Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-115/2024 17.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X6, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə Dövlət ittihamçısı1 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 və nümayəndəsi - Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 Məmmədəli oğlu, Bakı şəhəri, “Fides” Vəkil bürosunun vəkili Müdafiəçi4 və Bakı şəhəri, 38 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxxx 1966-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, qəti olaraq 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası 1 il 6 ay sınaq müddəti ilə şərti hesab olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2amış, 23 may 2022-ci il tarixdə barəsində axtarış elan edilmiş və 23 iyun 2022-ci il tarixdə şübhəli şəxsi qismində tutulmuş, 25 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin qərarına əsasən, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə təkrar, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə Bakı şəhəri, 44 nömrəli tam orta məktəbdə direktor işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək rəfiqəsi Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə, onu öz əlaqələri vasitəsilə Bakı şəhərində yerləşən orta məktəblərin birinə direktor təyin etdirəcəyinə dair yalan vəd verib aldadaraq, yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən 155 saylı evdə vahid niyyətlə əhatə olunan qəsdlə 17 yanvar 2015-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 80.000 manat, 24 yanvar 2015-ci il tarixdə saat 20 radələrində isə 70.000 manat pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 150.000 manat, yəni külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə Bakı şəhəri, 44 nömrəli tam orta məktəbdə direktor işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək rəfiqəsi Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə, birlikdə uşaq bağçası açıb onun həmin bağçanın müdiri olacağına və həmin fəaliyyətdən yaxşı qazanc əldə edəcəklərinə dair yalan vədlər verib aldadaraq, 2015-ci ilin oktyabr ayından 2015-ci ilin sonlarınadək olan müddət ərzində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən 155 saylı evdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 hissəhissə olmaqla 50.000 manat, 30.000 manat, 20.000 manat, 15.000 manat, 10.000 manat, 10.000 manat, 5.000 manat və 10.000 manat pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 150.000 manat, yəni külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 5 nömrəli tam orta məktəbin direktoru işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edib Şahid5 etibarından sui-istifadə etməklə öz əlaqələri vasitəsilə sonuncunun tanışı Zərərçəkmiş şəxs2 qohumu X7 iqtisadiyyat ixtisası üzrə bakalavr təhsili aldığı Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən X3 Cihazqayırma Universiteti tərəfindən verilmiş 107819 ******* nömrəli diplomu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində nostrifıkasiya etdirəcəyinə, yəni həmin ali təhsil sahəsində ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınmasına dair təsdiqləyici şəhadətnaməni alacağına dair yalan vəd verib Şahid5 aldadaraq onun vasitəsilə Zərərçəkmiş şəxs2 2021-cİ ilin aprel ayının əvvəllərində vahid niyyətlə əhatə olunan qəsdlə 2 dəfə olmaqla ünvan 3 ünvanda yerləşən «Atatürk parkı»nın içərisində fəaliyyət göstərən "Özsüt" restoranının qarşısında 4.000 manat və Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən 155 saylı evin qarşısında 2.000 manat pulu ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 6.000 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 ilə illər öncə tanışdır. Onların uşaqları bir məktəbdə oxumuşlar, Arzu da öz övladını qızının oxuduğu məktəbə aparıb-gətirmişdir. Arzu əslində Əhmədlidə ailəsi kimi təqdim etdiyi kişi ilə kirayədə qalmışdır. Bir gün o, Arzunun narahat olduğunu görmüş, Arzu ona demişdir ki, kirayədə qaldığı evin sahibi onları evdən çıxarmaq istəyir və həyat yoldaşı rayonda xəstə atası olduğuna görə onun yanına getməlidir. Buna görə Arzu qızı ilə birlikdə bir müddət qonaq kimi onlarda qalmağı xahiş etmişdir. Həmin müddətdə onun Basin küçəsində 3 otaqlı evi olmuş, lakin həmin mənzil təmrsiz olduğu üçün orada yaşamaq mümkün olmamışdır. Arzunun həmin təklifindən sonra o, evə gəlmiş, məsləhət eləmişdir. Evdə ona Arzunun yanında 8 yaşlı uşağı olan bir qadın olduğunu bildirib, onlarda qalmasına etiraz etməmişlər. Bundan sonra Arzu bir ilə yaxın onlarda qalmışdır. Bu müddətdə ona qarşı çox mədəni münasibət göstərmişlər. Bir müddət keçəndən sonra Arzu başqa evdə kirayədə yaşamaq və getmək istədiyini bildirmiş, təbii ki, o da, buna mane olmamışdır. Arzu gedəndən sonra onların telefon əlaqələri olmuşdur. O, Arzudan nə işlə məşğul olduğunu soruşanda, sonuncu, müəyyən insanlardan 5 faizlə pul götürüb sələmə yönləndirdiyini, sələmə pul verib başını qarışdırdığını, bir az qızıl satdığını və bu yolla dolandığını bildirmişdir. Bu xəbəri eşidəndən sonra hamının evində olduğu kimi özünün də ailəsində narazılıqlar olanda və pulla bağlı problemləri olanda, o, Arzuya müraciət etmiş, Arzu da problem olmadığını, 10 %-ə pul verəcəyini demişdir. Zərərçəkmiş şəxs1 Bakı şəhərində və Xırdalan şəhərində hamı sələmçi kimi tanımışdır. Arzu sələmçi kimi Xırdalanda qeyri-bank sektoru açmışdır, bir profilaktoriya yaradaraq, orada maşınları girov kimi saxlamış, müəyyən insanlar əmək haqqı kartlarını, pensiya kartlarını gətirib Arzuya vermişlər. O, 2021-ci ildə Nərimanov RPİ-yə çağırılanda bilmişdir ki, guya onun Zərərçəkmiş şəxs1 300.000 manat pul borcu vardır. Guya o, Zərərçəkmiş şəxs1 müəyyən vəzifələrə təyin etdirmək üçün ondan bu qədər pul almışdır. İşin birinci mərhələsində Xəlilov adlı müstəntiq işi aparmış, onu və Arzu Nuryevanı çağırıb ifadələrini almış, əməldə cinayət tərkibi olmadığı üçün işi bağlamışlar. Sonra yanvar ayında Gündüz Abdulov adlı müstəntiq onu dəvət etmiş, guya vəzifəyə təyin etdirmək üçün onun Arzudan 300.000 manat pul alması barədə şikayət etdiyini bildirmişdir. O, belə bir şey olmadığını, Arzudan faizə pul aldığını demişdir. Elə hallar olmuşdur ki, o, Arzudan 3000-4000 manat pul almış, həmin pulun faizini və faizin də faizini qaytarmışdır. O, Gündüz Abdulova da izahat verərək, kimisə hansısa vəzifəyə təyin etdirmək və bu cür işləri törədən insan olmadığını, bunların onun vəzifə səlahiyyətlərinə aidiyyəti olmadığını bildirmişdir. O, Zərərçəkmiş şəxs1 20 ildir ki, tanyır, bu müddətdə Arzu ondan heç bir dəfə də hansısa məktəbdə adicə texniki işçi belə işləyə bilib-bilməməsi ilə maraqlanmamış, onunla bu mövzuda söhbətləri olmamışdır. Gündüz Abdulov isə israr edərək guya Arzudan onu vəzifəyə təyin edirmək üçün 300.000 manat pul aldığını demiş, iki ay işi dayandırmışdır. Guya o, istintaqdan yayınmış, onlara problemlər yaratmış və bu baxımdan onu saxlamışlar. O, hətta cinayətkar olsa da belə, Gündüz Abdulov onu heç dinləməmişdir. Bundan sonra Gündüz Abdulovu işdən uzaqlaşdırmışlar, cinayət işini Rəşad Həsənov adlı müstəntiqə vermişlər. Rəşad Həsənov prokurorluğun tapşırığı ilə onların üzləşməli olduqlarını bildirmişdir. Üzləşmədən qabaq o, audiovideo çəkilişlə aparılmasını tələb etmiş, Zərərçəkmiş şəxs1 isə çox böyük kobudluqla bunu istəmədiyini demiş və üzləşmədən yayınmışdır. Səhərisi gün ona Şahid1 ilə üzləşdiriləcəyini bildirmişlər. O, Səbinənin kim olduğunu soruşduqda, Zərərçəkmiş şəxs1 rəfiqəsi olduğunu, onun da Səbinəni tanıdığını demişlər. Üzləşmə zamanı Şahid1 müstəntiqə demişdir ki, istəyirsiniz on dənə Samirəni tutun, ancaq o, pulu Zərərçəkmiş şəxs1 vermişdir və ondan da tələb edir. Səbinə demişdir ki, Zərərçəkmiş şəxs1 maşını və evi var, onları satsın və onun pulunu versin. Ümumilikdə, Səbinə iki dəfə Arzu ilə onun mənzilində olmuşlar. Səbinə 2021-ci ildə Zərərçəkmiş şəxs1 ilə onun evinə gəlib, 2014-cü ildə evini sataraq Arzı Nuriyevaya 110.000 ABŞ dolları pul verdiyini demişdir. Həmin 110.000 ABŞ dolları 80.000 manat təşkil edir. Səbinə ona bildirmişdir ki, o, 80.000 manat pulu Arzuya vermiş, sonuncu isə 2020-ci ildə üstündən 6-7 il keçəndən sonra həmin 80.000 manat pulunu onu işə düzəltmək üçün Samirəyə verdiyini söyləmişdir. O isə, işlə bağlı Arzudan pul almadığını, amma sələmə pullar götürdüyünü, həmin pulların da üstünə “Səbinə” sözü yazılmadığını demişdir. Arzu da həmin pulların Səbinəyə məxsus olduğunu ona demədiyini etiraf etmişdir. Səbinə isə Arzuya olan borclarını qaytarmağı, bu yolla Arzunun onun pullarını verməsini istəmişdir. O, Arzuya 1000, 2000, hətta 5000 manat da pul vermişdir. Məhkəmədə Arzu prokurorun sualına cavab verəndə demişdir ki, Samirə ona 10.000 manat pul vermişdir. Əgər belə olmuşdursa, onda Arzu nəyə görə şikayətində 290.000 manat deyil, yenə də 300.000 manat yazmışdır. O, istintaqın rəisi Bəkir müəllim tərəfindən qəbul edilmiş, 8 il bundan qabaq ona 300.000 manat pul verilmişdirsə, nəyə görə indiyə qədər pulunu tələb etmədiyini soruşmuş, Bəkir müəllim isə 300.000 manat yox, hardasa 70-80 min manat pul olduğunu demişdir. Zərərçəkmiş şəxs1 özü «sms»-lərdə bir dəfə də olsun, işlərin nə vəziyyətdə olduğunu, onu hansı məktəbə təyin etdirəcəyini, nə vaxt işə başlayacağını yazmamışdır. Bağça biznesi ilə bağlı fikri isə belədir ki, əgər hər iki iş düzəlsəydi, Arzu hansında işləyəcəkdi? Zərərçəkmiş şəxs1 məsləhət verən şəxs ona «həmin diplomla həm məktəb direktoru, həm də bağça müdiri işləyə bilərsən» deyib, çox bir səhv məlumat vermişdir. O, hələ də aydınlaşdıra bilməmişdir ki, Zərərçəkmiş şəxs1 150.000 manat pulu guya ona məktəb direktoru olmaq üçün, yoxsa əmək müəllimi olmaq üçün vermişdir. Digər zərərçəkmiş şəxslə bağlı epizod üzrə ifadəsində Təqsirləndirilən şəxs göstərdi ki, o, Zərərçəkmiş şəxs2 tanımır, Fərid adlı şəxsin dostunu tanıyır. O, nə Fəriddən pul almış, nə də Fəridlə iş birliyinə getmişdir. O, Şahid4 adlı xanımı tanımışdır. Onun İlahə ilə 3000 manat borc problemi olmuşdur. Onlar sadəcə ona təhsildə işlədiyini, bir uşağın diplomunu təsdiq elətdirmək lazım olduğunu deyərək bunun yolları ilə maraqlanmışlar. Diplomu təsdiq etdirmək üçün nə pul, nə də adam lazım deyildir. Onda diplom və ya digər sənəd olmamışdır, bu məqsədlə heç kimdən hər hansı məbləğdə pul almamışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs istintaq zamanı müstəntiq Rəşad Həsənova ifadə verdiyini, guya onun bir az obyektiv olduğunu, müstəntiqin suallarına cavab verdiyini, Arzunu öz evində saxladığını və onunla rəfiqəlik etdiyini, Arzunun tək onun haqqında belə şeylər demədiyini, başqaları ilə bağlı da Arzunun problemləri olduğunu, təkcə ona qarşı deyil, cəmiyyətə qarşı da Arzunun aqressiv olduğunu bildirdi. Təqsirləndirilən şəxs ifadəsinə görə, 2012- 2016 və 2018-2021-ci illərdə o, orta məktəb direktoru işləmişdir. 2016-cı ildə əmək müqaviləsinin müddəti bitdiyinə görə onu işdən azad etmişlər. Arzu ilə onun arasında sonuncunun məktəb direktoru təyin olunması ilə bağlı söhbət olmamış, bu barədə Arzu ona heç müraciət də etməmişdir. Həmçinin, uşaq bacçası açmaq barədə də onun fikri olmamış, bu barədə Arzunun özü də ona müraciət etməmişdir. Özünün ehtiyacları olduğu üçün Arzudan pul götürmüşdür. Ümumilikdə, Arzudan təxminən 30-40 min manat pul almış, həmin pulların faizini də qaytarmışdır. Arzu onlardan çıxıb gedəndən sonra müxtəlif insanlardan 5-6 %-ə olmaqla pul götürdüyünü, 10%-ə isə onun həmin pulları başqasına verdiyini və bu yolla qazanc əldə etdiyini bildirmişdir. O, ümumiyyətlə Arzudan sələmə götürdüyü pullara görə faiz kimi 10.000 manat pul vermişdir. Zərərçəkmiş şəxs1 harada təhsil aldığını bilməmiş, Arzunun özünün dediyinə görə, Gəncə Texnologiya universitetində oxumuşdur. Texnologiya institutunu bitirən şəxs heç vaxt məktəb direktoru ola bilməz, o, yalnız məktəbdə texniki işçi kimi fəaliyyət göstərə bilər. Onun Arzudan sələmə pul götürməyi ilə bağlı anasının və ailəsinin məlumatı olmuşdur. Bu barədə xalası Şahid7 və Firəngiz bilmişdir. O, Arzudan götürdüyü pulları faizləri ilə birlikdə artıqlamasilə qaytarmışdır və hazırda Arzuya heç bir borcu qalmamışdır. Digər epizodla bağlı suallara cavabında Təqsirləndirilən şəxs bildirdi ki, o, Elnurdan heç vaxt pul almamış, Şahid4 3.000 borc pul götürmüşdür. Elnurla İlahənin arasında hansı əlaqə olduğunu bilməmişdir. Onunla Elnurun arasında heç vaxt pul söhbəti olmamışdır. Həmin məsələ ilə bağlı ona edilən müraciət diplomun nostrifikasiya etdirilməsi olmuşdur. Qeyd edilən müraciəti qeydiyyatdan keçirmək zəruri olmuş, lakin o, nə müraciəti qeydiyyatdan keçirmiş, nə də ki, həmin məsələ ilə məşğul olmuşdur. İlahə ilə Fərid birlikdə təxminən 2 il əvvəl diplomun nostrifikasiya olunması üçün müraciət etmişlər. İlahədən borc kimi 3.000 manat pulu həmin müraciətdən 6-7 ay əvvəl almışdır. O, həmin şəxslərə diplomu qeydiyyatdan keçirəcəyinə söz versə də, bunu etməmişdir. İfadələri arasında ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin ibtidai istintaqı zamanı verdiyi ifadələri məhkəmə iclasında elan və tədqiq edildi. Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, özlərinə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən 155 saylı evdə əri Şahid9 və oğlu Fuad Əkbərovla birlikdə yaşamışdır. Zərərçəkmiş şəxs1 təxminən 20 ildir ki, tanımaqla aralarında ədavət, düşmənçilik olmamış və rəfıqəlik etməklə münasibətləri yaxşı olmuşdur. Həmçinin, qızı Könül Seyidova ilə Zərərçəkmiş şəxs1 qızı Şahid2 orta məktəblərin birində bir sinifdə təhsil almışlar. Əvvəllər uzun müddət təhsil sahəsində işləmişdir. Belə ki, 2012-ci ildə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 44 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuş və 2016-cı ildə həmin vəzifədən azad edilmişdir. 2018-ci ilin sentyabr ayında isə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 5 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. 2021-ci ilin may ayında isə Abşeron rayon Prokurorluğunda barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanıldığından, o, məktəb direktoru vəzifəsindən azad olunmuşdur. Sonradan cinayət işi Abşeron rayon Prokurorluğunda davam etdirilərək, 2021-ci ilin sentyabr ayında Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, həmin məhkəmədə çıxarılmış hökmlə o, şərti cəzaya məhkum olunmuşdur. Dəqiq tarixlərini xatırlamasa da, maddi sıxıntıları olduğu üçün təxminən 2010-2013-cü illər ərzində aylıq faiz dərəcəsi 10 faiz olmaqla Zərərçəkmiş şəxs1 ayrı-ayrı məbləğlərdə, ümumilikdə 40000-50000 manat pul faizə götürmüş və mütəmadi olaraq ona pulun əsas hissəsini faizi ilə birlikdə 55000 manat olmaqla qaytarmışdır. Hazırda Zərərçəkmiş şəxs1 heç bir borcu qalmamışdır. Zərərçəkmiş şəxs1 onu hansısa işə düzəltmək adı ilə ona pul verməsi haqqında göstərdikləri yalan və böhtandır. Zərərçəkmiş şəxs1 aldığı pulun faizini bəzi hallarda gecikdirdiyi üçün ona əlavə faizlər hesablamışdır. Hazırda Zərərçəkmiş şəxs1 ondan həmin faizləri yenidən tələb edir. Zərərçəkmiş şəxs1 özü bir neçə şəxsə pul borcludur. Belə ki, bildiyinə görə Arzu həmin pulları digər şəxslərdən 5-6 faizə götürüb digər adamlara 10 faizlə sələmə verir. Bildiyinə görə, Arzu Nurlan adlı şəxsdən dəfələrlə aşağı faizlə sələmə pul götürüb ona yüksək faizlə sələmə vermişdir. İbtidai istintaq zamanı Şahid5 barəsində etdiyi şikayətlə bağlı Təqsirləndirilən şəxs göstərmişdir ki, sonuncunu tanışı Şahid4 vasitəsilə tanımış, aralarında ədavət, düşmənçlik olmamaqla münasibətləri yaxşı olmuşdur. Təxminən 2021-ci ilin aprel ayının ilk günlərində Şahid4 ilə görüşəndə onun yanında olan Şahid5 qohumu X7 xarici ölkələrin birində ali təhsil alaraq diplom əldə etdiyini və həmin diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq etdirə bilmədiklərini deyib, bu işdə onlara köməklik etməyini xahiş etmişdir. O, bu işdə onlara köməklik edə biləcəyini desə də, sonradan Fəridin Türkan adlı qohumunun diplomunun təsdiq edilməsində heç bir köməklik edə bilmədiyindən, Şahid5 ondan narazı qalaraq onu pis vəziyyətdə qoyduğunu, söz verdiyi halda diplomu təsdiq etdirmədiyini demişdir. O, isə ona heç bir söz vermədiyini, yalnız köməklik etməyə çalışacağını söylədiyini bildirmişdir. Sonradan Şahid5 ona Azərbaycan Respublikası Təhsil Nazirliyində bu işi həll edəcək adam tapdıqlarını, həmin adamın bu işi həll etməsi üçün 6000 manat pul istədiyini, o, onları pis vəziyyətdə qoyduğu üçün bu pul məbləğinin onun tərəfindən verilməli olduğunu demişdir. Onun hər hansı şəxsin diplomunu təsdiq etdirmək kimi səlahiyyəti olmamışdır. Əvvəllər Şahid4 ilə çox yaxın münasibətdə olduğu üçün bir-birlərinə dəfələrlə maddi köməklik edib bir-birlərinə pul borc vermişlər və aralarında heç bir narazılıq olmamışdır. Lakin Fəriddən nə borca, nə də ki, hansısa diplomu təsdiq etdirmək məqsədi ilə hər hansı pul almamışdır. İstintaq zamanı dindirilərkən Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər hər hansı psixi xəstəlik keçirməmiş və öz hərəkətlərini sərbəst ölçüb-biçmək iqtidarındadır. Zərərçəkmiş şəxs1 ifadəsində onu Bakı şəhərində yerləşən orta məktəblərin birinə direktor təyin etdirəcəyini və birlikdə baxça açıb bizneslə məşğul olaraq onun həmin baxçanın müdirəsi olacağını yalan vəd verib aldadaraq, 17 yanvar 2015-ci il tarixdən həmin ilin dekabr ayı da daxil olmaqla sonunadək olan müddət ərzində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən 155 saylı evdə onun ümumilikdə 300000 manat pulunu ələ keçirməsi barədə ifadəsi yalandır. O, Zərərçəkmiş şəxs1 istər Bakı şəhərində yerləşən orta məktəblərin birinə direktor təyin etdirəcəyinə və istərsə də birlikdə baxça açıb baxça biznesi ilə məşğul olaraq onun həmin baxçanın müdirəsi olacağına vəd verib ondan bu məqsədlə hər hansı pul almamışdır. O, Zərərçəkmiş şəxs1 təxminən 40000- 50000 manat civarında pulu aylıq 10 faizlə sələmə götürdüyündən, faizi də daxil olmaqla pulunu tam qaytarmış və ona hər hansı borcu qalmamışdır. Zərərçəkmiş şəxs1 ondan faizin faiz pulunu tələb edir. Şahid5 ondan xaricdə təhsil alıb diplom əldə edən qohumu Türkanın diplomunun Azərbaycan Respublikası Təhsil Nazirliyində nostrifıkasiyaya köməklik etməyi xahiş etmiş, o da, ona köməklik etməyə çalışacağına söz vermişdir. Bu məqsədlə, Şahid5 ona heç bir yerdə, heç bir vaxt pul və ya sənəd verməmişdir. O, Şahid5 hər hansı məqsədlə 6000 manat pul almamışdır. Ona təqdim olunmaqla dinlədiyi səs yazıları yaşadığı evdə onunla Zərərçəkmiş şəxs1 arasında aparılmış danışıqlar zamanı qeydə alınmışdır. Yəni, səs yazıları ona və Zərərçəkmiş şəxs1 məxsusdur. Səs yazıları onun xəbəri olmadan Zərərçəkmiş şəxs1 tərəfindən qeydə alınsa da, nə vaxt qeydə alındığı barədə heç nə deyə bilməz. İfadəsində qeyd etdiyi kimi, o, Zərərçəkmiş şəxs1 pulu faizə götürmüş və sonradan faizi ilə birlikdə tam şəkildə qaytarmışdır. Zərərçəkmiş şəxs1 ondan faiz pulunun faizini tələb edir. İstintaq zamanı təqsirləndirilən şəxs qismində əlavə olaraq dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 ilk dəfə 2010-cu il təxminən 2000-3000 manat civarmda pul almışdır. O, Zərərçəkmiş şəxs1 aylıq 10 faiz olmaqla pulları hissə-hissə almış və qaytarmışdır. Zərərçəkmiş şəxs1 aldığı pulun miqdarı hissə-hissə olmaqla ümumilikdə təxminən 40000-50000 manat olmuşdur. O, sonuncu dəfə Zərərçəkmiş şəxs1 2014-cü ilin yaz aylarında təxminən 3500-4500 manat pul almışdır. O, Zərərçəkmiş şəxs1 aldığı pulları və onların faizlərini 2018-ci ilin sonlarında yaşadığı evdə qaytarmışdır. Belə ki, həmin vaxt o, bir dəfə 40000 manat qaytarmışdır. O, həmin pulu qaytaran zaman Arzu ona bu pul ilə her şey bitmədiyini və gecikdirdiyi pulların faizini də ana məbləğinə daxil edilməklə həmin pulların faizini də verməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 ona verdiyi pulların kimdən alması barədə heç bir söz deməmişdir. Lakin 2018-ci ildə artıq Zərərçəkmiş şəxs1 rəfiqəsi Şəbinə ilə birlikdə onun yaşadığı evə gələrək pulları Səbinədən 5 faizə götürərək 10 faizə ona verdiyini bildirmişdir. Həmin vaxt Şəbinə Arzuya demişdir ki, o, pulu Samirəyə yox, ona vermişdir. Həmçinin, Şəbinə heç vaxt özü şəxsən ondan pul tələb etməmişdir. O, Şahid5 təxminən 3 ilə yaxındır ki, tanıyır. O, Fəridlə tanışı olan Şahid4 vasitəsilə tanış olmuşdur. Belə ki, onun pula ehtiyacı olduğundan İlahədən 2019-cu ilin sonlarında 3000 manat borc pul almışdır. Lakin maddi vəziyyəti ilə əlaqədar həmin pulu qaytara bilməmişdir. Odur ki, Şahid5 bundan sonra onun istifadəsində olan mobil telefona zəng vuraraq Şahid4 ona verdiyi pulu tələb etmişdir (cild 1, iş vərəqi 219-223 və cild 2, iş vərəqi 208-210). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokollarındakı imzaların və sonunda yazılan qeydlərin ona məxsus olduğunu, Arzu ilə votsap üzərindən danışıqları olmadığını, lakin mobil telefonla danışıqları olduğunu, Arzudan 300.000 manat pul alınmağı ilə bağlı səs yazısının olmadığını, kompüteri olan hər bir şəxsin «təhsil e.qov.az» saytına girib nostrifikasiya bölməsində diplomun təsdiqinin qeydiyyatını apara bildiyini, həmin qeydiyyatın aparılmasında heç bir maddiyyat tələb olunmadığını, qeydiyyatdan keçirməklə bağlı danışıqları olsa da, faktiki olaraq həmin işi qeydiyyatdan keçirmədiyini, bu işlə bağlı pul almadığını, Şahid4 3000 manat borc pul aldığını, verdiyi pullarla bağlı qeydiyyat aparmadığını, 2018-ci ildə Arzuya 40.000 manat pul qaytardığını, ümumilikdə, Arzudan faizə nə qədər pul aldığını xatırlamadığını, 2010-2018-ci ilə qədər bütün borclarını qaytardığını, lakin faizlərin qaldığını, faizlərə və faizin faizinə görə 40.000 manat pul qaytardığını göstərdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Samrə Əkbərovanı 20 ildir ki, tanıyır, onların uşaqları 2000-ci ildən bir məktəbdə oxumuşlar və bir evli kimi olmuşlar. Samirə əvvəllər 44 saylı məktəbin direktoru işləmişdir. Həmin vaxt ona da hansısa məktəbə direktor təyin etdirə biləcəyini bildirmişdir. O zaman yaxın rəfiqəsi Səbinə evini satmış və Səbinənin pulu onda olmuşdur. O da, həmin pulu və sonradan üstünü düzəldib Samirəyə 150.000 manat pul vermişdir. Sonra bu məsələ gecikmiş, Samirə ona işin bir az uzandığını, özünün kiminləsə danışdığını bildirərək özəl bağca açmağı təklif etmişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs yenə də ondan 150.000 manat pul istəmiş, o da, həmin 150.000 manatı da Samirəyə vermişdir. Samirə bağçadan gələn qazancın da onun tərəfindən götürülməsinə etiraz etmədiyini bildirmişdir. Lakin sonradan nə məktəb, nə bağca məsələsi düzəlməmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Zərərçəkmiş şəxs1 bildirdi ki, o, texnologiya universitetini bitirmişdir. Samirə ona işinin əvvəlcə əmək müəllimi kimi sənədləşdiriləcəyini, sonra isə direktor təyin edəcəklərini demiş, 150.000 manata direktor təyin etdirilməsinə razılaşmışlar. Pulun 80.000 manatı öz rəfiqəsi Səbinə xanıma məxsus olmuş, əvvəlcə həmin pulu, 2015-cu ilin yanvar ayının axırında isə 70.000 manatı Təqsirləndirilən şəxs vermişdir. Sonra həmin iş uzandığına görə Samirə ona məktəb işi həll edilənə qədər bağça açmağı təklif etmiş və bağça açmağa görə də ondan 150.000 manat pul istəmişdir. O da, 2015-ci ilin oktyabr ayından başlayaraq hissə-hissə Samirəyə 150.000 manat pul vermişdir. Sonradan o, işlərin alınmadığını görüb, verdiyi pulları geri tələb etməyə başlamış, Samirə isə ona narahat olmamağı, işin düzələcəyini bildirmişdir. 2015-ci ilin axırlarına yaxın pulları geri istəyəndə ona məlum olmuşdur ki, Samirəni bu cür əmələrinə görə işdən çıxarmışlar. Həmin vaxt onunla bir evli kimi olduqlarına görə ondan şikayət etməmişdir. O, Samirədən verdiyi pulları istəyəndə, sonuncu işləri olduğunu, həmin işlərini yoluna qoyub, onun pulunu verəcəyini söyləmişdir. Təqsirləndirilən şəxs ondan aldığı 300.000 manat puldan 2019-cu ildə cəmi 10.000 manatını qaytarmış, qalan pulları isə qaytarmamışdır. O, heç vaxt Samirəgilin evlərində yaşamamış, yalnız Samirənin bağ evində qonaq kimi 1-2 gün qalmışdır. Samirənin evində əri, oğlu və qızı yaşamışdır. Əvvəllər pulu verəndə Samirənin həyat yoldaşının bu barədə məlumatı olmamışdır. Samirə onunla tanış olduğu vaxtdan rəfiqəsi Səbinəni də tanımışdır. Səbinədən pulu alanda, həmin pulu hara və nə məqsədlə verəcəyini deməmiş, yalnız 2 ildən sonra pulu Samirəyə öz işi üçün verdiyini Səbinəyə demişdir. Uşaq bağçasında hər uşağa görə 500-600 manat pul ödənilir, lakin o, Samirəyə inandığına görə 150.000 manatı da bağça işinə görə vermişdir. Samirə bağçanı təxminən öz evinin yanında açacağını ona demişdir. Samirəyə pulları verəndə heç kim görməmişdir, lakin öz övladının bu barədə məlumatı olmuşdur. O, heç vaxt sələmə pul verməmişdir. Samirəyə pulları verərkən öz yaxın adamı olan Azər adlı şəxslə məsləhətləşmişdir. Nəzərdə tutulan hər iki işin ikisi də alınsaydı, birini qəbul edəcəkdi, digərini isə şərikli işlədəcəkdilər. Əvvəllər onun əlində bu işlərlə bağlı sübut olmadığı üçün 2021-ci ildən Samirə ilə apardığı danışıqlar zamanı səsini yazmağa başlamış və həmin səs yazılarını istintaqa təqdim etmişdir. Zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsi barədə mövqeyi ilə əlaqədar onun həmin ifadəsi məhkəmədə tədqiq edildi. Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 20 ildir tanıyır, aralarında ədavət, düşmənçilik olmamış və münasibətləri yaxşı olmaqla rəfıqəlik etmişlər. Həmçinin, qızı Şahid2 ilə Təqsirləndirilən şəxs qızı Könül Seyidova orta məktəblərin birində bir sinifdə təhsil almışlar. Əvvəllər Təqsirləndirilən şəxs Bakı şəhərində fəaliyyət göstərən 44 saylı və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 5 saylı tam orta məktəblərin direktoru vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs onu aldadaraq ümumilikdə 300000 manat pulunu ələ keçirməsi ilə bağlı göstərir ki, təxminən 2014-cü ilin sonlarında Təqsirləndirilən şəxs ilə söhbət əsnasında, sonuncu, ondan ali təhsilinin olub-olmaması haqqında maraqlanaraq Təhsil Nazirliyində yüksək vəzifədə işləyən tanışının olduğunu və 150000 manat pul müqabilində onu Bakı şəhərində yerləşən orta məktəblərin birinə direktor vəzifəsinə təyin etdirə biləcəyini deyəndə, o, Samirəyə Azərbaycan Texnologiya İnstitutunda ali təhsil aldığını bildirmiş, məktəb direktoru vəzifəsində işləyə bilibbilməyəcəyini dəqiqləşdirəndən sonra bu barədə ona məlumat verəcəyini qeyd etmişdir. Danışıq əsnasında o, həmin şəxsin hansı vəzifədə işlədiyini Təqsirləndirilən şəxs soruşaraq ona təqdim edəcəyi pulu kimə verəcəyi haqqında maraqlananda, sonuncu, həmin şəxs haqqında ona hər hansı məlumat verməyərək pulun lazımi adamlara çatacağını söyləmişdir. O, müəyyən məsləhətləşmələr aparıb məktəb direktoru vəzifəsinin yaxşı iş olduğu qənaətinə gələndən sonra bu barədə Samirəyə müsbət cavab verdikdə, Samirə bir daha göstərilən məbləğdə pulun müqabilində onu məktəb direktoru vəzifəsinə təyin etdirəcəyinə inandırmışdır. O, Samirə ilə rəfiqə olduğu üçün ona inandığından, həmçinin onun məktəb direktoru işlədiyini nəzərə alıb yüksək vəzifədə işləyən tanışlarının olmasını güman etdiyindən, onunla razılaşmış və 1 həftədən sonra 150000 manat pul düzəldib ona verəcəyini demişdir. Həmin ərəfədə digər rəfiqəsi X12 özünə məxsus olmaqla Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən mənzilini 110000 ABŞ dollarına, yəni 85800 manat pula satsa da, özü kirayədə yaşadığı üçün həmin pulu saxlamaq üçün ona vermişdir və həmin pul onda qalmışdır. Əvvəllər o da, uzun müddət qızıl-ziynət əşyalarının və avtomobillərin alqı-satqısı ilə məşğul olduğundan özünün 30000 manat pulu olmuşdur. O, Şəbinə Sadıqovanın saxlamaq üçün ona verdiyi 85000 manat pulu biznesə qoymaq istədiyini deyib, ona lazım olduğu vaxtda qaytaracağını deyəndə, Şəbinə razılığını bildirmişdir. Lakin ehtiyat etdiyindən pulun konkret hansı məqsədlə ona lazım olduğunu Şəbinə Sadıqovaya deməmişdir. X14 Təqsirləndirilən şəxs sonuncunun onu məktəb direktoru təyin etdirəcəyi üçün pul verəcəyi haqqında məlumatı olmamışdır. Beləliklə, o, fikrini tam qətiləşdirəndən sonra özü ilə 80000 manat pul götürüb 17 yanvar 2015-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən 155 saylı evə gedərək orada sonuncu ilə görüşmüş və hər hansı digər şəxs və ya şəxslərin iştirakı olmadan göstərilən məbləğdə pulu Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs pul versə də, ondan istəmədiyindən ona diplomunu və ya onunla bağlı hər hansı digər sənədi təqdim etməmişdir. Aradan bir neçə gün keçəndən sonra, o, 70000 manat pul düzəldib 24 yanvar 2015-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı göstərilən ünvanda yerləşən evə gedərək orada sonuncu ilə görüşmüş və hər hansı digər şəxs və ya şəxslərin iştirakı olmadan göstərilən məbləğdə pulu Təqsirləndirilən şəxs vermişdir. Samirə bir daha onu inandıraraq yaxın müddət ərzində onu Bakı şəhərində yerləşən orta məktəblərin birinə direktor təyin etdirəcəyinə vəd vermişdir. Təqsirləndirilən şəxs 150000 manat pul verməyini heç kim bilməsə də, qızı Şahid2 bu barədə məlumatlı olmuşdur. Aradan 3-4 ay keçəndən sonra Təqsirləndirilən şəxs işin nə yerdə olduğunu soruşanda, o, hər dəfə yaxın vaxtlarda işin düzələcəyini demişdir. Təxminən 2015-ci ilin sonlarında Təqsirləndirilən şəxs 150000 manat pul tapıb ona verəcəyi halda birlikdə baxça açıb baxça biznesi ilə məşğul olaraq yaxşı qazanc əldə etməyi və həmin baxçanın müdirəsi olacağını ona təklif edəndə, ilk öncə həmin məbləğdə pulunun olmadığını ona deyərək onun təklifini qəbul etməmişdir. Lakin müəyyən məsləhətləşmələr aparıb Təqsirləndirilən şəxsmn ona təklif etdiyi baxça biznesinin sərfəli variant olduğunu düşünərək onun təklifi ilə razılaşmış və qısa müddət ərzində göstərilən məbləğdə pulu düzəldib ona verəcəyini demişdir. Həmin vaxt avomobillərin alqı-satqısı ilə məşğul olduğu üçün yaxşı qazanc əldə etdiyindən, ilkin olaraq 50000 manat pul düzəldib təxminən 2015-ci ilin oktyabr-noyabr aylarında Təqsirləndirilən şəxs yaşadığı qeyd olunan ünvanda yerləşən evə gedərək orada sonuncu ilə görüşmüş və hər hansı digər şəxs və ya şəxslərin iştirakı olmadan göstərilən məbləğdə pulu Təqsirləndirilən şəxs təqdim etmişdir. Bundan sonra, 2015-ci ilin dekabr ayı da daxil olmaqla Təqsirləndirilən şəxs yaşadığı göstərilən ünvanda yerləşən evə gedərək orada sonuncu ilə görüşmüş və hər hansı digər şəxs və ya şəxslərin iştirakı olmadan ona ayrı-ayrı vaxtlarda 30000, 20000, 15000 manat və ayrı-ayrı məbləğlərdə olmaqla ümumilikdə 100000 manat pul vermişdir. Həmin pulun 20000 manatını Nurlan adlı tanışından borc almışdır. Təqsirləndirilən şəxs 150000 manat pul verməyini heç kim bilməsə də, qızı Şahid2 bu barədə məlumatlı olmuşdur. Ehtiyat etdiyindən, ilk vaxtlar bu barədə heç kimə deməmişdir. Təxminən 2016-cı ilin ortalarınadək Təqsirləndirilən şəxs ona vəd verdiyi həm direktorluq, həm də baxça biznesi işlərinin alınmadığını görüb ondan 300000 manat pulu geri qaytarmasını tələb etsə də, o, hər dəfə hər iki məsələnin yaxın vaxtlarda həllini tapacağını demişdir. O da, onun məktəb direktoru işlədiyi üçün səlahiyyətləri və əlaqələri olduğunu düşünüb hər iki işi həll edə biləcəyini fikirləşərək onun barəsində şikayət etməmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs işdə buraxdığı nöqsanlara görə Bakı şəhəri 44 saylı tam orta məktəbin direktoru vəzifəsindən azad edilmişdir. Bundan sonra, ondan dəfələrlə pulunu geri qaytarmasını tələb etsə də, işsiz olduğunu, problemlərini həll edib pulunu qaytaracağını demişdir. O da, Təqsirləndirilən şəxs maddi baxımdan çətin vəziyyətdə olduğunu nəzərə alıb pulunu qaytarması üçün ona möhlət vermişdir. Təxminən 2 il ərzində dəfələrlə Samirədən 300000 manat pulunu geri istəsə də, pulunu verməmişdir. 2018-ci il tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 5 saylı tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmiş və 2 ilə yaxın müddət ərzində həmin məktəbin direktoru işləmişdir. Həmin müddət ərzində Samirənin işini düzəldəcəyini və ya pulunu qaytaracağını güman etsə də, o, nə vəd verdiyi işi düzəltməmiş, nə də ki, pulunu qaytarmamışdır. 2021-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs ondan başqa bir neçə digər şəxsi aldadıb pulunu ələ keçirdiyi üçün Abşeron rayon Prokurorluğunda barəsində cinayət işinin olduğu ona aydın olmuşdur. Onun barəsində şikayət etmək istəsə də, Samirə ona yalvararaq pulunu qaytaracağını və onun barəsində şikayət etməməyini xahiş etdiyindən, o, Samirə ilə uzun müddət rəfiqə olmalarını və qızlarının sinif yoldaşı olmalarını nəzərə alıb onun barəsində şikayət etməmişdir. Çünki Təqsirləndirilən şəxs özünə məxsus evi satıb pulunu qaytaracağına ona söz verdiyindən, o, Samirəyə inanmışdır. Sonradan Abşeron rayon Prokurorluğunda Təqsirləndirilən şəxs barəsində olan cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərildiyindən, məhkəmə onu şərti cəzaya məhkum etmişdir. Sonralar o, alıcı qismində bir neçə müştəri tapıb Təqsirləndirilən şəxs evinə apararaq evi ona göstərsə də, o, hər dəfə bir bəhanə tapıb evi satmaqdan yayınmışdır. Aradan bir müddət keçəndən sonra Şəbinə və Nurlan ondan borclarını tələb etsələr də, onların borclarını qaytara bilmədiyi üçün məsələnin mahiyyətini onlara danışmışdır. Hətta bir neçə dəfə həm Şəbinə, həm də Nurlanla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə gedib ondan pulunu tələb etsə də, Təqsirləndirilən şəxs yenə müxtəlif bahanələrlə pulunu qaytarmaqdan yayınmışdır. Ona görə də, Təqsirləndirilən şəxs ondan aldığı pulu qaytarmaq fikrində olmadığına əmin olandan sonra onun barəsində şikayət etmək qərarına gəlmişdir. Zənnincə, Təqsirləndirilən şəxs məqsədi onu hansısa orta məktəblərin birinə direktor və bir yerdə bağça açıb onu bağça müdirəsi təyin etdirmək olmamış, onu aldadaraq dələduzluq yolu ilə öncədən niyyəti əvəzsiz və qanunsuz olaraq pulunu ələ keçirmək olmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını və ona vurduğu ziyanı qaytarmasını tələb edir. Təqsirləndirilən şəxs yalan izahat vermişdir. O, Samirəyə 40000-50000 manat deyil, ümumilikdə 300000 manat pul vermişdir. Həmin məbləğdə pulu Təqsirləndirilən şəxs sələmə deyil, Bakı şəhərində yerləşən orta məktəblərin birinə onu direktor təyin etdirəcəyinə və birlikdə baxça açıb baxça biznesi ilə məşğul olaraq onun həmin baxçanın müdirəsi olacağına yalan vəd verib onu aldadaraq ələ keçirmişdir. Bu fakt istintaqa təqdim etməklə aralarında olan səs yazılarında da, əksini tapmışdır. Samirə Əkbəroava ilə uzun müddət rəfıqəlik etməklə münasibətləri yaxşı olduğundan, ilk əvvəl məsələlərini öz aralarında həll etmək istəmişdir. 2021-ci ilin sentyabr ayında Abşeron rayon Prokurorluğunda onun barəsində cinayət işinin olduğu ona aydın olanda, onun barəsində şikayət etmək istəsə də, Samirə ona yalvararaq pulunu qaytaracağını və onun barəsində şikayət etməməyini xahiş etdiyindən, onunla uzun müddət rəfiqə olmalarını və qızlarının sinif yoldaşı olmalarını nəzərə alıb onun barəsində şikayət etməmişdir. Təqsirləndirilən şəxs özünə məxsus evi satıb pulunu qaytaracağına ona söz verdiyindən, o, Samirəyə inanmış və evini satıb pulunu qaytaracağına ümid etmişdir. Lakin Samirənin evini satmaqdan yayındığını görüb pulunu qaytarmaq fikrində olmadığına əmin olandan sonra onun barəsində şikayət etmişdir. O, istintaqa təqdim etdiyi səs yazılarını 2021-ci ildə özünə məxsus olan “İphone 10” markalı mobil telefon vasitəsilə yazmışdır. O, yeni mobil telefon aldığı üçün həmin mobil telefonu satmışdır (cild 1, iş vərəqi 51-57, cild 2, iş vərəqi 157-160). Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərdi ki, o, əvvəllər təqsirləndirilən şəxsi tanımamışdır. Bir gün tanışı Fəridlə diplomun tanıdılması barədə söhbət edərkən, sonuncu, ona bir nəfərin olduğunu, onunla maraqlanıb bir cavab verəcəyini bildirmişdir. Sonradan Fərid müəllim onunla yenidən görüşmüş və diplom işini 6.000 manata həll etməyin mümkün olduğunu bildirmişdir. O da, Fəridə birinci dəfə 4.000 manat, daha sonra isə «Hüseyn Cavid» parkında 2.000 manat pul vermişdir. Sonradan bu işin uzandığını görmüş və Fəridə öz iradını bildirmişdir. Fərid də Samirə xanımla onu Nərimanovda yerləşən «Atatürk» parkında görüşdürmüşdür. Sonra o, yenə də işin həll olunmadığını və uzandığını görmüş və pulunu tələb etmişdir. Həmin pulu da Fərid sonradan ona qaytarmışdır. Samirə xanımla görüşəndə onların arasında pul söhbəti olmamışdır. Zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsi barədə mövqeyi ilə əlaqədar onun həmin ifadəsi məhkəmədə tədqiq edildi. Zərərçəkmiş şəxs2 istintaqa verdiyi həmin ifadəsində göstərmişdir ki, o, Şahid5 uzun müddətdir tanıyır. Onunla yoldaşlıq münasibəti olmuşdur. 2020-ci ilin sonlarında ailəvi yaxın olduğu qohumu Mətanət adlı tanışı qızı Türkanın Rusiya Federasiyasının universitetlərindən birində təhsil alaraq diplomunu Azərbaycan Respublikası ərazisində təsdiq etdirib buna dair təsdiqləyici şəhadətnamə almaq istədiyini bildirmiş və bu işdə ona köməklik etməyini xahiş etmişdir. Həmçinin Mətanət xanım bu işin görülməsi üçün iş qurtardıqdan sonra 7000-8000 manat civarında pul verə biləcəyini bildirmişdir. O isə, Mətanətə dost-tanışları ilə maraqlanıb ona xəbər edəcəyini demişdir. 2021-ci ilin əvvəllərində tanışı Fəridlə birlikdə olarkən o, Fəridə bir nəfər ailəvi yaxınının qızının Rusiya Federasiyasının universitetlərindən birində təhsil aldığını və universitet tərəfindən ona verilmiş diplomun Azərbaycan Respublikası ərazisində təsdiq etdirib buna dair təsdiqləyici şəhadətnamə almaq istədiyini demiş, bu işi görmək üçün adam axtarmağı barədə Fəridə məlumat vermişdir. Fərid isə bu barədə maraqlanıb ona xəbər edəcəyini bildirmişdir. Bir neçə müddət sonra Fəridlə görüşərkən, sonuncu ona bir nəfər məktəb direktoru işləyən Samirə adlı qadın tanışının bu işi görə biləcəyini demiş və bu işin həll olunması üçün 6000 manat pul lazım olduğunu bildirmişdir. O, Fəridə demişdir ki, problem yoxdur, həll etsin. Bundan sonra o, Mətanət xanımdan qızı Türkanın şəxsiyyət vəsiqəsini və təhsil aldığı universitetin diplomunu götürmüşdür. O da, həmin sənədləri və ilk olaraq 4000 manat pulu 2021-ci ilin aprel ayının əvvələrində Nəsimi rayonu ərazisində yerləşən “Koroğlu” parkının yanında Fəridə vermişdir. Fərid isə sənədləri və pulu ondan götürərək sənədləri və pulu işi görən qadın tanışına verəcəyini bildirmişdir. Həmin gündən bir neçə gün sonra Fərid yenidən onunla əlaqə saxlamış və qalan pulun da verilməli olduğunu bildirmişdir. Bundan sonra o, yenidən Fəridlə Bakı şəhəri, Yasamal rayonu, “Space” telekanalının inzibati binasının qarşısında görüşmüş və Fəridə qalan 2000 manat pulu vermişdir. Fəridə verdiyi bütün pullar ona məxsus olmuşdur. Belə ki, Mətanət xanım onun qohumu olduğu üçün o, işi görüb qurtardıqdan sonra ondan xərclədiyi pulu və işin görülməsinə görə şirinliyini alacaqmış. Bundan başqa Fərid ona bildirmişdir ki, bu iş bir ay müddətində həll olunacaqdır. O, Fəridlə tez-tez görüşüb işin nə yerdə olduğunu soruşmuş, Fərid ona işi görən qadınla tez-tez danışdığını və işin tezliklə həll olunacağını bildirmişdir. Lakin Fəridə pulu verdiyi müddətdən 2 ay keçməsinə baxmayaraq, iş həll olunmadığı üçün o, artıq Fəriddən onu işi görən şəxslə görüşdürməsini xahiş etmişdir. Bundan sonra o, Fəridlə birlikdə işi görən, özünü məktəb direktoru kimi təqdim edən Samirə adlı qadınla Bakı Metropolitenin «Gənclik» stansiyası yaxınlığında yerləşən “Atatürk” parkında görüşmüşdür. Görüş zamanı Samirə adlı qadın ona bu işin onun görəcəyini, lakin işin görülməsi üçün əlavə olaraq bir neçə ay vaxt lazım olduğunu, sənədlərin və 6000 manat pulun onda olduğunu təsdiqləmişdir. O, görüş zamanı hətta Samirəyə demişdir ki, əgər iş alınmayacaqsa pulu və sənədləri qaytar, sonra aralarında problemlər olmasın. Samirə özünə arxayın şəkildə ona bu işi həll edəcəyini bildirmişdir. O, Samirəyə inanmışdır. Lakin həmin vaxtdan 2 ay keçmiş, lakin iş həll olunmamışdır. O, məsələnin uzandığını görmüş, Fəriddən pulunu və sənədlərini tələb etmişdir. Fərid ona bildirmişdir ki, Samirə adlı qadın artıq telefonlarına cavab vermir və ondan qaçır. Fəridlə aralarında normal münasibət olduğu üçün Fərid ona verdiyi 6000 manat pulu onun özünün qaytaraçağını bildirmiş və bir neçə gün sonra həmin pulu tam şəkildə ona qaytarmışdır. Lakin Fərid ona verdiyi sənədləri qaytarmamış və ona Samirə adlı qadını görə bilmədiyini, ondan qaçdığını bildirmişdir. Təxminən 1 ay sonra Fərid ona verdiyi sənədləri də qaytarmışdır. O, bundan sonra həmin sənədləri Mətanət xanıma vermişdir. Zərərçəkmiş şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid5 şəxsən Samirə Ələkbərovaya pulu verməsinin şahidi olmamışdır. Lakin onların üçü, yəni, o, Fərid və Samirə birlikdə görüşərkən Samirə ona etiraf etmişdir ki, Fərid ona həqiqətən 6000 manat pul vermişdir. Həmçinin Samirə görüş zamanı ona həmin pulu bu işi görə biləcək bir nəfər tanışına verdiyini bildirmişdir. Bundan başqa görüş zamanı o, Samirəyə demişdir ki, əgər bu işin görülməsində arxayınsansa, sənə verilən pulu qaytar və əgər iş alınsa, sənə əlavə olaraq da pul veriləcək. Lakin o, əlavə olaraq Samirəyə nə qədər pul verəcəyini deməmişdir. Lakin Samirə onun şərti ilə razılaşmamış və pulu artıq işi görən şəxsə verdiyini bildirmişdir. Mətanət xanımın onun xarici ölkədə təhsil almış qızına məxsus diplomunu Azərbaycan Respublikası ərazisində təsdiq etdirib buna dair təsdiqləyici şəhadətnamə almaq barədə kiməsə pul verməyi haqqında məlumatı olmamışdır. Belə ki, Mətanət xanım bu işin görülməsi üçün 7000-8000 manat civarında pul verə biləcəyini bildirmişdir. Odur ki, o, bu səbəbdən arxayın şəkildə Fəridə pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərdi ki, tanışı Şahid5la söhbət edərkən, sonuncu, tanışı Türkan Musayevanın xarici ölkələrin birində təhsil aldığını və onun diplomunun təsdiq edilməsi üçün ona köməklik edə biləcək bir nəfər tapmağı ondan xahiş etmişdir. O da, bir nəfər tanışı olduğunu və ona köməklik etmək üçün həmin şəxslə danışacağını bildirmişdir. Bu məsələ ilə bağlı o, əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs ilə danışmış, Samirə ona bu işin həll edilməsi üçün 6000 manat pul lazım olduğunu bildirmişdir. Samrə həmin pulun 4000 manatını sənədləri təqdim edəndə, qalan 2000 manatı isə diplom tanındıqdan sonra veriləcyini bildirmişdir. O, Samirə ilə razılaşmış və sənədlərlə birlikdə 4000 manat pulu Samirəyə vermişdir. Aradan 2-3 gün keçmiş Samirə ona zəng edib qalan 2000 manatın da təcili çatdırılmalı olduğunu bildirmişdir. O da, 2000 manatı alıb Samirəyə vermiş, lakin sonradan Samirənin diplomu tanıtmadığı üçün ondan verdiyi pulu geri almışdır. Suallara cavab verən Şahid4 Zərərçəkmiş şəxs1 10 ildir ki, tanıdığını, zərərçəkmiş şəxsin Samirənin evində qaldığını eşitdiyini, Samirə xanıma Türkanın diplomunun tanınması üçün özünün müraciət etdiyini, Samirə xanımın diplomun tanınması üçün ondan pul istədiyini və onun da həmin pulu verdiyini, o, mügənni və tanınmış adam olduğu üçün Arzu xanımın onu tapdığını, Samirə xanımdan pulu almağa gedəndə, Arzu xanımın onu Samirəgildə görüb tanıdığını və sonradan özünün də zərər çəkdiyini bildiyi üçün Arzu xanımın onu axtarıb tapdığını, Arzu xanımdan əlavə Fatmayı qəsəbəsindən iki nəfərin də onu axtarıb tapdıqlarını və Samirə xanımın onlardan da pul götürdüyünü bildirdiklərini, pulu Samirə xanıma Şahid5la birlikdə verdiklərini, 2000 manatı verəndə də Fəridin onunla birlikdə olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərdi ki, o, Təqsirləndirilən şəxs 20 ilə yaxın müddətdir tanyır, onun qızları ilə bir məktəbdə oxumuşdur. Zərərçəkmiş şəxs isə onun anasıdır. Anası Zərərçəkmiş şəxs1 onunla söhbət edərkən ona bildirmişdir ki, Samirə onu direktor təyin etdirə biləcəyini, bunun müqabilində 150.000 manat pul lazım olduğunu bildirmişdir. Anası da həmin müddət özündə olan pulu və çatışmayan hissəsini də başqa şəxslərdən tapıb Samirə xanıma vermişdir. Sualları cavablandıran Şahid2 bildirdi ki, anası şəxsən onun yanında Samirəyə pul verməmişdir. Amma bilir ki, Samirə bu günə qədər anasının verdiyi pulu geri qaytarmamışdır. Son vaxtlar o, anası ilə Samirə xanımgilə tez-tez gedib gəlmişlər. Anası ilə birlikdə Samirə xanıma verilmiş pulları geri tələb etmək üçün tez-tez onlara getmişlər. Samirə xanım son zamanlar onlarla olan söhbətlərində evini satıb pulunu verəcəyini bildirmişdir. Onların özlərinin evi olmuş, buna görə də guya onların Samirə xanımın evində yaşaması barədə deyilənlər doğru deyildir. Səbinə xanımın anasına 85.000 manat pul verdiyini görmüş, lakin anasının Samrə xanıma pul verməsində o, iştirak etməmişdir. Nurlanın anasına pul verdiyini görməmiş, lakin onların telefonla danışdıqlarını eşitmişdir. Anası heç bir işini onunla məsləhətləşməmiş, lakin böyük məbləğdə pulu Samirə xanıma verdiyi üçün ona demişdir. Anasının pul verməmişdən qabaq kiminləsə məsləhətləşməsini bilməmiş, amma pulu Samirə xanıma verdikdən sonra anası bu barədə ona məlumat vermişdir. Anası Samirəyə bir dəfəyə 85.000 manat pul vermiş, birinci dəfə pulu verəndən bir həftə-10 gün sonra isə yenə 70.000 manat vermişdir. Sonuncu dəfə anası Samirəyə 20.000 manat vermiş, həmin pulu anası Nurlandan almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərdi ki, onun Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində evi olmuş, həmin evi 2018-ci ildə satmışdır. Evin pulunu götürdükdən sonra dərhal ev ala bilməmiş, buna görə də hələ ev almadığı üçün pulunu saxlamaq üçün Arzu xanıma vermişdir. Verilən sualları cavablandıran Şahid1 bildirdi ki, Zərərçəkmiş şəxs1 pulu Təqsirləndirilən şəxs verəndə o, iştirak etməmişdir. Lakin pulu verməmişdən qabaq Arzu xanım Samirəyə pul verəcəyini ona bildirmişdir. 2018-ci ildə Arzudan verdiyi pulu geri istəyəndə, Arzu həmin pulu Samirəyə verdiyini demişdir. Sonradan o, Arzu xanımla birlikdə Samirə xanımdan pulu tələb etməyə gedəndə, Samirə Arzudan pul aldığını ona etiraf etmişdir. Samirə xanımdan Arzunu məktəb direktoru təyin etdirəcəyi barədə dediklərini eşitmişdir. O, öz evini 80.000 manata satmışdır, lakin ona edilən təklifə görə müqavilədə 30.000 manat yazılması ilə razılaşmışdır. Evini satandan sonra isə o, Yasamalda 500 manata kirayə ev tutub orada qalmışdır. 2018-ci ildə o, Arzu xanımın yanına gedəndə telefonla danışığı zamanı bilmişdir ki, Arzu onun pulunu Samirəyə vermişdir. Ümumilikdə isə o, Arzunun Samirəyə nə qədər pul verdiyini bilməmişdir. Arzu xanımı tanıyanda, sonuncu paltarların satışı ilə məşğul olmuş, həmçinin maşın alqı-satqısı ilə də məşğul olmuşdur. O, tək qaldığı üçün pulu Arzu xanıma saxlamaq üçün vermişdir. 2015-ci ildə isə Arzu xanım onun pulunu biznesə qoyacağını bildirmiş, Arzu onun pulundan heç vaxt ona qazanc verməmişdir. Onların Arzu ilə Samirə xanımın evinə getməkdə məqsədi verdiyi pulu tələb etmək olmuşdur. O, pulunu Arzu xanıma vermiş, ondan da tələb edir. İstintaq vaxtı o, 2-3 dəfə ifadə vermişdir. Şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsi barədə mövqeyi ilə əlaqədar onun həmin ifadəsi məhkəmədə tədqiq edildi. Şahid1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən 30 ildir tanımaqla aralarında ədavət, düşmənçilik yoxdur və münasibətləri yaxşı olmaqla rəfıqəlik etmişlər. Təqsirləndirilən şəxs isə Arzunun vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldadaraq ümumilikdə onun 300000 manat pulunu ələ keçirməsi ilə bağlı göstərir ki, təxminən 2014-cü ilin mart ayının əvvəllərində özünə məxsus ünvan 4 ünvanında yerləşən evi satmaq qərarına gəlib qısa müddət ərzində tanımadığı rus qadına 110000 ABŞ dollarına, yəni 85800 manata satmışdır. Evi rəsmi olaraq 85800 manata satsa da, dövlət rüsumunu az ödəmək məqsədi ilə aralarında bağladıqları rəsmi yazılı müqavilədə məbləği 30000 manat kimi qeyd etmişdir. Həmin ərəfədə kirayədə yaşadığı üçün 85800 manat pulu saxlamaq üçün Arzuya vermişdir. 2015-ci ilin əvvəllərində Arzu onda qalan ona məxsus pulu biznesə qoymaq istədiyini deyib, ona lazım olduğu vaxtda qaytaracağını bildirəndə, o da, razılığını ifadə etmişdir. Arzu pulun biznesinə lazım olduğunu bildirsə də, konkret hansı məqsədlə lazım olduğunu ona deməmişdir. Aradan bir müddət keçəndən sonra onun özünə pul lazım olduğundan Arzudan verdiyi borcu geri qaytarmasım tələb etsə də, Arzu pulu qaytara bilmədiyini deyərək məsələnin mahiyyətini ona danışmışdır. Arzu ona demişdir ki, Bakı şəhərində yerləşən məktəblərdən birinə direktor təyin etdirmək və baxça açıb onu həmin baxçaya müdir təyin etdirmək məqsədi ilə Təqsirləndirilən şəxs cəmi 300000 manat pul versə də, Təqsirləndirilən şəxs onu aldadaraq verdiyi vədi yerinə yetirməmiş və verdiyi pulu da geri qaytarmaqdan imtina etmişdir. Bundan sonra o, Arzu ilə birlikdə bir neçə dəfə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən evinə getmişdir. Arzu onun yanında Samirəyə verdiyi 300000 manat pulun 80000 manat hissəsinin ona məxsus olduğunu deyib, həmin 300000 manat pulunu geri qaytarmasını tələb etsə də, Təqsirləndirilən şəxs hər dəfə yaxın günlərdə pulu hissə-hissə qaytaracağını vəd etmişdir. Təqsirləndirilən şəxs aldığı pulu qaytarmaq fikrində olmadığına əmin olandan sonra, Arzu onun barəsində şikayət etmək qərarına gəlmişdir. X12 verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 hər dəfə onun yanında Təqsirləndirilən şəxs Bakı şəhərində yerləşən orta məktəblərin birinə onu direktor təyin etdirəcəyinə və birlikdə baxça açıb baxça biznesi ilə məşğul olaraq onun həmin baxçanın müdirəsi olacağına yalan vəd verib onu aldadaraq pulunu ələ keçirdiyini deyib, ona verdiyi 300000 manat pulu geri qaytarmasını tələb edəndə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 40000-50000 manat civarmda pulu aylıq 10 faizlə sələmə götürməsi və faizi də daxil olmaqla pulu tam qaytarması, Zərərçəkmiş şəxs1 ondan faiz pulunu tələb etməsi barədə heç bir söz deməmiş, əksinə hər dəfə pulu yaxın günlərdə qaytaracağına söz vermişdir (cild 1, iş vərəqi 59-62). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Şahid1 dindirmə protokolundakı imzaların və sonda yazılan qeydlərin ona məxsus olduğunu, məhkəmədə elan olunmuş ifadəni onun verdiyini və həmin ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamış və görməmişdir. O, pulu Arzu xanıma vermişdir. 2015-ci ildə Arzu xanım ona pul lazım olduğunu bildirmiş, o da, Arzu xanımı çoxdan tanıdığına görə ona pul vermişdir. Suallara cavab verən Şahid3 istintaq zamanı ifadə verdiyini və həmin ifadəni təsdiq etdiyini, pulu verəndə hansı müddətə qaytaracağı barədə Arzu ilə onun arasında söhbət olmadığını, 2020ci ildə atası əməliyyat olunduğu üçün ona pul lazım olduğunu və Arzu xanımdan verdiyi pulu geri istədiyini, yalnız bundan sonra Arzu xanımın ondan aldığı pulu Samirəyə verdiyini bildirdiyini, özünün Arzu xanımın telefonu ilə Samirəyə zəng edib danışdığını, polis şöbəsində olarkən Arzunun Samirəyə 300.000 manat pul verdiyini bildiyini, Arzu xanımın kiməsə faizə pul verdiyini eşitmədiyini, özünə məxsus olan 20.000 manatı tələb etdiyini, Arzunun isə Samirədən 300.000 pul tələb etdiyini, Arzu ondan pulu istəyərkən nə məqsədlə ona pul lazım olduğunu demədiyini, Arzunun “Gənclik» metrostansiyasının yaxınlığında yaşadığını, polis orqanında dindirilərkən otaqda ondan və müstəntiqdən başqa heç kimin olmadığını, hazırda ondan alınmış 20.000 manatın qaytarılmasını istədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərdi ki, onun qızı Türkan Leninqradda oxumuş, diplomunun Azərbaycanda tanınması üçün tanışı Elnura müraciət etmişdir. Elnurdan qızının diplomunun tanınmasının mümkün olub-olub olması ilə maraqlanmağı xahiş etmişdir. Elnur da bu barədə maraqlanıb bir söz deyəcəyini bildirmişdir. Verilən sualları cavablandıran Şahid6 bildirdi ki, o, diplomun tanınması üçün Elnura pul verməmiş, həmçinin Elnurun da bu məqsədlə kiməsə pul verib-verməməsini bilməmişdir. Elnur onun uzaq qohumudur. Onların arasında pul söhbəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərdi ki, onun Elnurla münasibətləri yaxşı olmuşdur. Bir gün Elnur ona bir tanışı olduğunu, həmin tanışının qızının Rusiyada təhsil aldığını və onun diplomunun Azərbaycanda tanınmasına köməklik etmək lazım olduğunu bildirmişdir. O da, bir nəfər olduğunu, onunla maraqlanıb bir cavab verəcəyini demişdir. Verilən sualları cavablandıran Şahid5 Elnurun dediyi şəxsin xaricdə təhsil aldığını, həmin şəxsin diplomunu Elçinin gətirdiyini, Samirənin ona həmin diplomun tanınması məsələsini həll edə biləcəyini dediyini, pulu iki dəfəyə verdiyini, həmin pulu ona Elnurun verdiyini, şikayət edəndən sonra Samirənin yoldaşı Akifin gətirib həmin pulu qaytardığını, Şahid4 onun yaxın adamı olduğunu, Samirəyə müraciət edəndə, sonuncunun diplomun tanınması üçün pul vermək lazım olduğunu bildirdiyini, əvvəlcə 4000 manat verdiyini və həmin pulu Samirəyə “Özsüt» kafesində verdiyini, həmin vaxt Samirənin qalan pulu da tez çatdırmaq lazım olduğunu dediyini bildirdi. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs onun bacısının qızıdır. 2018-ci ilin dekabr ayında o, bir gün Samirəgilə getmiş, təxminən yarım saat oturandan sonra Samirənin bibisi Firəngiz də onlara gəlmişdir. O, Firəngizlə söhbət etdiyi vaxt səs-küy gəlmiş, səsi gələnin kim olduğunu bilməmişdir. Samirənin «al pulunu, bu da sənin faizin» dediyini eşitmişdir. Sonradan bilmişdir ki, Samirənin yanında olan Arzudur. Onların söhbəti zamanı Arzunun yüksək səslə “səndən faizin faizini də alacam» sözlərini dediyini də eşitmişdir. Əlavə şahid qismində dindirilmiş Şahid7 suallara cavab olaraq həmçinin bildirdi ki, Samirə ilə Arzunun qızları bir sinifdə oxumuş, Arzu onların xeyir və şərin də iştirak etmişdir. Həmin vaxt Samirənin cavan qardaşı rəhmətə getdiyi üçün o da, Samirəyə baş çəkmək üçün getmişdir. Həmin vaxt dekabr ayının ikinci yarısı olmuş, Arzunun əlində qara bloknotu olmuşdur. Arzu gedəndən sonra onlar Samirəni danlamışlar. Samirə onlara hər ikisinin arasında olan məsələ olduğunu demiş, lakin dəqiq nə məsələ olduğunu deməmişdir. X13 nə qədər pul aldığını və pulu neçə faizə aldığını bilməmişdir. Həmin vaxt onun istifadəsində indi işlətdiyi nömrə yox, başqa mobil nömrə olmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, həmin gün o, Samirəyə baş çəkməyə getmiş, həmin vaxt xalası Esmira da onlara gəlmişdir. Orada olduqları vaxt Arzu da Samirəgilə gəlmişdir. Arzu içəri girəndə onu itələyb keçmiş və Samirə ilə yüksək tonda danışmağa başlamışdır. Arzu Samirə ilə pul üstündə mübahisə etmişlər. Həmin vaxt Samirə yuxarı mərtəbəyə çıxıb əlində pulları gətirmiş və 3 paçka 100-lük, iki paçka isə 50-lik əskinasları stolun üstünə çırpmışdır ki, “al, bu pulun, bu da faizlərin». Əlavə şahid qismində dindirilmiş Şahid8 suallara cavab olaraq həmçinin bildirdi ki, əvvəllər Arzunu özünün qardaşının və qardaşı oğlunun yas mərasimlərinə gələndə görmüşdür. Həmin vaxt qardaşı oğlunun qırxı çıxmış, o da, həmin gün Samirəyə baş çəkmək üçün getmişdir. Sonradan onlar Samirədən Arzuya verdiyi pulun nə pul olduğunu soruşanda, Samirə Arzudan sələmə pul götürdüyünü, həmin pulu da qaytardığını bildirmişdir. O, Samirənin pulu nə məqsədlə aldığını bilmir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun qızıdır, Arzunu isə qızının yaxın tanışı kimi tanımışdır. Onların yaxın münasibətləri olmuş, Arzu qızı Samirəgilə gəlib-getmişdir. Samirə Arzudan sələmə pul almışdır. Arzu 25 iyun tarixində onlara gəlmiş, ondan Samirənin harada olduğunu soruşmuşdur. O, həmin vaxt qızının həbs olunduğunu bilsə də, ona Samirənin harada olduğunu bilmədiyini demişdir. Bu zaman Arzu Samirənin ona 200.000 manat verəcəyi olduğunu demiş, həmin pul verilsə, bu saat onu buraxdıracağını bildirmişdir. Əlavə şahid qismində dindirilmiş Şahid10 suallara cavab olaraq həmçinin bildirdi ki, söhbət zamanı Arzu Samirənin ona 200.000 manat borcu olduğunu demişdir. Arzunun 3-4 dəfə onların evinə gəldiyini görmüş, lakin Samirənin Arzuya pul verdiyini görməmişdir. Samirənin Arzudan pul götürdüyünü əvvəllər bilməmişdir. Samirənin nəyə görə pul aldığını bilmir. Yalnız Samirə tutulandan sonra bilmişdir ki, Samirə Arzudan faizə pul almışdır. Samirə isə demişdir ki, 40.000 manat borcu olmuş, həmin borcu da qaytarmışdır. Arzu onlara gələndə qara bir dəftəri olmuş, gələndə demişdir ki, 4 ayın faizi qalmışdır, onu verərsən. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun arvadıdır, Zərərçəkmiş şəxs1 isə 20 ildən çoxdur ki, tanıyır, onunla ailəvi dostluğu olmuşdur. Arzunun qızı ilə onun qızı bir məktəbdə oxumuşlar. Bildiyi qədər, həyat yoldaşı Samirə Arzu xanımdan ayı 10%-dən 40.000 manat faizə pul götürmüş, sonradan isə həmin pulu qaytarmışdır. Arzu xanımla onun həyat yoldaşı Samirə arasında Arzunun işə düzəldilməsi barədə söhbət olmasını bilməmişdir. Sonradan o, ittiham aktı ilə tanış olanda orada görmüşdür ki, guya Samirə xanım işə düzəltmək adı ilə Arzudan 150.000 manat pul almışdır, ancaq bu olmamış və yalandır. 2018-ci ildə bilmişdir ki, 40.000 manat pul qaytarılmamışdır, sonra Samirəyə demişdir ki, Arzu evin adamıdır, incitmə onu, 40.000 manatı ver getsin. 2020-ci ildə bir gün görmüşdür ki, Arzu ilə Samirə mətbəxdə mübahisə edirlər. Oraya gəlib nə məsələ olduğunu soruşduqda, Arzu Samirənin 10 günlük 1500 manat faizə pul götürdüyünü, indi həmin pulun 1700 manat olduğunu, lakin Samirənin onu vermədiyini bildirmişdir. O da, Arzuya heç bir problem olmadığını, həmin pulu özünün qaytaracağını bildirmişdir. Arzunun nəyə görə belə bir hərəkət etdiyini o, izah edə bilmir. Arzu xanıma onun yanında pul verilməmişdir. Zərərçəkmiş şəxs ona pulun məbləğini deməmişdir və o, heç vaxt Samirə ilə Arzunun işlərinə müdaxilə etməmişdir. Pulun götürülməsi barədə onun xəbəri olmamışdır. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş üzləşdirmə protokollarına əsasən, ibtidai istintaq zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Şahid5, həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs ilə X12, Zərərçəkmiş şəxs2 və Şahid4 arasında üzləşdirmələr keçirilmişdir. Həmin istintaq hərəkətləri zamanı adları çəkilən zərərçəkmiş şəxslər və şahidlər istintaqa verdiyi sərbəst ifadələrini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə onu ifşa etmişlər (cild 1, iş vərəqi 196-202, 204-208, cild 2, iş vərəqi 58-61, 168, 249). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən daxil olmuş 20 sentyabr 2022-ci il tarixli **********816 nömrəli məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən ünvan 6 ünvanında yerləşən 35 nömrəli mənzil xx.xx.1999-cu il tarixində X8 adına qeydiyyata alınmış və Bakı şəhəri, 9 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixdə X2 adına özgəninkiləşdirilmişdir və hazırda onun mülkiyyətindədir (cild 2, iş vərəqi 118-131). Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli 09- 9-1973/10 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-xx.xx.2017-ci illərdə Bakı şəhəri, 44 nömrəli tam orta məktəbdə direktor olmuş, əmək müqaviləsinə müddətin bitməsinə görə xitam verilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2019-xx.xx.2021-ci illərdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 5 nömrəli tam orta məktəbdə direktor işləmişdir. Əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilmişdir (cild 2, iş vərəqi 213-218). Cinayət işində olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 1 ədəd diskin baxışı zamanı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə görüşərkən və mobil telefonda aralarında olan danışıqlar zamanı mobil telefon vasitəsi ilə aralarında olmuş danışıqların bəzilərini səsi və danışıqları qeyd edən proqram vasitəsi ilə qeydə almışdır. Həmin diskdə olan 9 ədəd səs yazısı dinlənildikdə məlum olur ki, danışıqların hər birində Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pulu nə vaxt qaytaracağını, evini nə vaxt satacağını və 7 ildən çox müddət ərzində verdiyi pulu qaytarmamasının səbəbini soruşur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Səbinənin onun evinə gəlməməsini desə də, Zərərçəkmiş şəxs1 Səbinənin pul üçün onun evinə gələcəyini, Nurlan adlı şəxsə pul verməli olduğunu, Səbinəyə fevral ayında pulu qaytaracağına söz versə də, pulu qaytarmadığını, heç olmasa 20000-30000 manat məbləğdə pulu geri qaytarmasını, 7 il əvvəl 1 ay ərzində 80000 manat pul verdiyini, pulu hissə-hissə 5000 manat olmaqla qaytaracağına söz versə də, qaytarmadığını bildirir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 səbrli olmasını, əsəbləşməməsini və s. xahiş edərək yaxın günlərdə pulu geri qaytaracağını deyir. Bundan başqa, təqdim edilən səs yazılarından ikisində Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs “mən sənə 300000-400000 manat pul vermişəm, sən 400 manat qaytara bilmirsən, mənim pulumu necə qaytaracaqsan” sözlərini deməsi, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs məxsus səs olduğunu bildirdiyi şəxs tərəfindən isə “qaytaracam, hamısını qaytaracam” məzmununda cavab verildiyi öz əksini tapmışdır (cild 1, iş vərəqi 39). Məhkəmə-fonoskopik ekspertizasının 03 noyabr 2022-ci il tarixli 4/1483 nömrəli rəyindən görünür ki, ekspertiya təqdim olunmuş 1 ədəd “İMATİON” markalı DVD-R diskdə olan WhastApp Audio 2022-02-18 at 20.09.24(9), WhastApp Audio 2022-02-18 at 20.09.24(10), WhastApp Audio 2022-02-18 at 20.09.24(11), WhastApp Audio 2022-02-18 at 20.09.24(12), WhastApp Audio 2022- 02-18 at 20.09.24(13), WhastApp Audio 2022-02-18 at 20.09.24(14), WhastApp Audio 2022-02-18 at 20.09.24(15), WhastApp Audio 2022-02-18 at 20.09.24(16), WhastApp Audio 2022-02-18 at 20.09.24(17) adlı fonoqramlarda pozma, buraxma, əlavəetmə, birləşdirmə kimi montaj əlamətləri müəyyən olunmamışdır. Mübahisəli fonoqramların qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından yazılış vaxt və ya yazılışdan sonra edilmiş dəyişiklərin olub-olmamasını, eləcə də mübahisəli fonoqramlarda danışığın əvvəlinin kommunikativ aktın əvvəli üçün xarakterik forma başlamamasınm səbəbəni müəyyən etmək mümkün olmadı. Mübahisəli fonoqramlar ilkin olmayıb surət fonoqramlardır. Mübahisəli fayl-fonoqramlar “İphone 10” markalı yazı qurğusu (mobil telefon) vasitəsi ilə qeydə alınmışdır (cild 1, iş vərəqi 228-232). "xxxx" MMC-dən 25 oktyabr 2022-ci il tarixli 22159 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı abonent nömrəsinə xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, zərərçəkmiş şəxs Şahid5 istifadəsində olan 050 ***-**-** və şahid Zərərçəkmiş şəxs2 istifadəsində olan 050 ***-**-** saylı mobil nömrələrinə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində daxil olan, çıxan və cavabsız zənglər, daxil olmuş və göndərilmiş SMS-lərin mətnləri, qeyd olunan müddət ərzində həmin mobil telefon nömrələrinin hansı əhatə dairələrinə düşməsi (CELL-İD) barədə məlumatların əks olunduğu CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan 055 ***-**-** mobil nömrəsinə dəfələrlə qarşılı zənglər olmuş, həmçinin onlar bir-birilərinə qarşılıqlı mesajlar yazmışlar. Həmin mesajlarda 2018-ci ildən başlayaraq Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona verdiyi pulları tələb edir, həmin pulların Şəbinə və Nurlana məxsus olmasını vurğulayır. Bundan başqa, həmin mesajlarda hər hansı pulun faizə verilməsi və faizin ödənilməsi ilə bağlı yazılar yoxdur. Həmçinin, Zərərçəkmiş şəxs1 2021-ci ilin avqust ayının sonunadək Təqsirləndirilən şəxs pullarını tələb edir, Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil nömrəsinə dair məlumatlarda X5 istifadəsində olan mobil telefonlarla danışıqlar da vardır. Lakin aralarında heç bir mesaj yazılmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında hər hansı bir danışıq aparılmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil nömrəsinə Şahid4 istifadəsində olan 050 ***-**-** mobil nömrəsi ilə xx.xx.2021-ci il tarixdə saat 23:58:15-də “Senedi oqluna ver gonder gelsin. Bu defe oqlun bilecek her seyi”, xx.xx.2021-ci il tarixdə saat 01:13:12-də “Senedi sabah gondermesen Fuadla isim boyuk olacaq. 12 ye qeder vaxtin var” məzmununda mesajlar yazmışdır. Şahid5 və Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil nömrələrin məlumatlarında hər hansı bir əhəmiyyət kəsb edən hal aşkar edilməmiş və Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 və Şahid4 arasında olan mesajlar 20 vərəqdə çıxarılaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 177-190). Cinayət işinə əlavə edilmiş X10 məxsus 107819 ******* nömrəli diplomun tərcüməsindən görünür ki, iqtisadiyyat ixtisası üzrə Rusiya Federasiyasının “X1 Cihazqayırma” Universitetində bakalavr təhsili almışdır (cild 1, iş vərəqi 242-246). İbtidai istintaq orqanının 15 noyabr 2022-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs1 təqdim etdiyi içərisində Təqsirləndirilən şəxs ilə danışıqların əks olunduğu 1 ədəd DVD-R formatlı disk və "xxxx" MMC-dən 25 oktyabr 2022-ci il tarixli 22159 nömrəli məktubla daxil olmuş CD disk öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 18-28). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 il 6 ay sınaq müddəti ilə şərti hesab edilmişdir (cild 1, iş vərəqi 76). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək, Zərərçəkmiş şəxs1 məktəb direktoru və ya bağca müdiri kimi iş düzəldəcəyini təklif etmədiyini və bu məqsədlərlə ondan hər hansı məbləğdə pullar götürmədiyini, Arzunu sələmə pul verən şəxs kimi tanıdığı üçün ondan təxminən 30-40 min manat faizə pul aldığını, həmin pulları da faizi ilə birlikdə tam şəkildə Arzuya qaytardığını, hazırda Zərərçəkmiş şəxs1 hər hansı borcunun qalmadığını, Arzunun istintaqa təqdim etdiyi səs yazılarında və SMS yazışmalarda olan danışıqların Arzudan faizə götürdüyü pulların qaytarılması ilə bağlı olduğunu, X4 isə ümumiyyətlə pul almadığını bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Həmçinin, məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs yaxın qohumları – anası Şahid10, əri Şahid9, xalası Şahid7 və bibisi Şahid8 əlavə şahid qismində dindirilərkən təqsirləndirilən şəxsin ifadəsinə uyğun ifadə verərək, Samirənin Zərərçəkmiş şəxs1 pulları sələmə götürdüyünü və həmin pulları 2018-ci ildə onların yanında tam şəkildə qaytardığını bildirmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı öz təqsirini etiraf etməsə də, onun Zərərçəkmiş şəxs1 qarşı iki epizodda, Şahid5 qarşı bir epizodda, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Şahid5 ifadələri, iş üzrə dindirilmiş çoxsaylı şahidlərin ifadələri, həmçinin məhkəmədə tədqiq edilmiş üzləşdirmə protokolları ilə, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə apardığı danışıqların qeydə alındığı 1 ədəd diskə baxış protokolu, telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokolla, məhkəmə-fonoskopik ekspertizasının 03 noyabr 2022-ci il tarixli 4/1483 nömrəli rəyi ilə, həmçinin işdə olan və məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam təsdiq olunur. Bu səbəbdən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri onun tərəfindən məsuliyyətdən yayınmaq üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid kimi dindirilmiş Təqsirləndirilən şəxs qohumlarının verdikləri ifadələri qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, həmin şəxslər təqsirləndirilən şəxsin yaxın qohumları kimi öyrədilmiş şahidlərdir və onların verdikləri ifadələr obyektiv həqiqəti əks etdirmədiyindən sübut kimi qəbul edilməsi yolverilməzdir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi, yəni zərərçəkiş şəxs Zərərçəkmiş şəxs2 münasibətdə maddi ziyanın ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxsn cəzasının başlanğıcı 23 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nərimanov RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində çıxarılmış Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli hökmü ilə bağlı aşağıdakıları qeyd etməyi lazım bilir: Belə ki, həmin hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, qəti olaraq 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası 1 il 6 ay sınaq müddəti ilə şərti hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Bu Məcəllənin 71.4-cü maddəsində göstərilən hallarda da cəza bu qaydada təyin edilir. Cinayət qanunvericiliyinin həmin müddəasından aydın olur ki, şərti məhkumetmənin ləğvinin konkret əsasları qanunla müəyyən edildiyindən və Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməllərini sınaq müddəti ərzində deyil, əksinə həmin hökm çıxarılmamışdan əvvəl törətdiyindən, qeyd olunan müddəa ona şamil edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 27-ci bəndində məhkəmələrə tövsiyyə olunur ki, şərti məhkum edilmiş şəxsin birinci iş üzrə hökm çıxarılanadək başqa cinayət törədilməsində də təqsirli olması müəyyən edilərsə, bu halda, CM-nin 65-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilmir, belə ki, CM-nin 71-ci maddəsində şərti məhkumetmənin ləğv edilməsi əsaslarının tam siyahısı verilmişdir. Belə hallarda, birinci və ikinci işlər üzrə hökmlər müstəqil icra olunur. Cinayət qanunvericiliyinin yuxarıda göstərilən müddəasına əsasən və Ali Məhkəmə Plenumunun tövsiyyələrini nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı hökm və Təqsirləndirilən şəxs barəsində çıxarılmış Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli hökmü müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinin tələbinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəaya əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs1 təqdim etdiyi və Təqsirləndirilən şəxs ilə danışıqların əks olunduğu 1 ədəd DVD-R formatlı disk, həmçinin "xxxx" MMC-dən daxil olmuş CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 mülki iddia qaldıraraq vurulmuş maddi ziyana görə 300.000 (üç yüz min) manat və dövlət rüsumu kimi ödənilmiş 590 (beş yüz doxsan) manat, ümumilikdə 300.590 (üç yüz min beş yüz doxsan) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 38-ci bəndində məhkəmələrə tövsiyyə edilir ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxs cinayət təqibi mərhələsində CPM-nin 179-183-cü maddələrinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalıdır. Məhkəmədə müəyyən edildi ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası CPM-nin 179- 183-cü maddələrinin tələblərinə əməl etməklə cinayət təqibi mərhələsində mülki iddia qaldırmış və həmin mülki iddiaya görə müəyyən edilmiş dövlət rüsumunu ödəmişdir. Həmçinin, məhkəmə iclasında Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətlərini törətməsi tam sübuta yetirilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 qaldırdığı mülki iddianın təmin olunması haqqında qərar edilməsi ilə əlaqədar onun dövlət rüsumu qismində ödədiyi 590 (beş yüz doxsan) manat pul vəsaiti də Təqsirləndirilən şəxs alınıb zərərçəkmiş şəxsə ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 200 (iki yüz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hazırkı hökm və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, qəti olaraq 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının 1 il 6 ay sınaq müddəti ilə şərti hesab edilməsi haqqında Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli hökmü müstəqil icra olunsun. Cinayət işi üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs1 təqdim etdiyi və Təqsirləndirilən şəxs ilə danışıqların əks olunduğu 1 ədəd DVD-R formatlı disk, həmçinin "xxxx" MMC-dən daxil olmuş CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 200 (iki yüz manat) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiası tam təmin edilsin. Vurulmuş maddi ziyana görə 300.000 (üç yüz min) manat və dövlət rüsumu kimi ödənilmiş 590 (beş yüz doxsan) manat, ümumilikdə 300.590 (üç yüz min beş yüz doxsan) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs1 ödənilsin. Cinayət işi üzrə əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-115/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-115/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver