Məhkəmə qərarları › İş №1(101)-1156/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1156/2025

30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1156/2025 30.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X18 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və nümayəndəsi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 və müdafiəçisi “Kaspian” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 və müdafiəçisi “Kaspian” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2amış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, xx xxxxxxx 1991-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 4 ünvanda qeydiyyatda olmaqla ünvan 5anda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir.

2. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olma yolu ilə oğurlanmış əmlaka sahiblik və ondan istifadə etməyi, sərəncam verməyi qabaqcadan vəd etməklə cinayətin törədilməsində köməkçi qismində iştirak edərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla oğurluğun törədilməsində iştirak etmişdir.

İşin faktiki halları

3. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə əmisi oğlu Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında aralarında olan ümumi cinayətkar niyyətə uyğun cinayətin törədilmə üsulunu qabaqcadan müəyyənləşdirməklə, yəni sevgi münasibətlərində olduğu və qonşuluqda yaşayan Şahid7 atası Zərərçəkmiş şəxs maddi imkanının yaxşı olması barədə məlumatlı olmaqla sonuncuya məxsus ünvan 7 ünvanında yerləşən 42 saylı mənzilinin dəmir qapısının açarlarını özü və qeyriləri vasitəsi ilə istintaqa məlum olmayan şəraitdə əldə edərək xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Zərərçəkmiş şəxs “X28” hospitalında əməliyyat olunmaqla mənzildə olmamasına əmin olduqdan sonra özü və qeyrilərinin yaşayış sahəsi hesab olunan həmin mənzilə üzərində olan açardan istifadə etməklə qanunsuz daxil olaraq yataq otağında yerləşən dolabın içərisinə yerləşdirilmiş dəyəri 500 manat təşkil edən kiçik ölçülü seyf qutusunu və həmin seyf qutusunun içərisində olan həmin dövrün məzənnəsi ilə 170.000 manat təşkil edən 100.000 ABŞ dolları və 170.000 manat nağd pul vəsaitini gizli olaraq talamaqla yaşayış sahəsini tərk etdikdən sonra əvvəlcədən aralarında olan razılığa uyğun həmin seyf qutusunu Bakı şəhəri ərazisində Təqsirləndirilən şəxs1 təqdim edib sonuncunun yaşadığı Şəmkir rayonu ərazisinə qayıdaraq cinayətdən xəbərsiz Şahid6 əldə etdiyi laqonda vasitəsi ilə seyf qutusunu sökərək orada olan həmin dövrün məzənnəsi ilə 170.000 manat təşkil edən 100.000 ABŞ dolları və 170.000 manat nağd pul vəsaitini əldə etməsindən sonra qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə aralarında bölüşdürməklə şəxsi ehtiyaclarına sərf edərək,Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs ümumilikdə 340.500 (üç yüz qırx min beş yüz) manat məbləğində külli mqidarda maddi ziyan vurmaqla oğurluq etmişdir.

4. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə əmisi qızı Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında aralarında olan ümumi cinayətkar niyyətə uyğun cinayətin törədilmə üsulunu qabaqcadan müəyyənləşdirməklə, yəni Təqsirləndirilən şəxs2 sevgi münasibətlərində olduğu və qonşuluqda yaşayan Şahid7 atası Zərərçəkmiş şəxs maddi imkanının yaxşı olması barədə məlumatlı olmaqla sonuncuya məxsus ünvan 7 ünvanında yerləşən 42 saylı mənzilinin dəmir qapısının açarlarını Təqsirləndirilən şəxs2 və qeyriləri vasitəsi ilə istintaqa məlum olmayan şəraitdə əldə edərək xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Zərərçəkmiş şəxs “X28” hospitalında əməliyyat olunmaqla mənzildə olmamasına əmin olduqdan sonra Təqsirləndirilən şəxs2 və qeyrilərinin həmin tarixdə mənzilə daxil olaraq oradan pul vəsaitlərinin olduğu seyf qutusunun götürülərək mənzili tərk etməsindən sonra həmin seyfi açmaq üçün ona təqdim edəcəyindən ibarət razılaşmalarına uyğun olaraq qeyd olunan tarixdə Təqsirləndirilən şəxs2 yaşayış sahəsi hesab olunan həmin mənzilə üzərində olan açardan istifadə etməklə qanunsuz daxil olaraq yataq otağında yerləşən dolabın içərisinə yerləşdirilmiş dəyəri 500 manat təşkil edən kiçik ölçülü seyf qutusunu və həmin seyf qutusunun içərisində olan həmin dövrün məzənnəsi ilə 170.000 manat təşkil edən 100.000 ABŞ dolları və 170.000 manat nağd pul vəsaitini gizli olaraq talamaqla yaşayış sahəsini tərk etdikdən sonra əvvəlcədən aralarında olan razılığa uyğun həmin seyf qutusunu Bakı şəhəri ərazisində Təqsirləndirilən şəxs2 qəbul edib yaşadığı Şəmkir rayonu ərazisinə qayıdaraq cinayətdən xəbərsiz Şahid6 əldə etdiyi laqonda vasitəsi ilə seyf qutusunu sökərək orada olan həmin dövrün məzənnəsi ilə 170.000 manat təşkil edən 100.000 ABŞ dolları və 170,000 manat nağd pul vəsaitini əldə edib qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölüşdürməklə şəxsi ehtiyaclarına sərf edərək, cinayətin törədilməsində kğməkçi qismində iştirak edərək Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs ümumilikdə 340.500 (üç yüz qırx min beş yüz) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla oğurluğun törədilməsində iştirak etmişdir.

Təqsirləndirilən şəxslərin təqsirliliyinə dəlalət edən sübutlar aşağıdakılardan ibarətdir:

5. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, səhhəti ilə bağlı olaraq X24 əməliyyat olunmalı idi. May ayının 10-da ailə üzvləri ilə birlikdə xəstəxanaya getmişdir. Əməliyyat bitdikdən sonra xəstəxanaya müəyyən məbləğdə pul ödənilməsi lazım idi. Həyat yoldaşı, oğulları Şahid2 və Şahid7 ilə birlikdə pulu götürmək üçün evə getmişlər. Həmin gün seyf evdə olmuş və həyat yoldaşı pulu seyfdən götürmüşdür. Oğlu Ruslan ailəsi ilə birlikdə həmin gün istirahət üçün İtaliyaya getməli idi. Pulu xəstəxanaya ödədikdən sonra oğlu ailəsi ilə birlikdə İtaliyaya getmişdir. Ödəniş etdikdən sonra o, ev şəraitində müalicəsini davam etdirmək istədiyini bildirdiyindən onu evə buraxmışlar. Böyük oğlu və Kənan gəlib onu xəstəxanadan evə aparmışlar. O, seyfi öz yataq otağında saxlayırmış və yerini həyat yoldaşı ilə özündən başqa heç kim bilməmişdir. Seyfin hündürlüyü 40-50 sm olmuş, çəkisi isə 15 kiloqrama yaxın olmuşdur. Seyfi yataq otağında yorğan-döşəyi yığdıqları sandığın içində həmin yorğan-döşəyin altında saxlayırmışlar. Seyfi bir nəfərin tək götürməsi mümkün deyildi. O, xəstəxanadan çıxdıqdan sonra may ayının 28-i işə getmiş və həmin tarixədək evdə olduğu 18 gün ərzində seyfi açmamışlar. Həyat yoldaşı və o, heç nədən şübhələnməmişlər. İyun ayının 3-ü həyat yoldaşı ona zəng edərək seyfin evdə olmadığını bildirmişdir. O, evə gəldikdən sonra polisə məlumat vermiş və dərhal Şəbnəmdən şübhələnmişdir. Polisə də bunu bildirmişdir. Belə ki, qonşular Şəbnəmgilin avtomobil aldığını bildirmişlər. Həmin ərəfələrdə Şəbnəm və bacısı bahalı model telefon istifadə etməyə başlamışlar. Şəbnəmin avtomobil almaq imkanı yox idi. Ona görə ondan şübhələnmişdir. Polislərlə birgə onun evinə getmişlər, əvvəlcə qapını açmamışlar, qapını qıracaqları bildirdikdən sonra qapını açmışlar. Polis əməkdaşları tərəfindən onun iki oğlunun da izahatları alınmış, məlum olmuşdur ki, onların günahı yoxdur. Bir gün saxlanıldıqdan sonra onun övladlarını azad etmişlər. Hadisə barədə geniş məlumatı yoxdur, çünki xəstəxanada olmuş və oğurluğa qədər cəmi 18 gün müddətində evdə olmuşdur. Həmin müddətdə şübhəli heç nə olmamışdır. Hesab edir ki, oğurluq hadisəsi may ayının 11-i tarixində olmuşdur. Çünki həmin tarixədək seyf yerində olmuşdur.

6. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs evdə ailə üzvləri ilə yaşadığını, son 1 il yarımdır ki, bacısının onlarla yaşadığını, Şəbnəmin onların evinə gedib gəldiyini bildiyindən bacısını onlarla yaşamağa dəvət etdiyini, həftə sonlarında özlərinin evdə olduğunu, bu səbəbdən bacısının öz evinə getdiyini, bacısının işləmədiyini, evdə olan zaman heç hara getmədiyini, günboyu evdə olduğunu, əməliyyat olan gün isə bacısının onlara yox öz qızıgilə getdiyini, həyat yoldaşının müəllimə işlədiyini, dərs saatlarından asılı olaraq, müxtəlif saatlarda evə gedib gəldiyini, özünün Təhsil Nazirliyində işlədiyini, səhər saatlarında gedib saat 6da işdən çıxıb evə gəldiyini, seyfin yataq otağında olduğunu, həmin otaqdan ondan və yoldaşından başqa heç kəsin istifadə etmədiyini, bacısının bir müddət onlarla yaşamasına baxmayaraq evdə seyfin olmasından məlumatsız olduğunu, sonuncu dəfə həyat yoldaşının seyfdən oğluna pul vermək üçün 300 avro götürdüyünü, pulu seyfdən götürən zaman da oğlunun yanında olmadığını, seyfin yalnız bir açarının olduğunu, həmin açarın həyat yoldaşından başqa şəxsdə olmadığını, seyfdə olan puldan başqa məbləğdə də pullarının olduğunu, həyat yoldaşının onun əməliyyatı üçün 6200 manat pul götürdüyünü, seyfi bir nəfərin götürməsinin mümkün olmadığını, çəkisinin çox ağır olduğunu, Təqsirləndirilən şəxs2 qadın olmasına baxmayaraq həmin seyfi götürə bilməsinin mümkün olduğunu, oğlu Kənanın evdə seyf olduğunu bilməsinə baxmayaraq seyfin yerini bilmədiyini, aylıq qazanclarından müəyyən məbləği seyfə qoyduqlarını, evin açarının həyat yoldaşı və oğlu Kənanda olduğunu, Kənanda evə məxsus 1 ədəd açarın olduğunu, seyfin açarının yalnız həyat yoldaşında olduğunu, polisdə olan zaman Şəbnəmi və bacısını bölmədə gördüyünü, Kənanın onların yataq otağına girmədiyini, yataq otağının qapısının bəzən bağlı, bəzən açıq olduğunu, bacısı onlarda qalan zamanlarda həyat yoldaşının otağın qapısını bağlı saxladığını, xəstəxanaya getdikləri gün yataq otağının qapısının açıq olduğunu, yataq otağını bağlayan zaman açarın həyat yoldaşında olduğunu, polisə zəng etdikdən sonra polis əməkdaşlarının gəlib evə baxış keçirdiklərini, evə baxış keçirilməsinə dair protokolda adının göstərilməməsindən məlumatının olmadığını, evə baxış keçirən zaman iştirak etdiyini, evə 3 dəfə baxış keçirildiyini, may ayının 10 və 11-i tarixlərində xəstəxanada qaldığını, mayın ayının 12-si evə gəldiyini, Kənanın may ayının 10-u, saat 6-yadək onun yanında olduğunu, sonra həyat yoldaşı ilə Kənanın evə getdiklərini, xəstəxanadan çıxdığı gün, yəni may ayının 11-i tarixində həyat yoldaşı ilə Kənanın birlikdə xəstəxanaya gəldiklərini, həmin saatlarda evdə heç kəsin olmadığını, Kənanla Şəbnəm arasında sevgi münasibətinin olduğunu, Şəbnəmin əvvəllər Kənanla birlikdə onların evinə gəldiyini, Kənan olmadan Şəbnəmin onların evinə gəlmədiyini, Kənanla Şəbnəmin evdə olan zaman onun yataq otağının qapısının açıq və ya bağlı olmasından məlumatının olmadığını, Kənanın seyfin yerini bilmədiyini, həyat yoldaşının bir dəfə evə kiminsə daxil olub çıxdığını, evdə ayaq izlərinin olduğunu dediyini, evin açarının Şəbnəmin necə əldə etməsindən məlumatının olmadığını, evin açarının 3 nəfərdə, özündə, həyat yoldaşında və oğlu Kənanda olduğunu, onlardan heç birinin açarını itirmədiklərini bildirmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, o, Şəbnəmi 2021-ci ildən bəri tanıyır. Əvvəllər yaşadıqları binada görüşüb cinsi əlaqədə olurmuşlar. 2021-ci ilin sonlarından onu yaşadığı evə dəvət etmiş və orada görüşməyə başlamışlar. Evdə heç kim olmayan zamanlarda Şəbnəm onlara gəlirmiş və onlar cinsi əlaqədə olurmuşlar. Şəbnəm onlara onun özünün razılığı ilə gəlirdi. Onlarda olan zaman Şəbnəm otaqları gəzirdi və evin necə olduğuna baxırdı. 2023cü ildə atası əməliyyat olmuşdur. 2023-cü ilin əvvəlindən, oğurluq hadisəsindən təxminən 1 il yarıma qədər Şəbnəm artıq onların evinə gəlib getmirdi.

8. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid7 anası və ya atası ilə birlikdə yaşadıqlarını, 2023-cü ilin əvvəlindən bibisinin onlarla yaşadığını, atası 2023-cü ilin əvvəlində əməliyyat olduğundan və anası işlədiyi üçün bibisinin atasına qulluq etmək üçün onlarla yaşamağa başladığını, Şəbnəmlə münasibətini anasının bildiyini, onu Şəbnəmlə həyətdə danışanda gördüyünü, anasının onun Şəbnəmlə münasibətinin olmasını istəmədiyini, evdə Şəbnəmlə münasibəti bitirməsi ilə bağlı söhbət olduğunu, anasına Şəbnəmdən ayrıla bilmədiyini bildirdiyini, Şəbnəmi evə gətirməsindən valideynlərinin məlumatlarının olub-olmamasını bilmədiyini, çox güman ki, bildiklərini, evin 4 otaqdan ibarət olduğunu, özünün ayrıca otağının olduğunu, valideynlərinin yataq otağının həmişə açıq olduğunu, qapılarının üzərində açar olduğunu, Şəbnəmin onlara gələndə anasıgilin otağına girdiyini, mətbəxə keçdiyini, Şəbnəmin sonuncu dəfə 2023-cü ilin fevral ayının sonunda evə gəldiyini, həmin vaxtdan sonra Şəbnəmin onlara gəlmədiyini, evdə pul olduğunu və saxlanc yeri olduğunu bildiyini, seyfin anasıgilin otağında olduğunu bildiyini, lakin dəqiq harada olduğunundan məlumatının olmadığını, bu haqda heç maraqlanmadığını, otaqda yataq dəsti, şkafların və sandığın olduğunu, sandığın içərisində nə olmasından məlumatının olmadığını, evin bir açarının onda olduğunu, evin başqa ehtiyat açarının olmadığını, Şəbnəmin ondan açar götürmədiyini, özündə olan açarı heç vaxt itirmədiyini, atası əməliyyat olan gün səhərdən xəstəxanada olduqlarını, onlar həmin gün evdən çıxdıqdan sonra evdə heç kəsin olmadığını, may ayının 10-u tarixində, axşam saat 9-10 radələrində evə gəldiklərini, yenidən ayın 11-i səhər 12 radələrində evdən çıxıb xəstəxanaya getdiklərini, saat 3 radələrində evə qayıtdıqlarını, qardaşının avtomobillə gəldiyini və onunla birgə xəstəxanaya getdiklərini, həmin gün qapını anasının açarı ilə açıb bağladığını, açan zaman qapının bir qədər çətin açıldığını, ümumiyyətlə son 1 ildə qapının bir qədər çətin açıldığını, bəzən kilidin ilişdiyini, iyun ayının 3-ü tarixində anasının onu çağıraraq seyfin yerində olmadığını bildirdiyini, seyfi onun Şəbnəmə verməsi və içərisində pul olmasını bildirməsi barədə Şəbnəmin dediklərinin yalan olduğunu, seyfdən pul götürüb Şəbnəmlə xərcləmədiyini, Şəbnəmin onun pensiya aldığını bildiyini, arada ona pensiyasının köçməsi barədə suallar verdiyini, Şəbnəmin ondan pensiyasından 10-20 manat pul verməsini istədiyini, Şəbnəmə həmin məbləğdə pul verdiyini, hadisə ilə bağlı olaraq onları polis bölməsinə apardıqlarını, izahat və ya ifadə verən zaman "seyfi Şəbnəmlə birlikdə aparmışıq” ifadəsini işlətmədiyini, iyun ayının 3-ü tarixində bölməyə getdiyini, axşam saatlarında evə qayıtdığını, bölmədə qalmadığını, pensiyası köçən zaman Şəbnəmə bir az pul göndərdiyini, Şəbnəmin onlara gələn zaman təxminən 1-2 saat qaldığını, bu zaman açarın onun cibində olduğunu, bəzən açarın şkafın üstündə də olduğunu, həyətdə Şəbnəmin bacısını avtomobilla gördüyünü, bu barədə ondan Şəbnəmdən soruşduqda Şəbnəm bacısının xəstəxanada işlədiyini, orada həkimin həmin avtomobili ona sürməsi üçün verdiyini, daha sonra telefonu barəsində soruşduqda telefonun bacısına məxsus olmasını bildirdiyini, evinə mebellərin gəlməsi barədə soruşduqda bacısının yenisini aldığından köhnələri ona verməsini bildirdiyini, may ayının 10-11-i tarixlərində Şəbnəmlə görüşmədiklərini, sadəcə zəng və mesaj vasitəsilə əlaqə saxladıqlarını, may ayının 10-u tarixində, axşam 9-10 radələrində evə gəldikdən sonra Şəbnəmin ona “görsənmirsən” dediyini, onun Şəbnəmə atasının vəziyyətini dediyini, pensiyanı manatla aldığını, həmin ərəfədə dollardan istifadə etmədiyini, may ayının 10-u xəstəxanaya gedən zaman Şəbnəmin yelləncəkdə oturduğunu və siqaret çəkdiyini, onları gördükdə qaçıb gizləndiyini, xəstəxanaya gedib qayıtmalarının təxminən 3-4 saat çəkdiyini, gün ərzində Şəbnəmlə danışdıqlarını, aralarında olan yaxın münasibətin 2023-cü ilin ortalarına qədər davam etdiyini, Şəbnəmlə olan mesajlarını sildiyini, xəstəxanada olan müddətdə Şəbnəmlə danışmadıqlarını, orada musiqiyə qulaq asdığını, onunla axşam saatlarında danışmadıqlarını, Şəbnəmin əmisi oğlunun Şəbnəmgilin evində qalmasından məlumatının olmadığını, Şəbnəmin əmisi oğlu Qurbanı nə tanımadığını, nə də Şəbnəmlə münasibəti olan dövrdə Qurbanın adını eşitmədiyini, Şəbnəmlə aralarında “pullar səndə qalsın, gələcəyimiz üçün xərcləyərik” kimi söhbətin olmadığını bildirmişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 03 iyul 2024-cü il tarixdə evi yığışdıran zaman seyfin yerində olmadığını görmüşdür. Hər yeri axtardıqdan sonra 102-yə zəng edərək seyfin oğurlandığını bildirmişlər.

10. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid8 seyfin harada olduğunu yalnız özünün və həyat yoldaşının bildiklərini, heç övladlarının da seyfin dəqiq olaraq harada olduğunu bilmədiyini, övladlarının evdə seyf olmasını bilmələrinə baxmayaraq seyfin dəqiq yerini bilmədiklərini, öz ailə üzvlərindən başqa evdə bir müddət baldızının yaşadığını,harasa getdikdə yataq otağının qapısını qıfıllamadıqlarını, yalnız şəhərdən başqa yerə çıxdıqda qapını qıfılladıqlarını, adi hallarda isə qapını sadəcə örtməklə kifayətləndiklərini, sonuncu dəfə 11 may 2024cü il tarixdə seyfi gördüyünü, seyfdən 300 avro pul götürüb oğlu Ruslana verdiyini, Ruslan Avropaya getdiyindən oradan ona lazım olan bəzi şeyləri almaq üçün seyfdən ona 300 avro pul verdiyini, həmin vaxt seyfdəki pulun yerində olduğunu, həyat oldaşı əməliyyat olan zaman Kənanın da onların yanında olduğunu, Kənanla bir yerdə evdən çıxdıqlarını və birlikdə evə qayıtdıqlarını, xəstəxanaya gedən vaxt yataq otağının qapısını qıfıllamadığını, sadəcə qapını örtməklə kifayətləndiyini,evin açarının onda, həyat yoldaşı və Kənanda olduğunu, özündə olan açarın heç vaxt itmədiyini, baldızında evin açarının olmadığını, iyun ayının 3-ü pulların oğurlandığını bildiyini, seyfi sandığın içinə qoyduqlarını, həmin sandığın dibi hamar olduğundan altına kiçik bir stol, onun üzərinə seyf, onun da üzərinə qalın yorğanlar qoyduğunu, sandığın üzəri toz olmasın deyə klonka ilə örtdüyünü, Şəbnəmin onlara evə 2023-cü ilin fevral ayınadək gəldiyini, bunu oğlunun yatağındakı izlərdən anladığını, Şəbnəmin oğlu Kənanla necə münasibətdə olduğunu bilmədiyini, Şəbnəmin qonşuların yarısı ilə görüşdüyünü, həyat yoldaşının may ayının 10-u xəstəxanaya getdiyini, həmin gün həkimlərin onun əməliyyat olunmalı olduğunu bildirdiklərini, bu xəbəri eşidən kimi saat 10-da xəstəxanaya getdiklərini, saat 14:00da əməliyyatın başladığını, əməliyyatın 4-5 saat davam etdiyini, ondan sonra evə qayıtdıqlarını, həmin gündən sonra növbəti gün oğlu Ruslan xaricə gedəcəyindən ona xaricdən müəyyən əşyalar alsın deyə ona 300 avro pul verdiyini, həmin vaxt təxminən saatın 10:30 olduğunu, həmin vaxt seyfin və içindəki pulların yerində olduğunu, daha sonra Kənanla həyat yoldaşının əməliyyat olunduğu xəstəxanaya getdiklərini, evə qayıtdıqları zaman isə saatın 16:00 olduğunu, ayın 12-si həyat yoldaşının xəstəxanadan çıxmalı olduğunu, onun üçün otağı səliqəyə saldığını, saat 12-də böyük oğlu və Kənanın birlikdə həyat yoldaşını xəstəxanadan götürmək üçün getdklərini, seyfdə yalnız pul saxladıqlarını, 03 iyun 2024-cü il tarixdə qış yorğanlarını yığan zaman seyfin yerində olmadığını gördüyünü, seyfin oğurlandığını ilk öncə həyat yoldaşına, sonra da oğluna dediyini, həmin vaxt Kənanın öz otağında olduğunu, Kənana seyfin həmişə sandıqda saxladığını, lakin hazırda orada olmadığını bildirdiyini, Kənanın ona hər yerə yaxşı baxmasını bildirdiyini, sonradan oğluna yoxsa həyat yoldaşıma zəng vurub hadisə ilə bağlı məlumat verdiyini dəqiq olaraq xatırlamadığını, övladlarına seyfin harada olduğunu bildirmədiklərini, övladlarının heç vaxt onun və həyat yoldaşının yataq otağına gəlmədiklərini, hər hansı sözləri olan zaman otağın qapısından onları səslədiklərini, özünün məktəb müəlliməsi işlədiyini, həftə içi hər gün işə getdiyini, yalnız bazar ertəsi günləri işə gec getdiyini, şənbə və bazar günləri işləmədiyini və həmin vaxtlarda uşaq hazırlaşdırdığını, əməliyyat günü özü, Kənan, Ruslan, baldızı, baldızı uşaqlarının xəstəxanada olduqlarını, həmin gün evdə heç kəsin olmadığını, evdə heç kəsin olmaması barədə Şəbnəmin xəbərinin olub-olmadığını bilmədiyini, əməliyyatdan bir gün sonra onlar xəstəxanaya gedərkən Şəbnəmin həyətdə oturduğunu, onlar avtomobillə gedərkən Şəbnəmin bunu gördüyünü və avtomobil tərpəndikdən sonra durub başqa yerə getdiyini, may ayının 10-u xəstəxanaya məktəbdən çıxıb getdiyini, Kənanın isə atası ilə birlikdə xəstəxanaya getdiyini, Kənan həmin gün telefonunda enerjisinin qalmadığını, xəstəxananın pulunu seyfdən götürmədiyini, onların evdə ayrıca bir pul qablarının olduğunu, hər ay maaş aldıqda maaşlarının bir hissəsini həmin pul qabına yığdıqlarını, həyat yoldaşının xəstəxana xərclərini həmin qabdakı pullarla qarşıladıqlarını, seyfin yerində olmadığını müəyyən etdikdə saatın təxminən 09:30 olduğunu, Ruslanın hansı müddət sonra gəldiyini xatırlamadığını, polisə evdən zəng etdiklərini, polisə nə vaxt zəng etdiklərini, polislərin nə vaxt gəldiyini xatırlamadığını, polislər gələn kimi evi axtardıqlarını, toz vasitəsi ilə əl izlərini götürməyə çalışdıqlarını, şübhəli bildiyi şəxslərin adlarını polislərə bildirdiklərini, evə baxış zamanı Elbrus bölmədə olduğundan evə baxış protokoluna imza edə bilmədiyini, sonradan hamısının bölməyə gedərək hadisə ilə bağlı ifadə verdiklərini, Ruslan və Kənanın iki gecə bölmədə qaldıqlarını, Ruslan və Kənanın polis bölməsində qalmasının səbəbini Şəbnəm və anasının polis bölməsində Şəbnəmin oğurluq etmədiyini, onun boynuna şər atıldığını hərarətlə bildirməklə polis əməkdaşlarının onun övladlarından şübhlənmələri ilə əlaqələndirdiyini, polislərdən Kənan və Ruslanı nəyə görə saxladıqlarını soruşduqda prosedurun belə olduğunu bildirdiklərini, ekspertlərin sandıq və klonkadan heç bir iz götürmədiklərini, seyf oğurlandıqdan sonra sandığın səliqəsinin qətiyyən pozulmadığını, övladlarının hər hansı lazımsız səbəbdən seyfdən pul götürə bilmə ehtimalını nəzərə alaraq onlara seyfin yerini demədiklərini, Kənan həyat yoldaşının əməliyyatı ilə əlaqədar xəstəxanada olduğundan onun seyfi kiməsə verməsinin mümkün olmadığını, son 1 ay ərzində evin qapısının çətin açıldığını, qapıya müdaxilə olunduğunu güman etdiyini bildirmişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Binəqədi Rayon Polis İdarəsində bu işlə bağlı izahat vermişdir. 2024-cü ildə 4-5 nəfər tanımadığı şəxs ona məxsus “Kia Sportage” markalı avtomobili almaq istədiklərini bildirmişlər. Onlar avtomobilə baxdılar və almaq istədikləri təqdirdə növbəti gün məlumat verəcəklərini bildirdilər. Növbəti gün gəlib ödəniş etdilər və o, notariusla həmin şəxslərə avtomobili idarə etmək üçün etibarnamə vermişdir.

12. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Şəbnəmin də avtomobilə baxmağa gəldiyini, avtomobili satmaq istəyi ilə bağlı “Turbo Az” saytında elan qoyduğunu, ona zəng vurub avtomobil almaq istədiyini deyən şəxsin kişi olduğunu, həmin vaxt ona avtomobilin xanım üçün alınacağını deyildiyini, ona pul verən şəxsin adının Əli olduğunu, etibarnaməni Əliyə verdiyini, Əli ilə Şəbnəmin münasibətlərinin xarakterini bilmədiyini, avtomobilə baxmağa bir yerdə gəlsələr də, pulu verməyə Əlinin tək gəldiyini, 41000 manat pul müqabilində avtomobili satdığını, saatın təxminən 11-12 radələri olduğunu, Şəbnəmin avtomobildə oturduğunu, lakin avtomobili sürməyə icazə vermədiyini, avtomobilin məhz oraya gələn xanımlardan biri üçün alındığını, avtomobilə baxmağa gələn şəxslərin adlarının Şəbnəm, Əli, Zemfira olduğunu, digər oğlanın adını xatırlamadığını, oğlanların hər ikisinin gur saçlarının olduğunu, Qurbanı həmin şəxslər arasında görmədiyini bildirmişdir.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 03 iyul 2024-cü ildə anası ona zəng edərək seyfin oğurlandığını bildirmişdi. Yaxın yaşadıqlarından 10 dəqiqəyə evə çatmış, 5-10 dəqiqə ərzində seyfi axtarsalar da, tapa bilməmişlər. Bundan sonra 102-yə zəng edərək oğurluq hadisəsinin baş verdiyini bildirmişdir. Çox müddət keçməmişdi ki, polis əməkdaşları evə gəlmişlər.

14. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid seyfi atası ilə birlikdə 2020ci ildən sonrakı müddət ərzində aldıqlarını, seyfin evdə hara qoyulduğunu bilmədiyini, 2020-ci ildən etibarən ailə quraraq valideynlərindən ayrı yaşamağa başladığını, 11 may 2024-cü il tarixdə İtalyaya gedəcəyindən anasının ona 300 avro verdiyini, bir iki şey almasını xahiş etdiyini, anasının pulu haradan götürdüyünü bilmədiyini, seyfdə nə qədər pul olduğunu bilmədiyini, Kənanla oğurluğun kimin edə biləcəyini müzakirə etmələrini xatırlamadığını, 102-yə yığdıqdan təxminən 10-15 dəqiqə sonra polis əməkdaşlarının gəldiklərini, atasından soruşduqda seyfdə 340000-350000 pulun olduğunu bildiyini, pulun manat və ya dollar kursunda olmasını bilmədiyini, valideynlərinin xərclik üçün saxladığı ayrıca bir pul qabılarının olması ilə bağlı məlumatının olmadığını, anasının təxminən saat 10-11 arası ona zəng edərək seyfin oğurlandığını bildirdiyini, polisə zəng edərkən 340000 manatın oğurlandığını dediyini, həmin məbləği atasından öyrəndiyini, Şəbnəmlə uzun müddətdir ki, qonşu olduqlarını, Kənanla sevgi münasibətləri olduğundan xəbərinin olduğunu, polisə zəng etdiyi gün ifadə verdiyini, bir gecə bölmədə qaldıqdan sonra çıxdığını, ondan ifadə alınması uzun çəkdiyindən 01 gün bölmədə qaldığını, Kənanla ayrı-ayrı avtomobillərdə bölməyə getdiklərini, Kənanın hansı formada bölməyə getdiyini bilmədiyini, özünün şəxsi avtomobili ilə getdiyini, onun özünün yaşadığı evə ümumiliyyətlə baxış keçirilmədiyini, seyfi haradan aldıqlarını xatırlamadığını, seyfi bir insanın tək götürməyə gücünün çatmasının mümkün olmadığını, seyfin çox ağır olduğunu, cəmi 2 gecə bölmədə olduğunu, döyülmədiyini, polis əməkdaşlarının onun evinin açarlarını istəmədiklərini, onlara avtomobilinin açarlarını vermədiyini, Şəbnəmin döyüldüyünü görmədiyini, polis əməkdaşları bəzən kobud etsələr də, ona hər hansı təzyiq göstərilmədiyini, onu 3 nəfər polis əməkdaşının birlikdə dindirdiklərini bildirmişdir.

15. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, bu iş üzrə o da Şəbnəmlə birlikdə “təqsirləndirilən şəxs” statusu ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. İşi hal-hazırda istintaq orqanının icraatındadır. Bir gün bacısı Şəbnəm ona pul gələcəyini, həmin pulun Qurban vasitəsi ilə göndəriləcəyini bildirmiş və ondan həmin pulu götürməsini xahiş etmişdir. O da öz növbəsində həmin pulu götürə biləcəyini bildirmişdir. Qurban əvvəlcə zənglərinə cavab vermədiyindən Şəbnəm Qurbanın pulu verməyəcəyindən ehtiyat edərək ondan Qurbana Gəncədə olduğunu və bir azdan pulu Şəmkirdən götürəcəyini bildirməsini istəmişdir. O da elə etmişdir. Qurban isə ona cavabında Yevlaxda olduğunu və Bakıya çatdığını bildirdi. O isə Qurbana problem olmadığını və pulu tanışının götürəcəyini demişdir. Bu zaman o, sevgilisi Əlidən rayondan veş gələcəyini və ondan həmin veşi götürməsini xahiş etmişdir. Əli də Qurbandan həmin çantanı götürmüşdür. Çantanı götürdükdən sonra əvvəlcə Əligilə getmişlər. Orada pulları sayıb pulları öz evlərinə aparmışlar. Amma evdə çox adam olduğundan Şəbnəm pulların oğurlanmasından ehtiyatlanaraq pulu başqa etibarlı bir yerə qoymasını xahiş etmişdir. O da pulları geri Əligilə aparmışdır. Sonra bacısı 2 avtomobilin alınmalı olduğunu bildirmişdir. Avtomobillərdan başı çıxmadığından Əlidən ona köməklik göstərməsini xahiş etmişdir. Bu hadisələrdən çox keçməmişdi ki, onlar tutulmuşlar. Polislər iyulun 3-ü Şəbnəmi, 6-sı isə onu saxlamışlar.

16. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid pulun məbləğinin nə qədər olduğunu bilmədiyini, pulun kimin pulu olduğunu soruşduqda Şəbnəmin ona həyatında olan şəxsin pulu olduğunu bildirdiyini, Qurbanın pulu bel çantasında gətirdiyini, çantanı götürdükdən sonra Əligilə getdiklərini, Əligildə olan zaman pulun həddən çox olduğunu gördüyünü, Əli ilə pulu saydıqlarını, pulun təxminən 194000 manat məbləğində olduğunu, Şəbnəmə videogörüntülü zəng edərək pulun həddən çox olduğunu bildirdiyini, pulun mənbəyini bir daha soruşduğunu, Şəbnəmin isə pulun həyatında olan şəxsə məxsus olduğunu və artıq suallar verməməsini bildirdiyini, Şəbnəm böyük bacısı olduğundan ona əlavə suallar vermədiyini, bacısı ilə münasibətinin normal olduğunu, bacısının onun Əli ilə sevgili münasibətində olduğunu bilmədiyini, bacısının onun Əli ilə birlikdə pulu götürməsindən məlumatsız olduğunu, bacısına tanışı ilə pulu götürməyə gedəcəyinmi bildirdiyini, həmin şəxsin kim olmasını Şəbnəmə demədiyini, Şəbnəmin yalnız həmin adamın etibarlı şəxs olub-olmamasını soruşduğunu, Şəbnəmə narahat olmamasını bildirdiyini, Əli həqiqətən də etibarlı insan olduğundan rahatlıqla onunla birlikdə pulu götürməyə getdiyini, həmin pulla iki avtomobil alındığını, bacısının həm özünə, həm də ona mobil telefon aldığını, onun burnunu əməliyyat etdirdiyini, burun əməliyyatının 4500 manat təşkil etdiyini, avtomobillərə baxmağa getsə də, alqı-satqıda iştirak etmədiyini, Türkiyədə olanda əmisi oğlu Qurbanın həyat yoldaşının ona zəng edərək Qurbanın tutulduğunu bildirdiyi zaman pulun əslində bacısına aid olmadığını anladığını, bunu bilən kimi Azərbaycana qayıtdığını, hava limanında tutulduğunu, polisdə olan zaman pulun Kənan tərəfindən bacısına verildiyini bildiyini, Elbrusun kim olduğunu tutulduqdan sonra bildiyini, işlədiyindən evdə çox olmadığını və qonşuları yaxşı tanımadığını, pulun hər hansı seyfdə saxlanılmasından xəbərinin olmadığını, 5-6 gün Binəqədi RPİ-nin 7-ci Polis Bölməsində saxlanıldıqdan sonra azadlığa buraxıldığını, may ayının 11-i Qurbanın onlarda qalıb-qalmadığını xatırlamadığını, bacısı evdə uşaqlarla olduğundan pulu Qurbandan özünün götürə bilmədiyini, pulu saat neçədə götürdüyünü xatırlamadığını, Şəbnəmə ərazi baxımından yaxın olduğuna baxmayaraq pulu gedib ona verməməsinin səbəbinin həmin vaxt həddən artıq tıxac olması olduğunu, bu səbəbdən əvvvəlcə Əligilə getdiklərini, tıxac bitdikdən sonra isə öz evlərinə getdiyini, Əlinin evinin daha yaxın olduğunu, Əlinin Qurbanla görüşən zaman pul götürdüyünü bilmədiyini, Əli çantanın içində pul olduğunu bildikdən sonra Əliyə pulun atasına məxsus olması ilə əlaqədar olaraq yalan danışdığını, Əlidə bacısı barədə pis təəssürat yaranmasını istəmədiyindən pulun bacısının həyatında olan şəxsə məxsus olmasını bildirmədiyini, Əlinin onun ailəsini yaxından tanımadığını, nə onun, nə də bacısının avtomobillərdən başı çıxmadığından bu məsələlərdə Əliyə müraciət etdiklərini, oğurluq hadisəsi baş verdiyi ilk dəfə məlum olduqda əvvəlcə bacısı və Qurbanın, o cümlədən, Elbrus müəllimin övladları Kənan və Ruslanın da tutulduğunu, ilk aldıqları avtomobili Əlinin idarə etdiyini, sonradan ikinci avtomobili aldıqdan sonra Əlinin ikinci avtomobili idarə etməyə başladığını, Əlinin ona avtomobilin sürülməli olduğunu, əks təqdirdə motorun xarab olacağını bildirdiyini, bu səbəbdən ağ rəngdə olan avtomobili 3-4 gün ərzində özünün idarə etdiyini, avtomobillərin hər ikisinin bacısı üçün alındığını, Əlinin ondan öncə tutulduğunu bildirmişdir.

17. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, bir gün Zemfira ilə bir yerdə olan zaman Zemfira ona Şəmkirdən paket gələcəyini demişdir. Düşünmüşdür ki, yəqin ki, paketin içində qatıq, pendir kimi məhsullar olar. Zemfira ondan həmin bağlamanı götürməsini istəmiş, o da razılaşmışdır. Avtovağzalda Şəki kafesinin qarşısında həmin çantanı götürmüşdür. Həmin vaxt Zemfira onun avtomobilində oturmuşdur. Daha sonra Zemfira ilə Biləcəridəki evinə getmişlər. Evdə olan zaman çantanın içində xeyli pul olduğunu görmüşdür. Zemfiraya pulları saymaqda köməklik etmişdir. Pulları saydıqdan sonra Zemfira çantanı götürərək getmişdir. Ertəsi günü çantanı da gətirərək evlərində çox adam olduğunu və pulun oğurlanmasından qorxduğunu bildirərək çantanın onun evində saxlamasını xahiş etmişdir. Mən də razılaşmışdır. Zemfira pulla avtomobil almalı olduqlarını, həmin vaxt atasının yeni əməliyyatdan çıxdığını qeyd edərək avtomobil almaqda ona köməklik göstərməyimi xahiş etmişdir. Sonradan “Kia K5” markalı avtomobil almışlar. Bir neçə gün sonra isə “Kia Sportage” markalı avtomobil almışlar. Avtomobillər onun adına alınmışdır. Lakin sonradan həmin avtomobillər Şəbnəmin adına keçirilməli idi. Bu işlə bağlı o da tutulmuşdur. Əvvəlcə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsində olmuş, lakin sonradan buraxılmışdır. Sonradan isə Binəqədi RPİ-nə aparılmışdır. Orada 3-4 gün saxlanılmış, sonda barəsində başlanmış cinayət işinə xitam verilmişdir.

18. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Zemfira ilə sevgili münasibətində olduqlarını, pulu götürən zaman Zemfiranın onunla olduğunu, Zemfira Qurbana başqa yerdə olduğunu bildirdiyindən çantanı götürməyə özünün getdiyini, avtomobildə özü və Zemfiradan əlavə dostunun da olduğunu, Zemfiranın ailəsini yaxından tanımadığını, Zemfiranın heç vaxt ondan pul istəmədiyini, Zemfiranın həmişə atasının bizneslə məşğul olduğunu bildirirdiyini, bu səbəbdən də Zemfira pulun atasına məxsus olduğunu bildirdikdə təəccüblənmədiyini, avtomobillərin ikisinin də onun öz adına alınmasına baxmayaraq onlardan birinin Zemfiranın, digərinin isə Şəbnəmin adına rəsmiləşdirilməli olduğunu, avtomobillər alındıqdan 3-4 gün sonra Zemfira burun əməliyyatı olunduğundan avtomobili Zemfiranın adına rəsmiləşdirə bilmədiyini, Şəbnəmi şəxsən tanımadığını, bu səbəbdən avtomobili onun adına rəsmiləşdirə bilmədiyini, Zemfiranın ertəsi gün çantanı gətirdikdə evdə çox adam olduğunu və pulun oğurlanacağından qorxduğunu bildirərək bir neçə gün ondan həmin çantanı saxlamasını xahiş etdiyini, polislər ona zəng edərək onu polis bölməsinə çağırdıqdan sonra Zemfira ilə söhbət əsnasında polislərin onu çağırdığını və çağırılma səbəbinin çantadakı pul ilə əlaqədar ola biləcəyini soruşduğunu, Zemfiranın isə qonşularında oğurluq hadisəsi olduğunu, amma çantadakı pulun oğurluq pul olmadığını bildirdiyini və pulun atasına aid olmasını bir daha təsdiqlədiyini, polis idarəsində sorğu-sual olunan zaman avtomobillərin özünə məxsus olmasını bildirdiyini, avtomobillərin Zemfiranın atasının pulu ilə alındığını demədiyini, Zemfiranın atası həmin ərəfələrdə əməliyyat olunduğundan polis əməkdaşlarının onu da gətirib sual-cavab edə biləcəyini düşündüyündən yalan dediyini, avtomobillərdən birinin onun həyətindəki qarajda, digərinin isə Zemfiragildə qaldığını, konkret olaraq nə vaxt saxlanılmasını xatırlamadığını, tutulan zaman müstəntiqlərdən bu işdə Şəbnəmin, Qurbanın və Zemfiranın əlinin olduğununu eşitdiyini, saxlanılan zaman başqa adamların, o cümlədən, Kənan adlı şəxsin adını eşitmədiyini bildirmişdir.

19. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevralından bəri qardaşıgildə yaşayırmış. 2024-cü ilin may ayında qardaşı Elbrus əməliyyat olunmuşdur. O, 11 may 2024-cü il tarixdə qızıgilə getmiş, may ayının 12-si qardaşı reanimasiyadan çıxan zaman evə qayıtmışdır. Qardaşının həyat yoldaşı işlədiyindən o, qardaşına baxmaqda ona köməklik edirmiş. Hadisədən sonradan qardaşı vasitəsi ilə xəbər tutmuşdur.

20. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, avtomobilinin satışında iştirak etməmişdir. Həmin vaxt əsgərlikdə olduğundan dostuna etibarnamə vermişdir. Avtomobilin alqı-satqısını dostu həyata keçirmişdir. Avtomobil 40000 manata Əli adlı şəxsə satılmışdı. Bildikləri bundan ibarətdir.

21. Şahidlər Şahid1 Oqtay qızı, Şahid9, Şahid6, X19, Şahid12 və Şahid12 məhkəmə iclaslarında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir.

22. “Hadisə yerinə baxış keçirmə və götürmə haqqında” 03 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus mənzildir. Mənzil 3 otaqdan ibraətdir. Mənzilin giriş qapısında və pəncərəsində heç bir qırıq sınıq və müdaxili izləri aşkar edilməmişdir. Mənzildə heç bir dağınıqlıq aşkar edilməmişdir. Mənzilə baxış zamanı 01 ədəd çöl qapının klidi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş, "Samsung" markalı mobil telefonla 10 ədəd fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (cild 01; i.v.9-15).

23. “Təqdimetmə, baxış keçirmə və götürmə haqqında” 10 iyun 2024-cü il tarixli protokoldan görünür ki, X2 yaşadığı mənzildə yataq otağında olan çarpayının alt hissəsində göy rəngli selofan paketin içərisində gizlətdiyi Zərərçəkmiş şəxs məxsus mənzildən oğurlanmış puldan qalıq qalmış 77 000 manat və 2950 ABŞ dolları pul vəsaitini 08 bağlama Azərbaycan manatı 01 bağlama ABŞ dolları formasında könüllü olaraq istintaqa təqdim etmiş, qeyd olunan pullar müstəntiq tərəfindən götürülmüşdür (cild 01; i.v.33-37).

24. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 11 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 9 ünvanın qarşısına gələrək ifadəsində göstərdiyi xüsusatları bildirmiş, daha sonra Şəmkir rayonu, Kür qəsəbəsində Narınqala adlanan yerdə Kür çayını göstərərək seyfi həmin çaya atdığını bildirmişdir (cild 02; i.v.117-125).

25. “Təqdimetmə, baxış keçirmə və götürmə haqqında” 15 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 seyfi kəsməkdə istifadə etdiyi 01 ədəd "Angle” markalı laqonda iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün Şahid6 götürülmüşdür (cild 02; i.v.142-143).

26. “Diskə baxış keçirilməsi haqqında” 08 avqust 2024-cü il tarixli protokoldan görünür ki, təqdim edilmiş bir ədəd CD diskdə 1 ədəd qovluq vardır. Həmin qovluğun içərisində isə 4 ədəd fayl mövcuddur. Həmin fayllardan biri SMS mətnləri, digəri qaimələr,digər fayl nömrələrin adına rəsmiləşdirilmiş şəxslərə dair məlumatlar,digərində isə antenin əhatə dairəsinə dair ətraflı məlumatlar mövcuddur. SMS mətnlərinə dair qovluğa baxış zamanı iş üzrə heç bir əhəmiyyət kəsb edən sms mətn aşkar edilməmişdir. Nömrələrin adına rəsmiləşdirilmiş şəxslərə dair məlumatlar protokola əlavə edilmişdir.Anten dairəsinə dair məlumatlara baxış keçirən zaman isə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 hadisə baş verən günü xx.xx.2024-cü il tarixdə saat 21:21-də Gəncə şəhərində, həmin tarixdə saat 22:23 radələrində Ağdaş rayonu Ərəbşəki kəndində, həmin tarixdə saat 23:52 radələrində Hacıqabul rayonu Muğan qəsəbəsində olmaqla Bakı şəhəri istiqamətində hərəkətdə olmuş, xx.xx.2024-cü il tarixdə sonuncu dəfə saat 23:52 radələrində Təqsirləndirilən şəxs2 qızma məxsus 055-535- 80-86 saylı mobil nömrə ilə aralarında danışıqlar aparılmışdır.Həmin günün səhəri, 12 may 2024-cü il tarixdə, saat 12:34 radələrində Bakı şəhəri Qaradağ rayonu Şıxlar qəsəbəsində,saat 13:08-də ünvan 10 ünvanında,saat 13:37-də Hacıqabul rayonu Padar kəndində,saat 13:42 radələrində Kürdəmir rayonu Ərəb Qubalı kəndində, 15:16 radələrində Yevlax rayonu Yuxarı Qarxun kəndində, 16:09 radələrində Gəncə şəhərində, 16:50 radələrində Şəmkir rayonu ərazisində olmaqla Şəmkir rayonuna qayıtması öz əksini tapmışdır (cild 02; i.v.210-243).

27. “Diskə baxış keçirilməsi haqqında” 10 avqust 2024-cü il tarixli protokoldan görünür ki, təqdim edilmiş bir ədəd CD diskdə 1 ədəd qovluq vardır. Həmin qovluğun içərisində isə 3 ədəd fayl mövcuddur.Həmin fayllardan biri SMS mətnləri,digərləri,qaimələr,digər fayl nömrələrin adma rəsmiləşdirilmiş şəxslərə dair məlumatlar,digərində isə antenin əhatə dairəsinə dair ətraflı məlumatlar mövcuddur. SMS mətnlərinə dair qovluğa baxış zamanı iş üzrə heç bir əhəmiyyət kəsb edən sms mətn aşkar edilmədi. Nömrələrin adma rəsmiləşdirilmiş şəxslərə dair məlumatlar protokola əlavə edilmişdir.Anten dairəsinə dair məlumatlara baxış keçirən zaman isə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 ünvan 11 ünvanında olmuşdur (cild 03; i.v.3).

28. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 noyabr 2024-cü il tarixli, 3-16-16/2-3/1666 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş slindirik mexanizmin səthində,açar yuvasının kənarlarında və daxili detalları üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur. Bununla belə slindrik mexanizmin ştat açarı və ya ştat açarma uyğunlaşdırılmış açarla açılması mümkündür.Tədqiqata təqdim edilmiş klidin bağlayıcı mexanizmi açıq vəziyyətdədir, klidin mexanizmi sazdır və klidi bağlamaq üçün yararlıdır. Təqdim edilmiş qıfılın konstruksiyasına görə onu hər hansı bir predmetin köməyi ilə ştat açarı olmadan açmaq olar (cild 03; i.v.134-137).

29. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə psixatrik Ekspertiza mərkəzi" publik hüquqi şəxsin Ambulator məhkəmə psixatrik ekspertizasının 28 oktyabr 2024-cü il tarixli, 3140 saylı rəyindən görünür ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olumur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal- hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi sixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət hadisələrini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək, öz hərəkətlərini ölçüb-biçib ona rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 -ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükəli deyil (cild 03; i.v.150-153).

30. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə psixatrik Ekspertiza mərkəzi" publik hüquqi şəxsin Ambulator məhkəmə psixatrik ekspertizasının 28 oktyabr 2024-cü il tarixli, 3139 saylı rəyindən görünür ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olumur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət hadisələrini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək, öz hərəkətlərini ölçüb-biçib ona rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükəli deyil (cild 03; i.v.154-157).

31. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 02 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 polis bölməsində zorakılığa məruz qalması ilə bağlı toplanmış material üzrə AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 04; i.v.95-97).

32. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 polis bölməsində zorakılığa məruz qalması ilə bağlı toplanmış material üzrə AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 04; i.v.98-100).

33. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 24 fevral 2025-ci il tarixli qərardan görünür ki, Şahid6 götürülmüş 01 ədəd “Angle” markalı laqonda maddi sübut kimi tanınaraq Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs2 oğlu, X3 və Təqsirləndirilən şəxs1 anten və sair məlumatlarını özündə əks etdirən 3 ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 04; 102-135).

Təqsirləndirilən şəxslərin müdafiələri üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:

34. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, verilmiş ittihamın nə ilə bağlı verildiyini bilmir. O, Kənan adlı şəxslə 3 il sevgi münasibətində olmuşdur. 3 il ərzində Kənan ona ittihamda göstərilən məbləğlərdə pul xərcləmişdir. Həmçinin, lombardda olan qızllarını götürməkdə ona kömək etmişdir. May ayının 11-i, yaxud 12-si səhər radələri Kənan onun yaşadığı evə gəlmişdir. Seyfi pilləkən tərəfdə ona vermiş və demişdir ki, seyf özünə məxsusdur, seyfin kodu xarab olub, açarını da itirmişdir. Ona demişdir ki, seyfdəki pul ona məxsusdur, həmin pulu atasından və anasından gizlin yığmışdır. Onlar Kənanla birgə yaşamaq üçün onunla ev alacaqdılar. Həmin gün Qurban da onlarda olmuşdur. Qurban onun əmisi oğludur. Həmin vaxt Şəmkirdən Bakıya gəldiyi üçün onlarda qalmışdı. Seyfi götürüb evə qaldırmışdır. Qurban yatdığı üçün onu oyatmamışdır. Seyfi mansarta aparmış və divanın arxasına qoymuşdur. Qurban oyananda ona evdə seyfin olduğunu, tanışının verdiyini və aça bilmədiyini bildirmişdir. Qurban da kömək üçün seyfi Şəmkirə aparmışdır ki, orada açsın. Qurban Şəmkirə getdikdən sonra ona Qurbandan videozəng gəlmiş, zəngi açan zaman Kənan da yanında olmuşdur. Qurban bildirmişdir ki, seyfdə 303000 manat pul var. Kənan da bu zaman pulun məbləğini eşitmişdir. Qurban ondan pulun sahibini soruşduqda, ona həmin şəxsin Kənan olduğunu demişdir. Kənan da Qurbana demişdir ki, o puldan 3500 dollarını Bakıya ona göndərsin. Bundan sonra Kənan ona tapşırmışdır ki, həmin pula iki avtomobil alsın, aldıqdan sonra birini “Rent a car”a versin. Sonradan Qurban ondan həmin puldan borc verməsini istəmişdir. Bu barədə Kənana deyəndə Kənan bildirmişdir ki, pulu ona hədiyyə edib və bu pulu istədiyi adama verə bilər. O da 100000 manat pulu Qurbana avtomobil alıb iş qurması üçün borc olaraq vermişdir. Daha sonra polis bölməsində bilmişdir ki, həmin pul Kənanın yox, Kənanın atasınındı və Kənan atasından xəbərsiz seyfi götürüb ona vermişdir. Onu bölməyə gətirdilər və otağa girən zaman otaqda Kənan və anası olmuşdur. İçəri girən zaman Tuncay adlı əməkdaş ona nalayiq ifadələr işlətmişdir. Eyvaz adlı polis əməkdaşı isə saçından tutub onu sürüməyə başlamış və tələb etmişdir ki, pulun yerini ona desin. Kənan da bölmədə bildirmişdir ki, pulu ona Kənan özü vermişdir. Bundan sonra onu Binəqədi Rayon Polis İdarəsinə aparmışlar. İdarədə Kənanı, qardaşı Ruslanı və onu saxlamışlar. Onları ayrıca otağa apamışlar. Onu orada təhqir etməyə başlamışlar. O, bildirmişdir ki, pulu o, oğurlamamışdır, həmin pulu Kənan ona vermişdir. Onu Baş İdarədə otağa aparmışlar. Orada ona işgəncə vermişlər. Sonradan onu toka vermişlər və halı pisləşmişdir. Ondan sonra onu Tuncay adlı polis əməkdaşı olan otağa aparmışlar. Yaşlı bir kişi gəlmiş və bildirmişdir ki, oğurluq olduğunu boynuna almasa, orada göstərdikləri narkotik vasitəni boynuna qoyacaqlar. Hətta orada şahid də olmuşdur. Sonra Elbrus müəllimlə görüşü olmuş, Elbrus müəllim ona bildirmişdir ki, Kənanın adını çəkməsə, onu bağışlayacaqdır. O da zərərçəkmiş şəxsə inanmışdır, lakin o, sözünün üstündə durmamışdır.

35. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs Hüseynova X1 olduğunu, 2021-ci ildən bəri onunla birlikdə sevgili olduqlarını, Kənanın işləmədiyini, atasının Kənanın adını hara isə qeydiyyata saldığını və Kənanın maaş aldığını, Kənanın ona xərclədiyi pulları atası və anasının ona verdiklərini dediyini, Kənan Seyfi ona verəndə seyfin özünə məxsus olmasını, seyfin kodunun xarab olduğunu və açarı itirdiyini, pulu atasından gizlin yığdığını bildirdiyini, onun puldan Qurbana borc verməsinə Kənanın da razılığının olduğunu, Kənanın Qurbanı tanıdığını, Kənanın seyfin açılmasına kömək üçün Qurbandan kömək almasına da razılıq verdiyini, Qurbanı özünə yaxın bildiyi üçün Kənanla məsləhətləşərək seyfin açılmasını ona tapşırdığını, Qurbanın ona seyfdə olan pulla bağlı videogörüntülü zəngi zamanı həmin danışıqda Kənanın da iştirak etdiyini, Kənana seyfi açmaq üçün Qurbana yox, başqa şəxsə müraciət etməyi təklif etmədiyini, seyfdə nə qədər pul olduğunu soruşanda Kənanın təxminən 200.000 manata yaxın pul olduğunu dediyini, Qurbanın seyfi necə açdıracağını ona demədiyini, Qurbanın seyfi Şəmkirdə açdığını, Qurbana seyfin tanışına məxsus olduğunu dediyini, Qurbanın Kənanla münasibətlərinin olduğunu bildiyini, Qurbanın onunla Kənanı dost bildiyini, Kənanın verdiyi seyfdə onun dediyi 200000 manatdan çox pul çıxmasının onda hər hansı şübhə yaratmadığını, Kənanın əvvəllər də ona dəfələrlə pul xərclədiyini, Kənanla aralarında cinsi yaxınlığın da olduğunu, aralarındakı cinsi yaxınlığın cəmi iki dəfə onların evində olduğunu, Kənanın onu öz evlərinə çağırmadığını, Kənanın yaşadığı mənzilin hansı olduğunu bildiyini, Kənangilin evində anası, atası və Kənanın yaşadıqlarını, Qurbana 100.000 manat pul verdiyini, ona iş quracağını dediyini, Kənandan da pulu vermək üçün icazə aldığını, Kənanın ona “pul artıq sənindir, kimə istəyirsən verərsən” dediyini, özünün sosial müavinət və aliment aldığını, keçmiş həyat yoldaşının da kömək etdiyi üçün ailəyə rahat baxdığını, Qurbana avtomobil almaq üçün pul verdiyini, sonradan Qurbanın həmin işdən pul qazandıqca aylıq olaraq ona borcundan verəcəyini düşündüyünü, barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə baş vermiş hadisə ilə bağlı nə dediyini xatırlamadığını, qətimkan tədbiri seçilən zaman döyüldüyünü ona söz verilmədiyi üçün demədiyini, Elbrus müəllimin Təhsil Nazirliyində işlədiyini bildiyini, Kənanın “Range Rover” markalı avtomobil idarə etdiyini, bildiyinə görə Kənangilin evlərinin üç otaqlı olduğunu, Kənanın seyfi ona mayın ya 11 ya da 12-si gətirib verdiyini, Elbrus Museyibovun həmin gün əməliyyat olunmasını bilmədiyini, birinci dəfə əməliyyat olunmasından məlumatlı olsa da, sonuncu əməliyyatından xəbərinin olmadığını, Qurbanın seyfin ona verilməsindən bir gün öncə artıq onlarda olduğunu, polis əməkdaşlarının böyük bacısını bölməyə gətirərək izahatları imzalamayacağı təqdirdə bacısının avtomobilinə narkotik atacaqlarını bildirdiklərindən sonra ilkin izahatı imzalamağa razılıq verdiyini, onu iyunun 3-ü saxladıqlarını, ayın 10-u izahatının alındığını, həmin müddət aralığında döyüldüyünü və işgəncələrə məruz qaldığını, ayın 13-ü Bakı İstintaq Təcridxanasına gətirildiyini, 7 gün qanunsuz olaraq polis idarəsində saxlanıldığını, ondan başqa bölmədə Kənan və Ruslanın olduqlarını, onların iyun ayının 6-sı buraxıldıqlarını, polis əməkdaşlarının onu bölməyə apararkən telefonunu evdən Orxan adlı əməkdaşın götürdüyünü, Kənanın ona seyfi verən zaman bu pulu gələcəkləri üçün ailə qurduqda istifadə etmək üçün ona verdiyini bildirdiyini, Kənangildən oğurluq etmədiyi üçün polis əməkdaşları ilə oraya getməyə etiraz etdiyini, ondan barmaq izlərinin götürülmədiyini, Qurbanın seyfi açdıqdan sonra ona videogörüntülü zəng vasitəsilə zəng edib seyfdə 303000 pulun olduğunu bildirdiyini, Qurbanın pulun oğurluq olduğunu bilmədiyini, həmin puldan 3500 dollar pulu Kənan istədiyi üçün Kənana verdiyini bildirmişdir.

36. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-n həin 177.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, may ayının 10-12-i radələrində Bakıya gəldikdə Şəbnəm ona onların evində qalmağı təklif etmişdir. Şəbnəmgildə qaldığı günün səhəri Şəbnəm ona seyf gətirərək onu açmaq lazım olduğunu, seyfdəki pulun onun tanışına məxsus olduğunu bildirmişdir. O, Şəbnəmə seyfi rayonda aça biləcəyini bildirmişdir. Çünki Bakıda heç kimi tanımırdı, harada seyfi açdıra biləcəyini bilmirdi. Sonradan Şəmkir rayonuna gedərək orada yaşadığı evdə seyfi açmışdır. Həmin zaman seyfdəki pulların kimə məxsus olmasını bilmirdi. Seyfin içində çoxlu pul olduğunu gördükdə pulun kimə məxsus olmasını Şəbnəmdən videozəng vasitəsilə soruşmuş, Şəbnəm isə pulun onun tanışı Kənana məxsus olduğunu bildirmişdir. Videogörüntülü zənglə onunla danışdıqda Kənan Şəbnəmin yanında idi. Şəbnəm pulun Kənana məxsus olmasını bildirdi. 2 gün sonra Şəbnəm həmin puldan 7000 manat istəyərək pulun Kənana lazım olduğunu bildirdi. O da həmin pulu taksi ilə Şəbnəmə göndərmişdir. Bir müddət sonra Şəbnəmə özünün iş açmaq istəyini demiş və ondan bunu reallaşdırmaq üçün 100000 manat pul borc verməsini xahiş etmişdir. Şəbnəm Kənan icazə verəcəyi təqdirdə pulu verə biləcəyini demişdir. Şəbnəm Kənanla danışıb razılıq verdikdən sonra pulu götürərək 4 ədəd avtomobil almış, həmin avtomobillər Şəmkir-Bakı yoluna taksi kimi fəaliyyətə göstərmişlər. May ayının 18-19 radələri qalan pulu Şəbnəmə gətirmişdir. İyun ayının 5-dən 6-na keçən gecə rayonda olan zaman polis əməkdaşları evinə gələrək onu Bakıya aparmışlar. O, polis əməkdaşlarından bunun səbəbini soruşduqda Şəbnəmin ona verdiyi pulun oğurluq pul olmasını, Şəbnəmin oğurluq etdiyini bildirmişlər. Polis bölməsində olan zaman polis əməkdaşları oğurluq etdiyini etiraf etməsini ondan tələb etmişlər. İyun ayının 6-sı səhər baş idarəyə gətirilmiş, axşama qədər orada saxlanılmış, axşam Azadlıq metrosunun yaxınlığında olan başqa bir polis bölməsinə gətirilmiş, sonra yenə də baş idarəyə aparılaraq döyülmüş, döyülməsinin səbəbi oğurluq etmədiyini deməsi olmuşdur. Sonda iyun ayının 10-da izahat verməyə razılaşmışdır. O, qanunsuz olaraq 4 gün polis idarəsində saxlanıldıqdan sonra izahatı imzalamışdır.

37. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 onun tutulma tarixi kimi 10 iyun 2024-cü il göstərilsə də, polis əməkdaşlarının onu 05 iyun 2024-cü il tarixdə Şəmkirdə yaşadığı evdən gəlib Bakıya apardıqlarını, iyun ayının 5-dən 10-dək polis bölməsində Zemfiranı, Əlini və Şəbnəmi gördüyünü, may ayının 10-dan 12-dək Bakıda olan zaman Bakıda yaşayan əmisi, yəni Şəbnəmin də atası olan Mafəddingildə qaldığını, qaldığı günün səhəri, təxminən saat 10-11 radələrində Şəbnəmin onu oyadaraq bir seyfin olduğunu, açarının olmadığını bildirib seyfin açılmasında köməklik etməsini xahiş etdiyini, Şəbnəmə seyfin əllə açıla bilməyəcəyini və kəsilməli olduğunu bildirdiyini, Şəbnəmdən seyfin kimə məxsus olduğunu soruşduqda onun seyfin tanışına məxsus olduğunu və açarının olmadığını bildirdiyini, seyfi Şəmkirə aparıb orada kəsərək açdığını, seyfin içərində 303000 manat pulun olduğunu, pulun çoxluğu ilə əlaqədar olaraq narahat olaraq Şəbnəmdən pulun kimə məxsus olması və problemli olub-olmamasını soruşduğunu, Şəbnəmin ona 5-6 dəqiqə sonra videogörüntülü zəng edərək narahat olmamağı və pulun Kənan adlı tanışına məxsus olduğunu bildirdiyini, həmin vaxt Kənanın da Şəbnəmin yanında olduğunu, həmin vaxtadək Kənanı yalnız əmisigilin qonşusu olaraq tanıdığını, həmin zəngdən sonra seyfin Kənana məxsus olduğunu bildirdiyini, Şəbnəmin onun əmisinin qızı olduğunu, hər həftə danışaraq Şəbnəmlə hal-əhval tutduqlarını, Şəbnəmgilə tez-tez getməsə də Bakıya getdikdə çox vaxt onlarda qaldığını, 2024-cü il ərzində, yəni, may ayınadək Şəbnəmgildə təxminən 5-6 dəfə qaldığını, həmin gün Bakıya gəlməkdə məqsədinin taksi fəaliyyəti ilə məşğul olmaq üçün avtomobil götürmək olduğunu, Şəbnəmgilə axşam hava qaraldıqdan sonra getdiyini, həmin gün Şəbnəmin valideynlərinin də evdə olduqlarını, Şəbnəmin seyfi səhər gətirdiyini, seyfin kimə məxsus olmasını və içində nə olmasını həmin vaxt Şəbnəmdən soruşmadığını, Şəbnəmin ona seyfi verən zaman evdə olan heç kəsin onları görmədiyini, Şəbnəmin uşaqlarının məktəbdə olduğunu, əmisinin evdə olmadığını, səhv etmirsə əmisi yoldaşının yatdığını, Bakıda laqondası olan tanışı olmadığı üçün seyfi Şəmkirə aparaq laqondası olan bir tanışından laqonda alıb seyfi evdə kəsdiyini, ifadəsini oxumadan imzaladığını, Şəbnəmə etdiyi kömək müqabilində Şəbnəmin ona heç bir əvəz vermədiyini, bu haqda aralarında söhbət olmadığını, seyfi axşam vaxtı kəsdiyini, içində pul olacağını bilmədiyini, pulun çox olduğunu gördükdə Şəbnəmlə əlaqə saxladığını, əvvəlcədən seyfin içindəkilərlə nə edəcəkləri barədə bir razılığa gəlmədiklərini, Şəbnəmin ona pulu 5-6 gün özündə saxlamasını dediyini, dostları ilə balıq yeməyə Kürün qırağına getdikdə torbaya qoyduğu seyfi çaya atdığını, çayın yaşadığı yerdən 15 kilometr məsafədə yerləşdiyini, seyfi çaya atmasının xüsusi bir səbəbin olmadığını, dostlarının həmin seyfi görmədiyini, Şəbnəmdən 2-3 gün sonra pulla nə edəcəklərini soruşduğunu, Şəbnəmin ona həmin pulla avtomobil alıb kirayə verərək qazanc əldə etmək istədiklərini bildirdiyini, onlar üçün həmin xidməti edə biləcəyini bildirdiyini, Şəbnəmin ona Kənanla danışdıqdan sonra xəbər edəcəyini bildirdiyini, 10-15 dəqiqə sonra Şəbnəmin ona zəng edərək Kənanın razılaşdığını bildirərək həmin puldan 100 000 manatı götürə biləcəyini dediyini, həmin pulun bir hissəsi ilə avtomobillər aldığını, bir hissəsini öz şəxsi ehtiyaclarına sərf etdiyini, bir hissəsi ilə isə Xeyransaya borc verdiyini, aldığı hər avtomobil üçün aylıq olaraq Şəbnəmə 1000 -1500 manat pul verməli olduğunu, avtomobillərdən birini qardaşına verdiyini, birini isə tanıdığı şoferlə barter etdiyini, qardaşıgilin ondan avtomobilləri hardan aldığını soruşduqda onlara avtomobilləri Topazdan qazandığı pulla aldığını dediyini, ifadələrində olan imzaların özünə məxsus olduğunu, bəzən hər ay, bəzən isə 3-4 aydan bir Bakıya gəldiyini, bəzən öz tanışlarının evində qaldığını, Bakıda olan dosttanışlarından laqonda istəməməsinin səbəbinin onlar şəhərdə yaşadıqlarından onlarda bu cür alətlərin olmadığını güman etməsinin olduğunu, yalnız seyfi açdığı gün Şəbnəmlə Kənanın münasibətindən xəbərinin olduğunu, bu hadisə baş verməzdən öncə rayonda çayxana işlətdiyini, işləri yaxşı getmədiyindən onu bağlamaq məcburiyyətində qaldığını və taksi fəaliyyəti ilə məşğul olmağa başladığını, Şəbnəm sonradan Kənan üçün 3500 dollar lazım olduğunu bildirdikdə həmin pulu Şəbnəmə göndərdiyini bildirmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

38. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

39. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.

40. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.

41. Həmin qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir.

Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:

42. “Şübhəli şəxsin tutulması haqqında” 10 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 10 iyun 2024-cü il tarixdə, saat 19:00-da tutulmuşdur (cild 01; i.v.74).

43. “Şübhəli şəxsin tutulması haqqında” 10 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 10 iyun 2024-cü il tarixdə, saat 20:00-da tutulmuşdur (cild 01; i.v.100).

44. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 4(001)- 426/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 10 iyun 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.229-233).

45. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 4(001)- 425/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 10 iyun 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.234-239).

46. Zərərçəkmiş şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, onun evindən oğurlanmış 340000 manat pul məbləğindən 113610 manat və 2950 ABŞ dolları Binəqədi RPİ-də onun tərəfindən təhvil alınmışdır (cild 02; i.v.86).

47. Zərərçəkmiş şəxs tərəfindən 13 avqust 2024-cü il tarixdə imzalanmış qəbzdən görünür ki, Binəqədi RPİ-də 02 ədəd “İphone 15 Pro Max” markalı mobil telefonları təhvil almışdır (cild 03; i.v.23).

48. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 12 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şəmkir Rayon Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 03; i.v.24-25).

49. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 12 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 03; i.v.28-29).

50. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 4(001)- 760/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 02 ay olmaqla, 10 dekabr 2024-cü il tarixədək uzadılmışdır (cild 03; i.v.69- 72).

51. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 4(001)- 758/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 02 ay olmaqla, 10 dekabr 2024-cü il tarixədək uzadılmışdır (cild 03; i.v.77- 81).

52. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 4(001)- 929/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 01 ay olmaqla, 10 yanvar 2025-ci il tarixədək uzadılmışdır (cild 03; i.v.210- 214).

53. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 4(001)- 930/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 01 ay olmaqla, 10 yanvar 2025-ci il tarixədək uzadılmışdır (cild 03; i.v.215- 220).

54. Şəmkir Rayon Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli, 1(076)-92/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 03; i.v.231-244).

55. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli, 7(044)- 119/2016 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 ona Şəmkir Rayon Məhkəməsinin 28 oktyabr 2026-cı il tarixli, 1(076)-92/2016 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 03 ay 25 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 03; i.v.249-251).

56. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 dekabr 2024-cü il tarixli, 4(001)- 1014/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 02 ay olmaqla, 10 mart 2025-ci il tarixədək uzadılmışdır (cild 04; i.v.18-21).

57. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 dekabr 2024-cü il tarixli, 4(001)- 1013/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 02 ay olmaqla, 10 mart 2025-ci il tarixədək uzadılmışdır (cild 04; i.v.22-26).

58. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 4(001)- 194/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 20 gün olmaqla, 30 mart 2025-ci il tarixədək uzadılmışdır (cild 04; i.v.18- 21).

59. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 4(001)- 193/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 20 gün olmaqla, 30 mart 2025-ci il tarixədək uzadılmışdır (cild 04; i.v.22- 26).

60. Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il təvəllüdlü (X5) və xx.xx.2023-cü il təvəllüdlü (X6) uşaqları var.

61. Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2016-cı il təvəllüdlü (X10) və xx.xx.2017-ci il təvəllüdlü (X11) uşaqları var.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

62. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;

63. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;

64. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər.

65. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

66. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

67. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.

68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

69. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

70. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

71. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

72. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 AR CM-nin 177.3.2-ci maddəsi, Təqsirləndirilən şəxs1 AR CM-nin 32.5,177.3.2-ci maddəsi ilə təqsirli olmaları mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslər tərəfindən ibtidai istintaq zamanı verilmiş ilkin ifadələr, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146).

73. Məhkəmə ilk növbədə Təqsirləndirilən şəxs1 AR CM-nin 177.3.2-ci maddəsi ilə ittiham verilməsi ilə razılaşmaması və onun 32.5, 177.3.2-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən nəzərə aldığı halları əsaslandırmağı zəruri hesab edir.

74. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır; 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır; 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri ondan ibarətdir ki, əvvəla, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi isə cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etdiklərini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən "qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Həmin qərarda göstərilmişdir ki, cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ictimai təhlükəlilik baxımından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının 10-cu bəndində göstərilmişdir ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin qərarın 11-ci bəndində göstərilmişdir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə, (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur.Özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri CM-in 32.5-ci maddəsinə istinad etməklə köməkçi formada iştirakçı kimi tövsif edilməlidir.

75. Hazırki işin hallarından, o cümlədən, təqsirləndirilən şəxslərə verilmiş ittihamdan görünür ki, oğurluq hadisəsi 11 may 2024-cü il tarixdə, sahər saatlarında Bakı şəhərində baş vermiş, həmin tarixdə Təqsirləndirilən şəxs1 Bakı şəhərində olmamaqla Şəmkir şəhərində olmuş, o, əmlak zərərçəkmiş şəxsin evindən oğurlandıqdan sonra axşam radələrində Bakı şəhərinə doğru hərəkətə başlayaraq 11 may 2024-cü il tarixdən 12 may 2024-cü il tarixə keçən gecə Bakı şəhərinə çatmışdır.

76. Belə ki, iş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 08 avqust 2024cü il tarixli protokoldan görünür ki, anten dairəsinə dair məlumatlara baxış keçirən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 hadisə baş verən günü xx.xx.2024-cü il tarixdə saat 21:21-də Gəncə şəhərində, həmin tarixdə saat 22:23 radələrində Ağdaş rayonu Ərəbşəki kəndində, həmin tarixdə saat 23:52 radələrində Hacıqabul rayonu Muğan qəsəbəsində olmaqla Bakı şəhəri istiqamətində hərəkətdə olmuşdur (cild 02; i.v.210-243).

77. Göstərilən bu hal Təqsirləndirilən şəxs1 oğurluq cinayətinin törədilməsində birgə icraçı olmamasına, qabaqcadan verdiyi vədə uyğun olaraq oğurlanmış əmlakı yaşadığı Şəmkir şəhərinə aparaq həmin əmlaka sahiblik (Belə ki, seyfdən aşkar olunmuş pullar bir müddət onun sahibliyində qalmış), istifadə və sərəncam (Belə ki, o, həmin pulun bir hissəsindən istifadə edərək avtomobillər almaqla, tanışını əməliyyat etdirməklə oğurlanmış əmlakdan isttifadə etməklə sərəncam vermişdir) verməsinə dəlalət edən hal olmaqla onun əməlinin AR CM-nin 32.5-ci maddəsinə istinad olunmadan AR CM-nin 177.3.2-ci maddəsi ilə tövsif edilməsini istinad edir.

78. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin müvafiq Plenum qərarlarında əks olunmuş mövqeləri, Təqsirləndirilən şəxs1 oğurluq cinayətinin törədilməsində birgə icraçı kimi deyil, məhz köməkçi kimi iştirak etməsinin iş materialları təsdiq olunduğunu nəzərə alaraq onun əməlinin AR CM-nin 32.5,177.3.2-ci maddəsi ilə tövsif edilməklə ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməsini qanuni və əsaslı hesab edir.

79. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək zərərçəkmiş şəxsin evindən oğurluq etmədiyini, həmin seyfin zərərçəkmiş şəxsin oğlu, özünün isə həmin vaxtlar sevgilisi olmuş Şahid7 tərəfindən ona verildiyini, həmin seyfin Kənanın atasına məxsus olduğunu və atasından gizli götürdüyünü bilmədiyini göstərsə də, məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsini işin həqiqi halları və iş materiallarında olan sübutlarla əlaqəli şəkildə tədqiq edərək onun həmin ifadəsini özünümüdafiə naminə verilmiş qeyr-səmimi ifadə kimi qiymətləndirir.

80. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 ilkin izahat və ifadələrində cinayətin törədilmə tarixini düzgün göstərməsə də, oğurluq cinayəti törətdiyini etiraf edərək etirafedici ifadələr vermiş, həmin ifadələrində bir dəfə də olsun seyfin ona Şahid7 tərəfindən verildiyini bildirməmişdir.

81. Məhkəmə iclasında təqsirləndirilən şəxs polis bölməsində döyüldüyündən oğurluq etdiyini etiraf etdiyini bildirmiş, məhkəmənin sorğusuna əsasən təqdim edilmiş BİTdə Təqsirləndirilən şəxs2 adına açılmış 14 iyun 2025-ci il tarixli, 5181/2024 saylı tibb kartından görünür ki, o, istintaq təcridxanasına daxil olan zaman zədə və xəsarət almadığını bildirmiş, onda cərrahi əməliyyatdan sonra qalmış çapıq izindən başqa xəsarət aşkar olunmamışdır.

82. Bundan başqa, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 sentyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 döyülməsi faktı ilə əlaqədar AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.

83. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

84. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

85. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxsin polis bölməsində qanunsuz hərəkətlərə və fiziki təsir-təzyiqə məruz qalması iş materialları, məhkumun tibb kitabçası ilə öz təsdiqini tapmamışdır. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətindədir.

86. Təqsirləndirilən şəxs seyfin ona Şahid7 tərəfindən verildiyini bildirsə də, onun ifadəsindəki həmin xüsusat təsdiq edən hər hansı sübut olmamaqla həmin hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır.

87. Belə ki, məhkəmə iclasında iştirak edən X14 ona ünvanlanmış suallara cavab olaraq Təqsirləndirilən şəxs2 göstərdiyi halın həqiqət olmadığını, 11 may 2024-cü il tarixdə atasının əməliyyat olunması ilə əlaqədar xəstəxanada olduğunu, Şəbnəmə nəinki seyfi vermədiyini, heç seyfin yerini özünün də bilmədiyini göstərmiş, Şahid7 hadisə günü ailə üzvləri ilə birlikdə xəstəxanada olması (bu hal iş materiallarına əlavə edilmiş xəstəxanadan götürülmüş videogörüntülərlər də təsdiq olunur), həqiqətən də evdə olan seyfin konkret yerini bilməməsi məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs, şahidlər Şahid8 və Şahid2 ifadələri ilə öz təsdiqini tapmışdır.

88. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Kənanın ona seyfi verən zaman həmin seyfin özünə məxsus olduğunu və həmin pulu özünün yığdığını bildirdiyini qeyd etsə də, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona ünvanlanmış suallara cavab olaraq Kənanın işləmədiyini, əlilliyə görə pensiya aldığını və atasının ona verdiyi xərcliklə dolandığını bildirmişdir ki, belə olan halda Təqsirləndirilən şəxs2 Şahid7 sözünə inanması, Kənanın ona seyfdə təxminən 200000 manat olduğunu dediyi zaman şübhələnməməsi və ona bu barədə hər hansı sual verməməsi, Şahid7 işləmədiyi halda həmin məbləğdə pulu yığmasını real hesab etməsi özü-özlüyündə məntiqli və inandırıcı deyildir ki, bu da təqsirləndirilən şəxsin məsuliyyətdən kənarda qalmaq naminə müxtəlif arqumentlər irəli sürməsinin göstəricisidir.

89. Bundan əlavə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında Kənanın həmin pulu ona birgə yaşamaları üçün ev almaq üçün verdiyini iddia etsə də, onun həmin pula istədiyi kimi sərəncam verərək bacısının burnunu əməliyyat etdirməsi, müxtəlif avtomobillər və mobil telefonlar alması ilə bağlı suallar ünvanlanan zaman isə o, Kənanın ona “pulu sənə vermişəm, necə istəyirsən xərclə, kimə istəyirsə ver” deməsini bildirmişdir ki, bu hal özü də təqsirləndirilən şəxsin ifadələrində səmimi olmamasına, hər suala öz mənafeyinə uyğun fərqli, biri digəri ilə uzlaşmayan cavablar verməyə cəhd etməsinə dəlalət edən hallardandır.

90. Həmçinin, təqsirləndirilən şəxs ifadəsində Kənan ona seyfi verən zaman Təqsirləndirilən şəxs1 artıq onlarda olduğunu və yatdığını bildirsə də, Təqsirləndirilən şəxs1 anten məlumatları ilə bu hal təkzib olunmaqla Təqsirləndirilən şəxs2 həmin hissədə həqiqəti söyləməməsini təsdiq edilmişdir.

91. Belə ki, oğurluq hadisəsi 11 may 2024-cü il tarixdə, gündüz saatlarında baş vermiş, Təqsirləndirilən şəxs1 isə 11 may 2024-cü il tarixdən 12 may 2024-cü il tarixə keçən gecə Bakı şəhərinə çatmışdır. Bundan başqa,12 may 2024-cü il tarixdə isə zərərçəkmiş şəxsin həyat yoldaşı bütün evdə olmuş, günorta radələrində isə artıq zərərçəkmiş şəxs xəstəxanadan çıxarılaraq evə gətirilmişdir ki, bu da Kənanın Şəbnəmə seyfi Təqsirləndirilən şəxs1 Bakı şəhərində gəldikdən sonra, yəni 12 may 2024-cü il tarixdə verməsinin mümkün olmadığına dəlalət edir.

92. Bundan başqa, zərərçəkmiş şəxsə məxsus seyfin sındırılması üçün Təqsirləndirilən şəxs1 tərəfindən Şəmkir rayonuna aparılmasına təqsirləndirilən şəxsin etiraz etməməsi və icazə verməsi, seyfdən aşkar edilmiş pulların bir həftəyə yaxın Təqsirləndirilən şəxs1 qalması, həmin seyfi Bakı şəhərində müvafiq ustaya açdırmaq imkanı olduğunu halda bunu etməməsi də təqsirləndirilən şəxsin cinayətin açılmasından ehtiyat etməsinə (Belə ki, hər hansı ustanın seyfin içərisində pulları və seyf gətirən şəxsin seyfin kodunu bilməməsini gördükdə şübhələnərək hüquqmühafizə orqanlarına məlumat vermək ehtimalı var idi), cinayətdən dərhal sonra cinayət nəticəsində əldə olunmuş əmlakın mümkün qədər uzağa aparılmasında (Belə ki, Təqsirləndirilən şəxs2 seyfin içərisindən pullar aşkar olunduqdan dərhal sonra deyil, bir həftə sonra Qurbandan həmin pulları gətirməsini istəmişdir ki, bu da onun seyfin zərərçəkmiş şəxsin evindən götürülməsindən keçən bir həftə ərzində hər hansı problemin olmadığını, ondan heç kəsin şübhələnmədiyinə əmin olduqdan sonra pulların gətirilməsini istəməsi qənaətinə gəlməyə imkan verir) maraqlı olmasına dəlalət edir.

93. Məhkəmə iclasında təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin evinin açarının onda olmadığını, qapının qıfılının sındırılmamasının müvafiq ekspert rəyi ilə təsdiq olunduğunu, belə olan onun evə girərək oğurluq etməsinin qeyri-mümkün olduğunu bildirsə də, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 noyabr 2024-cü il tarixli, 3-16- 16/2-3/1666 saylı rəyi ilə zərərçəkmiş şəxsin evinin qıfılının konstruksiyasına görə onu hər hansı bir predmetin köməyi ilə ştat açarı olmadan da açmağın mümkün olduğu müəyyən edilmişdir ki, bu da açarı olmayan şəxsin də evə daxil ola bilməsinin istisna olunmadığının göstəricisidir.

94. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə məxsus seyfdən aşkar olunmuş pulun onda olmasını, həmin pula sahiblik edərək sərəncam verməsini mübahisələndirməmiş, sadəcə həmin pulların ona zərərçəkmiş şəxsin oğlu Şahid7 tərəfindən verildiyini və həmin pulları oğurlamadığını iddia etmişdir ki, onun ifadəsindəki xüsusat, yəni Şahid7 ona içərisində pullar olan seyfi verməsi uzunmüddətli məhkəmə istintaqının sonunda öz təsdiqini tapmamaqla şahid ifadələri ilə təkzib olunmuş, onun məhkəmə iclasında irəli sürdüyü dəlillər isə işin həqiqi halları ilə uzlaşmamışdır.

95. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək heç bir cinayət törətmədiyini, oğurluqdan ümumiyyətlə məlumatsız olduğunu, Şəbnəm həmin seyfin tanışına məxsus olduğunu bildirdiyindən seyfi götürüb açmağa razılıq verdiyini bildirsə də, məhkəmə onun da ifadəsini işin həqiqi halları ilə uzlaşmayan, qeyri-səmimi və özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir.

96. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 oğurluqdan məlumatsız olduğunu, Şəbnəmin ona verdiyi seyfin oğurluq olduğunu bilmədiyini göstərsə də, onun seyfin oğurlandığı gün gecə, səhərin açılmasını gözləmədən yola çıxması, gecə radələrində Bakı şəhərinə çataraq səhərisi gün seyfi götürərək açmaq üçün Şəmkir rayonuna, yəni oğurluğun törədildiyi yerdən mümkün qədər uzağa aparması, seyfi kəsib pulları çıxardıqdan sonra cinayət izlərini mümkün qədər gizlətmək məqsədi ilə seyfi Kür çayına atması, həmin pulun bir həftəyə yaxın müddət ərzində onda qalması, həmin puldan 100000 manat pul götürərək həmin pula istədiyi kimi sərəncam verməsi onun oğurluqdan məlumatsız olmasına, cinayətin iştirakçısı olmamasına dair dəlilinin tamamilə əsassız və qeyri-real olmasını göstərən hallardır.

97. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 hadisənin baş verdiyi günün gecəsi şəxsi işləri ilə əlaqədar (taksi fəaliyyəti ilə məşğul olmaq üçün avtomobil götürmək məqsədi ilə) Bakıya gəldiyini bildirsə də, onun 11 may 2024-cü il tarixdən 12 may 2024-cü il tarixə keçən gecə Bakıya gəlməsinə baxmayaraq 12 may 2024-cü il tarixdə, hələ günorta olmadan Bakı şəhərindən çıxaraq Şəmkir şəhərinə doğru hərəkət etməsi, Bakıya gəldiyi gecə Şəbnəmlə telefon danışıqlarının olması onun şəxsi işləri ilə əlaqədar deyil, Bakı şəhərinə gəlib məhz öncədən əldə olunmuş razılığa uyğun olaraq seyfi götürüb mümkün qədər uzağa gedərək onun içərisində olan əmlakı ələ keçirmək niyyətinin olmasının bariz nümunəsidir.

98. Bundan savayı, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 hansı səbəbdən həmin gecə məhz Şəbnəmgildə qalmasının səbəbi soruşulduqda o, Bakı şəhərində başqa tanıdığı şəxsin olmadığını bildirmiş, lakin qısa müddət sonra ona ünvanlanmış başqa suala cavab olaraq Bakı şəhərində tanışlarının olduğunu, bəzən onlarda da qaldığını bildirmişdir ki, bu da təqsirləndirilən şəxsin hər vəchlə məhkəməni yanıldaraq məsuliyyətdən kənarda qalmağa, törədilmiş cinayətdən “məlumatsız” olması görüntüsü yaratmağa cəhd etməsinə dəlalət edir.

99. Bundan başqa, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 hansı səbəbdən seyfi açmaq üçün məhz Şəmkir şəhərinə aparmasının, hansı səbəbdən Bakı şəhərində laqonda taparaq və ya satın alaraq seyfi açmamasının səbəbi soruşulan zaman o, Bakıda heç kəsi tanımadığını, seyfi harada açdıra biləcəyini bilmədiyini, Bakı yaşayan şəxslərdə o cür alətlər olmasını güman etmədiyini göstərmişdir ki, məhkəmə onun həmin arqumentini də tamamilə absurd hesab edərək qeyd edir ki, Bakı şəhərində laqonda tapmaq üçün mütləq qaydada kimisə tanımaq tələb olunmur və laqondanı istənilən tikinti ləvazimatları satılan mağazadan ələd etmək mümkün olan haldır. Onun Bakı şəhərində yaşayan şəxslərdə laqonda olmasını güman etməməsinə dair irəli sürdüyü arqument isə tamamilə məntiqsizdir. Təqsiləndirilən şəxsin yanaşmasına görə Bakı şəhərində laqonda istifadə olunmur və laqondaya ehtiyacı olan hər kəs mütləq qaydada regionlara üz tutmalıdır. Sultan Qurbanovun Bakı şəhərində heç kimi tanımamasına dair göstərdiyi xüsusat isə özünün Bakı şəhərində tanışlarının olmasına dair verilmiş digər cavabı ilə təkzib olunmuş və onun məhkəmə iclasında səmimi olmaması bir daha öz təsdiqini tapmışdır. 100.Bundan başqa, X17 razılığı ilə həmin puldan 100000 manat pul götürdüyünü bildirmiş və həmin hal digər təqsirləndirilən şəxs tərəfindən təsdiq olunmuşdur. Həmin hala münasibətdə məhkəmə cinayətdə hər hansı iştirakı olmayan şəxsə külli miqdarda vəsait verilməsini inandırıcı və real hesab etmir. Təqsirləndirilən şəxs1 həmin pulun Şəbnəm tərəfindən ona Kənanın razılığı ilə verildiyini bildirsə də, həmin hal məhkəmə iclasında öz təsdiqini tapmamış, Şahid7 tərəfindən belə bir halın olması təkzib edilmişdir. 101.Bundan başqa Təqsirləndirilən şəxs1 Şəbnəmin ona həmin pulu Şəbnəm ona Kənanla planlarına görə həmin pulla avtomobillər alıb taksi kimi fəaliyyətə buracaqlarını dedikdən sonra onlar üçün bu işi qurmaq adı ilə aldığını bildirsə də, Təqsirləndirilən şəxs2 həmin pulu Qurbanın öz şəxsi işini qurması üçün ona borc verdiyini bildirmişdir ki, bu da təqsirləndirilən şəxslərin öz ifadələri arasında uyğunsuzluqların olmasına və onların hər birinin həqiqəti gizlətmək naminə fərqli xüsusatlara istinad etmələrinə dəlalət edir. 102.Bundan başqa, Sultan Qurbanov guya seyfin və içərisindən aşkar olunmuş pulların Şəbnəmin tanışına məxsus olduğuna inandığını, Şəbnəmin razılığı ilə həmin puldan 100000 manat götürdüyünü iddia etsə də, ailə üzvlərinə həmin pulla aldığı avtomobilləri Topazdan udduğu pullarla aldığına dair yalan söyləmişdir ki, göstərilən bu hal özü də Təqsirləndirilən şəxs1 törətdiyi qanunsuz əməli ailəsindən də gizlətməyə cəhd etməsinə, onun tutulduqdan sonra öz müdafiəsi üçün sanki həmin pulu iş qurmaq üçün Şəbnəmin razılığı ilə götürməsinə dair arqumenti düşünməsinə və həmin halın onun şəxsi təxəyyülünün məhsulu olmasına dəlalət edir. Halbuki, onun ailə üzvlərinə əmisi qızı olan Şəbnəmin tanışından Şəbnəm vasitəsi ilə borc götürməsini deməsi mümkün olan hal idi. 103.Məhkəmə iclasında təqsirləndirilən şəxs polis bölməsində döyüldüyünü, fiziki təsirtəzyiqlərə məruz qaldığını bildirmiş, məhkəmənin sorğusuna əsasən təqdim edilmiş BİT-də Təqsirləndirilən şəxs2 adına açılmış 14 iyun 2025-ci il tarixli, 5183/2024 saylı tibb kartından görünür ki, o, istintaq təcridxanasına daxil olan zaman həbsdən əvvəl xəsarət aldığını bildirmiş, onda budun bayır səthində 2-3 sm ölçüdə sarımtıl qançır aşkar olunmuşdur.

104. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən təqdim olunmuş 394C-24 saylı materialdan görünür ki, o, onda aşkar edilmiş xəsarətlə bağlı aparılan araşdırma zamanı araşdırmanı aparan prokurorluq əməkdaşına verdiyi izahatda polis idarəsində 303000 manat məbləğində pulu taladıqlarını etiraf etsə də, həmin məbləğin 340000 manat olmasını etiraf etmədiyindən fiziki təsir-təzyiqlərə məruz qaldığını bildirmişdir ki, bu hal özü də təqsirləndirilən şəxsin başqa material üzrə araşdırma zamanı oğurluq etdiklərini etiraf etməsinin göstəricisidir. 105.Həmin materialda olan məhkəmə-tibb ekspertizasının 09 iyul 2024-cü il tarixli, 1300 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəninə 14 iyun 2024-cü il tarixdə BİT-də baxış keçirilən zaman onun bədənində aşkar olunmuş “sol budun bayır səthində 2-3 sm ölçüdə sarımtıl qançır” bərk küt əşyanın təsirindən müayinədən 2-3 həftə əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. 106.Həmin materialda olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 02 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 bədənində aşkar edilmiş xəsarətlə əlaqədar toplanmış material üzrə AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. 107.Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxsin polis bölməsində qanunsuz hərəkətlərə və fiziki təsir-təzyiqə məruz qalması iş materialları, müvafiq məhkəmətibb ekspertizasının rəyi ilə öz təsdiqini tapmamışdır ki, məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətindədir. 108.Məhkəmə göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini təqsirli bilməmələrinə tənqidi yanaşaraq onların məhkəmə istintaqı zamanı verilmiş ifadələrini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir, həmin ifadələrin onlar tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilməsi qənaətinə gəlir. 109.Məhkəmə qeyd edir ki, müdafiə tərəfin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər sübutlarla tam təkzib edilməkdədir.

110. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 əməli isə AR CM-nin 32.5,177.3.2-ci maddəsi ilə tamamilə əhatə olunduğundan onlara təqsirli bilindikləri maddənin sanksiyası daxilində ədalətli və qanuni cəza təyin edilməlidir.

111. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.

112. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), himayəsində azyaşlı uşaqlarının olmasını (CM-59.1.4) (Məhkəməyə elektron sistem vasitəsi ilə daxil olmuş Təqsirləndirilən şəxs2 uşaqlarının atalarının himayəsinə verilmələrinə dair məhkəmə qətnaməsi qanuni qüvvəyə minmədiyindən uşaqların hələ də Təqsirləndirilən şəxs2 himayəsində olmaları nəzərə alınmaqla), dəymiş zərərin qismən ödənilməsini (CM-59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

113. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

114. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının olmasını (CM- 59.1.4), dəymiş zərərin qismən ödənilməsini (CM-59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

115. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

116. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 AR Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır.

117. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 AR Cinayət Məcəlləsinin 32.5,177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır.

118. İş üzrə maddi sübut – 03 ədəd disk iş materiallarında saxlanılmalı, 01 ədəd laqonda hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Şahid6 qaytarılmalıdır.

119. Ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə keçirilməlidir. 120.Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi mülki iddia ərizəsi verərək cinayət nəticəsində dəymiş zərərdən 267125 manatın ödənilməsinə baxmayaraq 73375 manat pulun hələ də ödənilmədiyini, həmin pulun təqsirləndirilən şəxslərdən tutulmalı olduğunu, bununla yanaşı, zərərçəkmiş şəxsin cinayətdən sonrakı psixoloji vəziyyəti, yaşadığı travma və əzablar nəzərə alınmaqla ona mənəvi zərər dəydiyini qeyd edərək cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ödənilməmiş 73375 manat maddi zərərin, 24000 manat məvəvi zərərin və 387 manat dövlət rüsumunun tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsini xahiş etmiş və məhkəmə iclasında həmin mülki iddia zərərçəkmiş şəxs tərəfindən müdafiə olunmuşdur. 121.Məhkəmə iş materialları və məhkəmə araşdırmasının sonunda cinayət nəticəsində zərərçəkmiş şəxsə 340500 manat məbləğində zərər vurulmasının və ibtidai istintaq zamanı həmin zərərin 267125 manat hissəsinin ödənilməsinin müəyyən olunduğunu nəzərə alaraq vurulmuş zərərin ödənilməmiş qalıq 73375 manat hissəsinin təqsirləndirilən şəxslərdən tutularaq zərərçəkmiş şəxsə ödənilməsinin qanuni və əsaslı olması qənaətinə gəlir. 122.Mülki iddianın mənəvi zərərlə bağlı hissəsinə münasibətdə isə məhkəmə zərərçəkmiş şəxsin kənar şəxsin onun evinə girməsinin, evindən oğurluq edərək ona külli miqdarda maddi zərər vurmasının mənəvi sarsıntı və psixoloji travmaya səbəb olmasının real olmasını nəzərə alaraq mülki iddia ərizəsinin mənəvi zərərə aid hissədə qismən, ağlabatan məbləğ müəyyən edilməklə təmin edilməsini ədalətli və mütənasib hesab edir. 123.Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında göstərilmişdir ki; -Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. -Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. -Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. -Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. - Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. 124.Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). 125.Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. 126.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 127.Məhkəmə göstərilənləri nəzərə alaraq mülki iddianın maddi zərərlə bağlı hissədə tam, mənəvi zərərə münasibətdə isə qismən təmin edilməsi qənaətinə gəlir. 128.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 129.Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. 130.Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. 131.Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 10 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5,177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 10 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut-01 ədəd laqonda hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Şahid6 qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 64 manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1hər birinindən 32 manat olmaqla tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. 73375 manat məbləğində maddi zərər, 5000 manat mənəvi zərər və 387 manat dövlət rüsumu, cəmi 78762 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar