Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1157/2022 12.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat - 10:55-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibləri, X2 və X3, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 08 avqust 1989-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 01 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 2 (iki) ədəd polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-1,109 qram; 0,342 qram, ümumi çəkisi 1,451 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, 1 (bir) ədəd polietilen bükümdə təmiz çəkisi-0,251 qram olan bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,404 qram; 4,793 qram, 16,032 qram olmaqla ümumi təmiz çəkisi 21,229 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin , 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,890 qram; 1,416 qram olmaqla ümumi təmiz çəkisi 4,306 qram olan tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək, 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,180 qram; 0,028 qram; 0,450 qram ; 0,380 qram; 0,520 qram olmaqla ümumilikdə təmiz çəkisi 1,558 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə üzərində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd pambıq kəsiyini və istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə əldə etdiyi 50 ABŞ dolları nominallı pul əskinaslarına oxşar ofset çap üsulu ilə hazırlanmış 73 (yetmiş üç) ədəd MB 32431731 A,MB 32431733A, MB32434026A, MB32425118A, MB32431217A, MB50431571A, MB32434505A, MB50425782A, MB32434154A, MB67231735A, MB32431206A, MB50431074A, MB32431686A, MB32434220A, MB32434004A, MB67225122A, MB50425555A, MB67231347A, MB32431244A, MB67225128A, MB32425550A, MB32422229A, MB50425781A, MB50425283A, MB32425499A, MB32431607A, MB32425430A, MB50431925A, MB50425783A, MB50425128A, MB67234158A, MB32425293A, MB32434431A, MB50431346A, MB32434219A, MB67234389A, MB67231610A, MB67231232A, MB50434390A, MB50431753A, MB32434433A, MB50431085A, MB32431923A, MB67231731A, MB32431253A, MB32422240A, MB50425118A, MB50425557A, MB32431200A, MB32431245A, MB67231321A, MB32431163A, MB50431734A, MB32434380A, MB50431731A, MB32431247A, MB32431568A, MB32431529A, MB50431607A, MB32431509A, MB50434295A, MB67231723A, MB32431537A, MB50431735A, MB32431571A, MB67225499A, MB50431159A, MB32431321A, MB32431778A, MB67231074A, MB32431161A, MB32431159A, MB32425753A nömrəli saxta pulu əldə edib üstündə saxlamaqla daşımış və 04 oktyabr 2021-ci il tarixdə saat 01:50-dəqiqədə ünvan 3 ünvanın yaxınlığında Bakı şəhəri Yasamal RPİ-nin Post Patrul Xidməti Bölyünün əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, bölmənin inzibati binasında üstünə şəxsi axtarış aparılan zaman üzərində olan qara rəngli dəri materialdan olan əl çantasının içərisindən 2 (iki) ədəd polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-1,109 qram; 0,342 qram, ümumi çəkisi 1,451 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, 1 (bir) ədəd polietilen bükümdə təmiz çəkisi-0,251 qram olan bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları, 03 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,404 qram; 4,793 qram, 16,032 qram olmaqla ümumi təmiz çəkisi 21,229 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin , 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,890 qram; 1,416 qram olmaqla ümumi təmiz çəkisi 4,306 qram olan tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək, 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,180 qram; 0,028 qram; 0,450 qram ; 0,380 qram; 0,520 qram olmaqla ümumilikdə təmiz çəkisi 1,558 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə üzərində narkotik vasitə heroinə məxsus izlər olan pambıq kəsiyi və 73 ədəd MB 32431731 A,MB 32431733A, MB32434026A, MB32425118A, MB32431217A, MB50431571A, MB32434505A, MB50425782A, MB32434154A, MB67231735A, MB32431206A, MB50431074A, MB32431686A, MB32434220A, MB32434004A, MB67225122A, MB50425555A, MB67231347A, MB32431244A, MB67225128A, MB32425550A, MB32422229A, MB50425781A, MB50425283A, MB32425499A, MB32431607A, MB32425430A, MB50431925A, MB50425783A, MB50425128A, MB67234158A, MB32425293A, MB32434431A, MB50431346A, MB32434219A, MB67234389A, MB67231610A, MB67231232A, MB50434390A, MB50431753A, MB32434433A, MB50431085A, MB32431923A, MB67231731A, MB32431253A, MB32422240A, MB50425118A, MB50425557A, MB32431200A, MB32431245A, MB67231321A, MB32431163A, MB50431734A, MB32434380A, MB50431731A, MB32431247A, MB32431568A, MB32431529A, MB50431607A, MB32431509A, MB50434295A, MB67231723A, MB32431537A, MB50431735A, MB32431571A, MB67225499A, MB50431159A, MB32431321A, MB32431778A, MB67231074A, MB32431161A, MB32431159A, MB32425753A nömrəli 50 ABŞ dolları nominallı pul əskinaslarına oxşar ofset çap üsulu ilə hazırlanmış, eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən saxta pul əskinasları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, 04 oktyabr 2021-ci il tarixdə Yasamal rayonunda axşam marketdən çıxan zaman polislər ona yaxınlaşmışdır. Onun üzərində 10 qram metamfetamin, 1 qram heroin və 3700 ABŞ dolları pul vəsaiti olmuşdur. O, maşın almaq üçün Bakıya gəlmiş və maşın üçün 1000 manat beh də vermişdir. Əvvəllər maşını olmuş, ancaq bir il əvvəl maşınını satmış, pulu olmadığı üçün maşın almamışdır. Buna görə də, iki ay əvvəl anasının yanında qardaşından 3700 dollar pul vəsaiti almışdır. Həmin pulun saxta olduğunu bilməmişdir. O, narkotik vasitə istifadəçisidir, narkotik vasitəni tanımadığı şəxsdən 100 manata almış, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, dollar ilə bazarlıq etməmiş, pulu maşında qalmaması üçün üzərində götürmüşdür. Sonra ona həmin pulun saxta olduğu deyilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 04 oktyabr 2021-ci il tarixdə müdafiəçi Hüseyn Yavərin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, o, təxminən 15 il olar ki, narkotik vasitədən istifadə edir. Öz istifadəsi üçün narkotik vasitələri Lənkəran şəhəri, Bakı şəhəri ərazisində, müxtəlif ərazilərdə və müxtəlif vaxtlarda tanıdığı və tanımadığı şəxslərdən almışdır. Narkotik vasitəyə olan təlabatı yüksək olduğu üçün gündəlik olaraq 4-5 qram metamfetamin və heroini birlikdə qəbul edir. Hazırda ailə üzvləri ilə birlikdə Lənkəran şəhərində yaşayır. 03 oktyabr 2021-ci il tarixdə Lənkəran şəhərindən çıxaraq Bakı şəhərinə gəlmişdir. 04 oktyabr 2021 ci il tarixdə gecə 00:30 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində dolanərkən narkotik vasitəyə ehtiyacı yarandığından Yasamal rayonu Yasamal Bazarı adlanan əraziyə getmişdir və həmin ünvana çatdıqdan sonra orada üzdən tanıdığı, narkotik maddələrin satışı ilə məşğul olduğunu bildiyi, lakin heç bir anket məlumatını bilmədiyi şəxsdən 300 manat müqabilində narkotik vasitələr olan metamfetamin, heroin, qurudulmuş marixuana, tiryək və çətənə toxumları almışdır. O, həmin şəxsə 03 ədəd 100 manatlıq pul əskinası verdikdən sonra həmin üzdən tanıdığı narkotik vasitələrin satışı ilə məşğul olan şəxs 03 ədəd bükümdə psixatrop maddə olan metamfetamin, 02 ədəd bükümdə narkotik vasitə olan tiryək, 06 ədəd bükümdə narkotik vasitə olan heroin, 02 ədəd bükümdə qurudulmuş marixuana, 01 ədəd bükümdə narkotik vasitə olan çətənə bitkisinin toxumlarını ona vermişdir. O da bundan sonra həmin bükümləri götürərək oradan uzaqlaşmış və həmin bükümləri üzərində saxladığı qara rəngli dəri əl çantasının içərisinə qoymuşdur. O, həmin bükümləri götürdükdən sonra münasib yer taparaq istifadə etmək istəyərkən, ərazidə polis əməkdaşlarının xidmət apardıqlarını görmüşdür. Polis əməkdaşları ona yaxınlaşaraq gecə vaxtı ətrafda nə etdiyini soruşmuşlar, onun həmin zaman bədənində ağrılar olduğundan və polis əməkdaşlarının onun üzərində gəzdirdiyi narkotik vasitələrdən məlumatlı olmasından qorxduğundan polis əməkdaşlarının suallarına qeyri səlis cavab vermişdir. Polis əməkdaşlarının onun hərəkətlərindən şübhələndiyiniyi zənn edib oradan qaçmaq istəmiş, lakin polis əməkdaşları onu saxlayaraq Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə dəvət etmişlər. O, həmin zaman polis əməkdaşlarına uzun müddətdir narkotik vasitələri qəbul etdiyini, narkotik vasitələrin aludəçisi olduğunu bildirmiş və buna görədə üzərində narkotik vasitə olduğunu demişdir. Buna baxmayaraq polis əməkdaşları onu Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə aparmışlar. 04 oktyabr 2021ci il tarixdə saat təxminən 01:50 radələrində Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin inzibati binasına gələn zamanı xidməti otaqların birinə dəvət edilmiş və orada təhqiqatçı tərəfindən təkrarən ona hüquqları izah edildikdən sonra hüquqlarının müdafiə olunması üçün vəkil siyahısı təqdim edilmişdir. O, yaxın qohumları tərəfindən müqavilə əsasında vəkil Yavər Hüseynin müqavilə bağladığını bildrdiyi üçün vəkil Yavər Hüseyn vəkil təyin edilmişdir. Bundan sonra isə təqdim edilmiş müdafiəçinin də iştirakı ilə şübhəli şəxs qismində saxlanılmağı elan olunmaqla hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçı tərəfindən ondan üzərində olan qeyri-qanuni əşyaları onlara təqdim etməyi təklif edilibdir. Həmin vaxt təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılacağı izah edilmişdir və heç bir etiraz etmədiyindən videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilməsi başlanmışdır. O, təhqiqatçının təklifindən sonra üzərində saxladığı dəri çantanı könüllü olaraq təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı tərəfindən onun təqdim etdiyi dəri çantaya baxış keçirilən zaman həmin çantadan 03 ədəd ona məxsus olan Samsung markalı mobil telefon, bir ədəd ağ rəngli paketə bükülmüş mərhum qardaşı Hamil Salayev tərəfindən ona verilmiş 3650 ABŞ dolları və ön dörd ədəd bükümdə üzərində gəzdirdiyi narkotik vasitə masanın üzərinə qoyulmuşdur. Təhqiqatçı tərəfindən həmin bükümlərdə nə olduğu soruşulduqda o, narkotik vasitələrin adlarını deyərək həmin narkotik vasitələri haradan almağı barədə məlumat vermişdir. Daha sonra isə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən heç nə aşkar olunmamışdır. Təhqiqatçı tərəfindən onun təqdim etdiyi qara rəngli dəri çantanın içərisindən aşkar edilmiş 3650 ABŞ dolları sayılmış və həqiqətəndə üzərindən aşkar edilmiş 73 ədəd 50 ABŞ dollarıq əskinaslardan ibarət olmaqla ümumilkdə 3650 ABŞ dolları olması müəyyən edilmişdir. Təqdim edilmiş müdafiəçi tərəfindən onun üzərində aşkar edilmiş narkotik vasitələrin kimə məxsus olması və saxlanılarkən ona qarşı fiziki və ya psixi zorakılıq tətbiq edilib edilmədiyi soruşulmuşdur. O, saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra isə polis əməkdaşlarının və orada olan iştirakçıların da iştirakı ilə protokol tərtib edilibdir və o doğruluğunu imza edərək təsdiq etmişdir. Onun üzərində olan və təqdim etdiyi 14 ədəd bükümdə narkotik vasitə isə zərfə qoyularaq möhürlənib və protokolla birlikdə götürülübdür. O, tutularkən və polis bölməsində olarkən, istərsə də MSY-də saxlanılarkən ona heç bir zor tətbiq edilməyibdir. Törətdiyi cinayət əməlindən peşmandır. Üzərindən aşkar edilmiş 3650 ABŞ dolları pul əskinaslarını əsl həqiqətdə qardaşı Hamil Salayev tərəfindən ona verildiyini, qardaşı Hamil Salayev vəfat etdiyi üçün onun adını vermək istəmədiyindən həmin pulları qardaşı tərəfindən Sumqayıt şəhərində avtomobillərin satışı bazaında avtomobil satdığı üçün əldə etdiyini bildirmişdir. Mərhum qardaşı Hamil Salayevin özünə məxsus olan Vaz 2106 markalı yaşıl rəngli, 1985-ci il buraxılışlı avtomobili Sumqayıt şəhərində yerləşən avtomobillərin satışı bazarında pula satdığını, daha sonra həmin pulları ona verdiyini, həmin ABŞ dollarının saxta olmasından məlumatlı olmadığını, həmin ABŞ dolları nominalını qardaşına avtomobilini satdığı şəxsin verməsini, saxlanılarkən narkotik vasitələrin satışı ilə məşğul olmamasını bildirsədə, həmin zaman bədənində ağrılar olduğu üçün narkotik vasitələrin satışı ilə məşğul olmasını bildirdiyini, yüksək dozada narkotik vasitə istifadə etdiyi üçün 14 bükümdə narkotik vasitə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 05 oktyabr 2021-ci il tarixdə müdafiəçi Hüseyn Yavərin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən yuxarıda qeyd olunanan ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən yalnız 1 qram heroin və 10 qram metamfetaminin aşkar olunması, həmin narkotik vasitə və psixotrop maddəni öz istifadəsi üçün üzərində gəzdirməsi, üzərindən aşkar edilmiş digər narkotik vasitə və psixotrop maddələrin ona aid olmaması, üzərindən aşkar edilmiş 3650 ABŞ dollarının saxta olmasını bilməməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi özünümüdafiə xarakteri daşımaqla ağır cinayətdən yayınmaq məqsədi güdür və iş materiallarında olan digər sübutlarla tam təkzib edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin PPXB-də polis nəfəri kimi xidmət edir, polis baş serjantıdır. 04 oktyabr 2021-ci il tarixdə polis nəfərləri Şahid2 və Şahid3lə saat 01-02 radələrində ünvan 6 ünvanın qarşısında bir nəfər şəxsin dayandığını görmüşdür. Gecə vaxtı olmasını nəzərə alaraq, həmin şəxsə yaxınlaşıb özünü təqdim etməsini təklif etmişdir. Həmin şəxs onların suallarına qeyri dəqiq və həyəcanlı cavab verdiyindən onun portal məlumatlarını yoxlamışdır. Portal məlumatlarından həmin şəxsin Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs olması və əvvəllər məhkum olması müəyyən edilmişdir. Bu zaman həmin şəxs anidən qaçmağa başlamış və onlar buna görədə həmin şəxsə yaxınlaşaraq dərhal onu saxlamışlar. Həmin şəxsin onlardan qaçmağa çalışması onlarda şübhə doğurduğundan efir vasitəsi ilə avtopatrul çağırmışlar. Avtopatrulda xidmət edən Şahid4, Şahid6 və Şahid5 Təqsirləndirilən şəxs birlikdə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə gətirmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs saxlanılaraq bölməyə gətirilməsi barədə tərəflərindən dərhal raport əsasında bölmə rəhbərliyinə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Yasamal RPİ-nin 27-ci X1, polis baş leytenantı Fuad Cənnətova həvalə olunmuşdur. Bununla bağlı, X11 Salayevin üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüquqlarını izah edərək vəkillərin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs yaxın qohumları tərəfindən vəkil Yavər Hüseynlə müqavilə bağlandığından və hüquqularının sonuncu tərəfindən müdafiə olunmasını istədiyindən təhqiqatçı Fuad Cənnətov vəkil X8 RPİ-nin 27-ci Polis Bölməsinə dəvət etmişdir. Fuad Cənnətov tərəfindən Təqsirləndirilən şəxs 04 oktyabr 2021ci il tarixdə şübhəli şəxs qismində tutularaq, ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra video yazan texniki vasitə kimi «iphone» markalı mobil telefonun video çəkmə funksiyasından istifadə edilərək çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif olunmuşdur ki, əgər üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa könüllü çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs da həmin təklifi qəbul edərək üzərində gəzdirdiyi qara rəngli dəri çantanı könüllü olaraq təqdim edərək həmin çantasında narkotik vasitə olmasını bildirmişdir. Təhqiqatçı tərəfindən həmin çanta açıldıqda içərisindən 06 ədəd bükümdə qəhvəyi rəngli maddələr narkotik vasitə olan heroin bənzər büküm, 02 ədəd bükümdə narkotik vasitə olan marixuanaya bənzər büküm, 03 ədəd bükümdə narkotik vasitə olan tiryəkə bənzər büküm və 03 ədəd bükümdə psixatrop maddə olan metamfetaminə bənzər büküm aşkar edilmişdir. Bundan başqa həmin çantadan 73 ədəd 3650 ABŞ dolları pul əskinası və 03 ədəd mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrin narkotik vasitə olmasını və həmin narkotik vasitələri xəstəlikdən əziyyət çəkdiyi üçün istifadə etdiyini, Bakı şəhərinə yeni gəldiyi üçün həmin narkotik vasitələri sataraq qazanc əldə etdiyini və üzərindən aşkar edilmiş narkotik vasitələri tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pulları haradan əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs həmin pulları avtomobil satdığı üçün əldə etdiyini və həmin pulların ailəsinə məxsus olmasını bildirmişdir. Bundan sonra Fuad Cənnətov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra isə keçirilmiş şəxsi axtarışla və həmin maddələrin Təqsirləndirilən şəxs aşkar olunub-götürülməsi ilə bağlı Fuad Cənnətov tərəfindən müvafiq protokol tərtib olunmaqla aşkar olunmuş həmin maddələr zərfə qoyulmuş və möhürlənərək götürülmüşdür. O da, şəxsi axtarışda iştirak etmiş, bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin PPXB-nin əməkdaşları Şahid2 və Şahid3 da Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin PPXB-də polis nəfəri kimi xidmət edir, polis baş serjantıdır. 04 oktyabr 2021-ci il tarixdə polis nəfərləri Cümşüd Tontuyev və Şahid4la birlikdə saat 01-02 radələrində Bakı şəhəri Yasamal rayonu 27-ci Polis Bölməsinin ərazisində avtopatrulda xidmətdə olarkən avtopatrulun efiri vasitəsi ilə təcili olaraq ünvan 7 ünvanın qarşısına getmələrini bildirmişlər. Onlar yaxınlıqda olduqlarından dərhal həmin ünvana çatdıqdan sonra orada piyada xidmət aparan polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 yanında bir nəfər şəxsin olmasını müəyyən etmişdir. Onlar həmin şəxsin hərəkətlərində və danışıqlarında qeyri-dəqiqlik gördüklərindən və onlarla söhbət zamanı həmin şəxsin anidən qaçmağa cəhd etməsi səbəbindən sonuncunu Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə aparmaq qərarına gəlmişlər. Sonradan anket məlumatlarının Təqsirləndirilən şəxs kimi bildiyi şəxslə digər polis əməkdaşlarını avtopatrul vasitəsi ilə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə aparmışlar. Bundan sonra, Təqsirləndirilən şəxs saxlanılaraq bölməyə gətirilməsi barədə tərəflərindən dərhal raport əsasında bölmə rəhbərliyinə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Yasamal RPİ-nin 27-ci X1, polis baş leytenantı Fuad Cənnətova həvalə olunmuşdur. Bununla bağlı, X11 Salayevin üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüquqlarını izah edərək vəkillərin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs yaxın qohumları tərəfindən vəkil Yavər Hüseynlə müqavilə bağlandığından və sonuncu tərəfindən müdafiə olunmasını istədiyindən təhqiqatçı Fuad Cənnətov vəkil X8 RPİ-nin 27-ci Polis Bölməsinə dəvət etmişdir. Fuad Cənnətov tərəfindən Təqsirləndirilən şəxs 04 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra video yazan texniki vasitə kimi «iphone» markalı mobil telefonun video çəkmə funksiyasından istifadə edilərək çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif olunmuşdur ki, əgər üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa onda könüllü çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs də həmin təklifi qəbul edərək üzərində gəzdirdiyi qara rəngli dəri çantanı könüllü olaraq təqdim edərək həmin çantasında narkotik vasitə olmasını bildirmişdir. Təhqiqatçı tərəfindən həmin çanta açıldıqda içərisindən 06 ədəd bükümdə qəhvəyi rəngli maddələr narkotik vasitə olan heroin bənzər büküm, 02 ədəd bükümdə narkotik vasitə olan marixuanaya bənzər büküm, 03 ədəd bükümdə narkotik vasitə olan tiryəkə bənzər büküm və 03 ədəd bükümdə psixatrop maddə olan metamfetaminə bənzər büküm aşkar edilmişdir. Bundan başqa həmin çantadan 73 ədəd 3650 ABŞ dolları pul əskinası və 03 ədəd mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrin narkotik vasitə olmasını və həmin narkotik vasitələri xəstəlikdən əziyyət çəkdiyi üçün istifadə etdiyini, Bakı şəhərinə yeni gəldiyi üçün həmin narkotik vasitələri sataraq qazanc əldə etdiyini və üzərindən aşkar edilmiş narkotik vasitələri tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pulları haradan əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs həmin pulları avtomobil sataraq əldə etdiyini və həmin pulların ailəsinə məxsus olmasını bildirmişdir. Bundan sonra Fuad Cənnətov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra isə keçirilmiş şəxsi axtarışla və həmin maddələrin Təqsirləndirilən şəxs aşkar olunub götürülməsi ilə bağlı Fuad Cənnətov tərəfindən müvafiq protokol tərtib olunmaqla aşkar olunmuş həmin maddələr zərfə qoyulmuş və möhürlənərək götürülmüşdür. O da, şəxsi axtarışda iştirak etmiş, bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin PPXB-nin əməkdaşları Şahid4 və Şahid6 da Şahid5 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 6/4371 nömrəli 04 oktyabr 2021-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)..” sözləri olan zərfdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,404 qr., 4,793 qr., 16,032 qr., ümumi təmiz çəkisi 21,229 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,890 qr., 1,416 qr., ümumi təmiz çəkisi 4,306 qram olan tünd-qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkdir, 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,180 qr., 0,028 qr., 0,450 qr., 0,380 qr., 0,520 qr.. ümumi təmiz çəkisi 1,558 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə üzərində olan bir ədəd pambıq kəsiyində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cuzi miqdarda olduğu üçün onların çəkisi müəyyən etmək mümkün olmadı. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının 7/1018 nömrəli 04 oktyabr 2021-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan kağız paketdə 2 (iki) ədəd polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,109 qram; 0,342 qram; ümumi təmiz çəkisi 1,451 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana, 1 (bir) ədəd polietilen bükümdə təmiz çəkisi 0,251 qram olan bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyil. Cinayət işinin materiallarına əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 17 yanvar 2022-ci il tarixli 97 nömrəli rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı ruhi xəstəlikdən əziyyət çəkməyib, Təqsirləndirilən şəxs psixi xəstəlik qeyd olunmur, xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətinə malikdir, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, hazırki psixi vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir. Hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş ambulator məhkəmə-narkoloji ekspertizasının 315 nömrəli 24 yanvar 2022-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixatrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinin məhz hansı müddətə təyin edilməsi Ambulator məcburi narkoloji tibbi yoxlama komissiyasının səlahiyyətlərinə aid deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə olunmuş sənədlərin məhkəmə-texniki, pul nişanlarının və qiymətli kağızların tətqiqi ekspertizasının 5/1262 nömrəli 03 dekabr 2021-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, tədqiqata təqdim edilmiş 73 ədəd MB32431245A, MB32431200A, MB 32431731 A, MB 32431733 A, MB32434026A, MB32425118A, MB32431217A, MB50431571A, MB50425782A, MB32434154A, MB67231735A, MB32431206A, MB50431074A, MB32431686A, MB32434220A, MB32434004A, MB67225122A, MB50425555A, MB67231347A, MB32431244A, MB67225128A, MB32425550A, MB32422229A, MB50425781A, MB50425283A, MB32425499A, MB32431607A, MB32425430A, MB50431925A, MB50425783A, MB50425128A, MB67234158A, MB32425293A, MB32434431A, MB50431346A, MB32434219A, MB67234389A, MB67231610A, MB67231232A, MB50434390A, MB50431753A, MB32434433A, MB50431085A, MB32431923A, MB67231731A, MB32431253A, MB32422240A, MB50425118A, MB50425557A, , MB67231321A, MB32431163A, MB50431734A, MB32434380A, MB50431731A, MB32431247A, MB32431568A, MB32431529A, MB50431607A, MB32431509A, MB50434295A, MB67231723A, MB32431537A, MB50431735A, MB32431571A, MB67225499A, MB32431321A, MB32431778A, MB67231074A, MB32431161A, MB32431159A, MB32425753A, MB50431159A, MB32434505A, nömrəli 50 ABŞ dolları nominallı pul əskinaslarına oxşar obyektlər ofset çap üsulu ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etmir. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə komputer texniki ekspertizasının 5/201 nömrəli 10 mart 2022-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, təqdim edilmiş bir ədəd sensor ekran və Android əməliyyat sistemi ilə təchiz olunmuş arxa məlumat löhvələrinə görə “Samsung Galaxy J3 markalı SM-J330F/DS” modelli “3560xx/xx/550656/6, 3562xx/xx/550656/8 imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekran və Android əməliyyat sistemi ilə təchiz olunmuş arxa məlumat löhvələrinə görə “Samsung Galaxy J4 markalı SM-J400F/DS modelli, 3583xx/xx/614341/5, 3583xx/xx/614341/3 imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekran və Android əməliyyat sistemi ilə təchiz olunmuş arxa məlumat löhvələrinə görə “Samsung Galaxy A10S markalı SMA107/F/DS modelli 3544xx/xx/888282/2, 3544xx/xx/888282/0 imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş Samsung Galaxy J3 markalı SM-J330F/DS modelli, Samsung Galaxy J4 markalı SM-J400F/DS modelli və Samsung Galaxy A 10S markalı SM-A107F/DS modelli mobil smartfonlara istifadəçi tərəfindən tətbiq edilmiş qrafik açarla mühafizə olunan ekran kilidinin mobil cihazların yaddaşlarında olan məlumatları silmədən düzgün müəyyən etmək və ləğv etmək mümkün olmadı. Təqdim edlmiş Samsung Galaxy J3 markalı Sm-J330F/DS modelli və Samsung Galaxy J4 markalı SM-J400F/DS modelli mobil smartfonlarında yaddaşlarında mövcud olan və pozulmuş məlumatlar əldə olundu (bax rəyə əlaə olunmuş altı ədəd DVD-R diskə). Rəyin tədqiqi hissəsinin 4-cü bəndində göstərilən səbəbələrə görə təqdim edilmiş Samsung Galaxy A 10S markalı SM- A107F-DS modelli mobil smartfonun yaddaşında hər hansı bir məlumatın olub-olmamasını və pozulub-pozulmamasının müəyyən edilməsi üzə tədqiqat işlərinin aparılması mümkün olmadı. Cinayət işinin materiallarına əlavə olunmuş “şəxsi axtarış və götürmə aparılması haqqında” 04 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində müdafiəçi X5, Yasamal RPİ-nin PPXB-nin polis nəfərləri Şahid1, Şahid2, Şahid3, Şahid5, Şahid6 və Şahid4 iştirakı ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi qara rəngli dəri çantanı təqdim edərək həmin çantanın içərisində narkotik vasitə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi dəri çantanın içərisində olan və çantanın içərisindən çıxarıb təqdim etdiyi 14 ədəd bükülüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təqdim edilmiş altı ədəd bükülünün içərisində tünd qəhvəyi rəngli toz şəkilli öz dediyinə görə “kokos” deyilən maddə, iki ədəd bükülünün içərisində yaşıl rəngli narkotik vasitə marixuanya bənzər kütlə, 3 ədəd bükümdə ağ rəngli kristalşəkilli psixatrop maddə metamfetaminə bənzər kütlə, 2 ədəd bükümdə narkotik vasitə olan tiryəkə bənzər maddə və 01 ədəd bükümdə narkotik vasitə olan çətənə bitkisinin toxumlarına bənzər maddələr aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs qara rəngli dəri çantasında ağ rəngli salafana bükülmüş MB 32431731 A, MB 32431733 A, MB32434026A, MB32425118A, MB32431217A, MB50431571A, MB32434505A, MB50425782A, MB32434154A, MB67231735A, MB32431206A, MB50431074A, MB32431686A, MB32434220A, MB32434004A, MB67225122A, MB50425555A, MB67231347A, MB32431244A, MB67225128A, MB32425550A, MB32422229A, MB50425781A, MB50425283A, MB32425499A, MB32431607A, MB32425430A, MB50431925A, MB50425783A, MB50425128A, MB67234158A, MB32425293A, MB32434431A, MB50431346A, MB32434219A, MB67234389A, MB67231610A, MB67231232A, MB50434390A, MB50431753A, MB32434433A, MB50431085A, MB32431923A, MB67231731A, MB32431253A, MB32422240A, MB50425118A, MB50425557A, MB32431200A, MB32431245A, MB67231321A, MB32431163A, MB50431734A, MB32434380A, MB50431731A, MB32431247A, MB32431568A, MB32431529A, MB50431607A, MB32431509A, MB50434295A, MB67231723A, MB32431537A, MB50431735A, MB32431571A, MB67225499A, MB50431159A, MB32431321A, MB32431778A, MB67231074A, MB32431161A, MB32431159A, MB32425753A nömrəli ümumilikdə 3650 ABŞ dolları olmaqla 73 ədəd 50 ABŞ dolları müəyyən edilir. Həmin çantada bundan başqa 02 ədəd qara rəngli, 01 ədəd göy rəngli Samsung markalı mobil telefon aşkar edilir. Şübhəli şəxsin üzərindən aşkar edilmiş pul əskinasları və mobil telonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən materiala əlavə olunması üçün götürülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş on dörd ədəd bükülü kağız zərfə qoyularaq qablaşdırılır və DİN-nin zərflər üçün olan 167 saylı möhürü ilə möhürlənib iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülür. Şəxsi axtarış və götürmə aparılan videoçəkiliş 01 (bir) ədəd DVD diskə yazılaraq protokola əlavə edilir. Cinayət işinin materiallarına əlavə olunmuş “diskə baxış keçirilməsi barədə” 08 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, 04 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən «İphone» markalı mobil telefon vasitəsi ilə qeydə alınmış və 01 ədəd DVD diskinə köçürülmüş video görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə 01 ədəd 16 dəqiqə 55 saniyə müddətində video fayl vardır. Həmin video faylda olan görüntülərdən görünür ki, Yasamal RPİ-nin 27-ci X1, polis baş leytenantı X6, Yasamal RPİ-nin PPXB-nin polis nəfərləri Şahid1, Şahid2, Şahid3, Şahid5, Şahid6 və Şahid4, həmçinin müdafiəçi X5 iştirakları ilə 04 oktyabr 2021-ci il tarixdə saat 03:30-də şübhəli şəxs qismində saxlanılaraq Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılacağını elan edir. Təhqiqatçı çəkilişin İphone markalı mobil telefon vasitəsi ilə aparılacağını bildirir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra təhqiqatçı hər hansı bir vəsatətlərinin və ya etirazlarının olub-olmadığını soruşur. Təqsirləndirilən şəxs isə heç bir vəsatətinin və ya etirazının olmadığını bildirir. Daha sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs anket məlumatlarını bildirməsi xahiş olunur. Bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 246-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilir və onun üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs qara rəngli dəri materialdan olan çantanı könüllü olaraq təqdim edir. Həmin çanta təhqiqatçı tərəfindən açıldıqda içərisindən 03 ədəd mobil telefon, ağ rəngli sellofan torbanın içərisində maşının satdığı üçün əldə etdiyi pul olduğunu bildirir. Təhqiqatçı tərəfindən digər kiçik bağlamalarda olan bükümlərin nə olması soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümlərdə narkotik vasitə olan kakos, şüşə kimi bildiyi narkotik vasitələr olduğunu və həmin narkotik vasitələri özü istifadə etməklə yanaşı narkotik vasitələrin pulunun çatdıra bilmədiyi üçün bir hissəsini satmaq istədiyini bildirir. Daha sonra bükümlər təhqiqatçı tərəfindən açıldıqda Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olmsı soruşulur. Təqsirləndirilən şəxs sellofon bükümdə olan ağ rəngli maddənin şüşə kimi metamfetamin, digər sellofan bükülüdəki maddənin də metamfetamin olduğunu, sellofon bükülüdəki yaşıl rəngli bitkinin nəşə olduğunu, digər bükülüdəki kütlənində nəşə kimi bildiyi narkotik vasitə olduğunu, digər aşkar edilmiş kütlənin metamfetamin olduğunu, digər bükülüdəki toxumların nəşə toxumları olduğunu, digər qəhvəyi rəngli bükülülərin narkotik vasitə olan heroin olduğunu bildirir. Təhqiqatçı tərəfindən ağ rəngli sellofan paketdəki pulların haradan əldə edilməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs həmin pulların avtomobilini satdığı üçün əldə etdiyini, pulların ailəsinə məxsus olmasını bildirir. Daha sonra təhqiqatçı aşkar edilmiş həmin bükümlərin qablaşdırılacağını elan edir. Daha sonra müdafiəçi X13 Salayevə üzərindən aşkar edilmiş bükümlərin ona məxsus olub-olmamasını, həmin bükümlərin polis əməkdaşları tərəfindən onun cibinə qoyulub-qoyulmamasını, həmçinin saxlanılarkən ona qarşı hər hansı bir fiziki zor tətbiq edilib-edilməməsini soruşur. Təqsirləndirilən şəxs həmin bükümlərin özünə məxsus olmasını və ona fiziki zor tətbiq edilmədiyini bildirir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər zərfə qoyularaq qablaşdırılır və istirakçılar tərəfindən imzalanır. Daha sonra təhqiqatçı tərəfindən ağ rəngli sellofan paketdəki pullar çıxarılaraq sayılmağa başlanır. Həmin pullar sayıldıqda 73 ədəd ABŞ dolları pul əskinaslarının olması müəyyən edilir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Polis Bölməsinə nə vaxt və kimlər tərəfindən gtirliməsi barədə soruşulur. O, gecə vaxtı saat 1-2 arası, Nizami Metrosunun yaxınlığında polis əməkdaşlarından qaçmaq istəyərkən saxlanıldığını bildirir. Təhqiqatçı Polis əməkdaşlarının onun üzərinə baxış keçirib-keçirməməsini soruşur. Təqsirləndirilən şəxs polis əməkdaşlarının onu saxlayaraq Polis Bölməsinə gətirdiklərini, üzərinə baxışın yalnız indi keçrildiyini bildirir. Təqsirləndirilən şəxs onkoloji xəstə olduğu üçün həmin narkotik vasitələri istifadə etdiyini bildirir. Təhqiqatçı tərəfindən həmin narkotik vasitələrin hansı məqsədlə üzərində saxlanması soruşulduqda o, narkotik vasitələrin uzun müddət istifadəçisi olduğunu, Bakı şəhərinə yeni gəldiyini, ona görədə pulu bitdiyi üçün həmin narkotik vasitələri sataraq qazanc əldə etmək istədiyini, üzərindən aşkar edilmiş narkotik vasitələri tanımadığı şəxsdən əldə etdiyini bildirir. Daha sonra təhqiqatçı şəxsi axtarış və götürmə istintaq hərəkətinin başa çatdığını elan edir Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin, asetilə edilən tiryək, qurudulmuş marixuana, çətənə bitkisinin toxumları və psixotrop maddə olan metamfetaminin aşkar edilməsi, psixotrop maddə olan metamfetaminin külli miqdarda olması, üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddələrin xırda bükümlərə bölünməsi onun həmin narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib üzərində saxlaması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarı ilə təqsirkar şəxsin narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən etmək üçün başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı təqsirkarın istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarına görə satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, əldə etmə və ya satma zahiri cəhətdən dələduzluq cinayətinin əlamətlərinə oxşar olsa da, belə əməllər xüsusi norma kimi çıxış edən CM-nin 204-cü maddəsi ilə tövsif olunmalıdır. Saxta pulun, xarici valyutanın və ya qiymətli kağızların satılması o zaman dələduzluq kimi qiymətləndirilə bilər ki, onlar aşkar formada əslindən fərqlənsinlər və həmin pulun, valyutanın və qiymətli kağızların dövriyyədə istifadə edilməsi istisna edilsin. Bu zaman təqsirləndirilən şəxsin qəsdinin aşkar surətdə məhdud şəxslər dairəsinin aldadılmasına yönəlməsi sübut edilməlidir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş iş üzrə sənədlərin məhkəmə texniki, pul nişanlarının və qiymətli kağızların tədqiqi ekspertizasının müvafiq rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pul əskinasları əslindən aşkar surətdə fərqlənmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab olunur. Belə ki, cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnaməyə və məhkəmə hökmünə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1; 181.2.5 228.4-cü maddələri ilə təqsirli bilinərək 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 01 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələblərinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Göründüyü kimi Salayev X4 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə ona təyin olunmuş cəzanı çəkib qurtardığı gündən altı keçməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Ona görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunmalı və onun hərəkətləri cinayətin təhlükəli residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırda məhkum olunmuş şəxs sayılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1 və 234.4.3-cü maddələri ilə ayrıayrılıqda müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 04 oktyabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Bakı şəhəri, Yasamal rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 1,508 qram təşkil edən narkotik vasitə olan heroin, qalıq çəkisi 4,206 qram təşkil edən narkotik vasitə asetilə edilmiş tiryək, qalıq çəkisi 1,411 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, qalıq çəkisi 0,231 qram təşkil edən narkotik vasitə olan çətənə bitkisinin toxumları, qalıq çəkisi 21,139 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Cinayət işinin materiallarında saxlanılan 73 ədəd saxta ABŞ dolları əskinasları məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 300,28 (üç yüz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi 90 manat məbləğində pul onun vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə 06 (altı) il müddətə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə isə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 oktyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Bakı şəhəri, Yasamal rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 1,508 qram təşkil edən narkotik vasitə olan heroin, qalıq çəkisi 4,206 qram təşkil edən narkotik vasitə asetilə edilmiş tiryək, qalıq çəkisi 1,411 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, qalıq çəkisi 0,231 qram təşkil edən narkotik vasitə olan çətənə bitkisinin toxumları, qalıq çəkisi 21,139 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilsin. Cinayət işinin materiallarında saxlanılan 73 ədəd saxta ABŞ dolları əskinasları məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 300,28 (üç yüz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Rasim Sadıxov Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-1157/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1157/2022
12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver