Məhkəmə qərarları › İş №1(101)-115/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-115/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-115/2022 27.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X4, X6 və X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3, İ dərəcə hüquqşünas Dövlət ittihamçısı1 və böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı4, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı Həşimov Cahid Zəkiş oğlunun, təqsirləndirilən şəxslər-mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 və Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1971-ci ildə Zəngilan rayonunun Xumarlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, cəzasının əvvəli 03 mart 2015-ci il tarixdən hesablanmaqla 11 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2017-ci il tarixli qərarına əsasən, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 ilə endirilmiş, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, 18 noyabr 2020-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, xx xxxxx 1963-cü il tarixdə İmişli rayonunun Murğuzallı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2 və 195.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qəti olaraq 11 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə və 3.000 manat cərimə cəzalarına məhkum edilmiş, təyin olunmuş cəzaların müstəqil icra olunması və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəllinin 05 iyun 2015-ci il tarixdən hesablanması qərara alınmış, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, həmin Məcəllənin 66.3, 66.5 və 68.2-ci maddələri ilə qəti olaraq 12 il 6 ay müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzalarına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 07 dekabr 2022-ci il tarixli qərarı ilə həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilərək hökm dəyişdirilmiş, CM-nin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən təyin olunmuş cəzadan azad edilmiş, ona qeyd olunan maddələrlə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair göstəriş və müddəalar hökmdən xaric edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarına əsasən əvvəli 05 iyun 2015-ci il tarixdən hesablanmaqla üzərində qəti olaraq 10 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə və 3.000 manat cərimə cəzaları saxlanılmış, cərimə cəzasının müstəqil icra edilməsi qərara alınmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2007-ci ildə tanış olduğu Zərərçəkmiş şəxs2 ünvan 1 ünvanındakı mənzilin və X7 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovana qəsəbəsi, C.Məmmədquluzadə küçəsində yerləşən 8 nömrəli evin sənədlərini banka təqdim etmiş, bank tərəfindən Zərərçəkmiş şəxs2 evi 68.090 manat, Sahib Əsədovun evi isə 85.000 manat qiymətləndirilmiş və bunların müqabilində o, məzənnəsi 153.090 manat olmaqla 180.000 ABŞ dolları krediti öz adına götürərək aldığı pulun məbləğini bildirmədən həmin puldan 22.000 manatını Bakı şəhəri, Azadlıq prospekti, 149 ünvanında bankın qarşısında Sahib Əsədova vermiş, həmin dövr üçün milli valyuta ilə 5.460 manat təşkil edən 7.000 ABŞ dolları məbləğində pulu Zərərçəkmiş şəxs2 vermiş, qalan pulu isə özündə saxlamış, sonuncu həmin məbləğdə pulun kreditini Təqsirləndirilən şəxs1 vasitəsilə banka tam ödəmiş, bundan sonra 2010-cu ilin sentyabr ayında Zərərçəkmiş şəxs2 evinin sənədlərini bankdan götürməyi tələb edərkən o, guya bankdan evin girovdan çıxarılması üçün sənədlərə imza etmək lazım olması adı ilə təkrar Zərərçəkmiş şəxs2 aldadaraq, 08 sentyabr 2010-cu ildə "xxxx" ASC-nin “Azadlıq” filialına gətirib sonrakı ipoteka müqaviləsinə imza etdirərək, hər iki evi yenidən ipoteka yüklü etdirməklə məzənnəsi 208.988 manat olmaqla 260.000 ABŞ dolları kredit vəsaitini götürülməsini rəsmiləşdirilmiş, lakin həmin məbləğdən 2007-ci ildə götürülmüş 153.090 manat kredit silindikdən sonra qalan 58.898 manat pulu dələduzluq yolu ilə ələ keçirərək, cəmi 208.988 manat pulu öz şəxsi ehtiyacları üçün sərf etmiş, aldığı kredit üçün bank qarşısında yaranmış öhdəliyə görə girovda qalması ilə nəticələnən hərəkətlər etməklə Zərərçəkmiş şəxs2 cəmi 68.090 manat, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrar tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, özgənin əmlak hüquqlarını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə ona mənzil girov qoymaqla ipoteka krediti götürülməsinə tanışları vasitəsilə köməklik etməsi üçün müraciət etmiş Şahid1 sonuncunun kürəkəni Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəlindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışla xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 1 nömrəli mənzili "xxxx" ASC-də girov qoymaqla 110.000 ABŞ dolları məbləğində ipoteka krediti götürərək qardaşı X1 adına olan "xxxx" ASC-də ipoteka müqaviləsi üzrə ipoteka yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, bina 10-da yerləşən 70 saylı mənzili və tanışı X3 adma olan "xxxx" ASC-də ipoteka müqaviləsi üzrə ipoteka yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, bina 14-də yerləşən 19 saylı mənzili kredit borclarını tam ödəməklə girovdan çıxararaq həmin mənzilləri digər tanışlarının adına olan mənzillərlə birlikdə "xxxx" ASC-nin “Səbail” filialında girov qoyaraq, Təqsirləndirilən şəxs2 adına heyvandarlığın inkişaf etdirilməsi məqsədilə güzəşt müddəti 24 ay, illik 7 faiz olmaqla, 5 il müddətinə 200.000 manat məbləğində kredit götürməklə həmin puldan Şahid1 70.000 manat pul verəcəkləri ilə bağlı yalan vədlər verərək, faktiki olaraq hər hansı məbləğdə pul vermək niyyətində olmadan 26 aprel 2011-ci il tarixdə Zərərçəkmiş şəxs1 xüsusi mülkiyyətində olan və “X8” MMC tərəfindən dəyəri 140.000 ABŞ dolları məbləğində müəyyən edilmiş ünvan 4-da yerləşən 1 nömrəli mənzili ünvan 5 ünvanında yerləşən "xxxx" ASC-nin baş ofisində girov qoymaqla qardaşı Şahid3 adına 110.000 ABŞ dolları məbləğində ipoteka krediti götürülməsi ilə bağlı kredit müqaviləsinin rəsmiləşdirilməsinə nail olmaqla, Zərərçəkmiş şəxs1 külli miqdarda, yəni həmin günün məzənnəsi ilə 87.065 manat təşkil edən 110.000 ABŞ dolları dəyərində əmlak hüquqlarını əldə etməklə götürülmüş 110.000 ABŞ dolları məbləğində pulu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs2 ilə bağlı epizod üzrə ifadəsində bildirdi ki, onun kiçik biznes krediti olmuşdur. Bir dəfə Rafiq adlı tanışı ona yaxınlaşaraq, onun bankda işlədiyini və bankdan kredit götürmək lazım olduğunu bildirmişdir. O, bankın müdirinə zəng etmiş, onlar özləri gedib müstəqil şəkildə Şahid2 adına 22.000 manat kredit götürmüş və anası Zərərçəkmiş şəxs2 evi girov qoyulmuşdur. Bir müddət krediti özləri ödədikdən sonra yenə də Rafiq adlı tanışı, Elmira xala və sonuncunun oğlu Cahid onun mağazasına gəlmiş və ona işləri düşdüklərini bildirmişlər. Onlar kreditin ödənilməsində çətinlik çəkdiklərini bildirib kömək istəmişlər. O, özünün 210.000 manat kredit götürdüyünü deyərək, onlara banka müraciət etmələrini məsləhət görmüşdür. Həmin vaxt bank ona 180.000 manat kredit ayırmışdır. Onlar banka getdikdən sonra bankda həmin şəxslərə "Mətləb kredit götürüb, gedin girovlarınızı onun girovu ilə birləşdirin, vaxtınız uzansın" demişlər. Çünki Nigar xanımın İranda 12 krediti olmuş və anası ona İranda Nigarın incidildiyini demişdir. Elmira xala onların da evini kreditə əlavə etməsini və bir az da əlavə onlara pul verməsini xahiş etmişdir. Bu yolla onlar ikinci dəfə 22.000 manat kredit götürüb öz girovlarını onun girovuna qoşmuşlar. Həmçinin həmin girovlarda qardaşının, əmisi oğlunun və servis sahibinin də krediti olmuşdur. Həmin vaxt Elmira xalanın banka 30.202 dollar borcu olmuşdur. Dörd ev girovda birləşdirilib 180.000 dollar pul götürülmüşdür. Pulu götürəndə Elmira xala ağlamış, Cahidin bilməməsini istəmiş və Nigarın İranda vəziyyətinin yaxşı olmadığını bildirmiş və 7.000 dollar da əlavə pul istəmişdir. O, Elmira xalanın vəziyyətinin ağır olduğunu görüb mağazası işləyəcəyi halda köməklik edəcəyini bildirmişdir. Buna görə də Nigar hər dəfə İrandan gələndə ona, həyat yoldaşına və uşaqlarına hədiyyə gətirmişdir. Sonra bank yenə də ona 260.000 dollar kredit ayırmışdır. O, Elmira xalanı çağırmış və borclarının qaldığını bildirmiş, borc müqaviləsi bağlamasını istəmişdir. Onlar hara lazımdırsa imza edəcəklərini, kreditinin uzanmasını istədiklərini və borc müqaviləsindən başlarının çıxmadıqlarını bildirmişdir. 260.000 dolları götürən zaman Cahid, Rafiq dayı və Elmira xala yenə onun mağazasına gəlmiş, onların 11.000 dollar borclarınını qaldığını hesablamışlar. O, Elmira xalaya 11.000 dolların bank faizlərinin onlardan alınmayacağını, özünün ödəyəcəyini bildirmişdir. Elmira xala Cahidin bilməməsini istəmiş və 260.000 dollardan aldığı kreditdən onlara sabaha 16.000 dollar pul lazım olduğunu, Nigarın İrandan Azərbaycana buraxılmadığını, bunları Cahidin bilməməsini, Cahidlə Nigarın arasında münaqişənin olduğunu bildirmişdir. O, Elmira xalaya 16.000 dollar pul vermişdir. Onların hazırda banka 30.202 ABŞ dollar borcları var, bank 25.000 dollar veriləcəyi halda, evi girovdan azad ediləcəyini deyir. 260.000 ABŞ dollar puldan onlara cəmi 16.000 dollar pul verilmişdir. Bunun müqabilində 7.000 dollar pul ödənilmişdir. Qeyd olunan epizod üzrə proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 68 min manat ziyan vurulması ilə bağlı onun heç bir rolunun olmadığını, həmçinin zərərçəkmişin bankdan 10.000 dollar pul götürməsinin ona aidiyyəti olmadığını, özünün sadəcə bankdan onlara kredit verilməsini xahiş etdiyini, krediti isə onların özlərinin gedib götürdüklərini, Zərərçəkmiş şəxs2 evini ikinci dəfə banka girova qoymadığını, o, Elmiragili Rafiq dayı adlı tanışının vasitəsi ilə tanıdığını, evlərin 2008-ci ildə girov qoyulduğunu, Elmiragilin ilk kreditdən təxminən 7-8 ay sonra təkrar ona müraciət etdiklərini, ona ayrılmış 180.000 dollar puldan onlara 7.000 ABŞ dolları çatdığını, ayda 1100 ABŞ dolları ödəməli olduqlarını, kreditin gələcək taleyi ilə bağlı razılaşma olmadığını və həmin vaxt onun şəxsi əmlakının olmadığını bildirdi. Zərərçəkmiş şəxs1la bağlı epizod üzrə ifadə verən Təqsirləndirilən şəxs1 bildirdi ki, o, Qəyyubla 2010-cu ildən tanışdır. Qəyyuba kənd təsərrüfatı üçün kredit ayrılmış və sonuncu, girov üçün onun yanına gəlmişdir. O, Qəyyuba 2010-cu ildə öz əmlakını girov qoyub kredit götürdüyünü bildirmişdir. Kamalın qaynatası Nurəddinlə Qəyyub onun yanına gəlmiş, Nurəddin kreditin iki aylıq lazım olduğunu, kürəkəninin evini kredit üçün "xxxx"a girov qoymağı, qardaşının da evini «Zamin bank»a Qəyyubun kreditinə görə girov qoymağı istəmişdir. O, qardaşlarına zəng etmiş, onlar da Qafandan olduğu üçün kömək edəcəklərini demişlər. Sonra o, Nurəddin və Qəyyubla birlikdə banka getmiş, bankda ödənişlərin normal olduğunu və heç bir problem olmadığını bildirmişlər. Həmçinin orada 110.000 dollar kreditə görə 11.000 dollar «şapka» istənilmiş və Nurəddin bunu boynuna götürmüşdür. Videoçəkiliş aparılmış, Kamal həmin evi ona qaynatasının verdiyini və evin Nurəddinə qurban olduğunu bildirmişdir. Bütün sənədlər hazır olduqdan sonra notarius sənədləri imzalamışdır. Həmin vaxt orada üç öhdəlik müəyyən edilmişdir. O, 58.000 dollar kreditini Qəyyubun adına "xxxx"a ödəməyi, Qəyyub 70.000 manat çıxan puldan Nurəddin verməyi, sonuncu isə, həmin 70.000 manatı iki aya banka ödəməyi və kürəkəninin evini girovdan çıxarmağı boynuna götürmüşlər. Bir neçə gün keçdikdən sonra Nurəddin ona zəng edərək Qəyyuba zəng çatmadığını və hələ də pulun ona çatdırılmadığını bildirmişdir. O, Qəyyuba zəng etmiş, əvvəl zəng çatmamamış, lakin sonra Qəyyub özü ona zəng vurmuşdur. O, Nurəddinin onu axtardığını bildirmişdir. Sonra Qəyyubla görüşmüş və Qəyyub növbəti kreditlərinin olduğunu, orada pulların olduğunu, həmçinin xırda buynuzlu heyvanlar almalı olduğunu bildirib, ona vaxt verilməsini istəmişdir. Bütün bu söhbətlər Nurəddinin yanında olmuşdur. Həmin vaxt o, Nurəddinə onun öhdəliyinin yalnız kreditə görə pul ödəmək olduğunu və ayrı öhdəliyinin olmadığını bildirmişdir. Oradan çıxandan sonra Nurəddin onun kürəkəninin xasiyyətinin tünd olduğunu bildirərək, ondan "xxxx"ın vaxtı çatana qədər ödəniş etməsini istəmişdir. O, Nurəddinə bu xahişinin Kamalın da, oğlu Fəridin də bilməsini istəmişdir. O, birinci ay normal qaydada 5.000 manatdan çox ödəniş etmiş, Qəyyubla da bir neçə dəfə görüşüb vəziyyəti bildirmiş və Qəyyub da narahat olmamağı demişdir. Sonra Nurəddini, Kamalı və Fəridi çağırmış və vəziyyəti onlara izah etmişdir. Həmin şəxslər narahat olmamağı bildirmişlər. İkinci ay qismən ödəmə etmişdir. Sonra Nurəddin onu aldatdığını, oğlunun vəzifəyə getmədiyini demişdir. Nurəddin başına iş gəldiyini, öz evini «TexnikaBank»da girov qoyub batırdığını, bibisi oğlunun evini də «NikoilBank»ın Nəsimi filialında girov qoyduğunu, kürəkəni Kamalın evini də həmin əmlakları bankdan girovdan çıxara bilmək üçün girov qoyduğunu bildirmişdir. «NikoilBank»ın «Neftçilər» metrosu tərəfdə olan filial müdiri ilə əlaqə saxlayaraq Nurəddinə möhlət almışdır. Bu hadisə 2011-ci ildə olmuş, Nurəddin onu 2012-ci ildə oğlunun toyuna dəvət etmiş və onu ən mötəbər stolda DİN işçiləri ilə bir yerdə əyləşdirmiş, onu ən əziz dostu kimi təqdim etmişdir. Bundan sonra o, Nurəddinə əlbəəl 20.000 manat pul vermiş, həmin pulul «Nikoilbank»a ödəmək üçün dörd hissədə vermişdir. Bir müddət sonra müəyyən olunmuşdur ki, bankın müdiri həmin pulu Qəyyuba atmış və problemləri yaranmışdır. Sonra o, Nurəddinlə "xxxx"a getmiş, bankın müdiri Rahibdən bunun nə məsələ olduğunu soruşmuşdur. Rahib ona narahat olmamağı, bu yaxınlarda pulun hamısının bir yerdən çıxacağını, kənd təsərrüfatı ilə bağlı kreditlərdə bir az çətinlik olduğunu demiş və ona ümid vermişdir. O, eyni zamanda "xxxx"ın da kreditini ödəmişdir. Üç yerə kredit ödəmiş, hansı ki, onun öhdəliyi 58.000 ABŞ dolları, yəni 45.000 manat olmuşdur. O, 52.000 manat "xxxx"a ödəmiş, 42.000 ABŞ dolları Nurəddin, Kamal və Fəridiin xahişi ilə "xxxx"a ödəmiş, 20.000 manat əlbəəl Nurəddinə vermişdir. Bir gün Fəridlə Kamal qara rəngli «KİA Optima» markalı maşınla onun iş yerinə gəlmiş, Qəyyubla görüşdüklərini, 70.000 dolları alan kimi onun pulunu verəcəklərini və evi bankdan çıxarmaq üçün onlara 8.000 dollar pul lazım olduğunu bildirmişlər. O, onlara görə mağazada pul qalmadığını, iki maşınının olduğunu, pul verən adamları olduğu halda maşını verə biləcəyini demiş, amma bir aydan sonra pulu verib maşını götürmək şərti qoymuşdur. «Ayna Sultanova» heykəli tərəfdə mülki etibarnamə ilə Fərid və Kamal ondan 8.000 ABŞ dolları pul götürmüşdür. Ay tamam olduqdan sonra Fərid və Kamal onun telefonlarına cavab verməmişlər. O, məcbur olub oğlana zəng etmiş, həmin şəxs notariusun qabağına gəlmiş və 8.400 ABŞ dollar verib maşını götürmüşdür. Bundan sonra həmin şəxsləri tanımış və onların Qəyyubdan pul ala bilmədiklərini görüb hər şeyi dayandırmışdır. Sonra Qəyyub qəfil həbs olunmuşdur. O, Nurəddinə zəng edib onun pulunun necə olduğunu soruşmuş, Nurəddinlə banka getmiş, bankın müdiri seyfi açmış və bir vərəq çıxarmışdır. Belə ki, türmədən Qəyyub "Mətləbə denən mənim adıma olan krediti qoymasın axsamağa, mənim «Zamin bank»da 360.000 pulum var, hansı ki, gedib götürəcəm. Sənədləri türməyə gətirə bilmirlər, onu imzalamaq olmur. Çıxan kimi onu imzalayacam, onu götürəcəm. Nurəddinə verilən pullar veriləcək, əlavə onlara da kömək də edəcəm" məzmunlu bir zapiska yazmışdır. Sonra Qəyyub həbsdən çıxmış və onunla görüşmüşdür. O, axırda 40.000 dollar pulu ödəyə bilmədiyi üçün qardaşının 110.000 manatlıq evi əllərindən çıxmışdır. İttiham aktında bir insanların adı, bir də ayın tarixi düzdür, başqa heç bir şey düzgün deyil. Qeyd olunan epizodla bağlı suallara cavab verən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 adına götürülmüş kreditin ona heç bir aidiyyəti olmadığını, Təqsirləndirilən şəxs2 və Kamalın qaynatası Şahid1 xahişi ilə onlara bankdan kredit çıxarılmasına köməklik göstərəcəyinə söz verdiyini və bir həmyerli kimi onlara kömək göstərdiyini bildirdi. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, kənd təsərrüfatı ilə məşğul olmuş və Təqsirləndirilən şəxs1la dostu vasitəsi ilə tanış olmuşdur. Ona bankdan pul götürmək üçün girov əmlak lazım olmuşdur. O, Nurəddinin tez-tez Mətləblə görüşdüyünü, hər dəfə Mətləbin Nurəddinə pul verdiyini görmüşdür. Sonradan kredit məsələsinə görə həbs olunmuş və Nurəddinin kürəkəni Kamal onun yanına görüşə gəlmişdir. Görüş zamanı Kamal onu tanıyıb-tanımadığını soruşmuş, o da, tanımadığını demişdir. Kamal özünün polis işçisi olduğunu, hər şey eləmək imkanı olduğunu bildirmişdir. Kamal əvvəlcədən onun barəsində hər şeyi dəqiqliklə öyrənmiş və ona hədə-qorxu gəlmişdir. O, həbsdən çıxandan sonra günü-güzəranı olmamış, Nurəddinin pulu ödənildiyi halda, onu Kamalın vasitəsilə bir neçə dəfə polisə çağırtdırmışdır. O, Nurəddinə kredit götürməyə söz verməmişdir. O, heyvandarlığın inkişafına görə kredit almış və həmin kreditdən onlara pul verə biləcəyini bildirmişdir. Lakin Nurəddin onunla razılaşmamışdır. O, Nurəddinin ümumi vəziyyətini görmüş və köməkləşib vəziyyəti düzəldəcəklərini bildirmişdir. Lakin həbs olunandan sonra işinin tarazlığı pozulmuş və heyvanları qırılmışdır. Ona aid əlyazma yazını da Kamal ona maşının üstündə zorla yazdırmışdır. Kamal polis olmasından və onun sınaq müddətinin bitməsinə 3-4 ay qalmasından istifadə edib hər cür ona təzyiq etmişdir. O, Nurəddindən pul almamışdır. Mətləbdən pul almış, axırıncı dəfə 4.500 manatı “Keşlə» bazarının yanında vermiş və borcu qurtarmışdır. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs2 bildirdi ki, heyvandarlığın inkişafına görə 5 il müddətinə aylıq 200 manat ödəməklə kredit götürmüş, həmin kreditə görə qohumları Firəngiz ilə Leylanın evlərini girov qoymuşdur. Mənzil "xxxx"a ayın 26-da girov qoyulmuş, o isə, ayın 21-də kredit götürmüşdür. O, Kamalın evinin girov qoyulmasında və 110.000 manatın götürülməsində iştirak etməmiş, həmin prosesdə Mətləb iştirak etmişdir. Çünki həmin kredit Mətləbin qardaşının adına olmuşdur. «Keşlə» bazarının yanında Nurəddinə 4500 manat pul vermiş və Nurəddinlə olan hesablaşmaları Mətləb aparmışdır. Belə ki, onun Mətləbə borcu olmuş və borcunu ödəmiş, Nurəddinlə olan hesablaşmaların ona aidiyyəti olmamışdır. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi Həşimov Cahid Zəkiş oğlu ifadəsində bildirdi ki, o, təqsirləndirilən şəxsləri əvvəllər tanımışdır. 2007-ci ildə onlar banka getmiş, həmin vaxt Mətləb onlara yaxınlaşaraq bankın işçisi olduğunu və kredit verə biləcəyini demişdir. Mətləb kredit veriləcəyini, lakin üstündə «şapka» da vermək lazım olduğunu söyləmişdir. O, tələsdiyi üçün sənədlərə imza etmişdir. Lakin onun ikinci dəfə kredit götürülməsindən xəbəri olmamışdır. Belə ki, Mətləb onun anası Elmiranı evi girovdan çıxarmaq adı ilə gəlib evdən götürmüş və o, anasından bunu ona nə üçün demədiyini soruşmuşdur. Mətləb anasını götürüb aparıb yenidən sənədlərə imza etdirərək böyük məbləğdə kredit götürmüşdür. Sonra onun digər proseslərdən xəbəri olmamışdır. Bunlar barədə onun bacısı Nigar məlumatlı olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi Cahid Həşimov proses iştirakçılarının suallarına cavab olaraq bildirdi ki, o, evin ipotekaya qoyulduğunu sonradan bilmişdir. 2016-cı ilə qədər Mətləb bank işçisi kimi özünü təqdim etmişdir. O, Sabunçu rayon Məhkəməsindən bildiriş gələndən sonra evin girov qoyulduğunu bilmişdir. Onların mənzili girov qoyularaq 260.000 ABŞ dolları kredit götürülmüşdür. Mətləb anasını evdən götürən zaman onlar evdə olmamışlar. 10.000 manat götürmək üçün ev "xxxx"da girov qoyulmuş, 3.000 manat «şapka» verilmişdir. O, bunun üçün bir dəfə banka gedib qol çəkmiş və sonra Mətləbi görməmişdir. İlk kredit təxminən 2007-2008-ci illərdə götürülmüşdür. İkinci kreditdən onun xəbəri olmamışdır. Mətləb ondan sənədlərə qol çəkməyi istəmiş və o da, sənədləri imzalamışdır. Mətləb bunları əvvəlcədən planlaşdırılmış şəkildə etmişdir. O, bütün sənədlərə bankda qol çəkmiş, notariusda sənədlərə imza etməmişdir. Məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs Mətləb Kərimov onlara həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Belə ki, Mətləb onlara kredit almaqda köməklik göstərmiş, onlar həmin krediti tam ödəyib qurtardıqdan sonra Mətləb gəlib onun anası Elmiranı aldadaraq aparıb mənzili yenidən ipotekaya qoymuş, həmin mənzillə bərabər başqa bir mənzili də ipotekaya qoyaraq bankdan 260.000 dollar kredit götürmüşdür. Sualları cavablandıran Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, həmin evin 2007-2008-ci ildə ipotekaya qoyulduğunu və 10.000 ABŞ dolları kredit götürdüyünü, həmin pulun da 3.000 ABŞ dollarının “şapka» verildiyini, kreditin 2010-cu ildə tam şəkildə bağlanıldığını, həmin vaxt onun kartında da 2.000 manat pul olduğunu, 2010-cu ildə kredit götümədiklərini, 2010cu ildə kartda olan 2.000 manat pulu ödədiyini, lakin ikinci dəfə kredit götürən zaman Mətləb onun anası Elmiranı aldatdığını, evin kupçasını götürmək adı ilə anasını aparıb mənzilin yenidən girov qoyulmasına imza etdirdiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2011-ci ilin aprel ayında mənzilnin çıxarışını qaynatası Nurəddin Nəsənova banka girov qoyaraq pul götüurmək və yaranmış maddi problemlərini həll etmək üçün vermişdir. Bir müddət sonra Nurəddin sonradan tanıdığı Mətləb adlı şəxslə və digər bank əməkdaşları ilə onun evinə gəlmiş, bank işçiləri tərəfindən evə baxış keçirilmişdir. Bundan sonra o, lazımi sənədlərə imza etmiş və Mətləb tərəfindən mənzil «Muğan Bank»a girov qoyularaq Mətləbin qardaşı Şahid3 adına 100.000 ABŞ dolları məbləğində pul götürülmüşdür. Bir müddət sonra qaynatasının problemlərinin həll edilmədiyini görüb, onda müəyyən şübhələr yaranmışdır. Bu zaman öyrənmişdir ki, Mətləb Nurəddinin etibarından sui-istifadə edərək «Muğan Bank»dan götürdüyü pul vəsaiti ilə digər banklarda olan qardaşına məxsus və digər tanımadığı bir xanıma məxsus olan evləri girovluqdan azad etmiş və qaynatasına pul verməmişdir. Bundan sonra dəfələrlə Mətləblə görüşərək dələduzluq yolu mənimsədiyi pulların qaytarılmasını və mənizilinin girovluqdan azad etməsini tələb etmiş, lakin Mətləb müxtəlif bəhanələrlə pulun qaytarılmasından boyun qaçırmış, daha sonra evini qısa müddətdə giriovluqdan azad edəcəyinə söz vermişdir. Bu zaman məlum olmuşdur ki, Mətləb və onun ortağı Qəyyub adlı şəxs bir çox vətəndaşın mənzillərini girov qoyaraq əldə olunmuş pul vəsaitlərini mənimsəmişlər və nəticədə həmin mənzillər məhkəmə qərarı ilə banklar tərəfindən alınmışdır. Mətləblə görüşləri zamanı o, bildirmişdir ki, mənzilinin girovluğu müqabilində əldə olunan pul vəsaitini Qəyyub mənimsəmişdir. Vunu dəqiqləşdirmək üçün həmin ərəfədə Qəyyubla 2 saylı İstintaq təcridxanasında görüşmüşdür. Qəyyub bildirmişdir ki, pullar Mətləb tərəfindən mənimsənilmiş və həmin pullarla Mətləb doğma qardaşının və digər bir nəfər şəxsin girovqluqda olan mənizllərini başqa banklardan azad etmişlər. Zərərçəkmiş şəxs1 ifadəsinə görə, çoxsaylı görüşlər zamanı Mətləb bildirmişdir ki, qısa müddətdə onun evini girovluqdan azad edəcək və bu məqsədlə digər vətənşdaşlaradan alıdığı çıxarışlardan istifadə edəcəkdir. Həmin çıxarışlardan birini «Muğan Bank»a onun mənzilinin çıxarışının yerinə qoyaraq mənzilinin çıxarışını özünə qaytaracaqdır. Lakin bunların heç biri baş verməmiş və Mətləb başqalarına qarşı dələduzluq cinayəti törətdiyinə görə həbs edilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində həmçinin bildirdi ki, qaynatası Şahid1 fermer təsərrüfatı yaratmaq məqsədilə kredit götürmək istəmiş, bu məqsədlə o, öz mənzilini banka girov qoymağa razılıq vermişdir. Əvvəlcə elə bilmişdir ki, bankdan 100.000 ABŞ dolları götürülmüş, lakin sonradan bilmişdir ki, 110.000 ABŞ dolları pul götürülmüşdür. Bütün bunlar Mətləbin oyunları olmuşdur. Evi girov qoyularaq götürülən pul ilə Mətləbin qardaşının evini girovdan çıxarmışlar, ondan sonra isə Mətləbin qardaşının və başqa iki nəfərin evini girov qoyaraq 200.000 ABŞ dolları məbləğində pul götürmüşlər. Banka ödəmələr olmadığından mənzilinin əlindən alınmaq təhlkəsi yaranmış, bu müddət ərzində Mətləb mənzilə görə banka 40.901 ABŞ dolları məblğində pul ödəmişdir. Həmin ərəfədə «Muğan Bank»ın əməkdaşları icra məmurları ilə birlikdə gəlib mənzili boşaltmaq istəmişlər, o da, məcbur olub işlədiyi "xxxx"dən 150.000 manat ipoteka götürüb, həmin məbləği «Muğan Bank»a ödəyərək mənzilini oradan girovdan azad edərək "xxxx"yə girova qoymuşdur. Hazırda da hər ay banka 1250 manat ipoteka ödəyir. Hazırkı vaxta kimi ipotekanın alınmasına 10.000 manat və 45.000 manata qədər kredit borcu ödəmişdir. Bu günə banka olan borcu 140.000 manat təşkil edir. Bu qədər ziyana düşməyinin səbəbkarı isə Mətləb və Qəyyub olmuşdur. Sualları cavablandıran zərərçəkmiş Zərərçəkmiş şəxs1 Mətləbin təqdim etdiyi Qəyyub tərəfindən yazılmış iltizama aydınlıq gətirmiş, həmin iltizamda Qəyyub göstərmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus mənzilin girov qoyularaq götürülən 110.000 ABŞ dolları məbləğində pulun öhdəliyi Mətləbin qardaşı Şahid3 yox, onun, yəni Qəyyubun üzərinə düşür, mənzilin 2013-cü ilin noyabr ayının 31-nə kimi girovdan çıxarılmasına söz vermişdir. Zərərçəkmiş şəxs1 bildirdi ki, o, Mətləbin məhkəməsinə gəldiyi zaman həmin qəbzi Mətləbin qardaşı Məhərrəm Ağır Cinayətlər Məhkəməsinin qarşısında ona göstərmişdir. Məhərrəm demişdir ki, bu qəbzə əsasən borc Qəyyubun üzərinə düşür. O isə, həmin qəbzə əhəmiyyət verməyib bildirmişdir ki, ona qarşı dələduzluq edən Mətləbdir. Üstündən bir müddət keçəndən sonra etibarlı mənbədən aldığı məlumata görə Mətləblə Qəyyubun arasında beton alver olmuş və həmin alverdən Mətləbə çatacaq pulu Qəyyub ona verməmişdir. Mətləb də Qəyyubdan tələb etmişdir ki, özünə veriləcək pulla Kamalın evinin kredit borcunu ödəsin və Qəyyub bu barədə həmin qəbzi yazmışdır. Məhkəmə iclasında dindirilən Şahid1 Həsənalı oğlu ifadəsində bildirdi ki, zərərçəkmiş şəxs Kamal onun kürəkənidir. Ona kredit lazım olmuş, bir nəfər Mətləbi məsləhət görmüş və Mətləbin 50.000 manatdan çox kredit düzəldə biləcəyini demişdir. O, maraqlanıb Mətləbi tapmış və onunla tanış olmuşdur. O, sənədinin əslini vermiş və Mətləb sabah görüşməyi bildirmişdir. Onlar sabahı gün "xxxx"da görüşmüşlər. Mətləb bir nəfəri çağırmış, həmin şəxs gəlib onlarla görüşmüşdür. Həmin şəxs qardaşının adının və evinin «VTB Bank»da olduğunu, onun evini bankdan çıxarıb kredit təşkil edəcəyini, onların 6-7%-lə az faiz ödəyəcəklərini, özünün isə çox ödəyəcəyini bildirmişdir. Həmin şəxs "xxxx"ın müdiri Nadir olmuşdur. O, Nadirə zəng edib fermer Qəyyum üçün kredit ayrılıb-ayrılmadığını soruşmuş, Nadir də 600.000 manat kredit ayırdığını bildirmişdir. Bundan sonra o, bu barədə kürəkəni Kamala demiş və Kamal gedib sənədləri imzalamışdır. Lakin bir müddət pul verilməmiş, sonuncu dəfə banka gəldikdə 20-dən artıq şəxs olduğunu görmüş və onlar Qəyyubun saat 10-da pulu alıb maşınla İmişliyə qaçdığını demişlər. Bununla bağlı Mətləblə danışanda, sonuncu Qəyyubun pulu yolda itirdiyini demişdir. Sonra kürəkəni Kamal bu işin arxasınca gedib-gəlmişdir. Daha sonra Mətləb və Qəyyub həbs olunmuş, borcu ödəyəcəklərinə söz versələr də, hələ də ödəməmişlər. Həbs olunmamışdan əvvəl bir dəfə Qəyyubun pul saydığını görüb ondan xərcləməyə pulu olmadığı üçün 500 manat almış, bir dəfə də uşağın təhsil haqqına 1400 manat pulu çatmadığı üçün «Pekin» restoranının yanında Qəyyubla görüşmüşdür. Həmin vaxt Qəyyub oraya qardaşı ilə gəlmiş, maşının pəncərəsindən gülə-gülə 1400 manat vermiş və "get, ardı gələcək" sözlərini demişdir. Sualları cavablandıran Şahid1 onun adına kredit olduğunu, öz evini və qonşusunun evini girov qoyub hərəsinə 50.000 manat pul götürdüklərini, pulu ferma işlətmək üçün götürdüyünü, həmin kreditin vaxtının keçdiyini və üzərinə faiz gəldiyini, həmin krediti bağlamaq üçün kürəkəni Kamalın evini girov qoyub kreditə 100.000 manat pul götürmək istədiyini, özü kreditin götürülməsi üçün müraciət etdikdə, ona 50-60.000 manat veriləcəyinin bildirildiyini, lakin onlara 100.000 manat lazım olduğunu, kreditin götürülməsində Mətləbin marağının olduğunu, Mətləbə 5.000-10.000 manat hörmət olunacağını, kredit müqaviləsinin Zərərçəkmiş şəxs1 adına tərtib olunduğunu, razılığa görə Mətləbin Kamalın evini girov qoyub qardaşının evini girovdan çıxaracağını, sonra qardaşının evini girov qoyub kənd təsərrüfatı təyinatlı kredit götürəcəyini, Qəyyubun adına verilən kreditdən onlara 100.000 manat verilməli olduğunu, bankın müdirindən soruşduqda, 600.000 manat pul götürüləcəyini dediyini, Kamalın evinin ilkin olaraq 240.000 manat dəyərində qiymətləndirildiyini, bankın həmin evi başqa banka köçürdüyünü, Kamal da öz evini ipoteka ilə 20 il müddətinə götürdüyünü, Kamal arvadı ilə birlikdə gedib notariusda sənədlərə imza etdiyini, Kamal ilə Mətləbin arasında olan söhbətdən xəbəri olmadığını, Mətləbin qohumlarının onun şikayət etməməyi üçün onun yanına gəldiklərini, onlar 600.000 manatı Mətləbin aldığını və yolda itirdiyini dediklərini, Mətləb bankın ödənişlərini etdiyini dediyi üçün 3-4 il gözlədikdən sonra şikayət etdiklərini, Mətləbin qohumları xahişə gələndə onlarla heç bir mübahisə yaşamadığını və onlar pulun ödəniləcəklərini bildirdiklərini, Kamaldan şikayət barədə ərizə verməməsini onun xahiş etdiyini, kreditlə bağlı Qəyyubla heç bir danışığının olmadığını, bankın qarşısında iki qadın və bir kişinin olduğunu, həmin şəxslər Qəyyubun 600.000 manatı götürüb İmişli rayonuna qaçdığını bildirdiklərini, 2021-ci ildə iş istintaqda olanda Mətləbin qardaşlarının onun yanına gələrək ərizənin geri götürülməsini, birlikdə hər iki tərəfə 600 manat ödəməklə kreditin bağlanılmasını istədiklərini, onun kürəkəni Kamalla arasının dəydiyini və bu sözü ona deyə bilməyəcəyini onlara dediyini məhkəməyə bildirdi. Məhkəmə iclasında Şahid1 işin ibtidai istintaqı zamanı verdiyi ifadələri elan və tədqiq edildi. O, həmin ifadələrində bildirmişdir ki, 2011-ci il tarixdə Şabran rayonunda bələdiyyə torpağında iki tövləsi, iki yaşayış evi olan 200 hektar torpaq sahəsinin icarə hüquqlarını almaq qərarına gəlmiş, bunun üçün 150.000 ABŞ dolları pul lazım olmuş, özündə 50.000 ABŞ dolları pul olmuş, əlavə olaraq 100.000 ABŞ dolları pul lazım olmuşdur. Həmin dövrdə o, öz adına olan evi "xxxx" ASC-yə girov qoyaraq 30.000 ABŞ dolları pul kredit götürdüyündən, əlavə olaraq kredit götürülməsi üçün girov qoyacaq daşınmaz əmlakı olmamışdır. Bu barədə kürəkəni Zərərçəkmiş şəxs1la olan söhbət zamanı Kamal bildirmişdir ki, onun yaşadığı adına olan evini girov qoymaqla pul götürə bilər. Həmin ev ünvan 4-da yerləşən 1 nömrəli mənzil olmuşdur. Kamalın fikri ilə razılaşıb, onun evini girov qoymaqla kredit götürmək qərarına gəlmiş, pul götürdükdə aylıq kredit ödənişlərini özü ödəməyi öhdəsinə götürmüşdür. Kamalın adına olan evin girov qoyularaq 100.000 ABŞ dolları kredit götürülməsi məqsədi ilə bir neçə banka müraciət etmiş, lakin həmin məbləği verməkdən imtina etmişlər. "xxxx" ASC-nin Bakı şəhəri, Nərimanov rayonunda olan baş ofisinə müraciət etmiş, orada da istədiyi məbləği verməkdən imtina etmişlər. "xxxx" ASC-nin Bakı şəhəri, Nərimanov rayonunda olan baş ofisində olarkən orada kredit şöbəsinin adını bilmədiyi əməkdaşlarından biri bildirmişdir ki, istədiyi məbləğin götürülməsi ilə əlaqədar bir nəfər Mətləb adlı şəxsə yaxınlaşsa, köməklik edə bilər. Həmin əməkdaş Mətləbin işlədiyi ünvanı demiş və onun əvvəllər "xxxx" ASC-də işlədiyini, kreditlərin götürülməsi ilə bağlı təcrübəsinin yaxşı olduğunu bildirmişdir. Odur ki, Mətləbin vaxtilə Dərnəgül şossesində yerləşən inşaat materialları satılan mağazasın getmiş və onunla görüşüb söhbət etmişdir. Mətləb ortaq tanışlarının adını çəkərək tanış çıxdıqları üçün əlindən gələn köməkliyi edəcəyini bildirmişdir. Mətləb həmçinin bildirmişdir ki, onun qardaşı Möhübbətin və hansısa yaxın dostunun "xxxx" də girovda evləri var, həmin evlərin girovdan çıxarılması üçün ona təklif etdiyi Kamala məxsus evi "xxxx" ASC-də girov qoyaraq 100.000 ABŞ dolları pul götürüb həmin evləri girovdan çıxaracağını, sonradan onda çıxarışları olan digər evlərlə birlikdə "xxxx" ASC-yə girov qoyub kənd təsərrüfatı məqsədilə dostu Qəyyubun adına 7 faizlə pul kredit götürüb, həmin puldan ona 100.000 ABŞ dolları verəcəyini və Kamalın evini "xxxx" ASC-yə girov qoyularaq götürülən 100.000 ABŞ dolları pulun kredit ödənişlərini özünün ödəyəcəyini bildirmişdir. "xxxx" ASC-dən götürülən kreditin pulun ona veriləcək 100.000 ABŞ dolları pulunun kredit ödənişlərini isə özü ödəməli olmuşdur. Mətləbin təklifi ilə razılaşmış, onun danışığı, əslən Zəngilan rayonunda olan ortaq tanışlarının adını çəkdiyi üçün Mətləbin kömək edəcəyinə inanmışdır. Beləliklə, Kamal və onun yoldaşının notarial qaydada olan razılığı ilə 26 aprel 2011-ci il tarixdə Kamalın adına olan ünvan 4-da yerləşən 1 nömrəli mənzil "xxxx" ASC-nin Bakı şəhəri, Nərimanov rayonunda yerləşən baş ofisində girov qoyulmaqla Mətləb tərəfindən qardaşı Şahid3 adına 110.000 ABŞ dolları məbləğində pulu Mətləbə inanıb verdikləri etibarnamə əsasında özü bankdan götürmüşdür. Pulu götürdükdən sonra Mətləblə əlaqə saxlamış, o, bildirmişdir ki, qardaşı və dostunun evini "xxxx" ASC-də girovdan çıxarmış, göstərdiyi digər çıxarışlarla birlikdə "xxxx" ASC Nərimanov rayon filialına girov qoyaraq kənd təsərrüfatı məqsədilə 600.000 ABŞ dolları kredit götürəcəkdir və həmin puldan 100.000 ABŞ dolları pul verəcəkdir. Kredit sənədləşmələri üçün Mətləb dostu Qəyyubla birlikdə "xxxx" ASC-nin Nərimanov rayon filialına getmiş və həmin kredit Qəyyubun adına sənədləşdirilmişdir. Mətləb zəng edərək pulu "xxxx" ASC-nin Nərimanov rayon filialından həmin ilin avqust ayında götürəcəklərini bildirmiş, dəfələrlə onunla birlikdə "xxxx" ASC-nin Nərimanov rayon filialına getmişdir. Hər dəfə Mətləb müxtəlif problemlərin olduğunu demiş, pulun götürülməsi baş tutmamışdır. Nəticədə avqust ayında Mətləb zəng edərək səhər saat 12-də "xxxx" ASC-nin Nərimanov rayon filialının qarşısına gəlməyini və götürdükləri puldan verəcəyi 100.000 ABŞ dollarını ondan almağı bildirmişdir. Mətləbin dediyi saatda "xxxx" ASC-nin Nərimanov rayon filialının qarşısına getmiş, oraya kreditin götürülməsi üçün evlərini girov qoyan tanımadığı şəxslər də gəlmiş, Mətləb də orada olmuşdur. Orada bankın əməkdaşı bildirmişdir ki, krediti götürən Təqsirləndirilən şəxs2 həmin gün saat 10-da pulu bankdan götürərək getmişdir. Mətləb Qəyyuba zəng etsə də, Qəyyub telefonu götürməmişdir. Mətləb bildirmişdir ki, İmişli rayonuna gedib Qəyyubu tapacaq və ondan 100.000 ABŞ dolları alıb gətirəcəkdir. Ondan sonra Mətləbdən səs çıxmamış, iki gündən sonra Mətləbin həmin mağazasına gedib, ondan məsələnin nə yerdə qaldığını soruşmuşdur. Mətləb İmişli rayonuna gedib Qəyyubla görüşdüyünü, Qəyyubun ona pulun yarısını yolda olarkən itirdiyini və qalan hissəsini də kənd təsərrüfatına sərf etdiyini dediyini bildirmişdir. Bundan sonra Mətləbdən tələb etmişdir ki, təcili olaraq evinin çıxarışını versin və evini girovdan çıxartsın, onun köməkliyi də artıq lazım deyildir. Çünki artıq aydın olmuşdur ki, Mətləb ona qarşı dələduzluq edib aldadaraq Kamalın evini girov qoyub kredit götürməklə, həmin pulla dediyi evləri girovdan çıxararaq "xxxx" ASC-yə girov qoyub pul kredit götürmüş və söz verdiyi kimi pul verməmişdir. Ondan evi girovdan çxıartmasını və evin çıxarışını verməsini tələb etdikdə, Mətləb bildirmişdir ki, tez bir zamanda evi girovdan çıxararaq çıxarışını verəcəklər. Bundan sonra, Mətləb guya dəymiş ziyan kimi öz avtomobilini harasa girov qoyub Kamala 5.000 ABŞ dolları pul vermiş, 3-4 ay sonra da onun mağazasına gedib ondan evi tələb edəndə, Mətləb orada olmamış, zəng edərək Nərimanov rayonunda yerləşən “Pekin” restoranının yanında gözlədiyini bildirdiyi üçün onun yanma getmiş, Mətləb 1.400 manat pul verib digər ödənişləri də özü edəcəyini bildirmişdir. Lakin Mətləb bir müddət ödənişləri etsə də, qalan təxminən 94.000 ABŞ dolları kreditin ödənişini etməmişdir. Ona görə də, bank tərəfindən Şahid3 məhkəməyə verilmiş və Kamalın evi hərraca qoyulmuşdur. Dəfələrlə Kamalla birlikdə Mətləblə görüşmüş, o, tez bir zamanda evi girovdan çıxaracağına söz versə də, heç birinə əməl etməmişdir. Beləliklə də, Mətləb və Qəyyub ona və Kamala qarşı dələduzluq edərək Kamalın evini bankda girov qoyub götürülən pulu söz verdiyi kimi ona verməyib öz şəxsi məsrəfləri üçün istifadə etmişlər (cild 3, iş vərəqi 104-108, cild 4, iş vərəqi 183-186). Elan olunmuş ifadə ilə bağlı Şahid1 istintaqa ifadəsində 500 manat aldığını dediyini, lakin 5000 manat pul almasının qeyd edildiyini, bunun düzgün olmadığını demədiyini bildirdi. Məhkəmə iclasında dindirilən Şahid3 ifadəsində bildirdi ki, kredit onun tərəfindən götürülmüş, Mətləb tərəfindən götürülməmişdir. O, krediti Nurəddinlə birlikdə götürmüş, Qəyyub və Mətləb orada olmuşdur. Nurəddinin razılığı ilə 110.000 dollar kredit götürülmüşdür. Həmin puldan 11.000 dollar banka «şapka» kimi verilmişdir. Kamalın burada heç bir rolu olmamışdır. 60.000 dollara qardaşının evini çıxarıb onun yerinə verilmiş, 13.000 dollar pul götürülüb "xxxx"a verilmişdir. 26.000 dollar Qəyyub və Nurəddin götürüb qardaşının evini "xxxx"a qoymaq üçün getmişlər. Bundan sonra ev onun adına olduğu üçün bankın pulunu ödəmiş, axıra qədər ödənişləri etmişdir. 52.000 manat və 8.000 manatı Kamal və qaynı Fərid götürmüş, 20.000 manat Nurəddinə verilmişdir. Hesablanan zaman Nurəddinin onlara 2.000 manat pul borclu olduğu müəyyən olunmuşdur. İş materiallarında isə Kamalın evini guya Mətləbin adına keçirib dələduzluq etdiyi yazılmışdır, burada heç bir dələduzluq faktı yoxdur. Əgər dələduzluq faktı varsa, dəmir barmaqlıqlar arxasında Mətləb yox, Nurəddin oturmalıdır. Sualları cavablandıran Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Mətləb maşınını girov qoyub 8.000 manat pulu Kamal və Fəridə verdiyini, maşının Məhəmməd Hadi küçəsində Seymur adlı sələmçiyə verildiyini, bir ay sonra 8.800 pul verilib maşını geri götürdüklərini, pulu X14 küçəsində verdiyini, 20.000 manatın da Kamalın qaynatası Nurəddinə verdiklərini, krediti onun götürdüyünü, kredit müqaviləsinin onun olduğunu, ibtidai istintaq zamanı da məhkəmədə verdiyi məzmunda ifadə verdiyini, lakin Kamalın qayını Fəridin hesabına, tapşırığın hesabına müstəntiqin heç nəyi yazmadığını məhkəməyə bildirdi. Məhkəmə iclasında Şahid3 işin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. O, həmin ifadəində bildirmişdir ki, Mətləb Hümbətov qardaşıdır, 2010-cu ildə digər qardaşı Məhərrəmin Xətai rayonu, Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsində 3 otaqlı mənzili olmuş, həmin mənzili Mətləb girov qoyub onun adma 60.000 ABŞ dolları pul götürmüşdür. 2011-ci ilin mart-aprel aylarında Mətləb Qəyyubun vasitəsi ilə Nurəddin və Kamal adlı şəxslərlə tanış olmuş, Nurəddin kənd təsərrüfatı üçün pul götürmək istədiyini bildirmişdir. Mətləb onunla razılaşmışdır ki, Nurəddinin kürəkəni Kamalın mənzilini «Muğan Bank»a girov qoyub 110.000 ABŞ dolları pul götürüb, həmin pulun 46.800 manatını, yəni 60.000 ABŞ dollarını Məhərrəmin mənzilini bankdan çıxarmaq üçün banka ödənilsin. Qalan pula isə Qəyyub başqa şəxsin mənzilini kreditdən çıxarıb bir neçə mənzili banka girov qoyub bankdan 200.000 manat pul götürüb həmin 70.000 manat pulunu Nurəddinə verməli olmuşdur. 2011-ci ilin aprel ayında Nurəddin dəfələrlə ondan xahiş etmişdir ki, gedib öz adına bankdan ipoteka krediti götürsün, çünki adına artıq bankda kredit sənədləşdirilmiş, ona görə də belə bir xahiş etmişdir. Dəfələrlə imtina etsə də, Nurəddin təkidlə xahiş etdiyi üçün Mətləb, Qəyyub və Nurəddinlə birlikdə «Muğan Bank»ın baş ofisinə gedib orada sənədləşmə aparılmış, sənədlərə imza atıb bankın kassasından 60.000 ABŞ dolları, yəni 46.800 manat pulu Məhərrəmin mənzilini girovdan çıxarmaq üçün bank götürmüş, qalan məbləğdə pul götürüb küçəyə çıxmış, avtomaşına yaxınlaşıb, həmin götürdüyü pulu Nurəddin, Mətləb və Qəyyuba vermiş, onlar pulun 11.000 ABŞ dollarını bankm işçisi olan Vüqar adlı şəxsə vermiş, qalan pul isə onların arasında hansısa işin görülməsinə xərclənmişdir. Bir neçə gün sonra isə Qəyyub Məhərrəmin mənzilini girov qoyub faizə pul götürmüşdür ki, güya bir neçə evi girov qoyub 7 faizlə pul götürüb bir neçə adamın evlərini girovdan çıxardacaqdır. Lakin Qəyyub mənzilləri girov qoyub 200.000 ABŞ dolları məbləğində pulu götürüb ham/ını aldadıb həmin pulu ələ keçirmişdir. Kamalın mənzilinə görə götürülən pulu Qəyyub ödəməli olmuş, həmçinin Qəyyub pulun ödənilməsinə görə yazılı öhdəlik götürübdür. Mətləb Nurəddinə 8.000 manat və 13.000 manat pul ödəmişdir. Məhərrəmin mənzilini isə Qəyyub faizə qoyub pul götürmüşdür. Qardaşı Təqsirləndirilən şəxs1 «Muğan Bank»a girov qoyulan mənzilə görə onun tərəfindən qardaşına görə 68.699 ABŞ dolları pul ödənilmiş, qalan məbləğdə 52.000 manat pul Kamal tərəfindən ödənilmişdir. Şahid3 istintaq zamanı şahid qismində əlavə dindirilən zaman əvvəlki ifadəsini təsdiq etməklə əlavə olaraq göstərmişdir ki, Kamalın evinin banka girov qoyulmasını Nurəddin özu təklif etmiş, 200.000 manat pul bankdan Qəyyub tərəfindən götürülmüş, lakin həmin puldan Nurəddinə ödənilməmişdir, hansı ki, Qəyyub Nurəddinə 70.000 ABŞ dolları məbləğində pul verməli idi ki, Kamalın evini girovdan çıxarsın. Ona görə də, Mətləb «Muğan Bank»a 42.000 ABŞ dolları məbləğində pul ödəmiş, Nurəddinə isə 28.000 manat pul vermişdir (cild 3, iş vərəqi 252-254, cild 4, iş vərəqi 140-141). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 07 iyun 2018-ci il tarixli üzləşdirmə protokoluna əsasən, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 üzünə qarşı bank işçilərini onun evinə Mətləbin gətirdiyini, daha sonralar onunla görüşən zaman Mətləbin «sənin evin mənlikdir, mən evi bankdan azad edib sənə qaytaracağam» dediyini, həmçinin müxtəlif çıxarışlar göstərib «bu çıxarışları sənin çıxarışlarının yerinə «Muğan Bank»a qoyub sənin evini girovdan azad edəcəm» sözlərini dediyini bildirmiş, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 onun üzünə qarşı dediklərini təsdiq edərək bildirmişdir ki, onun evinin qaynatası Şahid1 tərəfindən girov qoyulmasından xəbəri olmamış, həmin iş Təqsirləndirilən şəxs1 tərəfindən görülmüşdür (cild 2, iş vərəqi 164-168). İş materiallarında olan 07 iyun 2018-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 Həsənalı oğlu ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 onun üzünə qarşı demiş, sonuncu isə, Şahid1 dediklərinin şər və böhtan olduğunu, həmin pulların Təqsirləndirilən şəxs2 tərəfindən ələ keçirildiyini bildirmişdir (cild 2, iş vərəqi 153-160). İş materiallarında olan 07 iyun 2018-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 Həsənalı oğlu ilə Təqsirləndirilən şəxs2 arasında üzləşmə keçirilmiş, bu zaman Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı demiş, o isə, Şahid1 dedikləri ilə razı olduğunu, Zərərçəkmiş şəxs1 evinin Təqsirləndirilən şəxs1 tərəfindən banka girov qoyulduğunu bildirmişdir (cild 2, iş vərəqi 161-163). İş materiallarında olan 07 iyun 2018-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə qarşı onun qardaşı Məhərrəm Rüstəmovun və Zərərçəkmiş şəxs1 evini onun «Muğan Bank”a qoyub, sonra isə Məhərrəm Rüstəmovun evini «Zamin Bank”a qoyub pulunu Nurəddinə verməli olduğunu bildirmiş, lakin o, həmin pulu Nurəddinə verməmiş, ondan sonra isə Nurəddin ondan 20.000 manat, oğlu Fərid və kürəkəni Kamal ondan 8.000 ABŞ dolları pul almış, o, Nurəddinə 70.000 manat pul verməli olmuş, onlar da ondan aldıqları pulu qaytarmalı olmuşlar. Bununla əlaqədar qəbz də yazmışdır. Təqsirləndirilən şəxs2 isə onun yalan dediyini, Kamalın evinin pulunun üzərinə götürmədiyini, Nurəddini və Kamalı tanımadığını, çox sonralar isə Mətləb Kamala pul verməli olduğunu, Kamalın ona inanmadığını, ondan şikayət etdiyini, qardaşının evini çıxarıb sataraq Kamalın pulunu vermək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 həmçinin bildirmişdir ki, bu işin ona heç bir aidiyyəti yoxdur (cild 2, iş vərəqi 169-172). İş materiallarında olan Zərərçəkmiş şəxs2 şikayət ərizəsi ilə birlikdə təqdim etdiyi və cinayət işinin materiarlarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 ilə "xxxx" ASC-nin «Azadlıq» filialı arasında bağlanmış 03 iyun 2010-cu il tarixli müqavilədən görüunür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 məxsus mənzili həmin banka girov qoyaraq 260.000 ABŞ dolları məbləğində pul götürmüşdür (cild 1, iş vərəqi 213-224). İş materiallarında olan xx.xx.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında Həşimov Cahid Zəkiş oğlunun kassasiya şikayətinə baxılan zaman Təqsirləndirilən şəxs1 verdiyi izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs2 məxsus olan ünvan 6 ünvanda yerləşən 2 otaqlı mənzili "xxxx"ya ipoteka ilə yüklü edərək götürdüyü puldan Zərərçəkmiş şəxs2 heç nə verməmiş və onun pulun məbləğindən xəbəri olmamışdır. Pulun bir hissəsini ödəmiş, bu işdə Zərərçəkmiş şəxs2 heç bir təqsiri yoxdur, qalan borcun da onun adına yazılmasını və ödəyəcəyini bildirmişdir (cild 4, iş vərəqi 134). İş materiallarında olan 10 noyabr 2020-ci il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Şahid1 Həsənalı oğlu kürəkəni Zərərçəkmiş şəxs1 məxsus mənzili xx.xx.2011-ci ildə girov qoyaraq kredit götürdüyü ünvan 5 ünvanda yerləşən "xxxx" ASC-nin baş oifsini göstərmişdir (cild 3, iş vərəqi 124-126). İş materiallarına əlavə edilmiş 21 may 2021-ci il tarixli və 22 may 2021-ci il tarixli tələbnamələrdən, həmçinin hökmlərin və qərarların surətlərindən görünür ki:

1. Təqsirləndirilən şəxs1: - Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2016-cı il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, cəzasının əvvəli 03 mart 2015-ci il tarixdən hesablanmaqla 11 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2017-ci il tarixli qərarına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2016-cı il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 ilə endirilmişdir; - Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir (cild 1, iş vərəqi 225-276, cild 2, iş vərəqi 44- 52, cild 4, iş vərəqi 211-212, 224-226).

2. Təqsirləndirilən şəxs2: - Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2016-cı il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 178.3.2 və 195.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçsəkmə müəssisəsində çəkməklə qəti olaraq 11 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına və 3.000 manat cərimə cəzasına məhkum edilmiş, təyin olunmuş cəzaların müstəqil icra olunması və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəllinin 05 iyun 2015-ci il tarixdən hesablanması qərara alınmışdır; - Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, həmin Məcəllənin 66.3, 66.5 və 68.2-ci maddələri ilə qəti olaraq 12 il 6 ay müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzalarına məhkum edilmiş, təyin olunmuş cərimə cəzasının müstəqil icra olunması qərara alınmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarına əsasən üzərində qəti olaraq 10 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə və 3.000 manat cərimə cəzaları saxlanılmış və Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, təyin edilmiş cərimə cəzasının müstəqil icra edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 07 dekabr 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilərək hökm dəyişdirilmiş, CM-nin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin olunmuş cəzadan azad edilmiş, ona qeyd olunan maddələrlə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair göstəriş və müddəalar hökmdən xaric edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 üzərində Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarına əsasən əvvəli 05 iyun 2015-ci il tarixdən hesablanmaqla qəti olaraq 10 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə və 3.000 manat cərimə cəzaları saxlanılmış, cərimə cəzasının müstəqil icra edilməsi qərara alınmışdır (cild 2, iş vərəqi 44-52, cild 4, iş vərəqi 214-216). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək, Zərərçəkmiş şəxs2 68 min manat ziyan vurulması ilə bağlı onun heç bir rolunun olmadığını, həmçinin zərərçəkmişin bankdan 10.000 dollar pul götürməsinin ona aidiyyəti olmadığını, o, sadəcə bankdan onlara kredit verilməsini xahiş etdiyini, onların özlərinin gedib krediti götürdüklərini, Zərərçəkmiş şəxs2 evini ikinci dəfə banka girova qoymadığını, həmçinin Zərərçəkmiş şəxs1 adına götürülmüş kreditin ona heç bir aidiyyəti olmadığını, Təqsirləndirilən şəxs2 və Kamalın qaynatası Şahid1 xahişi ilə onlara bankdan kredit çıxarılmasına köməklik göstərəcəyinə söz verdiyini və bir həmyerli kimi onlara kömək göstərdiyini bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Həmçinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək, Zərərçəkmiş şəxs1 evinin girov qoyulmasında və 110.000 manat kredit götürülməsində iştirak etmədiyini, həmin prosesdə Mətləbin iştirak etdiyini, həmin kreditin Mətləbin qardaşının adına rəsmiləşdirildiyini, özünün yalnız bir dəfə «Keşlə» bazarının yanında Şahid1 4500 manat pul verdiyini, sonuncu ilə olan hesablaşmaları Təqsirləndirilən şəxs1 apardığını, həmin hesablaşmaların ona aidiyyəti olmadığını bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında gətirdiyi dəlilləri tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, həmin dəlillər iş üzrə məhkəmədə tədqiq edilmiş mötəbər sübutlarla - zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə və çoxsaylı digər istintaq hərəkətlərinin protokolları, təqsirləndirilən şəxslərin özlərinin istintaq zamanı verdikləri qismən etirafedici ifadələri ilə tam təkzib olunur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə gətirdiyi dəlilləri onların məsuliyyətdən yaxa qurtarmaq və ya məsuliyyətini yüngülləşdirmək üçün seçdikləri müdafiə taktikası kimi dəyərləndirir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 ittiham olunduğu birinci cinayət epizodu, yəni Zərərçəkmiş şəxs2 qarşı külli miqdarda ziyan vurmaqla dələduzluq epizodu üzrə aşağıdakıları qeyd etməyi lazım bilir: Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən, cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; 75.1.2. az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; 75.1.3. ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; 75.1.4. xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsindən görünür ki, cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Təqsirləndirilən şəxs1 birinci epizod üzrə irəli sürülmüş ittihamın məzmunundan görünür ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2007-ci ildə tanış olduğu Zərərçəkmiş şəxs2 ünvan 1 ünvanındakı mənzilin və X7 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovana qəsəbəsi, C.Məmmədquluzadə küçəsində yerləşən 8 nömrəli evin sənədlərini banka təqdim etmiş, bank tərəfindən Zərərçəkmiş şəxs2 evi 68.090 manat, Sahib Əsədovun evi isə 85.000 manat qiymətləndirilmiş və bunların müqabilində o, məzənnəsi 153.090 manat olmaqla 180.000 ABŞ dolları krediti öz adına götürərək, aldığı pulun məbləğini bildirmədən həmin puldan 22.000 manatını Bakı şəhəri, Azadlıq prospekti, 149 ünvanında bankın qarşısında Sahib Əsədova vermiş, həmin dövr üçün milli valyuta ilə 5.460 manat təşkil edən 7.000 ABŞ dolları məbləğində pulu Zərərçəkmiş şəxs2 vermiş, qalan pulu isə özündə saxlamış, sonuncu, həmin məbləğdə pulun kreditini Təqsirləndirilən şəxs1 vasitəsilə banka tam ödəmiş, bundan sonra 2010-cu ilin sentyabr ayında Zərərçəkmiş şəxs2 evinin sənədlərini bankdan götürməyi tələb edərkən o, guya bankdan evin girovdan çıxarılması üçün sənədlərə imza etmək lazım olması adı ilə təkrar Zərərçəkmiş şəxs2 aldadaraq, 08 sentyabr 2010-cu ildə "xxxx" ASC-nin “Azadlıq” filialına gətirib sonrakı ipoteka müqaviləsinə imza etdirərək, hər iki evi yenidən ipoteka yüklü etdirməklə məzənnəsi 208.988 manat olmaqla 260.000 ABŞ dolları kredit vəsaitini götürülməsini rəsmiləşdirilmiş, lakin həmin məbləğdən 2007-ci ildə götürülmüş 153.090 manat kredit silindikdən sonra qalan 58.898 manat pulu dələduzluq yolu ilə ələ keçirərək, cəmi 208.988 manat pulu öz şəxsi ehtiyacları üçün sərf etmiş, aldığı kredit üçün bank qarşısında yaranmış öhdəliyə görə girovda qalması ilə nəticələnən hərəkətlər etməklə Zərərçəkmiş şəxs2 cəmi 68.090 manat, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İttihamın məzmunundan da göründüyü kimi, həmin cinayət hadisəsi 2010-cu ilin sentyabr ayında başa çatmış, göstərilən vaxtdan müddət axımı dayandırılmamış və qeyd olunan cinayətin törədildiyi müddətdən 12 ildən artıq vaxt keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.3-cü maddəsinin tələbinə görə, ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 15 mart 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi cinayət təqibini istisna edən hallardan biridir və belə hallarda, cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 44.2.1-ci maddəsinin tələblərinə görə, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 2010-cu il ərzində Zərərçəkmiş şəxs2 qarşı törədilmiş birinci cinayət epizodu üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməli, həmin cinayət epizodu üzrə irəli sürülmüş qeyd edilən ittihamlarla bağlı cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən, ona cəza təyin olunmamalıdır. Bununla belə, Təqsirləndirilən şəxs1 və digər Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 qarşı külli miqdarda dələduzluq etmə ittihamları üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddə ilə qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqların olması Təqsirləndirilən şəxs1 münasiöətdə, CM-nin 59.1.14-cü maddəsinə uyğun olaraq, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi isə həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 münasibətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2016-cı il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, cəzasının əvvəli 03 mart 2015-ci il tarixdən hesablanmaqla 11 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2017-ci il tarixli qərarına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin yuxarıda qeyd olunan hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 ilə endirilmişdir. Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Lakin o, həmin cəzanı çəkdiyi müddətdə 18 noyabr 2020-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılır. Məhkəmədə həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs2: - Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2016-cı il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 178.3.2 və 195.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçsəkmə müəssisəsində çəkməklə qəti olaraq 11 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına və 3.000 manat cərimə cəzasına məhkum edilmiş, təyin olunmuş cəzaların müstəqil icra olunması və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəllinin 05 iyun 2015-ci il tarixdən hesablanması qərara alınmışdır; - Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, həmin Məcəllənin 66.3, 66.5 və 68.2-ci maddələri ilə qəti olaraq 12 il 6 ay müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzalarına məhkum edilmiş, təyin olunmuş cərimə cəzasının müstəqil icra olunması qərara alınmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarına əsasən üzərində qəti olaraq 10 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə və 3.000 manat cərimə cəzaları saxlanılmış və Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, təyin edilmiş cərimə cəzasının müstəqil icra edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 07 dekabr 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilərək hökm dəyişdirilmiş, CM-nin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin olunmuş cəzadan azad edilmiş, ona qeyd olunan maddələrlə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair göstəriş və müddəalar hökmdən xaric edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarına əsasən, hazırda Təqsirləndirilən şəxs2 üzərində əvvəli 05 iyun 2015-ci il tarixdən hesablanmaqla və cəzasını ciddi rejimli cəzaçsəkmə müəssisəsində çəkməklə qəti olaraq 10 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə və 3.000 manat cərimə cəzaları saxlanılmış və Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, təyin edilmiş cərimə cəzasının müstəqil icra edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə, yəni cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2016-cı il tarixli hökmü üzrə Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2017-ci il tarixli qərarı ilə qəti olaraq təyin olunmuş 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına münasibətdə hesab edir ki, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, yəni cinayətlərin məcmusu qaydasında hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs1 qəti cəza təyin olunmalı, cəzanın başlanğıcı 03 mart 2015-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarına əsasən qəti olaraq təyin olunmuş 10 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası və 3.000 manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, yəni cinayətlərin məcmusu qaydasında hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs2 qəti cəza təyin olunmalı, azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 iyun 2015-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 isə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, ilk dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş şəxsər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarında olan məhkəmənin 08 iyul 2021-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi X12 yazılı vəsatət və ona əlavə edilmiş sənədləri məhkəməyə təqdim edərək hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və vəsatət iş üzrə sübutların araşdırlması ilə bağlı olduğundan baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası verilmiş vəsatəti iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş bütün sübutlarla müqayisəli şəkildə təhlil edib araşdıraraq belə nəticəyə gəlir ki, müdafiəçinin vəsatətdə istinad etdiyi yekun məhkəmə aktı fərqli cinayət əməli üzrə çıxarıldığından və hazırkı iş üzrə preyudisial xarakter daşımadığından sübutların qiymətləndirilməsi zamanı nəzərə alına bilməz. Həmçinin, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı sübutlara əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlləri üzrə təqsiri məhkəmə iclasında təsdiq olunur. Bu səbəbdən Təqsirləndirilən şəxs1 barəsində cinayət təqibinə əməldə cinayət tərkibi olmadığına görə xitam verilməsi barədə müdafiəçinin qaldırdığı vəsatət əsassız hesab edilməli və təmin olunmadan rədd edilməlidir. Məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsini məhkəməyə təqdim edərək, cinayət nəticəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş 110.000 (yüz on min) ABŞ dollarının, 55.735 (əlli beş min yeddi yüz otuz beş) manat maddi ziyanın, 50.000 (əlli min) manat mənəvi ziyanın və 30 (otuz) manat dövlət rüsumunun həmin şəxslərdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Həşimov Cahid Zəkiş oğlu mülki iddia ərizəsini məhkəməyə təqdim edərək, cinayət nəticəsində Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş 68.000 (altmış səkkiz min) manat məbləğində pulun Təqsirləndirilən şəxs1 alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Lakin məhkəmə çıxışları mərhələsində Cahid Həşimov məhkəməyə ərizə təqdim edərək qaldırdığı mülki iddiadan imtina etdiyini bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Bir neçə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş mülki iddia (mülki iddialar) təmin edildiyi halda ittiham hökmünün nəticəvi hissəsində hansı hissənin (konkret məbləğin) müştərək, hansı məbləğlərin isə hər bir təqsirləndirilən şəxsdən paylar üzrə, eləcə də hansı mülki iddiaçının xeyrinə tutulması göstərilməlidir. Mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Məhkəmə verilmiş mülki iddialarla bağlı məsələni müzakirə edərək belə hesab edir ki, hazırkı məhkəmə iclasında Zərərçəkmiş şəxs1 qarşı dələduzluq əməlinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi öz təsdiqini tapsa da, məhkəmədə zərərçəkmiş tərəf adları çəkilən təqsirləndirilən şəxslərin vurulmuş maddi ziyana hansının hansı həcmdə mülki məsuliyyət daşımaları, həmçinin vurulmuş maddi ziyanla digər şəxslərin əlaqəsinin olub-olmaması barədə sübutlar təqdim etmədi. Bu hallar isə aydınlaşdırılmadan məhkəmədə qeyd olunan mülki iddianın həlli ilə bağlı yekun nəticəyə gəlmək mümkünsüzdür. Həmçinin mülki iddianın mənəvi ziyanla və əldən çıxmış fayda ilə bağlı hissəsində də bu cür hal mövcuddur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 məhkəmədə qaldırdığı mülki iddia baxılmamış saxlanılmalı, Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Həşimov Cahid Zəkiş oğlu Təqsirləndirilən şəxs1 qarşı 68.000 (altmış səkkiz min) manat məbləğində maddi ziyanın ödənilməsi barədə mülki iddia qaldırsa da, məhkəmə çıxışları mərhələsində Cahid Həşimov məhkəməyə ərizə təqdim edərək "xxxx" ilə onun arasında olan müqavilənin etibarsız sayılması barədə apellyasiya instansiyası məhkəməsində iddiası olduğu üçün Təqsirləndirilən şəxs1 qarşı şikayətini və mülki iddia tələbinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisinin həmin vəsatətini əsaslı sayaraq hesab edir ki, onun məhkəmədə qaldırdığı mülki iddia baxılmamış saxlanılmalı, Cahid Həşimova mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, maddi sübutların olmaması, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2016-cı il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs1 qəti olaraq təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs1 qəti olaraq 7 (yeddi) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 mart 2015-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və 75.1.2-ci maddələrinə əsasən, 2010-cu il ərzində Zərərçəkmiş şəxs2 qarşı törədilmiş birinci cinayət epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 həmin epizodla bağlı cəza təyin olunmasın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2016-cı il tarixli hökmü üzrə qəti olaraq təyin olunmuş 10 (on) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası və 3.000 manat cərimə cəzası hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs2 qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 3.000 manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 iyun 2015-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 təyin olunmuş cərimə cəzası müstəqil icra olunsun. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər-mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vurulmuş maddi ziyana, əldən çıxmış faydaya və mənəvi ziyana görə mülki iddiası baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı Həşimov Cahid Zəkiş oğlunun təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs1 qarşı maddi ziyanın ödənilməsi tələbi barədə mülki iddiası baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı Həşimov Cahid Zəkiş oğluna mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. İş üzrə maddi sübutların və məhkəmə məsrəflərinin olmaması, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar