Məhkəmə qərarları › İş №1(101)-1147/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1147/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1147/2025 18.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X5 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs, müdafiəçi, “Arbitrium” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 2004-cü ildə Yardımlı rayonunun Zevin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonunun Zevin kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar massivi, H.Mövlan küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 03 noyabr 2024-cü il tarixdə, saat təxminən 21:30 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar massivi, H.Mövlan küçəsində yerləşən nömrəsiz fərdi evdə olan zaman törədəcəyi əməlin ictimai təhlükəli olduğunu dərk edərək, onun nəticələrini qabaqcadan görərək və bunları arzu edərək qısqanclıq zəminində, qəsdən öldürmək niyyəti ilə mətbəxdən götürdüyü soyuq silah hesab edilməyən, dəstəyi qəhvəyi rəngli taxta materialdan, tiyəsi gümüşü rəngli metaldan ibarət, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə anası - xx xxxx 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs zərbələr endirərək sonuncuya istər birlikdə, istərsə də ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik sağ yanağın, sol qulaq seyvanının, döş qəfəsinin sağ-yan-arxa səthinin yuxarı üçdə birinin, sol bazunun orta üçdə birinin bayır-ön səthinin, sol bazunun yuxarı üçdə birinin bayır səthinin, sağ bazunun yuxarı üçdə birinin bayır səthinin, sol budun orta üçdə birinin iç səthinin, sol budun aşağı üçdə birinin iç səthinin, sol budun aşağı üçdə birinin bayır səthinin, sol baldırın orta üçdə birinin ön-iç səthinin qançırları, canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli xəsarətlərin zərəvurma əlamətlərinə malik sol bazunun orta üçdə birinin bayır-ön səthinin (1 ədəd), döş qəfəsinin ön səthinin sol yarısının orta üçdə birinin (1 ədəd), sol süd vəzisinin (1 ədəd) daxilə-döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları (cəmi 3 ədəd) və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik döş qəfəsinin ön səthinin sol yarısının və sağ yan səthinin yuxarı üçdə birinin döş boşluğuna nüfuz edən ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin, ağciyərlərin zədələnmələri, kəskin qanitirmə ilə müşayiət olunan 3 ədəd deşilmiş-kəsilmiş yaraları xəsarətlərini yetirərək sonuncunu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, atası Nemət 2020-ci ildə narkotiklə tutulmuşdur, qardaşı Xəyal isə əsgərlikdən qayıtdıqdan sonra tanışını bıçaqlamışdır. Atasız böyüdüyü üçün qardaşı da, o da, anası da çox əziyyət çəkmişdir. Dəfələrlə anasının telefonda başqa kişilərlə danışdığına şahid olmuşdur. Anasına belə hərəkət etməməsini, onları düşünməsini, həyatlarını məhv etməməsini demiş, lakin anası ona qulaq asmamışdır. Bir il keçdikdən sonra qardaşını da, onu da tutmuşlar. Heç bir günahı olmadığı halda o, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin ərəfələrdə anasının Elvin adlı şəxslə danışdığını, görüşdüyünü eşitmişdir. Elvin fermada işləmişdir, evli olduğu halda başqa yerdə də bir qadınla münasibəti olmuşdur. Anası onun üçüncü arvadı kimi sayılmışdır. Bu səbəbdən Elvinlə görüşməsini heç istəməmişdir. Elvindən əvvəl bir adamla da danışanda anasını tutmuş, lakin anası tövbə etdiyi, bir daha belə hərəkət etməyəcəyinə söz verdiyi üçün bağışlamışdır. Elvinlə görüşdüyünü eşidəndə isə heç cürə razılaşmamışdır. O, sonradan evlənmək qərarına gəlmişdir. Anası da bu cəhətdən onu dəstəkləmişdir. Nərgiz adlı xanımla evlənmişdir. Sonralar anası işləmək istədiyini demişdir. Anasına işləməyinə ehtiyac olmadığını, özünün pul qazanıb ailəsinə baxacağını bildirmişdir. Anası da razılaşmamış, sadəcə işləmək istədiyini, əgər icazə verməsə, çıxıb gedəcəyini demişdir. Beləliklə, anası işləməyə başlamışdır. Bir müddət sonra anasından xəbər ala bilməmişdir. Anasının işlədiyi yerdə müdirindən gəlini xəstə olduğu üçün icazə aldığını öyrənmişdir. Sonradan anasının Elvin adlı şəxslə birlikdə qaçdığını öyrənmişdir. Bir ay onları axtarmışdır, çünki anasına görə narahat olmuşdur. Elvin adlı şəxsə də heç güvənməmişdir. Elvinin anasını öldürüb bir kənara atacağından qorxmuş, anasını xeyli müddət axtarmış, ən sonda anası ona “Whatsapp”dan zəng etmişdir. Anası ilə danışanda niyə belə etdiyini, işi bu yerə qədər çatdırdığını, onları bədbəxt etdiyini soruşmuşdur. Anası da Elvini sevdiyini, onunla bir yerdə olmaq istədiyini demişdir. O, anasına bir yerdə oturub danışdıqdan sonra, bəlkə razılığa gələcəyini, evlənməyinə qarşı çıxmayacağını bildirmişdir. Anası onu anlamaq istəməmişdir. O, anasından Elvinlə ayrıldığı halda nə edəcəyini soruşanda, anası da başqa şəxsə gedəcəyini bildirmişdir. Bu söz ona çox təsir etmişdir, çünki atası da, qardaşı da, əmiləri də tutulmuş, bir-birlərindən başqa heç kimsələri olmamışdır, lakin anası sadəcə özünü fikirləşmişdir. Bir müddət keçdikdən sonra anası və Elvin onun evinə gəlib getmiş, bir yerdə söhbət etmişlər. Bəzən o, Elvingilin evinə getmişdir. Elvinin hərəkətləri, ümumiyyətlə, xoşuna gəlməmişdir, anasının da onun nifrət etdiyi biri ilə evlənməsinə qəti şəkildə qarşı çıxmışdır. Bu müddətdə atası ilə görüntülü şəkildə danışmışdır. Atası onu Rusiyaya işləməyə başlaması üçün çağırmışdır. Əslində onun da getmək fikri olmuş, anası ilə də bu barədə danışıb son qərarını verməsini istəmişdir. Anasının Elvindən ayrılmaq fikri olmamışdır. Bir neçə gün keçdikdən sonra evdə olan vaxtda bütün əsəbləri pozulmuşdur. Əsəb xəstəliyi olduğu üçün tez-tez sinir krizi keçirmişdir. O, həmin gün anasına zəng edib Elvinlə birlikdə yanına gəlməsini bildirmişdir. Beləliklə, anası və Elvin onun evinə gəlmiş, o, həmin şəxsləri qapıda qarşılayıb içəri dəvət etmişdir. O, Elvinlə Zəminə içəri daxil olduqdan sonra çöl qapını arxadan bağlamış, sonra çöldə olan taxtanı götürüb Elvinin başına zərbə endirmişdir. Həmin an Elvin yerə yıxılmış, onlar əlbəyaxa olmuşlar. Birdən Elvin onu boğazından tutub sıxmağa başlamışdır. Tam nəfəsi kəsiləndə o, əlini bıçağa atmışdır. Bıçağı götürən zaman məqsədi Elvini öldürmək olmamışdır, sadəcə özünü Elvinin əlindən xilas etməyə çalışmışdır. Tam bıçağı götürüb Elvinə zərbə endirəndə anası önünə keçmişdir, həmin bıçaq zərbəsi anasına dəymişdir. Həmin an özündə olmadığı üçün bıçağın kimə dəydiyini, necə dəydiyini, neçə dəfə dəydiyini bilməmişdir. Hadisə baş verən zaman arvadı Nərgiz də evdə olmuşdur, sadəcə qorxusundan çöldə dayanmış, evə daxil olmamışdır. Onun anasını bıçaqladığını görən kimi Nərgiz qorxusundan qışqırmağa başlamışdır. O, həmin anlarda şok vəziyyətində olduğundan Nərgizin qışqırıq səsi ilə özünə gəlmişdir. Özünə gələn kimi tez çölə çıxmış, Nərgizin əlindən tutmuş, tez bir şəkildə nənəsigilə getmişdir. Nərgizi nənəsigilə apardıqdan sonra polis bölməsinə gedib anasını bıçaqladığını etiraf edəcəkmiş. Nənəsigilə çatmış, Nərgizi nənəsinə əmanət etdikdən sonra qapıdan çıxan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu bölməyə gətirmişlər. O, ümumiyyətlə, anasının öldüyünü çox sonradan öyrənmişdir. Anasını ürək nahiyəsindən bıçaqlamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, Elvinin başının arxa tərəfindən zərbə endirmişdir. Anasına bıçaq zərbəsi endirən zaman özündə olmadığı üçün heç nəyi xatırlamır. Onun anasını öldürmək məqsədi olmamışdır, baş verən hadisələr onu buna vadar etmişdir. Anasını birinci dəfə kişi ilə danışanda tutanda Zəminə tövbə edərək bir daha belə hərəkət etməyəcəyinə söz vermişdir. Bu səbəbdən anasını bağışlamışdır. Lakin anasının həmin hərəkəti ikinci dəfə etməsi onu bu əməli törətməyə məcbur etmişdir. O, əsəb xəstəsi olduğundan, hadisə anında da özündə olmamış, əsəbi halda belə bir əməl törətmişdir. Atası ilə qardaşına əvvəlcədən anasını bıçaqlayıb öldürəcəyini deməmişdir. Anasını planlı şəkildə öldürmək məqsədi olmamışdır. Bıçağı Elvinin əlindən xilas olmaq üçün götürmüşdür, çünki onlar əlbəyaxa olan zaman boğazından tutub sıxmışdır, nəfəs ala bilmədiyi üçün bıçağa əl atmışdır. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Sadiq öz anasına daim zülm etmişdir. Belə ki, Sadiq heç vaxt işləməmiş, sadəcə anasını işlətmişdir. Eləcə də, anasından pul tələb etmiş, anası verməyən zaman da döymüşdür. Zəminənin gününü qara etmişdir. Zəminə Elvin adlı şəxslə dini nikaha girmişdir. Rəsmi nikah kağızları olmadığı üçün Sadiq qısqanclıq zəminində anasını qətlə yetirmişdir. O, bacısının necə qətlə yetirildiyini dəqiq bilmir, eşitdiyinə görə, Sadiq anasının boynunu sındıraraq amansızcasına qətlə yetirmişdir. Sadiqi heç vaxt bağışlamayacaq, tamamilə təqsirlidir, aralarında barışıq yoxdur, heç bir zaman da olmayacaqdır. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi X6 bildirdi ki, o, hadisə yerinə gedən zaman polis əməkdaşları evin içərisinə daxil olmağa icazə verməmiş, bu səbəbdən bacısını son dəfə görə bilməmişdir. Qapının önündə toplaşan insanlardan Sadiqin Zəminəni boynunu sındıraraq qətlə yetirdiyini eşitmişdir. Həmin insanlar Zəminənin bıçaqlandığını da demişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 4-5 aya yaxın müddətdə Zəminə ilə birlikdə Xəzər rayonu, Qala qəsəbəsində kirayə evdə birlikdə yaşamışdır. Zəminə ilə qeyri-rəsmi münasibətdə olmuşdur. Sadiqgilə də tez-tez gedib gəlmişlər, Sadiq də Nərgizlə birlikdə onlara qonaq gəlmişdir. Hadisə günü Sadiq anasına zəng edərək evə çağırmışdır. Zəminə də Sadiqə aparması üçün yemək hazırlamışdır. Beləliklə, Sadiqgilə getmişlər. Nərgiz onlara gətirib çay vermişdir. Bir müddət sonra Sadiq çölə çıxmış, qayıdıb qapıdan girən kimi birinci olaraq əlindəki taxta ilə onu vurmuş, sonra anasının üzərinə hücum çəkmişdir. Sadiq anasının boynundan tutaraq bıçaq zərbəsi endirmişdir. Səhv xatırlamırsa, Sadiq Zəminənin ayağından bıçaq zərbəsi vurmuşdur. O, Sadiqlə Zəminəni ayırmaq istəmiş, lakin bacarmamışdır. X13 boynundan tutaraq buraxmamışdır. Bir neçə dəqiqədən sonra Zəminə Sadiqin qucağına yıxılmışdır, həmin vaxt boynu Sadiqin qolunda qalaraq qırılmışdır. Bundan sonra Sadiq əlindəki bıçağı evə atıb çölə çıxmış, oradan qaçaraq uzaqlaşmışdır. O, təcili yardıma zəng etmişdir. Təcili tibbi yardım gələnə kimi Zəminə artıq can vermişdir. Bundan sonra polislər, müstəntiqlər gəlmiş, onu bölməyə aparmışlar. Hadisə günü Sadiqin Zəminəni öldürməsi üçün heç bir səbəb olmamışdır, hər şey qaydasında olmuş, bütün hadisələr bir anda baş vermişdir. Sadiq anasının üzərinə hücum çəkən zaman Nərgiz qorxduğu üçün çölə çıxmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, hadisə günü evdə o, Nərgiz, Sadiq və Zəminə olmuş, hadisə anında Nərgiz evdə olmamışdır. Sadiq anasının üzərinə hücum çəkən kimi Nərgiz həyətə qaçmışdır. Sadiq cibindən bıçaq çıxardanda köhnə mətbəx bıçağı olduğunu görmüşdür. Sadiq sürətli şəkildə Zəminəyə bıçaq zərbələri endirmişdir. Zəminənin ayağında bıçaq xəsarətləri olduğunu görmüşdür. Sadiqin qoluna taxta ilə vuranda bıçaq əlindən yerə düşmüşdür. Sadiq anasını bıçaqlayandan sonra anasının boyun nahiyəsindən tutub sıxmağa başlamışdır. Sadiq anasının boynundan tutanda Zəminənin səsi belə çıxmamışdır. Zəminə bıçaqlananda sadəcə Sadiqdən nə etdiyini soruşaraq qışqırmağa başlamışdır. Nərgiz həyətə qaçdıqdan sonra evdə baş verən hadisələrin heç birini görməmişdir. Nərgiz həyətə qaçdıqdan bir müddət sonra yenidən evə qayıtmışdır. Hadisə günü heç bir mübahisə yaranmamışdır, Sadiq heç bir səbəb olmadan anasını öldürmüşdür. Sadiq bu hadisəni törətməmişdən öncə ona heç bir xəbərdarlıq etməmişdir. Sadiqin qərəzi anasına qarşı olmuşdur. Sadiq hadisə baş verməzdən 3 ay öncə anasına onu öldürəcəyini demişdir. Zəminə də bununla bağlı Xəzər rayon prokurorluğunda izahat yazmışdır. Sadiqin anasını öldürəcəyini dair hədələrinə baxmayaraq, bir-birinin evinə gedib-gəlmişlər. Qonaq getdikdə oturub söhbət etmiş, gülüşmüşlər, aralarında heç bir problem yaranmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Sadiqlə Şüvəlan qəsəbəsində kirayə evdə yaşamışlar. Hadisə günü Zəminə ilə Elvin onlara qonaq gəlmişdir. O, Zəminəgillə oturub çay içmiş, söhbət etmiş, aralarında heç bir problem olmamış, hər şey qaydasında olmuşdur. Bir müddət sonra o, həyətə çıxıb ayaqyoluna getmiş, oradan çıxdıqdan sonra evdən qışqırtı səsləri gəldiyini eşitmişdir. Qaça-qaça evə getmiş, evə çatanda artıq Zəminə ölmüşdür, yaşadığına dair heç bir əlamət olmamışdır. Belə ki, Sadiq Zəminəni bıçaqlamışdır, hər yer qan içində olmuşdur. Elvin də əlinə taxta alıb Sadiqi uzaqlaşdırmağa çalışmışdır. O, çox qorxmuşdur, qışqıraraq kömək istəmiş, Sadiqə özünə gəlməsini desə də, ona qulaq asmamışdır, çünki çox əsəbi olmuş, özünü tamamilə itirmişdir. Artıq tək canına onları ayıra bilməyəcəyini anladığı üçün həyətə qaçmış, qonşulara səslənib kömək istəmişdir. Nə qədər səslənsə də, heç kim gəlməmişdir. Sadiq bu hadisədən sonra ona anasının boynunu qırdığını demişdir. O, evə gedib Sadiqi görən zaman bıçaq Sadiqin sağ əlində olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, Zəminə ilə münasibəti çox yaxşı olmuşdur, çox mehriban olmuşlar, ona nə Sadiq tərəfindən, nə də Zəminə tərəfindən zərər gəlməmişdir. Sadiqlə anasının münasibəti əvvəllər çox yaxşı olmuş, aralarında heç bir problem olmamışdır. Sadiq ona dərdlərini danışmamışdır, hər şeyi öz içində yaşayaraq, üzə vurmamışdır. Zəminə əvvəllər onlarla birlikdə yaşamış, lakin sonradan Zəminə Elvinlə ayrı evə çıxmışdır. Zəminənin Elvinlə ayrı evə çıxması Sadiqə pis təsir etmiş, anasının niyə belə etdiyini soruşmuşdur. Sadiqin qohumları da, o da Sadiqə dəstək olmuş, özünə gəlməsini deyərək anasına qarşı qəzəbini sonlandırmağa çalışmışdır. Zəminə hadisə günündən 2-3 gün öncə zəng edərək onlara qonaq gələcəyini demiş, Sadiq də gəlməsini bildirmişdir. Sadiqin anasını öldürmək niyyətində olduğundan onun xəbəri olmamış, Sadiqin həyətdən taxta götürdüyünü, evə apardığını görməmişdir. Artıq səs-küyü eşidib evə daxil olanda Zəminənin bıçaqlandığını, qan içində olduğunu, kənarda taxta olduğunu görmüşdür. Hadisə günü Sadiqlə Zəminə arasında olan mübahisə zamanı orada iştirak etməmişdir. Zəminə öldükdən sonra artıq evə daxil olub nə baş verdiyini görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin əmisi Şahid3 ifadəsində göstərdi ki, qardaşı Nemət 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nemətin 04 övladı olmuş, həmin övladlarından biri də Sadiq olmuşdur. Sadiq anası ilə birlikdə Şüvəlan qəsəbəsində yaşamışdır. O, Nərgizi və Elvini bu hadisə baş verənə qədər tanımamışdır. Təzəlikcə onların kim olduğuna dair məlumat əldə etmişdir. Sadiq anasını öldürən zaman o, yanlarında olmamışdır. Tək bildiyi Sadiqin anasını bıçaqlayıb öldürdüyüdür. O, Zəminənin dəfn mərasimində də iştirak etməmişdir. Bu səbəbdən harada dəfn olunduğuna dair məlumatı yoxdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmədə tədqiq edilmiş: - hadisə yerinə və meyitə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar massivi, H.Mövlan küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evidir. Evin yerləşdiyi küçə qismən asfalt, qismən də torpaq örtüklüdür. Evin həyətyanı sahəsinə giriş göy rəngli, paslanmış, iki laylı dəmir darvazadandır. Darvaza evin həyətyanı sahəsinə açılır. Evin həyətyanı sahəsi torpaq örtüklü olmaqla hasarları mişar daşlarından hörülmüşdür. Evin həyətyanı sahəsində müəyyən hissələrdə yaşıllıq sahəsi mövcud olmaqla həyətyanı sahə ümumi olaraq səliqəli vəziyyətdədir. Evin həyətyanı sahəsinə girişdən təxminən 25-30 metr məsafədə bir mərtəbəli yaşayış evinin olduğu müşahidə olunur. Evin daxilinə giriş çöl tərəfi açıq mavi, içəri tərəfi qəhvəyi rəngli bir laylı dəmir qapıdandır. Evin içərisinə giriş hissə dəhlizə açılır. Evin döşəməsi taxta örtüklü olmaqla üzərinə xalça sərilmiş, tavan hissə isə beton örtüklü olmaqla rənglənmişdir. Ev ümumi olaraq təmirli vəziyyətdə olsa da şəraitsizdir. Dəhlizdən içəriyə keçdikdə ümumi zal otağı yerləşir. Zal otağında döşəmə xalça ilə örtülmüş, kreslo, stol və stolun ətrafında stulların, həmçinin qazla işləyən sobanın olması müşahidə olunur. Otağın giriş hissədən sol küncündə, qazla işləyən sobanın və stulun arasında döşəməyə sərilmiş xalça üzərində dəstəyi taxta materialdan olan bıçaq aşkar edildi. Evin dəhlizində köhnə taxta şkaflar qoyulmuşdur. Evin dəhlizində qoyulmuş güzgülü şkafın güzgüsünün sınması və qırıntılarının döşəmə üzərinə tökülməsi müşahidə olunur. Evin içərisinə girişdən təxminən yarım metr məsafədə döşəmə üstünə sərilmiş xalça üzərində kürəyi üstə uzanıqlı, baş hissəsi evə giriş hissəyə, ayaq hissəsi isə evin içərisinə doğru olan Zərərçəkmiş şəxs üzərində xəsarətlər olan meyiti aşkar olundu. Zərərçəkmiş şəxs meyiti ətrafında döşəmə və xalça üzərində bəzi hissələrdə massiv, bəzi hissələrdə isə damcı formasında qanabənzər ləkələrin olması müşahidə olunur. Hadisə yerindən Zərərçəkmiş şəxs məxsus "Poco" markalı mobil telefon, eyni zamanda Zərərçəkmiş şəxs meyiti ətrafında döşəmə səthi üzərində olan qanabənzər ləkələrdən nümunələr və Zərərçəkmiş şəxs meyitinin yanından aşkar olunmuş taxta dəstəkli mətbəx bıçağı, Zərərçəkmiş şəxs üzərində olan 01 ədəd qara rəngli köynək, 01 ədəd bənövşəyi rəngli büstqalter, 01 ədəd qara rəngli şalvar, 01 ədəd qırmızı rəngli tursik və qara rəngli bir cüt corab maddi sübut əhəmiyyətinə malik ola biləcəyi üçün müvafiq qaydada qablaşdırılmaqla götürüldü. Hadisə yerindən yuxarıda sadalananlardan savayı maddi sübut əhəmiyyətinə malik əlavə hər hansı bir əşya və ya predmet aşkar edilmədi və götürülmədi. Zərərçəkmiş şəxs meyiti ölüm səbəbinin müəyyən edilməsi məqsədilə əlavə xarici və daxili müayinə olunmasından ötrü MTE və PA birliyi publik hüquqi şəxsin Xəzər rayon şöbəsinə göndərildi. Bıçaq dəstək və tiyədən ibarətdir. Bıçağın ümumi uzunluğu 25 sm-dir. Bıçağın dəstəyi qəhvəyi rəngli taxta materialdan olub, hər iki tərəfdən 3 ədəd, boz rəngli metal fiksǝedicilərlə korpusa bərkidilmişdir. Bıçağın dəstək hissəsi yapışqan şəffaf lentlə sarğı olunmuşdur. Dəstəyin qurtaracaq hissəsində ucunda qırılma qeyd olunur. Bıçağın dəstəyinin uzunluğu 11,0 sm, eni orta hissədə 2,5 sm, qalınlığı 2,0 sm-dir. Bıçağın tiyəsi bozumtul rəngli sərt metaldan olub, kəsər və küt kənardan ibarətdir. Bıçağın tiyəsinin uzunluğu 14,0 sm, eni orta hissədə 2,0 sm, qalınlığı 0,1 sm-dir. Kəsər və küt kənarlar qövsşəkilli birləşir, şiş ucluq əmələ gətirir. Bıçağın tiyəsinin hər iki üzündə qəhvəyimtil-qonur rəngli, qanabənzər maddə ilə çirklənmə sahələri vardır. Meyitə baxış: meyitin əynində qara rəngli köynək, bənövşəyi rəngli büstqalter, qara rəngli şalvar, qırmızı rəngli tursik, qara rəngli bir cüt corab vardır. Paltarlar geyinilmiş, köynək yara proyeksiyaları üzrə qanla çirklənmişlər. Meyit qadın cinslidir, düzgün bədən quruluşlu, kafi köklükdədir. Meyitin boyunun uzunluğu 160 sm-dir. Meyit qacıması müayinə olunan əzələ qruplarında yaxşı inkişaf etmişdir. Meyit ləkələri gövdənin və ətrafların arxa səthlərində solğun-göyümtül-bənövşəyimtil rəngdə olub, barmaqla təzyiq etdikdə rəngsizləşir, 5-6 dəqiqə əvvəlki rənginə bərpa olunurlar. Başın tükləri qara rəngə boyanmışlar, 25-30 sm-ə qədər uzunluqdadırlar, əllə yoxladıqda kəllə sümükləri tamdır. Gözləri qapalıdır, bəbəklər dairəvidir, 0,5 sm diametrindədirlər, ağlı qişalar tək-tək qırmızı rəngli, nöqtəvari qansızmalıdırlar. Hər iki qulaq keçəcəkləri ifrazatsızdır. Burun və ağız keçəcəklərində qanlı ifrazat vardır. Burun sümüklərini əllədikdə patoloji hərəkətlilikləri sınıqları müəyyən olunur. Ağzı yarıaçıqdır, dili ağız boşluğunda dişlərin arasındadır. Üst çənədə bir ədəd dişi sarı rəngli metaldandır, digər dişləri təbii görünüşlü olub, tamdırlar. Boynu gövdəyə uyğun inkişaf etmişdir, adi uzunluqda və yoğunluqdadır. Döş qəfəsi silindirik formadadır, simmetrikdir. Süd vəziləri ovalşəkilli olub, orta ölçüdədir. Qarnı qabırğalar qövsü səviyyəsindədir, simmetrikdir. Xarici cinsiyyət üzvləri qadın tiplidir, düzgün formalaşmışdır. Arxa keçəcək ifrazatsızdır. Yuxarı və aşağı ətrafları düzgün formalaşmışdır, əllədikdə sümükləri tamdır. Xarici müayinə zamanı bədəni üzərində aşağıdakı xəsarətlər aşkar olundu: Döş qəfəsinin sağ yan səthinin yuxarı üçdə birində sağ qoltuqaltı nahiyədə 2,0x0,3 sm ölçüdə 1 ədəd kənarları hamar və qansızmalı, bucaqları iti yara vardır, zondla yoxladıqda yara daxilə döş boşluğuna nüfuz edir. Yara kanalının istiqaməti arxadan önǝ, sağdan sola, yuxarıdan aşağıyadır, yara kanalının uzunluğu təxminən 9-10 sm-dir. Döş qəfəsinin sağ yan səthinin yuxarı üçdə birində ön qoltuqaltı xətt üzrə 3,0x0,5 sm ölçüdə 1 ədəd kənarları hamar və qansızmalı, bucaqları iti yara vardır, zondla yoxladıqda yara daxilə döş boşluğuna nüfuz edir. Yara kanalının istiqaməti arxadan önǝ, sağdan sola, yuxarıdan aşağıyadır, yara kanalının uzunluğu təxminən 9-10 sm-dir. Döş qəfəsinin ön səthinin sol yarısının yuxarı üçdə birində sol döş giləsindən 10 sm yuxarı və az sola çəp istiqamətli 3,5x1,0 sm ölçüdə 1 ədəd kənarları hamar və qansızmalı, bucaqları iti yara vardır, zondla yoxladıqda yara daxilə döş boşluğuna nüfuz edir. Yara kanalının istiqaməti öndən arxaya, soldan sağa, aşağıdan yuxarıyadır, yara kanalının uzunluğu təxminən 9-10 sm-dir. Döş qəfəsinin ön səthinin sol yarısının orta üçdə birində - sol gilədən 8 sm aşağı və sağa 1,0x0,2 sm ölçüdə 1 ədəd kənarları hamar və qansızmalı, bucaqları iti yara vardır, zondla yoxladıqda yara daxilə döş boşluğuna nüfuz etmir. Sol süd vəzisinin aşağı-bayır kvadrantında gilədən 1,5 sm sola 1,2x0,2 sm ölçüdə 1 ədəd kənarları hamar və qansızmalı, bucaqları iti yara vardır, zondla yoxladıqda yara daxilə döş boşluğuna nüfuz etmir. Sol bazunun orta üçdə birinin bayır-ön səthində 2,0x0,7 sm ölçüdə 1 ədəd kənarları hamar və qansızmalı, bucaqları iti deşilmişkəsilmiş yara vardır. Sağ yanağında 2,0x2,0 sm ölçüdə 1 ədəd, sol qulaq seyvanından az önə 3,0x2,0 sm ölçüdə 1 ədəd, döş qəfəsinin sağ-yan-arxa səthinin yuxarı üçdə birində 7,0x5,0 sm ölçüdə 1 ədəd, sol bazunun orta üçdə birinin bayır-ön səthində 2,0x0,7 sm ölçüdə 1 ədəd, sol bazunun yuxarı üçdə birinin bayır səthində 2,0x1,0 sm ölçüdə 1 ədəd, sağ bazunun yuxarı üçdə birinin bayır səthində 2,5x2,0 sm ölçüdə 1 ədəd, sol budun orta üçdə birinin iç səthində 2,0x1,5 sm ölçüdə 1 ədəd, sol budun aşağı üçdə birinin iç səthində 1,0x1,0 sm ölçüdə 1 ədəd, sol budun aşağı üçdə birinin bayır səthində 1,0x1,0 sm, 1,0x0,5 sm ölçülərdə 2 ədəd, sol baldırın orta üçdə birinin ön-iç səthində 2,0x2,0 sm ölçüdə 1 ədəd qırmızımtıl-göyümtül rəngli, qeyri-müəyyən formalı qançırlar vardır. Meyitin xarici müayinəsində digər xəsarət və dəyişiklik aşkar edilmədi. Meyit ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə daxili müayinə edilməsindən ötrü "MTE və PA Birliyi" publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin ekspertlərinə təqdim edildi. Hadisə yerinə və meyitə süni işıqlanma şəraitində, fotoçəkiliş tətbiq edilməklə baxış keçirildi (cild 1, iş vərəqi 3-20). - mobil telefonun yaddaşında olan məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, mərhum Zərərçəkmiş şəxs məxsus, hadisə yerindən götürülmüş mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir (cild 1, iş vərəqi 25-28). - təqdim etmə, götürmə və paltara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs əynində olmuş boz rəngli cins şalvarı sonuncunun özü tərəfindən təqdim olundu və iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülərək baxış keçirildi. Baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman əynində boz rəngli cins şalvar olmuşdur, paltar geyinilmişdir, üzərində zədələr və qanabənzər ləkələr aşkar edildi (cild 1, iş vərəqi 51-52). - mobil telefonun yaddaşında olan məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş və istintaqa təqdim etdiyi “Xiaomi” markalı, "Redmi Note 5A Prime" modelli telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir (cild 1, iş vərəqi 70-73). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 74-80). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 23:00-da 10 TTYSdan həkim Mikayılov məlumat verərək, Şüvəlan qəsəbəsi Hacı Mövlan bağlarında xx.xx.1984-cü il təvəllüdlü X1 qadın cinsli meyitin olması barədə məlumat vermişdir (cild 1, iş vərəqi 111). - zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X7 Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır (cild 1, iş vərəqi 115-116). - məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 1352 nömrəli rəyindən görünür ki:

1. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - boyunun, sağ bazunun qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstəriǝn xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir.

2. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən, demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur (cild 1, iş vərəqi 124-126). - məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 1396 saylı rəyindən görünür ki:

1. Şahid1 sol ǝlin, sol budun kəsilmiş yaraları, sol budun qançırı aşkar edildi. Qeyd olunan xəsarətlərdən sol əlin, sol budun səthi yaraları kəsici təsirə malik alət (ola bilsin bıçaq); sol budun qançırı küt əşya təsirindən onun məhkəmə-tibb müayinəsindən 12-13 gün əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə törənmələri istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətlǝrǝ aid olduqlarına görə dərəcələri təyin edilmir.

2. Şahid1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir (cild 1, iş vərəqi 128-131). - məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 144 saylı rəyindən görünür ki:

1. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər: - Ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin, sol ağciyərin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının yuxarı üçdə birinin daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası; - Sağ ağciyərin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin sağ yan səthinin yuxarı üçdə birinin daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası; - Sağ ağciyərin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin sağ yan səthinin yuxarı üçdə birinin daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası; - Sol bazunun orta üçdə birinin bayır-ön səthinin (1 ədəd), döş qəfəsinin ön səthinin sol yarısının orta üçdə birinin (1 ədəd), sol süd vəzisinin (1 ədəd) daxilə-döş boşluğuna) nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları; - Sağ yanağın (1 ədəd), sol qulaq seyvanının (1 ədəd), döş qəfəsinin sağ-yan-arxa səthinin yuxarı üçdə birinin (1 ədəd), sol bazunun orta üçdə birinin bayır-ön səthinin (1 ədǝd), sol bazunun yuxarı üçdə birinin bayır səthinin (1 ədəd), sağ bazunun yuxarı üçdə birinin bayır səthinin (1 ədəd), sol budun orta üçdə birinin iç səthinin (1 ədəd), sol budun aşağı üçdə birinin iç səthinin (1 ədəd), sol budun aşağı üçdə birinin bayır səthinin (2 ədəd), sol baldırın orta üçdə birinin ön-iç səthinin (1 ədəd) qançırları;

2. Qeyd olunan deşilmiş-kəsilmiş (cəmi 6 ədəd) yaralar deşici-kəsici alətin (alətlərin) deşici-kəsici və kəsici təsirindən törənmişdirlər, həyatidirlər; sağ yanağın, sol qulaq seyvanının, döş qəfəsinin sağ-yan-arxa səthinin yuxarı üçdə birinin, sol bazunun orta üçdə birinin bayır-ön səthinin, sol bazunun yuxarı üçdə birinin bay səthinin, sağ bazunun yuxarı üçdə birinin bayır səthinin, sol budun orta üçdə birini səthinin, sol budun aşağı üçdə birinin iç səthinin, sol budun aşağı üçdə birinin bayır səthinin, sol baldırın orta üçdə birinin ön-iç səthinin qançırları isə küt əşya və ya əşyalar) təsirindən onun meyitinin ölümdən az əvvəl törənmişlər, həyatidirlər, törənmə müddətləri onun meyitinin meyitxanada məhkəmə-tibbi ekspertizasından az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlirlər.

3. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən-döş qəfəsinin ön səthinin sol yarısının yuxarı üçdə birinin daxilə - döş boşluğuna nüfuz edən, ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin, sol ağciyərin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası. Yara kanalının istiqaməti arxadan önə, sağdan sola, yuxarıdan aşağıyadır, yara kanalının uzunluğu təxminən 9-10 sm-dir. Döş qəfəsinin ön səthinin sağ yan səthinin yuxarı üçdə birinin daxilə-döş boşluğuna nüfuz edən, sağ ağciyərin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası. Yara kanalının istiqaməti arxadan önǝ, sağdan sola, yuxarıdan aşağıyadır, yara kanalının uzunluğu təxminən 9-10 sm-dir. Döş qəfəsinin sağ yan səthinin yuxarı üçdə birinin daxilə döş boşluğuna nüfuz edən, sağ ağciyərin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd deşilmişkəsilmiş yarası. Yara kanalının istiqaməti arxadan önə, sağdan sola, yuxarıdan aşağıyadır, yara kanalının uzunluğu təxminən 9-10 sm-dir. Döş qəfəsinin ön səthinin sol yarısının və sağ yan səthinin yuxarı üçdə birinin döş boşluğuna nüfuz edən ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin, ağciyərlərin zədələnmələri, kəskin qanitirmə ilə müşayiət olunan 3 ədəd deşilmiş-kəsilmiş yaraları həyat üçün təhlükəli olan sağlamlığı AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər, həyatidirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Sol bazunun orta üçdə birinin bayır-ön səthinin (1 ədəd), döş qəfəsinin ön səthinin sol yarısının orta üçdə birinin (1 ədəd), sol süd vəzisinin (1 ədəd) daxilə-döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları (cəmi 3 ədəd) canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa YÜNGÜL dərəcəli xəsarətlərin zǝrǝvurma əlamətlərinə malikdirlər, həyatidirlər, ölümlə səbəbli əlaqələri yoxdur. Sağ yanağın, sol qulaq seyvanının, döş qəfəsinin sağ-yan-arxa səthinin yuxarı üçdə birinin, sol bazunun orta üçdə birinin bayır-ön səthinin, sol bazunun yuxarı üçdə birinin bayır səthinin, sağ bazunun yuxarı üçdə birinin bayır səthinin, sol budun orta üçdə birinin iç səthinin, sol budun aşağı üçdə birinin iç səthinin, sol budun aşağı üçdə birinin bayır səthinin, sol baldırın orta üçdə birinin ön-iç səthinin qançırları istər birlikdə, istərsə də ayrıayrılıqda canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdirlər, ölümlə səbəbli əlaqələri yoxdur.

4. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları, ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin, ağciyərlərin zədələnmələri nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur.

5. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs meyitinin meyitxanada müayinəsindən 10-12 saat əvvəl baş vermişdir.

6. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində olan deşilmiş-kəsilmiş yaraları qısa bir müddət ərzində yetirildiyindən onların ardıcıllığını təyin etmək mümkün deyildir.

7. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində qeyd olunan deşilmiş-kəsilmiş yaraları ekspertizaya təqdim olunmuş bıçaqla, eləcə də o tipli digər bıçaqlarla yetirilə bilərdi.

8. Hadisə haqqında olan məlumatlara, xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir.

9. Xəsarətlər yetirilərkən mərhum Zərərçəkmiş şəxs bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, yarıoturaq, yarıuzanıqlı və s.) ola bilərdi.

10. Hadisə vaxtı mərhum Zərərçəkmiş şəxs əynində olmuş paltardakı zədələrlə bədənində aşkar olmuş xəsarətlər uyğunluq təşkil edir.

11. Mərhum Zərərçəkmiş şəxs meyitinin uşaqlıq yolunda götürülmüş tamponda təktək spermatozoidlər aşkar olundu. Arxa keçəcəyindən götürülmüş tamponda spermotozoidlər aşkar edilməmişdir (məhkəmə-boloji müayinə aktı No 9/172, xx.xx.2024).

12. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı No 3823/K, xx.xx.2024) (cild 1, iş vərəqi 132-142). - təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında xx.xx.2025-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini canlı olaraq həmin yerlərdə göstərib təsvir edə bilməsi təklif olundu, Təqsirləndirilən şəxs ifadəsində bildirdiklərini canlı olaraq göstərə biləcəyini dedi və müşayiət ilə iştirakçılar hadisə baş verən əraziyə gəlindi. Təqsirləndirilən şəxs və vəkil Orxan Qocayevlə birlikdə Təqsirləndirilən şəxs göstərdiyi istiqamətdə avtomaşınla gedərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar massivi, H.Mövlan küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə çatıldı. Həmin evin həyət darvazasının qarşısında Təqsirləndirilən şəxs bildirdi ki, hadisəni həmin evdə törətmişdir. Təklif olundu ki, hadisədən əvvəlki vəziyyət, hadisə vaxtı və hadisədən sonrakı vəziyyət ətraflı izah olunsun. Təqsirləndirilən şəxs qeyd etdi ki, o, Yardımlı rayonu, Zevin kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, H.Mövlan küçəsində yerləşən nömrəsiz evdə kirayədə qeyri-rəsmi ailə münasibəti qurduğu Şahid2 ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs onun anasıdır. Anası ilə atası Nemətin nikahından o və qardaşı Xəyal dünyaya gəlmişlər. Atası təxminən 2020-ci ildə CM-in 234cü maddəsi ilə tutulmuş və 7 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hazırda atası 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Qardaşı Xəyal təxminən bir il əvvəl tanışına bıçaqla xəsarət yetirdiyinə görə barəsində cinayət işi başlanmış və 4 il müddətinə azadlıqdan məhrum edilmişdir. Həmin iş üzrə o da saxlanılmış, 3 ay 3 saylı istintaq təcridxanasında həbsdə qaldıqdan sonra azadlığa buraxılmışdır. Qardaşı hazırda 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Anası ilə o, əvvəllər bir evdə yaşamışlar. Təxminən hadisədən 1 ay əvvəl anası onun yanından ayrılıb Qala qəsəbəsində özünə ev tutub kirayədə tək yaşamağa başlamışdır. Anası arada ona yemək hazırlayıb gətirirmiş. Yemək gətirən günlərdən birində anasının mobil telefonuna mesaj gəlmiş, telefonu götürüb mesaja baxmaq istəyərkən anası qışqırmağa başlamış, lakin o, həmin mesajı görmüşdür. Hətta anasının çöldə kimləsə başqa şəxslə telefonla danışdığını eşitmişdir. Bu hadisədən sonra bir neçə gün anası onun yanına gəlməmişdir. O, əmin olmuşdur ki, anası başqa şəxslə münasibət qurmuşdur. Sonradan həmin şəxsin Şahid1 adlı şəxs olduğunu öyrənmişdir. Bu barədə anası özü ona telefon danışıqları zamanı bildirmiş və o, anasına barışmağı təklif etmişdir. Hadisə baş verməmişdən əvvəl təxminən 20 gün ərzində Elvin də anası ilə birlikdə onun yaşadığı evə gedib-gəlmiş, lakin o, hər şeyi ürəyində saxlamış, anasının atasından sonra belə hərəkətlər etməsini qəbul edə bilməmiş, anasını öldürməyi qərara almışdır. Təqsirləndirilən şəxs evin dəhlizini, həmçinin qonaq otağını göstərərək qeyd etdi ki, 03 noyabr 2024-cü il tarixdə təxminən axşam saat 21:30 radələrində anası Zəminənin münasibətdə olduğu Elvinlə birlikdə onun yaşadığı evə gəlmişlər. Sonuncular gələrkən özləri ilə ona və qeyri-rəsmi ailə qurduğu həyat yoldaşı Nərgizǝ yemək də gətirmişlər. Anasıgil gəldikdən təxminən 5-10 dəqiqə sonra o, həyətə çıxıb həyət darvazasını arxadan bağlamış, daha sonra evə girib evin qapısını arxadan bağlamışdır. Dəhlizdə şkafın üzərində olan bıçağı götürmüş və qonaq otağına keçib anasının üzərinə atılmışdır. Anasına bir neçə dəfə bıçaq zərbələri vurmuşdur. Lakin zərbələrin anasının hansı nahiyələrindən dəydiyini bilməmişdir. Həmin vaxt Elvin ona mane olmuş, o, bıçağı atıb əlləri ilə anasının boğazından yapışıb sıxmağa başlamışdır. Elvin də onun boğazından arxadan tutmuşdur. Anasının ölməsindən əmin olduqdan sonra qazın açıq olmasını bəhanə edib evin yandığını demiş və Elvinin əlindən qurtulub evdən çölə çıxmışdır. Yan otağa keçib köynəyini dəyişmiş, həmin vaxt həyat yoldaşı Nərgizin çöldə qorxudan əsdiyini görmüşdür. Nərgizi götürüb Qala qəsəbəsində yaşayan nənəsigilə getmişdir. Orada digər geyim əşyalarını da dəyişib nənəsi və Nərgizlə sağollaşıb hadisə vaxtı əynində olan şalvarını götürüb polis şöbəsinə getmək üçün evdən çıxmışdır. Elə həmin vaxt polis əməkdaşlarının evin qapısında olduğunu görmüşdür. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində əməkdaşlara törətmiş olduğu hadisəni danışmışdır (cild 1, iş vərəqi 156-161). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 xx.xx.2025-ci il tarixli, xx/xx-1019 nömrəli məktubundan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur (cild 1, iş vərəqi 162). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 xx.xx.2025-ci il tarixli, 3-28-29/2-788/2025 nömrəli məktubundan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Nemet oğlu arxiv məlumatına görə xx.xx.2022-xx.xx.2022-ci il tarixdə yuxarıda adı göstərilən Xəstəxananın gündüz stasionarı şöbəsində yarımstasionar rejimli müayinədə olub. Diaqnoz: Yüngül nevrotik reaksiyalar, özünü kəsmələrlə (cild 1, iş vərəqi 163). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı şəhəri Xəzər rayon prokurorluöunun qərarından görünür ki, Təqsirləndirilən şəxs Nemet oğlu Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü ildə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, ittiham aktı ilə birlikdə iş Xəzər rayon prokurorluğuna göndərilmiş, həmin prokurorluğun təqsirləndirilən şəxsin cinayət əməlinin tövsif edilməsi, onun barəsində cinayət təqibinə, seçilmiş qətimkan tədbirinə xitam verilməsi və şəxsin həbsdən azad olunması barədə xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələrindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, ona elan edilmiş 09.11.202-cü il tarixli ittihama və barəsində Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs saxlanıldığı Bakı şəhəri Xəzər RPİ-nin Müvəqqəti saxlama yerindən azad olunmuşdur (cild 1, iş vərəqi 167-173). - kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 202 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri qeyd olunmayıb. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman, ondan əvvəl və sonra öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk və idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərəcək psixi-emosional vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt halında) olmamışdır (cild 1, iş vərəqi 176-181). - maddi sübutların məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2025-ci il tarixli, 46/MTKŞ-2024 nömrəli rəyindən görünür ki, təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus uzunqol koftanın ön səthinin sol yarısında üç ədəd, arxa səthinin sağ yarısında iki ədəd və sol qolunun üzərində bir ədəd deşilmiş-kəsilmiş zədələr, büstqalterin ön səthinin sol yarısında bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Mərhum Zərərçəkmiş şəxs məxsus şalvarın, tumanın və bir cüt corabın üzərində zədə aşkar edilmədi. Mərhum Zərərçəkmiş şəxs məxsus uzunqol koftanın və büstqalterin üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədələrlə, mərhumun bədən səthində olan deşilmiş-kəsilmiş xəsarətlər yerləşmə nahiyyələrinə və xarakterinə görə bir-biri ilə uyğunluq təşkil edirlər. Mərhum Zərərçəkmiş şəxs məxsus büsqalterin sağ yan nahiyəsində bir ədəd cırılmış zədə var. Bu zədə küt mexanizmlə, paltarın həmin hissəsinin dartılması nəticəsində törənmişdir. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus cins şalvarın sol ayağının bayır yan səthində iki ədəd cırılmış zədələr var. Bu zədələr küt mexanizmlə paltarın həmin hissəsinin dartılması (o cümlədən ilişib dartılması) nəticəsində törənməyə uyğun gəlir. Təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (cild 1, iş vərəqi 182-189). - maddi sübutların məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 72/2025-TBŞ saylı rəyindən görünür ki:

1. Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qrup göstəricisi: O(İ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən)

2. Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qrup göstəricisi O(İ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən)

3. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus cins şalvar, Zərərçəkmiş şəxs məxsus kofta, şalvar, büstqalter, tuman, 01 cüt corabın bir tayı, hadisə yerindən götürülmüş 01 ədəd bıçaq və 03 ədəd çubuqlu pambıq topası üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq edildikdə yalnız "H" antigeni alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri O(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilǝ müşahidə olunan xəsarət olubsa).

4. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 cüt corabın digər tayında qana şübhəli ləkələr aşkar olunmadı (cild 1, iş vərəqi 190-197). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd göy rəngli uzunqol idman gödəkçəsi, 01 ədəd qəhvəyi rəngli sviter, 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd qara rəngli şalvar, 01 ədəd bənövşəyi rəngli büstqalter, 01 ədəd qırmızı rəngli tursik və 01 cüt qara rəngli corab, hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş 01 (bir) ədəd mətbəx bıçağı, Zərərçəkmiş şəxs meyitinin ətrafında döşəmə səthi üzərində olan qanabənzər ləkələrdən pambığa hopdurulma yolu ilə götürülmüş nümunələr, mərhum Zərərçəkmiş şəxs istifadəsində olmuş "Poco" markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus hadisə vaxtı əynində olan 01 ədəd boz rəngli, cins materialdan şalvar və Təqsirləndirilən şəxs istifadəsində olmuş "Xiaomi" markalı mobil telefon maddi sübut qismində tanınmaqla prokurorluğun maddi sübutlar otağında saxlanması nəzərə alınmışdır (cild 1, iş vərəqi 198- 215). - təqsirləndirilən şəxsə elan edilmiş ittihama əlavələr edilməklə, ona yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs 05 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavələr edilərək ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 1, iş vərəqi 219-225). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 №-li Qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs olan anası Zərərçəkmiş şəxs öldürmək məqsədinin olmaması, həmin cinayətin hadisənin təsadüfi axarı zamanı baş verməsi, yəni anasının qeyri-rəsmi ər-arvad kimi yaşadığı Şahid1 ilə onun əlbəyaxa olduğu zaman sonuncunun əlindən qurtulmaq məqsədilə bıçaq işlətdiyi anda anası önə keçdiyi üçün bıçaq zərbələrinin anasına dəyməsi, hadisəyə kimi sinir krizi keçirdiyindən hadisə anında özündə olmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla xüsusilə ağır cinayət törətdiyinə görə cəzadan yayınmaq və ya cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, məhkəmədə Şahid1 ifadəsi ilə müəyyən edildi ki, həmin gün o və zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin evinə gəldikdən bir müddət sonra Sadiq çölə çıxmış, qayıdıb qapıdan girən kimi birinci olaraq əlindəki taxta ilə onu vurmuş, sonra anasının üzərinə hücum çəkmiş, anasının boynundan tutaraq anasına bıçaq zərbəsi endirmişdir. O, Sadiqlə Zəminəni ayırmaq istəmiş, lakin bacarmamışdır. X13 boynundan tutaraq buraxmamışdır. Bir neçə dəqiqədən sonra Zəminə Sadiqin qucağına yıxılmışdır, həmin vaxt Zəminənin boynu Sadiqin qolunda qalaraq qırılmış, bundan sonra Sadiq əlindəki bıçağı evə atıb çölə çıxmış, oradan qaçaraq uzaqlaşmışdır. Bundan əlavə, məhkəmədə ziddiyyətli ifadələr verməsinə baxmayaraq, təqsirləndirilən şəxsin özünün həmin ifadələrindən aydın olur ki, o, anasının Şahid1 ilə birgə yaşamasını daxilən qəbul edə bilməmiş və anası Şahid1 ayrılmaq istəmədiyi üçün o, anasını öldürmək qərarına gəlmiş və həmin şəxsləri öz evinə çağıraraq həmin məqsədini həyata keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsi yerində yoxlanılarkən hadisə yerində əyani göstərməklə o, ifadə verib bildirmişdir ki, anasının Şahid1lə olan münasibətlərini ürəyində saxlamış, anasının atasından sonra belə hərəkətlər etməsini qəbul edə bilməmiş, hadisədən təxminən 20 gün əvvəl anasını öldürməyi qərara almışdır. O, həmin məqsədini həyata keçirmək üçün 03 noyabr 2024-cü il tarixdə anası və Şahid1 onun evində olarkən o, həyətə çıxıb həyət darvazasını arxadan bağlamış, daha sonra evə girib evin qapısını arxadan bağlamış, dəhlizdə şkafın üzərində olan bıçağı götürmüş və qonaq otağına keçib anasının üzərinə atılmış və anasına bir neçə dəfə bıçaq zərbələri vurmuşdur. Həmin vaxt Elvin ona mane olmuş, o, bıçağı atıb əlləri ilə anasının boğazından yapışıb sıxmağa başlamışdır. Elvin də onun boğazından arxadan tutmuşdur. Anasının ölməsindən əmin olduqdan sonra qazın açıq olmasını bəhanə edib evin yandığını demiş və Elvinin əlindən qurtulub evdən çölə çıxmışdır. Təqsirləndirilən şəxsin hadisə ərəfəsində sinir krizi keçirməsi nəticəsində özündə olmaması, yəni güclü ruhi həyəcan vəziyyətində olması barədə məhkəmədə verdiyi ifadələri isə iş üzrə keçirilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının rəyi ilə təkzib olunur. Belə ki həmin rəylə müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərəcək psixi-emosional vəziyyətdə olmamış, o, cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt halında) olmamışdır. Yuxarıda şərh edilən bütün sübutlar onu göstərir ki, Təqsirləndirilən şəxs törədilmiş cinayəti ciddi şəkildə planlaşdırmaqla həyata həyata keçirmiş, Zərərçəkmiş şəxs öldürməsinə səbəb isə onun anasının Şahid1lə birgə yaşamasını qəbul etməməsindən doğan qısqanclıq olmuşdur. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara məhkəmə müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs, anası, Zərərçəkmiş şəxs qəsdən öldürməsi, yəni qəsdən həyatdan məhrum etməsi kifayət qədər sübuta yetirilir, o, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, həmin əməl birbaşa qəsdlə törədilmişdir, bu əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 04 noyabr 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 05 noyabr 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 noyabr 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 40, 92-96). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 04 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırkı cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd göy rəngli uzunqol idman gödəkçəsi, 01 ədəd qəhvəyi rəngli sviter, 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd qara rəngli şalvar, 01 ədəd bənövşəyi rəngli büstqalter, 01 ədəd qırmızı rəngli tursik və 01 cüt qara rəngli corab təyinatını itirdiyindən, habelə hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş 01 (bir) ədəd mətbəx bıçağı, Zərərçəkmiş şəxs meyitin ətrafında döşəmə səth üzərində olan qanabənzər ləkələrdən pampığa hopdurulma yolu ilə götürülmüş nümunələr məhv edilməli, mǝrhum Zərərçəkmiş şəxs istifadəsində olmuş "Poco" markalı mobil telefon onun hüquqi varisi X4 qaytarılmalı, Təqsirləndirilən şəxs məxsus hadisə vaxtı əynində olan 01 ədəd boz rəngli, cins materialdan şalvar təyinatını itirdiyindən məhv edilməli, Təqsirləndirilən şəxs istifadəsində olmuş "Xiaomi" markalı mobil telefon onun şəxsi işinə əlavə edilməsi üçün saxlanıldığı cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 04 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə və Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Zərərçəkmiş şəxs məxsus 01 ədəd göy rəngli uzunqol idman gödəkçəsi, 01 ədəd qəhvəyi rəngli sviter, 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd qara rəngli şalvar, 01 ədəd bənövşəyi rəngli büstqalter, 01 ədəd qırmızı rəngli tursik və 01 cüt qara rəngli corab təyinatını itirdiyindən, habelə hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş 01 (bir) ədəd mətbəx bıçağı, Zərərçəkmiş şəxs meyitin ətrafında döşəmə səthi üzərində olan qanabənzər ləkələrdən pampığa hopdurulma yolu ilə götürülmüş nümunələr məhv edilsin; - Təqsirləndirilən şəxs məxsus hadisə vaxtı əynində olan 01 ədəd boz rəngli, cins materialdan şalvar təyinatını itirdiyindən məhv edilsin; - Zərərçəkmiş şəxs istifadəsində olmuş "Poco" markalı mobil telefon onun hüquqi varisi X4 qaytarılsın; - Təqsirləndirilən şəxs istifadəsində olmuş "Xiaomi" markalı mobil telefon onun şəxsi işinə əlavə edilməsi üçün saxlanıldığı cəzaçəkmə müəssisəsinə göndərilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova

Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar