə birinin arxa səthinin qançırı, sol çiynin aşağı üçdə birinin daxili səthinin qançırı növündə bədən xəsarətləri zor tətbiq etməklə zərərçəkmiş şəxsin ayaqlarını və əllərini kənar şəxslərin əlləri vasitəsi ilə aralamağa cəhd zamanı yarana bilərdi. Zərərçəkmiş şəxs bədənində olan sol diz oynağının sıyrığı, sağ diz oynağının ön səthinin sıyrığı və qançırı kənar şəxslər tərəfindən zərərçəkmiş şəxsin əynindən paltarın zorla dartılıb çıxarılması nəticəsində yarana bilərdi. Zərərçəkmiş şəxs bədənində olan sol kürəyin daxili küncünün yumşaq toxumalarının əziyi kənar şəxsin itələməsi nəticəsində kürəyinin çarpayının baş hissəsinə dəyməsindən yarana bilərdi. Zərərçəkmiş şəxs sağ gözaltı nahiyəsinin yumşaq toxumalarının əziyi növündə bədən xəsarəti kənar şəxsin əl ilə zərbə yetirməsi nəticəsində yarana bilərdi. Zərərçəkmiş şəxs bədənində olan həmin xəsarətlər 29 oktyabr 2003-cü il tarix saat 21:20 dəqiqədən 30 oktyabr 2003-cü il tarix saat 00:30 dəqiqəyə qədər olan dövrdə, yəni sonuncunun Aleksandr Asanovun evində olduğu müddət ərzində yarana bilərdi. Məhkəmədə elan olunub araşdırılmış lifli materialların tədqiqi ekspertizasının 09 fevral 2004-cü il tarixli 198 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qamaşmda (ayaqqabının üstündən geyinən altsız corabı), maykasında və tumanında Təqsirləndirilən şəxs cins şalvarının parçasını təşkil edən liflərlə ümumi qrup mənsubiyyətinə malik göy pambıq liflər aşkar edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış İş üzrə təyin edilmiş lifli materialların tədqiqi ekspertizasının 10 fevral 2004-cü il tarixli 199 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sviterində Zərərçəkmiş şəxs büstqalterinin trikotajını təşkil edən liflərlə ümumi qrup mənsubiyyətindən olan qara rəngli poliester kimyəvi liflər aşkar edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış lifli materialların tədqiqi ekspertizasının 02 fevral 2004-cü il tarixli 194 nömrəli rəyidən görünür ki, Şahid1 Kamiloviçin şalvarında, idman gödəkcəsində - “olimpiyka”sında, futbolkasında Təqsirləndirilən şəxs sviterinin trikotajını təşkil edən liflərlə ümumi qrup mənsubiyyətinə malik olan yaşılımtıl- qəhvəyi rəngli akrilinonitril liflər aşkar edilmişdir. Şahid1 Kamiloviçin şalvarında, idman gödəkcəsində - “olimpiyka”-sında, futbolkasmda Təqsirləndirilən şəxs futbolkasmm trikotajını təşkil edən liflərlə ümumi qrup mənsubiyyətinə malik olan yaşıl poliamid liflər aşkar edilmişdir. Şahid1 Kamiloviçin şalvarında, idman gödəkcəsində - “olimpiyka”-sında, futbolkasmda Təqsirləndirilən şəxs cins şalvarının parçasını təşkil edən liflərlə ümumi qrup mənsubiyyətinə malik göy pambıq liflər aşkar edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış lifli materialların tədqiqi ekspertizasının 24 fevral 2004-cü il tarixli rəyindən göünür ki, Təqsirləndirilən şəxs paltarında Şahid2, Şahid3 və Şahid4 təqdim edilmiş paltarlarının tərkibini təşkil edən liflərlə ümumi qrup mənsubiyyətindən olan liflər yoxdur. Məhkəmədə elan olunub araşdırılmış lifli materialların tədqiqi ekspertizasının 04 fevral 2004-cü il tarixli 191 nömrəli rəyindən görünür ki, Şahid4 tumanında Təqsirləndirilən şəxs Şahid1 Kamiloviçin və Şahid2 və Şahid3 paltarlarının tərkibini təşkil edən liflərlə ümumi qrup mənsubiyyətindən olan liflər yoxdur. Məhkəmədə elan olunub araşdırılmış lifli materialların tədqiqi espertizasmm 06 fevral 2004-cü il tarixli 193 nömrəli rəydən görünür ki, Şahid2 idman şalvarında, köynəyində və tumanında Təqsirləndirilən şəxs, Şahid1 Kamiloviçin, Şahid3 və X15 paltarlarınını tərkibini təşkil edən liflərlə ümumi qrup mənsubiyyətindən olan liflər yoxdur. Məhkəmədə elan olunub araşdırılmış lifli materialların tədqiqi ekspertizasının 03 fevral 2004-cü il tarixli 197 nömrəli rəyidən görünür ki, Təqsirləndirilən şəxs sviterində, cins şalvarında, futbolkasmda və tumanında şoxlu ağ pambıq lifləri aşkar edilmiş, bununla belə sonuncunun paltarında tapılan ağ pambıq liflərinin Alelsandr Asanovun mənzilindən müsadirə edilən yataq ləvazimatlarının parçasının tərkibinə daxil olan ağ pambıq liflərinin ümumi və qrup mənsubiyyəti məsələsini həll etmək ağ pambıq liflərinin boya olmaması səbəbindən tədqiqata az məlumat verdiyinə və gündəlik həyatda geniş yayıldığına görə mümkün olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış lifli materialların tədqiqi ekspertizasının 04 fevral 2004-cü il tarixli 192 nömrəli rəyindən görünür ki, Şahid3 cins şalvarında və futbolkasmda Təqsirləndirilən şəxs sviterinin, cins şalvarının və futbolkasmm trikotajını təşkil edən liflərlə ümumi qrup mənsubiyyətinə malik olan yaşıhmtıl-qəhvəyi rəngli akrilinonitril liflər, göy pambıq liflər, yaşıl poliamid liflər aşkar edilmişdir. Şahid3 cins şalvarında və futbolkasında Şahid1 Kamiloviçin idman gödəkcəsinin - olimpiykasmın, futbolkasınm və şalvarının trikotajını təşkil edən liflərlə ümumi qrup mənsubiyyətinə malik olan göy və mavi poliester toxuculuq lifləri, boz pambıq liflər, qara poliester liflər aşkar edilmişdir. Şahid3 paltarlarında Şahid2 və Şahid4 təqdim edilmiş paltarlarının tərkibinə daxil olan liflərlə ümumi qrup mənsubiyyətindən olan liflər yoxdur. Məhkəmədə elan olunub araşdırılmış kompleks məhkəmə psixoloji-psixiatrik ambulator ekspertizanın 23 yanvar 2004-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs psixi vəziyyətinə görə fərdi psixoloji xüsusiyyətlərini və tədqiq edilən situasiyanın məzmununu nəzərə alaraq, ona qarşı törədilən hüquqazidd əməllərin xarakterini dərk etmək iqtidarında olmuş, lakin təsiri altında olduğu güclü alkoqollu sərxoşluq vəziyyəti onun müqavimət göstərmək qabiliyyətini məhdudlaşdırmışdır. Güclü alkoqollu sərxoşluq vəziyyətində olduğundan hadisələri qismən unutmasına istinad etməsi adi alkoqollu sərxoşluğun klinik mənzərəsinin strukturuna daxildir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-tibbi ekspertizasının 01 mart 2004-cü il tarixli 273 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ahnmış cins şalvarda ləkələr olan hissədə insan qanının izləri aşkar edilmiş, qan miqdarı az olduğundan növ mənsubiyyətini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs götürülmüş cins şalvarda, tumanda, futbolkada, sviterdə uşaqlıq yolu epitelinin toxumaları aşkar edilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış Rusiya Federasiyası Ulyanovsk vilayəti Mayinsk rayon məhkəməsinin 19 may 2004-cü il tarixli hökmündən görünür ki, Şahid1 həmin vaxt axtarışda olan Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2003-cü il tarixdə saat 21:30-dan 22:00-dək olan müddətdə yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq edib, öldürməklə hədələməklə spirtli içki təsiri altında olmasına görə köməksiz vəziyyətindən istifadə edərək sonuncu ilə iradəsi əleyhinə zorla cinsi əlaqədə olmaqla Zərərçəkmiş şəxs zorlanması, həmçinin xx.xx.2003-cü il tarixdə saat 00:10da Şahid3lə qabaqcadan əldir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs zorlanması cinayətlərini törətməkdə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsinin 2-ci hissəsinin «b», «v» və «d» bəndləri və Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsinin 2-cİ hissəsinin «b», «d» bəndləri ilə təqsirli bilinərək Şahid1 həmin Məcəllənin 69-cu maddəsinin 3- cü hissəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə cəzaları qismən toplamaq yolu ilə cəzasını ümumi rejimli islah koloniyasında çəkməklə, qəti olaraq 5 il müddətinə, Zərərçəkmiş şəxsnmm zorlanması cinayətini törətməkdə təqsirləndirilən şəxs Şahid3 Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsinin 2-ci hissəsinin «b» bəndi ilə təqsirli bilinərək həmin Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə cəzaları qismən toplamaq yolu ilə cəzasını ümumi rejimli İslah koloniyasında çəkməklə qəti olaraq 5 il 3 ay müddətinə, təqsirləndirilən şəxslər Şahid2 və Şahid4 Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək onlara hər biri məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməklə Şahid2 3 il 9 ay, Şahid4 isə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə İdarəsinin 12 may 2022-ci il tarixli 21/10164 nömrəli məktubundan və həmin idarənin vətəndaşlığın olub-olmamasının yoxlanılmasına dair 28 aprel 2022-ci il tarixdə təsdiq edilmiş rəylərindən görünür ki, xx xxxx 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs və 15 yanvar 1986-cı il təvəllüdlü X51 hər iki anket məlumatları üzrə Rusiya Federasiyası vətəndaşlı deyillər. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs adına olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin portal çıxarışından görünür ki, Bakı şəhəri, Nizami RPİ tərəfindən xx.xx.2011-ci il tarixdə Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası vətəndaşının 09909933 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs adına olan Azərbaycan Respublikası vətəndaşının pasportunun portal çıxarışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 16 iyun 2012-ci il tarixdə P seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətənlaşının pasportu verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış Bakı şəhəri, Qaradağ RPİ-nin 27 fevral 2023-cü il tarixli 3-13-48/2-3786/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2004cü il tarixdə ünvan 8 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Məhkəmədə elan olunub araşdırılmış Bakı şəhəri, Qaradağ RPİ-nin 27 fevral 2023-cü il tarixli 3-13-48/2-3786/2023 saylı məktubu ilə daxil olmuş Təqsirləndirilən şəxs adına verilmiş şəxsiyyət vəsiqəsinə dair fərdi uçot kartasınm surətindən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Krasnoyarsk vilayətində 15 aprel 1986-cı il tarixdə adma verilmiş V- BA334610 nömrəli doğum haqqında şəhadətnamə əsasında ilk dəfə şəxsiyyət vəsiqəsini 12 may 2004-cü il tarixdə Qaradağ RPİ-də almış, doğum tarixi xx xxxx 1986-cı il, doğulduğu yer Rusiya Federasiyası Cirim şəhəri, qan qrupu A(İİ), boyu 177 sm, gözlərinin rəngi qəhvəyi, ailə vəziyyəti subay göstərilmiş, ünvan 9 ünvanında qeydiyyata alınmışdır. Məhkəmədə elan olunub araşdırılmış Bakı şəhəri, Nizami RPİ-nin 27 fevral 2023-cü il tarixli 3-13-5212-3213/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs AZE 09909933 nömrəli şəxsiyyət vəsiqəsi xx.xx.2011-ci il tarixdə Nizami rayon polis idarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən ünvan 11 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmaqla sənədləşdirilərək verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs adına verilmiş 12175 nömrəli “Hərbi bilet əvəzi arayış”dan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2004-cü il tarixdən xx.xx.2006- cı il tarixədək olan müddətdə Azərbayan Respubikasmm Silahlı Qüvvələrinə hərbi xidmətə çağırılaraq Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarında əsgər rütbəsində hərbi xidmətdə olmuş, SHXÇDX-nm Qaradağ rayon idarəsində qeydiyyata alınmışdır. Məhkəmədə elan olunub araşdırılmış Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 23 noyabr 2021-ci il tarixli l(001)-494/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 22 noyabr 2022-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Onun məhkumluğu ödənilməmişdir,lakin məhkəmə, onun bu məhkumluğu hazırkı iş üzrə törətdiyi əməldən sonra törətdiyini nəzərə alır və onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş iş üzrə Təqsirləndirilən şəxs götürülmüş 29 noyabr 2003-cü il tarixdə baş vermiş hadisə zamanı əynində olmuş 1 ədəd yaşıl rəngli köynək, 1 ədəd şort, 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd tünd qəhvəyi rəngli sviter maddi sübut kimi tanınmış və Nizami rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs 2003-cü ilin oktyabr ayının 29-da ona elan olunmuş ittihamda nəzərdə tutulmuş şəraitdə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğunu etiraf edib Qalina ilə cinsi əlaqədə olmaqlarına Qalinanın razılığının olmasını, onun yetkinlik yaşına çatmamasını bilmədiyini, digər şəxslərin Qalinanı zorlamasınıda iştirak etmədiyini, Qalina ilə cinsi əlaqədə olanda nə özünün, nə də başqalarının onun yanında Qalinanı öldürməklə hədələmədiklərini, ona xəsarət yetirməyini göstərdi. Məhkəmədə Təqsirləndirilən şəxs bu iddiaları araşdırılarkən yuxarıda təsvir olunan sübutlarla, o, cümlədən də onun özünün ibtidai istintaqın ilkin mərhələsində verdiyi və işin faktiki hallarına uyğün ifadələri, zərərçəkmiş şəxsin onun barəsində irəli sürülmüş ittihamı təsdiq edən ifadələri ilə, Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrupun üzvü olub Rusiya Federasiyasında məhkum olunmuş Şahid1, Şahid3, Şahid2 və Şahid4 ifadələri, eskpertiza rəyələri ilə birbaşa, digər şahidələrin ifadələri ilə dolayısı ilə təkzib olundu. Bu səbəbədən də məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs bu iddialarını özünün müdafiəsinə yönələn faktiki əsası olmayan ifadələr kimi qiymətələndirir. Məhkəmə qeyd edir ki, gəldiyi bütün nəticələri əsaslandırmalıdır, lakin bu o demək deyildir ki, məhkəmə gəldiyi nəticəyə əsas olmuş bütün halları təsvir etməlidir. Məhkəmənin bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X44rşı (19 aprel 1994-cü il) işində (51 b bəndi) gəldiyi qənaəti baxımından da əsaslıdır. Məhkəmə həmin qərarında qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüquqi tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o, demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Beləliklə, məhkəmə yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərədə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsədən törətməsinin sübutla yetirildiyi qənəatəinə gəlib onu bu əməlləri törətməyə görə təqsirli bilinməsini və onun əməllərini Azərbaycan Respublikası CM-nin 12.1, 149.2.1, 12.1, 149.2.3 (xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş), 12.1, 149.2.4-cü maddələri ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 50 (əlli) saat hüquqi yardım göstərilməsi və bu səbəbdən də ona 300 (üç yüz) manat ödənilməsi müəyyən olundu. Məhkəmə həmin məbləğin dövlət büdcəsi hesabına ödənilib, Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunmasını əsaslı sayır. Çünki onun həmin məbləği ödəmək üçün maddi imkanının olmaması müəyyən olundu. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs 29 oktyabr 2003-cü il tarixdə baş vermiş hadisə zamanı əynində olmuş və ondan götürülmüş bir ədəd yaşıl rəngli köynək, bir ədəd şort, bir ədəd göy rəngli cins şalvar, bir ədəd tünd qəhvəyi rəngli sviter istehlak dəyərini itirmiş əşyalar kimi məhv edilməsini əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs adına Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 09 fevral 2023-cü il tarixli 15 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 12 ünvanında qeydiyyatda olduğu müddət ərzində müsbət xarakterizə olunmuş barəsində hər hansı şikayət daxil olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış Rusiya Federasiyasının 51 N27097699 nömrəli şəxsiyyəti təsdiq edən sənəddən görünür ki, Təqsirləndirilən şəxs övladı X32 11 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş, Rusiya Federasiyası vətəndaşıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən cinayətin yetkinlik yaşına çatmayan şəxs olduğu dövrdə törədilməsi və CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağın olmasını, qeydiyyatda oldğu yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı Məhkəmədə elan olunub araşdırılmış Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 23 noyabr 2021-ci il tarixli l(001)-494/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 22 noyabr 2022-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Onun məhkumluğu ödənilməmişdir, lakin məhkəmə, onun bu məhkumluğu hazırkı iş üzrə törətdiyi əməldən sonra törətdiyini, onun məhkumluğunun olmasını, onun şəxsiyyətini qanuna münasibətdə riskli olması kimi xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü müəyyən edərkən onun təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərədə tutulan azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza təyin etmək üçün əsas və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ona şərti tətbiq etmək üçün və ya onun təqsirli bilindiyi maddələrə görə sanksiyada nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də aşağı cəza təyin etmək üçün əsas müəyyən olunmadı. Çünki məhkəmənin qənaətinə görə qanuna münasibətədə münaqişədədir. Bu səbəbdən də məhkəmə, ona onun təqsirli bilindiyi maddələrin sanksiyasının hədəlrində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən edərkən cinayət əməlinin törədilməsindən uzun müddət keçdiyini, həmin müddət ərzində Təqsirləndirilən şəxs həmin xarakterli cinayət törətmədiyini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzası təyin etmək qərarına gəldiyindən ona təyin edilmiş cəzanın onun tərəfindən Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən onun ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işini materiallarından görünür ki, hazırkı iş üzrə 01 noyabr 2003-cü il tarixdə Təqsirləndirilən şəxs (X51) Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsinin 2-ci hissəsinin «b» və «d» bəndləri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, həmin tarixdə barəsində Rusiya Federasiyasının Ulyanovsk vilayətinin Mayinsk rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, 10 noyabr 2003-cü il tarixdə Kassasiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs (X51) barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Ulyanovsk vilayətinin Mayinsk rayon məhkəməsinin qərarı ləğv edilərək təkrar məhkəmə baxışma qaytarılmış, 11 noyabr 2003-cü il tarixdə Ulyanovsk vilayətinin Mayinsk rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs (X51) barəsində yenidən həbs qətimkan tədbiri seçilmiş, 19 noyabr 2003-cü il tarixdə Təqsirləndirilən şəxs Rusiya Federasiyası Federal Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həbs yerindən azad edilmişdir. O, 19 (on doqquz) gün bu iş üzrə Rusiya Federasiyasında həbsdə olmuşdur. 31 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşı olması ilə əlaqədar barəsində Rusiya Federasiyası CMnin 131-ci maddəsinin 2-ci hissəsinin «b», «v» və «d» bəndləri ilə istintaq edilən 40700119 nömrəli cinayət işi Rusiya Federasiyası Ulyanovsk vilayət prokurorluğu tərəfindən istntaqm davam etdirilməsi üçün Rusiya Federasiyası Baş Prokurorluğunun vasitəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş, 28 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutulmuş və həmin tarixdə ona Azərbaycan Respublikası CM-nin 149.2.1, 149.2.3 və 149.2.4-cü maddələri ilə ittiham elan edilib barəsində əvvəli 28 yanvar 2023-cü ildən hesablanmaqla barəsində 30 yanvar 2023-cü il tarixdə qətimkan tədbiri qismində həbs seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs Rusiya Federasiyasında həbsdə saxlandığı 19 (on doqquz) günün ona təyin olunacaq cəzanın müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun bu iş üzrə tutulduğu 28 yanvar 2023-cü il tarixdən hesablanmalı olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən yuxarıda göstərən halları, onun cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 12.1, 149.2.1,. 12.1, 149.2.3 (xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş), 12.1, 149.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 5 ( beş ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Onun Rusiya Federasiyasında hazıkı iş üzrə həbsdə saxlanıldığı 19 (on doqquz) gün ona təyin olunmuş cəza müddətinə daxil edilsin və onun tərəfindən çəkilməli cəzanın müddəti 4 (dörd) il 11(on bir) ay 11(on bir) gün müəyyən olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 28 yanvar 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsi hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Vəkillər X18 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin məbləği ödəməkdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Nizami rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs 29 oktyabr 2003-cü il tarixdə baş vermiş hadisə zamanı əynində olmuş və götürülmüş 1 ədəd yaşıl rəngli köynək, 1 ədəd şort, 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd tünd qəhvəyi rəngli sviter istehlak dəyərini itirmiş əşyalar kimi məhv edilsin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1147/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1147/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver