Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-115/2021 21.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, müdafiəçilər, Bakı şəhəri 9 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 və Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi3, zərərçəkmiş hüquqi şəxslər, Zərərçəkmiş şəxs2nin nümayəndəsi Nümayəndə1 və Zərərçəkmiş şəxs1 ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, xx xxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2, 178.2.1, 178.2.2, 178.2.4, 234.1, 320.1 və 320.2-ci maddələri ilə, xx xxxxx 1994-cü ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 2 ünvanda yaşayan, barəsində polisin nəzarəti alıtna vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlayaraq bilə-bilə həmin saxta sənəddən istifadə etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmamaqla özgənin külli miqdarda əmlakını gizli olaraq talamağa cəhd etmiş, bundan başqa satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 oğlu hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlama və bilə-bilə həmin saxta sənəddən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı olan digər şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə tanışı olan həmin digər şəxs aralarında olan cinayətkar razılaşmaya əsasən X2 adına sənədləşdirilməklə Daxili İşlər Nazirliyinin Baş X41 İdarəsinin “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 11 nömrəli duracağında saxlanılan Zərərçəkmiş şəxs2 balansında olan “VAZ 21074” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili duracaqdan çıxarıb özgəninkiləşdirmək üçün 2018-ci ilin təxminən iyul ayında "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit X9 sədrinin müavini Cahangir Kərimov tərəfindən guya ona mülki hüquq münasibətlərində iştirakına dair müəyyən səlahiyyətlər verilməsi ilə bağlı real həqiqətə uyğun olmayan yalan məzmunlu hüquq verən rəsmi sənəd hesab edilən həmin Məhdud Məsuliyyətli Cəmiyyətin adından verilmiş etibarnaməni istintaqa məlum olmayan şəraitdə və yerdə bilə-bilə istifadə etmək məqsədi ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit X9 sədrinin müavini Cahangir Kərimovun ad və soyadının qarşısında olan imzanı şəxsən icra etməklə cəmiyyətin möhürünü isə başqa bir həqiqi sənəddən skayner edib rəngli printer vasitəsi ilə çap edərək saxtalaşdırıb qanunsuz hazırlamaqla Təqsirləndirilən şəxs1 vermiş, sonuncu həmin dövrdə digər şəxs tərəfindən ona verilmiş etibarnamənin saxta olduğunu bilə-bilə 11 nömrəli duracağın baş növbətçisi vəzifəsində işləyən Şahid9 2018-ci ilin təxminən iyul ayında təqdim etməklə saxtalaşdırmaqla hazırladığı sənəddən istifadə edib etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “VAZ 21074” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili duracaqdan çıxararaq digər şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında naməlum şəraitdə istintaqa bəlli olmayan şəxsə satıb Bank X10 Agentliyi Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan həmin dövrün məzənnəsi ilə 16320 (on altı min üç yüz iyirmi) manat təşkil edən 9600 (doqquz min altı yüz) ABŞ dolları dəyərində “VAZ 21074" markalı avtomobili etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə zərərçəkmiş şəxs Bank X10 Agentliyi Məhdud Məsuliyyətli Cəmiyyətinə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən hüquq verən və vəzifədən azad edən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlama və bilə-bilə saxta sənəddən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı olan digər şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə tanışı olan həmin digər şəxs aralarında olan cinayətkar razılaşmaya əsasən Şahid1 adına sənədləşdirilməklə Zərərçəkmiş şəxs2 hesabında olan “Seat İbiza" markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili özgəninkiləşdirmək üçün 2018-ci ilin təxminən dekabr ayının əvvəllərində Abşeron rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış Şahid1 həmin avtomaşınla bağlı Zərərçəkmiş şəxs2nə olan 13531,38 (on üç min beş yüz otuz bir manat 38 qəpik) manat pul borcunun ödənilməsi və bununla əlaqədar icra sənədinə xitam verilməsinə dair real həqiqətə uyğun olmayan yalan məzmunlu hüquq verən və vəzifədən azad edən rəsmi sənəd hesab edilən Məhdud Məsuliyyətli Cəmiyyətin adından verilmiş 05 dekabr 2018-ci il tarixli nömrəsiz məktubu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X41 İdarəsinə ünvanlanmış Şahid1 öhdəliklərini icra etdiyi üçün ona məxsus ipoteka predmeti olan “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydiyyatının ləğv edilməsinə dair həqiqətə uyğun olmayan yalan məzmunlu hüquq verən və vəzifədən azad edən rəsmi sənəd hesab edilən qeyd olunan Məhdud Məsuliyyətli Cəmiyyətin adından verilmiş tarixsiz və nömrəsiz məktubu istintaqa məlum olmayan şəraitdə və yerdə bilə-bilə istifadə etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 İcraçı direktoru Süleyman Bəkirovun ad və soyadının qarşısında olan imzanı oxşatma üsulu ilə birbaşa icra etməklə cəmiyyətin möhürünü isə başqa bir həqiqi sənəddən skayner edib elektrofotoqrafik çap üsulu ilə rəqəmsal çap qurğusu vasitəsilə çap edərək saxtalaşdırıb qanunsuz hazırlamaqla Təqsirləndirilən şəxs1 vermiş, sonuncu həmin dövrdə tanışı olan həmin digər şəxs tərəfindən ona verilmiş hər iki məktubun saxta olduğunu bilə-bilə 05 dekabr 2018-ci il tarixli nömrəsiz məktubu Abşeron rayon İcra və Probasiya şöbəsinə, tarixsiz və nömrəsiz məktubu isə Daxili İşlər Nazirliyinin Baş X41 İdarəsinə təqdim etməklə saxta sənəddən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 11 dekabr 2018-ci il tarixdə “Seat İbiza” markalı avtomobili qohumu Şahid5 İltimat oğlunun adına rəsmiləşdirib 12 dekabr 2018-ci il tarixdə sonuncu tərəfindən ona verilmiş etibarnamə ilə Zərərçəkmiş şəxs2 balansında olan 16500 (on altı min beş yüz) manat dəyərində "Seat İbiza” markalı avtomobili tanışı olan həmin digər şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui istifadə etməklə ələ keçirib zərərçəkmiş şəxs Bank X10 Agentliyi Məhdud Məsuliyyətli Cəmiyyətinə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bundan əlavə, Təqsirləndirilən şəxs1 təkrarən oğurluq, yəni özgənin külli miqdarda əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 11 fevral 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2la birlikdə Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən “Petrolux” yanacaq doldurma məntəqəsində xüsusi köşkdə quraşdırılmış Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinə məxsus A0100069 saylı bankomatı qaynaq aparatı vasitəsi ilə kəsərək başqa saxlanc yerinə qanunsuz daxil olmaqla həmin vaxt orada olmuş 90947 (doxsan min doqquz yüz qırx yeddi) manat məbləğində nağd pulu gizli yolla talayarkən yanacaq doldurma məntəqəsinin işçiləri və oraya gələn sürücü və digər şəxslər tərəfindən yaxalanacaqları üçün öz iradəsindən asılı olmayan səbəblərə görə ələ keçirə bilməyib bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli başa çatdıra bilməməklə özgənin əmlakını külli miqdarda ziyan vurmaqla gizli olaraq talamağa cəhd etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi xalis çəkisi 0,441 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 01 mart 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və orada saat 20:40-da aparılmış şəxsi axtarış zamanı əynində olan köynəyinin sol döş cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,216 qram və 0,225 qram olmaqla ümumilikdə iki ədəd siqaretin gümüşü kağız bükümlərində təmiz çəkisi 0,441 qram olan narkotik vasitə heroin və iki ədəd tamlığı pozulmamış vəziyyətdə 2,5 ml şprislər aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmamaqla özgənin külli miqdarda əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilməsinə baxmayaraq həmin cəzanı çəkdiyi dövrdə məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən oğurluq, yəni özgənin külli miqdarda əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 11 fevral 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2la birlikdə Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən “Petrolux” yanacaq doldurma məntəqəsində xüsusi köşkdə quraşdırılmış Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinə məxsus A0100069 saylı bankomatı qaynaq aparatı vasitəsi ilə kəsərək başqa saxlanc yerinə qanunsuz daxil olmaqla həmin vaxt orada olmuş 90947 (doxsan min doqquz yüz qırx yeddi) manat məbləğində nağd pulu gizli yolla talayarkən yanacaq doldurma məntəqəsinin işçiləri və oraya gələn sürücü və digər şəxslər tərəfindən yaxalanacaqları üçün öz iradəsindən asılı olmayan səbəblərə görə ələ keçirə bilməyib bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli başa çatdıra bilməməklə özgənin əmlakını külli miqdarda ziyan vurmaqla gizli olaraq talamağa cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2, 178.2.1, 178.2.2, 178.2.4, 234.1, 320.1 və 320.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni CMin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri üzrə qismən, CM-nin 320.1 və 320.2-ci maddələri ilə təqsirli bildi və ifadəsində göstərdi ki, o, 2018-ci ilin may ayında avtomobil almaq istəmiş, buna görə dostu Qüdrət vasitəsilə Zərərçəkmiş şəxs2 MMC-də işləyən Əsədov Orxanla tanış olmuşdur. Orxan onlara bankda girovda avtomobillərin olduğunu, borcu ödəmədikləri üçün həmin avtomobilləri kredit yolu ilə satdıqlarını bildirmişdir. Daha sonra Əsədov Orxan ona Zərərçəkmiş şəxs2 MMC-nin girovunda olan bir neçə maşın olduğunu və bu maşınların yandığı üçün yararsız vəziyyətdə düşdüyünü bildirmiş, “VAZ 21074” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən dayanacaqda saxlanıldığını demiş, həmin avtomobillə bağlı sənədləri (etibarnaməni) taksi vasitəsilə dayanacağa göndərmişdir. Əsədov Orxan ona dayanacağa getməsini, orada onu qarşılayacaqlarını və maşını evakuator vasitəsilə dayanacaqdan çıxaracağını demişdir. Əsədov Orxan işdə olduğuna görə maşını alarkən onun yanında olmamışdır. O, “VAZ 21074” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobildən əlavə, bir “VAZ 21074” markalı, dövlət qeydiyyat nişanı yadında olmayan avtomobil də götürmüşdür. Avtomobillərin biri üçün 400 manat, digəri üçün 390 manat ödəmişdir. Ödənişə dair qəbz verilməmişdir. Dayanacaqdan avtomobilləri evakuatora yükləyib təmir üçün Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən avtoservisə aparmışdır. Təmir üçün təxminən 1000 manat ödəmişdir. Ona “VAZ 21074” markalı avtomobilin nə qeydiyyat şəhadətnaməsi, nə də etibarnaməsi verilmişdir. Avtomobillər təmir olunduqdan sonra Əsədov Orxan ona “VAZ 21074” markalı avtomobili Gəncə şəhərinə aparmağı və başqa bir avtomobilə dəyişdirməyi demişdir. Əsədov Orxan ona bildirmişdir ki, "xxxx" ASC-dən kredit yolu ilə Svetlana adlı qadına məxsus “Seat İbiza” markalı avtomobilin borc ödənilməməsi səbəbindən kredit yolu ilə satılmasını demiş, o, Gəncə şəhərində tanımadığı şəxsə Əsədov Orxanın vasitəçiliyi ilə “VAZ 21074” markalı avtomobili və 1700 manat pul verib qarşılığında “Seat İbiza” markalı avtomobili almış, “Seat İbiza” markalı avtomobili etibarnamə əsasında Bakıya gətirmişdir. Əsədov Orxan ona “Seat İbiza” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin 13500 manat borcu olduğunu demişdir. Maşını götürdükdən sonra o, ilkin olaraq Svetlananın həyat yoldaşı zəng vurub avtomobillə maraqlanmış, daha sonra avtomobilin sahibi Svetlana ilə görüşüb maşına aid krediti ödəyəcəklərini demişlər. Svetlanadan “Seat İbiza” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə etibarnamə almışlar. O, Svetlanaya ipoteka borcunu ödəyəcəyini bildirmişdir. Əsədov Orxan daha sonra ona ipoteka borcunun silindiyini demiş və o, buna görə borcu ödəməmişdir. Əsədov Orxan avtomobilin bankın girovundan azad edilməsi və kredit borcunun tam ödənilməsi üçün saxta sənədləri ona vermiş, o isə Bəkirov Süleymanın yerinə imza çəkmişdir. Daha sonra bu sənədləri əvvəlcə Ədliyyə Nazirliyinin Abşeron rayon İcra və Probasiya şöbəsinə, daha sonra Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə təqdim etmişdir. Baş Dövlət Yol Polis İdarəsində avtomobili qohumu olan Şahid5 adına keçirmişdir. Daha sonra avtomobili 6000 (altı min) manata satmışdır. Danışığa əsasən təmir üçün çəkilən xərcləri çıxdıqdan sonra gəlirin yarısını bölüb Əsədov Orxana verməli olduğundan, Orxana pulun əvəzinə dəyəri 1500 (bir min beş yüz) manat olan “İPhone” markalı telefon vermişdir. Ona narkotik vasitələrlə bağlı verilmiş ittihamla əlaqədar deyə bilər ki, həmin narkotik vasitə olan heroini iki büküm şəklində tutulmamışdan bir neçə gün əvvəl avtovağzalın yanında olarkən orada tanımadığı bir şəxsdən özü istifadə məqsədilə pulla almışdır. Tutulan gün həmin heroin üstündə olmuş və şəxsi axtarış zamanı üstündən aşkar edilərək götürülmüşdür. İttihamın oğurluq epizodu ilə bağlı hissəsinə dair onu deyə bilər ki, o, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən “Petrolux” yanacaq doldurma məntəqəsində yerləşən Zərərçəkmiş şəxs1 ASC-yə məxsus bankomatda pul olduğunu düşünüb “Rent-A-Car”-dan icarəyə götürdüyü avtomobillə ora getmiş, pulları əldə etmək məqsədilə avtomobilin baqajına qaynaq aparatı qoymuşdur. “Rent-A-Car”-dan götürdüyü avtomobil “Hyundai Sonata” markalı, dövlət qeydiyyat nişanı yadında qalamayan, ağ rəngli avtomobil olmuş, avtomobilin dövlət qeydiyyat nömrəsinin kamerada fərqli görünməsi üçün nömrəni skoçla bağlamışdır. O, yanacaq doldurma məntəqəsinə gedərkən Təqsirləndirilən şəxs2 yanında olmamışdır. Yəni, o, bu cinayəti edərkən tək olmuşdur. Əvvəlcə, qaynaq aparatını 10 saniyə ərzində yandırıb bankomata yaxınlaşdırmış, daha sonra səhv etdiyini düşünüb qaynaq aparatını söndürüb maşına geri qayıtmışdır. Daha sonra evə gəlmiş, pulu olmadığı üçün avtomobili Təqsirləndirilən şəxs2 vermişdir ki, aparıb “Rent-A-Car”-a təhvil versin. Sonra eşitmişdir ki, Ramil Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və tutulmasına səbəb “Rent-A-Car”a borcu olduğu üçün “Rent-A-Car” tərəfindən verilmiş şikayətdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, İcra və Probasiya Şöbəsinə təqdim etmək üçün Əsədov Orxan tərəfindən ona verilən sənəd imzalı və möhürlü olmuş, lakin X35 verilən sənəd möhürlü olsa da imzalı olmamış və buna görə səlahiyyətli şəxs Bəkirov Süleymanın yerinə o, imza çəkmişdir. O, Əsədov Orxandan aldığı sənədləri İcra və Probasiya Şöbəsində işləyən Şahid6 təqdim etmiş, Şahid6 Əsədov Orxanın həqiqətən Zərərçəkmiş şəxs2 MMC-nin işçisi olduğunu dəqiqləşdirmək üçün etibarnamə istəmişdir. Gəncədən gətirdiyi “Seat İbiza” markalı avtomobil üçün verdiyi sənədlərin saxta olduğu ona sonradan məlum olmuşdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, təxminən 2018-ci ilin may ayında avtomobil almaq istəmiş və umumi tanışı vasitəsi ilə Zərərçəkmiş şəxs2 MMC-də işləyən Orxan Əsədovun mobil telefon nömrəsini almış və Orxanla əlaqə saxlayıb görüşmüşdür. Orxan Əsədov işlədiyi MMC-də "xxxx" ASC-nin girovunda olan avtomobillərin pulunun ödənilmədiyinə görə həmin avtomobillərin sahiblərindən alınaraq duracaqda saxlanıldığını ona bildirmişdir. Orxan Əsədov "xxxx" ASC-nin girovunda olan “VAZ 21074” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən duracaqda saxlanıldığını demiş və o, 2018-ci ilin təxminən iyul ayında həmin duracağa getmişdir. Həmin tarixdə ona Şahid8 zəng edərək nömrəsinin Orxan Əsədov tərəfindən verildiyini bildirmiş və həmin tarixdə Şahid8 ilə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən BDYPİ-nin “Siqnal” İdarəsinin avtomobil duracağının qarşısında görüşmüşdür. Həmin duracağa daxil olaraq avtomobillərə baxmışlar. O, Orxan Əsədova zəng edib həmin duracaqda “VAZ 21074” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğunu və həmin avtomobil ilə bağlı sənədləri göndərməsini demişdir. Orxan Əsədov həmin avtomobil ilə bağlı sənədləri taksi ilə göndərmiş və o, sənədləri duracağın əməkdaşına təqdim etmişdir. Duracağın əməkdaşı Nizami rayon icra məmuruna zəng etdikdən sonra həmin avtomobil ona təhvil verilmişdir. Duracağın əməkdaşı əlaqə nömrəsini istədikdə Şahid8 öz mobil telefon nömrəsini vermişdir. “VAZ 21074” markalı avtomobili duracaqdan götürəndə avtomobilin qəbulu aktındakı “Orxan Əsədov” ad və soyadının qarşısına imza etmişdir. “VAZ 21074” markalı avtomobili duracaqdan götürəndə özünü Zərərçəkmiş şəxs2 MMC-nin əməkdaşı Orxan Əsədov kimi təqdim etmişdir. “VAZ 21074” markalı avtomobilin qəbul edilməsi ilə bağlı Orxan Əsədovun göndərdiyi sənədlərin içərisində Zərərçəkmiş şəxs2 MMC-də yığım üzrə mütəxəssisi işləyən Orxan Əsədovun adına hazırlanmış "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının adından etibarnamə verilməsi barədə həmin Təşkilatın sədr müavini Cahangir Kərimovun imzası ilə etibarnamə olmuşdur. Zərərçəkmiş şəxs2 MMC-də yığım üzrə mütəxəssis işləyən Orxan Əsədovun adına olan həmin etibarnamənin saxta olmasını əvvəlcədən bilmiş və bilə-bilə həmin saxta sənədləri təqdim etmişdir. Bundan sonra o, avtomobili qəbul etdikdə həmin avtomobili evakuatora yükləyib avtoservisə aparmışdır. Həmin avtomobili təmir etdirdikdən sonra 2500-3000 manata sataraq xərclədikləri pulu çıxandan sonra qalan məbləği Orxanla bərabər böləcəkdilər. Təxminən bir ay müddətində həmin avtoservisdə “VAZ 21074” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmişdir. Təxminən 2018-ci ilin avqust ayının ilk günlərində Orxan Əsədov “VAZ-21074” markalı avtomobili Gəncə şəhərinə aparmasını və həmin avtomobili orada başqa bir avtomobil ilə dəyişdirməyi demişdir. O, Orxanın təklifi ilə avtomobili idarə edərək Gəncə şəhərinə getmiş və səhər saatlarında Gəncə şəhərində olarkən adını və mobil telefon nömrəsini xatırlamadığı şəxs zəng edərək Orxan Əsədovun göndərdiyi şəxs olduğunu soruşmuş, o, “VAZ 21074” markalı avtomobil ilə Gəncə şəhərinə gəldiyini demişdir. Təxminən 30 dəqiqədən sonra həmin şəxslə Gəncə şəhərində görüşmüş və həmin şəxs “Seat İbiza” markalı **-NS-*** markalı avtomobil ilə görüşə gəlmişdir. O, həmin avtomobilə baxmış, həmin şəxs də “VAZ 21074” markalı avtomobilə baxmışdır. Sonra həmin avtomobilləri dəyişərək, heç bir sənədləşdirmə aparmadan “VAZ 21074” markalı avtomobili həmin şəxsə təhvil vermiş və “Seat İbiza” markalı maşını özü idarə edərək Gəncə şəhərindən Bakı şəhərinə gətirmişdir. Gəncə şəhərində “Seat İbiza” markalı avtomobili aldığı şəxsə həmin avtomobillərin dəyişdirilməsi üçün 1000 manat pul vermişdir. “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərinə gətirdikdən sonra həmin avtomobili Orxan Əsədovla şərikli olaraq idarə etmişlər. “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-nin girovunda olmuşdur. Orxan Əsədov təxminən 2018-ci ilin dekabr ayında “Seat İbiza” markalı avtomobilin bankın girovundan azad edilməsi və kredit borcunun tam ödənilməsi ilə bağlı Abşeron rayon İcra və Probasiya Şöbəsinə və DİN-in Baş X41 İdarəsinə saxta məktubları ona vermişdir. O, həmin saxta məktublardan birini Abşeron rayon İcra və Probasiya Şöbəsinə təqdim etmiş, sonra isə Sumqayıt şəhərində yaşayan qohumu Şahid5 zəng edib DİN-in Baş X41 İdarəsinə gəlməsini xahiş etmişdir. Şahid5 gəldikdən sonra yalandan adına bank krediti olduğuna görə “Seat İbiza” markalı avtomobili Zaminin adına rəsmiləşdirmək istədiyini bildirmiş, “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili Zaminə göstərmiş və şəxsiyyət vəsiqəsini verməsini xahiş etmişdir. Zamin şəxsiyyət vəsiqəsini vermiş və həmin avtomobilin bankda girovda olub-olmamasını və həmin avtomobilə görə bankın narahat edib-etməyəcəyini soruşmuşdur. O, “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin banka olan borcunun tam ödənilməsi ilə bağlı DİN-in Baş X41 İdarəsinin adına tərtib olunmuş məktubu göstərmiş və həmin avtomobilin banka olan borcunun tam olaraq ödənildiyini bildirmişdir. Şahid5 şəxsiyyət vəsiqəsini və “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı Orxan Əsədovun hazırladığı və ona verdiyi saxta məktubu DİN-in Baş X41 İdarəsinə təqdim etmiş və Zaminə həmin idarənin gözləmə zalında əyləşərək qeyd olunan avtomobilin Zaminin adına qeydiyyat şəhadətnaməsinin verilməsini gözləməsini Zamindən xahiş etmişdir. Təxminən bir saatdan sonra Zamin “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin adına olması barədə qeydiyyat şəhadətnaməsini almış və həmin şəhadətnaməni ona vermişdir. O, Şahid5 Sumqayıt şəhərindən Baş X41 İdarəsinə gəlib-getməsi üçün yol pulu olaraq 10 manat pul vermiş və həmin avtomobilə əyləşib sürüb getmişdir. Ertəsi gün Şahid5 zəng edib “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili 3500 manata satmaq istədiyini Zaminə təklif etmiş, lakin Zamin pulunun olmadığını ona bildirmişdir. O, Bakı şəhəri “Şamaxinka” adlanan ərazidən “Tərlan” şadlıq sarayı istiqamətində olan yolun kənarındakı notariat kontoruna gəlməsini Zamindən xahiş etmişdir. Zamin etiraz etməyib həmin notariat kontoruna gəlmiş və Zamin “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun adına rəsmiləşdirilməsi ilə bağlı baş etibarnamə vermişdir. O, borcu olduğuna görə həmin avtomobili satmaq istədiyinə Zamini inandırmışdır. Sonra Zaminə yol pulu olaraq 10 manat vermişdir. “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1 adına olması, həmin avtomobilin bankın girovunda olması və saxta sənədlər əsasında bankın girovundan çıxarılmaqla əldə edilməsi barədə Şahid5 heç bir məlumatı və xəbəri olmamış və bu barədə o, Zaminə məlumat verməmişdir. X30 razılığı ilə 2018-ci ilin dekabr ayında “Seat İbiza” markalı avtomobili baş etibarnamə əsasında Şahid2 6000 manata nağd pula satmışdır. Lakin 6000 manat puldan Orxan Əsədova pul verməmişdir. O, “Seat İbiza” markalı avtomobili ələ keçirməzdən əvvəl həmin avtomobilin əsl sahibi Şahid1 onunla əlaqə saxlamış və həmin avtomobilə görə bank tərəfindən narahat olunduğunu ona bildirmişdir. O, bank ödənişlərinin tam olaraq ödəniləcəyi ilə bağlı Şahid1 söz vermiş və həmin avtomobilin istifadəsində qalması üçün razılıq verməsi məqsədi ilə DİN-in Baş X41 İdarəsində bəzi sənədlərə imza etməsini xahiş etmişdir. Sevetlana Məcidova onunla Baş X41 İdarəsinə getmiş və həmin idarədə avtomobil ilə bağlı sənədlərə imza etdikdən sonra Şahid1 yaşadığı ünvana geri qaytarmışdır. Sonradan “Seat İbiza” markalı avtomobili idarə edən Şahid4 ona zəng edərək onunla görüşmüş və həmin avtomobilə görə ödədiyi 11000 manat pulunu qaytarmasını istəmişdir. O, pulu olarsa həmin məbləği qaytaracağını Şahid4 demişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin yanvar ayının axırlarında ailə münaqişəsi zəmnində bas vermiş mübahisə zamanı atası Gülməmmədov Əli Həsən oğlu ailənin gözü qarşısında təhqir edib sillə vurduğu üçün atasını mənəvi cəzalandırmaq qərarına gəlmişdir. Bunun üçün fikirləşmişdir ki, atasının yaxın günlərdə yəni 12 fevral 2019-cu il tarixində olacaq ad gününə cinayətkar övlad adını hadiyə etmək üçün mənəvi zərbə vurmaq qərarına gəlmişdir. Əvvəlcədən planlaşdırmışdır ki, “Rent-A-Car”-ların birində icarə avtomobili götürüb və terminalların birindən oğurluğa cəhd kimi göstərəcək hərəkətlər etsin. 09 fevral 2019-cu il tarixdə Bakı şəhəri Nərimanov rayonunda Prezident iqamətgahının yaxınlığında yerləşən “Rent-A-Car’’-dan avtomobil icarə götürmək üçün getmiş, oranı işlədən adını bilmədiyi şəxsdən günlüyü 50 manat civarında avtomobil icarəyə istəmiş, oranı işlədən şəxs hazırda həmin məbləğə avtomobilin olmadığını, lakin güzəşt edə biləcəyini söyləyib ağ rəngli “Hyundai Sonata” markalı avtomobili təklif etmişdir. “Rent-A-Car”-ın əməkdaşına icarəyə götürəcəyi avtomobillə X15 vətəndaşlarını turist kimi gəzdirəcəyini bildirmişdir. 100 manat pul vermiş və avtomobilə 50 manat borcu qalmış və 3 günlük müqavilə bağlamışlar. 50 manat müqabilində oranı işlədən şəxs şəxsiyyət vəsiqəsini özündə saxlamışdır. Avtomobili idarə edərək yaşadığı ünvana gəlmiş, ailə üzvlərinin avtomobili icarəyə götürməyi barədə heç bir məlumatları olmamışdır. Avtomobilə əyləşib oğurluq kimi görsənəcək yeri seçmiş və bunun üçün fikirləşmişdir ki, oğurluğa cəhd edəcəyi yerlərdə müşahidə nəzarət kameraları olsun ki, həmin kameraya düşün. Oğurluğa cəhd kimi görsənəcək yeri Abşeron rayonu Novxanı kəndi ərazisində “Petrolux” yanacaq doldurma məntəqəsində yerləşən Zərərçəkmiş şəxs1a məxsus bankomatı seçmişdir. Fikirləşmişdir ki, oğurluğun daha da real görünməsi üçün qaynaq aparatından istifadə etsin, bunun üçün özündə əvvələr olan propan balonundan və oksigendən istifadə etsin. Əvvələr həmin qaynaq aparatını heç vaxt istifadə etməmişdir. 10 fevral 2019-cu il tarixdə axşam saatlarında ailə üzvləri yatdıqdan sonra yaşadığı evin həyətində gizlətdiyi köhnə hamam adlanan yerdən qaynaq aparatını götürüb avtomobilin arxa saxlanc yerinə qoymuşdur. Bundan sonra istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəmdən Təqsirləndirilən şəxs2 istifadəsində olan səhv etmirsə ***- ***-**-** saylı mobil nömrəyə zəng vurub bildirmişdir ki, əgər bekardırsa gedib gəzsinlər. Ramil razılaşmış və icarəyə götürdüyü avtomobillə Təqsirləndirilən şəxs2 yaşadığı ünvana getmişdir. Oraya çatanda Təqsirləndirilən şəxs2 artıq küçədə dayanmış və avtomobilin ön oturacağına əyləşib avtomobillə gəzdikdən sonra Təqsirləndirilən şəxs2 demişdir ki, bir yer var oraya getsinlər. Ramil etiraz etməmiş və avtomobili Abşeron rayonu Novxanı kəndi ərazisində “Petrolux” yanacaq doldurma məntəqəsinin yanına sürmüşdür. Avtomobildən düşmüş və Ramilə demişdir ki, sükanın arxasına keçsin, Ramil sükan arxasına keçəndən sonra avtomobili arxaya verib bankomatın yanında saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs2 avtomobili arxaya verib saxlamış və avtomobildən düşüb arxa saxlanc yerini açıb Ramildən xəbərsiz qaynaq aparatını işə salıb bankomatı yandırmağa başlamışdır. Ramil bu hərəkətini görüb avtomobildən düşüb etiraz etməyə başlamışdır. Ramilə demişdir ki, narahat olmasın oğurluq edən deyildir. Qaynaq aparatını söndürmüş və oradan uzaqlaşmışlar. Yolda geri qayıdarkən Ramilə demişdir ki, bankomatı oğurlamağa gəlmişdir. Ramil ona “sənin başın xarabdır, mənə bunu niyə əvvəlcədən deməmisən” ifadəsini işlətmişdir (cild 1, iş vərəqi 25, 45; cild 2, iş vərəqi 78-81; cild 3, iş vərəqi 8-9, 30-32). Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxs1 cinayət törətməsi barədə daha sonra məlumatı olmuşdur. O, gündüz vaxtı bərbər salonunun önündə dayanan zaman Təqsirləndirilən şəxs1 onun yanına gəlmiş və ona “Rent-A-Car”-dan maşın icarəyə götürdüyünü və hal-hazırda akkumulyatora ehtiyacı olduğunu demiş, o, akkumulyator tapıb maşına qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 işinin olduğunu deyib yanından getmiş, maşın və maşının açarı onda qalmışdır. Təqsirləndirilən şəxs1 uzaqlaşandan bir müddət sonra onun yanına bir neçə nəfər yaxınlaşmış, onlar özlərini “Rent-A-Car”ın işçiləri kimi təqdim etmişlər. Həmin şəxslər ondan Təqsirləndirilən şəxs1 harada olduğunu soruşmuş və o da İlkinin haraya getdiyini bilmədiyimi demişdir. “Rent-A-Car”ın işçiləri ona Təqsirləndirilən şəxs1 onlara borcu olduğunu bildirmişlər. Bundan sonra “Rent-A-Car”ın işçiləri ona maşını aparmaq istədiklərini, onun İlkinə bu barədə məlumat verməsini və onlarla əlaqə saxlamasını deməsini xahiş etmişlər. O da maşındakı akkumulyatorun ona aid olduğunu bildirmiş, onlar isə sabah gəlib akkumulyatoru götürə biləcəyini demişlər. Səhərisi gün saat 12 radələrində “Rent-A-Car”dan ona zəng vurulmuş və bildirilmişdir ki, gedib onlardan akkumulyatoru götürsün. O, akkumulyatoru götürmək üçün gedəndə ona yolda 2-3 maşın yaxınlaşmış və onu polis bölməsinə aparmışlar. Orada ona Təqsirləndirilən şəxs1 əməlləri barədə məlumat verilmiş, o da bu hadisələrdən xəbərinin olmadığını bildirmiş, lakin polis əməkdaşların israrla onun də bu cinayət əməlinin iştirakçısı olduğunu bildirmişlər. “Rent-A- Car”ın işçilərindən biri də polis bölməsində olmuş və israrla Təqsirləndirilən şəxs1 maşın kirayə götürərkən onun da İlkinin yanında olduğunu bildirmişdir. Polis işçiləri cinayət əməlini üstünə götürməyi üçün onu döymüşlər. Ümumiyyətlə, Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törədərkən o, İlkinin yanında olmamış və hadisədən sonradan xəbər tutmuşdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunan ifadəsində ifadəsində göstərmişdir ki, 11 fevral 2019cu il tarixdə gecə saat 01 radələrində dostu Təqsirləndirilən şəxs1 istifadəsində olan ***- ***-**-** saylı mobil telefonuna istifadəsində olan mobil nömrədən zəng vurub gəlib onu məhlədən götürməcəyini demişdir. Telefonla danışdıqdan sonra küçədə Təqsirləndirilən şəxs1 gəlməsini gözləmiş, bir neçə dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs1 ağ rəngli “Hyundai” markalı “Sonata” modelli avtomobillə gəlib küçədə saxlamışdır. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin ön oturacağında əyləşmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 çox məbləğdə borcu olduğunu bildirmiş, ona kömək etməyini, gedib onunla birlikdə oğurluğa etmələrini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 heç bir etiraz etməmiş və oğurluq etməyə razılaşmışdır. Təqsirləndirilən şəxs1 oğurluğu haradan edəcəklərini soruşmuş və İlkin Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Petrolux” yanacaq doldurma məntəqəsinin içərisində olan Zərərçəkmiş şəxs1a məxsus bankomatı qaynaq aparatı ilə kəsməklə oğurluq edəcəyini demişdir. Təqsirləndirilən şəxs1 avtomobili oğurluq edəcəkləri yerə kimi idarə edib saxlamış, yolda gedərkən ona avtomobili Bakı şəhərində yerləşən “Rent-A-Car”ın birindən götürdüyünü, oğurluq edəndə heç kimin dövlət qeydiyyat nişanını görməsin deyə avtomobilin nömrələrini palçıqladığını bildirmişdir. O, avtomobildən düşüb avtomobilin arxa saxlanc yerini açıb qaynaq aparatının şlanqını çıxartmaq istədikdə Təqsirləndirilən şəxs1 da avtomobildən düşüb arxa tərəf keçmiş və gələn olsa tez oradan uzaqlaşmaları üçün ona sürücü sükanında oturmağı demişdir. O, avtomobilin sürücü sükanında əyləşmiş, avtomobil işlək vəziyyətdə olmuş, İlkin isə qaynaq aparatı ilə bankomatı kəsmişdir. Təxminən 5-10 dəqiqəyə yaxın İlkin bankomatı kəsmiş, lakin kəsə bilməmiş və o, tüstünün qalxdığını görüb İlkinə getmələrini demişdir. İlkin də qaynaq aparatını söndürüb avtomobilin arxa saxlanc yerinə qoyub oranı bağlayıb ona tərəf yaxınlaşmış, onun düşüb yan tərəfə keçməsini, avtomobili özü idarə edəcəyini demişdir. Bundan sonra o, avtomobildən düşüb ön sərnişin oturacağında əyləşmiş, Təqsirləndirilən şəxs1 avtomobili idarə edib onu yaşadığı evə gətirib düşürmüşdür. Həmin hadisədən iki gün sonra Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefona zəng vurub avtomobili yuduzdurmağı və “Rent-A-Car”a qaytarmağı tapşırmışdır. İlkin avtomobili ona yaşadığı məhlədə vermiş, avtomobillə İlkini evlərinin yaxınlığında düşürdüb avtomobili moykaya aparmış, orada avtomobili yuduzdurduqdan sonra Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən “Alxan” bərbər salonunun qarşısında saxlamış, bir az orada dayandıqdan sonra 4 nəfər əvvəllər tanımadığı şəxslər yaxınlaşaraq özlərini ‘‘Rent-A-Car”ın işçiləri kimi təqdim edib İlkinin harada olduğunu soruşmuşlar. Həmin şəxslərə İlkinin evdə olduğunu bildirmiş və avtomobilin açarlarını vermiş, bir az sonra həmin yerə İlkin gəlmiş və İlkinə “Rent-A- Car”ın işçilərinin avtomobili apardığını demişdir (cild 2, iş vərəqi 217-219, 232-235; cild 3, iş vərəqi 41-44). Barəsində hazırkı işdən cinayət işi ayrılmış X25 ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tədqiq olunan ifadələrində göstərmişdir ki, o, 2011-ci ildə Azərbaycan Kooperasiya Universitetinin İstehlak mallarının ekspertizası ixtisasını bitirdikdən sonra 2013-2015-ci illərdə "xxxx" ASC-nin Xətai filialında biznes kreditləri üzrə mütəxəssis vəzifəsində, 2017-cİ ilin iyun ayından 2018-ci ilin iyun ayına qədər "xxxx" Səhmdar Kredit təşkilatının törəmə müəssisəsi olan Zərərçəkmiş şəxs2 MMC-nin problemli kreditlərin yığılması üzrə mütəxəssis vəzifəsində işləmişdir. Mütəxəssis vəzifəsində işi "xxxx" ASC-nin girovunda olan nəqliyyat vasitələrinin ödənişlərinin təmin olunması ilə bağlı olduğundan o, həmin avtomobilləri, eləcə də həmin avtomobillərin sahiblərini taparaq bank ödənişlərini təmin etmək olmuşdur. Həmin vəzifədə işləyərkən təxminən 2018-ci ilin aprel ayında ümumi tanışının xeyir iş məclisində Təqsirləndirilən şəxs1 İlə tanış olmuş və Təqsirləndirilən şəxs1 avtomobillərin tapılmasında köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 təxminən 2018-ci ilin iyul ayında Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Siqnal” İdarəsinin duracağında olmuş və ona zəng edərək həmin duracaqda “VAZ 21074” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğunu demişdir. O, həmin avtomobili iş yerində quraşdırılmış kompyuterdə yoxlamış və həmin avtomobilin "xxxx" ASC-nin girovunda olduğunu müəyyən etmiş və bu barədə Təqsirləndirilən şəxs1 bildirmişdir. Həmin dövrdə Zərərçəkmiş şəxs2 MMC-yə gəlmiş müştəri Şahid8 bankın girovunda olan ucuz qiymətə avtomobil almaq istəmiş və o, Şahid8 Təqsirləndirilən şəxs1 telefon nömrəsini verib İlkinlə görüşməsini demişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs1 Şahid8 ilə əlaqə saxlayaraq həmin duracağın qarşısında görüşmüşlər. Təqsirləndirilən şəxs1 “VAZ 21074” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili duracaqdan çıxarmaq üçün sənədlərini göndərməyi ona demiş və o, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının adından öz adına etibarnamə verilməsi barədə həmin təşkilatın sədr müavini Cahangir Kərimovun adından hazırladığı saxta etibarnaməni və həmin avtomobilə dair sənədləri taksi ilə duracaqda gözləyən Təqsirləndirilən şəxs1 göndərmişdir. Təqsirləndirilən şəxs1 həmin sənədləri duracağın əməkdaşına təqdim etməklə özünü Zərərçəkmiş şəxs2 MMC-nin yığım üzrə mütəxəssisi Orxan Əsədov kimi, yəni onun adından təqdim edərək həmin avtomobili duracaqdan çıxarıb evakuatora yükləmiş və Bakı şəhəri Binəqədi qəsəbəsindəki avtoservisə aparmışdır. Ertəsi gün o və Təqsirləndirilən şəxs1 həmin avtoservisdə görüşüb “VAZ 21074” markah **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirib satmaq barədə razılaşaraq Şahid8 zəng etmiş və həmin avtomobili satmalarını İsaya bildirmişlər. Şahid8 avtoservisə gəlmiş, o və İlkin avtomobili təmir etdirdikdən sonra 2500-3000 manata satmaq istədiklərini Şahid8 bildirdikdə sonuncu razı olmamış və həmin avtoservisdən çıxıb getmişdir. O, Təqsirləndirilən şəxs1la “VAZ 21074” markalı avtomobili satdıqdan sonra həmin avtomobilin təmirinə xərclədikləri pulu çıxıb qalan məbləği bərabər böləcəkləri barədə razılaşmışlar. Təxminən bir ay müddətində həmin avtoservisdə “VAZ 21074” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirdikdən sonra 2018-ci ilin avqust ayının ilk günlərində o, Təqsirləndirilən şəxs1 “VAZ 21074” markalı avtomobili Gəncə şəhərində onun tapdığı müştəriyə satmaq üçün həmin avtomobili Gəncə şəhərinə aparmasını təklif etmişdir. Təqsirləndirilən şəxs1 etiraz etməyib “VAZ 21074” markalı **- LC-*** dövlət qeydiyyat nişanlı avtomobili Gəncə şəhərinə aparmışdır. Təqsirləndirilən şəxs1 “VAZ 21074” markalı avtomobili Gəncə şəhərinə aparanda həmin şəhərdə “Seat İbiza” markalı avtomobilə də baxmasını xahiş etmiş və həmin avtomobili idarə edən şəxsin mobil telefon nömrəsini İlkinə vermişdir. O, əvvəlcədən iş yerində kompyuterdə baxaraq “Seat İbiza” markalı avtomobilin bankın girovunda olmasını görmüş və bu barədə məlumatı olmuşdur. Təqsirləndirilən şəxs1 “VAZ 21074” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili hazırda adını, telefon nömrəsini və anket məlumatlarını xatırlamadığı bir şəxsə "xxxx" ASC-nin girovunda olan “Seat İbiza” markalı **-NS-*** markalı avtomobil ilə dəyişdirmiş və Təqsirləndirilən şəxs1 avtomobillərin dəyişdirilməsi ilə bağlı həmin şəxsə əlavə 1000 manat pul vermiş və “Seat İbiza” markalı **-NS-*** markalı avtomobil ilə Bakı şəhərinə gələrək həmin avtomobili şərikli olaraq idarə etmişlər. Sonra o və Təqsirləndirilən şəxs1 həmin avtomobili saxta sənədlər əsasında satıb gəlir əldə etmək məqsədi ilə 2018ci İlin dekabr ayında “Seat İbiza” markalı avtomobilin bankın girovundan azad edilməsi və kredit borcunun tam ödənilməsi ilə bağlı Abşeron rayon İcra və Probasiya Şöbəsinə və DİN-in Baş X41 İdarəsinə saxta məktublar hazırlamışdır. Sonra həmin məktubları Təqsirləndirilən şəxs1 vermiş və İlkin həmin saxta sənədlərdən bilə-bilə istifadə etməklə həmin sənədləri Abşeron rayon İcra və Probasiya Şöbəsinə və DİN-in Baş X41 İdarəsinə təqdim edərək “Seat İbiza” markalı avtomobili qohumu Şahid5 adına, sonra isə İlkin öz adına rəsmiləşdirərək həmin avtomobili 6000 manata satmış, lakin həmin məbləğdən ona pul verməmişdir. O, 2017-ci ilin iyul ayından 2018-ci ilin iyul ayınadək Zərərçəkmiş şəxs2 MMC-nin problemli kreditlərin yığılması üzrə mütəxəssis vəzifəsində işlədiyi dövrdə vəzifə öhdəlikləri və funksional vəzifəsi "xxxx" ASC-yə borclu olan problemli kreditlərin saflaşdırılması, yığılması, müştərilərlə danışığın aparılması, bankın müştərilərinin adına rəsmiləşdirilmiş və banka girovunda olan nəqliyyat vasitələrinin tapılması, kredit borclarının ödənilməsinin təmin olunması, icra və probasiya, eləcə də məhkəmə orqanlarında iştirakı, BDYPİ-yə tabe olan “Siqnal” İdarəsinin avtomobil duracaqlarından bankın girovunda olan nəqliyyat vasitələrinin götürülməsi və yerləşdirilməsi kimi vəzifə öhdəlikləri olmuşdur. Təqsirləndirilən şəxs1 Abşeron rayon Polis İdarəsinə təqdim etdiyi məktublar və bir ədəd flyaşkart ona məxsus olmuş və həmin sənədlər onun işlədiyi Zərərçəkmiş şəxs2 MMC-yə məxsus olmuşdur. Həmin məktubların içərisindəki Şahid1 adına olan “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı sənədlər saxta olmuş, lakin digər məktublar saxta olmamışdır. Bundan başqa ona məxsus bir ədəd flyaşkartdakı fayllarda olan Abşeron rayon İcra və Probasyia şöbəsinə və Baş X41 idarəsinə ünvanlanmış saxta məktublar da olmuşdur. “Seat İbiza” markalı avtomobilin borcunun tam olaraq ödənilməsi ilə bağlı Abşeron rayon İcra və Probasyia şöbəsinə və Baş X41 idarəsinə ünvanlanmış saxta məktubları o, həmin fayllarda hazırlamış, rəngli printerdə çap etmiş və Təqsirləndirilən şəxs1 onun hazırladığı saxta arayışları dövlət orqanlarına təqdim etmişdir (cild 01, iş vərəqi 258-260; cild 02, iş vərəqi 97-100; cild 04, iş vərəqi 171-173). Şahid8 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, əvvəllər avtomobil alqı-satqısı ilə məşğul olmuş, hazırda isə fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olur. 2018-ci ilin təxminən aprel-may aylarında idarə etdiyi avtomobilin banka olan borcunu ödəyərkən Zərərçəkmiş şəxs2 MMC-də yığım üzrə mütəxəssis işləyən Orxan Əsədovla təsadüfən tanış olmuşdur. Tanışlıq nəticəsində bankın girovunda olan avtomobillərin alqı-satqısı ilə maraqlanmış, Orxan Əsədov əgər avtomobil lazım olarsa hərrac yolu ilə həmin avtomobillərdən ona təşkil edəcəyini bildirmiş və ertəsi gün gəlməyi təklif etmişdir. Ertəsi gün Orxan Əsədov ona zəng edərək tanışı Təqsirləndirilən şəxs1 mobil telefon nömrəsini vermiş və İlkinlə görüşüb cərimə meydançasında olan avtomobillərə baxmağı təklif etmişdir. O, Orxan Əsədovun verdiyi Təqsirləndirilən şəxs1 mobil telefon nömrəsinə zəng edib İlkinlə 2018-ci ilin iyul ayında Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən BDYPİ-nin “Siqnal” İdarəsinin avtomobil duracağının qarşısında görüşmüşdür. Həmin duracağa daxil olmuşlar və avtomobillərə baxmışlar. Təqsirləndirilən şəxs1 onun yanında Orxan Əsədova zəng edib həmin duracaqda “VAZ-21074” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğunu demiş və həmin avtomobil ilə bağlı sənədləri göndərməyini istəmişdir. Orxan Əsədov həmin avtomobil ilə bağlı sənədləri göndərəcəyini demiş, təxminən 40 dəqiqəyə yaxın duracaqda gözləmişlər və Orxan Əsədov taksi ilə sənədləri göndərmişdir. Təqsirləndirilən şəxs1 həmin sənədləri almış və “VAZ-21074” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil alınması ilə bağlı sənədləri duracağın əməkdaşına təqdim etmişdir. Bildiyinə görə Təqsirləndirilən şəxs1 həmin avtomobilin təhvil alınması ilə bağlı Zərərçəkmiş şəxs2 MMC-də yığım üzrə mütəxəssis işləyən Orxan Əsədovun etibarnaməsini və avtomobil ilə bağlı digər sənədləri duracağın əməkdaşına təqdim etmişdir. Duracağın əməkdaşı Nizami rayon icra məmuruna zəng etdikdən sonra həmin avtomobili Təqsirləndirilən şəxs1 təhvil vermişlər. Duracağın əməkdaşı əlaqə nömrəsini istədikdə o, öz mobil telefon nömrəsini vermişdir. İlkin Güləmməmədov ertəsi gün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsindəki avtoservisə gəlməsini ona demişdir. Təqsirləndirilən şəxs1 evakuator ilə “VAZ-21074” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili duracaqdan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsindəki avtomobil servisinə aparmışdır. O, Təqsirləndirilən şəxs1 aralanmış və ertəsi gün axşam saatlarında Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsindəki avtoservisin qarşısında Orxan Əsədov və Təqsirləndirilən şəxs1la görüşmüş, lakin söhbət zamanı Orxan Əsədov həmin avtomobili 3000 manata satmaq fikrinin olduğunu təklif etdikdə, o, Orxanın təklif etdiyi qiymətlə razılaşmamışdır. Belə ki, həmin avtomobil təmirsiz və yararsız vəziyyətdə olmuşdur. Hətta avtomobilin qeydiyyat şəhadətnaməsi olmadığına və həmin avtomobilə görə Orxan Əsədovun etibarnaməsi mövcud olmadığından o, həmin avtomobili almaqdan imtina etmiş və həmin avtomobil Orxan Əsədov və Təqsirləndirilən şəxs1 qalmışdır. Bu hadisədən sonra o, həmin şəxsləri görməmiş və əlaqə saxlamamışdır (cild 2, iş vərəqi 33- 35). Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 9 ilə yaxındır ki, avtomobil alqı-satqısı ilə məşğul olur. 2018-ci ilin dekabr ayında idarə etdiyi “Mercedes” markalı avtomobili satıb başqa avtomobil almaq istəmişdir. Həmin ərəfələrdə avtomobil alqı-satqısı ilə məşğul olan tanışı Şahid3 “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istədiyini ona bildirmiş və o, həmin avtomobilə baxmaq üçün 2018-ci ilin dekabr ayında Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metrostansiyasının yaxınlığında Şahid3la görüşmüşdür. O, avtomobili bəyənmiş və Şahid3la “Seat İbiza” markalı avtomobili ona 11000 manata satması ilə bağlı razılaşmışlar və o, “Mercedes” markalı avtomobili 15500 manata satdığını Şahid3 bildirmiş və həmin avtomobili Elmara təklif etmişdir. Elmar onun təklifi ilə razılaşmış və ona 4500 manat pul ödəmiş və 21 dekabr 2018-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində 32 saylı Notariat kontorunda biri-birilərinə etibarnamə vermişlər. Təxminən bir həftədən sonra Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsində aldığı “Seat İbiza” markalı avtomobil ilə bağlı öz adına qeydiyyat şəhadətnaməsi almaq istəyərkən ona məlum olmuşdur ki, “Seat İbiza” markalı avtomobilin özgəninkiləşdirilməsi ilə bağlı üzərinə məhdudiyyət qoyulmuşdur. BDYPİ-dən ona bildirilmişdir ki, Zərərçəkmiş şəxs2 MMC-yə müraciət etsin. O, həmin MMC-yə getmiş və orada ona bildirmişlər ki, həmin MMC-də işləmiş Orxan Əsədov "xxxx" ASC-nin girovunda olan avtomobilləri saxta şənədlər əsasında digər şəxslərə satdığına görə işdən çıxarılmışdır. Sonradan ona məlum olmuşdur ki, Şahid3 həmin avtomobili Şahid2, Şahid2 isə Təqsirləndirilən şəxs1 almışdır. Təxminən 2019-cu ilin yanvar ayında Təqsirləndirilən şəxs1 ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində görüşmüş və satdığı avtomobilin problemi olduğunu demiş və həmin avtomobilə görə ödədiyi pulunun qaytarılmasını təklif etmişdir. Təqsirləndirilən şəxs1 15 gün vaxt istəmiş və həmin müddət ərzində avtomobilin pulunu ödəyəcəyinə söz verərək həmin avtomobil ilə bağlı saxta sənədləşdirmə işlərinin Zərərçəkmiş şəxs2 MMC-nin əməkdaşı Orxan Əsədov tərəfindən hazırlandığını ona bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Orxan Əsədovun saxta sənədlər əsasında bankın girovunda olan avtomobilləri digər şəxslərə satmaları faktları ilə bağlı barələrində Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işinin istintaqı aparılır. O, “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili alanda həmin avtomobilin Şahid1 adına olması və həmin avtomobilin bankın girovunda olmasını bilməmişdir. Bütün bunlar ona sonradan məlum olmuşdur. O, “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili alanda həmin avtomobilin qeydiyyat şəhadətnaməsi Şahid5 İltimat oğlunun adına olmuş və baş etibarnamə ilə Şahid3 almışdır. Təqsirləndirilən şəxs1 tərəfindən ona pul verilməmişdir. İlkin ona pul verəcəyini vəd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, o, "xxxx" MMC-nin direktorudur və avtomobillərin icarəyə verilməsi fəaliyyəti ilə məşğul olurlar. 08 fevral 2019-cu il tarixdə ona zəng etmiş Təqsirləndirilən şəxs1 ərəb turistlərini gəzdirmək üçün bir neçə günlük avtomobil icarəyə götürmək istədiyini bildirmiş və təxminən bir saatdan sonra İlkin ilə metronun “Gənclik” stansiyasının yaxınılığında görüşmüşlər. O, ağ rəngli “Hyundai Sonata” markalı avtomobili bir günü 50 manat olmaqla icarəyə verəcəyini ona təklif etmişdir. İlkin onun təklifi ilə razılaşmış və avtomobilin icarəyə verilməsi ilə bağlı müqavilə bağlamışlar. Təqsirləndirilən şəxs1 avtomobilin hər bir yerinə baxmış və avtomobili saz və işlək vəziyyətdə ondan təhvil almışdır. Avtomobili üç gün icarəyə götürdüyünə görə İlkin ona 150 manat pul ödəməli olmuş, İlkin həmin məbləğdən 100 manatını ödəmiş və 50 manatı sonra ödəyəcəyini bildirmişdir. O da İlkinin təklifi ilə razılaşmışdır. İcarə müddəti bitəndən sonra Abşeron rayon Polis İdarəsinin əməkdaşları onların şirkətə gəlmiş və “Hyundai Sonata” markalı avtomobili kimə icarəyə verdiyi barədə maraqlanmışlar. O, polis əməkdaşlarına məlumat vermişdir. Bundan sonra avtomobili qaytarması ilə bağlı bir neçə dəfə İlkinə zəng etmişlər, lakin İlkin mobil telefonu götürmədiyinə görə avtomobildə quraşdırılmış GPRS vasitəsi ilə avtomobilin Bakı şəhəri, Binəqədi rayonu ərazisində olduğunu müəyyən etmişlər. Bundan sonra şirkətlərinin işçiləri, o cümlədən qardaşı Rəfail avtomobilin olduğu yerə getmişlər, qayıdandan sonra bildirmişlər ki, avtomobilə yaxınlaşıb yaxınlıqda olan şəxslərdən İlkini soruşduqda, orada olan Ramil adlı şəxs kim olduqlarını soruşub, onlar da icarəyə verən şirkətin işçisi olduqlarını demişlər. Ramil avtomobilin açarlarını şirkətin işçilərinə vermiş, lakin işçiləri avtomobilin akkumulyatoru olmadığına görə avtomobili işə sala bilməmişlər. Ramil tanışından akkumulyator gətirtmiş, avtomobil ofisə gətirildikdən sonra avtomobilin salonuna və yük yerinə baxdıqda yük yerində qaz və kislorod balonları, həmin balonları birləşdirən şlanqlar və qaynaq aparatının başlığını görmüşdür. Bu barədə polisə məlumat vermiş, polis əməkdaşları gəlib İlkinin şəxsiyyət vəsiqəsinin, onunla bağlanmış müqavilənin sürətlərini və avtomobilin yük yerində qaz və kislorod balonlarını, şlanqları və qaynaq aparatının başlığını götürmüşlər. Polis əməkdaşları həmin əşyalara baxdıqdan sonra Ramil adlı şəxs barəsində ondan maraqlanmışlar. O, Ramilin mobil telefon nömrəsini onlara vermiş və bildirmişdir ki, Ramilin akkumulyatoru ondadır. Sonra polis əməkdaşlarının təklifi ilə Təqsirləndirilən şəxs2 mobil telefon nömrəsinə zəng edib avtomobilin yük yerində qalmış balonlar, şlanqlar və qaynaq aparatının başlığını tullamaq istədiyini Ramilə demişdir. Ramil ona həmin əşyaları tullamamağı, taksi ilə həmin əşyaları və akkumulyatoru Bakı şəhəri, Binəqədi rayonu ərazisinə ona göndərməyini xahiş etmişdir. O, Ramilə bir az müddətdən sonra Bakı şəhəri, Binəqədi rayonu ərazisinə gələcəyini və orada onunla görüşüb həmin əşyaları ona verə biləcəyini demiş, Ramil onun təklifi ilə razılaşmışdır. O, bu barədə polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları avtomobildən aşkar olunmuş ofisə yığdığı həmin əşyaları yenidən avtomobilin yük yerinə qoyub “Hyundai Sonata” markalı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisinə getmişlər və orada polis əməkdaşları Təqsirləndirilən şəxs2 tutmuşlar. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 icarəyə verdiyi avtomobil ilə Abşeron rayonu, Novxanı kəndi ərazisində “Petrolux” yanacaqdoldurma məntəqəsindəki Zərərçəkmiş şəxs1 ASC-nin bankomatından oğurluq etmək istəmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2012-ci ildə Bakı şəhəri Babək prospektində yerləşən maşın satışı salonunda “Seat İbiza” markalı avtomobili bəyənmiş və həmin avtomobili "xxxx" ASC-nin Nəsimi filialına girov qoyularaq 25 may 2012-ci il tarixdə 16600 manat məbləğində onun adına kredit rəsmiləşdirilmişdir. Hər ay 360 manat kredit borcunu banka ödəmişdir. 2018-ci ildə avtomobil ilə bağlı banka olan kredit borcunu ödəyə bilməmişdir. Bununla da həmin avtomobili məcburiyyət qarşısında başqa şəxsə satmaq qərarına gəlmiş və təxminən 2018-ci ilin mart ayında həmin avtomobili Elçin Nadirova avtomobilə görə banka olan kredit borcunun ödənilməsi şərti ilə satmış və bununla bağlı notariat kontorunda Elçin Nadirova etibarnamə vermişdir. Təxminən 2018-ci ilin iyul ayında avtomobilin kredit borcunun ödənilməsi ilə bağlı Elçindən maraqlanmışdır. Elçin həmin avtomobili Gəncə şəhərində yaşayan bir şəxsə satdığını və bankın kredit borcunun həmin şəxs tərəfindən ödəniləcəyini demişdir. Təxminən 2018-ci ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs1 adlı şəxs zəng edərək onun adına olan “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili aldığını, bankın ödənişlərinin onun tərəfindən vaxtında ödəniləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 bank ödənişlərinin tam olaraq ödənildikdən sonra həmin avtomobilin özünün adına rəsmiləşdiriləcəyi və istifadəsində qalması üçün razılıq verməsi məqsədi ilə DİN-in Baş X41 İdarəsində bəzi sənədlərə imza etməyini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs1 sözlərinə inanıb onunla “Seat İbiza” markalı avtomobil ilə Baş X41 İdarəsinə getmişdir. Həmin idarədə oxumadan təqdim olunmuş sənədlərə imza etmiş və Təqsirləndirilən şəxs1 onu yaşadığı evinə gətirmişdir. Təxminən 2018-ci ilin dekabr ayında "xxxx" Səhmdar Kredit təşkilatının törəmə müəssisəsi olan Zərərçəkmiş şəxs2 MMC-nin əməkdaşı “Seat İbiza” markalı avtomobilə görə kredit borcunun ödənilməməsi ilə bağlı xəbərdarlıq etmiş və o, bu barədə Təqsirləndirilən şəxs1 zəng edib bildirdikdə İlkinin yanında olmuş özünü həmin avtomobili almış şəxs kimi təqdim edən Şahid4 ona bildirmişdir ki, həmin “Seat İbiza” markalı avtomobili o, 11000 manata almışdır. Bir neçə gündən sonra Zərərçəkmiş şəxs2 MMC-nin əməkdaşı yenidən zəng edərək əvvəllər həmin MMC-də işləmiş X31 Güləmmədovun əlbir olaraq saxta sənədlər əsasında onun adına olan “Seat İbiza” markalı avtomobili digər şəxsə satdıqlarını bildirmişdir. Şahid5 İltimat oğlu ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun atasının bibisi nəvəsidir və qohum olduğuna görə uşaqlıqdan hazırkı vaxta kimi bir-birini tanıyırlar. Təxminən 2018-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs1 ona zəng edərək DİN-in Baş X41 İdarəsinə gəlməyi xahiş etmiş, o, həmin vaxtı Sumqayıt şəhərində olmuş və hansı səbəbə gəlməsini soruşmuşdur. Təqsirləndirilən şəxs1 adına bank krediti olduğuna görə onun adına avtomobil rəsmiləşdirmək istədiyini bildirmişdir. O, qohumu Təqsirləndirilən şəxs1 xahişini nəzərə alıb DİN-in Baş X41 İdarəsinə gəlmiş və həmin idarənin qarşısında Təqsirləndirilən şəxs1la görüşmüşdür. Təqsirləndirilən şəxs1 onun adına rəsmiləşdirmək istədiyi “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili ona göstərmiş və şəxsiyyət vəsiqəsini verməsini xahiş etmişdir. O, şəxsiyyət vəsiqəsini Təqsirləndirilən şəxs1 vermiş və həmin avtomobilin bankda girovda olub-olmamasını, həmin avtomobilə görə bankın onu narahat edib-etməyəcəyini soruşmuş, Təqsirləndirilən şəxs1 ona “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin banka olan borcunun tam ödənilməsi ilə bağlı DİN-in Baş X41 İdarəsinin adına tərtib olunmuş məktubu göstərmiş və həmin avtomobilin banka olan borcunun tam olaraq ödənildiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 onun şəxsiyyət vəsiqəsini və “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı sənədləri DİN-in Baş X41 İdarəsinə təqdim etmiş və həmin idarənin gözləmə zalında əyləşərək qeyd olunan avtomobilin onun adına qeydiyyat şəhadətnaməsinin verilməsini gözləməsini demişdir. O, təxminən bir saata yaxın həmin zalda əyləşmiş və həmin tarixdə “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun adına olması barədə qeydiyyat şəhadətnaməsini almış və həmin şəhadətnaməni Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 onun Sumqayıt şəhərindən Baş X41 İdarəsinə gəlib-getməsi üçün yol pulu olaraq 10 manat pul vermiş, İlkin həmin avtomobilə əyləşərək sürüb getmişdir. Təxminən bir gündən sonra Təqsirləndirilən şəxs1 onun adına rəsmiləşdirdiyi “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili ona 3500 manata satmaq istədiyini təklif etmiş, lakin o, pulu olmadığını bildirmiş və Təqsirləndirilən şəxs1 onu Bakı şəhəri “Şamaxinka” adlanan ərazidən “Tərlan” şadlıq sarayı istiqamətində olan yolun kənarındakı notariat kontoruna gəlməsini xahiş etmişdir. O, etiraz etməyib həmin ünvana gəlmiş və Təqsirləndirilən şəxs1 “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobildə onu gözləmişdir. Onlar həmin notariat kontoruna daxil olmuşlar və o, qeyd olunan avtomobilin Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilməsi ilə bağlı baş etibarnamə vermişdir. O, hansı səbəbə görə həmin avtomobili ilk dəfədən öz adına rəsmiləşdirmədiyini soruşduqda, Təqsirləndirilən şəxs1 borclu olduğu şəxslərin pullarını istədiklərinə görə məcbur qalıb həmin avtomobili satmaq qərarına gəldiyini ona bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 ona 10 manat olaraq yol pulu vermiş və o, yaşadığı Sumqayıt şəhərinə qayıtmışdır. O, qeyd edilən avtomobilin Şahid1 adına olması, həmin avtomobilin bankın girovunda olmasını bilməmişdir. Həmin avtomobilin Təqsirləndirilən şəxs1 tərəfindən saxta sənədlər əsasında bankın girovundan çıxarılması barədə heç bir məlumatı olmamışdır. Təxminən 2018-ci ilin dekabr ayının axırlarında ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili saxta sənədlər əsasında girovdan çıxarıb başqa şəxsə satdığına görə barəsində Abşeron rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanmışdır. Hazırda həmin avtomobilin və sənədlərinin kimdə olması barədə heç bir məlumatı olmamışdır (cild 2, iş vərəqi 41-43). Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təxminən 2018-ci ilin axırlarında avtomobil almaq qərarına gəlmiş və həmin ərəfələrdə tanışı avtomobil alveri ilə məşğul olan Etibar adlı şəxsdən bu barədə maraqlanmışdır. Təxminən 2018-ci ilin dekabr ayının 10-da Etibar Təqsirləndirilən şəxs1 adlı şəxsin “Seat İbiza” markalı avtomobili 8000 manata satdığını demişdir. O, Təqsirləndirilən şəxs1la Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon dairəsi ərazisindəki “Limon” çay evində görüşmüşdür. Təqsirləndirilən şəxs1 həmin çay evinin qarşısında saxladığı “Seat İbiza” markalı avtomobilə baxıb bəyənmiş, lakin qiyməti barədə bir qədər söhbət etdikdən sonra həmin avtomobili 6000 manata alacağı barədə razılaşmışlar. Təqsirləndirilən şəxs1 “Seat İbiza” markalı avtomobilin sənədlərini istəmiş və avtomobilin qeydiyyat şəhadətnaməsinə baxdıqda həmin avtomobilin heç bir bankda girovda olmaması və həmin avtomobilin İlkinin qohumu eyni soyadlı Şahid5 adına olduğunu görmüşdür. Sonra Təqsirləndirilən şəxs1la Bakı şəhəri Binəqədi rayonu “Тərlan” şadlıq evinin yaxınlığındakı notariat kontoruna getmişlər və İlkin avtomobili etibarnamə ilə ona 6000 manata samış, o isə həmin məbləği İlkinə ödəmişdir. Lakin sonradan aldığı avtomobilin texniki vəziyyəti xoşuna gəlmədiyinə görə təxminən 3500 manata yaxın həmin avtomobilə pul xərcləmiş və həmin avtomobili satmaq qərarına gəlmişdir. O, bu barədə tanışı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində bərbər işləyən və müştərisi olduğu Şahid3 bildirmişdir. Elmar da həmin ərəfədə “Мersedes” markalı avtomobilini satıb ucuz qiymətə avtomobil almaq istəmişdir. O, “Seat İbiza” markalı avtomobili Elmara 11000 manata təklif etmiş və Elmar da ona “Mercedes” markalı avtomobili 24000 manata satacağını demişdir. Hər ikisi qiymətdə razılaşmışlar və o, Elmarın “Mercedes” markalı avtomobilini 24000 manata alıb əvəzində ona 11000 manata “Seat İbiza” markalı avtomobili satıb üstündə Elmara 13000 manat pul ödəmişdir. Ertəsi gün bir-birinə avtomobillər ilə bağlı baş etibarnamə vermişlər. O, “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili alanda həmin avtomobilin Şahid1 adına olması və həmin avtomobilin bankın girovunda olmasını bilməmişdir. Həmin avtomobilin saxta sənədlər əsasında satılması barədə heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X21 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Xətai rayonu ərazisində icarəyə götürdüyü qeyri-yaşayış sahəsində bərbər işləyir. 2019-cu ilin axırlarında idarə etdiyi “Mercedes” markalı avtomobilini müştərisi Şahid2 satmaq istədiyini təklif etmişdir. Şahid2 onun avtomobilini almaq istədiyini bildirmiş və özünün idarə etdiyi “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istədiyini ona bildirmişdir. Sonra o, Əhmədli qəsəbəsində həmin avtomobilə baxmış və bəyənmişdir. 2019-cu ilin dekabr ayında Şahid2 “Mercedes” markalı avtomobili verib Rəşaddan 5000- 6000 manat məbəğində pul almışdır. Ertəsi gün bir-birinə avtomobillər ilə bağlı baş etibarnamə vermişlər. Həmin avtomobili aldıqdan sonra bəyənməmiş və 4 gündən sonra “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili tanışı Şahid4 satmışdır. Şahid4 “Mercedes” markalı avtomobili 15500 manata alaraq ona 4500 manat pul ödəmiş və avtomobillərin alqı-satqısı ilə bağlı bir-birinə etibarnamə vermişlər. Sonradan ona məlum olmuşdur ki, “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili Şahid2 Təqsirləndirilən şəxs1 almışdır. O, “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili alanda həmin avtomobilin Şahid1 adına olması və həmin avtomobilin bankın girovunda olmasını bilməmişdir. Həmin avtomobilin saxta sənədlər əsasında satılması barədə heç bir məlumatı və xəbəri olmamışdır. Bütün bunlar ona sonradan məlum olmuşdur. O, “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili alanda həmin avtomobilin qeydiyyat şəhadətnaməsi Şahid5 İltimat oğlunun adına olmuş və baş etibarnamə ilə Şahid2 almışdır. Təqsirləndirilən şəxs1lə Şahid2 bir yerdə işləmişlər və Rəşad ona etibarnaməni Gülməmmədovun adına verməyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, 2014-cü ildən ədliyyə orqanlarında icra məmuru vəzifəsində xidmət edir, 2018-ci ilin fevral ayından hazırkı vaxta kimi Abşeron rayon İcra və Probasiya şöbəsində icra məmuru vəzifəsində xidmət edir, rütbəsi ikinci dərəcəli ədliyyə qulluqçusudur. Bildirir ki, təxminən 2018-ci ilin noyabr ayının sonlarında Orxan Əsədov və Təqsirləndirilən şəxs1 Abşeron rayon İcra və Probasiya şöbəsinə gələrək, Orxan Əsədov özünü “Ваnk X10 Agentliyi” MMC-nin nümayəndəsi kimi təqdim edərək özünə verilmiş etibarnamənin surətini ona göstərmiş və onun icraatında Şahid1 məxsus “Seat İbiza” markalı avtomobil ilə bağlı gəldiklərini bildirmişlər. O, İlkinin kim olduğunu soruşduqda, İlkin həmin avtomobilin onun qohumu tərəfindən alındığını, qohumunun xarici dövlətdə olması ilə bağlı onun adından gəldiyini bildirmiş və iki gün ərzində “Seat İbiza” markalı avtomobilin banka olan kredit borcunun tam ödənilməsi ilə bağlı xitam məktubunu gətirəcəyini demişdir. O, Orxan və İlkinə “Seat İbiza” markalı avtomobil ilə bağlı xitam məktubunun şöbənin dəftərxanasına göndərilməsini bildirmiş, Orxan və İlkin mobil telefon nömrələrini ona verdikdən sonra sağollaşıb şöbəni tərk etmişlər. 07 dekabr 2018-ci il tarixdə “Seat İbiza” markalı avtomobilin kredit borcunun tam ödənilməsi ilə bağlı Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş 05 dekabr 2018-ci il tarixli 346 nömrəli məktubu icraatına yazılmış Abşeron rayon İcra və Probasiya şöbəsinin dəftərxanasından imza edərək qəbul etmişdir. Zərərçəkmiş şəxs2 MMC-nin qeyd olunan məktubunda möhürün olmadığı və “İcra haqqında” qanunun maddələrinin səhv yazıldığını müəyyən etdikdən sonra Zərərçəkmiş şəxs2 MMC ilə əlaqə saxlamış və icraatına daxil olmuş MMC-nin məktubu barədə maraqlanmış və ona bildirilmişdir ki, həmin MMC tərəfindən belə bir məktub tərtib olunmamış, imzalanmamış və qeydiyyatdan keçməmişdir. O, Orxan Əsədov və Təqsirləndirilən şəxs1 ona verdikləri telefon nömrələrinə zəng etsə də, onlarla əlaqə yarada bilməmişdir. Zərərçəkmiş şəxs2 MMC-dən ona bildirilmişdir ki, avtomobilin kredit borcu ödənilmədiyi üçün icra sənədinə xitam verməsin. 21 dekabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1la əlaqə saxlayıb İlkinu şöbəyə dəvət etdikdən sonra Zərərçəkmiş şəxs2 MMC-yə də məlumat vermişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs1 və MMC-nin nümayəndəsi Abşeron rayon İcra və Probasiya şöbəsinə gəlmiş və Təqsirləndirilən şəxs1 “Seat İbiza” markalı avtomobili ilə bağlı saxta xitam məktubunun Orxan Əsədov tərəfindən hazırlandığını və Abşeron rayon İcra və Probasiya şöbəsinə təqdim olunması üçün ona verdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs1 Orxan Əsədovun gəlməsi xahiş olunmuş və İlkin Orxana zəng edərək saxta sənəd ilə bağlı tutulduğunu bildirdiyi üçün Orxan mobil telefonunu söndürmüşdür. Həmin vaxtı Təqsirləndirilən şəxs1 üstündə bir ədəd çanta olmuş və İlkin həmin çantada olan əşyaların Orxan Əsədova məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 Orxan Əsədova məxsus çantanın hansı səbəbə onda olması soruşulmuş, lakin İlkin bu barədə heç nə bildirməmişdir. Sonra “Ваnk X10 Agentliyi” MMC Təqsirləndirilən şəxs1 və Orxan Əsədovun qanunazidd hərəkətləri ilə bağlı Abşeron rayon Polis İdarəsinə müraciət etmiş və faktla bağlı cinayət işi başlanılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2011-ci ildə Bakı şəhəri Atatürk prospektində yerləşən avtomobil salonundan “VAZ-21074” markalı avtomobili bəyənmiş və həmin avtomobili "xxxx" ASC-nin Səbail filialına girov qoyularaq 04 may 2011-ci il tarixdə 5300 ABŞ dolları məbləğində onun adına kredit rəsmiləşdirilmişdir. Həmin avtomobil onun adına olsa da, o, həmin avtomobillə bağlı bibisi oğlu Ramin Süleymanova etibarnamə vermiş və 2011-ci ildən həmin avtomobil Ramin Süleymanovda olmuş, bankın ödənişlərini özü etmişdir. Bank əməkdaşları ona zəng edib bankın kredit borcunun ödənilməməsi ilə bağlı bir neçə dəfə xəbərdarlıq etdikdə o da bu barədə qohumu Ramin Süleymanova bildirmiş və sonuncu hissə-hissə bankın borcunu ödəmişdir. Təxminən 2017-ci ilin iyun ayında adına olan avtomobil ilə bağlı Bakı şəhəri Nizami rayon İcra şöbəsindən zəng olunmuş, o, həmin icra şöbəsinə getmiş, orada ona bildirilmişdir ki, avtomobilə görə kredit borcunu ödəməlidir, əks halda avtomobili təhvil verməlidir, sonradan avtomobil qiymətləndirilərək hərrac yolu ilə satılaraq əldə olunmuş pul vəsaiti kredit borcuna yönəldiləcək, qalan məbləğ isə ona qaytarılacaqdır. O, avtomobilin qaytarılması şərti ilə razılaşmış və adına olan avtomobili 2017-ci ilin avqust ayında Nizami rayon İcra şöbəsinə təhvil vermişdir. Təxminən 2017-ci ilin sentyabr-oktyabr ayında bir neçə dəfə hərracdan zəng olunaraq hərracın keçiriləcəyi vaxt barədə məlumat veriləcəyi bildirilmişdir. Sonradan avtomobil barədə heç bir məlumatı olmamış və bankın əməkdaşı da avtomobilə görə kredit borcunu tələb etmədiyinə görə həmin avtomobilin hərracda digər şəxs tərəfindən alınmasını və banka olan borcunun ödənilməsini güman etmişdir. Hazırda adına olmuş “VAZ-21074” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin harada və kimdə olması barədə heç bir məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, 2013-cü ildən hazırkı vaxta kimi DİN-in BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 11 nömrəli duracaq sahəsinin baş növbətçisi vəzifəsində işləyir. 25 may 2017-ci il tarixdə Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin əməkdaşı Mehdi Zeynalov "xxxx" ASC-nin girovunda olan “VAZ- 21074” markalı 90-LС-046 dövlət qeydiyyat nişanlı avtomobili həmin avtomobilin sahibi ilə birlikdə işlədiyi duracağa gətirib yerləşdirmişdir. Müəyyən müddətdən sonra qiymətləndirmə idarəsinin əməkdaşları gəlib həmin avtomobilə baxaraq fotoşəkillərini çəkmişlər. Təxminən 2018-ci ilin iyul ayında X39 kimi təqdim edən, lakin sonradan Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxs və Şahid8 adlı şəxs işlədiyi duracağa gəlmişlər. Təqsirləndirilən şəxs1 özünü "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edərək "xxxx" ASC-nin girovunda olan “VAZ-21074” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili götürmək üçün gəldiyini bildirmiş və sənədləri təqdim etmişdir. O, “VAZ-21074” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil verilməsi ilə bağlı Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin əməkdaşı Mehdi Zeynalovla telefon əlaqəsi yaratmış və Mehdi Zeynalov həmin avtomobilin təhvil alınması ilə bağlı bankın əməkdaşının adına etibarnamənin olub-olmamasını ondan soruşmuş və o, Təqsirləndirilən şəxs1 təqdim etdiyi sənədlərin içərisində həmin etibarnamənin olduğunu görmüşdür. Bu barədə Mehdi Zeynalova demişdir. Sonra avtomobilin qəbul edilməsi ilə bağlı Təqsirləndirilən şəxs1 akta imza etmiş və həmin avtomobili X39 kimi təqdim edən Təqsirləndirilən şəxs1 təhvil vermişdir. Avtomobil nasaz olduğuna görə həmin avtomobili evakuatora yükləyib aparmışlar. X39 kimi təqdim edən Təqsirləndirilən şəxs1 “VAZ-21074” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil alınması ilə bağlı ona təqdim etdiyi sənədərin saxta olmasını bilməmişdir. O, Təqsirləndirilən şəxs1 hərəkətlərindən şübhələnməmişdir. O, Orxan Əsədovun telefonda kiminlə danışdığını bilmir. Ona sənədi Təqsirləndirilən şəxs1 vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2nin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərdi ki, 2017-ci ilin iyul ayından əmək müqaviləsi ilə Zərərçəkmiş şəxs2 MMC-də aparıcı hüquqşünas vəzifəsində işləyir. 21 dekabr 2018-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsindən icra məmuru Bəhram adlı şəxs cəmiyyətin əməkdaşları ilə əlaqə saxlayaraq cəmiyyət adından onlara "xxxx" ASC ilə kredit müqaviləsi bağlamış Şahid1 banka olan kredit borcunun bağlanması və borcla bağlı icra sənədinə xitam verilməsi barədə, həmçinin həmin kredit borcu üzrə öhdəlikləri icra etdiyi üçün ona məxsus “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin girovdan azad edilməsi barədə DİN-in BDYPİ-nə ünvanlanmış məktub verildiyini bildirmişdir. Cəmiyyətdən daxil olan məktubda “İcra haqqında” qanunun istinad edilən maddəsinin düzgün göstərilmədiyini bildirdikdə əməkdaşlar tərəfindən Şahid1 borcunun ödənilməsi ilə bağlı İcra şöbəsinə məktub verilmədiyi müəyyən edilmiş və dərhal İcra şöbəsi ilə əlaqə saxlanılmış həmin sənədlərin kimin tərəfindən təqdim edildiyi öyrənilmişdir. Məlum olmuşdur ki, cəmiyyətin adından saxta məktubları cəmiyyətdə əvvəl yığım şöbəsində mütəxəssis işləyən X25 və onun tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə təqdim etmişlər. Təqsirləndirilən şəxs1 və Orxan Əsədovla telefon əlaqəsi saxlanaraq İcra şöbəsinə dəvət olunmuş, Təqsirləndirilən şəxs1 İcra şöbəsinə gəlsə də Orxan gəlməmişdir. Təqsirləndirilən şəxs1 Orxandan aldığı əl çatasını onlara təqdim edərək bildirmişdir ki, həmin çantada Orxan tərəfindən hazırlanmış məktublar və digər sənədlər, həmçinin 1 ədəd içərisində Orxana aid sənəd faylları olan flaş kart vardır. Cəmiyyət tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinə Şahid1 kredit borcunun ödənilməsi və onun barəsində icra işinə xitam verilməsi barədə məktub verilməmiş, həmçinin bununla bağlı DİN-in BDYP-nə girovdan çıxarılma ilə bağlı məktub verilməmişdir. Həmçinin məktublar ehtimal olunur ki, cəmiyyətdə əvvəl mütəxəssis işləyən X25 tərəfindən kompüter vasitəsi ilə hazırlanaraq cəmiyyətin direktorunun imzası və cəmiyyətə məxsus möhür saxtalaşdırılaraq hazırlanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. "xxxx" QSC ilə Zərərçəkmiş şəxs2 MMC arasında 16 sentyabr 2016 tarixdə bağlanmış xidməti müqaviləyə əsasən "xxxx" QSC-yə keçmişdir və hal-hazırda "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsi Zərərçəkmiş şəxs2 MMC tərəfindən həyata keçirilir. Qeyd etdiyim Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-cı il tarixli, 1015 saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC ilə "xxxx" QSC arasında müvafiq təhvil-təslim aktlarına əsasən borclu şəxslərin sənədləri Zərərçəkmiş şəxs2 MMC-yə verilmişdir. Məlumat üçün bildirir ki, problemli aktivlərin idarə edilməsi ilə bağlı təhvil alınmış avtomobillər Bakı şəhərinin müxtəlif yerlərində yerləşən cərimə meydançalarında və dayancaqlarda saxlanılır. 10 oktyabr 2018 tarixində Zərərçəkmiş şəxs2 MMC-nin əməkdaşı Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən 11 saylı cərimə meydançasında saxlanılan "xxxx" QSC-yə məxsus “VAZ-21074” minik markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobil duracaqdan çıxarılması üçün oraya yaxınlaşdıqda duracağın işçiləri qeyd olunan avtomobil nəqliyyat vasitəsinin naməlum şəxs tərəfindən götürüldüyü bildirilmişdir. Bundan sonra "xxxx" QSC tərəfindən 3-11/3108 saylı, 22.10.2018-ci il tarixli məktubla həmin avtomobilin tapılması və "xxxx" QSC-yə təhvil verilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi barədə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edilmişdir. O, təmsil etdiyi hüquqi şəxsə dəyən zərərin ödənilməsini tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 ASC-nin nümayəndəsi Nümayəndə3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 tərəfindən Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən “Petrolux” yanacaq doldurma məntəqəsində yerləşən Zərərçəkmiş şəxs1 ASC-yə məxsus bankomata zərər vurulmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 bankomatı kəsib içindəki pulları əldə etmək məqsədilə qaynaq aparatını işə salıb bankomata yaxınlaşdırmışdır. Bununla da Zərərçəkmiş şəxs1 ASC-yə məxsus bankomata 630 manat dəyərində maddi ziyan vurulmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs2 MMC-nin verdiyi 24 dekabr 2018-ci il tarixli arayışdan görünür ki, X25 03.07.2017- 25.07.2018-ci il tarixlərdə həmin MMC-də yığım şöbəsinin mütəxəssisi vəzifəsində işləmişdir (cild 1, iş vərəqi 52). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının 05 fevral 2018-ci il tarixli etibarnaməsindən görünür ki, "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən Zərərçəkmiş şəxs2 MMC-nin icraçı direktoru X7 məhkəmə instansiyalarında, icra və dövlət orqanlarında təşkilat adından iştirak etmək, sənədləri imzalamaq, həmçinin həmin etibarnamə ilə verilmiş səlahiyyətləri başqa şəxslərə verə bilmək səlahiyyətləri verilmişdir (cild 1, iş vərəqi 36). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının 22 oktyabr 2018-ci il tarixli məktubundan və məktuba əlavə-problemli avtomobillər barədə cədvəldən görünür ki, Şahid7 cədcəldə borclu kimi qeyd edilmiş, 2011-ci il buraxılışlı, VAZ 21074 markalı, **-LC-*** qeydiyyat nişanlı avtomobil ona məxsus olmuş, Şahid7 təşkilata 5328,16 ABŞ dolları borcu olmuşdur (cild 1, iş vərəqi 49-51, 112- 126). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “İpotekasaxlayan” "xxxx" ASCnin Nəsimi filialı ilə “İpotekaqoyan” Şahid1 arasında bağlanmış 25 may 2012-ci il tarixli, 131 №li kredit və ipoteka müqavilələrindən görünür ki, Şahid1 14025 manat kredit götürmüş, həmin kreditin təminat üsulu - ipoteka predmeti BAN-VSSZZZ6JZDR020429 banlı, BTS-181987 mühərrikli, ağ rəngli, 2012-ci il buraxılışlı “Seat-İbiza” markalı avtomaşındır. S-AVK-720 saylı aktla müəyyən olunur ki, Şahid1 cəmi 13531,38 manat borcu (avtokrediti) vardır (cild 1, iş vərəqi 54-76). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “İpotekasaxlayan” "xxxx" ASCnin Nəsimi filialı ilə “İpotekaqoyan” Şahid7 arasında bağlanmış 04 may 2011-ci il tarixli 588 №li kredit və ipoteka müqavilələrindən görünür ki, Şahid7 7220 ABŞ dolları kredit götürmüş, həmin kreditin təminat üsulu - ipoteka predmeti VAZ 2107 markalı, mühərrik 978905, şassi 3086500, boz metal rəngli avtomaşındır (cild 1, iş vərəqi 112-126). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Baş X41 İdarəsinin 18 mart 2019-cu il tarixli, 016-25399-1219 nömrəli məktubundan və məktuba əlavə edilmiş “Seat- İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə məlumatların kompyuter çıxarışından və etibarnamədən görünür ki, **-NS-*** nömrə nişanlı, 26.05.2012-ci il tarixli AB672960 şəhadətnaməli, BTS181987 mühərrikli, VSSZZZ6JZDR020429 banlı 2012-ci il buraxılış ilinə malik “Seat-İbiza” markalı avtomobilin sahibi Şahid1dır. “Seat-İbiza” markalı avtomobil etibarnamə ilə X11, X3, X12 verilmiş, alqı-satqı müqaviləsi ilə BDYP-də 11.12.2018-ci ildə qeydiyyatdan çıxarılmışdır. “Seat-İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə məlumatların kompyuterin digər çıxarışından görünür ki, “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə məlumatların kompyuter çıxarışından görünür ki, 11.12.2018-ci il tarixli AB672960 şəhadətnaməli həmin avtomobilin sahibi Şahid5 İltimat oğludur. “Seat-İbiza” markalı avtomobil etibarnamə ilə Təqsirləndirilən şəxs1, Şahid2, Şahid3, Şahid4 verilmişdir. “SEAT-İbiza” markalı avtomobil hal-hazırda qeydiyyatdadır. Kompyuterin digər çıxarışından görünür ki, **-LC-*** dövlət qeydiyyat nişanlı, 04.05.2011-ci il tarixli AB612046 şəhadətnaməli, ******* mühərrikli, XTA210740B3086500 banlı 2011-ci il buraxılış ilinə malik “VAZ 21074” markalı avtomobilin sahibi Şahid7dur. “VAZ 21074” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə X5 verilmişdir. “VAZ 21074” markalı avtomobil hal-hazırda qeydiyyatdadır (cild 2, iş vərəqi 1- 3,13-14). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə haqqında 01 mart 2019-cu il tarixli protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs1 əynində olan qırmızı zolaqlı köynəyinin sol döş cibindən 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülü aşkar olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs1 əynundə olan qara rəngli paltosunun sağ döş cibindən 2 ədəd 2 qramlıq istifadə olunmuş şprisləri təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim olunmuş 2 ədəd içərisində narkotik vasitə olan bükülü və 2 ədəd şpris kağız zərfə qoyulmuş, zərfin üzəri DİN-nin 56 saylı möhürü ilə möhürlənmişdir (cild 2, iş vərəqi 276-278). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 mart 2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, İşdə olan 23 mart 2018-ci il tarixli etibarnamədən görünür ki, etibar edən Şahid1 daşınmaz əmlakı istisna olmaqla digər əmlakı üzərində bütün əməliyyatların aparılması səlahiyyətlərini on il müddətinə X13 etibarnamə etmişdir (cild 1, iş vərəqi 292). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22 dekabr 2018-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 21.12.2018-ci il tarixində etibar etmiş etibaretmə qaydasında verilmiş etibarnaməyə əsasən Şahid5 İltimat oğlu tərəfindən onun etibarnamə əsasında hərəkət edən nümayəndəsi Şahid3 etibarnamə vermişdir. **-NS-*** nömrə nişanlı, 26.05.2012-ci il tarixli AB672960 şəhadətnaməli, BTS181987 mühərrikli, VSSZZZ6JZDR020429 banlı 2012-ci il buraxılış ilinə malik “SEAT-İbiza” markalı avtomobil, 22.12.2018-ci il tarixində mülkiyyətçi (təmsil edilən) Şahid5 İltimat oğlu tərəfindən Şahid4 etibar edilmişdir. AD N№ 380991 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsin əsasən müəyyən oluur ki, **-NS-*** nömrə nişanlı, 26.05.2012-ci il tarixli AB672960 şəhadətnaməli, BTS181987 mühərrikli, VSSZZZ6JZDR020429 banlı 2012-ci il buraxılış ilinə malik “SEAT-İbiza” markalı avtomobilin sahibi Şahid5 İltimat oğludur (cild 2, iş vərəqi 13-14). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında 20 fevral 2019-cu il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, “Hyundai Sonata” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin saxlanc yerində 01 ədəd propan qaz balonu, 01 ədəd kislorod balonu, qaz və kislorod balonlarına bağlanmış qara rəngli şlanq müşahidə olunur. Avtomobilin saxlanc yerindən aşkar olunanlar götürülmüşdür (cild 2, iş vərəqi 258-263). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Abşeron rayonu Novxanı kəndində yerləşən “Petrolux” yanacaqdoldurma məntəqəsinin ərazisində quraşdırılmış videonəzarət kameralarının görüntülərini özündə əks etdirən 1 ədəd diskə baxış keçirilməsi haqqında 26 iyun 2019-cu il tarixli protokoldan və bankomat görüntülərini əks etdirən diskdən görünür ki, 11.02.2019-cu il tarixdə saat 03:30-da ağ rəngli “Hyundai Sonata” markalı avtomobilin yol ilə hərəkət edərək Abşeron rayonu Novxanı kəndində yerləşən “Petrolux” yanacaqdoldurma məntəqəsinin ərazisinə daxil olması və yanacaqdoldurma məntəqəsinin ərazisində dairəvi hərəkət etməklə yanacaq doldurma məntəqəsinin ərazisində xüsusi köşkdə quraşdınlmış Zərərçəkmiş şəxs1 ASC-yə məxsus bankomata nəzər salmaqla yanacaqdoldurma məntəqəsindən yola olan istiqamətdə çıxış işarəsinin yanında saxlaması müşahidə edilir. Avtomobil dayandıqdan sonra avtomobilin qabaq sağ qapısı açılaraq oradan bir şəxs düşür və yan hissədə torpağın üzərində olan bir ədəd mişar daşını yerdən götürərək kənara atır və yenidən avtomobilin qabaq sağ tərəfdən oturacağına əyləşir. Həmin tarixdə saat 03:32-də ağ rəngli “Hyundai Sonata” markalı avtomobilin sol tərəfində yol ilə hərəkət edən digər avtomobil saxlayır və ağ rəngli “Hyundai Sonata” markalı avtomobilin sükanı arxasında əyləşmiş şəxslə danışdıqdan sonra hərəkət edərək oradan uzaqlaşmır. Sonra ağ rəngli “Hyundai Sonata” markalı avtomobil arxaya hərəkət edərək Zərərçəkmiş şəxs1 ASC-yə məxsus bankomatın köşkünə yaxınlaşır. Saat 03:34-də avtomobil bir qədər irəli hərəkət edərək avtomobilin qabaq sağ qapısı açılır və qabaq sağ oturacaqda əyləşmiş şəxs avtomobildən düşüb yanacaq doldurma məntəqəsinin hasarının sərhədi boyunca quraşdınlmış Zərərçəkmiş şəxs1 ASC-yə məxsus bankomatın sol hissəsini işıqlandıran sonuncu lampanın üzərindəki şüşəni çıxararkən yaxınlıqdakı yol ilə avtomobil hərəkət etdiyinə görə həmin şəxs hərəkətini dayandırır və avtomobil uzaqlaşdıqdan sonra saat 03:36-da lampanın üzərindəki qoruyucu şüşəni açaraq oradakı yanar vəziyyətdə olan lampanı elektrik enerjisinden ayırmaqla işığın sönməsinə və bankomatın köşkünün sol hissəsinin qaranlıq halı almasına nail olmur. Sonra həmin şəxs avtomobilin qabaq tərəfdən sağ hissəsindəki otrucağa əyləşir və sükan arxasında olan digər şəxs avtomobili arxaya hərəkət etdirməklə bankomatın köşkünə yaxınlaşdırır. Saat 03:43-də avtomobilin qabaq sağ oturacağında əyləşmiş şəxs avtomobildən düşüb bankomata yaxınlaşıb baxdıqdan sonra avtomobilə qayıdır və sükan arxasında əyləşmiş digər şəxs avtomobili arxaya hərəkət etdirməklə avtomobilin arxa saxlanc yerini bankomata daha da yaxınlaşdırır. Saat 03:44-də avtomobilin qabaq sağ tərəfindən düşmüş şəxs avtomobilin arxa hissəsinə keçir və avtomobilin arxasındakı saxlanc yerini açaraq oradakı əşyalarla məşğul olur. Saat 03:46da avtomobilin sükanı arxasında əyləşmiş şəxs avtomobildən düşüb avtomobilin arxa hissəsinə keçir və avtomobilin arxa hissəsindəki saxlanc yerində olan əşyalarla məşğul olduqdan sonra saxlanc yerini örtür və saat 03:48-də avtomobilin sükanına əyləşərək avtomobilin arxa hissəsini bankomatın köşkünə söykəyir. Saat 03:49-da avtomobilin qabaq sağ oturacağında əyləşmış şəxs avtomobildən düşüb avtomobilin qabaq tərəfindən keçməklə avtomobilin sol arxa qapısını açır və arxa oturacaqda olan əşyanı götürdükdən sonra avtomobilin qapısını örtür və avtomobil ilə bankomatın köşkü arasında olan hissəyə keçir. Saat 03:50-də avtomobilin arxa hissəsinin bankomata söykəndiyi yerdə alov işıqlanması, eləcə də qaranlıq hava şəraitində bankomatın köşkünün arxasından ağ tüstünün havaya qalxması müşahidə olunur. Bu hadisə təxminən 2 dəqiqə davam edir. Saat 03:53-də avtomobilin işıqları yandırılır və sükan arxasında əyləşmiş şəxs avtomobili bir qədər irəli hərəkət etdirərkən avtomobil ilə bankomat köşkü arasında olan digər şəxs dərhal avtomobilin qabaq sol qapısına yaxınlaşıb qapını açaraq sükan arxasında olan şəxsə avtomobilin arxa saxlanc yerini vaxtında açmadığına görə iradını bildirir və yenidən avtomobilin arxa hissəsinə qayıdır. Sükan arxasında əyləşmiş şəxs salondakı vasitə ilə arxa saxlanc yerini açdıqdan sonra avtomobilin arxa hissəsində olan digər şəxs arxa saxlanc yerindəki əşyalar ilə məşğul olduqdan sonra saxlanc yerini örtür və saat 03:54-də avtomobilin sükanının qapısını açaraq sükan arxasında əyləşmiş şəxsə nəsə bildirdikdən sonra sükan arxasına əyləşir. Qeyd olunan ağ rəngli “Hyundai Sonata” markalı avtomobil saat 03:55-də hərəkət edərək “Petrolux” yanacaqdoldurma məntəqəsinin ərazisindən çıxıb sağ istiqamətdəki yol ilə hərəkət edərək oradan uzaqlaşır (cild 3, iş vərəqi 142-144). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 07 fevral 2019-cu il tarixli, 1304 №-li rəyindən görünür ki:
1. Ekspertizaya təqdim olunmuş, Zərərçəkmiş şəxs2 MMC-nin adından Yasamal rayon İcra və Probasyia şöbəsinə ünvanlanmış 1301 nömrəli 11 iyun 2018-ci il tarixli, 1209 nömrəli 01 iyun 2018-ci il tarixli, 1545 nömrəli 02 iyul 2018-ci il tarixli məktublarda və Zərərçəkmiş şəxs2 MMC-nin adından Nizami rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 1547 nömrəli 02 iyul 2018-ci il tarixli məktubda “İcraçı Direktor Süleyman Bəkirov” yazılarının qarşısındakı imzalar - X14 tərəfindən icra olunmuşdur.
2. Ekspertizaya təqdim olunmuş, Zərərçəkmiş şəxs2 MMC-nin adından Abşeron rayon İcra və Probasyia şöbəsinə ünvanlanmış 5 dekabr 2018-ci il tarixli nömrəsiz və 2 ədəd tarixsiz və nömrəsiz məktublarda, Zərərçəkmiş şəxs2 MMC-nin adından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X41 İdarəsinə ünvanlanmış 5 dekabr 2018-ci il tarixli nömrəsiz 2 ədəd, tarixsiz və nömrəsiz 2 ədəd məktublarda “İcraçı Direktor Süleyman Bəkirov” yazılarının qarşısındakı imzalar - X14 tərəfindən yox,başqa şəxs(şəxslər) tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın nəticəsi 112 (yüz on iki) manat təşkil edir (cild 1, iş vərəqi 236-238). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-texniki ekspertizasının 06 mart 2019-cu il tarixli, 1305 №-li rəyindən görünür ki:
1. Təqdim edilmiş “Bank X10 Agentliyi" MMC-nin adından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X41 İdarəsinə ünvanlanmış nömrəsiz 5 dekabr 2018-ci il tarixli 02 ədəd məktubların, nömrəsiz, gün və ayı göstərilməyən 2018-ci il 06 ədəd məktubların, Bakı şəhəri Abşeron rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış nömrəsiz 5 dekabr 2018-ci il tarixli məktubun və nömrəsiz və gün və ayı göstərilməyən 2018-ci il tarixli 05 ədəd məktubların, Yasamal rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 1209 nömrəli, 01 iyun 2018-ci il tarixli məktubun, 1210 nömrəli, 01 iyun 2018-ci il tarixli məktubun, 1301 nömrəli, 11 iyun 2018-ci il tarixli məktubun, 1545 nömrəli, 02 iyul 2018-ci il tarixli məktubun, 1546 nömrəli, 02 iyul 2018-ci il tarixli məktubun, Nizami rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 1548 nömrəli, 02 iyul 2018-ci il tarixli məktubun blankları elektrofotoqrafik çap üsulu ilə rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmışdır.
2. Yasamal rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 301 nömrəli 11 iyun 2018-ci il tarixli məktubun reproqrafik nüsxəsi elektrofotoqrafik çap üsulu İlə icra edilmişdir.
3. Abşeron rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 1, 2, 3 rəqəmlə işarə olunmuş nömrəsiz, gün və ayı göstərilməyən 2018-ci il tarixli məktubların blankı axınlı çap qurğusunda (çoxaldıcı qurğuda, printerdə) çap edilmişdir.
4. Tədqiq olunan məktubların blankları Zərərçəkmiş şəxs2 MMC-yə məxsus blankın eksperimental nümunələri və flyaş kartda fayl şəklində olan məktubların blankının təsvirləri ilə hərflərin quruluşuna, ölçülərinə və dizayınına görə eynilik təşkil edir.
5. Zərərçəkmiş şəxs2 MMC-nın adından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X41 İdarəsinə ünvanlanmış 1 rəqəm ilə nişanlanmış məktub flyaşdakı “90N5960” qovluqda “001.docx” faylda olan məktubla eynilik təşkil edir;
Zərərçəkmiş şəxs2 MMC-nın adından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X41 İdarəsinə ünvanlanmış “2" və “3” rəqəm ilə nişanlanmış məktublar flyaşdakı “90N5960” qovluqda "002.docx” faylda olan məktubla eynilik təşkil edir;
Zərərçəkmiş şəxs2 MMC-nın adından Abşeron rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış “2” rəqəmi ilə nişanlanmış məktub flyaşdakı “90N5960” qovluqda “İcra xitam..docx" və ‘İcra xitam..docx orx.docx” faylarda olan məktublarla eynilik təşkil edir.
Zərərçəkmiş şəxs2 MMC-nin adından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X41 İdarəsinə ünvanlanmış “7” rəqəm ilə nişanlanmış məktub flyaşdakı “İlkin” qovluqda “001.docx" faylda olan məktubla eynilik təşkil edir; Zərərçəkmiş şəxs2 MMC-nın adından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X41 İdarəsinə ünvanlanmış “8” rəqəm ilə nişanlanmış məktub flyaşdakı “İlkin” qovluqda “002.docx" faylda olan məktubla eynilik təşkil edir; Zərərçəkmiş şəxs2 MMC-nin adından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X41 İdarəsinə ünvanlanmış “4”, “5” və “6" rəqəm ilə nişanlanmış məktublar flyaşdakı “İlkin” qovluqda “bildirişin legvi.docx” faylda olan məktubla eynilik təşkil edir.
6. Təqdim olunmuş məktublarda olan imzalar birbaşa qələmlərlə icra olunmuşdur.
7. 1301 nömrəli 11 iyun 2018-ci il tarixli məktubun reproqrafik nüsxəsində olan imzanın təsviri elektrofotoqrafik çap üsulu ilə rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmışdır.
8. Zərərçəkmiş şəxs2 MMC-nin adından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X41 İdarəsinə ünvanlanmış “1”, “2”, “3”, “7” və “8” rəqəmləri ilə nişanlanmış məktublarda olan möhür əksinin təsviri elektrofotoqrafik çap üsulu ilə rəqəmsal çap qurğusunda (çoxaldıcı qurğu, printer) çap edilmişdir.
9. Yasamal rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 1209 nömrəli 01 iyun 2018-ci il tarixli, 1210 nömrəli 01 iyun 2018-ci il tarixli, 1301 nömrəli 11 iyun 2018-ci il tarixli, 1545 nömrəli 02 iyul 2018-ci il tarixli, 1546 nömrəli 02 iyul 2018-ci İl tarixli, Nizami rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 1548 nömrəli 02 iyul 2018-ci il tarixli məktublarda olan möhür əksi birbaşa relyef klişe vasitəsilə vurulmuşdur.
10. 1301 nömrəli 11 iyun 2018-ci il tarixli məktubun reproqrafik nüsxəsinin möhür əksinin təsviri elektrofotoqrafik çap üsulu İlə rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmışdır.
11. Təqdim olunmuş sənədlərdə olan möhür əkslərinin təsvirləri “*BANK X10 AGENTLİYİ MMC BAİA*” məzmununda mətni olan möhürün eksperimental əks nümunələri, flyaşda olan “90N5960" qovluqda: “001.docx" faylda olan məktub , “002.docx” faylda olan məktub və “İlkin" qovluqda: “001.docx" faylda olan məktub və “002.docx" faylda olan möhür əkslərinin təsviri ilə eynilik təşkil edir. Aparılmış tədqiqatın dəyəri 73 (yetmiş üç) manat təşkil edir (cild 2, iş vərəqi 46-50). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 02 mart 2019-cu il tarixli, 5948 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanmış maddə....” yazısı olan zərfdəki 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 0,441 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 2, iş vərəqi 300-302). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 20 iyun 2019-cu il tarixli, 14920 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanmış maddə....” sözləri olan zərfdəki 02 (iki) ədəd bükümdə olan narkotik vasitə heroindir, xarici əlavətlərinə və tərkibindəki komponetlərə görə eynidirlər. İlkin tədqiqat zamanı 02 (İki) ədəd bükümdə olan heroinin ümumi təmiz çəkisi 02 mart 2019-cu il tarixli, 5948 saylı rəydə göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 3, iş vərəqi 118-120). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərin məhkəmə-texniki ekspertizası 21.11.2019-cu il tarixli, 27235 №-li rəyindən görünür ki:
1. Təqdim edilmiş Zərərçəkmiş şəxs2 MMC-nin adından Abşeron rayon İcra və Probasiya şöbəsinə 346 nömrəli 5 dekabr 2018-ci il tarixli tədqiq olunan məktubun blankı və mətni axınlı çap qurğusunda (çoxaldcı qurğuda, printerdə) çap edilmişdir.
2. Təqdim edilmiş Zərərçəkmiş şəxs2 MMC-nin adından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X41 İdarəsinə ünvanlanmış 617 nömrəli 10 dekabr 2018-ci tarixli tədqiq olunan məktubun blankı və mətni elektrofotoqrafik çap üçulu ilə rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsi İlə hazırlanmışdır.
3. 617 nömrəli, 10 dekabr 2018-ci il məktubunda olan möhür əksi olan möhür əksinin təsviri elektrofotoqrafik çap üsulu ilə rəqəmsal çap qurğusunda (çoxaldcı qurğuda, printerdə) çap edilmişdir.
4. Təqdim olunmuş məktublarda olan “İcraçı direktor Süleyman Bəkirov” sözlərinin qarşısındakı imzalar birbaşa qələmlərlə icra olunmuşdur.
5. Təqdim olunmuş məktubların blankları “X29 Edilməsi Agentliyi” MMC-yə məxsus blankının nümünəsi ilə mətni təşkil edən hərf və rəqəmlər qruluşuna görə eynilik təşkil edirlər, mətnin məzmununa və yerləşməsinə görə fərqlidirlər.
6. Təqdim olunmuş 617 nömrəli, 10 dekabr 2018-ci il məktubda olan möhür əksinin təsviri “BANK X10 AGENTLİYİ MMC BAİA” məzmununda mətni olan möhürün eksprimental əks nümunəsi ilə eynilik təşkil edir. Təqdim olunmuş 617 nömrəli, 10 dekabr 2018-ci il məktubda olan möhür əksinin təsvinin və imzanın kəsişən hissəsində əvvəlcə möhür əksi çap olunub. Üzərindən imza icra olunub. Aparılmış tədqiqatın dəyəri 73 ( yetmiş üç) manat təşkil edir (cild 4, iş vərəqi 86-90). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 27 noyabr 2019-cu il tarixli, 27236 №-li rəyindən görünür ki:
1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 MMC-nın adından olan 5 dekabr 2018-ci il tarixli 346 nömrəli məktubda “İcraçı direktor Süleyman Bəkirov” qrafası qarşısındakı imza X6 imzasına oxşadılmaqla Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur.
2. Ekspertizaya təqdim edilmiş “Bank X10 Agentliyi" MMC-nın adından olan 5 dekabr 2018-ci il tarixli 346 nömrəli və 10 dekabr 2018-ci İl tarixli 617 nömrəli məktubda “İcraçı direktor Süleyman Bəkirov” qrafalarındakı imzalar - X14 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.
3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 MMC-nın adından olan 10 dekabr 2018-ci il tarixli 617 nömrəli məktubda “İcraçı direktor Süleyman Bəkirov” qrafası qarşısındakı imzanın - X25 tərəfindən, Təqsirləndirilən şəxs1 İlqar oğlu və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 112 (yüz on iki) manat təşkil edir (cild 4, iş vərəqi 92-94). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 19 iyun 2019-cu il tarixli, 1428 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi mülaicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 3, iş vərəqi 121-122). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 15 fevral 2019-cu il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, hadisə yerinə çıxarılarkən təqsirləndirilən şəxs Mamedov X22 rayonu Novxanı kəndinə gedən yol istiqamətdə yerləşən "Petrolux" yanacaq doldurma məntəqəsinin qarşısında avtomobili saxladaraq avtomobildən düşərək bildirir ki, 11.02.2019-cu il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncunun idarə etdiyi “Hyundai” markalı “Sonata” modelli avtomobillə yanacaq doldurma məntəqəsinin qarşısında saxlamışlar, avtomobilin arxasında olan qaynaq aparatı ilə Zərərçəkmiş şəxs1a məxsus bankomatdan oğurluq etmək üçün Təqsirləndirilən şəxs1 bankomatı kəsməyə başlamışdır. Bir az keçdikdən sonra kəsərkən havaya tüstü qalxdığı üçün oradan uzaqlaşdığını bildirərək ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərərək ifadəsini təsdiq etmişdir (cild 2, iş vərəqi 237-240). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11.05.2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, X25 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş və üzləşmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzlərinə qarşı bildirmişlər (cild 2, iş vərəqi 93-96). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 02 may 2019-cu il tarixli və 10 oktyabr 2019-cu il tarixli üzləşdirmə protokollarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 ilə ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş və üzləşmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir birlərinin üzlərinə qarşı bildirmişlər (cild 3, iş vərəqi 45-48, 283-284). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ASC-nin 21.01.2020-ci il tarixli məktubundan və məktuba əlavə edilmiş sənəddən görünür ki, “Petrolux” yanacaq doldurma məntəqəsində Zərərçəkmiş şəxs1 ASC-yə məxsus A0100069 saylı bankomata 600 AZN məbləğində ziyan dəymişdir (cild 4, iş vərəqi 83- 84). İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Abşeron rayon prokurorluğunun 13 dekabr 2019-cu il tarixli qərardan görünür ki, 13.02.2019-cu il tarixdə Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa və digər qanunsuz əməllərə məruz qalması barədə Təqsirləndirilən şəxs2 müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir (cild 4, iş vərəqi 39-42). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanımaq haqqında 02 may 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 0,441 qramdan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,341 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır (cild 3, iş vərəqi 49). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanımaq haqqında 21 fevral 2019-cu il tarixli qərardan görünür ki, 01 ədəd qaz balonu, 01 ədəd kislorod balonu, şlanq və şlanqın kəlləsinə bərkidilmiş 01 ədə kəsici alət cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (cild 2, iş vərəqi 264-265). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 27 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinden aşkar olunaraq götürülmüş 0,441 qram, kustar üsullu hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 0,291 qram narkotik vasitə heroin saxlanılması üçün Azerbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən “Perolux” yanacaqdoldurma məntəqəsinin ərazisində quraşdırılmış Zərərçəkmiş şəxs1 ASC-nin bankomatından Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 oğurluğa cəhd etmələrində cinayətin aləti olan "Hyundai Sonata" markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən aşkar olunaraq götürülmüş 01 ədəd qaz balonu, 01 ədəd kislorod balonu, şlanq və şlanqa bərkidilmiş 01 ədəd kəsici alət maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (cild 4, iş vərəqi 96-147). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ASC-nin 15 fevral 2019-cu il tarixli, 122000-09 saylı məktubundan görünür ki, 11.09.2019-cu ildə Abşeron rayonu, Novxanı kəndi, “Petrolux” yanacaq doldurma məntəqəsində xüsusi köşkdə quraşdırılmış Zərərçəkmiş şəxs1 ASC-yə məxsus A0100069 saylı bankomata müdaxiləyə cəhd zamanı bankomatda 90947 (doxsan min doqquz yüz qırx yeddi) AZN məbləğində vəsait olmuşdur (cild 2, iş vərəqi 220). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 fevral 2019-cu il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən "xxxx" MMC tərəfindən **-XG-*** dövlət qeydiyyat nişanlı, KMHEB41BBBA152592 banlı 2010-ci il buraxılış ilinə malik “Hyundai Sonata” modelli avtomobil icarədar Təqsirləndirilən şəxs1 müvəqqəti istifadəsinə verilmişdir (cild 2, iş vərəqi 255-256). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş müstəntiqin qərarlarından görünür ki, 04 fevral 2019-cu il tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.2-ci maddəsinə əsasən dayandırılmış, 20 fevral 2019-cu il tarixdə icraat təzələnmişdir (cild 1, iş vərəqi 223, 231). İşdə olan məhkəmə qərarlarından görünür ki, 22 fevral 2021-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs X25 barəsində axtarış elan olunmuş və o, tutulanadək icraat dayandırılmış, 30 mart 2021-ci ildə icraat təzələnmişdir. İşdə olan məhkəmə qərarından görünür ki, 06 may 2021-ci il tarixdə hazırkı cinayət işindən təqsirləndirilən şəxs X25 barəsində cinayət işi ayrı icraata ayrılmış və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan cinayət işinin materiallarından başqa material ayrılması haqqında 27 yanvar 2020-ci il tarixli qərardan görünür ki, cinayət işindən şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq ümumilikdə təmiz çəkisi 0,441 qram olan narkotik vasitə heroinin əldə edilməsi, saxlanılması və qanunsuz olaraq Təqsirləndirilən şəxs1 satılması faktına dair ayrıca material ayrılmışdır (cild 4, iş vərəqi 152-154). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının məktublarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adı çəkilən xəstəxanada müalicədə olmamışdır (cild 2, iş vərəqi 113; cild 3, iş vərəqi 99). Cinayət işinə əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 oğlu 12.05.2015-ci ildə X8 ilə nikaha daxil olmuş və birgə nikahdan 11.08.2015-ci il təvəllüdlü Zəhra və 10.08.2017-ci il təvəllüdlü Həsən adlı uşaqları vardır. Binəqədi qəsəbə inzibati ərazi dairəsin üzrə nümayədəliyi tərəfindən verilən xasiyyətnaməyə əsasən qeydiyyat yeri üzrə müsbət xarakterizə olunur (cild 2, iş vərəqi 135-140; cild 3, iş vərəqi 36-37). Cinayət işinə əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun atası X26 04.01.2017-ci ildə vəfat etmişdir. Özü subaydır, Binəqədi qəsəbə inzibati ərazi dairəsin üzrə nümayədəliyi tərəfindən verilən xasiyyətnaməyə əsasən müsbət xarakterizə olunur (cild 3, iş vərəqi 104-105). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2, 178,2.1, 178.2.2, 178.2.4, 234.1, 320.1 və 320.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə, Bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Həmin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq, quldurluq işlərinə dair məhkəmə təcrübəsi haqqında” qərarının 19-cu və 20-ci bəndlərində qeyd edilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin qərarın 22-ci maddəsinə əsasən, şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 4-cü bəndində göstərilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Təqsirləndirilən şəxs1 əldə edərək saxladığı və daşıdığı narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından 2,94 dəfə (0,441/0,15=2,94) artıqdır. Məhkəmə Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən “Petrolux” yanacaq doldurma məntəqəsində yerləşən Zərərçəkmiş şəxs1 ASC-yə məxsus bankomatdan pulu oğurlamaq üçün Təqsirləndirilən şəxs2 birlikdə deyil, tək getməsi, hadisə yerində səhv etdiyini başa düşüb qaynaq aparatını söndürüb hadisə yerini tərk etməsi, həmçinin digər Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 oğurluğa cəhd cinayət hadisəsini törədərkən özünün İlkinin yanında olmaması, hadisədən sonradan xəbər tutması, polis işçilərinin həmin cinayət əməlini üstünə götürməyi üçün onu döymələri barədə məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onların həmin ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və öz ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayətin halları barədə ibtidai istintaq zamanı bir-birini tamamlayan daha düzgün ifadələr vermişlər və məhkəmə həmin ifadələri sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlayaraq bilə-bilə həmin saxta sənəddən istifadə etməsi, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etməsi, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmamaqla özgənin külli miqdarda əmlakını gizli olaraq talamağa cəhd etməsi, bundan başqa satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib, saxlaması və daşıması, habelə Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmamaqla özgənin külli miqdarda əmlakını gizli olaraq talamağa cəhd etməsi kifayət qədər sübuta yetirilir, onlar təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 155, cild 2, iş vərəqi 250). Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 23.08.2021-ci il tarixli məktubdan və mədaxil qəbzindən görünür ki, Zərərçəkmiş şəxs1 ASC-nə vurulmuş 630 manat maddi ziyan Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 ASCyə dəymiş ziyanı tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, himayəsində iki azyaşlı uşağın olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 həmin hökmlə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq qazancından 20 faiz tutulmaqla 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzasına məhkum edilmişdir (cild 2, iş vərəqi 248-249, cild 3, iş vərəqi 238-244). İşdə olan Binəqədi rayon İcra və Probasiya şöbəsinin 07 oktyabr 2019-cu il tarixli məktubundan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 02.03.2018-ci il tarixli hökmünə əsasən 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün islah işləri cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 çəkilməmiş cəza müddəti hökmdə göstərildiyi kimi 17 (on yeddi) ay 24 (iyirmi dörd) gün təşkil edir (cild 3, iş vərəqi 276). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 əvvəllər törətdiyi az ağır cinayətə görə cəza çəkdiyi müddətdə yeni cinayət törətdiyindən məhkəmə onu məhkumluğu olan şəxs hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qanunun həmin müddəasından çıxış edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi yoxdur. Məhkəmə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 ASC-yə dəymiş ziyanı tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza həddi və növünü təyin edərkən onların törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29-cu madddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. “Məhkəmlər tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqında” Ali Məhkəmənin Plenum Qərarının 9-cu bəndində qeyd edilir ki, başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs1 ASCnə vurulmuş 630 manat maddi ziyan tamamilə ödənildiyindən Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsi ilə cəza təyin olunarkən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci maddənin sankiyasında nəzərdə tutulmuş yuxarı həddin - on ilin dördə üçünün dördə üçü ilə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələrində qeyd olunmuş rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə cinayətlərini törətdiyi tarixdən iki il müddət keçmişdir. Belə ki, CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi CM-in 320.1 və 320.2-ci maddələri ilə olan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, həmin Məcəllənin 75.1.1-ci maddəsinə müvafiq olaraq bu cinayət törədilən gündən iki il keçdiyindən, Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsi belə halda cinayət təqibini istisna etdiyindən Məcəllənin 44.2.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 CM-in 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinsə də ona bu maddələr ilə cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxs1 ittiham olunduğu Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 178,2.1, 178.2.2, 178.2.4 maddələrinin sanksiyasına dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs2 ittiham olunduğu Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi əməl ağır və az ağır cinayət kimi, Təqsirləndirilən şəxs2 törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənuin 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulur. Qanunun həmin maddələrinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli hökmü ilə təyin edilmiş qazancından 20 faiz tutulmaqla 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzası dörd günə bir gün hesabı ilə hesablanmaqla 4 (dörd) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası kimi hazırkı hökmlə təyin ediləcək cəza ilə qismən toplanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə hesab edir ki, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi zərərin tam ödənilərək aradan qaldırılması, qeydiyyat yeri üzrə müsbət xarakterizə olunması kimi yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi və ailəsini ciddi məhrumiyyətlərə düçar edər. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokollardan, müstəntiqin və məhkəmənin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 21 dekabr 2018-ci ildə şübhəli şəxs qismində tutulmuş, 22 dekabr 2018-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və həbsdən azad olunmuş, 01 mart 2019-cu ildə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin tərəfindən barəsində 03 mart 2019-cu il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 mart 2019-cu il tarixdən hesablanmışdır. Abşeron Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli qərarı ilə barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qərarı ilə 13 sentyabr 2019-cu ilədək uzadılmışdır. Müstəntiqin 13 avqust 2019-cu il tarixli qərarı ilə ev dustaqlığında saxlanma şərtlərini pozduğuna görə tutulması üçün barəsində axtarış elan edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 23 avqust 2019cu il tarixdə barəsində ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş, 18 sentyabr 2019-cu il tarixdə tutularaq Bakı İstintaq təcridxanasına yerləşdirilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 20, 46-47; cild 2, iş vərəqi 287; cild 3, iş vərəqi 28-29, 38-40, 133-137, 169-170, 193-196, 257-259, cild 4, iş vərəqi 20-22, 52-58). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı barəsində axtarış elan olunanadək tutulduğu, həbsdə saxlandığı və ev dustaqlığında olduğu 5 (beş) ay 13 (on üç) gün müddət ona təyin olunacaq cəzadan çıxılmalı və cəza çəkməsinin başlanğıcı onun sonuncu dəfə tutulduğu 18 sentyabr 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 14 fevral 2019-ci ildə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsi tərəfindən barəsində 15 fevral 2019-cu il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən barəsində həbsdə saxlanılma müddəti 13 dekabr 2019-cu ilədək uzadılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 07 dekabr 2019-cu il tarixli qərarla Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilmiş, o, həbsdən azad edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqi 203-204, 246- 247; cild 3, iş vərəqi 90-92, 220-222, cild 4, iş vərəqi 29-35). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı tutulduğu və həbsdə saxlandığı 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 şərti məhkum etməyi qanuni və ədalətli olması qənaətinə gəldiyi üçün hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra qalıq qalan 0,291 qram narkotik vasitə heroin məhv edilməli, "Hyundai Sonata" markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən aşkar olunaraq götürülmüş və Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd qaz balonu, 01 ədəd kislorod balonu, şlanq və şlanqa bərkidilmiş 01 ədəd kəsici alət cinayətin aləti kimi xüsusi müsadirə olunmalı və müvafiq təşkilata verilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İbtidai istintaq zamanı məhkəmə ekspertizaları yalnız Təqsirləndirilən şəxs1 törətdiyi cinayətlər üzrə keçirildiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, cəmi 598 (beş yüz doxsan səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə araşdırması zamanı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyəti adından onun nümayəndəsi Nümayəndə2 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinin mülki iddiaçı qismində tanınması, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin törədilməsi nəticəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 600 (altı yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə 19 mart 2020-ci il tarixli baxış iclasında zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən təqdim edilən mülki iddia ərizəsinin icraata qəbul edilibedilməməsi məsələsinin müzakirə edərək mülki iddia ərizəsini icraata qəbul etmişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 23 avqust 2021-ci il tarixli məktubdan və mədaxil qəbzindən görünür ki, Zərərçəkmiş şəxs1 ASC-yə vurulmuş 630 manat maddi ziyan Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq mülki iddiaçı iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cüi maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 186-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 186-cı maddəsinə əsasən mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyəti mülki iddiadan tam ödənilməsi səbəbindən imtina etdiyinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı qaldırılmış mülki iddia üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2, 178.2.1, 178.2.2, 178.2.4, 234.1, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci madəsilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək həbsdə saxlandığı 5 (beş) ay 13 (on üç) gün müddət günə gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 6 (altı) il 6 (altı) ay 17 (on yeddi) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək həbsdə saxlandığı 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddət günə gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 4 (dörd) il 2 (iki) ay 6 (altı) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci və 68.1.3-cü maddələrinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş qazancından 20 faiz tutulmaqla 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri cəzası dörd günə bir gün hesabı ilə hesablanmaqla 4 (dörd) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası kimi hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməkdə ona təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar: - Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra qalıq qalan 0,291 qram narkotik vasitə heroin məhv edilsin; - "Hyundai Sonata" markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən aşkar olunaraq götürülmüş və Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd qaz balonu, 01 ədəd kislorod balonu, şlanq və şlanqa bərkidilmiş 01 ədəd kəsici alət cinayətin aləti kimi xüsusi müsadirə olunsun və müvafiq təşkilata verilsin. İş üzrə Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyəti verdiyi mülki iddiadan tam ödənilməsi səbəbindən imtina etdiyinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı qaldırılmış mülki iddia üzrə icraata xitam verilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 598 (beş yüz doxsan səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.