Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1150/2025 03.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X3 və X1 ibarət tərkibdə, X10 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 2005-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Ağ Saray” şadlıq sarayının arxa tərəfində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 06 avqust 2024-cü il tarixdə, saat 02 radələrində ünvan 3 ünvanın qarşısında tanışı Zərərçəkmiş şəxs ilə aralarındakı sözlü mübahisə zamanı sonuncunun onun ünvanına xoşagəlməz ifadə işlədərək əli ilə itələyib yerə yıxmaq istəyərkən qisas almaq niyyətilə üzərində olan istintaqla müəyyən edilməyən qayçı ilə Zərərçəkmiş şəxs qəsdən bir dəfə vuraraq sonuncuya döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən, ürəyin tamponadası, sol tərəfli hematoraks, perikardın, ürəyin sol mədəciyinin və sol ağciyərin yuxarı payının yaralanması ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, yuxarıda göstərilən üsulla zərərçəkmiş şəxsin qəsdən sağlamlığına ağır zərər vurma cinayət əməlini törətmişdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs tərəfindən ona elan edilmiş ittiham qismən mübahisələndirilərək, ittiham olunduğu cinayət əməlini qəsdən törətmədiyi bildirilmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyini, həmçinin təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməsini müdafiə etmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onlar Zərərçəkmiş şəxs ilə bir məhəllədə böyümüşlər. Bir-birlərini 8-10 ildir ki, tanıyırlar. 06 avqust 2024-cü il tarixdə, saat təxminən 01-02 radələrində dostu Şahid3 atası ilə söhbət edirmişlər. Bu zaman Zərərçəkmiş şəxs təsadüfən yoldan keçərkən onların yanına gəlmişdir. Onun əvvəldən Nihadla aralarında yaranmış narazılıq barədə Nihadın atası Şahid4la söhbət edərkən Zərərçəkmiş şəxs onların söhbətinə müdaxilə etməyə başlamışdır. Bu zaman o, Zərərçəkmiş şəxs niyə onların söhbətlərinə müdaxilə etdiyini soruşmuşdur. Həmin vaxt Kamalın nə dediyini xatırlamır. Həmin məsələ ilə bağlı, yəni Zərərçəkmiş şəxs onların söhbətinə müdaxilə etməsinə görə onun Kamalla aralarında mübahisə yaranmış və mübahisə zamanı bir-birlərini itələmişlər. O özü “Wolt” şirkətində kuryer işləyir. İşi ilə əlaqədar cibində iş qayçısı saxlayır. Zərərçəkmiş şəxsla mübahisə zamanı o, cibindən həmin qayçını çıxarmış və onlar mübahisə zamanı süpürləşib yerə yıxılan zaman qayçı Kamalın qolunu kəsərək döş qəfəsi nahiyəsinə batmışdır. Daha sonra Kamalı avtomobilə əyləşdirib xəstəxanaya aparmışlar. O, özünü müdafiə etmək üçün qayçıdan istifadə etmişdir. Təqsirləndirilən şəxs daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Nihadın atası ilə normal söhbət edirmiş. Daha sonra Kamal gəlib onun Nihadın atası ilə söhbətinə müdaxilə etdiyi zaman işlətdiyi sözlər xoşuna gəlməmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı ilk öncə Zərərçəkmiş şəxs onu sinəsindən itələmişdir. Hadisə baş verən zaman hadisə yerində o, Nihadın atası Şahid4 və Zərərçəkmiş şəxs olmuşdur. Kamalın yanında kiminsə olmasını xatırlamır. O, qayçını anidən çıxarmış, daha sonra onlar yerə yıxılan zaman qayçı Kamala batmışdır. Bu zaman onlar mübahisəni sonlandırmışlar və Kamalı avtomobillə xəstəxanaya aparmışlar. Onun əvvəllər Kamalla aralarında heç bir dava və ya mübahisə olmamışdır, uşaqlıqdan bir yerdə böyümüşlər. O, Zərərçəkmiş şəxs qəsdən vurmamış, özünü müdafiə edərkən bilmədən vurmuşdur. Özünü qismən təqsirli hesab edir. O, Kamalı ehtiyasızlıqdan vurmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi daha təfərrüatlı ifadələri elan olunmaqla tədqiq edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 06 avqust 2024-cü il tarixdə verdiyi izahatında, daha sonra isə 06 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində, 08 avqust 2024-cü il, 13 fevral 2025-ci il və 14 fevral 2025-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi daha təfərrüatlı ifadələrindən görünür ki, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 7-8 il olar ki, tanıyır. Belə ki, ailə üzvləri ilə əvvəllər Kamalın yaşadığı “Kubinka” adlanan məhəllədə yaşamışlar və sonradan Binəqədi rayonu, Biləcəri qəsəbəsinə köçmüşdür. Buna baxmayaraq, köhnə məhəllə dostları, həmyaşıdları və məktəb yoldaşlarının ad günləri, xeyir və şər məclislərində iştirak etmiş və Zərərçəkmiş şəxs özü ilə də münasibəti yaxşı olmuş, onunla aralarında zarafatları, normal münasibətləri olmuşdur. Mahiyyəti üzrə bildirmişdir ki, “Pobeq” markalı moped ilə “Wolt” şirkətində kuryer işləyir və hər gün gecə saatlarınadək Bakı şəhərinin müxtəlif ərazilərinə sifarişlər çatdırmaqla işdə olur. xx.xx.2024-cü il tarixdə, saat 23:30 radələrində müştərinin sifarişini ünvana çatdırmaq üçün Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Zabitlər Parkı”nın yaxınlığında idarə etdiyi “Pobeq” markalı mopedlə hərəkətdə olarkən mopedin benzini qurtarmışdır. Sifarişin çatdırılmasının vacib olduğunu bilərək həmin vaxt parkda olan tanışı, köhnə məhəllə sakini Nihaddan bir neçə dəqiqəliyə mopedini ona verməsini xahiş etmiş və aparıb sifarişi ünvana çatdırıb qayıtdıqdan sonra özünə qaytaracağını bildirmişdir. Lakin Nihad mopedini ona verməkdən imtina etmişdir. Nihad mopedi ona etibar etmədiyi üçün ona zarafatyana “get yat, uşaqların yatan vaxtıdır” məzmunda söz demişdir. O, Nihaddan inciyərək “get işinlə məşğul ol” deyə cavab vermişdir. Bundan sonra kuryer işlədiyi proqramı bağlayıb qardaşı Elçinə zəng edərək vəziyyəti ona danışmış və idarə etdiyi avtomaşınla onun olduğu yerə gəlməsini xahiş etmişdir. Təxminən 20 dəqiqə sonra qardaşı Elçin idarə etdiyi “Tofaş” markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun olduğu yerə gəlmişdir. O, mopedi parkda saxlayıb qardaşı Elçin ilə birlikdə yaxınlıqda yerləşən “Bolmart” marketinə gedib su və şirələr alıb içdikdən sonra qardaşı Elçindən xahiş etmişdir ki, onu “Kubinka” deyilən ərazidə bulağın yanına düşürüb çıxıb getsin. Bulağın yanına getməkdə məqsədi isə Nihadın atası Fuadın çox vaxt həmin ərazidə olması, Nihadın haqqında ona giley etməyi, yaxud Nihadın onun sözlərindən incimiş olması halında buna görə ondan üzr istəmək istəyi olmuşdur. Qardaşı Elçin avtomobili bulaq deyilən yerin yaxınlığına sürmüş və bulağa çatmağa 200 metr qalmış Nihadın atası Fuadı görüb qardaşı Elçindən avtomobili saxlamasını xahiş etmişdir. Elçin avtomobili Fuadın yanında saxlamış və o, avtomobildən düşüb Fuada yaxınlaşmışdır. Fuad ona “nə olub yenə? Nihad ilə mübahisə etmisiniz, yoxsa Nihad sözünə baxmayıb?” deyə müraciət etmişdir. O isə Fuada Nihad ilə aralarında heç bir hadisə olmadığını, onunla dost olduğunu bildirmişdir. Bundan başqa Nihad İlə dost olduğu halda, yolda qalmasına və ondan bir neçə dəqiqəliyə mopedini istəsə də Nihadın ona mopedini etibar etməməsini demişdir. Bu mövzuda o, Fuadla təxminən 5 dəqiqə ərzində söhbət etmiş, daha sonra Fuadı qucaqlayıb ondan ayrılaraq yaxınlıqda maşında onu gözləyən qardaşı Elçinin avtomobilinə getmək istəmişdir. xx.xx.2024-cü il, saat 01:30 radələri olardı. Bu zaman tanıdığı, köhnə məhəllə uşağı Kamalın yanında iki nəfər cavan oğlanla, yəni onun da tanıdığı Şahid1 və Şahid2 söhbət edə-edə onların olduqları yerə tərəf gəldiklərini görmüşdür. Onlara ümumi salam verib, hal-əhval etmiş və keçmiş qonşu kimi bir anlığa ayaq saxlayıb onlarla görüşmüşdür. Kamal onun Fuadla Nihadın barəsində danışdıqlarını eşidərək nə baş verdiyini soruşmuş, o, Kamala bu söhbətə yersiz müdaxilə etməsinə görə Nihadın atası Fuadın burada olduğunu, onunla söhbət etdiklərini, Kamalın müdaxiləsinin lazımsız olduğunu dedikdə, Kamal onun cavabından inciyərək onu “şapalaq” adlandırmış, səsini kəsməsini, yekəbaş danışmamasını bildirmişdir. Kamalın onun yanındakı uşaqların qarşısında onu təhqir etməsi və kobud danışmasına görə Kamala qarşılıqlı olaraq dediyi sözləri özünə qaytarmış, aralarında sözlü mübahisə yaranmışdır. Kamal onun üzərinə gələrək əli ilə sinəsindən itələmiş, ünvanına xoşagəlməz ifadə işlətmişdir. Həmin vaxt o, cibində olan, müştərilərin ünvanına sifarişlərin çatdırılması zamanı qutuların üzərindəki iplərin kəsilməsində istifadə etdiyi qayçını çıxarıb sağ əlində tutub əlini arxaya aparıb, sonra əlini irəliyə aparıb qayçı ilə Kamalı vurmaq istəyərkən Kamal bir əlini sinəsinə tərəf aparıb ayağını onun ayağına ilişdirib arxası üstə onu itələmişdir. O isə yerə yıxılmamaq üçün sol əli ilə Kamalın paltarından tutmuş və yerə yıxılmazdan əvvəl Kamalın döş qəfəsinə bir dəfə qayçı ilə vurmuş, həm özü, həm də Kamal yerə yıxılmış və hər ikisi dərhal ayağa qalxmışlar. Kamal onun üstünə deyil, yanına yıxılmış və özü də ayağa qalxmışdır. Kamal ayağa qalxaraq əlləri ilə qabırğa üstünü tutub bükülərək dayandığından ona xəsarət yetirdiyini başa düşmüşdür. Gözləmədiyi halda belə bir hadisənin baş verməsindən çox pis olmuş və Kamalı xəstəxanaya aparmaq üçün Məhəmməd və Mirhüseynin köməkliyi ilə sonuncunun maşınına əyləşdirmiş və birlikdə Kamalı xəstəxanaya aparmışlar. Orada Kamala təcili tibbi yardım göstərilmiş, Kamala vurduğu qayçının daxilə nüfuz etməklə ağır xəsarət yetirdiyi məlum olmuş və Kamalın cərrahi əməliyyata alındığını bilmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisəyə səbəb Zərərçəkmiş şəxs qohumu Nihadın mopedini ona verməməsi barədə atasına giley edərkən söhbətlərinə müdaxilə edib Nihadın tərəfini seçməsi, Nihada irad bildirmək əvəzinə ona “şapalaq” deyə müraciət etməsi, söhbətə qarışmamasını xahiş etsə də qarışması, ünvanına xoşagəlməz ifadələr işlətməsi ilə bağlı aralarında yaranmış anlaşılmazlıq, bir-birilərini başa düşməmələri olmuşdur. Hadisə ünvan 5 ünvanda baş vermiş, dava-dalaş mübahisə ilə birlikdə təxminən 2-3 dəqiqə ərzində davam etmiş, ətrafda Kamal, Kamalın yanında olan Mirhüseyn, Məhəmməd, Fuad, Nihad və qardaşı Elçin olmuşdur. Hadisə baş verərkən qardaşı hadisənin şahidi olmamış maşında oturub telefonla oyun oynamışdır. Kamala cəmi bir dəfə qayçı ilə xəsarət yetirmişdir. Kamalla bir-birinin paltarlarından tutmuş və Kamal ona ayağı ilə badalaq verib yıxmaq istəyərkən cibindən qayçını çıxarıb onun döş qəfəsinə bir dəfə vurmuşdur. Kamalı onların əlbəyaxa olub bir-birinin yaxasından dartmaqla onun badalaq verməsindən sonra hər ikisi yerə yıxılmazdan əvvəl vurmuşdur. Üzərində olan qayçını Kamala və ya qeyrisinə bədən xəsarəti yetirmək üçün saxlayıb gəzdirməmiş və həmin qayçı işi ilə bağlı lazım olduğundan götürməli olmuşdur. Zərərçəkmiş şəxsla aralarında mübahisə baş verəcəyini, yaxud Kamalla birlikdə Mirhüseyn, Məhəmməd adlı tanıdığı şəxslərin həmin ünvana gəlmələrini bilməmişdir. Aralarındakı sözlü mübahisə cəmi 2 dəqiqə davam etmiş və ani bir anlaşılmazlıq Kamalın xəsarət alması ilə nəticələnmişdir. Orada heç bir səs-küy olmamış, ictimai əsayiş, sakinlərin dincliyi pozulmamış, bu barədə hadisəyə müdaxilə edən, irad bildirən və başqa şahidi olan olmamışdır (iş vərəqə: cild İ, səh.13-16, 33-36, 63-66, 241- 244, 273-275). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəlki məhəllədən tanıyır. 06 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxsla söhbətləri zamanı aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs dostu Nihadın atası Şahid4la söhbət edirmiş. O, həmin söhbətə müdaxilə edən zaman Təqsirləndirilən şəxs ona irad bildirmişdir. O, Təqsirləndirilən şəxs söyüşlə cavab qaytarmışdır. Daha sonra, o, Təqsirləndirilən şəxs sinəsindən itələmiş və onlar dava etmişlər. Mübahisə zamanı Təqsirləndirilən şəxs onu qayçı ilə vurmuşdur. Zərərçəkmiş şəxs daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. O, Təqsirləndirilən şəxsla barışmışdır. Təqsirləndirilən şəxsin barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən və zərərçəkmiş şəxsi məhəllələrindən tanıyır. 06 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Nəsmi rayonu, X12 küçəsi 112 ünvanında məhəllədən keçərkən Kamalla Valehin mübahisə etdiklərini görmüşdür. O, məsələdən tam xəbardar deyil, lakin Valehlə Kamalın davasını və onların yerə yıxılmağını görmüşdür. X7 ayıran zaman sonuncular ayağa qalxdıqda Kamalın sinəsindən qan axdığını görmüşlər. O, Valeh və Məhəmməd Kamalı onun avtomobilinə əyləşdirib 1 saylı şəhər Kliniki xəstəxanasına aparmışlar. O, hadisənin baş vermə anını görməmişdir, lakin bilmişdir ki, Valeh Kamalı qayçı ilə vurub. Şahid1 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Hadisə baş verən yerə ilk öncə o, Kamal və Məhəmməd gəlmişlər. Daha sonra o, evə getmiş, avtomobili götürmüş, bulağa dəymiş və qayıdan zaman görmüşdür ki, mübahisə artıq başlayıb. Bildiyi qədəri ilə mübahisə zamanı Kamal Valehə şapalaq demiş, bundan sonra mübahisələri daha da kəskinləşmişdir. Kamalla Valeh arasında əvvəllər heç bir mübahisə olmamış, onlar dost olmuşlar. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, “Wolt” şirkətində işləmişdir. Ona “Wolt” vasitəsilə sifariş edilir. Bu zaman Təqsirləndirilən şəxs ona zəng edərək özünün idarə etdiyi mopedinin xarab olduğunu bildirib, onun mopedini istəmişdir. Onun mopedində poblem olduğu və özünə sifariş gəldiyi üçün mopedini Valehə verə bilməyəcəyini söyləmişdir. Daha sonra “Zabitlər parkı”nın yanına sifariş aparmışdır. Sifarişi aparan zaman görmüşdür ki, Valeh ondan yenidən mopedini istəmişdir. O, yenə də Valehə mopedində problem olduğunu, həmçinin sifariş aparmalı olduğunu bildirmişdir. Bu söhbətin üzərindən bir saat keçdikdən sonra onlar atasıgillə bulağın yanında dayanmışlar. Bu zaman Valeh qardaşı Elçinlə avtomobil ilə yanlarından keçirmiş. Valeh avtomobildən düşüb yanlarına gəlmişdir. Təqsirləndirilən şəxs gəlib onun atasına ondan mopedini istədiyini və onun Valehə mopedini vermədiyini bildirərək ondan şikayət etmişdir. Atası onu Valehin sözündən çıxdığına görə danlamışdır. Bu zaman Zərərçəkmiş şəxs gəlib həmin söhbətə müdaxilə etməyə başlamışdır. Valeh isə Kamala müdaxilə etməməsini bildirərək onun atası ilə söhbət etdiyini demişdir. Bu zaman Valehlə Kamalın arasında bir anlıq mübahisə yaranmışdır. Daha sonra onlar dalaşmağa başlamışlar, sonra yerə yıxılmışlar. X8 ayırarkən görmüşlər ki, Kamalın qarın nahiyəsindən qan axır. Daha sonra Kamalı xəstəxanaya aparmaq üçün avtomobilə əyləşdirmişlər. Valeh Kamalı qayçı ilə bir dəfə vurmuşdur. Şahid3 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Mübahisə yalnız Kamal ilə Valeh arasında olmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs qardaşıdır. 06 avqust 2024-cü il tarixdə, saat təxminən 01 radələrində işdən çıxmışdır. Artıq onların evə getmək vaxtları olduğu üçün o, qardaşını götürməyə gedirmiş. Onun avtomobilində qardaşı Valehlə evə gedən zaman Fuad, Kamal, Nihad və Məhəmmədin söhbət etdiklərini görmüşdür. Qardaşı Valeh avtomobili saxlamağını demişdir. O, avtomobili saxlamış və özü də avtomobildən düşərək Şahid4la görüşmüşdür. Daha sonra o, gedib avtomobildə əyləşmişdir. Üzərindən 3 dəqiqə keçmişdir ki, arxa tərəfdən səs-küy gəldiyini eşitmişdir. Avtomobilin qapısını açıb düşərkən görmüşdür ki, onlar avtomobilə əyləşiblər. O, həmin vaxta qədər söhbətdən xəbərsiz olmuşdur. Qardaşı da digərləri ilə avtomobilə əyləşmiş və avtomobili yüksək surətlə idarə edərək uzaqlaşmışlar. Daha sonra onların 1 saylı şəhər Kliniki Xəstəxanasına getdiklərini görmüşdür. O, yalniz xəstəxanada baş verən hadisədən xəbər tutmuşdur. Daha sonra, qardaşı ilə evə getmiş və sabahı gün səhər tezdən qardaşı gedib polisə təslim olmuşdur. O, sonradan bilmişdir ki, qardaşının mopedində problem olmuş, sifarişi apara bilməmiş, Nihad mopedini qardaşına verməmiş, bu barədə Nihadın atası Şahid4la söhbət edirmişlər. O, hadisəni görməmişdir, növbəti gün ona bildirmişlər ki, Valeh Nihad haqqında Nihadın atasına şikayət edirmiş, bu zaman söhbətə Kamal müdaxilə etmiş, Kamalla aralarında mübahisə yaranmış və Valeh Kamala qayçı ilə xəsarət yetirmişdir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş Şahid2 məhkəmədə iştirakının təmin edilməsi mümkün olmamış və məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun ünvan 7 ünvanındakı yaşayış sahəsindən qonşularıdır. Məhlə uşaqları ilə görüşmək üçün həmin ünvana gələrək orada gecələməklə görüşə bildiyi uşaqlarla söhbət edib gəzintiyə çıxır. 06 avqust 2024-cü il tarixdə, saat təxminən 01:30 radələrində məhəllə sakini Zərərçəkmiş şəxsla gəzintiyə çıxaraq Əlibəy Hüseynzadə küçəsi ilə söhbət edə-edə hərəkət etmiş və həmin vaxt hər ikisinin tanıdıqları Mirhüseyn idarə etdiyi “BMW” markalı avtomobillə onlara yaxınlaşıb görüşmüş və sonra birlikdə gəzintiyə çıxmışlar. Birlikdə söhbət edə-edə bir az irəliləmiş və oradakı ət dükanının yaxınlığında Valeh adlı köhnə məhəllə uşağı və Fuad adlı tanıdığı məhəllə sakinini, Fuadın oğlu Nihadın olduğunu görmüşlər. Yaxınlaşıb ümumi salam vermiş və orada bir neçə dəqiqə ayaq saxladıqda Valehlə Fuadın danışıqlarından məlum olmuşdur ki, “Wolt” şirkətində kuryer işləyən Valehin mopedinin yanacağı bitmiş və o, yolda qaldığından Nihaddan müştərinin sifarişini çatdırması üçün mopedini istəsə də, Nihad mopedi Valehə verməmişdir. Valeh Nihadın hərəkətinə görə atasına öz gileyini etmiş və atası isə Nihada iradını bildirmişdir. Həmin vaxt Kamal da söhbətə müdaxilə edib nə baş verdiyini soruşduqda Valeh Nihadın atasının burada olduğunu, Kamalın söhbətə qarışmasının yersiz olduğunu demişdir. Kamal Valehin gözlənilməz cavabından inciyərək Valehə şapalaq boyda boyunun olduğunu və başından böyük danışdığını bildirmişdir. Qarşılıqlı cavablardan sonra onların arasında sözlü mabahisə yaranmış, Valeh Kamalın ona dediyi sözləri özünə qaytararaq yolu ilə çıxıb getməsini məsləhət bilmişdir. Kamal onun sinəsindən əli ilə itələyərək özündən böyüyə hörmətsizlik etdiyinə irad bildirmişdir. Bu kimi sözlərlə onlar sözlü mübahisə edərkən Kamal əli ilə Valehin yaxasından tutub ayağı ilə onun ayağına badalaq verib yerə yıxmaq istədikdə Valeh şalvarının cibindən çıxardığı alətlə Kamalın sinəsindən bir dəfə vurmuşdur. Kamalın badalağı ilə Valeh yerə yıxılsa da, əli ilə Kamalın yaxasından tutduğundan yıxılarkən Kamalı da özü ilə yerə doğru çəkmiş və Kamal da onun üzərinə deyil, kənara yıxılaraq tez bir zamanda ayağa qalxmışdır. Valeh özü də ayağa qalxdıqda onların yenidən dava etmələrinə imkan verməmələri üçün Mirhüseynlə birlikdə onlara yaxınlaşsalar da, onlar bir-birinin üzərinə hücum etməmişlər. Kamalın əlini sinəsinə qoyaraq qan gəldiyini dedikdə Valehin cibindən çıxardığı və sonradan qayçı olduğunu bildiyi alətlə ona xəsarət yetirdiyini başa düşmüş və tez bir zamanda onu Mirhüseynin idarə etdiyi avtomobillə xəstəxanaya aparmaq üçün Mirhüseynin özü və onlara kömək edən Valehin özü ilə birlikdə Kamalı avtomobilə yerləşdirərək X4 aparmış, orada müayinə zamanı Kamalın döş qəfəsindən kəsilmişdeşilmiş xəsarət aldığı deyilməklə təcili cərrahi əməliyyata götürülmüşdür. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs badalaq verərkən və Valehlə bir-birinin yaxasından tutduqdan sonra Kamal yerə yıxılmazdan əvvəl ona Valeh tərəfindən xəsarət yetirilmişdir. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında sözlü mübahisə cəmi iki dəqiqə ərzində davam etmiş və ani bir anlaşılmazlıq və bir-birini doğru başa düşməmələri Kamalın xəsarət alması ilə nəticələnmişdir. Orada heç bir səs-küy olmamış, ictimai asayiş, sakinlərin dincliyi pozulmamış, bu barədə hadisəyə müdaxilə edən, irad bildirən və şahidi olan kənar şəxslər olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməzdən əvvəl və ya sonra qayçı ilə onun və ya digər şəxslərin üzərinə hücum etməmiş, həmin aləti nümayiş etdirməklə zərərçəkmiş şəxsə və ya qeyrilərinə zor tətbiq edəcəyi hədəsi göstərməmişdir (iş vərəqə: cild İ, səh. 178-181). Eyni zamanda, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş Şahid4 məhkəmədə iştirakının təmin edilməsi mümkün olmamış və məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid4 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 01 radələrində yaşadığı evə gələrkən daşıma şirkətində kuryer işləyən oğlu Nihadın evə gəlmədiyini həyat yoldaşından öyrəndikdən sonra özünə məxsus “Vaz 2106” markalı avtomobilə əyləşib küçəyə çıxmışdır. Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində yerləşən ət məhsulları satılan mağazanın qarşısında oğlu Nihadın moped ilə gəldiyini görüb avtomobili saxlayıb aşağı düşmüşdür. Nihadın evə gec gəlməsinə görə ona iradını bildirmişdir. Həmin vaxt tanıdığı keçmiş qonşusu Samirin oğlu Valehin qardaşı Elçinin idarə etdiyi “Tofaş” markalı avtomobil ilə küçə ilə keçdiyini görmüşdür. Valeh onu görən kimi avtomobili saxlatdırıb avtomobildən düşərək ona yaxınlaşıb görüşərək söhbət etməyə başlamış, müştəriyə sifariş apararkən mopedinin benzininin qurtardığını, Nihaddan bir neçə dəqiqəliyə mopedi istəməsinə baxmayaraq, Nihadın mopedi ona etibar etmədiyini bildirmiş, oğluna bu barədə irad bildirərək Valehlə təxminən 5 dəqiqə söhbət etdikdən sonra Valeh onu mehribancasına qucaqlayıb görüşərək ayrılıb getmək istəmişdir. 06 avqust 2024-cü il, saat 01:30 radələrində Valehin qardaşı Elçin isə avtomobili bir qədər aralıda saxlayıb Valehin gəlməsini gözləmişdir. Həmin vaxt qohum və yaxın tanışı olan Kamalın yanında Məhəmməd və Mirhüseyn adlı tanıdığı qonşu şəxslərlə söhbət edə-edə onların olduqları Əlibəy Hüseynzadə küçəsindəki ət dükanı tərəfə gəldiklərini görmüşdür. Kamal onların yanına çatarkən Valehin onunla Nihadın barəsində danışdıqlarını eşidərək nə baş verdiyini soruşmuş və Valeh isə Kamala bu işə qarışmamağı məsləhət bilmişdir. Kamal isə Valehin ona qaytardığı gözlənilməz cavabdan inciyərək Valehə şapalaq boyda boyunun olduğu və başından böyük danışdığını demişdir. Valeh isə Kamala onun dediyi sözləri qaytarmış və aralarında sözlü mübahisə yaranmışdır. Kamal onun yaxasına əl atıb özünə tərəf çəkmiş və ani olaraq Valehin yerə yıxılaraq, sonra ayağa qalxdığını görmüşdür. Həmin vaxt Kamal da yerə yıxılsa da, Valehin üzərinə deyil, yaxınlığına yıxılaraq tez bir zamanda hər ikisi ayağa qalxmışlar. Kamal əlini qabırğa nahiyəsinə qoyub və onun hərəkətlərindən əllərini tutduğu yerdən ağrı hiss etdiyini başa düşmüşdür. Kamalın yanında olan Məhəmmədlə Mirhüseyn adlı qonşular Kamalı xəstəxanaya aparmaq üçün Mirhüseynin idarə etdiyi “BMW” markalı avtomobilə əyləşdirmişlər. Valeh Kamala xəsarət yetirdiyini anlayaraq o da həmin maşına əyləşib getmiş və bundan sonra o, oğlu Nihadla birlikdə yaşadığı məhəlləyə qayıtmışdır. Az sonra məhəllədə oğlu Nihad ona danışmışdır ki, Mirhüseyndən ona məlum olub ki, Valeh qayçı ilə Kamalı vurmuş və Kamal xəstəxanadadır. Ona aydın olmuşdur ki, Valeh Kamala xəsarət yetirmiş və Kamal xəstəxanaya aparılmazdan əvvəl əlini qabırğa nahiyəsinə ona görə qoyaraq bükülmüşdür. Lakin, o, Valehin əlində hər hansı bir əşya, həmçinin Valehin Kamalı qayçı ilə necə vurmasını görməmişdir. Hadisə ani bir vaxtda Kamalla Valehin arasında yaranmış anlaşılmazlıq və bir-birini başa düşməmələrindən baş vermişdir. Şahid4, həmçinin ifadəsində göstərmişdir ki, o, Valehin Kamala qayçı və ya hər hansı alətlə vurmasını görməmiş, ancaq Kamalın Valehin yaxasından tutub dartmasını və ikisinin də yerə yıxılmasını görmüşdür. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında sözlü mübahisə çox qısa müddətdə, cəmi 1-2 dəqiqə ərzində davam etmiş və ani bir anlaşılmazlıq və birbirini doğru başa düşməmələri Kamalın xəsarət alması ilə nəticələnmişdir. Orada heç bir səs-küy olmamış, ictimai asayiş, sakinlərin dincliyi pozulmamış, bu barədə hadisəyə müdaxilə edən, irad bildirən və şahidi olan olmamışdır (iş vərəqə: cild İ, səh. 45-47, 173- 174, 211-212). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _06 avqust 2024-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ünvan 3 ünvanın qarşısında hadisə yerini və hadisənin baş vermə mexanizmini göstərərək, verdiyi ifadəsini bir daha hadisə yerində əyani şəkildə göstərməklə təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 40-42). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 16 sentyabr 2024-cü il tarixli, 2680 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21, 22-ci maddələrinin təsiri altına düşmür. O, halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh. 116-117). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X2” X5 23 sentyabr 2024-cü il tarixli, 1317 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən, ürəyin tamponadası, sol tərəfli hemotoraks, perikardın, ürəyin sol mədəciyinin və sol ağciyərin yuxarı payının yaralanması ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (əşyanın) təsirindən əmələ gəlmişdir, onun tibbi yardım üçün X6 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə törənə bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş deşilmişkəsilmiş yara cərrahi müdaxilə zamanı işləndiyindən, tibbi sənədlərdə yara ətraflı təsvir olunmadığından, eləcə də, yara kanalının dərinliyi, istiqaməti haqqında tibbi sənədlərdə heç bir qeydiyyat aparılmadığmdan həmin yaranın qayçı ilə yetirilməyə uyğun olubolmaması haqqında konkret fikir söyləmək mümkün olmadı. Bu məsələnin həlli üçün Zərərçəkmiş şəxs hadisə anında əynində olan paltarların xüsusi tibbi-kriminalistik müayinəsinin aparılması məqsədə uyğundur (iş vərəqə: cild İ, səh. 118-123). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X2” X5 məhkəmə tibbi-bioloji ekspertizasının 25 noyabr 2024-cü il tarixli, 784/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən AB0 sistemi üzrə 0(İ)-dir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvar, köynək, tuman, gödəkcə, 01 ədəd ayaqqabı (sağ tayı) üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tətqiq olunduqda maddi sübutlar üzərindəki ləkələrdə yalnız H antigeni alındı. H antigeni 0(İ) qrupun əsasını təşkil edir. Beləliklə, həmin qan ləkələri ABO sistemi üzrə 0(İ) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər (iş vərəqə: cild İ, səh. 224-229). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X2” X5 05 dekabr 2024-cü il tarixli, 550/2024-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Köynək üzərində olan zədənin qayçı ilə yetirilməsi mümkünlüyünü dəqiq söyləmək üçün, ekspertizaya qayçı təqdim edildikdə və eksperiment apardıqdan sonra dəqiq fikir söyləmək mümkün olacaq. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman gödəkçə, şalvar, tuman, corab və ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman gödəkçəsinin ön və arxa səthində, hər iki qollarında, köynəyin ön və arxa səthində, şalvarın ön səthində, bel çevrəsində, bud nahiyəsində, hər iki ayağının üzərində, sol arxa ciblərinin üzərində, tuman üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontaktı nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. İdman ayaqqabısının (sağ tayı) yan nahiyəsində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, yaxma xarakterlidir (iş vərəqə: cild İ, səh. 230-234). _13 fevral 2025-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs istintaqa vermiş olduğu ifadəsini onun üzünə deməklə təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 245-248). _13 fevral 2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısaqol köynək, 01 ədəd cins şalvar, 01 ədəd idman gödəkçəsi, 01 ədəd tuman, 01 ədəd (bir tay) idman ayaqqabısı maddi sübut qismində tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanca təhvil verilmişdir (iş vərəqə: cild İ, səh. 249-263). _06 avqust 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 06 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh. 26). _Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 06 avqust 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.73-74). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 noyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi olmuş və həmin cinayət işinin icraatına xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3 və Cinayət Məcəlləsinin 73.2-ci maddələrinə əsasən xitam verilmişdir, həmin tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 100-101). _Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur (cinayət işinin materialları). Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidin və zərərçəkmiş şəxslərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qəsdən sağlamlığına ağır zərər vurma cinayət əməlini törətmişdir. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxsin özünün müdafiəsi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə münasibətdə onun əməlinə hüquqi qiymət verilməlidir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqdim edilmiş obyektiv və mötəbər sübutların tədqiq edilməsi və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs ilə aralarındakı sözlü mübahisə zamanı sonuncunun onun ünvanına xoşagəlməz ifadə işlədərək əli ilə itələyib yerə yıxmaq istəyərkən üzərində olan qayçı ilə Zərərçəkmiş şəxs bədən nahiyəsindən qəsdən bir dəfə vuraraq dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini, Zərərçəkmiş şəxs qəsdən vurmadığını, özünü müdafiə edərkən sonuncunu bilmədən, ehtiyatsızlıqdan vurduğunu göstərsə də, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qayçı ilə qəsdən vuraraq sağlamlığına ağır zərər yetirməsi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, zərərçəkmiş şəxsin, şahidlərin həm məhkəmə, həm də ibtidai istintaq zamanı verdiyi ifadələri, məhkəmə istintaqında tədqiq olunmuş yuxarıda qeyd edilən ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və sübut növü hesab edilən sənədlərlə də öz təsdiqini tapmışdır. Göstərilən obyektiv və mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurması, zərərçəkmiş şəxsin sağlamlığına zərər yetirməsinə şüurlu surətdə yol verərək, qəsdən həmin əməli törətməsi təsdiq olunmuş, həmçinin onun qəsdən törədilmiş, qeyri-qanuni və ictimai təhlükəli əməli, yəni qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma cinayətini törətməsini zəruri edən heç bir obyektiv səbəblər olmamış və törədilmiş qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli tam olaraq Təqsirləndirilən şəxs qəsdi ilə əhatə olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinməlidir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, qeyd edilən sübut növləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Bundan başqa, qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini mümkün edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini nəzərə almaqla yanaşı, eyni zamanda təqsirləndirilən şəxsin barəsində olan yuxarıda göstərilmiş cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Bununla yanaşı, eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyi nəzərə alınarsa, yəni törədilmiş əməl nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına ağır zərər vurulması və təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilmə səbəbi kimi onun subyektiv qiymətləndirməsi baxımından zərərçəkmiş şəxslə aralarındakı sözlü mübahisə zamanı sonuncunun onun ünvanına xoşagəlməz ifadələr işlətməsi səbəbinə görə qayçı ilə zərərçəkmişin sağlamlığına qəsdən ağır zərər vurması kimi işin hallarını (yəni istənilən adi həyati halda, öz subyektiv düşüncəsinə görə cüzi müzakirə və ya mübahisə halında təqsirləndirilən şəxsin ağır cinayət törətməsini) nəzərə alaraq onun barəsində şərti məhkum etmənin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməməlidir. Belə ki, şərti məhkumetmənin təyin edilməsi şəxsin islah olunması məqsədinə cavab verməlidir. Cinayət qanunvericiliyinin tələblərinə əsasən şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır (CM-nin 70.1-ci maddəsi). Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi maddə 8.1). Odur ki, göstərilənlərə əsasən şərti məhkum etmə institutunun onun barəsində tətbiq edilməsi təqsirləndirilən şəxsin islah olunması və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiq hesab edilə bilməz. Həmçinin təqsirləndirilən şəxsin barəsində cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinin nəzərdə tutulduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi üçün də qanunvericilikdə nəzərdə tutulmuş hər hansı hallar müəyyən edilməmişdir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 06 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 06 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan maddi sübutlar– Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısaqol köynək, 01 ədəd cins şalvar, 01 ədəd idman gödəkcəsi, 01 ədəd tuman, 01 ədəd (bir tay) idman ayaqqabısı sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməlidir. Hazırki cinayət işi üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak, habelə ekspertiza xərci müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 06 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısaqol köynək, 01 ədəd cins şalvar, 01 ədəd idman gödəkçəsi, 01 ədəd tuman, 01 ədəd (bir tay) idman ayaqqabısı sahibi Zərərçəkmiş şəxs qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-1150/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1150/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver