Məhkəmə qərarları › İş №1(101)-115/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-115/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-115/2025 13.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X11 və X4 ibarət tərkibdə, X15 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və onların müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, X5 və Müdafiəçi2, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, tərcüməçilər X1 və X3 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə, xx xxxxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə, xx xxxxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqa məlum olmayan “Şahin” adlı İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi razılaşma və niyyətə uyğun olaraq “Şahin” adlı şəxs qanunsuz olaraq satış məqsədi ilə məlum olmayan mənbədən və vaxtda bir bükümdə külli miqdarda, yəni 3010 qram təmiz çəkidə qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək istintaqla müəyyən olunmayan üsulla ünvan 7 ünvanın yaxınlığında yerləşdirib, bu barədə məlumatları qrupun digər üzvü Təqsirləndirilən şəxs3 ötürmüş, sonuncu öz növbəsində ona və qrupun digər üzvü Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni götürüb ayrı-ayrı şəxslərə satılmasını təmin etmək üçün özünə çatdırılmasını bildirib bu məqsədlə 20 manat yol pulu verərək onları istintaqa məlum olmayan taksi ilə qeyd olunan ünvana yola salmış, həmçinin mütəmadi olaraq telefon əlaqəsi yaratmaqla onları narkotik vasitənin gizlədildiyi yer barədə məlumatlarla təmin etmiş, 05 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində o, Təqsirləndirilən şəxs2 ilə birlikdə təmiz çəkisi 3010 qram təşkil edən, qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroini “Şahin” adlı şəxsin yerləşdirdiyi yerdən götürüb əldə edərək sonradan həmin narkotik vasitənin bir hissəsinin onlara verilməsi şərti ilə Təqsirləndirilən şəxs3 çatdırmaq üçün üzərlərində saxlamaqla daşımış, 05 yanvar 2023-ci il tarixdə, saat 20:00-da Yasamal Rayon Polis İdarəsinin NMB-nin və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 7 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əlində saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 3010 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqa məlum olmayan “Şahin” adlı İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi razılaşma və niyyətə uyğun olaraq “Şahin” adlı şəxs qanunsuz olaraq satış məqsədi ilə məlum olmayan mənbədən və vaxtda bir bükümdə külli miqdarda, yəni 3010 qram təmiz çəkidə qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək istintaqla müəyyən olunmayan üsulla ünvan 7 ünvanın yaxınlığında yerləşdirib bu barədə məlumatları qrupun digər üzvü Təqsirləndirilən şəxs3 ötürmüş, sonuncu öz növbəsində ona və qrupun digər üzvü Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni götürüb ayrı-ayrı şəxslərə satılmasını təmin etmək üçün özünə çatdırılmasını bildirib bu məqsədlə 20 manat yol pulu verərək onları istintaqa məlum olmayan taksi ilə qeyd olunan ünvana yola salmış, həmçinin mütəmadi olaraq telefon əlaqəsi yaratmaqla onları narkotik vasitənin gizlədildiyi yer barədə məlumatlarla təmin etmiş, 05 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində o, Təqsirləndirilən şəxs1 ilə birlikdə təmiz çəkisi 3010 qram təşkil edən qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroini “Şahin” adlı şəxsin yerləşdirdiyi yerdən götürüb əldə edərək sonradan həmin narkotik vasitənin bır hissəsinin onlara verilməsi şərti ilə Təqsirləndirilən şəxs3 çatdırmaq üçün üzərlərində saxlamaqla daşımış, 05 yanvar 2023-cü il tarixdə, saat 20:00-da Yasamal Rayon Polis İdarəsinin NMB-nin və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 7 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs1 ilə birlikdə saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin inzibati binasına gətirilib sonuncunun üzərinə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 əlində saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 3010 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, saxlamaqla daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Şahin” adlı İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi razılaşma və niyyətə uyğun olaraq “Şahin” adlı şəxs qanunsuz olaraq satış məqsədi ilə məlum olmayan mənbədən və vaxtda bir bükümdə külli miqdarda, yəni 3010 qram təmiz çəkidə qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək istintaqla müəyyən olunmayan üsulla ünvan 9 ünvanın yaxınlığında yerləşdirib bu barədə məlumatları ona ötürmüş, o isə öz növbəsində qrupun digər üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni götürüb ayrı-ayrı şəxslərə satılmasını təmin etmək üçün ona çatdırılmasını bildirib bu məqsədlə 20 manat yol pulu verərək onları istintaqa məlum olmayan taksi ilə qeyd olunan ünvana yola salmış, həmçinin mütəmadi olaraq telefon əlaqəsi yaratmaqla onları narkotik vasitənin gizlədildiyi yer barədə məlumatlarla təmin etmiş, 05 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə birlikdə təmiz çəkisi 3010 qram təşkil edən qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroini “Şahin” adlı şəxsin yerləşdirdiyi yerdən götürüb əldə edərək sonradan həmin narkotik vasitənin bir hissəsinin onlara verilməsi şərti ilə ona çatdırmaq üçün üzərlərində saxlamaqla daşımış, 05 yanvar 2023-ci il tarixdə, saat 20:00da Yasamal Rayon Polis İdarəsinin NMB-nin və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 ünvan 9 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin inzibati binasına gətirilib Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılan zaman sonuncunun əlində saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 3010 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3cü maddələri ilə ittiham ona görə irəli sürülmüşdür ki, onlar yuxarıda təsvir olunan şəkildə göstərilən həmin hərəkətləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlama və daşıma cinayət əməlini törətmişlər. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslər tərəfindən onlara elan edilmiş ittihamlar mübahisələndirilərək, onlar tərəfindən həmin ittihamlar qəbul edilməmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı tərəfindən ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyi, həmçinin təqsirləndirilən şəxslərin cinayət əməllərinin Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməsi müdafiə edilmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, İran İslam Respublikasının vətəndaşı Şahin adlı şəxslə instaqram sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışdır. Şahin onun telefonuna şəkil göndərmiş, həmin şəkildə narkotik vasitələrin ucuz qiymətdə- 25 manata satışı qeyd edilmiş və nömrə qoyulmuşdur. O, həmin nömrəyə cavab yazmışdır. Həmin narkotik vasitə hər yerdə 100 manatdır, lakin Şahin 25 manata satırmış. İlk öncə bir qədər ehtiyat etmiş, lakin ucuz olduğu üçün o, narkotik vasitə almaq məqsədi ilə yazmışdır. O, cavab yazarkən bildirmişdir ki, onun 50 manatı var və həmin şəxs razılaşmışdır. O, 50 manatlıq narkotik vasitəni alıb istifadə etmişdir. Bir müddətdən sonra o, yenə Şahin adlı şəxsdən narkotik almaq üçün sonuncunun bank kartına 50 manat göndərməyi təklif etmiş, Şahin isə bildirmişdir ki, 50 manat deyil, 150 manat göndərsin. O isə 50 manatdan artıq pulunun olmadığını bildirmişdir. Həmin şəxs ilk öncə razılaşmasa da, 2-3 saat sonra həmin şəxsin özü ona yazmışdır ki, 50 manatı kartına göndərsin. O, 50 manat pulu həmin şəxsin kartına göndərdikdən sonra bu dəfə ona heç bir cavab verməmişdir. 3-4 gün ərzində o, həmin şəxsə yazsa da, həmin şəxs ona cavab verməmişdir. 3-4 gündən sonra həmin şəxs ona yazmışdır ki, narkotik vasitəni yerləşdirəcəyi yerin konumunu (məkanın yerini) ona göndərir, gedib götürsün. Həmin şəxs ona bildirmişdir ki, narkotik vasitəni kiçik paketdə Yasamal rayonu ərazisində “İsmət” şadlıq sarayının yaxınlığında zibil qablarının yanına atmışdır. Şahinin göndərdiyi narkotik vasitə ilə bağlı danışarkən həmin şəxs özünü ona Anar kimi təqdim etmişdir. O, gedib Şahinin dediyi ünvana yaxınlaşmış və heç kimin olmadığını görmüşdür. Geri qayıtmaq istəyən zaman polis əməkdaşları ona yaxınlaşıb əlinə qandal vurmuşlar və adının Anar olmasını soruşmuşlar. O, adının Anar olmadığını bildirdikdə polis əməkdaşlarından biri digərinə əlindəki qandalı açmasını bildirmişdir. Daha sonra telefonu əlindən alıb Şahin adlı şəxslə yazışmalarını gördükdə onun əllərini yenidən qandallamışlar. Əməliyyatçının biri digərinə bildirmişdir ki, paket hardadırsa çıxartsın. Həmin polis əməkdaşı da gedib paketi götürüb gətirmiş və ona bildirmişdir ki, bu paket sənindir. O, həmin vaxt boş kurtka geyinibmiş. Polis əməkdaşları narkotik vasitəni qolunun altına qoymaq istəyən zaman o, mane olmaq istəsə də, polis əməkdaşları onun başının arxasından vurmuşlar və o, yerə yıxılmışdır. Narkotik vasitəni yenə də onun qolunun altına qoymaq istəyən zaman özünü asfalta vurmuşdur. Onu o formada yerdən götürüb sürüyərək avtomobilin arxa oturacağına əyləşdirmişlər. Avotomobildə polis əməkdaşları yenə də onun başının arxasından vuraraq sakit durmağını tələb etmişlər. Eyni zamanda onu təhqir də etmişlər. Onu polis şöbəsinə aparıb telefonunu götürmüşlər. Polis əməkdaşı bildirmişdir ki, Şahin adlı şəxsdən iki dəfə ard-arda mesaj gəlmişdir. Polis əməkdaşları narkotik vasitənin ona məxsus olduğunu etiraf etməli olduğunu bildirmişlər. O, həmin narkotik vasitələrdən məlumatı olmadığını bildirmişdir. Polis əməkdaşları ona bildirmişlər ki, əgər narkotik vasitənin ona məxsus olması barədə sənədlərə imza etsə, yanında olan Təqsirləndirilən şəxs2 buraxacaqlar. O isə “bəs qol çəkdikdən sonra əgər həmin qızı buraxmasanız, o zaman necə olacaq? ” deyə soruşmuşdur. Polis əməkdaşları ona başqa yolunun olmadığını və dediklərinə imza etməli olduğunu, əks halda narkotik vasitəni evindən çıxaracaqlarını və Leylanı da zorlayacaqlarını bildirmişlər. O da məcbur olaraq polis əməkdaşlarının dediklərini etmişdir. O, narkotik vasitəni götürməyə gedən zaman Təqsirləndirilən şəxs2 da onun yanında olmuşdur, lakin Leyla aralıda dayanmışdır. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərmişdir ki, İran İslam Respublikasının vətəndaşı Şahin adlı şəxs ona narkotik vasitəni götürməsi barədə yazarkən o, Təqsirləndirilən şəxs3 mesaj yazaraq sonuncudan 5 manat pul istəmişdir. Təqsirləndirilən şəxs3 ona bildirmişdir ki, Leyla ilə birlikdə yaxınlıqdadırlar, gəlib ondan 5 manat götürə bilər. O, Tamaranın yanına gedən zaman Leyla ilə o, Tamaraya sonuncu ilə birlikdə getmək istədiklərini demişlər, lakin Tamara dostları ilə görüşə getdiyini bildirmiş və onlarla birlikdə getməmişdir. Onun telefonunun enerjisi bitdiyindən Tamaranın telefonu ilə Şahinə mesaj göndərmişdir ki, narkotik vasitəni atdığı yerini konumunu (məkanın yerini) göndərsin. O, ünvan barədə məlumatlandıqdan sonra taksi sifariş edərək gedib narkotik vasitəni götürmüşdür. Polis əməkdaşları ona bildirmişlər ki, narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsə, qıza (Leylaya) təzyiqlər edəcəklər. O, məcbur olub sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs1 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, şəxsi axtarış keçirilərkən sorğu-sual zamanı Təqsirləndirilən şəxs3 adını çəksə də, bunu ona edilən təzyiqlər nəticəsində səhvən demişdir. Onu saxladıqdan bir-iki saat sonra video çəkiliş aparılmış, polis əməkdaşları tərəfindən psixoloji təzyiqlər olmuşdur. Belə ki, polis əməkdaşları ona bildirmişlər ki, etiraf etmədiyi təqdirdə narkotik vasitəni evindən çıxaracaqlar və gözünün qarşısında qızı (Leylanı) zorlayacaqlar. Onun telefonunu açan zaman orada Tamaranın adını görmüşlər. Polis əməkdaşları göndərilmiş konuma narkotik vasitəni qoyan şəxsin Tamara olub-olmadığını soruşmuş, o isə həmin şəxsin Tamara olmadığını bildirmişdir. Tamaranı tanıyıb-tanımadığını soruşan zaman o, bildirmişdir ki, Tamaranı tanımır və cəmi bir-iki dəfə görmüşdür. Polis əməkdaşları ona təzyiq edərkən konkret olaraq Tamaranın adını çəkməsini tələb etməmişlər, o qorxudan Tamaranın adını çəkmişdir. O, düşünmüşdür ki, onu polislərə Tamara satmışdır. O, 50 manat pulu Şahinin göndərdiyi karta terminal aparatı vasitəsilə göndərmişdir. Onun telefonunun enerjisi bitdiyi üçün o, Tamaranın telefonu ilə Şahin adlı şəxsə yazmışdır. Tamara Şahin adlı şəxsi tanımır. Şahin Tamaraya yazarkən ona müraciət edərək yazmışdır. O, Tamara ilə Şahin barəsində danışmışdır. O, Şahinə 50 manat göndərdiyini və Şahinin narkotik vasitəni göndərdiyi konuma yerləşdirdiyini Tamaraya söyləmişdir. Tamara aralarında olan bu danışıqlarından sonra Şahini tanımışdır. İlk öncə instaqram sosial şəbəkəsində Şahin ona yazmışdır. Whatsapp sosial şəbəkəsində isə ilk olaraq o, Şahinə yazmışdır. Təqsirləndirilən şəxs3 də narkotik istifadə edir, lakin narkotik vasitələri haradan və necə əldə etməsindən xəbəri yoxdur. Tamara ilə Şahin barəsində Şahin narkotik vasitə satdığına görə danışmışlar. O, Təqsirləndirilən şəxs3 ilə narkotik vasitəni necə əldə etmək, kiməsə vermək və ya satmaq barədə söhbət etməmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq daha sonra göstərmişdir ki, o, polis əməkdaşlarının qanunsuz təzyiqləri nəticəsində narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Əslində isə ondan heç bir narkotik vasitə aşkar olunmamışdır. O, həqiqətən də 50 manatlıq narkotik vasitənin başqa növünü sifariş etmişdir. Lakin saxlanılarkən onda narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs1 məhkəmənin sonrakı iclaslarında verilən suallara cavab olaraq həmçinin göstərmişdir ki, o, içərisində narkotik vasitə olan bağlamaya əl vurmamışdır, həmin bağlamanı götürməyə yaxınlaşmış, daha sonra həmin paketin zibil olduğunu düşünmüşdür. O, əvvəllər Şahin adlı şəxsdən iki dəfə şəxsi istifadəsi üçün narkotik vasitə almışdır. O, heç kimə narkotik vasitə satmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 05 yanvar 2023-cü il tarixdə verdiyi izahatında, daha sonra isə 06 yanvar 2023-cü il tarixdə şübhəli şəxs və 07 yanvar 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən iki aya yaxındır ki, psixotrop maddə hesab edilən metamfetamindən və narkotik vasitə hesab edilən marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs2 ilə təxminən 2022-ci ilin sentyabr ayında tanış olmuş və onunla qeyri-rəsmi qaydada münasibətdə olmuşdur. O, Leyla ilə bir neçə dəfə narkotik vasitə hesab edilən marixuana istifadə etmişdir. O, Leylanın vasitəsi ilə onun Rəfiqəsi olan Toma adlı qadınla da 2022-ci ilin noyabr ayında tanış olmuşdur. Həmin ərəfələrdə Toma ona bildirmişdir ki, onun Şahin adlı İran İslam Respublikasının vətəndaşı olan tanışı var və Şahin adlı şəxs ucuz qiymətə narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olur, əgər lazım olsa onunla telefon vasitəsi ilə əlaqə saxlayıb ondan narkotik vasitə və ya psixotrop maddə almaq olar. Həmin vaxt Toma adlı qadın ona Şahin adlı şəxsə məxsus mobil telefon nömrəsini vermiş və 31 dekabr 2022-ci il tarixdə axşam saatlarında o, Whatsapp sosial şəbəkəsi vasitəsilə ilə Şahin adlı şəxslə əlaqə saxlayaraq Şahinin qeyd etdiyi yerə, yəni Bakı şəhərinin kəndlərinin birindən təxminən 4 qrama yaxın metamfetamini götürüb Tomaya vermiş, Toma isə həmin metamfetaminin bir qramını ona vermişdir. 05 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində Şahin adlı şəxs onunla əlaqə saxlayaraq ona psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. O da Toma ilə əlaqə saxlayıb ona demişdir ki, Şahin ona zəng vurub psixotrop maddəsi olduğunu deyib. Toma da ona 20 manat taksi pulu verərək bildirmişdir ki, Şahin adlı şəxs təxminən 5-10 qram psixotrop maddə olan metamfetamini işarələnmiş yerə qoyacaq və ona həmin yerin məkanının şəklini çəkib Whatsapp vasitəsi ilə atacaq, o da həmin maddəni götürüb Tomaya çatdıracaq və bunun müqabilində Toma ona bir qram metamfetamin verəcək. O da həmin gün, yəni 05 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində tanışı Leyla ilə birlikdə Şahin adlı şəxsin ona atdığı məkana, yəni Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi 14 saylı ünvana getmişdir. Həmin vaxt işarələnmiş yerə onlar gedən zaman görmüşlər ki, həmin yerdə bir ədəd sellofan torba var və torbanın içərisindəki 5-10 qram metamfetaminə oxşamır. O, sellofan torbaya baxmaq istədikdə üç nəfər tanımadığı şəxslər onlara yaxınlaşıb özlərinin polis əməkdaşları olduqlarını bildirərək onları Yasamal Rayon Polis İdarəsinə dəvət etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etməyib birlikdə Yasamal Rayon Polis İdarəsinə getmişlər. Polis İdarəsində təqdim edilmiş vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmiş və baxış zamanı o, əlində saxladığı Şahin adlı şəxsin ona göndərdiyi sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları həmin sellofan torbanın içərisinə baxış keçirmiş və baxış zamanı həmin torbanın içərisindən külli miqdarda narkotik vasitə hesab edilən heroin aşkar edilmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Şahin adlı şəxs ona 5-10 qram metamfetamin yox, külli miqdarda narkotik vasitə hesab edilən heroin göndəribmiş. Bundan sonra polis əməkdaşları aşkar edilmiş narkotik vasitəni zərfə qoyaraq qablaşdırmış və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokola o, iştirakçılarla birlikdə imza etmişdir. Sorğu zamanı o, bildirmişdir ki, üzərindən aşkar edilmiş həmin narkotik vasitəni 05 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində Şahin adlı şəxsin qeyd etdiyi məkandan, yəni ünvan 10 ünvanın yaxınlığında Toma adlı qadının sifarişi ilə götürmüş, lakin həmin vaxt o, külli miqdarda narkotik vasitə yox, 5-10 qram metamfetamin gotürməli imiş. Polis İdarəsinə gətirilərkən, eyni zamanda Polis İdarəsində ona qarşı heç bir qanunsuz hərəkət olmamış, Şahin adlı və Toma adlı şəxslərin anket məlumatlarını bilmir, yalnız həmin şəxslərin telefon nömrələrini bilir, Şahin adlı şəxslə telefon vasitəsi ilə danışmış, narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə heç vaxt məşğul olmamış, o, bir neçə dəfə tanışlarından pul alaraq Şahin adlı şəxsdən narkotik vasitə alıb onlara vermişdir (iş vərəqə: cild İ, səh.35-36, 89-91, 109-111). Təqsirləndirilən şəxs1 yalnız ibtidai istintaqın sonunda elan edilmiş ittihamla razı olmadığına görə ifadə verməkdən və protokola imza etməkdən imtina etmişdir (iş vərəqə: cild İİİ, səh.144-145, cild İV, səh 72-73). Məhkəmə baxışı zamanı elan olunan ifadələrində müəyyən olunan fərqli və ziddiyyətli hallara münasibət bildirməsi Təqsirləndirilən şəxs1 təklif edilərkən o, bildirmişdir ki, Şahin adlı şəxsi onunla Təqsirləndirilən şəxs3 tanış etməsi, gedib narkotik vasitəni götürdükləri, narkotik vasitənin miqdarı ilə bağlı yazılanları və narkotik vasitəni götürən zaman polis əməkdaşlarının onları saxlamasına dair ifadəsini təsdiq etmir, həmin sözləri o, deməmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, həmin gün Təqsirləndirilən şəxs1lə birlikdə Yasamala getmişdir, amma nə üçün getdiyini bilməmişdir. O, narkotik vasitə istifadəçisidir. Lakin heç vaxt narkotik vasitə satmamış, satmaq niyyəti də olmamışdır. O, həmin gün Təqsirləndirilən şəxs1lə Yasamala getdikdən sonra, şəhərdə dostları ilə görüşəcəkmişlər. O, həmin gün Emil ilə birlikdə vaxt keçirtmək istəyirmiş. Həmin gün Emil ona Yasamalda tanışı ilə görüşəcəyini demişdir. Onlar Emilin tanışını “Qismət” şadlıq sarayının yanında gözləyirmişlər. Həmin vaxt onlara polis əməkdaşları yaxınlaşmışlar. Polis əməkdaşları onlara yaxınlaşıb burada nə etdiklərini soruşmuşlar. Polis əməkdaşları özləri oradan həmin paketi çıxarıb Emilə vermişlər, həmçinin onun və Emilin telefonlarını götürmüşlər. Emilin telefonunda narkotiki satan şəxslə yazışmalar aşkar olunmuşdur. Sonra onları maşınla idarəyə aparmışlar. İdarədə onları ayrı-ayrı otaqlara salmışlar. Emilin polis əməkdaşları tərəfindən döyülməyə məruz qaldığını o da təsdiq edir. Onlar hələ küçədə olduqda polis əməkdaşları Emili və onu döyəcəklərini demişlər. Amma polis əməkdaşları onu döyməmiş, lakin hədə-qorxu gəlmişlər. İttiham aktında göstərilmişdir ki, onu əvvəlcə X8 48 saatdan sonra buraxmışlar və sonradan həbs olunmuşdur, lakin əslində onu 48 saatdan çox saxlamışlar, sonra isə məhkəmə qarşısına çıxarmışlar və onu heç bir yerə buraxmamışlar. O, bir daha bildirir ki, həmin gün Təqsirləndirilən şəxs1lə birlikdə Yasamala getsə də, nə üçün getdiklərini o, bilməmişdir, yəni onun həmin narkotik vasitələrlə heç bir əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs2 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, onlar saxlanılan vaxt Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları tərəfindən ona fiziki yox, psixoloji təzyiqlər olmuşdur. Əvvəlcə polislər ona demişlər ki, onda heç nə aşkar olunmadığına görə onu buraxacaqlar, sonra o, ifadə verməkdən və imza etməkdən imtina etdikdə ona psixoloji təzyiqlər etmişlər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 05 yanvar 2023-cü il tarixdə verdiyi izahatında, sonra isə 06 yanvar 2023-cü il tarixdə şübhəli şəxs və 08 yanvar 2023cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, anası ilə birlikdə yaşayır və hazırda heç bir yerdə işləmir. Bakı şəhərində anadan olmuş və Bakı şəhərində orta məktəbi bitirmiş, həmçinin təxminən 2021-ci ilin sonunadək Bakı şəhərində yerləşən “Oult city” şirkətində işləmiş, buna görə də latın əlifbası ilə Azərbaycan dilində sərbəst yazıb oxuya bilir. Təqsirləndirilən şəxs1 təxminən beş aya yaxın idi ki, tanıyırmış və onunla qeyri-rəsmi qaydada münasibətdə olmuşdur. O, həmçinin Toma adlı qadınla da 2022-ci ilin oktyabr ayında tanış olmuşdur. Həmin ərəfələrdə o, Toma ilə bir neçə dəfə psixotrop maddə hesab edilən metamfetamin qəbul etmişdir. O, Tomanı tanışı Emillə də tanış etmiş, həmin ərəfələrdə Toma bildirmişdir ki, onun Şahin adlı İran İslam Respublikasının vətəndaşı olan tanışı var və Şahin adlı şəxs ucuz qiymətə narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olur. Əgər lazım olsa Şahinlə telefon vasitəsi ilə əlaqə saxlayıb ondan narkotik vasitə və ya psixotrop maddə almaq olar. Həmin vaxt X18 adlı şəxsə məxsus mobil telefon nömrəsini vermiş və Emil bir neçə dəfə Şahin adlı şəxslə Watsapp sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq Şahinin qeyd etdiyi yerə, yəni Bakı şəhərinin kəndlərinin birindən təxminən 4 qrama yaxın metamfetamini götürüb Tomaya vermişdir. Toma isə həmin metamfetaminin bir qramını Emilə vermişdir ki, o, Emillə birlikdə istifadə etsin. 05 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində Şahin adlı şəxs Emillə əlaqə saxlayaraq ona psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Emil də Toma ilə əlaqə saxlayıb ona demişdir ki, Şahin ona zəng vurub psixotrop maddəsi olduğunu deyib. Toma da Emilə 20 manat taksi pulu verib bildirmişdir ki, Şahin adlı şəxs təxminən 5- 10 qram psixotrop maddə olan metamfetamini işarələnmiş yerə qoyacaq və həmin yerin məkanının şəklini çəkib Watsapp vasitəsi ilə Emilə atacaq, Emil də həmin maddəni götürüb Tomaya çatdıracaq və bunun müqabilində Toma 1 qram metamfetamini Emilə verəcək. O da Emillə birlikdə 05 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində Şahin adlı şəxsin Emilə atdığı məkana, yəni Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi 14 saylı ünvana getmişdir. Həmin vaxt onlar işarələnmiş yerə yaxınlaşan zaman görmüşlər ki, həmin yerdə bir ədəd sellofan torba var və torbanın içərisindəki 5-10 qram metamfetaminə oxşamır. Onlar sellofan torbaya baxmaq istədikdə üç nəfər tanımadıqları şəxslər onlara yaxınlaşıb özlərinin polis əməkdaşkları olduqlarını bildirərək onları Yasamal Rayon Polis İdarəsinə dəvət etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etməyib birlikdə Yasamal Rayon Polis İdarəsinə gəlmişlər. Polis İdarəsində təqdim edilmiş vəkilin iştirakı ilə Emilin və onun üzərinə baxış keçirilmiş və baxış zamanı Emil əlində saxladığı Şahin adlı şəxsin göndərdiyi sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları həmin sellofan torbanın içərisinə baxış keçirmiş və baxış zamanı həmin torbanın içərisindən külli miqdarda narkotik vasitə hesab edilən heroin aşkar edilmişdir. Həmin vaxt onlara məlum olmuşdur ki, Şahin adlı şəxs 5-10 qram metamfetamin yox, külli miqdarda narkotik vasitə hesab edilən heroin göndəribmiş. Bundan sonra polis əməkdaşları aşkar edilmiş narkotik vasitəni zərfə qoyaraq qablaşdırmış və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokola o, iştirakçılarla birlikdə imza etmişdir. Sonra onun üzərinə baxış keçirilmiş, lakin baxış zamanı ondan hər hansı bir əşya aşkar edilməmişdir. Sorğu zamanı o, bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroini 05 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində Şahin adlı şəxsin qeyd etdiyi məkandan, yəni Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi 14 saylı ünvanın yaxınlığında Toma adlı qadının sifarişi ilə götürmüş, lakin həmin vaxt onlar külli miqdarda narkotik vasitə yox, 5-10 qram metamfetamin götürməli imişlər. Onlar saxlanılarkən və Polis İdarəsinə gətirilərkən, eyni zamanda Polis İdarəsində ona qarşı heç bir qanunsuz hərəkət olmamışdır. Şahin adlı və Toma adlı şəxslərin anket məlumatlarını bilmir, Şahin adlı şəxslə Emil telefon vasitəsi ilə əlaqə saxlayırmış. Toma adlı qadının isə yalnız mobil telefon nömrəsini bilir. Narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmamışdır (iş vərəqə: cild İ, səh.75-76, 93-95, 147-149). Bundan başqa, Təqsirləndirilən şəxs2 yalnız ibtidai istintaqın sonunda elan edilmiş ittihamla razı olmadığına görə ifadə verməkdən və protokola imza etməkdən imtina etmişdir (iş vərəqə: cild İİİ, səh.180-181, cild İV səh.124-125). Məhkəmə baxışı zamanı elan olunan ifadələrində müəyyən olunan fərqli və ziddiyyətli hallara münasibət bildirməsi Təqsirləndirilən şəxs2 təklif edilərkən o, bildirmişdir ki, Şahin adlı şəxslə Təqsirləndirilən şəxs1 Tamaranın tanış etməsi barədə ifadəni o, vermişdir. Həmin ifadəni Emil ifadə verdikdən sonra vermişdir. O, psixoloji təzyiqlərə məruz qaldığı üçün o cür ifadə vermişdir. Çünki, ona demişlər ki, 3 kiloqram narkotik vasitə onun boynunda qalacaq. İbtidai istintaq zamanı verdiyi həmin ifadəsini təsdiq etmir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə baş verən gün Təqsirləndirilən şəxs2 telefonunda simkart olmadığına görə Təqsirləndirilən şəxs1 ona mesaj yazaraq Leylaya zəng çatmadığını bildirib ondan 5 manat yol pulu istəmişdir. O, Təqsirləndirilən şəxs1 narkotik vasitəni gedib gətirməsi üçün göndərməmişdir. Ona kimsə narkotik vasitə verməli deyilmiş. O, sonradan bilmişdir ki, cinayət onun üstünə atılır. O, bunun səbəbini öyrənmək üçün Emilə sual verən zaman Emil bildirmişdir ki, sonuncunun həmin gün hara getdiyini bildiyi üçün onun Emili satdığını düşünmüşdür. Bu səbəbə görə də, Təqsirləndirilən şəxs1 ifadəsində onun adını çəkmişdir. O, heç kimi narkotik vasitə üçün göndərməmişdir. Onu da bilir ki, Təqsirləndirilən şəxs1 3 kiloqram narkotik vasitə arxası ilə getməmişdir. 5 manat yol pulu tapa bilməyən adamın 3 kiloqram narkotik vasitə arxası ilə getməsi məntiqli deyil. Təqsirləndirilən şəxs3 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1lə onun narkotik vasitənin satışı ilə məşğul olması barədə heç bir fəaliyyətləri olmamışdır. Təqsirləndirilən şəxs1lə onun narkotik vasitələri əldə etməklə bağlı mesajlarının olub-olmaması yadında deyil. O, Şahin adlı şəxsi əvvəldən tanımamışdır, Emil onun telefonu ilə Şahin adlı şəxsə yazdıqdan sonra sonuncunu tanımışdır. Ona Şahin adlı şəxsdən mesaj gələrkən sonuncu dəfə telefonu Emildə olduğundan o, bu haqqda Emilə demişdir ki, belə bir nömrədən mesaj gəlmişdir. Bu zaman Emil ona bildirmişdir ki, Şahinə 20-30 manat pul göndərmiş və 2-3 qram narkotik vasitə əldə edəcəkdir. O, Şahin adlı şəxsi Emil ilə tanış etməmişdir. O, Şahini Emil vasitəsi ilə tanımışdır. Emil isə Şahini instaqram sosial şəbəkəsindən tanıdığını bildirmişdir. Onun Emillə sonuncunun Şahindən narkotik vasitələri əldə etməsi və narkotiki kiməsə vermələri barədə danışıqları olmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan fərqli hallarla bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı 13 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, təxminən beş aya yaxındır ki, psixotrop maddə hesab edilən metamfetamindən çəkmək vasitəsi ilə istifadə edir. Təqsirləndirilən şəxs2 ilə təxminən üç ilə yaxındır ki, normal münasibəti olub və 2022-ci ilin oktyabr ayından başlayaraq Leyla ilə bir neçə dəfə birlikdə psixotrop maddə hesab edilən metamfetamindən istifadə etmiş və həmin vaxt psixotrop maddəni Leyla tanışlarından almışdır. 05 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində o, Leyla ilə birlikdə 9-cu mikrorayonda yerləşən “Pub“ klubda olan zaman Leylanın vasitəsi ilə tanış olduğu Emil adlı şəxs ona zəng vurub bildirmişdir ki, tanışı İran İslam Respublikasının vətəndaşı olan Şahin adlı şəxslə danışıb və Şahin adlı şəxs ona narkotik vasitə və psixotrop maddə satmaq istəyir və həmin narkotik vasitəni qoyduğu yeri atıb ki, Emil onun atdığı narkotik vasitəni götürsün. Emil ondan beş manat pul istəmişdir ki, həmin yerə taksi ilə getsin. Həmçinin Emil ondan xahiş etmişdir ki, həmin yerə onunla birlikdə getsin. O isə Emilə demişdir ki, onunla yox, həmin yerə Leyla ilə getsin. Lakin Emil demişdir ki, Leyla ilə yox, onunla birlikdə getmək istəyir. Bundan sonra, o, Leyla ilə birlikdə “Pub” klubdan çıxıb piyada 3-cü mikrorayon dairəsinin yaxınlığına gələrək orada Emillə görüşmüşdür. Həmin vaxt o, Emilə beş manat taksi pulu vermiş və özünə məxsus olan mobil telefonun internetini açmışdır ki, Emil telefonun internetindən istifadə edib Şahin adlı şəxslə Watsapp vasitəsi ilə danışsın ki, narkotikin yerini öyrənsin. Həmin vaxt Emil ona demişdir ki, onun telefonunun interneti yoxdur və buna görə onunla getməyini xahiş etmişdir. Lakin o, Emilə etiraz edib onunla getməmişdir. Daha sonra isə Leyla ilə Emil birlikdə taksiyə minib Şahin adlı şəxsin qeyd etdiyi yerə getmişlər. O da onlardan ayrılıb yaşadığı evə getmişdir. Həmin gün onlardan bir xəbər çıxmamış, lakin sonra ona məlum olmuşdur ki, Leyla və Emil narkotik vasitəni götürmək istəyərkən onları polis əməkdaşları tutmuşlar. Sorğu zamanı o, bildirmişdir ki, İran İslam Respublikasının vətəndaşı olan Şahin adlı şəxsi tanımır, onunla heç bir əlaqəsi olmayıb, həmçinin o, Emillə Şahin adlı şəxsi tanış etməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona Toma deyərək müraciət edir və onun adının Tamara olduğunuda bilirmişlər. Emilin ifadəsində göstərdikləri yalandır, o, Emilə nə Şahin adlı şəxsin mobil telefonunu vermiş, nə də ki, heç bir narkotik vasitə və ya psixotrop maddə sifariş verməmişdir. O, heç kəsi heç hara göndərməmiş, nə də ki, onlara heç vaxt narkotik vasitə və ya psixotrop maddə verməmişdir. Polis İdarəsində ona qarşı heç bir qanunsuz hərəkət olmamışdır (iş vərəqə: cild İ, səh.255-257). Bundan başqa, Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı 15 mart 2023cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən elan edilmiş ittihamla razı olmadığına görə protokola imza etməkdən imtina etmiş, bundan başqa 04 iyul 2023-cü il tarixdə və 18 sentyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən də elan edilmiş ittihamla razı olmadığına görə ifadə verməkdən və protokola imza etməkdən imtina etmişdir (iş vərəqə: cild İİ, səh.8-11, cild İİİ, səh.162-163, cild İV, səh 95- 96 ). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə münasibət bildirməsi Təqsirləndirilən şəxs3 təklif edilərkən o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 yanvar 2023-cü il tarixdə axşam radələrində əməliyyat tədbiri ilə bağlı əməliyyat müvəkkili Şahid2la Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində Təqsirləndirilən şəxs1 və yanında olan Təqsirləndirilən şəxs2 yaxınlaşıb özlərini təqdim etmişlər. Polis İdarəsində onların üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əlində saxladığı sellofan bükümdə içərisində narkotik vasitə heroinə bənzər maddəni təqdim etmiş və həmin maddəni Şahin adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Tamara adlı qadın narkotik vasitələri konumdan (məkandan) götürməyini ona demiş və bunun müqabilində Emilə müəyyən miqdar pul və metamfetmin verəcəyini vəd etmişdir. Şəxsi axtarış təhqiqatçının otağında vəkilin iştirakı ilə video çəkilişlə keçirilmiş, sonra materiallar toplanıb istintaqa təhvil verilmişdir. Şahid1 həmçinin verilən suallara cavab olaraq göstərmişdir ki, həmin vaxt Təqsirləndirilən şəxs1 göstərmişdir ki, Tamara adlı qadın onlara Şahin adlı tanışının konuma (məkana) narkotik vasitə yerləşdirəcəyini və həmin narkotik vasitəni götürmələrini onlara bildirmiş, bunun müqabilində onlara (Emil və Leylaya) müəyyən miqdar pul və metamfetamin verəcək. Emil və Leylanın məqsədlərinin götürdükləri narkotik vasitələri Tamara adlı şəxsə vermək və bunun müqabilində Tamaradan metamfetamin əldə etmək olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalmaları ilə bağlı dedikləri həqiqəti əks etdirmir, onlara qarşı heç bir təsir, təzyiq olmamış, heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Həmçinin ibtidai istintaq zamanı daha da təfərrüatlı verdiyi ifadəsini təsdiq etdiyini bildirir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Yasamal Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olunmasına dair daxil olmuş əməliyyat-axtarış məlumatı əsasında tərəflərindən əməliyyat tədbirləri keçirilmiş və bu zaman 05 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmışlar. Onlara yaxınlaşıb özlərini təqdim etmiş və onları Yasamal Rayon Polis İdarəsinə dəvət etmişlər. Orada vəkilin, təhqiqatçının iştirakı ilə onların üzərlərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Həmin narkotik vasitəni haradan əldə etməsi ilə bağlı sual verildikdə, Təqsirləndirilən şəxs1 onu həmin əraziyə Tamara adlı qadının göndərdiyini bildirmişdir. Şahid2 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, təqsirəndirilən şəxslərin polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalmaları ilə bağlı dedikləri tamamilə yalandır. Onlar tərəfindən heç bir qanunsuz hərəkətlərə, hər hansı təsir, təzyiqlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs1 həmin vaxt narkotik vasitələri Tamara adlı şəxsin göstərişi ilə götürməyə getdiklərini bildirmişdir. Həmin narkotik vasitələrin yerləşdirildiyi yerlə bağlı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məlumatlandıran Tamara adlı qadınla bağlı daha sonra əməliyyat tapşırığı verilmişdir. Bundan sonra əməliyyat tapşırığı 29-cu Polis Şöbəsinin səlahiyyətinə aid olduğundan həmin Şöbə tərəfindən Tamara adlı şəxs istintaqa təhvil verilmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı məhkəmənin əvvəlki iclaslarında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Yasamal Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Orxan Əliyev tərəfindən 05 yanvar 2023-cü il tarixdə saxlanılmış bir nəfər qadının üzərində şəxsi axtarış keçirilməli olduğu deyilmişdir. Baş təhqiqatçı Orxan Əliyevin otağında vəkilin, tərcüməçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilərkən təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs2 öz növbəsində üzərində heç bir əşya olmadığını bildirmişdir. Sonra həmin şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və üzərində hər hansı bir əşya aşkar edilməmişdir. Şahid3 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilərkən qeyri-qanuni hər hansı bir əşya aşkar etməmişdir. Təqsirləndirilən şəxs2 özü hər hansı bir əşya təqdim etməmişdir. Şəxsi axtarış videoçəkilişlə keçirilmişdir. Videoçəkiliş aparılarkən təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1lə birlikdə Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi 14 ünvanında narkotik vasitəni əldə edib Toma adlı şəxsə verməli olduğunu, bunun müqabilində Toma adlı şəxsin onlara pul və ya narkotik vasitə verməli olduğunu, həmin vaxt polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 qarşı hər hansı təsir, təzyiq olmamış və belə halların olması barədə də eşitməmişdir. O, sadəcə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirmiş və üzərində hər hansı qeyri-qanuni əşya aşkar etməmişdir. Təqsirləndirilən şəxs2 otaqda təhqiqatçıya bildirmişdir ki, narkotik vasitəni Toma adlı şəxsə verəcək və onun müqabilində pul və ya narkotik vasitə götürəcəklər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal Rayon Polis İdarəsinin NMB-nin baş əməliyyat müvəkkilinin 05 yanvar 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs1 Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqə: cild İ, səh.4). _05 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol”dan və 28 iyun 2023-cü il tarixli “videogörüntülərə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli idman gödəkcəsinin sol yan cibindən 01 ədəd göy rəngli “Honor” markalı mobil telefonu, "xxxx" ASC-yə məxsus **********49991 nömrəli Təqsirləndirilən şəxs1 məxsus plastik kartı və əlində saxladığı göy rəngli üzərində “Levis” sözləri yazılmış sellofan torbanı təqdim etmiş, sellofan torbanın içərisində olan yapışqanlı lentlə bükülü qara rəngli sellofanın içərisində olan maddənin nə olduğunu bilmədiyini, həmin maddəni məkan işarələnməsi vasitəsilə tanışı Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanıdığı sonuncunun tanışı anket məlumatlarını bilmədiyi Toma adlı şəxsin vasitəsi ilə tanıdığı, anket məlumatlarını bilmədiyi Şahin adlı şəxsə metamfetamin sifarişi verdiyini, həmin şəxsin işarələdiyi yerdən əldə etdiyini, pul və ya narkotik vasitə qarşılığında Toma adlı şəxsə çatdırmaq üçün götürdüyünü bildirmişdir (iş vərəqə: cild İ, səh.33-34, cild İİİ, səh.78). _05 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol”dan və 28 iyun 2023-cü il tarixli “videogörüntülərə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə müdafiəçisinin və tərcüməçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 üzərində hər hansı sübut əhəmiyyətinə malik əşya və predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitə aludəçisi olduğunu, 05 yanvar 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə narkotik vasitə əldə etmək və həmin narkotik vasitəni sifariş əsasında pul müqabilində Toma adlı şəxsə çatdırmaq məqsədi ilə əvvəlcədən Şahin adlı şəxs tərəfindən Emilin istifadəsində olan mobil telefona məkan göndərişi göndərildiyini, yəni ünvan 7 ünvana gəldiklərini və narkotik vasitəni əldə etdikdən sonra üç nəfər mülki geyimli şəxslər tərəfindən saxlanıldıqlarını bildirmişdir (iş vərəqə: cild İ, səh.72-73, cild İİİ, səh.79). _Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi NMB-nin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş 05 yanvar 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (iş vərəqə: cild İ, səh.84). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2023-cü il tarixli, 6/48 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №42" dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs1 (imza)” yazısı və imzalar olan qara rəngli polietilen bağlamalardakı təmiz çəkisi 3010 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (iş vərəqə: cild İ, səh.78- 81). _05 yanvar 2023-cü il tarixli “telefona baxış keçirilməsi haqqında protokol”dan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki Təqsirləndirilən şəxs1 götürülmüş mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı, «Honor 9X» markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən WhatsApp mesajları və səs yazıları aşkar edilmişdir. Həmin mesajlarda və səs yazılarında Təqsirləndirilən şəxs1 «Şahin» adlı şəxslə yazışaraq narkotik vasitənin harada olması barədə şəkil qoyduqda Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni götürdüyünü bildirir. Digər yazışmalarda isə Təqsirləndirilən şəxs1 «Şahin» adlı şəxsdən narkotik vasitəni istəyir və pulun göndərməsini təsdiq edir (iş vərəqə: cild İ, səh.126-128). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2023-cü il tarixli, 5/60 nömrəli kompüter-texniki ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Honor 9X” markalı arxa markalanma göstəricisinə görə “STK-LX1” modelli "SİM” danışıq kartı yuvasında olan “**********83879” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Rəyin “Tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Honor 9X” markalı arxa markalanma göstəricisinə görə “STK-LX1” modelli mobil smartfonunun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi şifrə ilə (parol-password) mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmadı. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Honor 9X” markalı arxa markalanma göstəricisinə görə “STK-LX1” modelli mobil smart fonun yaddaşında hər hansı bir (konkret zəng, “SMS” mesaj, foto, audio, video fayllar, ”WhatsApp” proqram təminatı, sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) məlumatın olub-olmaması, eləcə də həmin mobil smartfonun yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı (iş vərəqə: cild İ, səh.229-232). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 4/581-4/588 nömrəli məhkəmə-fonoskopik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli optik diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətn hissələrindən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli optik diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətinlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi -Təqsirləndirilən şəxs1, “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs3 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli optik diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlarda montaj əlamətləri müəyyən olunmadı (iş vərəqə: cild İİİ, səh.81-86). _Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12 iyul 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, cinayət işinə əlavə olunmuş həmin diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 aşkar edilmiş mobil telefonunda WhatsApp vasitəsilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında aşağıdakı danışıqlar olmuşdur: WhatsApp Audio 2023-01-13 at 14.59.31- Kimi deyirsən Anar? WhatsApp Audio 2023-01-13 at 14.59.32- Salam ürəyim, necəsən, nə var nə yox. Sənin mesajıvı oxudum, yaxşı? Oxudum oxumağına. Vallah mən bilmirəm Allaha and olsun, bu nə haqq-hesabdı, mən baş açmıram, Allaha and olsun. Səndə nə qədər pul var? Mən bir 10 dənə atım bu günləri, götür də. Bir 10 dənə atım, gör o nə cürdü? Təzə temadıye, bu daşlar da iri-iri. WhatsApp Audio 2023-01-13 at 14.59.33- Yerini atırsan gedim götürüm də, bir dənə lokeyşn atırsan. WhatsApp Audio 2023-01-13 at 14.59.34 (1) -Nə qədər pullar var əllərində? WhatsApp Audio 2023-01-13 at 14.59.34 (2) -.... bir 100 manat currasınnar, qalanın curruyum, mən həll eliyim də. Mən səni tanıyıram a ondan da sora. WhatsApp Audio 2023-01-13 at 14.59.34-Qaqa, başıva dolanım, orda 3 kilodu, 3 kilo. Yaxşı? 3 kilodu. Onun pulun yerbəyer elə, tez yerbəyer elə, mənim pullarımı vur da. Yanı 2 günə, 3 günə bağla da bu hesabı. WhatsApp Audio 2023-01-13 at 14.59.35-Xoroşo yesli çto eto pozvoniş. No ona mne napişet ya pozvonyu vam eto poslala da to çto on poslal mne to çto Leyla skazala ucunnan-qulağınnan Emil, ya toje samoye skazala çto oni nu i poslala vot eti qolosovoy. WhatsApp Audio 2023-01-13 at 14.59.37-Emil, Leyle skaji çto ya skoro uje vıxoju. Koroçe ya minut çerez maksimum 20 minut, polçasa ya tam budu da. Mən onda girəcəm, 1-2 dənə işim var da tam. Adyoşi-madyoşi daljna avzyaet zad. Biraz tr-pr tam znakoma odna oçen zaberemenela a s ney nujno nemnojko tr-pr sdelat obşem tr-pr zad çerez yəni innən belə çerez nu k 12:00 kak-to obşiy sobesedovaniye mojno vesti. WhatsApp Audio 2023-01-13 at 14.59.38 -Slış, ya tebya ponimayu ya tebya slışala, prosto znayeş çto takaya ... çto on mne qovorit çto yesli kak minimum 100 ne sdelayut ya niçeqo ne sdelayu ço mne skazat yemu ponimayeş? mı yesli naprimer v takom-to meste takoye-to eto no yesli tuda poydom ot etoqo ot perestanovki vso ravno ne pomenyayetsya ponimayeş i on vso ravno naçnot qovorit çto ya toçno eto ne skaju poka deniq skinut, i lak doljnıy pravilno doljnıy pobolşe tı kak qovoriş 5 qovoriş 10 qovoriş doljny 250 a yesli 100 to on toqda skajet çto pri odnom uslovii çto vse srazu budet vsyu noç imenno noç a kak vot tak sdelayem ya yesli çestno skazat ya ne znayu iz-za etoqo. WhatsApp Audio 2023-01-13 at 14.59.40-Emil, ya tebya ponyala e. Prosto on tebya na puşku beret, znayeş kak? On prosto sam tak qovorit, çto ay ya toje poydu, ya toje tak, çtobı eto. Tı yemu u neqo vse ravno variantov net, ili tı dünən dayoş zənq idyoş kuda tuda ili voobşe idoş tuda kuda i vso. vse ravno ili tı tam poluçşe ne poluçiş to yest takaya vso vəssalam. WhatsApp Audio 2023-01-13 at 14.59.42 (l)-Nu tı kuda propala, prosnis da, idi da syuda... WhatsApp Audio 2023-01-13 at 14.59.42-Ay Emin, u neqo netu svoyeqo. Yesli u neqo bil bı svoy, on bı ne nujdalsa bı, i ne obraşalsa bı k tebe on ... kak trotskiy vo vremena iz-za etoqo ... a tı yemu skaji ili tı daş idoş vso. WhatsApp Audio 2023-01-13 at 14.59.43 (l)-Da, tı şas qde, v kakoy çasti? Tı mne prosto tı skaji. Tı smojeş priyexat na Yasamal? WhatsApp Audio 2023-01-13 at 14.59.43-Emil ya proşu proşeniya qolosovoy on qovorit çto tı yemu qovoril çto v obşem 50 skinet 50 skineş 50 borc qalacey çto tam takoe koroçe yesli çto da ya klinus üsdüvə sağlığ ya ujasno sebya çuvstvuyu u menya qorlo prosto bolit poetomu ya sdelayu vso. Sən o obsim ona borclusan. O deyir ki, 50-ni göndərsin qalanını həll eliyəriy. WhatsApp Audio 2023-01-13 at 14.59.44 (l)-Slyşiş tı yemu seyças yesli tı seyças skineş v teçenii 2 dney mı yemu denqi vernom ili tı seyças po 50 skidyvayeş on tak delayet ili on ne sdelayet klinus Boqom ya tolko çto s nim poqovorila Emil, u menya toje ne podvodila umolyayu yesli u tebya yest 50 skinem i yemu on tak dal skinet a ostalnyye vot eti mı za 3 dnya eto reşim mən gücnən gücə 3 gün vaxt aldıme. na tı je ne qovori çtonibud vosstala do menya on znayet ya ne za dva vso maksimum reşayet. WhatsApp Audio 2023-01-13 at 14.59.44 -Ya ne ponyala tı xoçeş za privet eto sdelat çto li tut 25 a on dayot za qramm v smysle 50 a 50 koroçe tı priyedeş na yaşamal ya ne priyedeş Emil, ne konkretno pojaluysta u menya qorlo balit mne da da, net net tı mne skaji, tı qovoriş u mnya seyças deneg no deneq s nulya babkami voobşe niçeqo voobşe ne delayut. WhatsApp Audio 2023-01-13 at 14.59.45 (l)-poşol s nami ne yezdit daje on stanu poyedet on so mnoy ne poydot ponimayeş yest takaya ... ya çelovek kotoryy mne vyderjivayu lişnix lits Nu i eto moyo pravo qrubo ovorya my seyças yemu denqi poşli vmeste vse vmeste drujno poşlom a ostalnoye çto kak poydot my i daşa opredelim seyças ya prosto nemnojko eto zdes vot bystro pridot i budet oçen-oçen-oçen xoroşo çtobı on ne zasnul. WhatsApp Audio 2023-01-13 at 14.59.45 (2)-i çto poka ne otvetil niçeqo i çto on qovorit. WhatsApp Audio 2023-01-13 at 14.59.45 WhatsApp Audio 2023-01-13 at 14.59.46 (l)-Da byvayet byvayet ya tebe qovoryu çto ya v proşlıy na xalqlare dva çasa daje bolşe jdala i jdala 2 çasa. WhatsApp Audio 2023-01-13 at 14.59.46 -Ya ne znayu yesli tı smojeş tuda poyexat skaji çto pust tuda skinet ya ne znayu smojeş tuda poyexat skaji çto pust tuda sdelal. WhatsApp Audio 2023-01-13 at 14.59.47 (1) -Toma, mne çto delat? mne mı opyat napisat pozvonit ili çto eto kak sdelat çtobı on skinul potomu çto koqda veçerom rebyata xoteli vzyat. WhatsApp Audio 2023-01-13 at 14.59.47 (2) -Veçerom po-moyemu iventı lezusovka çto takoye voobşe tuda idut i vsem nujno. WhatsApp Audio 2023-01-13 at 14.59.47-u menya internet slabıy tı smojeş mne eto napisat ili vot qolosovoy otpravlyat potomu çto internet slaby ya tvoy qolos ne slışu. WhatsApp Audio 2023-01-13 at 14.59.48 (l)-Kak dumayeş, mne po vatsapu yemu stoit zvonit? İli prosto qolosovoy otpravlyat? WhatsApp Audio 2023-01-13 at 14.59.48 (2)-Kak obıçno delaeş a ya seyças pozvonyu posle neqo odna qoloçka zvonok ne poşol vızov prosto nu tipa kak udobno tak idelay kak vseqda postupal tak i delayu on vçera proslo koqda mesto skinul tı gərəy deməzdinki daleko zad to toqda eto şizofreniya naçinayetsya paxodom. WhatsApp Audio 2023-01-13 at 14.59.48-Davay eti ya napişu, görək kimdən nə səs çıxırda, napişm pasmatrim seyças yaxşı olar. WhatsApp Audio 2023-01-13 al 14.59.49 (l)-Skazal çto da xoroşo ya seyças posmotryu yesli yest v druqix mestax vot toqda ne vıxodi podojdi yesli ya yest druqix mestax ya tebe. WhatsApp Audio 2023-01-13 at 14.59.49 (2)-On poslal mesto ili роkа eşo net . WhatsApp Audio 2023-01-13 at 14.59.49 -Net ya yemu skazal çto tipa yesli yest vozmojnost poblizosti potomu çto eto oçen daleko ya tam ne bılo ya moqu tam pateryalsya ne nayti tr-pr. WhatsApp Audio 2023-01-13 at 14.59.50 (l)-On do por koroçe moy qolosovoe sluşat vse sobşeniya smotryat no dalşe tipa ne otveçaet on prosto çitaet on prosto tupo sidel v moem sçaste. WhatsApp Audio 2023-01-13 at 14.59.50 (2)-Ya ne znayu ya budu prosto podojdat vmeste skinet skinu otvetit ne prosto çtobı on xotya by skazal za nim yesli on xoçet v babki i skajet çto ya xoçu poyti zaraneye iz-za etoqo skajet v çom problema çtobı ya toje ponyal tupo ne jdal voobşe ne skinet. WhatsApp Audio 2023-01-13 at 14.59.50-Pridurıq ya u neqo spraşi salamatçılığdı zad ne raskazıvat net u nas vəziyət ne xoroşiy zad ne çto xotyal skaza çto daleko çto eto bespakoet çto tam zakipiş tı mne luçşe eto delat seyças on napişet opyat ya yemu skaju çto mne konkretno skaji da. WhatsApp Audio 2023-01-13 at 14.59.51 (l)-Ya zabralsya ya yemu skazal çto ya tebe denqi skinul skinu lokeyşn.... WhatsApp Audio 2023-01-13 at 14.59.51 -Nu eto da ya ponyal daje xotel uznat za çto on molçit i vso tolko ladno ya toqda çto delat. WhatsApp Audio 2023-01-13 at 14.59.52 (l)-Toma tı ne znayeş ....... vremeni s momenti kak emu denqi skinul. WhatsApp Audio 2023-01-13 at 14.59.52 (2)-A tı skinul ili роkа ne kidal yeqo tı prosto tı skaji atmısan, atmamısan, Leyla kak? çto ona delayet ya kak Leyla qovoryu mne uje vso qlaza uje lı slozı uje, soskuçilas ya po ney. WhatsApp Audio 2023-01-13 at 14.59.52 (3)-Toma, ya yemu denqi skinul proşlo uje bolşe 40 minut vot nu ot neqo voobşe nu ne ryadom netu. WhatsApp Audio 2023-01-13 at 14.59.52-Nado bılo 50 manatov ya yemu seyças v kino skinut. WhatsApp Audio 2023-01-13 at 14.59.53 (l)-da ya yemu napisal mne v kakuyu storonu voobşe dviqayetsya çtobı znat zdes vot no on niçeqo ne otvetil роkа çto. WhatsApp Audio 2023-01-13 at 14.59.53-tı yemu pişeş on ne otveçaet ili kak. WhatsApp Audio 2023-01-13 at 14.59.54 (l)-Ya tolko çto s nim poqovorila on skazal çto bir saata deyəcəm çıxsın. WhatsApp Audio 2023-01-13 at 14.59.54 (2) -Ya ne znayu Toma, on skazal eti skinu роkа çto net skinul рока çto voobşe .... WhatsApp Audio 2023-01-13 at 14.59.54 -on pryamo seyças proçital vozmojno seyças skinu lokaçiyu. WhatsApp Audio 2023-01-13 at 14.59.55 (1) -druq moy kuda tı.... WhatsApp Audio 2023-01-13 at 14.59.55 (2)-Slış ya ved sdelayu çto tipa otrajalsya skaju zad no sluşay biz gözlüyəndə yaxşıydı. tı poşol na ... tak çto ne volnuysya i bespokoysya vso Okey prosto vid sdelayem dlya obşeqo zavtra poşloş poşol na... net yeşo sidet budem me volnovatsya budem ya ... nu stolko morzli na umnitsa on toqda skinul net vso. WhatsApp Audio 2023-01-13 at 14.59.55 -Toma .... ya ne ponimayu. WhatsApp Audio 2023-01-13 al 14.59.56 -sama yesli çto ya .... tvoyo tebya jdol i jdu. WhatsApp Audio 2023-01-13 at 14.59.57 (1) - ya ne .... prosto uliça siju na skameyke. WhatsApp Audio 2023-01-13 at 14.59.57 -Xoroşo tı yesli myaki ya... tu toqda. WhatsApp Audio 2023-01-13 at 14.59.58 (1) -ya çerez 10 minut ya uje v maşine uje sela maşinu uje yedu. WhatsApp Audio 2023-01-13 at 14.59.58 (2) -Xoroşo solnçe ya jdu. WhatsApp Audio 2023-01-13 at 14.59.58 -Çerez skolko budeş. WhatsApp Audio 2023-01-13 at 14.59.59 (1) -podxodim tı qde kakoy ças. WhatsApp Audio 2023-01-13 at 14.59.59-İdu idu .....çıxmışıq gəlirik. A tuda taksi skolko budet delat. WhatsApp Audio 2023-01-13 at 15.00.00 (l)-Salam ürəyim, necəsən, nə var nə yox. Sənin mesajıyı oxudum, yaxşı? Oxudum oxumağına. Vallah mən bilmirəm Allaha and olsun, bu nə haqq-hesabdı, mən baş açmıram, Allaha and olsun. Səndə nəğədə pul var? Mən bir 10 dənə atım büyünnəri., götür də. Bir 10 dənə atım, gör o nə cürdü? Təzə temadıye, bu daşdar da iri-iri (iş vərəqə: cild İİİ, səh.186-189). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2023-cü il tarixli, 4/1459-4/1471 nömrəli məhkəmə-fonoskopik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli optik diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir (iş vərəqə: cild İV, səh.8-13). _Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-4/1459-4/1471 saylı rəyində rus dilində olan mətnlərin Azərbaycan dilinə tərcüməsi aşağıdakı kimidir: WhatsApp Audio 2023-01-13 at 14:59.35 ogg Qİ - Yaxşı, hər halda zəng edərsən. O mənə yazacaq və mən sizə zəng edəcəyəm. Onun göndərdiyini sənə göndərmişəm. Leyla ucundan-qulağından nə demişdi, Emil. Mən də həmin şeyi Şahinə dedim və bu səsli mesajları göndərmişəm. WhatsApp Audio 2023-01-13 at İ4.59.37.ogg Qİ - Emil, Leylaya de ki. tezliklə çıxıram. Xülasə, uzağı 20 dəqiqə, yarım saat sonra orada olacağam. Mən onda girəcəyəm, 1-2 dənə işim var orada. Bir-az geyim-filan götürməliyəm, bir az ondan bundan. Bir tanışım hamilədir, onunla bir az işlərim var. Yəni bir az işlərim var, belə ki, təxminən, belə deyək, saat 12:00 üçün ümumi müsahibə aparmaq olar. WhatsApp Audio 2023-01-13 at 14.59.38. ogg Qİ - Bəri bax, mən səni başa düşürəm, anladım səni. Sadəcə, bilirsən, burada belə (söyüş), o mənə deyir ki, heç olmasa 100 etməsələr, heç nə etməyəcəyəm. Ona nə deyim, başa düşürsən? Lakin, misal üçün hətta desə ki, belə bir yerdə belə bir ... Biz ora getsək, Emin, bundan, yəni toplananların yerini dəyişdikdə ... cəm dəyişmir, başa düşürsən? O, hər halda deyəcək ki, pul köçürülməsə bunu deməyəcəm. Biz də axı etməliyik, daha çox etməliyik. Sən necə deyirsin? 5 deyirsən, 10 deyirsən. 250 etməliyik. 100 olsa, onda deyib şərt qoyacaq ki, bütün gecəni verəcəksiniz. Hamısını məhz gecə verəcəksiniz. Biz necə edəcəyik? Düzgün olsaq, bilmirəm. Buna görə. WhatsApp Audio 2023-01-13 at 14.59.40.ogg Qİ - Emil, mən səni başa düşdüm. Sadəcə o, səni topa tutur, bilirsən necə? O sadəcə özü elə deyir, ay mən də gedəcəyəm, mən də belə, çünki belə. Sən ona, onun hər bir halda variantı yoxdur. Ya sən bizə pul verirsən, gedirsən ora. Ya da özün gedirsən vəssalam. Hər bir halda, ya malı alırsan ya da ki almırsan, belə bir iş var. Vəssalam. WhatsApp Audio 2023-01-13 at 14.59.42 (1). ogg Qİ - Hara yoxa çıxdın, oyan da, bura gəl, (söyüş) WhatsApp Audio 2023-01-13 at 14.59.42.ogg Qİ - Ay Emin, onun özünə məxsus yoxudur. Özünün olsa idi, ehtiyacı olmazdı, sənə müraciət etməzdi. O, (söyüş) bir vaxtları Troski kimidir, buna görə də qoy (söyüş), sən isə ona de ki, ya pul verirsən ya da ki vermirsən, gedirsən. Bu qədər. WhatsApp Audio 2023-01-13 at 14.59.43 (l).ogg Qİ - Hə, indi haradasan, hansı tərəfdəsən? Sən mənə de. Yasamala gələ bilərsən? WhatsApp Audio 2023-01-13 at 14.59.43.ogg Qİ - Emil, məni bağışla, çünki səni pis vəziyyətdə qoyuram. Lakin Allaha and içirəm, ən hər şey edirəm. Səhərdən Şahinə səsli, Şahin mənə səsli. O, deyir ki, sən ona deyibsən ki, cəmi 50 atacaq, 50 atacaqsan, 50 borc qalacaq, belə bir şey. Xülasə, nə isə olsa, and içirəm, üstünə sağlıq, özümü çox pis hiss edirəm. Sadəcə boğazım ağrıyır buna görə. Mən hər şey edəcəyəm. Sən ona borclusan. O deyir ki, 50-ni göndərsin, qalanını həll edərik. WhatsApp Audio 2023-01-13 at 14.59.44 (l).ogg Qİ - Eşidirsən məni? Sən indi ona 50 atsan, o 5 atacaq. 3 gün ərzində biz ona pulu qaytaracağıq. İndi sən ona 50 atırsan və o belə edir, ya da ki etməyəcək. Allaha and olsun, onunla yeni danışdım Emil. Məni də pis vəziyyətə salma, yalvarıram sənə. Səndə 50 varsa ona göndərək, o 5 atacaq, qalanını isə bu 3 gün müddətində həll edəcəyik. Mən gücnən-gücə ona 3 gün vaxt aldım e. Bilirsən də, bir günə, 2 günə, hər şeyi maksimum həll edir. WhatsApp Audio 2023-01-13 at 14.59.44.ogg Qİ - Mən başa düşmədim, sən bunu salamla etmək istəyirsən? Burada o, qramını 25ə verir. Necə yəni 50? 50 qrama görə. Beynin çöndü. Xülasə, Yasamala gələcəksən ya yox? Şahinə nə deyim? Emil, konkret ol xahiş edirəm. Qəribə bir vəziyyətdəyəm. Boğazım ağrıyır. Mənə - hə, hə, yox, yox. Sən mənə de. Sən mənə deyirsən ki, indi pulum yoxdur. Pul yoxdursa, pulsuz ümumiyyətlə heç bir iş görülmür. WhatsApp Audio 2023-01-13 at 14.59.45 (l).ogg Qİ - Bizimlə getməsin. Bizimlə getsə də belə, mənimlə getməyəcək, başa düşürsən? Belə bir (söyüş), mən elə bir insanam ki, artıq üçüncü şəxslərə götürmürəm. Bu da mənim hüququmdur. Biz indi ona birlikdə pul göndərəcəyik, üçümüz bir yerdə göndərəcəyik. Qalanını isə necə gedəcək, müəyyən edərik, tndi mən sadəcə, tez gəlsəniz, çox-çox yaxşı olacaq, yatmasın deyə. WhatsApp Audio 2023-01-13 at 14.59.45 (l).ogg Qİ - Və nə? Hələ heç bir cavab verməyib? Nə deyir? WhatsApp Audio 2023-01-13 at 14.59.45.ogg (aydın eşidilən səs siqnalı qeydə alınmır) WhatsApp Audio 2023-01-13 at 14.59.46 (l).ogg Qİ - Olan şeydir. Mən sənə deyirəm, keçən dəfə Xalqlarda iki saat, hətta daha çox. 2 saat gözləyə-gözləyə qalmışdır. WhatsApp Audio 2023-01-13 at 14.59.46.ogg Qİ - Bilmirəm, ora gedə bilsən, deyərsən ora atsın. Bilmirəm ... Ora gedə bilsən, deyərsən ora etsin. WhatsApp Audio 2023-01 -13 at 14.59.47( 1 ).ogg K2 - Toma, mən nə edib? Yenə yazım ona yoxsa zəng edim, nə edim? Necə edim ki, atsın. Çünki uşaqlar axşama götürmək istəyirdilər. WhatsApp Audio 2023-01-13 at 14.59.47 (2).ogg K2 - Məncə axşam... əyləncəli yığıncaq belə bir şey. Hamı ora gedir və hamıya lazımdır. WhatsApp Audio 2023-01-13 at 14.59.47.ogg Qİ - İnternetim zəifdir. Mənə bunu yaza ya da ki səsli göndərə bilərsən. Çünki internet zəifdir, səsini eşitmirəm. Dəqiqədə bir yazılır sönlüdür. WhatsApp Audio 2023-01-13 at 14.59.48 (l).ogg K2 - Nə fikirləşirsən, ona WhatsApp ilə zəng etməyə dəyərmi? Yoxsa səsli göndərim? WhatsApp Audio 2023-01-13 at 14.59.48 (2).ogg Qİ - Həmişəki kimi. İndi zəng etdim, onda bir quş işarəsi göstərir deyəsən, zəng getmir. Sadəcə zəng qeyd edilmişdir. Sənə necə rahatdır elə də elə. Həmişə necə edibsən, elə et. O dünən sadəcə yeri atdı, sən gərək deməzdin ki uzaqdır. Onda həmin vaxt şizofreniya başlayır deyəsən. WhatsApp Audio 2023-01-13 at 14.59.48.ogg Qİ - Gəl, sən də yaz, mən də yazacam. Görək kimdən nə səs çıxır da. ikimiz də yazaq, indi baxarıq. İnşallah yaxşı olar. WhatsApp Audio 2023-01-13 at 14.59.49 (l).ogg K2 - Dedi ki, hə, yaxşı, indi baxacam başqa yerlərdə varsa. Bax onda çıxma, gözlə, başqa yerlərdə varsa, mən sənə ... WhatsApp Audio 2023-01-13 at 14.59.49 (2).ogg Qİ - Yeri göndərdə yoxsa hələ yox? WhatsApp Audio 2023-01-13 at 14.59.49.ogg K2 - Xeyr, mən ona bildirdim ki, imkan varsa, yaxınlıqda, çünki çox uzaqdır, mən orada olmamışam. Orada itə bilərəm, tapmaya bilərəm. WhatsApp Audio 2023-01-13 at 14.59.50 (l).ogg K2 O hələ də səsli mesajımı dinləyir, büıün mesajlarımı oxuyur. Lakin sonradan cavab vermir. O sadəcə oxuyur və 10 dəqiqə ərzində key kimi oturub çatda, lakin heç bir cavab vermədi. WhatsApp Audio 2023-01-13 at 14.59.50(2).ogg K2 - Bilmirəm, mən sadəcə gözləyəcəm, atsa, atacaq. Sadəcə heç olmasa bir şey desin. Pul istəyirsə, desə ki, qabaqcadan pul istəyirəm, buna görə də atmıram. Başqa problem varsa, problemi deyər, ki mən də onu başa düşüm və boşuna gözləməyim. Bəlkə heç atmayacaq, bəlkə fikrini dəyişdi. WhatsApp Audio 2023-01-13 at 14.59.50.ogg Qİ - Ay gic, mən ondan soruşuram ki, salamatçılıqdır zad, o, heç nə demir. Xeyr, bizdə İranda vəziyyət yaxşı deyil zad. Mən də demək istəyirdim ki, mənə nə. Demək istəyirdim ki, uzaqdır, narahatcalıqdır, İranda nə məsələdir, nə olub. Yaxşısı budur bunu et. İndi yenə yazacaq. Mən ona deyəcəm ki, mənə konkret desin. WhatsApp Audio 2023-01-13 at 14.59.51 (l).ogg K2 - Heç nə. Mən bezdim. Dedim ki, indi sənə pulu göndərirəm. Mənə məkanı göndər, cəhənnəm. WhatsApp Audio 2023-01-13 at 14.59.51.ogg K2 - Hə, başa düşdüm. Sadəcə bilmək istəyirdim, məsələ nə yerdədir. Susursa, kütbeyin kimi. Nə edək, onda gözləyirəm. Nə edək. WhatsApp Audio 2023-01-13 at 14.59.52 (l).ogg K2 - Toma, bilmirsən ümumiyyətlə məkanı nə vaxt göndərəcək, pul göndərildiyi andan? WhatsApp Audio 2023-01-13 at 14.59.52 (2).ogg Q1 - Atdın, yoxsa ona pulu hələ atmayıbsan? Sən sadəcə bildir, atmısan ya atmamısan? Leyla necədir? Nə edir. Leyla deyəndə gözlərimdən yaş gəlir. Onun üçün darıxmışam. WhatsApp Audio 2023-01-13 at 14.59.52 (3).ogg K2 - Toma bax. Mən ona pulu göndərdim. 40 dəqiqədən çox vaxt keçib. Lakin ondan heç bir reaksiya yoxdur WhatsApp Audio 2023-01-13 at 14.59.52.ogg K2 -... 50 manatı indi atdım onda. İndi nə isə göndərəcək WhatsApp Audio 2023-01-13 at 14.59.53 (l).ogg K2 - Hə, mən ona yazdım ki, hansı tərəfə getməliyəm ümumiyyətlə, bilim indidən. Belə. Lakin, hələ ki cavab verməyib. WhatsApp Audio 2023-01-13 at 14.59.53.ogg Q1 – Sən ona yazırsan və o da cavab vermir? Ya necə? WhatsApp Audio 2023-01-13 at 14.59.54 (1 ).ogg Q - Onunla yeni danışdım. Dedi ki. 1 saata deyəcəm, çıxsın WhatsApp Audio 2023-01-13 at 14.59.54 (2).ogg K2 - Bilmirəm Toma. Dedi ki atacaq, indi sənə atıram. Lakin, hələ ümumiyyətlə atmayıb WhatsApp Audio 2023-01-13 at 14.59.54.ogg K2 - İndi oxudu. Yəqin indi atacaq məkanı, bilmirəm. WhatsApp Audio 2023-01-13 at 14.59.55 (l).ogg Qİ - Dostum, hara/// WhatsApp Audio 2023-01-13 at 14.59.55 (2).ogg Qİ - Eşidirsən, görünüş yaradacam ki, guya ki, hə, indi deyəcəm zad. Lakin, qulaq as, gözləyəndə yaxşıydı? Get (söyüş). Belə ki, narahat olma, narahatçılığa ehtiyac yoxdur. Oldu, yaxşı. Sadəcə görünüş yaradarıq ümumi, sabah göndərərsən. Get cəhənnəm ol. Yox bir oturub narahat olacağıq. Mən (söyüş), biz küçədə nə qədər donmuşuq. Onda göndərdi? Xeyr. Vəssalam. WhatsApp Audio 2023-01-13 at 14.59.55.ogg K2 - Toma, o səndən qorxur ya necə? Başa düşmürəm WhatsApp Audio 2023-01-13 at 14.59.56.ogg K2 - Toma, hər halda ... oturub gözləyirəm WhatsApp Audio 2023-01-13 at 14.59.57 (l).ogg K2 - Xeyr, mən Makda deyiləm. Sadəcə küçədə skamyada otururam. WhatsApp Audio 2023-01-13 at 14.59.57.ogg Qİ - Yaxşı, Makdasansa, mən Maka gələcəm onda. WhatsApp Audio 2023-01-13 at 14.59.58 (l).ogg Qİ - 10 dəqiqədən sonra. Artıq maşındayam. Maşına mindim, gəlirəm artıq. WhatsApp Audio 2023-01-13 at 14.59.58 (2).ogg K2 - Yaxşı əzizim, gözləyirəm WhatsApp Audio 2023-01-13 at 14.59.58 (3).ogg K2 - Nə vaxt çatacaqsan? WhhatsApp Audio 2023-01-13 at 14.59.59 (l).ogg Qİ - Biz parka çatırıq. Sən haradasn, hansı hissədə? WhatsApp Audio 2023-01-13 at 14.59.59.ogg Qİ - ...çıxmışıq, gəlirik. Ora taksi neçəyə aparacaq? (iş vərəqə: cild İV, səh.14-18). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin məhkəmə-narkoloji ekspertizasının 11 mart 2023-cü il tarixli, 1425 nömrəli rəyindən görünürki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.234-235). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin məhkəmə-narkoloji ekspertizasının 11 mart 2023-cü il tarixli, 1437 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixostimulyatorların və kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.236-237). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin məhkəmə-narkoloji ekspertizasının 31 may 2023-cü il tarixli, 3354 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 kannabinoidlərin və psixostimulyatorların birgə qəbul nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İİİ, səh.27-28). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza X12 Şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 27 mart 2023-cü il tarixli, 786 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən olunmayıb. Təqsirləndirilən şəxs2 ona istinad olunan cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İİ, səh.125-127). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza X12 Şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 03 aprel 2023-cü il tarixli, 856 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə elmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İİ, səh.129-130). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza X12 Şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 03 aprel 2023-cü il tarixli, 856 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 Nüsrəl qızı hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs3 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə elmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs3 ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs3 hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İİİ, səh.29-31). _16 mart 2023-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları iş üzrə Təqsirləndirilən şəxs3 üzünə deyərək bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh.72- 75). _16 mart 2023-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları iş üzrə Təqsirləndirilən şəxs3 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh.76-78). _09 yanvar 2023-cü il tarixli “maddi sübut kimi tanımaq haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3009,8 qram olan narkotik vasitə heroin saxlanılması üçün Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanca təhvil verilmişdir (iş vərəqə: cild İ, səh.180-181). _01 iyul 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş “Honor 9X” markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanması üçün Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanca təhvil verilmişdir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində “şəxsi axtarış və götürmə” istintaq hərəkətləri zamanı video görüntülərin qeydə alındığı iki ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir, bundan başqa həmin qərardan həmçinin görünür ki, hazırki cinayət işindən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Şahin” adlı şəxsin barəsində cinayət işi ayrıca icraata ayrılmışdır (iş vərəqə: cild İİİ, səh.89-110). _05 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 05 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.22). _05 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 05 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.61). _07 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin azad edilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saxlanıldığı Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X6 azad edilmişdir (iş vərəqə: cild İ, səh.96). _Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 yanvar 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində əvvəli 05 yanvar 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.119-121). _Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində əvvəli 08 yanvar 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.167-169). _18 yanvar 2023-cü il tarixli “cinayət işi üzrə şəxsin barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində axtarış elan edilmişdir (iş vərəqə: cild İ, səh.222-223). _13 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 13 mart 2023-cü il tarixdə tutulmuşdur (iş vərəqə: cild İ, səh.239). _Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində əvvəli 13 mart 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İİ, səh.21-25). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 yanvar 2023-cü il və 01 aprel 2023-cü il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar (iş vərəqə: cild İ, səh.225, 226, cild İİ, səh.119). _Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə üzrə nümayəndəliyindən təqdim olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində heç bir şikayət daxil olmamışdır (cinayət işinin materialları). Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özlərini şəxsən və vəkilləri vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onların əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, onlara qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişlər. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslərlə əlaqəsi, onların əməllərində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməklə saxlama və daşıma cinayət əməlini törətmişlər. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxslərin özlərinin müdafiəsi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduqları Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3cü maddələrinə münasibətdə onların əməllərinə hüquqi qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya”nın (21 noyabr 2023cü il tarixədək olan redaksiyada) müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya” (21 noyabr 2023-cü il tarixədək olan redaksiyada) əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslərdən aşkar edilib götürülmüş “heroin” narkotik vasitəsinin miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”da (21 noyabr 2023-cü il tarixədək olan redaksiyada) müəyyən edilmiş narkotik vasitələrin külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. Məhkəmə eyni zamanda nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli, 516- VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun (20 may 2022-ci il tarixdə qüvvəyə minmiş) 1.3.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə yeni məzmunda 234.4-1-ci maddə (“234.4-1. Bu Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə – səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”) əlavə edilsə də, həmin Qanunun 2.1-ci maddəsində (Keçid müddəaları) göstərilmişdir ki, “Bu Qanunun 1.3.1-ci, 1.3.4-cü, 1.3.5-ci, 1.4-cü, 1.5-ci maddələri narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli və xüsusilə külli miqdarını, habelə prekursorların və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin xüsusilə külli miqdarını müəyyən edən müvafiq qanunla eyni gündə qüvvəyə minir.” “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanuna isə Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli Qanunu (13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmiş) ilə dəyişiklik edilmişdir. Odur ki, Cinayət Məcəlləsinin 10-cu maddəsinin tələbləri baxımından təqsirləndirilən şəxslərin əməli Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Odur ki, təqsirləndirilən şəxslərin cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqdim edilmiş obyektiv və mötəbər sübutların tədqiq edilməsi və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X2 Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olduqdan sonra, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq 05 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, sonra onların üzərlərinə müdafiəçilərinin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əlində saxladığı bükümdə 3010 qram narkotik vasitə heroin aşkar edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 aşkar edilmiş həmin narkotik maddəni konum (məkan işarələnməsi) vasitəsilə tanışı Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanıdığı və sonuncunun tanışı Tamara adlı şəxsin vasitəsi ilə tanıdığı İran İslam Respublikasının vətəndaşı Şahin adlı şəxsə sifariş verdiyini, həmin şəxsin işarələdiyi yerdən əldə etdiyini, pul və ya narkotik vasitə qarşılığında Tamara adlı şəxsə çatdırmaq üçün götürdüyünü bildirmişdir, eyni zamanda Təqsirləndirilən şəxs2 da tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə narkotik vasitə əldə etmək və həmin narkotik vasitəni sifariş əsasında pul müqabilində Tamara adlı şəxsə çatdırmaq məqsədi ilə əvvəlcədən Şahin adlı şəxs tərəfindən Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefona məkan göndərişi göndərildiyini və onların ünvan 7 ünvana gəldiklərini, narkotik vasitəni əldə etdikdən sonra isə polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı işin halları ilə bağlı həmin göstərdiklərini, yəni Təqsirləndirilən şəxs3 İran İslam Respublikasının vətəndaşı Şahin adlı şəxslə əlaqə yaratması və narkotik sifariş verməsi, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 narkotik vasitəni Şahin adlı şəxsin yerini telefon vasitəsilə göndərdiyi məkandan götürərək Tamaraya çatdırmasını bildirdiyi, qarşılığında isə Təqsirləndirilən şəxs3 onlara (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2) narkotik maddə və pul verəcəyini ilkin verdikləri izahatlarında, şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrində (iş vərəqə: cild İ, səh.35-36, 89-91, 109-111, 75-76, 93-95, 147-149) də təsdiq etmişlər. Daha sonra isə Təqsirləndirilən şəxs3 müəyyən edilməsindən ötrü əməliyyat-axtarış tədbirləri keçirilərək, o, 13 mart 2023-cü il tarixdə saxlanılmışdır. Təqsirləndirilən şəxs3 həmin vaxt ifadələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həqiqətən də İran İslam Respublikasının vətəndaşı Şahin adlı şəxsin əvvəlcədən bildirdiyi yerə narkotik vasitəni götürmək üçün getdiklərini, Emilin Təqsirləndirilən şəxs3 taksi pulu da götürdüyünü, həmçinin Emilin Şahin adlı şəxslə danışması üçün telefonunun internetini də açdığını bildirmişdir (iş vərəqə: cild İ, səh.255- 257). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində göstərilmişdir ki, “Hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.” Cinayət işinin məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini göstərərək, Təqsirləndirilən şəxs1 saxlanılarkən onda heç bir narkotik maddənin olmamasına, polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalmasına, həmin narkotik vasitələrdən məlumatının olmadığına, polis əməkdaşlarının əgər narkotik vasitənin ona məxsus olması barədə sənədlərə imza etmədiyi təqdirdə Təqsirləndirilən şəxs2 zorlayacaqlarını, narkotik vasitəni evindən çıxaracaqlarını deməklə psixoloji təzyiqlər etmələrinə dair, bundan başqa Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən hədə-qorxuya məruz qalmasına, onun X8 48 saatdan çox saxlanılmasına, həmin gün Təqsirləndirilən şəxs1lə birlikdə Yasamala nə üçün getdiklərini bilmədiyinə, onun həmin narkotik vasitələrlə heç bir əlaqəsinin olmamasına, psixoloji təzyiqlərə məruz qalmasına, bundan başqa Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1lə onun narkotik vasitənin satışı ilə məşğul olması barədə heç bir fəaliyyətləri olmamasına, Şahin adlı şəxsi əvvəldən tanımamasına, onun Emillə sonuncunun Şahindən narkotik vasitələri əldə etməsi və narkotiki kiməsə vermələri barədə danışıqları olmamasına dair ifadələr vermişlər. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələrində göstərdiyi həmin xüsusatları iş üzrə təqdim edilmiş sübutların məcmusu və cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək müəyyən etmişdir ki, onların özlərini müdafiə üçün gətirdiyi həmin dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onların təqsirliliyini təsdiq edir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilkin ibtidai araşdırma başlandığı vaxtdan saxlanılıb üzərlərinə şəxsi axtarış keçirilərkən, sonra isə verdikləri izahatlarında, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ilkin ifadələrində ittiham olunduqları cinayət əməlini hansı qaydada törətdiklərini təfərrüatlı şəkildə bildirib etiraf edərək, Təqsirləndirilən şəxs3 İran İslam Respublikasının vətəndaşı Şahin adlı şəxsə narkotik vasitə sifariş verdiyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 pul və ya narkotik vasitə qarşılığında Təqsirləndirilən şəxs3 çatdırmaq üçün həmin narkotiki götürdüklərini, həmin narkotik vasitəni sifariş əsasında pul müqabilində Tamara adlı şəxsə çatdırmaq məqsədi ilə əvvəlcədən Şahin adlı şəxs tərəfindən Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefona məkan göndərişi göndərildiyini bildirmişlər. Cinayət işinin məhkəmə araşdırması zamanı iş materiallarında olan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş telefonunda adını “Şahin” (Anar) kimi qeyd etdiyi şəxslə, həmçinin Təqsirləndirilən şəxs3 ilə Whatsapp tətbiqində yazışmalarının əks olunduğu diskdə olan məlumatlar tədqiq edilərkən Şahin adlı şəxsin Təqsirləndirilən şəxs1 narkotik vasitənin qoyulduğu yerin şəklini göndərməsi, Emilin narkotikin pulunu göndərməsini təsdiq etməsi, götürdüyü narkotik maddəni başqa şəxslərə satması, bundan başqa Təqsirləndirilən şəxs3 ilə olan danışıqlarda Tamaranın Şahin adlı şəxslə danışdıqdan sonra Emilə və Leylaya məlumatları bildirəcəyini dediyi mesajlar, həmçinin Tamara ilə Emil arasında “Şahin” barədə, sonuncunun göndərəcəyi narkotik və narkotiklə bağlı pulun verilməsi barədə çoxsaylı mesajlar müəyyən edilmişdir. Həmin yazışmalardan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və digər şəxslə aralarında əvvəlcədən olan razılaşmaya əsasən cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi və bununla da cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi birmənalı şəkildə təsdiq olunmuşdur. Bundan başqa, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olunarkən üzərlərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün Bakı İstintaq Təcridxanasından məhkəməyə göndərilmiş tibbi kitabçalardan görünür ki, Təqsirləndirilən şəxs1 ilkin tibbi müayinə zamanı xəsarət aşkar edilməmişdir. Təcridxanada saxlanıldığı müddətdə xx.xx.2023-cü il tarixdə Yasamal Rayon Polis İdarəsinin MSY-də etiraz olaraq sol saidin ön səthində və boyunun sol yan səthindən kəsməklə özünə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə ilkin tibbi müayinə zamanı xəsarət aşkar edilməmişdir. Həmçinin, 25 iyul 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs1 Yasamal Rayon Polis İdarəsinin MSY-də özünə xəsarət yetirməsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə daxil olunarkən bədənlərində xəsarətlərin olubolmamasının müəyyən edilməsi ilə əlaqədar Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən məhkəməyə göndərilmiş 24 aprel 2025-ci il tarixli məktubdan, həmçinin “MSY-də saxlanılan şəxslər barədə tibbi müayinənin keçirilməsinə dair kitab”ın müvafiq səhifələrindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Müvəqqəti Saxlama Yerinə qəbul edilərkən onlarda hər hansı xəsarətlər müəyyən edilməmişdir (cinayət işinin materialları). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 12-ci bəndində göstərilmişdir ki, “....CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin.” Beləliklə də, cinayət işi üzrə göstərilən təqsirləndirilən şəxslərin həmin cinayətlərin törədilməsini təsdiq etdiyi ifadələri ilə, “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin protokolu, həmin istintaq hərəkətinin əks olunduğu disk, həmin disklərə baxış protokolları, digər istintaq hərəkətlərinin protokolları, Təqsirləndirilən şəxs1 telefonunda Whatsapp tətbiqində aşkar edilmiş mesajlar, telefona baxış protokolu, maddi sübutlar, ekspert rəyləri, şahid ifadələri və cinayət işinin materiallarına əlavə edilmiş digər sənədlər kimi qanuniliyi heç bir mübahisə doğurmayan mötəbər sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməlləri sübuta yetirildiyindən və onların ifadələrindəki inkaredici hallar isə həmin sübutlar və cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından onların inkaredici ifadələri məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir və məhkəmə onların göstərdiyi həmin halları həqiqi olmayan, yalan və özlərindən uydurma məlumatlar olmaqla, cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) və onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi qiymətləndirir. Odur ki, cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni əldə edib, üzərində daşıyıb saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onların cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddələrlə təqsirli bilinərək onlara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onları cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 33.1-ci maddəsinə əsasən cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında onların iştirakının əhəmiyyətini- Təqsirləndirilən şəxs1 cinayətin törədilməsində digər iştirakçılarla müqayisədə cinayətkar hərəkətləri ilə daha aktiv rol oynayaraq cinayətin digər iştirakçıları ilə əlaqəli şəkildə cinayətkar niyyətini şəxsən özünün birbaşa icra etməsini, digər Təqsirləndirilən şəxs3 cinayətin digər iştirakçıları arasında əlaqə yaradaraq, narkotikin ayrı-ayrı şəxslərə satılmasını təmin etməsini, Təqsirləndirilən şəxs2 isə əvvəlcədən yerləşdirilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs1lə birlikdə götürüb narkotik vasitənin satışının təmin olunmasından ötrü Təqsirləndirilən şəxs3 çatdırılması üçün narkotik vasitəni əldə etməsindən ibarət iştiraklarının dərəcəsini də nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin təqsirləndirilən şəxslərin qəsdən ağır cinayət törətmələri nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onların islah olunması, təqsirləndirilən şəxslərin özləri və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə, həmçinin törədilmiş cinayətdə onların iştirak dərəcəsi nəzərə alınmaqla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətlərinə uyğun, azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 05 yanvar 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs3 cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 13 mart 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 05 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmış, həmçinin Təqsirləndirilən şəxs3 13 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Bundan başqa, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 05 yanvar 2023-cü il tarixdən 07 yanvar 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddətində tutulmuş, 07 yanvar 2023-cü il tarixdə azadlığa buraxılmış, daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2023-cü il tarixli qərarına əsasən həmin tarixdə əvvəli 08 yanvar 2023-cü il tarixdən hesablanmaqla onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 02 (iki) gün müddətində tutulmasını nəzərə alaraq, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı onun tutulduğu 05 yanvar 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs3 cəza çəkməsinin başlanğıcı tutulduğu 13 mart 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı isə onun həbs olunduğu 08 yanvar 2023-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldıqları bütün müddət isə məhkəmə tərəfindən onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxslərə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizalarının 11 mart 2023-cü il tarixli, 1425 nömrəli, 11 mart 2023-cü il tarixli, 1437 nömrəli və 31 may 2023-cü il tarixli, 3354 nömrəli rəyləri əsas götürülməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdırlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Bakı Şəhər Yasamal Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3009,8 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Honor” markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılmalı, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə”, telefona “baxış keçirilməsi və götürmə” istintaq hərəkətlərinin video görüntülərinin əks olunduğu iki ədəd disk, səs yazılarını özündə əks etdirən bir ədəd disk və "xxxx" MMC-dən daxil olmuş iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 744 (yeddi yüz qırx dörd) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 05 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 05 yanvar 2023-cü il tarixdən 07 yanvar 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı həbs olunduğu 08 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 13 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı Şəhər Yasamal Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3009,8 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Honor” markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılsın, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə”, telefona “baxış keçirilməsi və götürmə” istintaq hərəkətlərinin video görüntülərinin əks olunduğu iki ədəd disk, səs yazılarını özündə əks etdirən bir ədəd disk və "xxxx" MMC-dən daxil olmuş iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 744 (yeddi yüz qırx dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslərə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar