Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1154/2021 23.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X14 və X6, müdafiəçi – 06 saylı Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs iştirakları ilə, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmişdir ona görə ki, o, 17 yanvar 2021-ci il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında naməlum mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından az miqdarda 0,072 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 18 yanvar 2021-ci il tarixdə, saat 21:00 radələrində şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Fərid” adlı şəxsdən satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda, yəni 2015 qram (02 kiloqram 015 qram) çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda, yəni 3020 qram (3 kq 20.0 qram) çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmiş, həmin psixotrop maddə metamfetamini əynində olmuş göy rəngli cins şalvarının sağ yan cibində, narkotik vasitələr olan heroin və qurudulmuş marixuananı idarə etdiyi "VAZ 2108" markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobilin arxa yük yerində saxlayaraq daşımış, 19 yanvar 2021-ci il tarixdə, saat 21:30-da Xətai RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı ünvan 1 ünvanın qarşısında saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə ünvan 2 ünvanda yerləşən Xətai RPİ-nin 36-cı Polis bölməsinin inzibati binasına aparılmış, Polis bölməsinin xidməti otağında hal şahidlərinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən əynində olmuş göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə 0,072 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, eləcə də 36-cı Polis bölməsinin inzibati binasının həyətində saxlanılmış «VAZ 2108» markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobilin arxa yük yerinə baxış keçirilərkən oradan 01 (bir) ədəd qırmızı rəngli paketin içərisində saxladığı 01 (bir) ədəd şəffaf paketdən külli miqdarda, yəni 2015 qram (02 kiloqram 015 qram) çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 (bir) ədəd qara rəngli sellofan paketdən külli miqdarda, yəni 3020 qram (03 kq 20.0 qram) çəkidə çətənə (kaıınabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X12 ayrıayrılıqda yazılı vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirib, tərəflərin fikirlərini dinləyərək və ayrı-ayrılıqda verilmiş yazılı vəsatətlərin dəlillərini təhlil edib məcmu halda nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara görə məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X12 tərəfindən ayrı-ayrılıqda verilmiş yazılı vəsatətlər təmin edilərək cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işində olan 19 yanvar 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərardan görünür ki, əməliyyat-axtarış orqanına Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş və onun ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan 19 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin başlanması qərara alınmışdır. Cinayət işində olan 19 yanvar 2021-ci il tarixli vəkil orderindən görünür ki, 13 saylı Vəkil Bürosunun vəkili X13 Təqsirləndirilən şəxs hüquqlarının müdafiə etməsi üçün səlahiyyətli vəkil olmuşdur. Cinayət işində olan 19 yanvar 2021-ci il tarixli vəkilin şübhəli şəxsə təqdim edilməsi barədə protokoldan görünür ki, həmin gün vəkil X3 Anar Firail oğlunun hüquqlarının müdafiə etmək üçün sonuncuya təqdim edilmişdir. Cinayət işində olan 19 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin gün saat 21:30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan 20 yanvar 2021-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilmiş, bu barədə protokol tərtib edilmiş və təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçi Rəşad Abdıyevlə birlikdə həmin protokolun həqiqiliyini imzaları ilə təsdiq etmişlər. Cinayət işində olan 20 yanvar 2021-ci il tarixli qərardan görünür ki, həmin gün Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmiş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan 21 yanvar 2021-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs qismində dindirilmiş, bu barədə protokol tərtib edilmiş və təqsirləndirilən şəxs müdafiəçi Rəşad Abdıyevlə birlikdə həmin protokolun həqiqiliyini imzaları ilə təsdiq etmişlər. Cinayət işində olan 21 yanvar 2021-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan 02 fevral 2021-ci il tarixli vəkilin müraciətindən görünür ki, 06 saylı Vəkil Bürosunun vəkili Səlimxan İsmayılov Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsinə Təqsirləndirilən şəxs anası ilə hüquqi yardım haqqında müqavilə bağladığını bildirmiş, eləcə də həmin müqavilə əsasında Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə bağlı 02 fevral 2021-ci il tarixli vəkil orderini İzstintaq şöbəsinə təqdim edərək cinayət işi üzrə müdafiəçi qismində işə buraxılmasını xahiş etmişdir. Cinayət işində olan 04 fevral 2021-ci il tarixli vəkilin təqsirləndirilən şəxsə təqdim edilməsi barədə protokoldan görünür ki, 06 saylı Vəkil Bürosunun vəkili Səlimxan İsmayılov Təqsirləndirilən şəxs təqdim etmişdir. Cinayət işində olan 05 fevral 2021-ci il tarixli 36-cı Polis bölməsinin cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri haradan və kimdən əldə etməsini, əldə edərkən yanında digər şəxslərin olub-olmamasını, həmin narkotik vasitələri əldə edərkən satmaq niyyətində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işində olan 15 fevral 2021-ci il tarixli vəsatətdən görünür ki, Təqsirləndirilən şəxs müqavilə əsasında hüquqi yardım göstərən müdafiəçi Səlimxan İsmayılov istintaq orqanına müraciət edərək 19 yanvar 2021-ci il tarixdə Xətai rayon Polis İdarəsinin inzibati binasının daxilində və binanın yerləşdiyi ərazidə quraşdırılmış kameraların görüntüsünün əldə edilməsi ilə bağlı rəsmi qaydada müraciət etmişdir. Cinayət işində olan 25 fevral 2021-ci il tarixli Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Cahid Musayev tərəfindən qəbul edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs müqavilə əsasında hüquqi yardım göstərən müdafiəçi Səlimxan İsmayılov tərəfindən anten məlumatların ələ keçirilməsi barədə verilmiş vəsatəti baxılmamış saxlanılmışdır. Cinayət işində olan 16 mart 2021-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs Anar Adıqözəlov ibtidai istintaqı həyata keçirəm X17ə müraciət edərək müdafiəçi Səlimxan İsmayılovdan imtina etmişdir. Təqsirləndirilən şəxs müqavilə əsasında ona hüquqi yardım göstərən müdafiçidən imtina etməsinin səbəbini ərizəsində göstərməmişdir. Cinayət işində olan 16 mart 2021-ci il tarixli qərardan görünür ki, həmin gün X17 tərəfindən Təqsirləndirilən şəxs müqavilə əsasında hüquqi yardım göstərən müdafiəçi Səlimxan İsmayılovun cinayət prosesində iştirakına xitam verilmişdir. Müdafiəçinin iştirakına xitam verilməsinin yeganə səbəbi kimi təqsirləndirilən şəxsin səbəbini göstərmədiyi halda müqavilə əsasında ona hüquqi yardım göstərən müdafiəçidən imtina etməsi barədə ərizəsi əsas götürülmüşdür. X17 tərəfindən təqsirləndirilən şəxsin hansı səbəbdən müdafiəçi Səlimxan İsmayılovdan imtina etməsinin səbəbləri qeyd edilən qərarda aydınlaşdırılmamışdır. Cinayət işində olan 16 mart 2021-ci il tarixli məktubdan görünür ki, X17 tərəfindən Təqsirləndirilən şəxs müqavilə əsasında hüquqi yardım göstərən müdafiəçi Səlimxan İsmayılovun cinayət prosesində iştirakına xitam verilməsi barədə qərarı aidiyattı şəxslərə, o cümlədən müdafiəçi Səlimxan İsmayılova göndərilməsi qeyd olunmuşdur. Lakin qeyd edilən qərarın həqiqətən də aidiyyatı şəxslərə göndərilməsini təsdiq edən heç bir sübut cinayət işinin materiallarında yoxdur. Başqa sözlə, müstəntiq 16 mart 2021-ci il tarixdə müdafiəçi Səlimxan İsmayılovun cinayət prosesində iştirakına xitam verilməsi barədə qərar qəbul etsə də, sözü gedən qərarı hüquqları məhdudlaşdırılan şəxsə, yəni müdafiəçi Səlimxan İsmayılova göndərməmişdir. Bununla da müstəntiq müdafiəçi Səlimxan İsmayılovun və Təqsirləndirilən şəxs qanunla qorunan hüquqlarını pozmuşdur. Cinayət işində olan 16 mart 2021-ci il tarixli protokoldan görünür ki, həmin gün X17 təqsirləndirilən şəxsi və ibtidai istintaqın əvvəlində dövlət hesabına dəvət edilmiş müdafiəçi Rəşad Abdıyevi iş üzrə keçirilmiş ekspertiza rəyi ilə tanış etmişdir. Cinayət işində olan 16 mart 2021-ci il tarixli protokoldan görünür ki, həmin gün X17 təqsirləndirilən şəxsi müdafiəçi Rəşad Abdıyevin iştirakı ilə əlavə dindirmiş və dindirmə zamanı təqsirləndirilən şəxs əvvəlki ifadələrindən fərqli olaraq özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməmişdir. Cinayət işində olan 16 mart 2021-ci il tarixli protokoldan görünür ki, həmin gün X17 Təqsirləndirilən şəxs iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə üzləşdirmişdir. Cinayət işində olan 16 mart 2021-ci il tarixli protokoldan görünür ki, həmin gün X17 Təqsirləndirilən şəxs iş üzrə şahid qismində dindirilmiş Şahid2 ilə üzləşdirmişdir. Cinayət işində olan 16 mart 2021-ci il tarixli protokoldan görünür ki, həmin gün X17 Təqsirləndirilən şəxs iş üzrə şahid qismində dindirilmiş Şahid3 ilə üzləşdirmişdir. Cinayət işində olan 16 mart 2021-ci il tarixli protokoldan görünür ki, həmin gün X17 Təqsirləndirilən şəxs iş üzrə şahid qismində dindirilmiş Şahid6 ilə üzləşdirmişdir. Cinayət işində olan 16 mart 2021-ci il tarixli protokoldan görünür ki, həmin gün X17 Təqsirləndirilən şəxs iş üzrə şahid qismində dindirilmiş Şahid7 ilə üzləşdirmişdir. Cinayət işində olan 16 mart 2021-ci il tarixli protokoldan görünür ki, həmin gün X17 Təqsirləndirilən şəxs iş üzrə şahid qismində dindirilmiş Şahid8 ilə üzləşdirmişdir. Cinayət işində olan 17 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, digər məsələlərlə yanaşı, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması X17 tərəfindən qərara alınmışdır. Cinayət işində olan 17 mart 2021-ci il tarixli protokoldan görünür ki, həmin gün X17 Təqsirləndirilən şəxs və dövlət hesabına dəvət olunmuş müdafiəçi Rəşad Abdıyeva cinayət işi üzrə ibtidai istintaqın qurtarması barədə məlumat verilmişdir. Cinayət işində olan 19 mart 2021-ci il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs və dövlət hesabına dəvət olunmuş müdafiəçi Rəşad Abdıyev cinayət işinin materialları ilə tanış olmuşlar. Cinayət işində olan 17 may 2021-ci il tarixdə təsdiq olunmuş ittiham aktından görünür ki, təqsirləndirilən şəxs cinayət işinin materialları ilə 19 mart 2021-ci il tarixdə tanış olmasına baxmayaraq, həmin müddətdən sonra 2 ayadək müddət ərzində cinayət işi üzrə prosessual hərəkət aparılmamışdır. Bununla da əsassız şəkildə cinayət təqibi yubanmış və nəticədə Təqsirləndirilən şəxs əsassız şəkildə həbsdə saxlanılaraq qeyri-müəyyən vəziyyətdə qalmışdır. Bu da bilavasitə təqsirləndirilən şəxsin azadlıq hüququnun pozulmasına səbəb olmuşdur. Qeyd edilənlər ona dəlalət edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, Təqsirləndirilən şəxs müqavilə əsasında ona hüquqi yardım göstərən müdafiəçi Səlimxan İsmayılovdan 16 mart 2021-ci il tarixdə imtina edərkən həmin vaxt müdafiəçi Səlimxan İsmayılovun iştirakı təmin edilməmiş, imtina ərizəsində imtina üçün əsas göstərilməmiş, müstəntiq tərəfindən bu məsələ ilə bağlı heç bir qeyd aparılmamışdır. Təqsirləndirilən şəxs müdafiəçi Səlimxan İsmayılovdan imtina ərizəsini ibtidai istintaq orqanına təqdim etdikdən və müstəntiq tərəfindən həmin müdafiəçinin cinayət prosesində iştirakına xitam verildikdən sonra müstəntiq dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə demək olar ki, 3 (üç) gün müddətində cinayət işi üzrə əhəmiyyət kəbs edən prosessual hərəkətləri (bir gündə həm təqsirləndirilən şəxsi əlavə dindirmiş, həm də həmin gün təqsirləndirilən şəxsi 6 (altı) şahidlə üzləşdirmiş) həyata keçirmiş və ibtidai istintaqın qurtarmasını ona elan etmiş, eləcə də cinayət işinin materialları ilə onu tanış etmişdir. X17 təqsirləndirilən şəxsin 16 mart 2021-ci il tarixli müdafiəçidən imtina ərəzisini alan kimi qısa müddət ərzində cinayət işi üzrə əhəmiyyət kəsb edən prosessual hərəkətləri həyata keçirərək birbaşa olaraq təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplamış və həmin sübutlar əsasında təqsirləndirilən şəxsə ağır cinayətin törədilməsi ilə bağlı ittiham elan etmişdir. Başqa sözlə, müdafiəçi Səlimxan İsmayılovun cinayət prosesində iştirakına xitam verildikdən sonra müstəntiq eyni gündə təqsirləndirilən şəxsin əlavə dindirilməsini və müxtəlif şəxslərlə üzləşdirməsini keçirməklə birbaşa olaraq təqsirləndirilən şəxsin əleyhinə ifadələrin alınmasına nail olmuşdur. Ən maraqlısı isə odur ki, cinayət işi üzrə əsas sübutlar əldə edildikdən sonra təxminən 1 ay 28 gün müddətində heç bir prosessual hərəkətlər həyata keçirilməmişdir. Məhkəmə hazırlıq iclasında müdafiəçi Səlimxan İsmayılov yazılı vəsatətlə müraciət edərək bildirmişdir ki, o, 2021-ci ilin mart ayında “Covid-19” infeksiyasına yoluxmuş və bu səbəbdən də cinayət işi üzrə həmin ərəfədə, yəni 2021-ci ilin mart ayında müdafiəçi qismində prosessual vəzifələrini həyata keçirə bilməmişdir. Sağaldıqan sonra müstəntiqə şifahi qaydada müraciət edərək Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə prosessual hərəkətlərin həyata keçirilməsini tələb etsə də, müstəntiq işə qərəzli baxaraq onu işə buraxmamışdır. Bu səbəbdən də müdafiəçi Səlimxan İsmayılov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində təsbit edilmiş yüksək keyfiyyətli hüquqi yardım göstərməkdən məhrum olmuşdur. Başqa sözlə, müdafiəçi ibtidai istintaq zamanı hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs müdafiə hüququnun kobud şəkildə pozularaq sonuncunun seçdiyi müdafiəçi ilə müdafiə olunmaq hüququnun ciddi şəkildə pozulduğunu ifadə etmişdir. Müdafiəçi vəsatətində belə nəticəyə gəlmişdir ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ibtidai istintaq orqanı tərəfindən obyektiv şəkildə araşdırılmamış, əksinə müstəntiq təqsirləndirilən şəxsin müdafiə hüququnu kobud şəkildə pozaraq onu seçdiyi müdafiəçi ilə müdafiə olunmaq hüququndan məhrum edərək onun əleyhinə çoxlu sayda sübutlar əldə etmişdir. Bununla da təqsirləndirilən şəxsin müdafiə hüququna ciddi şəkildə xələl gətirilmişdir. Təqsirləndirilən şəxs da məhkəməyə yazılı vəsatətlə müraciət edərək ibtidai istintaq zamanı cinayət işinin ilkin araşdırmasını həyata keçirən X17 tərəfindən müdafiə hüququnun pozulduğunu bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs vəsatətindən görünür ki, müstəntiq onu aldatmış, o, əslində müdafiəçi Səlimxan İsmayılovdan imtina etməmiş, bu barədə ərizə versə də, həmin ərizənin mahiyyətini başa düşməmiş, bundan başqa, o, cinayət prosesində iştirakına xitam verilmiş müdafiəçi Səlimxan İsmayılovun sonradan işə buraxılmasını və ona hüquqi yardım göstərməsini müstəntiqdən xahiş etmişdir. Təqsirləndirilən şəxs öz vəsatətində göstərmiş olduğu halların sübutu kimi saxlanıldığı İstintaq Təcridxanası vasitəsi ilə müstəntiqə göndərdiyi müraciətini məhkəməyə təqdim etmişdir. Qeyd edilən müraciətdən görünür ki, təqsirləndirilən şəxs 2021-ci ilin may ayında ibtidai istintaq orqanına müraciət edərək müdafiəçi Səlimxan İsmayılovun işə buraxılmasını müstəntiqdən xahiş etmişdir. Təqsirləndirilən şəxs vəsatətində göstərdiyi dəlilin sübutu kimi həmin müraciəti məhkəməyə təqdim etsə də, cinayət işinin materiallarında həmin müraciət mövcud deyil. Məhkəmə yuxarıda qeyd edilən halları məcmu halda nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət işinin ibtidai araşdırmasını həyata keçirən müstəntiq tərəfindən təqsirləndirilən şəxsin təməl hüquqlarından biri olan müdafiə hüququ pozulmuşdur. Əvvəla ona görə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində dövlət hesabına müdafiəçi ilə təmin olunsa da, ibtidai araşdırmanın sonraki mərhələsində özünün seçdiyi müdafiəçi ilə müdafiə olunmaq istəmişdir. O, həbs olunduğundan və İstintaq Təcridxanasında saxlanıldığından birbaşa seçdiyi müdafiəçi ilə hüquqi yardım barədə müqavilə bağlaya bilməmişdir. Bu səbəbdən də onun yaxın qohumu tərəfindən belə bir müqavilə bağlanmış, vəkil Səlimxan İsmayılova bununla bağlı vəkil orderi verilmiş, vəkil orderi əsasında vəkil Səlimxan İsmayılov Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmışdır. Qeyd edilənlərdən görünür ki, Təqsirləndirilən şəxs məhz müdafiəçi Səlimxan İsmayılov tərəfindən müdafiə olunmaq istəmişdir. Lakin X17 Təqsirləndirilən şəxs bununla bağlı iradə ifadəsini nəzərə almamışdır. X17 müdafiəçi Səlimxan İsmayılovu təqsirləndirilən şəxsin müdafiəçisi qismində işə buraxdıqdan sonra dövlət hesabına dəvət edilmiş və təyin olunmuş müdafiəçi Rəşad Abdıyevin cinayət prosesində iştirakına xitam verilib/verilməməsi məsələsini həll etməli olduğu halda bunu etməmişdir. Belə ki, cinayət prosessual qanunvericiliyə görə - hər kəsin müdafiə hüququ (o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin edilmə və pulsuz hüquqi yardım alma) təminat altına alınmışdır. Bu o deməkdir ki, şübhəli və təqsirləndirilən şəxsin barəsində hüquq və azadlıqların məhdudlaşdırılması tətbiq edildiyi andan onlar pulsuz hüquqi yardım almaq hüququna malikdirlər. Lakin daha sonra şübhəli və təqsirləndirilən şəxsin maddi vəziyyəti buna imkan verdikdə və təqsirləndirilən şəxs seçdiyi müdafiəçi ilə təmin olunduqda istintaq orqanı tərəfindən dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakına xitam verilməsi məsələsi mütləq qaydada həll edilməli olan məsələlərdən biridir. Təəssüf ki, ibtidai istintaqı həyata keçirən X17 yuxarıda qeyd edilən məsələni həll etməli olduğu halda, bunu həll etməmişdir (cinayət işinin materiallarında dövlət hesabına təyin edilmiş müdafiəçinin cinayət prosesində iştirakına xitam verilməsi ilə bağlı qərar mövcud deyil). Əksinə X17 müdafiəçi Səlimxan İsmayılovun iştirakını təmin etmədən Təqsirləndirilən şəxs 16 mart 2021-ci il tarixdə müdafiəçi Səlimxan İsmayılovdan imtina etməsi barədə ərizəni almaqla (imtinanın səbəbini aydınlaşdırmadan) təqsirləndirilən şəxs barəsində bütün mümkün prosessual hərəkətləri həyata keçirməklə ibtidai istintaqın yekunlaşdırmasına nail olmuşdur. Bu hissədə məhkəmə hesab edir ki, X17 16 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs müdafiəçi Səlimxan İsmayılovdan imtina etməsi barədə ərizəni qəbul etdikdə imtinanın səbəbini aydınlaşdırmalı, eləcə də imtinanın qanuni və əsaslı olması üçün müdafiəçi Səlimxan İsmayılovun iştirakını təmin etməli idi. Yalnız bu halda Təqsirləndirilən şəxs müdafiəçidən imtina etməsi ağlabatan və əsaslı sayıla bilərdi. Lakin hasil olunan nəticə ondan ibarətdir ki, X17 formal cəhətdən Təqsirləndirilən şəxs müdafəçi Səlimxan İsmayılovdan imtina etməsi barədə ərizəni qəbul etməkdə maraqlı olmuşdur. Buna dəlalət edən hal isə ondan ibarətdir ki, X17 16 mart 2021-ci il tarixdən 19 mart 2021-ci il tarixədək olan müddət ərzində təqsirləndirilən şəxsin əlavə dindirməsini, onun 6 (altı) şahidlə üzləşdirməsini həyata keçirmiş, habelə ibtidai istintaqın qurtarmasını ona elan etməklə onu cinayət işinin materialları ilə tanış etmişdir. Başqa sözlə, təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmaqla onun əleyhinə çoxlu sayda sübutlar əldə edərək cinayət işinin ibtidai istintaqını yekunlaşdırmışdır. Belə ki, o, digər şəxslərlə üzləşən və müstəntiqin suallarına cavab verən zaman onun yanında seçdiyi müdafiəçi olmadığından səmərəli şəkildə müdafiə olunmaq imkanından məhrum olmuşdur. Bu hal isə təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə 16 mart 2021-ci il tarixdən etibarən əldə edilmiş sübutların həqiqiliyinə və mümkünlüyünə ciddi şübhələr yaratmışdır. Məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ ciddi şəkildə pozulmuş və bu pozuntuya cinayət işinin ibtidai istintaqını aparan müstəntiqin qərəzli hərəkətləri nəticəsində yol verilmişdir. Müstəntiqin təqsirləndirilən şəxsə qarşı qərəzli mövqeyi həm də onda ifadə olunur ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs cinayət prosesində iştirakına əsassız şəkildə xitam verilmiş seçdiyi müdafiəçisinin iştirakını ibtidai araşdırmanın sonraki mərhələsində tələb etsə və imtina ərizəsinin ondan aldatma nəticəsində alınmasını ifadə etsə də, X17 bu kimi vacib əhəmiyyət kəsb edən müraciəti nəzərə almamışdır. Yəni bu barədə müstəntiqə “siqnal” daxil olsa da, müstəntiq təqsirləndirilən şəxsin bu təşəbbüsünə məhəl qoymamış, təqsirləndirilən şəxsin hüququnu pozmuş olduğu halda və həmin pozuntunu aradan qaldırmaq imkanına malik olduğu halda bununla bağlı təqsirləndirilən şəxsin təşəbbüsünə cavab verməmişdir. Göstərilənlər açıq-aşkar ona dəlalət edir ki, X17 Təqsirləndirilən şəxs hüquqlarını səmərəli şəkildə müdafiə edən və məhz seçdiyi müdafiəçisinin cinayət prosesində iştirakına qərəzli şəkildə xitam vermişdir. Məhkəmə belə nəticəyə gəlir ki, X17 qərəzli şəkildə müdafiəçi Səlimxan İsmayılovun cinayət prosesində iştirakına xitam verməklə öz işini “yüngülləşdirmək” və qısa bir zamanda cinayət işi üzrə təqsirləndirilən şəxsin əleyhinə sübutlar əldə etməklə cinayət işinin ibtidai araşdırmasını yekunlaşdırmaq məqsədi güdmüşdür. Əks nəticəyə gəlmək üçün heç bir əsas müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ, hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında göstərilmiş hüquqi mövqedən görünür ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir. Müdafiə olunmaq hüququ və hüquqi yardım almaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda hər bir şəxsin səmərəli hüquqi yardım hüququnun təmin olunması müəyyən edilmişdir. Paktın 14-cü maddəsinə görə, hər bir şəxs ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılarkən öz iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən və ya seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək; əgər müdafiəçisi yoxdursa, bu hüququ barədə xəbərdar edilmək və ədalət mühakiməsinin maraqları bunu tələb etdiyi istənilən halda onun üçün təyin edilmiş müdafiəçiyə, bu müdafiəçinin haqqını ödəməyə kifayət qədər vəsaiti olmadığı istənilən halda isə pulsuz müdafiəçiyə malik olmaq hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndində - cinayət törətməkdə ittiham olunan hər kəsin şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək hüququ təsbit edilmişdir. Müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. Bu mənada təqsirləndirilən şəxsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Belə ki, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ şəxsin hüquq və azadlıqlarının, həmçinin qanuni mənafelərinin müdafiəsinin təmin edilməsi ilə yanaşı, ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə prinsipləri əsasında həyata keçirilməsinin başlanğıc şərti kimi qiymətləndirilməlidir (Konstitusiyanın 127-ci maddəsinin İV və Vİİ hissələri). Azərbaycan Respublikası CPM-in 92.3.1-ci maddəsinə əsasən - şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçinin iştirakını tələb edə bilər. Bu halda həmin şəxsə özünə müdafiəçi seçmək üçün şərait yaradılmalı, hüquqi yardımı ödəməyə vəsaiti olmadıqda isə ödənişsiz, dövlət hesabına müdafiəçi ilə təmin olunmalıdır. Qanunverici, həmçinin şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etmək hüququnu təsbit etmişdir. Belə ki, CPM-in 92.12-ci maddəsinə əsasən - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda əks etdirilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. Hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən, habelə bu Məcəllənin 92.3.2- 92.3.5, 92.3.8, 92.3.12, 92.3.13-cü maddələrində nəzərdə tutulmuş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır. Sistemli əlaqədə olan və normativ vahidliyi ilə xarakterizə olunan CPM-in 92.3 və 92.12-ci maddələrinə görə, bu Məcəllənin 92.12-ci maddəsində nəzərdə tutulan qaydalar əsasında həyata keçirilən müdafiəçidən imtina yalnız 92.3-cü maddədə göstərilən bəzi hallarda mümkündür. Adıçəkilən maddələr arasında müvafiq əlaqəni CPM-in 92.12-ci maddəsinin sonuncu cümləsi göstərir. Bu normada qanunverici müdafiəçidən imtinanın qəbul olunmaması hallarını sadalayarkən CPM-in 92.3-cü maddəsinə istinad edir. Bu hallar 92.3.2-92.3.5, 92.3.8, 92.3.12, 92.3.13-cü maddələrində nəzərdə tutularaq şübhəli və ya təqsirləndirilən şəxsin fərdi keyfiyyətləri ilə bağlıdır. CPM-in 92.3-cü maddəsində göstərilən bütün digər hallarda (92.3.1, 92.3.6, 92.3.7, 92.3.9-92.3.11-ci maddələr) isə müdafiəçidən imtina qəbul oluna bilər, lakin onun realizə olunması CPM-in 92.12-ci maddəsinin ikinci cümləsinin tələblərinə cavab verməlidir. Cinayət prosesini həyata keçirən orqanların mülahizələrinə əsasən təyin edilmiş müdafiəçidən imtina da eyni tələblərə uyğun həyata keçirilməlidir. Yuxarıda qeyd edildiyi kimi cinayət prosesini həyata keçirən orqanlar öz mülahizələrinə əsasən müdafiəçi təyin edərkən şəxsin fərdi keyfiyyətlərini deyil, işin konkret xüsusatlarını nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hüquqi yardım almaq hüququndan imtinanı müdafiəçidən imtinadan fərqləndirmək lazımdır. Birinci halda şübhəli və ya təqsirləndirilən şəxs bu və ya digər formada müdafiəçiyə malik olmaq hüququnun həyata keçirilməsindən imtina edib, özünün başqa hüququnu - şəxsən müdafiə olunmaq hüququnu realizə etmək istəyini biruzə verir. İkinci halda isə, şübhəli və ya təqsirləndirilən şəxs artıq təyin olunmuş, yaxud CPM-in 92.3-cü maddəsinə görə təmin olunmalı müdafiəçidən imtina edir. CPM-in 92.3 və 92.12-ci maddələri vəhdət təşkil etdiyindən, CPM-in 92.12-ci maddəsində nəzərdə tutulan müdafiəçidən imtina qaydası ikinci hala şamil olunur. CPM-in 92.12-ci maddəsinin müddəalarından görünür ki, müdafiəçidən imtina bir neçə şərtə əməl edildiyi təqdirdə həqiqi və real hesab olunaraq müvafiq orqan tərəfindən qəbul edilir. Bu şərtlər müdafiəçidən imtina haqqında ərizənin şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən öz təşəbbüsü ilə könüllü verilməsi və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin imtina prosedurunda iştirakıdır. Eyni zamanda CPM-in 92.12-ci maddəsinin axırıncı cümləsinin məzmununa görə, yalnız şüurlu imtinaya yol verilir. Digər tərəfdən CPM-in 19.4.2-ci maddəsinin müddəalarına əsasən - cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxslərə onların hüquqlarını izah etməlidir. Belə ki, yalnız bilikli imtinaya yol verilir, yəni şəxs öz hüququndan imtina edərkən onun məzmununu aydın şəkildə dərk etməlidir. Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, Konvensiyanın 6-cı maddəsinin məzmunu şəxsə ədalətli məhkəmə araşdırılmasının təminatlarından qəti sürətdə və yaxud sükutla imtina etməyi qadağan etmir (Avropa Məhkəməsinin X2rşı iş üzrə 18 oktyabr 2006-cı il tarixli Qərarı, §73). Lakin, belə imtinanın Konvensiyanın məqsədləri baxımından həqiqi olması üçün imtina müəyyən olunmalı və onun vacibliyi müvafiq minimal təminatlarla müşayiət olunmalıdır (Avropa Məhkəməsinin Puatrimol Fransaya qarşı iş üzrə 23 noyabr 1993-cü il tarixli Qərarı, §31). Bundan başqa, imtina hər hansı vacib ictimai maraqlara zidd olmamalıdır (Avropa Məhkəməsinin Hakansson və Sturesson İsveçə qarşı iş üzrə 21 fevral 1990-ci il tarixli Qərarı, §66; Avropa Məhkəməsinin X1rşı iş üzrə 01 mart 2006-cı il tarixli Qərarı, §86). Tələb olunan hüquqdan imtina təkcə könüllü deyil, eyni zamanda bilikli və şüurlu olmalıdır. Ədalətli məhkəmə araşdırılmasının anlayışını təşkil edən fundamental hüquqlardan biri olaraq və Konvensiyanın 6-cı maddəsinin təminatlarının səmərəliliyini təmin edən müdafiəçiyə malik olmaq hüququ bilikli və şüurlu imtina standartının xüsusi mühafizəsini tələb edən hüquqların vacib nümunəsidir (Avropa Məhkəməsinin Pişalnikov Rusiyaya qarşı iş üzrə 24 sentyabr 2009-cu il tarixli Qərarı, §77, 78). Sözü gedən qərarda - müdafiəçidən imtina olunmasının şərtləri ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir.
1. Cinayət-prosessual qanunvericiliyə əsasən - müdafiəçidən imtina şübhəli və ya təqsirləndirilən şəxsin “öz təşəbbüsü ilə könüllü” həyata keçirilməlidir. Bu ifadəni təşkil edən sözlər bir-biri ilə qarşılıqlı vəhdətdədir. Yəni imtina təşəbbüsü istənilən halda şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən irəli gəlməlidir (iradəsindən asılıdır). Başqa sözlə, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsə müdafiəçidən imtina barəsində hər hansı təklif yolverilməzdir. Bundan başqa, şübhəli və ya təqsirləndirilən şəxsin qərarının könüllülüyünə hər hansı təsir (psixi və ya fiziki) qeyri-qanunidir. Könüllülük eyni zamanda məcburi imtinanın yolverilməzliyi deməkdir. Cinayət prosesini həyata keçirən orqan müdafiəçidən imtina məsələsinə baxarkən müəyyən etməlidir ki, müdafiəçidən və ya hüquqi yardım almaq hüququndan imtina məcburi olmamışdır.
2. Şübhəli və ya təqsirləndirilən şəxsin iradəsi CPM-in 92.12-ci maddəsinin tələblərinə görə, ərizə ilə ifadə olunmalıdır. Ərizə dedikdə, şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən şəxsən yazılmış və imzalanmış sənəd başa düşülür. Bununla qanunverici belə hallarda sükutla ifadə olunan imtinanın yolverilməzliyini göstərmişdir. Həmin ərizənin mövcudluğu eyni zamanda müdafiəçidən imtinanın məcburliliyinin qarşısını alan təminat kimi hesab olunmalıdır. Könüllülüyün digər bir təminatı isə müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin imtina prosedurunda iştirakıdır.
3. Konstitusiyanın 61-ci maddəsinin İİİ hissəsində təsbit olunmuş hüququn ədalət mühakiməsinin səmərəliliyi üçün əhəmiyyətini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda hesab edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçiyə malik olmaq hüququnun həyata keçirilməməsi faktı cinayət prosesini həyata keçirən orqanlardan bir sıra prosessual hərəkətləri etməyi tələb edir. Belə ki, CPM-in 19.4.2-ci maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxslərə onların hüquqlarını izah etməlidirlər. Bu mənada izah şübhəli və ya təqsirləndirilən şəxsi onun hüquqları haqqında təkcə məlumatlandırmaqdan ibarət deyil, habelə konkret prosessual hüquqların məzmununun açıqlanması, şübhəli və ya təqsirləndirilən şəxsin qəbul edəcəyi qərarın mümkün nəticələri haqqında xəbərdar olunmasıdır. Adıçəkilən orqanların bu hərəkətləri protokolda öz əksini tapmalıdır. Avropa Məhkəməsinin artıq formalaşmış hüquqi mövqeyinə görə, şəxs Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan hüquqlardan sükutla öz əməlləri (hərəkətləri və ya hərəkətsizliyi) vasitəsilə imtina edərkən şüurlu şəkildə öz imtinasının nəticələrini qabaqcadan görməlidir (Avropa Məhkəməsinin X18rşı iş üzrə 27 mart 2007-ci il tarixli Qərarı, §59; Avropa Məhkəməsinin Panovits Kiprə qarşı iş üzrə 11 dekabr 2008-ci il tarixli Qərarı, §68; Avropa Məhkəməsinin Pişalnikov Rusiyaya qarşı iş üzrə 24 sentyabr 2009-cu il tarixli Qərarı, §77). Xüsusilə qeyd olunmalıdır ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməməsi, müdafiəçidən imtina edildiyi halda isə CPM-in 92.12-ci maddəsinin tələblərinə və Konstitusiya Məhkəməsinin bu qərarında belə imtinanın şərtlərinə dair müəyyən etdiyi hüquqi mövqeyinə uyğun həyata keçirilməməsi, məhkəmə tərəfindən CPM-in 303.3.1-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilərək, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Cinayət-Prosessual Məcəllənin 139.0.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 10.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında verilmiş təfsiri cinayət prosesi iştirakçıları üçün məcburidir. Yuxarıda göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 16 mart 2021-ci il tarixdə müdafiəçi Səlimxan İsmayılovdan imtina etməsi barədə ərizəni ibtidai istintaq orqanına təqdim etsə də, həmin imtina “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011ci il tarixli qərarında göstərilmiş tələblərə və şərtlərə uyğun olmamışdır. Yəni təqsirləndirilən şəxsin müdafiəçidən imtinası “öz təşəbbüsü ilə könüllü” olmamışdır. Başqa sözlə, təqsirləndirilən şəxsin müdafiəçi Səlimxan İsmayılovdan imtina etməsi bilavasitə təqsirləndirilən şəxsin təşəbbüsü olmamış, əksinə həmin imtina məcburi olmuş, yəni müstəntiqin təklifi ilə verilmiş imtina olmuşdur. Bundan başqa, X17 Təqsirləndirilən şəxs imtina ərizəsini qəbul edərkən imtinanın səbəbini aydınlaşdırmamış, imtinanı qəbul edərkən iştirakına xitam verilən müdafiəçinin iştirakını təmin etməmiş, eləcə də imtinanın nəticəsi barədə təqsirləndirilən şəxsi xəbərdar etməmişdir. Halbuki müdafiəçidən imtinanın könüllülüyün təminatı iştirakına xitam verilməli olan müdafiəçinin vəkilin imtina prosedurunda iştirakının təmin edilməsində ifadə olunur. Qeyd edilənlər bir daha onu göstərir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ müstəntiq tərəfindən kobud və ciddi şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün)n kobud qanun pozuntuları hesab edilirlər və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Qanunla qeyd edilən hallar mövcud olduqda, CPM-in 303-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi zəruridir. Məhkəməyədək icraat zamanı bir sıra qanun pozuntularına yol verildiyindən Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinin tələbləri pozulmuşdur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Məhkəmə tərkibi cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərək onlara dair aşağıdakı nəticələrə gəlmişdir: - Məhkəməyə daxil olmuş cinayət işinə baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinə aid olsa da, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə ciddi əsaslar vardır. - Aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələbləri pozulmuşdur. Məhkəmə yuxarıda qeyd edilmiş halları və dəlilləri məcmu halda nəzərə alaraq hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3-cü maddəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən, yəni Təqsirləndirilən şəxs müdafiə hüququ kobud şəkildə pozulduğundan Təqsirləndirilən şəxs və onun müdafiəçisi X12 tərəfindən ayrı-ayrılıqda verilmiş yazılı vəsatətlər təmin edilərək cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.5., 303.1, 303.2, 303.3.1-ci maddələrini rəhbər tutub məhkəmə qərar a a l d ı :
1. Təqsirləndirilən şəxs və onun müdafiəçisi X12 tərəfindən ayrı-ayrılıqda verilmiş yazılı vəsatətlər təmin edilsin.
2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntusuna yol verildiyindən bu pozuntunun aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna qaytarılsın.
3. Qərarın surəti dövlət ittihamçısına, təqsirləndirilən şəxsə və müdafiəçiyə göndərilsin.