Məhkəmə qərarları › İş №1(101)-1154/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1154/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1154/2024 16.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokurorları Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-cı il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, bina 13b, mənzil 14 qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında internet sosial şəbəkəsinin «İnstaqram» səhifəsində tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan «Abbas» adlı şəxsin ona göndərəcəyi ünvana külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitələr tiryək və qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq aparıb qoyacağının müqabilində 10 qram narkotik vasitə heroin əldə edəcəyi ilə bağlı 22,08.2023-cü il tarixdə qabaqcadan razılıq əldə etmiş, həmin tarixdə saat 19:10 radələrində «Abbas» adlı şəxs tərəfindən üzərində “Caranti Karqo” sözləri yazılmış, skoçla bağlanmış ağ-göy rəngli polietilen bağlamanın içərisindəki 01 ədəd qara rəngli sellofan bağlamada külli miqdarda təmiz çəkisi 305 qram olan spesifik iyə malik tünd qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, 01 ədəd üzərində psixotrop maddə metamfetaminə məxsus izləri olan elektron tərəzini və 01 ədəd skoçla bağlanmış qara rəngli sellofan bağlamada küll imiqarda təmiz çəkisi 3100 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd qara rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 5,173 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qoyulduğu ünvan 1 ünvanda gizlədilmiş yerdən götürüb tanımadığı ünvana çatdırılması üçün üzərində daşıyarkən həmin ünvanda Nərimanov rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinin inzibati binasına gətirilmiş, inzibati binada xidməti otaqda üzərində keçirilmiş şəxsi axtarış zamanı əlində saxladığı “Caranti Karqo” sözləri yazılmış, skoçla bağlanmış ağ-göy rəngli polietilen bağlamanın içərisindəki 01 ədəd qara rəngli sellofan bağlamada külli miqdarda təmiz çəkisi 305 qram olan spesifik iyə malik tünd qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd üzərində psixotrop maddə metamfetaminə məxsus izləri olan elektron tərəzi və 01 ədəd skoçla bağlanmış qara rəngli sellofan bağlamada küli miqarda təmiz çəkisi 3100 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 5,173 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o narkotik vasitə istifadəçisidir, özünü buna görə qismən təqsirli bilir. Narkotik vasitə götürmək üçün pul atmışdır. Narkotiki götürməyə gedərkən tutulmuşdur, ona atılan konumdakı ünvana “kokos” deyilən narkotik vasitə üçün getmişdir. Polislər onu tutanda götürdüyü narkotik üzərində olmuş və polis idarəsində onun üzərində baxış keçirilmişdir. İttihamda üzərindən aşkar olunduğu yazılan 5,173 qram metamfetamin, 305 qram tiryək və 3100 qram marixuana iddiası yalandır. Üzərində saxlanılan zaman heç nə olmamışdır. Abbas adlı şəxsi tanıyır, Abbasdan narkotik vasitə, yəni kokos alırmış, nə vaxt aldığını bilmir. Abbasa 50 manat atıb əvəzində 2-3 qram narkotik vasitə götürürmüş, onunla vatsap vasitəsilə əlaqə saxlayırmış. O, heç kəsə narkotik verməmiş və ya satmamışdır. Satış niyyəti olmadan öz istifadəsi üçün kokos götürmək məqsədilə həmin ünvana getmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o Nərimanov RPİ-də NMB-də əməliyyat müvəkkilidir. Avqust ayının 22-si xidməti ərazidə olan zaman Təqsirləndirilən şəxslə üzbəüz gəlmişlər, onları görən zaman yolunu dəyişdiyi üçün ondan şübhələnmişlər. Yaxınlaşıb şəxsə özlərini təqdim etmişlər. Onlarla danışan zaman həyəcanlı olmuşdur. Üzərində nə olduğunu soruşduqda, cavab verə bilmədiyi üçün onu şöbəyə aparmışlar. Şöbədə şəxsin üzərindən narkotikəbənzər maddə aşkar edilərək götürülmüşdür. Aşkar edilən maddələri tanımadığı Abbas adlı şəxsdən aldığını və onun dediyi yerə aparacağını bildirmişdir. Şəxsi saxlayan zaman ayıq halda olmuş, ona heç bir fiziki-psixi təsir göstərilməmiş, təqsirləndirilən şəxsin də onlara qarşı hərhansı müqaviməti olmamışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Nərimanov RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis baş leytenantı X3 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023- cü il tarixdə saat 19:10 radələrində üzərində “Caranti Karqo” sözləri yazılmış, skoçla bağlanmış ağ-göy rəngli polietilen bağlamanın içərisindəki 01 ədəd qara rəngli sellofan bağlamada spesifik iyə malik tünd qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, 01 ədəd üzərində psixotrop maddə metamfetaminə məxsus izləri olan elektron tərəzini və 01 ədəd skoçla bağlanmış qara rəngli sellofan bağlamada bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd qara rəngli sellofan bükümdə psixotrop maddə metamfetamini ünvan 1 ünvanda gizlədilmiş yerdən götürüb tanımadığı ünvana çatdırılması üçün üzərində daşıyarkən həmin ünvanda Nərimanov rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinin inzibati binasına gətirilmiş, inzibati binada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində saxladığı “Caranti Karqo” sözləri yazılmış, skoçla bağlanmış ağ-göy rəngli polietilen bağlamanın içərisindəki 01 ədəd qara rəngli sellofan bağlamada spesifik iyə malik tünd qəhvəyi rəngli qətranabənzər narkotik vasitə tiryək, 01 ədəd psixotrop maddə metamfetaminə məxsus izləri olan elektron tərəzi və 01 ədəd skoçla bağlanmış qara rəngli sellofan bağlamada bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli sellofan bükümdə ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD Diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:10 radələrində üzərində “Caranti Karqo” sözləri yazılmış, skoçla bağlanmış ağ-göy rəngli polietilen bağlamanın içərisindəki 01 ədəd qara rəngli sellofan bağlamada spesifik iyə malik tünd qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, 01 ədəd üzərində psixotrop maddə metamfetaminə məxsus izləri olan elektron tərəzini və 01 ədəd skoçla bağlanmış qara rəngli sellofan bağlamada bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd qara rəngli sellofan bükümdə psixotrop maddə metamfetamini ünvan 1 ünvanda gizlədilmiş yerdən götürüb tanımadığı ünvana çatdırılması üçün üzərində daşıyarkən həmin ünvanda Nərimanov rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinin inzibati binasına gətirilmiş, inzibati binada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində saxladığı “Caranti Karqo” sözləri yazılmış, skoçla bağlanmış ağ-göy rəngli polietilen bağlamanın içərisindəki 01 ədəd qara rəngli sellofan bağlamada spesifik iyə malik tünd qəhvəyi rəngli qətranabənzər narkotik vasitə tiryək, 01 ədəd psixotrop maddə metamfetaminə məxsus izləri olan elektron tərəzi və 01 ədəd skoçla bağlanmış qara rəngli sellofan bağlamada bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli sellofan bükümdə ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:10 radələrində ünvan 1 ünvanda polis əməkdaşları tərəfindən saxlanılaraq Polis idarəsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində saxladığı “Caranti Karqo” sözləri yazılmış, skoçla bağlanmış ağ-göy rəngli polietilen bağlamanın içərisindəki 01 ədəd qara rəngli sellofan bağlamada narkotik vasitə tiryək, 01 ədəd elektron tərəzi və 01 ədəd skoçla bağlanmış qara rəngli sellofan bağlamada qurudulmuş marixuana və əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarından müəyyən olunur ki, istintaq zamanı xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi zamanı götürülmüş bir ədəd Samsunq markalı mobil telefona baxış keçirilmiş, mobil telefon Samsunq Galaxy markalı, A3 modelli mobil telefon olmaqla işlək vəziyyətdə olmuşdur. Telefonda olan mobil nömrələrin yaddaş siyahısına baxış zamanı orada «Müdir» adı ilə qeydiyyatdan keçmiş +98 914 *** **** nömrəsi qeyd olunmuş İran İslam Respublikasına aid mobil nömrə müəyyən edilmişdir. Mobil telefonun içərisində iş üçün əhəmiyyət kəsb edən şəxslərə məxsus digər mobil nömrələr aşkar edilməmişdir. Mobil telefonun “Whatsapp” proqram təminatı hissəsində «Müdir» adı ilə qeydiyyatdan keçmiş şəxslə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı GSM mobil nömrəsinə xx.xx.2023-cü il tarixdə “Whatsapp” hissəsinə mesajların da gəldiyi müəyyən edildi. “Whatsapp” proqramının mesajlarına baxış zamanı orada əvvəlcə konum olduğu, daha sonra 8 ədəd fotonun göndərildiyi müəyyən edildi. Qeydə alınmış fotolarda xüsusi işarələrlə istiqamətlər göstərilmiş, həmçinin xüsusi işarə ilə selofan paketin saxlanıldığı yer fotolarda Öz əksini tapmışdır. Mobil telefona baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirdi ki, «Müdir» adı ilə qeydiyyatdan keçmiş şəxsin İran İslam Respublikası vətəndaşı «Abbas» kimi tanıdığı şəxsin mobil nömrəsidir və xx.xx.2023-cü il tarixdə həmin mobil nömrədən ona gəlmiş zəng, konum və işarələnmiş fotolarla əsasən aralarında olan razılaşmaya görə narkotik vasitələri və psixotrop maddə ünvan 1 ünvanda gizlədilmiş yerdən ona deyiləcək yerə qoyulması üçün götürmüşdür. Cinayət işi materiallarından müəyyən olunur ki, istintaq zamanı Bakcell MMC-dən xx.xx.2023-cü il tarixli, BKC/LGL 15343/23 nömrəli məktubla alınmış 01 ədəd DYD-R diskinə baxış zamanı ***-***-**-** saylı GSM mobil nömrəsinə giriş və çıxış zənglərinin siyahısı müəyyən edilmişdir. Qeyd olunan zənglərin siyahısına baxış zamanı xx.xx.2023cü il tarixdə 01:56:06 dəqiqədə ***-***-**-** saylı GSM mobil nömrəsinə ***-***-**-** saylı GSM mobil nömrəsinə mesaj daxil olduğu, həmin mesajda «Didim öldürür, mən ölürəm, dərmanı çıxart başıva dönüm düşürəm» göstərildiyi, xx.xx.2023-cü il tarixdə 05:09:45 dəqiqədə ***-***-**-** saylı GSM mobil nömrəsinə ***-***-**-** saylı GSM mobil nömrəsinə mesaj daxil olduğu, həmin mesajda «başqaları satır, dvijeniya edir, əsəblərimə toxunur» göstərildiyi, xx.xx.2023-cü il tarixdə 23:16:42 dəqiqədə ***-***-**-** saylı GSM mobil nömrəsinə ***-***-**-** saylı GSM mobil nömrəsinə mesaj daxil olduğu, həmin mesajda «on beş dəq çatıram brat yaşıl market vara istəyirsən qoy ora gəlib götürərəm» göstərildiyi, xx.xx.2023-cü il tarixdə 02:28:03 dəqiqədə ***-***-**-** saylı GSM mobil nömrəsinə ***-***-**-** saylı GSM mobil nömrəsinə mesaj daxil olduğu, həmin mesajda «Daş hə» göstərildiyi, xx.xx.2023-cü il tarixdə 00:11:19 dəqiqədə ***-***-**-** saylı GSM mobil nömrəsinə ***-***-**-** saylı GSM mobil nömrəsinə mesaj daxil olduğu, həmin mesajda «brat alınır, səbirli ol çıxanda deyəcəm, problemim böyükdü», «balaca daş öz adamçm götürmüşəm bir dənədi, əlavə istəyin nədisə, pulun nə qədərdi ona uyğun artıqldamasıyca alım tez yaz» göstərildiyi, 07.0.7.2023-cü il tarixdə 22:37:45 dəqiqədə ***-***-**-** saylı GSM mobil nömrəsinə 055- ***-**-** saylı GSM mobil nömrəsinə mesaj daxil olduğu, həmin mesajda «axşam saat səkgizə qalırdı 0.3 kola götürdüm 9za qalırdı» göstərildiyi, xx.xx.2023-cü il tarixdə 12:57:13 dəqiqədə ***-***-**-** saylı GSM mobil nömrəsinə ***-***-**-** saylı GSM mobil nömrəsinə mesaj daxil olduğu, həmin mesajda «qardaşım gedim qəhbə məni lomkada qoydu o cür də yol gedim», «tema yoxdu, özüm ölürəmtaksidəyəm evdəkilərlə», «qaqaş mən lomkadaya», «çatsın kart xəbər elə» göstərildiyi, xx.xx.2023-cü il tarixdə 22:15:52 dəqiqədə ***-***-**-** saylı GSM mobil nömrəsinə ***-***-**-** saylı GSM mobil nömrəsinə mesaj daxil olduğu, həmin mesajda «Kolam var bəyəm götürəndə verərəm yarı yarı verim» göstərildiyi, xx.xx.2023-cü il tarixdə 03:33:34 dəqiqədə ***-***-**-** saylı GSM mobil nömrəsinə ***-***-**-** saylı GSM mobil nömrəsinə mesaj daxil olduğu, həmin mesajda «Lomkadan ölürəm falqanı tez çatdırsanoku başıva dönüm pisdli halım gəl payıva düşəni götür get» göstərildiyi, eyni zamanda zənglərin siyahısında bü kimi mesajların kütləvi hal aldığı müəyyən edildi. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/4513 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №44» dairəvi möhür əksi və «şübhəli Təqsirləndirilən şəxs «imza»» soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd selofon bükümdə təmiz çəkisi 5,173 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. üzərində «şübhəli Təqsirləndirilən şəxs «imza»» soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd qara rəngli bağlamada təmiz çəkisi 305 qram olan spesifik iyə malik tünd qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Təqdim edilmiş bir ədəd elktron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminə bənzər izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək və maddə nümunəsi ilə müqayisəli tədqiqatın aparmaq mümkün deyildir.Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri’in İ siyasıhına daxildir.Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrim İ siyasıhına daxildir.Qeyd: Ekspertiza tədqiqatına təqdim edilmiş metamfetaminin təmiz çəkisi 5,173 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 5,123 qram. Tiryəkin təmiz çəkisi 305 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 304,950 qram. Ekspertiza tədqiqatının dəyəri 65(atmış beş) manat Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 7/1197 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, ağ kağız üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs»- yazılar və imzalar olan üzərində «Caranti Cargo» sözləri yazılmış, skoçla bağlanmış qara rəngli selofon bağlamada təmiz çəkisi 3100 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiçindən kustar üsulla hazırlanmış narkotik vasitə - marixuanadır. Tədqiqata təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan marixuananın hissəcikləri yoxdur. Qeyd: Marixuananın təmiz çəkisi 3100 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 3099,8 qram. Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi ambulator məcburi- narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 6970 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 2974 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(005)-1266/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 22 avqust 2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, qazancının 20 faizi dövlət nəfinə tutulmaqla, 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya İdarəsindən sorğu edilərək əldə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 21-2/3-1328 saylı, 11 mart 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə 6 ay müddətinə qazancının 20 faizi məbləğində dövlət nəfinə tutulmaqla, islah işləri cəzasına məhkum edilməsi barədə Sumqayıt şəhər Probasiya şöbəsində məlumat mövcud deyildir. Abşeron rayon məhkəməsindən sorğu edilərək əldə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 22/01 150/24-1 saylı, 13 mart 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə 6 ay müddətinə qazancının 20 faizi məbləğində dövlət nəfinə tutulmaqla, islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarından hökmün icraya yönəldilməyi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 80.1, 80.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətə görə məhkum edilərkən iki il keçdikdə məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur. Məhkəmə hesab edir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü qanuni qüvvəyə mindiyi gündən iki il keçdiyindən və məhkəmənin ittiham hökmü icra edilmədiyindən, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinməklə 6 ay müddətinə qazancının 20 faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzasını çəkməkdən azad edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aiddir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 22 avqust 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxsdan götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,123 qram metamfetamin, 304,950 qram tiryək, 3099,8 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 137 (yüz otuz yeddi) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan 22 avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 137 (yüz otuz yeddi) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxsdan götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,123 qram metamfetamin, 304,950 qram tiryək, 3099,8 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar