Məhkəmə qərarları › İş №1(101)-1153/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1153/2022

01.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1153/2022 01.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1981-ci il tarixdə, Lənkəran şəhərində anadan olmuş, məhkumluğu olmayan, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 4, ev 7-də qeydiyyatda olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və küili miqdarda psixotrop maddəni əldə edib daşıyaraq üzərində saxlamışdır; belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İR-nin vətəndaşı “Məhəmməd” adlı şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xx.xx.2022-ci il tarixdə saat 22:40 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi, 15 saylı yaşayış binasının yaxınlığındakı zibil qutusunun arxa tərəfində gizlədilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 4,579 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə “heroin” və külli miqdarda ümumi təmiz çəkisi 5,852 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq psixotrop maddə metamfetaminin 0,996 qram çəkidə olan hissəsini üzərində, digər hissəsini və narkotik vasitə olan heroini özünəməxsus avtomobilində saxlamış, həmin gün saat 22:50-də Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, ünvan 1 ünvanda yerləşən yaşayış binasının qarşısında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilərək üzərinə keçirilmiş axtarış zamanı sağ ayağında olan boz rəngli corabından 1 ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristallardan ibarət 0,996 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar etdikdən sonra, həmçinin idarə etdiyi “Daevoo Gentra” markalı **-DP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin sol ön sükanının alt hissəsində ayaqaltında ümumilikdə 13 büküm olmaqla 5 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli ayrı-ayrılıqda təmiz çəkiləri 0,871 qram, 0,905 qram, 0,932 qram, 0,954 qram, 0,917 qram olmaqla ümumi təmiz çəkisi 4,579 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 8 ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristallardan ibarət ayrıayrılıqda təmiz çəkiləri 0,306 qram, 0,496 qram, 1,008 qram, 0,464 qram, 0,475 qram, 0,968 qram, 0,587 qram, 0,552 qram olmaqla ümumi təmiz 4,856 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə “metamfetamin” aşkarlanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək göstərmişdir ki, təxminən 2021-ci ilin sentyabr ayında İnstagram sosial şəbəkəsində şəxsi hesabında olan profilinə “Məhəmməd” adlı tanımadığı şəxs mesaj yazaraq onunla tanışlıq münasibətləri qurmağa başlamışdır. O da qeyd olunan sosial şəbəkədə İran vətəndaşı olan “Məhəmməd” kimi adını bildiyi şəxslə yazışmağa başlamışdır. Təxminən bir neçə gün keçdikdən sonra “Məhəmməd” kimi adını bildiyi şəxs “İnstagram” sosial şəbəkəsində ondan narkotik vasitə qəbul edib-etməməsini maraqlanan zaman o, sonuncuya narkotik vasitə aludəçisi olduğunu bildirmişdir. Belə ki, “Məhəmməd” kimi adının bildiyi şəxs narkotik maddələri Bakıda onun tanımadığı tanışlarına dəqiq bilmədiyi üsulla Bakıya göndərəcəyini, narkotik maddələrin bir bükümü isə 25 manata satmağı söyləmiş, o da sonuncunun ona etdiyi təkliflə razılaşmışdır. O, “Məhəmməd” adlı şəxslə WhatsApp sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayırdı. Belə ki, sonuncu dəfə 20 yanvar 2022 ci il tarixdə axşam saatlarında “Məhəmməd” adlı şəxs WhatsApp sosial şəbəkəsi vasitəsilə əlaqə yaradıb ona göndərəcəyi narkotik vasitə və psixotrop maddələrin gizlədildiyi yerin şəklini göndərməklə deyiləcək yerdən götürməsini bildirmiş və danışıq zamanı həmin narkotik vasitə və psixotrop maddələrə görə ümumilikdə 200 manat müqabilində pul göndərməklə “Məhəmməd” ona həmin narkotik vasitə və psixotrop maddələri Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi 15 saylı yaşayış binasının yaxınlığındakı zibil qutusunun arxa tərəfində gizlədildiyini və oradan deyəcəyi saatda yaxınlaşıb götürməsini bildirmiş və o da sonuncunun bu təklifi ilə razılaşmışdır. Qeyd olunan tarixdə o, axşam saat 21 radələrində yaşadığı ünvandan çıxıb ona deyilən ünvana yollanmış və həmin tarixdə saat 22 radələrində “Məhəmmədin dediyi ünvana çatdıqda, şübhə çəkməmək üçün ətrafda kimsənin olmadığını görüb qeyd olunan ünvanda bükülmüş bükümləri götürüb oradan uzaqlaşanda 20 yanvar 2022-ci il saat 22:50 radələrində ünvan 1 ünvanda yerləşən yaşayış binasının qarşısında olan zaman iki nəfər tanımadığı şəxs ona yaxınlaşaraq özlərini polis kimi təqdim etmiş, xidməti vəsiqələrini göstərdikdən sonra sonuncuların polis əməkdaşları olduqlarını öyrənmişdir. Polis əməkdaşları ona bildirmişdirlər ki, narkotik vasitə və psixotrop maddələrin saxlanmasında və satışında şübhəlidir və üzərinə baxış keçirmək istəyirlər. Buna görə də onu Binəqədi RPİ-nin 7-ci PB-nə dəvət etmişlər, orada ona müdafiəçi təyin olunmuşdur. Lakin müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi baxış və axtarış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməsi təklif olunmuş, daha sonra video çəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, sağ ayağında olan boz rəngli corabından 1 ədəd şəffaf sellofan bükümü, əynində olan qara rəngli jiletin sağ yan cibindən 1 ədəd qara rəngli “Nokia” markalı, həmin jiletin sol yan cibindən 1 ədəd qara və göy rəngli “Samsung A12" markalı mobil telefonları çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra ondan üzərindən çıxan 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində olan maddəni göstərərək onun psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan başqa o, idarə etdiyi “Daevoo Gentra” markalı **-DP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində də narkotik vasitə və psixotrop maddələrin olduğunu bildirmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 22:40da Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi, 15 saylı yaşayış binasının yaxınlığındakı zibil qutusunun arxa tərəfində İran İR-nin vətəndaşı olan “Məhəmməd” adlı şəxs tərəfindən gizlədilmiş qeyd olunan narkotik vasitə və psixotrop maddələri ümumilikdə 200 manat müqabilində almaqla həmin maddələri tanımadığı şəxslərə 25 manat dəyərində satmaq üçün əldə etdiyini bildirmişdir. Həmin bükümlər polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadə verərəkgöstərmişdir ki, xx.xx.1981-ci il tarixdə, Lənkəran şəhərində anadan olmuş, məhkumluğu olmayan, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 4 ünvanda yaşayan «Vüsal» adlı şəxsin üzərində narkotik vasitə və psixotrop maddələr gəzdirməsi, saxlaması, satması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, «Vüsal» adlı şəxsin cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, həmin şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq, 20 yanvar 2022-ci il tarixli qərar qəbul edilməklə Binəqədi RPİ-nin 7-ci PB-nin rəis müavini, polis mayoru Elxan Bədəlov tərəfindən həmin tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə, Binəqədi RPİ-nin 7ci PB-nin sahə rəisi polis mayoru Şahid2 da həmin qrupa daxil edilmiş, qeyd olunan tədbiri isə özü və sonuncu ilə birlikdə keçirməyə qərar verilmişdir. Birlikdə 20 yanvar 2022-ci il tarixdə saat 22:50 radələrində ünvan 5 ünvanda yerləşən yaşayış binasının qarşısında olarkən «Vüsal» adlı şəxsin zahiri əlamətlərinə oxşar şəxsi görüb yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddələr gəzdirməsi, satması və istifadə etməsində şübhəli olduğunu deyərək sonuncunu saxlayıb 7-ci Polis bölməsinə aparmışlar. Bu barədə Binəqədi RPİ-nin 7-ci PBdə raport tərtib edərək, göstəriş əsasında Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 7-ci PBnin baş təhqiqatçısı polis kapitanı Rəşad Bayramova təhvil vermişlər. Sonra baş təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi ' axtarış aparılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs sağ ayağında olan boz rəngli corabından 01 ədəd şəffaf sellofan bükümdə bükümü, əynində olan qara rəngli jiletin sağ yan cibindən 01 ədəd qara rəngli “Nokia” markalı, həmin jiletin sol yan cibindən 01 ədəd qara və göy rəngli “Samsung A12” markalı mobil telefonları çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra ondan üzərindən çıxan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində olan maddəni göstərərək onun psixotrop maddə olan “metamfetamin” olduğunu bildirmişdir. Bundan başqa o, idarə etdiyi “Daevoo Gentra” markalı **-DP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə də narkotik vasitə və psixotrop maddələrin olduğunu bildirmişdir. Belə ki, o, qeyd olunan narkotik vasitə və psixotrop maddələri xx.xx.2022-ci il tarixdə saat 22:40-da ünvan 1 ünvanda yerləşən yaşayış binasının yaxınlığındakı zibil qutusunun arxa tərəfində İran İR-nin vətəndaşı olan “Məhəmməd” adlı şəxs tərəfindən gizlədilmiş qeyd olunan narkotik vasitə və psixotrop maddələri 200 manat müqabilində alaraq həmin maddələri tanımadığı şəxslərə 25 manat dəyərində satmaq üçün əldə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlər boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən saxlanılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən sonuncuya qarşı zor, təzyiq göstərilməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin sahə rəisi Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan 07 may 2022-ci il tarixli ifadənin yeində yoxlanması haqqında protokoldan və ona əlavə edilmiş foocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (1-ci cild iş vərəqi 190-191). İşdə olan DVD diskə baxış keçirilməsi haqqında protkoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı lentə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, DVD diskdə 01 ədəd videofayl vardır. Həmin videofaylda olan videogörüntü 21 yanvar 2022-ci il tarixdə lentə alınmağa başlanmışdır. Həmin videogörüntüdə ümumilikdə qapalı məkan olmaqla, xidməti iş otağı, içərisində masalar, stullar və kompüter dəsti, şəxslər müşahidə olunur. Videogörüntü başladıqda, özünü Binəqədi RPİ-nin 7-ci PB-nin baş təhqiqatçısı polis kapitanı Rəşad Bayramov kimi təqdim edən şəxsin iştirakçıları təqdim edib Binəqədi RPİ-nin 7-ci PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və həmin PB-nin səhə rəisi polis mayoru Şahid2 olduqlarını bildirir. Sonra otaqda olan Təqsirləndirilən şəxs ayağa durması və üzərində qanunla dövriyyəsi qadağan əşyalar varsa, onlara təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs sağ ayağında olan boz rəngli corabından 01 ədəd şəffaf 1 sellofan bükümdə bükümü, əynində olan qara rəngli jiletin sağ yan cibindən 01 ədəd qara rəngli “Nokia" markalı, həmin jiletin sol yan cibindən 01 ədəd qara və göy rəngli “Samsung A12” markalı mobil telefonları çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra ondan üzərindən çıxan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində olan maddəni göstərərək onun psixotrop maddə olan “metamfetamin” olduğunu bildirmişdir. Bundan başqa o, idarə etdiyi “Daevoo Gentra” markalı **-DP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə də narkotik vasitə və psixotrop maddələrin olduğunu bildirmişdir. Bundan sonra bükümlər olduğu kimi bağlanılaraq baş təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılır və möhürlənir, sonda zərfin üstü ardıcıllıqla iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülür. Videogörüntü həmin anda başa çatmışdır (1-ci cild iş vərəqi 27-32) İşdə olan DVD diskə baxış keçirilməsi haqqında protkoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinə axtarış və götürmə aparılması zamanı lentə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirdilmiş, baxış zamanı müəyyən edilmişdir ki, DVD diskdə 01 ədəd videofayl vardır, Həmin videofaylda olan videogörüntü 21 yanvar 2022-ci il tarixdə lentə alınmağa başlanmışdır. Həmin videogörüntüdə ümumilikdə açıq məkan olmaqla, polis əməkdaşları, Təqsirləndirilən şəxs və sonuncunun idarə etmiş olduğu ağ rəngli “Daevoo Gentra" markalı **-DP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil müşahidə olunur. Videogörüntü başladıqda, özünü Binəqədi RPİ-nin 7-ci PB- nin baş təhqiqatçısı polis kapitanı Rəşad Bayramov kimi təqdim edən şəxsin iştirakçıları təqdim edib Binəqədi RPİ-nin 7-ci PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və həmin PB-nin səhə rəisi polis mayoru Şahid2 olduqlarını bildirir. Sonra otaqda olan Təqsirləndirilən şəxs idarə etmiş olduğu “Daevoo Gentra” markalı **-DP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə olan narkotik vasitə və psixotrop maddələri təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs qeyd olunan avtomobilin ön sol tərəfdən qapısım açaraq həmin yerdə avtomobilin ayaqaltısının üzərində olan 08 ədəd şəffaf rəngli sellofanan bükülmüş psixotrop maddə “metamfetamin” və 05 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə “heroin” olmaqla ümumilikdə 13 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik maddələri təqdim edir. Bundan sonra bükümlər olduğu kimi bağlanılaraq baş təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılır və möhürlənir, sonda zərfin üstü ardıcıllıqla iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülür. Videogörüntü həmin anda başa çatmışdır (1-ci cild iş vərəqi 33-36). İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş 055- ***-**-** "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2021-ci il tarixdən 20 yanvar 2022-ci il tarixədək daxil olan və həmin nömrəsindən çıxan zənglərdən çıxarışları, SMS-lərdən çıxarışları, nömrələrə aid ötürücü antenalar cədvəlinin, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatların və SMS-lərin açıqlanmış mətnlərinin götürülməsi üçün Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarı alınaraq "xxxx" MMC-yə göndərilmiş və ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərin siyahısı "xxxx" MMC tərəfindən təqdim olunmuşdur. Belə ki, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: bir ədəd “CD” fomatlı disk Binəqədi RPİ-nin İstintaq Şöbəsinin 305 saylı xidməti otaqda olan «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsilə açıldıqda içərisində 05 ədəd fayllar aşkar olundu. İkinci və üçüncü fayl açıldıqda ekranda içərisindəki mətnlərdən təqsirləndirilən şəxs 1 Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən müxtəlif vaxtlarda müxtəlif tipli mesajların olması qeyd olunmuşdur. Dördüncü fayl açıldıqda, faylın içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** mobil telefon nömrəsi ilə telefon əlaqəsi saxlamış müxtəlif mobil nömrələrin kimin adına qeydiyyatda olması qeyd olunmuşdur Beşinci fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olan 055- ***-**-** mobil telefon nömrəsinin "xxxx" MMC-nin anten dairələrinin yerləşdiyi ərazilərdə olması qeyd olunmuşdur (1-ci cild iş vərəqi 132-141). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 21 yanvar 2022-ci il tarixli, 6/401 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N-176” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxsimza: imzalar..." yazı əlavəsi qeyd edilmiş iki (2) ədəd kağız zərflərdə-1 ədəd zərfin içərisində bir ədəd bükümdəki təmiz çəkisi - 0,996 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir: 1 ədəd zərfin içərisində beş (5) ədəd polietilen bükümlərdək ayrı-ayrılıqda təmiz çəkisi- 0,871 qram, 0,905 qram, 0,932 qram, 0,954 qram, 0,917 qram, ümumi təmiz çəkisi - 4,579 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və səkkiz (8) ədəd polietilen bükümlərdəki ayrı-ayrılıqda təmiz çəkiləri- 0,306 qram, 0,496 qram, 1,008 qram, 0,464 qram, 0,475 qram, 0,968 qram, 0,587 qram, 0,552 qram, ümumi təmiz çəkisi - 4,856 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş 1 ədəd zərfin içərisində olan bir ədəd polietilen bükümdəki metamfetamin 1 ədəd zərfdəki 8 ədəd polietilen bükümlərdəki metamfetaminlər ilə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-İn siyahısına (Siyahı İ), metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in İ siyahısına daxildirlər (1-ci cild iş vərəqi 42-49) İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 06 aprel 2022-ci il tarixli 1623 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorlarm qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 168-169). İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertizanın 28 mart 2022-ci il tarixli 725 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21- ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 164-167). İşdə olan 06 may 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında pprotkoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs məxsus olan “Samsung Galaxy A12” markalı mobil telefona baxış keçirdilmiş, baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan mobil telefon aparatı, nisbi dördbucaqlı formalı olmaqla, uzunluğu 12.9 sm, eni 5 sm-dir, hər iki səthi qara rəngli plastmastandır, bir səthi sensorlu (həssas) ekran, ekranda çat yoxdur, digər səthi qapalıdır. Mobil telefon aparatının qapağı çıxarıldığında, həmin mobil telefon aparatının modelinin "SM- A127F/DSN" modelli "**********45857/01 və **********45859/01 " imei kodlu olması qeyd olunan fabrik etiket yapışdırılmışdır. «Samsung Galaxy A12» markalı mobil telefon apparatı üzərində səs tuşları, enerji doldurma yarığı, söndürüb-yandırma tuşları, bir ədəd üzərində «Samsung» və digər yazılar olan enerji daşıyıcısı (batareya) və foto(video) apparat cihazı müşahidə olunur. 01 ədəd «Samsung Galaxy A12» markalı mobil telefon aparatının üzərində işlənmə izləri müşahidə olunur, telefon aparatı bir ədəd futləra keçirilmişdir və aralarında sim kart qalığı vardır. «Samsung Galaxy A12» markalı mobil telefon aparatı açıldıqda, içərisindən çox saylı nömrələrlə zəngləşmələr, oxununmuş və oxununmamış ismarıc mətinlərin qutusu, həmçinin müxtəlif mobil əlavələrinin mövcud olduğu müşayiət olunur. Telefona baxış zamanı “Whatsapp" olan bölümə daxil olarkən müxtəlif mobil nömrələrdən daxil olan müxtəlif məzmunlu sübut əhəmiyyəti kəsb edən mesajlar aşkar edilmişdir (1-ci cild iş vərəqi 179-186). İşdə olan məhkəmə kompyuter-texniki ekspertiza üzrə 5/253 saylı 16 mart 2022-ci il tarixli ekspert rəyindən görünür ki, 1.Təqdim edilmiş “Nokia” markalı “3110c” modelli “35930xx/xx/725162/7” İMEİ kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdədir. 2.Təqdim edilmiş sensor ekran və “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A12” markalı "SM-A127F/DSN" modelli "**********45857/01 və **********45859/01 " imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. 3.Tədqiq olunan “Samsung Galaxy A12” markalı "SM-A127F/DSN" modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “Whatsapp” proqram təminatı vasitəsi ilə aparılmış audio, foto, video fayllar və sairə) mövcud olan məlumatlar müəyyən olundu. 4.Tədqiq olunan “Nokia” markalı "3110c" modelli mobil telefonun yaddaşında (kontaktlar, zənglər, “SMS” mesajlar, audio, foto fayllar və sairə) mövcud olan məlumatlar müəyyən olundu. 5.Rəyin ‘Tədqiqi hissəsi”nin 4-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy A12" markalı "SM-A127F/DSN" modelli və “Nokia” markalı “3110c” modelli mobil cihazların yaddaşından hər hansı bir məlumatın (kontakt, zəng, “SMS” mesaj, foto, audio, video fayllar, “Whatsapp” proqram təminatı vasitə ilə aparılmış məlumat mübadiləsi və sairə) pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. 6.Təqdim edilmiş “Samsung Galaxy A12” markalı "SM-A127F/DSN" modelli mobil smartfonun yaddaşına quraşdırılmış “Whatsapp” proqram təminatı vasitəsi ilə aparılmış məlumat (çat seansı, buraxılmış, qəbul edilmiş, çıxan səsli zənglər və qəbul olunmuş video zəng) mübadilələri müəyyən edildi, lakin rəyin "Tədqiqi, hissəsi”nin 4-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı.Tədqiq olunan “Nokia” markalı “311 Oc” modetli mobil telefonun texniki göstəriciləri WhatsApp proqram təminatı vasitəsilə məlumat mübadiləsinin aparılmasına imkan vermədiyindən qeyd olunan məlumatlar mobil telefonun yaddaşında müəyyən olunmadı (1-ci cild iş vərəqi 159-163). İşdə olan 30 aprel 2022-ci il tarixli Binəqədi RPİ-nin 7-ci PB-in məktubundan görünür ki, istintaq zamanı aparılmış bir sıra təxirəsalınmaz istintaq və əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs ifadələrində qeyd olunan şəxslərin, həmçinin də külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini əldə etdiyi istintaqa şəxsiyyəti məlum olmayan iran İR-nin vətəndaşı olan “Məhəmməd” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində Binəqədi RPİ-nin 7-ci PB-nə əməliyyat tapşırığı göndərilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə olunmamışdır (1-ci cild iş vərəqi 170). İşdə olan 08 may 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə sübut əhəmiyyəti daşıdığına görə, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 4,579 qram (qalıq 4,479 qr) narkotik vasitə olan "heroin” və ümumi təmiz çəkisi 5,852 qram (qalıq 5,732 qr) psixotrop maddə olan “metamfetamin” məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir.22 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə və nəqliyyat vasitəsinə axtarış və götümrmə aparılmasına dair videogörüntüləri özündə əks etdirən ümumilikdə 02 ədəd DVD, həmçinin "xxxx" MMC-dən əldə olunmuş məlumatları əks etdirən 01 ədəd disk, 01 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır (1-ci cild iş vərəqi 198-210). İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməiliyyat Statistik İnformasiya İdarəsinin 09 fevral 2022-ci il tarixli tələbnaməsindən və Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 sentybr 2007-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 18 avqust 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1. və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 05 fevral 2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (1-ci cild iş vərəqi 106-107). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilir. Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs sonuncu məhkumluğu üzrə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri az ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 20 yanvar 2022-ci il tarixdə törətmişdir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və cəzasını çəkib qurtardığı gündən 8 il 11 ay 15 gün sonra, yəni qanunla nəzərdə tutulmuş iki ildən çox vaxt keçdiyindən məhkumluğu ödənilmişdir. İşdə olan tutulma haqqında 20 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cld iş vərəqi 18-20). İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 20 yanvar 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 82-86). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr) və (2-ci siyahı psixotrop maddələr) » əsasən heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram, psixotrop maddə metametaminin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, daşıdığı və saxladığı psixotrop maddə metamfetamin 5,852 qram və narkotik vasitə heroin 4,579 qram olduğundan külli miqdar təşkil edir. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq küili miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində saxlaması və daşıması tam təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırı ldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki Təqsirləndirilən şəxs həbs müddətinin başlanğıcı 20 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 20 yanvar 2022-ci il tarixdən hesablanmasını, və Cinayət Məcəllənin 56.1.2ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə-narkoloji ekspertiza üzrə 06 aprel 2022-ci il tarixli 1623 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs psixostimulyatorlarm qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) xəstəliyi aşkar olunduğundanq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, məcburi müalicəyə əks göstərişi olmadığından, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 4,479 qram narkotik vasitə heroin və 5,732 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, dörd ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, 1 ədəd «Samsung Galaxy A12» markalı mobil telefonun Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılması nəxərə alınmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatların dəyəri – 194 (yüz doxsan dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 4,479 qram narkotik vasitə heroin və 5,732 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 4 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, 1 ədəd «Samsung Galaxy A12» markalı mobil telefonun Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri - iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatların dəyəri 194 (yüz doxsan dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddanın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Məhəmməd Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar