Məhkəmə qərarları › İş №1(101)-1157/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1157/2021

24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1157/2021 24.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X7 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmuş (Qusar rayon məhkəməsinin 12 yanvar 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 6 iyul 2018-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilmişdir), Şabran rayonunun Sincanboyad kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcidxanasinda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2018-ci il 2 oktyabr tarixdən 2020-ci il 14 sentyabr tarixə kimi “xxxx” ASC-nin Şabran şəhərində yerləşən quşçuluq fabrikasında birgə işlədikləri dövrdən mobil telefonunun nömrəsi ona məlum olan Şabran şəhər sakini Zərərçəkmiş şəxs tamah niyyəti ilə şantaj edib pulunu ələ keçirmək qərarına gələrək öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə 2021-ci ilin yanvarın təxminən 17-dən başlayaraq istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonundan Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona mütəmadi olaraq ünvanladığı SMS-lərdə özünü uydurma Xaçmaz rayon sakini “Namiq” adlı şəxs kimi təqdim edərək ona onun özü və bacısı Şahid1 haqqında ayrı-ayrı kişilərlə intim münasibətlərdə olmaları və digər əxlaqsız hərəkətlərə yol vermələri barədə onda dəqiq məlumatın və bu məlumatları təsdiq edən foto və videoyazıların olduğunu bildirərək bu rusvayedici məlumatları yaymaqla ailəsinin başını aşağı edəcəyi ilə hədələmiş, bunları etməmək üçün ondan 15.000 manat məbləğində pulu gətirib rayonun Sincanboyad kəndi ərazisində yerləşən qəbirstanlıqda X1 məzarı üzərinə qoyub getməsini tələb etmiş, 10 fevral 2021-ci il tarixdə saat 11 radələrində qəbirstanlığa gələn Zərərçəkmiş şəxs onun bu tələblərinə uyğun hərəkət etməsi barədə təsəvvür yaratmaq məqsədi ilə sözügedən məzara yaxınlaşaraq şərti pul bağlamasını məzarın üzərinə qoyduğuna dəlalət edən hərəkətlər edib oradan uzaqlaşdıqdan sonra yaxınlıqda gizləndiyi yerdən çıxıb faktiki olaraq orada olmayan şərti bağlamanı axtararkən Şabran rayon PŞ-nin əməkdaşları tərəfindən cinayət başında yaxalanmış, bununla da xeyli miqdarda özgənin əmlakını əldə etmək məqsədilə hədə-qoxu ilə tələb etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şabran şəhər sakini Zərərçəkmiş şəxs və onun bacısı Tünzaləni uzun müddətdir ki, tanyır və onlarla münasibəti həmişə normal olmuşdur. O, 2018-2020-ci illərdə Şabran rayonu, “xxxx” broyler quşçuluq fakbrikində işləyəndə Zərərçəkmiş şəxs və onun bacısı Tünzalə də orada işləmişdir. Bir neçə dəfə Şahnazdan faizlə pul götürüb qaytardığından onda çoxlu pulun olmasını zənn etmişdir. Şahnazla münasibəti yaxşı olduğuna görə o və bacısı barədə məlumatları, eləcə də Şahnazın istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəni bildiyindən ona hədə-qorxu gəlib pul almaq istəmişdir. 2020-ci ilin dekabr ayında Telman adlı şəxsin adına olan ***-***-**-** saylı mobil nömrəni istifadə etdiyi mobil telefona qoyub 17 yanvar 2021-ci il tarixdən həmin nömrədən Zərərçəkmiş şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə mesajlar yazaraq Şahnaz və bacısı Tünzalə barədə intim xarakterli rüsvayedici fotoşəklillər və videolar olduğunu deyərək ondan 15.000 manat pul tələb etmişdir. Əslində isə onda Şahnaz və onun bacısı Tünzalə barədə hər hansı video və fotoşəkillər olmamışdır. Şahnaza özünü Xaçmaz rayon sakini Namiq adlı şəxs kimi təqdim edərək harada yaşadığı barədə məlumat verməmişdir. 9 fevral 2021-ci il tarixdə Zərərçəkmiş şəxs onun təklifini qəbul edib 15.000 manat pulu verə biləcəyini demiş və 10 fevral 2021-ci il tarixə Şabran rayonu, Sincanboyad kənd qəbirstanlığına görüş təyin etmişlər. Zərərçəkmiş şəxs 15.000 manat pulu həmin qəbirstanlıqda birinci məzar olan mərhum Töhvə Rüstəmovanın qəbrinin üzərinə qoymasını tələb etmişdir. Səhər saat 10 radələrində Şahnazdan əvvəl həmin qəbirstanlığa gedib onu izləmək üçün kənarda gözləməyə başlamışdır. Təxminən 1 saat sonra Şahnazın əlində bağlama ilə qəbirstanlığa gəldiyini və həmin qəbirə yaxınlaşdığını görmüşdür. Zərərçəkmiş şəxs oradan uzaqlaşıb yola tərəf getdikdə gizləndiyi təpəciyin arxasından çıxaraq mərhum Töhvə Rüstəmovanın məzarına yaxınlaşmış, həmin məzarı və digər qəbirlərin üzərlərini axtarmağına baxmayaraq oradan pul tapa bilməmişdir. Bu zaman qəbirstanlıqda mülki geyimdə olan şəxslərin ona yaxınlaşdıqlarını görüb qaçmağa başlamışdır. Həmin şəxslər isə onu saxlayaraq Şabran RPŞ-nin əməkdaşları olduqlarını bildirib onu RPŞ-nə gətirmişlər. Şahnaza özünü Xaçmaz rayon sakini Namiq adlı şəxs kimi təqdim edərək harada yaşadığı barədə məlumat verməmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 ildir ki, Şabran rayonu, “xxxx” broyler quşçuluq fabrikində operator işləyir. 17 yanvar 2021-ci il tarixdən başlayaraq naməlum şəxs ***-***-**-** nömrəli mobil telefondan istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonuna mesajlar yazaraq o və bacısı Tünzalə haqqında intim xarakterli rüsvayedici foto və videomaterialları yaymaqla hədələyib bunu etməmək üçün 15.000 manat pul tələb etmişdir. Həmin şəxsdən kim olmasını soruşduqda o özünü Xaçmaz rayon sakini Namiq adlı şəxs kimi təqdim etmişdir. 9 fevral 2021-ci il tarixdə həmin şəxsin ondan əl çəkməyəcəyinə tam əmin olduqdan sonra onun dedikləri ilə razılaşmış və onu cəzalandırmaq üçün RPŞ-nə müraciət etmək qərarına gəlmişdir. 10 fevral 2021-ci il tarixdə səhər saatlarında pul əvəzinə qara rəngli bir bağlama hazırlayıb həmin bağlamanı özü ilə götürərək Şabran rayon PŞ-nə getmişdir. RPŞ-nə ərizə ilə müraciət edib həmin şəxsin müəyyən edilərək barəsində tədbir görülməsini xahiş etmişdir. Həmin vaxt adı sonradan ona məlum olan Təqsirləndirilən şəxsla mesajlaşarkən ona Şabran şəhər avtovağzalına gələrək orada şəffaf şüşəli taksi avtomobilinə oturmağını, pulu Şabran rayonu, Sincanboyad kənd qəbirstanlığına gələrək orada birinci qəbir olan mərhum Töhvə Rüstəmovanın qəbrinin üzərinə qoymağını və polisə məlumat verməməyini tapşırmışdır. Həmin gün saat 11 radələrində o, dayısı oğlu Sərxanın idarə etdiyi avtomobillə Şabran şəhər avtovağzalından rayonun Sincanboyad kənd qəbristanlığına getmiş və bu zaman Şabran rayon RPŞ-nin əməkdaşları da onların arxasınca həmin məzarlığa gəlmişlər. O, avtomobildən düşüb Sincanboyad kənd qəbirstanlığında birinci qəbir olan Töhvə Rüstəmovanın məzarına yaxınlaşıb götürdüyü pul formasında olan bağlamanı həmin qəbrin arxa hissəsinə qoymaq kimi təsəvvür yaradıb bağlamanı ora qoymayaraq yola tərəf gedib Sərxanın idarə etdiyi avtomobilə əyləşmişdir. Bir neçə dəqiqə sonra Şabran şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs adlı şəxs qəbirə yaxınlaşarkən Şabran RPŞ-nin əməkdaşları və dayısı oğlu Sərxan avtomobildən yerə düşərək Ədalətin arxasınca qaçıb onu saxlamışlar. Beləliklə, orada istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə mesajlar yazaraq onu şantaj edib hədə-qorxu ilə pul tələb edən şəxsin Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Təqsirləndirilən şəxs ona hədə-qorxu gələrək 15.000 manat pul tələb etmişdir. Təqsirləndirilən şəxs özünü Xaçmaz rayon sakini Namiq adlı şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs 2020-ci ildə təxminən 4-5 ay “xxxx” broyler quşçuluq fabrikində onunla birlikdə işləmiş və həmin vaxt onunla münasibəti normal olmuşdur. Təqsirləndirilən şəxs ilə barışmamış, ona ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 22 yanvar 2021-ci il tarixdə bibisi qızı Şahnaz ona zəng edərək bir nəfər naməlum şəxsin ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə mesajlar yazaraq hədə-qorxu gəldiyini və ondan 15.000 manat pul tələb etdiyini bildirmişdir. O da Şahnazdan həmin şəxslə razılığa gələrək pulun verilməsi üçün yer təyin edilməsini istəmişdir. Bundan sonra həmin naməlum şəxs razılaşaraq Şahnazdan 10 fevral 2021-ci il tarixdə səhər saatlarında 15.000 manat pulu Şabran rayonu, Sincanboyad kənd qəbirstanlığında mərhum Töhvə Rüstəmovanın qəbrinin üzərinə qoymasını tələb etmişdir. Həmin gün səhər saatlarında o, Şahnazla birlikdə Şabran RPŞ-nə gələrək bu barədə ərizə ilə müraciət edib polis əməkdaşlarına məlumat vermişlər. 10 fevral 2021-ci il tarixdə səhər saatlarında bibisi qızı Şahnazla birlikdə idarə etdiyi avtomobillə şəhər avtovağzalından Şabran rayonu, Sincanboyad kənd qəbirstanlığına getmişlər. Şahnaz qəbrin üzərinə qoymaq üçün pul formasında qara rəngli bağlama hazırlamış və həmin bağlamanı da özü ilə götürmüşdür. O idarə etdiyi avtomobili kənd qəbirstanlığının qarşısında saxlamış və bu zaman RPŞ-nin əməkdaşları da onların arxasınca həmin yerə gəlib çıxmışdır. Şahnaz avtomobildən enib məzarlığa daxil olmuş və birinci qəbir olan Töhvə Rüstəmova adlı şəxsin qəbrinə yaxınlaşaraq guya bağlamanı ora qoyduğu ilə bağlı təsəvvür yaratmış, ancaq bağlamanı qəbirə qoymayaraq gəlib avtomobilə əyləşmişdir. Bu zaman məzarlığın yuxarı hissəsində olan təpənin arxasından bir nəfər şəxs çıxaraq Şahnazın bağlamanı qoyduğu məzara yaxınlaşıb ətrafı axtarmağa başlamışdır. Həmin şəxsin rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs olduğunu görmüş və bu vaxt Şabran RPŞ-nin əmkdaşları həmin şəxsə yaxınlaşmaq istədikdə o qaçmağa başlamışdır. Buna baxmayaraq polis əməkdaşları Təqsirləndirilən şəxs çataraq onu tutub Şabran rayon PŞ-nə aparmışlar. Şahnazdan hədəqorxu ilə pul tələb olunduğunu bibisı qızı özü ona demişdir. Təqsirləndirilən şəxsi hadisəyə qədər tanımamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş şahidlər Şahid4 və Şahid5 Zərərçəkmiş şəxs və Şahid2 ifadələrinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 106-108). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, Şabran rayonu, Sincanboyad kəndində qeydiyyatda olsa da, Şabran şəhəri, R.Behbudov küçəsi ev 26-da ailəsi ilə birlikdə yaşayır. Qardaşı Təqsirləndirilən şəxs da həbs edilməzdən əvvəl onlarla bir evdə yaşamışdır. 10 fevral 2021-ci il tarixdə qardaşı Ədalətin onunla bir fabrikdə işləyən Şahnaz və Şahid1 şantaj edərək onlardan pul tələb etməsi və həmin pulu Şahnazdan almaq istəyərkən Şabran rayon polis əməkdaşları tərəfindən tutulması ona məlum olmuşdur. Qardaşı Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı nömrədən Zərərçəkmiş şəxs istifadə etdiyi telefona zəng edərək onu şantaj edib və pul tələb etməsindən onun və ailə üzvlərinin heç bir məlumatı olmamışdır (cild 1, iş vərəqə 121-122). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanılması zamanı ibtidai istintaq zamanı verdiyi ifadələri bir daha təsdiq edərək törətdiyi cinayət əməlini əyani olaraq yerində göstərmişdir (cild 1, iş vərəqə 88-92). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs məxsus “MEİZU S-5” markalı mobil telefona baxış keçirilərkən müəyyən edilmişdir ki, o, 2021-ci ilin yanvarın təxminən 17-dən başlayaraq istifadəsində olan telefondan mütəmadi olaraq Zərərçəkmiş şəxs ilə SMS əlaqəsi saxlamış və onun barəsində rüsvayedici məlumatlar yaymaqla hədələyib ondan 15.000 manat pul tələb etmişdir (cild 1, 52-54). Cinayət işinin materiallarından görünür ki, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs götürülmüş 1 ədəd qara rəngli bağlama, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “MEİZU S- 5” markalı mobil telefon maddi sübüt kimi tanınaraq saxlanılması üçün Şabran RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, təqsirləndirilən şəxsin dindirilməsi və ifadəsinin yerində yoxlanılması istintaq hərəkətlərinin videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk və “xxxx” MMC tərəfindən təqdim edilmiş 1 ədəd disk maddi sübut tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 55). Həmçinin cinayət işinin materiallarında olan “xxxx” MMC tərəfindən təqdim edilmiş diskə baxış protokolundan görünür ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə hədə-qorxu gəlməklə ondan 15.000 manat pul tələb etməsi tam olaraq sübuta yetirilmişdir (cild 1, iş vərəqə 141-145). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 13 mart 2021-ci il tarixli 546 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 154-155). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 12 yanvar 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 6 iyul 2018-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilmişdir (cild 1, iş vərəqə 120; 124-128). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 34-35). İş materiallarında olan Şabran rayon məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 fevral 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 78-80). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Şabran rayon Polis şöbəsində saxlanılan Zərərçəkmiş şəxs götürülmüş 1 ədəd qara rəngli bağlama Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “MEİZU S-5” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs dindirilməsi və ifadəsinin yerində yoxlanılması istintaq hərəkətlərinin videogörüntüsünü əks etdirən 1 ədəd DVD disk və “xxxx” MMC tərəfindən təqdim edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Şabran rayon Polis şöbəsində saxlanılan Zərərçəkmiş şəxs götürülmüş 1 ədəd qara rəngli bağlama Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “MEİZU S-5” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs dindirilməsi və ifadəsinin yerində yoxlanılması istintaq hərəkətlərinin videogörüntüsünü əks etdirən 1 ədəd DVD disk və “xxxx” MMC tərəfindən təqdim edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar