Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1149/2024 13.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –“A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ortaixtisas təhsilli, ailəli, himayəsində azyaşlı uşağı olan, sürücü fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2, V döngədə yerləşən fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (hökmün təsviri əsaslandırıcı hissəsində – CM) 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamışdır. Belə ki, o istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi toxumlardan istifadə etməklə yaşadığı ünvan 2 V döngədə yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində xüsusi şəraiti olan otaqda plastik materialdan hazırlanmış dibçəklərdə əkilib becərməsi qadağan olunmuş 11 (on bir) ədəd xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin diblərini yumşaldılmaqla, su və gübrə verərək əkib yetişdirməklə onlara aqrotexniki qaydada qulluq göstərib, 04 may 2023-cü il tarixədək kultivasiya etmiş, həmçinin istintaqa məlum olmayan vaxtda həmin bitkilərin yarpaqlarını toplayaraq qurutmaqla satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 581,41 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib həmin ünvanda saxlamış, 04 may 2023-cü il tarixdə saat 09:30-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 V döngədə yerləşən fərdi yaşayış evində keçirilmiş axtarış zamanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib evin 2-ci mərtəbəsində olan yataq otağındakı şkafın üst hissəsində 03 (üç ədəd) 3 kiloqramlıq şüşə bankada ümumi sayı 94 ədəd şəffaf rəngli kiçik ölçülü polietilen torbacıqlarda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 4,00 qram; 4,02 qram; 4,10 qram; 4,10 qram; 4,09 qram; 4,09 qram; 3,99 qram; 3,99 qram; 4,10 qram; 4,09 qram; 4,01 qram; 4,02 qram; 3,99 qram; 4,03 qram; 3,97 qram; 4,03 qram; 4,00 qram; 4,02 qram; 4,05 qram; 4,14 qram; 4,00 qram; 4,00 qram; 4,06 qram; 4,01 qram; 4,11 qram; 4,00 qram; 4,08 qram; 4,12 qram; 4,06 qram; 4,04 qram; 4,00 qram; 4,01 qram; 4,12 qram; 4,00 qram; 4,06 qram; 4,10 qram; 4,02 qram; 4,02 qram; 4,02 qram; 4,15 qram; 4,02 qram; 4,07 qram; 4,00 qram; 4,02 qram; 3,97 qram; 4,12 qram; 4,05 qram; 4,09 qram; 4,08 qram; 4,05 qram; 4,09 qram; 4,02 qram; 3,96 qram; 4,12 qram; 4,00 qram; 4,06 qram; 4,05 qram; 4,17 qram; 4,02 qram; 4,02 qram; 4,00 qram; 4,00 qram; 4,12 qram; 4,12 qram; 3,96 qram; 4,05 qram; 3,98 qram; 4,02 qram; 4,04 qram; 3,97 qram; 3,88 qram; 4,02 qram; 4,01 qram; 4,05 qram; 4,11 qram; 4,03 qram; 3,99 qram; 4,00 qram; 4,00 qram; 4,02 qram; 4,10 qram; 4,11 qram; 4,12 qram; 4,17 qram; 4,04 qram; 4,01 qram; 3,96 qram; 4,13 qram; 4,01 qram; 4,11 qram; 3,92 qram; 4,09 qram; 4,13 qram və 3,98 qram ümumi çəkisi 380,04 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, digər otaqdan 01 ədəd üzərində “TEMPERATURE” yazılan elektron cihaz, 11 (on bir) ədəd plastik materialdan hazırlanmış dibçəklərdə (hər birində bir ədəd bitki olmaqla) ümumi sayı 11 (on bir) ədəd yaş vəziyyətdə onun tərəfindən əkilibbecərilməklə kultivasiya edilmiş ümumi çəkisi 380,0 qram xeyli miqdarda bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, evin mətbəx otağından üzərində “QZ 161” yazılan çəhrayı rəngli üzərində cüzi miqdarda narkotik vasitə marixuananın hissəcikləri olan 01 (bir) ədəd elektron tərəzi, evin həyətində saxlanılmış Təqsirləndirilən şəxs tərəfindən idarə olunan “Opel” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilə axtarış keçirilərkən avtomobilin salonundan 01 (bir) ədəd 2 kiloqramlıq şüşə bankada, 01 (bir) ədəd 670 qramlıq şüşə bankada, 03 (üç) ədəd şəffaf sellofan bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 4,07 qram; 4,19 qram; 4,13 qram; 4,12 qram; 4,05 qram; 4,14 qram; 4,16 qram; 4,18 qram; 4,15 qram; 4,01 qram; 4,09 qram; 4,02 qram; 4,09 qram; 4,18 qram; 4,03 qram; 4,15 qram; 4,06 qram; 4,06 qram; 4,18 qram; 4,08 qram; 4,05 qram; 4,06 qram; 4,10 qram; 4,03 qram; 4,10 qram; 4,19 qram; 4,15 qram; 4,06 qram; 4,02 qram; 1,59 qram; 4,12 qram; 4,10 qram; 4,14 qram; 4,09 qram; 4,05 qram; 19,66 qram; 4,12 qram; 4,12 qram; 4,07 qram; 4,06 qram; 4,04 qram; 4,17 qram; 4,01 qram; 3,99 qram; 4,10 qram və 4,04 qram ümumi çəkisi 201,37 qram, külli miqdarda təmiz çəkisi 581,41 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, CM-in 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək, CM-in 237.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə arvadı ilə münasibətlərində problemlər yaranmışdır. Buna görə də arvadı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən evdən Bakı şəhəri, Nərimanov rayonunda yerləşən evə köçmüşdür. Arvadı köçəndən sonra o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən evdə qalmışdır. Arvadı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən evdən köçəndə 2018-ci ildə Gürcüstan Respublikasında olduğu vaxt festivaldan aldığı çətənə kolunun toxumlarını görmüşdür. Gürcüstan Respublikasından aldığı 12 toxumu dibçəklərdə əkmişdir. 26-xx.xx.2023-cü il tarixdə əkdiyi çətənə kolunun yetişən budaqlarını qayçı ilə kəsmiş və qurumaqları üçün kənara qoymuşdur. 29-xx.xx.2023-cü il tarixdə arvadı ilə münasibətləri düzəldiyi üçün o da əşyalarını götürüb sonuncunun yanına köçmüşdür. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən evdə əkdiyi kolları yığışdırmağa getmişdir. Yığdığı kolları paketlərə yerləşdirmişdir. Bundan sonra ailəsi ilə birgə rayona getmək fikirləri olmuşdur. Bu vaxt DTX əməkdaşları yaşadığı evə gəlib onu saxlamışlar. O, suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evdə şüşə balonlarda aşkar olunan dibçəklərdə əkdiyi kollardan yığdığı narkotik vasitə olmuşdur. Narkotik vasitələri balaca bükümlərə yığmaqda məqsədi öz istifadəsi qədər yığıb saxlamış olmuşdur. Kollardan yığdıqlarını bütov saxlamamış, çünki gizlədəcəkdi. Öz istifadəsi üçün 1 büküm götürmüş və ona 2-3 gün kifayət etmişdir. Ondan heç kim narkotik vasitə istəməmişdir. Telefonunda ona yazan tanışları tək qaldığını bildikləri üçün onunla birgə narkotik vasitə istifadə etmək istəyən şəxslərdir. DTX 3 ay ərzində mobil telefonunda olan danışıqlarına nəzarət etmişdir. Mobil telefonunda 1-2 nəfər tanışları ilə ancaq birgə narkotik vasitə istifadə etmək barədə söhbətləri olmuşdur. Fikri ancaq tanışlarla narkotik vasitə istifadə etmək olmuşdur. İbtidai istintaq zamanı ifadəni oxumağa icazə verməmişlər və heç birinə imza etməmişdir. Ancaq müqavilə üzrə müdafiəçisinin iştirakı ilə olan ifadəsinə imza çəkmişdir. Müdafiəçisinin iştirakı ilə verdiyi ifadə də ona qarşı heç bir təzyiq olmamışdır. Təzyiqlər dedikdə onu ailə üzvləri ilə təhdid etmişlər. DTX-nın əməkdaşları yaşadığı evə daxil olduğu vaxt özü əkdiyi narkotik vasitə kollarını təqdim etmişdir. DTX-nın əməkdaşlarına narkotik vasitələri çəkmək üçün tərəzi lazım olmuş, onun da tərəzisi olmamışdır. Arvadını və onu təhdid etdikdən sonra arvadı mətbəxdə uşaq yeməyini ölçdüyü tərəzini gətirib DTX-nın əməkdaşlarına vermişdir. Həmin tərəzidən ancaq uşaq yeməyini ölçmək üçün istifadə etmişlər, amma ekspert rəyində yazılıb ki tərəzinin üzərində narkotik vasitənin hissəcikləri qalmışdır. Avtomobilindən içərisində sənədlər, avto qəza ilə bağlı aldığı 800 manat pul və öz istifadəsi üçün götürdüyü 2 büküm narkotik vasitə marixuananı DTX-nın əməkdaşları götürmüşlər. DTX-nın əməkdaşları qaynanasına məxsus 10000 ABŞ dolları pulu götürmüşlər və həmin pulun götürülməsində iştirak etmişdir, həmçinin də, həmin pulu götürməkləri ilə bağlı protokola o, arvadı, qaynanası imza çəkmişdir. DTX-da ona qarşı arvadını tutmaqları ilə bağlı təhdidlər göstərmişlər. Hadisə günü yaşadığı evə 2 şahid, 6 nəfər DTX-nın əməkdaşları gəlmişlər. Gələn DTX-nın əməkdaşları özlərini təqdim edərək mənzilə daxil olmaq icazələrinin olduğunu bildirib yaşadığı evə daxil olmuşlar. DTX-nın əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmişdir. Aşkar olunan narkotik vasitələri DTX-nın əməkdaşlarına özü təqdim etmişdir. Səhər saat 10:00 radələrində onu və arvadını DTX-ya aparmışlar. Uşağını isə qaynanasına baxmağa tapşırmışlar. Axşam qaynanasını da DTX-ya gətirmişlər. Yaşadığı evdə video çəkilişlər olmamış, amma foto çəkilişlər aparılmışdır. Çətənə toxumlarını 12 ədəd dibçəkdə əkmişdir. Yığdığı narkotik vasitə marixuananı əkdiyi dibçəklərdən yığmışdır. Çətənə toxumunun 1 ədədini 10 ABŞ dollarına almışdır. Gürcüstan Respublikasından 12 ədəd çətənə toxumu alıb gətirmişdir. Gürcüstan Respublikasında aldıqlarının çətənə toxumu olduğunu bilmişdir. Ona qarşı ancaq psixoloji təzyiqlər olmuş, arvadını tutmaqla təhdid etmişlər, saatlarla ayaq üstə saxlamışlar. Evdə aşkar olunan narkotik bitkilər və vasitələr onundur. Şahid3 evdə hal şahidi kimi iştirakını xatırlamır. Cinayət işi materiallarında olan məlumatlar SMS məlumatları deyil. Cinayət işi materiallarında olan məlumatlar onun telefon danışıqlarıdır. 3 ay özünü və telefon danışıqlarını izləsələr də 1 nəfər adama narkotik vasitə satmağı ilə bağlı heç bir məlumat əldə olunmamışdır. Narkotik vasitədən heç bir asılılığı yoxdur. Saxlanıldıqdan sonra ondan heç bir analiz götürülməmiş sadəcə ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşmuşlar. Narkotik vasitə marixuananın istifadəçisi olmuş, amma satışı ilə məşğul olmamışdır. O, özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilir və ona veriləcək cəzanı çəkməyə hazır olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 4-5 ildir ki, narkotik vasitə olan marixuana qəbul edir. O, özü 2023-cü ilin fevral ayından yaşadığı ünvan 2 V döngədə yerləşən fərdi yaşayış evinin 2-ci mərtəbəsində olan otaqda xüsusi aqro-texniki qaydada dibçəklərdə marixuana yetişdirmək qərarına gəlmişdir. Bunun üçün internet kanallarından youtube sosial şəbəkəsindən marixuananın aqro-texniki qaydada yetişdirilməsi qaydalarını öyrənmişdir. Bundan sonra isə elə fevral ayından başlayaraq yaşadığı evin 2-ci mərtəbəsindəki otaqda marixuana yetişdirilməsi üçün münbit şərait yaratmışdır. Belə ki, otaqda olan hər iki pəncərəni alçipanla bağlamış, sonra çöldə qalan pəncərəni aralı saxlamış, alçipan olan hissədə otağın havalandırılması üçün borular hazırlamış, sonra otağa foto-sintez prosesi üçün xüsusi gücləndirici işıqlar almış, havalandırılma cihazı, habelə buxar buraxan xüsusi aparat almış, bundan sonra 11 ədəd marixuanın toxumunu balaca qablarda əkmiş, böyüdükdən sonra isə balaca 11 ədəd marixuana kolunu həmin dibçəklərdə əkməklə xüsusi qulluq göstərərək yetişdirməyə başlamışdır. Dibçəklərdə olan marixuana kollarının dibinə vaxtı-vaxtında kübrə vermişdir. Marixuana kolları təxminən 2 ay ərzində həm gül açır, həm də tam hazır vəziyyətə gəlir və bundan sonra marixuana kollarını dibçəkdən çıxarıb bir qədər qurutduqdan sonra, xüsusi balaca ağzı bağlanan balaca sellofan torbaların içərisinə yığmışdır. Həmin balaca sellofan torbada marixuana quruduqdan sonra hər balaca sellofan torbadakı qurudulmuş marixuana təxminən 3-5 qram aralığında olur. Beləcə o, özü qulluq edərək əkdiyi marixuanaları quruduqdan sonra balaca paketlərin içərisinə qablaşdıraraq özü satmaq üçün, həmçinin özünün istifadəsi üçün balonların və ya sellofan torbaların içərisində yığaraq saxlamışdır. Həmin qurudulmuş marixuanaları yaşadığı evdə saxlamaqda məqsədi həm öz istifadəsi, həm də satışını həyata keçirməklə gəlir əldə etmək olmuşdur. O, adətən öz tanışlarına güya marixuananı kimdənsə alıb gətirəcəyi adı ilə bir balaca 3-5 qramlıq qeyd etdiyi paketini 60- 30 manata satışını həyata keçirirdi. O, evdə narkotik vasitə olan marixuana əkibbecərməyini heç kimə deməmişdir. Həmin qurudulmuş marixuanadan da təxminən 600- 650 qramını yaşadığı evdə saxlamışdır. Təxminən 1 ay əvvəl isə 11 ədəd də əlavə marixuana-çətənə toxumunu əkmiş, 1 qədər böyüdükdən sonra isə həmin 11 ədəd balaca çətənə-marixuana kolunu ifadəsində qeyd etdiyi həmin 11 ədəd dibçəkdə 2-3 həftə əvvəl əkmiş və qeyd etdiyi qaydada xüsusi aqro-texniki qulluq göstərilməklə yetişdirməyə başlamış və beləcə həmin dibçəklərdə olan cəmi 11 ədəd çətənə kolları böyüməyə başlamışdır. 04 may 2023-cü il tarixdə, saat 09:30 radələrində DTX əməkdaşları yaşadığı evə hal şahidlərinin iştirakı ilə gələrək yaşadığı evdə axtarış keçrilməsinə əsas verən qərarı ona təqdim etdikdən sonra evində axtarış aparmışlar. Yaşadığı evdə axtarış zamanı ona məxsus olan evin müxtəlif otaqlarında 3 kiloqramlıq balonların içərisində və sellofan torbalarda saxladığı qurudulmuş marixuanalar, həmçinin evin 2-ci mərtəbəsindən ifadəsində qeyd etdiyi otaqda xüsusi qaydada qulluq edərək yetişdirdiyi dibçəklərdə olan 11 ədəd marixuana kolları aşkar edilmişdir. Evdə saxladığı qurudulmuş marixuanalar ona məxsus olan tərəzidə çəkildikdə cəmi ümumilikdə çəkisinin 630 qram olması müəyyən edildi. Bununla əlaqədar DTX əməkdaşları tərəfindən müvafiq protokol tərtib olunmaqla hal şahidlərinin və onun tərəfindən imzalandı. O, suallara cavab olaraq bildirmişdir ki, evindən aşkar olunan narkotik vasitəni qeyd etdiyi kimi yavaş-yavaş satmaq fikrində olmuşdur. Əvvəllər də tanışlarına ifadəsində qeyd etdiyi kimi müxtəlif şəxslərə paketdə olan 3-5 qramını 60-80 manata satmışdır. Qurudulmuş marixuananı balaca sellofan torbalara yığıb saxlamaqda məqsədi satışını həyata keçirmək üçün olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları onları saxladıqdan sonra ona yoldaşı ilə əlbir olduğunu bildirib 2 gün buraxmamışlar. İlk gün saat 00:00-a kimi, növbəti gün saat 18:00-a kimi saxlamışlar. Ona övladını uşaq evinə verəcəklərini bildirmişlər. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, əri ilə rəsmi nikahı var. Əri ilə həmişə bir yerdə yaşamışlar. Ərinin narkotik maddə istifadə etdiyi barədə dəqiq məlumatı olmamış, amma davranış və hərəkətlərindən şübhələnmişdir. Buna görə əri ilə aralarında müəyyən problemlər olmuşdur. Sabunçu rayon, Zabrat qəsəbəsindəki evdə 6 ay yaşamamış, Nərimanov rayonunda kirayə evdə qalmışdır. Ərinin Zabrat qəsəbəsindəki evdə narkotik bitki əkdiyini bilməmişdir. Evdə narkotik bitki olan yerə heç getməmiş və görməmişdir. Ərinin narkotik maddə istifadə etdiyindən şübhələndiyi üçün bir neçə dəfə 102-ə zəng edərək polisə məlumat vermişdir. Ancaq polislər hər hansı sənədləşmə aparmamışlar. Ərinin Fərhad adlı dostunu sadəcə toylarında görmüşdür. Fərhadın evə gəlib-getdiyini görməmişdir. Kiselyov Vladislavı bir dəfə Təqsirləndirilən şəxsla evə gələndə görmüşdür. Narkotik aşkar olunan gün onlar səhər həmin evə gəlmişlər. Təqsirləndirilən şəxs harasa gedib gəlmiş, amma o, haralara getdiyindən xəbəri olmadığından narkotikin necə əkildiyini də bilmir. 6 ay ərzində Zabrat qəsəbəsindəki evə getməmişdir. Zabrat qəsəbəsindəki ev rəsmi olaraq onun adındadır. Aşkarlanan narkotik maddələr barədə məlumatı olmuşdur. Narkotik maddələr aşkar olunandan sonra bu barədə əri ilə danışmağa vaxtı olmamışdır. Ərini DTX-nın əməkdaşları aparan vaxt o da orda olmuş və onu da aparmışlar. Onlar Zabrat qəsəbəsindəki evə səhər gəlmişlər və evdən çanta götürüb rayona gedəcəkdilər. Onlar evə gələndən demək olar yarım saat sonra DTX əməkdaşları həyətə daxil olmuşlar. DTX-nın əməkdaşları həyətə daxil olanda nə baş verdiyini başa düşməmişdir. DTX-nın əməkdaşları evə girib yuxarıda olan narkotik maddələri düşürərkən artıq məsələnin nə olduğunu başa düşmüşdür. DTX-nın əməkdaşları evə girib yuxarı çıxarkən yoldaşı aşağı mərtəbədə olmuşdur. Həmin əməkdaşlar evdə olan narkotik bitkiləri özləri axtarıb tapmışlar. DTX-nın əməkdaşları evə daxil olanda o, mətbəxdə olmuş və ondan tərəzi istəmişlər. Çəhrayı rəngdə tərəzini sonunculara vermişdir. Tərəzini və uşaq otağında olan 10500 (on min beş yüz) dollar pulu aparmışlar. Həmin pullar anasının olmuşdur. Anası gedərkən həmin pulları saxlamağı üçün ona vermişdir. Həmin pul müstəntiqdə qalmışdır. DTX-nın əməkdaşları onları aparan gün gecə saat 00:00-a kimi saxlamışlar. Övladını uşaq evinə verəcəyini bildirmişlər. Buna səbəb kimi də əri ilə birlikdə bu əməli törətdiyini iddia etmişlər. Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi açacaqlarını bildirib pul istəmişlər. Evdən götürdükləri 10500(on min beş yüz) dolları ona qaytarmamışlar və anası gələndə sonuncuya qaytaracaqlarını bildirmişlər. Ərinin kiməsə narkotik maddə satdığını görməmişdir. Ərinin narkotik maddə istifadə etdiyini görməmişdir. Əgər əri narkotik maddə satsa şübhələnərdi, amma heç şübhələnməmişdir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, elan olunmuş ifadənin demək olar yarısı onun ifadəsi deyil. Ərinin marixuana yetişdirməsi, satması ilə bağlı ifadə verməmişdir. İfadəni imzalayanda oxumuşdur, lakin 5 nəfər əməkdaş ona övladını uşaq evinə verəcəklərini bildirdikləri üçün imzalamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təzyiq altında imzalamışdır. Əri narkotik maddə istifadə etdiyinə görə DİN-in 102 xidmətinə etdiyi şikayətlərində ərinin narkotik maddə istifadə etdiyini deyil, evdə problemlər çıxardığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Zabrat qəsəbəsi, M.İbrahimov küçəsində xidməti vəzifəsini yerinə yetirərkən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs evinə getmişlər və DTX əməkdaşları orada olan narkotik vasitələri ona göstərmişlər. Daha sonra göstərilən narkotik vasitələrlə bağlı sənədi imzalamışdır. Həmin evdə 30-40 dəqiqə olmuşdur. DTX əməkdaşları Təqsirləndirilən şəxs “Opel” markalı avtomobilində olan narkotik vasitələri də ona göstərmişlər. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, orada ondan başqa tanımadığı bir nəfər yaşlı kişi hal şahidi olmuşdur. X11 küçəsində baş vermişdir. Təqsirləndirilən şəxs evi həyət evidir. Narkotik maddəni axtarışında o, iştirak etməmişdir. DTX əməkdaşları evin yuxarı mərtəbəsində olan narkotik bitkilərin kollarını göstərmişlər. Aşkar olunmuş narkotik bitkilərin sayını xatırlamır. DTX əməkdaşları həmin evdə divanın altından pul tapmışlar. Evdə dibçəkdə olan narkotik bitkilərdən başqa narkotik vasitələrin olduğunu xatırlamır. Həmin narkotik maddələrlə bağlı sənədi imzalamışdır. Sabunçu RPİ-yə çağırılmış və orada da sənəd imzalamışdır. Aşkarlanan pul dollar olmuş, amma miqdarını xatırlamır. Aşkarlanan narkotik bitkilərin dəqiq sayını xatırlamır, amma təxmini 6-7 kol olardı. Onun iştirakı ilə aşkarlanan narkotik vasitələri çəkmişlər və pulları saymışlar. DTX əməkdaşları narkotik bitkilərin kollarını göstərsələr də, dəqiq sayını bildirməmişlər. Evdə tərəzinin olduğunu və narkotik vasitələrin çəkilməsini xatırlamır. İmzaladığı protokolu həmin vaxt oxumuşdur. Lakin, indi xatırlamır. O, orada iştirak etməmişdən əvvəl DTX əməkdaşları Təqsirləndirilən şəxs evində olmuşlar və o da DTX əməkdaşları ilə evə daxil olmuşdur. Əvvəlcədən Təqsirləndirilən şəxs və orada olan evləri tanımamışdır. Orada olan yaşayış massivi yeni salındığından və qeydiyyatsız olduğundan tanımırdı. Evdə həyat yoldaşına aid olduğunu dediyi tərəzinin DTX əməkdaşları tərəfindən götürülməsini xatırlamır. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı ifadəni oxumuş və onda qeyd olunanlar doğru olduğundan imzası ilə təsdiqləmişdir. İbtidai istintaq dövründə verdiyi ifadəsi elan olunsa da orada olanları ətraflı xatırlamır. İbtidai istintaq dövründə verdiyi ifadəsi daha doğrudur. DTX əməkdaşları aşkar olunan narkotik vasitələri Təqsirləndirilən şəxs satış məqsədi ilə saxladığını bildirdiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsində təsdiq etmişdir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirən məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 04 may 2023-cü il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Mübariz İbrahimov küçəsi ilə piyada hərəkət edərkən bir nəfər şəxs yaxınlaşıb özünü təqdim edib, xidməti vəsiqəsini göstərib Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olduğunu deyərək, həmin ünvanda yaşayan bir nəfər şəxsin, yəni adını bildirdiyi Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əkib-becərməsi, əldə edib, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə məlumatları olduğunu, bununla bağlı onun yaşadığı evdə axtarış keçiriləcəyini, axtarış zamanı hal şahidi qismində iştirak etməyini xahiş etmişdir. Etiraz etməyib həmin əməkdaşla birlikdə Mübariz İbrahimov küçəsi döngə 5 ünvanında yerləşən fərdi yaşayış evinə getmişdir. Orada ona Təqsirləndirilən şəxs təqdim edilmişdir. Ondan başqa evdə bir nəfər də hal şahidi qismində dəvət olunmuş vətəndaş və aqronom kimi dəvət edilmiş şəxs olmuşdurlar. DTX-nin əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs, ona və dəvət edilmiş digər hal şahidinə hüquq və vəzifələri izah edildikdən sonra evdə axtarış keçirilmişdir. Axtarış zamanı evdən 01 ədəd sellofan bükümdə maddə, mətbəx otağından 01 ədəd elektron tərəzi, evin 2-ci mərtəbəsində olan yataq otağından şkafın üst hissəsindən 03 ədəd 3 kq balonun içərisinə xırda sellofan paketlərə yığılaraq doldurulmuş maddələr, 11 ədəd dibçəklərdə hərəsində 01 ədəd kolun xüsusi qulluq edilməklə əkildiyi, xüsusi işıqlarla işıqlandırıldığı, istilik şəraitinin yaradıldığı, həmin otaqdan 01 ədəd temperatur ölçmə cihazı, evin 2-ci mərtəbəsində dibçəklər olan otaqda 01 ədəd balon və sellofan torbanın içərisində ayrı-ayrılıqda xırda sellofanlara yığılmış maddələr, həmin otaqda 03 ədəd sellofanda ağ rəngli maddə, 10.500 ABŞ dollar və 1020 manat pul, evin qarşısında olan Təqsirləndirilən şəxs tərəfindən idarə olunan «Opel» markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağından «Neever» sözü yazılmış qara çantanın içərisindən xırda balonun içərisinə yığılmış 03 ədəd sellofan bükümlərdə maddələr, avtomobilin arxa oturacağında 01 ədəd balonun içərisindən (plastik balon) maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, evindən bükümlərdə aşkar edilmiş maddələr qurudulmuş, 11 ədəd dibçəklərdə isə əkilmiş kollar marixunadır. Bükümlərə marixuananı özü satmaq üçün ayırmışdır. Marixuananı evində özü istifadə etməklə yanaşı, satmaq məqsədi ilə əkib-becərir. Elektron tərəzini onların çəkisini ölçüb bükümlərə yığmaq üçün, temperatur ölçəni isə marixuananı əkibbecərməsində lazım olan hava şəraitini tənzimləməkdən ötrü evində saxlayır. Aqronom tərəfindən kollara baxış keçirib onun marixuana olduğunu təsdiq etmişdir. Aşkar edilmiş maddələr, elektron tərəzi, temperatur ölçən, kollar və digər yuxarıda qeyd etdikləri əşyalar DTX-nin əməkdaşı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülərək, bu barədə müvafiq protokol tərtib edildi. Protokolun doğruluğu onun və axtarışda iştirak edən şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. Axtarış zamanı hər hansı bir şəxs tərəfindən Təqsirləndirilən şəxs fiziki və ya psixi təzyiq və ya təsir göstərilməmişdir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Respublikasında olmadığından məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Şahid2 onun qızıdır. Cəmilə 2020-ci ildə Təqsirləndirilən şəxsla birgə nikaha daxil olmuşdur. Əvvəllər Fərhadın nə işlə məşğul olduğundan xəbəri olmamışdır. 2020-ci ildə Cəmilə və Fərhad üçün Zabrat qəsəbəsində ev almışdır. Bundan sonra o, tez-tez Cəmiləgilə getməyə başlamışdır. 2021-ci ilin yay aylarında Cəmiləgilin evində olarkən evin ikinci mərtəbəsinə qalxdıqda oradan qoxu hiss etmişdir. Sonradan Cəmilədən soruşduqda Cəmilə həmin qoxunun Fərhadın hansısa işləri ilə əlaqədar olduğunu demişdir. 2021-ci ilin payız aylarında Fərhad avtomobil və ya mətbəx mebeli alanda başa düşmüşdür ki, ailənin hardansa gəliri var. Belə ki, qızı Cəmilə və əri Fərhad üçün lazımi bütün pul məbləğlərini o özü qızının ailəsinə verirdi, ancaq avtomobil üçün o, hər hansı məbləğ verməmişdir. Pulların haradan əldə etməsini soruşduqda Cəmilə hamilə olduğu zaman Fərhad evin ikinci mərtəbəsi narkotik kolları əkməyə başladığını bildirmişdir. Həmin vaxtdan sonra onun bu barədə məlumatı olmuşdur. 2023-cü ildə səhər saatlarında DTX əməkdaşları məhkəmə qərarı əsasında Zabrat qəsəbəsində yerləşən evdə axtarış keçirən zaman Cəmilə ona zəng etmiş və onu evlərinə dəvət etmişdir. Axtarış keçirilərkən Fərhad özünə məxsus «Xiaomi» markalı telefonu onun çantasına qoymuşdur. Bir müddət sonra qızı Cəmilə ona yaxınlaşıb Fərhad tərəfindən onun çantasına qoyulmuş mobil telefonun yaddaşında olan “Nomerok” adı ilə qeydə alınmış abonentlə əlaqə saxlasın, həmin şəxs onlara köməklik göstərəcəkdir. “Nomerok” adı ilə qeydə alınmış abonentə zəng etdikdə, şəxs özünü Səid kimi təqdim etmiş və bildirmişdir ki, Cəmiləni buraxacaqlar, narahat olmasın. Bundan sonra təxminən 20 radələrində tanımadığı şəxs Zabrat qəsəbəsində yerləşən evin qapısını döyərək özünü polis əməkdaşı kimi təqdim edib, onu həmin «Xiaomi» markalı telefonu götürmək üçün göndərildiyini dediyi üçün telefonu həmin şəxsə vermişdir. Həmin şəxsin şəxsiyyəti barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs yaşadıqları evdə narkotik vasitə olan marixuana əkib-becərməklə saxlaması barədə məlumatlı olsa da, qızı Cəmiləyə problem yaranmamasından ötrü heç bir hüquq mühafizə orqanına məlumat verməmişdir. Şahid1 vermiş olduğu əlavə ifadəsində bildirmişdir ki, şəxsən narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etmir, satışı ilə məşğul olmur. Qızı Cəmilə narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmayıb, əri Fərhadla birlikdə narkotik vasitə istifadə edib-etməməsindən isə məlumatı yoxdur. X8 adına şəxsi tanımır, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrin sahibi və ya istifadəçisi barədə heç bir məlumata sahib deyil. X7, X9 və Gövhər adlı şəxsi tanımır, həmin şəxslərin Təqsirləndirilən şəxs və qızı Cəmilə arasında nə kimi münasibətlərinin olmasından xəbəri yoxdur. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 2020-ci ilin dekabr ayının 5-də Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan bir oğul övladları dünyaya gəlmişdir. Anası Şahid1 Sübhan qızı evdar qadındır, atası X12 2011-ci ildə vəfat etmişdir. Təqsirləndirilən şəxsla ortaq dostların vasitəsi ilə tanış olmuş, ailə həyatı qurduqdan sonra Bakı şəhərinin müxtəlif rayonlarında kirayə evlərdə yaşamışdır. Təxminən 2 il əvvəl hazırda yaşadıqları, Sabunçu rayonunda yerləşən həyət evinə köçmüşdürlər. Həmin həyət evini onlara anası Şahid1 bağışlamışdır. Fərhad ilk tanışlıq dövründə və ailə həyatı qurduqdan sonra narkotik vasitələrdən istifadə etmirdi. Təxminən 1 il əvvəl yaşadıqları evdə qəribə iylər hiss etmiş və 2-ci mərtəbəyə qalxdıqda Fərhadın orada marixuana yetişdirdiyini və balonlarda qurudulmuş halda saxladığını görmüşdür. Bunları gördükdən sonra Fərhadla mübahisə edib evdən getmiş və 3 ay Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Dəniz” marketin yaxınlığında yerləşən binada oğlu ilə birlikdə kirayədə yaşamışdır. Daha sonra Fərhad kirayədə qaldığı ünvana gəlib söz vermişdir ki, marixuana yetişdirib satmayacaqdır. Fərhadın sözlərinə inanaraq yenidən öz evinə qayıtmışdır. Evə qayıtdıqda Fərhadın yenə marixuana yetişdirib satdığını görmüş, lakin bu dəfə həmin evdə yaşamağa davam etmişdir. Fərhad marixuanaları evin 2-ci mərtəbəsində yetişdirib, daha sonra kiçik sellofan torba və balonlara yığırdı. Fərhadın həmin qurudulmuş marixuanaları kimə və necə satmasından isə məlumatı yoxdur. Fərhadın dostları Fərhad və Vladislav Kiselyov adlı dostlarını tanıyır. Belə ki, əri Fərhadın dostu Fərhad oğlunun 40 mərasimində iştirak etmək üçün onların yaşadığı evə gəlmişdir. Fərhadın təxminən 29-30 yaşı var, bəstə boyludur. Vladislav Kiselyovla əri Fərhadın dostluq münasibəti olsa da, bir-birlərini hardan tanıdıqlarını bilmir. Vladislav Kiselyov 2 dəfə əri Fərhadla birlikdə onların evinə qonaq gəlmişdirldər. Əri Fərhad evin 2-ci mərtəbəsində marixuanaları yetişdirmək üçün lazım olan vəsaitləri o evdə olmadığı vaxtı gətirmişdir. Bunları gördükdə isə Fərhad tezliklə bu fəaliyyəti dayandıracağını deyirdi. Hətta bununla bağlı anasına da məlumat vermiş, anası da Fərhadı hüquq-mühafizə orqanlarına bu barədə məlumat verəcəyi barədə qorxuzmuşdur. Fərhadın bu işlərinə görə onunla birlikdə yaşamaq istəmirdi, lakin o müxtəlif bəhanələrlə onu evdə saxlayırdı. Dəfələrlə Zabrat qəsəbəsində yerləşən polis bölməsinə onun barəsində əsassız şikayətlər (məni döyür, hədə-qorxu gəlir və s) ünvanlanmışdır ki, yaşadığı evdən narkotik vasitələri yığışdırsın. Hətta bir dəfə marixuanaları yetişdirdiyi otağın qapısını sındıraraq həmin kolları zibilliyə atmaq istəmiş, lakin Fərhad onun bunu etməyə icazə verməmişdir. Şahid2 vermiş olduğu əlavə ifadəsində bildirmişdir ki, özü narkotik vasitə qəbul etmir və satışı ilə məşğul olmur. X8, Gövhər adlı şəxsləri tanımır, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin istifadəçiləri və sahibləri barədə məlumatı yoxdur. ***-***-**-** saylı mobil nömrə X6 məxsusdur, Səid əri Fərhadın dostudur. Hazırda onun Səidlə heç bir əlaqəsi yoxdur. X4 əri Təqsirləndirilən şəxs vasitəsi ilə tanımış, onunla heç bir münasibəti olmamışdır. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsindən görünür ki, digər Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 237.1ci maddələri ilə cinayət işi ayrılmışdır. (l cild i.v. 3-5) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını sübuta yetirmək məqsədilə ətrafında kompleks əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. (l cild i.v. 115-116) xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli monitorinq mərkəzinin məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus və istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrə ilə aşağıda qeyd olunan məzmunda və mobil nömrələr arasında danışıqlar aparılmışdır. ***-***-**-** – istifadəçi Şahid2dır. Obyektin arvadıdır. Martın 21-i saat 20:49-da obyektə zəng edərək «Фархад, ты можешь нам одну штуку сделать? Только легкую, как я делаю» söylədikdə, Cəmilənin yanında qadın «только не убивай» demiş, Fərhad «хорошо» deyərək razılıq vermişdir. ***-***-**-** – istifadəçi X5r. Aprelin 2-si saat 13:46-da obyekt ona zəng edərək «brat, sən mənə çox pul vermisən e» söylədikdə, sonuncu «hə, doğurdan e, mən sənə 10 dənənin pulunu vermişəm» demişdir. Danışığa əsasən Ramilin obyektə 4500 (valyutanın növü məlum deyil) miqdarında pul verdiyi məlum olmuşdur. ***-***-**-**- istifadəçinin adı məlumat bazasında «Wair» qeyd edilmişdir. X3 adınadır. Aprelin 15-i saat 20:40-da obyektin telefonuyla başqa şəxs ona zəng edərək «у тебя дома можно «план» покурить ? Я с брательником, через 20 минут у тебя» söylədikdə sonuncu razılıq vermişdir. (l cild i.v. 125-126, 128) xx.xx.2023-cü il tarixli axtarış protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində axtarış keçirilən zaman, evdən 01 ədəd sellofan bükümdə qurudulmuş marixuana, mətbəx otağından 01 ədəd elektron tərəzi, evin 2-ci mərtəbəsində olan yataq otağından şkafın üst hissəsindən 03 ədəd 3 kq balonun içərisinə xırda sellofan paketlərə yığılaraq doldurulmuş qurudulmuş marixuana aşkar edilmişdir. 1-ci balonda 141 q, 2-ci balonda 128 q, 3-cü balonda 144 q qurudulmuş marixuananın olması elektron tərəzi ilə müəyyən edildi. Digər otaqda 11 ədəd dibçəklərdə hərəsində 01 ədəd marixuana kolun xüsusi qulluq edilməklə əkildiyi, xüsusi işıqlarla işıqlandırıldığı, istilik şəraitinin yaradıldığı, həmin otaqdan 01 ədəd temperatur ölçmə cihazı olması müəyyən olundu. Evin qarşısında olan Təqsirləndirilən şəxs tərəfindən idarə olunan «Opel» markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağından «Neever» sözü yazılmış qara çantanın içərisindən xırda balonun içərisinə yığılmış 03 ədəd sellofanda cəmi 13 qram olan qurudulmuş marixuana, avtomobilin arxa oturacağında 01 ədəd balonun içərisindən (plastik balon) 4 q olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Evin 2-ci mərtəbəsində dibçəklər (marixuanalar) olan otaqda 01 ədəd balon və sellofan torbanın içərisində ayrı-ayrılıqda xırda sellofanlara yığılmış 199 q qurudulmuş marixunalara bənzər maddələr, həmin otaqda 03 ədəd sellofanda ağ rəngli maddə, 10.500 ABŞ dollar və 1020 manat pul götürüldü. (l cild i.v. 130-137) Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin 9 saylı yaşıllaşdırma sahəsinin sahə rəisi X16 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 04 may 2023-cü il tarixdə ünvan 4 ünvanından aşkar edilmiş 11 (on bir) ədəd dibçəkdə əkilmiş çətənə kollarına baxış zamanı, həmin dibçəklərin xüsusi qulluqla aqrotexniki xidmətlər (kultivasiya yolu ilə) göstərilməklə becərilməsi həyata keçirilmişdir. Həmin əraziyə baxış zamanı orada mövcud işıqlandırma, vintilyasiya sistemi, həmçinin süni buxar yolu ilə istiliyin verilməsi müəyyən edilmişdir. (l cild i.v. 138) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/653 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Arayışlar üçün № 116” dairəvi möhür əksi olan göy rəngli polietilen paketdə 3 ədəd 3 kq-lıq şüşə bankada ümumi sayı 94 ədəd şəffaf rəngli kiçik ölçülü polietilen torbacıqlarda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 1 №-li cədvəldə qeyd olunmaqla, ümumi çəkisi 380,04 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ-çəhrəyi rəngli polietilen paketdə 1 ədəd 2 kq-lıq şüşə bankada, 1 ədəd 670 qramlıq şüşə bankada, 3 ədəd şəffaf sellofan bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 2 №-li cədvəldə qeyd olunmaqla ümumi sayı 46 ədəd şəffaf rəngli kiçik ölçülü polietilen torbacıqlarda ümumi çəkisi 201,37 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 1 ədəd bağlamada üzərində “QZ 161” yazılan çəhrayı rəngli elektron tərəzinin üzərində cüzi miqdarda olan bitki hissəcikləri narkotik vasitə marixuananın hissəcikləridir. Marixuana hissəcikləri cüzi miqdarda olduğu üçün onun çəkisini müəyyən etmək mümkün deyildir. 1 ədəd üzərində “TEMPERATURE” yazılan elektron cihazın üzərində bitki mənşəli narkotik vasitə hissəcikləri yoxdur. Tədqiqata təqdim olunmuş 11 ədəd dibçəkdə (hər birində bir ədəd bitki olmaqla) ümumi sayı 11 ədəd yaş vəziyyətdə ümumi çəkisi 380,0 qram bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. (İ cild i.v. 142-147) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 234 və 237-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs istintaq orqanına gəldiyi xx.xx.2023-cü il, saat 10:00-dan etibarən azadlığının faktiki məhdudlaşdırıldığı müddət tutulma müddətinə hesablanmışdır. (l cild i.v. 159) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2590 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Platafol 20.20.20” markalanma göstəricisi olan paketdəki təmiz çəkisi 945,5 qram, üzərində “Platafol 5.15.45” markalanma göstəricisi olan təmiz çəkisi 865,9 qram açıq yaşıl rəngli tozşəkilli maddələr kütlələrin və 1 ədəd polietilen torbadaki təmiz çəkisi 9,4 qram ağ rəngli xırda dənəvari hissəciklərdən ibarət maddənin tərkibində narkotik vasitələrin, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur və həmin maddələr kütlələri narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildirlər. Tədqiqata təqdim edilmiş elektron tərəzinin və elektron cihazın üzərilərində narkotik vasitələrin, psixotrop, güclü təsir edən və zəhərli maddələrin izləri yoxdur. (İ cild i.v. 182-186) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 187-188) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(009)-318/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 iyun 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Həmin Məhkəmənin xx.xx.2023-ci il tarixli, 4(009)-344/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ibtidai istintaq müddəti həddində, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (İ cild i.v. 209-213, 240-244) xx.xx.2023-cü il tarixli narkotik vasitələrin və əşyaların maddi sübut kimi tanınması haqqında qərardan və xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən və idarə etdiyi avtomobildən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 581.41 q, tədqiqatından sərf olunduqdan sonra 578,61 qram narkotik vasitə qurudulmuş marixuana, 11 (on bir) ədəd dibçəkdə 11 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 380.0 q, tədqiqatından sərf olunduqdan sonra 379,45 qram çətənə bitkisi, narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid olmayan ümumi çəkisi 1,820,8 qram, tədqiqatından sərf olunduqdan sonra 1.820.2 q maddələr, 01 ədəd elektron tərəzi və 01 ədəd elektron temperatur ölçən cihaz maddi sübut hesab edilərək saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir. (İ cild i.v. 227-228, İİ cild i.v. 134-147) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İİ cild i.v. 8-9) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(008)-672/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay 02 gün olmaqla 06 ay 02 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmış, həmin Məhkəmənin xx.xx.2023-ci il tarixli, 4(008)-827/2023 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 28 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmış, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(008)-882/2023 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün olmaqla, xx.xx.2023-cü il tarixədək, saat 10:00-dək uzadılmışdır. (İİ cild i.v. 45-50, 125- 130, 213-216) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X21 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 6026 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild i.v.114-115) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2682 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Cinayəti törətdiyi zaman öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkəti CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Hazırda öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimati təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir. (İİ cild i.v. 116-119) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (İİ cild i.v. 149-150) Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü X10 olmaqla bir nəfər azyaşlı uşağı var. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ilkin mərhələdə verdiyi ifadələrini, məhkəmə istintaqı zamanı verdiyi qismın etirafedici ifadələri, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri CM-in 234.4.3 və 237.1-ci maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs heç kimə narkotik vasitə satmaması, ona qarşı ancaq psixoloji təzyiqlər olması, arvadını və onu təhdid etdikdən sonra arvadı mətbəxdə uşaq yeməyini ölçdüyü tərəzini gətirib polis əməkdaşlarına verməsi, narkotik vasitələri öz istifadəsi üçün balaca bükümlərə yığması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən xx.xx.2023-cü il tarixli axtarış protokolu, şahid ifadələri və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etməsi, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamasına dair ibtidai istintaq zamanı ilkin mərhələdə dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri daha obyektiv və iş materialları ilə uyğunluq təşkil edən sübut kimi qəbul edir. Digər tərəfdən, aşkar edilmiş narkotik vasitələrin müxtəlif növlərdə və ayrı-ayrı bükümlərdə olması, yaşadığı evdən həmçinin tərəzinin də aşkar edilməsi Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədiylə əldə etməməsi ilə bağlı verdiyi ifadələri tam şəkildə təkzib edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində evindən aşkar edilmiş narkotik vasitəni yavaş-yavaş satmaq fikrində olduğunu, əvvəllər də tanışlarına müxtəlif şəxslərə paketdə olan 3-5 qramını 60-80 manata satdığını, qurudulmuş marixuananı balaca torbalara yığıb saxlamaqda məqsədi satışını həyata keçirmək üçün olduğunu bildirmişdir. Şahid2 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə Şahid2 təqsirləndirilən şəxslə yaxın qohum münasibətində olması (ar-arvad münasibətdə olması) sonuncunun Təqsirləndirilən şəxs mənafeyinə uyğun ifadə verməsini daha inandırıcı edir. Məhkəmə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni daha inandırıcı hesab edərək həmin ifadəni sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X19 qərarının 19-cu bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 237-ci maddəsində nəzərdə tutulmuş cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə, qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də, bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlülüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan əməl ağır, CM-in 237.1-ci maddəsində nəzərdə tutulan əməl isə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.1.4, 59.2-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3 və 237.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs istintaq orqanına gəldiyi xx.xx.2023-cü il, saat 10:00-dan etibarən azadlığının faktiki məhdudlaşdırıldığı müddət tutulma müddətinə hesablanmış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(009)-318/2023 saylı qərarı ilə barəsində 06 iyun 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin xx.xx.2023-ci il tarixli, 4(009)-344/2023 saylı qərarı ilə həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmış, həmin məhkəmənin xx.xx.2023-ci il tarixli, 4(008)-672/2023 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 02 ay 02 gün olmaqla 06 ay 02 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmış, həmin məhkəmənin xx.xx.2023-ci il tarixli, 4(008)- 827/2023 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 28 gün müddətinə, yəni xx.xx.2023cü il tarixədək uzadılmış, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(008)-882/2023 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün olmaqla, xx.xx.2023-cü il tarixədək, saat 10:00-dək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 184 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş tədqiqata sərf olunduqdan sonra 578,61 qram narkotik vasitə qurudulmuş marixuana, 379,45 qram çətənə bitkisi, narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid olmayan 1,820,2 qram maddələr, 01 ədəd elektron tərəzi və 01 ədəd elektron temperatur ölçən cihaz hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş qalıq çəkisi 578,61 qram narkotik vasitə qurudulmuş marixuana, 379,45 qram çətənə bitkisi, narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid olmayan 1,820,2 qram maddələr, 01 ədəd elektron tərəzi və 01 ədəd elektron temperatur ölçən cihaz hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 184 (yüz səksən dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-1149/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1149/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver