Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1149/2022 23.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X3 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, , Təqsirləndirilən şəxs (xx.xx.1985-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Yardımlı rayonu, Mamulğan kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində yerləşən yeni tikilidə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 18 fevral 2022-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan “Rza” adlı şəxsdən satış məqsədilə sonuncunun "xxxx" ASC-yə məxsus bank kartına 110 manat göndərdikdən sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol kənarında yerləşən yol nişanının yaxınlığında gizlədilmiş yerdən 16 bükümdə psixotrop maddə metamfetamini əldə edib bir qismini üzərində saxlayaraq 20 fevral 2022-ci il tarixdə ünvan 1 ünvanın qarşısına daşımış, həmin tarixdə saat 10:30da piyada olaraq ünvan 1 ünvanın qarşısında şübhəli vəziyyətdə hərəkətdə olduğundan Nərimanov RPİ-nin 17-ci PŞ-in əməkdaşları ona yaxınlaşmış, o, danışan zaman polis əməkdaşlarının suallarından yayınmış, rabitəsiz danışmış və öz hərəkətləri ilə polis əməkdaşlarında şübhə yaratdığından saxlanılaraq Nərimanov RPİnin 17-ci PŞ-nə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən üzərində “NOOR OPTİC” yazısı olan eynək qabının içərisində olan 14 ədəd sellofan kəsiyinə bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,327 qram, 0,497 qram, 0,661 qram, 0,424 qram, 0,399 qram, 0,445 qram, 0,438 qram, 0,392 qram, 0,417 qram, 0,446 qram, 0,403 qram, 0,528 qram, 0,511 qram, 0,323 qram ümumi təmiz çəkisi 6,211 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, narkotik vasitə iasifadəçisidir. “İnstagram” sosial şəbəkəsi vasitəsilə adını “Rza” kimi tanıdığı İran vətəndaşı ilə tanış olmus, onun göndərdiyi hesab nömrəsinə “MilliÖn” terminalı vasitəsi ilə pul göndərir, o da ona narkotik vasitə göndərirmiş. Rza narkotik vasitənin qoyulduğu yerin şəklini çəkib atır, o da həmin yerə gedib narkotik vasitəni götürürmüş. Onlar üç nəfər olmuş, hər üçü də narkotik vasitə istifadəçisi imişlər. Ruslan da onların da pullarını alıb, sonra da Rzanın göndərdiyi hesab nömrəsinə “MilliÖn” terminalı vasitəsi ilə göndərirmiş. Onun avtomobili olduğuna görə çox vaxt Rzanın dediyi yerdən narkotik vasitəni o gedib götürür və həmin iki yoldaşın da narkotik paylarını verirmiş. 18 fevral 2022-ci il tarixdə o yenidən “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə Rzaya yazaraq ondan narkotik vasitə göndərməsini istəmiş və bunun müqabilində Rza ilə razılaşaraq 110 manat pulu əvvəlcədən ona məlum olan "xxxx"ASC-yə məxsus bank kartına “MilliÖn” terminalı vasitəsi ilə göndərərək ödəmə qəbzinin şəklini çəkərək Rzaya göndərmişdir. Rza isə ona gizlədilmiş psixotrop maddə metamfetaminin yerləşdiyi yerin şəklini göndərmiş, sonra o, idarə etdiyi “Prius” markalı avtomobillə həmin yerə gedərək 1 ədəd sellofan bükülünü götürmüşdür. Sellofanın içərisində olan psixotrop maddələr ağ rəngli kağıza bükülərək skoçla bağlanmışdır. O həmin bükülüdən dıgər iki nəfərin də payını verəcəkmiş. Metamfetamini özünə məxsus üzərində “NOOR OPTİC” yazısı olan eynək qabının içərisinə qoymuşdur ki, idarə etdiyi “Prius” markalı avtomobildə istifadə etsin. 20 fevral 2022-ci il tarixdə ünvan 1 ünvanın qarşısında piyada vəziyyətdə hərəkətdə olarkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. O həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-nə getmişdir. Şöbəyə getdikdən sonra onu xidməti otaqlardan birinə dəvət etmişlər. Sonra isə onun hüquqlarımın müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, vəkil ona təqdim edilmiş və o, şübhəli şəxs qismində tutularaq ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zaman ona təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa onları könüllü olaraq təqdim etsin. Onun üzərində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman metamfetamini, şəxsiyyət vəsiqəsini və metro kartını, istifadəsində olan 01 ədəd “Samsung Galaxy” markalı, “J7 Prime2” modelli mobil telefonu təqdim etmişdir. O heç vaxt narkotik naddələrin satışı ilə məşğul olmamış, üzərində olan narkotik vasitəni də öz istifadəsi üçün əldə etmişdir. Ona görə də ona verilən ittihamla özünü yalnız istifadəçi kimi təqsirli bilmişdir. İdarə etdiyi “Prius” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Ondan başqa iki nəfər də olmuşdur ki, onlar da narkotik istifadəçiləri imişlər, onlar da pullarını ona verir, o, MilliÖn” ödəmə terminalı vasitəsi ilə həmin pulu Rza adlı şəxsə göndərir, o da narkotik vasitəni gizlətdiyi yerin şəklini çəkib atır, onun maşınım olduğundan o gedib həmin yerdən götürür və o biriyoldaşlarının da paylarını verirmiş. Həmin iki nəfər şəxsl də hazırda həbsdədirlər. İstifadəsində yalnız ***-***-**-** saylı mobil nömrə olmuş. İstintaq zamanı da o, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız öz istifadəsi üçün narkotik vasitəni əldə etdiyini bildirmişdim. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 fevral 2022-ci il tarixdə, saat 10:30 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-in CA üzrə əməliyyat müvəkkili Şahid2lə xidməti zərurətlə əlaqədar olaraq ünvan 1 ünvanın yaxınlığında olduqları zaman, bir nəfər şəxsin halsız vəziyyətdə hərəkətdə olduğunu görüb həmin şəxsə yaxılaşmışlar. Onlar özlərini təqdim edərək Nərimanov RPİ-nin 17ci PŞ-in əməkdaşları olduqlarını bildirib nə üçün halsız vəziyyətdə olduğunu soruşmuşlar. Lakin, həmin şəxsin hərəkətlərində özünü şübhəli apardığını görmüşlər. Özünü təqdim etməsini təklif edən zaman isə həmin şəxs danışarkən suallardan yayınmağa, həmçinin rabitəsiz danışığından psixotrop maddə və ya narkotik vasitələrin təsiri altında olduğundan və üzərində psixotrop maddə və ya narkotik vasitə olmasından şübhələnib Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. Daha sonra həmin şəxsi Nərimanov RPİ-nin 17-ci PŞ-in CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və o, xidməti avtomobillə ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nin 17ci PŞ-nə gətirərək həmin şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Bu barədə raportla şöbənin rəisinə məruzə etdikdən sonra, raportun icrası Nərimanov RPİ-nin 17-ci PŞ-in təhqiqatçısı, polis mayoru Seymur Poladova həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili X1 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanılaraq təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddə varsa onları könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman başqa çıxış yolunun olmadığını görərək əynində olan göy rəngli cins şalvarının sol yan cibindən üzərində “NOOR OPTİC” yazısı olan eynək qabında 14 büküm psixotrop maddə metamfetamini könüllü olaraq təqdim etmişdir. Bundan başqa, şalvarının sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və metro kartını, sağ yan cibindən isə istifadəsində olan “Samsung Galaxy” markalı, “J7 Prime2” modelli mobil telefonunu təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixdə “Rza” adlı şəxslə sövdələşərək sonuncunun "xxxx" ASC-yə məxsus bank kartına 110 manat göndərdikdən sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol kənarında yerləşən yol nişanının yaxınlığında gizlədilmiş yerdən əldə etdiyini bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində əlavə axtarış keçirilmiş, bu zaman üzərindən hər hansı bir əşya və yaxud maddə aşkar edilməmişdir. Daha sonra Nərimanov RPİ-nin 17-ci PŞ-in təhqiqatçısı, polis mayoru Seymur Poladov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Eyni zamanda şəxsi axtarış və götürmə protokolu ilə müdafiəçi tanış olmuş və tanış olduqdan sonra müdafiəçi protokolu imzalamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Nərimanov rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 21 fevral 2022-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 20 fevral 2022-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan “Məhkəmə-kimyəvi” ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1053 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan bir ədəd zərfdə, içərisində 14 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,327 qram, 0,497 qram, 0,661 qram, 0,424 qram, 0,399 qram, 0,445 qram, 0,438 qram, 0,392 qram, 0,417 qram, 0,446 qram, 0,403 qram, 0,528 qram, 0,511 qram, 0,323 qram ümumi təmiz çəkisi 6,211 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi – 6,211 qram olmuş, tədqiqata sərf edilmiş - 0,28 qram, qalıq 5,931 qram qalmışdır. Cinayət işinin materiallarında olan Cinayət işi üzrə təyin edilmiş “Ambulator Məhkəmə-psixiatrik” ekspertizasının xx.xx.2022-ci il tarixli, 640 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan “Ambulator məcburi-narkoloji” ekspertizasının xx.xx.2022-ci il tarixli, 1663 saylı rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 20 fevral 2022-ci il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl təklif olunmuşdur ki, üzərində olan qanunsuz əşyaları könüllü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən üzərində “NOOR OPTİC” yazısı olan eynək qabında 14 büküm psixotrop maddə metamfetamini könüllü olaraq təqdim etdi. Bundan başqa, o, şalvarının sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və metro kartını, sağ yan cibindən isə istifadəsində olan “Samsung Galaxy” markalı, “J7 Prime2” modelli mobil telefonunu təqdim etdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixdə “Rza” adlı şəxslə sövdələşərək sonuncunun "xxxx" ASC-yə məxsus bank kartına 110 manat göndərdikdən sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol kənarında yerləşən yol nişanının yaxınlığında gizlədilmiş yerdən əldə etdiyini bildirmişdir. Aşkar olunmuş psixotrop maddə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 219 nömrəli möhürü ilə möhürlənmişdir. Cinayət işinin materiallarında olan cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı diskə baxış keçirilərək protokol tərtib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskin üzərində əlyazma ilə «xx.xx.2022», «Təqsirləndirilən şəxs» və «17 PŞ» sözləri yazılmışdır. «HP 2011x» kompyuter vasitəsilə diskdə olan videogörüntüyə baxarkən müəyyən olundu ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən üzərində “NOOR OPTİC” yazısı olan eynək qabında 14 büküm psixotrop maddə metamfetamini könüllü olaraq təqdim etdi. Bundan başqa, o, şalvarının sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və metro kartını, sağ yan cibindən isə istifadəsində olan “Samsung Galaxy” markalı, “J7 Prime2” modelli mobil telefonunu təqdim etdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixdə “Rza” adlı şəxslə sövdələşərək sonuncunun "xxxx" ASC-yə məxsus bank kartına 110 manat göndərdikdən sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol kənarında yerləşən yol nişanının yaxınlığında gizlədilmiş yerdən əldə etdiyini bildirmişdir. Cinayət işi üzrə "xxxx" MMC-dən Nərimanov RPİ-nin İŞ-nə xx.xx.2022-ci il tarixli, AZF/LGL-5331/22 saylı məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə daxil olmuş, edilmiş və cavabsız zənglər, daxil olmuş və göndərilmiş SMS-lərin mətnləri, qeyd olunan müddət ərzində həmin mobil nömrənin hansı əhatə dairələrinə düşməsinin (CELL-İD) əks olunduğu CD diskə baxış keçirilərək protokol tərtib edilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, ***-***-**-** saylı abonent nömrəsinə göstərilən tarixlərdə çoxlu sayda zənglər və smslər daxil olmuşdur. Həmin zənglərdə hazırda iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Lakin, mesajların bir qismində Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə alması ilə bağlı məlumatlar vardır. Cinayət işinin materiallarında olan protokoldan məlum olur ki, cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş “Samsung Galaxy” markalı, “J7 Prime2” modelli mobil telefon aparatına baxış keçirilmiş və baxış zamanı bir daha müəyyən edilmişdir ki, həmin mobil telefon və ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs istifadəsindədir. Bundan başqa iş üçün əhəmiyyət kəsb edən digər hal aşkar edilməmişdir. Cinayət işi üzrə xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərinə keçirilən axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 6,211 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, həmin metamfetaminin aparılmış tədqiqatlardan sonra qalıq qalmış hissəsi cinayət işinə əlavə edilmiş və saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Cinayət işi üzrə xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı disk və "xxxx" MMC-dən daxil olmuş (CELL-İD) 01 ədəd DVD-R formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilmli, o, ərazi dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 6,211 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin tədqiqat zamanı sərf olunduqdan sonra qalan 5,931 qram hissəsi hökm qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı disk və "xxxx" MMC-dən daxil olmuş (CELL-İD) 01 ədəd DVD-R formatlı disk, cəmi 02 (iki) ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 20 fevral 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 20 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun, o, ərazi dispanserində qeydiyyata alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 6,211 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin tədqiqat zamanı sərf olunduqdan sonra qalan 5,931 qram hissəsi hökm qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı disk və "xxxx" MMC-dən daxil olmuş (CELL-İD) 01 ədəd DVD-R formatlı disk, cəmi 02 (iki) ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1149/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1149/2022
23.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver