Məhkəmə qərarları › İş №1(101)-1151/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1151/2022

20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1151/2022 20.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:05-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1985-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi, ev 25-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 məxsus, sonuncunun oğlu Şahid10 adına qeydiyyata alınmış, milli pul vahidi ilə 51000 manat təşkil edən 30000 ABŞ dollar dəyərində Kia markalı Stinger modelli Az **-TV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 30000 ABŞ dollarına satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq 27 may 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 razılığı ilə Şahid10 tərəfindən onun adına Kia markalı Stinger modelli avtomobilə görə notarial qaydada baş etibarnamə verilməsinə nail olduqdan sonra həmin tarixdə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə ünvan 1 ünvanın qarşısında sonuncunun oğlu Elçin Səfərovdan 51000 manat dəyərində Kia markalı Stinger Az **-TV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini alıb ələ keçirərək ünvan 2 ünvanda yerləşən "Azcar" avtosalona olan borcunun əvəzinə vermiş, eyni niyyətlə qanunsuz əməllərini davam etdirib Zərərçəkmiş şəxs1 məxsus, sonuncunun X19nin adına qeydiyyata alınmış, milli pul vahidi ilə 42500 manat təşkil edən 25000 ABŞ dollar dəyərində BMW markalı 528İ modelli Az **- XG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 25000 ABŞ dollarına satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 20 oktyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək ünvan 3 ünvanda yerləşən "On brend" avtosalonun qarşısından BMW markalı 528İ modelli Az **-XG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini sonuncunun X19dən alıb ələ keçirərək, 26 oktyabr 2020-ci il tarixdə Elçin Səfərzadə tərəfindən həmin avtomobilə görə adına notarial qaydada baş etibarnamə verilməsinə nail olduqdan sonra avtomobili Şahid9 milli pul vahidi ilə 28900 manat təşkil edən 17000 ABŞ dollarına sataraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 ümumilikdə 93500 manat dəyərində əmlakını ələ keçirməklə sonuncuya külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus X6 adına qeydiyyata alınmış 18500 manat dəyərində Kia markalı Optima modelli Az **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 18500 manata satıb pulunu verəcəyinə dair yalan vəd verməklə aldadaraq, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən "099" avtosalona satışa qoyulmuş Kia markalı Optima modelli Az **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini qeyd edilən qiymətə Şahid4 satacağına inandırmaqla Zərərçəkmiş şəxs2 tərəfindən 04 sentyabr 2020-ci il tarixdə avtomobilə görə notarial qaydada Şahid4 adına baş etibarnamə verilməsinə nail olduqdan sonra həmin gün Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən “099” avtosalonda avtomobili sonuncuya 15000 manata sataraq pulunu ələ keçirmiş, eyni niyyətlə qanunsuz əməllərini davam etdirərək Zərərçəkmiş şəxs2 məxsus 9000 manat dəyərində Opel markalı Astra modelli Az **-XY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 9000 manata satıb pulunu verəcəyinə dair yalan vəd verməklə aldadaraq, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən “099” avtosalona satışa qoyulmuş Opel markalı Astra modelli Az **-XY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini qeyd edilən qiymətə Şahid6 Yadulla oğluna satacağına inandırmaqla Zərərçəkmiş şəxs2 tərəfindən 07 oktyabr 2020-ci il tarixdə avtomobilə görə notarial qaydada Şahid6 adına baş etibarnamə verilməsinə nail olduqdan sonra həmin gün Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən “099” avtosalonda avtomobili sonuncuya 7000 manata sataraq pulunu ələ keçirmiş, eyni niyyətlə qanunsuz hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs2 məxsus, sonuncunun anası X3 adına qeydiyyata alınmış 11000 manat dəyərində Toyota markalı Corolla modelli Az **-DY- *** dövlət qeydiyyat nişanlı minik avtomobilini 11000 manata satıb pulunu verəcəyinə dair yalan vəd verməklə aldadaraq, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən "099” avtosalona satışa qoyulmuş Toyota markalı Corolla modelli Az **-DY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini qeyd edilən qiymətə X1 Zərərçəkmiş şəxs2 inandırmaqla sonuncunun razılığı ilə anası Ziyafət Hüseynova tərəfindən 08 oktyabr 2020-ci il tarixdə avtomobilə görə notarial qaydada Təbriz Quliyevin adına baş etibarnamə verilməsinə nail olduqdan sonra həmin gün Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən "099” avtosalonda avtomobili sonuncuya 9000 manata sataraq pulunu ələ keçirmiş, eyni niyyətlə qanunsuz hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs2 məxsus, sonuncunun tanışı X12 adına qeydiyyata alınmış 9000 manat dəyərində Opel markalı Astra modelli Az **-EY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 9000 manata satıb pulunu verəcəyinə dair yalan vəd verməklə aldadaraq, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən "099” avtosalona satışa qoyulmuş Opel markalı Astra modelli Az **-EY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini qeyd edilən qiymətə Əziz Nabifariyə satacağına Zərərçəkmiş şəxs2 inandırmaqla sonuncunun razılığı ilə tanışı Ramil Kabilov tərəfindən 19 oktyabr 2020-ci il tarixdə avtomobilə görə notarial qaydada Şahid6 adına baş etibarnamə verilməsinə nail olduqdan sonra həmin gün Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən "099” avtosalonda avtomobili sonuncuya 7000 manata sataraq pulu ələ keçirməklə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 ümumilikdə 47500 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2010-2014cü illərdə avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. 2010-cu ildən o, Zərərçəkmiş şəxs2 tanıyır və onunla yaxın münasibəti yaranmışdır. 2014-2015-ci ildən Şahid3 tanımış və onunla normal münasibəti olmuşdur. Şahid3 Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən "099” avtosalonu icarəyə götürüb avtomobil alışı və satışını təşkil etmişdir. 2016-cı ildə o, Elçin Səfərzadəni tanıyır və onunla münasibəti yaranmış, həmin ərəfədə Elçin Səfərzadə Bakı şəhəri Nizami Rayon Polis İdarəsində polis əməkdaşı işləmişdir. 2016-cı ildə Elçin Səfərzadə idarə etdiyi Nissan X-Trail markalı avtomobillə o, idarə etdiyi Mersedes-Benz markalı E modelli Az **-XG-*** dövlət nömrə nişanlı minik avtomobilini barter etmiş, yəni dəyişmiş və o, 20000 ABŞ dollara, yəni 34000 manata satdığı Mersedes-Benz markalı E modelli avtomobili Elçin Səfərzadəyə vermişdir. Elçin Səfərzadə 15000 ABŞ dollara, yəni 25500 manata satdığı Nissan X-Trail markalı avtomobili ona vermiş və razılığa əsasən Elçin Səfərzadə ona 5000 ABŞ dolları, yəni 8500 manat verməli idi, ancaq avtomobilin üzərində olan nömrəni nə vaxt istəsəymiş çıxarıb ona qaytarmalıydı. Bundan sonra onun Elçin Səfərzadə ilə yaxın münasibəti yaranmış, Elçin Səfərzadə hər dəfə demişdir ki, 5000 ABŞ dolları, yəni 8500 manatı verəcək, ancaq verməmişdir. 2016-cı ildə o, Nissan X-Trail markalı avtomobili 25500 manata Şahid3 işlədiyi "099” avtosalona qoymuş və Şahid3 həmin avtomobili dediyi qiymətə satıb pulunu ona vermişdir. O, da Şahid3 avtomobilin satışında kömək etdiyi üçün 500 manat şirinlik vermişdir. 2017-ci ildə o, Elçin Səfərzadədən özünə məxsus Az **-XG-*** dövlət qeydiyyat nişanlı nömrəni almış və idarə etdiyi Lada markalı 2121 modelli avtomobili həmin nömrə ilə qeydiyyata almışdır. Həmin ildən o, avtomobil alqı-satqısı ilə məşğul olmağa başlamış və Lada markalı 2121 modelli avtomobili satmış və nömrəni isə bron edib öz adında saxlatmışdır. 2018-ci ilin sentyabr ayında Elçin Səfərzadə ona demişdir ki, BMW markalı 528İ modelli avtomobil görüb bəyənmiş, həmin avtomobili almaq istəyir. Elçin Səfərzadə ona təklif etmişdir ki, “sən də həmin avtomobilə bax və qiymət ver”. O, Elçin Səfərzadə ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində BMW markalı 528İ modelli avtomobilə baxmış və Elçin Səfərzadə ona demişdir ki, “sən bir qiymət de, həmin qiymətə alacaq”. O da Elçin Səfərzadəyə demişdir ki, bu avtomobilin qiyməti 17000-18000 ABŞ dollar olar. Səhəri günü Elçin Səfərzadə ona demişdir ki, BMW markalı 528İ markalı avtomobili 17000 ABŞ dollara, 28900 manata almışdır. Elçin Səfərzadə ona demişdir ki, sənin adına olan Az **-XG-*** dövlət qeydiyyat nişanlı nömrəni ver, BMW markalı 528İ modelli avtomobili həmin nömrə ilə qeydiyyata aldırsın. O, demişdir ki, həmin nömrəni 2500 manata satır, Elçin Səfərzadə demişdir ki, sənə 2500 manat verəcək. O, Elçin Səfərzadəyə demişdir ki, “Mersedes-Benz markalı E modelli avtomobildən qalan 5000 ABŞ dolları, yəni 8500 manatı verməyib, 2500 manatı necə verəcək?” Elçin Səfərzadə demişdir ki, “2500 manatı verə bilməsə, nömrəni götürər”. O, razılıq vermiş və BMW markalı 528İ modelli avtomobili Az **-XG-*** dövlət qeydiyyat nişanlı nömrə ilə Elçin Səfərzadənin adına qeydiyyata alınmışdır. 2019-cu ilin noyabr ayında Elçin Səfərzadə ona demişdir ki, Kia markalı Stinger modelli avtomobil görüb bəyənmiş və həmin avtomobili almaq istəyir. Onlar birlikdə həmin avtomobilə Bakı şəhəri, Xətai rayonunda metronun "Həzi Aslanov” stansiyasının yaxınlığına gedib baxmışlar. Elçin Səfərzadə ona demişdir ki, bu avtomobili neçə manata alsa uduzmaz. O, avtomobilə baxmış və demişdir ki, 25000 ABŞ dollara, yəni 42500 manata alsan uduzmaz. O, Elçin Səfərzadənin yanında Kia markalı Stinger modelli avtomobili satan şəxslə danışıb 42500 manata razılaşmış və avtomobili satan şəxsə 300 manat beh vermişdir. Səhəri günü Kia markalı Stinger modelli avtomobil Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X23 İdarəsində Elçin Səfərzadənin qardaşı Şahid10 adına sənədləşdirilmiş və X21 markalı Stinger modelli avtomobili satan şəxsin pulunu vermiş və avtomobili yaşadığı evin həyətinə aparmışdır. Bundan sonra Kia markalı Stinger modelli avtomobili Elçin Səfərzadə, BMW markalı 528İ modelli avtomobili isə Şahid10 idarə etmişdir. 2020-ci ilin yaz aylarında Elçin Səfərzadə idarə etdiyi Kia markalı Stinger modelli avtomobilin sağ tərəfini əzmişdir. O, avtomobilə lazım olan ehtiyat hissələrini Rusiya Federasiyasından gətizdirmiş və Kia markalı Stinger modelli avtomobili təmir etdirib Elçin Səfərzadəyə təhvil vermişdir. Elçin Səfərzadə ondan soruşmuşdur ki, “nə qədər xərcin çıxdı?” O, Elçin Səfərzadəyə demişdir ki, 4000 manat. Elçin Səfərzadə ona demişdir ki, “Kia markalı Stinger modelli avtomobili sat, pulu səndə qalsın, ayda ona qazanc verər”. O, Elçin Səfərzadə ilə razılaşmış və Elçin Səfərzadəyə demişdir ki, bu alverdir, “bu işin xeyri də olur, ziyanı da”. Elçin Səfərzadə demişdir ki, “razı, ayda neçə manat verəcək?” O, Elçin Səfərzadəyə demişdir ki, “2000 manat və ya 1000 ABŞ dollar, yəni 1700 manat”. 2020-ci ilin yaz-yay aylarında Zərərçəkmiş şəxs2 Almaniya Federativ Respublikasından avtomobillər gəlirmiş və o, Zərərçəkmiş şəxs2 “099” avtosalonda işləyən Şahid3lə tanış etmiş və Zərərçəkmiş şəxs2 avtomobillərini həmin avtosalonda satmış və pulunu Zərərçəkmiş şəxs2 vermişdir. 27 may 2020-ci il tarixdə Şahid10 Kia markalı Stinger modelli avtomobili satması üçün ona baş etibarnamə vermişdir. Bundan sonra o. Kia markalı Stinger modelli avtomobili və Şahid3 16000 ABŞ dollara, yəni 27200 manata aldığı Nissan markalı X-Trail modelli avtomobili ünvan 2 ünvanda yerləşən “Azcar” avtosalona gətirmiş və Kənan adlı şəxsə vermişdir. O. Kia markalı Stinger modelli avtomobili 23000 ABŞ dollarına, yəni 39100 manata və Nissan X- Trail markalı avtomobili 17000 ABŞ dolları, yəni 28900 manat hesablatmışdır. O, Kənana satmaq üçün nisyə 60000 ABŞ dollara, 102000 manata olan Bentley Continental markalı avtomobili vermiş və Kənanın ona 60000 ABŞ dollar borcu yaranmışdır. O, Kənana demişdir ki, Kia markalı Stinger modelli və Nissan markalı X-Trail modelli avtomobili verir və Kənanın borclu olduğu 60000 ABŞ dollarının əvəzinə avtosalonda olan Bentley markalı Flying Spur modelli avtomobili götürür. Kənan razılaşmış və o, Kənana hər iki avtomobili vermiş, Bentley markalı Flying Spur modelli avtomobili götürmüş və sosial şəbəkədə "Turbo.az" saytında 165000 ABŞ dollara, 280500 manata satışa qoymuşdur. Bir müddətdən sonra həmin avtomobili banka girov qoyub 75000 ABŞ dolları, 127500 manat götürüb dövriyyəyə buraxıb avtomobil alqı-satqısı ilə məşğul olmuş, hər ay o, Elçin Səfərzadəyə 2000 manat vermişdir. 2020-ci ilin avqust ayında Elçin Səfərzadə ona demişdir ki, “18000 manat lazımdır”. Elçin Səfərzadənin onda olan 39100 manatın üzərindən 18000 manat götürmüş və Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Life center" binasının qarajında Elçin Səfərzadəyə vermiş və Elçin Səfərzadəyə demişdir ki, “sənin 21100 manat pulun qaldı”. O da bildirmişdir ki, 21100 manata qarşılığında, hər ay 2000 manat verə bilməyəcək. Elçin Səfərzadə demişdir ki, “neçə manat verə bilərsən?” O, Elçin Səfərzadəyə demişdir ki, ayda 700-800 manat verə bilər. Elçin Səfərzadə demişdir ki, “BMW markalı 528İ modelli avtomobili sat pulu özündə qalsın və hər ay mənə 2000 manat qazanc ver”. 2020-ci ilin sentyabr ayının axırları Elçin Səfərzadə BMW markalı 528İ modelli avtomobili ona verdi və həmin avtomobili bir ay idarə etmişdir. Elçin Səfərzadə demişdir ki, BMW markalı 528İ markalı avtomobil sat. O, 26 oktyabr 2020-ci il tarixdə BMW markalı 528İ modelli avtomobili Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsində yerləşən “On brend” avtosalonuna aparıb Şahid9 göstərmişdir. Şahid9 avtomobilə baxıb bəyənmiş və demişdir ki, “neçəyə satırsan?” O, Şahid9 demişdir ki, “17000 ABŞ dollara, yəni 28900 manat”. Şahid9 bildirmişdir ki, BMW markalı 528İ modelli avtomobil Elçin Səfərzadəyə məxsusdur. Şahid9 demişdir ki, avtomobili alır və Elçin Səfərzadəyə zəng vurub demişdir ki, “BMW markalı 528İ modelli avtomobili 17000 ABŞ dollarına satırsan?” Elçin Səfərzadə demişdir ki, “satıram”. Şahid9 Elçin Səfərzadəyə demişdir ki, “allah xeyir versin”. Həmin günü Elçin Səfərzadə BMW markalı 528İ modelli avtomobilə görə ona baş etibarnamə vermiş və o, da həmin günü Şahid9 BMW markalı 528İ modelli avtomobilə görə baş etibarnamə vermişdir. Bundan sonra o, BMW markalı 528İ modelli avtomobili "On brend" avtosalonuna aparmış və Şahid9 təhvil vermişdir. Şahid9 ondan avtomobili təhvil alıb 17000 ABŞ dollar, yəni 28900 manatı ona vermişdir. O, bu barədə Elçin Səfərzadəyə demiş, Elçin Səfərzadə isə ona demişdir ki, “həmin puldan 5000 ABŞ dolları, yəni 8500 manatı ona ver, lazımdır”. Həmin günü o, Bakı şəhəri, Nizami rayonu, Babək prospektində “Nissan" avtosalonun qarşısında Elçin Səfərzadə ilə görüşmüş və 17000 ABŞ dolların üzərindən 5000 ABŞ dolları, yəni 8500 manatı ona vermiş və onda 12000 ABŞ dolları, yəni 20400 manat qalmışdır. O, demişdir ki, “bu pulu sənə verir, evinizdə narazıçılıq olar”, Elçin Səfərzadə demişdir ki, narahat olma, özü yoluna qoyacaq. 2020-ci ilin sentyabr ayında o, Elçin Səfərzadə ilə arasında olan pul söhbətini qurtarmaq istəmişdir. Buna görə Şahid3 işlədiyi “099” avtosalona getmiş və avtosalonda 22000 ABŞ dollara, yəni 37400 manata satışa qoyulmuş tranzit nömrə ilə Volkswagen markalı Touareg modelli avtomobili görmüş və həmin avtomobili Elçin Səfərzadəyə verib demişdir ki, bizim aramızda olan pul söhbətini bağlamaq istəmişdir. O, Şahid3 2000 ABŞ dolları verib həmin avtomobili götürmüş və demişdir ki, qalan 20000 ABŞ dolları, yəni 34000 manatı isə bir aya verəcəkdir. Şahid3 onunla razılaşmış və həmin avtomobili Elçin Səfərzadəyə vermiş və demişdir ki, Volkswagen markalı Touareg modelli avtomobili 22000 ABŞ dollar, yəni 37400 manatdır, ona 4100 manat verəcəyi qaldı. Elçin Səfərzadə ondan Volkswagen markalı Touareg modelli avtomobili götürmüş və təxminən 15 gündən sonra Elçin Səfərzadə idarə etdiyi Volkswagen markalı Touareg modelli avtomobili sağ tərəfini əzmiş və ona demişdir ki, pulu yoxdur, avtomobilin düzəltməkdə köməlik etsin. O, Elçin Səfərzadəyə razılıq vermiş və X9 markalı Touareg modelli avtomobili öz ustalarının yanına aparmışdır. Volkswagen markalı Touareg modelli avtomobil düzələndən sonra ustaya verilməsi üçün 2500 manat Elçin Səfərzadəyə vermişdir. Elçin Səfərzadə demişdir ki, Volkswagen markalı Touareg modelli avtomobili sahibinə qaytar və onun ayda qazancını ver. O, da Volkswagen markalı Touareg modelli avtomobili ”099“ avtosalona gətirib Şahid3 vermiş və demişdir ki, avtomobilin sağ tərəfi əzilsə də düzəlmişdir. Şahid3 ona demişdir ki, “Volkswagen markalı Touareg modelli avtomobilin sağ tərəfinin yenidən düzəldilməsi üçün 2000 ABŞ dolları lazımdır, ondan Volkswagen markalı Touareg modelli avtomobili təhvil alır və onun verdiyi 2000 ABŞ dolları usta və ehtiyat hissələrinə verəcəkdir”. O, Şahid3lə razılaşmış və Volkswagen markalı Touareg modelli avtomobili ona təhvil vermişdir. 03 sentyabr 2020-ci ildə Zərərçəkmiş şəxs2 ona demişdir ki, onun Kia markalı Optima modelli Az **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili var, həmin avtomobilin satılmasında ona köməklik etsin. O, Zərərçəkmiş şəxs2 razılıq vermiş və qiyməti ilə maraqlanmış, Zərərçəkmiş şəxs2 demişdir ki, 18500 manat satır. O, Zərərçəkmiş şəxs2 demişdir ki, 18500 manat bahadır, neçə manata satılsa, o qiyməti ona deyəcəkdir. Bundan sonra o, Kia markalı Optima modelli avtomobili Şahid3 işlədiyi "099" avtosalona aparmış və Şahid3 qiyməti ilə maraqlanmışdır. O, Şahid3 demişdir ki, 18500 manatdır. Şahid3 demişdir ki, bu avtomobilin maksimum qiyməti 16500 manatdır. O, bu barədə Zərərçəkmiş şəxs2 demiş və Zərərçəkmiş şəxs2 onunla razılaşmışdır. 04 sentyabr 2020-ci ildə Şahid3 demişdir ki, avtomobili 16500 manata alır və şəriyi Şahid4 adına baş etibarnamə ver. O, Şahid4 şəxsiyyət vəsiqənin şəkili Zərərçəkmiş şəxs2 göndərmiş və demişdir ki, Kia markalı Optima modelli avtomobilə görə bu şəxsin adına baş etibarnamə versin. Həmin günü Zərərçəkmiş şəxs2 notarial qaydada avtomobilə görə baş etibarnaməni yazdırmış və o, gedib baş etibarnaməni götürüb Şahid3 vermişdir. Şahid3 "099“ avtosalonun qarşısında 16500 manat pulu sayıb ona vermiş, o, həmin pulu götürmüş və Zərərçəkmiş şəxs2la görüşmüşdür. Ona demişdir ki, onun Bentley markalı Flying Spur modelli, Mazerati markalı Quaete Porte modelli, Cadilak markalı GT 6 modelli və Mersedes-Benz markalı GLE modelli avtomobillərin kreditinə pul verməlidir, “onun 16500 manat pulunu həmin kreditlərə keçirmək üçün ona verə bilər?” Zərərçəkmiş şəxs2 razılıq vermiş və o, 16500 manat pulu avtomobillərin kreditinə görə BTB banka ödəmişdir. 2020-ci ilin sentyabr ayının axırlarında Zərərçəkmiş şəxs2 ona demişdir ki, Almaniya Federativ Respublikasından iki ədəd Opel Astara və bir ədəd Toyota Corolla markalı avtomobil göndərmişlər. 2020-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs2 Opel markalı Astra modelli Az **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili və Opel markalı Astra modelli Az 99- EY-108 dövlət qeydiyyat nişanlı avtomobili satmaq üçün "099" avtosalona aparmış və Zərərçəkmiş şəxs2 həmin avtomobillərin hər birini 7500 manat satırmış. 07 oktyabr 2020-ci ildə ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 Opel markalı Astra modelli Az **-XY-*** dövlət nömrə nişanlı avtomobili Şahid7 satır və ona görə Şahid7 qohumuna baş etibarnamə vermişdir. Bundan sonra Şahid7 həmin avtomobilə görə ona “099" avtosalonun qarşısında 3500 manat vermiş və demişdir ki, qalan 4000 manat pulu iki günə verəcəkdir. Bundan sonra o, 3500 manat pulu Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayev küçəsinə gəlib pulu ona vermiş və demişdir ki, 2 günə qalan 4000 manatı Şahid7 verəcəkdir. 3-4 gündən sonra Şahid7 Opel markalı Astra modelli avtomobilə görə qalan 4000 manatı vermiş və o, pulu götürüb Zərərçəkmiş şəxs2la görüşüb 4000 manatı ona vermişdir. Səhəri günü o, Zərərçəkmiş şəxs2la Bakı şəhəri, Xətai Rayonu, Əhmədli qəsəbəsi, Sarayev küçəsində görüşmüş və ondan 7500 manat pul istəmiş və demişdir ki, həmin pulu avtomobillərin kreditinə ödəyəcəkdir. Zərərçəkmiş şəxs2 ona razılıq vermiş və 7500 manat pulu yaşadığı evin qarşısında ona vermişdir. 08 oktyabr 2020-ci ildə Zərərçəkmiş şəxs2 demişdir ki, “Toyota markalı Corolla modelli Az **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil qonşusu Emin adlı şəxsdədir və həmin avtomobili götür, 10000 manat satarsan”. O, Zərərçəkmiş şəxs2 demişdir ki, həmin avtomobil 10000 manata yox, 9000 manata satılar. Zərərçəkmiş şəxs2 razılıq vermiş və o, Zərərçəkmiş şəxs2 demişdir ki, həmin avtomobili satıb pulunu götürüb kreditə ödəyəcək və pulu cəm olaraq verəcəkdir. Həmin günü o, Emin adlı şəxsdən Toyota markalı Corolla modelli avtomobili götürüb "099" avtosalona gətirib Şahid3 təhvil vermiş və demişdir ki, bu avtomobili 9000 manata tez satmaq lazımdır. Həmin günün axşamı Şahid3 demişdir ki, “Toyota markalı Corolla modelli avtomobili satmış və səhər avtomobilə görə etibarnamə ver, pulu götür”. O, bu barədə Zərərçəkmiş şəxs2 demiş, səhəri günü Şahid3 göndərdiyi müştəri Təbriz Quliyev adlı şəxsin şəxsiyyət vəsiqəsinin şəkilini o, Zərərçəkmiş şəxs2 göndərmiş və demişdir ki, bu şəxsə Toyota markalı Corolla modelli avtomobilə görə baş etibarnamə vermək lazımdır. Həmin günü o, Zərərçəkmiş şəxs2 baş etibarnaməni alıb "099" avtosalona gəlmiş və baş etibarnaməni Şahid3 vermişdir. O, baş etibarnaməni Zərərçəkmiş şəxs2 alan zaman demişdir ki, 9000 manat pulu alanda avtomobillərin kerditinə verəcək, sonra pulu tam şəkildə verəcəkdir. Zərərçəkmiş şəxs2 onunla razılaşmışdır. Şahid3 baş etibarnaməni ondan almış və 9000 manat pulu sayıb ona vermişdir. O, da həmin 9000 manat pulu kerditlərinə ödəmişdir. 12 oktyabr 2020-ci ildə ona məlum olmuşdur ki, Şahid3 Zərərçəkmiş şəxs2 məxsus Opel markalı Astra modelli avtomobili Əziz adlı şəxsə satmaq üçün 500 manat beh almışdır. Həmin Opel markalı Astra modelli avtomobili Zərərçəkmiş şəxs2 olsa da Şəki rayonunda yaşayan Ramil adlı şəxsin adında olmuşdur. 16 oktyabr 2020-ci ildə Ramil adlı şəxs Bakı şəhərinə gəlib Opel markalı Astra modelli Az **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə notarial qaydada Əziz adlı şəxsə baş etibarnamə vermişdir. Həmin günü o, Şahid3lə "099" avtosalonda görüşmüş və Şahid3 ona Opel markalı Astra modelli avtomobili satdığı üçün 7500 manat pul vermişdir. O, Zərərçəkmiş şəxs2 zəng vurub demişdir ki, Şahid3 7500 manat pulu almış, həmin pulu da avtomobillərin kreditinə ödəyəcək, 31500 manat pulu tam şəkil verəcəkdir. Zərərçəkmiş şəxs2 razılıq vermiş və o, həmin pulu da avtomobillərin kreditinə ödəmişdir. 2020-ci ilin noyabr ayının ortalarında o, Zərərçəkmiş şəxs2la Bakı şəhəri, Nizami rayonu, Babək prospektində "Maşın" bazarının yaxınlığında olan "SOCAR" yanacaq doldurma məntəqəsində görüşmüş və ona 16500 manat pul vermiş və ona demişdir ki, ona 24000 manat verəcəyi qalmışdır. 2020-ci ilin noyabr ayını əvvəllərində Şahid3 onu "099" avtosalona çağırmış və o, həmin avtosalona getmişdir. Həmin vaxtı Şahid3 və yanında tanımadığı şəxs olmuşdur. Sonra ona məlum olmuşdur ki, Şahid3 yanında olan şəxsin adı Əzizdir. Şahid3 ona demişdir ki, iki ədəd Opel Astra markalı avtomobilin baş etibarnaməsi ləğv olunmşdur. O, Şahid3 demişdir ki, “ola bilməz”. Bundan sonra o, Zərərçəkmiş şəxs2 zəng vurub vəziyyəti ona demiş, Zərərçəkmiş şəxs2 ona demişdir ki, onun pulunu vermədiyi üçün baş etibarnamələri ləğv etdirmişdir. Şahid3 demişdir ki, baş etibarnamələrin bərpasını sən etməlisən. O, Şahid3 demişdir ki, “sizə demişdi axı, avtomobili alandan sonra öz adınıza sənədləşdirin, siz etməyibsinizsə, özünüz bilərsiniz” və çıxıb getmişdir. 2020-ci ilin noyabr ayında o, Fəridlə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində görüşmüşdür. Həmin vaxtı Fərid BMW markalı X6 modelli Az **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edirmiş və Fərid demişdir ki, bu avtomobil lizinq şərtlərinə görə kreditdədir və avtomobili satmaq istəyir. O, həmin avtomobilin şərtləri ilə maraqlanmış, Fərid demişdir ki, ilkin ödəniş kimi 13500 manat satır, alan şəxs 36 ay müddətinə hər ay 2800 manat kredit verməlidir. O, Fəridlə razılaşmış və demişdir ki, avtomobili ona versin, satıb onun pulunu verəcəkdir. O, Fəridi 4 ildir ki, tanımış və onunla normal münasibəti olmuşdur. Fərid onunla razılaşmış və BMW markalı X6 modelli avtomobili ona vermişdir. O, həmin avtomobili idarə edən zaman Şahid3 Bakı şəhəri, Nizami rayonu, Babək prospektində görmüş və demişdir ki, bu kimin avtomobilidir. O, demişdir ki, “Fəridindir, 13500 manat satır, 36 ay müddətində hər ay 2800 manat kredit vermək lazımdır”. Şahid3 demişdir ki, o, bu avtomobili almaq istəyir, ancaq pulunu bir aya verəcəkdir. O, bu barədə Fəridə demiş və Fərid demişdir ki, “o, səni tanıyır”. Bundan sonra Şahid3lə Fəridi telefon vasitəsi ilə danışdırmış və özləri razılaşmışlar. Bundan sonra Şahid3 həmin avtomobili satmış və pulun yarısını Fəridə vermişdir. Fərid demişdir ki, “qalanını nə vaxt verəcəksən?” Şahid3 demişdir ki, bir az vaxt versin. Fərid demişdir ki, “nə qədər vaxt istəyirsən?” Şahid3 demişdir ki, 20-25 günə verəcək. Sonradan Şahid3 Fəridin pulunu tam şəkildə vermişdir. 2020-ci ilin noyabr ayında o, “099” avtosalona gəlmiş və Şahid3 demişdir ki, sürmək üçün ona avtomobil versin. Şahid3 ona BMW markalı 528İ modelli Az **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil vermiş və o, həmin avtomobili idarə edən zaman görmüşdür ki, mühərrik hissəsində nasazlıq var. Həmin günü gecə vaxtı BMW markalı 528İ modelli avtomobili “099" avtosalonun qarşısına qoymuş və Şahid3 zəng vurub demişdir ki, verdiyi BMW markalı 528İ modelli avtomobilin mühərrikində nasazlıq var, ona görə həmin avtomobili ”099” avtosalonun qarşısına qoymuşdur. 2020-ci ilin noyabr ayında o, “099" avtosalonda olan zaman Şahid3 demişdir ki, onu “On brend" avtosalona aparsın. Nicatla danışsın. Şahid3 onu idarə etdiyi avtomobillə “On brend" avtosalona aparmış və o, Nicata demişdir ki, ona sürmək üçün avtomobil versin. Nicat demişdir ki, “ona avtomobil vermir, Şahid3 istəsə verər”. Şahid3 demişdir ki, salonda olan Range Rover markalı avtomobili neçə manata verir? Nicata demişdir ki, 24000 ABŞ dollar, yəni 40800 manat Range Rover markalı avtomobili verə bilər. Həmin vaxtı video çəkilib aparılmış və orada razılaşmışlar ki, avtomobil satılan kimi 10000 ABŞ dolları, yəni 17000 manata verəcək, 15 dekabr 2020-ci ilə kimi 14000 ABŞ dolları, yəni 23800 manat verəcək. Bundan sonra o, Şahid3lə Nicatın otağından çıxmış və avtosalona keçib Range Rover markalı avtomobilə baxan zaman Şahid3 ona demişdir ki, “avtomobil satılan kimi Nicata 10000 ABŞ dolları, yəni 17000 manat verilir, 14000 ABŞ dollardan 5000 ABŞ dollar, yəni 8500 manat sənin olsun, 9000 ABŞ dollar, yəni 23800 manat isə ona qalacaq”. O, Şahid3lə razılaşmamış və X22 markalı avtomobili götürmüş və Bakı şəhəri, Nizami rayonu, Babək prospekində olan “Xəzər" avtosalonuna gəlmişlər. Şahid3 həmin avtomobili 22000 ABŞ dollar, yəni 37400 manata “Xəzər" avtosalonda işləyən Elçin adlı şəxsə satmış və 500 manat ona şirinlik vermişdir. 2020-ci ilin noyabr-dekabr aylarında Zərərçəkmiş şəxs2 ona demişdir ki, onun pulunu versin. O, Zərərçəkmiş şəxs2 demişdir ki, bir az sıxıntı var, işləri düzələn kimi sənin pulunu verəcəkdir. 2021-ci ildə fevral ayında o, banka pul verə bilmədiyi üçün kreditə götürdüyü Bentley markalı Flying Spur modelli, Mazerali markalı Quaete Porte modelli, Cadilak markalı GT 6 modelli və Mersedes-Benz markalı GLE modelli avtomobilləri BTB bank onun avtomobillərini almışdır. 2021-ci ilin mart ayında Zərərçəkmiş şəxs1 ona demişdir ki, sənin 50000 ABŞ dollar verəcəyin vardır, o, Zərərçəkmiş şəxs1 demişdir ki, onun 50000 ABŞ dollar sizə verəcəyi yoxdur, sizə 42500 manat verəcəyi vardır. O, Zərərçəkmiş şəxs1la belə razılaşmışlar ki, Abşeron rayonu, Xırdalan şəhərində X14ya məxsus hündür mərtəbəli binanın 12-ci mərtəbəsində 134 kv. metr evi Zərərçəkmiş şəxs1 verir və Zərərçəkmiş şəxs1 ona 15000 ABŞ dolları, 25500 manat verir. Həmin ev təmirsiz olmuş, onlar razılaşmışlar, gedib evə baxmış və Zərərçəkmiş şəxs1 evi bəyənmişdir. X14 narazıçılıq etdiyi üçün həmin ev Zərərçəkmiş şəxs1 verilməmişdir. Qeyd edilən pulları ödəyə bilməməyinin səbəbi isə pandemiya ilə əlaqədar işlərinin yolunda getməməsi olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 2018-ci ildən avtomobil alveri ilə məşğul olan X4, X19nin vasitəsi ilə tanımış, Təqsirləndirilən şəxs X19yə, qohum və tanışlara avtomobil alıb-satılmasında köməklik etmişdir. Təqsirləndirilən şəxs X19 ilə münasibəti yaranmış və Təqsirləndirilən şəxs bir neçə dəfə onun yaşadığı evə gəlib-getmişdir. 2018-ci ildə o, X19yə yeni avtomobil almaq qərarına gəlmiş və X19yə demişdir ki, “idarə etdiyin avtomobili sat, sənə istədiyin avtomobili alaq”. Bundan sonra X19 tanışı Təqsirləndirilən şəxsla məsləhətləşmiş və Təqsirləndirilən şəxs X19nin avtomobilinin satılmasında və 08 sentyabr 2018-ci ildə BMW markalı 528İ modelli Az **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin 27000 ABŞ dollara, yəni 45900 manata alınmasında köməklik etmişdir. BMW markalı 528İ modelli avtomobil X19nin adına sənədləşdirilsə də, faktiki olaraq ona məxsus olmuşdur. 2019-cu ildə o, oğlu Şahid10 də yeni avtomobil almaq qərarına gəlmiş və oğlu Şahid10 demişdir ki, “idarə etdiyin avtomobili sat, sənədə istədiyin avtomobili alaq”. Bundan sonra X19 tanışı Təqsirləndirilən şəxsla məsləhətləşmiş və Təqsirləndirilən şəxs oğlu Şahid10 avtomobilinin satılmasında və 05 noyabr 2019-cu ildə Kia markalı Stinger modelli Az **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin 31000 ABŞ dollara, yəni 52700 manata almasında köməklik etmişdir. Kia markalı Stinger modelli avtomobili oğlu Şahid10 adına sənədləşdirilsə də, faktiki olaraq ona məxsus olmuşdur. Bundan sonra oğlanları Elçin və İsmixan öz aralarında avtomobillərini dəyişmiş, Kia markalı Stinger modelli Az **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili X19, BMW markalı 528İ modelli Az **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili isə oğlu Şahid10 idarə etmişdir. 2020-ci ilin may ayında X19 ona demişdir ki, qardaşı Şahid10 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə gedəcək, onun adına olan Kia markalı Stinger modelli avtomobili Təqsirləndirilən şəxs köməkliyi ilə satıb, Şahid10 həqiqi hərbi xidmətdən gələndən sonra ona yeni avtomobil alsınlar. O, isə BMW markalı 528İ modelli Az **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etsin. O, X19yə razılıq vermiş, X19 demişdir ki, qardaşı Şahid10 Kia markalı Stinger modelli avtomobilə görə Təqsirləndirilən şəxs notarial qaydada baş etibarnamə verəcəkdir. O, X19yə demişdir ki, Təqsirləndirilən şəxs inanırıq, necə istəyirsə elədə etsin. Bir müddətdən sonra Təqsirləndirilən şəxs X19 ilə birlikdə evə gəlmiş və Təqsirləndirilən şəxs demişdir ki, “Kia markalı Stinger modelli Az **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istəyirsinizsə, Kia markalı Slinger modelli avtomobili bacısının əri Metinə 30000 ABŞ dollarına, yəni 51000 manata almaq istəyir”. O, Təqsirləndirilən şəxs demişdir ki, “allah xeyir versin”. O, Təqsirləndirilən şəxs inandığı üçün demişdir ki, “avtomobili götür, 30000 ABŞ dolları ona verərsən, oğlum Şahid10 həqiqi hərbi xidmətə gedir, gələndən sonra 30000 ABŞ dollarıni sənə verəcək, İsmixanın istədiyi avtomobilin alınmasında köməlik edərsən”. 2020-ci ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs yaşadığı evə gəlib Kia markalı Stinger modelli avtomobilin götürüb getmiş, bundan sonra X19 BMW markalı 528İ modelli Az **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Bir müddətdən sonra X19 ona demişdir ki, 30000 ABŞ dolları Təqsirləndirilən şəxsdır, nə vaxt istəsən pulu gətirib verəcəkdir. 29 iyul 2020-ci ildə oğlu Şahid10 həqiqi hərbi xidmətə getmiş, 2020-ci ilin oktyabr ayında X19 ona demişdir ki, BMW markalı 528İ modelli Az **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs vasitəsi ilə satıb başqa avtomobil alacaqdır. O, X19yə demişdir ki, “necə istəyirsənsə elədə et”. 20 oktyabr 2020-ci il tarixdə X19 ona demişdir ki, BMW markalı 528İ modelli Az **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq üçün Bakı şəhəri, Babək prospekti, "On brend” avtosalonun qarşısında Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra X19 evə Volkswagen markalı Touareg modelli avtomobillə gəlmiş və demişdir ki, avtomobili Təqsirləndirilən şəxs verib, bu avtomobili almaq istəyir. O, X19yə demişdir ki, “istəyirsənsə al”. İki-üç gündən sonra görmüşdür ki, X19 başqa avtomobil idarə edir. O, X19dən soruşmuşdur ki, “bəs Volkswagen markalı Touareg modelli avtomobil hanı?” X19 demişdir ki, Təqsirləndirilən şəxs deyir avtomobilin mühərrikində nasazlıq var, həmin avtomobili Təqsirləndirilən şəxs vermiş və əvəzində başqa avtomobil verəcəkdir. Bundan sonra X19 müxtəlif avtomobillər idarə etdiyini görmüş və X19dən soruşmuşdur ki, “niyə müxtəlif avtomobillər idarə edirsən?”. X19 demişdir ki, hələlik Təqsirləndirilən şəxs avtomobillərini idarə edir, Təqsirləndirilən şəxs ona avtomobil alıb verəcəkdir. Bir müddətdən sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs X19yə idarə etmək üçün verdiyi müxtəlif növ avtomobillər "rent a car” şirkətinə və digər şəxlərə məxsusdur. Bundan sonra o, Təqsirləndirilən şəxs demişdir ki, Kia markalı Stinger modelli Az **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 30000 ABŞ dolları, yəni 51000 manat və BMW markalı 528İ modelli Az **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə isə 25000 ABŞ dolları, yəni 42500 manat verəcəyi vardır, həmin pulu versin. 2021-ci ilin fevral ayında o, qardaşı İlqar, qohumu Hafiz, Təqsirləndirilən şəxs və onun bacısının əri Metinlə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Abbasqulu ağa Bakıxanov” adına olan parkda görüşmüşlər. Təqsirləndirilən şəxs həmin şəxslərin yanında demişdir ki, “o, Kia markalı Stinger modelli və BMW markalı 528İ modelli avtomobilləri satmış və satdığı avtomobillərə görə 55000 ABŞ dolları, yəni 93500 manatı hissə-hissə qaytara bilər və ya Abşeron rayonu, Xırdalan şəhərində bacısına məxsus 3 otaqlı evi verə bilər”. Bundan sonra belə razılaşmışlar ki, 55000 ABŞ dolları, yəni 93500 manatın əvəzinə Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 3 otaqlı evi verəcəkdir. Səhəri günü o, qardaşı İlqar və Təqsirləndirilən şəxsla birlikdə Abşeron rayonu, Xırdalan şəhərində getmiş və Təqsirləndirilən şəxs bacısının 3 otaqlı evinə baxmışlar. Həmin ev boş vəziyyətdə 3 otaqdan, 1 mətbəxdən və 1 hamamtualetdən ibarət olmuşdur. O, evə baxıb bəyənmiş və Təqsirləndirilən şəxs demişdir ki, bu evi onun adına sənədləşdirsin, aralarında olan 55000 ABŞ dollar, yəni 93500 manatı ödənmiş hesab edəcəkdir. Bir müddətdən sonra o, Təqsirləndirilən şəxs soruşmuşdur ki, “ev məsələsi nə oldu?”. Təqsirləndirilən şəxs demişdir ki, bacısı razı deyil, ancaq o, məhkəmə yolu ilə alıb evi verəcəkdir. Bundan sonra Təqsirləndirilən şəxs mobil telefonunu söndürmüş və onunla görüşə gəlməmişdir. O da məcbur olub 20 aprel 2021-ci ildə Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. 27 iyul 2021-ci ildə X19 xidməti vəzifəsini yerinə yetirərkən ağır yaralanmış və 05 avqust 2021-ci ildə ölmüşdür. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, O, 2010-cu ildən Təqsirləndirilən şəxs tanıyır və onunla yaxın münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs avtomobil alqı-satqısı ilə məşğul olmuş, 2019-cu ildən o, Almaniya Federativ Respublikasına gedib avtomobil alıb Azərbaycan Respublikasına gətirib Bakı şəhərində satışını təşkil etməyə başlamışdır. 2020-ci ilin iyul ayında Təqsirləndirilən şəxs onu Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən "099" avtosalona aparmış və orada satış müdiri işləyən Şahid3lə və həmin salonda işləyən Şahid7 ilə tanış etmişdir. Təqsirləndirilən şəxs onu Şahid3 təqdim edib bildirmişdir ki, Zərərçəkmiş şəxs2 avtomobil alışı və satışı ilə məşğul olur. Şahid3 ona təklif etmişdir ki, satdıq nə avtomobilin olsa, avtosalona gətirib satışını təşkil edə bilər. 2020-ci ilin avqust ayında Almaniya Federativ Respublikasında avtomobil alışı və satışı ilə məşğul olan şəxslərdən biri ona satmaq üçün iki ədəd Opel markalı Astra modelli avtomobil göndərmişdir. O, həmin avtomobilləri Azərbaycan Respublikasında qeydiyyata aldırdıqdan sonra sosial şəbəkədə "Turba.az" saytına hər birini 9000 manata yerləşdirmişdir. Bundan sonra Alim adlı şəxs ona təklif etmişdir ki, onda olan 18000 manat dəyərində Kia markalı Optima modelli Az 59- BG-509 dövlət qeydiyyat nişanlı avtomobili onun satdığı iki ədəd Opel markalı Astra modelli avtomobillərlə dəyişsinlər. O, həmin şəxsə razılıq vermiş və 24 avqust 2020-ci ildə avtomobilləri dəyişmiş, Alim adlı şəxs Kia markalı Optima modelli avtomobilə görə, o, isə iki ədəd Opel markalı Astra modelli avtomobillərə görə baş etibarnamə vermişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs demişdir ki, Kia markalı Optima modelli Az **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin satmaq üçün ona köməklik etsin. Təqsirləndirilən şəxs ona demişdir ki, həmin avtomobili Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən ”099’’ avtosalonda işləyən Şahid3 yanına apar və avtomobilin salonda yerləşdirib satışını təşkil etsin. O, Təqsirləndirilən şəxs sözünə əsasən Kia markalı Optima modelli avtomobili "099" avtosalona aparmış və Şahid3 təhvil vermişdir. Şahid3 ondan soruşmuşdur ki, “avtomobili neçə manata satırsan?” O, Şahid3 demişdir ki, “sən avtomobili neçiyə satırsansa sat, ancaq mənə 18500 manat pul verərsən”. Şahid3 onunla razılaşmış və o Kia markalı Optima modelli avtomobili "099" avtosalona yerləşdirib getmişdir. 04 sentyabr 2020-ci ildə Təqsirləndirilən şəxs ona zəng vurub demişdir ki, "099" avtosalonda satışla məşğul olan Şahid4 baş etibarnamə versin, avtomobilə müştəri tapıb, bir həftəyə pulunu ödəyəcəkdir. O, Təqsirləndirilən şəxs razılıq vermiş və Təqsirləndirilən şəxs Şahid4 şəxsiyyət vəsiqəsinin şəkilini onun mobil telefonunda olan “WhatsAp” proqramına göndərmişdir. Həmin günü o, ünvan 5 ünvanda yerləşən 18 nömrəli Notariat ofisinə getmiş və Təqsirləndirilən şəxs dediyi Şahid4 Kia markalı Optima modelli avtomobilə görə baş etibarnamə vermiş və bu barədə Təqsirləndirilən şəxs demişdir. Bundan sonra Təqsirləndirilən şəxsla ünvan 6 ünvanda yerləşən 18 nömrəli Notariat ofisinin qarşısında görüşmüş və baş etibarnaməni Təqsirləndirilən şəxs vermişdir. O, Təqsirləndirilən şəxs inandığı üçün ondan soruşmamışdır ki, Kia markalı Optima modelli avtomobili kimə və neçiyə satıbdır. 2020-ci ilin sentyabr ayında Almaniya Federativ Respublikasında avtomobil alışı və satışı ilə məşğul olan şəxslərdən biri ona satmaq üçün iki ədəd Opel markalı Astra modelli avtomobil və bir ədəd Toyota markalı Corolla modelli avtomobil göndərmişdir. O, həmin avtomobilləri Azərbaycan Respublikasında qeydiyyata aldırdıqdan sonra satmaq qərarına gəlmişdir. 2020-ci ilin oktyabr ayının əvvəllərində o, Opel markalı Astra modelli Az **-XY- *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən "099" avtosalonda işləyən Şahid7 yanına aparmış və demişdir ki, avtomobilin salonda yerləşdirib satışını təşkil etsin. Həmin vaxtı o, Şahid7 demişdir ki, Təqsirləndirilən şəxs ona məxsus Kia markalı Optima modelli avtomobili 18500 manata satmış və onun pulunu verməmiş, ona görə də Opel markalı Astra modelli avtomobil satılandan sonra pulunu ona verəcək, Təqsirləndirilən şəxs verməsin. Şahid7 ondan Opel markalı Astra modelli avtomobilin qiymətini soruşmuş, o, Şahid7 demişdir ki, “sən neçiyə satırsansa sat, ona 9000 manat verərsən”. 07 oktyabr 2020-ci ildə Şahid7 ona zəng vurub demişdir ki, Opel Astra markalı avtomobilə müştəri düşübdür. Bakı şəhəri, Nizami rayonu, Məshəti Gəncəvi küçəsində yerləşən 41 nömrəli Notariat ofisinə gəlsin, baş etibarnamə versin, avtomobilini satsın. O, Şahid7 razılıq vermiş və deyilən 41 nömrəli Notariat ofisinə gəlmiş, həmin vaxtı Şahid7 şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün o, Opel markalı Astra modelli Az **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə baş etibarnaməni Şahid7 qohumu Şahid8 adına vermişdir. Şahid7 ona demişdir ki, Opel markalı Astra modelli avtomobili satıb ona 9000 manat pulu 3 günə verəcəkdir. O, Şahid7 razılıq vermiş, 10 oktyabr 2020-ci ildə o, Şahid7 zəng vurub demişdir ki, Opel markalı Astra modelli avtomobilin satıbsan, 9000 manat pulu bu gün verməli idin. Şahid7 ona demişdir ki, “9000 manat pulu Təqsirləndirilən şəxs veribdir, pulu sənə Təqsirləndirilən şəxs verəcəkdir”. O, Şahid7 iradını bildirmişdir ki, “sənə demişdim axı, pulu ona verərsən”. Şahid7 demişdir ki, pulu ondan Təqsirləndirilən şəxs istəmiş və demişdir ki, pulu özü Zərərçəkmiş şəxs2 verəcək, ondan 9000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs zəng vurub demişdir ki, “Opel markalı Astra modelli avtomobilin pulunu niyə Şahid7 alıbsan?” Təqsirləndirilən şəxs demişdir ki, ona təcili pul lazım idi, ona görə götürmüş, onun 9000 manat pulunu ondadır verəcəkdir. 08 oktyabr 2020-ci ildə o, Toyota markalı Corolla modelli Az **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobili sata bilmədiyi üçün Təqsirləndirilən şəxs müraciət etmiş və Təqsirləndirilən şəxs ona demişdir ki, tez bir zamanda həmin avtomobili sata bilər. Təqsirləndirilən şəxs ona demişdir ki, “sən Toyota markalı Corolla modelli avtomobili neçə manata satırsan?” O, Təqsirləndirilən şəxs demişdir ki, “sən neçə manata satırsansa sat, ancaq mənə 11000 manat verərsən”. Təqsirləndirilən şəxs onunla razılaşmış və demişdir ki, Toyota markalı Corolla modelli avtomobili ona verim, o, həmin avtomobili müştərilərə göstərsin. O, razılıq vermiş və həmin günü ünvan 6 ünvanda Toyota markalı Corolla modelli Az **-DY-*** dövlət nömrə nişanlı avtomobili Təqsirləndirilən şəxs vermişdir. 09 oktyabr 2020-ci ildə Təqsirləndirilən şəxs ona demişdir ki, Toyota markalı Corolla modelli avtomobilə müştəri tapıb, müştərinin şəxsiyyət vəsiqəsini göndərəcək, ona baş etibarnamə versin. O, Təqsirləndirilən şəxs razılıq vermiş və Feyruz X2 şəxsiyyət vəsiqəsinin şəkilini onun mobil telefonunda olan “WhatsApp” proqramına göndərmişdir. Toyota markalı Corolla modelli avtomobili anası X3 adına olduğu üçün həmin günü o, anası Ziyafət Hüseynova ilə birlikdə ünvan 6 ünvanda yerləşən 18 nömrəli Notariat ofisinə getmiş və anası X13 markalı Corolla modelli avtomobilə görə Təbriz Quliyevə baş etibarnamə vermişdir. Bundan sonra o, baş etibarnaməni Təqsirləndirilən şəxs vermiş və Təqsirləndirilən şəxs Toyota markalı Corolla modelli avtomobili satmış və Təqsirləndirilən şəxs ona demişdir ki, satılan 3 avtomobilin pulunu cəm şəkildə verəcəkdir. 10 oktyabr 2020-ci ildə o, Opel markalı Astra modelli Az **- EY-*** dövlət qeydiyyat nişanlı avtomobili sata bilmədiyi üçün "099" avtosalona gətirmiş və Şahid3 həmin avtomobili göstərmişdir. Şahid3 demişdir ki, “neçə manata satırsan?” O, Şahid3 demişdir ki, “sən neçə manata satsansa sat, mənə 9000 manat verərsən”. Şahid3 onunla razılaşmış və 16 oktyabr 2020-ci ildə Şahid3 ona demişdir ki, Opel markalı Astra modelli avtomobilə müştəri tapıb, Şahid6 adlı şəxsə baş etibarnamə vermək lazımdır. Opel markalı Astra modelli avtomobil tanışı Ramil adlı şəxsin adına olduğu üçün həmin günü o, Ramildən xahiş etmişdir ki, Şahid6 adlı şəxs baş etibarnamə versin. Ramil qeyd olunan şəxsə Opel markalı Astra modelli **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə notarial qaydada baş etibarnamə vermişdir. Həmin günü o, "099” avtosalona getmiş və görmüşdür ki, Opel markalı Astra modelli avtomobil satılıb, puluda Təqsirləndirilən şəxsdadır. O, soruşmuşdur ki, “satılan Opel markalı Astra modelli avtomobilin pulu səndədir?” Təqsirləndirilən şəxs cibindən pul çıxardıb ona göstərmiş və demişdir ki, səhər banka pul ödəyəcək, sənin pulunu, yəni satılan 4 avtomobildən əldə olunmuş 47500 manat pulu cəm şəkildə ödəyəcək. O, razılıq vermiş və bir müddətdən sonra görmüşdür ki, Təqsirləndirilən şəxs onun pulunu vermir, o, da verdiyi baş etibarnamələri ləğv etdirmək qərarına gəlmiş, bu məqsədlə notarial ofisə getmiş və orada məlum olmuşdur ki, Toyota markalı Corolla modelli avtomobil özəlləşdirilmiş, qalan avtomobillər isə baş etibarnamə ilə satılmışdır. O, avtomobillər görə verilmiş baş etibarnamələri ləğv etdirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, mərhum X10 onun böyük qardaşıdır. Kia markalı Stinger modelli Az **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adına olsa da, atası Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. O, qardaşı Elçin Səfərzadəyə etibarnamə vermişdir ki, qardaşı X21 markalı Stinger modelli avtomobili idarə edə bilsin. O, 2020-ci ilin ortalarında həqiqi hərbi xidmətə gedəcəyindən qardaşı Elçin ona demişdir ki, “sən hərbi xidmətə gedəcəksən, həmin avtomobilə dair Təqsirləndirilən şəxs baş etibarnamə ver, avtomobili satsın, sən hərbi xitmətdən gələndən sonra sənə təzə avtomobil alarıq”. Buna görə də o, 2020-ci ilin may ayında Təqsirləndirilən şəxs baş etibarnamə vermişdir. O, hərbi xidmətə getmiş və hərbi xidmətdə olanda eşitmişdir ki, Təqsirləndirilən şəxs avtomobili satmışdır. O, hərbi xidməti başa vurma mərhələsində eşitmişdir ki, Təqsirləndirilən şəxs pulu xərcləmiş və ona yeni avtomobil ala bilməmişlər. O, hərbi xidmətdə olan zaman Təqsirləndirilən şəxs qardaşı Elçin Səfərzadənin idarə etdiyi BMW markalı avtomobili də satmışdır. Evə gəldikdən sonra ona məlum olmuşdur ki, atası Təqsirləndirilən şəxs şikayət edibdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, İlham Hacıyev küçəsi, ev 73-də qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. 2020-ci ilin sentyabr ayının əvvəllərində avtomobil almaq üçün tanışı Elçin adlı şəxsə müraciət etmiş və 05 sentyabr 2020-ci İldə tanışı Elçin ona Kia markalı Optima modelli Az **-BG-*** dövlət qeydiyyat nişanı avtomobil tapmışdır. O, tanışı Elçinə demişdir ki, avtomobilə baxdıqdan, sonra bir söz deyəcək. Həmin günü o, Kia markalı Optima modelli avtomobilə baxaraq bəyənmiş və qiyməti ilə maraqlanmışdır. Həmin avtomobilin qiymətini 17000 manat razılaşmışdır. Həmin vaxtı o, Elçinin yanında avtomobili gətirən şəxsə 17000 manat vermiş və həmin şəxs ondan şəxsiyyət vəsiqəsini götürmüşdür ki, Kia markalı Optima modelli avtomobilə görə baş etibarnamə versin. Kia markalı Optima modelli Az **-BG-*** dövlət qeydiyyat nişanı avtomobil onda qalmış və həmin günü ona baş etibarnamə gətirib vermişdir. Bundan sonra o, Kia markalı Optima modelli avtomobili idarə etmişdir. 16 sentyabr 2020-ci ildə o, sosial şəbəkədə "Turba.az” saytına baxan zaman BMW markalı 528İ modelli avtomobili görüb bəyənmiş və satan şəxslə qiyməti barədə maraqlanmışdır. Həmin şəxsə demişdir ki, onda Kia markalı Optima modelli avtomobil var və onun BMW markalı 528İ modelli avtomobili ilə barter, yəni dəyişmək istəyir. Həmin şəxs demişdir ki, avtomobilləri dəyişmək üçün üzərində 7000 manat versin. O, razılaşmış və BMW markalı 528İ modelli avtomobili satan Nurlan adlı şəxsə 7000 manat vermiş və avtomobilləri dəyişmişlər. Bundan sonra o, Nurlan adlı şəxsə Kia markalı Optima modelli avtomobilə görə baş etibarnamə vermişdir. Nurlan da ona BMW markalı 528İ modelli Az **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə baş etibarnamə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nizami rayonu, ünvan 7 ünvanda ailəsi ilə birlikdə yaşayır. O, növbəli işlədiyi üçün boş vaxtlarında avtomobil alqı-satqısı ilə məşğul olmuş, 2018-ci ildən o, Şahid3 tanımış, Şahid3 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti. 22/10 ünvanında yerləşən "099” avtosalonu icarəyə götürüb avtomobil alqı-satqısı ilə məşğuldur. Onun Şahid3lə normal münasibəti olmuş, Təqsirləndirilən şəxs da 2018-ci ildən tanıyır. Təqsirləndirilən şəxs avtomobil alqı-satqısı ilə məşğul olmuş, 2020-ci ilin yay aylarında “099" avtosalonda olan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2la "099" avtosalona gəlmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 təqdim etmişdir ki, dostu və şəriyidir. Zərərçəkmiş şəxs2 Almaniya Federativ Respublikasından satdıq işlənmiş avtomobillər gətirir və Bakı şəhərində satışı ilə məşğul olur. 2020-ci ilin yay aylarında Təqsirləndirilən şəxs Ələkbər X5 Respublikasından gətirdiyi avtomobilləri "099" avtosalona gətirmiş, Şahid3 avtomobillərin satışını təşkil etmiş və satılan avtomobillərin pulunu Təqsirləndirilən şəxs vermişdir. Zərərçəkmiş şəxs2 arada "099” avtosalona gəlirmiş və pulun Təqsirləndirilən şəxs verilməsinə dair heç vaxt narazılıq etməmişdir. 07 oktyabr 2020-ci ildə Təqsirləndirilən şəxs "099" avtosalona gəlmiş və demişdir ki, Zərərçəkmiş şəxs2 Almaniya Federativ Respublikasından satdıq Opel markalı Astar modelli avtomobillər göndərmişlər, avtomobillər gömrüyün dayanacağında qalıbdır, qeydiyyatdan keçirilməlidir. Həmin avtomobillərin qiyməti 8000 manatdır, bir ədəd Opel markalı Astra modelli avtomobili təcili satmalıdır, pulu gömrük rüsumuna verilməlidir. Ona görə bir ədəd Opel markalı Astra modelli avtomobili 7000 manata satırlar. Şahid3 ona demişdir ki, Opel markalı Astra modelli Az **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili 7000 manata al, sonra nisbətən baha satarsan. O, Təqsirləndirilən şəxs demişdir ki, alır, ancaq hazırda üzərində 3500 manat var, 2 günə də 3500 manat verə bilər. Təqsirləndirilən şəxs onunla razılaşmış və demişdir ki, sənin adına baş etibarnamə yazdıracaqdır. O da Təqsirləndirilən şəxs demişdir ki, onun şəxsiyyət vəsiqəsi üzərində yoxdur, xalası oğlu Şahid8 adına baş etibarnamə verilsin. Təqsirləndirilən şəxs razılaşmış, Həmin vaxtı o, “099" avtosalonda Şahid3 yanına 3500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Razılıq əsasında o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2la birlikdə Bakı şəhəri, Nizami rayonu, Məshəti Gəncəvi küçəsində olan 41 nömrəli Notariat ofisinə gəlmiş və Şahid8 şəxsiyyət vəsiqəsini ona “WhatsApp” proqramı vasitəsi ilə göndərmiş və həmin notariat ofisində Zərərçəkmiş şəxs2 xalası oğlu Şahid8 adına Opel markalı Astra modelli Az **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə baş etibarnamə vermişdir. Zərərçəkmiş şəxs2 ondan soruşmuşdur ki, “3500 manat pulu nə vaxt Təqsirləndirilən şəxs verəcəksən? ” O, Zərərçəkmiş şəxs2 demişdir ki, o, Təqsirləndirilən şəxsla iki günə razılaşmışdır. İki gündən sonra Təqsirləndirilən şəxs "099" avtosalona gəlmiş və o, Şahid3 yanında Təqsirləndirilən şəxs 3500 manat pulu vermişdir. Səhəri günü Zərərçəkmiş şəxs2 ona zəng vurub demişdir ki, “sən Təqsirləndirilən şəxsla görüşdün, yəni pulu ona verdin?” o da təsdiqləmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2la sağollaşmış iki gündən sonra o, Zərərçəkmiş şəxs2 baş etibarnamə verdiyi Opel markalı Astra modelli Az 99- XY-609 dövlət qeydiyyat nişanlı avtomobili Əziz adlı şəxsə 7900 manat satmışdır. Əziz ona demişdir ki, avtomobilin kondisoneri işləmir və avtomobili sənədləşdirmək üçün pul lazımdır. O, 7900 manatdan 100 manat ayırıb Əzizə vermiş və demişdir ki, “get problemlərini həll et”. Təxminən bir həftədən sonra o, "099” avtosalonda Şahid3lə birlikdə olan zaman Əziz "099“ avtosalona gəlmiş və avtosalonun qarşısında olan satdıq Opel markalı Astra modelli avtomobili görüb qiyməti ilə maraqlanmışdır. Həmin vaxtı o, Əzizlə görüşmüş və onlar bir-birini görüb tanımış, Əziz ona demişdir ki, o, Opel markalı avtomobilləri alıb satır. O, Əzizi Şahid3 təqdim etmişdir ki, onda Opel markalı Astra modelli avtomobili alan şəxsdir. Bundan sonra Əziz “099” avtosalonun qarşısında satdığa qoyulmuş Opel markalı Astar modelli avtomobillə maraqlanmışdır. Şahid3lə Əziz avtomobil barəsində danışıb razılaşmışlar. Ona məlum olmuşdur ki, Əziz həmin Opel markalı Astra modelli avtomobili alır. O, Əzizin həmin avtomobili neçəyə alması barədə maraqlanmamışdır. Təxminən bir aydan sonra Əziz ona zəng vurub demişdir ki, “sənin satdığın Opel markalı Astra modelli avtomobilə görə verdiyin baş etibarnamə ləğv olunmuşdur”. O, Əzizə demişdir ki, “gəl, “099” avtosalona, Opel markalı Astra modelli avtomobili ona satan şəxsi çağırıb, aydınlaşdıraq”. Əziz yanında 2 nəfər şəxslə "099” avtosalona gəlmişlər və həmin vaxtı Əziz ona demişdir ki, Şahid3 aldığı Opel markalı Astra modelli avtomobilin də baş etibarnaməsi ləğv olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs “099" avtosalona gəlmiş və Təqsirləndirilən şəxs demişdir ki, onun şəriyi Zərərçəkmiş şəxs2la pul problemi var və ona borclu olduğu üçün Zərərçəkmiş şəxs2 etibarnamələri ləğv etdiribdir. Ona bir həftə vaxt versin ki, o, Zərərçəkmiş şəxs2la pul problemini həll etsin, avtomobillərin baş etibarnaməsini bərpa etdirsin. Bir həftədən sonra Əziz ona zəng vurub demişdir ki, “problem həll olunmayıb?”. O, Təqsirləndirilən şəxs zəng vurub demişdir ki, niyə problemi həll etmədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs demişdir ki, 2-3 günə həll edəcəkdir. 2-3 gündən sonra o, Təqsirləndirilən şəxs zəng vurub baş etibarnamə barədə maraqlanmaq istəmiş, Təqsirləndirilən şəxs mobil telefonuna zəng vuran zaman Təqsirləndirilən şəxs mobil telefonuna zəng çatmamışdır. Bundan sonra o, Əzizlə birlikdə Zərərçəkmiş şəxs2la əlaqə saxlamış və demişlər ki, “iki ədəd Opel markalı Astra modelli avtomobilin niyə baş etibarnaməsini ləğv etdiribsən, sənin Təqsirləndirilən şəxsla problemin vardır, öz aranızda həll edin, pul verilib, avtomobil alınıbdır, səndə bu məsələni bilirdin”. Zərərçəkmiş şəxs2 demişdir ki, Təqsirləndirilən şəxs onu aldadıb, 40 neçə min verəcəyi var, ancaq verməyib, Təqsirləndirilən şəxs pulunu verməyənə qədər baş etibarnamə bərpa olunmayacaq, siz Təqsirləndirilən şəxsla probleminizi həll edin. Bundan sonra onlar Təqsirləndirilən şəxs tapa bilməmiş və Əziz demişdir ki, o, Təqsirləndirilən şəxs şikayət edəcəkdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, Xocavənd rayonu, Kuropatkin kəndində qeydiyyatda olsa da, ünvan 9 ünvanda ailəsi ilə birlikdə yaşayır. Şahid7 onun qohumudur və Şahid7 avtomobil alqı-satqısı ilə məşğul olur. 07 oktyabr 2020-ci ildə o, işlədiyi “Laçın" ticarət mərkəzində olan zaman qohumu Şahid7 ona zəng vurub şəxsiyyət vəsiqəsinin üzərində olub-olmadığını soruşmuş, o da Şahid7 üzərində olduğunu bildirib nə lazım olduğunu soruşmuşdur. Şahid7 ona demişdir ki, avtomobil alacaq, şəxsiyyət vəsiqəsi üzərində deyil, onun adına baş etibarnamə alacaq. O, qohumu Şahid7 demişdir ki, problem yoxdur, ancaq işdən çıxa bilmir. Şahid7 gəlib onun şəxsiyyət vəsiqəsini götürmüş və bir neçə dəqiqədən sonra şəxsiyyət vəsiqəsini gətirib qaytarmışdır. Bundan sonra Şahid7 demişdir ki, sənin adına baş etibarnamə yazdırmışam, avtomobili almış və sonra satacaqdır. O, qohumu Şahid7 demişdir ki, “yaxşı edibsən, ancaq o, işdən çıxa bilmir”. Bundan sonra qohumu Şahid7 çıxıb getmiş, o, qohumu Şahid7 maraqlanmamışdır ki, nə avtomobil alıb və ya neçə manata alıbdır. 09 oktyabr 2020-ci ildə qohumu Şahid7 ona zəng vurub demişdir ki, adına etibarnamə aldığı avtomobili satır, müştəriyə baş etibarnamə vermək lazımdır. O, qohumu Şahid7 işdən çıxa bilmədiyini, “Laçın’' ticarət mərkəzinin yaxınlığında olan notariat ofisinə gəlib, orada etibarnamə versin. Bundan sonra o, “Laçın" ticarət mərkəzinin yaxınlığında notariat ofisində olan zaman Əziz adlı şəxsə avtomobilə görə etibarnamə vermişdir. Əziz ona etibarnamə verdiyi avtomobili göstərmiş və o, görmüşdür ki, qara rəngli Opel markalı Astra modelli avtomobildir. Bundan sonra işinə geri dönmüş və bir daha Əzizi görməmişdir. Şahid7 Opel markalı Astra modelli avtomobili neçəyə alıb və neçəyə satdığını soruşmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 28A, mənzil 72-də qeydiyyatda olsa da, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsi, ev 24-də ailəsi ilə birlikdə yaşayır. O, mobil telefon, avtomobil və digər əşyaların alışı və satışı ilə məşğul olub çörək pulu qazanır. 08 oktyabr 2020-ci ildə o, sosial şəbəkədə “Turbo.az" saytında 9000 manata Opel markalı Astra modelli Az **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil görmüş və bəyənmişdir. Bundan sonra o, Opel markalı Astra modelli avtomobili satan şəxsə zəng vurmuş və almaq istədiyini bildirmişdir. 09 oktyabr 2020-ci ildə o, həmin avtomobili satan şəxslə görüşmüş və ona məlum olmuşdur ki, həmin avtomobili satan şəxs Şahid7dir. O, Şahid7 ilə danışıb Opel markalı Astra modelli avtomobili 8600 manata razılaşmış və bundan sonra onlar birlikdə Bakı şəhəri, Nizami rayonunda yerləşən “Laçın” ticarət mərkəzinin yaxınlığında olan notariat ofisə getmiş və Şahid7 tanışı Araz adlı şəxs notariat ofisində Opel markalı Astra modelli avtomobilə görə ona etibarnamə vermişdir. Bundan sonra o, 8600 manat pulu notariat ofisinin yanında Şahid7 vermiş və Opel markalı Astra modelli Az **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili alıb getmişdir. Bundan sonra o, Opel markalı Astra modelli avtomobili satmaq üçün sosial şəbəkədə “Turbo.az” saytına 9500 manata yerləşdirmişdir. 12 oktyabr 2020-ci il tarixdə Emil adlı şəxs ona zəng vurub satdığı Opel markalı Astra modelli avtomobillə maraqlanmış və gəlib avtomobilə baxıb bəyənmişdir. O, Emil adlı şəxslə həmin avtomobili 9300 manata razılaşmış və həmin günü o, Opel markalı Astra modelli avtomobilə görə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində olan notariat ofisində baş etibarnamə vermiş və Emil adlı şəxs ona 9300 manat vermişdir. O, da pulu almış və satdığı Opel markalı Astra modelli avtomobili Emil adlı şəxsə təhvil vermişdir. Həmin günü o, Bakı şəhəri, Nizami rayonu, Babək prospektində olan "099“ avtosalonun qarşısında satışa qoyulmuş qızılı rəngli Opel markalı Astra modelli Az **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb bəyənmiş və qiyməti ilə maraqlanmışdır. Avtosalonun sahibi olan Elçin adlı şəxslə Opel markalı Astra modelli avtomobili 8600 manata razılaşmışdır. Həmin vaxtı Şahid7 onların yanına gəlmiş və Şahid7 Elçin adlı şəxs demişdir ki, ondan Opel markalı Astra modelli avtomobili alan şəxsdir. Elçin ona demişdir ki, Opel markalı Astra modelli avtomobil Şəki rayonunda yaşayan şəxsin adınadır, 3-4 günə gəlib ona etibarnamə verəcəkdir. O, Elçinlə razılaşmış və Elçinə 500 manat beh vermişdir. Bundan sonra o, Elçinə demişdir ki, baş etibarnamə verilənə kimi Opel markalı Astar modelli avtomobil onda qalacaqdır. Elçin onunla razılaşmış, o, şəxsiyyət vəsiqəsini Elçinə vermiş və Opel markalı Astra modelli avtomobili işə salan vaxtı görmüşdür ki, avtomobilin mühərrikində problem vardır. O, Elçinə bu barədə demiş və yekunda Opel markalı Astra modelli avtmobilin qiymətini 8100 manata razılaşmışlar. Bundan sonra o, Opel markalı Astra modelli avtomobili götürüb bir başqa ustanın yanına aparmış, 16 oktyabr 2020-ci ildə Elçin ona zəng vurub demişdir ki, baş etibarnamə hazırdır, gəlsin baş etibarnaməni götürsün və pulun qalanını, yəni 7600 manatı gətirsin. Bundan sonra o, “099” avtosalona getmiş və 7600 manat pulu Elçinə verib baş etibarnaməni almışdır. Təxminən 10-15 gündə sonra o, 9500 manata Opel markalı Astra modelli Az **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq üçün sosial şəbəkədə "Turbo.az” saytına yerləşdirmişdir. Təxminən bir aydan sonra Opel markalı Astra modelli Az **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili ondan alan Emil adlı şəxs zəng vurub demişdir ki, “səndən aldığı Opel markalı Astra modelli avtomobilin baş etibarnaməsi ləğv olunub, bu nə məsələdir?” O, Emil adlı şəxsə demişdir ki, xəbəri yoxdur, maraqlanıb bir söz deyəcək. Bundan sonra o, aldığı iki ədəd Opel markalı Astra modelli avtomobillərin baş etibarnaməsini yoxlayan zaman məlum olmuşdur ki, hər iki avtomobilin baş etibarnaməsi ləğv olunubdur. Bundan sonra o, Emil adlı şəxslə görüşüb Elçinin işlədiyi "099“ avtosalona gəlmişlər və Elçinlə görüşüb vəziyyəti ona demişlər. Bundan sonra Elçin Feyruz adlı şəxsi avtosalona çağırmış, Elçin və İsa avtomobilləri satan Feyruza demişlər ki, sənin satdığın Opel markalı Astra modelli avtomobillərə görə sənin pulunu veriblər, “niyə həmin avtomobillərə görə verilmiş baş etibarnamələr ləğv olunubdur?” Feyruz demişdir ki, şəriyi Ələkbərlə pul problemi var, bir həftəyə məsələni həll edəcək və həmin avtomobillərin baş etibarnamələrini bərpa etdirəcəkdir. Bir həftədən sonra o, görmüşdür ki, Opel markalı Astra modelli avtomobillərə verilən baş etibarnamələr bərpa edilməmiş və yenə eyni qaydada Feyruzla görüşmüşlər və Feyruz yenə söz vermişdir ki, 7-10 günə baş etibarnamələri bərpa etdirəcək. Bu minvalla Feyruz hər dəfə söz versə də, vədinə əməl etməmiş və bir müddətdən sonra Feyruz mobil telefonların söndürmüş və onlarla əlaqə yaratmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, 2010-cu ildən avtomobil alqı-satqısı ilə, 2017-ci ildən isə ünvan 3 ünvanda yerləşən "On brend” avtosalonu icarəyə götürüb avtomobil alqı-satıqısı ilə məşğul olur. O, 2012-ci ildən Şahid3 avtomobil alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıyır və onun Şahid3lə normal münasibəti vardır. 2017-ci ildən o, Təqsirləndirilən şəxs avtomobil alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımış və onun Təqsirləndirilən şəxsla normal münasibəti olmuşdur. 2019cu ildən də Elçin Səfərzadəni tanımış, onunla da normal münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs Elçin Səfərzadəni xalası oğlu kimi təqdim etmiş, Təqsirləndirilən şəxs ona aid avtomobillərin satışında köməklik etmiş və o, da bunun müqabilində Təqsirləndirilən şəxs hörmət edirmişdir. 2020-ci ili oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs BMW markalı 528İ modelli Az **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etmişdir. Ona məlum idi ki, Təqsirləndirilən şəxs idarə etdiyi BMW markalı 528İ modelli avtomobil Elçin Səfərzadəyə məxsusdur. 26 oktyabr 2020-ci ildə Təqsirləndirilən şəxs idarə etdiyi BMW markalı 528İ modelli avtomobillə onun işlədiyi "On brend’’ avtosalona gəlmiş və ona demişdir ki, BMW markalı 528İ modelli avtomobili nömrəsiz 19000 ABŞ dollara, yəni 32300 manata satır. O, Təqsirləndirilən şəxs baha satdığını bildirmiş, Təqsirləndirilən şəxs ona “sən neçəyə alarsan?” demiş, o da Təqsirləndirilən şəxs “maksimum 17000 ABŞ dollar, yəni 28900 manat verər” demişdir. Bundan sonra Təqsirləndirilən şəxs kənara çəkilib mobil telefonla danışmış və “17000 ABŞ dollara, yəni 28900 manata satar” demişdir. O, BMW markalı 528İ modelli avtomobili Elçin Səfərzadəyə məxsus olduğunu bilib, Elçinin istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vurmuş və demişdir ki, “qardaş, sənin BMW markalı 528İ modelli avtomobilini Təqsirləndirilən şəxs 17000 ABŞ dollara, yəni 28900 manata alır”. Elçin Səfərzadə ona “allah xeyrini versin, ona məxsus nömrəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X23 İdarəsində bron edib saxladarsan” demişdir. Bundan sonra o, şəxsiyyət vəsiqəsini Təqsirləndirilən şəxs vermişdir ki, onun adına baş etibarnamə alıb gətirsin. Təqsirləndirilən şəxs ondan şəxsiyyət vəsiqəsini alıb getmiş və təxminən 1-2 saatdan sonra gəlib ona BMW markalı 528İ modelli avtomobillə görə baş etibarnamə vermişdir. O, "On brend’' avtosalonda 17000 ABŞ dolları, yəni 28900 manatı sayıb Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ondan 17000 ABŞ dolları, yəni 28900 manatı almış və Az **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili salona qoyub getmişdir. Bundan sonra o, BMW markalı 528İ modelli avtomobili satmaq üçün sosial şəbəkədə "Turba.az’’ saytında 20500 ABŞ dollara, yəni 34850 manata yerləşdirmiş, 06 noyabr 2020-ci ildə BMW markalı 528İ modelli avtomobilə müştəri çıxmış və o, həmin müştəri ilə 20000 ABŞ dollara, yəni 34000 manata razılığa gəlmişdir. Həmin gün o, BMW markalı 528İ modelli avtomobili "xxxx" MMC-də lizinq müqaviləsinə əsasən kreditə salıb müştəriyə satmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X23 İdarəsinə gedib avtomobili "xxxx" MMC-nin adına sənədləşdirmiş və avtomobilə başqa nömrə, yəni Az **-JJ-*** dövlət qeydiyyat nişanı verilmişdir. Həmin vaxtı o, Elçin Səfərzadəyə zəng vurub onun nömrəsini təhvil verdiyini və nömrəsini gəlib götürməyini bildirmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, ünvan 10 ünvanda ailəsilə birlikdə yaşayır. 2000-ci ildən avtomobil alqı-satqısı ilə məşğul olmağa başlamışdır. 2018-ci ildə ünvan 11 ünvanında yerləşən "Azcar" avtosalona icarəyə götürüb işlətməyə başlamışdır. O, 2017-ci ildən Təqsirləndirilən şəxs tanıyır, Təqsirləndirilən şəxs avtomobil alqı-satqısı ilə məşğul olurmuş. Təqsirləndirilən şəxsla onun normal münasibəti var imiş. 2019-ci ilin payız aylarında Təqsirləndirilən şəxs "Azcar" avtosalona gəlmiş və Bentley markalı Continental modelli avtomobili görüb bəyənmiş və qiyməti ilə maraqlanmışdır. O, demişdir ki, Bentley markalı Continental modelli avtomobil 57000 ABŞ dollar, yəni 96900 manatdır. Təqsirləndirilən şəxs həmin avtomobili almışdır. 2020-ci ilin may ayında Təqsirləndirilən şəxs "Azcar’ avtosalona gəlmiş və demişdir ki, Bentley markalı Continental modelli avtomobili Bentley markalı Flying Spur modelli avtomobillə dəyişmək istəyirmiş. Təqsirləndirilən şəxs məxsus Bentley markalı Continental modelli avtomobili 60000 ABŞ dollar, yəni 102000 manat qiymətləndirib götürmüş, Bentley markalı Flying Spur modelli avtomobillin satışını 100000 ABŞ dollar, yəni 170000 manat olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs borclu olduğu 40000 ABŞ dolların, yəni 68000 manatın əvəzinə bir ədəd Kia markalı Stinger modelli Az **-TV-*** dövlət qediyyat nişanlı avtomobili və Nissan markalı X-trail modelli avtomobili gətirib "Azcar" salonuna təhvil vermiş və "Azcar" salonundan Bentley markalı Flying Spur modelli avtomobili təhvil almışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Bentley markalı Flying Spur modelli avtomobili banka girov qoyub pul götürmüşdür. Bundan sonra o, Təqsirləndirilən şəxs görməmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, ünvan 12 ünvanda ailəsi ilə birlikdə yaşayır. 2020-ci ilin iyul ayının əvvəlləri o, sosial şəbəkədə "Turba.az" saytında "Azcar" avtosalonu tərəfindən yerləşdirilmiş 33500 ABŞ dollar, yəni 60350 manat dəyərində Kia markalı Stinger modelli avtomobili görüb bəyənmişdir. Bundan sonra o, ünvan 13 ünvanda yerləşən "Azcar" avtosalonuna gedib real olaraq avtomobilə baxmış və avtosalonda işləyən Anar adlı şəxsə demişdir ki, onun Ford markalı Mustang modelli avtomobili vardır, o, həmin avtomobillə Kia markalı Stinger modelli avtomobili barter, yəni dəyişmək etmək istəyir. Avtosalonun işçisi ona razılıq vermiş və demişdir ki, Ford markalı Mustang modelli avtomobilə baxdıqdan sonra qəti bir söz deyə bilər. O, idarə etdiyi Ford markalı Mustang modelli Az **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobili "Azcar" avtosalona gətirmiş və həmin avtomobilə baxdıqdan sonra Ford markalı Mustang modelli avtomobili 26000 ABŞ dollara, yəni 44200 manat qiymətləndirmişlər və razılaşmışlar ki, avtomobilləri dəyişməli olsalar o, əlavə 5000 ABŞ dolları, yəni 8500 manat verəcək. O, razılığa gəlmiş və bundan sonra özünə məxsus Ford markalı Mustang modelli Az **-UF-*** dövlət qeydiyyat nişanlı avotomobili və 5000 ABŞ dolları, yəni 8500 manatı "Azcar” avtosalonuna təhvil vermişdir ki, Kia markalı Stinger modelli avtomobili onun adına sənədləşdirilsin. Onun işi olduğu üçün dayısı oğlu Məhəmməd Həsənzadəyə etibarbarnamə vermiş və 09 iyul 2020-ci ildə dayısı oğlu Məhəmməd Həsənzadə "Azcar” avtosalonun işçisi ilə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X23 İdarəsinə gedib Kia markalı Stinger modelli avtomobili onun adına sənədləşdirmiş və həmin avtomobilə Az **-VV-*** dövlət qeydiyyat nişanı verilmişdir. Həmin vaxtdan Kia markalı Stinger modelli Az **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X20 küçəsi, ev 30-da qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. 2015-ci ildən isə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 ünvanında yerləşən "099" avtosalonu icarəyə götürüb avtomobil alqısatqısı ilə məşğul olur. O, 2012-ci ildən Təqsirləndirilən şəxs tanıyır, Təqsirləndirilən şəxs avtomobil alqı-satqısı ilə məşğul olurmuş. Təqsirləndirilən şəxs o, işlədiyi "099” avtosalona gələrək avtomobil gətirib satmış, avtomobil almış və avtomobilin satışında ona köməklik etmişdir. 2020-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs Elçin Səfərzadəyə məxsus Kia markalı Stinger modelli avtomobili satmaq üçün o, işlədiyi avtosalona gətirmişdir. O, həmin avtomobilin ban koduna baxmış və görmüş ki, avtomobil suda qalıbdır. O, bu barədə Təqsirləndirilən şəxs demiş və həmin avtomobili almamışdır. 2020-ci ilin yay ayında Təqsirləndirilən şəxs onun işlədiyi "099" avtosalona gəlmiş və demişdir ki, Elçin Səfərzadəyə məxsus BMW markalı 528İ modelli Az **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili satır. O, həmin avtomobilə baxmış və görmüşdür ki, avtomobilin təkərlərinin dördü də çəkəndir. O, Təqsirləndirilən şəxs demişdir ki, belə avtomobil çətin satılır və ona görə almamışdır. Bundan sonra Təqsirləndirilən şəxs BMW markalı 528İ modelli avtomobili Bakı şəhəri, Nizami rayonu, Oktay Vəliyev küçəsində yerləşən "On brend” avtosalonda işləyən Şahid9 satmış və o, həmin avtomobili satış qiyməti barədə maraqlanmamışdır. 2020-ci ilin yay aylarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2la o, işlədiyi "099" avtosalona gəlmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 təqdim etmişdir ki, dostu və şəriyidir. Zərərçəkmiş şəxs2 Almaniya Federativ Respublikasından satdıq işlənmiş avtomobillər gətirir və Bakı şəhərində satışı ilə məşğul olur. 2020-ci ilin yay aylarında Təqsirləndirilən şəxs Ələkbər X5 Respublikasından gətirdiyi avtomobilləri "099" avtosalona gətirmiş, o, da avtomobillərin satışını təşkil etmiş və satılan avtomobillərin pulunu Təqsirləndirilən şəxs vermişdir. Zərərçəkmiş şəxs2 arada "099" avtosalona gəlirmiş və pulun Təqsirləndirilən şəxs verilməsinə dair heç vaxt narazıçılıq etməmişdir. 2020-ci ilin avqust ayının axır ları Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 bir ədəd Kia markalı Optima modelli Az **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq üçün gətirmişlər. O, soruşmuşdur ki, “bu avtomobili neçiyə satırsınız?” Zərərçəkmiş şəxs2 demişdir ki, “18500 manata satırıq”. O, Ələkbər və Feyruza demişdir ki, “18500 manat bahadır, o qiymətə satılmaz, ancaq avtomobili salona qoyun, satılsa sizə xəbər edəcəm”. 2-3 gündən sonra Təqsirləndirilən şəxs ona demişdir ki, “təcili pul lazımdır, Kia markalı Optima modelli avtomobili nisbətən ucuz satmaq lazımdır”. O, avtomobil alqı-satqısı ilə məşğul olan Şahid4 çağırmış və ona demişdir ki, “Kia markalı Optima modelli avtomobilə neçə manat verə bilərsən?”. Şahid4 avtomobilə baxandan sonra demişdir ki, 15000 manat alar. Təqsirləndirilən şəxs demişdir ki, o, razı və Təqsirləndirilən şəxs 15000 manat pulu Şahid4 almışdır. Şahid4 şəxsiyyət vəsiqəsinin şəkili Təqsirləndirilən şəxs göndərmiş və demişdir ki, səhər baş etibarnamə verərsən. Səhəri günü Təqsirləndirilən şəxs baş etibarnaməni Şahid4 vermişdir. Şahid4 Təqsirləndirilən şəxs aldığı Kia markalı Optima modelli avtomobili sosial şəbəkədə "Turba.az” saytında satışa qoymuş və həmin avtomobili 16000 manata avtomobil alış-verişi ilə məşğul olan Elçin adlı şəxsə satmışdır. 2020-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ”099" avtosalona gəlmiş və avtosalonda satışa qoymuş tranzit nömrə ilə olan qara rəngli Mersedes-Benz S markalı Az **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüş və qiyməti ilə maraqlanmışdır. O, Təqsirləndirilən şəxs demişdir ki, həmin avtomobilin ilkin qiyməti 17000 ABŞ dollara, yəni 28900 manatdır, 22 ay müddətinə hər ay 4500 manat ödənişlə satışa qoymuşdur. Təqsirləndirilən şəxs ona demişdir ki, həmin avtomobili ona versin, onun 17000 ABŞ dollarını bir aya qaytaracaq və avtomobili də satacaq. O, Təqsirləndirilən şəxsla razılaşmış və avtomobili ona vermişdir. 2020-ci ilin sentyabr ayının axırlarında Təqsirləndirilən şəxs ”099” avtosalona gəlmiş və avtosalonda satışa qoyulmuş tranzit nömrə ilə olan ağ rəngli Volkswagen markalı Touareg modelli avtomobili görmüş və qiyməti ilə maraqlanmışdır. O, Təqsirləndirilən şəxs demişdir ki, həmin avtomobilin qiyməti 22000 ABŞ dollara, yəni 37400 manata satışa qoymuşdur. Təqsirləndirilən şəxs ona demişdir ki, həmin avtomobili ona versin, Elçin Səfərzadəyə verəcək və onun pulunu bir aya qaytaracaqdır. O, Təqsirləndirilən şəxsla razılaşmış və avtomobili ona vermişdir. 06 oktyabr 2020-ci ildə Təqsirləndirilən şəxs ”099” avtosalona gəlmiş və demişdir ki, “Zərərçəkmiş şəxs2 Almaniya Federativ Respublikasından Opel markalı Astra modelli avtomobil göndəriblər, avtomobillər gömrüyün dayanacağında qalıbdır, qeydiyyatdan keçirilməlidir. Həmin avtomobillərin qiyməti 8000 manatdır, bir ədəd Opel markalı Astra modelli avtomobili təcili satmalıdır, pulu gömrük rüsumuna ödəməlidir. Ona görə bir ədəd Opel markalı Astra modelli Az **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili 7000 manat satırlar”. 07 oktyabr 2020-ci ildə o, Şahid7 demişdir ki, “Opel markalı Astra modelli avtomobili 7000 manat al, sonra nisbətən baha satarsan”. Bundan sonra Şahid7 Təqsirləndirilən şəxsla "099" avtosalonda görüşmüş və Şahid7, Təqsirləndirilən şəxs demişdir ki, Opel markalı Astra modelli Az **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili alır, ancaq hazırda üzərində 3500 manat var, 2 günə də 3500 manat verə bilər. Təqsirləndirilən şəxs Şahid7 ilə razılaşmış və demişdir ki, onun adına baş etibarnamə yazdıracaqdır. Şahid7 Təqsirləndirilən şəxs demişdir ki, onun şəxsiyyət vəsiqəsi üzərində yoxdur, xalası oğlu Şahid8a adına baş etibarnamə verilsin. Təqsirləndirilən şəxs demişdir ki, razılaşmışdır. Həmin vaxtı Şahid7 "099" avtosalonda 3500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin günü Təqsirləndirilən şəxs Şahid7 qohumu Şahid8 adına Opel markalı Astra modelli avtomobilə görə baş etibarnamə yazdırıb vermişdir. Opel markalı Astra modelli avtomobil Şahid7 də qalmışdır. İki gündən sonra Şahid7 “099” avtosalonda aldığı Opel markalı Astra modelli avtomobilə görə qalan pulu, yəni 3500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Şahid7 Opel marka 1 Astra modelli Az **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq üçün sosial şəbəkədə "Turbo.az" saytına yerləşdirmişdir. 10 oktyabr 2020-ci ildə Şahid7 aldığı Opel markalı Astra modelli avtomobili Əziz adlı şəxsə nisbətən baha satmışdır.08 oktyabr 2020-ci ildə Təqsirləndirilən şəxs Toyota markalı Corolla modelli Az **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobili "099" avtosalona gətirmiş və demişdir ki, 9000 manat satır. Həmin vaxtı avtosalonda yadında olmayan şəxs Toyota markalı Corolla modelli avtomobilə baxmış və alacağını bildirmişdir. Bundan sonra həmin şəxs Təqsirləndirilən şəxsla danışıb razılaşmış və razılığa əsasən səhəri günü Toyota markalı Corolla modelli avtomobilə görə baş etibarnamə verilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin avtomobili satmışdır. 10 oktyabr 2020-ci ildə Zərərçəkmiş şəxs2 Opel markalı Astra modelli Az **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili "099“ avtosalona gətirmiş və ona həmin avtomobili göstərmişdir. O, demişdir ki, “Opel markalı Astra modelli avtomobili salona qoy, satılsın pulu verəcək”. O, Zərərçəkmiş şəxs2la qiymət barədə danışmamış, o, qiymət məsələsini Təqsirləndirilən şəxsla danışmış və Təqsirləndirilən şəxs demişdir ki, “neçə manata satırsan sat, mənə 7000 manat verərsən”. Əziz adlı şəxs Şahid7 avtomobil almış və Əziz "099” avtosalona gələndə Opel markalı Astra modelli Az **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb bəyənmişdir. Bundan sonra o, Əzizlə həmin avtomobili 8300 manata razılaşmış və həmin avtomobili Zərərçəkmiş şəxs2 olsa da, sənəddə Şəki rayonundan olan Ramil adlı şəxsin adına imiş. Təqsirləndirilən şəxs xərc çəkib Ramil adlı şəxsi Şəki rayonundan Bakı şəhərinə gətirmiş və Ramil adlı şəxs notarial qaydada Əziz adlı şəxsin adına baş etibarnamə vermişdir. Bundan sonra Əziz 8300 manat vermiş və o, Təqsirləndirilən şəxsla razılaşdığı kimi 7000 manat Feyruza vermiş, 1300 manat isə ona qazanc qalmışdır. 2020-ci ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ”099“ avtosalona gəlmiş və ondan nisyə aldığı Volkswagen markalı Touareg modelli avtomobili və Mersedes-Benz S markalı Az **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobili qaytarmaq üçün gətirmişdir. O, görmüşdür ki, Volkswagen markalı Touareg modelli avtomobilin sağ tərəfi əzilmiş və düzəldilmiş, Mersedes- Benz S markalı Az **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2 ay yəni, 9000 manat krediti ödənilməmişdir. O, Təqsirləndirilən şəxs demişdir ki, “hər tərəfli ziyan salırsan, Volkswagen markalı Touareg modelli avtomobil əzilib yaxşı düzəlməyib, həmin avtomobili aşağı qiymətə satacaq, Mersedes-Benz S markalı avtomobilin isə 2 ay yəni, 9000 manat kreditini ödənilməyibdir”. O, Təqsirləndirilən şəxs demişdir ki, Volkswagen markalı Touareg modelli avtomobili ona belə vəziyyətdə verməyibdir, avtomobilləri satıb, onun pulunu versin. Təqsirləndirilən şəxs demişdir ki, Volkswagen markalı Touareg modelli avtomobili və Mersedes-Benz S markalı avtomobili götürsün, ona hazırda kreditdə olan BMW markalı X6 modelli avtomobil gətirəcəkdir, ilkin ödəniş olan 10000 ABŞ dolları, yəni 17000 manatı özü ödəyəcəkdir, hər iki avtomobilə görə vurduğu ziyanı bu formada ödəyir və onlar belə razılığa gəlmişlər. 2020-ci ilin noyabr ayında o, "099" avtosalonda olan zaman Təqsirləndirilən şəxs gəlmiş və BMW markalı X6 modelli Az 10-J.İ-588 dövlət qeydiyyat nişanlı avtomobili gətirmiş və demişdir ki, həmin avtomobildir, ilkin ödənişi özü ödəyəcək və o, BMW markalı X6 modelli avtomobili "099” avtosalona satışa qoymuşdur. O, Təqsirləndirilən şəxs demişdir ki, Volkswagen markalı Touareg modelli avtomobilə və Mersedes-Benz S markalı avtomobilə görə bir-birlərinə verəcəkləri yoxdur. Bundan sonra o, həmin avtomobili Elmir adlı şəxsə 9000 ABŞ dollara, yəni 15300 manat satmışdır. Bir müddətdən sonra Elmir adlı şəxs ona zəng vurub demişdir ki, Fərid adlı şəxs zəng vurub deyir ki, BMW markalı X6 modelli Az **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs nisyə alıb, pulunu verməyibdir, o, avtomobilə məhdudiyyət qoyacaq. O, Təqsirləndirilən şəxsla Fəridi "099" avtosalonda görüşdürmüş və Təqsirləndirilən şəxs demişdir ki, pulu 3-4 günə verəcək. Fərid demişdir ki, Təqsirləndirilən şəxs yalan danışır. Həmin vaxtı o, Fərid adlı şəxsə 4000 ABŞ dolları, yəni 6800 manat vermiş və demişdir ki, 15-20 günə Təqsirləndirilən şəxs verməsə, qalan 4200 ABŞ dolları, yəni 7140 manatı o verəcək. 20 gündən sonra Təqsirləndirilən şəxs Fəridin pulunu vermədiyi üçün o məcbur olub 4200 ABŞ dolları, yəni 7140 manatı Fəridə vermişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, ünvan 14 ünvanda ailəsi ilə birlikdə yaşayır. O, 2006-cı ildən Şahid3 tanıyır və onlar bir məktəbdə oxumuşlar. Şahid3 avtomobil alqı-satqısı ilə məşğul olur və Şahid3 Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən "099" avtosalonu icarəyə götürüb işlədirmiş. O, 2017-2018-ci ildən ucuz düşən avtomobilləri alıb nisbətən baha satıb qazan əldə edir. Bu barədə Şahid3 və digər avtomobil alış-satışı ilə məşğul olan şəxslər bilirmiş və ucuz avtomobil düşəndə ona xəbər edirmişlər. 2020-ci ilin yaz-yay aylarında o, Şahid3 işlətdiyi “099” avtosalona gedib-gələn zaman Təqsirləndirilən şəxsla tanış olmuş və Təqsirləndirilən şəxs da avtomobil alqı-satqısı ilə məşğul olurmuş. 04 sentyabr 2020-ci ildə Şahid3 onu işlədiyi “099’' avtosalona çağırmış və demişdir ki, “nisbətən ucuz Kia markalı Optima modelli avtomobil satırlar, istəyirsənsə gəl bax”. O, “099” avtosalona gedib görmüşdür ki, bir ədəd qırmızı rəngli Kia markalı Optima modelli Az **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil satışa qoyulmuşdur. Şahid3 ona demişdir ki, bu avtomobili Təqsirləndirilən şəxs 15000 manata satır, onlara təcili pul lazımdır. O, həmin avtomobilə baxıb bəyənmiş, həmin vaxtı Şahid3 yanında Təqsirləndirilən şəxs demişdir ki, beh olaraq 500 manat və şəxsiyyət vəsiqəsini verir, satılan avtomobilə görə ona baş etibarnamə versin. Təqsirləndirilən şəxs ona demişdir ki, baş etibarnamə alıb ona verəndən sonra pulun qalanını, yəni 14500 manat verər. O, Təqsirləndirilən şəxs razılıq vermiş və Təqsirləndirilən şəxs çıxıb getmişdir. Həmin günü Təqsirləndirilən şəxs “099” avtosalonda Kia markalı Optima modelli avtomobilə görə ona baş etibarnamə vermiş və o da 14500 manat pulu Şahid3 yanında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu alıb getmiş və o da həmin avtomobili satmaq üçün sosial şəbəkədə "Turba.az" saytına 16500 manat yerləşdirmişdir. Səhəri günü, yəni 05 sentyabr 2020-ci ildə Kia markalı Optima modelli avtomobilə müştəri düşmüş, Şahid3 həmin avtomobili satmış və ona 16000 manat vermiş, o, da həmin günü Kia markalı Optima modelli avtomobili alan şəxsə baş etibarnamə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadələrini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir. (cild 02, iş vərəqə 53-58) İş materiallarında olan xx.xx.2021-ci il tarixli 206197 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə dəqiqləşdirilməmiş ürək çatmazlığı səbəbi ilə ölmüşdür. (cild 02, iş vərəqə 67) İş materiallarında olan Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli mülki iddia ərizəsindən görünür ki, o, 47.500 manat məbləğində maddi ziyanın, həmçinin, 235 manat məbləğində dövlət rüsumu üçün ödənilmiş pulun Təqsirləndirilən şəxs tutularaq, ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməməsi, Zərərçəkmiş şəxs1 məxsus Kia markalı Stinger modelli avtomobili 23000 ABŞ dollara, yəni 39100 manata satdıqdan sonra Elçin Səfərzadəyə 18000 manat verməsi, BMW markalı 5281 modelli avtomobili 17000 ABŞ dollara, yəni 28900 manata satdıqdan sonra Elçin Səfərzadəyə 5000 ABŞ dolları, yəni 8500 manat verməsi, hər iki avtomobilin pulu onda qaldığı üçün Elçin Səfərzadəyə ayda 2000 manat verməsi, Zərərçəkmiş şəxs2 məxsus Kia markalı Optima modelli avtomobilin 16500 manata, iki ədəd Opel markalı Astra modelli avtomobili 14000 manata, Toyota markalı Corolla modelli avtomobili 9000 manata satdıqdan sonra Zərərçəkmiş şəxs2 16500 manat verməsi barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıyaraq, həqiqəti əks etdirmir və işin faktiki hallarına uyğun deyildir. Onun məhkəmədə verdiyi bu ifadəsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmədə dindirmə protokolları və digər mötəbər sübutlarla tam təkzib olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş və üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 əvvəlki ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs etdiyi əməli səmimi qəbul etmiş və Zərərçəkmiş şəxs1 55000 ABŞ dolları ödəyəcəyini öhdəsinə götürmüşdür. (cild 01, iş vərəqə 181-185) İş materiallarında olan xx.xx.2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş və üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 əvvəlki ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs etdiyi əməli səmimi qəbul etmiş və işləri zəiflədiyi üçün Zərərçəkmiş şəxs2 pullarını qaytara bilmədiyini bildirmişdir. (cild 01, iş vərəqə 186-188) Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətəuyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Yuxarıda qeyd olunan Plenumun 3-cü bəndində qeyd edilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmamaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmədə verdikləri ifadələrini və iş materialında olan digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vərəqə 29;234) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən halların və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o, cümlədən təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “axtarışda olan şəxsin yaxalanması haqqında” protokoldan və Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(011)-390/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun barəsində “həbs” qətimkan tədbiri seçilərək, həbs etmənin əvvəli 07 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 161; 214-218) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli mülki iddia ərizəsi ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməli, 47.500 manat məbləğində maddi ziyan, həmçinin, dövlət rüsumu üçün ödənilmiş 235 manat məbləğində pul, ümumilikdə 47.735 (qırx yeddi min yeddi yüz otuz beş) manat pul Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs2 ödənilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək ona dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddia təmin edilsin, ümumilikdə 47.735 (qırx yeddi min yeddi yüz otuz beş) manat pul Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs2 ödənilsin. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş maddi ziyanla bağlı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Əhməd Quliyev Hakimlər Azər Paşayev Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar