Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1156/2022 19.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq Bakı şəhəri, Binəqədi rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən külli miqdarda 01 ədəd polietilen bükümdə təmiz çəkisi 3,279 ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 02 ədəd şəffaf polietilen bükümdə ayrı ayrılıqda 3,402 və 0,396 qram olmaqla, ümumi təmiz çəkiləri 3,798 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 12 yanvar 2022-ci il tarixdə saat 03:00da Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tərbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq ünvan 4 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd polietilen bükümdə təmiz çəkisi 3,279 ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 02 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda 3,402 və 0,396 qram olmaqla, ümumi təmiz çəkiləri 3,798 qram qəhvəyi rəngli tozşəkilli maddələr, xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. O, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmiş, heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, 3 ildir ki, xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu, Şamaxınka adlanan yerə getmiş və əvvəlcədən danışdığı İran İslam Respublikasının vətəndaşı adını ona Akşin kimi təqdim edən şəxsin kart hesabına 120 manat pul göndərmişdir. Həmin şəxs ona “Whats App” mobil tətbiqi vasitəsi ilə ünvan demiş və o, həmin ünvana gedərək ona verəcəyi narkotik maddə heroini daşın altından götürmüşdür. Sonra taksi sifariş vermiş, taksinin sürücüsünə onu Xəzər rayonu, Koroğlu metrostansiyasının yanına aparmasını istəmişdir. Taksi sürücüsü onu təxminən saat 02:45 radələrində “Koroğlu” metrosunun yanında düşürtmüşdür. Sonra da o, yenidən 2111 taksi xidmətinə sifariş verərək Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsinə aparmasını bildirmişdir. Bir neçə dəqiqə sonra “Mercedes” markalı avtomobilin sahibi ona zəng etmiş və onu müştəri kimi qəbul etmişdir. Taksi sürücüsü onu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsin gətirmiş və həmin sürücüdən “MegaStore” super marketin yanında avtomobili saxlamasını bildirmiş və taksi sürücüsü avtomobili “MegaStore” super marketin qarşında saxlamış, o da, avtomobildən düşüb yaşayış binasına getmişdir. O, geriyə avtomobilə yaxınlaşan zamanı ona 3 nəfər mülkü geyimli şəxslər yaxınlaşmış və ondan şübhələndikləri üçün polis bölməsinə dəvət etmişlər. Polis bölməsində üzərində olan 3 büküm narkotik maddəni təqdim etmişdir. O, narkotik maddəni İran İslam Respublikasının vətəndaşı, adını Akşin kimi təqdim edən şəxsdən 120 manata almış və o, narkotik maddəni 3 aydır ki, həmin şəxsdən almışdır. Həmin şəxslə “İnstagram” sosial şəbəkəsində tanış olmuş və həmin şəxs mobil nömrəsini ona verərək narkotik maddə verə biləcəyini bildirmişdir. Həmin şəxslə +**********23 saylı mobil nömrə ilə əlaqə saxlamışdır. O, həmin şəxsdən xx.xx.2022-ci il tarixdə 7-8 qram narkotik maddə almışdır. O, narkotik maddəni satmamış, lakin tanışlar ondan istəyəndə onlara pulsuz narkotik maddə vermişdir. Yaşadığı mənzildə narkotik maddə saxlamamış, üzərində olan narkotik maddədən başqa heç bir yerdə narkotik maddə olmamışdır. Həmin narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. O, narkotik maddələrin satışı ilə məşğul olmamışdır. O, öz istifadəsi üçün narkotik maddə olan heroin və metamtefamin əldə etmiş və istifadə etmişdir. Polis tərəfindən hər hansı təzyiqə məruz qalmamışdır. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, “Mercedes Benz C220” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir və taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. 12 yanvar 2022ci il tarixdə təxminən saat 20 radələrində yaşadığı evdən çıxıb “2111” və “0404” taksi şirkətləri ilə işləməyə başlamışdır. Ona “Koroğlu” metrostansiyasından verilən sifarişi qəbul edərək sifariş verən ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş və müştərinin yerini müəyyən edib gedərək həmin müştərini götürmüşdür. Müştəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi və sonra oradan da Xətai rayonu, NZS qəsəbəsinə aparacağını ona demişdir. O, əvvəlcə müştərini Qaraçuxur qəsəbəsinə aparmış və Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən “Megastore” marketin qarşısında müştəri ona saxlamağını istəmişdir. Müştəri “Megastore” marketin qarşısında saxlamış və müştəri düşüb getmiş, təxminən 2-3 dəqiqə sonra gələcəyini bildirib qarşıdakı 9 mərtəbəli evə tərəf getmişdir. Bir neçə dəqiqə sonra 9 mərtəbəli bina tərəfdən çıxıb onun avtomobilinə yaxınlaşan zaman mülki geyimdə olan şəxslər yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirərək narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib onu 32-ci PB-nə dəvət etmişlər. Ondan isə həmin müştərini haradan, nə vaxt buraya gətirməsini soruşmuşlar. O da, özünü təqdim edərək taksi sürücüsü olduğumu, şirkət tərəfindən verilən sifariş üzrə həmin müştərini götürdüyünü və buraya gətirdiyini demişdir. Polis əməkdaşları onun izahatının alınması üçün onu 32-ci PB-nə dəvət etmişlər və o da, razılaşıb polis əməkdaşları ilə birlikdə 32-ci PB-nə gəlmiş və orada izahat vermişdir. O, həmin müştərini tanımamış, həmin müştərini şirkət ona yönləndirmişdir ki, istədiyi ünvana çatdırsın. Yolda həmin müştəri avtomobilə əyləşən zaman telefonla danışmış, lakin onun kiminlə və nə məzmunda danışmasını bilməmişdir. Həmin müştəri ona narkotik maddə satmağı və ya hədiyyə etməyi təklif etməmişdir. Məhkəmədə şahid dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantı xüsusi rütbəsi daşıyır. 12 yanvar 2022-ci i tarixdə “İlham” adlı şəxsin narkotik maddələrin qanunsuz saxlanılması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 03:00-da ünvan 3 ünvanının qarşısında üzərində taksi işarəsi olan “Mercedes Benz C220” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığında xarici əlamətlərindən “İlham” adlı şəxsə bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim edilməsini istəmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin avtomobilin sürücüsü isə özünü X1 təqdim etmiş və taksi sürücüsü olduğunu bildirmişdir. Tural Qazıyevə narkotik maddələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. O da, razı olaraq polis bölməsinə gəlmişdir. 32-ci Polis bölməsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçi dəvət edilmiş və sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 03 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və həmin bükümlərin onun özünə məxsus olduğunu, həmin narkotik maddəni Suraxanı rayonu, Binəqədi qəsəbəsində Şamaxinka adlanan yerdə İran İslam Respublikasının vətəndaşından öz şəxsi istifadəsi üçün alıb əldə edərək üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 03 ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi zərurətini bildirərək evinə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs da yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı ərizəni imzaladıqdan sonra onun yaşadığı ünvan 6 ünvanında yerləşən evinə baxış keçirilmişdir. Baxış zamanı həmin evdən əldə edilməsi, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya maddə aşkar edilməmiş və götürülməmişdir. Bundan sonra həmin evə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 32-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha daha təsdiq etdi. Cinayət işinin 35-36-ci vərəqlərində olan 12 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 03 ədəd büküm aşkar edilərək götürülmüşdür. Cinayət işinin 42-47-ci vərəqlərində olan 12 yanvar 2022-ci i! tarixli şəxsi evə baxış protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı həmin evdən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar edilməmiş və götürülməmişdir. Cinayət işinin 84-cü vərəqində olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilərək müəyyən olunmuşdur ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərində ilə şəxsi axtarış keçirilmiş, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçsinin sağ yan cibindən 03 ədəd bükümü çıxarıb təqdim etməsi və ondan təqdim etdiyi həmin bükümlərin içərisində nə olması və nə vaxt necə əldə etməsi barədə soruşulduqda təqdim etdiyi həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni Binəqədi rayonunda Şamaxinka adlanan yerdə İran İslam Respublikasının vətəndaşından aldığını və sonra özünün istifadə etməsi üçün üzərində saxladığını bildirmiş, həmin bükümlərin qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilmiş və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 57-61-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/195 saylı, 12 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №196” dairəvi möhür əksi və “İştirakçılar, tərtib etdi-imzalar.. xx.xx.2022” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdə təmiz çəkisi - 3,279 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və iki ədəd bükümdəki təmiz çəkiləri - 3,402 qram və 0,396 qram olmaqla, ümumi təmiz çəkisi - 3,798 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, kustar üsulla hazırlanmış 02 ədəd bükümdəki heroinlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahi İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikaqsının Qanuni ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahi İ) daxildir. Cinayət işinin 121-122-ci vərəqlərində olan ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 1756 saylı, 12 aprel 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Lakin, hal- hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 140-148-ci vərəqlərində olan protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə- kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış 3,798 qram narkotik vasitə heroin və 3,279 qram psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 3,698 qram narkotik vasitə heroin və 3,179 qram psixotrop maddə metamfetamin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü və evə baxış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 02 ədəd DVD diski isə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11 -ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 N-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 N-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 31-ci vərəqində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 95-99-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 12 yanvar 2022-ci il tarixdən hesablamaqla 04 ay müddətinə “həbs" qismində qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 119-cu vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əməlindən peşman olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 12 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-in 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-in 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Suraxanı RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 3,698 qram narkotik vasitə heroin və 3,179 qram psixotrop maddə metamfetamin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü və evə baxış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 420 AZN (dörd yüz iyirmi manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3- cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 12 yanvar 2022-ci il tarixdən hesablansın. Ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfi - 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Suraxanı RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 3,698 qram narkotik vasitə heroin və 3,179 qram psixotrop maddə metamfetamin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü və evə baxış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 420 AZN (dörd yüz iyirmi manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Məhəmməd Əkbərov