Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1157/2023 22.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X1, Ağalı Amil Əlabbas oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi İsgəndər oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, İİ qrup əlil, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsi bina 47, mənzil 43-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yaşayan, 28 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 noyabr 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 noyabr 2022-ci il tarixdə, gecə saat 01 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilin mətbəxində qardaşı Zərərçəkmiş şəxs Əliabbas oğlu ilə aralarında sonuncunun onunla spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə yersiz zarafatlar etməsi, onu öpməsi, çarpayıda yanında uzanaraq qucaqlaması ilə bağlı hərəkətlərinə son qoymasına dair tələblərinə məhəl qoymayaraq hərəkətlərini davam etdirməsi nəticəsində şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı mətbəxdən götürdüyü zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab olunmayan və üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs kürək nahiyəsinə bir neçə dəfə vuraraq ona döş qəfəsinin sol yarısının arxa səthinin 1 (bir) ədəd, bayır səthinin 2 (iki) ədəd döş və qarın boşluqlarına keçməyən deşilmiş-kəsilmiş yaraları (cəmi 3 ədəd) ilə nəticələnən ümumilikdə və ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, enən çənbər bağırsağın yaralanması və daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin qarın boşluğuna keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs Əliabbas oğlunun qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisənin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1-də tək yaşayır, İİ qrup əlildir, epileptik tutulmalar və s. diaqnozu ilə qeydiyyatdadır, ailə həyatı qurmamışdır. Baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Əliabbas oğlu onun doğma əkiz qardaşıdır, sonuncu uzun illər spirtli içki aludəçisi olmuş, və onun hərəkətləri ailə daxilində onları bezdirmişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 27 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı ünvandakı evində tək olarkən qardaşı Atamoğlan onun evinə gəlmiş, sonuncu həmişə olduğu kimi yenə də sərxoş olmuşdur. Atamoğlan evə daxil olduqdan sonra onu qucaqlayıb öpməyə və üzünü sıxmağa başlamışdır. O, Atamoğlana hərəkətlərinin ona pis təsir etdiyini və onu əsəbiləşdirdyini bildirsə də, Atamoğlan yenə də öz hərəkətlərini davam etdirmiş, ucadan danışmış və onu hirsləndirmişdir. Atamoğlan bir qədər sonra siqaret almaq üçün getdiyini bildirərək evdən çıxmış və çox keçmədən geri qayıtmışdır. Atamoğlan yenə də yersiz zarafatlar etməyə başlamış, hətta özü ilə gətirdiyi spirti su ilə qarışdıraraq içmişdir. O da yatmaq istədiyindən yataq otağında çarpayıda uzanmış və həmin vaxt Atamoğlan da yanında uzanaraq ondan yatmamasını tələb etmiş və onunla söhbət etmək istədiyini bildirərək yenə də yersiz zarafatlarını davam etdirib onu öpmüşdür. Atamoğlanın hərəkətləri onu əsəbləşdirdiyindən o, bacısı Firəngizə zəng edərək qardaşının hərəkətləri barədə ona demiş və onlara gəlməsini və Atamoğlanın evdən çıxarılmasında ona köməklik etməsini sonuncudan xahiş etmişdir. Çox keçmədən bacısı Firəngiz gəlmiş, Atamoğlanı danlamış, onunla (T/Ş Təqsirləndirilən şəxs ilə) işinin olmamasını və onu əsəbləşdirməməsini xahiş etmişdir. Artıq həmin vaxt onun başında ağrılar başlamış, Firəngiz isə Atamoğlanı onun yanından kənarlaşdıra bilmədiyindən o, Firəngizə ailəvi dostları Xatiməyə zəng edərək onu çağırmasını istəmişdir. Firəngiz də Xatiməyə zəng edib çağırmışdır. Atamoğlan yenə də sərxoş vəziyyətdə bezdirici hərəkətlərini davam etdirmiş və onların iradlarına məhəl qoymamışdır. O, artıq özünü boğulurmuş kimi hiss etmişdir. Rəfiqəsi Xatimə əri Şahinlə birlikdə onun evinə gəlmiş, Şahin də Atamoğlanın hərəkətlərini görüb ona iradlarını bildirmişdir. O, bacısı Firəngizə özünü piss hiss etdiyini bildirmiş, təcili tibbi-yardım çağırmasını xahiş etmişdir. Bacısı Firəngiz də həkim çağırmışdır. Gecə saat artıq 01 radələri olmuş, sanki boğulurmuş kimi o, yataq otağında ortalıqda dayanmış Atamoğlanı itələyib mətbəxə qaçmış və həmin vaxt Atamoğlanın da onun ardınca mətbəxə gəlmişdir. O, mətbəxdən bıçaq götürüb Atamoğlana göstərmiş və əgər çıxıb getməzsə, özünü öldürəcəyini bildirmişdir. Lakin Atamoğlan sərxoşluq əlaməti olaraq yenə də onu qucaqlayaraq çox istədiyini bildirdikdə artıq o, dözməmiş və həmin bıçaqla onun bədən nahiyyəsinə bir neçə dəfə bıçaq zərbəsi vuraraq onu özündən kənara itələmiş və Atamoğlan mətbəxdə yerə yıxılmışdır. O, Atamoğlanın qalxıb yenə də onun üzərinə gələcəyindən qorxmuş və bacısı Firəngizi, rəfiqəsi Xatiməni və onun əri Şahini çağıraraq Atamoğlanı ondan kənarlaşdırmalarını xahiş etmişdir. Bacısı Firnəgiz və rəqifəsi Xatimə mətbəxə gəlmiş, Atamoğlanı bıçaqladığını görüb onu yerdən qaldırıb oturma otağına aparmışlar. Firəngiz və Xatimə ona özünə gəlməsini, sakitləşməsini bildirmiş, ona sakitləşdirici dərman vermişlər. Bir qədər sonra eşikdə olan Şahin və həkimlərlə birlikdə evə daxil olmuş, təcili tibbi-yardım həkimləri qardaşı Atamoğlanı xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, Atamoğlanı vuraraq xəsarət yetirdiyi bıçağı evində baxış keçirilən zaman istintaq orqanına təqdim etmişdir. Atamoğlanı bıçaqla vurmaqda məqsədi onu cəzalandırmaq olmuş, onu öldürmək məqsədi olmamışdır. Zərərçəkmiş şəxs onun qardaşıdır, onunla barışmış və Atamoğlan onu bağışlamışdır. O, tutduğu əməldən səmimi peşiman olmuşdur. Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Əliabbas oğlu ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 24, mənzil 85-də yaşamış, əvvəllər DİO-da xidmət etmiş, lakin xidmətdə yol verdiyi nöqsanlara görə xidmətdən xaric edilmişdir. Baxılan iş üzrə Təqsirləndirilən şəxs onun doğma, həm də əkiz bacısıdır, münasibətləri normal olmuşdur. Püstə səhətində olan psixoloji problemlərə görə İİ qrup əlil olmuş, tez-tez baş verən epileptik tutulmalarla diaqnozu ilə qeydiyyatda olmuşdur. Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, o, özü tez-tez spirtli içki qəbul etmiş, buna görə ümumi ailə üzvləri ona qarşı incik olmuşdur. 27 noyabr 2022-ci il tarixdə də gün ərzində spirtli içki qəbul etmiş və həmin gün saat 19 radələrində bacısı Təqsirləndirilən şəxs hal-əhvalını soruşmaq üçün onun yaşadığı ünvan 2 ünvanına getmişdir. Püstə evdə tək olmuşdur. Püstə bir neçə gün əvvəl özünün qonşusu ilə sözlə mübahisə etdiyindən onun qonşusu ilə danışmağı, Püstənin psixoloji problemləri olan bir şəxs olduğunu ona deməyi, Püstə ilə işinin olmamasını bildirməyi nəzərdə tutmuşdur. O, Püstə ilə salamlaşdıqdan sonra həyətə düşüb özünə siqaret, aptekdən isə spirt alıb yenidən Püstənin evinə qalxmışdır. Orada həmin spirti su ilə qarışdırıb içmiş və Püstənin kefinin olmadığını görüb ona yaxınlaşaraq əhval-ruhiyyəsini normallaşdırmaq üçün onu qucaqlamışdır. Püstə isə onu qucaqlamamasını demiş, kənarda dayanmasını bildirmişdir. Püstə gedib yataq otağında çarpayıda uzadıqda, o da gedib Püstənin yanında uzanmışdır. Püstəni çox istədiyini bildirərək onu bacı kimi öpməyə başlamışdır. Onun hərəkətləri Püstənin xoşuna gəlməmiş, lakin o, Püstənin əsəbi olduğunu, hərəkətlərini davam etdirəcəyi təqdirdə onun əsəblərini sakitləşdirə biləcəyini fikirləşmişdir. Eyni zamanda o, sərxoş olmuş, bəlkə də Püstənin qəbul etmədiyi hərəkətləri onun sərxoşluğundan irəli gəlmişdir. Püstə zəng edərək bacısı Firəngizi çağırmış, Firəngiz də çox keçmədən evə gəlmişdir. Firəngiz ondan Püstədən kənar durmasını tələb etmiş, lakin o, çox sərxoş olduğundan Püstə ilə zarafatlaşaraq onu qucaqlayıb öpmüşdür. Püstənin xahişi ilə Firəngiz zəng edərək Püstənin rəfiqəsi Xatimə adlı qadını da Püstəgilə çağırmış, Xatimə də çox keçmədən əri Şahin adlı şəxslə Püstəgilə gəlmişlər. Şahin və Xatimə də ona irad bildirərək evdən çıxıb getməsini tələb etmiş, Püstənin əsəbi olduğu bildirmişlər. Onların bu hərəkətləri onu əsəbiləşdirmiş və o, evdən getməyəcəyini bildirmişdir. Püstənin xəstəliyi ilə əlaqədar Firəngiz təcili tibbi-yardıma zəng edərək həkim çağırmışdır. Az sonra Püstə çarpayıdan qalxaraq mətbəxə tərəf qaçmış, Şahin də ünvana gələn həkimləri qarşılamaq üçün həyətə düşmüşdür. O, Püstənin arxasınca mətbəxə gedəndə Xatimə və Firəngiz getməməsini ona bildirmişlər. O, Xatimə ilə Firəngizə Püstəni özünün sakitləşdirəcəyini demiş, Firəngizlə Xatimə yataq otağında qalmış, o isə mətbəxə daxil olmuşdur. Həmin vaxt Püstə mətbəxdə qoyulmuş şkafdan bir bıçaq götürərək ona getməyəcəyi təqdirdə özünü öldürəcəyini bildirmişdir. Lakin o, Püstənin yanına gedərək onu sakitləşdirmək üçün qucaqlamış və öpməyə davam etmişdir. Püstə bu zaman əlindəki bıçaqla onun kürək nahiyəsindən bir neçə dəfə zərbə vurmuş, onu özündən kənarlaşdırmaq üçün onu itələmiş və Firəngizi, Şahini və Xatiməni mətbəxə çağırmışdır. O, isə mətbəxdə yerə yıxılmışdır. Xatimə və Firəngiz qaçaraq mətbəxə gəlmiş və onu yerdən ayağa qaldırmışlar. Çox keçmədən Şahin də həkimlərlə evə daxil olmuş, bacısı Firəngizin Püstəyə görə çağırdığı təcili tibbi-yardım həkimləri onu Sabunçu tibb mərkəzinə aparmış və o, cərrahi əməliyyat olunmuşdur. Zərərçəkmiş şəxs Əliabbas oğlu ifadəsinin davamında daha sonra göstərdi ki, baş vermiş cinayət hadisəsinin səbəbkarı o özü olmuş, sərxoşluğun nəticəsi olmuşdur. Sərxoş vəziyyətddə etdiyi hərəkətlərin həddini bilməmiş, əsil həqiqətdə bacısını bir qardaş kimi səmimi olaraq öpüb qucaqlamış, lakin hərəkətləri səhv başa düşülmüşdür. Lakin o, bacısı Püstəyə qarşı heç vaxt əxlaqsız hərəkətlər etməmişdir. Sadəcə o, çox spirtli içki qəbul etmiş və onun Püstəyə bir qardaş kimi etdiyi səmimi hərəkətlərinin Püstəni daha da əsəbiləşdirərək özündən çıxara biləcəyini dərk etməmişdir. Əsil həqiqətdə bacısını əsəbiləşdirdiyi və sərxoş olduğu üçün öz hərəkətlərinə nəzarət edə bilməmiş, bacısını incitdiyi üçün mətbəxdə olan bıçaqla özü-öz qarnından vurmuş və ittihamda göstərilən xəsarəti yetirmişdir. O, ağır xəsarət almamış, ekspertlər düzgün rəy verməmişdir. Hadisənin cünahkarı o olduğu üçün Püstəyə qarşı heç bir şikayət və tələbi yoxdur, onu bağışlamışdır, hazırda münasibətləri yaxşıdır. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Əliabbas oğlunun məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlə bağlı sonuncunun ibtidai istintaq mərhələsində verdiyi ifadəsi elan edlilməklə tədqiq olundu və müəyyən edildi ki, Zərərçəkmiş şəxs Əliabbas oğlu məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsində bacısı Təqsirləndirilən şəxs ilə özünün arasında baş vermiş ailə-məişət münasibətləri nəticəsində baş vermiş hadisənin gedişatında özünün özünə bədən xəsarəti yetirməsi barədə ibtidai istintaq orqanına heç bir məlumat verməmişdir (iş vərəqə: 52-55). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini bir daha təsdiq edib göstərdi ki, o, baxılan iş üzrə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Əliabbas oğlu ilə doğma bacı-qardaşdırlar, Rüstə ilə Atamoğlan əkizdirlər və onların hər biri Bakı şəhərində ayrı-arı ünvanlarda yaşayırlar. Qardaşı Zərərçəkmiş şəxs spirtli içki aludəçisi olmuş, buna görnə onları incitmiş və problemlər yaratmışdır. Püstə ailə qurmamışdır və xəstəliyə görə İİ qrup əlildir. Şahid1 ifadəsinin davamında göstərdi ki, 27 noyabr 2022-ci il tarixdə, saat 22 radələrində öz evində olan zaman bacısı Təqsirləndirilən şəxs ona zəng edərək qardaşı Zərərçəkmiş şəxs onun evində olduğunu, spirtli içki qəbul etdiyini, onu incitdiyini, hərəkətlərinin onu bezdirdiyini bildirmiş və ondan onlara gəlməsini xahiş etmişdir. O, tez taksi ilə Püstənin yaşadığı evə getmiş, evə daxil olduqdan sonra Püstənin çox əsəbi olduğunu görmüş, Püstə ona Atamoğlanın sərxoş olduğunu, ona xoşagəlməz sözlər dediyini, çarpayıda yanında uzanaraq onu qucaqladığını bildirmişdir. O, evə daxil olduqdan sonra Püstə gedib yataq otağında çarpayıda uzanmışdır. Atamoğlan da evdə olmuş, o, Atamoğlanın spirtli içki qəbul edib sərxoş olduğunu görüb ona sakitləşməsini, Püstəni incitməməsini bildirsə də, Atamoğlan onun sözlərinə məhəl qoymamış və gedib çarpayıda Püstəni qucaqlayaraq onu çox istədiyini deməyə başlamışdır. O, Atamoğlanı çarpayıdan qaldırmaq istəyəndə o, çarpayıdan qalxmamış və onun da fiziki gücü onu çarpayıdan qaldırmağa çatmamışdır. Ona görə də, o, Püstənin rəfiqəsi Şahid3 zəng edib baş verənlər barədə bildirmiş və Püstəgilə gəlməsini xahiş etmişdir. Təxminən yarım saat sonra Xatimə və onun əri Şahin Püstəgilə gəlmişlər. Onlar gəldikdən sonra Şahin və Xatimə Atamoğlanı çarpayıdan qaldırmağa çalışsalar da, Atamoğlan əsəbiləşərək onlara kənara çəkilmələrini bildirmişdir. Atamoğlan yenə də Püstəni qucaqlayaraq onu öpmüş və ona “səni çox istəyirəm...” kimi sözlər demişdir. Belə ki, Şahin Atamoğlanı, Xatimə də Püstəni sakitləşdirməyə çalışırmışdır. Püstə çox əsəbi olduğundan onun artıq xəstələndiyini başa düşüb təcili tibbi yardıma zəng edərək həkim çağırmışdır. Təxminən 10-15 dəqiqədən sonra təcili tibbi yardım maşını gəlmiş və Şahin onları qarşılamaq üçün binanın həyətinə düşmüşdür. Həmin vaxt Püstə Atamoğlanı itələyərək evin mətbəxinə qaçmış, o, və Xatimə də Püstənin arxası ilə mətbəxə getmək istədikdə Atamoğlan onları qoymamış və Püstəni özü sakitləşdirəcəyini bildirmişdir. Odur ki, o, və Xatimə yataq otağında gözləmişlər. Bir neçə dəqiqə sonra Püstə qışqıraraq onları çağırmış, o, Xatimə ilə birlikdə tez mətbəxə qaçmışdır. X3 bıçaqladığını və Atamoğlanın yerə yıxıldığını görmüşlər. Püstənin Atamoğlanın kürək nahiyəsindən bir neçə dəfə bıçaqla vurduğu görünmüşdür. O, Xatimə ilə birlikdə köməkləşib Atamoğlanı yerdən qaldıraraq oturma otağına aparmış, Püstəyə də sakitləşməsini deyib ona dərman vermişlər. Həmin vaxt Şahin təcili tibbi-yardım həkimləri ilə birlikdə evə daxil olmuş, Atamoğlan xəsarət aldığı üçün həkimlər onu təcili tibbi-yardım maşını ilə xəstəxanaya aparmışlar. Şahid1 ifadəsinin davamında daha sonra göstərdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirən zaman nə o, nə Xatimə və nə də Şahin hadisəni görməmiş, Püstənin qışqıraraq onları mətbəxə çağırdıqdan sonra o, Xatimə ilə birlikdə mətbəxə daxil olarkən Atamoğlanın yerə yıxıldığını görmüş, Püstənin Atamoğlana bıçaqla xəsarət yetirdiyini sonra görmüşlər. Hadisə yerində Atamoğlanın özünü bıçaqla vurmasını o, görməmişdir. Bacı-qardaş olduqlarına görə Püstə ilə Atamoğlan barışmış, sonuncunun Püstəyə qarşı şikayəti qalmamışdır. İş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid2 məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə bir daha təsdiq edib ifadəsində göstərdi ki, onun həyat yoldaşı Şahid3 ilə baxılan iş üzrə Təqsirləndirilən şəxs 20 ildən çox bir müddətdə rəfiqədirlər və o da Xatiməyə münasibətdə Püstəni tanımışdır. Püstə ilə münasibətləri çox yaxşı olmuş, ailəvi gediş-gəlişləri olmuşdur. Təqsirləndirilən şəxs zərər çəkmiş Zərərçəkmiş şəxs Əliabbas oğlu ilə əkiz bacı-qardaş olmuş, lakin onlar ayrı-ayrı ünvanlarda yaşamışlar. Zərərçəkmiş şəxs spirtli içki aludəçisi olmuş, spirtli içki qəbul edib bacılarını incitmişdir. Şahid2 ifadəsinin davamında ittihamın mahiyyəti üzrə göstərdi ki, 27 noyabr 2022-ci il tarixdə, saat 23:45 radələrində yaşadığı Bakıxanov qəsəbəsindəki evində olan zaman Təqsirləndirilən şəxs bacısı Şahid1 arvadı Xatiməyə zəng edərək Zərərçəkmiş şəxs Püstənin evində olduğunu, mübahisə etdiklərini, Püstənin onu çağırdığını demişdir. O, Xatimə ilə birlikdə Püstənin yaşadığı evə getmiş, evinə daxil olanda sonuncunun yataq otağında çarpayıda uzandığını, qardaşı Atamoğlanın da onu qucaqlayaraq öpdüyünü və onun qulağına sözlər dediyini görmüş, onu çox istədiyini bildirdiyini eşitmişdir. Atamoğlanın hərəkətlərindən onun spirtli içki qəbul etməsi açıq-aşkar görünmüşdür. Firəngiz də onların yanında dayanmış və Atamoğlana otaqdan çıxmasını bildirmişdir. O, Atamoğlanı çarpayıdan qaldırmaq istədikdə Atamoğlan əsəbi şəkildə qarışmamalarını, Püstəni özü sakitləşdirəcəyini bildirmişdir. O, Atamoğlana bacısı Püstənin psixoloji problemlərinin olduğunu, onu əsəbiləşdirməməsini deyərək onunla birlikdə oturma otağına gəlməsini bildirmiş, lakin Atamoğlan gəlməmişdir. Firəngiz də Püstəyə tibbi-yardım göstərilməsi üçün təcili tibbi-yardıma zəng edib həkim çağırmışdır. Təxminən 10-15 dəqiqə sonra təcili tibbiyardım maşını gəlmiş və o, həkimləri qarşılamaq üçün binanın həyətinə düşmüşdür. Təxminən 10 dəqiqə sonra o, həkimlərlə birlikdə evə daxil olduqda oturma otağında Atamoğlanın divanda oturduğunu, köynəyinin isə qanın içində olduğunu görmüşdür. Püstə də də həmin vaxt çox əsəbi imiş. O, Atamoğlandan nə baş verdiyini soruşduqda Atamoğlan ona “heç nə, heç nə olmayıb, özüm özümü bıçaqlamışam...” kimi sözlər deyərək ona ətraflı cavab verməmişdir. Atamoğlan xəsarət aldığı üçün həkimlər onu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparmışlar. Bundan sonra, o, arvadı Xatimədən nə baş verdiyini soruşduqda sonuncu Püstənin mətbəxdə Atamoğlana bir neçə dəfə bıçaq zərbəsi endirdiyini bildirmişdir. Şahid2 daha sonra ifadəsində göstərdi ki, hadisəyə səbəb Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olması, anormal hərəkətləri olmuş, bacısı Püstə isə Atamoğlanın həmin hərəktəlrini qəbul edə bilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir neçə bıçaq zərbəsi yetirdiyini öyrənsə də, o, həmin bıçaqlama anını görməmişdir. Həkimlər Atamoğlanı xəstəxanaya aparan zaman Püstə Atamoğlana köməklik edib tez xəstəxanaya çatdırmalarını həkimlərdən xahiş etmişdir. Eşitdiyinə və bildiyinə görə Püstə ilə Atamoğlan barışmış, sonuncu Püstəni bağışlamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində məhkəmədə dindirilmiş şahidlər Şahid1 və Şahid2 ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi» haqqında 28 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, istintaq hərəkəti prosesində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Əliabbas oğluna xəsarət yetirdiyi bir ədəd bıçaq cinayətin aləti olaraq götürülmüş və tədqiq olunması üçün iş üzrə 28 noyabr 2022-ci il tarixdə təyin edilmiş məhkəmə-tibbi ekspertizası barədə qərarla ekspertizaya təqdim edilmişdir(iş vərəqə: 6-7, 18-19). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 06 dekabr 2022-ci il tarixli, 2780 nömrəli ekspert rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Əliabbas oğlunda enən çənbər bağırsağın yaralanması və daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin qarın boşluğuna keçən 1 (bir) ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin 1 (bir) ədəd, bayır səthinin 2(iki) ədəd döş və qarın boşluqlarına keçməyən deşilmiş-kəsilmiş yaraları (cəmi 4 ədəd) müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən törənməsi inkar olunmur, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir. Tədqiq olunan həmin rəydən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən olunan dərəcəsinə görə enən çənbər bağırsağın yaralanması və daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin qarın boşluğuna keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, döş qəfəsinin sol yarısının arxa səthinin 1 (bir) ədəd, bayır səthinin 2 (iki) ədəd döş və qarın boşluqlarına keçməyən deşilmiş-kəsilmiş yaraları (cəmi 3 ədəd) ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də, müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (iş vərəqə: 102-105). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «baxış keçirmə və götürmə haqqında» 28 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Əliabbas oğluna məxsus hadisə zamanı əynində olmuş bir ədəd köynək götürülmüş və həmin köynək, eyni zamanda cinayətin aləti olmuş bir ədəd bıçaq tədqiq olunması üçün iş üzrə 16 dekabr 2022-ci il tarixdə təyin edilmiş kompleks məhkəmə-tibbi-kriminalistik və tibbi-bioloji ekspertizası təyin edilməsi barədə qərarla ekspertizaya təqdim edilmişdir (iş vərəqə: 16-17, 106-107). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan maddi sübutların məhkəmətibbi-bioloji ekspertizasının 30 yanvar 2023-cü il tarixli, 21/2023-MTBŞ nömrəli rəyindən görünür ki:
1. Zərərçəkmiş şəxs Əliabbas oğlunun AB0 sistemi üzrə qan qrupu B-alfa (İİİ). (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən).
2. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs Əliabbas oğluna məxsus tamlığı pozulmuş köynək üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B antigenti və alfa aqqlyutinini alınmışdır. Tədqiqat nəticəsində həmin qan ləkələrinin B-alfa/İİİ/ qruplu şəxsə, o cümlədən, ABO sistemi üzrə Zərərçəkmiş şəxs Əliabbas oğluna məxsus ola biləcəyi inkar olunmur.
3. Təqdim olunan bıçaq üzərində qan aşkar olunmamışdır (iş vərəqə: 110, 135- 138). Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan maddi sübutların məhkəmə-tibbi-kriminalistik ekspertizasının 02 fevral 2023-cü il tarixli, 22/MTKŞ-2023 nömrəli rəyi ilə müəyyən olundu: - Təqdim edilmiş Zərərçəkmiş şəxs Əliabbas oğluna məxsus uzunqol köynəyin ön səthinin sol yarısının aşağı hissəsində, ön səthinin sol yan nahiyəsində və arxa səthinin sol yarısında çoxsaylı deşilmiş-kəsilmiş zədə vardır. Həmin zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər; - Zərərçəkmiş şəxs Əliabbas oğluna məxsus uzunqol köynəyin üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur; - Zərərçəkmiş şəxs Əliabbas oğluna məxsus uzunqol köynəyin üzərində sol yan nahiyyəsində və arxa səthinin sol yarısında olan dörd ədəd deşilmiş-kəsilmiş zədələrlə, onun bədən səthində olan deşilmiş-kəsilmiş xəsarətlər yerləşməsinə görə üst-üstə düşürlər. Köynəyin ön səthinin sol yarısındakı zədələrə və arxa səthinin sol yarısında olan bir zədəyə uyğun Zərərçəkmiş şəxs bədən səthində xəsarət aşkar edilməmişdir ki, buda köynək üzərində olan zədələrin ölçüləri, yerləşmə nahiyyəsi, zərbələrin yalnız köynəyin zədələnməsi ilə müşayiət olunması və yetirilmə mexanzimi ilə izah oluna bilər; - Zərərçəkmiş şəxs Əliabbas oğluna məxsus uzunqol köynəyin sağ qolunun dairəvi tikişinin arxa səthində bir ədəd cırılmış zədə vardır. Həmin zədə küt yaranma mexanizmi ilə, paltarın həmin nahiyyəsinin dartılması nəticəsində törənmişdir; - Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir (iş vərəqə: 139-144). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 09 yanvar 2023-cü il tarixli, 20 nömrəli ekspert rəyindən görünür ki: Məhkəmə-psixiatrik ekspertizası üzrə: Təqsirləndirilən şəxs üzvi emosional-ləbil pozuntusu, anamnezində qıcolma tutmaları müəyyən edilir. Hal-hazırda Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs müəyyən edilmiş üzvi emosional-ləbil pozuntusu, anamnezində qıcolma tutmaları diaqnozlu qeyri-psixotik pozuntular o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməl dövründə öz hərəkətlərinin faktikti xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs bu iş üzrə ifadə vermək iqtidarındadır, yəni psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, hövsələsizlik, emosional qeyri-sabitlik və s. kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. O, etdiyi hərəkətlərin xarakterini və mənasını anlaya bilər. Təqsirləndirilən şəxs başqalarının təsiri altında uydurmağa və hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən psixi-emosional halında qəzəb, aqressiya yaranmışdır. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır (iş vərəqə: 130-134). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının «əşyaların maddi sübut kimi tanınması haqqında» 15 fevral 2023-cü il tarixli qərarından görünqür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Əliabbas oğluna məxsus olub, hadisə zamanı əynində olmuş bir ədəd uzunqol köynək cinayətin aləti olmuş bir ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (iş vərəqə: 145-146, 199). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Əliabbas oğlunun sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamdan müdafiə olunması üçün hər hansı sübut və ya dəlil gətirməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Zərərçəkmiş şəxs Əliabbas oğlunun məhkəmə baxışı zamanı verdiyi ifadəsində hadisə vaxtı mətbəx bıçağı ilə özünün özünə qarın nahiyyəsindən bədən xəsarəti yetirməsi ilə bağlı göstərdiklərinə tənqidi yanaşır və sübut növü kimi qəbul etmir. Belə ki, Zərərçəkmiş şəxs qeyd olunan xüsusat üzrə göstərdikləri istər təqsirləndirilən şəxsin özünün səmimi etirafı, istər şahid ifadələri, istərsə də məhkəmə-tibbi ekspertizasının müvafiq rəyi ilə təkzib olunur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 dekabr 2022-ci il tarixli əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: səh. 111). Hələ cinayət işinin ibtidai istintaqı zamanı ərizə ilə müraciət edən Zərərçəkmiş şəxs Əliabbas oğlu Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir (iş vərəqə: səh. 96). Cinayət işinə məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs Əliabbas oğlu istər dindirilərkən sərbəst ifadəsində və istərsə də məhkəmə çıxışları mərhələsində Təqsirləndirilən şəxs ilə əkiz bacı qardaş olduqlarını, cinayət hadisəsinin onun günahı ucbatından baş verdiyini məhkəmənin nəzər-diqqətinə çatdırmış, onu bağışladığını nəzərə almağı və Təqsirləndirilən şəxs cəza təyin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən verilmiş 005896 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs xəstəliyə görə İİ (ikinci) qrup əlildir (iş vərəqə: səh. 60). Son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən son dərəcə peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını bildirmiş və barəsində olan bütün yüngülləşdirici halların cəza təyin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, əvvəllər məhkum olunmamasını və tutduğu əməldən səmimi peşmanlığını, İİ (ikinci) qrup əlil olmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən isə zərər çəkmiş şəxslə barışıq əldə edilməsi cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə çıxışları mərhələsində Təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halları nəzərə alan dövlət ittihamçısı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, lakin barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məhkəmə qarşısında təklif etldi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddində, barəsində cəzanı yüngülləşdirən halları və dövlət ittihamçısının təklifini nəzərə almaqla, cəza təyinetmənin ümumi prinsiplərinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun, ədalətli azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Püstə Məmmədovnın üzərinə, həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun daimi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarının 2-ci bəndində nəzərdə tutulan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində 28 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 2 (iki) gün müddətində həbsdə saxlanılmışdır. 30 noyabr 2022-ci il tarixdə isə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həbsdən azad edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 158.6-cı maddəsinin tələbləri (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində həbsdə və ya ev dustaqlığında saxlanılan müddətin cəza müddətinə daxil edilməsi) tətbiq edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunan azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində şərti məhkum etmə tətbiq edildiyindən qanunun bu müddəası istisna təşkil edəcəkdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə ilə əlaqədar onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə məhkəmə məsrəfləri yoxdur, qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir və əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 1 (bir) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut, məhkəmə məhkəmə məsrəfləri yoxdur, qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.