Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1152/2024 15.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X9 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs nümayəndəsi (order və etibarnamə əsasında) Nümayəndə, müdafiəçi – Bakı şəhəri “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində 1 (bir) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, ev 1, mənzil 27-də qeydiyyatda olan, hazırda ünvan 1 ünvanında yerləşən İqtisadiyyat Universitetinin 02 saylı yataqxanasında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə o, xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən İqtisadiyyat Universitetinin 02 saylı yataqxanasında qeyri-rəsmi ailə münasibətində yaşadığı Zərərçəkmiş şəxs onun azyaşlı qızı xx.xx.2014-cü il təvəllüdlü Şahid qarşı seksual xarakterli zorakılıq hərəkətlərini etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı, otaqdakı masanın üzərindən götürdüyü zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik olan, məişət təyinatlı soyuq silah hesab olunmayan mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs 1 (bir) dəfə vuraraq döş qəfəsinin sol yarısının torakoabdominal deşilmiş-kəsilmiş yarası ilə əlaqədar diafraqmanın, dalağın, köndələn-cənbərbağırsağın, mədəaltı vəzin zədələnməsi, daxili qanaxma ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhərində anadan olmuş və hal-hazırda uşağı ilə birlikdə Bakı şəhərində yaşayır. Əri ilə yaranmış problemlər ilə bağlı uşağı ana bətnində olan zaman ərindən ayrılmış və uşağını dünyaya gətirdikdən sonra uşağını təkbaşına böyütmüşdür. O, övladını çətinliklə, atasının, anasının, qardaşının və ya hansısa başqa bir qohumunun köməyi olmadan özü əziyyət çəkərək, yəni bazarda başqalarının əlinin altında nökər işləyərək böyütmüşdür. O, uşağını atmayaraq saxlayıb böyütmüşdür. O, hər bir qadın kimi ailə qurmaq istəmişdir. Heç bir qadın istəməz ki, pis yola düşsün, pis hərəkətlər etsin. Onun qız uşağı var və o öz uşağının adına xələl gətirməmək üçün səhv hərəkətlər etmək, pis yola düşməkdən həmişə çəkinmişdir. Zərərçəkmiş şəxs ona subay olduğunu və onunla fikrinin ciddi olduğunu bildirərək evlənəcəyi ilə bağlı ona vədlər vermişdir. O, bilməzdi ki, zərərçəkmiş şəxs Amil onun arxasından, yəni onun xəbəri olmadan onun azyaşlı qızına qarşı səhv hərəkətlər edəcək. Zərərçəkmiş şəxs Amil dəfələrlə onun uşağına səhv, hal-hazırda demək istəmədiyi hərəkətlər etmişdir. Zərərçəkmiş şəxslə artıq 2 (iki) il davam edən çox gözəl münasibəti olmuşdur. Hətta bu münasibət ərzində onun qızı zərərçəkmiş şəxs Amilə ata demiş, Amil də öz növbəsində onun qızına öz qızı kimi münasibət göstərmişdir. Ən azından o, bunun belə olduğunu düşünmüşdür. Hadisə baş verən gün günorta radələrində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ona zəng edərək onun yaşadığı ünvana gələcəyini bildirmiş və ondan evə gələrkən araq almağını istəmişdir. Amil evə gəldikdə, aldığı arağın pulunu ona verəcəyini demişdir. O da öz növbəsində Zərərçəkmiş şəxs xahişini yerinə yetirərək evə gedərkən araq almışdır. O, bildirmək istəyir ki, Zərərçəkmiş şəxs əvvəllər də öz cinsi orqanını onun qızının ağzına soxmaq istəmiş, lakin qızı buna imkan verməmişdir. Hadisə baş verən gün o, spirtli içki qəbul etmək istəməmiş, lakin zərərçəkmiş şəxs Amil onu spirtli içki qəbul etməyə məcbur etmişdir. Həmin gün evdə ondan və zərərçəkmiş şəxs Amildən başqa onun qızı da olmuşdur. Qızı Səfiyyə yataqda uzanan zaman onlar, yəni o və zərərçəkmiş şəxs Amil yemək yeyib spirtli içki qəbul etmişlər. O, düşünür ki, Amil ona spirtli içki qəbul etməyə vadar etməkdə, niyyəti var imiş. Çünki Amil öz məqsədinə çatmaq üçün onun sərxoş olmasına nail olmalı imiş. Həmin gün o, çox işlədiyinə görə yorğun olmuşdur. Bu səbəbdən də onlar yemək yeyib spirtli içki qəbul etdikdən sonra o, çarpayıda yatağına girmişdir. Lakin o, yatmamışdır. Həmin vaxt o, qızının onların, yəni zərərçəkmiş şəxsin onunla birlikdə yatdığını görməsini istəməmişdir. Bu səbəbdən də o, Amilin əvvəlcə onun qızını yatızdırmağını, daha sonra isə onun yanına gəlməyini istəmişdir. Həmin vaxt otaqda o, qızı Səfiyyə və Amil olmuşdur. O, yataqda uzanmışdır. Amil və qızı Səfiyyə isə onun başının üst tərəfində, daha dəqiq desə, Amil mətbəxə tərəf, qızı isə otağın qapısına tərəf uzanmışdır. Mətbəxin işığı onların olduğu otağa yansımışdır. Sanki nəyinsə baş verəcəyi ona agah olmuşdur. Bu səbəbdən də o, yata bilməmişdir. Amil otağın işığını söndürüb onun qızının yanına uzanan zaman anidən o, yorğanı qaldırmış və həmin vaxt görmüşdür ki, Amil onun qızının alt paltarını, yəni qızının tumanını əynindən çıxarmış və özü də çılpaq vəziyyətdə qızının yanında uzanmışdır. Bu vaxt o, əvvəlcə qızından nəyin baş verdiyi soruşmuşdur. Qızı Səfiyyə ona Amilin Səfiyyənin şalvarını, daha sonra tumanını çıxartdığını, sonra isə cinsi orqanına tüpürərək cinsi orqanını Səfiyyənin qıçlarının arasına saldığını bildirmişdir. O, qızı ilə zərərçəkmiş şəxs Amili yataqda lüt görmüşdür. O, bu zaman nə düşünə bilərdi? Onun başqa çıxış yolu qalmamışdır. Bundan sonra o, DİN-nin “102” çağrı mərkəzinə zəng etmək məqsədi ilə mobil telefonunu götürmüş, lakin Amil onun mobil telefonunu onun əlindən almışdır. Bu vaxt heç bir çıxış yolu olmadığından o, masanın üstündə olan bıçağı götürərək Amilə həmin bıçaqla zərbə endirmişdir. Lakin Amilə bıçaqla neçə dəfə və Amilin hansı nahiyələrinə zərbə endirdiyini o, xatırlamır. Həmçinin qeyd etdiklərindən sonra baş verənləri də o, xatırlamır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəmə istintaqında, həm də ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, o, həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə təxminən 1 (bir) il əvvəl sosial şəbəkə vasitəsilə tanış olmuşdur. O, Bərdə rayonunda yaşayır və Bakı şəhərinə mütəmadi olaraq gəldiyi vaxtlarda, yəni ayda təxminən 2-3 dəfə Gülnarə ilə görüşüb sonuncunun yaşadığı mənzildə qalmışdır. 15 may 2023-cü il tarixədək onların münasibəti normal olmuşdur. O, hadisə günü, yəni 15 may 2023-cü il tarixdə axşam vaxtı Gülnarənin evinə getmişdir. Orada o, Gülnarə ilə birlikdə yemək yemiş, hətta onlar birlikdə spirtli içki də qəbul etmişlər. Bu zaman evdə Gülnarə, Gülnarənin qızı Səfiyyə və o, olmuşdur. Gülnarənin qızı Səfiyyənin 9 (doqquz) yaşı var. O, Gülnarə ilə yeyib-içdikdən sonra gecə yatmağa hazırlaşmışlar. Gülnarə yataqda yatacağını, onların (onun və Səfiyyənin) isə harada istəsələr orada yata biləcəklərini bildirmişdir. O da Səfiyyə ilə birlikdə yerdə yatmışdır. Təxminən 15-20 dəqiqə sonra o, Gülnarənin qışqırıq səsinə oyanmışdır. Bu zaman Gülnarə ayağa qalxaraaq ona qızı Səfiyyəni zorladığını bildirmişdir. O, oyanan zaman Gülnarə ona “uşağımı zorlayırsan” deyərək qışqırmağa davam etmişdir. O, Gülnarəni sakitləşdirməyə çalışmış, lakin Gülnarə dəhşətli dərəcədə çığırmağa davam etmişdir. Çünki ikisi də, yəni həm o, həm də Gülnarə spirtli içkinin təsiri altında olmuşdur. Buna görə də o, Gülnarəyə sakitləşməsini, sabah ayıq vəziyyətdə söhbət etmələrini bildirmişdir. Lakin Gülnarə qışqırmağa davam etmişdir. Həmçinin Gülnarə ona mobil telefonu verməsini və “102” çağrı mərkəzinə zəng etmək istədiyini bildirmişdir. O isə mobil telefonu Gülnarəyə verməkdən imtina etmişdir. Çünki əvvəlcə o öz aralarında məsələni həll etmək istəmiş və ona görə də Gülnarədən sakitləşməsini istəmişdir. O, dəfələrlə Gülnarəyə sakitləşməsini, məsələni yoluna qoymağı təklif etsə də, Gülnarə sakitləşməmişdir. Daha sonra Gülnarə qızı Səfiyyəyə bıçaq gətirməsini bildirmişdir. Səfiyyə bıçaq gətirdikdən sonra o, yenə də Gülnarəyə sakitləşməsini, növbəti gün məsələni aydınlaşdırmağı, hətta məscidə gedib and içəcəyini belə demişdir. Lakin Gülnarə qəti şəkildə sakitləşməmiş, əksinə özündən çox çıxmış və qışqıraraq 102 çağrı mərkəzinə zəng etməyini bildirmişdir. Buna görə də onlar mübahisəyə davam etməli olmuşlar. Mübahisə zəminində Gülnarə ona 1 (bir) bıçaq xəsarəti yetirmişdir. Gülnarə ona 1 (bir) dəfə bıçaqla zərbə vurmuşdur. Sonra o, yerə yıxılmışdır. Daha sonra o, ayağa qalxaraq həyətə düşmüşdür. Sonra o, polisə zəng etmişdir. Lakin qan itirdiyi üçün o, hərəkət edə bilməmişdir. Bir müddət sonra təcili tibbi yardım maşını gəlib onu xəstəxanaya aparmışdır. 2023-cü il may ayının 15-də o, xəstəxanaya yerləşdirilmişdir. 27 may 2023-cü il tarixdə günorta saatlarında o, müalicə olunduğu xəstəxanadan çıxmışdır. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmamışdır. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında qanuni nümayəndəsi vasitəsi ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid ifadəsində göstərdi ki, o, anası Allahquliyeva Gülnərə ilə birlikdə yaşayır. Anası ticarətlə məşğuldur. Zərərçəkmiş şəxs da tanıyır, Amil onun anasının dostudur. Amil onların evinə tez-tez deyil, hərdən gəlmişdir. O, Amilə ata deyə, Amil də ona qızım deyə müraciət etmişdir. Amil onların evinə gələndə gecələr onların evində qalmamışdır. Evlərində bir ədəd çarpayı mövcuddur. Anası hər zaman çarpayıda yatırmış, o isə yerdə yatırmış. Çünki o, yerdə yatmağı çox sevir. Hadisənin baş verdiyi gün barədə deyə bilər ki, Amil onların evinə günorta saatlarında gəlmişdir. Həmin gün anası işdə olmuşdur. O isə həmin gün dərslərini yazırmış. Bu zaman Amil ona “Votsap”da zəng etmişdir. O da, Amil anasına nəsə deyəcək deyə, telefonu açmışdır. O, zəngi açmış və həmin vaxt Amil öz şalvarının qabağını açaraq “qabağındakını” ona göstərmişdir. O da, bu zaman “Votsap” zəngini söndürmüşdür. O, telefonu söndürsə də, Amilin yenidən ona zəng edəcəyini bilmişdir. Belə də olmuşdur. Amil yenidən ona “Votsap”da zəng etmiş, lakin bu dəfə o, telefonu açmamış və birbaşa olaraq telefonu söndürmüşdür. Bu hadisədən əvvəl də Amil ona zəng edərək ona qarşı belə hərəkətlər etmişdir. Bu hadisə isə təxmini 02 il əvvəl baş vermişdir. Hadisənin baş verdiyi gün Amil onun anasına zəng edərək anasına su almasını demişdir. Amil anasına demişdir ki, “suyu al, gələndə pulunu verəcəm”. Anası da həmin suyu alaraq evə gəlmişdir. Anası su aldıqdan sonra isə Amil də onların evinə gəlmişdir. Anası yemək bişirdiyinə görə çox yorulmuş və buna görə də hamama getmişdir. Anası hamama gedən zaman Amil divanda, o isə çarpayıda uzanmışdır. Anası hamama gedəndən sonra Amil onun yanına gəlmiş və şalvarını açıb “qabağındakını” onun ağzına qoymaq istəmişdir. Lakin o, buna icazə verməmişdir. Çünki anası hər zaman ona belə şeylərin ayıb olduğunu, belə şeylərə baxmağının düzgün olmadığını demişdir. Sonra anası hamamdan çıxmış, Amil bu səsi eşitmiş və ona görə də Amil oturmaq üçün divana tərəf getmişdir. Bundan sonra isə axşam olmuş və onlar yemək yemişlər. Bundan sonra anası çox yorulduğuna görə çarpayıda yatmaq üçün getmişdir. Amil isə yerə nazik adeyal sərmiş, üstlərinə sərmək üçün isə qalın bir yorğan gətirmişdir. O və Amil, yəni ikisi birlikdə yerdə yatmışlar. O, qapı tərəfdə uzanmış, Amil isə işıq tərəfə uzanmışdır. O, gecələr yatarkən əynində paltar olur. Sonra Amil şalvarını açıb “qabağındakını” tüpürcəkləmiş və sonra qabağındakını onun qıçının arasına qoymuşdur. Bu zaman Amilin əynində şalvar olmamışdır. Amil onun anasının yatıb-yatmamasını yoxlamaq üçün anasına tərəf baxmışdır. Anası da, Amilin anasına tərəf baxmasından şübhələnmişdir. Buna görə də, anası yerindən qalxaraq Amil və onun üzərindəki yorğanı qaldırmışdır. Anası yorğanı qaldırdıqdan sonra ilk olaraq ona demişdir ki, “Səfiyyə, sənin əynindəki paltar haradadır? Sənə qarşı bu hərəkərləri kim edib?”. O da, anasına demişdir ki, bu hərərkətləri ona qarşı Amil etmişdir. Amil də anasına demişdir ki, “Gülnarə, hər şey sənin düşündüyün kimi deyil”. Sonra anası Amilə demişdir ki, “Necə yəni mənim düşündüyüm kimi deyil?”. Bu zaman anası çox əsəbiləşmiş və telefonu götürüb 102 çağrı mərkəzinə zəng etmək istəmişdir. Amil isə onun anasının əlindən telefonu almışdır. Anası əsəbindən nə edəcəyini bilməmiş və buna görə də bıçağı götürüb Amilə həmin bıçaqla zərbə vurmuşdur. Anasının Amili vurduğu bıçaq mətbəx bıçağı olmuşdur. Amil ona qarşı belə əxlaqsız hərəkətlər edən zaman ona demişdir ki, “Əgər sənə qarşı etdiyim hərəkətləri anana desən, ananı da, səni də öldürəcəm”. Buna görə də o, anasına Amilin ona qarşı etdiyi əxlaqsız hərəkətlər barədə heç vaxt məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, həmin gün gecə saat 23:10 radələrində tibb bacısı Quliyeva zəng edərək Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində fəaliyyət göstərən “Tayqa” marketin qarşısında xx.xx.1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs naməlum şəxs tərəfindən döş qəfəsindən bıçaqlanması barədə məlumat vermişdir. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 6-8) görünür ki, hadisə yeri olan, yəni ünvan 1 ünvanında yerləşən İqtisadiyyat Universitetinin 02 saylı yataqxanasının 3-cü mərtəbəsində olan nömrəsiz otağına baxış keçirilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin otaqda xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində qeyrirəsmi ailə münasibətində olduğu Zərərçəkmiş şəxs onun azyaşlı qızı Şahid qarşı əxlaqsız hərəkətlər etdiyini və bu səbəbdən də həmin otaqda olan masanın üzərindəki məbəx bıçağı ilə Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra otaqdakı masanın üzərində olan dəstəyi sarımtıl rəngli, taxta materialdan hazırlanmış 1 (bir) ədəd bıçaq maddi sübut kimi götürülmüşdür. xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılmış tibbi müayinənin nəticəsinə dair tərtib edilmiş 2/14841 nömrəli protokoldan (cild 1, iş vərəqə 11) görünür ki, həmin gün Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirilmiş və həmin vaxt onun orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 28-29) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli əşyaların götürülməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən (cild 1, iş vərəqə 71-73) görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd göy rəngli şalvar, 1 (bir) ədəd qara rəngli mayka (alt paltarı) və 1 (bir) ədəd ağ rəngli qısaqol köynək iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” X10 216 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 130-132) görünür ki, 2014-cü il təvəllüdlü Şahid bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Şahid qızlıq pərdəsinin tamlığı pozulmamış, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Şahid arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 1, iş vərəqə 76-77) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli ərizədən (cild 1, iş vərəqə 104) görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə Binəqədi Rayon Polis İdarəsinə müraciət edərək 15 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs evində olarkən Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirdiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək sonuncunun məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-502/2023 saylı qərarından (cild 1, iş vərəqə 105-109) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməklə o, dərhal məhkəmə iclas zalından azad olunmuş və ev dustaqlığı qətimkan tədbirinin əvvəlinin 16 may 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 123- 125) görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri kimi 02 saylı yataqxananın mənzillərindən biri çıxış edir. Həmin mənzil bir otaqlı olmaqla, içərisində bir ədəd çarpayı, bir ədəd masa, bir ədəd kürsü var. Baxış zamanı Təqsirləndirilən şəxs ifadəsinə əsasən sübut əhəmiyyəti kəsb edəcək əşyaları təqdim etməsi xahiş edildikdə, Təqsirləndirilən şəxs bir ədəd ədyalı, bir ədəd yorğan üzünü, bir ədəd qızına məxsus tumanı təqdim etmişdir. Həmin əşyalar qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı həmçinin müəyyən olunmuşdur ki, balkon ilə otaq bir-birindən ayrıdır. Mətbəxlə otağı bir qapı ayırır. Qapının üzərində həmçinin parça pərdə var. xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotocədvəldən (cild 1, iş vərəqə 126-128) görünür ki, həmin gün Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində Zərərçəkmiş şəxs bıçaqla vurduğu yeri əyani şəkildə göstərərək əvvəlki ifadəsində göstərdiyi xüsusatları bir daha orada təsdiq etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 134-135) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinmiş və qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum olunmuşdur. xx.xx.2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 168) görünür ki, həmin gün Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş bıçağı tanıyaraq həmin bıçaqla xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində ünvan 1 ünvanında yerləşən İqtisadiyyat Universitetinin 02 saylı yataqxanasında Təqsirləndirilən şəxs tərəfindən xəsarət aldığını bildirmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 1646 saylı kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası rəyindən (cild 1, iş vərəqə 196-200) görünür ki, Təqsirləndirilən şəxs hazırda psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəktlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. Əqli-intellektual imkanlarına görə öz hərəkətlərini ölçüb-biçmək, baş vermiş hadisəni düzgün qavrayıb təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında hal-hazırda gerilik əlamətləri aşkar olunmamışdır. Onda xasiyyətin psixopatik cizgilərinə xas olan hövsələsizlik, qıcığa qarşı həssaslıq, inadkarlıq, tez özündən çıxmaq, kinlilik kimi xarakterik xüsusiyyətlərin olması müəyyən edilir. Təqsirləndirilən şəxs özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs göstərilən hadisə zamanı psixiemosional sferasında hirslilik, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə sərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X7» X10 251/2023-MTKŞ nömrəli rəyindən (cild 1, iş vərəqə 189-194) görünür ki, tədqiqata təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın sol yan hissəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin tiyəsinin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın sol yan hissəsində aşkar edilmiş 01 ədəd deşilmiş-kəsilmiş zədə onun döş qəfəsinin sol yarısının toroneoabdominal yarası ilə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşür. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın sol yan hissəsində aşkar edilmiş zədəyə əsasən demək olar ki, zərərçəkmiş xəsarət yetirən şəxslə müxtəlif duruş vəziyyətdə ola bilər. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/3172 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 182-186) görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs, Şahid geyim paltarının üzərində, X1 yaşadığı mənzildən götürülmüş ədyalın və yorğan üzünün üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti 1 saylı cədvəldə göstərilib. Həmin kənar lif mikrohissəciklərinin arasında - Zərərçəkmiş şəxs şalvarının üzərində aşkar edilmiş açıq bənövşəyi rəngli pambıq liflər cinsi əlamətlərinə görə Gülnarə Allahverdiyevanın yaşadığı mənzildən götürülmüş ədyalın tərkib liflərinə uyğun gəlirlər, Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş yorğan üzünün üzərindən aşkar edilmiş tünd göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər, Şahid alt tumanının üzərindən aşkar edilmiş qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs maykasının tərkib liflərinə uyğun gəlirlər. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X10 304MEŞ nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 204-207) görünür ki, Zərərçəkmiş şəxs «Döş qəfəsinin sol yarısının torakoabdominal deşilmişkəsilmiş yarası ilə əlaqədar diafraqmanın, dalağın, köndələn-cənbərbagırsağın, mədəaltı vəzin zədələnməsi, daxili qanaxma» aşkar edilmişdir. Qeyd olunan xəsarət deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir, törənmə müddəti xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, kənar şəxs tərəfindən yetirilə bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X7» X10 337/2023-MTBŞ nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 210-215) görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu 0 alfa, beta /İ/dir (təqdim olunan sənədin surətinə əsasən). Ekspertizaya təqdim edilmiş bıçaq, yorğan üzü, ədyal və Zərərçəkmiş şəxs məxsus şalvar, qısaqol köynək, qolsuz mayka üzərində insan qanı ləkələri aşkar edilmişdir. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız «H» antigeni 0 alfa, beta /İ/ qruplu şəxsə, o cümlədən AB0 sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür (cild 1, iş vərəqə 176-177) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 245-253) görünür ki, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120, 126.2.1, 126.2.4, 130, 221.3 və 228.4-cü maddələrinin tərkibi olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs barəsində ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin ayırılması, ayrılmış cinayət işində xx.xx.2014-cü il təvəllüdlü Şahid zərərçəkmiş şəxs qismində tanınması, maddi sübut kimi tanınmış 1 (bir) ədəd bıçaq, 1 (bir) ədəd yorğan üzü, 1 (bir) ədəd ədyal, Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd qısaqol köynək, 1 (bir) ədəd qolsuz mayka və Şahid məxsus 1 (bir) ədəd tumanın saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 1, iş vərəqə 260-261) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2015-ci il tarixli, 501434 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 141) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü ildə Səfiyyə adlı övladı doğulmuşdur. xx.xx.2019-cu il tarixli Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-423/2019 saylı hökmündən (cild 1, iş vərəqə 136-140) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona həmin maddə ilə qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-960/2021 saylı qərarından görünür ki, (cild 1, iş vərəqə 242-244) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş cəzadan azad edilmiş və Təqsirləndirilən şəxs üzərindən məhkumluğu götürülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, lakin təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, eləcə də irəli sürülmüş ittihamı və ittiham tərəfinin əldə etdiyi, o cümlədən məhkəmə istintaqında tədqiq edilmiş sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 dekabr 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında yaxın münasibətlər olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs evli olmaqla, Bərdə rayonunda yaşamış, Təqsirləndirilən şəxs isə 2014-cü il təvəllüdlü qızı Şahid ilə birlikdə ünvan 1 ünvanında yerləşən İqtisadiyyat Universitetinin 02 saylı yataqxanasında olan otaqların birində yaşamışdır. Zərərçəkmiş şəxs Bərdə rayonundan Bakı şəhərinə gəldikdə, Təqsirləndirilən şəxs ilə yaxın münasibətdə olduğundan sonuncunun yaşadığı yaşayış sahəsinə gələrək orada qalmış, habelə onlar dəfələrlə cinsi əlaqədə olmuşlar. Bununla da onların arasında qeyri-rəsmi ər-arvad münasibətləri olmuşdur. Sonuncu dəfə Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmiş, həmin vaxt sonuncunun yaşadığı ünvanda Gülnarə, azyaşlı qızı Səfiyyə və Amil olmuşdur. Həmin gün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla birlikdə spirtli içki olan araq içmiş və nəticədə onlar sərxoş olmuşlar. Belə ki, ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində Təqsirləndirilən şəxs yatmaq məqsədi ilə yaşadığı otaqda olan çarpayıya uzanmış, Zərərçəkmiş şəxs isə azyaşlı Şahid ilə birlikdə Təqsirləndirilən şəxs uzandığı çarpayıya yaxın yerdə, yəni döşəmənin üstünə adeyal sərməqlə uzanmışdır. Qısa müddət sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun azyaşlı qızı xx.xx.2014-cü il təvəllüdlü Şahid qarşı əxlaqsız hərəkətlər etməsindən şübhələnmiş və bu səbəbdən də Gülnarə ilə Amil arasında əvvəlcə sözlü mübahisə yaranmışdır. Sözlü mübahisə zamanı Təqsirləndirilən şəxs otaqdakı masanın üzərində olan mətbəx bıçağını götürərək Zərərçəkmiş şəxs həmin mətbəx bıçağı ilə 1 (bir) dəfə zərbə vurmuş və bununla da Amilin döş qəfəsinin sol yarısının torakoabdominal deşilmiş-kəsilmiş yarası ilə əlaqədar diafraqmanın, dalağın, köndələn-cənbərbağırsağın, mədəaltı vəzin zədələnməsi, daxili qanaxma ilə müşayiət olunan xəsarət yetirmişdir. Bu hissədə qeyd edilməlidir ki, hazırkı cinayət işi üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərar əsasında Zərərçəkmiş şəxs barəsində ********* nömrəli cinayət işindən (hazırkı işdən) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin ayırılması və ayrılmış cinayət işində xx.xx.2014-cü il təvəllüdlü Şahid zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. Başqa sözlə, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs azyaşlı qızı Şahid qarşı əxlaqsız hərəkətlər etməsi şübhəsi ilə ibtidai istintaq orqanı tərəfindən araşdırma aparılması qərara alınmışdır. Zərərçəkmiş şəxsin aldığı ağır bədən xəsarəti ilə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarətləri məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbə nəticəsində almışdır. Eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz sonuncu tərəfindən sərgilənmiş əxlaqsız və qanunsuz hərəkətlərin təsiri altında törətmişdir. Qeyd edilən hallar həm təqsirləndirilən şəxsin, həm də şahidin ifadələri əsasında tam şəkildə təsdiq olunduğundan sözügedən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Bu hissədə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz zərərçəkmiş şəxsin sərgiləmiş olduğu əxlaqsız və qanunsuz hərəkətlərinin təsiri altında törətsə də, bu hallar onun cinayət törətməsinə haqq qazandıra bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs törətdiyi zorakı cinayət əməlinə tənqidi yanaşaraq bu kimi halları qınayır. Beləliklə, məhkəmə araşdırması zamanı təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, zərərçəkmiş şəxs məhkəmə istintaqında təqsirləndirilən şəxslə barışmadığını və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Yuxarıda göstərilən halları məcmu halda təhlil edib məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, lakin o, bu cinayəti məhz zərərçəkmiş şəxsin sərgiləmiş olduğu əxlaqsız və qanunsuz hərəkətlərinin təsiri altında törətmişdir. Bu hissədə qeyd edilməlidir ki, cinayət hüququ nəzəriyyəsinə görə - kobudluq, yola getməzlik (pis rəftar), aqressivlik və bu qəbildən olan sair xüsusiyyətlər “kriminoloji neqativ” anlayışını ifadə edir. “Kriminoloji neqativ” anlayışının təhlili isə cinayət əməlinin törədilməsinə səbəb və əsas olmuş halların aydınlaşdırılmasında böyük rol oynayır. Belə ki, zərərçəkmiş şəxsin mənfi davranışının kriminoloji mahiyyəti, cinayətkar davranışın mexanizmində belə davranışın rolu və qurbanın mənfi davranışının nəzərə alınması cinayət məsuliyyətinin differensasiyası və fərdiləşdirilməsi prosesinin düzgün istiqamətləndirilməsinə kömək edir. Bu zaman zərərçəkmiş şəxsin davranışının mənfi hesab edilməsi üçün belə davranışın təqsirkar tərəfindən arzuolunmaz kimi qəbul edilməsi və cinayət formasında onun cavab reaksiyasına səbəb olması zəruridir. Belə ki, cinayətin qurbanı öz davranışı ilə cinayətkara təsir göstərir və cinayətin bilavasitə “birgə müəllifi” kimi çıxış edir. Zərərçəkmiş şəxsin mənfi davranışı cinayətin törədilməsi şəraitinə tez və intensiv olaraq təsir göstərir. Bu zaman şəxs özünə nəzarəti itirir, qeyri-iradi olaraq qərar qəbul edir və işin bütün hallarını araşdırmadan cinayəti törədir. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, cinayət hadisəsinə səbəb - Zərərçəkmiş şəxs qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs 2014-cü il təvəllüdlü, yəni azyaşlı qızı Şahid qarşı sərgiləmiş olduğu əxlaqsız və qanunsuz hərəkətləri olmuşdur ki, nəticədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əxlaqsız və qanunsuz hərəkətlərinə son qoymaq məqsədi ilə sonuncuya 1 (bir) dəfə bıçaqla xəsarət yetirmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 dekabr 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan və himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, uşağı təkbaşına böyütməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, cinayət əməlini məhz zərərçəkmiş şəxsin əxlaqsız və qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, törətdiyi cinayət əməlini həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı etiraf edərək əməlindən peşman olmasını, habelə ağır həyat şəraitini (az təminatlı olması və yataqxanada yaşaması) Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8-ci maddə) və təqsirkarın cəzasını ağırlaşdıran hallar olmadıqda, təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayətin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri nəzərdə tutulmuşdur. Qanunun bu tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ağır cinayət olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını o, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Lakin məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2014-cü il təvəllüdlü 1 (bir) azyaşlı uşağının olmasını, uşağa təkbaşına baxmasını və azyaşlı uşağın tərbiyəsi ilə məşğul olan yeganə şəxs olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, azyaşlı uşağın yaşı nəzərə alınmaqla xüsusi qayğıya ehtiyacının olmasını, ələlxüsus Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkəcəyi halda azyaşlı uşağın ana qayğısından və ana himayəsindən məhrum olacağını, bunun uşağın tərbiyəsinə və psixoloji vəziyyətinə ciddi şəkildə mənfi təsir edəcəyini məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq edilməli və məhkəmə tərəfindən ona təyin ediləcək cəza qanunla müəyyən edilən müddətək təxirə salınmalıdır. Məhkəmə belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, uşağın yaşını və uşağa təkbaşına baxmasını əsas tutmuşdur. Belə ki, cinayət işinə əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2014-cü il təvəllüdlü 1 (bir) azyaşlı uşağı var və həmin uşağa o, təkbaşına baxır. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsində göstərilmişdir ki, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Həmin məcəllənin 79.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş qadınlar, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, cəzanın çəkilməsinin təxirə salınması ilə bağlı qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə uyğun olaraq, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Bu zaman məhkəmə qadının fizioloji vəziyyətini və ya qadının (kişinin) uşağının azyaşlı olmasını nəzərə alaraq təyin edilmiş cəzanın icrasının təxirə salınmasını məqsədəmüvafiq hesab edir. Bununla yanaşı, göstərilən maddənin məzmunundan görünür ki, həmin maddədə nəzərdə tutulmuş müddəalar dispozitiv xarakter daşıyır və qanunverici şəxsin barəsində CM-nin 79.1-ci maddəsinin tətbiq edilməsi mümkünlüyünün həllini məhkəmənin vəzifəsi yox, onun hüququ kimi tanıyır. Məhkəmə isə həmin hüququnu həyata keçirərkən bu normanın tətbiq edilməsi üçün əsas şərti – təqsirkarın himayəsində 14 (on dörd) yaşına çatmamış uşaqların olması və ya təqsirkar qadının hamilə olmasını müəyyən etdikdən sonra təkcə bu əsasla deyil, həmçinin cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun nəticələrinə, bu nəticələrin aradan qaldırılıb-qaldırılmasına, cəzanı yüngülləşdirən və ağırlaşdıran, habelə təqsirləndirilən şəxsi səciyyələndirən hallara, o cümlədən onun valideynlik vəzifələrini lazımi şəkildə yerinə yetirib-yetirməməsinə birgə qiymət verərək CM-nin 79.1-ci maddəsinə əsasən sonuncunun barəsində çıxarılmış hökmün icrasını azyaşlı uşaq (uşaqlar) on dörd yaşına çatanadək təxirə salıması, yaxud da bundan imtina olunması haqqında qərar qəbul edə bilər. Burada əhəmiyyət kəsb edən isə iki əsas məsələ nəzərə alınmalıdır: birincisi - təqsirkarın azadlıq hüququ, ikincisi isə - uşağın mənafeyi, onun cinayət törətmiş valideyni ilə bağlılığı və digər şəxslər tərəfindən tərbiyə oluna biləcəyi imkanları. Cinayət hüququnda humanizm prinsipi ən fundamental prinsiplərdən birini təşkil edir. Belə ki, humanizm prinsipi - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Hamilə qadınların və ya 14 (on dörd) yaşına qədər uşağı olan qadınların, habelə 14 (on dörd) yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzasının çəkilməsinin təxirə salınması da cinayət qanunvericiliyində əksini tapmış humanizm prinsipinin reallaşdırılması vasitələrindən biridir. Bu əsasla cəzanın təxirə salınmasında dövlətin məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq və azyaşlı uşaqlara zəruri valideyn qayğısı və tərbiyəsini təmin etməkdir. Cəzanın çəkilməsinin təxirə salınmasının tətbiq edilməsi iki məqsəd daşıyır. Bir tərəfdən bu yuxarıda qeyd edildiyi kimi humanizmin təcəssümü, digər tərəfdən isə cəzanın məqsədlərinə cəza real çəkilmədən nail olmaq imkanıdır. Cinayət Məcəlləsi cəzanın çəkilməsinin təxirə salınmasını bir neçə əsaslarla şərtləndirmişdir: 1) bu institut ancaq hamilə qadınlara, on dörd yaşına qədər uşağı olan qadınlara və on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə tətbiq edilir, 2) şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti beş ildən artıq olan şəxslərə tətbiq edilmir, 3) şəxs uşağının tərbiyəsi ilə məşğul olmalıdır. Cəzanın təxirə salınması məsələsi həll edilərkən yuxarıda göstərilən hallar məcmu halda nəzərə alınmalıdır. Bütün bu hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanını təsdiq etməlidir. Məhkəmə göstərilən hüquqi məsələləri məcmu halda təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınması qanunvericiliyinin tələblərinə cavab verir və ona görə də cəzanın çəkilməsinin təxirə salınması məqsədəmüvafiq hesab olunmalıdır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində 14 (on dörd) yaşına çatmayan 1 (bir) azyaşlı uşağı olduğundan ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi həmin uşaq 14 (on dörd) yaşına çatanadək təxirə salınmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.2-ci maddəsinə əsasən cəzanın çəkilməsi təxirə salındığı müddət ərzində Təqsirləndirilən şəxs üzərində nəzarət həyata keçirilməli və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərin davamı olaraq, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı vəziyyətdə cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanı çəkməsi onun himayəsində olan 1 (bir) azyaşlı uşağını ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah və yenidən tərbiyə olunmasına xidmət edə bilməz. Ona təyin ediləcək cəzanın həmin uşağın 14 (on dörd) yaşına çatanadək təxirə salınması cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən 16 may 2023-cü il tarixdən 16 sentyabr 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməklə ona təyin ediləcək cəzadan çıxılmalı və onun üzərində saxlanılacaq cəzanın çəkilməsi təxirə salınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün ilə hesablanır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırkı məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd bıçaq, habelə 1 (bir) ədəd yorğan üzü, 1 (bir) ədəd ədyal, Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd qısaqol köynək, 1 (bir) ədəd qolsuz mayka və Şahid məxsus 1 (bir) ədəd tuman məhv edilməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdən 16 sentyabr 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaq yolu ilə ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq olunaraq hazırkı hökmlə onun üzərində saxlanılmış 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi onun himayəsində olan uşağı xx.xx.2014-cü il təvəllüdlü Şahid 14 (on dörd) yaşına çatanadək təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrasına nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd bıçaq, 1 (bir) ədəd yorğan üzü, 1 (bir) ədəd ədyal, Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd qısaqol köynək, 1 (bir) ədəd qolsuz mayka və Şahid məxsus 1 (bir) ədəd tuman məhv edilsin. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Səbinə Məmmədzadə Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-1152/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1152/2024
15.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver