Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1155/2022 26.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı3, İ dərəcəli hüquqşünaslar Dövlət ittihamçısı2, Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində iki nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2rəsiz evdə yaşamış, 18 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 yanvar 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 06 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,132 qram, 2,892 qram, 1,130 qram, 1,455 qram, 1,723 qram və 0,810 qram olan, ümumi təmiz çəkisi isə 9,142 qram təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli heroin narkotik vasitəsi əldə edib, üstündə saxlamaqla daşımış və 18 yanvar 2022-ci il tarixdə, saat 15:00 radələrində Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin (bundan sonra: RPİ, PŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək ünvan 3 ünvanda yaşadığı evin qarşısında saxlanılıb Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparılaraq orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki açıq göy rəngli cins şalvarının sol yan cibindən 05 ədəd şəffaf rəngli və tund göy rəngli qış gödəkçəsinin sol iç cibindən 01 ədəd şəffaf rəngli sellofanda hər birinin ayrı-ayrılıqda çəkiləri 1,132 qram, 2,892 qram, 1,130 qram, 1,455 qram, 1,723 qram və 0,810 qram olan, ümumi təmiz çəkisi isə 9,142 qram təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli heroin narkotik vasitəsi aşkar olunaraq ondan götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyib narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitələri yalnız özünün şəxsi istifadəsi üçün alıb əldə etdiyini qeyd etdi və ittihamın mahiyyəti üzrə ifadəsində göstərdi ki, tutulmazdan təxminən dörd ay əvvəl «kokos» kimi tanıdığı heroin narkotik vasitəsindən çəkmək yolu ilə istifadə etməyə başlamışdır. O, gün ərzində iki dəfə olmaqla hər dəfə bir çet (burada: bir qramın dörddə biri) istifadə etmişdir. Həmin narkotik maddələri o, Əfqan adlı tanışından şəxsi istifadəsi üçün almışdır. Əfqanın harada yaşadığını, konkret anket məlumatlarını bilməmişdir. Sonuncu dəfə 17 yanvar 2022-ci il tarixdə axşam saatlarında yaşadığı evin yaxınlığında Əfqan adlı şəxslə görüşüb 150 (yüz əlli) manat ödəməklə ondan ümumillikdə 06 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri satmaq niyyəti ilə deyil şəxsi istifadəsi üçün almış və istifadə etmək üçün üzərində saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, 18 yanvar 2022-ci il tarixdə, saat təqribən 15 radələrində Hövsan qəsəbəsində yaşadığı evin yaxınlığında olarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onun şəxsiyyəti ilə maraqlanmış, o, özünü təqdim etdikdən sonra onu yaxınlıqda olan PŞ-nə aparmışlar. Polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçiriləcəyini bildirdikdə, o, etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə soruşulmuş, olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. O da əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibində 05 ədəd və tünd göy rəngli qış gödəkçəmin sol iç cibində 01 ədəd saxlamaqla daşıdığı ümumillikdə altı ədəd şəffaf rəngli sellofanlarda içərisində heroin narkotik vasitələri olan bükümləri təqdim etmişdir. Təqdim etdiyi bükümlərə baxış keçirilmiş və içərisində heroin narkotik vasitələri aşkar edilmişdir. Sorğu zamanı altı ədəd bükümdə olan maddələrin heroin kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Ondan 06 (altı) ədəd bükümdə aşkar edilmiş narkotik vasitə götürülərək zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılan zərf 194 saylı möhürlə möhürlənmişdir. Onun üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edildikdən sonra tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun özü və iştirakçılar tərəfindən imzalanmışdır. Möhürlənmiş zərfin narkotik vasitə ilə birlikdə ekspertizaya göndəriləcəyini öyrənmişdir. Ən nəhayət, Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, o, saxlanılarkən, Polis Şöbəsinə aparılarkən və ya ibtidai istintaqın gedişatında heç bir təsir və ya təzyiqlərə mərzuz qalmamış, heç nəyə məcbur edilməmişdir. İfadələri kompyüterdə yazılsa da, yekunda oxumuş və dediklərinin doğru yazılmasına əmin olmuşdur. Sadəcə istintaq orqanının satışla bağlı gəldiyi nəticə ilə razılaşmamışdır və özünü satışla günahkar bilmir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Suraxanı RPİ-nin 30-cu PŞ-nin cinayət axtarış (CA) üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, ona etimad doğuran qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması bildirilmiş və həmin məlumatın yoxlanılması və əməliyyat axtarış tədbirinin həyata keçirilməsi məqsədilə onun tərəfindən Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəhbərliyinə raportla müraciət olunmuşdur. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. 18 yanvar 2022-ci il tarixdə o və şöbənin digər əməkdaşı əməliyyat müvəkkili Şahid2 daxil olan məlumatla bağlı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanın qarşısında, saat 15:00 radələrində saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmişdir. İşin icrası həvalə edilmiş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və xidməti iş otaqların birində onun və digər polis əməkdaşının iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə ararılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyalar və ya sənədlər saxladığı təqdirdə, könüllü sürətdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarının sol yan cibindən 05 ədəd şəffaf rəngli sellofana və tünd göy rəngli qış gödəkçəsinin sol iç cibində olan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri çıxarıb təqdim etmiş, həmin bükümlərin içəində heroin kimi tanıdığı narkotik maddə olduğunu bildirmişdir. Sualları cavablandıran Təqsirləndirilən şəxs həmin narkotik vasitələri 17 yanvar 2022-ci il tarixdə, axşam saatlarında özünün yaşadığı evin yaxınlığında «Əfqan» adlı tanışından 150 manat nəğd pul ödəyərək özünün şəxsi istifadəsi üçün aldığını, bir qismini istifadə etdiyini, qalıq hissəsini isə üzərində saxlamaqla daşıdığını bildirmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 06 ədəd bükümün içərisində toz halında olan qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddələr qablaşdırılmiş və DİN-nin «Zərflər üçün» 194 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvana video çəkiliş aparılmaqla baxış keçirilsə də, baxış nəticəsində mənzildən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir qansuz əşya və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmasını müəyyən edilməsi məqsədi ilə tərəflərindən tədbirlər davam etdirilməkdədir. Belə ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddələrin tərkibinin müəyyənləşdirilməsi üçün müstəntiq tərəfindən ayrıca icraatda cinayət işi ayrılmış və onlara əməliyyat tapşırıqları verilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya Polis Şöbəsinə gətirilərkən ona qarşı heç bir müqavimət göstərilməmiş və ya zor tətbiq edilməmişdir. Bundan başqa, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilən Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə digər əməliyyat müvəkkili Şahid2 vermiş olduğu ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid2 tədqiq olunan həmin ifadəsində məhkəmədə şahid qismində dindirilmiş həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan şahidlər Şahid1 və Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı Şahid1 və Şahid2 məhkəməyədək icraat mərhələsində vermiş olduqları sərbəst ifadələrində işin halları ilə bağlı göstərdikləri və olduğu kimi məhkəmə baxışında bir daha təsdiq etdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təstiq etmişlər (iş vərəqə: 127-136). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “şəxsi axtarış aparılması və götürmə barədə” 18 yanvar 2022-ci il tarixli protokolun məzmunundan görünür ki, həmin tarixdə ünvan 3 ünvanın qarşısında, saat 15:00 radələrində Suraxanı RPİ-nin 30-cu PŞnin CA üzrə digər əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 tərəfindən saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmiş vət. Təqsirləndirilən şəxs üzərində video çəkiliş müşaiyəti ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan açıq göy rəngli cins şalvarının sol yan cibindən 05 ədəd və əynində olan tünd göy rəngli qış gödəkçəsinin sol iç cibindən isə 01 ədəd şəffaf sellofanda olan bükümlərdə narkotik vasitəyə şübhəli maddələr aşkar edilərək götürülmüş və suallar ətrafında dindirilən Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddələr olduğunu və həmin bükümlərin onun özünə məxsus olmasını, həmin narkotik maddələri «Əfqan» adlı tanışından özünün istifadə etməsi üçün 150 manat pul ödəməklə almasını, üzərində saxlamasını və daşımasını bildirmişdir. Tədqiq olunan həmin protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümlər qablaşdırılmış, qablaşdırmanın üzəri imzalarla, o cümlədən Təqsirləndirilən şəxs özünün imzaları ilə təsdiq olunmuş və tərtib edilən həmin protokol cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqə: 31, 33-34). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və iiçərisində 6 ədəd bükümdə narkotik vasitəyə şübhəli maddənin götürülməsi istintaq hərəkəti zamanı çəkilmiş videogörüntülərin yükləndiyi bir ədəd DVD diskə baxış keçirilməsi haqıqnda 20 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, DVD diskə yüklənmiş videogörüntülər Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış aparılması və götürmə barədə” aparılması haqqında 18 yanvar 2022-ci il tarixli protokolun məzmununda göstərilənləri ehtiva edir, ziddiyyətlər müəyyən edilməmişdir(iş vərəqə: 74). Məhkəmə baxışı zamanı nümayiş edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesini özündə əks etdirən DVD diskə yüklənmiş videogörüntülərlə müəyyən edildi ki, DVD diskdə olan videogörüntülər Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 18 yanvar 2022-ci il tarixli protokolda göstərilənlərlə üst-üstə düşməklə bir-birini tamamlayır və axtarış və götürmə prosesində prosessual pozuntulara yol verilmədiyini təsdiq edir (cinayət işinə əlavə edilmiş DVD formatlı disk). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməkimyəvi ekspertizasının 19 yanvar 2022-ci il tarixli, 6 /345 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №194» dairəvi möhür əks olan «vət. Təqsirləndirilən şəxs üzərindən…» sözləri, soyad və imzalar qeyd edilmiş bər ədəd zərfin içərisində altı ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,132 qram, 2,892 qram, 1,130 qram, 1,455 qram, 1,723 qram və 0,810 qram olmaqla ümumi təmiz çəkisi 9,142 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, tədqiqata təqdim edilmiş ümumilikdə 6 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Tədqiq olunan həmin rəydə heroin narkotik vasitəsinin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxil olduğu qeyd edilmişdir (iş vərəqə: 47-52). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 14 aprel 2022-ci il tarixli, 1810 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardırdır, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 142-143). Daha sonra, məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının 16 aprel 2022-ci il tarixli, 941 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdar. X2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Tədqiq olunan rəyin psixoloji ekspertizaya dair hissəsindən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək dəyişiklik yaranmamışdır, onun əqli-intelektual imkanıları normaya uyğundur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (iş vərəqə: 144-147). Məhkəmə baxışı zamanı tədqiq olunan digər istintaq materialları ilə müəyyən olundu ki, 18 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilərək götürülmüş 6 (altı) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 1,132 qram, 2,892 qram, 1,130 qram, 1,455 qram, 1,723 qram və 0,810 qram olan və ümumi təmiz çəkisi 9,142 qram təşkil edən heroin narkotik vasitəsi iş üzrə maddi sübut qismində tanınmış, məhkəmə-kimyəvi ekspertizası keçirildikdən sonra qalıq qalmış 9,022 qram heroin saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Həmçinin istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD disk isə iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə olunmuşdur (iş vərəqə: 148-156, 179). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyini müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işi ayrılmışdır (iş vərəqə: 155-156). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən 6 (altı) ədəd bükümdə aşkar edilib götürülmüş heroin narkotik vasitəsinin ümumi təmiz çəkisi 9,142 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin miqdarı külli miqdar həddindən təqribən beş dəfə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək 6 (altı) ədəd ayrı-ayrı bükümlərdə üzərində saxlamaqla daşıması, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat orqanının məlumatları, Təqsirləndirilən şəxs şəxsi istehlakı üçün tələb olunan 0,5 qramdan (özünün deməsinə görə) qat-qat artıq miqdarda və ayrı-ayrı bükümlərdə üzərində heroin narkotik vasitəsi gəzdirməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsdən aşkar edilib götürülən narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə olunmasının, saxlanmasının, daşınmasının və satılmasının müəyyən edilməsi onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə əsas verir və əməlin CM-nin 234-cü maddəsinin başqa bəndləri ilə tövsifinə zərurət qalmır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməməsini, məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici və ziddiyyətli ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: səh.117-118). Məhkəməyədək icraat mərhələsində cinayət işinin materiallarına əlavə olunmasa və bu barədə ittiham aktında qeydlər aparılmaqla nəzərə alınmasa da, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2015 və 2019-cu il təvəllüdlü 2 (iki) nəfər azyaşlı uşaqları vardır. Bu barədə məlumatlar «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş və cinayət işinin materiallarına əlavə edilmişdir (iş materialları). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 (iki) nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 14 aprel 2022-ci il tarixli, 1810 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 18 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 18 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 yanvar 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 18 yanvar 2022-ci il tarixdə başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 9,022 qram heroin narkotik vasitəsi məhv edilməlidir. İş üzrə sübut növü kimi qiymətləndirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 114,00 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 18 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 9,022 qram heroin narkotik vasitəsi məhv edilsin. İş üzrə sübut növü kimi qiymətləndirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 114,00 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1155/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1155/2022
26.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver