Məhkəmə qərarları › İş №1(101)-1150/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1150/2022

07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1150/2022 07.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X12 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının "Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1959-cu il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 dekabr 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-ci maddələri ilə təqsirli bilinib 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 14 iyun 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 2 (iki) ay 4 (dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 17 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş), məhkumluğu ödənilməmiş, ünvan 9-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metafetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metafetamini əldə edib satmaq məqsədi ilə istintaqa məlum olmayan özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş “Ələkbər” adlı şəxslə əlbir olub cinayət əlaqəsinə girərək istifadəsində olan “KGTGL” markalı mobil telefonun “WhatsApp” proqramı vasitəsi ilə əvvəlcədən aralarında olan razılaşmaya əsasən 13 yanvar 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, döngə 2 ünvanında yerləşən “Tovuz mətbəxi” kafesinin yaxınlığına gedərək orada yolun kənarında əkilmiş ağacın dibindəki otluq sahədə “Ələkbər” adlı şəxs tərəfindən gizlədilmiş satış məqsədi ilə təmiz çəkisi 922,425 qram olan külli miqdarda narkotik vasitə heroini, təmiz çəkisi 9,728 qram olan külli miqdarda psixotrop maddə metafetamini və qeyd edilmiş narkotik vasitənin və psixotrop maddənin satışı zamanı istifadə edilməsi üçün 1 ədəd elektron tərəzini əldə etdikdən sonra 900 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini, 9,728 qram çəkidə külli miqdarda psixotrop maddə olan metafetamini və 1 ədəd elektron tərəzini ünvan 3 ünvanında yerləşən yaşadığı evində saxlamış, təmiz çəkisi 22,425 qram olan külli miqdarda narkotik vasitə heroini isə satış məqsədi ilə qanunsuz olaraq üzərində saxlayaraq daşımış, 15 yanvar 2022-cİ il tarixdə saat 23:00 radələrində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, ünvan 3 ünvanında yerləşən evinin qarşısında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, 16 yanvar 2022-ci il tarixdə saat 00:20-də idarənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki pencəyin sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 22,425 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra saat 1:20-də onun yaşadığı ünvan 3 ünvanında yerləşən evə baxış zamanı yataq otağında çarpayının üzərindəki döşəyin altından 1 ədəd bükümdə təmiz çəkisi 900 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 9,728 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və üzərində heroin izləri olan 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət narkotik vasitələr və psixotrop maddələr qəbul etmişdir. Odur ki, müəyyən dərəcədə narkotik vasitələrdən və psixotrop maddələrdən asılılığı olmuşdur. 2021-ci ilin dekabr ayında sosial şəbəkələr vasitəsi ilə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş “Ələkbər” adlı şəxslə tanış olub istifadəsində olan ***-***-**-** nömrəli “KGTGL” markalı mobil telefon ilə “WhatsApp” proqramından istifadə edib həmin şəxsin istifadəsində olan +**********13 nömrəli mobil telefona zəng edərək onunla əlaqə yaratmışdır. Söhbət zamanı Ələkbərə narkotik vasitə olan heroin qəbul etdiyini və son zamanlar heroin almağa pulu olmadığı üçün bədənindəki ağrılardan əziyyət çəkdiyini demişdir. Ələkbər də ona Bakıda narkotik vasitələrin və psixotrop maddələrin satışında ona köməklik etməyini, qarşılığında təmənnasız istifadəsi üçün heroin verəcəyini demişdir. Məcburiyyət qarşısında qalıb Ələkbərin təklifi ilə razılaşmışdır. 13 yanvar 2022-ci il tarixdə səhər, təxminən saat 10 radələrində Ələkbər istifadəsində olan +**********13 nömrəli mobil telefonu ilə “WhatsApp” proqramı vasitəsi ilə istifadəsində olan “KGTGL” markalı ***-***-**-** nömrəli mobil telefona zəng edib həmin gün, axşam saat 18 radələrində Binəqədi rayonunun DSK yolu, döngə 2 ünvanında yerləşən Tovuz mətbəxi kafesinin qarşısında yol kənarında əkilmiş ağacın dibindəki otluq sahədən içərisində 1 büküm narkotik vasitə olan heroin, 1 büküm psixotrop maddə olan metafetamin və 1 ədəd elektron tərəzi olan bükülünü götürüb özümdə saxlamağını, sonradan həmin heroini və metafetamini onun dediyi ünvana çatdırmağını bildirmişdir. O da Ələkbərin tapşırığı ilə həmin gün, yəni 13 yanvar 2022-ci il tarixdə axşam təxminən saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu DSK yolu, döngə 2 ünvanında yerləşən Tovuz mətbəxi kafesinin qarşısına gedərək orada yolun kənarına əkilmiş ağacın dibindəki otluq sahədən Ələkbərin dediyi bükülünü götürüb yaşadığı ünvan 9 ünvanına gəlmiş və həmin bükülünü evin yataq otağında gizlətmişdir ki, sonradan onları tərəzi vasitəsi ilə çəkib Ələkbər dediyi çəkidə aparıb Ələkbərin dediyi ünvanlara çatdırsın. 15 yanvar 2022-ci il tarixdə öz şəxsi istifadəsi üçün yataq otağında gizlətdiyi heroindən bir balaca büküm heroin götürüb əynindəki pəncəyin sağ yan cibinə qoyub yaşadığı evdən küçəyə çıxanda evin qarşısında piyada hərəkət edən zaman təxminən saat 23 radələrində 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşı kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğumu bildirib onlarla birlikdə Baş Narkotiklə Mübarizə İdarəsinə getməyi təklif etmişlər. Razılığını bildirərək könüllü olaraq polis əməkdaşları ilə birlikdə Baş Narkotiklə Mübarizə İdarəsinə getmişdir. İdarədə dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində qanunla qadağan olunmuş əşyalar olduğu halda həmin əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan pencəyin sağ yan cibindən 1 ədəd bükümdə heroini, əynində olan şalvann sağ yan cibindən 1 ədəd içərisində 051 ***- **-** simkart nömrəsi olan “KGTGL” markalı mobil telefonu və həmin şalvarın sol yan cibindən 41 manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərində şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 3 ədəd açar aşkar edilərək götürüldmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi 1 bükümdəki heroin elektron tərəzidə çəkilmiş və heroinin şəffaf sellofan qarışıq çəkisi 27,6 qram olmuşdur. Sonra aşkar olunmuş həmin 1 büküm heroin təhqiqatçı tərəfindən içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri o, müdafiəçisi və şəxsi axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “KGTGL” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüşdür. 3 ədəd açar və 41 manat pul isə təhqiqatçı tərəfindən ona geri qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərində aşkar olunmuş kütlənin özünə məxsus narkotik vasitə heroin olduğunu, həmin heroini 2 gün bundan əvvəl tanışı, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim etmiş “Ələkbər” adlı şəxsin vasitəsi ilə Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, Ələkbərin tapşırığı ilə narkotik vasitələri müəyyən ünvanlara çatdırmağı qarşılığında narkotik vasitə istifadəçisi olduğundan Ələkbərin gördüyü işin qarşılığında şəxsi istifadəsi üçün ona narkotik vasitə verəcəyini, əvvəllər məhkum olunduğunu, həmçinin Binəqədi rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmişlər. Orada təhqiqatçı tərəfindən evdə saxladığı narkotik vasitələri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra evdə yataq otağındakı çarpayının üzərində olan döşəyin altından 1 ədəd bükümdə heroini, 1 ədəd bükümdə metafetamini və 1 ədəd elektron tərəzini təqdim edərək stolun üzərinə qoymuşdur. Sonra həmin bükümlər içərisindəki kütlələrlə birlikdə elektron tərəzidə çəkilmiş, sellofanla qarışıq heroinin çəkisi təxminən 994 qram, sellofanla qarışıq metafetaminin çəkisi isə 10,7 qram olmuşdur. Daha sonra həmin 2 ədəd büküm və 1 ədəd elektron tərəzi təhqiqatçı tərəfindən içərisi boş olan ağ rəngli sellofan torbaya qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri o, müdafiəçisi və baxışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Əvvəllər narkotik vasitələr qəbul etdiyi üçün məhkum olunmuşdur. Son zamanlar heç yerdə işləmədiyindən narkotik almağa maddi imkanı olmamışdır. Bədənindəki ağrılarla bağlı əziyyət çəkdiyi üçün Ələkbərin təklifini qəbul etmişdir. Razılaşmaya əsasən Ələkbərin verdiyi narkotik vasitə və psixotrop maddələri sonuncunun dediyi yerlərə çatdırmalı olmuşdur. Narkotik vasitə və psixotrop maddəni tutulmazdan 2 gün əvvəl əldə etmişdir. Polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi təsir göstərilməmişdir. Tutulan zaman üzərindən aşkar edilən heroini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Ələkbərlə “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlamışdır. Şəxsi axtarış və evə baxış polis əməkdaşı tərəfindən videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 15 yanvar 2022-ci il tarixdə ünvan 10 ünvanında qeydiyyat yeri üzrə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat İdarənin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün rəhbərliyimlə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili Şahid2 və həmin İdarənin polis nəfəri Şahid3 da daxil olmuşlar. Alınmış məlumatın yoxlanılması məqsədi ilə 15 yanvar 2022-ci il tarixdə təxminən saat 21 radələrində əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə getmişlər. Gecə təxminən saat 23:00 radələrində Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi 12 ünvanında yerləşən binanın qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsin piyada keçdiyini görüb hənim şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxsin də özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs özünü xx xxxx 1959-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, ünvan 10 ünvanında qeydiyyat yeri üzrə yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib Bakı şəhəri, Binəqədi rayonunun ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatla bağlı o onlarla DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə getməlidir. Təqsirləndirilən şəxs etiraz etmədən könüllü olaraq onlarla birlikdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişdir. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində həmin X4 təhqiqatçısı, polis mayoru Yelmar Vahabov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə onun hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra idarədəki xidməti otaqların birində müdafiəçinin iştiraki ilə o, əməliyyat qrupunun üzvləri olan Şahid3 və Şahid2 iştirakları ilə tərəfindən aparılan videoçəkilişlə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşyanın olub olmaması, olduğu halda isə həmin əşyanın könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan pencəyin sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, əynində olan şalvarın sağ yan cibindən 1 ədəd içərisində (051) ***-**-** simkart nömrəsi olan “KGTGL” markalı mobil telefonu və həmin şalvarın sol yan cibindən 41 manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 3 ədəd açar aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində heroinə bənzər kütlə olan 1 ədəd şəffaf sellofan büküm, sellofanla qarışıq elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 27,6 qram olmuşdur. Sonra aşkar olunmuş həmin 1 ədəd büküm təhqiqatçı tərəfindən içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs, sonuncunun müdafiəçisi və şəxsi axtarışda iştirak etmiş digər şəxslər tərəfindən və tərəfindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “KGTGL” markalı mobil telefon bu barədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah verildikdən sonra götürülmüşdür. 3 ədəd açar və 41 manat pul isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəsinin özünə məxsus olduğunu, həmin narkotik vasitəni tutulmazdan 2 gün əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Ələkbər” adlı şəxsin vasitəsi ilə Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən Ələkbərin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, bunun qarşılığında Ələkbərin onun istifadəsi üçün narkotik vasitə verəcəyini, əvvəllər məhkum olunduğunu, həmçinin Binəqədi rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə BNMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı video kameradan istifadə etməklə tərəfindən videoçəkiliş aparılmışdır. Təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüquqlarının, protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifələri izah olunmuş, iştirakçılar tərəfindən protokola şikayət, təklif və qeydlər daxil olunmamışdır. Protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmiş, tərtib edilmiş protoloka 1 ədəd DVD diski əlavə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı ünvan 11 ünvanında yerləşən evinə baxış keçirilmişdir. Baxış başlanmamışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs evdə yataq otağındaki çarpayının üzərindəki döşəyin altından 1 ədəd şəffaf sellofan bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 1 ədəd şəffaf sellofan bükümdə ağ rəngli, kristallşəkilli, psixotrop maddə olan metafetaminə bənzər kütləni və 1 ədəd elektron tərəzini təqdim edərək stolun üzərinə qoymuşdur. Sonra həmin kütlələr sellofanla qarışıq elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin bükümlə birlikdə ümumi çəkisi təxminən 994 qram və psixotrop maddə metafetaminə bənzər kütləninin bükümlə birlikdə ümumi çəkisi 10,7 qram olmuşdur. Daha sonra həmin 2 ədəd büküm və 1 ədəd elektron tərəzi təhqiqatçı tərəfindən içərisi boş olan ağ rəngli sellofan torbaya qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və baxışda iştirak etmiş şəxslər və tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının suallara cavab olaraq aşkar olunmuş bükümlərin birində narkotik vasitə heroin, ikinci bükümdə isə psixotrop maddə metafetamin olmasını, həmin bükümlərin və elektron tərəzinin onun özünə məxsus olduğunu, həmin kütlələri tutulmazdan 2 gün əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Ələkbər" adlı şəxsin vasitəsi ilə Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən Ələkbərin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında özü narkotik vasitə istifadəçisi olduğundan Ələkbər adlı şəxsin gördüyü işin qarşılığında istifadəsi üçün ona narkotik vasitə verəcəyini, əvvəllər məhkum olunduğunu, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Baxış və götürmə zamanı da “Sony” markalı video kameradan istifadə etməklə tərəfindən videoçəkiliş aparılmışdır. Bundan sonra keçirilmiş baxışla bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilib iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüquqları və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifələri izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edildiyindən baxışda iştirak etmiş şəxslər və tərəfindən imzalanaraq təsdiq olunmuş, protokola 1 ədəd DVD diski əlavə edilmişdir. Təqsirləndirilən şəxs tutulan zaman onlara qarşı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs evində və üzərində olan maddələri könüllü təqdim etmişdir. Şəxsi axtarış və evə baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni tutulmazdan 2 gün əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Ələkbər" adlı şəxsin vasitəsilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan pəncəyin sağ yan cibindən 1 ədəd bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə olan heroinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 1 ədəd büküm 1 ədəd kağız zərfə qablaşdınlaraq DİN- in 7 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi və şəxsi axtarışda iştirak etmiş şəxslər tətəfindən imzalanmışdır. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən 1 ədəd içərisində (051)-506-68-32 simkart nömrəsi olan “KGTGL” markalı mobil telefonu çıxararaq təhqiqatçıya təqdim etmişdir (cild 1, iş vərəqə 28-29). Cinayət işinin materiallarında olan “evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünün iştirakı ilə ünvan 3 ünvanında yerləşən yaşadığı evə baxış keçirilən zaman Təqsirləndirilən şəxs yataq otağında çarpayıdakı döşəyin altından 1 ədəd bükümdə açıq-qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitəsi olan heroinə bənzər kütləni, 1 ədəd bükümdə ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metafetaminə bənzər kütləni və 1 ədəd elektron tərəzini çıxarıb təqdim edərək masanın üzərinə qoyub təqdim etdiyi bükümün birinin içərisində narkotik vasitə olan heroinin, ikinci bükümün içərisində isə psixotrop maddə olan metafetaminin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd büküm və 1 ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli sellofan torbaya qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi və baxışda iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 32- 33). Cinayət işinin materiallarında olan “video görüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarışda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı, Şahid1, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri, polis serjantı, Şahid3 və Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X5 iştirak etmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim edilməsi təklif edilmişdir. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan pencəyin sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, əynində olan şalvann sağ yan cibindən 1 ədəd içərisində (051) ***-**-** simkart nömrəsi olan “KGTGL” markalı mobil telefon və əynində olan həmin şalvarın sol yan cibindən 41 (qırx bir) manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 3 (üç) ədəd açar aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində heroinə bənzər kütlə olan 1 ədəd şəffaf selllofan büküm elektron tərəzidə çəkilmiş və sellofan qarışıq içərisində heroinə bənzər kütlə olan 1 ədəd bükümün ümumi çəkisi 27,6 qram olmuşdur. Sonra aşkar olunmuş həmin 1 ədəd şəffaf sellofan büküm içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi və şəxsi axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “KGTGL” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra təhqiqatçı tərəfindən götürülmüş, 3 ədəd açar və 41 manat pul isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təhqiqatçı tərəfindən verilmiş suallara Təqsirləndirilən şəxs cavab olaraq üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəsinin özünə məxsus olduğunu, həmin narkotik vasitəsinin 2 gün bundan əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Ələkbər” adlı şəxsin vasitəsi ilə Binəqədi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında özü narkotik vasitə istifadəçisi olduğundan “Ələkbər” adlı şəxsin ona gördüyü işin qarşılığında istifadəsi üçün narkotik vasitə verəcəyini, əvvəllər məhkum olunduğunu, həmçinin Binəqədi rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqə 83-85). Cinayət işinin materiallarında olan “video görüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evə keçirilmiş baxışda Təqsirləndirilən şəxs özündən başqa Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı, Şahid1, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri, polis serjantı, Şahid3 və Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X5 iştirak etmişlər. Baxış zamanı təhqiqatçı Yelmar Vahabov sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsini Təqsirləndirilən şəxs təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs evdə yataq otağında çarpayıda, döşəyin altından 1 ədəd şəffaf sellofan bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni, 1 ədəd şəffaf sellofan bükümdə ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metafetaminə bənzər kütləni və 1 ədəd elektron tərəzini təqdim edərək stolun üzərinə qoymuşdur. Sonra həmin kütlələr təhqiqatçı tərəfindən sellofan bükümü qarışıq elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin bükümlə birlikdə ümumi çəkisi 994 qram və psixotrop maddə metafetaminə bənzər kütləninin bükümü qarışıq ümumi çəkisi 10,7 qram olmuşdur. Daha sonra həmin 2 ədəd şəffaf sellofan büküm və 1 ədəd elektron tərəzi təhqiqatçı tərəfindən içərisi boş olan ağ rəngli, sellofan torbaya qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi və baxışda iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 86-88). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza məhkəmə-kimyəvi ekspertizasının 16 yanvar 2022ci il tarixli 6/277 saylı rəyinə görə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd kağız paketdə olan 1 ədəd bükümdə təmiz çəkisi 22,425 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 1 ədəd kağız paketdə 1 ədəd bağlamada təmiz çəkisi 900 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 1 ədəd bükümdə təmiz çəkisi 9,728 qram olan ağ rəngli, kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Təqdim edilmiş 2 ədəd bükümdə narkotik vasitə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. 1 ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və digər 2 ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün olmamışdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq eilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq eilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 922,425 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 922,325 qram, metafetaminin ümumi təmiz çəkisi - 9,728 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 9,678 qram, cild 1, iş vərəqə 86-88). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 6 aprel 2022-ci il tarixli 1634 saylı rəyinə görə Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 230-231). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 28 mart 2022-ci il tarixli 727 saylı rəyinə görə Təqsirləndirilən şəxs cinayəti törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onda hazırda da hər hansı psixi xəstəlik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür (cild 1, iş vərəqə 227-229). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 22,375 qram olan narkotik vasitə heroin və onun yaşadığı evdən götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 899,95 qram olan narkotik vasitə heroin, tədqiqatdan sonra qalıq qalmış 9,678 qram psixotrop maddə metafetamin və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və yaşadığı evə keçirilmiş baxışı özündə əks etdirən 2 ədəd disk və "xxxx" MMC tərəfindən göndərilmiş 1 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 232-246). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 dekabr 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-ci maddələri ilə təqsirli bilinib 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 14 iyun 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 2 (iki) ay 4 (dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 17 iyun 2020-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (ay) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 114-118). Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 dekabr 2006-cı il tarixli hökmü ilə məhkum olunduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən sonra 6 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4 və 83.4-cü maddələrinin tələblərinə əsasən əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasının yuxarı həddinin üçdə ikisindən az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı ağırlaşdıran halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 19). İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 15 yanvar 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 96-100). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 15 yanvar 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 22,375 qram olan narkotik vasitə heroin və onun yaşadığı evdən götürülmüş, tədqiqatdan sonra qalıq çəkiləri 899,95 qram olan narkotik vasitə heroin, 9,678 qram olan psixotrop maddə metafetamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışı və yaşadığı evə keçirilmiş baxışı özündə əks etdirən 2 ədəd disk və "xxxx" MMC tərəfindən göndərilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 15 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 22,375 qram olan narkotik vasitə heroin və onun yaşadığı evdən götürülmüş, tədqiqatdan sonra qalıq çəkiləri 899,95 qram olan narkotik vasitə heroin, 9,678 qram olan psixotrop maddə metafetamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışı və yaşadığı evə keçirilmiş baxışı özündə əks etdirən 2 ədəd disk və "xxxx" MMC tərəfindən göndərilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar