Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1155/2021 09.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, sədrlik edən Xankişiyev Mirzə Aslan oğlu, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayət Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları Dövlət ittihamçısı, X1, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhər 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, suğay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Sumqayıt şəhəri, Nizami küçəsi, ev 19C, məhəllə 6 da qeydiyyatda olan və yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 5 (beş) ədəd bükümdə ümumi çəkisi 4,754 qram psixotrop maddə olan metamfetamini sosial şəbəkə vasitəsi ilə istintaqa məlum olmayan tanımadığı şəxsdən istintaqla müəyyən edilməyən tarixdə 110 manata alaraq əldə edib, özündə saxlamaqla daşımış, vətəndaş Şahid3 bir qrup şəxsin ictimai asayişi pozmaları barədə DİN-102 xidmətinə verdiyi məlumat əsasında, Nəsimi Rayon Polis İdarəsinin 22-ci PŞ-nin əməkdaşları tərəfindən 23 yanvar 2021-ci il tarixdə saat 16:30 radələrində ünvan 1 ünvanın qarşısında olan zaman saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkcənin sol yan cibindən 1 bükümdə 0,932 qram çəkidə, 1 bükümdə 0,988 qram çəkidə, 1 bükümdə 1,005 qram çəkidə, 1 bükümdə 0,867 qram çəkidə, 1 bükümdə 0,962 qram çəkidə, cəmi 5 (beş) ədəd bükümdə eyni tərkibli külli miqdarda ümumi təmiz çəkisi 4.754 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, atası Əbil Mədətovun xəstəliyi ilə bağlı onu əməliyyat etmiş Elçin Əliyevdən dərman adı soruşmaq üçün 23 yanvar 2021-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Qoqol küçəsindəki ünvana getmişdir. Binanın aşagısındakı qapı bağlı olmuş, həmin qapının kodunu bilmədiyi üçün qapını itələyərkən qapının şüşəsi sınmışdır. Həmin vaxt səs küyə sakinlər çıxmış və ünvana polis əməkdaşlarını çağırmışlar. Polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Bundan sonra üzərinə videoçəkilişlə axtarış keçirilən zaman onun üzərində heç bir narkotik vasitə aşkar olunmamış, üzərinə həmin maddələr polis əməkdaşları tərəfindən qoyulmuşdur. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmamış, bütün bunlar polislərin ona atdığı şərdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 23.01.2021-ci il tarixdə DİN-nin 102 XZM-dən daxil olmuş məlumat əsasında əməliyyat qrupu ilə birgə Nəsimi rayonu, Qoqol küçəsi 9 ünvanına getmişlər. Hadisə yerində olan şəxslərdən sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs özünü şübhəli aparmış və bu vaxt ondan səbəbi soruşulduqda, üzərində psixotrop maddə olduğunu bildirmişdir. Bundan sonra birgə Nəsimi RPİ-nin 22-ci PŞ-nə gəlmişlər. Polis şöbəsinə gətirilən şəxs barəsində qanuna müvafiq tədbirlərin görülməsi məqsədilə polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ilə birgə raport tərtib etmiş və raportun icrası həmin şöbənin təhqiqatçısı Nicat Ədilbəyliyə həvalə edilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra təhqiqatçı Nicat Ədilbəylinin xidməti iş otağına aparılmışdır. Orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını izah edib vəkillərin siyahısı ilə tanış etdikdə, sonuncu hüquqlarının hər hansı bir vəkil tərəfindən müdafiə edilməsi üçün vəkil təyin edilməsi barədə ərizə yazmışdır. Buna görə də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədilə 14 saylı Vəkil Bürosunun vəkili X2 təyin edilmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərinə şəxsi axtarış aparılacağım və şəxsi axtarışın videoçəkİlişlə aparılacığını bildirmiş, Təqsirləndirilən şəxs etiraz etməmişdir. Bunda sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoymasını təklif etdi və o, əynində olan boz rəngli gödəkcənin sol cibindən 5 ədəd içərəisində ağ kristal maddə olan bükümləri çıxarıb təqdim etmiş, həmin maddəni şəxsi istifadəsi üçün internet vasitəsilə tanış olduğu şəxsdən aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş və heç bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş özünün deməsinə görə psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, ucadan bizlərə oxunmuş, heç bir əlavə və şikayət daxil olmadığı üçün iştirak edən hər kəs həmin protokolu imzalamışdır. Əldə olunmuş əməliyyat məlumatına əsasən Sabir Məmmədov psixotrop maddələrin satışı ilə məşğuldur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22 PŞ-nin əməliyat müvəkkili Şahid1, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 23 yanvar 2021ci il tarixdə saat 15 radələrində yaşadığı evin qarşısında səs-küy eşitmişdir. Həmin səsküyün binaya gələn şəxslərin binanın giriş qapısının şüşələrini sındırması nəticəsində yarandığını bilmişdir. Lakin daha sonra səs- küyün kəsilmədiyini görüb DİN-nin 102 XZMnə müraciət etmişdir. Müraciətindən sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 24 yanvar 2021-ci il tarixli 6/301 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ...” yazısı olan zərfdəki 5 ədəd bükümdə ümumi təmiz çəkisi 4,754 qram ag rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 15 aprel 2021-ci il tarixli 6/1376 saylı əlavə rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti N-59 ştamp əksi olan paketdəki vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 5(beş) ədəd bükümlərdəki metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 15.02.2021-ci il tarixli 478 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui- istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 27.04.2021-ci il tarixli 917 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal- hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı Nicat Ədilbəyli tərəfindən tərtib edilmiş 23 yanvar 2021-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokolla Təqsirləndirilən şəxs, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin inzibati binasına gətirilməsi, orada üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı boz rəngli gödəkcənin sol qabaq yan cibindən 5 ədəd bükümdə şəffaf sellefonda içərisində kristal formada psixotrop maddəyə bənzər “Metamfetamin” deyilən maddə aşkar edildiyi, həmin maddəni haradan və nə üçün aldığı soruşulduqda özü istifadə etmək üçün 110 manata 22.01.2021-ci il tarixdə instagram sosial şəbəkəsi vasitəsilə tanımadığı İran İslam Respublikası vətəndaşı olduğunu bildirən şəxsin hesabına onlayn pul köçürdükdən sonra həmin şəxsin ona qeyd etdiyi ünvana getdikdən sonra göstərdiyi yerdən götürməsi faktı təsdiq olunur. İstintaq materiallarında olan və Nəsimi RPİ-nin 22-ci PŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini satış məqsədilə əldə etməsi və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur, Təqsirləndirilən şəxs kimlərə narkotik vasitə satması və psixotrop maddəni haradan əldə etməsi istiqamətində bir sıra tədbirlər görülmüşdür, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə hal-hazıradək müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşqul olmaması, həmin narkotik vasitənin ona məxsus olmaması barədə ifadə verməklə o, yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür, məhkəmə onun ifadəsini inandırıcı hesab etmir və həmin ifadəyə tənqidi yanaşır. Beləliklə, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, SMS danışıq yazışmaları, habelə cinayət işinin materialları üzrə toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, onun, ittiham olunduğu cinayət əməlini törətməsi kifayət qədər sübut yetirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan Nəsimi rayon məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 23 yanvar 2021-ci il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin 23 may 2021-ci il tarixdə başa çatması ilə əlaqədar Nəsimi rayon məhkəməsinə qətimkan tədbirinin uzadılması ilə əlaqədar təqdimatla müraciət olunsada həmin təqdimat Nəsimi rayon məhkəməsinin 17 may 2021ci il tarixli qərarı ilə rədd edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından azad olunmuşdur. Cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs 23 yanvar 2021-ci il tarixdən 17 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay 24 gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəzadan çıxılmaqla cəzaçəkmə müddətinin başlanğıcı hökm elan olunduğu, yəni 09 iyul 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbi ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 228 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Nəsimi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,504 qram psixotrop maddə metamfetamin məhv edlməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Müdafiəçi, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 05 saylı vəkil bürosunun hesabına 144 (yüz qırx dörd) manat pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 23 yanvar 2021-ci il tarixdən 17 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 24 (iyirmi dörd) gün ona təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və qəti olaraq üzərində 04 (dörd) il 08 (səkkiz) ay 06 (altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə ilas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 228 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Nəsimi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,504 qram psixotrop maddə metamfetamin məhv edlsin. Müdafiəçi, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 05 saylı vəkil bürosunun hesabına 144 (yüz qırx dörd) manat pul ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1155/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1155/2021
09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver