Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1155/2024 28.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X14, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının «Ekol» Vəkil bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş-hüquqi şəxs mülki iddiaçı «X24» MMC-nin nümayəndələri Xırdalan şəhər vəkil bürosunun vəkili Nümayəndə2 və Nümayəndə1 iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, «X24» MMC-də mal təslimatçısı işləmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, yeni tikilidə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə "xxxx" MMC-də mal təslimatçısı vəzifəsində çalışan zaman xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində həmin MMC-nin ünvan 3 ünvanında fəaliyyət göstərən ərzaq anbarından ayrı-ayrı vaxtlarda həmin anbardan məhsulların yığılmasına nəzarətin olmamasından istifadə edərək, satış üçün ona təqdim edilən qaimədə göstərilən məhsullardan əlavə hər qutuda 10 ədəd olmaqla 1 ədədi 17 manat 90 qəpik olan 43 qutuda 430 ədəd cəmi 7.697 manat dəyərində 1 kq-lıq «Westqold» kərə yağını, hər qutuda 20 ədəd olmaqla 174 ədəd qutuda 1 ədədi 7 manat 90 qəpik olan 3.480 ədəd, cəmi 27.492 manat dəyərində 400 qramlıq «Westqold» kərə yağını, hər qutuda 40 ədəd olmaqla 1 ədədi 3 manat 85 qəpik olan 61 ədəd qutuda 2.440 ədəd, cəmi 9.394 manat dəyərində 180 qramlıq «Westqold» kərə yağını, hər qutuda 10 ədəd olmaqla 1 ədədi 16 manat 90 qəpik olan 39 ədəd qutuda 390 ədəd, cəmi 6.591 manat dəyərində 1 kq-lıq «Golden crown» kərə yağını, hər qutuda 20 ədəd olmaqla 30 qutuda 1 ədədi 7 manat 30 qəpik olan 600 ədəd, cəmi 4.380 manat dəyərində 400 qramlıq «Golden crown» kərə yağını, hər qutuda 40 ədəd olmaqla 51 qutuda 1 ədədi 3 manat 40 qəpik olan 2.040 ədəd, cəmi 6.936 manat dəyərində 180 qramlıq «Golden crown» kərə yağını, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə olmaqla anbarın əməkdaşlarından gizli olaraq 62.490 manat məbləğində əmlakı anbardan gizli çıxarıb, avtomaşının yük hissəsində gizlədərək, həmin əmlakı talamaqla zərərçəkmiş hüquqi şəxs - "xxxx" MMC-yə külli miqdarda olmaqla ümumilikdə 62.490 manat ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə kollegiyası iş üzrə istintaq orqanının qəbul etmiş olduğu Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərara istinadən belə nəticəyə gəlir ki, istintaqçı cinayət işi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, təhlil olunmaqla bir-biri ilə müqayisə etməmiş və qanuna müvafiq qaydada qiymətləndirməmişdir. Sübutların tədqiqi və onların qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl etməmiş, elan edilmiş ittiham ziddiyyətli sübutlara əsaslanmış və bu ziddiyyətlərin aradan qaldırılması istiqamətində qanuna müvafiq tədbirlər görülməmişdir. Belə nəticə həmçinin cinayət mühakimə icraatının aparılması zamanı qanunvericilik prinsipinə əməl edilməsi tələbi təsbit edilmiş Azərbaycan Respublikası CPM-nin 10.1-ci maddəsinin müddəalarından da irəli gəlir. Həmin maddəyə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilməsinə yol verir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs-mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, oktyabr ayının sonlarına yaxın "xxxx" Product MMC-ə dəvət olunmuşdur. O, maddi məsuliyyət müqaviləsi olmadan yalnız əmək müqaviləsi üzrə mal təslimatçısı vəzifəsində işə başlamışdır. O işinə məsuliyyətlə yanaşırmış və həftədə 5 gün işləyirmiş. Bir qutuda dondurulmuş 400 qram, 250 qramlıq kərə yağları olurmuş. Avtokar anbardan malları sayla götürürmüş və işçilər də malları maşınlara yükləyirmişlər. Belə ki, o, malları hər dəfə eyni anbardan təhvil alıb maşınlara yükləyirmiş və Maştağa, Zabrat və s. kəndlərdəki mağazalara aparırmış. Yükləmə zamanı yoxlama auditləri, anbardarlar da olurmuş və maşını yoxlayırmışlar, mümkün deyilmiş ki, oğurluq və ya hansısa artıq mal maşında olsun. Mallar Bakının kəndlərinə 50-60 dükana çatdırılırmış. O, malları mağazaya qaimə ilə verirmiş, amma bu anbardan götürülən qaimə ilə eyni deyilmiş. Məsələn, işlədikləri «Oba, Araz» marketin və bəzi özəl dükanların qaimələrinin ədəd sayına görə malları mağazaya təhvil verirmişlər. Malları təhvil verərkən qaimələrə imza çəkirmiş və bir nüsxə onda, digər nüsxə marketin anbarında qalırmış. Bəzən iş tələsik görüldüyündən 2-3 ədəd əskik mal olurmuş və həmin əksik məbləğ onun maaşından çıxılırmış. Hətta anbardan malları götürəndə maşına bir-iki qutu artıq qoyulurmuş, onlar axşam qayıdanda maşında qalan həmin malları da anbara yenidən təhvil verilirmiş. Onlar axşamlar artıq malı təhvil vermək üçün anbara gələndə təhvil-təslim aktı tutulurmuş və anbardar başı qarışıq olduğundan hərdən akta imza çəkirmiş, bəzən isə imzalamırmış. O, malı anbardardan təhvil alanda akta imza çəkmirmiş. Heç vaxt səhərlər malı təhvil alanda anbardar akta imza çəkməmişdir. Hər maşının qaiməsi olurmuş, hər gün təzə qaimə yazılırmış. Qaimə iki nüsxə imiş. Bir nüsxə onda, digər nüsxə anbardarda imiş. O, daxil və məxaric qəbzlərini ekspeditora verirmiş. Şirkətdə Etibar, Səbuhi adlı və adlarını bilmədiyi digər şəxslərlə birlikdə cəmi 3 ekspeditor var imiş. O, özəl dükanların verdikləri nağd ödənişləri də ekspeditorlara təhvil verirmiş. O, cəmi 5 ay işləmişdir. Onların maşını hər gün cəmi 2 ton, 2 ton yarım mal yığımış, maşına 40 nəfər nəzarət edən şəxs olub.İttihama əsasən dekabr-fevral aylarında 4 tona yaxın oğurluq olubmuş. Maşın 3 ton mal tuturmuş və mümkünsüz imiş ki, gün ərzində 10 qutu götürsə belə o, dekabr-fevral aylarında ümumilikdə 62.490 manatlıq oğurluq etmiş olsun. O, cəmi 5 ay işləmişdi. Onların maşını hər gün cəmi 2 ton , 2 ton yarım mal yığmış, maşına 40 nəfər nəzarət edən şəxs olmuşdur. O, 28 mart 2023-cü il tarixdə tutulan gün 2 qutu yağı dayısı oğlu Bəxtiyar Hümmətova satmışdır. O, yalnız bu hissədə özünü təqsirli bilir. Onun şirkətə vurduğu zərər 4000-5000 manatdır, o, 5.000 manat zərəri şikayətin geri götürülməsi şərti ilə ödəməyə razıdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. O, audit yoxlamanın nəticəsi ilə tanış olmamış, audit yoxlamada iştirak etməmiş və imza çəkməmişdir. O, 1 həftə Qurban kişi ilə işləmiş, sonra Şəhriyar adlı sürücü ilə işləmişdir Lakin Şəhriyar yanvar ayının sonu işdən çıxmış və ona yeni sürücü verilmişdir. Yəni o, 3-4 nəfər sürücü ilə işləmişdir. Onun şirkət tərəfindən izahatı alınmışdır. Şirkət tərəfindən izahatı alınanda o, 2 qutu yağın pulunu ödəməyə hazır olduğunu bildirmişdir. Şəhriyar şirkətdə çoxdan işləyirmiş. Şirkət rəhbərliyi ona bildirmişdir ki, Şahid2 1 ilin işçisi olduğuna görə Şəhriyarın adını çəksə onu azadlığa buraxacaqlar. O da Şahid2 adını çəkmişdir. Ona şirkətdə yalan ifadə verməklə bağlı psixoloji təzyiq etdiklərinə görə o, tutulan zaman Baş Prokurorluğa, Bakı şəhər Prokurorluğuna müraciət etmişdir. O, şikayət ərizələrini müvafiq orqanlara göndərdiyindən təqdim edə bilmir. Mallar saya verilirmiş və maşına yüklənirmiş. O, malları avtomobilin müəyyən hissələrində gizlətməmişdir. O 5.000 manat zərəri şikayətin geri götürülməsi şərti ilə ödəməyə razıdır. O, 2022-ci ilin oktyabr ayının sonlarında işə başlamışdır. O, 2022-ci ilin noyabr ayında qaimə əsasında malı təslim etmişdir. Onun işi malları mağazaya çatdırmaq imiş. O, qaimə fakturaları anbardardan alırmış. O, heç vaxt qaimə fakturada göstəriləndən artıq mal almamışdır, qaimə fakturadan artıq mal götürmək mümkün deyilmiş. Heç bir təslimatçı qaimə fakturadan artıq mal götürə bilmirmiş. Malları avtokar özü hər maşının sayına uyğun anbardan çıxarırmış. Malları maşına həm sürücü, həm də o, yükləyirmiş. Anbarda işlədiyi dövrdən bəri 24 saat video-müşahidə var imiş. Şəhriyar ondan əvvəl şirkətdə işləmiş və o, Şəhriyarı şirkətdə tanımışdır. Maşınla qapıdan çıxarkən audit və anbardar tərəfindən yoxlama aparılırmış. Şirkətin ərazisi mühafizə olunmurmuş. Anbara kənar maşınlar buraxılmırmış. Audit və anbarda malları gözlə sayaraq yaxud əllə sayaraq yoxlayırmışlar. Qaimə fakturaları mallar yoxlanılmazdan əvvəl verilirmiş. Təhvil verdiyi qaimələr hazırda şirkətdədir. O, şirkətdə maddi məsul şəxs olmamışdır. Ekspeditorlar hər dəfə növbəti günün sifarişlərini yazdıqlarından onunla bir yerdə mal təhvil verməyə getmirmişlər. O, heç vaxt hesabat yazmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadə ilə izahat arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ilkin ifadələri elan olunmuş, izahatın və ilkin ifadələrin sonunda olan imza təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 26-27-ci vərəqələrində olan izahatında, 81-82 və 91-93-cü vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... 2022ci ilin oktyabr ayının ortalarında Şahid2 ona təklif etmişdir ki, anbardan avtomaşına malları yükləyərkən əlavə malları götürüb başqa şəxslərə ucuz qiymətə satsınlar. O da onunla razılaşmışdır. Belə ki, onunla danışıqları belə olmuşdur ki, o malları anbardan avtomaşına yükləyib çıxardıqdan sonra həmin oğurladıqları malları Şəhriyar müştəri tapıb bir kilosunu 10 manatdan satacaqmış. 2022-ci ilin noyabr ayının 27-də saat 07:30-dan etibarən hər gün olduğu kimi malları sifariş qaiməsinə uyğun avtomaşına yükləyərkən 2 qutu 0.400 kq, ümumilikdə 16 kq “West Gold” kərə yağı götürüb avtomaşında gözlə görünə bilməyəcək hissəyə qoyub digər mallarıda onun önünə yığıb anbardan çıxmışlar. Malları avtomaşına gizlin hissədə yığmasına səbəb o, olmuşdur ki, avtomaşınlar anbardan çıxan zaman anbardarlar tərəfindən maşına baxış keçirilərkən onların oğurluq qutularını görməsinlər. Qeyd etmişdir ki, anbardarlar maşına baxdıqdan sonra çıxışa icazə verilirmiş. Bundan sonra əraziyə sifarişləri çatdırmaq üçün marketləri gəzdikləri zaman dəqiq ünvanı xatırlamadığı yerdən taksi ilə tanımadığı bir nəfər yağları götürüb ümumilikdə 160 manat pulu Şəhriyara verib getmişdir. Şəhriyar 160 manat pulu götürüb həmin adam getdikdən sonra aralarında yarı-yarıya bölmüşlər. Bundan sonra dekabr-yanvar ayında ümumilikdə 510 qutu 0.400 kiloqramlıq bir kilosunun qiyməti 16 manat 90 qəpik olmaqla 4.080 kiloqram satış dəyəri 8.652 manat olan “West Gold” kərə yağını anbarda gizli yolla çıxarıb Şəhriyarla birlikdə 5.120 manata satıb aralarında yarıya bölmüşlər. Bundan sonra fevral ayında həftədə 2 dəfə olmaqla ümumilikdə 80 qutu, 1 kiloqramlıq bir kilosunun qiyməti 17 manat 90 qəpik olmaqla 80 kiloqram satış dəyəri 1.432 manat olan “Golden Crown” kərə yağını eyni üsulla anbardan avtomaşının yük hissəsinə yükləyib Şəhriyarın tapdığı müştərilərə 800 manata sataraq həmin məbləği aralarında bölmüşlər. Fevral ayının sonunda Şahid2 işdən ayrılmış, bu səbəbdən onunla işləmək üçün yeni sürücü təyin olunmuşdur. 29 mart 2023-cü il tarixdə yeni sürücünün işdən anlayışı olmadığı üçün o, özü 3 qutu 1 kiloqramlıq bir kilosunun qiyməti 17 manat 90 qəpik olmaqla 30 kiloqram satış dəyəri 537 manat olan “Golden Crown” kərə yağını dayısı oğlu Şahid1 kiloqramı 10 manatdan olmaqla 300 manata satmışdır. Həmin gün audit yoxlamanın işçiləri onun oğurluq etdiyini aşkar etmiş və onu polis bölməsinə təhvil vermişlər. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır, lakin izahatı və ifadələri təsdiq etmir. Qeyd etmək lazımdır ki, cinayət işi ilkin olaraq 29 iyul 2023-cü il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş və cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə hakimlər X2 qızı və X3 ibarət tərkibə həvalə edilmişdir. Cinayət işinin cild 2, iş vərəqə 33-34-də olan 21 avqust 2023-cü il tarixli məhkəmə hazırlıq iclası protokolundan görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X15 yazılı vəsatət verərək cinayət işinin 74-cü səhifəsində olan “şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol və cinayət işinin 75-ci səhifəsində olan “etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokolda şübhəli şəxsin adı və soyadının qarşısındakı imza və soyadı yazan şəxs tərəfindən icra olunmamasının açıq-aşkar görünməsi və Təqsirləndirilən şəxs adının qarşısındakı imzanın cinayət işi materiallarında olan digər imzalarla eynilik təşkil etməməsi, cinayət işinin 199 və 200-cü səhifələrində olan “təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” xx.xx.2023-cü il tarixli protokolda Təqsirləndirilən şəxs adının qarşısındakı imzanın cinayət işi materiallarında olan digər imzalarla eynilik təşkil etməməsini bildirərək cinayət işi materiallarında kobud pozuntulara yol verildiyindən cinayət işi üzrə icraata xitam verilməsini və işin ibtidai istintaqa prosessual rəbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişlər. Cinayət işinin cild 2, iş vərəqə 35-36-da olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli 1(101)-8796/2023 nömrəli qərarı ilə cinayət işi üzrə məhkəməxətşünaslıq ekspertizasının keçirilməsi qərara alınmışdır. Cinayət işinin cild 2, iş vərəqə 38-40-da olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 12 sentyabr 2023-cü il tarixli, 4/1429 nömrəli xətt və imzaların tədqiqi rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 1(101)-1896/2023 nömrəli cinayət işinin 1-ci cildinin 199-200-cü vərəqlərində olan xx.xx.2023-cü il tarixli "təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında" protokolun 1-ci vərəqinin aşağı hissəsində imza və 2-ci vərəqində "Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, 1(101)-1896/2023 nömrəli cinayət işinin 1-ci cildinin 40 vərəqində olan xx.xx.2023cü il tarixli "şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında" protokolda və 75ci vərəqində olan xx.xx.2023-cü il tarixli "etiraz edilə bilən şəxs barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında" protokolda "Şübhəli şəxs Təqsirləndirilən şəxs qrafalarındakı imzaların - Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 1(101)-1896/2023 nömrəli qərarına əsasən hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyi üçün cinayət işinə baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna qaytarılmışdır. 06 dekabr 2023-cü il tarixdə Azərbacan Respublikası CPM-nin 292.1-ci maddəsinə əsasən cinayət işi yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. (cild 3 i.v.1) Məhkəmə iclasında nümayəndə qismində tanınmış mülki iddiaçı Nümayəndə2 izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs “X19” MMC-də təxminən 6 aya yaxın çatdırıcı kimi işə düzəlmişdir. MMC əsasən müxtəlif növ xaricdə istehsal olunmuş yağların satışı ilə məşğul olur. Pərvizin işlədiyi müddətdə mağazadan ümumilikdə 62.019 manat 36 qəpik dəyərində müxtəlif növ yağlar oğurlanmışdır. Hazırda təqsirləndirilən şəxs zərəri ödəməmişdir. Onlar Təqsirləndirilən şəxs şikayətçidirlər və “X19” MMC-ə dəymiş 62.490 manat maddi ziyanı tələb edirlər. Məhkəmə iclasında nümayəndə qismində tanınmış mülki iddiaçı Nümayəndə1 izahatında göstərmişdir ki, o, “X19” MMC-də auditor vəzifəsində işləyir. Təqsirləndirilən şəxs şirkətdə çatdırıcı kimi fəaliyyət göstərirmiş. O, audit olaraq ərazini, sürücü və maşını yoxlayırmış. O, hər gün əraziyə çıxırmış və maşınları yoxlayırmış. Pərviz şirkətin sürücüsü Şahid2 ilə birlikdə malları mağazalara çatdırırmışlar. O, mağazada malların oğurlandığından şübhələnirmiş. O, Zabrat ərazisində Təqsirləndirilən şəxs olduğu maşını yoxlayarkən maşında 3 qutu 30 ədəd «Golden» 1 kq-lıq kərə yağının maşında olmadığını müəyyən etmişdir. O, 3 qutu əksik olduğunu görən zaman qaydalara uyğun olaraq rəhbərliyə məlumat vermiş və Təqsirləndirilən şəxs şirkətə aparmışdır. Təqsirləndirilən şəxs də etiraf etmişdir ki, oğurladığı qutunu yığıdığı malların arxasında gizlətmişdir. O, Təqsirləndirilən şəxs saxlayarakən oğurluq edilən malın dəqiq məbləğini bilmirmiş. Təqsirləndirilən şəxs əvvəlcə 300 qutu oğurladığını desə də, sonradan ifadəsində 510 qutu yazmışdır. Təqsirləndirilən şəxs heç bir təzyiq göstərilməmiş, Pərviz özü sərbəst əməlini etiraf etmiş və ərizə yazmışdır. Təqsirləndirilən şəxs şikayətçidirlər və “X19” MMCyə dəymiş 62.490 manat maddi ziyanı tələb edirlər. Proses iştirakçılarının suallarını cavablandıraraq Nümayəndə1 bildirmişdir ki, o, 2018-ci ildən “X19” MMC-də əvvəl mühafizə, sonradan isə auditor vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs şirkətdə işləyən zaman da o, şirkətdə auditor imiş. İstintaq zamanı ondan auditor fəaliyyəti ilə məşğul olmağına dair rəsmi sənəd istəməmişlər. O və digər auditorlar istənilən yük maşınını ərazidə saxlayıb malları yoxlaya bilərmişlər. O hansı normativ akt əsasında fəaliyyət göstərdiyini bilmir. O, audit olaraq ərazini, çatdırmanı, sürücü və maşını yoxlaya bilər. O, hər gün əraziyə çıxır və bu zaman 4-5 dəfə maşınla rastalaşa bilər. O, hər dəfə maşın yoxlayanda iş çoxluğunda necə akt tərtib edə bilər?! Yəni akt tərtib etməyi çatdıra bilməz. O, Təqsirləndirilən şəxs maşınının yoxlanması ilə bağlı akt tərtib etməmişdir. O, Zabrat ərazisində maşını yoxlayarkən maşında 3 qutu 30 ədəd «Golden» 1 kq-lıq kərə yağının maşında olmadığını müəyyən etmişdir. O, rəhbərliyə məlumat vermişdir. 3 qutu kərə yağı 500 manatdan çox pul edirmiş. Təqsirləndirilən şəxs sonradan etiraf etmişdir ki, yağı qohumuna satmışdır. Onun işi audit yoxlama aparmaqdır. O, maliyyə auditi deyil, daxili auditdir və işi nəzarət etmək, borcu yoxlamaq, yol vərəqəsini yoxlamaq, ərazini gəzmək vəzifəsi daşıyır. O, Təqsirləndirilən şəxs deməmişdir ki, müdirin yanında ona dediklərini desin. Müstəqil audit şirkətə çağırılıb və o da audit yoxlamada iştirak etmişdir. Onlar görüntüləri auditora vermişlər. 10 qutu götürülməli olduğu halda 12 qutunun götürüldüyü kimi hallara aid görüntülər auditə verilmişdir. Maşın şirkətin ərazisindən çıxarkən yoxlanılır, qaimə də yoxlanılır. Təqsirləndirilən şəxs malları maşında gizlətdiyindən maşın yoxlanılarkən oğurluq müəyyən edilməmişdir. Audit yoxlamasında Cəmşid Məhərrəmov, Zaur Nərimanov iştirak etmişlər. Audit yoxlamanı Şərif müəllim aparırmış, o Şərif müəllimi tanımır və kimin çağırdığını da bilmir. Audit yoxlamasında Təqsirləndirilən şəxs iştirak etməmiş, çünki həmin vaxt Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında imiş. O, Təqsirləndirilən şəxs saxlayarkən 62.000 manat yeyinti olduğunu bildirməmişdir. Sonradan anbardakı mallar sayılaraq əksiklər müəyyən edilmiş və oğurluq məbləği müəyyən edilmişdir. O, Təqsirləndirilən şəxs saxlayarkən 62.000 manatla bağlı ona heçnə deməmişdir. Çünki o, Təqsirləndirilən şəxs tutan zaman heç biri oğurluq edilən malın dəqiq məbləğini bilmirmiş. Təqsirləndirilən şəxs əvvəlcə 300 qutu oğurladığını desə də, sonradan ifadəsində 510 qutu yazmışdır. 510 qutu 80.000, 90.000 manat pul edir. O, auditor Palatasının üzvü deyil, sertifikatı yoxdur. O, Azərbaycan Beynalxalq Universitetini bitirmişdir. O, auditor olaraq yoxlama işinə nədən başlanıldığını bilmir. O da audit yoxlaması nəticəsində tərtib olunan sənədə imza çəkmişdir. Əksiklikləri tutuşdurmuşlar. Lakin hesabatlar yoxdur, mühasibatlıq əksiklikləri hesablamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin iyun ayının 30-dan 2023-cü il fevral ayının 9-dək “X25 MMC”-də sürücü vəzifəsində işləmişdir. O, Təqsirləndirilən şəxslə iş yoldaşı olmuşdur. O, Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayından işə girdiyi vaxtdan sonra tanımışdır. O, həmin müddətdən əvvəl Təqsirləndirilən şəxs tanımamışdır. O, sürücü imiş, Təqsirləndirilən şəxs isə təslimatçı imiş. O və Təqsirləndirilən şəxs qaimə üzrə götürülmüş malları göstərilən ünvanlara aparmışlar. Anbardan hansısa malın oğurlanması mümkün ola bilməzmiş. Çünki iş rejimi qayda-qanunla imiş. Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərindən onun xəbəri yoxdur, o, Təqsirləndirilən şəxslə işlədiyi müddətdə onun oğurluq etməsini görməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, o, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, istintaq zamanı da bildirmişdir ki, o, Təqsirləndirilən şəxs oğurluq etdiyini görməmiş, bilmir. İstintaq zamanı ona təzyiq göstərilməmişdir. O, 2022-ci ilin 30 iyun tarixində işə başlamış və Təqsirləndirilən şəxs əvvəl işləmişdir. O, Təqsirləndirilən şəxslə eyni maşında mal təhvil aparmışdır. O, Təqsirləndirilən şəxs əvvəl Vüsal adlı şəxslə işləmişdir. Qaydalara görə malların yüklənmə prosesində fəhlələr malları yığmalı və təslimatçı Təqsirləndirilən şəxs təhvil verməli imiş. Lakin, bəzən elə olurmuş ki, Təqsirləndirilən şəxs gec gəlirmiş, buna görə o, əl atıb kömək edirmiş, yaxud 6-7 ton yağ olurmuş, hansısa əksik mal var imişsə, anbardarlarla yerində yoxlayarmışlar. Təqsirləndirilən şəxs quru qidaları yığırmış, bütün işçilər də malları maşına yükləyirmişlər. Yəni fəhlələr kimə kömək etsə, həmin işçi malları maşına yığırmış. Maşının içində malları Təqsirləndirilən şəxs düzəldirmiş. Mallar maşında mütləq sayılaraq dəqiqləşdirilirmiş. Mümkün deyilmiş ki, anbardarları malları saymadan onları buraxsın. Anbardarları maşında olan malları hər dəfə 2 dəfə sayırmış. Səhər vaxtı qaimələr ortaya qoyulurmuş, onun işi maşın sürmək olsa da, o da qaimələri Təqsirləndirilən şəxslə gəlib götürürmüş. Ofisdən qaimələri kimin gətirdiyini bilmirmiş, amma qaimələr Təqsirləndirilən şəxs verilirmiş. Anbardar malı onlar işi qurtaran kimi, yüklədiklərini bildirən kimi yoxlayırmış. Anbardar Təqsirləndirilən şəxski qaimənin surəti ilə malları sayaraq yoxlayırmış. Şirkətin mühafizəsi şirkətə baxırmış. Onlar isə anbara gedib malı götürürmüşlər. Onlar öz platformalarına cavabdeh olmuşlar, maşına isə malları yoxlayan şəxs cavabdeh imiş. O, Təqsirləndirilən şəxslə işləyən vaxtlarda bəzi hallarda artıq mal qalırmış, tutaq ki, 3 dükandan 25 dükana mal verirmişlər, 5 dükanın malı böyük olduğundan qalırmış. Təqsirləndirilən şəxs saat 19:00-20:00-dan sonra əlavə 2 saat qalaraq həmin malları təhvil verirmiş. Amma malı təhvil vermək onun işi olmadığından o, çıxıb gedirmiş. İddia edilən oğurluq maldan xəbəri yoxdur və ona oğurluq mal verilməmişdir. Cinayət işinin cild 2, 99-107-ci vərəqələrində olan Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Elnur Məmmədovun 27 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şahid2 Təqsirləndirilən şəxs ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olmasını təsdiq edən sübutlar olmadığı və bununla da onun əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bibisi oğludur. O, uzun müddətdir makler olaraq işləmiş, hazırda isə işsizdir. Qohumu Təqsirləndirilən şəxs “X20 MMC”-də yağ təslimatçısı imiş. Təqsirləndirilən şəxs ona müəyyən vaxtlarda endirimdə olan «Golden Crown» yağları olduğunu demişdir. O isə Təqsirləndirilən şəxs endirim olanda xəbər verməyini istəmişdir. O, qohumu Təqsirləndirilən şəxs Zabrat ərazisində 2 dəfə olmaqla hər dəfəsində 1 qutu, yəni ayrı-ayrılıqda 10 kilo olmaqla ümumilikdə 20 kilo yağ almışdır. Yağın kilosu 10-11 manatdan imiş. O, Təqsirləndirilən şəxs pulu birdəfəyə verməmiş, o, birinci dəfə 110 manat, ikinci dəfə də 110 manat pul vermişdir. O, yağın oğurluq olduğunu bilmirmiş. Yağ mağazada da endirimdə olsa da, Təqsirləndirilən şəxs qohumu olduğundan o, mağazaya getmədən qohumu Təqsirləndirilən şəxs yağı almışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs ona endirimdə olan yağ təklif edəndə, həmin yağın dükanlarda olan qiymətini xatırlamır. O, pulu Təqsirləndirilən şəxs nağd şəkildə vermişdir. O, pulu 1-ci dəfə Təqsirləndirilən şəxs Zabrat ərazisində verərkən Pərvizin yanında adını bilmədiyi sürücünü görmüş, ikinci dəfə isə Pərvizin yanında heç kimi görməmişdir. Adətən Təqsirləndirilən şəxsgil şirkətin maşını ilə gedib-gəlirmişlər. Yəqin ki, sürücüsü ilə gəlmişdir. Lakin o, pulu verərkən Pərvizin yanında heç kim olmamışdır. O, Təqsirləndirilən şəxs iki dəfəyə cəmi 200 manat civarında pul vermişdir. O, Təqsirləndirilən şəxs ondan başqa kiməsə yağ satdığını, verdiyini bilmir. Şahid1 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin cild 1, 104-106-cı vərəqələrində olan ifadəsində Şahid1 aşağıdakıları göstərmişdir: «...Pərvizdən yağları haradan aldığını soruşduqda o, ona bildirmişdir ki, heç bir narahatçılıq yoxdur. Pərvizdən yenə təkidlə oğurluq olub-olmadığını soruşduqda Pərviz demişdir ki, heç bir narahatlıq yoxdur, onluq heçnə yoxdur, ona görə ucuz qiymətə verir. Onun bu sözündən sonra ailə üzvləri ilə danışıb ona xəbər edəcəyini bildirmişdir. Bundan sonra ailə üzvləri ilə danışıb ondan yağı ala biləcəyini bildirmişdir. Bundan sonra onunla Zabrat ərazisində görüşmüş və ondan 1 qutu 0.400 kiloqramlıq ümumilikdə 8 kiloqram «Golden Crown» yağı götürmüşdür. Bundan əlavə bildirmişdir ki, ondan yağların hər birini götürdükdə ona deyirmiş ki, maşını yolun qırağında saxlasın avtomaşının yük yerini açıq qoysun özü gəlib yağı qoyacaq. O onun dediyi kimi etmiş və Pərviz əlində qaimə ilə gəlib yağları avtomaşına qoymuşdur. Pərvizdən qaiməni nə üçün gətirdiyini soruşduqda o, bildirmişdir ki, heç bir problem yoxdur, şirkətin işləri ilə əlaqədar prosedurdu onluq deyil. Pərvizdən aldığı 1 qutu yağa görə ona 88 manat pul vermiş və oradan uzaqlaşmışdır. Bu hadisədən 1 ay keçdikdən sonra Pərviz yenə ona zəng vuraraq bildirmişdir ki, yenə yağı var 0.400 kiloqramlıq «Golden Crown» 8 kiloqramdır və ona bu səfər bir kiloqramını 10 manatdan verəcəkmiş. O evlə yenə əlaqə saxlayıb bildirmişdir ki, yağı almaq istəyir. Bundan sonra onlar Sabunçu ərazisində görüşmüş və o 80 manat verib 1 qutu yağı ondan götürmüşdür. Bundan 1 ay keçdikdən sonra Pərviz yenə zəng vuraraq bildirmişdir ki, 1 kiloqramlı yağ var ümumi 9 kiloqramdır o onunla yenə razılaşmış və 29 mart 2023-cü il tarixdə Sabunçu ərazisində o onunla görüşmüşdür. Pərviz ona 1 qutu 1 kiloqramlıq yağ vermiş lakin, yağın üstündən 1-ni götürmüşdür. O ondan yağın birinin niyə olmadığını soruşduqda o, ona özünün götürdüyünü bildirmişdir. O yenə 9 kiloqram yağ üçün 90 manat pulu yoldaşına zəng vuraraq Pərvizin kartına vurmağını bildirmişdir. Yoldaşı pulu Pərvizin kartına vurmuş və o yağları götürüb oradan uzaqlaşmışdır. Bildirmişdir ki, sonuncu 9 kiloqram yağı ona verərkən onun yanında olan sürücüdə görmüşdür. Bu faktı o da təsdiq edə bilər. Təqsirləndirilən şəxs dedikləri yalandır. Belə ki, o, 3 ay ərzində Pərvizdən ümumilikdə 25 kiloqram yağ götürmüşdür. Sonuncu dəfə isə götürdüyü yağın çəkisi 9 kiloqram olmuşdur. Bir daha bildirmişdir ki, bu faktı onunla birgə işləyən sürücü də təsdiq edə bilər. Şəxsən onun özü onunla söhbətdə etmişdir. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, imza onun imzasıdır. O, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Onun 25 kilo yağ götürməyi ifadəsi elan olunan zaman yadına düşmüşdür. Yəqin ki 25 kq yağ 2 qutu yarım şəklində verilmişdir. Cinayət işinin cild 2, 99-107-ci vərəqələrində olan Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Elnur Məmmədovun 27 noyabr 2023-cü il tarixli, sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin, yəni qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edilmiş əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə cinayətin əməlinin əlamətləri olmadığından həmin maddə ilə onun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şahidlərin ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin cild 1, 7-ci vərəqəsinə əlavə edilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə ünvanlanmış 30 mart 2023-cü il tarixli «X24» MMC-də “audit” vəzifəsində işləmiş Nümayəndə1 ərizəsində “çatdırıcı” vəzifəsində işləyən Təqsirləndirilən şəxs bir kq 17 manat olan 30 ədəd “Golden Groun” markalı kərə yağlarını oğurlayaraq dayısı oğlu Şahid1 dəyərindən aşağı qiymətə sataraq pulları ələ keçirməsini, həmçinin X8 ilə birlikdə 6 ay ərzində MMC-yə məxsus 62.019 manat dəyərində müxtəlif növ yağları oğurlayaraq satmasını bildirərək, tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin cild 1, 12-ci vərəqəsinə əlavə edilmiş «Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişindən» görünür ki, Təqsirləndirilən şəxs «X24» MMC-də «Ticarətçi» (əmək müqaviləsi üzrə «Mal təslimatçısı») vəzifəsinə qəbul edilmiş və onunla xx.xx.2022-ci il tarixli əmək müqaviləsi (kontraktı) bağlanmışdır. Cinayət işinin cild 1, 16-20-ci vərəqələrinə əlavə edilmiş “Əmək müqaviləsindən” görünür ki, İşəgötürən «X24» MMC-nin nümayəndəsi X9 ilə Təqsirləndirilən şəxs arasında 12 oktyabr 2022-ci il tarixdən 1 ay 1 gün müddətinə əmək müqaviləsi bağlanılmışdır. Cinayət işinin cild 1, 24-cü vərəqəsinə əlavə edilmiş “təhvil edənin” və “qəbul edənin” soyadı, adı, imza və möhürü olmayan “X10 Götürdükləri”(???) adlı sənəddə xx.xx.2022ci il tarixdən xx.xx.2023-ci il tarixə kimi 34 qutu “Vest Qold o, 400 qr.” və “Golden Groun 1 kq”, cəmi 5.483 manat dəyərində olan 290 kq yağ məhsulu təhvil verilmişdir. Məhkəmə, verilən ittihamın iş üzrə digər sübutlarla təmin edilməməsi səbəbindən onların həqiqiliyinə dair əsaslı şübhələrin yaranması qənaətinə gəlir. İbtidai istintaq orqanı sübutların qiymətləndirilməsi qərarında Təqsirləndirilən şəxs sözügedən əməllərinin tövsifi üzrə mövqeyini izah edə bilməmişdir. Sübutların qiymətləndirilməsi qabaqcadan yaranmış yanlış qənaət əsasında aparılıb, təqsirsizliyini sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyulub, sübut edilməli hallar üzrə ehtimalların tarazlığına riayət olunmayıb. Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsində sübutların növləri sadalanaraq: şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər göstərilmişdir. Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxsə ziyan vurmaqla oğurluq etməsi üzrə ibtidai istintaq orqanı tərəfindən sübut növü kimi yalnız: zərərçəkmiş şəxsin, 2 nəfər şahidin ifadələrini, cinayət işinin cild 1, 162-164-cü səhifəsinə əlavə edilmiş 31 saylı Auditor rəyi və bir ədəd “CD” disklə kifayətlənmişdir. Belə ki, cinayət işinin cild 1, 162-165-ci vərəqələrinə əlavə edilmiş Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən 15 dekabr 2021-ci il tarixli SA 074 saylı icazəsi ilə fəaliyyət göstərən sərbəst auditor X18 tərəfindən «X24» MMC-də aparılmış 31 saylı Audit yoxlama aktından görünür ki: Cəmiyyətin kompyuter məlumatlarına, kompyuter çıxarışlarına və videogörüntülərə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan dövr ərzində cəmiyyətin anbarından artıq götürdüyü malların auditi aparılmış və müəyyən olunmuşdur ki, ** JF *** dövlət qeydiyyat nişanlı «Hyundai HD 65» markalı avtomobilinə qəbul etdiyi mallardan əlavə qeyri-rəsmi götürdüyü mallar aşağıdakı kimi müəyyən edilmişdir:
1. Vestgold kərə yağı 1 kq (43 qutu x 10 ədəd=430 ədəd x 17.90)....... 7697 AZN,
2. Vestgold kərə yağı 400 qr (174 qutu x 20 ədəd=3480 ədəd x7.9).... 27492 AZN,
3. Vestgold kərə yağı 180 qr (61 qutu*40 ədəd=2440 ədəd x 3.85)..... 9394 AZN,
4. Golden crown kərə yağı 1 kq (39 qutu x 10 ədəd=390 ədəd x 16.9) 6591 AZN,
5. Goİden crown kərə yağı 400 qr (30 qutu x 20 ədəd=600 ədəd x 7.30).. 4380 AZN. 6 Golden crown kərə yağı 180 qr (51 qutu x 40 ədəd-2040 ədəd x 3.40)..6936 AZN. Ümumilikdə şirkətin anbarından 62.490,00 AZN (Altmış iki min dörd yüz doxsan) manatlıq mallar qeyri-rəsmi qaydada çıxarılmışdır. Beləliklə, cəmiyyətin mal təslimatçısı Təqsirləndirilən şəxs öhdəsində xx.xx.2023-cü il tarixə 62.490,00 manat ehtimal olunan çatışmazlıq müəyyən edilmişdir. Cəmiyyət tərəfindən aparılan daxili audit yoxlamasıda və kənar audit yoxlamasında Təqsirləndirilən şəxs iştirak etməmişdir. 31 saylı audit rəyinə əlavə edilmiş Zərərçəkmiş şəxs MMC-nin təsisçilərinə ünvanlanmış tövsiyyə məktubunda, auditor X18 belə bir ifadə irəli sürmüşdür…-« Maliyyə hesabatlarında göstərilən məbləğlər və açıqlamalar barədə audit sübutunun əldə edilməsi üçün prosedurların həyata keçirilməsi audit yoxlamasına daxildir. Seçilmiş prosedurlar, eləcə də fırıldaqçılıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, maliyyə hesabatlarının əhəmiyyətli səhvlər riskinin qiymətləndirilməsi bizim mülahizələrimiz əsasında aparılmışdır…» Məhkəmə iclasında təqsriləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, o, 15 yanvar 1997-ci ildən başlayaraq 27 ildir ki, auditor olaraq fəaliyyət göstərir. O, "xxxx" MMC-də nə rəhbərliyi, nə də işçiləri tanımır. Lakin şirkət ona audit yoxlaması ilə müraciət edib, o da şirkətlə müqavilə bağlayaraq auditor xidmətini həyata keçirmişdir. "xxxx" MMC-dən audit yoxlaması ilə bağlı əvvəllər ona müraciət daxil olmamışdır. O, ilk dəfə "xxxx" MMC-də audit yoxlaması aparmışdır. Şirkətin ona müraciət etmə səbəblərini bilmir. Şirkət ya kimdənsə adını eşitmiş, ya da adını internetdən öyrənmişdir. Ona zəng daxil olmuş, o da vaxtı olduğundan təşkilatla müqavilə bağlayaraq işini yerinə yetirmişdir. "xxxx" MMC ona xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Həmin gün "xxxx" MMC ilə müqavilə bağlamış, sənədlərlə tanış olmuş, yoxlama 10 gün müddətində aparılmışdır. O, ardıcıl yoxlama aparmamış, zəruri sənədlərin toplanmasını bildirib həmin sənədlərə baxmış, sənədlərin surətlərini çıxararaq nəticəyə gəlmişdir. O, Təqsirləndirilən şəxs işlədiyi 3-4 aylıq müddətdə bütün mədaxil, məxaric sənədlərinə baxış keçirmişdir. Lakin mədaxil və məxaric sənədlərində çatışmazlıq olmadığı üçün videogörüntüdən oğurluq faktını ona təqdim etmişlər. Videogörüntüyə baxmışdır. Videogörüntülərdə qablaldırılmış yağ məhsulları görünür. Lakin onun səlahiyyəti olmadığından videogörüntülərə dair qeyd götürməmiş, bu işə ekspert baxmalı imiş. X1 malları götürməyi görünür. Belə ki, videogörüntülərdən görünür ki, Pərviz Abduallayev qaimədə olmayan artıq məhsulları götürüb ona təhkim olunmuş maşına qoymuşdur. O, malları saymamış, onun səlahiyyəti yoxdur. O, ehtimal olunan çatışmazlıq barədə rəy vermişdir. O, çatışmazlığı ona verilən siyahı üzrə kompyuterdə yoxlamış, yağın qiymətini miqdarına vurub məbləği axtarmışdır. O, fəaliyyətində “auditor xidməti haqqında” qanuna əsaslanmışdır. Auditin növləri müxtəlifdir: maliyyə-təsərrüfat xidmətinin auditi, əmlakın investisiya auditi, çatışmayan malların auditi və s. O, auditi beynəlxalq audit standartlarının tələblərinə uyğun aparmışdır. O, uyğun audit növündə ona verilən sənədləri qiymətləndirmişdir. “Auditor xidməti haqqında” qanuna əsasən o, şirkətin hüquqi sənədlərini tələb edir. Yəni, VÖEN-nin surəti, nizamnamənin surəti, dövlət reystrindən sonuncu çıxarışının surətini tələb edir. O, həmin sənədləri götürmür, həmin sənədlərə baxış keçirir. Videogörüntülər mühasibat sənədi hesab olunmur. O, videogörüntüyə baxış keçirmiş, həmin görüntülər əsasında onlar malların adlarını yazmışdır. Onun audit və vətəndaş olaraq videogörüntüyə baxış keçirmək hüququ olmuşdur. “Auditor xidməti haqqında” qanunda əsasən gələcək nəticəni əldə sübutla toplamaq üçün o, videogörüntülərə baxmışdır. Götürülən mallar qaimədə yazılmayan mallardır, yəni qeyri-rəsmi götürülmüşdür. Ona təşkilat tərəfindən əmək müqaviləsi, şəxsiyyət vəsiqəsi surəti təqdim olunmuşdur. Ona mühasibat sənədi olaraq təşkilatın videogörüntülərə əsasən tərtib etdiyi oğurluq aktı təqdim olunmuşdur. Aktda oğurlanan malların adları qeyd olunmuş və ona malların qiymətini təsdiq etməyi, bunun əsasında istintaq orqanına sənədi təqdim edəcəklərini bildirmişlər. O da ehtimal olunan çatışmazlıq barədə rəy vermişdir. O, qaimələri görmüş, qaimələrdə çatışmazlıq olmadığından bu barədə rəydə heçnə yazmamışdır. O, artıq götürülən mala qiymət vermişdir. O, Təqsirləndirilən şəxs imzasını tanımır, lakin qaimədə onun adının qarşısında imza görmüşdür. Təsərrüfatla bağlı cinayət işlərində rəy olmayana kimi iş icraata qəbul olunmur. Onun da verdiyi rəydir. Pərviz Abduallayevin maşına qoyduğu qutularda yağ yoxsa, başqa məhsul olduğu istintaq vaxtı araşdırılmalı imiş. Bunu araşdırmaq onun səlahiyyətində olmamışdır. Audit yoxlaması zamanı vidoegörüntülərdən istifadə edilməsi halı heç bir qanunda yazılmamışdır. Maliyyə-təsərrüfat yoxlaması zamanı çox saylı işçilərdən birinə aid fakt imiş və o, təqdim olunan hala qiymət vermişdir. O, rəyində konkret olaraq oğurlama və mənimsəmə faktını yazmamış, rəyində ehtimal olunan çatışmazlıq barədə yazmışdır. 16 sentyabr 1994-cü il tarixli 882 nömrəli “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü bəndində qeyd edilmişdir ki, təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir. Qanunun 8-ci bəndində qeyd edilmişdir ki, Auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyətəsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatlarının doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən sənəddir. Qanunun 13-cü bəndində Auditorların vəzifələr əks olunmuşdur. Belə ki, sərbəst auditorların və auditor təşkilatlarının vəzifələri aşağıdakılardan ibarətdir: -«...sifarişçinin mühasibat uçotunun və hesabatının vəziyyətini, düzgünlüyünü…mühasibat uçotunun aparılması və hesabatların tərtibi ilə bağlı nöqsanlar haqqında sifarişçinin rəhbərliyinə məlumat vermək… auditorun rəyində olan irad və nəticələr üçün əsas olan normativ aktlar barəsində ətraflı məlumatlar vermək…» Qanunun 17-ci bəndində Auditor xidmətindən istifadə üzrə təsərrüfat subyektinin vəzifələri və hüquqları izah olumuşdur. Belə ki, təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. O, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Göründüyü kimi, 16 sentyabr 1994-cü il tarixli 882 nömrəli “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununda təsərrüfat subyektində kompyuter məlumatlarına, kompyuter çıxarışlarına və videogörüntülərə əsasən audit yoxlama aparılması əks olunmamışdır. 31 saylı auditor rəyində auditor X18 özü də göstərmişdir ki, yoxlama ehtimal və özünün mülahizələrinizə əsasən aparılmışdır. İbtidai İstintaq orqanı 31 saylı Auditor rəyini ittihamı təsdiq edən sübut növü kimi qəbul etsə də, Təqsirləndirilən şəxs təqsirliliyini sübut edən hər hansı bir başqa mötəbər dəlil və ya sübut müəyyən etməmiş, Auditor rəyinin mühasibat sənədlərinə əsasən tərtib edilməməsi və yalnız kompyuter məlumatlarına, kompyuter çıxarışlarına, videogörüntülərə əsasən aparılması və ittihamda göstərildiyi digər ziddiyyətlərə hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi –vəkil Müdafiəçi2 vəsatətlə müraciət edərək, satış qaimə-fakturada göstərilən məlumatlar üzrə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Müdafiəçi vəsatətini onunla əsaslandırmışdır ki, qaimə-fakturalarda göstərilən məlumatlar üzrə Təqsirləndirilən şəxs tərəfindən “X24” MMC-dən götürülmüş malların dəyəri 6000 manat civarındadır. Cinayət işi başlandıqdan təxminən 2 aya yaxın müddət keçdikdən sonra, “X24” MMC-nin direktoru Nurəddin Tağıyev ilə sərbəst auditor X11 arasında bağlanmış müqavilə əsasında auditor rəyi tərtib edilmiş, auditor rəyi tərtib edilərkən Təqsirləndirilən şəxs iştirak etməmişdir. Auditor yoxlaması Təqsirləndirilən şəxs imza edib qəbul etdiyi qaimə-fakturalar əsasında deyil, kompyuter çıxarışları, məlumatlar və videogörüntülər əsasında aparılmışdır. Həmin komputer çıxarışlarının sonradan tərtib edilmə ehtimalı vardır. Azərbaycan Respublikası CPM-nin 28.4.2 və 143.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, cinayət təqibi üzrə sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmaqdan ötrü iş üzrə cinayət işi materiallarına auditor rəyində göstərilən məlumatlar üzrə Təqsirləndirilən şəxs tərəfindən “X24” MMC-yə vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. 18 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən rəyin icrası ilə əlaqədar «Ekspert vəsatəti» daxil olaraq “X24” MMC-yə məxsus ilkin mühasibatlıq sənədləri, hesabatlar, mədaxil-məxaric sənədləri, kassa sənədləri və bank hesabından çıxarışlar tələb olunmuşdur. Ekspert vəsatətinə əsasən məhkəmə kollegiyası “X24” MMC-nin nümayəndəsi Nümayəndə2 müraciət etmiş, həmin sənədlərin Ekspertiza Mərkəzinə göndərilməsi barədə 01 may 2024-cü il tarixdə onlara məlumat verilmişdir. Elektron Məhkəmə İnformasia Sistemindən 10 may 2024-cü il tarixdə məhkəməyə “X24” MMC-nin nümayəndəsi Nümayəndə2 imzası ilə daxil olmuş məktubunda tövsiyə olunmuşdur ki, iş materiallarında mövcud sənədlər əsasında rəy verilməlidir. Məhkəmənin sonrakı mərhələsində “X24” MMC-nin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, ekspert sənədləri tələb etdikdə haqlı olmamış, mühasibat sənədlərini verməyə borclu deyillər, onlar həmin dövr ərzində «yağ məmulatlarının» mövcud qiymətini təsdiq edən elektron qaimələri təqdim etmişlər. Qiymətini təsdiq edən elektron qaimələr Ekspertiza Mərkəzinə göndərilməsinə baxmayaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən Ekspet vəsatəti təmin edilməmə səbəbindən 24 may 2024-cü il tarixdə 3-16- 16/2-7536 nömrəli məktubla ekspertizanın aparılmasından imtina edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə "xxxx" MMC-yə külli miqdarda olmaqla ümumilikdə 62.490 manatlıq malların oğurlaması öz təsdiqini tapmamış, lakin Təqsirləndirilən şəxs 5.483 manat dəyərində olan yağ məhsullarını oğurlaması özünün etirafedici ifadələri, Şahid1 və digər sübutlarla öz təsdiqini tapmışdır. Təqsirləndirilənin bu ifadəsini təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən «hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İnsan hüquqlarının və X6 haqqında Konvensiyanın «ədalətli məhkəmə araşdırması hüququ»ndan və «qanunsuz cəzalandırılmamaq»dan bəhs edən müddəalarına əsasən «cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir». (mad. 6) «Heç kəsə cinayət əməli törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz». (mad.7) Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 126.6-cı maddəsində göstərilir ki, «təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütun sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər». Azərbaycan Respublikası CPM-nin 349.5.1 maddəsinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 338.1.2 maddəsinin tələblərinə əsasən hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində qeyd olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, müqayisəli şəkildə təhlil edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirinin sübuta yetirilməməsi nəticəsinə gələrək, hesab edir ki, onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif olunmalı və o, qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. O, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə "xxxx" MMCnə mal təslimatçısı vəzifəsinə təyin olunduqdan sonra, onunla cəmiyyət arasında 12 oktyabr 2022-ci il tarixdə 1 ay 1 gün müddətinə bağlanıldığı əmək müqaviləsinin müddəti bitdikdən sonrakı dövr ərzində, yəni xx.xx.2022-ci il tarixdən 28 mart 2023-cü il tarixədək olan müddətdə həmin MMC-nin ünvan 3 ünvanında fəaliyyət göstərən ərzaq anbarına daxil olmaqla, ayrı-ayrı vaxtlarda həmin anbardan məhsulların yığılmasına nəzarətin olmamasından istifadə edərək «Westqold» kərə yağını, «Golden crown» kərə yağını, «Golden crown» kərə yağını ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə olmaqla anbarın əməkdaşlarından gizli olaraq 5.483 manat məbləğində əmlakı anbardan gizli çıxarıb, avtomaşının yük hissəsində gizlədərək, həmin əmlakı talamaqla zərərçəkmiş hüquqi şəxs - "xxxx" MMC-yə xeyli miqdarda olmaqla ümumilikdə 5.483 (beş min dörd yüz səksən üç) manat ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə gəldiyi nəticələri “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Azərbaycan Respubliası Ali Məhkəmənin Plenum qərarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Azərbaycan Respubliası Ali Məhkəməsinin Plenum qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayətn işinin 1-ci cild 133-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş 29 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 127-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Klinik Psixiatriya Xəstəxanasından daxil olmuş 17 aprel 2023-cü il tarixli 4814 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 04 avqust 2022-ci il tarixdən 05 avqust 2022-ci il tarixədək olan müddət ərzində xəstəxanada gündüz stasionar şöbəsində ambulator müayinədə olmuşdur. Cinayət işinin 1-ci cild 167-169-cu vərəqələrində olan kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1676 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı -xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 31 mart 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 78-79-cu vərəqələrində olan 31 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 99-103-cü vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 aprel 2023-cü il tarixli, 4(005)-446/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 31 mart 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur. Məhkəmə kollegiyası həmçinin zərərçəkmiş-hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş mülki iddianın əsaslılığını araşdırmışdır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 mülki iddia ilə müraciət edərək, cəmiyyətə dəymiş 62.490 manat maddi ziyan və 277,47 manat ödənilmiş dövlət rüsumunu Təqsirləndirilən şəxs tələb etdiklərini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 törədilmiş cinayət nəticəsində onun təmsil etdiyi cəmiyyətə dəymiş maddi ziyanın ödənilməsi barədə iddiası qismən təmin edilməli, 5.483 (beş min dörd yüz səksən üç) manat maddi ziyan və 277,47 manat ödənilmiş dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 31 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Zərərçəkmiş-hüquqi şəxs-mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, 5.483 (beş min dörd yüz səksən üç) manat maddi ziyan və 277,47 manat ödənilmiş dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-yə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Azad Məcidov
Hakimlər: Səbinə Məmmədzadə
Əli Məmmədov