Məhkəmə qərarları › İş №1(101)-1155/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1155/2023

18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1155/2023 18.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X9 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi (order və etibarnamə əsasında) Bakı şəhəri “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə2, müdafiəçilər – Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1, Müdafiəçi2, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Füzuli rayonu, Dədəli ərazi dairəsi, Dədəli kəndində nömrəsiz fərdi yaşayış evində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, ev 10, mənzil 52-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.1 və 177.2.3-2-ci maddələri, 22 avqust 2002-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Füzuli rayonu, Qacar kəndində nömrəsiz fərdi yaşayış evində qeydiyyatda olan, həbs olunanadək ünvan 1də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri, xx xxxx 2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Füzuli rayonu, Qacar kəndində nömrəsiz evdə qeydiyyatda olan, hazırda ünvan 1də yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, yetkinlik yaşına çatmayanı cinayətkar qrupa cəlb edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq dövlət əhəmiyyətli elektrik enerjisi xətlərini gizli olaraq talamaqla oğurluq etmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, o, qanunsuz olaraq dövlət əhəmiyyətli elektrik enerjisi xətlərini gizli olaraq talamaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan Ceyhun adlı şəxslə danışıb razılaşaraq həmin niyyətlərini həyata keçirmək üçün yetkinlik yaşına çatmayan tanışları Təqsirləndirilən şəxs2 cinayətkar qrupa cəlb edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 24 noyabr 2022-ci il tarixdə, saat 22:00 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində olan AzNeft İB-nin Ə.C.Əmirov adına NQÇİ-nə məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində xx.xx.2022-ci il tarixdə çəkilmiş PQ 04/01 və 1(A) saylı Yarımstansiya arası 2 ədəd 6 kv-luq N2XSEYRY 3x95/16-6/10kv, AZS418 markalı, 1 metri 70 manat dəyərində olan güc kabelinin 60 metr məsafəsini dəmirkəsən mişarla kəsərək Şahid3 idarə etdiyi VAZ-2106 markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparmaqla zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) məxsus 4.200 manat dəyərində dövlət əhəmiyyətli elektrik enerjisi xətlərini gizli olaraq talayaraq oğurluq etmişdir. Həmçinin ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq dövlət əhəmiyyətli elektrik enerjisi xətlərini gizli olaraq talamaqla oğurluq etmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs3 ilə bağlı gəldiyi nəticəyə görə, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq dövlət əhəmiyyətli elektrik enerjisi xətlərini gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan Sirac adlı şəxslə qabaqcadan əlbir olub 13 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində olan AzNeft İBnin Ə.C.Əmirov adına NQÇİ-nə məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində xx.xx.2022-ci il tarixdə çəkilmiş PQ 04/01 və 1(A) saylı Yarımstansiya arası 2 ədəd 6 kv-luq N2XSEYRY 3x95/16- 6/10kv, AZS418 markalı, 1 metri 70 manat dəyərində olan güc kabelinin 53 metr məsafəsini dəmirkəsən mişarla kəsərək dövlət əhəmiyyətli elektrik enerjisi xətlərini gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) 3.710 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, ittiham aktından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq dövlət əhəmiyyətli elektrik enerjisi xətlərini gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq dövlət əhəmiyyətli elektrik enerjisi xətlərini gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqa məlum olmayan Sirac adlı şəxslə qabaqcadan əlbir olub 13 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində olan AzNeft İBnin Ə.C.Əmirov adına NQÇİ-nə məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində xx.xx.2022-ci il tarixdə çəkilmiş PQ 04/01 və 1(A) saylı Yarımstansiya arası 2 ədəd 6 kv-luq N2XSEYRY 3x95/16- 6/10kv, AZS418 markalı, 1 metri 70 manat dəyərində olan güc kabelinin 53 metr məsafəsini dəmirkəsən mişarla kəsərək dövlət əhəmiyyətli elektrik enerjisi xətlərini gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) 3.710 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq dövlət əhəmiyyətli elektrik enerjisi xətlərini gizli olaraq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan Ceyhun adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında 24 noyabr 2022-ci il tarixdə, saat 22:00 radələrində “SOCAR” neft və qaz şirkətinin tabeliyində olan AzNeft İB-nin Ə.C.Əmirov adına NQÇİ-nə məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində xx.xx.2022-ci il tarixdə çəkilmiş PQ 04/01 və 1(A) saylı Yarımstansiya arası 2 ədəd 6 kv-luq N2XSEYRY 3x95/16- 6/10kv, AZS418 markalı, 1 metri 70 manat dəyərində olan güc kabelinin 60 metr məsafəsini dəmirkəsən mişarla kəsərək Şahid3 idarə etdiyi VAZ-2106 markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparmaqla dövlət əmlakını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “SOCAR” neft və qaz şirkətinə 4.200 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Murad və Elşadla eyni məhəllədə yaşamışdır. Bir gün onlar məhəllədə söhbət edən zaman Elşad “Socar” şirkətinə məxsus bir ərazidə işlək olmayan kabellərin olduğunu bildirmişdir. Həmin ərazinin yerini Elşad bilmişdir. Elşad kabelləri kəsib əlvan metallurgiya mağazalarına satmağı ona təklif etmişdir. Onun həmin ərəfədə pula ehtiyacı olduğundan o, Elşadın təklifi ilə razılaşmışdır. Sonra o, Elşadla birlikdə həmin əraziyə gedərək 1-2 metr uzunluqda kabelləri kəsib yenidən məhəlləyə qayıtmışdır. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında özünü elan edilmiş ittiham üzrə tam təqsirli bilsə də, faktiki olaraq qismən etirafedici ifadə vermiş və onun məhkəmə istintaqında vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, valideyni ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, ev 10, mənzil 52-də yaşayır. O, heç bir işlə məşğul olmamış, habelə əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum olunmuşdur. 24 noyabr 2022-ci il tarixdə, saat 21:00 radələrində o, dostları Ceyhun və Elşad ilə birlikdə özünün yaşadığı məhəllədə oturub söhbət etmişdir. Bu zaman dostu Ceyhun və Elşad Lökbatan qəsəbəsi ərazisində kabel oğurlamaq barədə söhbət etməyə başlamışlar. Daha sonra həmin şəxslər ona da oğurluq etməyi təklif etmişlər. O, ilk dəfə etiraz etsə də, maddi sıxıntılar ucbatından Ceyhun və Elşadla razılaşmışdır. Daha sonra 24 noyabr 2022-ci il tarixdə, axşam saat 22:00 radələrində onlar piyada Lökbatan qəsəbəsində Yanğından Mühafizə İdarəsinin arxa tərəfində dəmir yoluna yaxın yerləşən ərazidə kabellərin keçdiyi yerə getmişlər. Həmin yerdə torpaq qazılmış vəziyyətdə kabelin uc hissəsi torpaqdan bayırda olmuşdur. Təxminən 1 metrə yaxın hissəsini o və Elşad mişarla kəsmişdir. Daha sonra o, kəsdikləri hissəni kənara qoymuşdur. Bundan sonra o, taksi fəaliyyəti ilə məşğul olan tanışı Hacının mobil telefonuna zəng edərək əlində yük olduğunu və onları evə yola salmağı xahiş etmiş, eləcə də hörmətini də edəcəyini Hacıya bildirmişdir. Hacı bir müddətdən sonra gəlmişdir. Lakin avtomobilində nasazlıq yarandığı üçün həmin yerə çatmağa bir qədər qalmış Hacı avtomobili saxlamışdır. O, Elşadla birlikdə qaçaraq Hacının avtomobilin yanına çatmış və Hacıdan avtomobilin yük hissəsini açmağı istəmişdir. Hacı da avtomobilin içəsirində oturaq vəziyyətdə içəridə olan düyməni basaraq avtomobilin yük hissəsini açmış və onlar da kabeli, təsərrüfat belini və mişarı avtomobilin yük hissəsinə qoymuşlar. Onlar oradan yaşadıqları 28 May küçəsi, ev 10 ünvanına getmişlər. Onlar həmin ünvana çatdıqda, o, oğurladıqları kabeli binanın künc hissəsinə qoymuşdur. Daha sonra onlar səhər həmin kabellərin üz hissəsini soymaq barədə razılığa gəlmişlər və bundna sonra o, yaşadığı öz evinə getmişdir. 25 noyabr 2022-ci il tarixdə, səhər saat 12:00 radələrində o, Elşad və Ceyhun ilə birlikdə kabeli binanın küncündən götürüb məhəllədə həmin kabelin üz qabığını soymağa başlamışlar. Onlar təxminən 5-10 dəqiqəyə kabelin üz qabığını bıçaqla soyduqdan sonra əldə etdikləri misi sellofan torbaya qoyub Lökbatan qəsəbəsində "Asmed" klinikanın yaxınlığında əlvan metal qəbulu ilə məşğul olan Rəşad adlı şəxsin əlvan metal qəbulu məntəqəsinə getmişlər. Rəşad misi onlardan götürüb tərəziyə qoymuş və daha sonra həmin misin 5 kiloqram 800 qram çəkidə olduğunu bildirməklə 70 manat pulu ona vermişdir. O, həmin 70 manat pulu Elşada vermiş, Elşad isə 70 manat puldan ona 17 manat pul vermişdir. Bundan sonra o, yaşadığı evə getmişdir. O, əldə etdiyi pulun 4 manatını şəxsi ehtiyacına xərcləmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Elşad və Röyalla ilə eyni məhəllədə yaşamışdır. Sirac, Elşad və o, yaşadıqları məhəllədə söhbət edən zaman Sirac “Socar” şirkətinin ərazisində kabellərin olduğunu və həmin kabelləri satıb pul qazana biləcəklərini bildirmişdir. Daha sonra Sirac ona dediklərini etməyi təklif etmişdir. Onun pula ehtiyacı olduğu üçün o, Siracla razılaşmışdır. O, kabellərin kəsilməsində iştirak etməmişdir. Sadəcə olaraq o, Sirac və Elşadın kəsdikləri kabelləri yaşadıqları məhəlləyə daşımağa köməklik göstərmişdir. O, həmin kabellərin kəsilməsi, üzərindəki sarğının soyulması və satılmasında iştirak etməmişdir. Onlar kabelləri məhəlləyə gətirdikdən sonra orada onlardan başqa heç kəs olmamışdır. Təqsirləndirilən şəxs3 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 12 sentyabr 2022-ci il tarixdə günorta saatlarında yaşadığı məhəllədə qonşuları olan Sirac və Elşad adlı şəxslərlə görüşmüşdür. Söhbət zamanı Sirac yaşadığı yerin yaxınlığından kabel keçdiyini və həmin kabeldən kəsib misini soyaraq oğurlamağı və satmağı təklif etmişdir. Bundan sonra onlar Siracla razılaşmışlar. Həmin gün gecə, yəni 12 sentyabrdan 13 sentyabra keçən gecə saat təxminən 00:00-01:00 radələrində onlar yenidən yaşadıqları məhəllədə görüşmüşlər və gedib kabeli oğurlamaq barədə danışmışlar. Bu zaman o, həmin əraziyə girməyə qorxduğunu, lakin yaxınlıqda dayanıb ətrafa baxacağını bildirmişdir. Bundan sonra onlar yaşadıqları məhəllənin arxa tərəfində yerləşən əraziyə getmişər. Həmin ərazidiə o, kənarda dayanmış, Elşad və Sirac isə gətirdikləri dəmirkəsən alətlə kabelləri kəsmişlər və sonra gətirib qamışlığın yanında olan gölməçəyə atmışlar ki, heç kim görməsin. Sonra onlar yaşadıqları məhəlləyə gəlmişlər və hərə öz evinə getmişdir. O, gecəni yatmış, səhəri günü isə saat təxminən 13:00 radələrində yuxudan oyanmışdır. O, evdən çıxanda Elşad və Siracın məhəllədə olduğunu görmüşdür. Həmin vaxt Elşad və Sirac oğurladıqları kabelləri gölməçədən çıxarıb soyduqlarını, kabelin içindən çıxan misi çıxardıqdan sonra satdıqlarını ona bildirmişlər. O, Elşad və Siracdan öz payına düşən pulu tələb etdikdə, Sirac ona 23 manat pul vermişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsi vasitəsi ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Röyal və Murad ilə birlikdə eyni məhəllədə yaşamış və onların arasında uzun müddət dostluq münasibətləri olmuşdur. O, Ceyhun və Röyal ilə birlikdə məhəllədə oturmuşdur. Onların arasında imkanlarının aşağı olması və pullarının olmaması ilə bağlı söhbət olmuşdur. Ümumiyyətlə “Socar” şirkətinin ərazisində olan kabellərin kəsilərək satılması fikri uzun müddətdir ki, onların fikrində olmuşdur. Həmin ərəfədə onların hər birinin pula ehtiyacı olmuş və ona görə də Röyal “Socar” şirkətinin ərazisində olan kabelləri kəsib satmağı təklif etmişdir. Lakin Ceyhun bu məsələ ilə əlaqədar olaraq Röyalla mübahisə etmişdir. Çünki Ceyhun belə bir hərəkət etmək istəməmişdir. Ona görə də Ceyhun onların yanından çıxıb getmişdir. Bir müddət keçdikdən sonra Röyal ona “Socar” şirkətinin ərazisində olan kabelləri kəsmək üçün ora getməyi təklif etmişdir. O, əvvəlcə razı olmamışdır. Lakin sonra o, Röyalla razılaşaraq “Socar” şirkətinin ərazisində olan kabelləri kəsməyə getmişdir. Röyal ona kişi olduqlarını və buna görə də qorxmamağı bildirmişdir. Hətta onlar (Röyal və Elşad) birlikdə “Socar” şirkətinin ərazisində olan kabelləri kəsib götürdükdən sonra Röyal bu barədə heç kimə deməmələri üçün söyüş belə söymüşdür. Lakin onun mədəni səviyyəsi həmin ifadələri məhkəmə iclasında işlətməyə imkan vermir. Onlar oğurluq etmək məqsədi ilə “Socar” şirkətinin ərazisinə getmişlər və həmin vaxt orada səslər gəldiyi üçün o, Röyala buradan getmələrini bildirmişdir. Hətta o, getmək istəmişdir. O, getmək istəsə də, Röyal onun qolundan tutaraq az qaldığını, kabelləri kəsib daha sonra sataraq pul qazanacaqlarını, hər ikisinin də pula ehtiyacı olduğunu bildirmişdir. Buna baxmayaraq, o, oradan çıxıb getməyə çalışmışdır. Lakin həmin vaxt Röyal onun arxasınca gələrək qarşısını kəsmiş və kabelin az hissəsinin qaldığını, həmin hissəni də kəsib gedəcəklərini bildirmişdir. O da bundan sonra Röyal ilə razılaşmışdır. Röyal kabelləri kəsdikdən sonra taksi fəaliyyəti ilə məşğul olan tanışına zəng etmiş və taksi fəaliyyəti ilə məşğul olan dostuna onların olduğu ünvanı bildirmişdir. Sonra onlar taksiyə əyləşərək məhəlləyə geri dönmüşlər. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, anası ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvə-tərəvəz bazasında nömrəsiz fərdi yaşayış evində yaşayır. O, fəhləliklə məşğul olur, əvvəllər məhkum olunmamışdır. 12 sentyabr 2022-ci il tarixdə günorta saatlarında o, yaşadığı məhəllədə qonşuları olan Sirac və Murad adlı şəxslərlə görüşmüşdür. Söhbət zamanı Sirac yaşadığı yerin yaxınlığından kabel keçdiyini və həmin kabeldən kəsib misini soyaraq oğurlamağı və satmağı təklif etmişdir. Onlar (o və Murad) da Siracla razılaşmışlar. Həmin gün gecə, yəni 12 sentyabrdan 13 sentyabra keçən gecə saat təxminən 00:00-01:00 radələrində onlar yenidən məhəllədə görüşmüşlər. Bundan sonra onlar yaşadıqları məhəllənin arxa tərəfində yerləşən əraziyə getmişlər. Murad kənarda dayanmışdır. Sirac isə gətirdiyi dəmirkəsən alətlə kabelləri kəsmiş, sonra isə həmin kabelləri gətirib qamışlığın yanında olan gölməçəyə atmışdır ki, heç kim görməsin. Bundan sonra onlar yaşadıqları məhəlləyə qayıtmışlar və hərə öz evinə getmişdir. O, gecəni evdə yatmış, səhər tezdən isə o, Sirac ilə birlikdə gedib kabeli gölməçədən götürmüşlər və kabelin üz qabığını soymuşlar. Bundan sonra Sirac kabelin işində olan misi aparıb əlvan metal qəbulu məntəqəsinə satmışdır. Sonra isə Sirac ona 20 manat pul vermişdir. Bundan başqa, 24 noyabr 2022-ci il tarixdə, saat 21:00 radələrində o, dostları Ceyhun və Röyal ilə birlikdə Royalın yaşadığı məhəllədə oturub söhbət edərkən Ceyhun və Röyal Lökbatan qəsəbəsi ərazisində kabel oğurlamaq barədə söhbət etməyə başlamışlar. Daha sonra Ceyhun və Röyal ona da bu barədə təklif etmişlər. O, əvvəlcə buna etiraz etsə də, maddi sıxıntılar ucbatından Ceyhun və Röyal ilə razılaşmışdır. Daha sonra 24 noyabr 2022-ci il tarixdə, axşam saat 22:00 radələrində onlar piyada Lökbatan qəsəbəsində Yanğından Mühafizə İdarəsinin arxa tərəfində dəmir yoluna yaxın yerləşən ərazidə kabellərin keçdiyi yerə getmişlər. Həmin yerdə torpaq qazılmış vəziyyətdə olmuş və kabelin uc hissəsi torpaqdan bayırda olmuşdur. Təxminən 1 metrə yaxın hissəsini o və Röyal mişarla kəsmişdir. Daha sonra kəsdikləri hissəni kənara qoymuşlar. Bundan sonra Röyal taksi fəaliyyəti ilə məşğul olan tanışı Hacının mobil telefonuna zəng edərək əlində yük olduğunu və onları evə yola salmağı Hacıdan istəmiş, eləcə də hörmətini edəcəyini Hacıya bildirmişdir. Hacı bir müddətdən sonra gəlmişdir. Lakin avtomobildə nasazlıq yarandığı üçün həmin yerə çatmağa bir qədər qalmış Hacı avtomobili saxlamışdır. O, Röyalla birlikdə qaçaraq Hacının avtomobilinin yanına çatmış və Röyal Hacıdan avtomobilin yük hissəsini açmağı istəmişdir. Hacı avtomobilin içəsirində oturaq vəziyyətdə içəridə olan düyməni basaraq avtomobilin yük hissəsini açmış və onlar kabeli, təsərrüfat belini və mişarı avtomobilin yük hissəsinə qoymuşlar. Onlar oradan Royalın yaşadığı 28 May küçəsi, ev 10 ünvanına gəlmişlər. Məhəlləyə çatdıqda onlar oğurladıqları kabeli binanın künc hissəsinə qoymuşlar. Daha sonra onlar növbəti günün səhəri həmin kabellərin üz hissəsini soymaq barədə razılığa gəlmişlər və bundan sonra hərə öz evinə getmişdir. 25 noyabr 2022-ci il tarixdə, səhər saat 12:00 radələrində o, Röyal və Ceyhun ilə birlikdə kabeli binanın küncündən götürüb məhəllədə həmin kabelin üz qabığını soymağa başlamışlar. Təxminən 5-10 dəqiqəyə onlar kabelin üz qabığını bıçaqla soymuşlar və sonra əldə etdikləri misi sellofan torbaya qoyaraq Lökbatan qəsəbəsində “Asmed” klinikanın yaxınlığında əlvan metal qəbulu ilə məşğul olan Rəşad adlı şəxsin əlvan metal qəbulu məntəqəsinə aparmışlar. Rəşad sellofan torbadakı misi onlardan götürüb tərəziyə qoymuş və sonra həmin misin 5 kiloqram 800 qram çəkidə olduğunu bildirərək 70 manat pulu ona vermişdir. O da həmin puldan Röyala 17 manat vermişdir. Daha sonra o, yaşadığı evə getmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı cəmi 1-2 metr uzunluğunda elektrik kabel xətlərinin oğurlanması, kabellərin olduğu yer barədə məlumatın Təqsirləndirilən şəxs2 olması və oğurluq təklifinin məhz Təqsirləndirilən şəxs2 tərəfindən irəli sürülməsi, onun yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 cinayətkar qrupa cəlb etməməsi, Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı oğurluq cinayətində iştirak etməməsi, yəni oğurluq zamanı kabellərin kəsilməsində iştirak etməməsi, Sirac adlı şəxs və Təqsirləndirilən şəxs2 kabelləri kəsdikdən sonra həmin kabellərin onların yaşadıqları məhəlləyə daşımaqda Sirac adlı şəxsə və Təqsirləndirilən şəxs2 köməklik göstərməsi, sonradan həmin kabellərin üzərindəki sarğının soyulmasında və satılmasında iştirak etməməsi, habelə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı oğurluq cinayətlərinin törədilməsində iştirakçı qismində çıxış etməməsi və onunla bağlı epizodlar üzrə cinayət əməllərinə aidiyyətinin olmaması ilə bağlı hissədə ayrı-ayrılıqda vermiş olduqları ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda məkəmə istintaqında verdikləri ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı vermiş olduqları ifadələrdən fərqli məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə öz məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Belə ki, məhkəmə istintaqında izahatı alınmış zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, təqsirləndirilən şəxslər tərəfindən onun nümayəndəsi olduğu müəssisəyə ümumilikdə vurulmuş maddi ziyanın 1.860 manat hissəsi Təqsirləndirilən şəxs3 atası X4 tərərəfindən ödənilmişdir. Lakin digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən onun nümayəndəsi olduğu müəssisəyə vurulmuş ziyanla bağlı heç bir ödəniş edilməmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi ilə əlaqədər Təqsirləndirilən şəxs1 valideynləri zərərçəkmiş hüquqi şəxsə bir neçə dəfə müraciət etsə də, ödənişin miqdarı az olduğundan müraciət qəbul olunmamışdır. Onun təmsil etdiyi zərərçəkmiş hüquqi şəxsin ittiham aktında göstərilən dəymiş maddi ziyanın məbləğləri barədə heç bir narazılığı yoxdur. İttiham aktında zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyan həm ayrı-ayrılıqda, həm də ümumilikdə düzgün göstərilmişdir. Belə ki, oğurluq cinayətləri nəticəsində zərərçəkmiş hüquqi şəxsə ayrı-ayrılıqda 3.710 manat, 4.200 manat və təxminən 2.310 manat məbləğində maddi ziyan dəymişdir. Onun qeyd etdiyi 2.310 manat məbləğində ziyan hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər qismində çıxış edən şəxslər tərəfindən vurulmamışdır. Zərərçəkmiş hüquqi şəxsə dəymiş 2.310 manat məbləğində maddi ziyanla bağlı cinayət işinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılmış və yekun məhkəmə aktı çıxarılmışdır. Məhkəmə çıxışları zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 anası Qanuni nümayəndə tərəfindən 1.855 manat məbləğində pul vəsaiti ziyan qismində onun nümayəndəsi olduğu zərərçəkmiş hüquqi şəxsə ödənilmişdir. Ona görə də zərərçəkmiş hüquqi şəxsin yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 13 sentyabr 2022-ci il tarixdə baş vermiş oğurluq cinayəti ilə əlaqədar heç bir şikayət və tələbi yoxdur, lakin zərərçəkmiş hüquqi şəxs Təqsirləndirilən şəxs2 24 noyabr 2022-ci il tarixdə baş vermiş oğurluq cinayəti ilə əlaqədar vurulmuş ziyanı tələb edir. Habelə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, Təqsirləndirilən şəxs3 atası Dadaş Quliyev tərəfindən vurulmuş ziyan Təqsirləndirilən şəxs3 aid hissədə ödənildiyindən onun nümayəndəsi olduğu zərərçəkmiş hüquqi şəxsin Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayət və tələbi yoxdur. Bundan başqa, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş ziyan ödənilmədiyindən onun nümayəndəsi olduğu zərərçəkmiş hüquqi şəxs Təqsirləndirilən şəxs1 vurulmuş ziyanı tələb edir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 izahatında qeyd etdiklərinin nəzərə alınaraq təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada və həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, halhazırda Bakı Slavyan Universitetinin tələbəsidir. O, boş vaxtlarında şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. O, “VAZ-2106” markalı avtomobili idarə edir. Hal-hazırda adını xatırlamadığı bir şəxs ona zəng edərək “Dəmir yolundan keç, avtomobili saxla və bizi orada gözlə” demişdir. Həmin vaxt onun avtomobilində nasazlıq yaranmış və ona görə də o, avtomobilini təmir etdirmişdir. Daha sonra o, avtomobilində oturduğu vaxt Elşad və Röyal onun avtomobilinə yaxınlaşmışlar və Elşad Röyal ilə birlikdə əllərində olan torbanı avtomobilin yük hissəsinə qoymuşlar. O, Elşad və Röyalı şəxsən yaxından tanımasa da, sonuncuların Lökbatan qəsəbəsində yaşadıqlarını bilmişdir. Daha sonra o, Elşadla Röyalı sonuncunun yaşadığı məhəlləyə aparmışdır. Elşad və Röyal avtomobilin yük hissəsinə yalnız 1 torba qoymuşlar. O, həmin torbaya baxmamış və bu səbəbdən torbanın hansı ölçüdə və çəkidə olduğunu, eləcə də həmin torbanın içərisində nə olduğunu bilməmişdir. O, Elşad və Röyalı yola saldıqdan sonra özünün yaşadığı evə getmişdir. Həmin gün Elşad və Röyal ona heç bir ödəniş etməmişlər. Çünki Röyal ona bir gün sonra ödəniş edəcəyini demişdir. Şahid3 məhkəmə istintaqında vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 13-də anası ilə birlikdə yaşayır. 24 noyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində yaşadığı evin yaxınlığında onun idarə etdiyi “VAZ-2106” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilinin karbürator hissəsində nasazlığa görə o, avtomobilini təmir etdirmişdir. Təxminən saat 20:00 radələrində o, avtomobilini təmir etdirib işə salmışdır. Daha sonra o, avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmaq üçün mərkəz deyilən yerə getmişdir. O, orada olarkən bir nəfər müştəri gəlmişdir. Həmin şəxs ondan “Elmar” marketə gedib geri qayıtmağı istəmişdir. O, həmin müştərini istədiyi yerə aparıb qaytarmışdır. Daha sonra o, mərkəz deyilən yerə qayıtmışdır. Bu zaman Elşad ona zəng etmişdir. Lakin telefonda Röyal ona müraciət edərək işıq idarəsinin yanına gəlməyini istəmişdir. Röyal özünü və Elşadı evə yola salmağını, eləcə də əlində təsərrüfat beli olduğunu bildirib ondan kömək istəmişdir. O, həmin yerə gedərkən avtomobilində yenidən nasazlıq yaranmışdır. O, yolda avtomobili saxlayıb avtomobilə baxmış və avtomobilin qızdığını gördüyündən soyuması üçün avtomobildə oturmuşdur. Bu zaman Elşadla Röyal qaçaraq gəlib onun avtomobilinə əyləşmişlər və işıq idarəsinin yanına sürməyini ondan istəmişlər. Röyal ona təsərrüfat beli ilə mişarı götürüb qayıdacağını bildirmişdir. Onlar ora çatdıqda, Röyal avtomobilinin yük hissəsini açmağı istəmişdir. O, avtomobilin içərisində oturarkən içəridən düymə ilə avtomobilin yük hissəsini açmış və bundan sonra Röyal avtomobilin yük hissəsinə nəsə qoymuşdur. Bu zaman o, həmin şəxslərin nə qoyduğunu görməmişdir. O, daha sonra oradan Royalın yaşadığı evin həyətinə getmişdir. O, orada avtomobilin yük hissəsini açarkən təsərrüfat beli və mişardan əlavə avtomobilin yük hissəsində kabelin də olduğunu görmüşdür. Lakin o, buna əhəmiyyət verməmişdir. O, oradan Elşadı və Ceyhunu yaşadığı evə yola salmış, sonra isə öz yaşadığı evə getmişdir. Daha sonra 10-cu Polis bölməsindən ona zəng edərək Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin kabeli oğurlaması ona məlum olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 24 noyabr 2022-ci il tarixdə oğurluq cinayətinin baş verdiyi əraziyə xidməti baxış keçirərkən NQÇ-nin ərazisində 60 metr güc kabelinin oğurlandığını aşkar etmişdir. Sonra onlar güc kabelinin oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişlər. Daha sonra polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilmiş, habelə ərazinin fotoşəkilləri çəkilmişdir. Sonra güc kabellərinin oğurlanması ilə bağlı idarənin rəhbərliyinə məlumat verilmişdir. Təqsirləndirilən şəxslər tərəfindən oğurlanan kabellər 2 ədəd yarımstansiyanı birləşdirən kabellər olmuşdur. Daha sonra onlar həmin kabellərin alınma qiymətləri və qaimələr əsasında oğurlanan kabellərin qiymətini müəyyən etmişlər. Oğurlanan kabellərin 1 metrinin qiyməti 71 manat olması müəyyən edilmişdir. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, C.Hasilov küçəsi, ev 115, mənzil 16-da ailəsi ilə birlikdə yaşayır və o, Ə.C.Əmirov adına X10 İdarəsində tikinti-təmir layihələrinin idarə edilməsi xidmətinin rəisi vəzifəsində işləyir. Həmin qurumda o, 30 ildir ki, işləyir. 13 sentyabr 2022-ci il tarixdə o, əraziyə xidməti baxış keçirərkən NQÇİ-nin ərazisində xx.xx.2022-ci il tarixdə çəkilmiş PQ 04/01 və 1(A) saylı Yarımstansiya arası 2 ədəd 6 kv-luq N2Xseyry 3x95/16-6/10kv, AZS418 markalı güc kabelinin 53 metrlik hissəsinin kəsilib oğurlandığını aşkar etmişdir. Həmin güc kabeli torpağın 40-60 santimetr dərinliyində yerləşdirilmişdir. Həmin kabel tam çəkilib qurtarmamış və bir hissəsi torpaqdan çöldə olmuşdur. O, dərhal bu barədə rəhbərliyə məlumat vermişdir. Bundan sonra Qaradağ rayon Polis İdarəsinə bu barədə məlumat verilmişdir. Daha sonra 16 sentyabr 2022-ci və 24 noyabr 2022-ci il tarixlərində o, yenidən əraziyə xidməti baxış keçirərkən NQÇ-nin ərazisində xx.xx.2022-ci il tarixdə çəkilmiş PQ 04/01 və 1(A) saylı Yarımstansiya arası 2 ədəd 6 kv-luq N2Xseyry 3x95/16-6/10kv, AZS418 markalı güc kabelinin 16 sentyabr 2022-ci il tarixdə 33 metr və 24 noyabr 2022-ci il tarixdə isə 60 metr hissəsinin oğurlandığını aşkar etmiş və dərhal bu barədə işlədiyi müəssisənin rəhbərliyə, sonra isə DİN-in 102 xidmətinə məlumat vermişdir. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Qobu park 2 yaşayış massivi, ev 21, mənzil 66-da ailəsi ilə birlikdə yaşayır, habelə İ qrup əlildir, ona görə də rəsmi olaraq heç yerdə işləmir. Əvvələr məhkum olunmamışdır. Lökbatan qəsəbəsində yerləşən “Asmed” klinikasının yaxınlığında olan 5 nömrəli yataqxananın yanında yerləşən əlvan metal qəbulu məntəqəsini onun əmisi Habil Mustafayev işlədir. O, əmisi Habil olmayan vaxtlarda hərdən əmisini iş yerində əvəz edir. 25 noyabr 2022-ci il tarixdə o, əmisi Habili əlvan metal qəbulu məntəqəsində əvəz edir. Həmin gün 3 (üç) nəfər şəxs əlində ağ rəngli sellofan torba ilə məntəqəyə yaxınlaşaraq mis gətirdiklərini bildirmişlər. O da həmin şəxslərə gətirdikləri misi tərəziyə qoymaqlarını bildirmişdir. Həmin şəxslər də gətirdikləri misi tərəziyə qoymuşlar və misin çəkisi 5 kiloqram 800 qram olması müəyyən edilmişdir. Daha sonra o, sellofan torbanı götürüb içindəkinə əşyaya baxmış və həmin əşyanın mis olub-olmadığını müəyyənləşdirdikdən sonra əşyanın mis olduğunu görmüşdür. Bundan sonra o, həmin misə görə üç nəəfərdən birinə 70 manat pul vermişdir. O, həmin şəxslərin adlarını bilməsə də, sonuncuları Lökbatan qəsəbəsində görmüşdür. O, həmin şəxslərə 70 manat pul verdikdən sonra həmin şəxslər çıxıb getmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan (cild 01, iş vərəqə 5) görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində dəmir yolu keçidinin yanında Əmirov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus 60 metr uzunluğunda elektrik naqillərinin oğurlanması barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verilmişdir. xx.xx.2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 01, iş vərəqə 9-12) görünür ki, Əmirov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus 60 metr uzunluğunda elektrik naqillərinin oğurlanması yerinə baxış keçirilmişdir. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 01, iş vərəqə 29) görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 30) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 36-38) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 ifadə verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 21:00 radələrində dostları Ceyhun və Elşadla birlikdə yaşadığı məhəllədə oturub söhbət edərkən Ceyhun və Elşad Lökbatan qəsəbəsi ərazisində kabel oğurlamaq barədə söhbət etməyə başlamışlar. Daha sonra Ceyhun və Elşad ona oğurluq etməyi təklif etmişlər. O, əvvəlcə buna etiraz etsə də, maddi sıxıntıları olduğu üçün Ceyhun və Elşadla razılaşmışdır. Sonra onlar xx.xx.2022-ci il tarixdə, saat 22:00 radələrində Lökbatan qəsəbəsində Yanğından Mühafizə İdarəsinin arxa tərəfində dəmir yoluna yaxın yerləşə ərazidə kabellərin keçdiyi əraziyə getmişlər. Daha sonra Təqsirləndirilən şəxs1 törətdikləri cinayətin üsulu və mexanizmi, eləcə də talanmış əşyaların realizə edilməsi barədə ətraflı məlumat vermişdir. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 01, iş vərəqə 56) görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 57) görünür ki, həmin gün yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 63-65) görünür ki, həmin gün yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ifadə verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 21:00 radələrində dostları Ceyhun və Röyalla birlikdə sonuncunun yaşadığı məhəllədə oturub söhbət edərkən Ceyhun və Röyal Lökbatan qəsəbəsi ərazisində kabel oğurlamaq barədə söhbət etməyə başlamışlar. Daha sonra Ceyhun və Röyal ona oğurluq etməyi təklif etmişlər. O, əvvəlcə buna etiraz etsə də, maddi sıxıntıları olduğu üçün Ceyhun və Elşadla razılaşmışdır. Sonra onlar xx.xx.2022-ci il tarixdə, saat 22:00 radələrində Lökbatan qəsəbəsində Yanğından Mühafizə İdarəsinin arxa tərəfində dəmir yoluna yaxın yerləşə ərazidə kabellərin keçdiyi əraziyə getmişlər. Daha sonra Təqsirləndirilən şəxs2 törətdikləri cinayətin üsulu və mexanizmi, eləcə də talanmış əşyaların realizə edilməsi barədə ətraflı məlumat vermişdir. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 01, iş vərəqə 172) görünür ki, X1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 182-183) görünür ki, həmin gün X3 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 69) görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsindən həmin Məcəllənin 170.3, 177.2.3-2 və 177.2.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 71-72) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.3-2 və 177.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 80-82) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 ifadə verərək və şübhəli şəxs qismində verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 21:00 radələrində dostları Ceyhun və Elşadla birlikdə yaşadığı məhəllədə oturub söhbət edərkən Ceyhun və Elşad Lökbatan qəsəbəsi ərazisində kabel oğurlamaq barədə söhbət etməyə başlamışlar. Daha sonra Ceyhun və Elşad ona oğurluq etməyi təklif etmişlər. O, əvvəlcə buna etiraz etsə də, maddi sıxıntıları olduğu üçün Ceyhun və Elşadla razılaşmışdır. Sonra onlar xx.xx.2022-ci il tarixdə, saat 22:00 radələrində Lökbatan qəsəbəsində Yanğından Mühafizə İdarəsinin arxa tərəfində dəmir yoluna yaxın yerləşə ərazidə kabellərin keçdiyi əraziyə getmişlər. Daha sonra Təqsirləndirilən şəxs1 törətdikləri cinayətin üsulu və mexanizmi, eləcə də talanmış əşyaların realizə edilməsi barədə ətraflı məlumat vermişdir. xx.xx.2022-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 83) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. xx.xx.2022-ci il tarixli iltizamdan (cild 01, iş vərəqə 84) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə bağlı ondan iltizam alınmışdır. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 85-86) görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 94-96) görünür ki, həmin gün yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ifadə verərək və şübhəli şəxs qismində verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 21:00 radələrində dostları Ceyhun və Röyalla birlikdə sonuncunun yaşadığı məhəllədə oturub söhbət edərkən Ceyhun və Röyal Lökbatan qəsəbəsi ərazisində kabel oğurlamaq barədə söhbət etməyə başlamışlar. Daha sonra Ceyhun və Röyal ona oğurluq etməyi təklif etmişlər. O, əvvəlcə buna etiraz etsə də, maddi sıxıntıları olduğu üçün Ceyhun və Elşadla razılaşmışdır. Sonra onlar xx.xx.2022-ci il tarixdə, saat 22:00 radələrində Lökbatan qəsəbəsində Yanğından Mühafizə İdarəsinin arxa tərəfində dəmir yoluna yaxın yerləşə ərazidə kabellərin keçdiyi əraziyə getmişlər. Daha sonra Təqsirləndirilən şəxs2 törətdikləri cinayətin üsulu və mexanizmi, eləcə də talanmış əşyaların realizə edilməsi barədə ətraflı məlumat vermişdir. xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 01, iş vərəqə 105-107) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli qərardan (cild 01, iş vərəqə 108) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 MSY-dən azad edilmişdir. xx.xx.2022-ci il tarixli şahidin dindirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 94- 96) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 ifadə verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı məhəllədə Sirac və Murad adlı şəxslərlə görüşmüşdür. Sirac və Murad adlı şəxslər ona kabelləri oğurlanmağı təklif etmişlər, o da həmin şəxslərlə razılaşmışdır. Bundan sonra 2022-ci ilin sentyabr ayının 12-dən 13-nə keçən gecə saat 00:00-01:00 radələrində o, Sirac və Muradla məhəllədə görüşmüş və daha sonra Neft İdarəsinə məxsus kabelləri talamaqları barədə ətraflı məlumat vermişdir. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 01, iş vərəqə 204) görünür ki, Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 213-214) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 219-221) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 ifadə verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı məhəllədə qonşuları Sirac və Elşad adlı şəxslə, həmçinin əvvəl onların məhəlləsində yaşamış Röyal adlı şəxslə görüşmüşdür. Söhbət zamanı Sirac ona demişdir ki, yaşadığı yerin yaxınlığından kabel keçir və həmin kabeldən kəsib misini soyaraq oğurlamağı və satmağı təklif etmişdir. Onlar da Siracla razılaşmışlar. xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 01, iş vərəqə 231-234) görünür ki, həmin gün cinayət hadisəsinin baş verdiyi ərazidə Təqsirləndirilən şəxs3 digər şəxslərlə birlikdə törətmiş olduğu cinayət əməlinin üsulunu və mexanizmini əyani şəkildə göstərməklə ətraflı şəkildə ifadə vermişdir. xx.xx.2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 235- 236) görünür ki, cinayət işi üzrə əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.3-2 və 177.2.1-ci maddələrindən həmin Məcəllənin 170.3, 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 238-239) görünür ki, həmin gün X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 01, iş vərəqə 249-250) görünür ki, həmin gün X1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli qərardan (cild 01, iş vərəqə 111-112) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-269/2022 saylı qərarından (cild 01, iş vərəqə 118-121) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, habelə o, məhkəmə iclas zalında həbs edilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 01, iş vərəqə 123-125) görünür ki, cinayət hadisəsinin baş verdiyi yerdə Təqsirləndirilən şəxs1 başqaları ilə birlikdə törətmiş olduğu cinayət əməlinin üsulunu və mexanizmini əyani şəkildə göstərməklə ətraflı şəkildə ifadə vermişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 02, iş vərəqə 1-2) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.3-2 və 177.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan (cild 02, iş vərəqə 10-11) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 ifadə verərək və şübhəli şəxs qismində verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı məhəllədə qonşuları Sirac və Elşad adlı şəxslə, həmçinin əvvəl onların məhəlləsində yaşamış Röyal adlı şəxslə görüşmüşdür. Söhbət zamanı Sirac ona demişdir ki, yaşadığı yerin yaxınlığından kabel keçir və həmin kabeldən kəsib misini soyaraq oğurlamağı və satmağı təklif etmişdir. Onlar da Siracla razılaşmışlar. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 02, iş vərəqə 12-13) görünür ki, həmin gün yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan (cild 02, iş vərəqə 25-26) görünür ki, həmin gün X1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-210/2022 saylı qərarından (cild 02, iş vərəqə 34-35) görünür ki, həmin gün X1 barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, habelə o, məhkəmə iclas zalında həbs edilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-208/2022 saylı qərarından (cild 02, iş vərəqə 36-40) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, habelə o, məhkəmə iclas zalında həbs edilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli fotoşəkillər üzrə tanınma haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 02, iş vərəqə 61-62) görünür ki, Lökbatan qəsəbəsi ərazisində əlvan metal qəbulu məntəqəsində işləyən Şahid2 xx.xx.2022-ci il tarixdə həmin məntəqəyə gələn 3 (üç) nəfər şəxsin arasında olan Təqsirləndirilən şəxs1 tanımışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 02, iş vərəqə 94) görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 02, iş vərəqə 95) görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 02, iş vərəqə 96) görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, eləcə də qeyd edilən məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 8 ay 5 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2021ci il tarixdə isə o, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/835 nömrəli ekspertiza rəyindən (cild 02, iş vərəqə 128) görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 metr uzunluğunda qara rəngli izolyasiyalı, ümumi diametri 62 mm, içərisindən hər biri qara rəngli izolyasiyalı 3 ədəd 20 mm diametrli mis tərkibli naqillər keçən kabelin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin sentyabr-noyabr aylarına olan orta bazar qiyməti təxminən 70,00 (yetmiş) manat müəyyən olunur. xx.xx.2023-cü il tarixli üzləşdirmə aparılması barədə protokoldan (cild 02, iş vərəqə 140-143) görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş və həmin vaxt hər iki şəxs ayrı-ayrılıqda xx.xx.2022-ci il tarixdə Ceyhun adlı şəxslə (Elşad, Röyal və Ceyhun) birlikdə görüşdüklərini və Ceyhunun oğurluqla bağlı cinayət törətməyi təklif etdiklərini bildirmişlər. Habelə Təqsirləndirilən şəxs1 əvvəlki ifadələrini təsdiq edərək qeyd edilən tarixdə cinayətin törədilməsi barədə Ceyhunun ona təklif etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 isə üzləşdirmə zamanı Ceyhunun ona cinayətin törədilməsi barədə təklif etdiyini bildirsə də, verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs1 bu təklifi ona etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli üzləşdirmə aparılması barədə protokoldan (cild 02, iş vərəqə 144-146) görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə keçirilmiş və həmin hər iki şəxs xx.xx.2022-ci il tarixdə Sirac adlı şəxslə (Elşad, Sirac və Murad) birlikdə görüşdüklərini və Siracın oğurluqla bağlı cinayət törətməyi təklif etdiyini bildirmişlər. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan (cild 02, iş vərəqə 147-149) görünür ki, Təqsirləndirilən şəxs2 ifadə verərək xx.xx.2022-ci il tarixdə cinayətin törədilməsi barədə Ceyhun və Röyalın ona təklif etdiklərini bildirmişdir. Lakin verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, qeyd edilən tarixdə cinayətin törədilməsini ona Təqsirləndirilən şəxs1 təklif etmişdir. xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 02, iş vərəqə 151-152) görünür ki, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.1-ci maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələrinə, Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.3-2 və 177.2.1-ci maddələrindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-2-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 02, iş vərəqə 154-155) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.3-2 və 177.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 02, iş vərəqə 183-184) görünür ki, həmin gün Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 02, iş vərəqə 197-198) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 02, iş vərəqə 209-224) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.3-2 və 177.2.1-ci maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.1-ci maddələri, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, “Sirac” və “Ceyhun” adlı şəxslərin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.1-ci maddələri ilə ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin arayışından və həmin arayışa əlavə edilmiş xx.xx.2023-cü il tarixli bank ödəniş qəbzindən (cild 02, iş vərəqə 123-124) görünür ki, Təqsirləndirilən şəxs3 atası Dadaş Quliyev tərəfindən 1.860 manat məbləğində pul vəsaiti vurulmuş ziyan kimi zərərçəkmiş hüquqi şəxsə ödənilmişdir. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin arayışından və həmin arayışa əlavə edilmiş xx.xx.2023-cü il tarixli bank ödəniş qəbzindən (cild 02, iş vərəqə 147-148) görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 anası Qanuni nümayəndə tərəfindən 1.855 manat məbləğində pul vəsaiti vurulmuş ziyan kimi zərərçəkmiş hüquqi şəxsə ödənilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Probasiya İdarəsinin 21-1/3-206255 nömrəli cavab məktubundan (cild 02, iş vərəqə 143) görünür ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 8 (səkkiz) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məcburi köçkün vəsiqəsinin surətindən (cild 02, iş vərəqə 21) görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 anası Qanuni nümayəndə məcburi köçkündür və müvəqqəti ailəsi ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində məskunlaşmışdır. xx.xx.2020-ci il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-127/2020 saylı hökmdən (cild 02, iş vərəqə 106-108) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tötədilməsində təqsirli bilinmiş və ona 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən (cild 01, iş vərəqə 41) görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2006-cı ildə anadan olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər açıq məhkəmə iclaslarında onların əleyhinə olan bütün sübutların tədqiqində müdafiəçiləri ilə birlikdə şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları və ümumilikdə ittihamı mübahisələndirmək imkanına tam şəkildə malik olmuşlar. Təqsirləndirilən şəxslərin əleyhinə olan sübutlara etiraz etmək və həmin sübutları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxslər onların əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçiləri vasitəsilə suallar vermişlər, habelə müxtəlif vəsatətlər vermişlər. Məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı təqsirləndirilən şəxslər öz etirazlarını bildirməsələr də, ayrıayrılıqda onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. Təqsirləndirilən şəxs1 tərəfindən ona qarşı irəli sürülmüş ittihamın qismən (Cinayət Məcəlləsinin 170.3-cü maddəsinə nisbətdə), Təqsirləndirilən şəxs3 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 tərəfindən ayrı-ayrılıqda onlara qarşı irəli sürülmüş ittihamın bütovlükdə mübahisələndirilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların məcmusu cinayət hadisəsinin həqiqətən baş verməsi, eləcə də Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayanı cinayətkar qrupa cəlb edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq dövlət əhəmiyyətli elektrik enerjisi xətlərini gizli olaraq talamaqla oğurluq etməsi, Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq dövlət əhəmiyyətli elektrik enerjisi xətlərini gizli olaraq talamaqla oğurluq etməsi və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq dövlət əhəmiyyətli elektrik enerjisi xətlərini gizli olaraq talamaqla təkrarən oğurluq etməsi tam təsdiq olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Sözügedən qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmçinin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməllərinin tövsifi ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər ayrı-ayrılıqda onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirdiklərindən və bununla bağlı müxtəlif dəlillər gətirdiklərindən ilk növbədə iş üzrə mübahisəli halların və mübahisəsiz halların müəyyən etməklə ayırd edilməsinə zərurət yaranmışdır. Məhz qeyd edilən hallar ayırd edildikdən və yoxlanıldıqdan sonra əməlin tovsifi ilə bağlı düzgün nəticəyə gəlmək mümkündür. İlk növbədə cinayət işi üzrə mübahisəsiz halların müəyyən edilməsinə ehtiyac var və həmin hallar aşağıdakılardan ibarətdir :  cinayət hadisəsi baş verənədək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 birbirilərini tanımaları,  oğurluq cinayətlərinin zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində olan AzNeft İB-nin Ə.C.Əmirov adına NQÇİ-nə məxsus ərazidə baş verməsi və həmin ərazinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşməsi,  oğurluq cinayətlərinin nəticəsində gizli şəkildə talanmış predmetlərin – elektrik enerjisi kabellərdən ibarət olması və həmin kabellərin dövlət əhəmiyyətli elektrik enerjisi xətlərinə aid olması,  Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqa məlum olmayan “Ceyhun” adlı şəxs və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə birlikdə, başqa sözlə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayətinin törədilməsi məqsədi ilə 24 noyabr 2022-ci il tarixdə, saat 22:00 radələrində təsərrüfat beli və mişarla cinayət hadisəsinin baş verdiyi əraziyə getməsi, onların orada kabel xətlərini kəsmələri, bununla da özgəyə məxsus əmlakı gizli şəkildə talamaq yolu ilə ələ keçirmələri, bundan sonra Təqsirləndirilən şəxs1 taksi fəaliyyəti ilə məşğul olan Hacı adlı tanışına zəng etməsi, Hacı adlı şəxsin cinayət hadisəsinin baş verdiyi əraziyə yaxın yerə avtomobil ilə gəlməsi, həmin vaxt Röyalın Elşadla birlikdə kabel xətlərinin bir hissəsini, eləcə də oğurluq cinayətinin törədilməsində istifadə olunan təsərrüfat beli və mişarı Hacı adlı şəxsin avtomobilinə yükləməsi, Hacı adlı şəxsin X7 yaşadığı ünvana aparması,  növbəti gün, yəni 25 noyabr 2022-ci il tarixdə Röyal Elşad və qeyrisi ilə birlikdə oğurluq cinayəti nəticəsində talanmış predmetlərin realizə edilməsi məqsədi ilə əlvan metallar satılan məntəqəyə gedərək orada oğurladıqları kabel xəttinin bir hissəsini satmaları, alqı-satqı müqabilində Röyal tərəfindən 70 manat pul əldə etməsi, sonra 70 manat məbləğində pulun Röyal tərəfindən Elşada verilməsi, Elşadın da həmin puldan 17 manat məbləğində olan hissəsini Röyala qaytarması,  Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan Sirac adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayətinin törədilməsi məqsədi ilə 13 sentyabr 2022-ci il tarixdə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində olan AzNeft İB-nin Ə.C.Əmirov adına NQÇİ-nə məxsus və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisinə getməsi, onların orada kabel xətlərini kəsmələri, bundan sonra qanunsuz şəkildə kəsdikləri kabel xətlərini orada gizlətmələri, növbəti gün Elşad və şəxsiyyəti istintaqa məlum olmayan Sirac adlı şəxsin həmin əraziyə təkrar gedərək artıq kəsilmiş kabel xətlərini yaşadıqları yerə gətirmələri, kabel xətlərini soymaları, sonradan həmin kabel xətlərini satmaları və Təqsirləndirilən şəxs3 oğurluq cinayətində iştirakına görə şəxsiyyəti istintaqa məlum olmayan Sirac adlı şəxs tərəfindən 23 manat məbləğində pulun verilməsi,  yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 oğurluq cinayətinin törədilməsi məqsədi ilə 13 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqa məlum olmayan Sirac adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 24 noyabr 2022-ci il tarixdə, saat 22:00 radələrində Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan Ceyhun adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayətinin baş baş verdiyi əraziyə getməsi və həmin cinayət əməllərində iştirak etməsi,  cinayət əməlləri törədilən zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatmaları, Təqsirləndirilən şəxs2 isə hər iki epizod üzrə cinayət əməlləri törədilən zaman yetkinlik yaşına çatmaması,  vurulmuş ziyandan 1.860 manat məbləğində hissəsinin Təqsirləndirilən şəxs3 yaxın qohumu olan atası Dadaş Quliyev tərəfindən zərərçəkmiş hüquqi şəxsə ödənilməsi. Yuxarıda göstərilən işin mübahisəsiz hallarının qısa xülasəsi ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 24 noyabr 2022-ci il tarixdə, Təqsirləndirilən şəxs3 13 sentyabr 2022-ci il tarixdə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 isə göstərilən hər iki tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında eyni zərərçəkmiş hüquqi şəxsə aid olan əraziyə gedərək sonuncuya məxsus olan dövlət əhəmiyyətli elektrik enerjisi xətlərinə aid edilmiş elektrik enerjisi kabellərini kəsib qanunsuz olaraq gizli şəkildə talamaqla oğurluq cinayətini törətmişlər. Başqa sözlə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ayrı-ayrı epizodlar olmaqla hər biri bir epizod üzrə icraçı qismində, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 isə hər iki epizod üzrə icraçı qismində çıxış etmişdir. Göstərilən hallar təqsirləndirilən şəxslərin həm ibtidai istintaq zamanı, həm məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri əsasında, eləcə də məhkəmədə dindirilmiş Şahid3 ifadəsi və ittiham tərəfinin ibtidai araşdırma zamanı əldə etmiş olduğu digər mötəbər sübutlar əsasında tam şəkildə öz təsdiqini tapmışdır. Cinayət işinin mübahisəli hallarına gəldikdə isə bu hallar aşağıdakılardan ibarətdir:  yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tərəfindən cinayətkar qrupa cəlb edilməsi,  oğurluq cinayətlərinin nəticəsində zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanın məbləği,  Təqsirləndirilən şəxs3 13 sentyabr 2022-ci il tarixdə törədilmiş oğurluq cinayətindəki rolu və iştirakının xarakteri. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən işin mübahisəli hallarının aydınlaşdırılması əməlin tövsifi ilə bağlı bütün məsələlərə obyektiv şəkildə aydınlıq gətirəcək. İşin mübahisəli halları ilə bağlı ilk növbədə qeyd edilməlidir ki, məhkəmə istintaqında təqsirləndirilən şəxslər ayrı-ayrılıqda cəmi 1-2 mtr, habelə 5-6 kiloqram çəkidə elektrik kabel xətlərini kəsib götürdüklərini iddia etsələr də, cinayət işinin materiallarına əlavə edilmiş prosessual hərəkətlərin keçirilməsinin nəticəsinə əsasən tərtib edilmiş protokollardan və həmin protokollara əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq cinayətlərinin nəticəsində talanmış kabel xətləri 1-2 metr və ya 5-6 kiloqram çəkidə olmamışdır. Əksinə oğurluq cinayətlərinin nəticəsində zərərçəkmiş hüquqi şəxsə, nəticə etibarı ilə isə dövlətə vurulmuş ziyan 13 sentyabr 2022-ci il tarixli epizod üzrə 3.710 manat, 24 noyabr 2022-ci il tarixli epizod üzrə isə 4.200 manat təşkil edir. Təqsirləndirilən şəxslər ayrı-ayrılıqda qeyd edilən məbləğlərdə vurulmuş ziyanı mübahisələndirsələr də, cinayət işinə əlavə edilmiş və zərərçəkmiş hüquqi şəxs tərəfindən qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş çoxsaylı sənədlər əsasında təsdiq olunur ki, həqiqətən də zərərçəkmiş hüquqi şəxsə 13 sentyabr 2022-ci il tarixli epizod üzrə 3.710 manat, 24 noyabr 2022-ci il tarixli epizod üzrə isə 4.200 manat maddi ziyan dəymişdir. Eyni zamanda göstərilən ziyanın məbləği məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/835 nömrəli ekspertiza rəyi ilə təsdiq olunmuşdur. Belə ki, sözügedən ekspertiza rəyində 01 metr uzunluğunda qara rəngli izolyasiyalı, ümumi diametri 62 mm, içərisindən hər biri qara rəngli izolyasiyalı 3 ədəd 20 mm diametrli mis tərkibli naqillər keçən kabelin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin sentyabr-noyabr aylarına olan orta bazar qiymətinin təxminən 70,00 (yetmiş) manat olması müəyyən edilmişdir. 13 sentyabr 2022-ci il tarixdə gizli talama şəklində ələ keçirilmiş elektrik kabel xətlərinin uzunluğunun 53 metr, 24 noyabr 2022-ci il tarixdə isə ələ keçirilmiş elektrik kabel xətlərinin uzunluğunun 60 metr, habelə 1 metr uzunluğunda olan kabelin dəyərinin 70 manat olması məcmu halda nəzərə alındıqda ümumilikdə qanunsuz olaraq ələ keçirilmiş kabel xəttinin uzunluğu 113 metr, ümumi dəyəri isə 7.910 manat təşkil edir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, zərərçəkmiş hüquqi şəxsə 13 sentyabr 2022-ci il tarixli epizod üzrə 3.710 manat, 24 noyabr 2022-ci il tarixli epizod üzrə isə 4.200 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs1 cinayət hadisəsi baş verdikdən sonrakı dövrdən etibarən məhkəmə baxışının sonunadək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ilə razılaşmayaraq yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 cinayətkar qrupa cəlb etmədiyini iddia etsə də, onun iddia etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Əksinə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ibtidai araşdırmanın əvvəlindən məhkəmə baxışının sonunadək israrla 24 noyabr 2022-ci il tarixdə oğurluq cinayətinin törədilməsinə məhz Təqsirləndirilən şəxs1 tərəfindən cəlb edildiyini bildirmişdir. Bu hissədə qeyd edilməlidir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə prosessual hərəkəti keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 onu oğurluq cinayətinə cəlb etdiyini Röyalın üzünə demişdir. Eyni zamanda məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ifadə verərkən o, Ceyhun adlı şəxs və Təqsirləndirilən şəxs1 ilə birlikdə oturub söhbət edən zaman Röyalın zərərçəkmiş hüquqi şəxsə aid ərazidə oğurluq cinayətini törətmək barədə təklif etdiyini, həmin vaxt Ceyhunun Röyal ilə razılaşmadığını, əvvəlcə onun da Röyalın təklifi ilə razılaşmadığını, lakin sonradan onun və Ceyhun adlı şəxsin Röyalın təklifi ilə razılaşdığını, bundan sonra üçünün birlikdə (Röyal, Ceyhun adlı şəxs və Elşad) “Socar” şirkətinin ərazisində olan kabelləri kəsməyə getdiklərini, orada Röyalın ona “kişiyik, qorxma” dediyini, kabelləri kəsib götürdükdən sonra Röyalın bu barədə heç kimə deməmələri üçün söyüş qoyduğunu, həmin vaxt orada səs gəldiyindən onun Röyala getmələrini dediyini, hətta özünün getmək istədiyini, lakin həmin vaxt Röyalın onun qolundan tutaraq az qaldığını, kabelləri kəsib daha sonra sataraq pul qazanacaqlarını, hər ikisinin də pula ehtiyacı olduğunu bildirdiyini, buna baxmayaraq, onun oradan çıxıb getməyə çalışdığı vaxt Röyalın onun arxasınca gələrək qarşısını kəsdiyini və kabelin az hissəsinin qaldığını, həmin hissəni də kəsib gedəcəklərini bildirdiyini açıq-aşkar göstərmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında ifadəsində göstərmiş olduğu Təqsirləndirilən şəxs1 onunla bağlı hərəkətləri birbaşa ona dəlalət edir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 həmin vaxt yetkinlik yaşına çatmadığını bildiyi halda sonuncunu cinayətkar qrupa cəlb etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə araşdırması zamanı başqa hal müəyyən edilməmişdir. Həmçinin 24 noyabr 2022-ci il tarixdə baş vermiş oğurluq cinayəti ilə bağlı Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqa məlum olmayan Ceyhun adlı şəxslə razılıq əldə etməsi, bununla bağlı onların söhbət etməsi, cinayətin törədilməsi günü və vaxtının əvvəlcədən müəyyən edilməsi, cinayətin törədilməsi məqsədi ilə təsərrüfat beli və mişarı özləri ilə hadisə yerinə aparmaları, başqa sözlə, qabaqcadan əlbir olar bir qrup təşkil etməsi və həmin qrupa yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 cəlb etməsi ona dəlalət edir ki, həqiqətən də Təqsirləndirilən şəxs2 cinayət qrupa məhz Təqsirləndirilən şəxs1 tərəfindən cəlb edilmiş və göstərilən tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan Ceyhun adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayətini törətməklə zərərçəkmiş hüquqi şəxsə 3.710 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs3 13 sentyabr 2022-ci il tarixdə cinayət hadisəsinin baş verdiyi əraziyə getməsi, lakin bilavasitə kabellərin kəsilməsində, kabellərin üz qabığının soyulmasında və oğurlanmış kabellərin satışında iştirak etməməsi, bunun əksinə olaraq onun hadisə yerindən bir qədər kənarda dayanıb ətrafa nəzarət etməsi, habelə qabaqcadan əlbir olduqları şəxslər kabelləri kəsdikdən sonra həmin kabellərin daşınmasında iştirak etməsi, ələlxüsus da oğurlanmış kabellər satıldıqdan sonra hasil olunmuş puldan ona müəyyən məbləğdə pul verilməsi artıq onu təsdiq edir ki, Təqsirləndirilən şəxs3 əvvəlcədən cinayətkar qrupun digər üzvləri ilə oğurluq cinayətinin törədilməsində ona aid edilmiş rolu razılaşdırılmış və əldə edilmiş razılığın şərtinə uyğun olaraq bilavasitə kabellərin kəsilməsində iştirak etməsə də, kənarda dayanmaqla müvafiq funksiyanı icra etmiş, yəni kənardan cinayət hadisəsinin baş verdiyi ərazini müşahidə etmiş, baş verə biləcək təhlükə barədə cinayətkar qrupun digər üzvlərini məlumatlandırmağa hazır olmuş, habelə kabellər kəsildikdən sonra həmin kabellərin daşınmasında, faktiki olaraq isə həmin kabellərin özgəninkiləşdirilməsində və sonradan realizə edilərək gəlir əldə edilməsində, o cümlədən əldə edilmiş gəlirin bölüşdürülməsində iştirak etmişdir. Bütün qeyd edilən çoxsaylı hərəkətlər ona dəlalət edir ki, Təqsirləndirilən şəxs3 13 sentyabr 2022-ci il tarixdə oğurluq cinayətinin törədilməsində cinayətkar qrupun üzvü kimi məhz icraçı funksiyasını icra etmişdir. Yuxarıda göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 cinayətkar qrupa cəlb edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq dövlət əhəmiyyətli elektrik enerjisi xətlərini gizli olaraq talamaqla oğurluq etmiş, Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq dövlət əhəmiyyətli elektrik enerjisi xətlərini gizli olaraq talamaqla oğurluq etmiş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq dövlət əhəmiyyətli elektrik enerjisi xətlərini gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.1 və 177.2.3-2-ci maddələrində, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər və onların əməllərində hər birinə ayrılıqda irəli sürülmüş ittihamla əlaqəli cinayət əməllərinin bütün tərkib əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət əməlləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 oğurluq cinayətlərini qəsdən törətmişlər. Onların əməli ayrı-ayrılıqda başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayət kateqoriyasına, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri isə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.1 və 177.2.3-2-ci maddələri, Təqsirləndirilən şəxs3 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 əməllərini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə tövsif edir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.1 və 177.2.3-2-ci maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinməlidir, habelə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələr ilə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə vahid cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət qanunvericiliyinə əsasən, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Bundan başqa, Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmadığından məhkəmə ona cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsi ilə yanaşı, həmçinin həmin Məcəllənin 86.1-ci maddəsinin də tələblərinin nəzərə alınmasını mütləq sayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə görə Cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.33-1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan şəxs (uşaq) - 18 yaşına çatmayan şəxsdir. Həmin Məcəllənin 429-cu maddəsinə görə törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün), yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, yetkinlik yaşına çatmayanın fiziki intellektual və əqli inkişaf səviyyəsi və yetkinlik yaşına çatmayanın törətdiyi cinayətdə digər iştirakçılar olduqda onun barəsində cinayət işinin icraatının ayrılmasının mümkünlüyü halları müəyyən edilməlidir. CPM-nin 435.4-cü maddəsinə görə məhkəmə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə Təqsirləndirilən şəxs1 cavan olmasını, ibtidai istintaq zamanı etirafedici ifadə verməsini, məhkəmədə özünü təqsirli bilərək qismən etirafedici ifadə verməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ona aid olan hissədə zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanın ödənilməsini və zərərçəkmiş hüquqi şəxsin Təqsirləndirilən şəxs3 qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət əməllərini törədərkən və hazırda yetkinlik yaşına çatmamasını, anasının məcburi köçkün olmasını, zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanın yaxın qohumu olan anası tərəfindən qismən ödənilməsini (1.855 manat) Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 əməllərində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Bu hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 2020-ci il tarixdə cinayət məsuliyyətinə cəlb edilsə də, ona cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən və o, cəzasını çəkib qurtardığından onun üzərində çəkilməmiş cəza yoxdur, həmçinin onun əməlində cinayətlərin residivi yoxdur. Təqsirləndirilən şəxs3 nisbətdə isə qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyan könüllü olaraq tamamilə ödənildikdə (Cinayət Məcəlləsinin 59.1.13-cü maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının həddinə gəldikdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin cinayətin törədilməsindəki rolu, cinayətin törədilməsindəki iştirakının xarakteri və iş üzrə vurulmuş ziyanın ödənilməmiş hissəsi nəzərə alınmaqla cəzanın həddi müəyyən edilməlidir. Başqa sözlə, Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 cinayətkar qrupa cəlb etməsi, eləcə də 24 noyaabr 2022-ci il tarixdə törədilmiş oğurluq cinayətinin təşəbbüskarı olması, qanunsuz hərəkətlərin əksəriyyətinin icraçısı olması, oğurluq cinayəti başa çatdıqdan sonra hadisə yerinə taksi çağırması, kabellərin üz qabığını soyması, bu qəbildən sair hərəkətlər etməsi və cinayətin nəticəsində vurulmuş ziyanın aradan qaldırılmaması nəzərə alınmaqla ona digər Təqsirləndirilən şəxs3 nisbətdə daha ağır cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın həddi ilə bağlı məhkəmə qeyd edir ki, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cavan olmasını, yaxın qohumu olan atası tərəfindən ona aid hissədə zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanın ödənilməsini və zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, ona aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 gəldikdə isə məhkəmə hesab edir ki, o, törətmiş olduğu cinayət əməllərinə tənqidi yanaşmasa və törətmiş olduğu cinayət əməllərini etiraf edib peşman olmasa da, habelə digər təqsirləndirilən şəxslərdən fərqli olaraq ona 2 (iki) epizodla bağlı ittiham irəli sürülsə də, o, cinayət əməllərini törədərkən yetkinlik yaşına çatmadığından, habelə hazırkı yaşı nəzərə alınmaqla onun təqsirli bilindiyi maddələr ilə ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu hissədə məhkəmənin gəldiyi nəticə, həmçinin Azərbaycan Respublikası CPM-nin 435.4-cü maddəsinin tələblərinə də cavab verir. Belə ki, sözügedən maddədə göstərilir ki, yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ititham üzrə cinayətlərin az ağır cinayət kateqoriyasına aid olmasını, eləcə də həmin cinayət əməllərinin zor təbiq edilməklə törədilmədiyini və həmin cinayət əməlləri nəticəsində ağır nəticələr baş vermədiyini məcmu halda nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, yəni ünvan 1də çəkməli, cəzanın çəkildiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, ona cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 22:30-dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, eləcə də Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası yetkinlik yaşına çatmayanlara 2 (iki) aydan 2 (iki) ilədək müddətə təyin edilir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli, eləcə də Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin ediləcək qəti cəzadan çıxılmalı və onun üzərində saxlanılacaq cəzanın əvvəli 28 noyabr 2022-ci il tarixdən hesablanmalı, bundan başqa, Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində azadlığın məhdudlaşdıırlması cəzası saxlanılmalıdır. Həmçinin yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Habelə Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmadığından və müstəqil qazancı olmadığından ekspertiza xərci ondan tutulmamalıdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş qəti cəzadan çıxılsın və onun üzərində 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın və üzərində saxlanılmış cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 28 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 26 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ünvan 1 ünvanını gecə saat 22:30-dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ekspertiza xərcindən azad edilsin. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs2 aid edilməklə), Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar