Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1150/2021 06.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim- Mikayılov Eldar Əli oğlunun sədrliyi ilə Hakimlər- Ağalarov Mahmud Muradxan oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi- X1 qızı Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3 Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhər 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğlu və Abşeron rayonu Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxxxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, məhkumluğu olmayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində istintaq zamanı müəyyən edilməmiş mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1012,886 (bir min on iki tam, mində səkkiz yüz səksən altı) qram narkotik vasitə heroin əldə edib yaşadığı evdə və həmçinin üzərində saxlayıb daşımışdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 20 yanvar 2021-ci il tarixdə saat 12-50 radələrində ünvan 10 ünvanın qarşısında saxlanılıb Əmircan qəsəbəsində yerləşən Suraxanı RPİ-nin inzibati binasına aparılaraq orada videoçəkilişdən istifadə etməklə üzərinə polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman, Təqsirləndirilən şəxs o zaman əynində olmuş qara rəngli cins şalvarının sol yan cibindən iki ədəd siqaret kağızı bükümündə təmiz çəkisi 1,682 (bir tam, mində altı yüz səksən iki) qram və 1,498 (bir tam, mində dörd yüz doxsan səkkiz) qram, ümumi təmiz çəkisi 3,180 (üç tam, mində yüz səksən) qram külli miqdarda açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra ondan əldə edilmiş məlumat əsasında davam edən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanda axtarış aparılan zaman mənzildən bir ədəd göy rəngli polietilen torbada təmiz çəkisi 1008,6 (bir min səkkiz tam, onda altı) qram külli miqdarda açıq qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 06 ədəd bükümdə hər biri ayrı- ayrılıqda 0,648; 0,163; 0,048; 0,121; 0,111; 0,015 qram, ümumi təmiz çəkisi 1,106 (bir tam, mində yüz altı) qram açıq qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, öz ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanda yerləşən həyət evində yaşayır. Onun özünün daimi iş yeri olmamış, lakin yaşadığı evin həyətinin qarşı hissəsində avtombillərin təmiri ilə məşğul olmuş və bu yolla ailəsini dolandırmışdır. Hadisə ilə bağlı bildirmək istəyir ki, onun özü iş üzrə həbs olunmazdan əvvəlki altı il ərzində narkotik maddə olan «kokos» deyilən heroindən injeksiya yolu ilə istifadə etmişdir. Onun özü heç vaxt hər-hansı bir narkotik maddənin satışı ilə məşğul olmamışdır. Özünə lazım olanda narkotik maddə heroini Tofiq adlı üzdən tanıdığı şəxsdən pulla almışdır. Hadisə günü, yəni 20 yanvar 2021-ci il tarixdə səhər saatlarında bədənində ağrılar olduğuna görə o, yaşadığı qəsəbənin ərazisində öz tanışı Tofiqlə görüşərək ondan iki xırda bükümdə narkotik vasitə «kokos» deyilən heroin almışdır. Həmin heroin üçün o, Tofiqə cəmi on manat pul vermişdir. Bundan sonra o, Tofiqdən aralanıb yaşadığı evə getmişdir. Həmin vaxt yaşadığı evdə tanışı Anar adlı şəxs olmuşdur. Anar da onun kimi narkotikdən istifadə etdiyinə görə onunla bir yerdə həmin narkotik vasitədən birlikdə istifadə etmişlər. Daha sonra Anar ona səkkiz manat da verərək yenə də narkotik vasitə almasını ondan xahiş etmişdir. O, narkotik vasitə almaq məqsədilə evdən çıxdıqdan sonra yaşadığı evin yaxınlığında polis əməkdaşları onu saxlamışlar. Onu yaşadığı evin qarşısında saxladıqdan sonra polis işçiləri onunla birlikdə onun yaşadığı evə getmişlər. Həmin vaxt tanışı Anar evdə olmuşdur. Sonra Anarın yanında polis əməkdaşları onun yaşadığı evdə axtarış aparmışlar. Həmin vaxt evdə olan çarpayının altından bir ədəd torbanın içərisində təxminən bir kiloqram çəkidə narkotik maddə heroin aşkar edilərək polis işçiləri tərəfindən götürülmüşdür. Bundan sonra polis işçiləri onu Suraxanı rayon polis idarəsinə apararaq bu barədə protokol tərtib etmişlər. O zaman polis işçiləri ona təzyiq göstərdiklərinə görə o, evində aşkar olunmuş heroini bir nəfər tanışına məxsus olmasını və saxlanılması üçün onun evinə qoyduğunu bildirmişdir. Əslində isə polis işçiləri tərəfindən saxlanılan zaman onun üzərində və yaxud evində hər-hansı bir narkotik maddə olmamışdır. Belə hesab edir ki, polis işçiləri özləri qəsdən həmin narkotik maddəni onun evinə qoymuşlar. Buna görə də ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli hesab etmir. O, hadisə günü öz tanışı olan Tofiq adlı şəxsdən yalnız iki ədəd kiçik bükümdə narkotik vasitə heroin almış və onun bir hissəsini öz tanışı Anar adlı şəxslə birlikdə istifadə etmişlər. Yuxarıda göstərdiyi kimi hadisə günü polis əməkdaşları onu yaşadığı evin yaxınlığında saxlamışlar. Sonra isə onun narkotiklə bağlı şübhəli olmasını bildirərək onunla birlikdə onun yaşadığı evə getmişlər. Onlar evə girəndə tanışı Anar və öz anası evdə olmuşlar. Həmin gün onun özü Tofiq adlı tanışından on manata cəmi iki ədəd kiçik bükümdə öz istifadəsi üçün heroin almış və həmin heroini evdə öz tanışı Anarla birlikdə istifadə etmişlər. Onun özü Anara hər-hansı bir narkotik maddə satmamış və həmçinin Anar da ona heç bir narkotik maddə satmamışdır. Sonra polis işçiləri onun razılığı ilə evə baxmış və evdə olan çarpayının altından bir ədəd torbada narkotik maddə olan heroin taparaq götürmüşlər. Evə baxış keçirilən zaman bir ədəd elektron tərəzi də aşkar olunaraq götürülmüşdür. Həmin narkotik maddə və elektron tərəzi ona məxsus deyil. O, həmin Tofiq və Anar adlı şəxslərin heç birinin soyadını, ünvanını və telefon nömrələrini bilmir. Həmin şəxsləri yalnız sifətdən tanıyır. Polis əməkdaşları onu evinin qarşısında saxlayarkən onun üzərində heç bir narkotik vasitə olmamışdır. Həmin gün o, Tofiq adlı tanışından yalnız iki ədəd xırda bükümdə narkotik vasitə heroin almışdır. Həmin narkotik maddəni öz istifadəsi üçün almışdır və tanışı Anarla bir yerdə həmin narkotik vasitəni istifadə etmişlər. Onun özü demək olar ki, hər gün narkotik vasitə heroin istifadə etmişdir. Onun evində elektron tərəzi olmayıb və belə hesab edir ki, döşəyin altından aşkar olunmuş təxminən bir kiloqram çəkidə olan heroini və elektron tərəzini polis əməkdaşları özləri onun evinə gətirmişlər. Anar onun dostu olmuşdur, lakin onun yaşadığı ünvanı bilmir. Onlar bir yerdə narkotik vasitə olan heroin istifadə etmişlər və onun özü Anara və yaxud başqa bir şəxsə heç bir narkotik maddə satmamışdır. Həmişə istifadə etdikləri narkotik vasitəni tanışı Tofiq adlı şəxsdən almışlar. Polis əməkdaşları tərəfindən onun yaşadığı evə baxış keçirilən zaman videoçəkilişdən istifadə olunmuşdur. Videoçəkiliş zamanı o, polis işçilərinə yaşadığı evdə aşkar olunmuş narkotik vasitə heroininin onun özünə məxsus olmadığını, lakin həmin narkotik maddəni yaşadığı evə Tofiq adlı tanışı gətirdiyini bildirmişdir. Hadisə günü və hadisədən əvvəlki dövrdə onun özünün istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuş və öz tanışları ilə o, həmin telefon nömrəsindən istifadə etməklə telefon əlaqəsi saxlamışdır. Onun özü əvvəllər narkotiklə bağlı bir dəfə məhkum olunmuşdur. Belə ki, 2013-cü ilin iyul ayında Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasını tam çəkib qurtardıqdan sonra 2015-ci ilin aprel ayında azadlığa buraxılmışdır. Bir daha bildirir ki, Tofiq adlı şəxsin soyadını və ünvanını bilmir, lakin onda olan məlumata görə Tofiq narkotiklə bağlı həbs olunmuşdur və hal-hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Elan edilməklə ona təqdim olunmuş cinayət işinin 62-65-ci, 77-80 və 156-159-cu vərəqlərində olmaqla müvafiq olaraq onun iş üzrə şübhəli şəxs qismində dindirilməsi haqqında 21 yanvar 2021ci il tarixli protokol və həmçinin iş üzrə təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında 22 yanvar 2021-ci il tarixli və 07 may 2021-ci il tarixli protokollar ona tanışdır və həmin protokollarda «Təqsirləndirilən şəxs» qeydləri qarşısında imzalar onun özünə məxsusdur. Həmin tarixlərdə iş üzrə şübhəli şəxs və həmçinin daha sonra təqsirləndirilən şəxs qismində dindirilən zaman bir nəfər vəkil onun müdafiəçisi qismində iştirak etmişdir və vəkil də onunla birlikdə həmin protokolların məzmunu ilə tanış olaraq həmin protokolları imzalamışdır. İş üzrə ibtidai istintaq zamanı iş üzrə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilən zaman hadisə ilə bağlı verdiyi ifadələri, yəni hadisə günü, 20 yanvar 2021-ci il tarixdə səhər saatlarında bədənində ağrılar olduğu üçün narkotik vasitə almaq üçün yaşadığı qəsəbənin ərazisində tanışı Tofiqlə rastlaşdığı və sonuncudan narkotik vasitə istədikdə sonuncu ona içərisində iki ədəd siqaret kağızı bükümündə narkotik vasitə heroin və bir ədəd elektron tərəzi olan sellofan bükümü verdiyi, həmin narkotik vasitəyə görə Tofiqə on manat pul verdiyi, həmin sellofan bağlamanı götürüb yaşadığı evə getdiyi, Tofiqdən aldığı iki ədəd siqaret kağızı bükümdə olan narkotik vasitənin bir qismini istifadə edib qalan qismini isə əynində olan şalvarının cibinə qoyduğu, daha sonra isə gəzmək üçün evdən çölə çıxdığı, yaşadığı evin qarşısında olan zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq öz xidməti vəsiqələrini göstərib Suraxanı RPİ-nin əməkdaşları olmasını ona dedikləri, daha sonra isə ona narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək onu Suraxanı RPİ-nə dəvət etdikləri, orada xidməti otaqların birinə vəkil dəvət olunduqdan sonra videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı o zaman əynində olan qara rəngli şalvarının sol yan cibindən saxladığı iki ədəd siqaret kağızı bükümündə olan narkotik vasitələri çıxarıb polis əməkdaşlarına təqdim etdiyi və həmin bükümlərdə "kokos" kimi tanıdığı narkotik maddə olmasını və narkotik maddəni həmin gün yaşadığı qəsəbənin ərazisində on manat pulla üzdən tanıdığı Tofiq adlı şəxsdən şəxsi istifadəsi üçün almağını bildirdiyi, üzərində şəxsi axtarış zaman başqa qanunsuz əşya aşkar edilmədiyi, üzərindən aşkar edilmiş narkotik maddənin polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılaraq möhürləndiyi və bu barədə protokol tərtib edilməklə, həmin protokolun ucadan oxunduğu və bütün iştirakçılar kimi həmin protokolu imzaladığı, bundan sonra sorğu-sual zamanı yaşadığı evdə də narkotik vasitə olmasını özü etiraf etdiyi, daha sonra polis əməkdaşı və vəkil ilə birlikdə yaşadığı evə getdikləri və yaşadığı mənzildə axtarış aparılan zaman evdən bir ədəd göy rəngli torbada və həmçinin altı ədəd siqaret kağızı bükümündə narkotik vasitə və bir ədəd elektron tərəzi aşkar edildiyi, polis əməkdaşlarına həmin narkotik vasitələrin və elektron tərəzinin özünə məxsus olmadığını, Tofiq adlı şəxsə məxsus olmasını bildirdiyi, yaşadığı evdə başqa qanunsuz heç bir əşya aşkar edilmədiyi, bu barədə protokol tərtib olunaraq ucadan oxunması və bütün iştirakçılar kimi həmin protokolu imzaladığı barədə ifadələri hal-hazırda tam təsdiq etmir. Hadisə günü, yəni 20 yanvar 2021-ci il tarixdə səhər saatlarında o, yaşadığı Bülbülə qəsəbəsində öz tanışı Tofiq adlı şəxsdən öz istifadəsi üçün iki ədəd kiçik bükümdə narkotik vasitə heroin almış və bundan sonra yaşadığı evə gedərək öz tanışı Anar adlı şəxslə birlikdə həmin narkotik vasitənin bir hissəsini birlikdə istifadə etmişlər. Sonra Anar ona səkkiz manat pul verərək yenə də narkotik vasitə almasını ondan xahiş etmişdir. Bundan sonra o, evdən çıxıb gedərkən yaşadığı evin yaxınlığında Suraxanı RPİ-nin əməkdaşları onu saxlayaraq həmin polis idarəsinə aparmışlar. Orda bir nəfər vəkili onun müdafiəçisi kimi təqdim etdikdən sonra onun üstünü yoxlamışlar. Həmin vaxt onun üzərində heç bir narkotik maddə olmamış, lakin polis işçiləri onun üzərindən iki ədəd bükümlərdə heroin aşkar olunduğunu sənədləşdirmişlər. Həmin vaxt polis işçiləri ona təzyiq göstərdiklərinə görə o, həmin iki bükümdə olan heroini Tofiq adlı şəxsdən əldə etdiyini bildirmişdir. Bundan sonra polis işçiləri onunla birlikdə onun yaşadığı evə gedərək orada axtarış aparmışlar. Evində axtarış aparılan zaman evdə olan döşəyin altından bir ədəd iri sellofan torbada və həmçinin altı ədəd kiçik bükümlərdə narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. O zaman polis işçiləri tərəfindən ona təzyiq göstərildiyinə görə o, həmin narkotik vasitələrin və elektron tərəzinin öz tanışı Tofiq adlı şəxsə məxsus olmasını bildirmişdir. Suraxanı RPİ-nin əməkdaşları onu 20 yanvar 2021-ci il tarixdə saat 13 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşadığı evin qarşısında saxlamış və sonra onu həmin polis idarəsinə apararaq orda üzərinə baxış keçirmiş, daha sonra isə onunla birlikdə yaşadığı evə gələrək onun iştirakı ilə evdə axtarış aparmışlar. Bunu təsdiq edir. Suraxanı RPİ-də onun üzərinə baxış keçirilən zaman və həmçinin sonra yaşadığı evə baxış keçirilən zaman bir nəfər vəkil onun müdafiəçisi kimi iştirak etmişdir. Suraxanı RPİ-də onun üzərinə baxış keçirilən zaman və həmçinin sonra yaşadığı evə baxış keçirilən zaman videoçəkiliş aparılmışdır. Onu saxlamış polis əməkdaşları ona sözlə təzyiq göstərərək üzərindən aşkar olunmuş iki ədəd bükümdə olan heroinin ona məxsus olmasını etiraf etməsini ondan tələb etmiş və buna görə də üzərində olan iki ədəd bükümdə olan heroinin özünə məxsus olmasını bildirmişdir. Polis əməkdaşları tərəfindən ona təsir və təzyiq göstərildiyinə görə iş üzrə etirafedici ifadələr verdiyi barədə onun müdafiəçisi kimi iştirak etmiş vəkilə bir söz deməmişdir. Məhkəmədə verdiyi ifadələr daha doğrudur. Bir daha bildirir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində heç bir narkotik maddə olmamışdır. Belə hesab edir ki, onu saxlayıb Suraxanı RPİ-nə apardıqdan sonra polis əməkdaşlarından kimsə iki bükümdə olan heroini qəsdən onun cibinə qoymuşlar. Yaşadığı evdə o, heç bir narkotik maddə saxlamamışdır. Belə hesab edir ki, onun evinə baxış keçirməzdən əvvəl bir ədəd sellofan torbada olan heroini, həmçinin elektron tərəzini və altı ədəd kiçik bükümlərdə olan heroini onu saxlayan polis işçilərindən kimsə onun yaşadığı evə qoymuşlar. Həmin narkotik maddə aşkar olunan zaman polis işçiləri şifahi qaydada ona təzyiq göstərdiyinə görə o, evində aşkar olunmuş həmin narkotik maddə heroinin və elektron tərəzini öz tanış olan Tofiq adlı şəxsə məxsus olduğunu bildirmişdir. O, hər-hansı bir narkotik maddəni satış məqsədi ilə əldə etməmiş və heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Elan edilməklə ona təqdim olunmuş cinayət işinin 33-34-cu vərəqlərində olmaqla “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 yanvar 2021-ci il tarixli ona tanışdır və həmin protokolda «şübhəli şəxs Təqsirləndirilən şəxs» qeydləri qarşısında imzalar onun özünə məxsusdur. Həqiqətən həmin tarixdə saat 12-50 radələrində Suraxanı RPİ-də onun müdafiəçisi kimi iştirak edən vəkilin və onu saxlamış polis işçilərinin iştirakı ilə onun üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Məhkəmə iclasında nümayiş etdirilmiş bir ədəd CD diskdə olan videogörüntülərdə onun üzərinə baxış keçirilməsi əks etdirilmişdir. Videogörüntülərdə üzərinə baxış keçirilən, yəni əynində qara rəngli gödəkçə, boz ağ rənli sviter və qara rəngli cins şalvar olmaqla xidməti otaqda sağ tərəfdə ortada ayaq üstə dayanmış şəxs onun özüdür. Sol tərəfdə masanın arxasında onunla üzbəüz oturmuş şəxs onun vəkili, masanın baş tərəfində polis formasında dayanmış şəxs isə onu sorğu-sual edən polis əməkdaşıdır. Üzərinə baxış keçirilən zaman həmin polis əməkdaşının onun üzərində nə kimi qanunsuz əşya varsa onları könüllü olaraq təqdim etməsi təklif olunduqdan sonra o, əynində olmuş qara rəngli cins şalvarının sol yan cibindən iki ədəd kiçik bükümdə olan narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir və ona verilmiş suallara cavab olaraq həmin bükümlərin içərisində olan maddələrin «kokos» kimi tanıdığı narkotik vasitə olmasını və narkotik vasitəni Bülbülə qəsəbəsi ərazisində «Tofiq» adlı şəxsdən on manata öz istifadəsi üçün almasını dediyini təsdiq edir. Elan edilməklə ona təqdim olunmuş cinayət işinin 40-cı vərəqində olmaqla “Evə baxış və götürmə barədə” 20 yanvar 2021-ci il tarixli protokol ona tanışdır və həmin protokolda «şübhəli şəxs Təqsirləndirilən şəxs» qeydləri qarşısında imzalar onun özünə məxsusdur. Həqiqətən həmin tarixdə saat 17:10 radələrində Suraxanı RPİ-nin təhqiqatçısı tərəfindən polis əməkdaşları və onun müdafiəçi kimi iştirak edən vəkilin iştirakı ilə onun yaşadığı ünvan 6 ünvanda yerləşən evə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Həmin vaxt evdə onun anası da olmuş və onlar evdə axtarış aparılmasına etiraz etməmişlər. Yaşadığı evdə axtarış aparılan zaman mənzildə olan kresloların qarşısında olan taxta taburenin üzərindən altı ədəd kiçik bükümlərdə heroin və bir ədəd ədəd elektron tərəzi aşkar olunduğunu təsdiq edir. Videogörüntülərdə əks olunduğu kimi həmin bükümlərin içərisində nə olmasını ondan soruşan polis əməkdaşının sullarına cavab olaraq onun özü həmin ağ rəngli xırda bükmlərdə narkotik vasitə “kokos” olmasını və həmin narkotik maddələrin öz tanışı «Tofiq» adlı şəxsə məxsus olmasını və həmçinin həmin bükümlərin yanında taburenin üstündə olan elektron tərəzinin də öz tanışı Tofiqə məxsus olmasını onun özü söyləmişdir. Videogörüntülərdən göründüyü kimi həmin otaqda olan çarpayının üzərində olan yataq dəsti yoxlanılan zaman çarpayının üstündə olan döşəyin altından bir ədəd göy-qırmızı qarışıq rəngli sellofan torba aşkar olunmuş və həmin torbanın içərisində olan ağ rəngli sellofan torbanın içərisində narkotik maddə aşkar olunmuşdur. Polis əməkdaşının sullarına cavab olaraq o, həmin sellofan torbanın içərisində narkotik vasitə “kokos” olmasını və həmin narkotik maddənin öz tanışı «Tofiq» adlı şəxsə məxsus olmasını onu bildirmişdir və həmin videgörüntülərin həqiqəti əks etdirdiyini təsdiq edir. Lakin, belə hesab edir ki, yaşadığı evdə axtarış aparılmazdan əvvəl polis işçilərindən kimsə həmin narkotik maddəni qəsdən onun evinə atmışdır. Evdə axtarış aparılan zaman həmin narkotik maddə aşkar etdildikdən sonra o, polis işçiləri ona qarşı zorakılıq edəcəklərindən çəkinərək həmin narkotik maddə olan heroinin öz tanışı Tofiq adlı şəxsə məxsus olmasını demişdir. Əslində isə hadisə günü o, öz tanışı Tofiq adlı şəxsdən cəmi iki bükümdə narkotik maddə heroin almışdır və tanışı Tofiq evdə saxlaması üçün ona heç bir narkotik maddə verməmiş və saxlaması üçün onun evinə gətirməmişdir. Yaşadığı evdə baxış və axtarış aparılan zaman evdən aşkar olunmuş altı ədəd xırda bükümlərdə olan heroin, bir ədəd iri sellofan torbada aşkar olunmuş heroin və həmçinin elektron tərəzi də onun yanında ayrı-ayrı zərflərə qoyularaq möhürlənib götrülmüşdür. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şahid4 uzun müddətdir ki, tanıyır və onunla aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Şahid4 onun yaxın tanışı olmaqla onun da narkotik maddələrdən istifadə etdiyi barədə məlumatı vardır. Onun Tofiq adlı başqa bir yaxın tanışı yoxdur. Tanışı Şahid4 onun özünə heç vaxt hər-hansı bir narkotik vasitə satmamış və ya saxlaması üçün ona heç bir narkotik maddə verməmişdir. İş üzrə ibtidai istintaq zamanı və həmçinin məhkəmə baxışı zamanı hadisə günü, yəni 20 yanvar 2021-ci il tarixdə səhər saatlarında yaşadığı Suraxanı rayonu Bülbülə qəsəbəsində öz tanışı olan Tofiqlə görüşərək ondan öz istifadəsi üçün iki ədəd kiçik bükümdə heroin aldığını bildirmişdir. Lakin, hal-hazırda həmin ifadələrini təsdiq etmir. İş üzrə ibtidai istintaq zamanı o, yaşadığı evdən aşkar olunmuş heroinin və həmçinin bir ədəd elektron tərəzinin Tofiq adlı şəxsə məxsus olmasını bildirmişdir. Lakin, həmin ifadələrini təsdiq etmir. Tanışı Şahid4 heç vaxt ona hər-hansı bir narkotik maddə satmamış və ümumiyyətlə ona saxlaması və ya istifadə etməsi üçün heç bir narkotik maddə verməmişdir. Onun özü əvvəllər Tofiqin yalnız adını bilmiş və polis işçiləri ona təzyiq göstərməməli üçün onun adını demişdir. Hadisə günü, yəni 20 yanvar 2021-ci il tarixdə o, yaşadığı Suraxanı rayonu Bülbülə qəsəbəsində Şahid4 deyil, ümumiyyətlə adını bilmədiyi başqa bir şəxsdən öz istifadəsi üçün iki ədəd bükümlərdə narkotik vasitə heroin almışdır. Yuxarıda qeyd etdiyi kimi polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl o, öz tanışı Anar adlı şəxslə birlikdə həmin heroinin bir hissəsini istifadə etmişlər. Onun özü Şahid4 və ya başqa bir şəxsdən satış maqsədi ilə heç vaxt hər-hansı bir narkotik maddə əldə etməmişdir. Şahid4 narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı həbs olunduğu ona məlumdur. Lakin, Şahid4 hər-hansı bir şəxsdən hər-hansı bir narkotik vasitə əldə edib-etmədiyi barədə onun özünün heç bir məlumatı yoxdur. Onun özü hər-hansı bir narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Hadisə günü onun yaşadığı evdən aşkar olunmuş bir kiloqram çəkidə olan heroin ona məxsus deyil və belə hesab edir ki, həmin narkotik maddəni onu saxlamış polis əməkdaşları qəsdən onun yaşadığı evə atmışlar. Hadisə günü, yəni 20 yanvar 2021-ci il tarixdə o, yaşadığı Suraxanı rayonu Bülbülə qəsəbəsində adını bilmədiyi və yalnız sifətdən tanıdığı bir şəxsdən öz istifadəsi üçün iki ədəd kiçik bükümlərdə narkotik vasitə heroin almışdır. Buna görə də özünü yalnız qanunsuz olaraq iki ədəd kiçik bükümlərdə narkotik vasitə heroin əldə etməkdə təqsirli hesab edir. Törətdiyi həmin əmələ görə peşmandır. Göstərdiklərini nəzərə alaraq əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsi və himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün işin faktiki hallarına uyğun olmaqla mahiyyəti üzrə qismən etirafedici ziddiyətli ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, maddi sübut, ekspertiza rəyləri və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oglu ifadəsində göstərdi ki, Bakı şəhər, Suraxanı RPİ-nin Narkomaniya Mübarizə bölməsində əməliyyatmüvəkkili vəzifəsində işləyir. İş üzrə Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamış və onu ilk dəfə əməliyyat tədbiri keçirilib onu yaxaladıqları vaxt görmüşdür. Belə ki, 20 yanvar 2021-ci il tarixdə ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə Suraxanı RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar olaraq Suraxanı RPİ-nin NMB-nin rəisi Anar İbrahimov tərəfindən idarə rəhbərliyinə rəsmi qaydada məlumat verilmişdir. Alınmış məlumatla bağlı Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilərək onun ifşa olunması məqsədilə Suraxanı RPİ-nin rəisinin təsdiqi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və qəbul olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinə məlumat verilmişdir. Həmçinin əməliyyat tədbirinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri NMB-nin rəisi Anar İbrahimov olmaqla, onun özü, həmçinin Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 həmin qrupun tərkibinə daxil edilmişlər. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmaqla yaşadığı evin yaxınlığında olması barədə əlavə məlumat əldə olunmuş və o, əməliyyat qrupunun üzvləri Şahid3 və Şahid2 ilə birlikdə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsi 30b ünvanın yaxılığına gedərək orada bir qədər müşahidə aparmışlar. Həmin gün saat 12:50 radələrində həmin ünvanın qarşısıda öz xarici əlamətlərinə görə əməliyyat məlumatı alınmış Təqsirləndirilən şəxs oxşar şəxsin dayanıb özünü bir qədər şübhəli aparmasını görmüşlər. Həmin vaxt onlar özləri mülki geyimdə olmaqla ona yaxınlaşmış və xidməti vəqisələrini göstərib Suraxanı RPİ-nin əməkdaşları olmalarını həmin şəxsə bildirmişlər. Həmçinin həmin şəxsdən özünü təqdim etməsini xahiş etmiş və həmin şəxs orada yaxınlıqda yaşadığını və Təqsirləndirilən şəxs olmasını onlara bildirmişdir. Bundan sonra onlar, Təqsirləndirilən şəxs onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Suraxanı RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən onlarla birlikdə Suraxanı RPİ-nə getmişdir. Bu barədə onun özü raport yazıb idarə rəisinə məruzə etmiş və idarə rəisi tərəfindən bununla bağlı ilkin araşdırmanın aparılması Suraxanı RPİ-nin təhqiqatçısı Suad Həmzəyevə tapşırılmışdır. Bundan sonra təhqiqatçı Suad Həmzəyev tərəfindən bir nəfər vəkil dəvət olunaraq müdafiəçi kimi Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Bundan sonra həmin vəkilin və onların iştirakı ilə təhqiqatçı Suad Həmzəyev tarəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək videoçəkiliş aparılmaqla onun üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman təhqiqatçı Suad Həmzəyev tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa onu könüllü təqdim etməsi təklif olunmuşdur. Cavab olaraq Təqsirləndirilən şəxs üzərində narkotik maddə olmasını etiraf edərək o zaman əynində olan şalvarının yan cibindən iki ədəd kiçik siqaret kağızı bükümündə narkotik vasitəyə bənzər maddəni çıxarıb təqdim etmişdir. Sorğu-suala cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində «kakos» adlanan narkotik vasitə olmasını, həmin narkotik vasitəni Bülbülə qəsəbəsi ərazisində Tofiq adlı şəxsdən öz şəxsi istifadəsi üçün on manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və onun üzərindən qadağan olunmuş hər hansı bir başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümlər açılıb baxıldıqda onların içərisində kəskin iyli narkotik vasitə olan heroinə oxşar maddənin olduğu aşkar olunmuşdur. Sonra isə həmin bükümlər bir ədəd kağız zərfə qoyularaq təhqiqatçı tərəfindən möhürlənmişdir. Bundan sonra həmin zərfin üzərinə Təqsirləndirilən şəxs özü, sonuncunun müdafiəçisi kimi iştirak edən vəkil, onun özü, həmçinin əməliyyat müvəkkilləri Şahid3 və Siyavuş Səfərov da imza etmişlər. Bu barədə təhqiqatçısı Suad Həmzəyev tərəfindən protokol tərtib olunaraq onlara ucadan oxunmuş və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi də heç bir etiraz bildtirmədən həmin protokolu imzalamışlar. Onu da bildirmək istəyir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdən sonra təhqiqatçı Suad Həmzəyevin suallarına cavab olaraq Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik maddə olan «kokos» olmasını bildirmişdir. Bundan sonra onlar hamısı birlikdə ünvan 7 ünvanda yerləşən evə getmişlər. Həmin ünvana gəldikdə evdə kənar şəxslər olmamaqla özünü Təqsirləndirilən şəxs anası kimi təqdim edən bir qadın olmuşdur. Həmin qadın və Teymur evə baxış keçirilməsi və orada axtarış aparılmasına etiraz etməmişlər. Bundan sonra Təqsirləndirilən şəxs özünün, sonuncunun müdafiəçisinin, həmçinin onun özü və əməliyyat müvəkkilləri Rövşən Abvdullayev və Siyavuş Səfərov iştirakı ilə təhqiqatçısı Suad Həmzəyevin rəhbərliyi ilə Təqsirləndirilən şəxs yaşadığı mənzilə videoçəkiliş aparılmaqla baxış və axtarış keçirilmişdir. Evə baxış keçirilən zaman otaqda olan taxta taburetkanın üzərində bir ədəd elektron tərəzi və cəmi altı ədəd kiçik siqaretin kağızına bükülmüş bükümlərin olduğunu görmüşlər. Həmin bükümlər açılıb yoxlanıldıqda onların içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə olan heroinə oxşar tozşəkilli maddənin olması aşkar olunmuşdur. Bundan başqa otaqda olan əşyalar yoxlanılan zaman otaqda olan çarpayının döşəyinin altından bir ədəd göy rəngli sellofan torbanın içərisində təxminən bir kiloqram çəkidə olan qəhvəyi rəngli eyni kəskin iyli, narkotik vasitə heroinə oxşar maddənin olduğu aşkar olunmuşdur. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin altı ədəd kiçik bükümlərdə, həmçinin sellofan torbanın içərisində narkotik vasitə «kokos» adlanan narkotik maddə olmasını, lakin həmin narkotik vasitənin onun özünə deyil, Tofiq adlı şəxsə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş həmin maddələr və həmçinin bir ədəd elektron tərəzi ayrı-ayrı zərflərə qoyularaq təhqiqatçı tərfiəndən möhürlənmişdir. Sonra isə bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs özü, sonuncunun müdafiəçisi və həmçinin onlara da həmin zərflərin üzərinə imza etmişlər. Sonra təhqiqatçısı Suad Həmzəyev tərəfindən bu barədə protokol tərtib olunaraq onlara ucadan oxunmuşdur. Bundan sonra bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs özü, sonuncunun müdafiəçisi heç bir etiraz bildirmədən həmin protokolu imzalamışlar. Bundan sonra onlar birlikdə Suraxanı RPİ-nə getmişlər. Sonrakı dövrdə Təqsirləndirilən şəxsla ünsiyyəti olmamışdır. Hadisə günü, yəni 20 yanvar 2021-ci il tarixdə saat 12:50 radələrində onlar Təqsirləndirilən şəxs Suraxanı rayonu Bülbülə qəsəbəsində onun yaşadığı evin yaxınlığında saxladıqdan sonra dərhal onu Suraxanı RPİ-nə aparmışlar. Təqsirləndirilən şəxs Suraxanı RPİ-nə apardıqdan sonra bu barədə şəxsən rəsmi raportla idarə rəisinə məruzə etmiş və bundan sonra idarə rəhbərliyinin göstərişinə əsasən araşdırma Suraxanı RPİ-nin təhqiqatçısı Suad Həmzəyev tərəfindən aparılmışdır. Yuxarıda qeyd etdiyi kimi, Suraxanı RPİ-də xidməti otaqların birində müdafiəçi kimi dəvət edilmiş vəkilin və onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləçn zaman Teymurun üzərindən iki ədəd siqaret kağızı bükümündə narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində «kakos» adlanan narkotik vasitə heroin olmasını və həmin narkotik vasitəni Bülbülə qəsəbəsi ərazisində Tofiq adlı sifətdən tanıdığı bir şəxsdən öz şəxsi istifadəsi üçün on manata aldığını bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs özü və sonuncunun müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Evdə aparılmış baxış və axtarış zamanı otaqda olan taburetkanın üzərindən bir ədəd elektron tərəzi və altı ədəd siqaret kağızı bükümlərində narkotik vasitə heroinə oxşar maddə, evdə olan olan çarpayının üzərində olan döşəyin altından isə bir ədəd göy rəngli sellofan torbanın içərisində isə təxminən bir kiloqram çəkidə narkotik vasitə heroinə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin elektron tərəzinin və həmçinin yaşadığı evdə aşkar olunmuş narkotik vasitələrin öz tanışı olan Tofiq adlı şəxsə məxsus olmasını bildirmişdir. Tofiq Cəfərov onlar tərəfindən saxlanılıb Suraxanı RPİ-nə aparıldığı, orada üzərinə baxış keçirildiyi, daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman şəxsən onun özü və yaxud hər-hansı bir polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təsir və ya təzyiq göstərilməmişdir. Yuxarıda göstərdiyi kimi, Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanlıb Suraxanı RPİ-nə aparıldıqdan sonra təhqiqatçı Suad Həmzəyev tərəfindən onların və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, daha sonra isə eyni qaydada videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən və həmçinin yaşadığı evdən aşkar olunmuş narkotik vasitə heroinin mənbəyinin və həmçinin Təqsirləndirilən şəxs göstərdiyi Tofiq adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün onlar tərəfindən müvafiq əməliyyat tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs Tofiq adı ilə bildirdiyi şəxsin şəxsiyyəti müəyyən ediələrək həmin şəxsin Bakı şəhər sakini Şahid4 olduğu müəyyən edilmişdir. Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsinə aidiyyəti olan şəxs olduğu müəyyən edilmiş və onda olan məlumata görə bununla bağlı sonuncunun barəsində hal-hazırda Suraxanı RPİnin İstintaq şöbəsində cinayət işi istintaq olunur. Lakin, Şahid4 Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitə olan heroinə heç bir aidiyyəti olmadığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinin mənbəyinin müəyyən edilməsi üçün müvafiq əməliyyat tədbirləri davam etdirilir. Hadisə günü, yəni 20 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs onlar tərəfindən Bülbülə yaşadığı evin yaxınlığında onlar tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə alınmış məlumatla əlaqədar saxlanılmışdır. Onlara Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyi və həmçinin onun satışı ilə də məşğul olduğu barədə məlumat olmuşdur. Onlar Təqsirləndirilən şəxs sonuncunun yaşadığı Suraxanı rayonu Bülbülə qəsəbəsində saxladıqdan sonra dərhal onu Suraxanı RPİ-nə aparmışlar. Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış isə sonuncunun üzərinə Suraxanı RPİ-nə baxış keçirildikdən sonra aparılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evə onlar hamısı birlikdə daxil olmuş və Təqsirləndirilən şəxs müdafiəçisi kimi iştirak edən vəkil də həmin vaxt onlarla birlikdə olmuşdur. Həmin vaxt evdə Təqsirləndirilən şəxs tanışı olan hər-hansı bir şəxs və o cümlədən Anar adlı şəxs olmamışdır. Həmin ərəfədə Suraxanı rayonu ərazisində Anar Əliyev adlı şəxs də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmuşdur. Həmin şəxsin Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə aşkar olunmuş külli miqdarda narkotik vasitəyə hər-hansı bir aidiyyəti olduğu müəyyən edilməmişdir. Bir daha bildlirir ki, Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılıb Suraxanı RPİ-nə aparıldığı və orada olduğu vaxt ərzində, həmçinin yaşadığı evdə axtarış aparılan zaman Təqsirləndirilən şəxs qarşı heç bir təsir və ya təzyiq göstərilməmişdir. Suraxanı RPİ-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman və həmçinin sonuncunun yaşadığı evdə axtarış aparılan zaman tam olaraq videoçəkiliş aparılmışdır. Elan edilməklə ona təqdim olunmuş cinayət işinin müvafiq olaraq 33-34-cu və 40-cı vərəqlərində olmaqla “Şəxsi axtarış və götürmə aparılması haqqında” və həmçinin «Evə baxış və götürmə barədə” 20 yanvar 2021-ci il tarixli protokollar ona tanışdır və həmin protokollarda «iştirak etdi Şahid1» qeydləri qarşısında imzalar onun özünə məxsusdur. Həqiqətən 20 yanvar 2021-ci il tarixdə saat 12-50 radələrində Suraxanı RPİ-də olan xidməti otaqların birində Suraxanı RPİ-nin təhqiqatçısı Suad Həmzəyev tərəfindən onun özü, həmçinin əməliyyat müvəkkilləri Şahid3, Siyavuş Səfərovun və həmçinin müdafiəçisi kimi dəvət edilmiş vəkilin iştirakı ilə hal-hazırda təqsirləndirilən şəxs kürsüsündə oturmuş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Üzərinə baxış keçirilən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf edərək o zaman əynində olmuş qara rəngli cins şalvarının sol yan cibindən iki ədəd kiçik siqaret kağızı bükümünü təhqiqatçı Suad Həmzəyevə təqdim edərək həmin bükümlərin içərisində «kakos» kimi tanıdığı narkotik vasitə olmasını və həmin narkotik vasitəni Bülbülə qəsəbəsində «Tofiq» adlı şəxsdən on manata öz istifadəsi üçün aldığını bildirmişdir. Həmin bükümlər açılıb yoxlanıldıqda onların içərisində narkotik vasitə olan heroinə axşar maddənin olduğu müəyyən edilmişdir. Həmin bükümlər bir ədəd zərfə qablaşdırılaq möhürlənib götürülmüşdür. Bu barədə təhqiqatçısı Suad Həmzəyev tərəfindən həmin protokol tərtib olunaraq ucadan oxunmuş və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi heç bir etiraz bildirmədən həmin protokolu imzalamışdır. Protokolda qeyd edildiyi kimi o zaman Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra onlar hamısı birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanda yerləşən evə getmiş və həmin evdə videoçəkiliş aparılmaqlda axtarış aparılmışdır. Həmin evdə axtarış aparılan zaman mənzildə olan taxta taburetin üzərindən altı ədəd kiçik siqaret kağızı bükümlərdə heroinə oxşar maddə və bir ədəd ədəd elektron tərəzi aşkar olunaraq qablaşdırılıb möhürlənib götrülmüşdür. Həmçinin evdə axtarış aparılan zaman orada olan çarpayının üstündə olan döşəyin altından bir ədəd göy rəngli iri sellofan torbanın içərisində narkotik vasitə olan heroinə oxşar maddə aşkar ediələrək qablaşdırılıb möhürlənib götürülmüşdür. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş həmin narkotik vasitənin və həmçinin elektron tərəzinin də öz tanışı olan Tofiq adlı şəxsə məxsus olmasını bildirmişdir. Bu barədə təhqiqatçısı Suad Həmzəyev tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi heç bir etiraz bildirmədən həmin protokolu da imzalamışlar. Həmin protokolların doğruluğunu bir daha təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin Narkomaniya Mübarizə bölməsinin əməkdaşları, əməliyyat müvəkkilləri X2 və Şahid3 Şahid1 ifadəsinə uyğun eyni məzmunda ifadə verərək, alınmış əməliyyat məlumatı ilə əlaqədar keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs 20 yanvar 2021-ci il tarixdə saat 12:50 radələrində sonuncunun yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsi 30b ünvanın yaxılığında saxlayaraq Suraxanı RPİ-nə apardıqları, bu barədə idarə rəhbərliyinə məruzə edildikdən sonra Suraxanı RPİ-nin təhqiqatçısı Suad Həmzəyev tərəfindən müdafiəçi kimi dəvət edilmiş vəkilin və onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirildiyi, Təqsirləndirilən şəxs o zaman əynində olmuş cins şalvarının yan cibindən iki ədəd kiçik siqaret kağızı bükümündə narkotik vasitəyə bənzər maddəni çıxarıb könüllü təqdim etdiyi və həmin bükümlərin içərisndə «kakos» adlanan narkotik vasitə olmasını, həmin narkotik vasitəni Bülbülə qəsəbəsi ərazisində Tofiq adlı şəxsdən öz şəxsi istifadəsi üçün on manata aldığını bildirdiyi, həmin bükümlər açılıb yoxlanıldıqda onların içərisində narkotik vasitə olan heroinə oxşar maddənin olduğu və həmin bükümlərin bir ədəd zərfə qablaşdırılaq möhürlənib götürüldüyü, bu barədə təhqiqatçısı Suad Həmzəyev tərəfindən protokol tərtib olunaraq onlara ucadan oxunduğu və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs, həmçinin sonuncunun müdafiəçisinin heç bir etiraz bildirmədən həmin protokolu imzaladıqlarını, daha sonra onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadı ünvan 7 ünvanda yerləşən evdə videoçəkiliş aparılmaqla axtarış keçirildiyi, axtarış zaman həmin evdə taxta taburetin üzərindən bir ədəd elektron tərəzi, həmçinin içərisində narkotik vasitə heroinə oxşar maddə olan altı ədəd kiçik siqaret kağızı bükümləri, evdə olan çarpayının üstündə olan döşəyin altından isə bir ədəd göy rəngli sellofan torbanın içərisində külli miqdarda narkotik vasitə heroinə oxşar maddənin aşkar olunaraq qablaşdırılıb götürülyü, bu barədə təhqiqatçı tərəfindən protokol tərib olunaraq ucadan oxunduğu və bütün iştirakçılar kimi, Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisinin heç bir etiraz bildirmədən həmin protokolu imzaladıqları, Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılıb Suraxanı RPİ-nə aparılan zaman, həmin RPİ-də onun üzərinə baxış keçirildiyi və həmçinin sonuncunun yaşadığı evdə axtarış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı heç bir təsir və ya təzyiq göstərilmədiyini bildirmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dinirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 1979-cu ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 5 ünvanda yaşayır. İş üzrə Təqsirləndirilən şəxs sifətdən tanıyır və onun Suraxanı rayonu Bülbülə qəsəbəsində yaşadığını bilir. Təqsirləndirilən şəxs ilə yaxın münasibətləri olmamış və hərmçinin aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Onun Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Suraxanı RPİnin əməkdaşları tərəfindən cinayət məsuliyyətinə cəlb olunduğunu eşidib bilmişdir. Lakin, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə nə kimi aidiyyəti olması, onun hansı şəraitdə yaxalandığı və ondan nə kimi narkotik maddə aşkar olunduğu barədə onun məlumatı yoxdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun özü arada narkotik vasitələrdən istifadə etmiş, lakin hər-hansı bir narkotik vasitənin satışı ilə məşğul olmamışdır. O, Təqsirləndirilən şəxs heç vaxt hər-hansı bir narkotik maddə satmamış, yaxud istifadəsi üçün verməmiş və yaxud saxlaması üçün də ona hər-hansı bir narkotik maddə verməmişdir. 2021-ci il ilin yanvar ayında Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin əməkdaşları tərəfindən harada, hansı şəraitdə saxlanıldığı, Təqsirləndirilən şəxs üzərində və yaxud yaşadığı evdə hər-hansı bir narkotik maddə aşkar olunub-olunmadığı barədə onun özünün heç bir məlumatı yoxdur. Onun özü hal-hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılır və onun barəsində Bakı şəhəri, Suraxanı RPİ-də Azərbaycan Respublikasi CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi aparılır. Onun özü narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 20 may 2021-ci il tarixdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Ona qarşı ittiham irəli sürülmüşdür ki, qanunsuz yolla külli miqdarda narkotik maddə heroin və həmçinin tramadol həbləri əldə edərək üzərində daşımışdır. Onun özü 20 may 2021-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində öz istifadəsi üçün saxladığı narkotik maddə heroin olmuşdur. Lakin, onda aşkar olunmuş həmin narkotik maddəyə tanışı Təqsirləndirilən şəxs heç bir aidiyyəti yoxdur. Bir daha bildirir ki, onun özü Təqsirləndirilən şəxs heç vaxt hər-hansı bir narkotik maddə satmamış, yaxud saxlaması üçün ona verməmiş və həmçinin Təqsirləndirilən şəxs da heç vaxt ona hər-hansı bir narotik maddə satmamış və yaxud istifadəsi üçün verməmişdir. Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, cinayət işində olmaqla məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 21 yanvar 2020-ci il traixli qərardan görünür ki, ********* nömrəli cinayət işi 21 yanvar 2021-ci il tarixdə Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitanı S.Z.Həmzəyev tərəfindən 20 yanvar 2021-ci il tarixdə həmin RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Suraxanı rayon sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən və həmçinin yaşadığı ünvandan külli miqdarda narkotik vasitə heroin aşkar edilməsi faktı ilə bağlı toplanmış HK-1/43 material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanaraq icraata qəbul edilmişdir. (iş vər. 1). “Şübhəli şəxsin tutulması haqqında” 20 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2021-ci il tarixdə saat 14-20 radələrində Suraxanı RPİnin TŞ-nin təhqiqatçısı S.Z.Həmzəyev tərəfindən müdafiəçinin iştirakı ilə iş üzrə şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 23). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 yanvar 2021-ci il tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2021-ci il tarixdə saat 12-50 radələrində ünvan 10 ünvanın qarşısında Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Suraxanı RPİ-nə aparılmış və həmin tarixdə saat 12-50 radələrindən saat 14- 50 radələrinədək Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı S.Z.Həmzəyev tərəfindən polis əməkdaşları və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilən zaman onun əynində olmuş qara rəngli cins şalvarının sol yan cibindən iki ədəd siqaret kağızı bükümündə narkotik vasitəyə bənzər maddə aşkar edilmiş, aşkar edilmiş bükümlər baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb Suraxanı RPİ-nin 45 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin nə olması və haradan əldə etməsi barədə verilmiş suallara cavab olaraq həmin bükümlərin içərisində olan maddələrin «kakos» kimi tanıdığı narkotik vasitə olmasını və narkotik vasitəni Bülbülə qəsəbəsi ərazisində «Tofiq» adlı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata almasını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evində də narkotik vasitə vardır. (cild 1, iş vər. 33-34). «Evə baxış və götürmə barədə” 20 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 17-10 radələrindən saat 17-40 radələrinədək Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı S.Z.Həmzəyev tərəfindən polis əməkdaşları və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 12 ünvanda yerləşən evə videoçəkiliş aparılmaqla baxış keçirilən zaman mənzilin otağında olan taxtanın üzərindən altı ədəd siqaretin kağızına bükülmüş qəhvəyi rəngli tozşəkilli maddələr və bir ədəd elektron tərəzi, çarpayının altından isə bir ədəd göy rəngli torbada içərisində qəhvəyi rəngli tozşəkilli maddələr aşkar olunaraq qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddələrin nə olması, kimə məxsus olması və haradan əldə etməsi barədə suallara cavab olaraq həmin maddələrin narkotik vasitə olmasını, lakin ona məxsus olmamasını və «Tofiq» adlı şəxsə məxsus olmasını bildirmişdir. Baxış və axtarış zamanı həmin evdən qanunla qadağan olunmuş, hər hansı bir başqa əşya aşkar edilməmişdir. Həmin maddələr və elektron tərəzi baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb Suraxanı RPİ-nin 45 nömrəli möhür əksi ilə möhürlənərək götürülmüş, ərizə və şikayət daxil olmamışdır. (cild 1, iş vər. 40). Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş 21 yanvar 2021-ci il tarixli 6/261 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş» yazısı olan zərfdəki 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 3,180 qram açıq qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş üzərində: "vətəndaş Təqsirləndirilən şəxs evindən aşkar edilmiş...” yazısı olan göy rəngli polietilen torbadakı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1008,6 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş üzərində: “vətəndaş Təqsirləndirilən şəxs evindən aşkar edilmiş.." yazısı olan 6 (altı) ədəd bükümdə ümumi təmiz çəkisi 1,106 qram açıq qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş üzərində: "vətəndaş Təqsirləndirilən şəxs evindən aşkar edilmiş.." yazısı olan zərfdəki bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Lakin iz şəkilində olduğu üçün, heroinin çəkisini müəyyən etmək mümkün olmadı. Vət. Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş heroinin ümumi təmiz çəkisi 1012,886 qramdır (1 kq 012,886 qr) və həmin heroinlər xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər. Tərəzinin üzərindəki heroin iz şəklində olduğu üçün Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in İ siyahısına daxildir. Heroinin çəkiləri: 1008,6 qr, 3,180 qr və 1,106 qr; tədqiqata sərf edilmiş 0,2 qr, 0,1 qr və 0,12 qr; qalıq 1008,4 qr, 3,08 qr və 0,986 qr qalmışdır. (cild 1, iş vər. 48-51). «Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında» və «Cinayət işinin icraata qəbul edilməsi haqqında» 21 yanvar 2021-ci il tarixli qərarlardan görünür ki, həmin tarixdə Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı S.Z.Həmzəyev tərəfindən cinayət işi istintaq aparılması üçün Suraxanı RPİ-nin İŞ-nə göndərilmiş və qeyd edilən tarixdə cinayət işi Suraxanı RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Ç.A.Pənahov tərəfindən icraata qəbul edilərək iş üzrə ibtidai istintaq aparılmışdır. (iş vər. 55, 58, 59). «Cinayət əməlinin tövsif edilməsi haqqında» və «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 22 yanvar 2021-ci il tarixli qərərlardan görünür ki, həmin tarixdə Suraxanı RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, Ç.A.Pənahov tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmiş, sonuncu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, qeyd edilən tarixdə müdafiəçinin iştirakı ilçə ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (iş vər. 65-66, 68-69). İşdə olan məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2021-ci il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 yanvar 2021-ci il tarixli 4(010)-37/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 20 yanvar 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. (iş vər. 86-88). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 11 fevral 2021-ci il tarixli tələbnamə və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməklə Suraxanı Rayon Məhkəməsinin 03 iyul 2013-cü il tarixli iş № 1(10)-128/2013 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 11 aprel 2013-cü il tarixdən hesablanmış, 11.04.2015-ci il tarixdə Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad olunmuşdur. (cild 1, iş vər. 103-104, 108-111). “Diskə baxış keçirilməsi haqqında” 10 mart 2021-ci il tarixli protokol və həmçinin məhkəmə baxışı zamanı nümayiş etdirilmiş həmin diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində Suraxanı RPİ-də xidməti otaqda şəxsi axtarış aparılan zaman videoçəkilmiş aparılaraq həmin diskə köçürülmüşdür. Özündə videogörüntüləri əks etdirən həmin DVD diskə baxış keçirilən zaman həmin diskdə bir ədəd fayıl olduğu, faylda olan videogörüntünün 20 fevral 2021-ci tarixdə çəkilməklə, çəkilmiş videoçəkilişdə Suraxanı RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparıldığı, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verildiyi, sonuncu heç bir etiraz etməyərək özü könüllü olaraq əynində olan qara rəngli şalvarının sol yan cibindən iki ədəd siqaret kağızı bükümünü çıxarıb təqdim etdiyi, həmin bükümlər polis əməkdaşı tərəfindən açıldıqda onların içərisində qəhvəyi rəngli toz şəkilli maddə olması müşahidə olunduğu müəyyən edilmişdir. Həmçinin videogörüntülərdə Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin nə olması və haradan əldə etməsi barədə sual verildiyi, sonuncunun isə həmin bükümlərin içərisndə olan maddələrin "kakos" kimi tanıdığı narkotik vasitə olmasını, narkotik vasitəni Bülbülə qəsəbəsi ərazisində «Tofiq» adlı şəxsdən öz şəxsi istifadəsi üçün on manata almasını bildirdiyi videogörüntülərdə əks olunduğu, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilməklə onun üzərində qanunla qadağan olunmuş, hər hansı bir başqa əşya aşkar edilmədiyi müşahidə olunduğu müəyyən edilmişdir. Həmin bir ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. (iş vər. 113). “Diskə baxış keçirilməsi haqqında” 18 mart 2021-ci il tarixli protokol və həmçinin məhkəmə baxışı zamanı nümayiş etdirilmiş həmin diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 10 ünvanda axtarış aparılan zaman videoçəkiliş aparılaraq həmin diskə köçürülmüşdür. Özündə videogörüntüləri əks etdirən, bir ədəd bir fayıldan ibarət DVD diskdə bir ədəd fayıl olduğu, fayılda olan videogörüntülərin 20 yanvar 2021-ci tarixdə çəkildiyi, videoçəkilişdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən ünvan 13 ünvanda axtarış aparıldığı, mənzildə axtarış zamanı mənzilin otağında olan taxtanın üzərindən altı ədəd siqaret kağızı bükümləri və bir ədəd elektron tərəzi aşkar olunduğu əks olunduğu, həmin bükümlər açılaraq içərisində tozşəkilli maddələr olması göründüyü əks olunduğu müəyyən edilmişdir. Həmçinin mənzilin otağından bir ədəd göy rəngli torba aşkar olunduğu, həmin torbanın içərisinə baxış zamanı içərisində qəhvəyi rəngli tozşəkilli maddələr aşkar olunduğu, Təqsirləndirilən şəxs həmin maddələrin nə olması, kimə məxsus olması və haradan əldə etməsi barədə sual verildiyi, sonuncunun həmin maddələrin narkotik vasitə olmasını, lakin ona məxsis olmamasını, «Tofiq» adlı şəxsə məxsus olmasını bildirdiyi videogörüntülərdə əks olunduğu müəyyən edilir, həmiçinin bundan sonra evdə axtarış davam etdirildiyi, lakin qanunla qadağan olunmuş, hər hansı bir başqa əşya aşkar edilmədiyi həmin videogörüntülərdə əks olunduğu müəyyən edilmişdir. Həmin DVD disk iş materiallarına əlavə olunmuşdur. (iş vər. 114). Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X5 X6 Komissiyasının verdiyi 29 aprel 2021-ci il tarixli 1317 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır, ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (iş vər. 123-124). “Sübutların qiymətləndirilməsi haqqında” 06 may 2021-ci il tarixli qərardan görünür ki, həmin qərarla iş üzrə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitələr ekspertiza tədqiqatı zamanı sərf edildikdən sonra qalıq qalmış 1008,4 qram 3,08 qram, 0,986 qram açıq qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd elektron tərəzi iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış saxlanılması üçün Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi və yaşadığı mənzildə axtarış aparılan zaman çəkilmiş özündə videogörünütləri əks etdirən iki ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (iş vər. 125-135). «Cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında» 06 may 2021-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində olan hazırki ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. (iş vər. 137-138). İş materiallarına əlavə edilməklə Bakı şəhəri Nizami rayon Hərbi komissarlığı tərəfindən 16.10.1992-ci il tarixdə verilmiş NZ № ******* saylı hərbi biletin keçrosurətindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətə çağrılmaqla 20.09.1992-ci il tarixdən 30.10.1996-cı il tarixədək Azərbaycan Respublikası Ordu sıralarında sürücü-elektrik vəzifəsində hərbi xidmətdə olmuşdur. İş materiallarına əlavə edilməklə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 may 2021-ci il tarixli, iş № 4(010)-230/2021 saylı qərarının surətindən görunüur ki, hazırki iş üzrə şahid qismində dindirilmiş, xx xxxxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 05 ünvanında qeydiyyatda olan Şahid4 Suraxanı RPİ-də istintaq edilən cinayət işi üzrə Azərbaycan Respublikasi CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, 20 may 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən «Əli» adlı əxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda bir ədəd qara rəngli sellofan paketdə və üç ədəd bükümdə ümumi təmiz çəkisi 1067,373 qram çəkisi olan narkotik vasitə “heroin” və ümumi təmiz çəkisi 4,275 qram olan tramadol 19 həbdə hidroxlorid təsiredici maddəsini alaraq əldə edib, üzərində saxlayıb, daşımış və Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 may 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi bina 13 ünvanının qarşısında saxlanılıb Suraxanı RPİ-nin 31ci PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərinə polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə heroin qeyd edilən tramadol hidroxlorid təsiredici maddəsi aşkar edilərək götürülmüşdür. Həmin məhkəmə qərarına əsasən Şahid4 barəsində əvvəli 20 may 2021-ci il tarixdən hesablanmaqla dörd ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş 02 ədəd «DVD» diskdə olan videgörüntülərdə “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 yanvar 2021-ci il tarixli protokol, “Evə baxış və götürmə barədə” 20 yanvar 20201-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında heroinin xalis çəkisi 2 qramdan yuxarı aşkar olunması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini, yəni istintaq zamanı müəyyən edilməmiş mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib yaşadığı evdə və üzərində saxlayıb daşımaqda təqsirli olması, özünün işin faktiki hallarına uyğun qismən etirafedici ziddiyətli ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutla və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı onun üzərində və yaşadığı evdə aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etmədiyi, üzərində aşkar olunmuş narkotik vasitə olan heroini yalnız öz istifadəsi üçün əldə etmiş olduğu, yaşadığı evdə heç vaxt narkotik vasitə saxlamadığı, yaşadığı evdən aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitə olan heroinin ona heç bir aidiyyəti olmadığı, onu yaxalamış polis işçiləri tərəfindən ona qarşı təsir və təzyiq göstərildiyinə görə iş üzrə ilkin araşdırma və ibtidai istintaq zamanı etirafedici ifadələr verdiyi barədə olan hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri öz məsuliyyətini yüngülləşdirmək və cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs daimi iş və qazanc yeri olmamadığı, onun müdamadi olaraq narkotik vasitələrdən istifadə etməklə onda narkomaniya xəstəliyi aşyar olunduğu, onun üzərində və həmçinin yaşadığı evdə aşkar edilərək götrülmüş külli miqdarda narkotik vasitə heroinin bir hissəsinin xırda bükümlərə bölünüb saxlanıldığı, yaşadığı evdə həmin narkotik vasitə ilə yanaşı üzərində narkotik vasitə olan heroin izi aşkar olunmuş elektron tərəzinin də aşkar olunaraq götrüldüyü nəzərə alınmaqla onun həmin külli miqdarda cəmi 1012,886 (bir min on iki tam, mində səkkiz yüz səksən altı) qram çəkidə narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə etmiş olduğu təsdiq olunur və onun yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması işin faktiki hallarına uyğun olan qismən etirafedici ifadələri ilə yanaşı, iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv subutların məcmusu ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə həmin tövsiyyələri və işin faktiki hallarını, yəni Təqsirləndirilən şəxs yuxarıda göstərilən şəraitdə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz yolla istintaq zamanı müəyyən edilməmiş mənbədən əldə edərək həmin narkotik vasitənin bir qismini öz üzərində, qalan hissəsini isə yaşadığı ünvanda saxladığı, Bakı şəhəri Suraxanı rayonu ərazisində yuxarıda göstərilən şəraitdə keçirilmiş əməliyyat tədbirləri zamanı polis əməkdaşları tərəfindən yaxalandığı, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, yəni daimi iş yeri olmadığını, onun üzərindən və yaşadığı ünvandan aşkarlanıb götürülmüş külli miqdarda narkotik vasitə olan heroinin bir hissəsinin xırda bağlamalara bükülməsi və yaşadığı ünvanda həmçinin üzərində heroin izləri olan elektron tərəzinin aşkar edildiyini nəzərə alaraq hesab edir ki, onun həmin narkotik vasitəni həmçinin satış məqsədi ilə əldə etmiş olduğu tam təsdiq olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməklə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 iyul 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi və 11.04.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunduğu və həmin vaxtdan müvafiq vaxt keçdiyinə görə Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinin müddəalarına əsasən o, məhkumluğu olmayan şəxs hesab olunmalı, onun ağır cinayət törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuş və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Odur ki, Azərbaycan Respublikası CM-nin 93.1.2ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib peşman olmasını, 1992-1996-cı illlərdə Azərbaycan Respublikası Ordu sıralarında həqiqi hərbi xidmətdə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Maddi sübutlar: Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməklə ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1008,4 (bir min mində səkkiz tam, onda dörd) qram, 3,08 (üç tam, yüzdə səkkiz) qram və 0,986 (sıfır tam, mində doqquz yüz səksən altı) qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman aparılmış videoçəkiliş əks olunmuş iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar: Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməklə ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1008,4 (bir min mində səkkiz tam, onda dörd) qram, 3,08 (üç tam, yüzdə səkkiz) qram və 0,986 (sıfır tam, mində doqquz yüz səksən altı) qram çkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman aparılmış videoçəkiliş əks olunmuş iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Mahmud Ağalarov Rahib Salmanov
Məhkəmə qərarları › İş №1(101)-1150/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1150/2021
06.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver