Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1149/2025 07.08.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, hakimlər Məmmədov Fəxri Afiq oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 01 ay 21 gün vaxtından əvvəl şərti azad edilmiş, orta-ixtisas təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 9, mənzil 126 qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib, üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,268 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Səbail RPİ-nin 41-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 sentyabr 2024-cü il tarixdə, saat 17:00-da Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən “Endi” marketin qarşısında saxlanılaraq Səbail RPİ-nin 41-ci polis bölməsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,268 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,241 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 dekabr 2024-cü il tarixdə, saat 17:20-də Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi 33 ünvanının qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinin inzibati binasına gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 04 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,595 qram, 0,591 qram, 0,733 qram və 0,322 qram olmaqla, ümumi təmiz çəkisi 2,241 qram təşkil edən kustar üsulla hazırlanmış, kimyəvi komponent tərkiblərinə görə eyni olan külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən Seymur adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi 33 ünvanında narkotik vasitələrin külli miqdarda əldə etməsi, saxlaması, gəzdirməsi, istifadəsi və satışı barədə bildirilmişdir (cild 1, iş vərəqi 7).
4. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdar narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadəsi və satması barədə Nəsimi RPİ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır (cild 1, iş vərəqi 8-9).
5. Şəxsi axtarış və götürmə aparılması haqqında tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokol, diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokol və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan göy rəngli şalvarın sol yan cibindən dörd ədəd şəffaf sellofan bükümü, sağ yan cibindən isə pul vəsaitini çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra təqdim edilmiş əşyalara baxış keçirməyə başlanmışdır. Pul vəsaiti sayılmış və məlum olmuşdur ki, 01 ədəd 10 manatlıq, 02 ədəd 5 manatlıq və 06 ədəd 1 manatlıq pul əskinasları olmaqla ümumilikdə 26 manat məbləğində pul vəsaitidir. Təqdim olunmuş bükümlər barədə Təqsirləndirilən şəxs soruşulduqda o, həmin bükümlərin içərisində “patı” kimi tanınan psixotrop maddə “metamfetamin” olduğunu bildirmişdir. Həmin 04 ədəd bükümdə olan psixotrop maddə metamfetamini öz istifadəsi üçün adını bilmədiyi, üzdən tanıdığı şəxsdən Hövsan qəsəbəsindən 100 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində psixtrotrop maddə metamfetaminə bənzər maddə olan 04 ədəd şəffaf sellofan kəsiyi büküm 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin 186 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. 26 manat pul vəsaiti istintaq əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır (cild 1, iş vərəqi 46-48, 108-109).
6. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/5400 saylı rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş üzərində “1. (imza) Təqsirləndirilən şəxs..” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,595 qram, 0,591 qram, 0,733 qram, 0,322 qram ümumi təmiz çəkiləri 2,241 qram olan ağ rəngli, kristallik maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə eyni olan psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir (cild 1, iş vərəqi 63-67).
7. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7689 №-li rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 78-79).
8. Telefon məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan, ona əlavə olunmuş mesajlardan və diskdən görünür ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. xx.xx.2024 05:20:18 1.1.**********50 1.1.**********43 Gelirsen mene alinan dermani icirsen pul atmiwdin deye 100defe yiğd, xx.xx.2024 05:20:24 1.1.**********50 1.1.**********43 elmiwem dedim 60sen qoysan danwmiwam 2 qram atirardim, 1.1.**********50 1.1.**********43 Gelmedin eybi yox onsuzda bilirdimki gelmiyesen.gor pul alındara bilsen zeng et goturek danıwmiwam xx.xx.2024 15:59:33 1.1.**********50 1.1.**********04 Salam tele cvb vermirsen mali almirsan menen bir soz de xaiw iwi bilek, xx.xx.2024 18:42:24 1.1.**********50 1.1.**********54 Balam sene gurban olum camaat list elimizde geldiy heziye.agrida.nenim nen? xx.xx.2024 08:51:02 1.1.**********50 1.1.**********75 Ay bla)sen gelmirsense mene denende.men oturub gozdemiim tema elimde gic kimi, xx.xx.2024 04:39:01 1.1.**********50 1.1.**********43 Men amaneti goturdum.seni gozdirem (cild 1, iş vərəqi 141-149).
9. 18.01.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi CM-in 234.1-1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmişdir (cild 1, iş vərəqi 154-155).
10. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadəsi və üzərində gəzdirməsi ilə məşğul olması bildirilmişdir (cild 1, iş vərəqi 164).
11. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Səbail RPİ-nin 41-ci PB-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır (cild 1, iş vərəqi 165-166).
12. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:50-də CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 17:00-dan tutulmuş hesab edilmişdir (l cild i.v. 180)
13. Şəxsi axtarış və götürmə aparılması haqqında tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokol, diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokol və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd bükülü vəziyyətdə gümüşü rəngli kağız və sağ yan cibindən qara rəngli alışqan çıxarıb təqdim etmişdir. Gümüşü rəngli kağızın içərisində tünd qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs gümüşü rəngli kağıza bükülünün narkotik vasitəyə oxşar kütlənin “patı” olduğunu bildirmişdir. O, narkotik vasitədən istifadə etmək məqsədi ilə üzərində saxladığını, aşkar edilmiş narkotik vasitəni Yasamal rayonu, İnşaatçılar metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən xx.xx.2024-cü il tarixdə günorta saatlarında 10 manata aldığını bildirmişdir. Aşkar olunmuş kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 239 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 191-193, 247-248).
14. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4439 saylı rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N239” dairəvi möhür əksi, “vətandaş Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,268 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 206-210).
15. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlandığı MSY-dən azadlığa buraxılmışdır (cild 1, iş vərəqi 234-239).
16. Axtarışda olan şəxsin tutulması barədə tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:00 radələrində saxlanılaraq Səbail RPİ-nin CAŞ-nin əməkdaşlarına təhvil verilmişdir (cild 2, iş vərəqi 1).
17. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlandığı MSY-dən azadlığa buraxılmışdır (cild 2, iş vərəqi 7-11).
18. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7405 №-li rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 29-30).
19. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1638 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi (cild 1, iş vərəqi 36-38).
20. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 64 №-li rəyinə əsasən, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “İsterik tipli şəxsiyyət pozuntusu” (F60.4) qeyd olunur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar (yeniyetmə yaşlarından xasiyyətcə əsəbi olması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” də “İsterik tip şəxsiyyət pozuntusu” diaqnozu təyin edilməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (davranışında nümayişkarlıq elementlərinin olması, əhvali ruhiyyə fonunun dəyişkən olması, emosional dayanıqsızlığı və sair) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, cinayət törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs cinayət törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli CM-in 21-ci maddəsinin təsiri altma düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs isterik tipli şəxsiyyət pozuntusu müəyyən olunur (cild 2, iş vərəqi 39-41).
21. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,268 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,595 qram, 0,591 qram, 0,733 qram, 0,322 qram ümumi təmiz çəkiləri 2,241 qram olan ağ rəngli, kristallik maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə eyni olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq çəkisi 0,218 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, tədqiqatdan sonra qalıq çəkisi 2,041 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutlar saxlanılan anbarına təhvil verilmiş, həmçinin şəxsi axtarış və götürmə prosessual hərəkətin köçürüldüyü 02 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır (cild 2, iş vərəqi 46-65).
22. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs götürülmüş xeyli və külli miqdarda psixotrop maddə metamfetaminin əldə edildiyi mənbəyə görə CM-in 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 2, iş vərəqi 67-70).
23. Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan və 9684/2024 nömrəli məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş, ilkin tibbi müayinə zamanı sağ qulaq seyvanında 1-2 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yara, hər iki ətrafda və aşağı ətraflarda narkotiklə əlaqəli trofik yaralar aşkar edilmişdir.
24. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə oğlu Nəsimi rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə daxil olmuşdur. MSY-yə gətirilən vaxt onun üstünə baxış keçirilmiş sağ qulağında şişkinlik, bel nahiyəsində qızarmış yara, sol çiynində və bədənində köhnə yaralar aşkar olunmuşdur.
25. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 293-cü maddəsinin, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün 2574-C-24 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi, yəni cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
26. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-nin NMB-yə narkotik vasitələrin dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatda Seymur adlı şəxsin narkotik vasitələrin daşınması, saxlanması, istifadəsi və satışı qeyd olunmuşdur. O və Bilaldan ibarət əməliyyat qrupu yaradılmışdır. S.Rüstəm küçəsi 34 ünvanın yaxınlığında məlumatda qeyd olunan şəxsi görüb saxlamışlar və barəsində məlumat daxil olduğunu bildirmişlər. Daha sonra saxladıqları şəxsi Nəsimi RPİ-yə dəvət etmişlər. Nəsimi RPİ-də saxladıqları şəxsin X5 olduğunu aydınlaşdırılmışdır. X2 üzərində şəxsi axtarış və götürmə həyata keçirilirkən sonuncunun üzərindən 4 büküm içərisində psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunan maddəni Hövsan qəsəbəsində əldə etdiyini bildirmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasında o və Şahid1 iştirak etmişlər. Təqsirləndirilən şəxs saxlanılan və Nəsimi RPİ-yə gətirilən zaman ona qarşı heç bir fiziki təzyiq, zorakılıq göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməni videoçəkilişlə Nəsimi RPİ-də aparmışlar. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs barəsində məlumat daxil olan kimi təxirə salınmadan əməliyyat həyata keçirtmişlər. Tədbirin özünün saxlanılması anı videoçəkilişlə olmamış, amma idarədə sonuncunun üzərində şəxsi axtarış və götürməni videoçəkilişlə həyata keçirtmişlər. Daxil olmuş məlumatda şəxsin narkotik vasitələrin istifadəsində və satışında şübhəli olması göstərilmişdir. Təqsirləndirilən şəxsi hansı şəraitdə saxlamaqları dəqiq yadında deyil, amma bununla bağlı ifadəsində bildirmişdir. Təqsirləndirilən şəxs saxladıqları vaxt əlində nəyinsə olması yadında deyil. Təqsirləndirilən şəxs saxladıqları anda narkotik vasitə satışı ilə məşğul olub-olmaması yadında deyil. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə S.Rüstəm küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs nə cür saxladıqları yadında deyil. Təqsirləndirilən şəxs küçədə dayanmış və onlar sonuncuya yaxınlaşıb özlərini təqdim etmişlər, barəsində əməliyyat məlumatı daxil olduğunu demişlər və idarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs ilk olaraq yaxınlaşdıqları vaxt əlində vizual olaraq nəsə olduğunu görməmişdir. Təqsirləndirilən şəxs saxladıqları vaxt kiminləsə danışıb-danışmadığını xatırlamır. Təqsirləndirilən şəxs ya xidməti, ya da şəxsi avtomobillə idarəyə aparmışlar. Təqsirləndirilən şəxs dəqiq avtomobillə idarəyə aparmışlar, amma hansı avtomobillə apardıqları yadında deyil. Təqsirləndirilən şəxs Slavyan Universitetinin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs saat neçədə saxlamaqları yadında deyil, amma ifadəsində saat neçədə saxladıqlarını bildirmişdir. Hadisənin üzərindən 9 ay keçdiyinə görə Təqsirləndirilən şəxs gecə və ya gündüz radələrində saxlamaqları yadında deyil. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmədə iştirak etmiş, amma baxış gecə və ya gündüz radəsində keçirilməsi yadında deyil. Təqsirləndirilən şəxs 2 nəfər saxlamışlar. Təqsirləndirilən şəxs bildirdikləri yalandır.
27. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə təxminən 2024-cü ilin sentyabr ayında, təxminən saat 18:00 radələrində baş vermişdir. Saxladıqları şəxsi 41-ci PB-yə dəvət etmişlər və 41-ci PB-də raportla təhqiqatçıya təhvil vermişlər. Saxladıqları şəxsin üzərinə baxış keçirilmiş və baxış zamanı saxladıqları şəxsin əynindəki şalvarın sol yan cibindən gümüşü kağıza bükülmüş kristala bənzər maddə aşkar olunmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, o, əməliyyat qrupunun iştirakçısı olmuş, qrupunun rəhbəri deyildir. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərməmiş və təzyiq göstərməyə heç bir əsas olmamışdır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumatı yoxdur, çünki sonuncu barəsində məlumat ona daxil olmamış və o, həmin tədbirdə sadəcə iştirakçı olmuşdur.
28. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxsin qəsəbədə narkotik vasitələrin daşınmasında və istifadəsində şübhəli olması barədə məlumat daxil olmuşdur. O da Şahid3la birlikdə “Endi” marketin qarşısında məlumatda qeyd olunmuş şəxsə oxşar şəxsi görmüş və ona yaxınlaşmışlar. Portal vasitəsi ilə yaxınlaşdıqları şəxsin şəxsiyyətini təsdiq etmiş və Səbail RPİ-nin 41-ci PB-yə dəvət etmişlər. 41-ci PB-də təhqiqatçının xidməti otağında videoçəkilişlə saxladıqları şəxsin üzərində şəxsi axtarış və götürmə həyata keçirtmişlər və baxış zamanı sonuncunun əynində olan şalvarın sol yan cibindən kristala bənzər “patı” adlanan narkotik vasitə aşkar olunmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs daxil olmuş məlumat əsasında saxlamışlar. Təqsirləndirilən şəxs Şahid3la birlikdə saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılan və 41-ci PB-yə gətirilən zaman ona qarşı heç bir fiziki, psixoloji təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməni videoçəkilişlə aparmışlar. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir.
29. Bundan başqa qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, polis leytenantı rütbəsində Bakı şəhəri Nəsimi RPİ-nin NMB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Xidmət etdiyi bölməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, xx.xx.1999-cu ildə ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi 33 ünvanında narkotik vasitələrin külli miqdarda əldə etməsində, gəzdirməsində, saxlamasında, istifadəsində və satışında şübhəlidir. Həmin məlumat haqqında dərhal Nəsimi RPİ-nin rəhbərliyinə məruzə edildi və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi üçün Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradıldı. Bundan sonra, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün onunla birlikdə polis idarəsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və həmin tarixdə saat 17:20-də əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin ünvan 3 ünvanının qarşısında onu saxlamışlar. Həmin şəxsi saxlayıb, onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən oldu ki, həqiqətəndə o, Təqsirləndirilən şəxsdur. Beləliklə də, onlar Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatın olduğunu bildirərək ondan Nəsimi RPİ-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da razılışaraq onlarla birlikdə oradan polis idarəsinə gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nə gətirilməsi barədə raportla idarə rəhbərliyinə məruzə edildi, rəhbərlik tərəfindən Təqsirləndirilən şəxslə bağlı zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Ayxan Məmmədova həvalə olundu. Bununla bağlı, A.Məmmədov tərəfindən Nəsimi RPİnin xidməti otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə apanlmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək ondan vəkil istəyib-istəmədiyini soruşmuş və o da maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə imkanının olmadığını bildirib, onun üçün dövlət hesabına vəkilin dəvət olunmasını xahiş edərək bu barədə ərizə yazdırıb imzalamışdır. Bununla bağlı, həmin təhqiqatçı ona Nəsimi rayonunda fəaliyyət göstərən «Xəzər Konsaltinq» və 14 saylı Vəkil Bürolarında işləyən vəkillərin siyahısını təqdim etdi. Təqsirləndirilən şəxs həmin siyahıdan istənilən vəkil tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edilməsini xahiş etdi. Bundan sonra «Xəzər Konsaltinq» büronun vəkili X7 gəldi, təhqiqatçı A.Məmmədov onu Təqsirləndirilən şəxs təqdim etdi və o da, etiraz etmədiyi üçün təhqiqatçı bu barədə protokol tərtib etdi. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etdi. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtanş və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı Nəsimi RPİ-nin KTQ-nin inspektor kriminalisti, polis mayoru X8 tərəfindən «Sony» markalı videoaparat istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etdi və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmadı. Bundan sonra təhqiqatçı şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə olan qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsini təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sol yan cibindən 04 ədəd bükümü, sağ yan cibindən isə pul vəsaitini çıxardıb masanın üzərinə qoydu. Bundan sonra təqdim edilmiş əşyalara baxış keçirilməyə başlanmış və pul vəsaiti sayıldıqda məlum olmuşdur ki, 01 ədəd 10 manatlıq, 02 ədəd 5 manatlıq və 06 ədəd 1 manatlıq pul əskinasları olmaqla, ümumilikdə 26 manat pul vəsaitidir. Təqdim olunmuş bükümlər barədə Təqsirləndirilən şəxs soruşulduqda, o, həmin bükümlərin içərisində “patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin 04 ədəd bükümdə olan psixotrop maddə metamfetamini öz istifadəsi üçün adını bilmədiyi, üzdən tanıdığı şəxsdən Hövsan qəsəbəsində 100 manata aldığını bildirmişdir. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində saxladığı və çıxarıb təqdim etdiyi 4 ədəd bükülüyə baxış keçirilən zaman müəyyən olundu ki, təqdim edilmiş 4 ədəd bükülünün içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddə vardır. Bundan sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə apardı, lakin üzərindən digər heç bir qeyri-qanuni əşya və ya predmetlər aşkar olunmadı. 26 manat pul vəsaiti əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Daha sonra isə aşkar olunmuş yuxarıda qeyd olunan bükümlər olan maddə zərfə qoyularaq möhürlənərək götürüldü. Şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi həmin protokolu öz imzaları ilə təsdiq etmişdir. Xidmət etdiyi bölmənin əməkdaşları müvafiq qaydada təxirəsalınmaz əməliyyat-axtanş tədbirlərini həyata keçirmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə hesab olanan metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Həmçinin əldə etdiyi psixotrop maddə hesab olanan metamfetamini satmaq istəməsi və ya satmağa hazırlaşması haqqında məlumat olmuş, müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs xeyli müddətdir ki, narkomaniyaya qurşanmış şəxsdir. Onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşqul olması barədə məlumat əldə olunmuşdur. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
30. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, CM-in 234.1-ci maddi ilə özünü təqsirli bilərək göstərmişdir ki, 1ci dəfə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən «Endi» marketin qarşısında saxlanılmış, daha sonra Səbail RPİ-nin 41-ci PB-yə aparılmışdır. 41-ci PB-də videoçəkilişlə üzərindən 0,268 qram narkotik vasitə metamfetamin aşkar olunmuşdur. 41-ci PB-də izahatını almışlar, videoçəkilişlə üzərinə baxış keçirtmişlər, daha sonra onu MSY-yə aparmışlar. MSY-dən sonra onu prokurorluğa aparmışlar və onu oradan buraxmışlar. 2-ci dəfə isə onu xx.xx.2024-cü il tarixdə saxlasalar da, qeyd olunanların hamısı yalandır. Onu həmin günü Nəsimi RPİ-nin inzibati binasi ilə üzbəüz olan Aloe aptekin içərisində saxlamışlar. Ona yaxınlaşan şəxslər onu ilk öncə aptekdən çölə çağırmışlar. Ona yaxınlaşan şəxslər özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Həmin şəxslər ona narkomaniya ilə bağlı danışmağa başlamışlar, sonra isə üzərini yoxlamışlar. Yoxlanış zamanı üzərindən 76 manat pul, mobil telefon və xəstəliyi ilə əlaqədar həkim resepti aşkar olunmuşdur. Şəkər xəstəliyi ilə əlaqədar əlilliyi yoxdur, dispanserdə qeydiyyatda deyil, amma 6 ay müalicə almışdır. Psixiatriya mərkəzində də xəstəliyi ilə əlaqədar müalicə almış, sənədləri də var. İttiham aktında üzərindən 4 büküm narkotik vasitə aşkar olunması qeyd olunmuşdur. Aptekin qarşısında üzərinə baxış keçiriləndə üzərindən mobil telefon, pul və resept aşkar olunmuşdur. O, polis əməkdaşları ilə danışanda onu buraxmaqları üçün 50 manat pul vermiş, qalan 26 manat pulu isə özünə dərman almaq üçün saxlamışdır. Sonra dərman almaq üçün aptekə daxil olmuşdur. Aptekdən çıxıb 10-15 metr irəli getdikdən sonra 1 ədəd qara rəngli avtomobil saxlamış və onu həmin avtomobilə əyləşdirmişlər. Avtomobili Slavyan Universitetinin qarşısında saxlamışlar və içərisində 10-15 dəqiqə söhbət etmişlər. Həmin ərəfədə onu avtomobilə əyləşdirən şəxslər onunla ilin sonu olduğunu, CM-in 234.1ci maddəsi ilə bir nəfər şəxs tutmaqlarının tələb olunduğunu bildirmişlər. O, həmin şəxslərlə razılaşmamış və onu Nəsimi RPİ-yə aparmışlar. Nəsimi RPİ-nin girişində onun üzərinə baxış keçirtməmişlər və onu birbaşa inzibati binanın 2-ci mərtəbəsində yerləşən otağa aparmışlar. Otaqda ona qarşı təzyiqlər göstərmişlər, onu döymüşlər. Təzyiqlərlə bağlı faktları var. Təzyiq nəticəsində başında şiş yaranmışdır, ağzı partlamış, qolları göyərmişdir. Təzyiqlərdən sonra onu evinə narkotik vasitə göndərməklə təhdid etmişlər. Bundan sonra CM-in 234.1-ci maddəsi ilə razılaşmışdır. Müdafiəçi çağırmışlar, sonra isə rus dilində təhsil aldığı üçün tərcüməçi dəvət etmişlər. Müstəntiq sonra tərcüməçini də işdən kənarlaşdırmışdır. Tərcüməçi və müdafiəçi gəldikdən sonra üzərinə 4 büküm narkotik vasitə qoymuşlar. 4 büküm narkotik vasitənin satış olduğunu demiş və polis əməkdaşları ilə razılaşmamışdır. Razılaşmadığı üçün razılaşanadək onu otaqdan çıxardıb ayaqyoluna aparıb döyüb geri qaytarmışlar. Barəsində qətimkan tədbiri ilə bağlı təqdimata baxılanda müdafiəçisinə videoçəkilişin neçə dəfə aparılması ilə bağlı sual vermişdir. Müdafiəçisi videoçəkilişin 1 dəfə söndüyünü demiş və buna səbəb otaqda işiğın sönməsini bildirmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Səbail rayonunda saxlanılmağı ilə bağlı olan hissədə özünü təqsirli bilir. Müstəntiq onun barəsində cinayət işi başlananda onun CM-in 234.1-ci maddəsi ilə ittiham olduğunu və sənədlərə imza çəkdirəndə CM-in 234.1-ci maddəsi ilə bağlı olan sənədlərə imza çəkdiyini demişdir. O, heç bir narkotik vasitə əldə etməmişdir. Ona görə də, ibtidai istintaqda “mən narkotik vasitəni satmaq məqsədi ilə deyil, öz istifadəm üçün əldə etdiyim” yazılan ifadələr yanlışdır. Barəsində qətimkan tədbiri ilə bağlı təqdimata baxılanda da bu fikirləri demişdir. Saxlanıldığı vaxt üzərində 26 manat deyil, 76 manat olmuş, sadəcə 50 manat pulu polis əməkdaşları götürmüşlər. İbtidai istintaqda olan müdafiəçisindən imtina etmiş, amma müstəntiq yenidən onu həmin müdafiəçi ilə təmin etmişdir. Onu polis əməkdaşları təqsirli bilmədiyi cinayət işi üzrə təxminən günorta saat 3-4 radələrində saxlamışlar. Müdafiəçini axşam, yəni saxlanıldığı vaxtdan 2-3 saat sonra çağırmışlar. Saxlanıldığı vaxt üzərində mobil telefonu olmuşdur. Onu polis əməkdaşları Nəsimi RPİ-nin inzibati binası ilə üzbəüz olan aptekdə saxlamışlar. İlk dəfə aptekdən çölə çıxanda üzərinə baxış keçirtmişlər. Daha sonra videoçəkilişlə isə saxlanıldığı vaxtdan 2-3 saat sonra baxış keçirtmişlər. Videoçəkiliş 4 dəfə aparılmışdır. MSY-yə onu gecə 9-10 radələrində təhvil vermişlər. Barəsində qətimkan tədbiri ilə bağlı təqdimata baxılanda da məhkəmə istintaqında verdiyi kimi fikir bildirmişdir. BİT-ə daxil olan zaman həkim komissiyasından keçmişdir. Döyülməyi ilə bağlı faktları var idi və həmin faktlarla bağlı ekspertiza təyin edilməsini xahiş etmişdir. Prokurorluqdan döyülməyi ilə bağlı istintaq təcridxanasına gəlib ifadəsini almışlar. Şahid4 tərəfindən ona qarşı heç bir təzyiq olmamışdır. Ona təzyiq ancaq Nəsimi RPİ-də olunmuşdur. Şahid3 tərəfindən ona qarşı heç bir təzyiq olmamışdır. Onu qara rəngli cip avtomobillə idarəyə aparmışlar. Onu ümumi 6 nəfər şəxs saxlayıb. Onu saxlayan vaxt əlində reseptlə aptekdən dərman alırdı. Şahid2 ona yaxınlaşıb və onu aptekdən çölə çıxardaraq üzərini yoxlamışdır. Üstünü yoxladıqdan sonra üzərində heç nə aşkar olunmadığı üçün onu buraxmışlar və o, yenidən aptekə daxil olmuşdur. Onu Nəsimi RPİ ilə üzbəüz yerləşən Aloe aptekdə saxlamışlar. Onu 1-ci dəfə çölə çıxardıb buraxmışlar və o, içəri daxil olmuşdur. 5 dəqiqə sonra aptekdən çölə çıxanda onu yenə saxlamışlar. Onu 1-ci Nəsimi RPİ-yə deyil, Slavyan Universitetinin yanına aparmışlar. Ona Şahid2, Rövşən və Bilal adlı şəxslər təzyiqlər göstərmişlər. Onu polis əməkdaşları saxladıqları vaxt üzərində narkotik vasitə olmamışdır. Onu evindən yarım kiloqram narkotik vasitə çıxartmaqları ilə təhdid etmişlər. Ona qarşı fiziki, psixoloji təzyiqlər olduğu üçün üzərindən çıxanları öz üzərinə götürümüşdür. ***-***- **-** saylı mobil nömrə ona məxsusdur. Hadisə vaxtı həmin mobil nömrə olan telefon üzərində olmamışdır. Onun 2 mobil telefonu var. Hadisə vaxtı üzərində olan telefonun mobil nömrəsini 2 gün almışdır. Ona görə də, həmin nömrə yadında deyil. ***-***-**-** saylı mobil nömrəni tutulduğu vaxta qədər istifadə etmişdir, sadəcə 28 May ərazisində yerləşən 50 Qəpik restoranında unutmuşdur. ***-***-**-** saylı mobil nömrənin kimə məxsus olmasını xatırlamır. “elmiwem dedim 60sen qoysan danwmiwam 2 qram atirardim” SMS mətni ilə bağlı onu bildirmək istəyir ki, o, narkotik vasitə istifadəçisidir və onun 1 nəfər narkotik vasitə istifadə edən dostu var. Narkotik vasitə almaq üçün kimsə bir-biri ilə əlaqədə olur. Burada satış məqsədi olmur. “elmiwem dedim 60sen qoysan danwmiwam 2 qram atirardim” SMS mətnində atdırmaq deyəndə yəqinki iranlı olar. “elmiwem dedim 60sen qoysan danwmiwam 2 qram atirardim”, “Salam tele cvb vermirsen mali almirsan menen bir soz de xaiw iwi bilek” SMS mətnlər ona məxsus deyil. Heç kim onun mobil telefonundan istifadə etməmişdir. 2024-cü ilin noyabr ayında inzibati həbs olunmuşdur. 20- 25 gün inzibati həbsdə olmuşdur. Tədqiq edilən SMS mətnlər ona məxsus deyil. “Ay bla) sen gelmirsense mene denende.men oturub gozdemiim tema elimde gic kimi” SMS mətndə tema dedikdə yəqin ki narkotik vasitə deməkdir. “Ay bla) sen gelmirsense mene denende.men oturub gozdemiim tema elimde gic kimi” SMS mətnlərin heç biri ona aid deyil. “Qaqi salam menem seymur.gor imkan oldu mene yig.menim teze nomremdi” SMS mətnində bilinirki yazılan yazı ona məxsusdur. “Tema” sözü olan SMS mətnini o, yazmamışdır. Qulağında olan şişkinlik tutulduğu vaxt aldığı xəsarətdir. Bel nahiyəsində qeyd olunan xəsarət köhnə xəsarətdir. Sol çiynindəki yara köhnə xəsarət deyil, yeni yara idi. Əlavə olaraq da, əllərinin üzərində xəsarət var idi. “elmiwem dedim 60sen qoysan danwmiwam 2 qram atirardim” SMS mətnində heç bir satış faktı yoxdur. Ona aidiyyatı yoxdur. Bu işə heç bir aidiyyatı yoxdur. O, mobil telefonunu istifadə üçün heç kimə verməmişdir. “elmiwem dedim 60sen qoysan danwmiwam 2 qram atirardim” SMS mətninin narkotik vasitəyə heç bir aidiyyatı yoxdur, amma nəyi atdıracağı yadından çıxıb. “elmiwem dedim 60sen qoysan danwmiwam 2 qram atirardim” SMS mətnində narkotik vasitə almaq fikri olub. “elmiwem dedim 60sen qoysan danwmiwam 2 qram atirardim” SMS mətnində 60sen qoysan yazanada özü üçün narkotik vasitə almağa görə pul istəmişdir. Həmin vaxtı kimsə üçün deyil özü üçün narkotik vasitə götürəcəkdi. O, heç nəyin alış-verişi ilə məşğul deyil. “Salam tele cvb vermirsen mali almirsan menen bir soz de xaiw iwi bilek” SMS mətnində malı almırsan deyəndə nə demək istədiyini bilmir. Onun Həsən adlı tanışı yoxdur. Çantası dönərçidə qalmışdır. Əşyaları da içərisində idi. Bundan sonra Bakcell MMC-yə nömrəsini bağlamaq üçün zəng vurmuşdur. Sonra mobil telefonunu özü tapmışdır. Telefonunu 2024-cü ilin avqust ayında tapmışdır. Tədqiq olunan SMS mətnlər ona aid deyil. “Ay bla) sen gelmirsense mene denende.men oturub gozdemiim tema elimde gic kimi” SMS mətninin ona aidiyyatı yoxdur, kim yazdığını bilmir. O, mobil telefonunu heç kimə verməmişdir. Bir ara mobil telefonunu itirmişdir, amma polisə məlumat vermədən mobil telefonunu özü tapmışdır. Kənan adlı şəxsi tanımır. Polad adlı şəxs atasıdır. Atası ustadır. “Allahverdi salam gagas.Menem Poladdi sen imkan varsa bu gun ise gelende menim ucun lobzik ve lagundani getirersen menim qardasim?gune men sene olari qaytaracam” SMS mətnini o, atasının əvəzindən yazmışdır, çünki atası düyməli telefon işlədə bilmir. “Ay bla) sen gelmirsense mene denende.men oturub gozdemiim tema elimde gic kimi” SMS mətnində demək istəmişdir ki, tema əlində qorxur tutular. Tema narkotik vasitə deməkdir. SMS mətnində üzərində narkotik vasitə olduğunu və tutulmaqdan qorxduğunu demək istəyirdi. İstifadə edən adam olduğu üçün həmin adama “gəl çıx səni gözdüyürəm gedim istifadə edim” demək istəmişdir. Orada heç bir satış məqsədi olmamışdır. 2-ci epizodun ona aidiyyatı yoxdur. CM-in 234.1-ci maddəsi ilə müalicə almağı üçün razılaşmışdır. Tutulmazdan əvvəl analizə getmiş, narkoloji dispanserdə müalicə almış, dərman qəbul edirdi. O, narkotik vasitə qəbul etmirdi. O, özünü düzəltmək və cəmiyyətin içində yaşamaq üçün çalışırdı. Bu həyatı özünə laiq görmür. Cəzaçəkmə müəssisəsi onun üçün çox ağır gəlir. 1-ci epizodla bağlı ədalətli qərar çıxarılmasını, 2-ci epizodla isə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
31. CM-in 234.4.2. və 234.4.3. maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə təkrar və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
32. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
33. Maddə 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
34. Maddə 18.5. Cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir.
35. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
36. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
37. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
38. Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
39. Maddə 65.1. Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır.
40. Maddə 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.
41. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
42. Maddə 83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.
43. Maddə 83.3.3. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
44. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
45. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
46. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
47. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
48. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
49. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
50. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
51. Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.
52. Maddə 193.5. Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.
53. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
54. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
55. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
56. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
57. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
58. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
59. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı
60. Qərarın 10-cu bəndi. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
61. Qərarın 14-cü bəndi. CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə, onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Şəxsin satış məqsədilə əldə edib saxladığı narkotik vasitənin və ya psixotrop maddənin müəyyən hissələrini müxtəlif vaxtlarda müxtəlif şəxslərə və yaxud vahid qəsdlə əhatə olunmadığı halda, bir şəxsə müxtəlif vaxtlarda satması, eyni bir dispozisiyada alternativ cinayət tərkibləri kimi təsbit olunmasına baxmayaraq, narkotik vasitəni satış məqsədilə əldə etmə və saxlama ilə müqayisədə narkotik vasitəni (psixotrop maddəni) təkrar satma ictimai təhlükəliliyi daha yüksək olan əməl kimi çıxış etdiyindən və narkotik vasitənin (psixotrop maddənin) satışı obyektiv olaraq da yenidən törədilməklə həmin cinayətin çoxluğu kimi vəziyyət meydana gəldiyindən, narkotik vasitənin (psixotrop maddənin) satış məqsədilə əldə edilməsi və saxlanılması əlaməti narkotik vasitənin təkrar satışını əhatə edən əlamət kimi nəzərdən keçirilə bilməz və belə hallarda əməl CM-in 234.2-ci və ya 234.3-1-ci maddəsi ilə deyil, narkotik vasitəni (psixotrop maddəni) satma cinayətinin təkrar törədilməsi əlaməti üzrə CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilməlidir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli Qərarı
62. Qərarın nəticəvi hissəsi. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
63. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
64. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Avropa Məhkəməsinin president hüququ:
65. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Məhkəmənin hüquqi dəyərləndirməsi:
66. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən “Gelirsen mene alinan dermani icirsen pul atmiwdin deye 100defe yiğd”, “elmiwem dedim 60sen qoysan danwmiwam 2 qram atirardim”, “Salam tele cvb vermirsen mali almirsan menen bir soz de xaiw iwi bilek”, “Balam sene gurban olum camaat list elimizde geldiy heziye.agrida.nenim nen?” “Ay bla)sen gelmirsense mene denende.men oturub gozdemiim tema elimde gic kimi”, “Men amaneti goturdum.seni gozdirem” məzmunlu sms mətnlərini göndərmişdir, həmin sms mətnlərinin məzmununda “elmiwem dedim 60sen qoysan danwmiwam 2 qram atirardim”, “Salam tele cvb vermirsen mali almirsan menen bir soz de xaiw iwi bilek” “Ay bla)sen gelmirsense mene denende.men oturub gozdemiim tema elimde gic kimi” kimi ifadələr təqsirləndirilən şəxsin psixotrop maddənin satış məqsədi ilə əldə etməsinə (saxlamasına, daşımasına) dəlalət edir. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsdən aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından artıq və bükümlər halında olması, SMS mətnləri və digər sübutlar psixotrop maddənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.
67. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin maddələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir (qərarın 45-ci bəndi)
68. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. (bax: qərarın 55-58-ci bəndləri)
69. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda psixotrop maddələri vahid qəsdlə əhatə olunmadan satış məqsədilə əldə etmişdir (daşımış, saxlamışdır). Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə şübhəli şəxs qismində saxlanılan zaman üzərinə axtarış və baxış keçirilməsi istintaq hərəkəti zamanı üzərindən satış məqsədilə daşıdığı psixotrop maddələr aşkarlanmışdır.
70. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, polis əməkdaşları onu saxladıqları vaxt üzərində psixotrop maddə olmadığı, polis əməkdaşlarının onun üzərinə 4 büküm psixotrop maddə qoyduqlarını, polis əməkdaşları tərəfindən ona qarşı fiziki, psixoloji təsir və təzyiqlər göstərildiyini və s. bildirərək özünü təqsirli bilməmişdir.
71. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 293-cü maddəsinin, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün 2574-C-24 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi, yəni cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.
72. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 47, 59, 60, 61, 63, 64-cü bəndlərindəki normativ aktlara əsasən).
73. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, aşkar edilmiş psixotrop maddənin ayrı-ayrı bükümlərdə olması, mesajların müəyyən olunması, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, psixotrop maddəni məhz satış məqsədilə əldə etmişdir.
74. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 44-cü bəndi).
75. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
76. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 32, 34, 35, 36, 37, 39, 40-cı bəndləri).
77. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-94/2022 saylı hökmündən, görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CMin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının tam çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından şöbə qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 01 ay 21 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatmışdır (cild 1, iş vərəqi 124-126, 128- 135).
78. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir (qərarın 42, 43-ci bəndi).
79. Təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır, cəzasını yüngülləşdirən hal isə müəyyən edilməmişdir (qərarın 33, 62-ci bəndi).
80. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
81. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkərək əməlində cinayətlərin residivi olduğundan cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 38-ci bəndi).
82. İşdə olan tutma protokollarından və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024 il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 05 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 07 dekabr 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 34, 99-101). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu, ümumilikdə 04 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır (qərarın 41, 48 və 49-cu bəndləri).
83. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 05 dekabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
84. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
85. İş üzrə maddi sübut olan, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutlar saxlanılan anbarına təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkiləri 0,218 qram və 2,041 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməlidir. Digər maddi sübut - şəxsi axtarış və götürmə prosessual hərəkətin köçürüldüyü 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 50-ci bəndi).
86. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
87. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 194 (yüz doxsan dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 53-cü bəndi).
88. Müdafiəçi “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 28 aprel 2025-ci il tarixədək 10 saat olmaqla, ümumilikdə 30 saat vaxt sərf etmişdir.
89. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 28 aprel 2025-ci il tarixədək 10 saat olmaqla ümumilikdə 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 28 aprel 2025-ci il tarixədək hər iş saatına 6 manat, sonrakı vaxt üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 280 manat məbləğində pul köçürülməlidir (qərarın 51, 52-ci bəndləri).
90. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu, ümumilikdə 04 (dörd) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutlar saxlanılan anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq çəkisi 0,218 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, tədqiqatdan sonra qalıq çəkisi 2,041 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxsi axtarış və götürmə prosessual hərəkətin köçürüldüyü 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizası ilə əlaqədar 194 (yüz doxsan dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 28 aprel 2025-ci il tarixədək hər iş saatına 6 manat, sonrakı vaxt üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 280 (iki yüz səksən) manat məbləğində pul köçürülsün. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Mahirə Kərimova
Hakimlər: Fəxri Məmmədov
Anar Sadıqov