Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-115/2023 02.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Azərbaycan Respublikası Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, mobil telefon təmiri ustası işləmiş, ünvan 1 ünvanda yaşamış, hal-hazırda Azərbaycan Respublikası ƏNnin PX-nin BİT-də saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib üstündə və yaşadığı evdə saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, 27 oktyabr 2021 -ci il tarixdə saat 23-dən 24-dək olan müddət ərzində Bakı şəhəri Xətai rayonu ərizisində olan “Neapol” və Ukrayna” dairələrinin arasında yerləşən Neapol küçəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz halda ümumi çəkisi 211,735 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdarda təmiz halda ümumi çəkisi 46,312 qram təşkil edən ağ rəngli kristalik hissəciklərdən ibarət psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşıyaraq yaşadığı Bakı şəhəri Yasamal rayonu, Əbilov küçəsindəki 53 saylı evə gətirdikdən sonra, həmin heroini 7 ədəd və metamfetamini 1 ədəd balaca plastik qablara qablaşdırdırdıqdan sonra, 29 oktyabr 2021-ci il tarixdə içərisində 19,696 qram çəkidə narkotik vasitə heroin olan 1 ədəd plastik qabı satmaq üçün müştəri axtarmaq məqsədi ilə üstündə daşıyaraq yaşadığı qeyd olunan ünvanın qarşısına gətirmiş və həmin gün saat 20:00 dəqiqədə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən ünvanda saxlanılıb, üzərinə şəxsi axtarış və götürmə keçirilməsi məqsədi ilə ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon Polis idarəsinin 27-ci Polis bölməsinin inzibati binasına gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki göy rəngli “cins” şalvarının sağ yan cibindən 1 ədəd plastik qabda külli miqdarda təmiz çəkisi 19,696 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürüldükdən sonra, keçirilən əməliyyataxtarış tədbirlərinin davamı olaraq, həmin gün saat 21:55-də yaşadığı ünvan 2 ünvanda yerləşən evinə keçirilmiş baxış zamanı yataq otağındakı oturacağın üzərindən onun üstündən aşkar edilib götürülmüş heroinlə eyni tərkibli olmaqla 06 ədəd plastik qablarda ayrı-ayrılıqda təmiz çəkiləri 24,942 qram, 31,095 qram, 31,946 qram, 27,377 qram, 38,128 qram və 38,551 qram - ümumi təmiz çəkisi 192,039 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda olan heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi, eləcə də 1 ədəd ağ rəngli plastik qabda təmiz çəkisi 46,312 qram təşkil edən ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış külli miqdarda olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ittiham aktında olan ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, o, 5-6 il olar ki, narkotik maddələrdən əsasən də heronidən ineksiya yolu ilə istifadə edir. Əvvəllər məhkum olmamışdır. 29 oktyabr 2021-ci il tarixdə saat təxminən 20:00 radələrində ünvan 3 ünvanının yaxınlığında piyada hərəkətdə olduğu zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər və xidməti vəsiqələrini göstərərək, biarəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu yaxınlıqda yerləşən Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığını, əgər vardırsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynindəolan şalvarın sağ yan cibindəni (bir) ədəd qutuda narkotik vasitə olan heroin kütləsini və 1 (bir)ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 2(iki) ədəd açar, 1 (bir) ədəd üzərində ***-***-**-** GSM mobil nömrə olan “Samsung” markalı mobil telefon, 20 (iyirmi) manat pul və özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən başqa, yəni qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 25,42 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə və 1 (bir) ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-in 7 saylı möhürü ilə möhürləndiyindən o, müdafiəçi və təhqiqatçı həmin zərfin üzərinə imza etmişlər. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung" markalı mobil telefon və ona məxsus şəxsiyyət vəsiqəsi, bu barədə ona izah verildikdən sonra götürülmüş, 2(iki) ədəd açar və 20 (iyirmi) manat pul isə özünə geri qaytarılmışdır. Həmin vaxt polislər onu sorğu-sual etdikdə, o, üzərindən aşkar olunmuş kütlənin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütləni tutulmamışdan 2 gün əvvəl, yəni xx.xx.2021-ci il tarixdə İran İslam Respublikası vətəndaşı olan adını “Rza” kimi bildiyi şəxsin vasitəsi ilə əvvəlcədən təyin edilmiş yerdən, yəni Bakı şəhəri Xətai rayonu, Neapol dairəsindən Ukrayna dairəsinə düşəndə Neapol küçəsində 2-ci ehtiyat yolun sağ hissəsində olun kənarında dayanmış nömrəsinini xatırlamadağı «Qazel» markalı yük avtomobilinin arxa sağ təkərinin qarşısından öz şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitə aludəçisi olduğunu, narkotik vasitə olan heroindən istifadə etdiyini, həmçinin ünvan 2 ünvanda yaşadığı evdə də narkotik maddə olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, yaşadığı ünvanda pul və ya qiymətli qızıl zinyət əşyaları olmadığını bildirmişdir. Sonra yaşadığı ünvana gedilmiş və həmin ünvanda onu baxış keçirilməsi haqqında qərarla tanış etməklə, ona yaşadığı ünvanda saxladığı narkotik vasitəni təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, mənzildə dəhlizlə irəliləyərək sağdan ikinci yerləşən öz yataq otağına daxil olaraq stulun üzərində olan qutunu içərisində olan 1 ədəd elektron tərəzi, 1 ədəd qabda metamfetamin və 6 ədəd qutuda narkotik vasitə heroinlə biçlikdə təqdim etmişdir. Sonra həmin heroin elektron tərəzidə çəkilmiş və heroin kütlələrinin qablaşdırma ilə birlikdə ümumi çəkisi 227,65 qram, metamfetamin kütləsi isə qablaşdırma ilə birlikdə çəkisi 63,14 qram çəkidə olması müəyyən edilmişdir. Daha sonra həmin kütlələr və 1 ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli, kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-in 7 saylı möhürü ilə möhürləndiyindən o, müdafiəçi və təhqiqatçı həmin zərfin üzərinə imza etmişlər. Sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş lakin başqa, yəni qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Həmçinin, keçirilmiş baxış zamanı o, yaşadığı mənzildə qiymətli qızıl-ziynət əşyaları və pulun olmadığını, eləcə də yaşadığı ünvanda narkotik vasitə saxlamağı barədə heç kimin məlumatı olmadığını qeyd etmişdir. O, baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri, yəni metamfetami və heroini üstündən çıxan heroinlə birlikdə 2 gün bundan əvvəl yuxarıda göstərilən qaydada, yəni İran İslam Respublikası vətəndaşı olan "Rza” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri Xətai rayonu, Neapol dairəsi yaxınlığında əvvəlcədən təyin edilmiş yerdən öz şəxsi istifadəsi və satış məqsədi ilə əldə etdiyini, narkotik vasitə aludəçisi olduğunu, narkotik vasitə olan heroindən istifadə etdiyini, “Rza” adlı şəxsdən hazırkı vaxta kimi təxminən 5-6 dəfə narkotik vasitə əldə etdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı 27-ci PB-də Polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan başqa, o, mobil telefon təmiri ustası olduğu üçün müştərilərin telefonları ilə həmin «Rza» adlı şəxsin yadında qalmayan nömrəsi ilə «Votsapla» əlaqə saxlamış, tutulduğu zaman üzərində olan «Samsunq» markalı mobil telefonunda istifadə etdiyi adına olan ***-***-**-** nömrəsi ilə «Rza» ilə danışmamış və özünə məxsus həmin telefonda «Votsap» işlətməmişdir. «Rzanın» üzünü görməmiş, onun telefon nömrəsini internetdə olan hansısa sosial şəbəkədən əldə etmiş və ona narkotik maddə lazım olan təqdirdə «Rzaya» zəng edərək sonuncu ona telefonda ünvanı izah edib, hər dəfə də Bakı şəhərində müxtəlif ünvanlara narkotik maddəni kimlərinsə vasitəsi ilə qoydurmuş və o da, həmin yerlərə gedib narkotik maddələri götürməklə həmin yerə də dəyərinə aid olan pulları qoymuşdur. 27 oktyabr 2021-ci il tarixdə Rzadan aldığı heroin və metamfetamini tam yaşadığı evə gətirdikdən sonra onları sellofan paketlərdən çıxarıb, nəm çəkməməsi üçün evində olan balaca plastik qablara doldurmaqla qablaşdırmışdır. Bundan başqa, tutulana qədər bir neçə tanışları olan narkomanlar ona müraciət edərək verdikləri pulun müqabilində onlar üçün narkotik vasitələr almasını xahiş edərək bu barədə onun mobil telefonuna müxtəlif SMS-lər göndərmişlər və o da, həmin xahişləri yerinə yetirmişdir. Lakin o, tutulan vaxta qədər gündə 4-5 dəfə olmaqla heroin və metamfetamin qəbul etmiş, bununla bağlı daim narkotik təsiri altında olaraq huşu özündə olmamış və buna görə də əvvəl aldığı narkotiklərdən kimlərə və qədər satdığını hazırda xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nirı Baş Narkotiklərlo Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 29 oktyabr 2022-ci il tarixdə xidmət etdiyi idarəyə xx.xx.1990-cı ildə Tovuz rayonunda anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olmayan, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri Yasamal rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşqul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən də, həmin əməliyyat məlumatı haqqında dərhal onun tərəfindən raport əsasında DİN-nin BNMİ-nin rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək onun rəhbərliyi altında əməliyyat müvəkkil polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, əməliyyat tədbirlərinin keçirilməsi ilə əlaqədar müvafiq qərar qəbul edildikdən sonra həmin gün, yəni 29 oktyabr 2021-ci il tarixdə əməliyyat müvəkkili Şahid2la birlikdə xidmət etdiyi idarədən çıxıb Bakı şəhəri Yasamal rayonu inzibati ərazisində zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və nəticədə də həmin gün saat 20:00-da əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin Bakı şəhəri Yasamal rayonu, Əbilov küçəsi ev 53 ünvanın yaxınlığında piyada hərəkət etdiyini gördükdə dərhal həmin şəxsi saxlayıb, onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olmuşdur ki, o, xx.xx.1990-cı ildə Tovuz rayonunda anadan olmuş, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Beləliklə də, onlar, Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması və satışı ilə məşqul olmaqda şübhəli olması barədə məlumatlarının olduğunu bildirərək ondan, həmin ərazinin aid olduğu Yasamal RPİ-nin 27-ci Polis bölməsinin inzibati binasına getməsini tələb etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə oradan Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasına gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaxalanıb 27ci PB-nə gətirilməsi barədə tərəfindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Təhqiqat qrupunun təhqiqatçısına həvalə olunmuşdur. Bununla bağlı, təhqiqatçı dərhal Yasamal RPİ-nin 27-ci PB-nə gəlib, orada elan xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində video çəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək Bakı şəhəri «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkillərinin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs da vəkil dəvət etməyə maddi imkanı olmadığını bildirib, dövlət hesabına hər hansı bir vəkilin dəvət olunmasını xahiş edərək bu barədə ərizə də yazdırıb imzalamışdır. Bununla bağlı, təhqiqatçı dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili 27ci PB-nə dəvət edərək Təqsirləndirilən şəxs təqdim etdikdən sonra onun şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib ederek hüquq və vəzifələrini izah etməklə üstünə vəkilinin vo onların iştirakları ilə axtarış və götürmə keçirməyə başlamışdır. Belə ki, təhqiqatçı Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmadığından əməliyyat müvəkkili Şahid2 video yazan texniki vasitə kimi «Sony» markalı videokameradan istifadə edərək çəkiliş aparmağa başlamışdır. Bundan sonra, təhqiqatçı şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd plastik qabda açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddəni və bir ədəd elektron tərəzini masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək sonuncunun əynində olan şalvarın sol yan cibindən iki ədəd açar, bir ədəd ***-***-**-** GSM mobil nömrə olan «Samsung» markalı mobil telefon, 20 manat pul və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi plastik qab içərisində olan heroinə bənzər maddə ilə birlikdə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 25,42 qram olması müəyyən edilmiş və elektron tərəzi ilş birlikdə kağız zərfə qoyulub qablaşdırılaraq DİN-in 7 saylı möhrü ilə möhürlənməklə zərfin üzərində Təqsirləndirilən şəxs, onun müdafiəçisi və təhqiqatçı imza etmişlər. Bununla da, təhqiqatçı keçirilmiş axtarışın nəticəsində həmin zərfi içindəki heroninə bənzər maddə və tərzi ilə birlikdə, eləcə də iş üzrə əhəmiyyət kəsb etdiyi üçün Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd «Samsung» markalı mobil telefonu və onun şəxsiyyət vəsiqəsini götürmüşdür. İki ədəd açar və 20 manat pul isə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin narkotik vasitə heroin olmasını, həmin maddə ilə elektron tərəzinin özünə məxsus olmasını, həmin maddəni 2 gün bundan əvvəl İran İslam Respublikası vətəndaşı olan «Rza» adlı şəxsin vasitəsi ilə Bakı şəhəri Xətai ravonu «Neapol dairəsi» yaxınlığında əvvəlcədən təyin edilmiş yerdən öz şəxsi istifadəsi, həm də satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs bildirmişdir ki, o, özü də narkotik vasitə aludəçisi olduğundan narkotik vasitədən istifadə edir və yaşadığı Bakı şəhəri Yasamal rayonu, Əbilov küçəsi ev 53 ünvanında da narkotik maddə saxlayır və yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməklə həmin narkotik maddələrin götürülməsinə etiraz etmir. Bununla da,təhqiqaçı tərəfindən keçirilmiş şəxsi axtarış və götürmə hərəkəti yekunlaşaraq onun tərəfindən bu barədə müvafiq protokol tərtib edilmiş və aparılmış videoçəkiliş 01 ədəd DVD disk maqnit məlumat daşıyıcısına köçürülərək həmin protokola əlavə edildikdən sonra, o da, şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Yasamal rayonu, Əbilov küçəsi ev 53 ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirərək bu barədə ərizə yazdırıb imzalamış və təhqiqatçı mənzilə baxış və götürmə aparılması haqqında qərar qəbul edərək Təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin qərarla tanış etmişdir. Bundan sonra isə o, təhqiqatçı əməliyyat müvəkkili, Təqsirləndirilən şəxs və onun müdafiəçisi birlikdə Bakı şəhəri Yasamal rayonu, Əbilov küçəsindəki 53 saylı evə gəlmiş və Təqsirləndirilən şəxs özündə olan açarla evin giriş qapısını açaraq onları içəriyə dəvət etmiş, evin dəhlizində olarkən təhqiqatçı N.Omarov videoçəklişlə baxış və götürmə keçiriləcəyini bildirmiş və heç bir etiraz daxil olmadığından əməliyyat müvəkkili Şahid2 video yazan texniki vasitə kimi «Sony» markalı videokameradan İstifadə edilərək çəkiliş aparmağa başlamışdır. Keçirilən baxış zamanı, təhqiqatçı N.Omarov mənzildə saxlanılması etimal olunan narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyəti ola biləcək digər əşyaları və sənədləri verməsi Təqsirləndirilən şəxs təklif etdikdən sonra, Təqsirləndirilən şəxs mənzilin girişindən sol tərəfdə dəhlizlə irəliləyərək sağ tərəfdə yerləşən ikinci yataq otağına daxil olaraq həmin otaqda olan stulun üzərindəki bir ədəd qutunu təqdim edərək bildirmişdir ki, narkotik maddələr həmin qutunun içərisindədir. Həmin qutu açıldıqda içərisindən bir ədəd elektron tərəzi, bir ədəd plastik qab içində ağ rəngli, kristall şəkilli, psixotrop maddə hesab edilən metamfetaminə bənzər maddə ilə və altı ədəd plastik qablar içində açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər maddə ilə aşkar olunmuşdur. Sonra həmin maddələr elektron tərəzidə çəkilərək heroinə bənzər maddənin qablaşdırma ilə birlikdə ümumi çəkisinin 227,65 qram və metamfetaminə bənzər maddənin qablaşdırma ilə birlikdə ümumi çəkisinin 63,14 qram təşkil etməsi müəyyən olunmuşdur. Daha sonra, təhqiqatçı aşkar edilmiş həmin yeddi ədəd plastik qabları içərisində olan maddələrlə birlikdə və elektron tərəzini ağ rəngli kağız zərfə qoyaraq qablaşdırmış və zərfi DİN-in 7 saylı möhrü ilə möhürlədikdən sonra özü, eləcə də Təqsirləndirilən şəxs və onun müdafiəçisi zərfin üzərinə imza etməklə onun tamlığını təsdiq etmişlər. Bundan sonra isə təhqiqatçı tərəfindən həmin mənzilin digər hissələrinə baxış keçirilmiş, lakin narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübutu əhəmiyyət malik ola biləcək digər əşyalar və ya sənədlər, həmçinin qiymətli qızıl-zinət əşyaları və pul aşkar edilməmişdir. Keçirilmiş baxış zamanı təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üstündən aşkar olunmuş heroin, eləcə də yaşadığı mənzildə aşkar edilmiş heroin və metamfetam özünə məxsusdur və həmin maddolorin hamısını bir yerdə olmaqla 2 gün bundan əvvəl İran İslam Respublikası vətəndaşı olan həmin «Rza» adlı şəxsin vasitəsi ilo Bakı şəhəri Xətai rayonu, «Neapol dairəsi» yaxınlığında əvvəlcədən teyin edilmiş yerdən götürməklə həm öz şəxsi istifadəsi, həm də satış məqsədi ilə əldə etmiş və bu yolla eyni qaydada «Rza» adlı şəxsdən hazırkı vaxta kimi təxminən 5 dəfə narkotik vasitə almışdır. Bununla da, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış və götürmə hərəkəti yekunlaşaraq bu barədə müvafiq protokol lərlib edilmiş və aparılmış videoçəkiliş 01 ədəd DVD disk maqnit məlumat daşıyıcısına köçürülərək həmin protokola əlavə edildikdən sonra, o da, baxışda iştirak etmiş bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üstündən və mənzilindən aşkar olunub götürülmüş maddələr və 2 ədəd elektron tərəzilər təhqiqatçı tərəfindən ekspertizaya təqdim olunmuş və ekspertizadan alınmış rəyə əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üstündən aşkar olunub-götürülmüş bir ədəd plastik qabda təmiz çəkisi 19,696 qram olan qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmçinin, həmin rəyə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunub-götürülmüş 6 ədəd plastik qablarda ayrı-ayrılıqda təmiz çəkilən 24,942 qram, 31,095 qram, 31,946 qram, 27,377 qram, 38,128 qram və 38,551 qram, yəni ümumi təmiz çəkisi 192,039 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir və həmin heroin Təqsirləndirilən şəxs üstündən götürülmüş heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olmaqla ümumi çəkiləri 211,735 qram təşkil edir. Həmçinin, müəyyən olmuşdur ki, yuxarıda göstərilən iki ədəd elektron tərəzilərin səthində də narkotik vasitə heroinə məxsus izlər vardır. Bundan əlavə, həmin rəyə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunub-götürülmüş bir ədəd plastik qabda təmiz çəkisi 46,312 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bununla da, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin olması öz təsdiqini tapdığından, həmin faktla bağlı toplanmış rnaterial istintaq aidiyyəti üzrə Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİNnin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili Şahid2 da eyni məzmunlu ifadə verərək həmin halları və faktları tam təsdiq etmişdir. Cinayət işinin 30-32-ci vərəqlərində olan protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 20:00-də ünvan 7 ünvanın yaxınlığında piyada hərəkət edərkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasına gətirilərək həmin gün saat 20:55-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarın sağ cibindən 1 ədəd plastik qabda, qablaşdılması ilə birlikdə 25,42 qram çəkidə olan qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitəolan heroinə bənzər maddənin və bir ədəd elektron tərəzinin, eləcə də əynindəki şalvarın sol yan cibindən bir ədəd ***-***-**-** GSM mobil nömrə olan «Samsung» markalı mobil telefonun və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin aşkar edilərək götürülməsi barədə 2 nəfər polis əməkdaşı, Təqsirləndirilən şəxs özünün və vəkilinin iştirakı İlə DİN-in BNMİ-nin təhqiqatçısı tərəfindən xx.xx.2021-ci il tarixdə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, göstərilən şəxsi axtarış və götürmə aparılarkən texniki vasitə kimi «Sony» markalı vidokameradan istifadə edilərək aparılmış videoçəkiliş 1 ədəd DVD disk elektron maqnit məlumat daşıyıcısına köçürülərək həmin protokola əlavə edilmişdir. Cinayət işinin 164-165-ci vərəqlərində olan protokoldan görünür ki, 29 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən «Sony» markalı video kamera vasitəsi ilə qeydə alınmış və 01 ədəd “DVD" markalı diskə köçürülmüş videogörüntüyə xx.xx.2022-ci il tarixli protokol əsasında baxış keçirilib izlənərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə sonuncunun hüquqlarını müdafiə edən vəkil, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid2 iştirakları ilə şəxsi axtarış və götürmə aparılarkən video kamera vasitəsi ilə qeydə alınmış videogörüntülər vardır. DVD markalı diskinin yaddaşına videogörüntülər 01 ədəd «Şəxsi axtarış Təqsirləndirilən şəxs» adlanan faylda yerləşdirilmişdir. Həmin faylda yerləşdirilmiş 12 dəqiqə 12 saniyə ərzində qeydə alınmış video görüntü tərəfimdən izlənilərkən müəyyən edildi ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqları təhqiqatçı N.Omarov tərəfindən izah olunmaqla və ona üzərində olan hər hansı bir qanunsuz əşyanın könülü təqdim olunması təklif edilir və bundan sonra Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli «cins» şalvarının sağ yan cibindən içərisində maddə olan 1 ədəd plastik qabı və bir ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymaqla təqdim etməsi və bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi qabın içərisindəki maddənin nədən ibarət olmasını və tərəzini hansı məqsədlə üzərində saxlaması soruşduqda A.Hosənov təqdim etdiyi plastik qabın içərisində olan qəhvəyi rəngli maddənin «kokos» adlanan narkotik vasitə heroin olduğunu və təzərini həmin narkotik vasitənin çəkisini müəyyən etmək üçün üzərində saxladığını, təqdim etdiyi tərəzinin və içərisində narkotik vasitə olan heroin olan plastik qabın ona məxsus olmasını bildirməsi müşahidə olunur. Daha sonra, təhqiqatçı plastik qabın qapağını açaraq içərisindəki maddəyə baxış keçirərkən içərisində qəhvəyi rəngli maddənin olması, sonra digər elektron tərəzidə göstərilən qabın içərisindəki maddə ilə birlikdə çəkərək ümumi çəkisinin 25,42 qram olmasının müəyyən edilməsi müşahidə olunur. Bundan sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparması, sonuncunun əynində olan şalvarın sol yan cibindən 2 ədəd açar, bir ədəd «Samsung» markalı mobil telefon, 20 manat pul və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin aşkar edilməsi və başqa heç bir qeyri-qanuni əşya və ya predmetlərin aşkar olunmaması müşahidə olunur. Həmçinin, Təqsirləndirilən şəxs həmin 2 ədəd açarın yaşadığı mənzilin qapısının açarları olmasını, mobil telefonun üzərində ***-***-**-** nömrənin olduğunu bildirməsi müşahidə olunur. Bundan sonra, təhqiqatçı tərəfindən aparılan sorğu zamanı Təqsirləndirilən şəxs cavab olaraq üzərində aşkar edilmiş narkotik vasitə olan heroini 2 gün bundan əvvəl İran İslam Respublikası vətəndaşı «Rza» adlı şəxsin vasitəsilə Bakı şəhəri Xətairayonu, Neapol dairəsi yaxınlığında əvvəlcədən təy in edilmiş yerdən götürməsi, «Rza» adlı şəxsin ona ünvanı «Votsap» proqramı vasitəsilə göndərməsi və onun da, həmin yerə gedərək narkotiki oradan götürməsini, lakin təqdim etdiyi telefonda «Rza» adlı şəxsin nömrəsinin olmamasını və narkotik vasitələri öz şəxsi istifadəsi, həm də satış məqsədilə əldə etməsi, özünün də narkotik vasitə aludəçisi olması, həmin narkotik vasitənin qramını 15 manata alıb 20-25 manata satımasını, üzərində aşkar edilmiş 20 manat pulu narkotik vasitənin satışından əldə etmədiyini bildirməsi, daha sonra təhqiqatçı 20 manat pulu və 2 ədəd açarı Təqsirləndirilən şəxs qaytarması, həmin plastik qabın içindəki maddə və 1 ədəd elektron tərəzinin içərisi baş olan ağ rəngli kağız zərfə qoyulub qablaşdırılaraq DİN-nin 7 nömrəli möhrü ilə möhürlənməsi, həmin vaxt müdafiəçi tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq PBnə gətirilərkən ona hər hansı bir fiziki zor və psixi təsir göstərilib-göstərilməməsi, təqdim etdiyi içərisində narkotik vasitə olan heroin olan qabın və elektron tərəzinin ona məxsus olub-olması barədə soruşması, Təqsirləndirilən şəxs cavabında təqdim etdiyi içərisində narkotik maddə heroin olan qabın və elektron tərəzinin ona məxsus olması, ona heç bir fiziki zor və psixi təsir göstərilmədiyi barədə bildirməsi, sonra isə həmin zərfin üzərinə A. Həsənov, onun müdafiəçisi və təhqiqatçı tərəfindən imza etmələri və Təqsirləndirilən şəxs aşkar olunmuş «Samsung» markalı mobil telefon və şəxsiyyət vəsiqəsinin təhqitqatçı tərəfindən götürülməsi müşahidə olunur. Bundan sonra isə videogörüntüdə təhqiqatçı tərəfindən aparılmış sorğu zamanı Təqsirləndirilən şəxs cavab olaraq İran İslam Respublikası vətəndaşı «Rza» adlı şəxsdən bundan əvvəl 3-4 dəfə narkotik vasitə əldə etməsi, hazırda təqdim etdiyi narkotik vasitədən başqa yaşadığı Bakı şəhəri Yasamal rayonu, Əbilov küçəsi ev 53 ünvanında da əlavə olaraq narkotik vasitələr saxlaması, həmin narkotik vasitələri könüllü olaraq təqdim edə bılcəyi, həmin evdə tək yaşaması, yaşadığı ünvanda pul və qiymətli qızıl-zinət əşyaların olmaması, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmaması, verilmiş sualları düzgün başa düşdüyünü və doğru cavablar verməsi barədə bildirməsi vo ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməməsi barədə bildirməsi müşahişdə olunur. Video görüntünün sonunda təhqiqatçı şəxsi axtarış və götürmə zamanı "Sony” markalı video kameradan istifadə edilməklə BNMİ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən çəkilişin aparılması və axtarışın yekunlaşdırmasını barədə bildirməsi müşahidə olunur. Cinayət işinin 36-38-ci vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs məlumatı və icazəsi əsasında xx.xx.2021-ci il tarixdə saat 21:55-də onun yaşadığı Bakı şəhəri Yasamal rayonu, Əbilov küçəsindəki 53 saylı evdə keçirilmiş baxış zamanı yataq otağında stulun üzərindən içərisində 1 ədəd elektron tərəzi, 1 ədəd plastik qabda, qablaşdılması ilə birlikdə 63,14 qram çəkidə olan ağ rəngli kristalİ şəkilli psixotrnp maddə hesab edilən metamfetaminə bənzər maddənin və 6 ədəd plastik qablarda, qablaşdılması ilə birlikdə ümumi çəkisi 22/,65 qram təşkil edən qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddənin aşkar edilərək götürülməsi barədə 2 nəfər polis əməkdaşı, Təqsirləndirilən şəxs özünün və vəkilinin iştirakı ilə DİN-in BNMİ-nin təhqiqatçısı tərəfindən xx.xx.2021-ci il tarixdə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, göstərilən baxış və götürmə aparılarkən texniki vasitə kimi «Sony» markalı vidokameradan istifadə edilərək aparılmış videoçəkiliş 1 ədəd DVD disk elektron maqnit məlumat daşıyıcısına köçürülərək həmin protokola əlavə edilmişdir. Cinayət işinin 166-167-ci vərəqlərində olan protokoldan görünür ki, 29 oktyabr 2021 ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Yasamal rayonu, Əbilov küçəsindəki 53 saylı evdə aparılmış baxış və götürmə zamanı «Sony» markalı video kamera vasitəsi ilə qeydə alınmış və 01 ədəd “DVD” markalı diskə köçürülmüş videogörüntüyə xx.xx.2021-ci il tarixli protokol əsasında baxış keçirilib izlənərkən müəyyən olunmuşdur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs, eləcə də onun hüquqlarını müdafiə edən vəkil X3, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə mübarizə idarəsinin baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evə, yəni Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi ev 53 ünvanda baxış və götürmə aparılarkən video kamera vasitəsi ilə qeydə alınmış videogörüntülər vardır. Təqdim edilmiş 01 ədəd DVD markalı diskinin yaddaşına videogörüntülər 01 ədəd «Baxış Təqsirləndirilən şəxs» adlanan faylda yerləşdirilmişdir. Həmin faylda yerləşdirilmiş 16 dəqiqə 26 saniyə ərzində qeydə alınmış video görüntü izlənilərkənmüəyyən edildi ki, həmin videogörüntüdə Təqsirləndirilən şəxs hüquqları təhqiqatçı tərəfindən izah olunmaqla, ona bundan əvvəl üzərinə şəxsi axtarış aparılarkən yaşadığı qeyd olunan ünvanda saxladığı narkotik vasitələri könüllü olaraq təqdim etmək istədiyini, yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini, mənzildə saxlanılması ehtimal olunan narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyəti ola biləcək digər əşyaları və sənədləri verməsi təklif etməsi, bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etmədiyini və hal-hazırda yaşadığı mənzildə saxladığı rarkotik vasitələri təqdim etmək istədiyini bildirərək mənzilə girişdən sol tərəfdə dəhliz ilə irəliləyərək sağdan ikinci yerləşən öz yataq otağına daxil olaraq oturacağın üzərində olan qutunu göstərərək içərisində özünə məxsus «kakos» və «şüşə» adlanan narkotik vasitələrin olduğunu bildirməsi müşahidə olunur. Bundan sonra, həmin qutunun içərisinə təhqiqatçı tərəfindən keçirilən baxış zamanı ağzı qapalı içərilərində maddələr olan 7 ədəd plastik qablar və 1 ədəd elektron tərəzinin olması, həmin plastik qabların içərilərinə keçirilən baxış zamanı 1 ədəd plastik qabın içərsində ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması, digər 6 ədəd plastik qabların hər birinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olmasının müəyyən edilməsi müşahidə olunur. Daha sonra təhqiqatçı 1 ədəd plastik qabı içərisində ağ rəngli kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə ilə birlikdə tərəzidə çəkərək ümumi çəkisinin 63,14 qram, sonra isə digər 6 ədəd plastik qabların içərisində olan qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddələrlə birlikdə elektro tərəzidə çəkərək ümumilikdə çəkilərinin 227,65 qram olması, həmin 7 ədəd plastik qabların və bir ədəd elektron tərəzinin içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılması və DİN-in 7 saylı möhrü ilə möhürlənməsi, bu müddət ərzində müdafiəçi sual verərək şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi və hal-hazırda zərfə qablaşdırılan tərəzi və plastik qablarda olan maddələrin ona məxsus olub-olmamasını soruşması və buna görə məsuliyyət daşıdığını bildirməsi, şübhəli şəxs Təqsirləndirilən şəxs suala cavab olaraq təqdim etdiyi qablarında olan maddələrin və tərəzinin ona məxsus olmasını bildirməsi, sonra isə Təqsirləndirilən şəxs və onun müdafiəçisi, eləcə də təhqiqatçı göstərilən zərfin üzərinə imza etmələri müşahidə olunur. Bundan sonrakı videogörüntüdə təhqiqatçı tərəfindən aparılmış sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini 2 gün bundan əvvəl İran İslam Respublikası vətəndaşı «Rza» adlı şəxsin vasitəsilə Bakı şəhəri Xətai rayonu, «Neapol dairəsi» yaxınlığında əvvəlcədən təyin edilmiş yerdən həm öz şəxsi istifadəsi həm də satış məqsədilə əldə etməsi, lakin həmin maddələrdən hələ ki heç kəsə satmaması, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini də eyni vaxta qeyd olunan «Rza» adlı şəxsdən əldə etməsi, heroininhər qramını 15 manata alıb 20-25 manata, metamfetamini isə 20 manata alıb 30 manata satışını həyata keçirəcəyini, tərəzini həmin narkotik vasitələrin çəkilməsində istifadə etdiyini bildirməsi, daha sonra mənzildə yerləşən digər otaqlara baxış keçirilməsi, lakin narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübutu əhəmiyyət malik ola biləcək digər əşyalar və ya sənədlər, həmçinin qiymətli qızılzinət əşyaları və pulun aşkar edilməməsi, şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən ona heç bir fiziki zor və psixi təsir göstərilmədiyini bildirməsi, “Rza” adlı şəxsdən bundan əvvəllər də 4-5 dəfə narkotik vasitələr və psixotrop maddələr alıb satmasını bildirməsi, təhqiqatçı baxış və götürmə zamanı “Sony” markalı video kameradan istifadə edilməklə videoçəkilişin BNMİ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən aparıldığını və axtarışın yekunlaşdırmasını bildirməsi müşahidə olunur. İş üzrə maddi subut olan DVD disklərə məhkəmə iclasında baxış keçirilmişdir. DVD disklərdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 47-49-cu vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 6/4816 nömrəli xx.xx.2021 -ci il tarixli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı aşkar olunub götürülmüş bir ədəd 01 ədəd plastik qabda təmiz çəkisi 19,696 qram olan qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunub-götürülmüş 6 ədəd plastik qablarda ayrı-ayrılıqda təmiz çəkiləri 24,942 qram, 31,095 qram, 31,946 qram, 27,337 qram, 38,128 qram və 38,551 qram-ümumi təmiz çəkisi 192,039 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. 1 ədəd plastik qabda təmiz çəkisi 46,312 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfitamindir. 2 ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəciləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamış və onların, yəni həmin iz hissəcikləri ilə maddə nümunələrin müqayisəli tədqiqatı aparılmamışdır. Təqsirləndirilən şəxs üstündən və mənzilindən aşkar edilərək götürülmüş heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub təmiz çəkisi 211,735 qramdır. Göstərilən rəyin qeydinə əsasən müəyyən olmuşdur ki, həmin Təqsirləndirilən şəxs üzərindən götürülmüş heroinin 0,100 qram çəkidə olan hissəsi tədqiqata sərf edildiyindən qalığı 19,596 qram, onun yaşadığı mənzildən götürülmüş heroinin 0,120 qram çəkidə olan hissəsi tədqiqata sərf edildiyindən qalığı 191,919 qram və metamfetaminin 0,100 qram çəkidə olan hissəsi tədqiqata sərf edildiyindən qalığı 46,212 qram təşkil edirlər. Cinayət işinin 203-222-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış təhqiqat materialı aidiyyəti üzrə Yasamal RPİ-nin İŞ-nə göndərilərək yuxanda göstərilən narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər əşyayi-dəlil kimi istintaqa təqdim olunmuş və buna görə də Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı götürülmüş 1 ədəd plastik qabda 19,696 qram olan çəkidə narkotik vasitə heroin və səthində heroin izləri olan 1 ədəd elektron tərəzi, eləcə də yaşadığı mənzildə keçirilmiş baxış və götürmə zamanı aşkar edilərək götürülmüş 6 ədəd plastik qablarda ayrı-ayrılıqda təmiz çəkiləri 24,942 qram, 31,095 qram, 31,946 qram, 27,337 qram, 38,128 qram və 38,551 qram - ümumi təmiz çəkisi 192,039 qram təşkil edən narkotik vasitə höroin, 1 ədəd plastik qabda təmiz çəkisi 46,312 qram olan psixotrop maddə metamfetamin və səthində heroin izləri olan 1 ədəd elektron tərəzi xx.xx.2022-ci il tarixli qərarla tərəfimdən cinayət iş üzrə maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatdan qalıq qalmış narkotik vasitə hesab olunan heroinlərin 1 ədəd plastik qabda 19,596 qram və 6 ədəd plastik qabda 191,919 qram olan hissəsi, eləcə də psixotrop maddə hesab olunan metamfetaminin 1 ədəd plastik qabda 46,212 qram çəkidə olan hissəsi, həmçinin üzərində narkotik vasitə heroinin izləri olan 2 ədəd elektron tərəzilər məhkəmə baxışınadək saxlanılması üçün Yasamal RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. 29 oktyabr 2021 -ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə, eləcə də onun yaşadığı Bakı şəhəri Yasamal rayonu, Əbilov küçəsi ev 53 ünvanda baxış və götürmə hərəkəti proseslərinə dair videoçəkilişləri özündə əks etdirən həmin elektron maqnit məlumat daşıyıcıları olan 2 ədəd DVD markalı disklər obyektiv həqiqəti əks etdirməklə iş üçün mühüm əhəmiyyət kəbs etdiklərindən xx.xx.2022ci il tarixli qərara əsasən tərəfimdən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. "xxxx" MMC-dən istintaqa daxil olmuş, yuxarıda göstərilən hadisəyə aid məlumatları özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınınaraq cinayət işinin materiallarında saxlanılmışdır. "xxxx" MMC-dən götürülmüş məlumatlara əsasən, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** sim-kart nömrəsi ilə bir sıra şəxslərlə müvafiq telefon danışıqları və SMS yazışmaları aparmaqla narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşqul olması təsdiq edildiyindən həmin sim-kart nömrəsi ilə birlikdə xx.xx.2021 -ci il tarixli protokol əsasında Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd «Samsung Galaxy A20» markalı SM-A205F/DS” modelli “3583xx/xx/925397/1 və “3583xx/xx/925397/9 imei kodlu mobil smartfon xx.xx.2022-ci il tarixli qərarla tərəfimdən iş üzrə maddi sübut kimi tanınınaraq məhkəmə baxışınadək saxlanılması üçün Yasamal RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin 59-cu vərəqində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə xx.xx.2021-ci İl tarixdə şəxsi axtarış və götürmə aparılarkən aşkar edilərək götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefonuna xx.xx.2021 -ci il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, həmin mobil telefon «Samsung Galaxy A20» markalı SM- A205F/DS” modelli “3583xx/xx/925397/1 və “3583xx/xx/925397/9 imei kodludur, daxilində bir ədəd ***-***-**-** nömrəli SİM danışıq kartı var, telefon elektrik cərəyanına qoşulduqda cərəyanı qəbul edir, lakin fənnin telefon xüsusi şifrə ilə kilidli olduğundan yaddaşına baxış keçirilməsi mümkün olmamışdır. Cinayət işinin 129-130-cu vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 5/34 nömrəli xx.xx.2022-ci il tarixli ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd sensor ekran və “Android " əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A20” markalı, arxa məlumat lövhəsinə görə SM-A205F/DS" moddelli “3583xx/xx/925397/1 və “3583xx/xx/925397/9 imci kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. “Samsung Galaxy A20” markalı SM-A205F/DS” modelli mobil smartfon istifadəçisi tərəfindən tətbiq edilmiş “Qrafik açarla” mühafizə olunan ekran kilidinin düzgün kodunu yaddaşında olan məlumatları silmədən müəyyən etmək və ləğv etmək mümkün olmamışdır. Samsung Galaxy A20” markalı SM-A205F/DS" modelli mobil smartfon yaddaşında hər hansı bir (Whatsapp proqram təminatının hansı nömrə və istifadəçi adı ilə qurulması, əgər qurulubsa həmin proqram təminatında aparılmış məlumat mübadiləsi və s) məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. Cinayət işinin 170-173-cü vərəqlərində olan "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli 2126 saylı məktubla istintaqa təqdim olunmuş 01 ədəd «CD» disk elektron maqnit daşıyıcısının yaddaşına yazılmış fayllara xx.xx.2022-ci il tarixli protokol əsasında keçirilmiş baxış zamanı, həmin CD diskdə olan məlumatlarla Təqsirləndirilən şəxs Rəlail oğlunun adına olan 050 ***-**-** saylı sim-kart nömrəsindən isfifadə etməklə onun tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olması aparılmış danışıq və SMS yazışmaların məzmunu görə öz təsdiqini tapmışdır. Eyni zamanda, anten məlumatlarına əsasən, Zig yolu, Xətai rayonu N.Tusi küçəsi və Xudu Məmmədov küçəsi Bakı şəhəri Xətai rayonu, «Neapol» və «Ukrayna» adlanın dairələrinin yaxınlığında yerləşməsi müəyyən olunduğundan 27,10.2021-ci il tarixdə saat 23-dən 24-dək olan müddət ərzində Təqsirləndirilən şəxs həmin ərazilərdə olması təsdiq olunmuşdur. Cinayət işinin 120-121-ci vərəqlərində olan ambulator məhkəmə-narkoloji ekspertizasının təyin olunması haqqında xx.xx.2021-ci il tarixdə qəbul olunmuş qərara əsasən aparılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsin Ambulator X1 217 saylı 17.01,2022-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 123-128-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə X2 Publik Hüquqi şəxsin kompleks məhkəmə-psixoloji və psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 33 saylı rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilik dərəcəsini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazıda öz hərəklərini ölçüb biçmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əqli- intelektua! imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur, iradi zəiflik, tez tabe olmaq, məsuliyyətsizlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları nəzərə alınmaqla etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs hüquqa zidd hərəkətləri etməzdən əvvəl baş vermiş hadisə zamanı və ya hadisədən psixi emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır, əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmamışdır, psixi inkişafı nəzərə alınmaqla yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görmək qabiliyyətinə malik olmuşdur. Yoxlanılan şəxs hal-hazıda öz hərəklərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş külli miqdardan dəfələrlə artıq narkotik vasitə və psixotrop maddənin aşkar edilməsini, satış məqsədilə bükümlərə ayrılması, satmaq üçün elektron tərəzinin olmasını Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satmaq niyyəti ilə əldə etməsinin sübutu kimi qiymətləndirir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq hərəkətlərinin protokolları, təqsirləndirilən şəxs və şahid ifadələri, məhkəmə ekspertiza rəyləri, maddi sübut qərarı və digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 20 və 79-81-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 125-126-cı vərəqlərində olan Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 29 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 145.74 (yüz qırx beş manat yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd plastik qabda 19,596 qram və 6 ədəd plastik qabda ümumilikdə 191,919 qram çəkidə olan narkotik vasitə heroin və 1 ədəd plastik qabda 46,212 qram çəkidə olan psixotrop maddə metamfetaminin qalıqları, eləcə də səthində heroin izləri olan 2 ədəd elektron tərəzilər məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, 02 ədəd DVD və 1 ədəd CD-R markalı disk cinayət işinin materiallarında saxlanmalı, üzərində ***-***-**-** nömrəli SİM danışıq kartı olan 1 ədəd «Samsung Galaxy A20» markalı SM-A205F/DS” modelli “3583xx/xx/925397/1 və “3583xx/xx/925397/9 imei kodlu mobil smartfon sahibinə qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 29 oktyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 145.74 (yüz qırx beş manat yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd plastik qabda 19,596 qram və 6 ədəd plastik qabda ümumilikdə 191,919 qram çəkidə olan narkotik vasitə heroin və 1 ədəd plastik qabda 46,212 qram çəkidə olan psixotrop maddə metamfetaminin qalıqları, eləcə də səthində heroin izləri olan 2 ədəd elektron tərəzilər məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. 02 ədəd DVD və 1 ədəd CD-R markalı disk cinayət işinin materiallarında saxlanılsın. Üzərində ***-***-**-** nömrəli SİM danışıq kartı olan 1 ədəd «Samsung Galaxy A20» markalı SM-A205F/DS” modelli “3583xx/xx/925397/1 və “3583xx/xx/925397/9 imei kodlu mobil smartfon sahibinə qaytarılmalıdır. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Məhəmməd Əkbərov